Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-7/2025 31.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Müdafiəçisi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2, Müdafiəçisi: “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxx 1989-cu il tarixdə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayon Yengicə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 27 fevral 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə; xx xxxxxx 1989-cu il tarixdə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli (himayəsində üç azyaşlı uşağı olan), Naxçıvan MR Hərbi Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Kəngərli rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhum edilmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, yaşayış yeri üzrə Şərur rayon Yengicə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 27 fevral 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişlər. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə o, 2024-cü ilin may ayının sonlarında əvvəlcədən tanıdığı sinif yoldaşı Şərur rayon Yengicə kənd sakini Təqsirləndirilən şəxs2 ona əmisi Zərərçəkmiş şəxs Bakıdan gəldiyini və ona məxsus Şərur rayon Yengicə kəndində olan evində diplomatın içərisində xeyli miqdarda pul olduğunu, əmisigilin onlara qonaq gələcəyini həmin vaxtda oradan oğurluq edə biləcəkləri və əldə etdikləri pulu böləcəkləri barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında razılığa gəlmiş, bu məqsədlədə E.İbrahomovla birlikdə Zərərçəkmiş şəxs evinin yanında görüşmüş, Təqsirləndirilən şəxs2 ona əmisi Zərərçəkmiş şəxs qonşu həyətlərinin boş olduğunu, heçkimin yaşamadığını, həmin həyətə darvaza qapısından daxil ola biləcəyini, oradanda əmisigilə setka çəpərdən aşaraq həyətlərinə daxil ola biləcəyini, əmisigilin evlərinə qapıdan daxil ola bilməyəcəyini, ancaq pəncərədən daxil ola biləcəyi barədə məlumatları vermiş, 03 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 əmisi Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə onlara gəldiyini bildirdikdən sonra həmin gün saat təxminən 23:00 radələrində birgə planlaşdırdıqları cinəyatkar niyyətlərini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsinə çəpərdən aşaraq girmiş, yerdən tapdığı dəmir parçası ilə evin pəncərəsinin şüşəsini sındıraraq həmin hissədən qanunsuz olaraq evə daxil olmuş və evin yataq otağında olan paltar dolabından içərisində 7300 manat pul, 585 əyarlı, 02 qram çəkidə, ümumi dəyəri 170 manat olan 01 cüt qızıl sırğa və 585 əyarlı, 04 qram çəkidə, ümumi dəyəri 340 manat olan 01 ədəd qızıl üzük olan qara rəngli diplomatı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 7810 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə o, 2024-cü ilin may ayının sinlarında əvvəlcədən tanıdığı sinif yoldaşı Şərur rayon Yengicə kənd sakini Təqsirləndirilən şəxs1 əmisi Zərərçəkmiş şəxs Bakıdan gəldiyini və ona məxsus Şərur rayon Yengicə kəndində olan evində diplomatın içərisində xeyli miqdarda pul olduğunu, əmisigilin onlara qonaq gələcəyini həmin vaxtda oradan oğurluq edə biləcəkləri və əldə etdikləri pulu böləcəkləri barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında razılığa gəlmiş, bu məqsədlədə Təqsirləndirilən şəxs1la birlikdə əmisi Zərərçəkmiş şəxs evinin yanında görüşmüş, Təqsirləndirilən şəxs1 əmisi Zərərçəkmiş şəxs qonşu həyətlərinin boş olduğunu, heçkimin yaşamadığını, həmin həyətə darvaza qapısından daxil ola biləcəyini, oradanda əmisigilə setka çəpərdən aşaraq həyətlərinə daxil ola biləcəyini, əmisigilin evlərinə qapıdan daxil ola bilməyəcəyini, ancaq pəncərədən daxil ola biləcəyi barədə məlumatları vermiş, 03 iyun 2024-cü il tarixdə əmisi Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə onlara qonaq gəldikləri və evdə olmadıqları barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu həmin günü saat təxminən 23:00 radələrində birgə planlaşdırdıqları cinəyatkar niyyətlərini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsinə çəpərdən aşaraq girmiş, yerdən tapdığı dəmir parçası ilə evin pəncərəsinin şüşəsini sındıraraq həmin hissədən qanunsuz olaraq evə daxil olmuş və evin yataq otağında olan paltar dolabından içərisində 7300 manat pul, 585 əyarlı, 02 qram çəkidə, ümumi dəyəri 170 manat olan 01 cüt qızıl sırğa və 585 əyarlı, 04 qram çəkidə, ümumi dəyəri 340 manat olan 01 ədəd qızıl üzük olan qara rəngli diplomatı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 7810 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 2024-cü ilin may ayının sonlarında Emin ona əmisi Ələddinin Bakıdan gəldiyini bildirmiş, Emin əmisinin evlərindəki diplomatında xeyli pulu olduğunu bildirmiş, atasının xəstə olduğu üçün əmisigilin onlara gələciyini və həmin evdən oğurluq edə biləcəklərini bildirmiş, Eminlə razılaşmış və bundan bir neçə gün sonra Eminlə telefonda danışaraq Ələddingilin evinin yaxınlığında görüşmək qərarına gəlmiş, görüşən vaxtı Emin ağ rəngli fəhlə əlcəyi verərək “evə girən zaman bunu taxarsan, bu iz saxlamır” sözlərini demiş, daha sonra oradan getmiş, 01 iyun 2024-cü il tarixdə Eminlə görüşmüş və Emin sabahısı günü əmisi Ələddingilin onlara gələcəyini bildirmiş, sonra Emin ona zəng vuraraq əmisigilin onlara gəldiyini bildirmiş, həmin vaxtı özünün gömrüyə getdiyini, lakin oradan qayıdıb saat təxminən 23:00 radələrində Ələddingilin evinin yerləşdiyi məhəlləyə gəlmiş, həyətə keçmək üçün setkadan düşmüş, evin pəncərəsinin bir şüşəsini sındırmış, pəncərənin önündə olan gül qabını kənara çəkmiş və həmin hissədən içəri daxil olmuşdur. Evə daxil olduqdan sonra otaqları axtarıb diplomatı tapmış, eşiyə çıxan zaman səs-küy gəldindən diplomatı aparıb qonşuluqda olan Azərin həyətində sanitar qovşağa qoymuş, yolda diplomatı açmaq istəsə də, kilidli olduğu üçün aça bilməmiş, bir neçə gündən sonra çamadanın yandığını eşitmiş, evə girməkdə özünü təqsirli saymış, lakin pul götürmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin qeyd etmişdir ki, o, Eminlə başqa bir yerə oğurluğa getməmiş, Ələddingilin evinə Azərgilin həyətindən daxil olmuş, Emin çamadanın içində xeyli miqdarda pul olduğunu ona demiş, evə girərkən heç biri xəsarət almamış, çamadanı götürəndə nə qədər pul olduğunu bilməmiş, evə girən zaman salonda axtarış etməmiş, Emin pulun yataq otaqda olduğunu demiş, evdən çıxan zaman çamadanı qonşunun həyətinə qoymuş, Eminə məlumat vermiş, Emin isə sakitlik olsun gedib götürəcəyini bildirmiş, həmin evdə yaşayış olmamış, sonra çamadanın yandığını eşitmiş, çamadanın kimin yandırması ilə bağlı hər hansı bir məlumatı olmamış, Emin çamadanın içində pul olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadələrini təsdiq etdiyini, həmin vaxt ona hər hansı bir təsir və ya təzyiq olmadığını, etdiyi əməllərə görə peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 2024-cü ilin may ayında Bakı şəhərində yaşayan əmisi Ələddinin Yengicə kəndindəki evinə gəlmiş, həmin vaxtı əmisi özünə məxsus avtomobili satmış, o, Sərxanla görüşən zaman ona 50-100 min manat borcu olduğunu demiş, bunun üçün də oğurluq etmək qərarına gəlmiş, bir neçə nəfərin evinə girmək barədə söhbət etmiş, sonra isə əmisi Ələddinin evindən oğurluq etmək barədə razılaşmışlar, həmin razılaşmada özü və Sərxan olmuş, başqa şəxs onlara köməklik etməmiş, Sərxana atası xəstə olduğu üçün əmisi Ələddinin onlara gələcəyini, Ələddingil onlara gələndə ona zəng vurub məlumat verəcəyimi bildirmiş, 03 iyun tarixdə əmisigilin onlara gələcəklərini bildirmiş, lakin gecikdikləri üçün anası yenidən onlara zəng vurub gəlib-gəlməyəcəklərini soruşmuş, soruşmaqda məqsədinin çay süfrəsini hazırlamaq olmuş, onların təxminən 22:30 radələrində bizə gəlmiş, Sərxana zəng vurub bu barədə məlumat vermiş, Sərxan isə gömrükdən qayıtdığını bildirmiş, həmin vaxt o, əmisigillə birlikdə oturub çay içdikdən sonra əmisigil evlərinə getmiş, 15-20 dəqiqə sonra, əmisinin yoldaşı anasına zəng vuraraq evlərində oğurluq olduğunu demiş, ora gedən vaxtı əmisi polisə getmiş, anası əmisinin yoldaşından evdən nəsə oğrulandığını soruşanda o, da cavabında heç nəyin oğurlanmadığını bildirmiş, oradan evə gedən zaman Sərxana zəng vurmuş, ondan nə etdiyini soruşmuş, Sərxan ona diplomatı evdən götürdüyünü və içərisindən heçnə götürmədən atasının əmisi oğlu olan Azərgilin evinin sanitar qovşağına qoyduğunu bildirmiş, Sərxan ondan həmin diplomatı oradan götürməyini istəmiş, Sərxana götürə bilməyəcəyini bildirmiş, 4-5 gündən sonra çamadanı yanmış vəziyyətdə tapıldığını eşitmiş, hadisə təqribən 2024-cü ilin may ayının sonlarında baş vermiş, oğurluq etmək təklifini ilk olaraq özü irəli sürmüş, həmin vaxt əmisi Ələddinin avtomobil satdığını bilmiş, əvvəldən Sərxanla əmimgilə getməmiş, evə necə girməsi ilə bağlı onunla danışmamış, onlar əvvəlcədən əldə olunacaq pulu aralarında bərabər bölmək barədə razılaşmışlar. Hadisə olan zaman onlara gedəndə əmisi polisləri gətirməyə getmiş, onlar orada olan zaman polislər gəlmiş, ilkin olaraq pəncər sınmış, gül isə çölə qoyulmuş vəziyyətdə olmuş, Sərxana diplomatın yerini deməmiş, diplomatda pul olmamış, Sərxan oğurluq etmək istədiyini bildirmiş, Sərxan ona “sən ev tap mən girəcəm” sözlərini demiş, Sərxana zəng vuranda səs-küy gəldiyi üçün diplomatı sanitar qovşağa qoyduğunu bildirmiş, diplomatın içində nə olması ilə bağlı maraqlamamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadələrini təsdiq etdiyini, həmin vaxt ona hər hansı bir təsir və ya təzyiq olmadığını, etdiyi əməllərə görə peşman olduğunu, himayəsində üç azyaşlı övladının olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməllərə görə məhkəmə istintaqında özlərini təqsirli bilmələrinə dair ifadələrini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin “törətdikləri hadisədən sonra Zərərçəkmiş şəxs məxsus evdən götürülmüş diplomatın icərisində heç nəyin olmaması, diplomatın oğurlanmasından sonra onun içinə baxmadan (içini boşaltmadan) zərərçəkmiş şəxsin qonşuluğunda olan Şahid1 sahibliyində olan evinin tualetinə qoymaları və heç vaxt onu oradan götürməmələri, həmçinin diplomatın yandırılmasından xəbərlərinin olmamaması” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilmələri ilə bağlı ifadələrinə tənqidi yanaşır və təqsirləndirilən şəxslərin qeyd edilən ifadələrinin həmin hissələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, eləcə də öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslərin “oğurluq etdikdən sonra götürdükləri diplomatı açmadan və içindəkilərlə maraqlanmadan qonşuluqda yerləşən tualetə qoymaları və onu bir daha götürməmələri” barədə ifadələri adi məntiqə, həyat təcrübəsinə və oğurluq cinayətinin mahiyyətinə ziddir. Belə ki, oğurluq-başqasına məxsus əmlakı gizli yolla ələ keçirməklə bağlı yetərincə ictimai təhlükəli əməldir və bu əməlin törədilməsində məqsəd adətən maddi mənfəət əldə etmək olur. Bu baxımdan, təqsirləndirilən şəxslərin ələ keçirdikləri əşyanın — diplomatıniçərisinə baxmadan, onun dəyərini müəyyən etmədən və heç kəsin yaşamadığı bir evin həyətində günlərlə tərk etmələri, eləcə də həmin əşyanın müəmmalı şəkildə yandırılması maddi maraq məqsədi ilə törədilmiş oğurluğun məntiqinə və hadisələrin təbii gedişinə uyğun gəlmir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşı Nurəddinin oğludur. O, ibtidai istintaq zamanı verdiy ifadəni təsdiq etmiş, Bakı şəhərində yaşadığını bildirmiş, 2024-cü ilin may ayında həyat yoldaşı İlkanə və oğlu ilə birlikdə Bakı şəhərindən Şərur rayon Yengicə kəndinə gəlmiş, həmin ərəfə özünə məxsus Mersedes markalı avtomobili 9000 manata həmkəndlisi Sadiqə satmış, Sadiq avtomobilin pulu olaraq 1000 ABŞ dolları beh vermiş, qalan 7300 manatı isə Sadiqin atası Türkiyədən kart hesabına göndərmiş, pulun 1000 dollarını xərcləmiş, qalan 7300 manat pulu Şərur rayon Yengicə kəndində yerləşən evdə diplomata qoymuş, hadisə olan günü qardaşı Nurəddin onkoloji xəstə olduğu üçün onlara getmək istəmiş, Nurəddinin yoldaşı Yeganə zəng vuraraq gəlib-gəlməyəcəklərini sorumuş, saat təxminən 22:40 radələrində oğlu və həyat yoldaşı ilə birlikdə Nurəddingilə getmiş, təxminən saat yarım onlarda oturmuş, həyətə girən zaman pəncərənin şüşəsini sınmış, evi dağılmış vəziyyətdə görmüş, evə girən zaman isə otaqda diplomatın olmadığını görmüş, polis şöbəsinə gedərək bu barədə məlumat vermiş, yoldaşına və oğluna isə içəriyə daxil olmamalarını bildirmiş, bir neçə dəqiqə sonra polislər ilə bərabər gəlmiş, polis əməkdaşları evə baxış keçirmiş, hadisədən bir neçə gün sonra Azərin həyində diplomatın yanmış vəziyyətdə tapıldığını görmüş, Bakı şəhərində yaşadıqları üçün gedib-gəlməkdə çətinlik çəkmiş, ona görə polisə verdiyi şikayətini geri götürmüş, Bakıda olan zaman cinayətkarların tutulduqlarını polis ona bildirmiş, sonra yenidən onları bura çağırmışdır. Hadisənin 2024-cü ildə baş verdiyi bildirmiş, evdən oğurlanan əşyalar- 7300 manat pul vəsaiti, 1 ədəd üzük, 1 ədəd sırğa olmuş, maşını satdıqdan 10-15 gün sonra bu hadisə baş vemiş, Eminin maşınını satdığını bilmiş, Emin ilə hər hansı ədavəti olmamış, ilkin olaraq Emindən şübhələnməmiş, ona dəymiş ziyan 7300 manat olmuş, həmin ziyan ona ödənilməmiş, ibtida istintaq zamanı ona hər hansı təzyiq göstərilməmiş, diplomatın içində sənədlər, hərbi bilet, pasport, pul və bir ədəd üzük və bir ədəd sırğa olmuş, evə tək girmiş, oğlu və yoldaşını evə qoymamış,evə girən zaman diplomatın yerində olmadığını görmüş, qızılın tam qramını xatırlamadığını, təxminən 2 qram, 585 əyarlı olmuş, maşına görə 1000 dollar beh verilmiş, 7300 manat isə bankdan göndərmiş, Eminin maşını satdığını və pulu aldığını bilmiş, diplomatın qonşunun həyətində tapılmış, Azərin polisə zəng vuraraq məlumat vermiş, diplomatın yanıb kül vəziyyətində olduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs verdiyi ifadəsində qeyd etmişdir ki ona dəymiş ziyan bugünədək ödənilməsə də, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyil və təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buracmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 03 iyun 2024-cü il tarixdə o, yoldaşı və oğlu ilə birlikdə qaynı Nurəddin İbrahimovun evinə getmişdir. Həmin gün axşam saatlarında Nurəddingildə qonaq olduqdan sonra ailəsi ilə birlikdə öz evlərinə qayıtmışlar. Evə daxil olduqları zaman mənzilin pəncərəsinin şüşələrinin həm içəriyə, həm də çölə tərəf qırıldığını, evin dağınıq vəziyyətdə olduğunu görmüşlər. Bu zaman yoldaşı Ələddin dərhal polisə məlumat vermək üçün evdən çıxmış, o isə qaynıgilə zəng vuraraq evlərinə oğru girdiyini bildirmişdir. Bundan sonra qaynı arvadı Yeganə və oğlu Emin onların evinə gəlmişlər. Təxminən 15-20 dəqiqə sonra isə Ələddin polislərlə birlikdə geri qayıtmış və polis əməkdaşları evə baxış keçirmişlər. Həmin gün qaynıgilə gəlməzdən əvvəl qaynı arvadı Yeganə ona zəng vuraraq “çay hazırlamışıq, bizə gəlin” demiş, o da ailəsi ilə birlikdə təxminən saat 22:30 radələrində onların evinə getmişdir. Onlara gedərkən özü ilə heç nə aparmamış, yoldaşı yalnız şirniyyat almışdır. Həmin gün özü şalvar geyinmiş, yanında nə çantası, nə də şalı olmuşdur. O, qızıllarının bir hissəsini — sırğa və üzüyü — diplomatın içərisində, digər qızıllarını isə evin başqa yerində saxlamışdır. Qızılların hamısının dəqiq qram və əyarını bilməmiş, gündəlik istifadə etmədiyi qızılları ayrıca saxlamışdır. Bildirmişdir ki, yoldaşı bir neçə gün əvvəl avtomobilini Yengicə kənd sakini Yaşar adlı şəxsə 7300 manata satmış və həmin pulu diplomatın içərisində saxlamışdır. O, ifadəsində göstərmişdir ki, oğurluq baş verdiyi vaxt Emin onların yanında olmuşdur. Hadisə zamanı yaxın qohum kimi ilk olaraq qaynıgilə zəng vurmuş, onlardan kömək istəmişdir. Evə baxış zamanı polislərə nə qədər pul və ya qızılın oğurlandığı barədə dəqiq məbləğ deməklə bağlı aralarında heç bir söhbət olmamışdır. İlkanə hadisə baş verərkən həyətdə oturmuş, evin içərisinə girməmiş və orada kimlərin nə etdiyini görməmişdir. Polislər getdikdən sonra o, damda gizlətdiyi digər qızıllara baxmaq istəmiş, lakin damın qapısının qıfılla bağlı olduğunu görmüşdür. Şahid əlavə etmişdir ki, həmin gecə otağa keçməmiş, səhər tezdən yataq otağına daxil olarkən çexolun üzərində qan ləkəsi olduğunu görmüş və bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək həmin çexolun ləkəli hissəsini kəsib götürmüşlər. İlkanə Miryasin qızı sonda bildirmişdir ki, sonradan məlum olmuşdur — evlərində baş vermiş oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs2 anasıdır. O, yoldaşı Nurəddinin xəstə olduğunu, Ərzuruma xəstəxanaya gedəcəyini, ona görə Ələddingilin onlara gəldiyini bildirmiş, yubandıqları üçün zəng vurub gəlib-gəlməkləri ilə bağlı soruşmuş, zəng vurandan yarım saat sonra Ələddingil onlar gəlmiş, həmin vaxtı da Emin evdə olmuş, bərabər oturduqdan sonra onlar təxminən saat 1-də evlərinə getmiş, bir az keçmişdir ki, İlkanə zəng vuraraq “evlərinin getdiyini” bildirmiş, Eminlə birlikdə onlara getmiş, həmin vaxtı İlkanə oğlu ilə qarajın yanında durmuş, Ələddin isə polisləri çağırmağa getmiş, Ələddin polislərdən qabaq gəlmiş və onu görəndə pis olmuş, İlkanədən onu kimin buraya çağırdığını soruşmuş, İlkanə həmişə qızıllarını yanında gəzdirdiyini bildirmiş, maşının pulu isə Ələddin özündə olmuş, pulu onda olduğunu görmüş, səhər saat 5-ə qədər orada olduğunu bildirmişdir. Həmçinin hadisənin 2024-cü ilin yay aylarında olduğunu bildirmiş, Ələddin həmin vaxtı pulunun cibində olduğunu demiş, oğlunun Sərxanla razılaşması barədə məlumatı olmamış, onlarla heç bir düşmənçilikləri olmamış, həmin vaxtı orada pulun və sənədlərin oğurlandığını bildirmiş, diplomatın kimin yandırması ilə bağlı xəbəri olmamış, ibtidai istintaq zamanı vediyi ifadəmi təsdiq etmiş, Ələddin, oğlu və yoldaşı saat 1-ə qədər onlarda oturmuş, həmin vaxtı Emin onların yanında olmuş, sona qədər bərabər oturmuş, İlkanə onlara zəng vuranda Eminlə bərabər onlara getmiş, darvazanın qapısı açıq olmuş, həmin vaxtı Ələddin polisləri gətirmək üçün getmiş, 20 dəqiqədən sonra Ələddin gəlmiş, həmin vaxtı evə baxmamış, onlar rahat halda durmuş, qızıllar İlkanənin özündə olmuş, gələndə bizə şoqalat almış, açıq salafan torbanın içində olmuş, İlkanə qızılları özü ilə bərabər torbada gətirmiş, qızılların balaca torbada olduğunu bildirmiş, yoxsa qızılları görməmiş, İlkanə gülə-gülə həmişə qızıllarını gətirirəm demiş, torbanın nə rəngdə olduğunu bilməmiş, yataq otağına keçməmiş, onlar başqa otaq olmuş, İlkanə hadisənin sabahı günü qan ləkəsi olan çexolu kəsib polislərə vermiş, Ələddin polislərdən 20 dəqiqə qabaq gəlmiş, onu görəndə pis olmuş, onlar pulu göstərmiş, 7300 manat pul olduğunu demiş, pulu rezinlə bağlı formada görmüş, polislərə nə məlumat verildiyini bilməmiş, Sərxanın atası Ələddinə 10000 manat pul vermiş, Ələddin ilə hər hansı düşmənçiliyinin olmadığın bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Şərur rayon Yengicə kəndində əmisinin oğlu Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır, 2024-cü ilin iyun ayının əvvəllərində Ələddinin evindən oğurluq olmuş, onun evindən diplomat oğurlandığını eşitmişdir. Onun həyəti ilə anasının həyəti bitişikdir. Hadisədən təxminən 10 gün sonra heç kəsin yaşamadığı anasının həyətində təmizlik işləri apararkən həyətdə olan sanitar qovşağının içərisində diplomat yandırıldığını və unitazın partladığını görmüş, yandırılmış diplomatın Zərərçəkmiş şəxs evindən oğurlanan diplomat olduğunu başa düşmüş, bu barədə ilk olaraq polis əməkdaşlarına, daha sonra isə Ələddinə məlumat vermişdir. Həmin diplomatı kimin yandırdığını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X26 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 anasıdır. O, Zərərçəkmiş şəxs tanımır, mərhum həyat yoldaşı X9 2024-cü ilin dekabr ayında avtomobilinə ehtiyyat hissəsi almaq üçün Bakı şəhərinə getmiş, o, Zərərçəkmiş şəxs pul verməmiş, Bakı şəhərinə getmək üçün 200 manat borc alaraq getmiş, Fəxrəddinin pulu olmadığı üçün Ələddinə pul vermədiyini dəqiq bilir, oğlu Təqsirləndirilən şəxs1 tutulmamışdan əvvəl onun oğurluq etdiyini bilməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, məhkəmədə baxılan cinayət işi üzrə ibtidai araşdırma dövründə hadisə yerinə baxış istintaq hərəkətində hal şahidi kimi iştirak etməmiş, hadisənin baş verdiyi evin içərisinə daxil olmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verərək, əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşı X24 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, hadisə baş verdiyi gecə Şərur Rayon Polis İdarəsində əməliyyatçı olduğunu, hadisə barədə polis idarəsinə məlumat verildikdən sonra əməliyyat qrupunun hadisə yerinə getdiyini, hadisə yerində ölçmə-biçmə işlərini müstəntiq Abbas müəllimin apardığını, oğurluq olan yataq otağına baxış zamanı çarpayının üzərindəki məsəfədə qan ləkələrinin aşkar edildiyini, qan izlərinin hansı formada götürülməsindən xəbərinin olmadığını, belə ki, həmin vaxt hadisə yerinin toxunulmzalığını təmin etmək üçün özünün tez-tez çölə çıxdığını bildirmişdir. Şahid X3 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar xx.xx.2025-ci il tarixli telefonoqramlarla məhkəməyə müraciət edərək yolun uzaqlığı ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, şahid X1 və X7 məhkəmə iclaslarına gəlmələrini istisna edən halı üzrlü səbəb hesab edərək və onların ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ifadələrinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315 və 329-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid X5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Şahid2 zəng vuraraq Təqsirləndirilən şəxs1 atası Fəxrəddinin Bakı şəhərində yaşayan qardaşı Məhərrəm ilə birlikdə Zərərçəkmiş şəxsgilə gəldiklərini, Ələddinə evdən oğurlanmış pulu verdiklərini, onların məsələni öz aralarında həll etdiklərini bildirməmiş, əlavə olaraq ona “Eminə de Sərxanın qardaşı Səbuhinin evindən olan oğurluğu boynuna alsın, bu məsələdə qurtarsın” sözlərini deməmiş, onlarla sadəcə onkoloji xəstə olan qardaşı Nurəddini maraqlanmaq üçün arasıra danışmışdır. X22 İbrahimova pul verib-verməməsi barədə heç bir məlumatı yoxdur (i.v İİ cild 19-21). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid X17 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Fəxrəddin Tahirov Bakı şəhərinə onun xəbəri olmadan gəlmiş, səhər tezdən ona zəng vuraraq Bakıda olduğunu bildirmiş, həmin vaxt nə Fəxrəddini nə də, Ələddini görməmiş, Fəxrəddin Tahirov ona avtomobilinə ehtiyyat hissəsi almaq üçün Bakıya gəldiyini bildirmiş, Ələddin ilə görüşməyə gəlmiş olsa belə oğlunun oğurluq etdiyini ona deməyə utandığını düşünür, Bakı şəhərində Fəxrəddin və Ələddinin görüşüb-görüşmədiyini dəqiq bilmir, lakin Fəxrəddinin xeyli borcu olduğu üçün Ələddinə pul verə bilməyəcəyini dəqiq bilir (i.v İ cild 246-248). Məhkəmə şahid ifadələrini və mövcud ziddiyyətləri qiymətləndirərək aşağıdakı qənaətə gəlmişdir: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələri arasında müəyyən ziddiyyətlər müşahidə olunmuşdur. Belə ki, Şahid2 ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs evindən oğurlanmış diplomatın içərisində qızıl və pul olmadığını, lakin onun polis əməkdaşlarına “yalandan diplomatın içərisində pul və qızıl olduğunu bildirəcəyini” dediyini göstərmişdir. Şahid3 isə əksinə, bu ifadəni təkzib edərək, Zərərçəkmiş şəxs belə sözlər işlətmədiyini və həqiqətən də evdən oğurlanmış diplomatın içərisində 7300 manat pul, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanın olduğunu bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 ifadələri də bir-biri ilə tam uyğun gəlmir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisədən dərhal sonra evindən oğurlanan diplomatın içərisində qeyd olunan pul və zinət əşyalarının olduğunu bildirmiş, bu barədə mövqeyini istintaq və məhkəmə mərhələsində dəyişməmişdir. Təqsirləndirilən şəxs2 isə ilkin ifadəsində əmisi Ələddinin diplomatın içərisində dəyərli əşya olmadığını dediyini göstərmiş, lakin daha sonra üzləşmə zamanı həmin sözləri “özünü müdafiə məqsədilə yalan dediyini” etiraf etmişdir. Məhkəmə hesab edir ki, göstərilən ziddiyyətlər ifadələrin bəzi detallarına aid olsa da, hadisənin ümumi istiqamətinə və mahiyyətinə təsir göstərmir. Belə ki, təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi ilə bağlı ittiham tərəfinin mövqeyi (oğurluq faktının baş verməsi, hadisənin gecə vaxtı törədilməsi, hadisə yerinin vəziyyəti, oğurluğun pəncərədən daxil olunmaqla törədilməsi və hadisədən sonra diplomatı zərərçəkmişin qonşuluğunda yandırılmış vəziyyətdə tapılması kimi halları) həm təqsirləndirilən şəxslərin etirafedici ifadələri, həm şahidlərin bir hissəsinin ifadələri, həm də istintaq materialları ilə təsdiq olunur. Bu səbəbdən məhkəmə şahid ifadələri arasında olan ziddiyyətlərin işin mahiyyətinə təsir etmədiyini, şahidlərin ifadələrinin əsaslı və bir-birini tamamlayan hissələrinin isə iş üzrə sübutlar sistemi ilə uzlaşdığını nəzərə alaraq, həmin ifadələri inandırıcı hesab edir və sübut kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları (Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol, Şərur rayon Polis İdarəsi tərəfindən AR Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğu məktubu və xx.xx.2024-cü il tarixli müvafiq cavab məktubuistisna olmaqla) da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs evindən oğurluq olması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış, vətəndaş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-2). “Cinayət işinin tövsif edilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Həmin cinayət işi Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuşdur (i.v İ cild 114). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 iyun 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Şərur rayon Yengicə kəndində yerləşən Zərərçəkmiş şəxs Məhəmmədli oğlunun yaşadığı mənzildir. Baxış zamanı qarşımıza qara rəngli metaldan hazırlanmış iki tağlı darvaza qapısı çıxır və həmin darvazadan içəri daxil olduqda 60x40 metr ölçüdə 3 otaqlı mənzil qarşılayır. Həmin mənzilin giriş qapısı qara rəngli metaldan hazırlanmışdır. Giriş qapısından solda 02 ədəd salon otağının pəncərəsi vardır. Ən solda olan pəncərinin sol tağının şüşəsi sındırılmışdır. Pəncərənin önündə aşağı atılmış ağ rəngli güldan vardır. Həmin giriş qapısından içəri daxil olduqda qarşımıza 10x4 metr ölçüdə salon otağı çıxır və həmin salon otağının sağ küncündə iki tağlı taxtadan hazırlanmış qəhvəyi rəngli 240x115 sm ölçüdə qapı vardır. Həmin qapıdan içəri daxil olduqda qarşımıza 7x6 metr ölçüdə yataq otağı çıxır. Həmin yataq otağına nəzər saldıqda bir ədəd 200x180 sm ölçüdə çarpayı, bir ədəd 195x209 sm ölçüdə şkaf, bir ədəd metaldan hazırlanmış 81x71 sm ölçüdə sarı rəngli soba vardır. Çarpayının üzərində olan yorğan və döşəyin üzərində qanabənzər ləkələr vardır. Hadisə yerinə baxış zamanı kriminalist tərəfindən hadisə yerinin əl-barmaq izləri götürüldü. Hadisə yerində iştirak edən Zərərçəkmiş şəxs yataq otağındakı şkafın içərisindən içərisində 7300 manat pul, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzük olan çantanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirdi. Hadisə yerinə baxış zamanı hadisə yerinin müxtəlif ölçüdən fotoşəkilləri çəkilərək protokola əlavə edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq çarpayının üzərində olan qanabənzər ləkələr 02 ədəd parça halında kəsilərək qablaşdırılmış və götürülmüşdür (i.v İ cild 6-14). Məhkəmə bu sübutu qiymətləndirərkən qeyd edir ki, göstərilən protokolda hadisə yerinə baxış istintaq hərəkətinin iki hal şahidinin — Şahid5 və Şahid4 iştirakı ilə keçirildiyi göstərilsə də, məhkəmə iclasında dindirilmiş həmin şəxslər bu faktı təsdiq etməmiş, əksinə, həmin istintaq hərəkətində iştirak etmədiklərini bildirmişlər. Məhkəmə bu ifadələri nəzərə alaraq müəyyən edir ki, hadisə yerinə baxışın keçirilməsi zamanı Cinayət Prosessual Məcəlləsinin 236-cı maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, həmin maddənin 236.4-cü bəndinə əsasən, hadisə yerinin baxışı zamanı azı iki hal şahidinin iştirakı təmin edilmədikdə, videoçəkilişdən istifadə olunması məcburidir. Lakin iş materiallarında hadisə yerinin baxışı zamanı videoçəkilişin aparıldığına dair hər hansı məlumat, qeyd və ya daşıyıcı təqdim edilməmişdir. Bu hallar göstərir ki, hadisə yerinə baxış istintaq hərəkəti prosessual qaydalar pozulmaqla, yəni hal şahidlərinin iştirakı təmin edilmədən və videoçəkiliş aparılmadan həyata keçirilmişdir. Bu səbəbdən, hadisə yerinə baxış istintaq hərəkəti prosessual qaydalar kobud şəkildə pozulmaqla aparılmışdır. CPM-nin 125.2.7-ci maddəsinə əsasən, istintaq hərəkətləri icraat qaydaları kobud pozuntularla aparıldıqda bu yolla əldə edilmiş məlumatların sübut kimi qəbul edilməsinə yol verilmir və məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, baxış protokolu yalnız cinayət hadisəsinin baş verdiyi yerin müəyyən edilməsi hissəsində, yəni maddi obyektin mövcudluğuna dair faktların təsdiqi baxımından etibarlı sayıla bilər. Lakin hadisənin gedişatı, əşyaların götürülməsi və qanabənzər ləkələrin qablaşdırılması ilə bağlı hissəsi prosessual pozuntulara görə etibarlı sübut kimi qəbul edilmir. Şərur rayon Polis İdarəsi tərəfindən AR Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğu məktubundan və xx.xx.2024-cü il tarixli müvafiq cavab məktubundan belə görünür ki, Zərərçəkmiş şəxs məxsus evdən baş vermiş oğurluqla bağlı hadisə yerinin müayinəsi zamanı yataq otağında olan çarpayının üzərindən götürülmüş 02 ədəd qan ləkəsi DNT analizinin keçirilməsi üçün 04 iyun 2024-cü il tarixdə AR Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Qeyd olunan sorğuya cavab olaraq daxil olmuş 11 dekabr 2024-cü il tarixli, 3-13-11/2-12933/2024 nömrəli məktubda Zərərçəkmiş şəxs məxsus evdən baş vermiş oğurluq faktı əsasında hadisə yerinin müayiəsi zamanı götürülmüş 02 ədəd parça kəsiyinin üzərində olan qan ləkələrinin xx.xx.2989-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs1 məxsus olduğu göstərilmişdir (i.v İ cild 14, 24). Məhkəmə bu sübutu qiymətləndirərkən qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi qan nümunələrinin ekspertizaya göndərilməsi üçün istintaq orqanı tərəfindən prosessual qaydada “məhkəmə-tibbi (məhkəmə-bioloji) ekspertiza təyin edilməsi haqqında qərar” qəbul edilməmişdir. Halbuki, Cinayət Prosessual Məcəlləsinin 264.1 və 264.3-cü maddələrinə əsasən, ekspertiza cinayət təqibi üçün əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə və yalnız müstəntiqin qərarı əsasında aparıla bilər. Həmin tələblərə görə ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertizanın aparılma əsasları, göndərilən obyektlər, ekspert qarşısında qoyulan suallar və ekspert idarəsinin adı göstərilməlidir. Lakin iş materiallarında bu tələblərə cavab verən hər hansı qərar və ya sənəd mövcud deyildir. Beləliklə, ekspertiza qanunla müəyyən edilmiş qaydada təyin edilmədən aparılmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı CPM-nin 264-cü maddəsinin tələblərinə əməl etməmiş, nəticədə DNT tədqiqatı prosesseual əsas olmadan, yəni qanunsuz əldə edilmiş sübut kimi formalaşdırılmışdır. Cinayət Prosessual Məcəlləsinin 125.2.7 və 125.3-cü maddələrinə əsasən, istintaq və digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda bu yolla əldə edilən məlumatlar hüquqi qüvvəsi olmayan sübut sayılır və ittihamın düzgün həlli üçün istifadə edilə bilməz. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, DNT tədqiqatının nəticələri də qanunla müəyyən edilmiş qaydada əldə edilmədiyinə görə etibarsız sübut kimi qiymətləndirilməli və ittihamın sübut bazasından çıxarılmalıdır. “İfadənin yerində yoxlanılması haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkətləri keçirilmişdir. Həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdiyi cinayət hadisəsini etiraf etmişdir (i.v İİ cild 72-72). 25 fevral 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı həmin şəxslər ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək həmin xüsusatları bir-birlərinin üzlərinə qarşı da demişlər (i.v İ cild 111-113). 11 mart 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi “əmim diplomatın içərisində dəyərli əşya olmadığını demişdi” sözlərini özünü müdafiə etmək üçün yalan dediyini bildirmiş, Zərərçəkmiş şəxs isə qeyd olunan sözləri demədiyini, evindən oğurlanmış diplomatının içərisində 7300 manat pul, 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğasının olduğunu onun üzünə demişdir (i.v İ cild 190-191). 11 mart 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs evindən oğurlanmış diplomatın içərisində 7300 manat pul, 01 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa olduğunu, heç kimə “evimdən oğurlanmış diplomatın içərisində qızıl və pul yox idi, lakin polislərə yalandan diplomatın içərisindən qızıl və pulumun olduğunu bildirəcəyəm” sözlərini demədiyini, evindən baş vermiş oğurluqla bağlı heç kimin ona pul vermədiyini onun üzünə demişdir. Şahid2 oğurluq zamanı Zərərçəkmiş şəxs evinə getdiyini, həmin vaxt Ələddinin “evimdən oğurlanmış diplomatın içərisində qızıl və pul yox idi, lakin polislərə yalandan diplomatın içərisindən qızıl və pulumun olduğunu bildirəcəyəm” sözlərini dediyini, Bakı şəhərində yaşayan baldızı Vətənin ona zəng vuraraq X15 dəymiş ziyanı qarşıladığını dediyini onun üzünə bildirmişdir (i.v İ cild 192-193). 14 aprel 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Şahid3 ilə Şahid2arasında üzləşdirilməsi istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 oğurluq zamanı Zərərçəkmiş şəxs evinə getdiyini, həmin vaxt Ələddinin İlkanəyə “evimdən oğurlanmış diplomatın içərisində qızıl və pul yox idi, lakin polislərə yalandan diplomatın içərisindən qızıl və pulumun olduğunu bildirəcəyəm” sözlərini dediyini, bundan bir müddət sonra yoldaşı Nurəddin ilə Ələddin gilə getdiyini, həmin vaxt Elməddin İbrahimlinin atasına “gərək polislərə 20000 manat oğurlandığını deyərdin” sözlərini dediyini onun üzününə demişdir. Şahid2 evlərindən oğurlanmış diplomatın içərisində 7300 manat pul, 01 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa olduğunu, Ələddin İrahimovun heç kimə “evimdən oğurlanmış diplomatın içərisində qızıl və pul yox idi, lakin polislərə yalandan diplomatın içərisindən qızıl və pulumun olduğunu bildirəcəyəm” sözlərini demədiyini, oğlu Elməddinin atasına “gərək polislərə 20000 manat oğurlandığını deyərdin” sözlərini demədiyini onun üzünə demişdir (i.v İİ cild 34-35). 12 mart 2025-ci il tarixli “Əşyaya (sənədə) baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi bank “Kapital” banka məxsus “ödəniş kartı üzrə çıxarışa” baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus 416973******9068 nömrəli kart hesabına 29 may 2024-cü il tarixdə 7300 manat pul köçürüldüyü və həmin tarixdə 2000, 2000, 2000 və 1300 manat olmaqla Şərur rayon Yengicə kənd İcra Nümayəndəliyinin qarşısında olan bankomatdan çıxarıldığı müəyyən edilmişdir (i.v İ cild 196). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2025-ci il tarixli, 315 nömrəli “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən” görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğanın ümumi dəyəri təxminən 510 (beş yüz on) manat təşkil edir (i.v İİ cild 45). 15 aprel 2025-ci il tarixli “Əşyaya (DVD) baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil telefon nömrələrinə gələn-gedən zənglər və anten məlumatlarının əks olunduğu Şərur Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsindən daxil olmuş “01 ədəd “DVD”-yə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 ***- ***-**-** saylı nömrəsi ilə Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı nömrəsi arasında 01 iyun 2024-cü il tarixdə saat 13:14-də 0 saniyə, 21:12-də 0 saniyə, 21:42-də 0 saniyə, 22:02-də 76 saniyə, 03 iyun 2024-cü il tarixdə saat 11:40-da 51 saniyə, 11:54-də 37 saniyə, 11:58də 0 saniyə, 12:02-də 0 saniyə, 12:06-da 0 saniyə, 22:41-də 25 saniyə, 05 iyun 2024-cü il tarixdə saat 22:30-da 0 saniyə, 06 iyun 2024-cü il tarixdə saat 19:13-də 0 saniyə, 10 iyun 2024-cü il tarixdə saat 10:46-da 31 saniyə, 14 iyun 2024-cü il tarixdə saat 21:10-da 39 saniyə telefon danışıqlarının olduğu müəyyən edilmişdir (i.v İİ cild 37). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 18 dekabr 2024-cü il tarixli, 255 nömrəli “Məhkəmə-Tibbi Ekspertizası”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində, sol əlin şəhadət barmağında çapıq toxuma formasında xəsarət müəyyən edilmişdir. Ekspertin gəldiyi nəticəyə əsasən, həmin xəsarət kəsici alət təsiri nəticəsində yaranmış, xəsarətin yaranma vaxtı isə müayinənin aparılmasından təxminən 1–1,5 ay əvvələ təsadüf edir (i.v İ cild 45). Məhkəmə bu ekspert rəyini qiymətləndirərkən qeyd edir ki, rəyin məzmununda göstərilən xəsarətin yaranma vaxtı və xarakteri ilə təqsirləndirilən şəxslərin üzərinə qoyulmuş oğurluq hadisəsinin baş verdiyi vaxt arasında dəqiq uyğunluq müəyyən edilməmişdir. Ekspert rəyində göstərilən 1–1,5 aylıq zaman aralığı təxmini xarakter daşıyır, bu isə xəsarətin məhz hadisə yerində törədilən oğurluğa aid olub-olmaması barədə qəti nəticə çıxarmağa imkan vermir. Digər tərəfdən, ekspert rəyi yalnız xəsarətin xarakterini və təxmini yaranma vaxtını müəyyən edir, lakin onun əmələ gəlmə şəraitinə, o cümlədən müəyyən hadisə ilə birbaşa əlaqəsinə dair hər hansı elmi nəticə təqdim etmir. Məhkəmə hesab edir ki, bu rəy təkbaşına təqsirləndirilən şəxsin hadisə yerində olmasını və ya cinayətin törədilməsində iştirakını sübuta yetirən mötəbər dəlil kimi qiymətləndirilə bilməz. Cinayət Prosessual Məcəlləsinin 125.1 və 125.2.10-cu maddələrinin tələblərinə əsasən, yalnız müasir elmi baxışlara və qanunla müəyyən edilmiş prosessual qaydalara uyğun əldə edilmiş, məhkəmə tərəfindən etibarlılığı təsdiqlənən sübutlar ittihamın əsaslandırılmasında istifadə oluna bilər. Halbuki təqdim edilən ekspert rəyi nə hadisənin konkret şəraitini aydınlaşdırmağa, nə də təqsirləndirilən şəxsin əməllərinin hadisə ilə səbəb-nəticə əlaqəsini təsdiqləməyə imkan verir. Bu səbəbdən məhkəmə hesab edir ki, göstərilən məhkəmə-tibbi ekspert rəyinin nəticələri də ittihamın sübut bazasında həlledici sübut kimi qəbul edilə bilməz və yalnız yardımçı, tamamlayıcı xarakterli məlumat kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsi, zərərçəkmiş şəxsin kimliyi, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği kimi məsələlər öz təsdiqini tapır. “Şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2025-ci il tarixli qərarlardan və həmin tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhə edildiyindən Təqsirləndirilən şəxs1 25 fevral 2025-ci il tarixdə, saat 16:30-da, Təqsirləndirilən şəxs2 isə 25 fevral 2025-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs kimi tutulmuşlar (i.v İ cild 72, 74, 97, 99). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə şübhəli şəxs kimi tutulmaları ilə bağlı hallar öz təsdiqini tapır. "Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" 27 fevral 2025-ci il və 22 aprel tarixli qərarlardan və həmin tarixli protokollardan görünür ki, 27 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Аzərbаycаn Rеspublikаsı CM-nın 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, 22 aprel 2025-ci il tarixdə isə onlara qeyd olunan maddələr ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir (i.v İ cild 125, 131, 139-140, 147, İİ cild 79-80, 87, 90-91, 98). Şərur rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(110)-3/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 17 (on yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilərək qərarın icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilmişdir. (i.v İ cild 172-174) Şərur rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(110)-4/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 17 (on yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilərək qərarın icrası Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilmişdir. (i.v İ cild 168-170) Məhkəmə hesab edir ki, bu sübutlarla ibtidai araşdırma dövründə şəxslərə ittiham elan edilməsi və onların barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsi kimi hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X16 tərəfindən Şərur RŞPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-34- 4/2-850/2025 №-li cavab məktubundan görünür ki, Şərur rayon sakinlərindən Təqsirləndirilən şəxs2 həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamış, Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin may ayından narkomaniyaya görə həmin tibb müəssisəsində profilaktik qeydiyyatda dayanır (i.v İ cild 238). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 xx.xx.2025-ci il tarixli, 141 və 143 nömrəli "Ambulator Məhkəmə-psixatrik ekspertizası"na dair rəylərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisədən sonra və hadisə zamanı psixi vəziyyətlərinin sağlam olduğu, cinayət əməllərini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkmədikləri, cinayət əməllərini törədən zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud onları idarə etmək iqtidarında olduqları, hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədikləri və onların barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir (i.v İİ cild 41-44, 52-54). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 xx.xx.2025-ci il tarixli, 142 və 144 nömrəli "Ambulator məcburi nakoloji Tibbi Yoxlaması"na dair rəylərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alkoqolizimdən və narkomaniyadan əziyyət çəkmədikləri göstərilmişdir (i.v İİ cild 45-47, 49- 51). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin sağlamlıq vəziyyətləri və onların barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. Şərur Rayon Polis İdarəsinin Təşkilatı İnspeksiya Qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Şərur rayon Yengicə kənd sakini Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i.v İ cild 116). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs1 məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması kimi hallar öz təsdiqini tapır. Şərur Rayon Polis İdarəsinin Təşkilatı İnspeksiya Qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən və Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən və Kəngərli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şərur rayon Yengicə kənd sakini Təqsirləndirilən şəxs2 Naxçıvan MR Hərbi Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Kəngərli rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 azadlıqdan məhum edilmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır (i.v İ cild 117, İİ cild 2-15, 31-33). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğunun olması və ona sadə residivə görə cəza təyin etmək üçün əsasların olması öz təsdiqini tapır. Şərur rayon İHB-nın Yengicə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş aprel 2025-ci il tarixli, 40 №-li arayışdan və "Elektron Məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri arvadı-1995-ci il təvəllüdlü X14, oğlu- 2014-cü il təvəllüdlü X4, qızı-2017-ci il təvəllüdlü X11 ibarətdir (i.v İ cild 55). Şərur rayon İHB-nın Yengicə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş aprel 2025-ci il tarixli, 41 №-li arayışdan və "Elektron Məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri arvadı-1989-cu il təvəllüdlü X2, qızı- 2016-cı il təvəllüdlü Şahid2 Emin qızından, oğlu- 2019-cu il təvəllüdlü X12, oğlu-2017-ci il təvəllüdlü X18 ibarətdir (i.v İ cild 57). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin qeydiyyatda olduqları və faktiki yaşayış yerləri, o cümlədən himayəsində azyaşlı uşaqlarının olması kimi hallar öz təsdiqini tapır. Təqsirləndirilən şəxslərin adına Şərur Rayon Yengicə kənd İ.Ə.D-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrə nəzər saldıqda görünür ki, bu xasiyyətnamələrdə təqsirləndirilən şəxslərin orta məktəbə getmələri, orta məktəbi bitirdikdən sonra xərbi xidmətə getmələri, ərazidə yaşadıqları müddət ərzində inzibati ərazi dairəsinə onlar haqqında şikayətlərin daxil olub-olmaması və.s. kimi hallar göstərilmişdir (i.v İİ cild 58, 60). Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş xasiyyətnamələrdə təqsirləndirilən şəxslərin şəxsiyyətlərinin gerçək cizgilərinin müəyyən edilməsi üçün əlavə məlumatlar (onların əxlaqa, mənəviyyata və sosial dəyərlərə münasibətlərini səciyyələndirən hallar və.s.) qeyd olunmadığından, bu xasiyyətnamələr təqsirləndirilən şəxslərin şəxsiyyətlərinin gerçək cizgilərini müəyyən edən sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, bu xasiyyətnamə yalnız formal məlumatlardan ibarət olduğundan, məhkəməyə cinayətin subyektlərinin şəxsiyyətləri haqqında obyektiv fikir formalaşdırmağa imkan vermir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, eləcə də iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv surətdə qiymətləndirilməsinə əsaslanmaqla belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin elan olunmuş ittiham üzrə-Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqda — təqsirli olmaları sübut edilmişdir. Məhkəmə qeyd edir ki, baxmayaraq bəzi sübutlar (xüsusilə qanunsuz qaydada ekspertiza təyin edilmədən aparılmış DNT tədqiqatının nəticələri və Hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyun 2024-cü il tarixli protokol ) prosessual pozuntularla əldə olunduğuna görə Cinayət Prosessual Məcəlləsinin 125.2.7 və 125.3-cü maddələrinə uyğun olaraq mötəbər sübut kimi qiymətləndirilməmişdir, lakin bu hal iş üzrə yekun nəticəyə əhəmiyyətli təsir göstərməmişdir. Belə ki, təqsirləndirilən şəxslərin hər ikisi — Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 — həm ibtidai istintaq, həm də məhkəmə istintaqı mərhələsində öz əməllərini etiraf etmiş, oğurluq hadisəsinin başvermə mexanizmi, hadisə yerinə daxilolma tərzi, oğurlanmış əşyaların xarakteri və sonrakı taleyi barədə ətraflı və bir-birini tamamlayan ifadələr vermişlər. Cinayətin birbaşa icraçısı olan Təqsirləndirilən şəxs1 hadisə yerinə baxış zamanı verdiyi ifadəsində göstərilən halları yerində yoxlama zamanı da təsdiqləmiş, bu zaman hadisə yerini və əməlin necə törədildiyini ətraflı şəkildə nümayiş etdirmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş üzləşdirmələr zamanı təqsirləndirilən şəxslərin ifadələri arasında əsaslı ziddiyyət aşkar edilməmiş, onların bir-birinin ifadələrini təsdiq edən izahatlar verməsi cinayətin birgə törədildiyini sübut etmişdir. Həmçinin, iş materiallarında yer alan telefon danışıqlarının təhlili göstərir ki, hadisənin baş verdiyi vaxtda təqsirləndirilən şəxslər arasında intensiv əlaqə olmuş, bu isə onların hərəkətlərinin qarşılıqlı razılaşma əsasında həyata keçirildiyini təsdiq edən dolayısı sübut kimi qiymətləndirilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən dindirilmiş şahidlərin ifadələri də təqsirləndirilən şəxslərin hadisə ərəfəsində və hadisədən dərhal sonra davranışlarının cinayət əməlinə uyğunluğunu təsdiqləmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, istintaq zamanı prosessual tələblərin pozulması ilə əldə edilmiş bəzi sübutların sübut bazasından çıxarılması işin obyektiv həllinə təsir göstərməmişdir. Çünki işin halları məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər çoxsaylı, qarşılıqlı uyğun gələn və bir-birini tamamlayan sübutların — təqsirləndirilən şəxslərin etirafedici ifadələrinin, hadisə yerində ifadənin yoxlanılması, üzləşdirmə protokollarının, şahid ifadələrinin, telefon danışıqları və ekspert rəyinin məcmusunun — əsaslı təhlili ilə tam sübuta yetirilmişdir. Bütün bunlarla yanaşı məhkəmə cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları tam araşdırmamış, ziddiyyətli məqamları nəzərə almamış və nəticədə təqsirləndirilən şəxslərin əməllərinin tövsifində səhvə yol vermişdir. Belə ki, məhkəmə istintaqında mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 2024-cü ilin may ayının sonlarında əvvəlcədən tanıdığı sinif yoldaşı Şərur rayon Yengicə kənd sakini Təqsirləndirilən şəxs1 ilə haradan oğurluq etmələri ilə bağlı söhbətləşərkən o, əmisi Zərərçəkmiş şəxs Bakıdan gəldiyini və özünə məxsus avtomobilini satdığını, avtomobilin pulunun ona məxsus Şərur rayon Yengicə kəndində olan evində diplomatın içərisində olduğunu, atası xəstə olduğundan əmisigilin yaxın günlərdə onlara qonaq gələcəyini, həmin vaxt özünün Sərxana məlumat verəcəyini, Sərxanın isə evə girərək oğurluq edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 da onunla razılaşmışdır. Bu məqsədlə də o, Təqsirləndirilən şəxs1 əmisi Zərərçəkmiş şəxs qonşu həyətlərinin boş olduğunu, heçkimin yaşamadığını, həmin həyətə darvaza qapısından daxil ola biləcəyini, oradanda əmisigilə setka çəpərdən aşaraq həyətlərinə daxil ola biləcəyini, əmisigilin evlərinə qapıdan daxil ola bilməyəcəyini, ancaq pəncərədən daxil ola biləcəyi barədə məlumatları vermiş, 03 iyun 2024-cü il tarixdə əmisi Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə onlara qonaq gəldikləri və evdə olmadıqları zaman o, bu barədə Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə məlumat vermiş, sonuncu həmin günü saat təxminən 23:00 radələrində birgə planlaşdırdıqları cinəyatkar niyyətlərini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsinə çəpərdən aşaraq girmiş, yerdən tapdığı dəmir parçası ilə evin pəncərəsinin şüşəsini sındıraraq həmin hissədən qanunsuz olaraq evə daxil olmuş və evin yataq otağında olan paltar dolabından içərisində 7300 manat pul, 585 əyarlı, 02 qram çəkidə, ümumi dəyəri 170 manat olan 01 cüt qızıl sırğa və 585 əyarlı, 04 qram çəkidə, ümumi dəyəri 340 manat olan 01 ədəd qızıl üzük olan qara rəngli diplomatı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 7810 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri həyata keçirməmiş, onun hərəkətləri icraçının hərəkətini tamamlamamış, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər (yaşayış sahəsinə girməsə də pəncərənin sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda Təqsirləndirilən şəxs1 sığortalaması və.s) etməmişdir. Yəni, Təqsirləndirilən şəxs2 icraçı Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətin törədilməsində bilavasitə iştirak etməmişdir. Təəssüf ki, ibtidai istintaq orqanı qeyd edilən cinayət işinin faktiki hallarını nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 birbaşa cinayətin icraçısı olmasa da, digər Təqsirləndirilən şəxs1la qabaqcadan razılaşmalarına əsasən əmisi Zərərçəkmiş şəxs evinə hansı istiqamətdən necə daxil olmalı olduğunu, qeyd olunan diplomatın evdə harada olması, diplomatın içərisində xeyli miqdarda pul olmasını, onlara qonaq gəldikdən sonra xəbər verməsi kimi rolları bölüşdürdükləri, eləcə də, Təqsirləndirilən şəxs1 oğurluq cinayətini yəni diplomatı ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs qapılarının önündə avtomobil dayanmasından, həmçinin kənd içində əlində diplomatla gəzməsindən qorxaraq tələsik sonuncunun evinin yanında olan yaşayış olmayan həyətdə diplomatı yardımçı tikiliyə qoyub getmiş və Təqsirləndirilən şəxs2 zəng edərək diplomatı qoyduğu yer haqqında məlumat vermiş, Təqsirləndirilən şəxs2 da ona narahat olma özüm gedib götürəcəm demişdir. Bununla da Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində bilavasitə kömək göstərməyə yönəlmiş aktiv hərəkətlər etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini tövsif edərkən hər bir təqsirləndirilən şəxsin cinayətin törədilməsindəki iştirakının mahiyyətini, iştirakının xarakterini və onların hər birinin etdikləri hərəkətlərini düzgün araşdırmamış və təhlil etməmişdir. Məhkəmə istintaqında araşdırılmış sübutlardan və müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs1la birgə icraçı qismində iştirak etməmiş, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri həyata keçirməmiş, cinayətin həyata keçirilməsi üçün heç bir fəal hərəkət etməmişdir. Təqsirləndirilən şəxs2, ümumiyyətlə, cinayətin törədildiyi yerdə olmamış və baş vermiş hadisəni görməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri sadəcə olaraq cinayətin əvvəlcədən planlaşdırılmasına və icrasına öz məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etməkdən ibarət olmuşdur. Lakin ibtidai istintaq orqanı heç bir sübuta istinad etmədən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birgə cinayətin icraçısı kimi qəbul etmişdir. Nəticədə təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuş, yəni Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində köməkçi qismində çıxış etdiyi halda ibtidai istintaq orqanı onu cinayətin icraçısı kimi tanımışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 cinayətin köməkçisi olduğu halda onu cinayətin icraçısı kimi qəbul etməsində kobud səhvə yol vermişdir. Bu kobud səhv nəticəsində hər iki təqsirləndirilən şəxsin vəziyyəti ağırlaşmış və onların hər birinə daha ağır ittiham irəli sürülmüşdür. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-cu il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və.s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi qiymətləndirilməsi üçün əhəmiyyətli məqam əməlin törədilməsində qabaqcadan cinayət əlaqəsinə girmiş iki və ya daha çox icraçının olmasının zəruriliyidir. Təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən – cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla törətdiyi oğurluq əməli ilə bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan 177.2.1-ci bənd çıxarılmalı, Təqsirləndirilən şəxs2 əməlləri isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 32.5, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinin bu formada tövsif edilməsi onların müdafiə hüquqlarının pozulmasına səbəb olmur. Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsifedilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Həmin qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndində isə qeyd olunmuşdur ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, həmin sübutlarla təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxslərin təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin (Təqsirləndirilən şəxs1 nəzərən CM-in 177.2.3 və 177.2.4-cü madələrinin, Təqsirləndirilən şəxs2 nəzərən 32.5, 177.2.3 və 177.2.4-cü maddələrinin) tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərə təyin olunacaq cəzaları yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması (Təqsirləndirilən şəxs1 nəzərən) təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi, həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 cinayətin əvvəlcədən planlaşdırılmasına və icrasına öz məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etməklə köməkçi qismində talaması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri, Şərur rayon İHB-nın Yengicə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş aprel 2025-ci il tarixli, 40 və 41 №-li arayışlar, "Elektron Məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, cəzanın təyini zamanı nəzərə alınmalı mühüm hallardan biri də cinayət törətmiş şəxsin şəxsiyyətidir. Məhz elə bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslər barəsində Şərur rayon İHB-nın Yengicə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələr onların şəxsiyyətinin gerçək cizgilərini özündə əks etdirmədiyindən və həmin xasiyyətnamədə yalnız təqsirləndirilən şəxslərin tərcümeyi halı əks olunduğundan, məhkəmə həmin xasiyyətnamələri mötəbər sübut kimi qiymətləndirməmiş, onları təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar sırasına daxil etməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hal qismində nəzərə almışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Kəngərli rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhum edilmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və o, Cinayət Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkumluğunun götürülmədiyi və ya ödənilmədiyi vaxtda hazırki cinayət işi üzrə ona istinad olunan əməlləri qəsdən törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin, o cümlədən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs2 isə cəzasını ağırlaşdıran halın (cinayətlərin residivinin) mövcudluğunu, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi halda həmin cəza nə təqsirləndirilən şəxslərin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 münasibətdə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın (azadlığın məhdudlaşdırılması cəzasının) təyin edilməsi Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələblərinə əsasən də mümkün deyildir. Belə ki, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirli bilinən şəxslər barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onlar barəsində 27 fevral 2025-ci il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq onlara təyin olunmuş qəti cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə həmçinin cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması ilə bağlı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, təqsirli bilinən şəxslərin 25 fevral 2025-ci il tarixdən şübhəli şəxs qismində tutulduqlar 02 (iki) günlük müddət, o cümlədən həbsdə saxlanıldıqlar müddət onların cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətlərinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-“Məhkəmə-əmtəəşünaslıq ekspertizası” üzrə aparılmış tədqiqatın dəyərindən ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci -40 (qırx) manat məbləğində pul təqsirli bilinən şəxslərdən müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X29 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə müxtəlif istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişlərin və ittiham aktının elektron formasının olduğu ümumilikdə 10 (on) ədəd DVD disk (ifadələrin yerində yoxlanılması ilə bağlı iş materiallarına əlavə edilmiş DVD disk boş olmaqla) cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətinə daxil edilməklə, onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını Ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X8 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətinə daxil edilməklə, onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. X19 cəzasını Ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci - 40 (qırx) manat məbləğində pul təqsirli bilinən şəxslərdən müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X29 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülsün. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə müxtəlif istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişlərin və ittiham aktının elektron formasının olduğu ümumilikdə 10 (on) ədəd DVD disk (ifadələrin yerində yoxlanılması ilə bağlı iş materiallarına əlavə edilmiş DVD disk boş olmaqla) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:
Məhkəmə qərarları › İş №1(110)-7/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-7/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver