Məhkəmə qərarları › İş №1(110)-9/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-9/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-9/2024 27.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclas katibi Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1995-ci ildə Şərur rayon Alışar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkum olunmamış, Şərur rayon Alışar kəndində yaşayan, barəsində 28 dekabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə Şərur rayon Püsyan kənd ərazisində, özünə məxsus fermanın həyətyanı sahəsində əvvəlcədən tanıdığı Sədərək rayon Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində qəsdən ona alnında yara, sol qulaq seyvanının arxa səthində, döş qəfəsində sıyrıqlar, sağ bel nahiyəsində hematoma və sıyrıq, sol təpə və sağ böyründə səthi sıyrılmış yaralar xəsarətləri yetirməklə sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini, dalaşdığına görə inzibti həbs olunduğunu, inzibati həbsdə olan zaman Sədərək rayon Dəmirçi kənd sakini Sərxan adlı şəxslə tanış olduğunu, Sərxan ona “GAZ 3110” və “Ford Transit” markalı iki ədəd avtomobilinin Türkiyə Respublikasında saxlanıldığını və hər iki avtomobili çıxarmaq üçün 4000 manat rüsum ödəməli olduğunu dediyini, ona 4000 manat verməyə razı olduğunu, qarşılığında isə onun hər iki avtomobilini satın alacağını, qalan pulu isə hissəhissə hər ay 500 manat olmaqla ona ödəyəcəyini, həbsdən çıxan zaman Sərxanın 16 gün həbsi qaldığını, Sərxanın dediyi avtomobilləri ala bilmək özünə məxsus 3 ədəd erkək dananı 4000 manata Şərur rayon Muğanlı kənd sakini Mürvət adlı şəxsə nağd olaraq satdığını, daha sonra aldığı pulu aparıb evdə atasına verdiyini, əvvəlcədən atasına həbsdə tanış olduğu Sərxan adlı şəxsdən iki ədəd avtomobil alacağını dediyini, atasına həmin pulu da, avtomobilə verəcəyini dediyini, 01 noyabr 2023-cü il tarixdə Sərxan həbsdən çıxacağını bildiyini, atasından 4000 manat pulunu alıb həmin gün axşam saatlarında Şərur rayon Oğlanqala kənd sakinləri Kənan və Azad adlı şəxslərlə həbsxananın yanına getdiyini, Sərxan çıxdıqdan sonra dördü birlikdə əvvəlcə bərbərə oradan isə ”avtovağzal” adlı restorana getdiklərini, restoranda olan zaman Azadın yanlarından ayrıldığını, sonra Naxçıvan şəhər sakini Sərxan, Culfa rayon sakinləri Seyid və onun əmisi oğlunun yanlarına gəldiyini, daha sonra Kənan, Sərxan, Seyid və onun əmisinin oğlunun restorandan çıxdıqlarını, özünün isə otelin otağına getdiyini, Kənan, Sərxan, Seyid və onun əmisi oğlunun “Araz” adlı restorana getdiklərini, daha sonra isə Sərxanla birlikdə həmin restorana onların yanına getdiyini, ondan başqa stolda olan hər kəs pivə içdiyini, təxminən 1 saat restoranda oturduqdan sonra çıxdıqlarını, Kənana Sərxanla birlikdə qalmasını təklif etdiyini, lakin o, qəbul etmədiyini, buna görə Sərxanla birlikdə otelə getdiklərini, orada qala bilmək üçün otələ 25 manat pul ödəyərək otağa qalxdıqlarını, Sərxanın telefon vasitəsi ilə kimləsə danışmağa başladığını, həmin vaxt Sərxanın ondan avtomobillər üçün 4000 manat pul istədiyini, cibindən çıxardaraq ona 3500 manat pul verdiyini, 500 manatı daha sonra verəcəyini bildirdiyini, cibində olan 500 manat pulun avtomobili götürən zaman lazım ola biləcəyini düşündüyünü, sonra Sərxan əlaqə saxladığı xanımın Bakı şəhərindən Naxçıvan şəhərinə gələciyini bildirdiyini, onun üçün isə başqa bir xanım gətirə biləcəyini dediyini, lakin bunu qəbul etmədiyini, barmağımdakı üzüyü çıxarıb sürmənin üzərinə qoyduğunu, Sərxanın həmin üzüyü barmağına taxdığını, üzüyü ona hədiyyə etməyini istədiyini, ona hədiyyə olduğu üçün verə bilməyəcəyini, lakin müvəqqəti taxa biləcəyini dediyini və yatdığını, 02 noyabr 2023-cü il tarixdə səhər saatlarında taksi ilə hava limanına getdiklərini, Sərxanın qonağını qarşıladıqdan sonra birlikdə qaldıqları otelə qayıtdıqlarını, Sərxanla qonağı otelin otağına getdiyini, onun, isə otağa getmədiyini, təxminən 2 saat sonra Sərxan onun yanına gəldiyini və avtomobil icarəyə götürmək istədiyini dediyini, sonra birlikdə avtomobil icarəyə verilən obyektə gedib Sərxanın adına bir ədəd “Ford” markalı avtomobili iki günlük icarəyə götürdüklərini, oradan Sədərək rayonuna yola düşdüklərini, Sədərək rayonuna getməkdə məqsədləri Sərxanın dediyi avtomobilləri götürmək olduğunu, yolda Şərur şəhərində olan zaman Sərxan pulunun digər şalvarında qaldığını bildirərək ondan əlavə 500 manat pul istədiyini və otelə qayıdan zaman qaytaracağını dediyini, ona 500 manat pul verdiyini, Sədərək rayonunda olan zaman Sərxan qohumu olan Sədrəddin adlı şəxsi götürdüklərini, oradan Səfərbərlik və Hərbi Xidmətə çağırış şöbəsinə getdiklərini, yolda olan zaman Sərxanın cibindən 650 manat pul çıxardaraq işlərini həll etməsi üçün Sədrəddinə verdiyini, Sərxan və Sədrəddin avtomobildən düşərək Səfərbərlik və Hərbi Xidmətə çağırış şöbəsinə getdiklərini, təxminən 15 dəqiqə sonra onlar gələrək işlərinin həll olduğunu bildirdiklərini, həmin vaxt həbsdə bir yerdə olduqları Vurğun adlı şəxslə rastlaşdıqlarını, Sərxanın təxminən yarım saat onunla söhbət etdikdən sonra avtomobilə qayıtdığını, həmin vaxt ona işlərinin çox olduğu üçün yubandıqlarını və avtomobilləri sabah götürməyə gələcəklərini bildirdiyini, onun da Sərxanla razılaşdığını, ilk öncə Sədrəddini aparıb yas yerinə qoyduqlarını, Sədərəkdən çıxdıqdan sonra Naxçıvan şəhərinə qayıtdıqlarını, yolda olan zaman Sərxan ona qurbanlıq quzu axtardığını bildirdiyini, ona quzu satdığını və 250 manata ona quzu verə biləcəyini deyərək onunla razılaşdığını, otelin önünə çatan zaman Sərxanın qonağının aşağı düşməsini gözləməyə başladıqlarını, həmin vaxt Sərxan telefonla danışan zaman qardaşına axşam Bakıya gələcəyini dediyini eşitdiyini, onun avtomobil satmaq fikrinin olmadığını və onu aldadaraq pulunu alıb qaçacağını başa düşdüyünü, qaldıqları oteldən Sərxanın qonağını götürüb Dəmirçi kəndinə doğru hərəkət etməyə başladıqlarını, pulunu ala bilməyəcəyini düşünərək Sərxanı Şərur rayon Təzəkənd ərazisində olan fermasına aparmağı və ora polis əməkdaşlarını çağıraraq pulunu almağını planlaşdırdığını, Kəngərli rayon Qıvraq qəsəbəsində olan zaman ayaqyolu bəhanəsi ilə Sərxandan avtomobili saxlamasını istədiyini, avtomobildən düşüb 102-ə zəng vurduğunu, Kəngərli rayon şöbəsinə Sərxan adlı şəxsin onun 4000 manatını aldığını və Bakı şəhərinə qaçmaq istədiyini bildirdiyini, daha sonra avtomobilə əyləşib, Sərxana fermasına gedərək quzunu götürməsini dediyini, Sərxanla birlikdə fermaya getdiklərini, Sərxanla avtomobildən düşüb irəliləməyə başladıqlarını, Sərxandan kənarlaşıb yenidən 102-ə zəng vurduğunu, həmin vaxt ona Kəngərliyə düşdüyünü və Şərura zəng vurmalı olduğunu bildirdiklərini, daha sonra telefonunun yaddaşında olan adını bilmədiyi bir polis əməkdaşının nömrəsinə zəng vuraraq olanları danışdığını, bu vaxt Sərxan onun polisə zəng vurduğunu eşidib daş ilə onun başından vurduğunu, onun, yerə yıxıldığını, sonra aralarında mübahisə olduğunu, onlar tutaqlaşıb bir-birlərini vurmağa başladıqlarını, Sərxan yerdən şifer qırıntıları götürərək onu vurmağa başladığını, Sərxan yanındakı qonağından ağac parçası götürüb onu vurmasını istədiyini, bu zaman avtomobilə tərəf qaçdığını və həmin xanıma məxsus çantanı onların getməmələri üçün götürdüyünü, sonra qaçaraq oradan uzaqlaşdığını, yolda polis əməkdaşlarının ona mobil telefon ilə zəng vurduqlarını, onlara olduğu yeri dediyini və polislərin onun yanına gəldiyini, polis əməkdaşları onları çağırdıqdan sonra yanlış yolla getdiklərini, buna görə də gecikdiklərini bildirdiklərini, sonra polis əməkdaşları ilə birlikdə Şərur Rayon Polis İdarəsinə gəldiyini, Zərərçəkmiş şəxsla 4000 manat pulunu aldıqdan sonra qaçmaq istədiyi üçün mübahisə etdiyini, Sərxan onu vurduqdan sonra o, Sərxanı vurduğunu bildirərək əməlindən peşman olduğunu, bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavabında Sərxanla oteldə bir gün qaldığını, 3500 mant pulu oteldə Sərxana verdiyini, Sərxanın onu vurduqdan sonra onu vurduğunu, Kənan və Azad getdikdən sonra ondan qalmağını istədiyini, o vaxta qədər aralarında pul söhbətinin olmadığını, Sərxanın 2000 manat borcu olduğunu, 2000 manata isə maşınları çıxardacağını ona bildirdiyini, maşınları gətirib ona verəcəyini, Şərur Rayon Polis İdarəsində 02.011.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gecə saxlanıldığını, daha sonra sərbəst buraxıldığını, bunu ona yemək gətirən atasının təsdiq edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində və suallara cavabında aliment borcu səbəbindən tutularaq Naxçıvan Muxtar Respublikasına gətirildiyini, aliment borcuna görə 20 gün inzibati qaydada həbs edildiyini, həbsdə olduğu müddətdə Şərur rayon Alışar kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olduğunu, həmin vaxt ona və orada olan digər şəxslərə Türkiyə Respublikası gömrüyündə iki ədəd avtomobilimin saxlanıldığı dediyini, Məhəmmədəliyə həbsdən çıxdıqdan sonra “Qazel” markalı avtomobili ona satacağını dediyini, Məhəmmədəli onunla razılaşdığını, lakin həmin vaxt aralarında qiymət barədə söhbət olmadığını, 01 noyabr 2023-cü il tarixdə saat 21:40 radələrində həbsdən azad olunduğunu, həbsdə tanıdığı Təqsirləndirilən şəxs, Azad və Kənan adlı şəxslərlə görüşmək üçün birbaşa Naxçıvan şəhərinə getdiklərini, orada ilk öncə bərbərə, sonra isə marketə girdiyni, marketdən şampun və sabun aldığını, sonra Naxçıvan şəhərindəki avtovağzalda yerləşən otelə getdiklərini, həbsdən çıxan zaman üzərində 948 manat pul olduğunu, həmin pulu aliment borcunu ödəmək üçün gətirdiyini, lakin icra məmuru ona borcunun tamamını ödəməli olduğunu bildirdiyini, aliment borcu 6000 manat olduğundan ödəyə bilmədiyini, buna görə də, gətirdiyi pul özündə qaldığını, otelin 305 nömrəli otağını bir günlük götürdüyünü, otaq üçün otelə 25 manat pul ödədiyini, təxminən 1 saat otaqda qaldıqdan sonra restorana endiyini, restorana çatan zaman Məhəmmədəlinin orada tək olduğunu, orada bir bakal pivə içdiyini, restorandan çıxarkən 5 manat hesab ödədiyini, sonra Məhəmmədəli ona dostlarının “Araz” adlı restoranda olduqlarını dediyini, taksi ilə həmin restorana getdiklərini, düşərkən taksi sürücüsünə 6 manat pul verdiyini, həmin yerdə Kənanın və əlavə üç nəfərin olduğunu, restoranda olduğu vaxt pivə içmədiyini, qardaşı və həyat yoldaşı ilə mobil telefonla danışdığını, sonra restorandan çıxdığını, hesabı kimin ödədiyini bilmədiyini, təxminən saat 00:00 radələrində birlikdə restorandan çıxdıqlarını və yanlarında olan şəxslərdən birinin avtomobili ilə otelə gəldiklərini, otelə çatan zaman Məhəmmədəli oteldə tutduqları otaqda qalmaq istədiyini, buna etiraz etmədiyini, Məhəmmədəli ilə oteldəki otağa qalxdıqlarını, digər şəxslərin isə getdiklərini, otağa qalxdıqdan sonra marketə gedərək ordan kolbasa, çörək, kola, enerji içkisi aldıqlarını, aldıqları ərzaqların qiymətini Məhəmmədəlinin ödədiyini, marketdən çıxıb otelə qayıtdıqlarını, Oteldə olarkən otelin müdiriyyətindən zəng gəldiyini və ikinci şəxsin də, əlavə 25 manat pul ödəyib qala biləcəyini bildirdiyini, Məhəmmədəli ilə birlikdə aşağı düşdüklərini, Məhəmmədəlinin özü üçün 25 manat pul ödədiyini, yenidən birlikdə otağa qalxdıqlarını, otaqda olan zaman Məhəmmədəli barmağındakı üzüyü ona hədiyyə etdiyini, eyni zamanda ona quzularının olduğunu və onları satdığını dediyini, qurban kəsmək üçün Məhəmmədəlidən ona bir ədəd quzu satmasını istədiyini və ondan quzuların qiymətini soruşduğunu, Məhəmmədəlinin quzunun qiymətini ona demədiyini, ona alacağı quzunu kəsəcəyini, doğrayacağını buna görə quzu üçün 250 manat pul verəcəyini bildirdiyini, 02 noyabr 2023-cü il tarixdə yuxudan oyanaraq birlikdə saat təxminən 07:00-da taksi ilə hava limanına getdiklərini, 5 manat taksi sürücüsünə pul verdiyini, hava limanına çatdıqdan təxminən 1 saat sonra dini nikahda olduğu Şahid gəldiyini, birlikdə taksi ilə otelə gəldiklərini, 5 manat taksi sürücüsünə pul verdiyini, Səlvi özü ilə 1300 manat pul gətirdiyini, pulu ona Bakı şəhərində qardaşı Ayxan Əhmədov aliment borcunun bir hissəsini ödəmək üçün verdiyini, qalanını isə hissə-hissə ödəyəcəyini, Səlvi ilə otağa getdiklərini, biraz sonra aşağı düşdüklərini, Məhəmmədəlini gördüyünü və mağazaya getdiyini, mağazadan sadəcə su alaraq otağa qalxdığını, ümumilikdə təxminən 40 dəqiqə otaqda qaldığını, Məhəmmədəlinin isə aşağıda onu gözlədiyini, aşağı düşüb Məhəmmədəli ilə birlikdə taksiyə minərək “Rentacar”a gedərək iki günlük “Ford Focus” markalı avtomobili kirayə götürdüklərini, avtomobil üçün 100 manat pul ödədiyini, sonra Naxçıvan şəhərindən çıxıb Məhəmmədəli ilə birlikdə birbaşa Sədərək rayonuna icra məmuru ilə aliment məsələsi barədə razılığa gəlmək və hərbi komissarlıqdan cəriməsinin olub-olmamasını öyrənmək üçün yola düşdüklərini, yolda olarkən Məhəmmədəlidən 500 manat borc pul istədiyini, Məhəmmədəlinin ona 500 manat pul vermiş, Sədərək rayon Dəmirçi kəndində olanda bacısının qayınatası Sədrəddin adlı şəxsin də, avtomobilə mindiyini, Sədrəddini dövlət orqanlarında ona kömək etməsi üçün çağırdığını, lakin nahar fasiləsi olduğu üçün icra məmuru ilə görüşə bilmədiklərini, oradan çıxıb Sədərək hərbi komissarlığına getdiyini, komissarlıqda Sədrəddinlə birlikdə oranın işçisi ilə görüşdüyünü, həmin vaxt Məhəmmədəlinin avtomobildə olduğunu, həmin şəxs 650 manat cəriməsinin olduğunu bildirdiyini, otağa girməmişdən əvvəl 650 manat pulu Sədrəddinə verdiyini, Sədrəddinin həmin pulu işçiyə verdiyini, həmin şəxslərin polis idarəsində dindirildiyini,15- 20 gündən sonra 600 manat pulu ona qaytardıqlarını, sonra Naxçıvan şəhərinə doğru yola çıxdıqlarını, Dəmirçi kəndində olanda Sədrəddinin avtomobildən düşdüyünü, Məhəmmədəli ilə birlikdə Naxçıvan şəhərinə getdiklərini, Naxçıvana çatdıqda həyat yoldaşı Şahid da götürüb Sədərək rayon Dəmirçi kəndinə doğru yola çıxdıqlarını, yolda olan zaman Məhəmmədəli fermasının yaxınlıqda olduğunu bildirdiyini, əvvəlcə fermaya gedib quzunu götürməyi təklif etdiyini, onunla razılaşaraq, Şərur rayon Danyeri kəndi ərazisindəki yol ayırıcından sola döndüyünü, təxminən 20 dəqidə getdikdən sonra avtomobili saxladığını, Səlvinin avtomobildə qaldığını, Məhəmmədəli ilə birlikdə piyada fermaya tərəf getməyə başaldıqlarını, uçuq bir tikilinin yanına çatdıqlarını, bu zaman Məhəmmədəlinin kənara çəkilib telefonla danışdığını, sonra qəfildən Məhəmmədəlinin şifer parçası ilə, onun baş və bədəninin müxtəlif nahiyələrindən vurduğunu, zərbənin təsirindən yerə çökdüyünü, yerdə tutaşdıqlarını, köməyə Səlvini çağırdığını, onun qaçaraq yanlarına gəldiyini, Məhəmmədəlinin qaçaraq avtomobildən Səlvinin çantasını götürərək oradan uzaqlaşdığını, onların da birbaşa polis idarəsinə getdiklərini, şikayət etdiklərini, sonra 2 gün xəstəxanada, 4 gün isə polisdə saxlanıldığını, sonra sərbəst buraxıldığını, Məhəmmədəlinin onun təqsirləndirildiyi digər cinayət işi üzrə şikayətindən imtina etmədiyini, buna görə onun da şikayətçi olduğunu bildirmiş və məhkəmədən qanuni qərar verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində və suallara cavabında 2023-cü ilin yaz fəsli aylarında Şərur rayon Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, bu nikahlarından övladları olmadığını, xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına həyat yoldaşının qohumlarını ziyarət etmək üçün gəldiyini, saat 08 radələrində Naxçıvan şəhərinə çatdığını, üzərində 1300 manat pul olduğunu, onu qarşılamağa həyat yoldaşı Zərərçəkmiş şəxs və onun yanında olan əvvəlcədən tanımadığı “Məmmədəli” adlı bir şəxsin gəldiyini, onu qarşıladıqdan sonra Naxçıvan şəhərində yerləşən “Avtovağzal Hotel” adlanan ünvana gəldiklərini, orada Sərxanla birlikdə otelə daxil olduqlarını, üzərində olan 1300 manat pulu Sərxana verdiyini, sonra “Ford” markalı avtomobilə Şərur rayonu istiqamətində hərəkətə etdiklərini, Məhəmmədəlinin avtomobilin ön oturacağında o, isə arxa oturacağında əyləşdiyini, onlar yolda olan zaman Sərxan və Məmmədəlinin səmimi söhbətlər etdiklərini, həyat yoldaşının bacısı Türkan Əhmədovagildə qurban kəsmək planları olduğundan qoyun almaq üçün tanımadığı çöllük yollarla gedərək ətrafda uçuq yarımtikili binalar olan yerdə dayandıqlarını, Sərxan və Məmmədəli avtomobildən yerə endiklərini, daha sonra Sərxan və Məmmədəli yarımtikili binalar olan tərəfə getdiklərini, üzərindən təxminən 20 dəqiqə keçdikdən sonra həyat yoldaşının gəlmədiyini görüb avtomobildən endiyini və onlar gedən istiqamətdə getdiyini, binalar olan yerə çatan zaman Məhəmmədəli adlı şəxsin əlindəki daşla həyat yoldaşının üzərinə hücum etdiyini gördüyünü, onlara yaxınlaşaraq Məhəmmədəli adlı şəxsə həyat yoldaşını vurmaması üçün yalvarmağa başladığını, Məhəmmədli əlindəki daşı ona tərəf atmaq istəyən zaman Sərxanın araya girdiyini və daşın ona dəymədiyini, daha sonra Məhəmmədəli onların yanlarından uzaqlaşdığını və gəldikləri “Ford” markalı avtomobildən ona məxsus olan çantanı və telefonunu götürərək oradan qaçdığını, ondan sonra onlarında polis idarəsinə getdiklərini bildirmişdir. Suallara cavabında isə onların mübahisə etdiyi zaman özünün əlində heç nə olmadığını, sadəcə onları aralaşdırmaq üçün aralarına girdiyini, onların arasında pul söhbəti barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində Şərur Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində işlədiyini, 02 noyabr 2023-cü il tarixdə günorta saatlarında telefonuna kimə məxsus olduğunu bilmədiyi ***-***- **-** saylı nömrədən zəng gəldiyini, telefonu açan zaman zəng vuran şəxs “Püsyan kəndində savaşmışam, bura polis göndərin, pulumu vermədən qaçacaqlar” sözlərini dediyini və telefonu söndürdüyünü, dərhal həmin nömrəyə yenidən zəng vurduğunu, həmin şəxsdən kim olduğunu soruşsa da, cavab vermədən “bura polis göndərin” deyərək və telefonu söndürdüyünü, daha sonra X18 zəng vuraraq oranın əməkdaşlarına nömrəni verdiyini və həmin nömrə ilə əlaqə saxlayaraq hadisə yerinə getmələrini tapşırdığını, daha sonra həmin şəxsin Şərur rayon Alışar kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, Zərərçəkmiş şəxs isə özünün polis idarəsinə gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 02 noyabr 2023-cü il tarixdə günorta saatlarında işlədiyi bölmədən ona Şərur rayon Püsyan kənd ərazisində dava-dalaş olması ilə bağlı məlumat verildiyini, ona ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq hadisə yerinə getməyi tapşırıldığını, həmin nömrə ilə əlaqə saxlayaraq hadisə yerinə getdiyini, hadisə yerinə çatan zaman Şərur rayon Alışar kənd sakini Təqsirləndirilən şəxs gördüyünü, onun bədən səthində xəsarətlər olduğunu, Məhəmmədəli ona Sərxan adlı şəxsin onun 4000 manat pulunu aldığını, həmin şəxsdən pulunu almaq üçün aldadaraq buraya gətirdiyini və burada Sərxan onu döyərək qaçdığını bildirdiyini, təhqiqatçının hadisə yerinə baxış keçirtdiyini, daha sonra onu avtomobilə əyləşdirərək Şərur Rayon Polis İdarəsinə gətirdiklərini bildirmişdir. Verilən suallara cavabında isə həmin vaxtı maşında özünün və Orxan müəllimin olduğunu, Məhəmmədəlinin tək olduğunu, əlində qadın çantası və telefonun olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində 2023-cü ilin qış ayı olduğunu, Dəmirçili İlkinin ona zəng vuraraq Xələc kəndinin çayxanasında bir məsələ ilə bağlı görüşmək istədiyini bildirdiyini, Qadir əmidən nə məsələ olduğunu soruşanda Məhəmmədlinin Sərxana 4000 manat verdiyini bildirdiyini, İlkin və Sərxanın gəldiklərini, söhbət zamanı ona görə Qadir əminin 500 manat keçdiyini, qalan 3500 manatın 2000 manatını İlkinin özünün verəcəyini, 1500 manatı isə yavaş-yavaş ödəyəcəklərini bildirdiyini bildirmiş, suallara cavabında isə həmin vaxtı Sərxanın onların yanında olduğunu, İlkinin 3500 manat vermə təklifi Sərxanın eşitdiyini, buna heç bir etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində inzibati qaydada həbs olunduğunu, müvəqqəti saxlama yerində əvvəldən tanıdığı Məhəmmədlinin və Sərxan adlı şəxsin orada olduqlarını, onların arasında söhbət olan zaman Sərxanın Türkiyə Respublikasında avtomobillərinin qaldığını bildirdiyini, bu zaman Məhəmmədlinin Sərxandan avtomobilləri ona satmasını istədiyini, Sərxanın ona 1000-2000 manat arası ucuz qiymətə verəcəyini bildirdiyini, xx.xx.2023-cü il tarixdə müvəqqəti saxlama yerindən çıxdığını, bir daha onlarla əlaqə saxlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində inzibati qaydada həbs olunduğu, Sərxan və Məhəmmədli ilə müvəqqəti saxlama yerində tanış olduğunu, aralarında söhbət olan zaman Sərxanın “Ford” və “ Volga” markalı iki ədəd avtomobilinin Türkiyə Respublikasında qaldığını, həbsdən çıxdıqdan sonra həmin avtomobilləri gətirib satacağını bildirdiyini, Məhəmmədlinin isə ona “Ford” markalı avtomobili almaq istədiyini bildirdiyini, onların nə razılığa gəldiklərni bilmədiyini, xx.xx.2023-cü il tarixdə Kənanın ona Sərxanın həbsdən çıxdığını və gedib onu bərabər götürməklərini istədiyini, Məhəmmədli və Kənan ilə birlikdə Sərxanı qarşılamağa getdiklərini, Sərxanı oradan götürdükdən sonra Naxçıvan şəhərinə getdiklərini, Sərxanın əvvəlcə bərbərə, sonra marketə getdiyini, onları Naxçıvan şəhərində otelə apardığını, sonra isə özünün evə qayıtdığını, onların arasında pul söhbəti ilə bağlı heç nə eşitmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində hadisədən sonra Sərxanla kənddə görüşdüklərini, Sərxanın Məhəmmədəli ilə savaşdığını ona deyən zaman Məhəmmədlini tanıdığını Sərxana dediyini, Məhəmmədliyə zəng vuraraq kənddə görüşdüklərini, bu zaman Məhəmmədlinin Sərxana 4000 manat verdiyini dediyini, Sərxanın Məhəmmədliyə 500 manat borcu olduğunu bildirdiyini, özünün Məhəmmədəliyə 800 manat verəcəyini dediyini, onun da atası ilə danışmaq lazım olduğunu bildirdiyini, sonra Xələc kəndində Məhəmmədəlinin atası Qadir ilə görüşdüklərini, bu zaman Sərxanın, Hətəmin, Məhəmmədəlinin orada olduğunu, Qadir ilə görşən zaman Sərxanın 4000 manat borcu olduğunu bildirdiyini, sonra Sərxanın dayısına zəng vuraraq məsələni ona dediyini, Sərxanın dayısının ondan məsələni yoluna qoymasını istədiyini, Qadir əminin 500 manatı Hətəm adlı şəxsə görə keçdiyini, 500 manatını isə ona görə keçməsini Qadirdən istədiyini, lakin Qadirin bunu səhv başa düşdüyünü, toplamda 500 manat keçdiyini sonradan bildiyini, 2000 manatın həmən vaxt, qalan pulu isə hissə-hissə ödəmək barədə razılığa gəldiklərini, polis idarəsinə gedərək şikayətlərini geri götürəcəklərini, lakin orada Sərxanın ona “mən pul almamışam, sən ona niyə pul verirsən” dediyini, buna görə də razılaşmanın baş tutmadığını, bundan sonra bir daha onların işinə qarışmayacağına söz verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində əmisi Qadirin ona zəng vuraraq Xələc kəndində getmək lazım olduğunu bildirdiyini, Xələc kəndində çayçının yanında 4000 manatla bağlı söhbət etdiklərini, əmisinin borcdan 500 manatı Hətəm adlı şəxsə görə keçdiyini, sonra rayondakı çayçıya getdiklərini, İlkinin də 500 manat ona görə keçməsini istədiyini, lakin əmisinin bunu səhv başa düşdüyünü, toplam 500 keçəcəyini bildirdiyini, Sərxanın əmisi Qadirə “elə bil ki 500 manatı mənim uşaqlarıma görə verirsən” dediyini, 3000 manat verib işin qurtarmasını istədiklərini, lakin bu razılşmanın baş tutmadığını, ondan sonra İlkinin də bu söhbətə qarışmayacağını dediyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bu məsələ ilə bağlı Sərxanın tanışlarının 2-3 dəfə onun evinə gəldiklərini, bu məsələni yoluna qoymağını istədiklərini, sonra əvvəldən tanıdığı Hətəmin ona zəng vuraraq Xələc kəndində görüşməklərini istədiyini, görüşdəkləri zaman 4000 manat olan borcdan Hətəmə görə 500 manat keçdiyini, sonra Şərur şəhərindəki çayçıda görüşən zaman İlkinin 2000 manat verəcəyini, 1500 manatı isə hissə-hissə verəcəklərini bildirdiyini, sonra Sərxanın gələrək müstəntiqin yanına getdiklərini, bu zaman 3000 manat verəcəklərini bildirdiklərini, onların bu təklifi qəbul etmədiklərini, Sərxanın ona “elə bil 500 manatı mənim uşaqlarıma verirsən” dediyini bildirmiş, suallara cavabında Məhəmmədəlinin polisdə saxlanılması barədə məlumatının olmadığını, bir dəfə yemək apardığını, Sərxangillə əvvəlcə 3500 manat vermələri barədə razılığa gəldiklərini, sonra həmin məbləğdən də 500 manat endirərək 3000 manat vermək istədikləri üçün razılaşmanın baş tutmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində mübahisə etdiyi üçün 25 günlük inzibati qaydada həbs olunduğunu, həbsdə olan zaman Sərxan adlı şəxslə tanış olduğunu, həmin müddətdə Sərxanın “Ford” və “Volga” markalı iki ədəd avtomobilinin Türkiyə Respublikasında qaldığını, həbsdən çıxdıqdan sonra həmin avtomobilləri çxarıb satacağını bildirdiyini, Məhəmmədlinin isə ona “Ford” markalı avtomobili almaq istədiyini bildirdiyini, onların nə razılığa gəldiklərni bilmədiyini, özünün həbsdən azad olunduğunu, Sərxanın həbsdən çıxdığı gün Azadın maşını ilə onu qarşılamağa getdiyini, Məhəmmədəlinin də onlarla bərabər getdiyini, Sərxanı oradan götürüb Naxçıvan şəhərinə, sonra isə restorana getdiklərini, bərabər yeyib-içdikdən sonra hesabı Məhəmmədəlinin ödədiyini, sonra Sərxanın və Məhəmmədəlinin otele getdiklərini bildirmiş, suallara cavabında isə hər ikisinin yaxın dostluq münasibətini olduğunu, onların razılaşmasında qiymətlə bağlı heç nə eşitmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində 2023-cü ilin oktyabr ayında Sərxanın ona zəng vuraraq görüşmək istədiyini bildirdiyini, Sərxanla görüşən zaman aliment borcu olacağı üçün tutulacağını bildirdiyini, sonra yenidən Sərxanın ona zəng vuraraq görüşmək istədiyini bildirdiyini, həmin vaxtı hüzr yerində olduğunu, onu kənddən götürən zaman maşında bir oğlan olduğunu, onların bərabər səfərbərlik və hərbi xidmətə çağırış üzrə şöbəyə getdiklərini, özünün veteren vəsiqəsi ilə bağlı suallar soruşduğunu, sonra isə Sərxanın işi ilə bağlı Mərdan adlı şəxsdən nə etməli olduqlarını soruşduqlarını, həmin şəxsin də Sərxanın birinci gün gəlib ərizəsinin yazmalı, sonra isə gedib komissiyadan keçməli olduğunu bildirdiyini, oradan çıxdıqdan sonra Sərxanın nəvələrinə şirniyyat alması üçün ona 50 manat verdiyini bildirmiş, suallara cavabında isə onu götürən zaman maşında Sərxanın və Məhəmmədəli adlı şəxsin olduğunu, həmin zaman pul söhbətinin olmadığını, Sərxanın ondan borc pul istəmədiyini, ona yalnız 50 manat verdiyini, komissarlığa 600 manat pul vermədiyini, ibtidai istintaq zamanı elə ifadə vermədiyini, ifadəsinin səhv qeyd edildiyini, Sərxanın kimə pul verməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində hadisə baş verən zaman İstintaq və Təhqiqat bölməsinin rəisi vəzifələrini müvəqqəti icra etdiyini, xx.xx.2023-cü il tarixdə hadisə ilə əlaqədar olaraq məlumatın daxil olduğunu, Məhəmmədlinin və Sərxanın qarşılıqlı olaraq şikayət ərizləri verdiyini, həmin ərizələr birbiri ilə ziddiyyət təşkil etdiyini, avtomobilə baxış keçirdiklərini, sonra hər ikisini də xəstəxanaya göndərdiklərini, ertəsi gün dindirmələrin aparıldığını bildirmiş, suallara cavabında ifadələri ziddiyyət təşkil etdiyindən araşdırmaların uzun çəkdiyini, onların polis idarəsində saxlanılmadıqlarını, ifadələri alındıqdan sonra getdiklərini, gün ərzində isə dindirmə aparılması ilə əlaqədar polis idarəsinin inzibati binasında ola biləcəklərini, onların gecə polis idarəsinin zirzəmisində saxlanılmaları ilə bağlı dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan məhkəmə-tibbi ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 23 noyabr 2023-cü il tarixli 1562 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səhti üzərində aşkar edilmiş xəsarətlər; alnında yara, sol qulaq seyvanının arxa səthində, döş qəfəsində sıyrıqlar, sağ bel nahiyəsində hematoma və sıyrıq, sol təpə və sağ böyründə səthi sıyrılmış yaralar olduğu, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2023-cü il tarixli 1958 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon Alışar kənd İƏDN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X3, anası X11 və qardaşı X4 ibarət ailə üzvləri vardır. Elektron məhkəmə informasiya sistemindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 3(110)-85/2022 və 3(110)-247/2023 nömrəli qərarları ilə İXM-in 157-ci maddəsi ilə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Alışar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməlində cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, işin hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlinə görə peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qeyd olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, cəzanı ağırlaşdırılan halların olmamasını, lakin eyni zamanda barəsində mənfi xasiyyətnamə verilməsini, bir neçə dəfə inzibati hüquq pozuntusu törətdiyi üçün inzibati qaydada həbs olunmasını şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alıb ona maddənin sanksiyasında nəzərdə tutulan cəza növlərindən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin cinayət prosessual qanunvericiliyə uyğun olaraq bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğunu nəzərə alıb Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi 02 noyabr 2023-cü il tarixindən 04 noyabr 2023cü il tarixinədək polis tərəfindən azadlığının faktiki məhdudlaşdırıldığı müddətin ona təyin edilmiş cəzadan çıxılması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şəxsin tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixindən 04 noyabr 2023-cü il tarixinədək saxlanıldığı müddət nəzərə alınaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla onun üzərində qəti olaraq 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar