Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-11/2023 14.07.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 oğunun və onun müdafiəçisi - Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Kəngərli rayon Xok kəndində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, hal-hazırda Kəngərli rayon Xok kəndində qeydiyyatda duran və yaşayan, barəsində 10 mart 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1994-cü il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, ailəli, 3 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, hal-hazırda Kəngərli rayon Xok kəndində qeydiyyatda duran və yaşayan, barəsində 10 mart 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışlar. Belə ki, onlar 17 fevral 2023-cü il tarixdə saat 23:00-da qabaqcadan razılaşmaqla Zərərçəkmiş şəxs məxsus Kəngərli rayon Xok kəndində yerləşən yaşayış olmayan evin zirzəmisinə qanunsuz daxil olaraq zirzəminin qapısının üzərində olan qıfılını sındıraraq oradan 140 (yüz qırx) manat dəyərində olan 01 (bir) ədəd sarı rəngdə 7 litr su tutumlu qapağının üzərində rus hərfləri ilə “poçet qrajd brat boroniobk” yazılmış mis samovarı, 12 (on iki) manat dəyərində olan 01 (bir) ədəd gümüşü rəngli üzərində (gövdəsində) “TULA” yazılmış işə salmaq üçün kabeli və açıb-bağlayan krantı olmayan elektrik samovarı, 5 (beş) manat dəyərində olan 01 (bir) ədəd 3 litr su tutumuna malik çaydanı, 65 (altmış beş) manat dəyərində 01 (bir) ədəd diametri 26 sm, hündürlüyü 14 sm olan 10 litr su tutumlu qapaqsız qazanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 222 manat maddi ziyan vurmaqla oğurluq etmişlər və bununla da Azərbaycan Respublikası CМ-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kəngərli Rayon Xok kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan yaşayış evində yaşayış olmadığını əvvəlcədən bilmiş və 11 fevral 2023-cü il tarixdə günorta saatlarında kənd ərazisindən yaşadığı evə gedən zaman pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs məxsus olan yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. Evin arxa tərəfinə keçib divardan aşaraq evin həyətinə daxil olmuş və həyətə baxan zaman həyətdə olan yarımtikili tövlənin qapısı olmadığından tövləyə daxil olmuş, tövləyə bitişik olan təndir damının içərisindən bir ədəd gümüşü rəngdə olan təxminən 5 litr su tutumlu samovarı götürmüş, samovarı götürdükdən sonra yaşadığı evə tərəf getmiş, oğurladığı samovarı yaşadığı evə aparmaq istəməyərək həmkəndlisi və qonşusu olan Təqsirləndirilən şəxs2 həyətindən aralıda yerləşən hamamın arxasına qoymuş və üzərini isə orada olan əski ilə örtmüşdür. 3 gün sonra 14 fevral 2023-cü il tarixdə samovarı qoyduğu yerdən götürərək yaşadığı evə aparmaq istəmiş, lakin atasıgil evdə olduğundan yenidən qonşusu Təqsirləndirilən şəxs2 həyətində yerləşən toyuq saxlamaq üçün nəzərdə tutulan tikilinin arxasına qoymuş və həmin günün axşamı kənddə olan zaman həmkənlisi Şahid1 samovar axtardığını eşitdiyindən onun yaşadığı evə getmiş, həmin vaxt Habilin evdə olmadığından geri qayıdaraq Təqsirləndirilən şəxs2gilin həyətində gizlətdiyi samovarı götürərək Şahid1gilin həyətinə yenidən getmiş və Şahid1 evlərindən çağıraraq əlində olan samovarı ona satmaq istədiyini bildirmişdir. Habil samovara baxdıqdan sonra neçəyə satdığını soruşduqda, 40-45 manata satdığını bildirmiş, Şahid1 isə 40-45 manat pulunun olmadığını deyərək samovarı 35 manata ala biləcəyini ona bildirmiş, 35 manata razılaşıb oğurladığı samovarı ona satmış və onunla birlikdə kənd ərazisinə getmiş, orada Habil bankomat aparatından 35 manat pul çəkərək ona vermiş və Habildən aldığı 35 manat pulu şəxsi işləri üçün xərcləmişdir. 17 fevral 2023cü il tarixdə səhər saatlarında həmkəndlisi və qonşusu olan Təqsirləndirilən şəxs2gilin evinə gedərək onu çağırmış, söhbət zamanı ondan 20 manat borc pul istəmiş, lakin Nihad pulunun olmadığını ona bildirmişdir. Bu zaman ona yuxarı məhəllədə olan kəndçilərin samovar axtardığını və onlarda olan samovarı sataraq pul əldə edə biləcəklərini demiş, Nihad isə həmin samovarın rəhmətə gedən atasından yadigar qaldığını və sata bilməyəcəklərini demişdir. Nihada başqa nə edə bilərik dedikdə isə o, Zərərçəkmiş şəxs məxsus olan yaşayış olmayan evində iki ədəd samovar olduğunu bildirmiş və razılaşaraq həmin samovarı oğurlamaq qərarına gəlmişlər. Həmin gün 23:00 radələrində Nihad ilə birlikdə Zərərçəkmiş şəxs evinə tərəf gedib divarın uçmuş yerindən evin həyətinə daxil olduqdan sonra Nihad ona həyətdə olan zirzəminin yaxınlığındakı tut ağacının yanında dayanmağı demiş, özü isə həyətdə olan havuza tərəf gedib təxminən 5 dəqiqədən sonra əlində armatur parçası ilə onun yanına gələrək armatur parçası ilə zirzəminin qapısının qıfılını sındırmağa başlamış, qıfılı sındırdıqdan sonra Nihad zirzəminin içərisinə daxil olmuş, özü isə zirzəminin qapısının ağzında dayanmışdır. Bir az keçdikdən sonra Nihad qapını açaraq bir ədəd mis samovarı ona vermiş və yenidən zirzəmiyə daxil olaraq ikinci samovarı da çıxararaq ona verib qapının qıfılını düzəldikdən sonra hər ikisi mis samovarları götürüb birlikdə həyətə daxil olduqları yerə gəlmişlər. Nihad əlindəki samovarı yerə qoyub yenidən həyətə geri qayıtmış, həyətdə olan tövlədən bir ədəd qazan və qazanın içərisində olan çaydanı götürdükdən sonra oğurladıqları əşyaları Nihadgilin həyətində yerləşən toyuq saxlamaq üçün nəzərdə tutulan tikilinin içərisinə qoymuşlar. Səhərisi gün - 18 fevral 2023-cü il tarixdə günorta saatlarında Nihadgilə getmiş və ona mis samovarı aparıb satmaq istədiyini bildirmiş, Nihad samovarı kimə satmaq istədiyini soruşduqda ona “həmkəndliləri Şahid2 istədiyini” bildirmiş, samovarı götürüb həmkəndlisi Şahid2 zəng vuraraq miss samovarı 180 manata satdığını demiş, razı olmadığından telefonu söndürmüş, bir saatdan sonra yenidən Oktaya zəng vuraraq təcili pul lazım olduğu üçün miss samovarı 70 manata satdığını bildirmişdir. Oktay onunla razılaşdığından samovarı götürüb evlərinə apararkən yolda qarşısına həmkəndlisi Şahid3 çıxmış və onunla birlikdə Oktaygilə getmiş, Oktay evdə olmadığından onun mobil telefonuna zəng vuraraq mis samovarı gətirdiyini və həyətlərinə qoyduğunu demiş, Oktay isə kənddə olan Valeh Cəfərovun mağazasına gedib pulu oradan götürməyini bildirmişdir. Sonra Ümid ilə birlikdə Valehin mağazasına gedərək özü çöldə gözləmiş, Ümid isə mağazaya girərək 60 manat pul gətirib ona vermiş, həmin vaxt Ümiddən samovarı 70 manata Oktaya satdığını və nə üçün 60 manat verdiyini soruşduqda Ümid Oktaya zəng vurmuş və Oktayın Ümidə mağazada 60 manat pul olduğu üçün o qədər verdiyini demişdir. 60 manatla razılaşıb pulu aldıqdan sonra Təqsirləndirilən şəxs2gilə getmiş və ona samovarı 50 manata satdığını bildirmiş, Təqsirləndirilən şəxs2 ilk öncə pulu götürməmiş, sonradan ona 25 manat pul verdikdən sonra yaşadığı evə getmiş, həmin gündən sonra Nihad ilə əlaqə saxlamamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, Şahid2 və Şahid1 samovarların oğurluq olmasından xəbərləri olmamış, onlara samovarları dostundan aldığını demiş, 11 fevral 2023-cü il tarixdə oğurladığı samovarın tövlədə olması haqqında əvvəlcədən məlumatı olmuş, 17 fevral 2023-cü ildə oğurladığı 2 ədəd samovar, bir ədəd çaydan və bir ədəd qazanın zirzəmidə olmasını isə Təqsirləndirilən şəxs2 ona demişdir. 11 fevral 2023cü il tarixdə bir ədəd samovarın oğurlanmasında heç kim ona köməklik etməmiş və bu hadisədən Təqsirləndirilən şəxs2 xəbəri olmamışdır. Daha əvvəllər heç vaxt oğurluq etməmiş və etdiyi oğurluğa görə də peşmandır. Hazırda zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiklərini, hərəkətlərindən peşmançılıq hissi keçirdiyini və öz əməlinə mənfi münasibətini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun ifadə vermiş, zərərçəkmiş şəxslə barışıq əldə etdiklərini, himayəsində 3 azyaşlı uşağının olmasını, öz əməlinə mənfi münasibətlərini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olması özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin elan olunmuş ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərər çəkmiş şəxs qismində tanınmış və dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, ailəlidir və üç uşaq atasıdır. Kəngərli Rayon Xok kəndində yerləşən özünəməxsus fərdi yaşayış evi vardır, 2012-ci ildən ailəsi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə getmiş, ona məxsus olan Xok kəndində yerləşən yaşayış olmayan evə həyat yoldaşının qardaşı X5 tapşırmış və onların kənddə olmadığı müddət ərzində evə qardaşı nəzarət etmiş, ona məxsus olan yaşayış olmayan evdə müxtəlif növ əşyalarını evin zirzəmisinə yığıb, qapısını isə qıfılla bağlamışdır. 05 mart 2023-cü il tarixdə saat 15:00 radələrində Ceyhun Məmmədov onun mobil telefonuna zəng vuraraq ona məxsus evin zirzəmisinin qapısının qıfılının qırıldığını və orada olan 2 ədəd samovarın, həyətdə yerləşən tövləyə bitişik olan təndir damında isə 1 ədəd çaydanın, 1 ədəd qazanın və 1 ədəd samovarın orada olmadığını və yoxa çıxdığını bildirmiş, həmin əşyaların oğurlanmasını bildiyindən Ceyhun Məmmədova polis əməkdaşlarına müraciət etməsi barədə göstəriş vermişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində ona məxsus olan əşyalardan təndir damından oğurlanan samovar gümüşü rəngli 5 litr su tutumuna malik olduğunu, çaydan sarımtıl rəngdə 3 litr su tutumuna malik olduğunu, qazanın isə miss materialdan ibarət olduğunu, evin zirzəmisindən oğurlanan samovarlardan birinin mis olmaqla sarı rəngdə odun ilə işləyən, digərinin isə elektriklə işləyən samovar olduğunu, qeyd etdiyi əşyalardan başqa heç bir əşyanın oğurlanmadığını, ona məxsus olan yaşayış olmayan evindən oğurlanan 3 ədəd samovar, 1 ədəd çaydan və 1 ədəd qazanın hazırda qiyməti barədə məlumatı olmadığından ona dəymiş maddi ziyan barədə heç nə deyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə günorta saatlarında oğlu Şahid3 onun mobil telefonuna zəng vuraraq Xok kənd sakini Ramal adlı şəxsin samovar satdığını bildirmiş, evdə işlətmək üçün ona samovar lazım olduğundan oğlu Ümidə Ramal samovarı gətirər baxaram demiş, bir müddətdən sonra həmkəndliləri Ramal və Kənan onun yaşadığı evə gəlmiş, Ramal samovarı ona vermiş və samovara baxdığında samovarın balaca həcmli olduğunu və təxminən 4 litr su tutumuna malik olduğunu görmüş və təxminən 7 litr su tutumuna malik olan samovar axtardığını onlara bildirmişdir. Ramaldan samovarı neçəyə satdığını soruşduqda o, samovarı 30 manata satdığını söyləmişdir. Ramaldan samovarı niyə ucuz qiymətə satdığını, samovarın onun samovarı olduğunu soruşduqda o, pula ehtiyac olduğu üçün ucuz satdığını demişdir. Ramalın pula ehtiyac olduğundan və ucuz satdığından samovarı almaq qərarına gəlmiş, üzərində pul olmadığından paltarlarını dəyişmək üçün evə getmiş, həmin vaxt oğlu Ümid yanına gələrək Ramalın samovar 35 manata satacağını dediyindən oğluna 35 manat verərəm demiş, paltarlarını dəyişdikdən sonra Ramal, Kənan və oğlu Ümid ilə birlikdə kənd mərkəzinə tərəf gedərək Xok kənd icra nümayəndəliyində yerləşən bankomatdan 35 manat pul çəkərək Ramala vermiş və sonradan Təqsirləndirilən şəxs1 görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində inspektor vəzifəsində çalışır, evdə işlətməyə samovar ehtiyac olduğundan kənddə dost-tanışa samovar axtardığını bildirmiş, 18 fevral 2023-cü il tarixdə günorta saatlarında işdə olan zaman tanımadığı nömrədən mobil telefonuna zəng gəlmiş, mobil telefonunu açdığında özünü həmkəndlisı Ramal kimi təqdim edərək ondan samovar axtardığını soruşmuş və onda satılıq samovar olduğunu demiş və həmin samovarı 150 manata sata biləcəyini söyləmiş, samovarın 150 manata baha olduğunu və Bakı şəhərindən 75 manata mis samovar tapdığını ona söyləyərək onunla sağollaşmışdır. Bir müddətdən sonra Ramal yenidən mobil telefonuna zəng vurmuş, onda olan mis samovarı 50 manata sata biləcəyini bildirmiş, mis samovarın oğurluq ola biləcəyindən şübhələnərək ondan samovarı haradan almasını soruşmuş, Ramal da cavabında ona samovarın qonşusunun olduğunu və sata bilsə, ona 10 manat pul qalacağını, qonşusunun pula ehtiyacı olduğunu və samovarı təcili satdığını bildirmiş və samovarı 50 manat müqabilində alması barədə razılaşmış, lakin Ramal bir müddətdən sonra yenidən zəng vuraraq samovarı 60 manata sata biləcəyini bildirmiş, 60 manata razılaşıb samovarı evə aparmasını, samovarın pulunu isə kənddə yerləşən Valehin ərzaq mağazasından almasını söyləmişdir. Bir müddətdən sonra Valehə zəng vuraraq dayıoğlusu Şahid3 onun yanına gələcəyini və ona 60 manat pul verməsini istəmiş, işdən çıxdıqdan sonra yaşadığı evə gəldikdə anası uşaqların samovar gətirdiyini ona bildirmiş, səhəri gün mis samovara baxdığında samovarın tacı və qulpları olmadığından xoşuna gəlməmiş, samovarı qaytarmaq fikrinə düşmüş, lakin çatışmayan hissələrinin satışda olduğunu bildiyindən qaytarmaq fikrindən çəkinmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıdığını, onunla aralarında heç bir ədavətin olmadığını, aldığı sarı rəngli miss samovarın oğurluq olması haqqında məlumatının olmadığını, oğurluq əşya olacağı halda almayacağını, sonradan bir ədəd sarı rəngli mis samovarı könüllü olaraq polisə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində kənd ərazisində olan zaman əvvəlcədən tanıdığı Xok kənd sakini Təqsirləndirilən şəxs1 onun yanına gələrək satılıq samovarın olmasını, həmin samovarı neçəyə satmasını soruşduqda Ramal samovarı 30 manata satacağını, bacısının həyat yoldaşı Nurlan Cəfərova zəng vuraraq Təqsirləndirilən şəxs1 30 manata samovar satdığını ona bildirmiş, Nurlan Cəfərov samovara baxmaq üçün samovarı kənd ərazisi olan "Çeşmənin başına" gətirməsini istədiyindən Ramal yarım saatdan sonra əlində samovar ilə "Çeşmənin başına" gəlmiş, orada Nurlan samovara baxmış və balaca həcimli olduğundan almayaraq çıxıb getmişdir. Sonra atası Şahid1 zəng vuraraq Ramal adlı həmkəndlisinin samovar satdığını bildirmiş, atası samovarı neçəyə satdığını soruşduqda, 30 manata samovarı satdığını demiş, atası da telefonda “Ramala deyərsən, samovarı gətirər baxaram” deyib telefonu söndürmüşdür. Yenidən Ramala zəng vuraraq samovarı baxmaq üçün yaşadığı evə gətirməsini istəmiş, bir müddətdən sonra Ramal və Şahid4 onların yaşadığı evə samovarla gəlmiş, atası Habil samovara baxmış, Ramala “samovarı haradan almısan və niyə ucuz verirsən” soruşmuş, cavabında Ramal samovarın onlara məxsus olduğunu və pula ehtiyacı olduğu üçün ucuz satdığını bildirmişdir. Atası samovara baxdıqdan sonra almaq istəmiş, Ramal samovarı 35 manata satdığını dediyindən atası onunla razılaşmışdır. Sonra atası, Ramal və Kənan birlikdə kənd mərkəzinə tərəf gedərək atası bankomatdan 35 manat pul çəkib Ramala vermiş və sağollaşıb ayrılmışlar. Təxminən 4 gün sonra 18 fevral 2023-cü il tarixdə yaşadığı evdə olan zaman Ramaldan mobil telefonuna zəng gəlmiş, Ramal telefonda ona bibisi oğlu Şahid2 yaşadığı evi tanımadığı üçün ona köməklik etməyi istədiyindən Ramalın olduğu yerə getmiş, Ramal ilə görüşən zaman onun qucağında paltar ilə bükülü samovar olduğunu görmüş, Ramal samovarı ona göstərmiş və sonra Ramal ilə birlikdə Şahid2gilə gedərək samovarı evə qoyduqdan sonra Oktay ona həmkədlisi Valehin ərzaq mağazasından 60 manat pul götürüb Ramala verməyi xahiş etmişdir. Ramal ilə birlikdə kənd mərkəzində olan Valehin mağazasına gedərək 60 manat pulu alıb Ramala vermiş və sağollaşıb ayrılmışlar. Həmçinin Şahid3 ifadəsində Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıdığını, onunla aralarında heç bir ədavətin olmadığını, Ramalın atası Habilə bir ədəd gümüşü rəngdə samovar satdığını, bibisi oğlu Şahid2 isə bir ədəd sarı rəngdə miss samovarı 60 manata satdığını, Təqsirləndirilən şəxs1 ona həmin samovarların özünə aid olduğunu və pula ehtiyac olduğundan ucuz qiymətə satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 08 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Kəngərli rayon Xok kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq ona məxsus əşyaların oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq baş verdiyi yer Kəngərli rayon Xok kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. “Təqdim edilmiş əşyaların qəbul edilməsi haqqında” 07 mart 2023-cü il tarixli protokollardan görünür ki, həmin tarixdə Kəngərli Rayon Xok kənd sakini Şahid2 tərəfindən istintaqa könüllü olaraq təhvil verilmiş 1 (bir) ədəd sarı rəngdə mis samovara və Kəngərli Rayon Xok kənd sakini Şahid1 tərəfindən istintaqa könüllü olaraq təhvil verilmiş 1 ( bir) ədəd gümüşü rəngdə samovara baxış keçirilərək götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 aprel 2023-cü il tarixli və 27 aprel 2023-cü tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məmmədov X6 rayon Kəngərli rayon Xok kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə hansı qaydada daxil olduğunu, əşyaları haradan oğurlamasını və həmin əşyaları hansı qaydada evin həyətindən çıxardığını göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişlər. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli 288 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, “bir ədəd sarı rəngdə olan, 7 litr tutumlu rus hərfləri ilə “поцет. гражд брат борониобк” yazılmış mis samovar - 140 (yüz qırx) manat; 01 ədəd gümüşü rəngli, 5 litr su tutumlu odun samovar - 70 (yetmiş) manat; 01 ədəd gümüşü rəngli üzərində (gövdəsində) "ТУЛА" yazıları olan, işə salmaq üçün kabeli və açıb-bağlayan krantı olmayan elektirik samovar – 12 (on iki) manat; 01 ədəd 3 litr su tutumlu çaydan - 5 (beş) manat; 01 ədəd diametri 26 sm, hündürlüyü 14 sm olan, 10 litr tutumlu qazan (qapaqsız) - 65 (altmış beş) manat olmaqla istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümümi dəyəri 292 (iki yüz doxsan iki) manat müəyyən olunur”. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Kəngərli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin 20 aprel 2023-cü məktubunda göstərilmişdir ki, “Kəngərli Rayon Xok kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baş vermiş oğurluq hadisəsini törədən zaman onların yanında başqa şəxs və şəxslərin olub-olmaması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və həmin oğurluq hadisəsinin törədilməsində başqa şəxs və ya şəxslərin olması müəyyən olunmamış, hadisəni törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq hadisəsini törətməsində onları təhrik edən şəxs və ya şəxslərin olması müəyyən olunmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər şəxs və ya şəxslərlə başqa oğurluq hadisəsini törətməsini, hər hansı bir oğurluq hadisəsi və ya hadisələri ilə əlaqəsinin olmağı barədə əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa oğurluq hadisələri ilə əlaqələri müəyyən edilməmişdir ". 05 aprel 2023-cü il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində Ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-ci il tarixli 76 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlik yoxdur. O, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur”. 05 aprel 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində Məhkəmə-Narkoloji ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 07.04. 2023-ci il tarixli 77 saylı rəyə əsasən "təqsirləndirilən Təqsirləndirilən şəxs1 alkoqolizm və narkomaniya xəstəliyi aşkar olunmadı". 05 aprel 2023-cü il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barəsində Ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-ci il tarixli 78 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlik yoxdur. O, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur”. 05 aprel 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində Məhkəmə-Narkoloji ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 07.04. 2023-ci il tarixli 79 saylı rəyə əsasən "təqsirləndirilən Təqsirləndirilən şəxs2 alkoqolizm və narkomaniya xəstəliyi aşkar olunmadı". 16 mart 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi X2 rayon Xok kənd sakini Təqsirləndirilən şəxs1 narkoloji və ya psixi xəstə kimi qeydiyyatda durub-durmaması barədə məktubla müraciət edilmiş, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin 16 mart 2023-cü il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs1 Y.Budaqov adına Naxçıvan MR X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı bildirilmişdir. 16 mart 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi X2 rayon Xok kənd sakini Təqsirləndirilən şəxs2 narkoloji və ya psixi xəstə kimi qeydiyyatda durub-durmaması barədə məktubla müraciət edilmiş, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin 16 mart 2023-cü il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs2 Y.Budaqov adına Naxçıvan MR X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı bildirilmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən talanmış 01 (bir) ədəd sarı rəngdə, 7 litr su tutumlu, qapağının üzərində rus hərfləri ilə “поцет. гражд брат борониобк” yazılmış mis samovarı, 01 (bir) ədəd gümüşü rəngli üzərində (gövdəsində) “ТУЛА” yazılmış, işə salmaq üçün kabeli və açıb-bağlayan krantı olmayan elektrik samovarı, 01 ədəd 3 litr su tutumuna malik çaydan, 01 (bir) ədəd diametri 26 sm, hündürlüyü 14 sm olan 10 litr su tutumlu qapaqsız qazan və Təqsirləndirilən şəxs1 tərəfindən talanmış 01 ədəd gümüşü rəngli, 5 litr su tutumlu odun samovarı nömrələnmiş şəkildə Zərərçəkmiş şəxs tanınması üçün təqdim edilmiş, tanıyan Zərərçəkmiş şəxs ona təqdim edilmiş məişətdə istifadə olunan əşyaları tanımış və həmin əşyaların məhs ona aid olduğunu və ona məxsus yaşayış evindən oğurlandığını bildirmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən talanmış 01 (bir) ədəd sarı rəngdə, 7 litr su tutumlu, qapağının üzərində rus hərfləri ilə “поцет. гражд брат борониобк” yazılmış mis samovar, 01 (bir) ədəd gümüşü rəngli üzərində (gövdəsində) “ТУЛА” yazılmış, işə salmaq üçün kabeli və açıb-bağlayan krantı olmayan elektrik samovarı, 01 ədəd 3 litr su tutumuna malik çaydan, 01 (bir) ədəd diametri 26 sm, hündürlüyü 14 sm olan 10 litr su tutumlu qapaqsız qazan, 01 ədəd gümüşü rəngli, 5 litr su tutumlu odun samovar nömrələnmiş şəkildə Təqsirləndirilən şəxs1 tanınması üçün təqdim edilmiş, tanıyan Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş məişətdə istifadə olunan əşyaların Xok kənd sakini Zərərçəkmiş şəxs yaşayış evindən oğurladığını bildirmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən talanmış 01(bir) ədəd sarı rəngdə, 7 litr su tutumlu, qapağının üzərində rus hərfləri ilə “поцет. гражд брат борониобк” yazılmış mis samovar, 01 (bir) ədəd gümüşü rəngli üzərində (gövdəsində) “ТУЛА” yazılmış, işə salmaq üçün kabeli və açıb-bağlayan krantı olmayan elektrik samovarı, 01 ədəd 3 litr su tutumuna malik çaydanı, 01 (bir) ədəd diametri 26 sm, hündürlüyü 14 sm olan 10 litr su tutumlu qapaqsız qazan nömrələnmiş şəkildə Təqsirləndirilən şəxs2 tanınması üçün təqdim edilmiş, tanıyan Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş məişətdə istifadə olunan əşyaların Xok kənd sakini Zərərçəkmiş şəxs yaşayış evindən oğurladığını bildirmişdir. Məhkəməyədək icraat zamanı 25 aprel 2023-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus bir ədəd sarı rəngdə olan 7 litr tutumlu, qapağının üzərində rus hərfləri ilə “поцет. гражд брат борониобк” yazılmış mis samovar, bir ədəd gümüşü rəngli, 5 litr su tutumlu odun samovar, bir ədəd gümüşü rəngli üzərində (gövdəsində) “ТУЛА” yazıları olan işə salmaq üçün kabeli və açıb-bağlayan krantı olmayan elektrik samovar, bir ədəd 3 litr su tutumlu çaydan, bir ədəd diametri 26 sm, hündürlüyü 14 sm olan 10 litr tutumlu qazan əşyaları maddi sübut kimi tanınmış və cinayət işi birlikdə məhkəməyə göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AZE P5202406 nömrəli ümumvətəndaş pasportu məhkəməyə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim olunmuş AZ-İV 460971 nömrəli, AZ-İV 463229 nömrəli və AZ-İV 788424 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs2 26 aprel 2019-cu il təvəllüdlü X7, 17 iyun 2020-ci il təvəllüdlü X8 və 10 avqust 2022-ci il təvəllüdlü X9 adında azyaşlı uşaqları vardır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 mart 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 08 mart 2023-cü il tarixli qərarlardan və həmin tarixli tutma haqqında protokolarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirini seçilməsi haqqında” 10 mart 2023ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamələrə cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəməyədək icraat dövründə “sübutların qiymətləndirilməsi barədə” qərarla Təqsirləndirilən şəxs1 11 fevral 2023-cü il tarixdə Kəngərli rayon Xok kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan evdən bir ədəd (yetmiş) manat dəyərində 5 litr su tutumuna malik olan gümüşü rəngli samovarı oğurlaması təkrar oğurluq kimi qiymətləndirilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Şahid1 ifadəsi baş vermiş cinayət hadisəsi və elan olunmuş ittihamla əlaqədar olmadığından, sübut əhəmiyyəti daşımadığından məhkəmə hesab edir ki, onun ifadəsi hazırkı cinayət işi üzrə sübut kimi qəbul edilə bilməz. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin elan olunmuş ifadəsi, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1-ci və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Özgə əmlakının oğurluq, soyğunçuluq və ya quldurluq yolu ilə qabaqcadan əlbir olan iki və ya daha çox şəxs və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən talanmasından ibarət hərəkətlər tövsif edilərkən, məhkəmələr nəzərə almalıdır ki, cinayətin törədilməsi gedişində qabaqcadan digər şəxslərlə əlbir olmayan şəxs, qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməkdə iştirak etmişsə, belə şəxs onun özü tərəfindən şəxsən törətdiyi konkret hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır (12-ci bənd). “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti yetkinlik yaşına çatmamış törətməsini, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə saxlanılma müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli rayon üzrə İcra və probasiya bölməsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd sarı rəngdə olan 7 litr tutumlu, qapağının üzərində rus hərfləri ilə “поцет. гражд брат борониобк” yazılmış mis samovar, bir ədəd gümüşü rəngli, 5 litr su tutumlu odun samovar, bir ədəd gümüşü rəngli üzərində (gövdəsində) “ТУЛА” yazıları olan işə salmaq üçün kabeli və açıb-bağlayan krantı olmayan elektrik samovar, bir ədəd 3 litr su tutumlu çaydan, bir ədəd diametri 26 sm, hündürlüyü 14 sm olan 10 litr tutumlu qazan Zərərçəkmiş şəxs və məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AZE P5202406 nömrəli ümumvətəndaş pasport onların özlərinə qaytarilmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 tərəfindən vətəndaşlar Şahid1 və Şahid2 əşyaların satılması ilə əlaqədar onlardan aldığı pulların qaytarılmasını nəzərə alır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə saxlanılma müddətin ümumilikdə 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılmaqla qəti olaraq ona 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kəngərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Kəngərli rayon Xok kəndində yaşadığı evi hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya bölməsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə saxlanılma müddətin ümumilikdə 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılmaqla qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kənkərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Kəngərli rayon Xok kəndində yaşadığı evi hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya bölməsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd sarı rəngdə olan 7 litr tutumlu, qapağının üzərində rus hərfləri ilə “поцет. гражд брат борониобк” yazılmış mis samovar, bir ədəd gümüşü rəngli, 5 litr su tutumlu odun samovar, bir ədəd gümüşü rəngli üzərində (gövdəsində) “ТУЛА” yazıları olan işə salmaq üçün kabeli və açıb-bağlayan krantı olmayan elektrik samovar, bir ədəd 3 litr su tutumlu çaydan, bir ədəd diametri 26 sm, hündürlüyü 14 sm olan 10 litr tutumlu qapaqsız qazan Zərərçəkmiş şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AZE P5202406 nömrəli ümumvətəndaş pasportu onların özlərinə qaytarilsın. İş üzrə müdafiəçilərə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-11/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-11/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver