Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-7/2020 11.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi,X3 məhkəmə islas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 xüsusi ittiham qaydasında şikayətini nəzərdən keçirib, müəyyən etdim: X20 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir ki, Şərur rayon Mahmudkəndində yerləşən bələdiyyə fonduna aid “Çaylaq yerində” 4.5 put torpaq sahəsini kənd bələdiyyəsi X11 ilə aralarında bağlanmış müqavilə əsasında 2020-ci ilin oktyabr ayına qədər icarəyə götürmüşdür. Mart ayının 3-dən Bakı şəhərinə getmiş, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 12 avqust tarixində kəndə qayıtmış və buna görə də yaz əkini apara bilməmişdir, gəldikdən sonra payız əkininə hazırlıq görmüşdür. İlqar Hüseynov Bakıda olan müddətdə Mahmudkənd İƏD üzrə nümayəndəsi əvəzi X12 və Şərur rayon X9 Şöbəsinin müdiri işləyən X13 ona zəng edərək, həmin ərazini əkib-əkməyəciyini soruşub, o da COVİD-19 pandemiyası ilə əlaqədar gələ bilmədiyini, gəlib payız əkini əkəcəyini bildirmişdir. O, fermaya gedərkən, həmkəndlisi X4 müqavilə ilə ona verilmiş ərazini şumlatdığını görüb, ona bu torpaq sahəsi mənə verilib, sən niyə şumladırsan deyib, Pünhanə də ona “mən bura müqavilə bağlamışam, çox canfəşanlıq edərsən səni Böyükdüzə göndərtdirərəm” deyib, İlqar da onun qadın olmağını nəzərə alaraq, ona bir söz deməyib, bu barədə yeni təyin olunmuş bələdiyyə sədri X2 öz iradını bildirib, Namiq Məmmədov ona həmin əraziyə Mahmudkəndində qeydiyyatda olan və yaşayan X16 ilə həqiqətən müqavilə bağlandığını bildirmişdir. Daha sonra o, Şərur rayon İcra Aparatına qəbul şöbəsinə getmiş və bu işin araşdırılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Mahmudkənd İƏD üzrə nümayəndəsi X17 ona zəng edərək, icra nümayəndəliyinin inzibati binasına getməsini xahiş edib. X20 oraya gedən zaman orada kənd icra nümayəndəsi X17, mühasib Oğlanqala kənd sakini X5, Şərur rayon İcra Hakimiyyətinin əməkdaşları-Şərur Sərxanlı kənd sakini X14 və Osman adlı başqa bir nümayəndə, bələdiyyə sədri X6 orada idi. İcra aparatından gələn nümayəndələr bələdiyyə sədrinə irad tutublar ki, sən müqavilənin vaxtı bitmədən və bu ərazini əkib-əkməməsi barədə X1 niyə başqası ilə müqavilə bağlamısan. Bələdiyyə sədri onlara heç bir cavab verməyib. Bundan sonra onlar həmin əraziyə ikinci müqavilə bağlanmış Mahmudkən sakini X8 dəvət ediblər və ona bildiriblər ki, bələdiyyə sədrinin onunla bağladığı müqavilə əsassızdır, o əraziyə ondan əvvəl X20 ilə müqavilə bağlanılıb və müvafiq dövlət rüsumu ödənilib. Bu sözləri dedikdən sonra Pünhanə Əliyeva onların yanında onu, ailə üzvlərini, rəhmətlik qardaşı X15 ailəsinin ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir edib, lakin o cavab verməyib. Pünhanə Əliyeva onun üstünə hücum çəkib vurmaq istəyib, orada olanlar araya girərək, onu sakitləşdirməyə çalışıblar, lakin o, sakitləşməyərək, insan ləyaqətinə sığmayan küçə söyüşləri söyərək, onu təhqir etməyə davam edib, onu otaqdan çıxarmaq istədikdə onun üzünə tüpürüb. O da onun qadın olmağına hörmət edərək, heç bir söz deməyib. O, həmin hadisədən sonra özünə gələ bilmir, özünü, ailə üzvlərini və rəhmətlik qardaşının ailə üzvlərini təhqir olunmuş hesab edir. Bununla da, X16 ictimai yerdə onun, ailə üzvlərinin, rəhmətlik qardaşının ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək, küçə söyüşləri söyərək, şərəf və ləyaqətini qəsdən alçaldaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində (Təhqir) göstərilən əməli törətmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu, X18 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqitini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən Şərur rayon Mahmudkəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X20 ərizə ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə müraciət etdiyini, hal hazırda X16 ilə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını, şikayətindən imtina etdiyini, X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi dair xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 ifadə verərək göstərmişdir ki, xüsusi ittihamçı X20 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə ona qarşı cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətlə müraciət etdiyini, onun X19 nalayiq ifadələr işlətdiyini, məhkəmə hazırlıq iclasında X7 üzr istədiyini və onunla barışdığını, bir daha ona qarşı nalayiq ifadələr və təhqiramiz sözlər işlətməyəcəyini, əgər ona qarşı nalayiq ifadələr işlətsə cəzalanacağı barədə məlumatlandığını qeyd edərək xüsusi ittiham qaydasında ərizənin icraata qəbul etməkdən imtinaya dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X20 xüsusi ittiham qaydasında verdiyi şikayətin ona qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, Şərur rayon Məhkəməsində onun X16 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət X19 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayətvermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar cıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1.8., 302.2.3. və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 X16 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X19 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-7/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-7/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver