Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-1/2025 12.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Naxçıvan Şəhər Asan Vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2001-ci ildə Babək rayon Qaraçuq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X16 müəssisəsinin Rejim nəzarət şöbəsinin nəzarətçi vəzifəsindən azad edilmiş, müvəqqəti işsiz, Naxçıvan şəhər Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsi ilə, xx.xx.1983-cü ildə Göyçay şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, bir uşaq anası, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.6, 178.3.2 və 228.2.1-ci maddələri ilə təqsirli bilinib 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanaraq 17 il azadlıqdan məhrumetmə cəzasına, Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilərək Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 17 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 A, mənzil 196-da yaşamış, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X16 müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə, xx.xx.1992-ci ildə Şahbuz rayon Külüs kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi döngə 3, ev 3-də qeydiyyatda olmaqla hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X16 müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə, xx.xx.1986-cı ildə Lənkəran rayon Daşdalıqjar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, bir uşaq anası, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra həmin hökmə hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılaraq Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməl CM-in 181.3.2-ci maddəsindən CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilməklə qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran rayonu Daşdalıqjar kəndində qeydiyyatda olmaqla hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X16 müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 317-1.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə vermişdir. Belə ki, o, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin 01 avqust 2023-cü il tarixli 84-k əmri ilə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X16 müəssisəsinin Rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsinə təyin edilib həmin vəzifədə ədliyyə çavuşu rütbəsində xidmət edərkən 24 iyul 2024-cü il tarixdə “Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimatı”ın 48-ci və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisəsinin X18”nın 14.2-ci maddələrinin “Əməkdaşlara cəza çəkən şəxslərə hər hansı bir əşyanı, malları və ərzaq məhsullarını vermək və ya ötürmək, məhkumlarla onların qohumları, yaxınları və digər şəxslərlə xidmətdən kənar əlaqə yaratmaq, habelə onların xidmətlərindən istifadə etmək qəti qadağandır” tələblərini kobud surətdə pozaraq, həmin cəzaçəkmə müəssisəsinin qadın məhkumlar bölməsində cəza çəkən Təqsirləndirilən şəxs3 ilə xidmətdən kənar əlaqəyə girib sonuncunun övladı ilə əlaqə saxlaması üçün cəzaçəkmə müəssisəsinə gizli yolla mobil telefon keçirmək barədə xahişinə razılıq vermiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 yaxınlarının onun anası Şahid1 hesabına Western Union pul köçürmə vasitəsilə ilə 200 dollar göndərtdirib alaraq həmin pulla bir ədəd A16 İPRO markalı qara rəngli mobil telefon, həmin telefona aid elektrik qidalandırıcı və Azercell mobil rabitə operatoruna aid +99451 973 20 95 saylı mobil telefon nömrə almış, 26 iyul 2024-cü il tarixdə post cədvəli üzrə saat 09:00-dan saat 18:00-dək nəzarətçi təyin olunduğundan özü ilə gətirdiyi iş çantasındakı şəxsi əşyaları içərisində həmin əşyaları yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinin daxilinə keçirib cəzaçəkmə müəssisəsində nəzarətçi otağında məhkum Təqsirləndirilən şəxs3 vermiş, bundan sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 övladı üçün darıxmasına inandıraraq onunla görüntülü danışmaq istəməsini bildirib bunun üçün ondan əlavə smartfon telefon istəmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 əmək haqqı kartının 5103 0714 4167 4179 nömrəsini əldə edib həmin hesaba 350 manat pul göndərtdirmiş, Təqsirləndirilən şəxs1 həmin pula 1 ədəd Samsung A14 markalı smartfon tipli mobil telefon, həmin telefona aid elektrik qidalandırıcı, 1 ədəd mobil telefonda istifadə edilən qulaqlıq və Azerfon mobil rabitə operatoruna məxsus +99477 *** ** ** saylı mobil telefon nömrəsi alıb yuxarıda adıçəkilən Təlimat və Qaydaların qeyd olunan maddələrinin tələblərini təkrar pozaraq 9 avqust 2024cü ildə post cədvəli üzrə saat 18:00-dan 10 avqust 2024-cü il saat 09:00-dək nəzarətçi təyin olunduğundan özü ilə gətirdiyi iş çantasındakı şəxsi əşyaları içərisində həmin əşyaları yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinin daxilinə keçirib cəzaçəkmə müəssisəsində nəzarətçi otağında məhkum Təqsirləndirilən şəxs3 vermiş, 15 avqust 2024-cü ildə daxil olmuş əməliyyat məlumatına əsasən Qadın məhkumlar bölməsində axtarış-baxış aparılarkən qeyd olunan qadağan olunmuş əşyalar aşkar edilərək götürülmüşdür. Beləliklə o, qeyd olunan vəzifədə xidmət etməsi ilə əlaqədar öz qulluq mövqeyindən istifadə edərək cəzaçəkmə müəssisəsində saxlanılan şəxslər tərəfindən saxlanması qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinin daxilinə keçirib cəzaçəkmə müəssisəsində cəza çəkən şəxsə vermişdir. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər üçün qadağan olunmuş əşyaları saxlamış, gəzdirmiş, daşımış və istifadə etmişdir. Belə ki, o, yuxarıda qeyd olunan cinayətləri törətməsinə görə məhkəmələrin hökmləri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X16 Müəssisəsində cəza çəkərkən, həmin cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə yaxın münasibət quraraq ondan övladı ilə əlaqə saxlaması üçün cəzaçəkmə müəssisəsinə gizli yolla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X18”na əsasən qadağan olunmuş əşya sayılan mobil telefon gətirməsini xahiş etmiş, sonuncu isə onun bu xahişinə razılıq vermişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs3 anası X6 Respublikasına məxsus **********8403 saylı mobil nömrəsini Təqsirləndirilən şəxs1 verərək onunla əlaqə saxlamasını, anasının ona pul göndərəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 “WhatsApp” mobil tətbiqi vasitəsilə həmin mobil nömrə ilə əlaqə saxlayaraq pul göndərməsi üçün ona öz anası Şahid1 şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Bundan sonra X6 Respublikasında yaşayan “Ömer Bayazit” adlı tanışı “Western Union” pul köçürmə sistemi vasitəsilə ilə Şahid1 adına X19 filialına 200 dollar göndərmiş, Təqsirləndirilən şəxs1 anası Şahid1 ilə birlikdə banka gedərək 200 dolları götürmüş və Naxçıvan şəhərində fəaliyyət göstərən mobil telefonların satışı mağazasına gedərək həmin pulla bir ədəd “A16 İPRO” markalı qara rəngli mobil telefon, həmin telefona aid elektrik qidalandırıcı və Azercell mobil rabitə operatoruna aid +99451 973 20 95 saylı mobil telefon nömrə almışdır. Daha sonra Təqsirləndirilən şəxs1 26 iyul 2024-cü il tarixdə işə gedərkən öz qulluq mövqeyindən istifadə edərək həmin mobil telefonu, elektrik qidalandırıcını və +99451 973 20 95 saylı mobil telefon nömrəsini özü ilə götürdüyü iş çantasındakı şəxsi əşyaların içərisinə qoyaraq yoxlamadan gizlətməklə qanunsuz olaraq cəzaçəkmə müəssisəsinin daxilinə keçirmiş və nəzarətçi otağında məhkum Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin “X18”nın 15.4.4-cü bəndində və Qaydaların 11 nömrəli Əlavəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərə bu Qaydalarla müəyyən edilmiş əşyaları, malları və ərzaq məhsullarını hazırlamaq, saxlamaq, gəzdirmək, əldə etmək və istifadə etməyin qadağan olunmasına dair tələblərini kobud surətdə pozaraq nəzarətçi Təqsirləndirilən şəxs1 vasitəsilə əldə etdiyi mobil telefonu özündə saxlamış, gəzdirmiş və həmin mobil telefona qoşulmuş ********** nömrəsi vasitəsi ilə 26 iyul 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək anası, boşandığı həyat yoldaşı və ayrı-ayrı şəxslərə zənglər edib danışmaqla istifadə etmişdir. Bundan başqa məhkum Təqsirləndirilən şəxs3 nəzarətçi Təqsirləndirilən şəxs1 övladı üçün darıxdığını deyərək onunla görüntülü danışmaq istədiyini bildirmiş və bunun üçün ondan əlavə smartfon tipli mobil telefon istəmiş, sonuncu isə buna təkrar razılıq vermişdir. Təqsirləndirilən şəxs3 bu məqsədlə Təqsirləndirilən şəxs1 əmək haqqı kartının 5103 0714 4167 4179 nömrəsini almış və bundan sonra onunla birlikdə cəza çəkən digər məhkum Təqsirləndirilən şəxs4 onlara geyim və bəzək əşyası alınması üçün qohumlarından pul istəməsini demiş, sonuncu bu məqsədlə bir neçə qohumuna zəng edərək pul istəmiş, yalnız bacısının əri Şahid12 və qohumu Şahid11 pul göndərməyə razılıq vermişdir. Daha sonra Təqsirləndirilən şəxs4 adı çəkilən şəxslərə Təqsirləndirilən şəxs1 əmək haqqı kartının nömrəsini vermiş, 08 avqust 2024-cü il tarixdə həmin kart hesabına Şahid11 50 manat, 09 avqust 2024-cü il tarixdə isə Şahid12 300 manat pul göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 həmin pula 1 ədəd “Samsung A14” markalı smartfon tipli mobil telefon, həmin telefona aid elektrik qidalandırıcı, 1 ədəd mobil telefonda istifadə edilən qulaqlıq və Azerfon mobil rabitə operatoruna məxsus +99477 *** ** ** saylı mobil telefon nömrəsi almış və 9 avqust 2024-cü il tarixdə işə gedərkən öz qulluq mövqeyindən istifadə edərək həmin əşyaları özü ilə götürdüyü iş çantasındakı şəxsi əşyaların içərisinə qoyub yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinin daxilinə keçirmiş və nəzarətçi otağında məhkum Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin “X18”nın 15.4.4-cü bəndində və Qaydaların 11 nömrəli Əlavəsində nəzərə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərə bu Qaydalarla müəyyən edilmiş əşyaları, malları və ərzaq məhsullarını hazırlamaq, saxlamaq, gəzdirmək, əldə etmək və istifadə etməyin qadağan olunmasına dair tələblərini təkrarən kobud surətdə pozaraq cəzaçəkmə müəssisəsində istifadəsi qadağan olunmuş mobil telefonu nəzarətçi Təqsirləndirilən şəxs1 alaraq qanunsuz olaraq təkrar özündə saxlamış, gəzdirmiş, ***-***-**-** saylı mobil nömrəni həmin mobil telefona yerləşdirmiş, lakin istifadə edə bilməmiş, bu səbəbdən həmin mobil telefonda əvvəldən özündə olan ***-***-**-** nömrəsi ilə vatsap mobil tətbiqindən qeydiyyatdan keçərək bu tətbiqdən istifadə etmişdir. 15 avqust 2024-cü il tarixdə X16 Müəssisəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatına əsasən Qadın məhkumlar bölməsində keçirilən axtarış-baxış tədbirləri zamanı qeyd olunan mobil telefonlar məhkum Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər üçün qadağan olunmuş əşyaları istifadə etmişdir. Belə ki, o, yuxarıda qeyd olunan cinayətləri törətməsinə görə məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X16 Müəssisəsində cəza çəkərkən, həmin cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən digər məhkum Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 vasitəsilə 26 iyul 2024-cü il tarixdə gizli şəkildə cəzaçəkmə müəssisəsinin daxilinə gətirtdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X18”na əsasən qadağan olunmuş əşya sayılan “A16 İPRO” markalı mobil telefonu “X18”nın 15.4.4-cü bəndində və Qaydaların 11 nömrəli Əlavəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərə bu Qaydalarla müəyyən edilmiş əşyaları, malları və ərzaq məhsullarını hazırlamaq, saxlamaq, gəzdirmək, əldə etmək və istifadə etməyin qadağan olunmasına dair tələblərini kobud surətdə pozaraq həmin mobil telefona qoşulmuş ********** nömrəsi vasitəsi ilə 26 iyul 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək olan dövr ərzində anası Şahid14 məxsus **********, **********, ********** mobil nömrələrinə, sevgilisi X12 məxsus ********** mobil nömrəsinə və ayrı-ayrı şəxslərə zənglər edib danışmaqla istifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 digər məhkum Təqsirləndirilən şəxs3 nəzarətçi Təqsirləndirilən şəxs1 vasitəsilə 09 avqust 2024-cü il tarixdə təkrar cəzaçəkmə müəssisəsinə gətirtdiyi qadağan olunmuş əşya sayılan “Samsung A14” markalı smartfon tipli mobil telefonu “X18”nın 15.4.4-cü bəndində və Qaydaların 11 nömrəli Əlavəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərə bu Qaydalarla müəyyən edilmiş əşyaları, malları və ərzaq məhsullarını hazırlamaq, saxlamaq, gəzdirmək, əldə etmək və istifadə etməyin qadağan olunmasına dair tələblərini təkrar kobud surətdə pozaraq həmin mobil telefonda ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş vatsap mobil tətbiqindən və digər sosial şəbəkələrdən təkrar istifadə etmişdir. 15 avqust 2024-cü il tarixdə X16 Müəssisəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatına əsasən Qadın məhkumlar bölməsində keçirilən axtarış-baxış tədbirləri zamanı qeyd olunan mobil telefonlar məhkum Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər üçün qadağan olunmuş əşyaları təkrar istifadə etmişdir. Belə ki, o, yuxarıda qeyd olunan cinayətləri törətməsinə görə məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X16 Müəssisəsində cəza çəkərkən, həmin cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən digər məhkum Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 vasitəsilə 26 iyul 2024-cü il tarixdə gizli şəkildə cəzaçəkmə müəssisəsinin daxilinə gətirtdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X18”na əsasən qadağan olunmuş əşya sayılan “A16 İPRO” markalı mobil telefonu “X18”nın 15.4.4-cü bəndində və Qaydaların 11 nömrəli Əlavəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərə bu Qaydalarla müəyyən edilmiş əşyaları, malları və ərzaq məhsullarını hazırlamaq, saxlamaq, gəzdirmək, əldə etmək və istifadə etməyin qadağan olunmasına dair tələblərini kobud surətdə pozaraq həmin mobil telefona qoşulmuş ********** nömrəsi vasitəsi ilə 26 iyul 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək olan dövr ərzində anası Rasiyə Nağıyevaya məxsus **********, tanışı Şahid12 məxsus **********, qohumu Şahid11 məxsus **********, xalasının kürəkəni X17 məxsus ********** mobil nömrəsinə və ayrı-ayrı şəxslərə zənglər edib danışmaqla istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 digər məhkum Təqsirləndirilən şəxs3 nəzarətçi Təqsirləndirilən şəxs1 vasitəsilə 09 avqust 2024-cü il tarixdə təkrar cəzaçəkmə müəssisəsinə gətirtdiyi qadağan olunmuş əşya sayılan “Samsung A14” markalı smartfon tipli mobil telefonu “X18”nın 15.4.4-cü bəndində və Qaydaların 11 nömrəli Əlavəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərə bu Qaydalarla müəyyən edilmiş əşyaları, malları və ərzaq məhsullarını hazırlamaq, saxlamaq, gəzdirmək, əldə etmək və istifadə etməyin qadağan olunmasına dair tələblərini təkrar kobud surətdə pozaraq həmin mobil telefonla ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş vatsap mobil tətbiqinə, həmçinin digər sosial şəbəkələrə daxil olmaqla təkrar istifadə etmişdir. 15 avqust 2024-cü il tarixdə X16 Müəssisəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatına əsasən Qadın məhkumlar bölməsində keçirilən axtarış-baxış tədbirləri zamanı qeyd olunan mobil telefonlar məhkum Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 avqust 2023-cü il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitesiar Xidmətin X16 müəssisəsinin rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsində işə başlamış, işə başlayanda kiçik çavuş rütbəsində, sonra çavuş rütbəsini almışdır. Həmin vəzifədə 1 il 1 ay işləmiş, 2024-cü ilin iyul ayında cəzaçəkmə müəssisəsində məhkum Təqsirləndirilən şəxs3 ilə qeyri-qanuni əlaqə saxladığı zaman ona qızı üçün darıxdığını, cəzaçəkmə müəssisəsinin qaydalarına uyğun olaraq həftədə 2 dəfə olan telefon görüşlərinin onun üçün kifayət etmədiyini, qızı ilə danışmaq üçün telefon istədiyini deyib ondan telefon gətirməyini xahiş etmiş, adını anasına verib ona Günelin həkimi olduğunu, cəzaçəkmə müəssisəsində narahat olduğunu demiş, anası ilə əlaqə saxlamağı istəmişdir. Cəzaçəkmə müəssisəsinin xəbərinin olmasından qorxduğu üçün Günelin anası ilə öz anasına məxsus +**********45 nömrəsi ilə “WhatsApp” tətbiqi ilə əlaqə saxlamışdır. Günel ona anası ilə əlaqə saxlayarkən “anasının əlavə nə isə soruşduğu halda, ona burada danışa bilməyəcəyini deyib, əmanəti göndərməsini istəməsini” bildirmiş, onun dediyi kimi edib Günelin anasına belə bir mesaj yazmış, anası da pulu göndərəndə bildirəcəyini demiş, lakin göndəriləcək pulun miqdarı barədə heç bir məlumatı verməmişdir. Günelin anasının pulu hansı tarixdə göndərdiyi yadında deyildir, lakin pulu 24 iyul 2024-cü il tarixdə kartdan çəkmişdir. Günel ilə danışarkən pulu götürəndə ona kosmetik vasitələr və sadə telefon almasını demiş, əməlindən peşman olsa da, artıq pul ona göndərildiyi üçün qorxub bir ədəd sadə telefon, mobil telefon üçün nömrə kartı, makiyaj ləvazimatları almış, aldıqlarını 26 iyul 2024-cü il tarixdə çantasında şəxsi əşyalarının arasında yoxlamadan gizlədərək müsəssisənin daxilinə keçirib öz qulluq mövqeyindən istifadə edib nəzarətçi otağında Təqsirləndirilən şəxs3 vermiş, Günel ondan kart hesabının nömrəsini istəmiş, kağıza yazıb özü ilə götürmüşdür. 08 avqust 2024-cü il tarixdə onun kart hesabına 50 manat və 09 avqust 2024-cü il tarixdə 300 manat pul göndərilmiş, pulun kim tərəfindən göndərildiyini bilməmiş, həmin pulla bir ədəd “Samsung A14” markalı mobil telefon, həmin telefon üçün elektrik qidalandırıcı, makiyaj ləvazimatları, linza, linza suyu və.s almışdır. Günel ona əvvəlcədən həmin tarixdə üzərilərində yoxlanış olmayacağını dediyindən və bu barədə məlumatlı olduğundan 09 avqust 2024-cü il tarixdə axşam növbəsində olarkən müəssisənin daxilinə keçirib nəzarətçi otağında Günelə vermiş, Günel ona dəfələrlə gətirdiyi telefon vasitəsilə qızı ilə görüntülü danışdığını, hətta keçmiş həyat yoldaşı ilə danışaraq barışdırdığını bildirmişdir. 13 avqust 2024-cü il tarixdə axşam növbəsində olmuş, 15 avqust 2024-cü il tarixdən məzuniyyətdə olduğu gün ona müəssisədən zəng gəlmiş və nə barədə olduğunu demədən müəssisəyə tez gəlməyini istəmişlər. Müəssisəyə gedərkən Penitensiar Xidmətin rəisi ondan anasının adına aldığı nömrə barəsində soruşduqda, o, artıq nömrəni alıb məhkuma verdiyini və bütün etdiklərini etiraf etmişdir. Həmçinin məhkəmədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs1 ifadəsində məhkumlarla hər hansı bir ədavət və ya düşmənçiliyi olmadığını, məhkumlardan yalnız Günel ilə qeyri-qanuni əlaqəsinin olduğunu, onunla müəssisənin daxilində gözəllik salonda bir dodaq qələmi istəməsi ilə ünsiyyətinin yarandığını, müəssisə daxilində birlikdə olarkən Günelin ona həmişə qızı üçün darıxdığını bildirdiyini, ona telefon verməzdən əvvəl Günelin müəssisənin telefonu ilə həftədə iki dəfə 15 dəqiqə qızı ilə əlaqə saxladığını, Günel həmişə onunla ailəsi barədə söhbət etdiyini, ona şüuraltı təsir göstərdiyini, onunla söhbət edərkən həmişə darıxdığını dediyindən psixolojik cəhətdən təsir altına düşdüyünü, bu əməli törətməkdə maddi marağının olmadığını, hətta pul bitdikdə öz hesabına nələrsə alıb apardığını, ona qarşı heç bir təsir və yaxud hədə olmadığını, Günelin anası ilə əlaqə saxlamamışdan əvvəl də geyim ləvazimatları və.s alıb ona apardığını, Günelin anası ilə öz anasına məxsus +**********45 mobil nömrəsi ilə əlaqə saxladığını, “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxladıqda anasının şəxsiyyət vəsiqəsinin şəklini ona göndərdiyini və əvvəllər də istifadə etdiyi üçün pulu Kapital Bank vasitəsi ilə göndərməyi dediyini, pulu göndərdikdən sonra bunu təsdiq edən sənədin şəklini ona göndərdiyini, 24 iyul 2024-cü il tarixdə 200 ABŞ dolları, yəni 339 manat pul göndərildiyini, pulun göndərilməsini təsdiq edən sənəddə “Ömər” adlı şəxsin adının yazıldığını, həmin gün Günelə anasının pulu göndərdiyini dediyini, Günel isə baha olmamaq şərti ilə sadə telefon almağını dediyindən sadə telefon, +**********95 saylı mobil telefon nömrəni, elektrik qidalandırıcı və makiyaj ləvazimatları alıb apardığını, digər məhkumlar Günay və Nuriyyə ilə əlaqəsinin olmadığını, ikinci dəfə maaş kartına 08 avqust 2024-cü il tarixdə kart hesabına 50 manat və 09 avqust 2024-cü il tarixdə 300 manat pul göndərildiyini, göndərilən pulla bir ədəd “Samsung A14” markalı mobil telefon, həmin telefon üçün elektrik qidalandırıcı, telefon kabrosu, qulaqlıq, makiyaj ləvazimatları, təxminən 30 manat dəyərində linza, linza suyu, linza qabı və əvvəlcədən sifariş etdiyi geyim dəstini alıb apardığını, həmçinin əvvəlcədən aldığı mobil nömrənin internet şəbəkəsinin yaxşı olmadığından internet şəbəkəsi daha güclü olan ikinci bir nömrə +**********96 saylı mobil nömrə aldığını, telefon və mobil nömrəni nəzarətçi otağında ona verdiyini, xahiş etdiyi üçün aldığı telefona “WhatsApp” və “İnstagram” tətbiqlərini yüklədiyini, etdiyi bu hərəkətlərə görə Güneldən özü üçün pul almadığını, sadəcə yazığı gəldiyindən ona kömək etdiyini, bütün bunlara görə cəmi 690 manat ona pul göndərildiyini, Günelin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilindiyini bilmədiyini, özü tərəfindən istintaq orqanına təhvil verdiyi 1 dəst yaşıl rəngli qısa qol köynək və tuman, 1 ədəd qara ağ rəngli don, qara rəngli qadın qol saatı və bir ədəd halqalı qızılı rəngli dəmir materialdan olan qadın qolbağının Təqsirləndirilən şəxs3 məxsus olduğunu bildirərək əməlindən peşman olduğunu, qadın işçi olduğunu, az müddətdə işlədiyi üçün təcrübəsiz olduğunu, ailə vəziyyətini və nişanlı olduğunu, gələcəkdə ailə qurmaq istədiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, məhkəmə hökmü ilə 17 il 1 ay müddətə azadlıqdan məhrum edilmiş, Naxçıvandakı cəzaçəkmə müəssisəsinə gətirilmədən əvvəl cəza çəkdiyi müddətdə də bu əməli törətmiş, lakin o zaman cəzaçəkmə müəssisəsinin nümayəndəsi məsuliyyətə cəlb olunmamış, yalnız özü təqsirli bilinmiş, ona görə də burada da elə olacağını fikirləşmişdir. O, həbs olunanda övladı azyaşlı olmuş, onun üçün çox darıxırmışdır. Artıq 1 ildir ki, Naxçıvanda cəza çəkir, burada heç bir qohumu, ya da tanışı yoxdur, yanına gələn, ünsiyyət qurduğu heç kim yoxdur. Ceyhunə ilə həmişə səmimi söhbət etmiş, hər dəfə də ona darıxdığını bildirib “kaş burada da telefon olmasını” demişdir. Çünki Bakıdakı cəzaçəkmə müəssisəsində gün ərzində istədiyi vaxt telefonla yaxınları ilə danışa bilmişdir. Burada cəza çəkdiyi müddətdə 2024-cü ilin iyul ayında Ceyhunədən telefon istəmiş, anasına da Ceyhunənin həkim olduğunu deyərək nömrəsini vermiş, xəstə olduğu üçün ona dərman alacağını deyib Ceyhunəyə pul göndərməsini anasından istəmişdir. Ceyhunə sadə telefonu gətirəndən sonra smartfon telefon da istəmiş və həmin telefondan dəfələrlə istifadə etmişdir. Həmçinin məhkəmədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs3 ifadəsində Bakıda çəzaçəkmə müəssisəsində məhkumlarla aralarında problemlər olduğundan öz ərizəsi əsasında Naxçıvandakı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü, burada cəza çəkərkən onlara 8 nəfər nəzarətçinin nəzarət etdiyini, amma başqaları ilə Ceyhunə ilə olduğu kimi münasibət qurmadığını, onunla heç bir düşmənçiliyi və yaxud ədavəti olmadığını, Ceyhunəyə heç bir təzyiq göstərmədiyini, ona heç bir şüuraltı təsiri olmadığını, onunla həmişə səmimi münasibəti olduğunu, ona kömək etməsi üçün yalvarıb xahiş etdiyini, əvvəllər aralarında yaranan səmimiyyətə görə Ceyhunənin öz hesabına ona kosmetik vasitələr alıb gətirdiyini, uşağı ilə rahat danışmaq üçün telefon istədiyini, anasına 200 ABŞ dollar göndərməsini dediyini, Ceyhunənin həmin pul ilə 40 manata sadə telefon, qalanına kosmetik vasitə aldığını, özü üçün paltar sifariş verdiyini, puldan nə qədər qaldığı barədə Ceyhunənin həmişə ona bildirdiyini, ona əlavə pul vermədiyini, 2-ci dəfə pul lazım olarkən Təqsirləndirilən şəxs4 50 manat və 300 manat göndərdilməsini xahiş etdiyini, lakin telefonu kim tərəfindən alınıb gətirdiyini barədə Nuriyyənin bilmədiyini, pulun Nuriyyənin göndərdiyi barədə də Ceyhunənin xəbəri olmadığını, Ceyhunənin kart nömrəsini verib həmin hesaba Nuriyyənin qohumu olan Rəsmiyyənin 50 manat, Nuriyyənin bacısı yoldaşının isə 300 manat göndərdiyini, ona gətirilmiş sadə telefonun 10-12 gün özündə qaldığını, sadə telefonu eyni otaqda qaldıqlarından və məhkum yoldaşları görüb danışmaq istədiklərindən onlara da istifadə etmələri üçün verdiyini, smartfon tipli telefonu uşağı ilə görüntülü danışa bilmək üçün Ceyhunədən istədiyini, sadə telefonu təhvil verməmişdən 3- 4 gün əvvəl smartfon telefonu Ceyhunənin gətirib ona verdiyini, smartfon telefondan isə Günay və özünün istifadə etdiyini, Ceyhunədən telefon istədiyinə görə özünü təqsirli bildiyini, özünün və məhkum yoldaşları Günayın və Nuriyyənin telefonlardan dəfələrlə istifadə etdiklərini, telefonların axtarış zamanı tapılmadığını, xidmət rəisi onlardan mobil nömrədən Günayın anasına zəng getdiyini soruşduqda, telefon olduğunu deyib gətirib təqdim etdiyini, cəzaçəkmə müəssisəsinin rejim qaydaları və təlimatla tanış olduğunu, telefonların hər ikisini özü aparıb təqdim etdiyini, ilk telefonu təhvil verdikdən sonra hamam otağında gizlətdiyini smartfon telefonu əsəbindən sındırdığını, 1 gün suyun içində qaldığından istifadəyə yararsız halda olduğunu, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgün olduğunu və onun dediklərini təsdiq etdiyini, Ceyhunə tərəfindən istintaq orqanına təqdim edilmiş və maddi sübut kimi tanınmış 1 dəst yaşıl rəngli qısa qol köynək və tuman, 1 ədəd qara ağ rəngli don, qara rəngli qadın qol saatı və bir ədəd halqalı qızılı rəngli dəmir materialdan olan qadın qolbağı özünə məxsus olduğunu bildirərək uzun müddətli cəza almasını, bundan başqa böyrəyində xroniki çatışmazlıq olmasını, gözündə qara su xəstəliyinin olmasını, bu xəstəliklərdən əziyyət çəkməsini, bir qızının olmasını, əməlindən çox peşman olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək etdiyi hərəkətlərdən peşman olduğunu, hadisənin törədilməsində xəcalət çəkdiyini, bu səbəbdən də olan hallar barədə ifadə vermək istəmədiyini, ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, 22 aprel 2022-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əvvəllər Bakı şəhərində Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, 08 avqust 2023-cü ildə öz ərizəsi ilə Naxçıvanda yerləşən X16 müəssisəsinə köçürülmüşdür. 2024-cü ilin iyul ayının axırı Güneldə sadə telefon görmüş, haradan almasını soruşduqda deməmiş, istifadə edə biləcəyini bildirmişdir. Həmin telefondan istifadə etmiş, anası Şahid14 naxtel operatora məxsus axırı 8555 ilə nömrəsi ilə, aralarında sevgi münasibəti olmuş Rəhman Əliyevlə danışmış, bundan başqa həmin telefon və nömrədən təsadüf nömrələrə zarafat etmək üçün yığmış, bəziləri ilə danışmış, bəzilərinə sadəcə zəng vurub söndürmüşdür. Telefon Güneldə olmuş, harada gizlətdiyini bilməmiş, telefonla adətən yataqxananın içərisindəki şfonerin (şkafın) içində ən çox gecəyarı danışmışlar. Həmin telefondan o, Günel və arada Nuriyə istifadə edib anası ilə danışmışdır. 2024-cü il avqust ayının əvvəllərində Günel 300 manat pul axtarmış, ona, özünə və Nuriyyəyə paltar və kosmetik əşyalar almaq istəmiş, Nuriyyədən buna görə pul istəmiş, Nuriyyəyənin tanışı Təbriz pul göndərmişdir. Təxminən 15 gün sonra Güneldə əlavə bir “Samsung” markalı telefon görmüş, həmin telefondan istifadə edib tiktok sosial şəbəkəsinə girmiş, görüntülü whatsapp ilə Rəhman Əliyevlə danışmış, Günel də həmin telefonla görüntülü qızı və yoldaşı ilə danışmış, o, Günel və Nuriyyədən başqa həmin telefondan kimsə istifadə etməmiş, youtube və tiktokda sadəcə görüntülərə baxmış, hər hansı istifadəçi adı ilə girməmişdir. 2024-cü il avqust ayının 13-də rejimdə olanda axtarış-baxış keçirilmiş, onlara qadağan olunmuş əşya varsa təqdim etmələri bildirilmiş, Günel üzərində saxladığı sadə telefonu çıxarıb vermiş, bundan başqa səhəri günü Günel hamam otağında gizlətdiyi smartfon telefonu gətirib yoxlama aparan şəxsə təqdim etmişdir. Həmin telefonun üstündə nar nömrə olmuş, həmin nömrə ilə heç kimə zəng etməmişlər, buna görə sadə telefondakı azercell nömrəni ona salıb istifadə etmişlər. Həmin telefonla sevgilisi Rəhmana zəng edib görüntülü danışmışdır. Sadə telefonda azercell nömrəni istifadə etmişlər, smartfon telefon gələndə nar nömrə də gətirilmiş, nar nömrəni şəbəkə olmadığından istifadə edə bilməmişlər, buna görə sadə telefonun üzərində olan azercell nömrəni çıxarıb smartfon telefona taxmışlar. Həmin telefon ikinci əl telefon olduğundan çox da yaxşı işləməmiş, telefonlarda istifadə etdikləri nömrə 051 973 20 95 azercell nömrə olmuşdur. Həmin nömrə ilə anasına, Rəhmana, bacısının qızına, feldşer Orxana, bir də çoxlu təsadüf tanımadığı nömrələrə yığıb danışmış, həmin nömrələrə tanış olmaq üçün zəng etmiş, Günel qızı və yoldaşı ilə danışmış, Nuriyyə anası, bacısı ilə danışmışdır. Nuriyyə smartfon telefondan istifadə etməmiş, həmin smartfon telefondan o və Günel istifadə etmiş, Nuriyyə sadə telefondan istifadə edib danışmış, Nuriyyə sadəcə o tiktoka baxanda yanında oturub baxmışdır. Danışdığı ********** nömrə Bakı şəhərində yaşayan X11 nömrəsidir. Rəhmanla məhkum olunmamışdan əvvəl sevgi münasibəti olmuş, Günel telefon gətizdirəndən sonra sadə telefonla Rəhmana zəng etmiş, ona mesaj yazmış, danışmışdır. Onunla əvvəllər sevgi münasibətləri olduğundan ancaq sevgi barədə söhbətləri olmuşdur. Rəhmandan kontur istəmiş, həmin nömrəyə dəfələrlə 20 və 10 manatlıq kontur göndərmiş, **********, 055 *** ** ** və 050 ******* nömrəsi də Rəhmanın olmuşdur. *** *** ** **, 070 *** ** ** və 060 *** ** ** nömrələri anası Şahid14 nömrələri olmuş, Günelin gətirdiyi həmin telefondan anasına zəng edib danışmışdır. Telefon gəlməmişdən 10 gün qabaq Nuriyyə ondan nəzarətçi Elvinin nömrəsini istəmiş, Nuriyyənin Elvindən xoşu gəlmiş, ona tapa biləcəyini demişdir. Həmin ərəfədə 2024-cü il iyun ayında 1 aydan artıq olardı ki, qadın məhkumlar bölməsində dəstə rəisi işləyən Şahid10 otağından daxili telefonla yetkinlik yaşına çatmayanlarda işləyən kapitan Sabirə zəng edib danışmışdır. Nuriyyə ondan Elvinin nömrəsini istəyəndə Sabirlə daxili xətlə danışıb ondan Şahid3 nömrəsini istəmiş, Sabir tapacağını bildirmiş, bir neçə gün sonra Sabirlə danışanda Elvinin ********** nömrəsini ona demiş, həmin nömrəni gəlib Nuriyyəyə demişdir. Günel telefon gətizdirəndən sonra həmin telefon ilə Nuriyyə Elvinə zəng edib danışmış, Nuriyyə Elvinlə danışanda Günel nəzarətçi Rzanın da nömrəsini Elvindən soruşmasını demiş, Elvindən Rzanın nömrəsini o istəmiş, Elvinlə Nuriyyə adı ilə danışmış, çünki nəzarətçilər eşitməsin deyə alçaq səslə danışmış, Elvin Nuriyyə ilə danışmasını zənn etmişdir. Nuriyyənin adından Elvinə mesajlar yazmış, Elvin Rzanın 077 *** ** ** nömrəsini ona vermiş, həmin nömrəni Günelə vermiş, Günel Rza ilə danışmışdır. ********** nömrəsindən Şahid3 **********08 və **********07 nömrələrinə sevgi məzmunlu və intim xarakterli mesajlar yazmışlar, Nuriyyənin yazısı bir az zəif olduğundan mesajları Elvinə Nuriyyənin adından o və Günel yazmışlar. Elvindən mesajla Orxanın nörməsini istəmiş, heç kəs bilməyəcəyini demişdir. Feldşer Orxan onların rejiminə tez-tez xəstə olanda gəlib onlara baxmış, o söhbət əsnasında toylarda sintezator çaldığını demiş, buna görə onunla zarafat etmək istəyib Elvindən Nuriyyənin səsi ilə danışıb Orxanın nömrəsini alıb onunla danışmışlar. Həmin telefonun nə vaxt və kim tərəfindən gətirilib Günelə verilməsini görməmişdir. Danışmadıqları digər vaxtlarda Günel sadə telefonu üstündə gəzdirmiş, istifadə etmədikdə smartfon telefonu isə hamam otağında işığın altında gizlətmişdir. Günel cəzaçəkmə müəssisəsinə telefon gətirəcəyini əvvəlcədən deməmiş, gətirəndən sonra əlində görmüşlər. Günelin Ceyhunəyə onun üçün telefon gətirməsini deməsindən, Günelin onun anasının adına pul göndərməsindən, sonradan əlavə Ceyhunənin kartına pul göndərilməsindən, əlavə smartfon telefon gətirilməsi barədə razılaşmalarından əvvəlcədən xəbəri olmamışdır. Məhkəmədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs2 ifadəsində elan olunmuş ifadəni təsdiq etdiyini, ailəsi Naxçıvanda yaşadığına görə artıq 1 ildir ki, Bakıdan Naxçıvandakı cəzaçəkmə müəssisəsinə gətirildiyini, sadə telefonu iyul ayının axırlarında otaqda gördüyünü, məhkum yoldaşı Günelin ona “əgər danışmaq istəyirsənsə” danış dediyini, telefonu alıb danışdığını, həmin telefon vasitəsilə iyul ayının axırı anası danışdığını, smartfon telefonun isə avqust ayının əvvəlləri cəzaçəkmə müəssisəsinə gətirildiyini, telefon ilə gizli danışmağın qadağan olduğunu bildiyini, Ceyhunə ilə münasibətinin normal olduğunu, Şahid3 müəssisədə nəzarətçi işlədiyini, Nuriyyənin adından Sabirdən Elvinin nömrəsini istədiyini, Sabirin cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumların saxlanıldığı hissədə işlədiyini, müəssisəyə gəlib-gedəndə gördüklərini, dəstə rəisinin otağına təmizlik adı ilə daxil olub həmin otaqdakı telefon vasitəsi ilə Sabirlə əlaqə saxladıqlarını, Elvinin nömrəsini istədiyini, həmin günün səhəri də yenə eyni qaydada əlaqə saxladıqda Sabirin nömrəni verdiyini, Elvinin onunla yox, Nuriyyə ilə danışdığını zənn etdiyini, Elvinlə təxminən 10 gün danışdıqlarını, Elvinə mesajları Nuriyyənin adından Günel ilə özünün yazdıqlarını, onun növbədə olub-olmadığını qapıdan gördüklərini, Rzanın cəzaçəkmə müəssisəsində nəzarətçi olduğunu, ondan xoşu gəldiyindən telefon nömrəsini Elvindən istədiyini, onunla sadə telefon vasitəsilə danışdığını, Günelin telefonu çox vaxt üstündə saxladığını, ayda 1-2 dəfə müəssisədə yoxlanış olduğunu, Günellə köməkləşib telefonu hamam otağında işığın altında gizlətdiklərini, həmin telefonların alınması üçün kimdənsə pul göndərməsini istəmədiyini və telefonların Ceyhunə tərəfindən gətirdiyini bilmədiyini, “Samsung” markalı telefonu Güneldə görüb istifadə etdiyini, “WhatsApp” vasitəsilə Rəhmanla danışmışdığını və “Youtube”a baxdığını, smartfon telefonun müəssisəyə necə gəldiyi barədə xəbəri olmadığını, smartfon telefondan hər gün istifadə edib zəng etdiyini və sosial şəbəkələrdən istifadə etdiyini bildirərək sonda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, məhkəmə hökmünə əsasən Naxçıvanda yerləşən qarışıq rejimli cəza çəkmə müəssisəsində çəkir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Müəssisəyə telefonların necə gətirilməsindən xəbəri olmamış, məhkum yoldaşı Təqsirləndirilən şəxs3 telefonları görmüş, sadə telefondan istifadə edib qohumları ilə əlaqə saxlamışdır. Əməlindən çox peşmandır. Həmçinin məhkəmədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs4 ifadəsində 2023-cü ilin noyabr ayında öz ərizəsi ilə Naxçıvandakı cəzaçəkmə müəsissəsinə köçürüldüyünü, telefonu haradan əldə etməsi barədə Güneldən soruşduqda onun “bilməsən yaxşıdı” dediyini, müəssisəyə keçirilmiş sadə telefon vasitəsi ilə anası, xalası, tanışı Təbrizlə danışdığını, Günelin ondan pul istəyərkən bunun telefon üçün olduğunu bilmədiyini, Günelin kart nömrəsi verərək pulun ora göndərilməsini xahiş etdiyini, amma kimə aid olduğunu demədiyini, yalnız həkimlə bağlı olduğunu dediyini, sonradan bütün bunların telefon alınması bağlı olduğunu bildiyini, bank kartı nömrəsinə 300 manat Təbrizin, 50 manat isə Rəsmiyyənin pul göndərdiyini, sadə telefon tutulandan sonra smartfon telefon olduğunu da bildiyini, amma smartfon telefonu görmədiyini, sadə telefondan dəfələrlə istifadə etsə də, smartfon telefondan istifadə etmədiyini, yalnız Günel təhvil verəndə gördüyünü, Günelin adətən telefonu üzərində saxladığını, harada gizlətdiyini bilmədiyini, Elvinin nəzarətçi olduğunu, onunla məhkum-nəzarətçi münasibətləri olduğunu, Günelin ona yalnız anası və uşağı ilə danışdığını dediyini, Rəsmiyyənin uzaq qohumu, Zamiqin isə xalasının kürəkəni olduğunu, onlarla sadə telefonla avqustun 2-dən 13-dək əlaqə saxladığını bildirərək sonda törətdiyi əməldən peşman olduğunu, illərdir cəza çəkdiyini nəzərə alaraq ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 anasıdır, qızı Ceyhunə bağlı məsələlərdən xəbəri olmamış, Ceyhunə məzuniyyətə çıxmamışdan əvvəl onu təcili işə çağırmışlar və qayıdarkən məhkumlara telefon və nömrə aldığından onun sənədlərini götürəcəyini demiş, bu hadisədən əvvəl şəhərə gedərkən işdə istifadə etmək üçün özünə sadə telefon alacağını və telefon üçün nömrə almaq istədiyini ona demiş və özünün adına telefon və nömrə alaraq Ceyhunəyə vermişdir. Bir müddət sonra da qızı “Türkiyədə rəfiqəm var, məndən borc pul alıb, onu göndərəcək, işdə olaram deyə dedim ki, sizin adınıza göndərsin” demiş, evdə olduğu gün birlikdə gedib pulu götürmüşlər. Məhkəmədə sorğu-sual edilərkən Şahid1 Türkiyədən onun adına gələn pulu özü Kapital Bankdan aldığını, nə qədər olduğu və kimin göndərdiyi dəqiq yadında olmadığını, aldıqları telefon nömrəsini dəqiq xatırlamadığını, özünə məxsus telefonun nömrəsinin +**********45 olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir, üstündən uzun müddət keçdiyinə görə işin təfərruatları tam yadında deyildir. xx.xx.2023-cü il tarixdə cəzaçəkmə müəssisəsində işə başlamış və hazırda dəstə rəisi vəzifəsində işləyir. Aşkar edilən telefonlar avqust ayında tutulmuş, xidmət rəisi telefonları məhkumlardan istəmiş, lakin kimin təqdim etdiyini bilmir. Deyilənə görə telefonu məhkum Günel tərəfindən təqdim edilmiş, ancaq neçə telefon təqdim etdiyini bilmir. Bir telefon yoxlama aparılan gün, digəri isə səhəri gün təqdim edilmişdir. Telefonları cəzaçəkmə müəssisəsinə necə gətirdiklərini bilməmiş, məhkumların pul göndərməsi ilə bağlı da məlumatı olmamışdır. Şahid9 yetkinlik yaşına çatmayanlar bölməsinin inspektorudur. Sabirin məhkumlarla münasibətdə olduğunu görməmişdir. Yoxlamanı aparan Nigar xanım qeydiyyat bölməsinin əməkdaşıdır, bir gün yoxlamaya gec gəldiyindən narazılıq yaranmış və rəhbərliyin göstərişi ilə onun tərəfindən yoxlama aparılması dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, məhkumlara telefon keçirilən vaxt mühafizə taborunda işlədiyindən bundan məlumatı olmamış, mühafizə taborunda 24 iyul 2024-cü il tarixdən işləməyə başlamış və o vaxta qədər qadın məhkumları növbədə olanda qapıdan gördüyündən onları tanımışdır. Məhkum Günayı həmin vaxt görmüş, onunla yazışmamış, ona məktub verməsi halı olmamışdır. Məhkumlarla 1-2 dəfə inzibati binaya gələndə salam-sağolları olmuş, başqa ünsiyyətləri olmamışdır. Məhkum Günayın ondan xoşu gəldiyini köhnə işçilərdən Turanədən bilmiş, lakin özü ilə ünsiyyəti olmamışdır. Günel müəssisənin işçisi olan Rzaya məktub verilməsini istəsə də, bu istəyi qəbul etməmiş, məhkumlar ona telefonla zəng etməmiş və qadın məhkumların müəsisənin digər işçiləri ilə telefonla danışmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 13 avqust 2024-cü il tarixdə xidmətdə olarkən qadın məhkumlar bölməsində axtarış aparılacağını bilmiş və axtarışda iştirak etmiş, yataqxananı axtaran zaman telefonlar tapılmamış, məhkum Günel gizli keçirilmiş sadə telefonu özü gətirib təhvil vermiş, ikinci dəfə 15 avqust 2024-cü il tarixdə yoxlanış olmuş və yenə də heç nə tapılmamış, lakin Günel sanitar qovşağında gizlətdiyi digər smartfon telefonu da gətirib vermişdir. Bu hadisəyədək məhkumlarda telefon görməmiş, sonradan telefonların cəzaçəkmə müəssisəsinə müəssisənin işçisi Ceyhunənin keçirdiyi barədə eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitesiar Xidmətin Qarışıq Rejimli X2 Bölməsinin inspektoru vəzifəsində işləyir. Müəssisədə yoxlamaların 2024-cü ilin iyun ayına qədər aparılmış, sonra narazılıqlar səbəbindən aparılmamış, telefonların keçirilməsi də həmin ərəfədə olmuşdur. Telefon aşkarlanan vaxt müəssisədə olmuş, telefonlar məhkum Güneldən aşkar edilmiş, ona isə Ceyhunənin gətirdiyini eşitmişdir. Ceyhunə telefonu şəxsi əşyalarının arasında gizlədərək keçirdiyindən yoxlama apardığı zaman görməmiş, telefonların keçirilməsinə görə Ceyhunəyə pul verilməsi və onların nə vaxt məhkumlara ötürülməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazırliyinin Penitensiar Xidmətinin X16 müəssisəsinin əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyir. Əməliyyat şöbəsinə cəzaçəkmə müəssisəsinə məhkumlara telefon daxil olması barədə məlumat daxil olmuş, cəzaçəkmə müəssisəsində qadınlar bölməsində xx.xx.2024-cü il tarixdə baxış-axtarış keçirilmiş, məhkumlardan Təqsirləndirilən şəxs3 “A16PRO” markalı qara rəngli telefonu sinəsindən çıxarıb təhvil vermiş, baxış keçirildikdə telefon aksesuarları aşkar da olunmuş, daha sonra yenidən xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, axtarış zamanı qadınların bölməsində telefon kabrosunu tapdıqlarından məhkumlarla söhbət apardıqdan sonra yenə də Təqsirləndirilən şəxs3 digər “Samsung” markalı smartfon telefonu hamam otağından gətirib təhvil vermişdir. “Samsung” markalı smartfon telefonu işlək vəziyyətə gətirmək mümkün olmamışdır. Sonradan aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, 1-ci telefonu Təqsirləndirilən şəxs1 çantasında, 2-ci telefonu isə yeməyin altında gizlədərək keçirmişdir. Təqsirləndirilən şəxs1 ilə söhbət zamanı o, telefon və digər ləvazimatları şəhərdən anasının kartına göndərilən təxminən 690 manat pul müqabilində aldığını demiş, 1-ci telefon üçün işlədilən +**********95 mobil nömrəsi, 2-ci telefon üçün işlədilən isə +**********96 mobil nömrəsi olmuş, telefonların müəssisə daxilinə necə keçirilməsi barədə əvvəlcədən məlumatları olmamış, sonradan məlum olmuşdur ki, ilk telefon xx.xx.2024-cü il tarixdə, digər telefon isə xx.xx.2024-cü il tarixdə Ceyhunə tərəfindən keçirilmiş və aşkar edilənədək məhkumlar tərəfindən hər iki telefondan istifadə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazırliyinin Penitensiar Xidmətinin X16 müəssisəsinin rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyir. 2024-cü il avqust ayında işlətdiyi mobil telefonuna zəng gəlməsi barədə mesaj daxil olmuş, həmin nömrəyə zəng etmiş, lakin açan olmamış, sonra yenə həmin nömrədən ona zəng gəlmiş, telefonu açanda kişi səsi ilə ondan “sintizator çalan Orxandı, toyumuz var, onun üçün Sirabdan zəng etmişik” demiş, cavabında həmin “Orxan deyiləm, sözügedən Şahid4 bizim müəssisədə feldşer işləyir” demiş, Şahid4 maddi ehtiyacı olduğundan işdən kənar vaxtlarda toylarda sintizator çaldığından bundan əvvəl də ondan Orxanın nömrəsini istəyənlər olmuşdur. Bu da onlardan biridir deyə düşündüyündən Orxanın nömrəsini vermişdir. Nömrəni verəndən sonra da Orxana zəng edib “toy üçün bir nəfər zəng etmişdi, mən də nömrəni ona verdim” demiş, o, isə həmin adamla həmin nömrədən zəng edən şəxslə danışdığını bildirmişdir. Sonradan ona zəng gələn nömrə barədə maraqlananda əməliyyat şöbəsindən “araşdırma aparılır” deyərək məlumat verilməmişdir. Zəng gələn nömrə yadında deyildir, amma Azercell mobil nömrəsi olduğu yadındadır. Sonra ona müəssisəsinin əməliyyat bölməsindən həmin nömrədən zəng gəlməsi barədə soruşulmuş, əvvəlcə xatırlamamış, sonra zəng gələn nömrələrə baxdıqda yadına düşmüşdür. Cəzaçəkmə müəssisəsinə necə telefon keçirilməsi barədə məlumatım olmamış, sonradan əməkdaşlardan biri tərəfindən keçirilməsi məlum olmuş, qadın işçilərdən birinin telefon keçirdiyini bilmiş, adını bilməmiş, araşdırma aparıldıqdan sonra Ceyhunənin keçirib məhkumlardan Günelə verməsi məlum olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməli məhkəmə baxışında ifadələri elan olunmuş digər şahidlər - Şahid2, Şahid3, Şahid4, Şahid7, Şahid11 və Şahid14 ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyib şahid ifadələrini, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 317-2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işi materiallarında əlavə edilmiş şəxsi axtarış və götürülmə haqqında protokoldan aydın olur ki, 15 avqust 2024-cü ildə əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən X16 müəssisəsinin Qadın məhkumlar bölməsində axtarış-baxış tədbiri keçirilmiş, cəzaçəkən məhkumlara saxlanılması, istifadə edilməsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşyaların təhvil verilməsi ilə xəbərdarlıq olunmuş, məhkum Təqsirləndirilən şəxs3 bir ədəd işlək vəziyyətdə qara rəngdə olan A16 İPRO markalı 2 kartlı sadə nömrəsiz telefonu təhvil vermiş, onunla aparılan söhbət zamanı Təqsirləndirilən şəxs3 əlavə olaraq bir ədəd smartfon mobil telefonun və ona aid qurğuların olmasını etiraf etmiş və könüllü olaraq hamam otağının tavan hissəsində işıq lampasının altında gizlətdiyi işlək vəziyyətdə olmayan üzərində bir ədəd 051 973 20 95 Azercell operatoruna məxsus sim kartı olan bir ədəd açıq yaşıl rəngdə Samsung markalı smarton telefon və həmin telefona məxsus 2 ədəd adaptr, bir ədəd açıq yaşıl rəngli qulaqlıq və bir ədəd 077 804 22 96 Nar operatoruna məxsus sim kart təqdim etmiş, adıçəkilən qadağan olunmuş əşyalar götürülmüşdür. Cinayət işinə əlavə edilmiş xəbərdalıqlarda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya İstintaq Təcridxanalarında saxlanılan şəxslər tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi hallarında yol verilməsinin cinayət məsuliyyətinə səbəb olacağı ilə bağlı rəsmi xəbərdarlıq edilməsi qeyd olunmuşdur. Cinayət işinə əlavə edilmiş qəbzdə və bank çıxarışından aydın olur ki, 24 iyul 2024cü il tarixində Türkiyə Respublikası vətəndaşı Ömer Bayazit tərəfindən Təqsirləndirilən şəxs1 anası Şahid1 adına 200 dollar (339,40 manat) göndərilmiş, sonuncu həmin məbləğdə pulu Kapital Bankdan qəbul etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin 01 avqust 2023-cü il tarixli 84-k №-li əmr çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 X16 müəssisəsinin Rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 sentyabr 2024-cü il tarixli 111-k №-li əmri ilə Penitensiar Xidmətin X16 müəssisəsinin Rejim nəzarət şöbəsinin nəzarətçisi ədliyyə çavuşu Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarından xaric edilmişdir. 29 avqust 2024-cü ildə X16 müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs3 axtarış zamanı təqdim etdiyi mobil telefonlara təkrar baxış keçirilmiş, Samsung A14 markalı sensor ekranlı android əməliyyat sistemli (İMEİ 3573xx/xx/123954/8) mobil telefonu işə salmaq mümkün olmadığından yaddaşında hər hansı bir məlumatların olubolmamasını müəyyən etmək mümkün olmamış, A16 İPRO markalı mobil telefona baxış zamanı telefon kitabçasında, mesajlaşma bölməsində, zəng qeydində və digər proqramlarında hər hansı məlumat aşkar edilməmişdir. 29 avqust 2024-cü ildə İPRO A16 və Samsung A14 markalı mobil telefonlarda silinmiş məlumatların bərpa edilməsi və digər məlumatların əldə edilməsi məqsədilə məhkəmə kompüter texniki ekspertizası təyin edilmiş, kompüter-texniki ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 1016 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş arxa markalanma göstəricisinə görə “Samsung Galaxy A14” markalı, “SM-A145F/DSN” modelli mobil smartfonun standart prosedurlarla cərəyan yığması təmin edildikdən sonra müxtəlif texniki vasitələrlə yandırıb-söndürmə (Pover) düyməsi sıxılaraq işlək vəziyyətə gətirilməyə cəhd edildikdə smartfon işlək vəziyyətə gətirmək mümkün olmamışdır. Arxa məlumat lövhəsinə görə “İPRO” markalı, “A16” modelli proqram təminatına görə “**********01955, **********01963” “imei” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A14” markalı, “SM-A145F/DSN” modelli mobil smartfonun işlək vəziyyətə gətirmək mümkün olmadığı üçün yaddaşında hər hansı bir məlumatların olub-olmaması, eləcə də həmin mobil cihazın yaddaşından hər hansı bir məlumatların silinib-silinməməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Ekspertizaya təqdim edilmiş arxa məlumat lövhəsinə görə “İPRO” markalı, “A16” modelli mobil telefonun yaddaşında mövcud olan və silinmiş məlumatlar üzrə “Cellebrite UFED 4PC v7.70.0.180” proqramı təminatı vasitəsilə tədqiqat işinin aparılması mümkün olmadı. Ekspertizaya təqdim edilmiş “İPRO” markalı, “A16” modelli mobil telefonun əsas menyusuna baxış zamanı hər hansı bir kontakt, zəng, “SMS” mesaj, foto, video, audio, fayllar, internet brauzerin “Tarixçə” bölməsində hər hansı bir məlumat və sosial şəbəkələrə girişi təmin edən proqram təminatları müəyyən olunmadı. Ekspertizaya təqdim edilmiş üzərində “********************” rəqəmləri və “a” hərfinə oxşar işarə olan “SİM” danışıq kartının yaddaşında məlumatlar müəyyən olundu. Ekspertizaya təqdim edilmiş üzərində “**********738596695” rəqəmləri və “nar” yazısı olan “SİM” danışıq kartının yaddaşında məlumatlar müəyyən olundu. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. 31 avqust 2024-cü ildə Şahid2 təqdim etdiyi sonuncuya məxsus Samsung markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun mesajlar bölməsində parametrlərbloklanmış nömrələr-spam hissəsində bloklanmış nömrələr pəncərəsində Təqsirləndirilən şəxs3 istifadə etdiyi +**********95 nömrəsinin bloklandığı müəyyən edilmişdir. 03 sentyabr 2024-cü il tarixində Şahid4 təqdim etdiyi Redmi Note 12 markalı mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı kontaktlar bölməsində əngəllənən nömrələr pəncərəsində +99451 *** ** ** nömrəsinin əngəllənən nömrələr siyahısında olduğu qeyd olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş akta əsasən xx.xx.2024-cü il tarixdə Qadın məhkumlar bölməsində cəzaçəkən məhkum Təqsirləndirilən şəxs3 “Samsung” markalı mobil telefona məxsus 1 ədəd elektrik qidalandırıcı və həmin telefona məxsus 1 ədəd telefon üzlüyünü könüllü gətirərək təqdim etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş təhvil təslim aktında X16 Müəssisəsinin Rejim-nəzarət şöbəsinin nəzarətçisi, ədliyyə çavuşu Təqsirləndirilən şəxs1 tərəfindən QRCM-də cəzaçəkən məhkumlarla qeyri qanuni əlaqəyə girərək onların sifarişi ilə əldə etdiyi gizli yolla QRCM-nə keçirmək istədiyi lakin sövdələşmə aşkara çıxdığından məhkumlara verilməsi baş tutmamış 1 dəst yaşıl rəngli idman paltarı, 1 ədəd qara rəngli don, təmir olunması üçün verilmiş 1 ədəd qol saatı və 1 ədəd qolbaq Təqsirləndirilən şəxs1 təhvil götürülmüşdür. Təqdim edilmiş post cədvəllərində Təqsirləndirilən şəxs1 26 iyul 2024-cü il saat 09dan 18-dək və 09 avqust 2024-cü ili saat 18-dən 10 avqust 2024-cü il saat 09-dək nəzarətçi olduğu müəyyən edilmişdir. 19 sentyabr 2024-cü ildə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən təqdim edilmiş içərisində maddi sübutların olduğu bağlı zərfə baxış keçirilmiş, zərfin içərisində 1 dəst yaşıl rəngli qısa qol köynək və tuman, 1 ədəd qara ağ rəngli don, 1 ədəd boz rəngli telefon kaburası, A16 İpro markalı telefonun boş qutusu, həmin qutunun içərisində işlək vəziyyətdə olan qara rəngli qadın qol saatı, bir ədəd nar operatoruna məxsus nömrənin boş kağız qutusu (üzərinə 77 804 22 96 rəqəmləri yazılmış kağız yapışdırılmışdır), bir ədəd azercell operatoruna məxsus nömrənin boş kağız qutusu (üzərinə 051 973 20 95 rəqəmləri yazılmış kağız yapışdırılmışdır), bir ədəd azercell sim kart qabı, bir ədəd nar sim kart qabı, bir ədəd qara rəngli adaptr şunuru ilə birlikdə və bir ədəd halqalı qızılı rəngli dəmir materialdan olan qadın qolbağı aşkar edilmişdir. Azercell Telekom MMC-dən daxil olmuş 3-4-020/1-187/2024 nömrəli məktuba və ona əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə aid olan ********* nömrədən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə tarixədək olan dövr ərzində +**********81 (Şahid2) nömrəsinə, +**********81 nömrəsinə, +**********08 (Şahid3) nömrəsinə, +**********10 (Təqsirləndirilən şəxs1) nömrəsinə, **********7 nömrəsinə, +**********02 (X24) nömrəsinə, +**********5 nömrəsinə, +**********90 nömrəsinə, +**********60 (Şahid12) nömrəsinə və digər nömrələrə çoxsaylı SMS-lər yazılmış, həmçinin ********* nömrəsindən ********** (Rasiyə Nağıyeva), +**********08 (Şahid3) nömrəsi, +**********02 (X24) nömrəsi, +**********81 (Şahid2) nömrəsinə, +**********55 nömrəsinə, ********** nömrəsinə, +**********67 nömrəsinə, +**********86 nömrəsinə, +**********48 (Rəqsanə Hacıyeva) nömrəsinə, +**********81 nömrəsinə, +**********60 (Şahid12) nömrəsinə, ********** (X20) nömrəsinə, ********** (Şahid5), ********** (Şahid4) nömrəsinə, ********** (Təqsirləndirilən şəxs1) nömrəsinə və ********** (Gülarə Həbibova) nömrəsinə və digər nömrələrə çoxsaylı zənglər edilmiş və danışıqlar aparılmışdır. ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Kapital Bankdan alınmış ödəniş kartı üzrə çıxarışı könüllü təqdim edərək maaş kartı hesabına işlədiyi müddətdə hər hansı qanunsuz vəsaitin daxil olmadığını, yalnız məhkum Təqsirləndirilən şəxs3 göndərtdiyi 350 manat pulu qəbul etdiyini bildirdiyindən onun təqdim etdiyi ödəniş kartı üzrə çıxarışa baxış keçirilmiş, baxış zamanı ödəniş kartı üzrə çıxarışda Təqsirləndirilən şəxs1 məxsus 510307******4179 nömrəli debit mastercard salary növlü kartda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aparılmış əməliyyatların tarixi, məbləği, balans və əməliyyatın aparılması üçün əsas və ünvan haqqında məlumatlar əks olunmuş, çıxarışda Təqsirləndirilən şəxs1 məxsus karta xx.xx.2024-cü il tarixində KAPS,ONLİNE KİOSK, BAKİ, AZ ünvanından 50 manat, xx.xx.2024-cü il tarixində KAPS,BAKİ,AZ ünvanından 300 manat mədaxil olunmuş, 300 manatın qeyd olunan tarixdə kartdan məxaric olunduğu qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmadığı qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə və hökmlərin surətlərində Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.6, 178.3.2 və 228.2.1-ci maddələri ilə təqsirli bilinib 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanaraq 17 il azadlıqdan məhrumetmə cəzasına, Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilərək Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 17 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi qeyd olunmuşdur. Cinayət işinə əlavə edilmiş tələbnamədən və hökmün surətindən aydın olur ki, Nuriyeva X9 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş hökmün surətindən və tələbnamədən aydın olur ki, Nağıyeva X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra həmin hökmə hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılaraq Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməl CM-in 181.3.2-ci maddəsindən CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilməklə qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ekspert kimi iştirak edən X13 iş üzrə maddi sübut olan “Samsung Galaxy A14” markalı, “SM-A145F/DSN” modelli mobil smartfon telefonun istifadəyə yararsız olduğu barədə rəy vermişdir. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 Naxçıvan şəhər İHB-nın Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən təqdim edilmiş xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs3 Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X16 Müəssisəsindən alınmış xasiyyətnamədə mənfi xarakterizə edilmişdir. Təqsirləndirilən şəхs Nuriyeva X10 MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X16 Müəssisəsindən alınmış xasiyyətnamədə mənfi xarakterizə edilmişdir. Təqsirləndirilən şəхs Nağıyeva X5 MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X16 Müəssisəsindən alınmış xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahid ifadələrini, iş üzrə təqdim edilmiş sənədləri, məhkəmə ekspertizası rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X16 müəssisəsinin Rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsində xidmət edərkən öz qulluq mövqeyindən istifadə etməklə 24 iyul 2024-cü il və 10 avqust 2024-cü il tarixlərdə “Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimatı”ın 48-ci və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisəsinin X18”nın tələblərini kobud surətdə pozaraq cəzaçəkmə müəssisəsində müəssisənin qadın məhkumlar bölməsində cəza çəkən Təqsirləndirilən şəxs3 bir ədəd A16 İPRO markalı, bir ədəd Samsung A14 markalı smartfon tipli mobil telefon və sair əşyaları yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinin daxilinə keçirib vermiş və bununla da, Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs3 Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X16 Müəssisəsində cəza çəkərkən həmin cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 tərəfindən verılmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X18”na əsasən qadağan olunmuş əşya sayılan yuxarıda qeyd edilən mobil telefonları 26 iyul 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək özündə saxlamaqla ayrı-ayrı şəxslərə zənglər edib danışmaqla təkrar istifadə etmiş, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X16 Müəssisəsində cəza çəkərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X18”na əsasən qadağan olunmuş əşya sayılan yuxarıda qeyd edilən mobil telefonlardan 26 iyul 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək ayrı-ayrı şəxslərə zənglər edib danışmaqla təkrar istifadə etmişlər və bununla da, Azərbaycan Respublikası CM-nin 317- 2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X18”-nın 5-ci əlavənin davamında optik cihazlar, peycer, mobil telefon, faks, kompüter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısı”-na daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi təkrar törədildikdə - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərin, şahid ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 317-2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən cinayətlərin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 qızının törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halllar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halllar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, cəza çəkdiyi müəssisə üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran halllar müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 Naxçıvan şəhər İHB-nın Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə edilməsini, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədə mənfi xarakterizə edilməsini, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədə mənfi xarakterizə edilməsini, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs4 isə cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə edilməsini onların şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür, ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsinin sanksiyası həddində müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onlara məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 317-2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə ilə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsini 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq hazırkı cəza, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 17 (on yeddi) il 1 (bir) ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 8 (səkkiz) il 2 (iki) ay hissəsi ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs2 təyin olunacaq hazırkı cəza, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) il, 8 (səkkiz) ay 3 (üç) gün hissəsi ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs4 təyin olunmuş hazırkı cəza, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 10 (on) azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 4 (dörd) gün hissəsi ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasını xüsusi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunduğundan o, hazırkı hökmlə də cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy A14” markalı, “SM-A145F/DSN” modelli mobil smartfon telefon, üzərində “********************” rəqəmləri və “a” hərfinə oxşar işarə olan “SİM” danışıq kartı, üzərində “**********738596695” rəqəmləri və “nar” yazısı olan “SİM” danışıq kartı, bir ədəd nar operatoruna məxsus nömrənin boş kağız qutusu (üzərinə 77 804 22 96 rəqəmləri yazılmış kağız yapışdırılmışdır), bir ədəd azercell operatoruna məxsus nömrənin boş kağız qutusu (üzərinə 051 973 20 95 rəqəmləri yazılmış kağız yapışdırılmışdır), bir ədəd azercell sim kart qabı, bir ədəd nar sim kart qabı məhv edilməli, “İPRO” markalı, “A16” modelli mobil telefon və onun boş qutusu, iki ədəd elektrik qidalandırıcı, bir ədəd qulaqlıq, “Samsung” markalı mobil telefona məxsus 1 ədəd elektrik qidalandırıcı və həmin telefona məxsus 1 ədəd telefon üzlüyü dövlət nəfinə müsadirə edilməli, Təqsirləndirilən şəxs1 istintaq orqanına təqdim etdiyi 1 dəst yaşıl rəngli qısa qol köynək və tuman, 1 ədəd qara ağ rəngli don, qara rəngli qadın qol saatı və bir ədəd halqalı qızılı rəngli dəmir materialdan olan qadın qolbağı məhkum Təqsirləndirilən şəxs3 qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş 4 (dörd) ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə müdafiəçilərə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) il 1 (bir) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3200 (üç min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 317-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 17 (on yeddi) il 1 (bir) ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) il 2 (iki) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs3 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm elan edildiyi tarixdən, yəni 12 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 317-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) il, 8 (səkkiz) ay 3 (üç) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il, 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm elan edildiyi tarixdən, yəni 12 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 317-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 10 (on) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm elan edildiyi tarixdən, yəni 12 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy A14” markalı, “SM-A145F/DSN” modelli mobil smartfon telefon, üzərində “********************” rəqəmləri və “a” hərfinə oxşar işarə olan “SİM” danışıq kartı, üzərində “**********738596695” rəqəmləri və “nar” yazısı olan “SİM” danışıq kartı, bir ədəd nar operatoruna məxsus nömrənin boş kağız qutusu (üzərinə 77 804 22 96 rəqəmləri yazılmış kağız yapışdırılmışdır), bir ədəd azercell operatoruna məxsus nömrənin boş kağız qutusu (üzərinə 051 973 20 95 rəqəmləri yazılmış kağız yapışdırılmışdır), bir ədəd azercell sim kart qabı, bir ədəd nar sim kart qabı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış “İPRO” markalı, “A16” modelli mobil telefon və onun boş qutusu, iki ədəd elektrik qidalandırıcı, bir ədəd qulaqlıq, “Samsung” markalı mobil telefona məxsus 1 ədəd elektrik qidalandırıcı və həmin telefona məxsus 1 ədəd telefon üzlüyü dövlət nəfinə müsadirə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus 1 dəst yaşıl rəngli qısa qol köynək və tuman, 1 ədəd qara ağ rəngli don, qara rəngli qadın qol saatı və bir ədəd halqalı qızılı rəngli dəmir materialdan olan qadın qolbağı Təqsirləndirilən şəxs3 qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 4 (dörd) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 80 (səksən ) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2, X21 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. İş üzrə müdafiəçilərə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-1/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-1/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver