Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 1(111)-11/2025 07.08.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Xüsusi ittihamçı X3 nümayəndəsi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs Hüseyn Amar Dağbəyi oğlunun və onun müdafiəçisi Şərur Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayon Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, hal-hazırda Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan Hüseyn Amar Dağbəyi oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətlə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Hüseyn Amar Dağbəyi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın yuxarı həddində cəza verilməsi barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Hüseyn Amar Dağbəyi oğlu 11 iyun 2025-ci il tarixdə “facebook” sosial şəbəkəsində özünə aid olan “Amar Hüseyn” adlı səhifəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin ünvanına əsası olmayan böhtan və təhqir xarakterli yazılar yazaraq paylaşım etmişdir. Amar Hüseyn həmin paylaşımda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev barəsində “Nə qədər ki, Elbrus İsayev kimi “qara kassir”lər Naxçıvan Dövlət Universiteti - NDU - kimi tarixi elm ocağına rəhbərlik edəcəklər bir o qədər Ceyhun müəllim kimi ömrünü elmə adamış elmin qaymaqları oğuz elini tərk edib gedəcəklər” kimi ifadələr yazaraq paylaşaraq Elbrus İsayev barəsində əsassız böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. X9 öncələr də müxtəlif tarixlərdə - 25 yanvar 2024-cü il tarxində “facebook” sosial şəbəkəsində özünə aid olan “Amar Huseyn" adlı səhifəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin ünvanına əsası olmayan böhtan və təhqir xarakterli yazılar yazaraq paylaşım etmişdir. Amar Hüseyn həmin paylaşımda “Apardığım mübarizədə heç bir zaman şəxsi mənfəətim ön planda olmadı. Atdığım addımlarda ilk hədəfim Oğuz elində aparılan islahatlara dəstək olmaq olmuşdur. Bunun örnəyi olaraq ilk dəfə 2020-ci ildə cənab Prezidentin islahatlarına dəstək olaraq ilk özü tərəfindən namizədliyi irəli sürülən namizəd kimi Ali Məclis seçkilərində iştirak edib təəssüf ki, qələbəsini oğurladan qalib olmuşam. Amma mübarizədə şəxsi mənfəətlərini ön planda tutan “işbazların” niyyətləri çox keçmədən ortaya çıxmış olur. Naxçıvan Dövlət Universiteti - NDU- tərəfindən mənə qarşı törədilmiş qanunazidd sifarişli qərara etirazımı bildirən zaman bir vaxtlar şərhlərdə Tural Seferov kimi Naxçıvan Dövlət Universiteti - NDU-nun müdafiəsinə qalxanların bu gün Naxçıvan Dövlət Universiteti – NDU-nun əsil həqiqət üzün açıb tökməkləri onu deməyə əsas verir ki, biz səhv yolda olmamışıq. Elbrus İsayev kimi qul haqqını yeyən, kimlərinsə sifarişli, qanunazidd tapşırıqlarını həvəslə icra edən, öz əməkdaşına maddi və mənəvi zərbə vuran “rəhbər”in tərəfdarları da bundan artıq ola bilməz. Vaxtilə böyük bir nüfuzu olan Naxçıvan Dövlət Universiteti - NDU-nu keçmiş nüfuzuna qaytarmaq qazanxanın “qara kassiri” olan Elbrus İsayevin hünəri deyil. X11 elmi, təhsili, gəncliyi düşünən kadr olsaydı ömrünü elmə adamış sözün əsl mənasında elm adamı olan Ceyhun Mahmudova elmdən, təhsildən xəbəri olmayan "kvnşik“ Esref Elekberovu gətirib rəhbər qoymazdı. X8 Ələkbərov seçimi ikincinin birinci qədər “qara kassir” rolunu məharətlə icra etməsidir. Necə olur çox qısa zamanda Ceyhun Mahmudovun şəxsi və elmi keyfiyyətlərini hörmətli Anar Kazımov görüb əsl elm adamı kimi qiymətləndirir amma Elbrus İsayev uzun illərdir bunu görə bilmir?! Cavabı ətraflı başa düşmək üçün növbəli statuslarda bu məsələlərə daha qabarıq şəkildə aydınlıq gətiriləcək...Hələ çox məsələlər var NDU-da kirvə hakimiyyəti, yeznə qaynı güc birliyi, etik davranış qaydalarından uzaqlılıq və bu kimin digər məsələlər..." kimi ifadələr yazaraq paylaşaraq Elbrus İsayev barəsində əsassız böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. 24 iyun 2024-cü il tarixdə “facebook” sosial şəbəkəsində özünə aid olan "Amar Hüseyn“ adlı səhifəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin ünvanına əsası olmayan böhtan xarakterli yazılar yazaraq paylaşım etmişdir. Amar Hüseyn həmin paylaşımda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev barəsində "Elbrus İsayevin şəxsi insani keyfiyyətlərini xarakterizə edən fikirlərə bir sözüm yoxdur amma Mahirə Nağıqızı "alim” Elbrus İsayev "alim"in BÖYÜK QARA KASSİR titulunu qeyd etməməklə BÖYÜK səhvliyə yol vermişdir. Qazanxan onun o xidmətini yüksək qiymətləndirdi)) hələdə onun xidmətindən istifadə edənlər var....“ kimi ifadələr yazaraq paylaşaraq Elbrus İsayev barəsində əsassız böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Qeyd edir ki, Elbrus İsayev uzun müddətdir ki, Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində işləyir. Tarix üzrə fəlsəfə doktoru, dossentdir. Geniş ictimai fəaliyyətlə məşğul olan, cəmiyyətdə tanınıb, hörmət qazanmış, təşəbbüskar və nümunəvi davranışı ilə cəmiyyətə təsir edən insandır. Həmçinin cəmiyyətin inkişafına, ictimai həyatın müxtəlif sahələrinə (mədəniyyət, elm, təhsil, siyasət, sosial fəaliyyət və s.) mühüm töhfələr verən və geniş ictimaiyyət tərəfindən tanınan və qəbul edilən şəxsdir. X13 tərəfindən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev barəsində sosial şəbəkədə yazdığı böhtan və təhqir xarakterli məlumatlar onun nüfuzuna xələl gətirir, insanlar və kollektiv arasında nüfuzunu aşağı salır. Onu tanıyanların ona göstərdiyi etimadı zədələyir. Naxçıvan Dövlət Universitetinin rektoru X12 Hüseynin əsassız böhtan və təhqirlərini heç cürə qəbul edə bilmir, onun şərəf və ləyaqətinin alçaldılması ona çox pis təsir göstərir. Barəsində yazılan böhtan və təhqiramiz xarakterli yazıları onlarla insanlar oxuyaraq izləmiş və barəsində həqiqətə sığmayan şərhlər yazmışlar və həmin paylaşıma onlarla insan baxış etmişdir. X7 Dağbəyi oğlunun sosial şəbəkədə Elbrus İsayev barəsində yalan olduğunu bilə-bilə dediyi fikirlər onun şərəf və ləyaqətini nüfuzdan salmış olmaqdadır. Göstərilənləri nəzərə alaraq X4 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldaraq ona böhtan ataraq onu təhqir edən Hüseyn Amar Dağbəyi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəzanın yuxarı həddində cəza verilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Hüseyn Amar Dağbəyi oğlu məhkəməyə yazılı ərizə təqdim edərək internet informasiya vasitələrində Naxçıvan Dövlət Universitetinin rektoru X6 barəsində xoşagəlməz məlumatlar paylaşdığını, daha sonra o, öz səhvini başa düşərək paylaşdığı məlumatları internet informasiya vasitələrində təkzib etdiyini və X2 üzr istəyib onunla barışdığını, gələcəkdə də bununla bağlı heç bir paylaşım etməyəcəyini göstərərək ərizəsini nəzərə alıb iş üzrə qanuni qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək X4 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldaraq ona böhtan ataraq onu təhqir edən Hüseyn Amar Dağbəyi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəzanın yuxarı həddində cəza verilməsi barədə ittiham hökmünün çıxarılması ilə bağlı Kəngərli Rayon Məhkəməsinə şikayət təqdim etdiklərini, hazırda qarşı tərəf tələbə uyğun olaraq internet resurslarından hörmətli Elbrus İsayev barəsində xoşagəlməz və onun işgüzar nüfuzuna xələl gətirəcək məlumatlar yaymağının yolverilməzliyini üzrxahlıq edərək gələcəkdə bu hallara bir daha yol verməyəcəyinə söz verərək bu barədə məhkəmə iclasın ərizə verdiyinə görə xüsusi ittiham qaydasında verilmiş şikayətdən könüllü surətdə imtina etmək niyyətində olduqlarını göstərərək xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtinanı nəzərə alaraq həmin cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Hüseyn Amar Dağbəyi oğlu və onun müdafiəçisi Şərur Vəkil Bürosunun vəkili Müdafiəçi xüsusi ittihamçının nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə Hüseyn Amar Dağbəyi oğlunun Azərbaycan Respublikasının CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 39.1.8-ci və 39.1.9-cu maddəsinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə çıxarır. 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 88.4.2-ci maddəsinə əsasən xüsusi ittihamçı cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir. 103.5.2-ci maddəsinə görə xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək hüququna malikdır. 314.2. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. 321.1 və 321.2.1-ci maddələrinə əsasən məhkəmə baxışı zamanı məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarır. İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisinə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1, 314.2, 321, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüseyn Amar Dağbəyi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisinə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində işə baxan Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-11/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №1(111)-11/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver