Məhkəmə qərarları › İş №1(111)-18/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-18/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-18/2023 09.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, hərbi mükəlləfiyyətli, məhkumluğu olmayan, hal-hazırda Kəngərli rayon Xok kəndində qeydiyyatda duran və yaşayan, barəsində 15 may 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs fərdi yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını və vətəndaşların şəxsiyyət vəsiqəsini şəxsi niyyətlə gizli olaraq talamışdır. Belə ki, o, 30 aprel 2023-cü il tarixdə saat 15:10 radələrində Kəngərli Rayon Xok kənd sakini X2 məxsus olan yaşayış evinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 8 (səkkiz) manat olan şabalıdı rəngdə əl çantasını, dəyəri 6 (altı) manat olan qara rəngli pul kisəsini, dəyəri 3 (üç) manat olan sarı rəngli pul kisəsini, dəyəri 90 (doxsan) manat olan "Redmi A8" markalı mobil telefonu və 1120 (min yüz iyirmi ) türk lirəsi, yəni 97,89 (doxsan yeddi manat səksən doqquz qəpik) pulu ümümilikdə 107 manat dəyərində olan əşyaları və 97,89 manat pulunu gizli olaraq talamış, həmçinin Zərərçəkmiş şəxs2, X5, X6 məxsus olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini, X12, X8 məxsus olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini və Zərərçəkmiş şəxs1 məxsus olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini şəxsi niyyətlə talamış və nəticədə zərərçəkmiş şəxslərə 204,89 manat maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 177.2.3-cü və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda müqaviləsiz çörək sexində işləyir, 30 aprel 2023-cü il tarixdə Kəngərli Rayon Xok kənd ərazisində həmkəndlisi Coşqun İsayevin toy məclisində iştirak etmiş, toy məclisində çoxlu spirtli içki qəbul etdikdən sonra toya baxmış, toyda qohumu və qonşusu Şahid nəvəsi Türkiyə Respublikasının vətəndaşı Azranı görmüş, Azradan xoşu gəlmiş, Azranın tezliklə Türkiyə Respublikasına qayıdacağını əvvəlcədən bildiyindən, onun getməyini istəmədiyindən və Xok kəndində qalmasını istədiyindən ona məxsus olan şəxsiyyət vəsiqəsini götürmək qərarına gəlmişdir. Buna görə də həmin gün saat 15:10 radələrində toydan çıxaraq öz evlərinə gəlmiş, sonra qonşusu Məhəbbətin və onlara gələn qonaqların toyda olduğunu və evlərində heç kimin olmadığını nəzərə alıb divardan hoppanaraq qonşusu Şahid məxsus olan yaşayış evinin həyətinə daxil olmuş, məqsədinin onlarda müvəqqəti yaşayan Azranın kimliyini götürmək və onun Türkiyə Respublikasına getməyinin qarşısını almaq olmuşdur. Şahid məxsus olan həyətdə yerləşən yaşayış evinin giriş qapısının bağlı olduğunu görmüş, yaşayış evinə daxil olmaq üçün qapının sağ tərəfində yerləşən pəncərəyə tərəf getmiş, pəncərəni sağ əli ilə möhkəm itələyərək pəncərəni açmış, pəncərədən içəri daxil olduqdan sonra yaşayış evinin salonuna baxmağa başlamış, salona baxan zaman salonda yerləşən stolun üzərində şabalıd rəngli əl çantasının olduğunu görmüş, həmin vaxt əl çantasının Azraya məxsus olduğunu və onun kimliyinin də əl çantasının içərisində olduğunu zənn edərək əl çantasını götürüb yaşayış evinə daxil olduğu pəncərədən çölə çıxmış və daxil olduğu divardan hoppanaraq öz həyətlərinə düşmüşdür. Həyətlərində əl çantasının yan gözünü açdıqda bir ədəd mobil telefonun, əl çantasının içərisini açan zaman iki ədəd pul kisəsinin olduğunu görmüş, pul kisələrinə baxan zaman pul kisəsinin içərisində Türk lirəsinin və kimliklərin olduğunu görmüş, pul kisəsinin içərisində olan kimlikləri gördükdən sonra “mənə bu lazımdır deyə” pul kisəsinin ağzını bağlayıb əl çantasının içərisinə atmış, sonra şabalıd rəngli əl çantasını götürərək həyətdə olan taxtanın altına qoymuş, əl çantasından götürdüyü mobil telefonu və Türk lirəsini isə yaşadığı evə apararaq yaşadığı evin içərisində olan xalçanın altında, mobil telefonu isə həyətdə olan damın arxasında gizlətmiş və sabahı gün həmin telefonu və Türk pulunu qonşusu Şahid qapılarının ağzına aparıb qoyacağını fikirləşmiş və spirtli içki çox qəbul etdiyindən yaşadığı evin içərisinə daxil olub yatmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində Azranı əvvəlcədən tanıdığını, Azranın ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, evə oğurluq etmək üçün getmədiyini, pul kisəsinin içərisində olan Türk lirəsini saymadığını və kimlikərə baxmadan aparıb gizlətdiyini, həmin vaxt əl çantasının Azraya məxsus olduğunu fikirləşib götürdüyünü, əl çantasının içərisində olan pulu və mobil telefonu sonradan qaytaracağını, lakin həmin günün səhərisi çağırış üzrə polis şöbəsinə getdiyini və evdən götürdüyü əşyaları polisə təhvil verdiyini, bu əməli etdiyinə görə çox peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadəsi, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəlidir, üç uşaq atasıdır, Zərərçəkmiş şəxs1 ilə ailə qurmuş və Türkiyənin İğdır şəhərində yaşayır. 28 aprel 2023-cü il tarixdə həyat yoldaşı Pərvanənin dayısının oğlunun toy məclisində iştirak etmək üçün İğdır şəhərindən ailəsi ilə birlikdə Kəngərli Rayon Xok kəndinə Pərvanənin ata evinə gəlmiş və 30 aprel 2023-cü il tarixdə toy məclisində iştirak etmək üçün saat 11:00 radələrində Pərvanənin ata evindən çıxaraq toy məclisinə getmiş, saat 18:30 radələrində ailəsi ilə toy məclisindən çıxıb əşyalarını götürüb yola düşmək üçün Məhəbbətgilin evinə gəldikdə Pərvanə tərəfindən evin salonunda stolun üstünə qoyulmuş, ona məxsus olan əl çantasını qoyduqları yerdə görmədiklərini öyrənmiş, yaşayış evini axtarsalar da, əl çantasını tapa bilməmişlər. Yaşayış evinə baxan zaman salonun pəncərəsinin açıq olduğunu görmüş, bu zaman Məhəbbətin gəlini də “ev əşyalarının yerinin dəyişdiyini” dediyindən və pəncərənin alt hissəsində ayaq izləri olduğundan şübhələnib evə kiminsə girib oğurluq etdiyi barədə polisə məlumat vermişlər. Həmçinin ifadəsində baldızı qızı Azranın da onlarla birlikdə toya gəldiyini, Elcanın Azranı əvvələr tanımadığını, həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus olan əl çantasının içərisində Redmi A8 markalı mobil telefon, pul kisəsinin içərisində 1120 Türk lirəsinin, eləcə də əl çantasında özünə, Pəvanəyə və uşaqlarına məxsus olan şəxsiyyət vəsiqələrinin olduğunu, polisə xəbər verdikdən sonra evdən oğurlanmış əl çantasının içərisində olan 1120 Türkiyə lirəsinin və onlara məxsus şəxsiyyət vəsiqələrinin polislər tərəfindən geri qaytarıldığını bildirərək təqsirləndirilən şəxslə barışdıqlarını və heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəlidir, 3 uşaq anasıdır, 2005-ci ildən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurmuşdur. Azərbaycan dilində danışıb yaza bilir. 28 aprel 2023-cü il tarixdə dayısı oğlu Coşqun İsayevin toy məclisində iştirak etmək üçün həyat yoldaşı Zərərçəkmiş şəxs2 və uşaqları Dəniz Uças, X25 və X22 birlikdə ata evi olan Kəngərli Rayon Xok kəndinə gəlmişlər. Eyni zamanda həmin gün toy məclisində iştirak etmək üçün Türkiyə Respublikasından bacısı Əfsanə, əri, onun qızı Azra və digər övladları ata evi olan Xok kəndində yerləşən ata evinə gəlmişlər. 30 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində anası, bacısı və gəlinləri Xok kəndində yerləşən ata evlərindən çıxaraq toy olan evə getmiş, saat təxminən 11:00 radələrində isə həyat yoldaşı, özü və uşaqları toya getmiş, ata evindən çıxmamışdan öncə özünə məxsus 1120 Türkiyə lirəsini, həyat yoldaşı X13, özünə və övladlarına məxsus olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqələrini, eləcə də özünə məxsus Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini pul kisəsinə, bir ədəd Redmi A8 markalı telefonunu isə başqa pul kisəsinə yerləşdirərək əl çantasının içərisinə qoymuş və şabalıd rəngli əl çantasını Xok kəndində yerləşən atasına məxsus olan yaşayış evinin salonunda stolun üzərinə qoyaraq qapıları bağlamış, sonra ailə üzvləri ilə birlikdə dayıoğlusu Coşqunun toyuna getmişlər. Həmin gün axşam saat təxminən 18:30-da anası, bacıları, gəlinləri və ailə üzvləri birlikdə ata evlərinə qayıtmış və həmin gün ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasını getmək üçün hazırlaşmağa başlamış, paltarlarını yığdıqdan sonra salonda stolun üzərinə qoyduğu şabalıd rəngli əl çantasının yerində olmadığını görmüş, evin hər yerini axtarıb tapa bilmədiyindən və salonun pəncərəsinin isə açıq olduğundan oğurlanması barədə polisə məlumat vermişlər. Sonradan polisdən əl çantasının Elcan tərəfindən oğurlandığını bilmiş, polis tərəfindən əl çantasına qoyduğu 1120 Türk lirəsi, özünə və ailəsinə məxsus şəxsiyyət vəsiqələri qaytarılmış, əl çantası, mobil telefonu və pul kisələri qaytarılmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində şəxsiyyət vəsiqələrinin qaytarılan zaman sağlam olduğunu, çantasına qoyduğu pulun kəsr olmadığını, Elcanın Azradan xoşunun gəldiyi barədə xəbərinin olmadığını, onunla barışdığını və ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı nəvəsidir, onunla qonşudur və heç bir ədavəti yoxdur. X7 ilə evlidir və Kəngərli rayon Xok kəndində yaşayır. Övladları Zərərçəkmiş şəxs1 və X14 vətəndaşları ilə ailə qurmuş və orada yaşayırlar. 28 aprel 2023-cü il tarixdə onlar ailə üzvləri ilə birlikdə qardaşı oğlu İsayev Coşqunun toy mərasimində iştirak etmək üçün ona məxsus olan Xok kəndində yerləşən yaşayış evinə gəlmiş, 30 aprel 2023-cü il tarixdə özü, qızları və onların ailə üzvləri birlikdə Coşqunun toy məclisində iştirak etmək üçün Xok kəndində yerləşən qardaşının yaşadığı evə getmişlər, toy məclisinə onun yaşadığı evdən sonuncu Pərvanə çıxmış, evin qapılarını da o bağlamışdır. Həmin gün təxminən 18:30-dək toy məclisində iştirak etmişlər və onun yaşayış evində heç kim olmamışdır. Toydan sonra saat təxminən axşam vaxtı 19:30 radələrində özü və qızları ailələri ilə birlikdə yaşadığı evə qayıtmiş, yaşayış evinin darvaza qapısının üzərində olan qıfılı açıb həyətə daxil olmuş, sonra isə yaşayış evinin dəmir qapısını açaraq evə daxil olmuşdur. Əvvəlcə, evə daxil olduqda evə kiminsə daxil olmasından şübhələnməmiş, qızı Pərvanə və onun ailə üzvləri Türkiyə Respublikasına getmək üçün hazırlaşmağa başlamışlar. Pərvanə salonda yerləşən stolun üzərinə qoyduğu əl çantasını tapa bilmədiyini ona demiş, Pərvanənin çantanı axtararkən evin pəncərəsinin açıq olduğunu gördüyündən evə kiminsə daxil olduğunu düşünüb polis çağırtdırmışdır. Bir müddət sonra çanta tapılmış, Elcan da əməlini etiraf edərək bilmədən içkili olduğundan bunu etdiyini demişdir. Çantanın içindəki sənədlər qaytarılmışdır. Həmçinin Şahid ifadəsində ona məxsus olan yaşayış evindən sadəcə qızı Pərvanəyə məxsus olan əl çantası, əl çantasının içərisindən isə bir ədəd mobil telefonun, 1120 türk lirəsinin, iki ədəd pul kisəsinin və Pərvanənin özünə və ailə üzvlərinə məxsus olan şəxsiyyət vəsiqələrinin oğurlandığını, qeyd etdiklərindən başqa evindən heç nə oğurlanmadığını, toy evinin onların yaşadığı evdən təxminən 2-3 km uzaqda olduğunu, Elcanın da həmin gün toy məclisində iştirak etdiyini, onu saat 15:00-dən sonra toy məclisində görmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 03 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Kəngərli rayon Xok kənd sakini X2 məxsus yaşayış evinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlanması faktına görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. 15 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 28 iyun 2023-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.3 və 326.2-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona yenidən ittiham elan olunmuşdur. Hadisə yerinə baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq baş verdiyi yer Kəngərli rayon Xok kəndində yerləşən X2 məxsus fərdi yaşayış evidir. “Təqdim edilmiş əşyaların qəbul edilməsi haqqında” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Kəngərli rayon Xok kənd sakini Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü olaraq təhvil verilmiş şabalıd rəngli əl çantası və əl çantasının içərisində isə bir ədəd Redmi A8 markalı mobil telefona, bir ədəd qara rəngli pul kisəsi və pul kisəsinin içərisində 1120 (min yüz iyirmi) Türk lirəsinə, həyat yoldaşı Zərərçəkmiş şəxs2, oğlanları X9 və X6 məxsus olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsinə, qızı X12 məxsus olan şəxsiyyət vəsiqəsinə və X8 məxsus Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsinə, Zərərçəkmiş şəxs1 adına Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə, bir ədəd açıq rəngdə sarımtıl pul kisəsinə baxış keçirilərək götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Babayev X10 rayon Xok kəndində yerləşən X2 məxsus evə hansı qaydada daxil olduğunu, əşyaları haradan oğurlamasını və həmin əşyaları hansı qaydada evin həyətindən çıxardığını göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 498 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, üzərində markalanmasına dair heç bir məlumat olmayan, 28x19 sm ölçülü, şabalıdı rəngli, üzərində qaşları olan, tək tutacaqlı zəncirbəndlə açılıb-bağlanan qadın çantası - 8,00 (səkkiz) manat; 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 21x11 sm ölçülü, qara rəngli zəncirbəndlə açılıb-bağlanan pul kisəsi - 6,00 (altı) manat; 01 ədəd üzərində "MKM" yazıları olan,14x11 sm ölçülü, açıq sarı rəngli, açılıb-bağlanan hissəsi maqnit olan pul kisəsi - 3,00 (üç) manat; 01 ədəd Çin istehsalı olan "Redmi" markalı "M1908C3KG" "A8" model, sensor dizaynlı mobil telefon – 90 (doxsan) manat olmaqla orta bazar qiymətinin ümümi dəyəri 107 (yüz yeddi) manat müəyyən olunmuşdur”. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Kəngərli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin 18 may 2023-cü il məktubunda göstərilmişdir ki, "Kəngərli Rayon Xok kənd sakini Təqsirləndirilən şəxs baş vermiş oğurluq hadisəsini törədən zaman onların yanında başqa şəxs və şəxslərin olub-olmaması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və həmin oğurluq hadisəsinin törədilməsində başqa şəxs və ya şəxslərin olması müəyyən olunmamış, hadisəni törətmiş Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsində onları təhrik edən şəxs və ya şəxslərin olması müəyyən olunmamış, Təqsirləndirilən şəxs digər şəxs və ya şəxslərlə başqa oğurluq hadisəsini törətməsini, hər hansı bir oğurluq hadisəsi və ya hadisələri ilə əlaqəsinin olmağı barədə əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamış, Təqsirləndirilən şəxs başqa oğurluq hadisələri ilə əlaqələri müəyyən edilməmişdir". 18 may 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Məhkəmə-Narkoloji ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 24.05. 2023-ci il tarixli 124 saylı rəyə əsasən "Təqsirləndirilən şəxs alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hal hazırda məcburi müalicəyə ehtiyacı yoxdur ". 18 may 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-ci il tarixli 125 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur”. “Əşyanın tanınmasının aparılması haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən talanmış 01 ədəd şabalıdı rəngli qadın çantası, 01 ədəd qara rəngli zərli pul kisəsi, 01 ədəd sarı rəngli pul kisəsi, 01 ədəd "Redmi A8" markalı mobil telefon nömrələnmiş şəkildə Təqsirləndirilən şəxs tanınması üçün təqdim edilmiş, tanıyan Təqsirləndirilən şəxs ona təqdim edilmiş əşyaların Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq yaşadığı Kəngərli rayon Xok kəndində yerləşən yaşayış evindən oğurladığını bildirmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən talanmış 01 ədəd şabalıdı rəngli qadın çantası, 01 ədəd qara rəngli zərli pul kisəsi, 01 ədəd sarı rəngli pul kisəsi, 01 ədəd "Redmi A8" markalı mobil telefon nömrələnmiş şəkildə Zərərçəkmiş şəxs1 tanınması üçün təqdim edilmiş, tanıyan Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş əşyaları tanımış və həmin əşyaların məhs ona aid olduğunu və onun atasına məxsus olan yaşayış evindən oğurlandığını bildirmişdir. Məhkəməyədək icraat zamanı 09 iyun 2023-cü il tarixli qərarla cinayət işi üzrə 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 28x19 sm ölçülü, şabalıdı rəngli, üzərində qaşları olan, tək tutacaqlı zəncirbəndlə açılıb-bağlanan qadın çantası; 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 21x11 sm ölçülü, qara rəngli zəncirbəndlə açılıb-bağlanan pul kisəsi; 01 ədəd üzərində "MKM" yazıları olan,14x11 sm ölçülü, açıq sarı rəngli, açılıb-bağlanan hissəsi maqnit olan pul kisəsi; 01 ədəd Çin istehsalı olan "Redmi" markalı "M1908C3KG" "A8" model, sensor dizaynlı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işi ilə birlikdə məhkəməyə göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi məhkəməyə təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi” barədə 26 iyun 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış 1120 türk lirəsi pulu və Zərərçəkmiş şəxs2, X5, X6 məxsus olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsi, X12, X8 məxsus olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini və Zərərçəkmiş şəxs1 məxsus olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi sahibinə qaytarılması nəzərə alınmışdır. Qətimkan tədbiri seçilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Kəngərli rayon Xok kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən məlum olur ki, "2003-cü il təvəllüdlü, orta təhsilli, Kəngərli Rayon Xok kənd sakini Təqsirləndirilən şəxs həqiqətən də kənddə işgüzar, əməksevər, idmana böyük həvəs göstərən bir şəxs kimi tanınmışdır. Kəndin ictimai işlərində, xeyir və şərində həmişə iştirak etməklə kənd əhalisinin böyük hörmətini qazanmışdır. Yoldaşları arasında özünü sadə, mehriban, mərd, cinayətkarlığa və qanunsuzluğa qarşı barışmaz, daim düzgünlüyün tərafdarı kimi tanınmışdır. Narkotik maddələrə və spirtli içkilərə qarşı meyilli deyil". Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 326.2-cı maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini taladıqda - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-in 177.2.3-cü və 326.2-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Kəngərli Rayon Xok kənd sakini X2 məxsus olan yaşayış evinə oğurluq məqsədi ilə daxil olmamasına dair ifadəsinə qiymət verərək hesab edir ki, həmin ifadə onun özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, o cümlədən törədilmiş əməllərin az ağır və böyük təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Lakin, məhkəmə işin obyektiv hallarını, Təqsirləndirilən şəxs gəncliyini, ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-in 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 28x19 sm ölçülü, şabalıdı rəngli, üzərində qaşları olan, tək tutacaqlı zəncirbəndlə açılıb-bağlanan qadın çantası, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 21x11 sm ölçülü, qara rəngli zəncirbəndlə açılıb-bağlanan pul kisəsi, bir ədəd üzərində "MKM" yazıları olan,14x11 sm ölçülü, açıq sarı rəngli, açılıbbağlanan hissəsi maqnit olan pul kisəsi, 01 ədəd Çin istehsalı olan "Redmi" markalı "M1908C3KG" "A8" model, sensor dizaynlı mobil telefon Zərərçəkmiş şəxs1 və məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi onun özünə qaytarilmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1120 türk lirəsi pulu və Zərərçəkmiş şəxs2, X5, X6 məxsus olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsi, X12, X8 məxsus olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini və Zərərçəkmiş şəxs1 məxsus olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 28x19 sm ölçülü, şabalıdı rəngli, üzərində qaşları olan, tək tutacaqlı zəncirbəndlə açılıb-bağlanan qadın çantası, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 21x11 sm ölçülü, qara rəngli zəncirbəndlə açılıb-bağlanan pul kisəsi, bir ədəd üzərində "MKM" yazıları olan,14x11 sm ölçülü, açıq sarı rəngli, açılıbbağlanan hissəsi maqnit olan pul kisəsi, 01 ədəd Çin istehsalı olan "Redmi" markalı "M1908C3KG" "A8" model, sensor dizaynlı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi onun özünə qaytarilsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-in 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar