Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-7/2022 23.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxs X10 hüquqi varisi X20, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Şərur rayon Düdəngə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 04 iyun 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixində saat 17:50 radələrində, etibarnamə əsasında idarə etdiyi “Vaz 210041“ markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Şərur rayon Qarxun kəndindən keçən yolun kənarında Yuxarı Daşarx kəndi istiqamətində saxladıqdan sonra geriyə dönüb Qarxun kəndi istiqamətinə hərəkət etmək istəyərkən “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 42-ci maddəsinin 9-ci hissəsinin tələblərinə əsasən arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verdikdən sonra manevr etməli olduğu halda qanunun bu tələbini pozaraq arxadan gələn Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes Benz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən avtomobili sola doğru döndərən zaman ehtiyatsızlıqdan həmin avtomobillə toqquşmuş və nəticədə özünün idarə etdiyi “Vaz 210041“ markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmçinin digər sərnişin X15 aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində, adını çəkmək istəmədiyi dostu ilə Şərur rayonu Ticarət Mərkəzində özünə məxsus mağazasının olduğunu, həmin mağazada kənd təsərrüfatı malları satıldığını, qeyd olunan mağazada satıcı kimi işləyib aylıq aldığı maaşla özünü dolandırdığını, 2022-ci ilin mart ayında kənd təsərrüfatı mallarının daşınmasında istifadə etmək üçün “Vaz-21041” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili kirayə götürdüyünü, 02 may 2022-ci il tarixdə Ramazan bayramı ilə əlaqədar olaraq vəfat edən yaxınlarının məzarlarını ziyarət etmək üçün atası Sübhan kişi ilə birlikdə həmin avtomobillə Şərur rayon Düdəngə kənd qəbiristanlığına getdiklərini, qəbiristanlıqdan çıxdıqdan sonra bacısı Zərərçəkmiş şəxs1 ona mobil telefonla zəng edərək Şərur rayon Qarxun kəndində qaynanası gildə olduqlarını və onları oradan götürməyini xahiş etdiyini, bacısına bir azdan gəlib sizi götürərəm sözlərini dediyini, ziyarət qurtardıqdan sonra atasını Düdəngə kəndində yaşayan Mühid adlı əmisinin evinə apardığını, sonra saat təxminən saat 17:35 radələrində bacısı Zərərçəkmiş şəxs1 ilə onun uşaqları Nihad Bağırovu, Nurgül Bağırovanı və bacısının qaynı X16 övladı olan Şahin Bağırovu da Şərur rayon Qarxun kəndindən götürüb evə aparmaq istədiyini, həmin vaxt avtomobilin salonunda ön oturacaqda Nihad Bağırovun, sol arxa hissədə Nurgül Bağırovanın, ortada Şahin Bağırovun, sağ arxa hissədə isə Tunzalə Bağırovanın oturduqlarını, avtomobildə olan zaman bacısı Tunzalə Bağırovanın ona sür gedək Faiqin iş yerinə Faiq ət alıbdır əti oradan götürək sözlərini dediyini, kürəkəni olan X20 işlədiyi ünvana yəni Şərur rayonu Qarxun kəndində yerləşən Fövqaladə Hallar Nazirliyinin Şərur rayon Şöbəsinin yerləşdiyi inzibati binasının qarşısına getdiyini, ora çatan vaxt bacısı Tunzalənin həyat yoldaşı Faiq Bağırova zəng vuraraq binanın qarşısında girişdən təxminən 10 metr aralıda yolun sağ hissəsində onu gözlədiklərini bildirdiyini, həmin vaxt Faiqin artıq binanın girişində onları gözlədiyini, Faiqin avtomobilə tərəf gələrək avtomobilin ön sağ qapısını açıb hal-əhval tutduğunu, əlindəki salafan torbada olan əti avtomobilin sağ ön oturacağının alt hissəsinə qoyub, qapını örtdükdən sonra işlədiyi iş yerinə doğru hərəkət etməyə başladığını, həmin vaxt avtomobilin mühərrikinin işlək vəziyyətdə olduğundan sol yan güzgüdən arxadan avtomobil gəlibgəlmədiyini dəqiqləşdirmək üçün arxaya baxdığını, arxada hər hansı bir avtomobilin olmadığını gördüyünü, sol dönmə nişanını yandıraraq yolun sağ hissəsində olan ehtiyyat hissədən sağ əsas yola keçdiyini, təxminən 20 metrə yaxın önə doğru məsafə qət etdiyini, sonra arxadan hər hansı bir avtomobilin gəlib-gəlmədiyini dəqiqləşdirmək üçün təkrar sol yan güzgüdən arxaya baxdığını, güzgüyə baxan zaman arxada təxminən 100 metrdən çox məsafədə “Mersedes-Benz” markalı avtomobilin gəldiyini gördüyünü, həmin an yolda olan sürət həddinin 60 km/saat olduğunu və həmin avtomobili idarə edən sürücünün sürəti aşağı salacağını fikirləşərək geriyə dönmək üçün manevr etdiyini, həmin vaxt “Mersedes-Benz” markalı avtomobilin ön hissəsinin idarə etdiyi avtomobilin sol orta hissəsindən dəydiyini, nəticədə qəza baş verdiyini, qəza nəticəsində 5-10 saniyəlik huşunu itirdiyini, sonra özünə gəlib ətrafa nəzər saldığını, avtomobilin salonunun arxa hissəsinə nəzər saldıqda arxa oturacaqlarda heç kimin olmadığını gördüyünü, avtomobilin içərisindən çıxan zaman bacısı Tünzalənin və onun övladı Nürgülü yolun kənarında olan su arxının içərisində olduqlarını gördüyünü, hər ikisinin huşsuz vəziyyətdə olduğunu, onlara kömək etmək istəyəndə bel nahiyyəsində olan ağrının təsirindən hərəkət edə bilməyib avtomobilin yanında asfaltın üzərinə uzandığını, ağrıların təsirindən şok vəziyyətdə olduğundan hadisə yerində baş verənləri dəqiq xatırlaya bilmədiyini, ancaq hadisə yerinə gələn təcili tibbi yardım avtomobil ilə Şərur rayon Mərkəzi Xəstəxanasına aparılmasını xatırladığını, Şərur rayon X2 əməliyyat olunduğunu, Nurgülün və Şahinin vəziyyətləri ağır olduğundan Naxçıvan MR Mərkəzi Xəstəxanasına aparılaraq orada əməliyyat olunduqlarını eşitdiyini, Tünzalənin və Şahinin əməliyyat olunduqdan sonra vəziyyətlərinin normallaşdığını, Nurgülün isə aldığı xəsarətlərdən vəfat etdiyini öyrəndiyini, əməlindən peşman olduğunu, törətdiyi əməl nəticəsində bacısının uşağının vəfat etməsinin ona əzab verdiyini, Tünzalədən və Faiqdən bağışlanmasını istədiyini, nişanlı olduğunu, həbs olunacağı təqdirdə onun gələcək həyatına mənfi təsir göstərəcəyini bildirərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində xx xxxxxxx 1993-cü ildə Şərur rayonunun Düdəngə kəndində anadan olduğunu, ailəsilə birlikdə Şərur şəhərində K.Seyidov 12 ünvanında kirayə yaşadığını, heç bir yerdə işləmədiyini, evdar qadın olduğunu, 02 may 2022-ci il tarixində günorta saatlarında oğlu Nihad Bağırov və qızı Nurgül Bağırova ilə birlikdə Şərur rayonunun Qarxun kəndində yaşayan qaynatası və qaynanasının ramazan bayramlarını təbrik etmək üçün həmin kəndə getdiklərini, təxminən saat 17:00 radələrinə qədər orada olduqlarını, sonra həyat yoldaşı X21 telefonla zəng edərək ona atasıgilin bayramını təbrik etmək üçün Düdəngə kəndinə getmək istədiyini bildirdiyini, Faiqə icazə verirsənsə qardaşıma deyim gəlib aparsın sözlərini dediyini, Faiqin ona icazə verdikdən sonra evə ət almışam, gedəndə mənim iş yerimin yanından keçin onu da götürün sözlərini dediyini, ondan sonra qardaşı Təqsirləndirilən şəxs zəng vuraraq ona gəlib məni qaynatamgildən götürməsini bildirdiyini, təxminən yarım saat sonra qardaşı Müştabanın gəlib onları götürdüyünü, qaynı Qanuni nümayəndə oğlu Zərərçəkmiş şəxs2 da maşına mindiyini, Zərərçəkmiş şəxs2 axşam onlarda qalacağını, oğlu Nihad Bağırovun maşının önündə sürücünün yanındakı oturacaqda, qızı Nurgül Bağırovanın sürücünün arxasında sol tərəfdə, Şahin Bağırovun arxa oturacaqda ortada isə özünün oturduğunu, təxminən saat 17:40 radələrində Şərur rayon Qarxun kəndinin içərisindən keçən asfalt yolla Sədərək- Naxçıvan magistral yolu istiqamətində hərəkət edərək yoldaşı Faiqin işlədiyi Şərur rayon dövlət X7 yanına çatdıqlarını, Müştəbanın maşını binanın qarşısında yolun sağ tərəfində saxladığını, yoldaşı Faiqin onların yanına gəldiyini, Nihadın oturduğu yerə tərəf keçib maşının qapısını açdığını, içərisində ət olan salafan torbanı Nihadın ayaqlarının yanına qoyub onunla görüşdüyünü, bir-iki dəqiqə kef-hal etdikdən sonra iş yerinə tərəf qayıtdığını, yoldaşı Faiqin maşının qapısını örtdükdən sonra nə baş verdiyini xatırlamadığını, bir gün sonra özünə gəldikdə Şərur Rayon Mərkəzi Xəstəxanasında olduğunu, özünə gəldikdə ona pilləkəndən yıxılıb xəsarət almısan ona görə də səni xəstəxanaya gətirmişik sözlərini dediklərini, bir neçə gün avtoqəza olduğunu bilmədiyini, xəstəxanaya yerləşdirildikdən 4 gün sonra anasıgilin ona Müştəbanın maşınında olan zaman Faiqdən əti aldıqdan sonra avtoqəza olduğunu, Nihatın sağlam, Nurgül və qaynının oğlu Şahinin vəziyyətinin ağır olduqlarını, onların Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında yatdıqlarını bildirdiklərini, 11 iyun 2022-ci ildə xəstəxanadan çıxdığını, bir neçə gün Şərur rayon Düdəngə kəndinə anasıgilin yanında qaldığını, 16 iyun 2022-ci il tarixdə yoldaşı Faiq Bağırovun ona qızları Nurgülün avtoqəzada ağır xəsarət aldığından vəfat etdiyini bildirdiyini, bunun bir bədbəxt hadisə olduğunu, təqsirləndirilən şəxsin onun qardaşı olduğunu, cəza almasını istəmədiyini, onunla barışdıqlarını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də ona qarşı heç bir şikayət və tələbinin olmayacağını, bununla bağlı məhkəməyə ərizə təqdim etdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X25 ifadəsində 2008-ci ilin iyul ayından X8 çalışdığını, 2012-ci ildən 2014-cü ilədək Şərur Rayon Dövlət X5 inspektor, 2014-cü ildən 2019-cu ilədək Kəngərli Rayon Dövlət X7 X19 Xidmətinin rəisi vəzifəsində işləmiş olduğunu, 2019-cu ildən etibarən isə Şərur Rayon Dövlət X5 X19 Xidmətinin rəisi vəzifəsində işlədiyini, 02 may 2022-ci il tarixdə həmin şöbədə xidmətdə olduğunu, həmin günü qardaşı Qanuni nümayəndə həyat yoldaşının ad günü olduğunu, onun həyat yoldaşı Zərərçəkmiş şəxs1, qızı Nurgül Bağırovanın və oğlu Nihad Bağırovun qardaşıgilin Qarxun kəndində yerləşən evlərinə ad günü qeyd etmək məqsədi ilə getmiş olduqlarını, təxminən 15:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsi ilə danışdığını, ona valideyinlərinin bayramını təbrik etmək üçün Düdəngə kəndinə getmək istədiyini dediyini, ondan kiminlə gedəcəyini soruşduğunu, Tunzalənin ona qardaşı Təqsirləndirilən şəxs deyəcəyini, onlunla gedəcəyini bildirdiyini, həmin vaxt Tunzaləyə ət aldığını bildirdiyini, ona gəlib götürməsini söylədiyini, sağollaşaraq telefonu söndürdüyünü, bir müddət keçəndən sonra həyat yoldaşı Tünzalənin ona zəng edərək gəldiklərini xəbər etdiyini, aldığı əti götürüb çölə çıxdığını, həmin vaxt nəzarət buraxılış məntəqəsində növbətçi olan Həsən Quliyev ilə 1-2 dəqiqə söhbət etdiyini, Həsənin ondan hara getdiyini soruşduğunu, ət aldığını, evdən gəlib götürəcəklərini ona bildirdiyini, qaynı olan Təqsirləndirilən şəxs avtomobilinin gəldiyini gördüyünü, yola tərəf getdiyini, Müştəbanın avtomobili Y.Daşarx kəndi istiqamətində nəzarət buraxılış məntəqəsindən 10 metr irəlidə saxladığını, onlara tərəf getdiyini, ilk öncə əti maşına qoymaq üçün arxa qapını açdığını, ancaq arxada yer olmadığını görüb qapını bağlayıb ön qapını açdığını, ön hissədə oğlu Nihatın əyləşdiyini, əti onun ayağının yanına qoyduğunu, Nihatla görüşdüyünü, qaynı Müştəba ilədə bayramlaşdığını, qızı ilə salamlaşaraq qapını örtdüyünü, maşının sola dönmə xəbərdarlıq işığını yandırıb üzü Naxçıvan-Sədərək avtomobil yolu istiqamətində hərəkət zolağına çıxaraq hərəkət etməyə başladığını, şöbəyə tərəf hərəkət etdiyini, giriş qapısına çatanda Qarxun kəndi tərəfdən üzü Naxçıvan-Sədərək avtomobil yolu istiqamətində avtomobilin gəlmə səsini eşitdiyini, dönüb həmin tərəfə baxanda “Mersedes-Benz” markalı avtomobilin sürətli gəldiyini gördüyünü, qaynı Müştəbanın idarə etdiyi avtomobilin təxminən 20-25 metr getdiyini və sola dönmə xəbərdarlıq işığını yandırıb geriyə manevr etmək istədiyini gördüyünü, avtomobillərin toqquşacağını düşünüb Müştəbaya tərəf 2-3 addım atıb qışqırdığını, Müştəbanın onu eşitmədiyini görüb əynində olan isti gödəkcəni çıxarıb yolda “Mersedes-Benz” sürücüsünün görüb yavaşlaması üçün yellədiyini, həmin avtomobilin sürücüsünün onu görmədiyini, avtomobilin onun yanından təxminən 5-10 metr gedib tormozu basdığını, sonra avtomobillərin toqquşduqlarını gördüyünü, başını əlləri ilə tutaraq yerə çökdüyünü, daha sonra hadisə yerinə qaçdığını, təcili yardım avtomobilinin qısa müddətdə gəldiyini, yaralıları Şərur rayon Mərkəzi xəstəxanasına apardıqlarını, Şərur rayon X2 əməliyyat olunduğunu, Nurgülün və Şahinin vəziyyətləri ağır olduğundan Naxçıvan MR Mərkəzi Xəstəxanasına aparılaraq orada əməliyyat olunduqlarını, qızı Nurgülün aldığı xəsarətlərdən vəfat etdiyini, artıq heç nəyi dəyişməyin, geri qaytarmağın mümkün olmadığını, eyni zamanda təqsirləndirilən şəxsin arvadının qardaşı olduğu üçün onunla barışdıqlarını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də ona qarşı heç bir şikayət və tələbinin olmayacağını, bununla bağlı məhkəməyə ərizə təqdim etdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində 02 may 2022-ci il tarixdə qardaşı X20 ona zəng edərək, uşaqların qəzaya düşdüyünü bildirdiyini, onun hadisə yerinə getdiyini və qardaşının oğlu Nihadı götürüb Şərur rayon Mərkəzi Xəstəxanasına apardığını, digərlərinin o getməmişdən əvvəl xəstəxanaya aparıldığını, Xəstəxanada Tünzaləni əməliyyata apardıqlarını, Faiqin təcili yardım avtomobili ilə Naxçıvan MR Mərkəzi Xəstəxanasına getdiyini, onun da oğlu Şahini digər təcili yardım avtomobili ilə Naxçıvan MR Mərkəzi Xəstəxanasına apardığını, uşaqları reanimasiyaya yerləşdirdiklərini, sonra qardaşının qızı Nurgülün orada aldığı xəsarətlərdən vəfat etdiyini, bunun bir bədbəxt hadisə olduğunu, təqsirləndirilən şəxsin qardaşının qaynı olduğunu, artıq qardaşı Faiqin, arvadı Tünzalənin təqsirləndirilən şəxslə barışdıqlarını, o da təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də ona qarşı heç bir şikayət və tələbinin olmayacağını bununla bağlı məhkəməyə ərizə təqdim etdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində 02 may 2022-ci il tarixdə hadisə baş verən zaman yüngül xəsarətlər aldığını, başının sıyrıldığını, diz qapağına qan dolduğunu, halhazırda səhhətində heç bir problem olmadığını, avtomobilinə vurulmuş ziyanla bağlı təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də ona qarşı heç bir şikayət və tələbinin olmayacağını, bununla bağlı məhkəməyə ərizə təqdim etdiyini bildirmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X12 ifadəsində 2013-cü ilin noyabr ayından X8 xidmətə qəbul olduğunu, 2017-ci ilin fevral ayından isə Şərur Rayon Dövlət X5 yanğısöndürən vəzifəsində işlədiyini, həmin şöbədə növbəli şəkildə işləyərək, bir gün işdə olub iki gün evdə istirahət etdiyini, 02 may 2022-ci il tarixdə xidmətdə olduğu üçün şöbənin giriş qapısında fasat növbətçisi olduğunu, təxminən saat 17:45 radələrində fasatdan 10 metr aralıda xidmət aparan zaman, həmin günü növbə rəisi olan Faiq Bağırovun onun yanına gəldiyini, onunla öz aralarında bir neçə dəqiqə söhbət etdiklərini, söhbət əsnasında Faiq Bağırovun ona, evlərinə ət aldığını, avtomobil gözlədiyini, gözlədiyi avtomobil gələn zaman əti evlərinə göndərəcəyini bildirdiyini, sonra Şərur rayon Qarxun kəndi istiqamətindən ağ rəngli “Vaz-21041” markalı minik avtomobilinin gəldiyini gördüyünü, həmin avtomobilin yolun sağ tərəfində fasatdan təxminən 10 metr aralıda dayandığını, həmin avtomobilin salaonuna baxmadığını, növbə rəisi olan Faiq Bağırovun həmin avtomobilə tərəf getdiyini, Faiq Bağırovun bir neçə dəqiqə avtomobilin salonunda olan şəxslərlə söhbət etməyə başladığını, bir müddət keçdikdən sonra həmin “VAZ-21041” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin, yolun sağ tərəfində olan asfalt örtüklü ehtiyat hissə ilə Şərur rayon Yuxarı-Daşarx kəndi istiqamətinə doğru təxminən 20-25 metr hərəkət etdiyini, geriyə dönmək üçün sola manevr etdiyini, həmin vaxt Şərur rayon Qarxun kəndi istiqamətindən Şərur rayon Yuxarı- Daşarx kəndi istiqamətinə Mersedes Benz” 200 D markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobiln də hərəkət etdiyini gördüyünü, sonra toqquşma səsi eşitdiyini, ancaq qarşıda ağac olduğundan toqquşma anını görə bilmədiyini, ona görə də səs eşitdiyi tərəfə qaçdığını, asfalt yoluna çıxan zaman baş vermiş toqquşma nəticəsində zərbələrin gücündən “Mersedes Benz ”200 D markalı avtomobilin yolun sağında,“Vaz-21041” markalı avtomobilin isə yolun sol tərəfində dayandıqlarını gördüyünü, ilk öncə “Vaz-21041” markalı avtomobilə tərəf hərəkət etdiyini, avtomobilin sol tərəfində Faiq Bağırovun qardaşı Rahib Bağırovun oğlunun və Faiq Bağırovun həyat yoldaşının hərəkətsiz vəziyətdə olduqlarını, Vaz-21041” markalı avtomobilin sağ tərəfində isə Faiq Bağırovun qızının yerdə hərəkətsiz olduğunu gördüyünü, qısa müddət ərzində iş yoldaşlarının hadisə yerinə gəldiklərini, Rahib Bağırovun oğlunu yerdən qaldırıb başını dizinin üzərinə qoyduğunu, yol kənarında olan su arxından əli ilə su götürüb uşağın üzünü sildiyini, suyun uşağın sifətinə dəydikdən sonra uşağın özünə gələrək gözlərini açdığını, sonra isə hadisə yerinə təcili yardım avtomobillərinin gəldiklərini, Faiq Bağırovun həyat yoldaşı ilə qızının hadisə yerinə gələn təcili yardım avtomobilləri ilə, Rahib Bağırovun oğlunu isə həmin vaxt yoldan keçən sürücüsünü tanımadığı avtomobil ilə Şərur rayon Mərkəzi Xəstəxanasına apardıqlarını bildirmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X17 ifadəsində 1998-ci ilin avqust ayından X8 xidmətə qəbul olduğunu, həmin dövrdən Şərur Rayon Dövlət X5 sürücü vəzifəsində işlədiyini, həmin şöbədə növbəli şəkildə işləyərək, bir gün işdə olub iki gün evdə istirahət etdiyini, 02 may 2022-ci il tarixdə xidmətdə olduğu üçün şöbənin həyətində istirahət etdiyini, təxminən saat 17:45 radələrində şöbənin önündən keçən asfalt yolda toqquşma səsi eşitdiyini, həmin səsi eşitdikdən sonra yol nəqliyyat hadisəsinin baş verdiyini düşünərək səsi eşitdiyi istiqamətə qaçdığını, hadisənin baş verdiyi yerə çatan zaman dəhşətli bir yol nəqliyyat hadisəsinin baş verdiyini gördüyünü, üzü Naxçıvan-Sədərək magistral yolu istiqamətində yolun sağ hissəsində “Mersedes Benz ”200 D markalı **-BE-*** dövlət qeydiyyat nişanlı, yolun sol hissəsində isə, “Vaz-21041” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dayanmış olduqlarını gördüyünü, həmin avtomobillərin zədəli detalllarından hər iki avtomobilin toqquşduqlarının aydın olduğunu, sonra ətrafa nəzər salmağa başladığını, ətrafa nəzər salan zaman yolun sol hissəində olan su arxının yanında tanımadığı bir oğlan uşağının, bir qadının və “Vaz-21041” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün olduqlarını gördüyünü, dərhal onlara yaxınlaşıb vəziyyətlərini nəzərdən keçirdiyini, hər üçünün huşunun özlərində olduqlarını, ancaq baş vermiş hadisə nəticəsində xəsarət almış olduqlarının açıq aydın bəlli olduğunu, dərhal 103 xidmətinə zəng vurularaq baş vermiş hadisə ilə əlaqədar həmin ünvana təcili tibbi yardım avtomobillərinin göndərilməsinin vacib olduğu bildirdiyini, qısa müddət keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım avtomobillərinin gəldiyini, hadisə nəticəsində xəsarət alan şəxslərin həmin avtomobillər ilə birbaşa Şərur rayon Mərkəzi Xəstəxanasına aparıldıqlarını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iş materiallarında yer almış ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və onun həmin ifadəsindən müəyyən edilmişdir ki, o adının Şahin, soyadının Bağırzadə, 10 yaşında olduğunu, Qarxun kəndində ata-anası ilə birlikdə yaşadığını, Qarxun kənd tam orta məktəbinin 3-cü sinifində oxuduğunu, oxuyub yazmağı yaxşı bacarmadığını, hadisənin nə vaxt baş verdiyini xatırlamadığını, əmisinin yoldaşı Tünzalənin, əmisi oğlu Nihadın, əmisi qızı Nurgülün onlara gəldiyini, anasının ad günü olduğunu, onlarda tort kəsdiklərini, əmisinin yoldaşıgilin evlərinə gedən zaman atasına mən də gedirəm qalam əmimgildə sözlərini dediyini, atasının ona icazə verdikdən sonra Müştəba dayısının maşınına mindiyini, Nihadın qabaqda oturduğunu, əmisinin yoldaşı Tünzalənin və qızı Nurgülün arxada oturduqlarını, maşınla əmisi Faiqin iş yerinin yanına getdiklərini, orada əmisinin gəldiyini, onlara salam verdiyini, maşının içərisinə ət qoyduqlarını, sonra maşını sürüb gedən vaxtı başqa bir maşının gəlib onların içərisində olduğu maşına dəydiyini, sonra nə olduğunu bilmədiyini bildirmişdir. X4 iş materiallarında yer almış ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və onun həmin ifadəsindən müəyyən edilmişdir ki, adının Nihad, soyadının Bağırov, 7 yaşının olduğunu, Şərur şəhərində ata-anası ilə birlikdə yaşadığını, Şərur şəhərində olan 1 nömrəli məktəbin 1-ci sinifində oxuduğunu, oxuyub yazmağı təzə öyrənmiş olduğunu, hərfləri tanıdığını, oruc bayramında anası Tünzalə və bacısı Nurgün ilə birlikdə Qarxun kəndində yaşayan Əli babasıgilə qonaq getdiklərini, həmin gün oruc bayramı olduğnu, nənəsi və babasının bayramlarını təbrik etdiyini, həm də əmicanısının ad günüsü olduğunu, həmin gün axşam saatlarında Müştəba dayısının maşınla gəldiyini, anası, bacısı və əmisi oğlu Şahinin dayısının maşınına mindiklərini, birlikdə dayısıgilə, yəni Düdəngə kəndinə gedəcəklərini, əmisi oğlu Şahinin də gecə onlarda qalacaqlarını, dayısıgilə getməmişdən əvvəl atası Faiqin iş yerinə getdiklərini, dayısının maşınını atasının iş yerinin qarşısında saxladığını, bir az sonra atası Faiqin içində ət olan torbanı gətirib maşına qoyduğunu, maşında qabaqda oturduğunu, bacısı Nurgülün arxa oturacaqda sol tərəfdə, Şahinin arxa oturacaqda ortada, anasının isə arxa tərəfdə sağda oturmuş olduqlarını, atasının əti maşına qoyub getdikdən sonra dayısının maşını işə saldığını, bir az gedib arxaya dönmək istəyəndə arxadan gələn bir maşının dayısı Müştəbanın maşınına dəydiyini, anasının, əmisi oğlunun və bacısının yaralandığı üçün onları xəstəxanaya aparıldıqlarını, daha sonra nə olduğunu xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 02 iyun 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Şərur rayon Polis şöbəsinin müstəntiqi Şərur Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı X13 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmiş, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs, X25 isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixində saat 17:50 radələrində, etibarnamə əsasında idarə etdiyi “Vaz 210041“ markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Şərur rayon Qarxun kəndindən keçən yolun kənarında Yuxarı Daşarx kəndi istiqamətində saxladıqdan sonra geriyə dönüb Qarxun kəndi istiqamətinə hərəkət etmək istəyərkən “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 42-ci maddəsinin 9-ci hissəsinin tələblərinə əsasən arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verdikdən sonra manevr etməli olduğu halda qanunun bu tələbini pozaraq arxadan gələn Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes Benz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən avtomobili sola doğru döndərən zaman ehtiyatsızlıqdan həmin avtomobillə toqquşmuş və nəticədə özünün idarə etdiyi “Vaz 210041“ markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmçinin digər sərnişin X15 aldığı xəsarətlərdən ölmüş olması əsasında toplanmış materiallar omuşdur. Cinayət işinin 1-ci cildinin 16-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 61 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqində olan Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmuşdur. Cinayət işinin 1-ci cildinin 45-ci vərəqində olan nəqliyyat vasitələrinin istifadə edilməsinə dair etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vaz 210041“ minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmək hüququ olmuşdur. Cinayət işinin 1-ci cildinin 46-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 2 hal şahidinin iştirakı ilə “Vaz 210041“ minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq ön faralarının qırıldığı, sol qanadın əzildiyi, ön sol və ön arxa qapıların əzildiyi, həmin qapıların şüşələrinin qırıldığı, arxa şüşənin qırıldığı, sağ arxa qanadın əzildiyi, avtomobilin damının əzildiyi, alın şüşəsinin qırıldığı, avtomobilin sol ayaqaltısının zərbədən deformasiyaya uğrayaraq daxilə doğru sıxıldığı, avtomobilin oturacaqlarının zərbənin təsirindən yerinidəyişdiyi, sürücünün oturacağının zərbənin təsirindən əyildiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 2 hal şahidinin iştirakı ilə “Mercedes - Benz“ minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön kapotunun, sol və sağ qanadlarının əzildiyi, ön faralarının sındığı, ön buferin, ön abliçofkanın qırıldığı, avtomobilin ön hissəsinin tamamilə yararsız vəziyyətdə olması, ön sol qapinin əzildiyi, şüşəsinin sındığı, qaz pedalının qırıldığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 23 may 2022-ci il tarixli 23 saylı rəyindən görünür ki, vətəndaş X10 bədən səthində aşkar edilmiş xəsarətlər-sol alın nahiyyəsində dərialtı hematoma, baş beyinin alın payında hematoma, qaraciyərin və dalağın əzilmiş cırılmış yaraları, qarın boşluğunda qan (1,5 l), bədənin müxtəlif nahiyyələrinin hematoma, qançır və sıyrıqları küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcədə avtoqəza nəticəsində əmələ gəlmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan və ölümlə nəticələnən AĞİR dərəcəli bədən xəsarətlərinə aiddir. X1 ölümünə səbəb almış olduğu travmalar hesabına baş vermiş travmatik şok və daxili qanaxma olmuşdur. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 23 may 2022-ci il tarixli 57 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər qarnın küt travması, daxili qanaxma, dalağın cırılması, sol X qabırğanın yerinin dəyişən, Th11-sol yan çıxıntısının az yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də avtoqəza nəticəsində də törənmələri istisna olunmur, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcələrinə görə yetirlimə anı həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 23 may 2022-ci il tarixli 59 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-qarnın küt travması, dalağın cırılmış yarası, peritonarxası sahənin geniş hematoması, travmatik şok İİ-İİİ dərəcə küt mexanizmdən, bərk küt əşyanın ( əşyaların) təsirindən törənmişlər, eləcədə avtomobil qəzası nəticəsində də törənmələri istisna olunmur, xəsarətlərin yetirlimə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmağa aiddirlər. Cinayət işinin 1-ci cildinin 80-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 23 may 2022-ci il tarixli 55 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər-alnında və sol saidində sıyrıqlar, küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də avtoqəza nəticəsində də törənmələrə istisna olunmur, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 23 may 2022-ci il tarixli 56 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-bel nahiyyəsində hematoma, L1, L2, L3, L4 fəqərələrin yerini az dəyişən sınığı, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də avto qəza nəticəsində də törənmələri istisna olunmur, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə yetirlimə ani həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmağa aiddirlər. Cinayət işinin 1-ci cildinin 87-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli 122 saylı rəyindən görünür ki; - “Vaz-21041” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa imkanı olmuşdur. Belə ki, yəni yol ayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir, bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. - “Mersedes Benz ”200 D markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, yaşayış məntəqələri daxilində nəqliyyat vasitələri 60 km/saat sürətindən çox olmayan sürətlə hərəkət etməlidirlər. - “Mersedes Benz ”200 D markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerində toqquşana qədər asfalt üzərində qalmış 19 metr tormoz izinə görə onun hərəkət sürəti mövcud şəraitdə 62 km/saata uyğundur, lakin nəqliyyat vasitələrinin toqquşma zamanı avtomobil detallarının bir-birinə qarşılıqlı təsiri nəticəsində “Mersedes Benz ”200 D markalı avtomobilin kinetik enerjinin bir hissəsi detalların əzilməsinə sərf olunduğundan, avtomobilin tormozlamadan qabaqkı sürəti hesabatla tapılmış sürətdən (62 km/saatdan) artıq olmuşdur. Cinayət işinin 1-ci cildinin 137-ci vərəqində olan müfadiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayə tişi üzrə Təqsirləndirilən şəxs Naxçıvan MR Vəkillər Kollegiyasının vəkili Müdafiəçi hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 140 vərəqində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur Cinayət işinin 1-ci cildinin 152-ci vərəqində olan qərardan görünür ki, 04 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 164-cü vərəqində olan Naxçıvan MR DİN-nin ƏSİB-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 187-ci vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 məhkəmə-narkoloji ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 47 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomoniyadan əziyyət çəkmir. Cinayət işinin 1-ci cildinin 190-cı vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 Ambulator Məhkəmə Psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 46 saylı rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlik müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 1-ci cildinin 195-ci vərəqində olan 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 210-cu vərəqində olan Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizamintizamlı, sakit, tərbiyəli və işgüzar bir vətəndaş kimi tanınır. O, nümayəndəlik tərəfindən ona verilmiş tapşırıqların öhdəsindən layiqincə gəlir, nümayəndəliyin işlərinə layiqincə köməklik edir. Ümumiyyətlə o müsbət xarakterize edilir. Onu yoldaşları arasında da özünəməxsus hörmət var. İndiyədək onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin 1-ci cildinin 225-ci vərəqində olanəşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, “VAZ-21041” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 228-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli 183 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, tədqiqata təqdim edilmiş “X30 Məsuliyyətli Cəmiyyəti Avtomobillərin təmiri və satışı” tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli arayışın məlumatlarına əsasən, 1991-ci il buraxılışlı, sedan tipli, mühərrikin iş həcmi 2000 ksm, “Mersedes Benz” markalı, D200 model **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2600,00 manat müəyyən edilir. O, cümlədən: dəyişilməli hissələrin qiyməti 1400.0 manat, təmir-bərpa işlərinin qiyməti 1200.0 manatdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizələrdəndən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbiləri yoxdur, gələcəkdə də heç bir şikayət və tələbiləri olmayacaq. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Həmçinin həmin Sərəncamda o da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslərlə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etdiyini və həmin şəxslərin ondan heç bir şikayətlərinin və tələblərinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13- cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən qanunvericiliyin bu tələbi nəzərə alinmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq Təqsirləndirilən şəxs, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır... Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzinin duracağında saxlanılan “VAZ-21041” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərmişdir. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzinin duracağında saxlanılan “VAZ-21041” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Cinayət işində mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-7/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-7/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver