Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-8/2020 24.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X13 iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, taksi sürücüsü, məhkumluğu olmayan, Şərur şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.2020-ci il tarixdən barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi:
1. Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur şəhər H. Əliyev prospekti mənzil 49/A-da qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs atası X2 məxsus, **-BC-*** dövlət nömrə nişanlı VAZ 2107 markalı minik avtomobillə H.Əliyev prospektilə Şərur şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməmiş və onun həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun bu tələbini pozaraq yaşayış məntəqəsi daxilində hərəkət sürəti 60 km/saatdan çox olmayan sürətlə hərəkət etməli olduğu halda saatda 67,6 km/sürətlə hərəkət edərək yolun sağ hissəsindən soluna keçən piyada X21 avtomobillə ehtiyatsızlıqdan vurmuş, nəticədə Araz Tağıyev almış olduğu başın travması ilə əlaqədar kəllə sümüklərinin sınması və baş beyinin ağır dərəcədə əzilməsi xəsarətləri hesabına xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan MR Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür.
2. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: 2.1 Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, xx xxxxxx 2020-ci il tarixində Şərur rayon Düdəngə kəndində yaşayan atası X2 baş çəkmək üçün onun yaşadığı evə getdiyini, oradan qayıdanda atasının ona evə piyada getmə mənim avtomobilim ilə get dediyini, onun da atasının Vaz 2107 markalı avtomobili ilə Şərur qəbirstanlığının yanından keçən yolla Şərur şəhər mərkəzi yoluna çıxıb Şərur şəhər mərkəzinə doğru hərəkət etməyə başladığını, Şərur şəhər istiqamətində təxminən 60-70 km/saat arası sürətlə gedən zaman mühafizə polisinin binasının yanından keçdikdən sonra bir nəfər tanımadığı şəxsin yolun sağ hissəsindən avtomobilin qarşısına çıxdığını, həmin şəxsi avtomobillə vurmamaq üçün cəld əyləcə basdığını, buna baxmayaraq avtomobilin ön hissəsilə həmin şəxsi vurduğunu, zərbənin gücündən şəxsin baş nahiyyəsi avtomobilin ön şüşəsinə dəydiyini, dəydikdən sonra isə avtomobilin ön hissəsində asfaltın üzərinə yıxıldığını, dərhal avtomobili saxlayıb yerə düşdüyünü, həmin vaxt asfaltın üzərində uzanmış vəziyyətdə olan şəxsə yaxınlaşan zaman onun Şərur şəhər sakini X31 olduğunu tanıdığını, qışqıraraq təcili yardım avtomobili çağrılmasını istədiyini, bu vaxt onun səsini eşidən Əziz müəllimin həmin yerə gəldiyini, həmin vaxt Araz Tağıyevin huşu özündə olsada danışa bilmədiyini, sonra hadisə yerinə təcili tibbi yardım avtomobilinin gəldiyini, Arazı həmin avtomobillə Şərur Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını, bir müddət keçdikdən sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, Araz Tağıyev xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Naxçıvan MR Mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə almasına baxmayaraq almış olduğu xəsarətlərdən həmin xəstəxanada vəfat etdiyini bildirdi. Təqsirləndirilən şəxs verilən suallara cavabında atasıgildən qayıdan vaxtı maşında heç kimin olmadığını, zərərçəkmiş şəxsi maşının sürücü tərəfindən vurduğunu, düşəndən sonra Tağıyev Arza olduğunu bildiyini, atasıgilin həm xəstəxanada həm də yas mərasimində iştirak etdiklərini, zərərçəkmiş şəxslə əvvəlcədən hər hansı bir ədavətinin olmadığını, yol ətrafının tam işıqlı vəziyyətdə olmadığını, heç bir yol xətləri ilə xətlənmədiyini, onlar tərəfindən bu günə qədər Araz Tağıyevin müalicəsi və dəfn xərcləri üçün ailəsinə maddi cəhətdən kömək məqsədilə 10500 ( on min beş yüz) manat pul veridiyini, zərərçəkmiş şəxsin ailəsinə maddi cəhətdən kömək edən zaman bacısı Bayramova Lalənin bilavasitə iştirak etdiyini, idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı VAZ 2107 markalı minik avtomobilin atası X2 məxsus olduğunu, əvvəllər həmin avtomobili idarə etmədiyini, yalnız bir dəfə həmin gün avtomobili idarə etdiyini, idarə etdiyi avtomobilin sonuncu texniki baxış müddətinin bitdiyini, atasının maddi cəhətdən imkanı olmadığı üçün avtomobili bu il texniki baxışdan keçirə bilmədiyini, təxminən 20-25 metr məsafədə olan zaman həmin şəxsin yolun sağından soluna keçdiyini gördüyünü, gördüyü zaman da əyləci sıxdığını, hadisədən əvvəl səhhətilə əlaqədar hər hansı bir narahatçılığının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X22 verdiyi izahatında Şərur şəhər sakini X31 ilə 1991-ci il tarixində ailə həyatı qurduqlarını, onların 3 uşaqlarının doğulduğunu, Arazın sağlığında fərdi əməklə məşğul olduğunu, təxminən iki il olardı ki, həyat yoldaşı Arazın onlara məlum olmayan səbəblərə görə spirtli içki qəbul etməyə başladığını, Araz xx xxxxxx 2020-ci il tarixində günorta saatlarında evdə yemək yedikdən sonra aviakassaya getmək məqsədilə evdən çıxdığını, uşaqlarından ikisinin Bakı şəhərində yaşadıqlarını, onları görmək üçün bilet alıb Bakı şəhərinə getmək istədiklərini, Araz evdən çıxan zaman mobil telefonunu evdə qoyduğundan həmin vaxt onunla əlaqə saxlaya bilmədiyini, buna görə də Arazın harada olduğundan xəbərinin olmadığını, xx xxxxxx 2020-ci il tarixində saat təqribən 17:00 radələrində oğlu Ülvi Tağıyevə zəng vurub ondan atasını soruşduğunu, ona atasının hələ evə gəlmədiyini bildirdiyini, həmin günü saat 23:30 radələrində oğlu Ülvi ona zəng vuraraq atamı maşın vurubdur, ayağı sınıbdır get xəstəxanaya dediyini, yola çıxanda orada çoxlu sayda insanların olduğunu gördüyünü,tanımadığı bir cavan oğlandan burada nə olduğunu soruşduğunu, oğlanın ona maşınla adam vurduğunu dediyini, həmin vaxtı qaynıgilə gedib onunla birlikdə Şərur Rayon Mərkəzi Xəstəxanasına getdimyini, ora çatdıqda həyat yoldaşı Arazın xəstəxananın təcili tibbi yardım şöbəsində huşsuz vəziyyətdə çarpayıda uzanmış olduğunu gördüyünü, həkimlərdən vəziyyətinin necə olduğunu soruşduğunu, ancaq ona heç bir məlumat verilmədiyini, sonra Arazı təcili tibbi yardım avtomobili ilə Naxçıvan MR Mərkəzi xəstəxanasına apardıqlarını, orada onu reanimasiya şöbəsinə köçürtdüklərini, Arazın bir müddət orada müalicə olunduğunu,yoldaşı Araz Tağıyevin xx xxxxxx 2020-ci il tarixində həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etdiyini bildirdi. Zərərçəkmiş şəxsin hüquqi varisi verilmiş suallara cavabında təqsirləndirilən şəxslə hər hansı bir düşmənçiliyinin və ədavətinin olmadığını, təqsirləndirilən şəxsin ailəsinin həm Arazın xəstəxanada olduğu zaman, həm də Arazın yas mərasimində iştirak etdiklərini, Təqsirləndirilən şəxs ailəsi tərəfindən mərhum ərim Araz Tağıyevin müalicəsi və dəfn xərcləri üçün onlara 10500 manat maddi köməklik etdiklərini, onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs heç bir şikayətlərinin olmadığını, həmin günü Araz evdən çıxan vaxt spirtli içki qəbul etmədiyini, hadisədən sonra Arazın spirtli içki qəbul etdiyini bildirmişdir. 2.2 Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X27 ifadəsində xx xxxxxx 2020-ci il tarixində saat təxminən 22:15 radələrində axşam gəzintisində olan zaman əvvəlcədən tanıdığı X31 ilə H.Əliyev prospektində qarşılaşdığını, Arazın ona oğlum Bakıdadır, yoldaşımla onun yanına getmək istəyirik dediyini, ancaq bilet tapa bilmədiyimiz üçün gedə bilmədiklərini, onlara bilet almaqda köməklik et dediyini, həmin vaxt Arazın içkili vəziyyətdə olduğunu, onun danışığından içkili olduğunu hiss etdiyini, onun sərxoş vəziyyətdə olduğunu görüb ondan uzaqlaşmaq məqsədilə yerişini sürətləndirib həmin yerdən uzaqlaşdığını, sonra birbaşa evə getdiyini,evə yenicə çatan zaman birdən avtomobilə məxsus tormoz səsini eşidərək avtomobil qəzası olduğunu fikirləşdiyini, buna görə də hər hansı bir kömək göstərmək məqsədilə səs gələn tərəfə getdiyini, yola çatan vaxt VAZ 2107 markalı ağ rəngli avtomobilin yolun sağ hissəsində dayanmış olduğunu gördüyünü, həmin avtomobilin yanında bir cavan oğlanın həyacanlı şəkildə dayandığını gördüyünü, ondan nə baş verdiyini soruşduğunu, həmin şəxs də ona adam vurduğunu dediyini, ondan kimi vurduğunu soruşan zaman avtomobilin önündə asfaltın üzərində yıxılmış vəziyyətdə olan bir kişini göstərdiyini, həmin şəxsə tərəf getdikdə onun rayon sakini X31 olduğunu tanıdığını, həmin şəxsin asfaltın üzərində uzanmış vəziyyətdə olduğunu, nəfəsinin gedib gəldiyini, ancaq huşunun özündə olmadığını, şəxsin vəziyyətinin ağır olduğunu görüb orada olan şəxslərə təcili yardıma zəng vurun dediyini, bir müddət sonra həmin ünvana təcili yardım avtomobili və dövlət yol polisi əməkdaşlarının gəldiklərini, onlar Araz Tağıyevi təcili yardım avtomobilinə mindirib xəstəxanaya apardıqlarını, sonra oradan çıxıb evə getdiyini, bir müddət keçdikdən sonra Araz Tağıyevin müalicə aldığı xəstəxanada öldüyünü eşitdiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X26 verilmiş suallara cavabında həmin avtomobilin sürücüsünü rayon sakini kimi tanıdığını, Tağıyev Araz həmin vaxtı maşının önündə huşsuz vəziyyətdə uzandığını, hadisə olandan sonra 4-5 dəqiqə sonra təcili tibbi yardım maşını gəldiyini, yolun sağ tərəfində işıqlanmanın olmadığını, onun evi ilə hadisə olan yerin arasındakı məsafənin 60-70 metr olduğunu, onun həmin vaxt tormoz səsini eşidib çölə çıxdığını, onun bir neçə dəfə rayon ərazisində Təqsirləndirilən şəxs həmin maşını idarə etdiyini gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14xx xxxxxx 2020-ci il tarixində təyin olunmuş marşurut xətti üzrə Şərur şəhər ərazisində polis baş serjantı X17 ilə birlikdə xidmət apardıqlarını, H.Əliyev prospektindən keçən zaman yolda bir çox adamın toplaşdığını görüb ora yaxınlaşdıqlarını, avtomobilin ön hissəsində bir kişinin asfaltın üzərində yıxılmış vəziyyətdə olduğunu gördüyünü, həmin yerdə asfaltın üzərində qanabənzər ləkələrin olduğunu, həmin ünvana həkimlərin gəlməsi üçün dərhal 103 xidmətinə zəng vurduğunu, sonra isə 102 xidmətinə zəng vuraraq baş vermiş hadisəni məruzə etdiklərini, bir müddət keçdikdən sonra hadisə yerinə təcili yardım avtomobilinin gəldiyini, zərərçəkmiş şəxsi təcili yardım avtomobili ilə xəstəxanaya yola saldıqlarını, hadisə yerinin mühafizəsini təşkil etdiklərini, həmin yerə Şərur Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşlarının gəldiklərini, həmin əməkdaşlar tərəfindən ilk olaraq hadisə yerinin foto şəkilləri çəkildiyini, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilərək protokol tərtib edildiyini, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildiyini, xx xxxxxx 2020-ci il tarixdə isə X24 MR Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində öldüyünü öyrəndiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14verilmiş suallara cavabında zərərçəkmiş şəxsin sürücü tərəfdən yerdə huşsuz vəziyyətdə uzandığını, Təqsirləndirilən şəxs həmin zaman həyəcanlı vəziyyətdə orada olduğunu, avtomobilin isə işlək vəziyyətdə olmadığını, yol hərəkət zolaqları ilə istiqamətlənmədiyini, onun əvvəlcədən Təqsirləndirilən şəxs tanımadığını, həmin vaxtı onların rayon mərkəzindən komissarlıq istiqamətində hərəkət etdiklərini, onun əvvəllər xidmət aparan zaman Təqsirləndirilən şəxs VAZ 2107 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobili idarə etdiyini görmədiyini, ona görə onun etibarnaməsiz həmin avtomobili idarə etdiyini bilmədiyini, xidməti avtomobildə bort komputerin olduğunu, lakin xidmət apardığım zaman həmin avtomobil ilə qarşılaşmadığımdan həmin avtomobilin texniki baxışdan keçmədiyini müəyyən edə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 xx xxxxxx 2020-ci il tarixində saat 23:00 radələrində Şərur şəhər ərazisində post yoldaşı polis baş serjantı X14 ilə birlikdə xidmət aparan zaman H.Əliyev prospektində VAZ 2107 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin yolun sağ hissəsində dayandığını gördüklərini, həmin tərəfə gedən zaman avtomobilin ön hissəsində tanımadığı bir kişinin asfaltın üzərində yıxılmış vəziyyətdə olduğunu gördüyünü, həmçinin yerdə də qanabənzər ləkələrin olduğunu da gördüyünü, Əsgər Salmanlının 103 xidmətinə zəng vuraraq həmin ünvana həkimlərin gəlməsini bildirdiyini, daha sonra 102 xidmətinə zəng vuraraq baş vermiş hadisəni məruzə etdiklərini, bir müddət sonra hadisə yerinə təcili yardım avtomobilinin gəldiyini, xəsarət alan şəxsi təcili yardım avtomobilinə mindirib xəstəxanaya yola saldıqlarını, sonra VAZ 2107 markalı avtomobilin sürücüsünü xəstəxanaya apardığını, orada Təqsirləndirilən şəxs sərxoşluq testindən keçirdərək onu təkrar hadisə yerinə gətirdiyini, ora çatdıqda hadisə yerində rayonun polis əməkdaşlarının olduqlarını gördüyünü, onlar tərəfindən hadisə yerinin foto şəkilləri çəkilərək hadisə yerinə baxış keçirilib protokolun tərtib edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 verilmiş suallara cavabında zərərçəkmiş şəxsin maşının qabağında sol tərəfdə huşsuz vəziyyətdə yerdə uzandığını, hadisə baş verən zaman yolun asfalt örtüyü təmiz vəziyyətdə olduğunu, onun əvvəllər xidmət aparan zaman Təqsirləndirilən şəxs həmin avtomobili idarə etdiyini görmədiyini, xidməti avtomobildə bort komputerin olduğunu, lakin xidmət apardığım zaman həmin avtomobil ilə qarşılaşmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 ifadəsində və verilmiş suallara cavabında xx xxxxxx 2020-ci il tarixində axşam 23:00 radələrində dostları ilə birlikdə yaşadığı Dəmirçi kəndinə getmək üçün Şərur şəhər H.Əliyev prospekti ilə Düdəngə kəndi istiqamətində avtomobillə hərəkət etdiklərini, bu zaman yolun kənarında ağ rəngli “Vaz 2107” markalı avtomobilin dayanmış vəziyyətdə və yanında da çoxlu sayda insanların olduğunu gördüklərini, avtomobildən düşüb həmin istiqamətə getdiklərini, ora çatan vaxt yolun sağ hissəsində avtomobilinin yanında əvvəlcədən tanıdığı Yaqub adlı şəxsi gördüyünü, Yaqubdan nə baş verdiyini soruşanda ona maşınla adam vurduğunu dediyini, həmin vaxtı avtomobilin önündə qan ləkələrini gördüyünü, orada olan zaman zərərçəkmiş şəxsin artıq xəstəxanaya aparıldığını, həmçinin avtomobilin alın şüşəsinin əzilmiş olduğunu gördüyünü, bundan sonra polis əməkdaşlarının ona və Şərur şəhər sakini X10 hadisə yerinin müayinəsində hal şahidləri qismində iştirak etmələrini xahiş etdiklərini, onların da hadisə yerinin müayinəsində iştirak etmələrini razılıq verdiklərini, hadisə yerinin planının tərtib olunduğunu, həmin yerin müxtəlif istiqamətlərdən foto şəkilləri çəkilərək protokola əlavə olunduğunu, həmin protokolun tərtib olunduqdan sonra düzgünlüyü tərəfimizdən imzalanaraq təsdiq olunduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində və verilmiş suallara cavabında xx xxxxxx 2020-ci il tarixində qardaşı Yaqubun idarə etdiyi avtomobillə Şərur şəhər sakini X21 vuraraq xəsarətlər yetirmiş olduğunu öyrəndiyini, Tağıyev Arazla əvvəlcədən heç bir münaqişələrinin olmadığını, Araz Tağıyev almış olduğu xəsarətlərdən xx xxxxxx 2020-ci il tarixində Naxçıvan MR Mərkəzi Xəstəxanasında vəfat etdiyini, onun ailəsi birlikdə xəstəxanaya getdiklərini, atasıgilin Arazın xəstəxanda olan zaman orada olduqlarını, yas mərasimində iştirak etdiklərini, bu müddət ərzində yəni Araz xəstəxanada olan zaman iki dəfə hər birində üç min manat olmaqla altı min manatı Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının həyətində Arazın qardaşı Ayaz Tağıyevə verdiklərini, 3-4 gün keçdikdən sonra Ayazın ona zəng vuraraq Arazın vəziyyəti qarışıbdır, təcili pul lazımdır dediyini, yenə həmin xəstəxananın həyətində min manat pulu Ayaza verdiyini, sonra beş yüz manat pulu isə Araz ölən günü morqun qabağında atasının Ayaza verdiyini, əlavə olaraq min manat pulu atasının Ayaza verdiyini, yasın xərclərini qarşılamaq üçün iki min manat da bir verdiyini, mərhum Araz Tağıyevin ailəsinə xəstəxana və dəfn xərcləri, həmçinin mərhumun borcları üçün maddi köməklik məqsədilə ümumilikdə 10500 (on min beş yüz) manat pul verdiklərini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X32 ifadəsində xx xxxxxx 2020-ci il tarixində qardaşı X21 Şərur şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vuraraq ona xəsarətlər yetirdiyini, xx xxxxxx 2020-ci il tarixində qardaşı Arazın Naxçıvan MR Mərkəzi Xəstəxanasında müalicə almasına baxmayaraq almış olduğu xəsarətlərdən həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etdiyini, Araz Tağıyevin xəstəxanada müalicə olunan zaman xəstəxana xərclərinin qarşılanması üçün Təqsirləndirilən şəxs ailəsi tərəfindən səkkiz min beş yüz manat pulu verdiklərini, Arazın müalicə almasına baxmayaraq vəfat etdiyini, Yaqubun ailəsi tərəfindən yas xərclərinin qarşlamaq üçün iki min manat pulu mərhumun yoldaşı Tağıyeva Sonaya verildiyini, Təqsirləndirilən şəxs ailəsi tərəfindən qardaşı Araz Tağıyevin ailəsinə ümumilikdə 10500 (on min beş yüz) manat pul verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində xx xxxxxx 2020-ci il tarixində növbədə olan zaman 103 xidmətinə Şərur şəhər ərazisində piyadanın vurulması ilə bağlı məlumatın daxil olduğunu, daxil olmuş məlumat əsasında Şərur şəhər H.Əliyev prospektinə yollandığını, həmin ünvana çatdıqda yolun sol hissəsində **-BC-*** dövlət nömrə nişanlı ağ rəngli VAZ 2107 markalı minik avtomobilinin dayandığını, avtomobilə yaxınlaşan zaman isə avtomobilin önündə asfaltın üzərində tanımadığı bir nəfər kişinin huşsuz vəziyyətdə uzanmış olduğunu gördüyünü, piyadanın yanında asfaltın üzərində qan ləkələrinin olmasını, piyadanın başının ənsə nahiyyəsində əzilmələlərin göründüyünü, bu səbəbdən də həmin piyadanın maşınla vurulduğunu anladığını, sonra həmin şəxsin həyati göstəricilərini yəni nəbzini, saturasiyasını yoxladığını, vəziyyətinin çox ağır olduğunu, buna görə də həmin şəxsi təcili tibbi yardım avtomobili ilə Şərur Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını, orada onun damar yolunun açılaraq ona ringer məhlulu qoşulduğunu, sonra xəstənin başının kate müayinəsi olunduğunu, onun vəziyyətinin ağır olduğu qiymətləndirildiyindən həmin xəstənin Naxçıvan MR Mərkəzi Xəstəxanasına göndərildiyini, xx xxxxxx 2020-ci il tarixində isə həmin şəxsin qeyd olunan xəstəxanada almış olduğu xəsarətlərdən öldüyünü eşitdiyini bildirmişdir. X1 məhkəmə baxışında iştirak etməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə telefonoqram göndərərək səhhəti ilə bağlı üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində xx xxxxxx 2020-ci il tarixində saat təxminən 22:20 radələrində yaşadığı məhlədən çıxıb H.Əliyev prospektinə doğru getdiyini, prospektə olan zaman əvvəlcədən tanıdığı Şərur şəhər sakini Araz adlı şəxsin yolun sağ hissəsilə gəldiyini gördüyünü, həmin vaxt Arazın yerişindən və hərəkətlərindən onun sərxoş olduğunu anladığını, buna görə də o, yanından keçən zaman onunla heç bir ünsiyyət yaratmadığını, Arazın yanından keçib elektrik idarəsi istiqamətində gedərkən birdən yolun digər tərəfinə üz tutduğunu, Arazın asfaltın digər hissəsinə keçmək istəyərkən həmin zaman Şərur Rayon Düdəngə kəndi istiqamətindən Şərur şəhər istiqamətinə doğru hərəkət edən Vaz 2107 markalı avtomobil tormoz vurmağına baxmayaraq yolda hərəkət edən Arazı vurduğunu, zərbənin gücündən Arazın avtomobilin önünə yıxıldığını, avtomobilin sürücüsünün avtomobili saxlayıb həmin şəxsə tərəf gəldiyini, sürücünün əvvəlcədən tanıdığı Yaqub adlı şəxsin olduğunu görüb özünü itirdiyini, özünü itirdiyindən nə edəcəyini bilmədiyini, sonra həmin yerə təcili yardım avtomobili və dövlət yol polis əməkdaşlarının gəldiklərini, Arazı təcili yardım avtomobilinə mindirib xəstəxanaya yola saldıqlarını, polis əməkdaşlarının hadisə yerinin fotoşəkillərini çəkdiklərini, bir müddət keçdikdən sonra oradan uzaqlaşıb evə getdiyini bildirmişdir. X1 ibtidai istintaq zamanı verilmiş suallara cavabında uzun müddətdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olduğunu, həmin şəxslə heç bir qohumluq əlaqələrinin olmadığını, hadisə baş verən zaman **-BC-*** dövlət nömrə nişanlı VAZ 2107 markalı minik avtomobilinin salonunda sürücü Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. 2.3 Ekspert rəyləri: İş materiallarında yol-nəqliyyat hadisələri mexanizminin tədqiqi (avtotexniki) ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 136/20 saylı rəyində göstərilmişdir ki, göstərilən vəziyyətdə “VAZ-2107 markalı” **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Piyadaların hərəkətlərinin tədqiq olunması xüsusi bilik tələb etmədiyindən və həmin hərəkətlərin tədqiq olunması ekspertin xüsusi biliyindən kənara çıxdığından, tam hüquqi məna kəsb etdiyindən baş vermiş hadisə ilə əlaqədar piyada X19 hərəkətlərinə istintaq və ya məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. İş materiallarında olan Məhkəmə Tibb Ekspertizasının xx.xx.2020-ci il tarixli 57 saylı rəyindən görünür ki,X19 bədən səthində aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, təpə nahiyyəsində hematoma, baş beyinin ağır dərəcəli əzilməsi, subarxnoidal qansızma, subdral hematoma, pnevmosefaliya, koma İİİ dərəcə, gicgah sümüyünün qəlpəli, əsas sümüyün və təpə sümüyünün xətti sınığı, sağ dirsək nahiyyəsində şişkinlik, sol göz yarığını əhatə edən hematoma, bədənin müxtəlif nahiyyələrinin cırılmış yaraları küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən, eləcədə yol nəqliyyat hadisəsi nəticəsində törənmələrinə xarakterikdir. Xəsarətlərin yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olduğundan ağır dərəcəli bədən xəsarətlərinə aid edilir. İş materiallarında olan Məhkəmə Tibb Ekspertizasının xx.xx.2020-ci il tarixli 16 saylı rəyindən görünür ki, X7 baldırında qançırın, sol alın-təpə nahiyyələrində yumşaq toxuma altına qansızmaların, sol alın-təpə sümüklərindən xətti sınıqların olması göstərir ki, həmin xəsarətlər hərəkətdə olan minik avtomobilinin hissələrinin gülcü zərbəsi nəticəsində əmələ gəlmişdir və bu avtomaşın qərarda göstərilən “VAZ 2107” markalı avtomaşın ola bilər. Başda olan xəsarətlər həm kapota və ya ön şüşəyə və həmçinin maşın zərər çəkmişi irəli atarkən yolun bərk döşəməsinə dəyməsi nəticəsində alına bilər. Meyitin üzərində avtomaşın keçməsinə xas olan xəsarətlər və əlamətlər müəyyən olunmadı. X5 ölümünə başın travması ilə əlaqədar kəllə sümüklərinin sınması, baş-beyinin ağır dərəcədə əzilməsi səbəb olmuşdur. İş materiallarında olan Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 40 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədənəvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2020-ci il tarixli 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. 2.4 Digər sənədlər: İş materiallarında olan xx.xx.2020-ci il tarixli 185 nömrəli alkoqolun qəbul faktı və sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqolun qəbul edilməsi əlamətləri yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1/822 saylı Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət X34 məktubundan görünür ki, Şərur şəhər sakini Təqsirləndirilən şəxs mülkiyyətində hal-hazırda hər hansı bir avtonəqliyyat vasitəsi qeydiyyatda durmur, ona xx.xx.2016-cı il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət X34 Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində AE seriyalı 863327 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, xx.xx.2026-cı il tarixədək etibarlıdır. Sürücülük hüququndan məhrum edilməsi və sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 551 nömrəli Şərur şəhər İƏDN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X11, uşaqları 2007-ci il tarixdə doğulmuş Əlverdiyeva Bənövşə Yaqub qızı, 2008-ci il tarixdə doğulmuş X15 və 2017-ci il tarixdə doğulmuş X6 ibarət ailə üzvləri vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X13 Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.
3. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayəti törətməsini, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılığın əldə edilməsini, zərərçəkmiş şəxsin hüquq varisinin hazırda ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin ittiham olunduğu, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, məhkəmə təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2 -ci maddələrinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. İş üzrə maddi sübut - Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “VAZ-2107 markalı” **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvəyə mindikdən sonra qanuni mülkiyyətçisi X3 qaytarılmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.
2. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.
3. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın.
4. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulsun.
5. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin.
6. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın.
7. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün.
8. İşdə mülki iddianın olmaması nəzərə alınsın.
9. Hökm qanuni qüvəyə mindikdən sonra Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “VAZ- 2107 markalı” **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qanuni mülkiyyətçisi X3 qaytarılsın.
10. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mehdi Əliyev