Məhkəmə qərarları › İş №1(111)-13/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-13/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-13/2023 01.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, İbrahimova İntizar Zeynal qızının katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X3 Müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, subay, ali təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, taksi sürücüsü işləmiş, əvvəllər məhkumluğu olmayan, hal-hazırda Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində 27 may 2023cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2023cü il tarixdə saat 20:10 radələrində etibarnamə əsasında idarə etdiyi, atası X8 məxsus "Naz Lifan LF7182C-650 MİNİK" markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kəngərli Rayon Qarabağlar kəndinin içərisindən keçən avtomobil yolunda hərəkətdə olan zaman "X23" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə, yəni yol hərəkəti iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara riayət etməyərək onunla eyni istiqamətdə yolun sağ kənarı ilə hərəkət edən piyada X5 əvvəlcədən görməli olduğu halda onu görməyərək idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vuraraq piyadaya başın sifətin sağ aşağı ətrafın ağır küt travması, baş beyin toxumasının əzilməsi, hematoması və qansızması ilə müşayət olunan alın və təpə sümüklərinin açıq qəlpəli sınıqları, sağ bud sümüyünün qapalı qəlpəli sınığı, alın, sağ təpə nahiyyələrinin, sağ budun yuxarı üçdə birinin əzilmiş-cırılmış yaraları, burun və əng sümüklərinin qapalı yerdəyişən sınıqları, bədənin müxtəlif nahiyyələrinin qançır və sıyrıqlarıdan ibarət ağırlıq dərəcələrinə görə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, atası X8 məxsus olan **-TA-*** dövlət qeydiyyat nişanlı "Naz Lifan LF7182C-650 MİNİK" markalı avtomobili etibarnamə əsasında idarə edərək taksi sürücüsü kimi fəaliyyət göstərir. 16 mart 2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi **-TA-*** dövlət qeydiyyat nişanlı "Naz Lifan LF7182C-650 MİNİK" markalı avtomobil ilə səhər saatlarında Naxçıvan şəhərinə müştəri aparıb gətirmiş, sonra günorta saatlarında yenidən Naxçıvan şəhərinə gedib-gəlmişdir. Həmin gün saat 20:00 radələrində idarə etdiyi avtomobillə Kəngərli Rayon Qarabağlar kənd ərazisindən keçən yolda hərəkətdə olan zaman kənd icra nümayəndəliyinin qarşısından keçdikdən təxminən 100-150 metr sonra qarşı yoldan avtomobilin gəldiyini görmüş, avtomobilin işiq sistemini tənzimləyərək avtomobili yaxın işıq sisteminə keçirtmiş və yolun sağ hissəsində hərəkətdə olan zaman yolun sol tərəfində bir nəfər uşağın dayandığını görmüş, uşağın yanından keçdikdən sonra idarə etdiyi avtomobilin sağ tərəfindən avtomobilinə nəsə dəydiyini hiss etmiş, yolda heç kimi görmədiyindən avtomobilini saxlamamış və nəyə vurmağı barədə fikirləşib bir az getdikdən sonra avtomobili saxlamış, sonra maşınından düşüb geriyə qayıdaraq yola nəzər salmış, yolda heç kimin olmadığını görüb yol ilə aşağı tərəfə getmiş və yolun sol tərəfində uşağın dayandığını görmüşdür. Ətrafa baxan zaman su kanalının içərisində bir nəfər qadının arxası üstə uzandığını görmüş və bu vaxt uşağın qışqıraraq "nənə" deyib çağırdığını eşitmiş, qadının üzünə düşən yaylığı götürərək başını qaldırmış və qadını sudan çıxarmaq istəmiş, lakin ağır olduğundan sudan çıxara bilməmişdir. Bu vaxt dostu Şahid2 zəng vuraraq "Ramiz müəllimgilin" evinin yanına gəlməyini istəmiş, Şahid2 həmkədlisi Şahid1 ilə birlikdə tez bir zamanda onun yanına gəlmişlər. Röyal və Adəm köməkli qadını su kanalından çıxarmaq istəmiş, lakin qadın suda olduğundan gücləri çatmamış, yoldan keçən avtomobili saxladaraq tanımadığı digər şəxslərlə birlikdə qadını su kanalından çıxarıb kanalın yanına qoymuşlar. Bu zaman ətrafdakı şəxslər xəstəxanaya zəng vurduqlarından bir müddətdən sonra təcili tibbi yardım avtomobili hadisə olan yerə gəlmiş və qadını xəstəxanaya aparmışlar. Özü isə polis əməkdaşları ilə birlikdə hadisə yerində qalaraq hadisə yerinə baxış aparılmasında iştirak etmiş və sonra isə spirtli içki və narkotik qəbul edib-etməməsi ilə bağlı müayinələrdən keçmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, avtomobili ilə vurduğu Qarabağlar kənd sakini mərhum X5 əvvəlcədən tanımamış, onunla aralarında hər hansı bir ədavəti olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə hər hansı bir texniki nasazlıq olmamış, hadisə törətdiyi vaxt idarə etdiyi avtomobilin surətinin təxminən 50-60 km/sürət olmuşdur. Hərəkətdə olan zaman avtomobili ilə vurduğu həmkəndlisi Sahibə Qoçəliyevanın yolda olduğunu və eləcə də yol qırağında başqa kimsənin olduğunu görməmiş, həmin vaxt idarə etdiyi avtomobilin salonunda özündən başqa heç kim olmamış, hadisədən əvvəl özündə hər hansı bir narahatçılıq hiss etməmiş, hadisədən əvvəl narkotik və ya spirtli içki qəbul etməmiş, hadisə olan vaxt güclü yağış yağdığından görüntünün zəif olduğunu bildirmiş və sonda törətdiyi əməldən peşmançılıq hissi keçirdiyi, zərərçəkmişin yaxınlarının ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərər çəkmiş şəxs X4 hüquqi varisi X2 Respublikasına işləmək üçün getdiyindən və məhkəmə baxışında iştirak etmədiyindən onun cinayət prosesində zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verilmiş və cinayət prosesində zərər çəkmiş şəxsin həyat yoldaşı X12 onun hüquqi varisi kimi tanınmışdır. Məhkəmə baxışı zamanı cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X12 məhkəməyə ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan işə baxaraq qanuni qərar çıxarılmasını xahiş etmiş və notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək arvadı X4 ölümü ilə bağlı məhkəmənin icraatında olan Təqsirləndirilən şəxs oğunun təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və maddi tələbinin olmadığını, gələcəkdə də ondan heç bir şikayət və tələbi olmayacağını, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəlidir, Kəngərli Rayon Qarabağlar kənd sakini Təqsirləndirilən şəxs onun sinif yoldaşı və dostudur və Kəngərli Rayon Qarabağlar kəndində yerləşən özünün ərzaq mağazasını işlədir. 16 mart 2023-cü il tarixdə dostu Təqsirləndirilən şəxs təxminən saat 20:15 radələrində onun mobil telefonuna zəng vuraraq kənd ərazisində yerləşən Ramiz müəllimgilin evlərinə tərəf gəlməyini istəmiş, həmin vaxt mağazanın qarşısında dayanan həmkəndlisi Adəm Heydərovu avtomobilinə mindirərək Ramiz müəllimgilin evlərinə tərəf getmiş, həmin yerə çatdıqda Təqsirləndirilən şəxs yolun kənarında yerləşən arxın kənarında dayandığını və Yusifin yaxınlığında yerləşən su kanalının içərisində tanımadığı bir qadının huşsuz vəziyyətdə arxası üstə uzandığını görmüşdür. Adəm ilə birlikdə Yusifin yanına getmiş və Yusifin idarə etdiyi **-TA-*** dövlət qeydiyyat nişanlı "Naz Lifan 650" markalı avtomobilin sağ tərəfi ilə qadını vuruduğunu bilmiş, Yusif və Adəm ilə birlikdə köməkli su kanalının içərisində olan qadını kanaldan çıxartdaraq yolun kənarına qoymuş və həmin vaxt qadının rəhmətə getdiyini bilmişdir. Hadisə yerinə yığışan şəxslər tərəfindən polisə və xəstəxanaya zəng vurduqlarından polis əməkdaşları və təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişlər. Həmçinin Şahid2 ifadəsində Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavətin olmadığını, həmin şəxslə dostluq münasibətinin olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs avtomobili ilə vurduğu qadını tanımadığını, sonradan həmin qadının həmkəndlisi X9 olduğunu bildiyini, yol-nəqliyyat hadisəsinin Qarabağlar kənd ərazisində yerləşən Ramiz müəllimgilin evinin yanında Qarabağlar kənd icra nümayəndəliyindən 100-150 metr yuxarıda yerləşən ərazidə baş verdiyini, həmin əraziyə çatan zaman Yusifin avtomobil ilə vurduğu qadının su kanalının içərisində huşsuz vəziyyətdə olduğunu gördüyünü, su kanalından qadını çıxardıqdan sonra rəhmətə getdiyini, hadisənin baş vermə anını görmədiyini, hadisə yerinə getdiyi vaxt Yusifdən başqa heç kəsi görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəlidir və üç uşaq atasıdır. 1993-cü ildən həkim kimi fəaliyyət göstərir, 2022-ci ilin dekabr ayından Kəngərli Rayon Mərkəzi X11 Şöbəsində çağırışçı həkim vəzifəsində çalışır. 16 mart 2023-cü il tarixdə təcili tibbi yardım avtomobili ilə Xıncab kəndinə xəstəyə tibbi yardım etmək üçün getmişdir. Xıncab kəndindən qayıdan zaman yolda olarkən təxminən 20:45 radələrində onun mobil telefonuna Kəngərli Rayon Mərkəzi Xəstəxanasından zəng gəlmiş və Qarabağlar kəndində icra nümayəndəliyinin yaxınlığında yol-nəqliyyat hadisəsinin olduğunu ona bildirmişlər, təcili tibbi yardım avtomobili ilə Qarabağlar kəndinə getmiş və icra nümayəndəliyinə çatmamış yolun kənarında su kanalının yaxınlığında bir nəfər qadının arxası üstə uzandığını görmüş, həmin qadına yaxınlaşaraq həkim kimi müayinə etməyə başlamış, müayinə edən zaman qadının artıq rəhmətə getdiyini müşahidə etmiş, sonra isə hadisə yerində olan polis əməkdaşının iştirakı ilə qadını təcili tibbi yardım avtomobilinə yerləşdirmiş və Naxçıvan şəhər məhkəmə tibbi ekspertizası mərkəzinə təhvil vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı rəhmətə gedən qadını təhvil verdikdən sonra iş yerinə geri qayıtmışdır. X22 ifadəsində həmin qadını tanımadığını və rəhmətə getdiyindən ona heç bir tibbi yardım göstərmədiyini, qadının üz nahiyyəsində qan ləkələrinin olduğunu gördüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X4 ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Şərur rayon X15 Hüquqi Şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli 79 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsi anında sərxoş vəziyyətdə olmamışdır. Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər dispanserindən verilmiş xx.xx.2023cü il tarixli 16 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsi anında narkotik və ya digər maddələrdən istifadə etməmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 26 may 2023-cü il tarixli 490 nömrəli ekspert rəyində göstərilmişdir ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Naz Lifan 650” markalı **-TA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göstərilən vəziyyətdə yəni piyadanın yolun sağ kənarı ilə hərəkət etməsi, vurulana qədər piyadanın hərəkətini yolun eninə görə dəyişməməsi və sürücünün hərəkəti üçün təhlükə yaratmaması və hadisə zamanı yolda görünüş məsafəsi istintaq tərəfindən verilmədiyinə görə hər hansı bir hesabat aparılmadığından sürücü Təqsirləndirilən şəxs avtomobili idarə etdiyi sürətlə baş vermiş hadisə arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Nəqliyyat vasitəsinin konstruksiyasında olan faralar sutkanın qaranlıq vaxtında yaxın işıqda təxminin 40-50 metr uzaqvuran işıqda isə təxminən 80-90 metr məsafəni göstərir. Bu da onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs onunla eyni istiqamətdə yolun sağ kənarı ilə hərəkət edən piyadanı əvvəlcədən görməli idi. Yollarda hərəkət sürəti ekspert tərəfindən deyil “X23” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Piyadaların hərəkətlərinin tədqiq ekspertin səlahiyyətinə aid olmadığından piyadaların hərəkətinə istintaq və ya məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 16 mart 2023-cü il tarixli 17 nömrəli məhkəmə-tibbi ekspertizasının ekspert rəyində qeyd edilmişdir ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın sifətin sağ aşağı ətrafın ağır küt travması, baş beyin toxumasının əzilməsi, hematoması və qansızması ilə müşayət olunan alın və təpə sümüklərinin açıq qəlpəli sınıqları, sağ bud sümüyünün qapalı qəlpəli sınığı, alın, sağ təpə nahiyyələrinin, sağ budun yuxarı üçdə birinin əzilmiş-cırılmış yaraları, burun və əng sümüklərinin qapalı yerdəyişən sınıqları, bədənin müxtəlif nahiyyələrinin qançır və sıyrıqları müəyyən edildi. Qeyd edilən xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə küt mexanizmidən, küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, elecə də avtomobil qəzası nəticəsində də əmələ gəlmələri istisna edilmir, ağırlıq dərəcəsinə görə canlı şəxslərdə yetirilmə ani həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu travma nəticəsində baş-beyin toxumasının əzilməsi, ödemi səbəb olmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Naz Lifan LF7182C-650" markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 adında qeydiyyatdadır. Qeyd olunan avtomobil xx.xx.2022-ci il tarixdə verilən xx.xx.2023-cü tarixədək qüvvədə olan etibarnamə əsasında Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X25 İdarəsinin 28 mart 2023-cü il tarixli 3-13- 43-14/2-29/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Naxçıvan MR Daxili İşlər Nazirliyinin X25 İdarəsinin Qeydiyyat İmtahan və X24 tərəfindən AE seriyalı 871904 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X25 İdarəsinin 28 mart 2023-cü il tarixli 3-13- 43-14/2-30/2023 nömrəli məktubundan görünür ki, "Naz LifanLF7182 C-650" markalı **- TA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Naxçıvan MR Daxili İşlər Nazirliyinin X25 İdarəsinin Qeydiyyat İmtahan və X21 müayinə mərkəzində texniki baxışdan keçirilərək MF 13236154 nömrəli elektron talon verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tİİ-nin ƏSİB-nə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 31 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 27 may 2023-cü il tarixli qərarı və ona 27 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi, xitamı və ya ləğvi üçün əsasların olmadığının nəzərə alınması, cinayət işi üzrə X7 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınması barədə 29 may 2023-cü il tarixli qərarın qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ifadəsi, cinayət işi üzrə alınmış şahid ifadələri, o cümlədən hadisə yerinin baxış protokolu, hadisə yerinin sxemi, hadisə yerinin foto şəkilləri və həyata keçirilmiş digər istintaq hərəkətlərinin protokolları, toplanmış başqa sənədlər cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, məhkəmə-tibbi ekspertizasının 16 mart 2023-cü il tarixli 17 saylı rəyi və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə X14-nəqliyyat hadisələrinin tədqiqi (avtotexniki) ekspertizasının 26 may 2023-cü il tarixli 490 saylı rəyi obyektiv olub istintaq sənədlərinə uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilməsi, yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi **-TA-*** dövlət qeydiyyat nişanlı "Naz Lifan 650" minik markalı avtomobili cinayət hadisəsinin izlərini özündə saxladığından, cinayət işi üzrə 30 may 2023-cü il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunduğu və avtomobilin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli Rayon Polis Şöbəsinin avtomobillərin saxlanc yerində saxlanılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsi tərəfindən verilən tələbnamə rəsmi sənəd kimi qiymətləndirilib cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyədək icraat dövründə 30 may 2023-cü il tarixli qərarla ********* saylı cinayət işi üzrə "Naz Lifan 650" minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınması və avtomobilin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli Rayon Polis Şöbəsinin avtomobillərin saxlanc yerində saxlanılması nəzərə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi, AZE C00911871 nömrəli ümumvətəndaşlıq pasportu, AE 871904 nömrəli sürücülük vəsiqəsi və nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Kəngərli Rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən məlum olur ki, "1997-ci il təvəllüdlü, ali təhsilli Kəngərli Rayon Qarabağlar kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs kənddə özünü bacarıqlı və işgüzar bir insan kimi göstərmiş, həmişə özündən böyüklərə qarşı hörmətlə yanaşmış, öz bacarığı ilə kənd sakinlərinin hörmətini qazanmış, intizamlı olması ictimai yerlərdə özünü təkminli aparması və bacarığı ilə öz həmyaşıdlarından fərqlənmiş, onun barəsində Kəngərli Rayon Qarabağlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamışdır". Kəngərli Rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1084/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Kəngərli Rayon Qarabağlar kəndində yaşayır və qeydiyyatdadır. Kəngərli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/14-57 nömrəli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Qarabağlar kənd sakini Təqsirləndirilən şəxs aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Övladı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 26 may 2023-cü il tarixli 490 nömrəli ekspert rəyindən görünür ki, “Naz Lifan 650” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olduğundan onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur. “X23” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayətin törədilməsini, zərərçəkmişin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli Rayon Polis Şöbəsinin avtomobillərin saxlanc yerində saxlanılan X8 məxsus "Naz Lifan LF7182C-650 MİNİK" markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobilin qeydiyyat şəhadətnaməsi qanuni sahibi X8 qaytarılmalıdır. - Kəngərli Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi və AE 871904 nömrəli sürücülük vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. - Kəngərli Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AZE C00911871 nömrəli ümumvətəndaşlıq pasportu və nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə onun özünə qaytarılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübüt olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli Rayon Polis Şöbəsinin avtomobillərin saxlanc yerində saxlanılan X8 məxsus "Naz Lifan LF7182C-650 MİNİK" markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobilin qeydiyyat şəhadətnaməsi qanuni sahibi X8 qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi və AE 871904 nömrəli sürücülük vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus AZE C00911871 nömrəli ümumvətəndaşlıq pasportu və nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə onun özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar