Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-8/2024 27.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şərur rayon Dəmirçi kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkum olunmamış, işsiz, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınımn Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o Şərur rayon Püsyan kənd ərazisində əvvəlcədən tanıdığı Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya gicgah nahiyəsində və sağ almacıq nahiyyəsində yara, sağ saidində sıyrıq, sağ təpə nahiyəsində və sağ əlində səthi sıyrılmış yaralar xəsarətləri yetirməklə sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilən Təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bildiyini, aliment borcu səbəbindən tutularaq Naxçıvan Muxtar Respublikasına gətirildiyini, aliment borcuna görə 20 gün inzibati qaydada həbs edildiyini, həbsdə olduğu müddətdə Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs ilə tanış olduğunu, həmin vaxt ona və orada olan digər şəxslərə Türkiyə Respublikası gömrüyündə iki ədəd avtomobilimin saxlanıldığı dediyini, Məhəmmədəliyə həbsdən çıxdıqdan sonra “Qazel” markalı avtomobili ona satacağını dediyini, Məhəmmədəli onunla razılaşdığını, lakin həmin vaxt aralarında qiymət barədə söhbət olmadığını, 01 noyabr 2023-cü il tarixdə saat 21:40 radələrində həbsdən azad olunduğunu, həbsdə tanıdığı Zərərçəkmiş şəxs, Azad və Kənan adlı şəxslərlə görüşmək üçün birbaşa Naxçıvan şəhərinə getdiklərini, orada ilk öncə bərbərə, sonra isə marketə girdiyni, marketdən şampun və sabun aldığını, sonra Naxçıvan şəhərindəki avtovağzalda yerləşən otelə getdiklərini, həbsdən çıxan zaman üzərində 948 manat pul olduğunu, həmin pulu aliment borcunu ödəmək üçün gətirdiyini, lakin icra məmuru ona borcunun tamamını ödəməli olduğunu bildirdiyini, aliment borcu 6000 manat olduğundan ödəyə bilmədiyini, buna görə də, gətirdiyi pul özündə qaldığını, otelin 305 nömrəli otağını bir günlük götürdüyünü, otaq üçün otelə 25 manat pul ödədiyini, təxminən 1 saat otaqda qaldıqdan sonra restorana endiyini, restorana çatan zaman Məhəmmədəlinin orada tək olduğunu, orada bir bakal pivə içdiyini, restorandan çıxarkən 5 manat hesab ödədiyini, sonra Məhəmmədəli ona dostlarının “Araz” adlı restoranda olduqlarını dediyini, taksi ilə həmin restorana getdiklərini, düşərkən taksi sürücüsünə 6 manat pul verdiyini, həmin yerdə Kənanın və əlavə üç nəfərin olduğunu, restoranda olduğu vaxt pivə içmədiyini, qardaşı və həyat yoldaşı ilə mobil telefonla danışdığını, sonra restorandan çıxdığını, hesabı kimin ödədiyini bilmədiyini, təxminən saat 00:00 radələrində birlikdə restorandan çıxdıqlarını və yanlarında olan şəxslərdən birinin avtomobili ilə otelə gəldiklərini, otelə çatan zaman Məhəmmədəli oteldə tutduqları otaqda qalmaq istədiyini, buna etiraz etmədiyini, Məhəmmədəli ilə oteldəki otağa qalxdıqlarını, digər şəxslərin isə getdiklərini, otağa qalxdıqdan sonra marketə gedərək ordan kolbasa, çörək, kola, enerji içkisi aldıqlarını, aldıqları ərzaqların qiymətini Məhəmmədəlinin ödədiyini, marketdən çıxıb otelə qayıtdıqlarını, Oteldə olarkən otelin müdiriyyətindən zəng gəldiyini və ikinci şəxsin də, əlavə 25 manat pul ödəyib qala biləcəyini bildirdiyini, Məhəmmədəli ilə birlikdə aşağı düşdüklərini, Məhəmmədəlinin özü üçün 25 manat pul ödədiyini, yenidən birlikdə otağa qalxdıqlarını, otaqda olan zaman Məhəmmədəli barmağındakı üzüyü ona hədiyyə etdiyini, eyni zamanda ona quzularının olduğunu və onları satdığını dediyini, qurban kəsmək üçün Məhəmmədəlidən ona bir ədəd quzu satmasını istədiyini və ondan quzuların qiymətini soruşduğunu, Məhəmmədəlinin quzunun qiymətini ona demədiyini, ona alacağı quzunu kəsəcəyini, doğrayacağını buna görə quzu üçün 250 manat pul verəcəyini bildirdiyini, 02 noyabr 2023-cü il tarixdə yuxudan oyanaraq birlikdə saat təxminən 07:00-da taksi ilə hava limanına getdiklərini, 5 manat taksi sürücüsünə pul verdiyini, hava limanına çatdıqdan təxminən 1 saat sonra dini nikahda olduğu X4 gəldiyini, birlikdə taksi ilə otelə gəldiklərini, 5 manat taksi sürücüsünə pul verdiyini, Səlvi özü ilə 1300 manat pul gətirdiyini, pulu ona Bakı şəhərində qardaşı Ayxan Əhmədov aliment borcunun bir hissəsini ödəmək üçün verdiyini, qalanını isə hissə-hissə ödəyəcəyini, Səlvi ilə otağa getdiklərini, biraz sonra aşağı düşdüklərini, Məhəmmədəlini gördüyünü və mağazaya getdiyini, mağazadan sadəcə su alaraq otağa qalxdığını, ümumilikdə təxminən 40 dəqiqə otaqda qaldığını, Məhəmmədəlinin isə aşağıda onu gözlədiyini, aşağı düşüb Məhəmmədəli ilə birlikdə taksiyə minərək “Rentacar”a gedərək iki günlük “Ford Focus” markalı avtomobili kirayə götürdüklərini, avtomobil üçün 100 manat pul ödədiyini, sonra Naxçıvan şəhərindən çıxıb Məhəmmədəli ilə birlikdə birbaşa Sədərək rayonuna icra məmuru ilə aliment məsələsi barədə razılığa gəlmək və hərbi komissarlıqdan cəriməsinin olub-olmamasını öyrənmək üçün yola düşdüklərini, yolda olarkən Məhəmmədəlidən 500 manat borc pul istədiyini, Məhəmmədəlinin ona 500 manat pul vermiş, Sədərək rayon Dəmirçi kəndində olanda bacısının qayınatası Sədrəddin adlı şəxsin də, avtomobilə mindiyini, Sədrəddini dövlət orqanlarında ona kömək etməsi üçün çağırdığını, lakin nahar fasiləsi olduğu üçün icra məmuru ilə görüşə bilmədiklərini, oradan çıxıb Sədərək hərbi komissarlığına getdiyini, komissarlıqda Sədrəddinlə birlikdə oranın işçisi ilə görüşdüyünü, həmin vaxt Məhəmmədəlinin avtomobildə olduğunu, həmin şəxs 650 manat cəriməsinin olduğunu bildirdiyini, otağa girməmişdən əvvəl 650 manat pulu Sədrəddinə verdiyini, Sədrəddinin həmin pulu işçiyə verdiyini, həmin şəxslərin polis idarəsində dindirildiyini, sonra Naxçıvan şəhərinə doğru yola çıxdıqlarını, Dəmirçi kəndində olanda Sədrəddinin avtomobildən düşdüyünü, Məhəmmədəli ilə birlikdə Naxçıvan şəhərinə getdiklərini, Naxçıvana çatdıqda həyat yoldaşı Səlvi Kərimovanı da götürüb Sədərək rayon Dəmirçi kəndinə doğru yola çıxdıqlarını, yolda olan zaman Məhəmmədəli fermasının yaxınlıqda olduğunu bildirdiyini, əvvəlcə fermaya gedib quzunu götürməyi təklif etdiyini, onunla razılaşaraq, Şərur rayon Danyeri kəndi ərazisindəki yol ayırıcından sola döndüyünü, təxminən 20 dəqidə getdikdən sonra avtomobili saxladığını, Səlvinin avtomobildə qaldığını, Məhəmmədəli ilə birlikdə piyada fermaya tərəf getməyə başaldıqlarını, uçuq bir tikilinin yanına çatdıqlarını, bu zaman Məhəmmədəlinin kənara çəkilib telefonla danışdığını, sonra qəfildən Məhəmmədəlinin şifer parçası ilə, onun baş və bədəninin müxtəlif nahiyələrindən vurduğunu, zərbənin təsirindən yerə çökdüyünü, yerdə tutaşdıqlarını, köməyə Səlvini çağırdığını, onun qaçaraq yanlarına gəldiyini, Məhəmmədəlinin qaçaraq avtomobildən Səlvinin çantasını götürərək oradan uzaqlaşdığını, onların da birbaşa polis idarəsinə getdiklərini, şikayət etdiklərini, sonra 2 gün xəstəxanada, 4 gün isə polisdə saxlanıldığını, sonra sərbəst buraxıldığını bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində, Şərur rayonunda dalaşdığına görə inzibti həbs olunduğunu, inzibati həbsdə olan zaman Sədərək rayon Dəmirçi kənd sakini Sərxan adlı şəxslə tanış olduğunu, Sərxan ona “GAZ 3110” və “Ford Transit” markalı iki ədəd avtomobilinin Türkiyə Respublikasında saxlanıldığını və hər iki avtomobili çıxarmaq üçün 4000 manat rüsum ödəməli olduğunu dediyini, ona 4000 manat verməyə razı olduğunu, qarşılığında isə onun hər iki avtomobilini satın alacağını, qalan pulu isə hissə-hissə hər ay 500 manat olmaqla ona ödəyəcəyini, həbsdən çıxan zaman Sərxanın 16 gün həbsi qaldığını, Sərxanın dediyi avtomobilləri ala bilmək özünə məxsus 3 ədəd erkək dananı 4000 manata Şərur rayon Muğanlı kənd sakini Mürvət adlı şəxsə nağd olaraq satdığını, daha sonra aldığı pulu aparıb evdə atasına verdiyini, əvvəlcədən atasına həbsdə tanış olduğu Sərxan adlı şəxsdən iki ədəd avtomobil alacağını dediyini, atasına həmin pulu da, avtomobilə verəcəyini dediyini, 01 noyabr 2023cü il tarixdə Sərxan həbsdən çıxacağını bildiyini, atasından 4000 manat pulunu alıb həmin gün axşam saatlarında Şərur rayon Oğlanqala kənd sakinləri Kənan və Azad adlı şəxslərlə həbsxananın yanına getdiyini, Sərxan çıxdıqdan sonra dördü birlikdə əvvəlcə bərbərə oradan isə ”avtovağzal” adlı restorana getdiklərini, restoranda olan zaman Azadın yanlarından ayrıldığını, sonra Naxçıvan şəhər sakini Sərxan, Culfa rayon sakinləri Seyid və onun əmisi oğlunun yanlarına gəldiyini, daha sonra Kənan, Sərxan, Seyid və onun əmisinin oğlunun restorandan çıxdıqlarını, özünün isə otelin otağına getdiyini, Kənan, Sərxan, Seyid və onun əmisi oğlunun “Araz” adlı restorana getdiklərini, daha sonra isə Sərxanla birlikdə həmin restorana onların yanına getdiyini, ondan başqa stolda olan hər kəs pivə içdiyini, təxminən 1 saat restoranda oturduqdan sonra çıxdıqlarını, Kənana Sərxanla birlikdə qalmasını təklif etdiyini, lakin o, qəbul etmədiyini, buna görə Sərxanla birlikdə otelə getdiklərini, orada qala bilmək üçün otələ 25 manat pul ödəyərək otağa qalxdıqlarını, Sərxanın telefon vasitəsi ilə kimləsə danışmağa başladığını, həmin vaxt Sərxanın ondan avtomobillər üçün 4000 manat pul istədiyini, cibindən çıxardaraq ona 3500 manat pul verdiyini, 500 manatı daha sonra verəcəyini bildirdiyini, cibində olan 500 manat pulun avtomobili götürən zaman lazım ola biləcəyini düşündüyünü, sonra Sərxan əlaqə saxladığı xanımın Bakı şəhərindən Naxçıvan şəhərinə gələciyini bildirdiyini, onun üçün isə başqa bir xanım gətirə biləcəyini dediyini, lakin bunu qəbul etmədiyini, barmağımdakı üzüyü çıxarıb sürmənin üzərinə qoyduğunu, Sərxanın həmin üzüyü barmağına taxdığını, üzüyü ona hədiyyə etməyini istədiyini, ona hədiyyə olduğu üçün verə bilməyəcəyini, lakin müvəqqəti taxa biləcəyini dediyini və yatdığını, 02 noyabr 2023-cü il tarixdə səhər saatlarında taksi ilə hava limanına getdiklərini, Sərxanın qonağını qarşıladıqdan sonra birlikdə qaldıqları otelə qayıtdıqlarını, Sərxanla qonağı otelin otağına getdiyini, onun, isə otağa getmədiyini, təxminən 2 saat sonra Sərxan onun yanına gəldiyini və avtomobil icarəyə götürmək istədiyini dediyini, sonra birlikdə avtomobil icarəyə verilən obyektə gedib Sərxanın adına bir ədəd “Ford” markalı avtomobili iki günlük icarəyə götürdüklərini, oradan Sədərək rayonuna yola düşdüklərini, Sədərək rayonuna getməkdə məqsədləri Sərxanın dediyi avtomobilləri götürmək olduğunu, yolda Şərur şəhərində olan zaman Sərxan pulunun digər şalvarında qaldığını bildirərək ondan əlavə 500 manat pul istədiyini və otelə qayıdan zaman qaytaracağını dediyini, ona 500 manat pul verdiyini, Sədərək rayonunda olan zaman Sərxan qohumu olan Sədrəddin adlı şəxsi götürdüklərini, oradan Səfərbərlik və Hərbi Xidmətə çağırış şöbəsinə getdiklərini, yolda olan zaman Sərxanın cibindən 650 manat pul çıxardaraq işlərini həll etməsi üçün Sədrəddinə verdiyini, Sərxan və Sədrəddin avtomobildən düşərək Səfərbərlik və Hərbi Xidmətə çağırış şöbəsinə getdiklərini, təxminən 15 dəqiqə sonra onlar gələrək işlərinin həll olduğunu bildirdiklərini, həmin vaxt həbsdə bir yerdə olduqları Vurğun adlı şəxslə rastlaşdıqlarını, Sərxanın təxminən yarım saat onunla söhbət etdikdən sonra avtomobilə qayıtdığını, həmin vaxt ona işlərinin çox olduğu üçün yubandıqlarını və avtomobilləri sabah götürməyə gələcəklərini bildirdiyini, onun da Sərxanla razılaşdığını, ilk öncə Sədrəddini aparıb yas yerinə qoyduqlarını, Sədərəkdən çıxdıqdan sonra Naxçıvan şəhərinə qayıtdıqlarını, yolda olan zaman Sərxan ona qurbanlıq quzu axtardığını bildirdiyini, ona quzu satdığını və 250 manata ona quzu verə biləcəyini deyərək onunla razılaşdığını, otelin önünə çatan zaman Sərxanın qonağının aşağı düşməsini gözləməyə başladıqlarını, həmin vaxt Sərxan telefonla danışan zaman qardaşına axşam Bakıya gələcəyini dediyini eşitdiyini, onun avtomobil satmaq fikrinin olmadığını və onu aldadaraq pulunu alıb qaçacağını başa düşdüyünü, qaldıqları oteldən Sərxanın qonağını götürüb Dəmirçi kəndinə doğru hərəkət etməyə başladıqlarını, pulunu ala bilməyəcəyini düşünərək Sərxanı Şərur rayon Təzəkənd ərazisində olan fermasına aparmağı və ora polis əməkdaşlarını çağıraraq pulunu almağını planlaşdırdığını, Kəngərli rayon Qıvraq qəsəbəsində olan zaman ayaqyolu bəhanəsi ilə Sərxandan avtomobili saxlamasını istədiyini, avtomobildən düşüb 102-ə zəng vurduğunu, Kəngərli rayon şöbəsinə Sərxan adlı şəxsin onun 4000 manatını aldığını və Bakı şəhərinə qaçmaq istədiyini bildirdiyini, daha sonra avtomobilə əyləşib, Sərxana fermasına gedərək quzunu götürməsini dediyini, Sərxanla birlikdə fermaya getdiklərini, Sərxanla avtomobildən düşüb irəliləməyə başladıqlarını, Sərxandan kənarlaşıb yenidən 102-ə zəng vurduğunu, həmin vaxt ona Kəngərliyə düşdüyünü və Şərura zəng vurmalı olduğunu bildirdiklərini, daha sonra telefonunun yaddaşında olan adını bilmədiyi bir polis əməkdaşının nömrəsinə zəng vuraraq olanları danışdığını, bu vaxt Sərxan onun polisə zəng vurduğunu eşidib daş ilə onun başından vurduğunu, onun, yerə yıxıldığını, sonra aralarında mübahisə olduğunu, onlar tutaqlaşıb bir-birlərini vurmağa başladıqlarını, Sərxan yerdən şifer qırıntıları götürərək onu vurmağa başladığını, Sərxan yanındakı qonağından ağac parçası götürüb onu vurmasını istədiyini, bu zaman avtomobilə tərəf qaçdığını və həmin xanıma məxsus çantanı onların getməmələri üçün götürdüyünü, sonra qaçaraq oradan uzaqlaşdığını, yolda polis əməkdaşlarının ona mobil telefon ilə zəng vurduqlarını, onlara olduğu yeri dediyini və polislərin onun yanına gəldiyini, polis əməkdaşları onları çağırdıqdan sonra yanlış yolla getdiklərini, buna görə də gecikdiklərini bildirdiklərini, sonra polis əməkdaşları ilə birlikdə Şərur Rayon Polis İdarəsinə gəldiyini, Təqsirləndirilən şəxsla 4000 manat pulunu aldıqdan sonra qaçmaq istədiyi üçün mübahisə etdiyini, Təqsirləndirilən şəxs onu vurduqdan sonra o, Təqsirləndirilən şəxs vurmuş, Sərxan onun bədəninin müxtəlif nahiyələrindən daşla və şiferlə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 02 noyabr 2023-cü il tarixdə günorta saatlarında işlədiyi bölmədən ona Şərur rayon Püsyan kənd ərazisində dava-dalaş olması ilə bağlı məlumat verildiyini və ona ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq hadisə yerinə getmək tapşırıldığını, həmin nömrə ilə əlaqə saxlayaraq hadisə yerinə getdiyini, hadisə yerinə çatan zaman Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs gördüyünü, onun bədən səthində xəsarətlər olduğunu, Məhəmmədəli ona Sərxan adlı şəxsin onun 4000 manat pulunu aldığını, ondan pulunu almaq üçün aldadaraq buraya gətirdiyini və burada Sərxan adlı şəxsin onun döyərək qaçdığını bildirdiyini, təhqiqatçı hadisə yerinə baxış keçirdiyini, həmin vaxt Məhəmmədəlinin tək olduğunu, əlində qadın çantası və telefonun olduğunu, daha sonra onu avtomobilə əyləşdirərək Şərur Rayon Polis İdarəsinə gətirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində 2023-cü ilin yaz fəslinin aylarında Şərur rayon Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, bu nikahlarından övladları olmadığını, xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına həyat yoldaşının qohumlarını ziyarət etmək üçün gəldiyini, saat 08 radələrində Naxçıvan şəhərinə çatdığını, üzərində 1300 manat pul olduğunu, onu qarşılamağa həyat yoldaşı Təqsirləndirilən şəxs və onun yanında olan əvvəlcədən tanımadığı “Məmmədəli” adlı bir şəxsin gəldiyini, onu qarşıladıqdan sonra Naxçıvan şəhərində yerləşən “Avtovağzal Hotel” adlanan ünvana gəldiyini, orada Sərxanla birlikdə otelə daxil olduqlarını, üzərində olan 1300 manat pulu Sərxana verdiyini, sonra Sərxan “Ford” markalı avtomobilə əyləşdiyini, Məhəmmədəli avtomobilin ön oturacağında onun, isə arxa oturacağında əyləşdiyini, daha sonra Şərur rayonu istiqamətində hərəkətə başladıqlarını, onlar yolda olan zaman Sərxan və Məmmədəlinin səmimi söhbətlər etdiklərini, həyat yoldaşının bacısı Türkan Əhmədovagildə qurban kəsmək planları olduğundan qoyun almaq üçün tanımadığı çöllük yollarla gedərək ətrafda uçuq yarımtikili binalar olan yerdə dayandıqlarını, Sərxan və Məmmədəlinin avtomobildən yerə endiyini, daha sonra Sərxan və Məmmədəli yarımtikili binalar olan tərəfə getdiklərini, üzərindən təxminən 20 dəqiqə keçdikdən sonra həyat yoldaşının gəlmədiyini görüb avtomobildən endiyini və onlar gedən istiqamətdə getdiyini, binalar olan yerə çatan zaman Məhəmmədəli adlı şəxsin əlindəki daşla həyat yoldaşının üzərinə hücum etdiyini gördüyünü, onlara yaxınlaşdığını və Məhəmmədəli adlı şəxsə həyat yoldaşını vurmaması üçün yalvarmağa başladığını, Məhəmmədli əlindəki daşı ona tərəf atmaq istəyən zaman Sərxanın araya girdiyini və daşın ona dəymədiyini, onların arasında pul söhbəti barədə məlumatının olmadığını, daha sonra Məhəmmədəli onların yanlarından uzaqlaşdığını və gəldikləri “Ford” markalı avtomobildən ona məxsus olan çantanı və telefonunu götürərək oradan uzaqlaşdığını, ondan sonra onlarında polis idarəsinə getdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində hadisədən sonra Sərxanla kənddə görüşdüklərini, Sərxanın Məhəmmədəli ilə savaşdığını ona deyən zaman Məhəmmədlini tanıdığını Sərxana dediyini, Məhəmmədliyə zəng vuraraq kənddə görüşdüklərini, bu zaman Məhəmmədlinin Sərxana 4000 manat verdiyini dediyini, Sərxanın Məhəmmədliyə 500 manat borcu olduğunu bildirdiyini, özünün Məhəmmədəliyə 800 manat verəcəyini dediyini, onun da atası ilə danışmaq lazım olduğunu bildirdiyini, sonra Xələc kəndində Məhəmmədəlinin atası Qadir ilə görüşdüklərini, bu zaman Sərxanın, Hətəmin, Məhəmmədəlinin orada olduğunu, Qadir ilə görşən zaman Sərxanın 4000 manat borcu olduğunu bildirdiyini, sonra Sərxanın dayısına zəng vuraraq məsələni ona dediyini, Sərxanın dayısının ondan məsələni yoluna qoymasını istədiyini, Qadir əminin 500 manatı Hətəm adlı şəxsə görə keçdiyini, 500 manatını isə ona görə keçməsini Qadirdən istədiyini, lakin Qadirin bunu səhv başa düşdüyünü, toplamda 500 manat keçdiyini sonradan bildiyini, 2000 manatın həmən vaxt, qalan pulu isə hissə-hissə ödəmək barədə razılığa gəldiklərini, polis idarəsinə gedərək şikayətlərini geri götürəcəklərini, lakin orada Sərxanın ona “mən pul almamışam, sən ona niyə pul verirsən” dediyini, buna görə də razılaşmanın baş tutmadığını, bundan sonra bir daha onların işinə qarışmayacağına söz verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində mübahisə etdiyi üçün 25 günlük inzibati qaydada həbs olunduğunu, həbsdə olan zaman Sərxan adlı şəxslə tanış olduğunu, həmin müddətdə Sərxanın “Ford” və “Volga” markalı iki ədəd avtomobilinin Türkiyə Respublikasında qaldığını, həbsdən çıxdıqdan sonra həmin avtomobilləri çxarıb satacağını bildirdiyini, Məhəmmədlinin isə ona “Ford” markalı avtomobili almaq istədiyini bildirdiyini, onların nə razılığa gəldiklərni bilmədiyini, özünün həbsdən azad olunduğunu, Sərxanın həbsdən çıxdığı gün Azadın maşını ilə onu qarşılamağa getdiyini, Məhəmmədəlinin də onlarla bərabər getdiyini, Sərxanı oradan götürüb Naxçıvan şəhərinə, sonra isə restorana getdiklərini, bərabər yeyib-içdikdən sonra hesabı Məhəmmədəlinin ödədiyini, sonra Sərxanın və Məhəmmədəlinin otele getdiklərini, hər ikisinin yaxın dostluq münasibətini olduğunu, onların razılaşmasında qiymətlə bağlı heç nə eşitmədiyini, Sərxanın həbsdə olarkən dəqiq bilməsədə təqribən 950 manat pulunun olduğundan xəbərinin olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində Şərur Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində işlədiyini, 02 noyabr 2023-cü il tarixdə günorta saatlarında telefonuna kimə məxsus olduğunu bilmədiyi ***-***-**-** saylı nömrədən zəng gəldiyini, telefonu açan zaman zəng vuran şəxsin “Püsyan kəndində savaşmışam, bura polis göndərin, pulumu vermədən qaçacaqlar” sözlərini dediyini və telefonu söndürdüyünü, dərhal həmin nömrəyə yenidən zəng vurduğunu, həmin şəxsdən kim olduğunu soruşsa da, cavab vermədən “bura polis göndərin” dediyini və telefonu söndürdüyünü, daha sonra X13 zəng vuraraq oranın əməkdaşlarına nömrəni verdiyini və həmin nömrə ilə əlaqə saxlayaraq hadisə yerinə getmələrini tapşırdığını, daha sonra həmin şəxsin Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci vərəqində olan 02 dekabr 2023-cü il tarixli “Cinayət işi başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs və Sədərək rayon Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində bir-birilərinə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan Yüngül dərəcəli bədən xəsarətləri yetirmələri faktı olmuşdur. Cinayət işinin 60-cı vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli 1565 saylı rəyində göstərilir ki, vətəndaş 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – sağ gicgah nahiyyəsində, sağ almacıq nahiyyəsində yara, sağ saidində sıyrıq, sağ təpə nahiyyəsində, sağ əlində səthi sıyrılmış yaralar, küt mexanizmidən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin 126-cı vərəqində olan 26 dekabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 141-ci vərəqində olan 26 dekabr 2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.1989-cu il tarixdə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay 2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, hal-hazırda Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, qərar icra edilməsi üçün Sədərək rayon Polis Şöbəsinə göndərilmişdir. Cinayət işinin 145-ci vərəqində olan 26 dekabr 2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 171-ci vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, xx.xx.1989-cu il təvəllüdlü Sədərək rayon Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs pdənilməmiş məhkumluğu ilə bağlı məlumat yoxdur. Cinayət işinin 179-cu vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X1 27 dekabr 2023-cü il tarixli 1959 saylı məktubunda qeyd olunmuşdur ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Dispanserində psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 94-cü vərəqində olan Şərur rayon Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əhmədov X8 rayon Dəmirçi kəndində yaşadığı müddət ərzində mənfi davranış qaydaları ilə tanınmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, zərəçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, zərəçəkmiş şəxsin və şahidin ifadələri, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan iki uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza - azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixindən 06 noyabr 2023-cü il tarixinədək Şərur Rayon Polis İdarəsində saxlanıldığı bildirmişdir. Məhkəmə qeyd edir ki, aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixindən 06 noyabr 2023-cü il tarixinədək Şərur Rayon Polis İdarəsində saxlanıldığı müddət nəzərə alınaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından səkkiz gün çıxılmaqla onun üzərində qəti olaraq 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhz bu baxımdan da, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Sədərək rayon Dəmirçi kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; - 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; - 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; - 15-2.3-cü maddəsi əsasən, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; - 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Sədərək rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində mülki iddia olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Ona görə də məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixindən 06 noyabr 2023-cü il tarixinədək Şərur Rayon Polis İdarəsində saxlanıldığı müddət nəzərə alınaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından səkkiz gün çıxılmaqla onun üzərində qəti olaraq 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Əhmədov X7 Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Sədərək rayon Dəmirçi kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Sədərək rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Sədərək rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-8/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-8/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver