Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-8/2022 05.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 13 mart 1963-cü il tarixdə Şərur rayon Alışar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, beş uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan, barəsində 17 iyun 2022-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilən və hal-hazırda Nахçıvan МR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Şərur rayon Alışar kənd sakini Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə hər hansı səlahiyyətə və real imkana malik olmadığı halda özgə əmlakını ələ keçirmək niyyəti ilə 2021-ci ilin aprel ayında Şərur rayon Yuxarı-Daşarx kənd sakini Zərərçəkmiş şəxs1 pensiyaya çıxmasına köməklik göstərəcəyi və nəvəsi X4 universitetə, sonra isə işə düzəldəcəyi barədə aldatmaqla 3617 ( üç min altı yüz on yeddi) manat pulunu, 2021-ci ilin dekabr ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs2 iş yerini dəyişdirəcəyi və oğlu Kamal İsmayılovun pensiyaya çıxmasına köməklik göstərəcəyi barədə aldatmaqla 2440 (iki min dörd yüz qırx) manat pulunu, 2022-ci ilin fevral ayında Sədərək Rayon Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs3 oğlu Samil Əbilhəsənovun dayandırılmış pensiyasını bərpa etdirəcəyi və qardaşı arvadı Nailə Əbilhəsənovanın pensiyaya çıxmasına köməklik göstərəcəyi barədə aldatmaqla 5600 ( beş min altı yüz) manat pulunu, 2022-ci ilin may ayının ortalarında Kəngərli rayon Qarabağlar kənd sakini Zərərçəkmiş şəxs4 yonca bağlamaları satacağı və həmin bağlamalar zamanı istifadə olunan ip topaları alacağı barədə aldatmaqla 700 (yeddi yüz) manat pulunu və 2021-ci ilin oktyabr ayında Şərur rayon Yuxarı-Yaycı kənd sakini X2 dayandırılmış pensiyasını bərpa etdirəcəyi barədə aldatmaqla 800 (səkkiz yüz) manat pulunu aldatma yolu ilə almaqla, ümumilikdə 13157 (on üç min bir yüz əlli yeddi) manat pulu ələ keçirərək təkrarən xeyli miqdarda dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü tam təqsirli bildiyini, təxminən 2 il əvvəl Şərur rayon polis idarəsinin həyətində əvvəlcədən tanıdığı Şərur rayon Yuxarı-Daşarx kənd sakini Zərərçəkmiş şəxs1 gördüyünü, onunla hal əhval tutub söhbət etməyə başladığını, Zərərçəkmiş şəxs1 ona təqaüdə çıxmaq istədiyini bildirdiyini, Zakirə bu işdə köməklik edə bilərəm sözlərini dediyini, təxminən 1 həftə keçdikdən sonra Şərur Rayon Yuxarı-Daşarx kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs1la rastlaşdığını, Zakirin onu çay içmək üçün evlərinə dəvət etdiyini, Zakirin evində çay içən zaman ona 160 (bir yüz altmış) manat pul verib sənədlərimi düzəlt qalanını da verəcəm sözlərini dediyini, pulu Zakirdən aldıqdan sonra ona nə qədər pul istəsələr sənə xəbər edəcəyəm sözlərini deyib çıxıb getdiyini, təxminən 20 gündən sonra Zərərçəkmiş şəxs1 zəng edərək yenə pul lazım olduğunu bildirdiyini, sonra onun evinə gedib 80 (səksən) manat məbləğində pul aldığını, həmin gündən təxminən 13-14 gün sonra ona yenə pul lazım olduğu üçün Zərərçəkmiş şəxs1 zəng vurub sənədlərin hazırlanması üçün pul lazım olduğunu bildirdiyini, həmin vaxt Zakirin ona nə qədər pul verdiyini xatırlamadığını, ancaq Zərərçəkmiş şəxs1 onu təqaüdə çıxarmaq adıyla ümumi 450 (dörd yüz əlli) manat pul aldığını xatırladığını, Zərərçəkmiş şəxs1 evində çay içən zaman Zakirin ona nəvəm Nihadı universitetə düzəltməyə 6000 (altı min) manat pul istədilər, pulu düzəldib verə bilmədiyimiz üçün nəvəm universitetə gedə bilmədi sözlərini dediyini, Zakirə bu barədə maraqlanıb köməklik edərəm sözlərini dediyini, təxminən 15 gün keçdikdən sonra Zakirin evinə getdiyini, Zakiri evdə görüb ona danışmışam ancaq bir az pul lazımdır sözlərini dediyini, həmin günün səhəri Zakirin həyat yoldaşı ilə birlikdə Şərur şəhərində yerləşən Kapital Banka gəldiklərini, ona bankdan 800 (səkkiz yüz) manat pul çəkib verdiklərini, həmin günün axşamı 200 (iki yüz) manat pulu da Şərur rayon Sərxanlı kəndi ərazisində Zakirin nəvəsi Nihad ilə birlikdə ona gətirib verdiyini, 2-3 gün sonra özünə pul ehtiyac olduğundan Zərərçəkmiş şəxs1 yenə zəng edib pul lazım olduğunu bildirdiyini, Zakirin ona pul göndərəcəyini dediyini, sonra nəvəsi Nihad adlı şəxsin Şərur şəhərində yerləşən bazarın önündə 400 (dörd yüz) manat pul gətirib ona verdiyini, əlavə olaraq həmin gündən 4 gün sonra yenə həminki qaydada Zakirə zəng vuraraq ona pul lazım olduğunu bildirdiyini, Nihadın ona zəng vuraraq pulun hazır olduğunu bildirdiyini, Nihadla Yuxarı- Daşarx kənd ərazisində görüşüb ondan 200 (iki yüz) manat pul götürdüyünü, əlavə olaraq Nihadın ona Yuxarı-Daşarx kəndi ərazisində 250 (iki yüz əlli) manat, Zərərçəkmiş şəxs1 Şərur şəhərində 100 (yüz) manat pul gətirib ona verdiklərini xatırladığını, ümumilikdə Zərərçəkmiş şəxs1 aldadaraq ondan təxminən 3700 (üç min yeddi yüz) manat pul aldığını, həmin pulun da 2100 (iki min yüz) manatını 2022-ci ilin yanvar və fevral aylarında qaytardığını, Zakirdən əldə etdiyi pulun tamamını ailəsi üçün xərclədiyini, 2021-ci ilin dekabr ayında Şərur rayon Mərkəzi Xəstəxanasında olan zaman həmin xəstəxanada xadiməçi işləyən, əvvəldən tanıdığı Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs2 gördüyünü, onunla söhbət edən zaman o oğlunun təqaüdə çıxarmaq istədiyini, ancaq çıxara bilmədiyini bildirdiyini, Zərərçəkmiş şəxs2 sənə kömək edə bilərəm ancaq bir az pul lazımdır sözlərini dediyini, Natiqə onunla razılaşdığını, onun dəqiq hansı gündə, hansı miqdarda Natiqədən pul aldığını xatırlamadığını, ancaq 2021-ci ilin dekabr ayından başlayaraq, 2022-ci ilin yanvar ayınadək Zərərçəkmiş şəxs2 oğlunun təqaüdə çıxarılması adı ilə Natiqədən hissə hissə ümumilikdə 2200 (iki min iki yüz) manat pul aldığını dəqiq bildiyini, əlavə olaraq Zərərçəkmiş şəxs2 iş yerinin dəyişdirilməsində ona köməklik edəcəyini vəd verərək ondan 240 (iki yüz qırx) manat pul aldığını, beləliklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2440 (iki min iki yüz qırx) manat pul aldığını etiraf etdiyini, Natiqədən almış olduğu pulların tamamını Zərərçəkmiş şəxs1 olan borcum qarşılığında Zərərçəkmiş şəxs1 verdiyini, təxminən 2-3 ay bundan öncə Şərur rayon Ticarət mərkəzində təsadüfən uşaqlıq dostu olan Sədərək rayon Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs3 ilə rastlaşdığını, həmin vaxt Məhərrəmin adını bilmədiyi oğlunun da onun yanında olduğunu, birlikdə ticarət mərkəzinin çayxanasında çay içməyə getdiklərini, çay içən zaman Zərərçəkmiş şəxs3 ona oğlunun təqaüdünün dayandırıldığından gileyləndiyini, Məhərrəmə tanışının olduğunu, oğlunun təqaüd məsələsini həll edə biləcəyini, ticarət mərkəzindən çıxanda Məhərrəmin ona oğlunun məsələsini həll etmək üçün 200 (iki yüz) manat pul verdiyini, pulu aldıqdan sonra Məhərrəmə məsələni danışıb məlumat verəcəm sözlərini dediyini, sonra Məhərrəmə oğlunun təqaüdünün bərpası üçün 2500 (iki min beş yüz) manat pul lazım olduğunu bildirdiyini, gününü xatırlamadığı üçün Zərərçəkmiş şəxs3 oğlunun təqüdünün bərpası adı ilə konkret hansı günlərdə nə qədər pul aldığını xatırlamadığını, ancaq Zərərçəkmiş şəxs3 oğlunun təqüdünün bərpasını yalandan vəd verərək ondan ümumilkdə 2500 (iki min beş yüz) manat pul əldə etdiyini, həmin pulları borclu olduğu müəyyən şəxslərə verdiyini, Zərərçəkmiş şəxs3 ilə olan görüşlərinin birində Məhərəm Əbilhəsənovun qardaşının arvadı olan Nailə Əbilhəsənovanı da təqaüdə çıxarmaq istədiyini, bu işdə də ona köməklik edə bilərsən sözlərini dediyini, Məhərrəmə bəli köməklik edə bilərəm sözlərini deyərək ona yalandan vəd verdiyini, Məhərrəmdən bu işə görə ayrı-ayrı vaxtlarda miqdarını dəqiq xatırlaya bilmədiyi məbləğlərdə pul aldığını, ancaq onun qardaşı arvadı olan Nailə Əbilhəsənovanı təqaüdə çıxarmaq adı ilə Zərərçəkmiş şəxs3 ümumilkdə 3100 (üç min yüz) manat pul aldığını, həmin pulları da işsiz olduğu üçün öz ehtiyacları üçün xərclədiyini, ona olan qalan borcunu qaytarması üçün ona şərait yaradılmasını, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində təxminən 2 il əvvəl nəvəsi Nihad Hənfəyevin dava elədiyi üçün Şərur rayon Polis İdarəsinə gətirildiyini, polis idarəsində olan zaman tanımadığı bir şəxs gördüyünü, onunla söhbət etdikdən sonra onun adının Rafiq olduğunu bildiyini, sonra ayrı-ayrı müddətlərdə onunla görüşüb çay içdiyini, həmin dövrlərdə Rafiqin ona Çərkəz həkimin xalası oğlu olduğunu və gəl sənə pensiya düzəldim sözlərini dediyini, 2021-ci ilin aprel ayında Rafiqin onun yaşadığı evə gələrək ondan pensiyasını düzəltmək üçün 510 (beş yüz on) manat pul aldığını, Rafiqin ondan pulu alan zaman həyat yoldaşına da elə sənəd düzəldəcəm ki, sənə baxdığı üçün ona 60 (altmış) manat təqaüd versinlər sözlərini dediyini, Təqsirləndirilən şəxs inanıb səhəri günü ona 200 (iki yüz) manat pul verdiyini, Rafiqin onun evində olan zaman nəvəsi X3 onların yanına gəldiyini, nəvəsinin ona ödənişli təhsilə qəbul olmuşam sözlərini dediyini, Rafiqin bu sözləri eşidib ona adam var danışım, sizə köməklik edəcəm sözlərini deyərək getdiyini, səhəri günü Rafiqin yaşadığı evə gəldiyini, Nihadın işini danışmışam, atasız uşaq olduğu üçün ona köməklik edib universitetə qəbul edəcəklər sözlərini dediyini, bir gün sonra Təqsirləndirilən şəxs yenə gəldiyini, universitetə ödəniləcək ödəniş haqqı üçün 1350 (bir min üç yüz əlli) manat pul aldığını, həmin günün səhərisi Rafiqin nəvəsi Nihada zəng vuraraq lazımı sənədlərin düzəldilməsi üçün 300 (üç yüz) manat pul lazım olduğunu bildirdiyini, Rafiqə aparıb verməsi üçün Nihada 300 (üç yüz) manat pul verdiyini, həmin gündən 3-4 gün sonra Rafiqin təhsil haqqının qalan hissəsini yəni 350 (üç yüz əlli) manatının qaldığını bildirdiyini, həmin məbləği də alıb getdiyini, bir müddət keçdikdən sonra Rafiqin sənədlərin hazırlanması üçün yenə pul istədiyini, ona 300 (üç yüz) manat pul verdiyini, Təqsirləndirilən şəxs Nihadı universitetdə geyinəcəyi paltar və ayaqqabısı üçün pul istədiyini, həyətdə Rafiqə nəvəm Nihadın universitetdə geyinəcəyi paltar üçün 160 (yüz altmış) manat, ayaqqabıya isə 50 (əlli) manat pul verdiyini, daha sonra nəvəsi Nihadı imtahandan keçirəcəyi üçün müəllimə şirinlik verməsi üçün 150 (yüz əlli) manat pul istədiyini, həmin məbləği də Təqsirləndirilən şəxs verdiyini, təxminən 20 gün keçdikdən sonra Rafiqin onun yaşadığı evə gəldiyini, evdə olan hər kəsə Nihada dərsə getmədən diplom alması üçün 1100 (bir min yüz) manat pul lazım olduğunu bildirdiyini, X13 filialından 860 (səkkiz yüz altmış) manat kredit çəkdiyini, həmin məbləği də bankın qabağında Təqsirləndirilən şəxs verdiyini, əlavə olaraq həmin günün axşam üstü 200 (iki yüz) manat pulu nəvəsi Nihadla birlikdə Sərxanlı kəndinin yolunda Rafiqə verdiyini, bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onlara gələrək nəvəsinin işdə geyinəcək paltarı üçün 150 (yüz əlli) manat, papağı üçün 50 (əlli) manat, ulduzları üçün 50 (əlli) manat və ayaqqabısı üçün 50 (əlli) manat pul lazım olduğunu bildirdiyini, həmin məbləğləri nəvəsi Nihadın yanında Rafiqə verdiyini, bir neçə gün sonra Təqsirləndirilən şəxs təkrar onların evlərinə gəldiyini, Nihadın yaşı azdır onu işə götürmürlər, ona görə də Nihada sürücülük vəsiqəsi alaq sürücü kimi Miqrasiya Xidmətində işləsin sözlərini dediyini, ondan Nihada sürücülük vəsiqəsi alması üçün 550 (beş yüz əlli) manat pul aldığını, əlavə olaraq nəvəsi Nihadla Siyaqut kəndi ərazisində Təqsirləndirilən şəxs benzin pulu üçün 37 (otuz yeddi) manat, sürücülük vəsiqəsinin şirinliyi üçün 50 (əlli) manat, sürücülük vəsiqəsinin sənədlərinin hazırlanması üçün 100 (bir yüz) manat və düzəldəcəyi işlər üçün isə şirinlik kimi 250 (iki yüz əlli) manat pul verdiyini, beləliklə Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 5717 (beş min yeddi yüz on yeddi) manat pul aldığını, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşdükdən sonra Şərur Rayon Polis İdarəsinə gələrək Təqsirləndirilən şəxs barəsində şifahi şəkildə şikayət etdiyini, şikayət etdikdən sonra Rafiqin ona 2100 (iki min yüz) manat pul geri qaytardığını, ancaq aldığı pulun qalan hissəsini yəni 3617 (üç min altı yüz on yeddi) manatı isə bu günə kimi qaytarmadığı üçün polis idarəsinə yazılı şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində 2015-ci ildən Şərur Rayon Mərkəzi Xəstəxanasında xadiməçi işlədiyini, təxminən 2021-ci ilin dekabr ayının ortalarında əvvəlcədən tanıdığı Rafiq adlı şəxsi bir iki dəfə Şərur rayon Mərkəzi Xəstəxanasında gördüyünü, onunla bir tanış kimi söhbət etməyə başladığını, söhbət zamanı Rafiqin ona həyat yoldaşının xəstə olduğunu xəstəxanaya ondan ötrü gəldiyini söylədiyini, həmin söhbətlər zamanı Rafiqə oğlunun işsiz olduğunu təqaüdə çıxaran olsaydı yaxşı olardı sözlərini dediyini, bu sözləri eşidən Rafiqin onun hər yerdə adamı olduğunu həmin işi həll edə biləcəyini bildirdiyini, Rafiqin sözlərinə inandığını, sonra Rafiqin ona həmin işi düzəltmək üçün 2500 (iki min beş yüz) manat pul lazım olacağını, həmin pul qarşılığında işlərinin düzələcəyini söylədiyini, günlərini dəqiq xatırlamasa da 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar ayında Şərur Rayon Mərkəzi Xəstəxanasının həyətində Rafiqə hissə-hissə ümumilikdə oğlu Kamal İsmayılovu təqaüdə çıxartmaq üçün 2200 (iki min iki yüz) manat pul verdiyini, Rafiqin onu görən zamanların hər dəfəsində də işin ən geci 1 aya düzələcəyini söylədiyini, ona inandığını, hətta bir gün Rafiqə işinin ağır olduğunu, xəstəxananın içərisində boş yer olsa həmin yerə keçmək istədiyini söylədiyini, Rafiqin ona işini həll edə biləcəyini, telefonu götürüb baş həkimə zəng etdiyini guya onunla danışdığını, onu tapşırdığını, işinin alınacağını, ancaq pul lazım olduğunu bildirdiyini, Rafiqdən nə qədər pul lazım olduğunu soruşanda Rafiqin ona 350 (üç yüz əlli) manat pul lazım olduğunu, 250 (iki yüz əlli) manatını özün tap gətir 100 (bir yüz) manatını da özünün qoyacağını, ona işini düzəldəcəm sözlərini bildirdiyini, yaxını olan Kəmalə adlı qadına zəng etdiyini və ondan 200 (iki yüz əlli) manat borc pul istədiyini, Kəmalənin 200 ( iki yüz) manat pulu olduğunu bildirdiyini, həmin gün Kəmalədən 200 (iki yüz) manat pul aldığını, 40 (qırx) manatda özünün həmin pulun üstünə qoyub ümumilikdə 240 (iki yüz qırx) manat pul düzəldib səhəri günü mərkəzi xəstəxanada Rafiqə verdiyini, sonralar tez-tez Rafiqə zəng edib işin nə olduğunu soruşduğunu, Rafiqin əvvəllər onun zənglərinə cavab verdiyini, sonradan isə ona zəng edəndə telefonu açmadığını, açanda isə onu söyüb təhqir etdiyini, Rafiqin onu aldatdığını görüb Şərur Rayon Polis İdarəsinə gələrək ondan şıkayət etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində 2022ci ilin fevral ayının 2-də oğlu Samil Əbilhəsənovla birlikdə olan zaman Şərur şəhərində yerləşən ticarət mərkəzinin qarşısında əvvəlcədən tanıdığı Şərur rayon Alışar kənd sakini Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, həmin vaxt Təqsirləndirilən şəxs İlə salamlaşıb hal əhval tutduğunu, aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs ona həyat yoldaşını və özünü təqaüdə çıxartdığını bildirdiyini, Rafiqə oğlu Samilin təqaüdünün dayandırıldığını bildirdiyini, Rafiqin ona tanışlarının olduğunu, ona köməklik edə biləcəyini, onların öz aralarında razılaşdığını, onun Rafiqə inandığını, sonra Rafiqin ondan oğlunun şəxsiyyət vəsiqəsinin surətlərini və 200 (iki yüz) manat pul istədiyini, ona həmin məbləği və sənədlərin surətini verdiyini, Rafiqin ona lazımı adamlarla danışıb əlaqə saxlayacam sözlərini dediyini, sonra Rafiqlə sağollaşıb evə getdiyini, həmin günün axşamı Rafiq və əvvəlcədən tanıdığı Şərur rayon Kürçülü kənd sakini Budaq adlı şəxsin Budağın avtomobili ilə Dəmirçi kəndində yaşadığı evə gəldiyini, Rafiqin ona müəyyən şəxslərlə danışdığını, oğlunun təqaüd məsələsinin düzələcəyini, 2000 (iki min) manat pul lazım olduğunu, həmin vaxt evində 800 (səkkiz yüz) manat pulu olduğu üçün Rafiqə Budaqın yanında həmin məbləği verdiyini, təxminən 5- 6 gün keçdikdən sonra Rafiqin ona zəng vuraraq oğlununun işinin düzəldiyini, icra nümayəndəliyindən arayış alınmasını və pulun qalan hissəsini gətirməyini bildirdiyini, kənd icra nümayəndəliyindən arayışı və 1000 (min manat) pulu götürüb oğlu ilə birlikdə Şərur şəhərinə getdiyini, Rafiqlə Nigah evinin içərisində görüşdüyünü, arayışı və 1000 (min) manat pulu Rafiqə verdiyini, qardaşının həyat yoldaşı X1 problemlər yarandığı üçün onu Şərur Rayon Mərkəzi Xəsətəxanasına apardığını, həmin vaxtı Rafiqlə xəstəxanada görüşdüyünü, Rafiqin ona qardaşının arvadının da təqaüdə çıxarılmasında köməklik edə biləcəyini və əvəzində 2000 (iki min) manat pul alacağını bildirdiyini, onunla razılaşdığını, Rafiqin bir həftə sonra Dəmirçi kəndinin üstünə tanımadığı şəxsin avtomobili ilə gəldiyini, orada ona 2000 (iki min) manat pul verdiyini, təxminən bir həftə sonra Rafiqin onu, oğlu Samili və qardaşının yoldaşı Nailəni özü ilə Naxçıvan şəhərinə apardığını, Rafiq orada Səhiyyə Nazirliyinin, Mərkəzi Xəstəxananın inzibati binalarına girdiyini, onu çöldə gözlədiklərini, Naxçıvan şəhərində olan zaman sənədlərin düzəldilməsinə pul lazım olduğunu, iki-üç gün keçdikdən sonra oğlu və qardaşının yoldaşının işləri düzəltmək üçün Şərur şəhərində yerləşən Kapital Bankın binasının önündə oğlu Samil ilə birlikdə Rafiqə əlavə olaraq 1600 (min altı yüz) manat pul verdiyini, bu günə kimi oğlunun təqaüdünün verilməsinin bərpa edilmədiyini, qardaşının yoldaşı Nailə Əbilhəsənovun təqaüdə çıxarılmadığını, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını başa düşüb şikayət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində 2018-ci il tarixində bel nahiyyəsindən əməliyyat olunduğunu, həmin ildən də İİ qrup əlil olduğunu, əlil olduğu üçün heç bir yerdə işləyə bilmədiyini, ona görə də özünə məxsus “Qaz 53 markalı” **- BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şərur rayon ərazisinin müxtəlif kəndlərindən ot, yonca və saman bağlamaları alıb aparıb Kəngərli rayon ərazisinin kəndlərində satıb ailəsini dolandırdığını, 2022-ci ilin may ayının ortalarında özünə məxsus “Qaz 53 markalı” **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini kənd mərkəzinin önündə saxladığını, özünün də avtomobilin salonunda oturduğunu, həmin vaxt tanımadığı uca boylu sonradan Şərur rayon Alışar kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin ona yaxınlaşdığını, ona İntiqam sizsiniz sözlərini deyən zaman bəli İntiqam mənəm sözlərini dediyini, Rafiqin ona geniş sahələri olduğunu, hər biçimdə 2500-3000 ədəd yonca, ot bağlamaları əldə etdiyini, yaxşı adam olsa həmin bağlamaları ona sataram sözlərini dediyini, onun Rafiqə elə həmin işlərlə məşğul oluram, sən sahəni biç qurtar, sonra xəbər edərsən gəlib həmin bağlamaları alaram sözlərini dediyini, aralarında razılaşdıqdan sonra birlikdə Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən parkda oturub çay içdiklərini, sonra Rafiqin ona Cəhri kəndinə gedəcəyini bildirib onun yanından ayrıldığını, təxminən 3 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq Türkiyəyə gedən bir ailə olduğunu, onların yonca sahəsini aldığını, pulun varsa onlara 700 (yeddi yüz) manat pul verib yola salaq getsinlər sözlərini dediyini, Qıvraq qəsəbəsində yerləşən Kapital Bankın filialından kredit götürdüyünü, sonra həmkəndlisi X8 avtomobili ilə Şərur rayon Alışar kəndinə getdiyini, orada Təqsirləndirilən şəxslə görüşdüyünü, Rafiqin onlara yonca sahələrini və 4-5 baş iri buynuzlu heyvanları göstərərək onun özününkü olduqlarını bildirdiyini, ona inandığını, götürdüyü kreditdən 500 (beş yüz) manatını Şərur şəhər ərazisində yerləşən Yengicə dayanacağı adlana yerdə Təqsirləndirilən şəxs verdiyini, həmin gündən 2-3 gün keçdikdən sonra isə Rafiqin yenə ona zəng vuraraq ip almaq üçün 200 (iki yüz) manat pul lazım olduğunu bildirdiyini, Rafiqə gəl kəndə orada görüşüb sənə həmin pulu verim sözlərini dediyini, Rafiqin onun yaşadığı Qarabağlar kəndinə gələrək 200 (iki yüz) manat pul alıb getdiyini, sonra Rafiqə dəfələrlə zəng vuraraq ot, saman və yonca bağlamalarının nə vaxt hazır olacağını soruşduğunu, Rafiqin isə hər dəfəsində bir bəhanə uyduraraq yalandan vəd verərək aldatdığını bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində 2021-ci ilin aprel ayına qədər 200 (iki yüz) manat təqaüd aldığını, lakin həmin dövrdən sonra təqaüdünün dayandırıldığını, 2021-ci ilin oktyabr ayında təqaüdünün hansı səbəbə görə dayandırıldığını öyrənmək məqsədilə oğlu Amid Fətəliyev ilə birlikdə Şərur rayon Mərkəzi Xəstəxanasına getdiyini, orada olan həkimlərlə görüşən zaman ona təqaüd düşmədiyini bildirdiklərini, həkimlərin fikrinə hörmətlə yanaşıb evə qayıtmaq qərarına gəldiyini, xəstəxananın içərisindən oğlu Amidlə birlikdə çıxan zaman onların arxasınca tanımadığı uca boylu bir kişinin gəldiyini gördüyünü, Amiddən həmin kişinin kim olduğunu soruşduğunu, oğlu Amidin bu kişi sənin pensiyanın düzəldilməsində bizə köməklik edəcək sözlərini dediyini, həmin vaxt arxalarınca gələn kişinin onlara yaxınlaşdığını, adının Rafiq olduğunu, Şərur rayon Alışar kəndində yaşadığını, pul verin dayandırılmış təqaüdünüzün bərpa edilməsində sizə kömək edim sözlərini dediyini, Rafiqə inanıb bu işin neçəyə düzələ biləcəyini ondan soruşduğunu, Təqsirləndirilən şəxs ona 1700 (bir min yeddi yüz) manat pul lazım olduğunu, ondan həmin məbləği hissə-hissə alacağını dediyini, Rafiqin həmin gündən təxminən bir həftə sonra onlara gələrək pul lazım olduğunu bildirdiyini, Rafiqə 500 (beş yüz) manat pul verdikdən sonra çıxıb getdiyini, təxminən 10-15 gün keçdikdən sonra Rafiqin onlara təkrar gələrək həkimlərin pul istədiyini bildirdiyini, ona bu dəfə də 700 (yeddi yüz) manat pul verib onu oğlu ilə birlikdə yola saldığını, həmin gündən də təxminən 7-8 gün sonra Rafiqin onların evinə üçüncü dəfə gələrək işin hazır olduğunu, ancaq həkimin yenə pul istədiyini bildirdiyini, bu dəfə də ona əlavə olaraq 500 (beş yüz) manat pul verdiyini, sonra Rafiqin onun pensiyasını bərpa edə bilmədiyini, onu aldatdığını anlayıb bir neçə dəfə onun yaşadığı Şərur rayon Alışar kəndində olan evinə getdiyini, Rafiqə pulumu qaytarmasan səni polisə verəcəm sözlərini dediyini, bir müddət keçdikdən sonra Rafiqin almış olduğu 1700 ( bir min yeddi yüz) manat puldan ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 900 (doqquz yüz) manatını qaytardığını, lakin qalan 800 (səkkiz yüz) manat pulu bu günə kimi Təqsirləndirilən şəxs geri ala bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X6 ifadəsində 2021-ci ilin iyul ayında Azərbaycan Dövlət İdman Akademiyasının bədən tərbiyyəsi müəllimi ixtisasına qəbul olunduğunu, ancaq qəbul olunduğu ixtisas ödənişli olduğu üçün təhsilini davam etdirə bilmədiyini, 2021-ci ilin iyul ayının ortalarında sonradan adının Rafiq olduğunu bildiyi şəxsin onlarda babası ilə birlikdə oturub çay içdiklərini gördüyünü, həmin vaxt atestatının əlində olduğunu, babası Zərərçəkmiş şəxs1 Rafiqə, bu mənim nəvəmdir, ödənişli fakültəyə qəbul olunubdur, ancaq maddi imkanımız olmadığından o oxumağa gedə bilmir sözlərini dediyini, sonra Rafiq babası Zakirə adam var onunla danışıb xəbər edəcəm sözlərini dediyini, bir neçə gün sonra Təqsirləndirilən şəxs babası Zakirə zəng vuraraq nəvənin işini danışdığını, gəlirəm sizə söhbət edək sözlərini dediyini və Rafiqin onlara gəldiyini, onlarda olan zaman Rafiqin babası Zakirə atasız uşaqları universitetə güzəştlə qəbul edirlər, Nihadı da universitetə qəbul etdirəcəyəm, ancaq bir az xərciniz çıxacaq sözlərini dediyini, babasının Təqsirləndirilən şəxs inanaraq həmin günü ona 1350 (bir min üç yüz əlli) manat pul verdiyini, Rafiqin bu pulun üzərinə 350 (üç yüz əlli) manat pul qoyub ödəniş edəcəyini, mənim pulumu sonra qaytararsınız dediyini, əlavə olaraq babasının işi olduğu üçün gedə bilmədiyindən Təqsirləndirilən şəxslə bir neçə dəfə görüşüb ona pul verdiyini xatırladığını, daha dəqiq desək Təqsirləndirilən şəxs Şərur şəhərində yerləşən bazarın önündə 400 (dörd yüz) manat pul, Yuxarı-Daşarx kənd ərazisində bir dəfə 250 (iki yüz əlli) manat, bir dəfə də 200 (iki yüz) manat pul verdiyini xatırladığını, əlavə olaraq Təqsirləndirilən şəxs onu universitetə qəbul etdirəcəyi, sonra işə düzəldəcəyi və babası Zakirə təqaüd alacağına köməklik edə biləcəyini yalandan vəd verərək hissə-hissə olaraq ümumilkdə 5717 (beş min yeddi yüz on yeddi) manat pullarını dələduzluq yolu ilə ələ keçirdiyini, sonradan Təqsirləndirilən şəxs niyyətinin onları aldatmaq olduğunu başa düşüb ona səni polisə verəcəyik sözlərini dediklərini, Rafiqin həmin məbləğin 2100 (iki min yüz) manatını geri qaytardığını, ancaq aldığı pulun qalan hissəsini yəni 3617 (üç min altı yüz on yeddi) manatını isə bu günə kimi qaytarmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 16 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Hüseynov tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış, ibtidai istintaqın aparılması üçün icraatına qəbul edilmiş və Şərur rayon Yuxarı-Daşarx kənd sakini Zərərçəkmiş şəxs1, Sədərək Rayon Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs3 və Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışlar. Cinayət işinin başlanmasına səbəb və əsas Sədərək Rayon Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs3, Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs2 və Şərur rayon Yuxarı-Daşarx kənd sakini Zərərçəkmiş şəxs1 şikayət ərizələri və həmin ərizələr əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqində olan müfadiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan MR Vəkillər Kollegiyasının vəkili Müdafiəçi dövlət hesabına müdafiəçi təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 63-cü vərəqində olan 17 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 17 iyun 2022-ci il tarixdə qərar müdafiəçinin iştirakı ilə ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqində olan Şərur Rayon Məhkəməsinin 4(110)-2/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 88-ci vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 92-ci vərəqində olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin xx.xx.2022-ci il tarixli, 03/378 nömrəli arayışından görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə Şərur rayon Alışar kəndində 1279.88 kv.m torpaq sahəsibdə yerləşən, ümumi sahəsi 121.52 kv.m olan 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cildinin 117-ci vərəqində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs psixi xəstəliyin olub-olmadığını, əgər psixi xəstədirsə onda hansı psixi xəstəliyin olmasını, onun məcburi müalicəyə ehtiyacı olub-olmadığını və digər halları müəyyən etmək məqsədilə məhkəmə psixiatrik ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2022-ci il tarixli 204 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əsas fərdipsixi xüsusiyyətləri rəyin tədqiqat prosesinin təsviri hissəsində açıqlanmışdır, hadisə zamanı emosional vəziyyətində heç bir dəyişikliklər yaranmanışdır. Təqsirləndirilən şəxs hadisədən əvvəlki dövrdə emosional halında da hər hansı ekstremal dəyişikliklər baş verməsi müşahidə olunmur, etdiyi hərəkətləri və özü ilə əlaqədar yaranmış şəraiti adekvat olaraq qavramaqla, onun mahiyyətini anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ixtiyari yaddasaxlaması normaldır, fərdi psixi xüsusiyyətlərinə görə özündən uydurmağa, hadisə barəsində informasiya və məlumatları təhrif etməyə meyillidir. Cinayət işinin 1-ci cildinin 122-ci vərəqində olan 18 avqust 2022-ci il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Kəngərli rayon Qarabağlar kənd sakini Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 136-cı vərəqində olan 26 avqust 2022-ci il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Şərur rayon Yuxarı Yaycı kənd sakini Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 148-ci vərəqində olan Şərur rayon Alışar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 74 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Alışar kəndində yaşayır. Cinayət işinin 1-ci cildinin 149-cu vərəqində olan Şərur rayon Alışar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Dəmirçi kəndində anadan olub, haliyyədə Şərur rayon Alışar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qeydiyyat kitabında durur, Vətəndaş Təqsirləndirilən şəxs kəndin ictimai işlərində qeyri-fəaldır, kənd camaatı arasında nüfuza mlik deyil, kənd ərazisində xeyir-şər işlərində yaxından iştirak etmir, nüfuzdan salıcı əməlləri çoxdur. Cinayət işinin 1-ci cildinin 170 vərəqində olan 17 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ilkin ittihama dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmu və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 183-cü vərəqində olan Naxçıvan MR DİN X16 İdarəsinin xx.xx.2022-ci il tarixli, 1/878 nömrəli arayışından görünür ki, Şərur rayon Alışar kənd sakini Təqsirləndirilən şəxs adına Vaz 21063 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, işdə olan zərərçəkmiş şəxslərin izahatlarını, şahidin ifadəsini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı izahatında Təqsirləndirilən şəxs ondan ümumilikdə “5717 (beş min yeddi yüz on yeddi) manat pul aldığını, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşdükdən sonra Şərur Rayon Polis İdarəsinə gələrək Təqsirləndirilən şəxs barəsində şifahi şəkildə şikayət etdiyini, şikayət etdikdən sonra Rafiqin ona 2100 (iki min yüz) manat pul geri qaytardığını, ancaq aldığı pulun qalan hissəsini, yəni 3617 (üç min altı yüz on yeddi) manatı isə bu günə kimi qaytarmadığını” bildirsə də, nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı buna dair hər hansı bir sübut təqdim edə bilmədiyindən bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin heç biri ilə barışıq əldə etməməsini, onlara vurulmuş maddi ziyanı ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 17 iyun 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə bağlı müraciət etməmişlər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 17 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində onlara vurduğu zərəri mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-8/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-8/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver