Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-8/2025 23.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: ğlunun sədrliyi, Məhkəmə iclas katibi: Cızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1975-ci il tarixdə Şərur rayon Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (2 uşaq atası), orta təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayon Xələc kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi qaydada çobanlıq edən, 02 fevral 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmiş və daşımışdır. Belə ki, o, 29 yanvar 2025-ci il tarixdə Şərur rayonunun Çomaxtur kənd ərazisində xırda buynuzlu heyvanları otararkən su arxının kənarında yabanı halda bitmiş bir neçə ədəd çətənə kolu olduğunu görmüş, həmin gün çöldən evə qayıtdıqdan sonra oğlu Əhməd Hüseynovun əvvəllər xəstə olması və əmisi oğlu Şahid oğlunu müalicə etdirməsi üçün borc pul istəməsi və sonuncunun ona borc pul verməməsini xatırlamış, ondan açıq çıxmaq üçün çöldə gördüyü çətənə kolunu yığaraq onun avtomobilinə yerləşdirib tutdurmaq qərarına gəlmiş, bu məqsədlədə 30 yanvar 2025-ci il tarixdə Şərur rayon Çomaxtur kənd ərazisində yerləşən su arxının kənarında yabanı halda bitmiş 01 ədəd çətənə kolunu satış məqsədi olmadan qopardıb yerdən tapdığı qara rəngli sellofon torbanın içərisinə yığaraq əldə etmiş, daha sonra əvvəlcədən üzərində gətirdiyi yapışdırıcı bant ilə həmin sellofon torbanı bağlayaraq büküm halına salmış, saat təxminən 20:00 radələrində üzərində daşıdığı içərisində ümumi çəkisi 275,101 qram olan xeyli miqdarda qəhvəyi rəngli, spesifik iyli, bitki mənşəli, kutsar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olan bükümü əmisinin oğlu Şahid məxsus “Mersedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə sonuncunu evlərinin yanında yerləşdirmişdir. Daha sonra 31 yanvar 2025-ci il tarixdə ərizə ilə Şərur Rayon Polis İdarəsinə müraciət edərək Şahid avtomobilində narkotik vasitə daşıması ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, təxminən 2 il bundan əvvəl oğlu Əhmədin xəstəliyi ilə bağlı əmisinin oğlu Şahid borc pu istəmiş, Lakin Ülvü ona borc verməmiş, daha sonra inəklərini sataraq oğlunu müalicə etdirmiş, qohumları ona kömək etmədiyi üçün onlardan acıqlı olmuş, 2025-ci ilin yanvar ayının sonlarında günorta saatlarında Şərur rayon Çomaxtur kənd ərazisində həmin kənd sakini “Rasim” adlı şəxsə məxsus qoyunları otarmış, qoyunlar arxın kənarında olan kolları yeyən zaman həmin kollardan fərqli qoxu gəldiyini hiss etmiş, kollara baxan zaman həmin kolların çətənə kolu olduğunu görmüş, kəndlərində həmin kolları polislər yandırdığından narkotik olduğunu bilmiş, heyvanları oradan kənarlaşdırmış, həmin gün heyvanları sahibinə təhvil verərək evə getmiş, evdə olan zaman həmin kollardan yığaraq əmisinin oğlu Şahid avtomobilinə yerləşdirmək qərarına gəlmiş, 30 yanvar 2025-ci il tarixdə evdən yapışdırıcı lent götürərək heyvanları otarmağa getmiş, Çomaxtur kəndində yerləşən su arxının kənarına gedən zaman 02 ədəd çətənə kolunun olduğunu görmüş, həmin çətənə kollarından biri böyük biri isə balaca olmuş, yerdən 1 ədəd qara rəngli sellofon torba tapmış, böyük kolun üzərində olan qurumuş yarpaqları əlləri ilə ovalayıb qara rəngli selofana doldurmuş, daha sonra həmin sellofon torbanı yapışdırıcı lent ilə bağlamış, bundan sonra həmin çətənə qurudulmuşunu üzərində daşımış, saat təxminən 18:00 radələrində qoyunları “Rasim” adlı şəxsin həyətində yerləşən tövləyə aparmış, daha sonra piyada formada yaşadığı Şərur rayon Xələc kəndinə qayıtmış, hava tam qaralan zaman saat təxminən 20:00 radələrində əmisinin oğlu Şahid yaşadığı evə tərəf getmiş, onun evinə yaxınlaşan zaman ona məxsus “Mersedes” markalı avtomobili evinin yanında olan yolun kənarında görmüş, avtomobilə yaxınlaşıb avtomobilin qapılarının açıq olub-olmadığını yoxlamış və qapıların bağlı olduğunu görmüş, daha sonra avtomobilin arxa tərəfinə gedib avtomobilin yük hissəsini (baqaj) açmaq istəmiş, həmin hissənin açıq olduğunu görmüş, baqajı açaraq bükümü ora yerləşdirmiş və baqajın qapısını bağlamışdır. Bundan təqribən 15 dəqiqə sonra Şərur Rayon Polis İdarəsinin əməkdaşı Nağızadə Nağıya zəng vuraraq əmisinin oğlu Şahid idarə etdiyi avtomobildə narkotik olması barədə məlumat vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində etdiyi əməllərindən peşman olduğunu, Şahid acıqlı olduğundan onun avtomobilinin yük hissəsinə narkotik vasitə yerləşdirdiyini, bu barədə ona heç kəsin təsir və ya təzyiq göstərmədiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 31 yanvar 2025-ci il tarixdə Şərur rayon Xələc kənd ərazisində etibarnamə ilə idarə etdiyi “Mersedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini yuyarkən polis əməkdaşları ona yaxınlaşmış, ona avtomobilinə baxış keçirtmək istədiklərini bildirmiş, polis əməkdaşları ilə razılaşmış, baxış zamanı avtomobilinin yük hissəsində qara rəngli sellofona bükülmüş narkotik vasitəyə bənzər büküm aşkarlanmış, bundan sonra polis əməkdaşları onu polis idarəsinə aparmış, orada ilkin izahatında həmin narkotik vasitənin ona məxsus olmadığını və avtomobilin yük hissəsinin qapısının bağlanmadığını bildirmiş, bundan sonra avtomobilinə narkotik vasitə qoyan şəxsin əmisinin oğlu Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, onunla əvvəllər heç bir ədavəti olmamış, Eminin nə üçün onun avtomobilinə narkotik vasitə qoyduğunu bilməmiş, Təqsirləndirilən şəxs oğlu xəstə olan zaman ondan pul istəməmiş, bununla bağlı bugünədək aralarında hər hansı bir narazıçılıq olmamışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, O, Şərur Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Təqsirləndirilən şəxs evlərində fəhlə işlədiyi zaman tanımış, onunla yaxın münasibəti olmamış, 31 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Şərur Rayon Polis İdarəsinə gələrək Şərur rayon Xələc kənd sakini Şahid avtomobilində narkotik vasitə olması barədə məlumat vermiş, təşkil edilmiş əməliyat qrupuna üzv olmuş, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Şahid avtomobilinə baxış keçirilməsi üçün Şərur rayon Xələc kəndinə getmiş, Şahid Xələc kənd ərazisində yolun kənarında avtomobil təmizlədiyini görmüş, onun avtomobilinə baxış zamanı avtomobilin baqaj qapısının bağlanmadığını müşahidə etmişlər və baxış zamanı Şahid idarə etdiyi “Mersedes” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilinin yük hissəsindən qara rəngli sellofona bükülmüş içərisində narkotik vasitəyə bənzər bitki olan büküm aşkar olunmuş, həmin büküm götürülmüş, Şahid Şərur Rayon Polis İdarəsinə gətirilərək idarənin təhqiqat xidmətinə təhvil verilmiş, ilkin araşdırma zamanı Şahid avtomobilindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığı və avtomobilinin yük hissəsinin qapısının bağlanmadığını bildirmiş, bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitəni Şahid avtomobilinə qoyan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Şərur Rayon Polis İdarəsinə dəvət olunduqdan sonra etdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs təxminən 2 il əvvəl tanımış, onula heç bir ədavəti olmamışdır Həmçinin şahid X3 verdiyi ifadəsində Təqsirləndirilən şəxs hadisə vaxtı və ya ondan əvvəlki günlərdə ona zəng vurmadığını, hadisə barədə məlumat vermədiyini, özünün Təqsirləndirilən şəxs kənd sakini kimi tanıdığını, başqa heç bir münasibətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Şərur Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 31 yanvar 2025-ci il tarixdə Şərur rayon Xələc kənd sakini Təqsirləndirilən şəxs Şərur Rayon Polis İdarəsinə gələrək Şərur rayon Xələc kənd sakini Şahid avtomobilində narkotik vasitə olması barədə məlumat vermiş, təşkil edilmiş əməliyat qrupuna üzv olmuş, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Şahid avtomobilinə baxış keçirilməsi üçün Şərur rayon Xələc kəndinə getmiş, Şahid Xələc kənd ərazisində yolun kənarında avtomobil təmizlədiyini görmüş, Şahid razılığı ilə onun avtomobilinə baxış keçirən zamanı avtomobilin baqaj qapısının bağlanmadığını müşahidə etmişlər və baxış zamanı Şahid idarə etdiyi “Mersedes” markalı avtomobilinin yük hissəsindən qara rəngli sellofona bükülmüş içərisində narkotik vasitəyə bənzər bitki olan büküm aşkar olunmuş, həmin büküm qablaşdırılaraq götürülmüş, Şahid Şərur Rayon Polis İdarəsinə gətirilərək idarənin təhqiqat xidmətinə təhvil verilmiş, bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitəni Şahid avtomobilinə qoyan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Şərur Rayon Polis İdarəsinə dəvət olunduqdan sonra etdiyi əməli etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 31 yanvar 2025-ci il tarixdə Şərur rayon Xələc kənd sakini Şahid etibarnamə ilə idarə etdiyi “Mersedes” markalı, **-BJ-*** markalı avtomobilə videoçəkilişlə baxış keçirlimiş, baxış zamanı avtomobilin yük hissəsindən ümumi çəkisi 318.87 qram olan qara rəngli sellofona bükülmüş, içərisində narkotik vasitəyə bənzər yaşıl bitki kütləsi olan büküm aşkar edilərək götürülmüşdür (i.v İ cild 12). “Baxış keçirilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs əmioğlusu Şahid idarə etdiyi avtomobilə yerləşdirdiyi çətənə kolunu həmin ərazidən yığması ilə bağlı verdiyi izahat üzərinə Şərur rayon Çomaxtur kənd ərazisində yerləşən və bələdiyyə fonduna məxsus çöllük əraziyə baxış keçirilmiş və baxış zamanı həmin ərazidə-su arxının kənarında yabanı halda bitmiş 03 ədəd çətənə kolunun olduğu müəyyən olunmuşdur (i.v İ cild 52-53). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2025-ci il tarixli, 101 №-li “Məhkəmə-bioloji ekspertizasının” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd kağız zərfin içərisindəki üzəri yapışqan bantla sarınmış 01 ədəd qara rəngli sellofon bükümdə təmiz çəkisi-275,101 qram olan qəhvəyi rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (i.v İ cild 60-61). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 119 №-li “Məhkəmə-bioloji ekspertizasının” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şərur rayon Çomaxtur kəndində yerləşən su arxının kənarından aşkar edilmiş 03 ədəd çətənə bitkisinə bənzər bitki kolu” yazıları olan ....01 ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 295 qram olan 03 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir (i.v İ cild 90-91). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin predmetinin narkotik vasitə olan qurudulmuş marixuana olması, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayətin əlamətlərinin mövcudlu və.s kimi hallar öz təsdiqini tapır. “Əşyaların maddi sübut hesab edilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Şahid avtomobilindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan 275.051 qram qurudulmuş marixuana və Şərur rayon Çomaxtur kəndin ərazisindən aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalan 294.940 qram çətənə bitkisi maddi sübut kimi tanınaraq, Şərur rayon Polis İdarəsinə məsul saxlanca verilmişdir (i.v İ cild 93-94). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə maddi sübutların mövcudluğu və onların saxlanılması yeri ilə bağlı hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2025 və xx.xx.2025-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 122, 126). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 126 №-li “Ambulator məcburi nakoloji Tibbi Yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir (i.v İ cild 133-135). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 125 №-li “Ambulator Məhkəməpsixiatrik Ekspertizası”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuş, hal-hazırda anlaqlılığı istisna edən hansısa xəstəlikdən əziyyət çəkmir və barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur (i.v İ cild 130-132). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman psixi sağlamlıq vəziyyəti (anlaqlılı), onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması kimi hallar öz təsdiqini tapır. Şərur Rayon Xələc kənd İ.Ə.D-si üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xələc kəndində anadan olmuş, Azərbaycanlıdır, müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, azərbaycan veteranıdır. Yaşadığı müddət ərzində kənd ərazisində günlük işlərə fəhlə olaraq getmiş, qış aylarında çobanlıq etmişdir. Bu müddət ərzində inzibati ərazi dairəsinə onun haqqında heç bir şikayət daxil olmamış, lakin son bir ay içərisində onun haqqında şübhəli olaraq narkotik haqqında məlumat daxil olmuşdur (i.v İ cild 128). Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş xasiyyətnamədə təqsirləndirilən şəxsin şəxsiyyətinin gerçək cizgilərinin müəyyən edilməsi üçün əlavə məlumatlar (onun əxlaqa, mənəviyyata və sosial dəyərlərə münasibətini səciyyələndirən hallar və.s.) qeyd olunmadığından, bu xasiyyətnamə təqsirləndirilən şəxsin şəxsiyyətinin gerçək cizgilərini müəyyən edən sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, bu xasiyyətnamə yalnız formal məlumatlardan ibarət olduğundan, məhkəməyə subyektin şəxsiyyəti haqqında obyektiv fikir formalaşdırmağa imkan vermir. Şərur Rayon Xələc kənd İ.Ə.D-si üzrə nümayəndəlikdən verilmiş xx.xx.2025-ci il tarixli, 74 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs onun ailə üzvləri arvadı Hüseynova Şahidə Sabir qızından və oğlu X2 ibarətdir (i.v İ cild 127). 31 yanvar 2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 2230–də şübhəli şəxs qismində tutulmuşdur (i.v İ cild 34). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 80-81). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş birinci siyahıdan aydın olur ki, “marixuana (kannabis) narkotik vasitədir və onun qurudulmuş formada 5 qramdan 500 qramadək olan miqdarı xeyli miqdar hesab olunur. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14.iyun 2024-cü il tarixli Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şərur rayon Çomaxtur kənd ərazisində çöllük sahədən yabanı halda bitmiş 03 ədəd çətənə kolun dərməsi və onları üzərində daşıyaraq gətirib Şərur rayonu Xələc kəndi ərazisində öz əmioğlusu Şahid idarə etdiyi avtomobilə yerləşdirməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etməsi və daşıması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarına müvafiq olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin ifadəsi ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının minimum həddə təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitəni hadisə ilə heç bir əlaqəsi olmayan öz əmisioğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərəzli niyyətlə onun avtomobilinə yerləşdirməsi və müvafiq orqana bu barədə məlumat verməsi) onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla yüngül olması qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi işin faktiki hallarına, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla yanaşı, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması və cəzanın proqnozlaşdırılmış sosial təsirləri baxımından da əhəmiyyətlidir. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 02 fevral 2025-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci tarixdən 02 fevral 2025-ci il tarixədək, yəni şübhəli şəxs qismində tutulduğu 02 (iki) günlük müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 23 iyul 2025-ci il tarixdən məhdudlaşdırıldığından, onun cəzaçəkmə müddətinin əvvəli də 23 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan və ibtidai araşdırma zamanı həyata keçirilmiş məhkəmə-bioloji ekspertizaları üzrə aparılmış tədqiqatların dəyərindən ibarətdir. Belə ki, cinayət işi üzrə 13 may 2025-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına onun vəkil işlədiyi Şərur Rayon Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə “Məhkəmə-bioloji ekspertizaları”nın keçirilməsi üçün məhkəmə xərci -180 (səksən) manat məbləğində pul təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X6 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132 və 346-cı maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar-Şərur Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan- Şahid avtomobilindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan 275.051 qram qurudulmuş marixuana və Şərur rayon Çomaxtur kəndin ərazisindən aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalan 294.940 qram çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və ibtidai istintaq dövründə müxtəlif istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişlərin və ittiham aktının elektron formasının olduğu ümumilikdə 05 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) günlük müddət cəzaçəkmə müddətinə daxil edilsin və onun üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Şərur Rayon Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilsin. iş üzrə “Məhkəmə-bioloji ekspertizaları”nın keçirilməsi üçün məhkəmə xərci -180 (səksən) manat məbləğində pul təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X6 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Şərur Rayon Polis İdarəsinə məsul saxlanca verilmiş Şahid avtomobilindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan 275.051 qram qurudulmuş marixuana və Şərur rayon Çomaxtur kəndin ərazisindən aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalan 294.940 qram çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə müxtəlif istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişlərin və ittiham aktının elektron formasının olduğu ümumilikdə 05 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1(110)-8/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-8/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver