Məhkəmə qərarları › İş №1(110)-9/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-9/2020

03.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-9/2020 03.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə islas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, Bağırova Arzunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir ki, Dizə kənd sakini X2 xx xxxxxx 2020-ci il də boşanmış, bu nikahdan iki övladı doğulmuş, məhkəmənin 2(110)-226/2020 saylı qərarı ilə şənbə və bazar günləri uşaqları ilə görüş, ünsiyyət təyin edilmişdir. Bu ilin noyabr ayının 10-u Ali baş komandanın düşmən üzərində qələbə qazanmağımızla bağlı xalqımızı təbrik etdikdən sonra, o da bu qələbə sevincini 5 və 6 yaşlarındakı qızları ilə birlikdə qeyd eləmək üçün keçmiş həyat yoldaşının yaşadığı evə, ***-**-** ev nömrəsinə zəng vurub uşaqlara bir saatlıq icazə vermələrini xahiş etmək istəmişdir ki, bu qələbə sevincini qızları ilə birlikdə yaşasın. Zəng vurduqdan sonra telefonu Aytənin anası Bağırova Arzunun götürmüş və onunla çox kobud danışmağa başlamış və onun övladları ilə danışmağına imkan verməmişdir və axırda onu telefonda 5 və 6 yaşlarında olan qız övladlarına cinsi orqanının göstərməyi ilə şərləmiş və telefonu söndürmüşdür. Həmin telefon danışığını telefona yazıb, yazmağının səbəbi odur ki, hər dəfə ondan şikayət edirdilər ki, guya o onların evinə zəng edərək,onları təhqir edir. İndi o ata olaraq gecələr yata bilmir, keçmiş qaynanasının ona atdığı bu böhtana dözə bilmir. Bağırova Arzu onun şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsində (təhqir) göstərilən əməli törətmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu, X3 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqitini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən keçmiş qaynanası Bağırova Arzunu Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, şikayət ərizəsinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.37-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxsin atasının adını və yaşayış yerini qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd edilməlidir; 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302..1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən X1 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bağırova Arzunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X4 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar