Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-9/2022 01.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs: xx.xx.1996-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüftla məşğul olan, məhkumluğu olmayan, Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.2022-ci il tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayonu Çərçiboğan kəndində yaşayan Təqsirləndirilən şəxs “Khazar LX minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 iyul 2022ci il tarixdə saat 21:15 radələrində Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində idarə edərkən "X19" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 2-ci bəndinin tələbini pozmaqla, yəni minik avtomobilləri və maksimum kütləsi 3.5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda 90 km/saat sürətindən çox olmayan sürətlə hərəkət etməli olduğu halda buna əməl etməyərək, avtomobili göstəriləndən yuxarı sürətlə idarə etmiş və həmin yolun 56-cı km-də Sədərək rayonu istiqamətində yolun solundan sağına keçmək istəyən velosipedçi X10 ehtiyatsızlıqdan vurmuş və X11 başın sol yuxarı və sağ aşağı ətrafın ağır küt travması, travmatik şok, baş beyinin əzilməsi və qansızması, sol yuxarı və sağ aşağı ətraf sümüklərinin açıq, yer dəyişən sınıqları, təpə nahiyyələrində hematoma, yara və sol yuxarı və sağ aşağı ətrafın əzilmiş-cırılmış yaraları, bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü çox saylı sıyrıqlarından ibarət dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bildiyini, “Khazar” markalı **-BX-*** nömrəli avtomobilim ilə sürücülük fəaliyyəti ilə məşğul olduğunu, 18 iyul 2022-ci il tarixdə səhər erkən saatlarında Şərur rayon Yengicə, Çomaxtur və Çərçiboğan kəndlərindən 4 nəfər hərbiçi götürüb Kəngərli rayonunda yerləşən hərbi hissəyə apardığını, sonra evə gəlib istirahət etdikdən və işlərini gördükdən sonra təqribən saat 19:00 radələrində hərbi hissəyə apardığı hərbiçiləri gətirmək üçün Kəngərli rayon Qıvraq qəsəbəsinə getdiyini, hərbiçiləri gətirib evlərinə qoyduqdan sonra Sahil adlı hərbiçinin onu Xanlıqlar kəndinə aparmağını xahiş etdiyini, Sahili aparıb Xanlıqlar kəndinə qoyduqdan sonra Murad adlı tanışının ona zəng edərək Düdəngə kəndindən onu götürməyini istədiyini, havanın tam qaranlıq olduğunu, Naxçıvan-Sədərək yolunun Mahmudkənd ərazisindən keçən hissədə Sədərək rayonu istiqamətində təqribən 100 km/saat sürətlə hərəkət etdiyini, həmin istiqamətdə təxminən 70 metr məsafədən yolun sol kənarından velosipedçinin yolun sağına keçmək üçün asvalt yola keçdiyini gördüyünü, həmin an avtomobilin işıqlarını uzaq işıqlara keçirərək ikinci hərəkət zolağına keçdiyini və əyləci tam sıxdığını, avtomobilin təkərləri asvalt yolda sürükləndikcə velosipedçinin də hərəkətə davam etdiyini, velosipedçini vurmamaq üçün əyləci sıxdığını və avtomobili sağa doğru istiqamətləndirdiyini, lakin avtomobilin qabaq hissəsi ilə velosipedçini vurduğunu, avtomobilin qabaq şüşəsi sınaraq velosipedçinin avtomobilin üzərinə düşdüyünü, avtomobili saxlayaraq yerə endiyini və velosipedçini avtomobilin üzərindən götürüb asvalt yola qoyaraq polisə zəng edib məlumat verdiyini, yaxınlıqda olan şəxslərin də hadisə yerinə gəldiklərini, bu zaman təcili yardım avtomobilinin hadisə yerinə gələrək velosipedçini xəstəxanaya apardığını bildirdi. Təqsirləndirilən şəxs verilən suallara cavabında 1 ildir ki, nəqliyyat vasitəsini idarə etdiyini, hadisə baş verəndə avtomobildə kimsənin olmadığını, həmin vaxtı birinci zolaqda hərəkət etdiyini, sonra ikinci zolağa keçdiyini, işıqlanmanın normal vəziyyətdə olduğunu, diqqətini yayındıran heç nə olmadığını, velosipedçini görən vaxtı arasında 70 metr məsafə olduğunu, gördüyü zaman da əyləci sıxdığını, idarə etdiyi “Khazar” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu, avtomobili sonuncu texniki baxışdan keçirdiyini, həmin vaxtı avtomobilin yüklü olmadığını, zərərçəkmiş şəxsi əvvəldən tanımadığını, törətdiyi əməldən peşman olduğunu, rəhmətə gedənin ailəsi ilə barışıq əldə etdiyini, maddi və mənəvi dəstək olduğunu, valideynlərinin mərhumun yas mərasimində iştirak etdiklərini bildirmişdir. Məhkəmə baxışı iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi X12 iştirak etməmiş, onun iştirakının təmin olunması üçün məhkəmə baxışı iclası təxirə salınmış, xx.xx.2022-ci il tarixdə telefonoqram göndərilən zaman X12 qardaşının müalicəsi ilə əlaqədar olaraq Türkiyə Respublikasının İstanbul şəhərində olduğunu, təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını və bununla bağlı ərizəsini istintaqa təqdim etdiyini bildirmişdir. Cinayət prosesi tərəflərinin fikri nəzərə alınmaqla CPM-in 315.2-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində 18 iyul 2022-ci il tarixdə saat təxminən 21:20 radələrində Arpaçay yanacaq doldurma məntəqəsində olan vaxtı polis əməkdaşlarına yol nəqliyyat hadisəsi olması ilə bağlı məlumat verdiklərini, həmin vaxtı özünün xidmətdə olmadığını, hadisənin baş verdiyi yerə getdiyini, havanın tam qaranlıq olduğunu, yol kənarında xeyli adam yığışdığını, Sədərək rayonu istiqamətində yolun ortasında ağ rəngli avtomobilin dayandığını, camaatın isə həmin avtomobilin ətrafına toplaşdığını, həmin ağ rəngli avtomobil “Khazar” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı minik avtomobili olduğunu, avtomobilin ön tərəfi qəzalı vəziyyətdə olduğunu, avtomobildən bir az qabaqda asvalt yol üzərində bir nəfərin hərəkətsiz vəziyyətdə qaldığını gördüyünü, şəxsin kəndliləri Paşa dayı olduğunu bildiyini, təcili yardım avtomobili gələrək Paşa dayını xəstəxanaya apardıqlarını, hadisə yerinin müayinə edilməsi üçün müstəntiqin hadisə yerinə gəldiyini, hadisə yeri hal şahidlərinin və sürücünün iştirakı ilə müayinə olunduğunu, sürücü hadisə yerində asvalt yolda olan tormuz izinin onun avtomobilinə aid olduğunu bildirdiyini, hadisə yerində papaq və bir cüt ayaqqabı olduğunu, sürücünün isə müstəntiqə Sədərək rayon istiqamətində hərəkətdə olan zaman uzaq məsafədən yolun sol kənarından velosipedçinin yolun sağ kənarına keçmək üçün asvalt yola girdiyini və həmin vaxtı onu vurmamaq üçün əyləci sıxıdığını dediyini bildirmişdir. Şahid3 verilmiş suallara cavabında zərərçəkmiş şəxsin yerdə hərəkətsiz vəziyyətdə qaldığını, həmin vaxtı hadisəni törədən şəxsin orada olduğunu, həmin şəxsin həyəcanlı vəziyyətdə olduğunu, zərərçəkmiş şəxsi xəstəxanaya aparan zaman Vüqarın zərərçəkmiş şəxsə köməklik etdiyini, hadisə yerində velosipedi də gördüyünü, hava qaranlıq olduğu üçün başqa heç nə görmədiyini, müstəntiqin hadisə yerinə gələrək baxış keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində 18 iyul 2022-ci il tarixdə saat təxminən 21:20 radələrində qardaşı Vüqar onun mobil telefonuna zəng edərək idarə etdiyi avtomobil ilə adam vurduğunu bildirdiyini, Vüqar çox həyəcanlı olduğundan sadəcə hadisənin harada olduğunu soruşa bildiyini, hadisə yerinə getdiyi vaxt havanın tam qaraldığını, hadisəsinin baş verdiyi yer Naxçıvan-Sədərək avtomobil yolunun Mahmudkənd ərazisindən keçən hissəsində olduğunu, Vüqara yaxınlaşaraq hadisənin necə baş verdiyini soruşduğunu, Vüqarın ona velosipedçinin yolun kənarından asvalt yola keçdiyini və onu vurduğunu dediyini, avtomobilin yolun ortasında qaldığını, avtomobilin alın şüşəsinin sındığını və qabaq hissəsində qan ləkələrinin olduğunu, yolun sağ kənarında torpaq yolda velosiped olduğunu, velosipedçinin harada olduğunu soruşduğunda təcili yardım avtomobilinin gələrək onu apardığını bildirdiyini, velosipedçini tanımadıqlarını, sonradan maraqlandıqda Mahmudkənd sakini Paşa adlı bir şəxs olduğunu öyrəndiklərini, hadisə yerinin Vüqarın və hal şahidlərinin iştirakı ilə müayinə olunduğunu, hadisə yeri müayinə olunduqdan sonra Vüqarın izahatının alınması üçün Polis İdarəsinə apardıqlarını bildirmişdir. Şahid2 verilmiş suallara cavabında hadisə yerində yolun kənar hissəsində velosiped olduğunu, müstəntiq hadisə yerinə gələrək hadisə yerinə baxış keçirdiyini, həmin vaxtı qardaşının orada olduğunu, Vüqarın sərxoşluq halının müəyyən olunması ilə bağlı alkoqol testindən keçirildiyini, yas yerində valideynləri ilə birlikdə iştirak etdiklərini, Vüqardan şikayətlərinin olmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi bu gün ona zəng edərək Türkiyə Respublikasında olduğundan məhkəmədə iştirak edə bilməyəcəyini və şikayətinin olmadığını dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində 18 iyul 2022-ci il tarixdə axşam saatlarında dostu Vüqarın hadisə törətməsi ilə bağlı kənddə məlumat yayıldığını, bibioğlu Kənanın idarə etdiyi avtomobil ilə Şərur rayon Xəstəxanasına getdiklərini, Vüqarın xəstəxanada olmadığını və velosipedçinin öldüyünü dediklərini, hadisənin baş verdiyi yerə getdikdə Vüqar orada olduğunu, Vüqarın yanına getdiyim zaman onu çox həyəcanlı gördüyünü, Vüqarın avtomobilinin asvalt yolda dayandığını, avtomobilinin kaportunun əzildiyini, üzərində isə qan ləkələrinin olduğunu, Vüqardan nə olduğunu soruşan zaman velosipedçini vurduğunu dediyini, Vüqarın qardaşı Vüsal da hadisə yerində olduğunu, avtomobildən biraz aralıda asvalt yolda qan ləkələrinin, torpaq yolda isə velosipedin olduğunu, müstəntiqin hadisə yerinə gələrək Vüqarın və hal şahidlərinin iştirakı ilə hadisə yerini müayinə etdiyini, müayinə edən zaman asvalt yolda olan tormuz izini göstərdiyini, Vüqar tormuz izinin onun avtomobilinə məxsus olduğunu, velosipedçini vurmamaq üçün əyləci sıxdığını bildirdiyini, hadisə yerinin müayinəsi başa çatdıqdan sonra Vüqarın izahatın alınması üçün onu Polis İdarəsinə apardıqlarını bildirmişdir. Şahid1 verilmiş suallara cavabında hadisə yerində tormoz izlərini gördüyünü, hadisə yerinə çatan zaman zərərçəkmiş şəxsi xəstaxanaya apardıqlarını, Vüqarın dostluğa yaxşı adam olduğunu, kənddə hər işə köməklik etdiyini, müsbət xarakterizə olunan şəxs kimi tanındığını bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2022-ci il 199 saylı ekspert rəyində görünür ki, “Khazar” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olduğundan onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyininin xx.xx.2022-ci il tarixli 40 nömrəli ekspert rəyindən görünür ki, X2 meyidinin məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: başın sol yuxarı və sağ aşağı ətrafın ağır küt travması, travmatik şok, baş beyinin əzilməsi və qansızması, sol yuxarı və sağ aşağı ətraf sümüklərinin açıq, yer dəyişən sınıqları, təpə nahiyyələrində hematoma, yara və sol yuxarı və sağ aşağı ətrafın əzilmiş-cırılmış yaraları, bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü çox saylı sıyrıqları, göstərilənlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcə də avtomobil qəzası nəticəsində də törənməyə xarakterikdirlər. Ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub onun ölümü ilə nəticələnmişdir. X2 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına baş beyinin ödemi, baş beyin toxumasının əzilməsi və beyin toxumasına qansızma, travmatik şok olmuşdur. Digər sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli 140 nömrəli alkoqolun qəbul faktı və sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqolun qəbul edilməsi əlamətləri yoxdur. İş materiallarında olan Naxçıvan MR Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 05 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəçisi olmadığı, gün ərzində həmin maddələrin qəbul edilmədiyi göstərilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar LX minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şərur rayon Çərçiboğan kənd İƏDN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X3, anası X4, bacıları X5, X6 və qardaşı Şahid2 ibarət ailə üzvləri vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış oğlu X12 və zərərçəkmiş şəxsin arvadı X17 hadisənin ehtiyatsızlıqdan baş verdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs heç bir şikayəti və tələblərinin olmadığına dair ərizələr vermişlər. İş materiallarında olan Çərçiboğan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə özünü sakit və nizam-intizamlı aparır, özündən yaşlılara, ağsaqqllara hörmət edir, kəndin ictimai işlərində yaxından iştirak edir, kənd cammatına qarşı mehribandır və kənd camaatının rəğbətini qazanmışdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və digər ailə üzvləri ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquq varisinin hazırda ona qarşı heç bir şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin ittiham olunduğu, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Buna görə də iş üzrə təqsirləndirilən şəxsə 4 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, məhkəmə təqsirləndirilən şəxsə ona istinad edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddələrinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi qənaətinə gələrkən qeyd olunan cinayətin subyektiv cəhətdən ehtiyatsızlıqla törədilməsini, təqsirləndirilən şəxsin gəncliyini, əvvəllər hər hansı hüquq pozuntusu törətməməsini, hadisə vaxtı və hadisədən sonrakı davranışlarını, kənddə özünü sakit və nizam-intizamlı apardığından, özündən yaşlılara, ağsaqqllara hörmət etdiyindən, kəndin ictimai işlərində yaxından iştirak etdiyindən, kənd camaatının rəğbətini qazandığından müsbət xarakterizə olunmasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və digər ailə üzvləri ilə barışıq əldə edilməsini nəzərə alır və buna görə şəxsin azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün hesab edir. Cinayət Məcəlləsinin 70.3-ci maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. İş üzrə maddi sübut - Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “Khazar LX minik” markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvəyə mindikdən sonra qanuni mülkiyyətçisi Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X11 məxsus velosiped hökm qanuni qüvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.
2. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.
3. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın.
4. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulsun.
5. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin.
6. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın.
7. İşdə mülki iddianın olmaması nəzərə alınsın.
8. Hökm qanuni qüvəyə mindikdən sonra Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “Khazar LX minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qanuni mülkiyyətçisi Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X11 məxsus velosiped zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın.
9. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mehdi Əliyev