Məhkəmə qərarları › İş №1(111)-19/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-19/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-19/2023 12.10.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X14 Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsədli Cavid Yadulla oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur rayonu vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakları ilə, xx xxx 1964-cü il tarixdə Şərur rayonu Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, “ARKOZ X15” MMCnin X24 fabrikinin müdiri vəzifəsində işləyən, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 23 may 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, “X16 Sənayə Kompleksi” MMC-nin direktoru X25 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 50 nömrəli əmrə əsasən isə “X16 Sənayə Kompleksi” MMCnin X9 müdiri vəzifəsinə təyin edilməklə texniki təhlükəsizlik üzrə cavabdeh və üzərinə əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olaraq X10 əmək müqaviləsinə əsasən işçilərin sağlamlığının və əməyinin mühafizəsinin təmin olunması üçün təhlükəsiz iş şəraitini yaratmaq vəzifəsi ona həvalə edilmiş, xx.xx.2021-ci il tarixdə “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələblərinin 12.2.003-91 DST”-nin 1.4 bəndinin tələblərini pozaraq X10 istismara buraxılmış “Kaptanlar” markalı daş kəsən avadanlığın konstruktiv xüsusiyyətlərini bildirən texniki sənədlər olmadan və müvafiq tələblərə uyğun qaydada istismarının həyata keçirilməsini təşkil etməmiş, həmçinin ümumi təhlükəsizlik tələblərinin 12.2.003-91 DST-nin 1.4-cü bəndinin tələblərinə əməl etməyərək avadanlığın yüksək təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə örtülmədən istifadə edilməsinə yol vermiş, bununla da öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməmiş, etinasızlıq göstərərək texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində həmin tarixdə saat 11 radələrində ümumi təhlükəsizlik tələblərinin pozulduğu X10 avadanlığın trosundan qopan bir detalın iş prosesi zamanı daş kəsən qurğuya yaxın məsafədə dayanan “X16 Sənayə Kompleksi” MMC ilə bağlanılmış 18 aprel 2018-ci il tarixli əmək müqaviləsi əsasında X10 operator vəzifəsində işləyən, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs başının ənsə hissəsinə girməsi nəticəsində dərəcəsinə görə sağlamlığa ağır zərər vurmağa aid olan “Baş beyinin ənsə payının əzilməsi, sərt qişanın cırılması, epidural və subdral hematomalar, beyin toxumasına ocaqlı qansızmalar, ənsə sümüyünün sınığı ilə müşayət olunan kəllə boşluğunun deşilmiş yarası” xəsarətlərinin almasına və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2013-cü ilədək “X16 Sənaye Kompleksi” MMC-nin X10 sex rəisi, 2013-cü ildən 2014-cü ilədək “X16 Sənaye Kompleksi” MMC-nin X9 müdir müavini, 2014-cü ildən 2018-ci ilədək “X16 Sənaye Kompleksi” MMCnin Qarabağlar daş ocaqların müdiri vəzifəsində, 2018-ci il tarixdən 2020-ci ilədək X16 MMC-nin X9 sex rəisi, 2020-ci il tarixdən hal-hazırki tarixədək isə “X16 Sənaye Kompleksi” MMC-nin X9 müdiri vəzifəsində işlədiyini, 2023-cü ilin yanvar ayından etibarən “X16 Sənaye Kompleksi” MMC-nin adının dəyişdirilərək “ARKOZ X15” MMC adı altında fəaliyyət göstərdiyini, 22 fevral 2021-ci il tarixdə “ARKOZ X15” MMC-nin X2 zaman saat təxminən 11:00 radələrində daş ocağında briqadir vəzifəsində işləyən, X6 onun mobil telefonuna zəng vuraraq daş ocağında operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs baş nahiyəsinə almas telin qırılaraq dəydiyini və vəziyyətinin ağır olduğunu bildirdiyini, dərhal hadisə yerinə getdiyini bu zaman Zərərçəkmiş şəxs vəziyyətinin ağır olduğunu, baş nahiyəsinin arxa hissəsindən qan gəldiyini gördüyünü, Zərərçəkmiş şəxs dərhal Daş ocağında çilingər vəzifəsində işləyən X13 məxsus avtomobilə mindirərək, operator vəzifəsində işləyən Şəmsi Paşayev, dəlici vəzifəsində çalışan Arzular Qasımov ilə birlikdə Kəngərli rayon Xəstəxanasına oradan da Naxçıvan MR Mərkəzi Xəstəxanasına apardıqlarını, xəstəxanada olan zaman Zərərçəkmiş şəxs vəfat etməsi xəbərini eşitdiyini, Zərərçəkmiş şəxs vəfat etməsinə səbəb “Kaptanlar” markalı daş kəsən avadanlığın trosundan qopan detalın Zərərçəkmiş şəxs başının ənsə hissəsinə girməsi nəticəsində xəsarət almasının olduğunu, “Kaptanlar” markalı daş kəsmə dəzgahının təhlükə mənbəyi olan hərəkətli hissələrinin hərəkəti zamanı yarana biləcək təhlükəli faktorların qarşısının alınması üçün dəzgahın arxa hissəsində bir metr məsafədə eni 60 sm, hündürlüyü 150 sm ölçüdə küstar üsulla dəmirdən lövhələr hazırlandığını, X10 istehsalat prosesinə rəhbərlik sex rəisi vəzifəsində çalışan Şahid2 tərəfindən aparılsa da hadisə baş verən gün Şahid2 məzuniyyətdə olması səbəbindən istehsalat prosesinə rəhbərlik özü tərəfindən aparıldığını, işçilər tərəfindən hər ayın ilk iş günü “Texniki təhlükəsizlik üzrə ilkin, təkrar, və növbədənkənar təlimatların keçirilməsinin qeydiyyatı” kitabına imza etdiklərini, hadisə baş verən ərazidə təhlükə amillərinə dair xəbərdaredici nişanların əvvəlki dövrlərdə də olmadığını, X10 işçilərin əməyin mühafizəsinin təmin olunması üçün təhlükəsiz iş şəraiti yaratmalı olduğu halda avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə örtülmədən istifadəsinə yol verməklə texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarını pozması barədə məsuliyyətini dərk etdiyini və peşman olduğunu, müdiri olduğu X10 əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərini düzgün qaydada yerinə yetirmədiyini, daş ocaqlarında olan texniki təhlükəsizliklə bağlı olan çatışmamazlıqlar səbəbindən işi dayandırmalı olduğunu, bu barədə MMC-nin yuxarı rəhbərliyinə məlumat verməli olduğunu, rəhbərlik tərəfindən mövcud çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, işçilər üçün təhlükəsiz iş şəraiti yaradıldıqdan sonra işə davam etməli olduqları halda bu məlumatı rəhbərliyə vermədiyini, səhvini başa düşdüyünü, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiklərini, ona görə də onun barəsində yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X8 ifadəsində bildirdi ki, 2015-ci ilin may ayında mərhum Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Ələkbərli Gülsüm, xx.xx.2017-ci il tarixdə Ələkbərli Hüseyn və xx.xx.2020-ci il tarixdə isə Ələkbərli Məryəm adında 2 qız və 1 oğlan övladları dünyaya gəldiyini, mərhum Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduqdan sonra onunla birlikdə Kəngərli rayon Şahtaxtı kəndində Zərərçəkmiş şəxs məxsus evdə yaşadığını, Zərərçəkmiş şəxsla ailəli olduğu müddət ərzində aralarında heç bir inciklik və ya ailədaxili münasibətlərin pisləşməsi halının olmadığını, xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi “X16 Sənaye Kompleksi”MMC-nin X11 getmiş, təxminən saat 11 radələrində qardaşı Ərdal evə gələrək ona “Elnura nəsə olub, məktəbdə eşitdim” demiş, Elnurun mobil telefonuna zəng etdiyini, Elnurun mobil telefonunu adını xatırlamadığı şəxs açaraq “Elnurun başına dəmir dəyib, Naxçıvan MR Mərkəzi Xəstəxanasına aparırıq” demiş, dərhal atası Eldarla birlikdə Naxçıvan MR Mərkəzi Xəstəxanasına getmiş, xəstəxanada olan zaman həkimlər tərəfindən Zərərçəkmiş şəxs komada olması xəbərini aldığını, bir müddət xəstəxanada gözlədikdən sonra yaşadığı evə gəlmiş, həyətə daxil olan zaman kənd sakinləri tərəfindən Zərərçəkmiş şəxs ölüm xəbərini eşitdiyini bildirdi. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş X8 təqsirləndirilən şəxslə barışıq əldə etdiklərini, bu gün və gələcəkdədə təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmayacağını, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etdiyini, ona görə də Təqsirləndirilən şəxs cəza verilməməsini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 öz ifadəsində bildirmişdir ki, 2011-ci ildən “X16 Sənaye Kompleksi” MMC-nin X10 qeydiyyatçı vəzifəsində işlədiyini, vəzifəsi “X16 Sənaye Kompleksi” MMC-nin X10 işçilərin işə davamiyyətinə və işə vaxtında gəlib-getməsinə nəzarət etdiyini, müxtəlif vaxtlarda qısa müddətlərdə X10 əməyin təhlükəsizliyinə nəzarəti də həyata keçirdiyini, lakin həmin vəzifəni müvəqqəti icra etdiyini, sonuncu dəfə xx.xx.2021-ci il tarixində X10 əməyin təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi ona həvalə olunduğunu, ondan əvvəl bu vəzifədə olan Qadir Şıxəliyev 2020-ci ilin dekabr ayında vəfat etdikdən sonra həmin vəzifə boş qaldığını, özü həmin vəzifəyə təyin olunana qədər daş ocaqlarında işlər dayandırıldığına görə, həmin vəzifə heç kimə həvalə olunmadığını, hadisə baş verən günü yəni xx.xx.2021ci il tarixində “X16 Sənaye Kompleksi” MMC-nin X9 Qarabağlar kəndində yerləşən ofisində işdə olduğunu, təxminən saat 11:00 radələrində X9 müdiri Təqsirləndirilən şəxs zəng gəldiyini daş ocaqlarının “Asnı” adlandırdıqları sahəsində, operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs yaralandığını, vəziyyətinin ağır olduğunu, xəstəxanaya aparıldığını bildirdiklərini və həmin zaman müdirin yanında olduğunu, Məhərrəm müəllim ona dərhal xəstəxanaya getməli olduqlarını dediyini, Məhərrəm müəllimlə birlikdə şəxsi avtomobili ilə Naxcıvan şəhərində yerləşən Naxcıvan MR Mərkəzi Xəstəxanasına getdiklərini, xəstəxanada olduğu zaman hələ Zərərçəkmiş şəxs vəfat etmədiyini, təxminən 1-2 saat sonra X10 hadisə baş verən sahəyə getdiyini, hadisənin baş vermə səbəblərini orada işçilərdən öyrənmiş və ona orada məlum olmuşdur ki, hadisə daş kəsmə makinasının trosunun qırılması və həmin zaman trosun dəmir birləşməsinin mərhum Zərərçəkmiş şəxs başını yaralaması nəticəsində olduğunu, həmin günü təxminən saat 18:00 radələrində Zərərçəkmiş şəxs müalicə aldığı Naxçıvan Muxtar Respublikası Xəstəxanasında vəfat etdiyini, müəssisədə vəzifəsinin işçilərin texniki təhlükəsizlik və əməyin mühafizə qaydalarına riayət etmələrini onlara çatdırmaq, daha sonra təhlükəsizlik kitabına müvafiq imzalar çəkdirmək, təhlükəsizlik vasitələrindən, yəni qoruyucu baş geyimi, əlcək və digər geyim formalarından təlimata uyğun olaraq istifadə etməyi bildirməkdən ibarət olduğunu, ikinci bir vəzifənin ona həvalə edilməsinin qanunvericiliklə qadağan edilməsi barədə məlumatı olmadığını, yuxarı rəhbərlik onu bu vəzifənin icrasına müvəqqəti təyin etdiyi üçün həmin vəzifəni icra etməyə başladığını, səbəb isə rəhbərliyin sözündən çıxa bilməməsi olduğunu, təhlükəsizlik qaydalarına nəzarət etdiyi müddətdə heç bir əmək haqqı almadığını, müxtəlif vaxtlarda“X16 Sənaye Kompleksi” MMC-tərəfindən ona əməyin təhlükəsizliyinə nəzarət vəzifəsi həvalə etdiyini, lakin bu sahə üzrə çox təcrübəsi olmadığını, X10 texniki təhlükəsizliyə nəzarət etdiyi müddət ərzində orada olan avadanlıqların qoruyucu vasitə olmadan istifadə edilməməsi barədə işçiləri təlimatlandırdığını və təlimat kitabına imza çəkdirdiyini, hadisə baş verən zaman X10 xəbərdaredici nişanların olmadığını, Kaptanlar markalı dəzgahın təhlükəsizlik qaydalarına riayət edilməməklə istifadə edildiyi barədə məlumatı olmamış, kaptanlar markalı dəzgahın istifadəsini həmin formada gördüyü üçün onun təhlükəsizlik qaydalarına riayət edilmədən istifadə edildiyini bilmədiyini, mərhum Zərərçəkmiş şəxs texniki təhlükəsizlik qaydaları barədə məlumatlandırıldığını və müvafiq kitaba öz imzasını qeyd etdirdiyini, kaptanlar markalı dəzgahın istifadə təlimatı, texniki göstəriciləri və istismar müddətini göstərən pasportun və ya sənədin olub-olmaması barədə məlumatı olmadığını, bu barədə ona heç kim məlumat vermədiyini, həmin vəzifədə çalışdığı müddət ərzində yoxlama tədbirləri təşkil edilməmiş,lakin, ondan öncə mütəmadi olaraq“X16 Sənaye Kompleksi” MMC-nin Əməyin mühafizə xidmətinin əməkdaşları tərəfindən dəzgahlar və digər avadanlıqlardan istifadə edilməsində təhlükəsizlik qaydalarına riayət edilməsini yoxlamaq üçün X11 gəldiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2006-cı ildən Arkoz Travertin-Mərmər zavod MMC-nin, keçmiş adı X16 sənaye kompleksi MMC-nin “Qarabağlar daş ocaqları”nda sex müdiri vəzifəsində çalışmış, müdiri olduğu sexin 35 nəfərə yaxın işçisi olduğunu, Daş sexində işlər həftənin 5 günü, səhər saat 09:00-da başlayıb, 18:00-da bitdiyini, müdiri olduğu sexdə vəzifəsi daş blokların kəsilməsinə, onlara ölçü verilməsinə və daşınmasına nəzarət etdiyini, “Qarabağlar daş ocaqları”nda sex müdiri vəzifəsində işlədiyi müddət ərzində 2021-ci ilin fevral ayının 22-nə kimi heç bir hadisə baş vermədiyini, hadisə baş verən günü yəni 22 fevral 2021-ci il tarixdə evdə olduğunu, həmin ərəfədə təxminən 2020-ci ilin dekabr ayının sonundan öz hesabına 2 aylıq məzuniyyətə buraxıldığını, məzuniyyətə buraxılmasına səbəb, qış ayları olduğu üçün sifarişlərin az olması olmuşdur. 2023-cü ilin fevral ayının 22 təxminən saat 11:00 radələrində tam xatırlaya bilmədiyi iş yoldaşlarından biri zəng vurub, operator vəzifəsində işləyən Şahtaxtı kənd sakini Zərərçəkmiş şəxs daş ocağında vəfat etdiyi xəbərini verdiyini, dərhal daş sexində iş icraçısı işləyən Cavad Məmmədova zəng vurub Elnurun nədən vəfat etdiyini soruşduğunu, Elnur da ona daş ocağında çay fasiləsi zamanı, trosun qırıldığını, həmin trosun dəmir parçasının Elnurun başına dəyib yaraladığını, Elnuru dərhal Naxçıvan MR mərkəzi xəstəxanasına apardıqlarını və orada vəfat etdiyini bildirdiyini, Elnuru kəndlərinə dəfn etmək üçün gətirdiklərini, yolda olduqlarını demiş, o da evdən çıxıb birbaşa Şahtaxtı kəndinə Elnurun dəfninə getdiyini, təxminən 2021-ci ilin mart ayında məzuniyyətdən işə qayıtdığını, daş kəsimi zamanı tez-tez tros qopma halları olmasına baxmayaraq iş prossesində işcilərin ciddi yaralanma halları olmadığını, ”Kaptanlar” markalı daş kəsmə dəzgahlarının hər birinin zavod istehsalı olan tros qoruyucuları olmuş, zamanla iş prossesində həmin tros qoruyucuları qırılıb sıradan çıxmış, əllərində olan imkanlarla həmin qoruyucuları təmir edə bilmədikləri üçün, tros qopmalarında, dəmir parçalarının ətrafa səpələnməsinin qarşısını almaq üçün dəmir lövhələrdən kustar üsulla qoruyucular düzəldib dəzgahın arxa hissəsində 1 metr məsafə yerləşdirmiş, bununla trosun qopma anında ətrafa sürətlə səpələnməsinin qarşısını müəyyən qədər alındığını, dəzgahın qoruyucusunun olmamasının işçilərin həyatı üçün təhlükə törədə biləcəyini və bunun ölümlə nəticələnə biləcəyini qabaqcadan təsəvvür edə bilmədiyini, dəzgahın qoruyucusunun olmadığı halda ondan istifadə edilməsi ilə bağlı isə yuxarı müdiriyyətə heç bir xəbərdarlıq etmədiyini, daş sexinin iş prossesi gedən sahələrinin giriş hissələrinə “Giriş Qadağandır”, “X20 Qadağandır” lövhələrinin, işçilərin həyatı üçün real təhlükə ola biləcəyi hallar barədə xəbərdaredici nişanlar vurulması barədə lövhələrin vurulmasının onun səlahiyyətlərinə aid olmadığı üçün bununla bağlı heç nə deyə bilməyəcəyini, hər gün işə başlayan zaman işçilərə şifahi qaydada texniki təhlükəsizlik qaydaları haqqında təlimatların verildiyini, hadisə baş verən zaman işdə olmadığı üçün mərhum Zərərçəkmiş şəxs hansı səbəbdən fərdi texniki mühafizə vasitələrindən, yəni qoruyucu baş geyimindən istifadə etməməsi barədə məlumatının olmadığını, hal-hazırda daş ocağında ”Kaptanlar” markalı daş kəsmə dəzgahlarından yenə də istifadə olunduğunu, lakin məlum hadisə baş verdikdən sonra, dəzgahların qoruyucu funksiyalarının təkmilləşdirildiyini, işçilərin təhlükəsiz işləməsi üçün dəzgahların əlavə qoruyucularla təchiz olunduğunu, məzuniyyətdə olduğu zaman vəzifələrini kimin icra etməsi barədə dəqiq məlumatının olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildən 2020-ci ilədək “X16 Sənaye Kompleksi” MMC-də kəsici 2020-ci il tarixdən hal-hazırki tarixədək “X16 Sənaye Kompleksi” MMC-də trostoxuyan vəzifəsində işlədiyini, 2023-cü ilin yanvar ayından “X16 Sənaye Kompleksi” MMC-nin adı dəyişdirilərək “ARKOZ X15” MMC adı altında fəaliyyət göstərdiyini, “ARKOZ X15” MMCnin iş fəaliyyətinin Qarabağlar ərazisində yerləşən daş ocağında travertin bloklar kəsməkdən ibarət olduğunu, hadisə baş verən gün, yəni 22 fevral 2021-ci il tarixdə qış rejimi ilə əlaqədar olaraq növbəli şəkildə işlədiyi üçün hadisə baş verən gün yaşadığı mənzildə olmuş, hadisənin baş vermə tarixindən təxminən 4-5 gün sonra “ARKOZ X15” MMC-də operator vəzifəsində çalışan Zərərçəkmiş şəxs baş nahiyəsinə almas telin başlığının dəydiyini və aldığı xəsarətdən dünyasını dəyişdiyi xəbərini eşitdiyini, “Kaptanlar” markalı dəzgahın qoruyucusunun olub-olmaması barədə məlumatının olmadığını, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə hər ayın ilk iş günü “Texniki təhlükəsizlik üzrə ilkin, təkrar, və növbədənkənar təlimatların keçirilməsinin qeydiyyatı” kitabına imza çəkərək təhlükəsizlik qaydaları barədə məlumatlandırıldıqlarını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Muxtar oğlu öz ifadəsində bilidirmişdir ki, 2009-cu il tarixdən hal-hazırki tarixədək müəyyən fasilələrlə “X16 Sənaye Kompleksi” MMC-nin X10 saylamaçı və daş dəlicisi vəzifəsində işlədiyi müddət ərzində iş fəaliyyətinin ona təhkim olunmuş saylama aparatını işə salaraq müəyyən ölçülərdə daş kəsməkdən ibarət olduğunu, 22 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində çay fasiləsi olduğu üçün çay içmək üçün ərazidə yerləşən kabinlərin yanına getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi kəpçədən düşərək çay içmək üçün ayrılan əraziyə gəldiyini, orada olan zaman “Kaptanlar” markalı dəzgahın trosunun qırılma səsini eşitməklə birlikdə Zərərçəkmiş şəxs dizi üstə yerə yıxıldığını gördüyünü, Zərərçəkmiş şəxs ayağa qaldıran zaman onun baş nahiyəsindən qan axdığını gördüyünü, dərhal Zərərçəkmiş şəxs iş yoldaşı olan Əzim Əsədovun avtomobilinə mindirərək xəstəxanaya göndərdiklərini, “Kaptanlar” markalı daşkəsən avadanlığın dəmir parçalarının ətrafa səpələnməsinin qarşısını almaq üçün küstar üsulla qoruyucu düzəltdiklərini, X10 əvvəllər də daş kəsimi zamanı tez-tez tros qopma hallarının olmasına baxmayaraq işçilərin ciddi xəsarətlər almadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində bildirmişdir ki, 2006-ci il tarixdən hal-hazırki tarixədək “ARKOZ X21” MMC-nin Kadrlar Şöbəsinin müdiri vəzifəsində işləmiş, 2023-cü ilin 5 yanvar tarixindən etibarən “X16 Sənaye Kompleksi” MMC-nin adının dəyişdirilərək “ARKOZ X21” MMC adı ilə fəaliyyət başlamış, iş fəaliyyətinin əmrlərin düzgünlüyünə nəzarət etməkdən, işçilərin məzuniyyət əmrlərini, işə daxil olma, işdən çıxma və s. bu kimi əmrlərin tərtib edilməsindən, müəssisə daxili intizama əməl edilməsinə nəzarət etməkdən ibarət olduğunu, 22 fevral 2021-ci il tarixdə “ARKOZ X21” MMC-nin Naxçıvan şəhərində yerləşən ofisində olan zaman kimliyini xatırlamadığı şəxs tərəfindən X10 operator vəzifəsində çalışan Zərərçəkmiş şəxs vəfat etmə xəbərini verdiyini, hadisənin baş vermə səbəb olaraq daş kəsmə makinasının trosunun qırılması və həmin trosun dəmir birləşməsinin mərhum Zərərçəkmiş şəxs baş nahiyəsinə dəyməsini, X10 qeydiyyatçı vəzifəsində çalışan Şahid1 08 fevral 2021-ci il tarixdə əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinin həvalə olduğunu, əməyin mühafizəsi üzrə mütəxəssisin eyni zamanda 2 vəzifəni icra edə bilməyəcəyi barədə məlumatı olmadığı üçün rəhbərliyin verdiyi göstəriş əsasında həmin vəzifənin Şahid1 həvalə edilməsini əmrləşdirdiyini, Şahid1 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 82 nömrəli əmrlə əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsində işlədiyini, X10 aparılan yoxlamalar və digər təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi barədə məlumatının olmadığını qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 2008-ci ildən 2022-ci il tarixədək “Gəmiqaya” Holdingdə əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləmiş, iş fəaliyyətinin “Gəmiqaya” Holdingə tabe olan müəssisə və tikintilərdə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislərin iş fəaliyyətinə, onlar tərəfindən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının çatdırılmasına və müəssisələrdə olan dəzgahların, qurğuların təhlükəsizlik qaydalarına riayət edilməklə işləmələrinə nəzarət etməkdən ibarət olduğunu, işlədiyi müddət ərzində ay ərzində 1 dəfə “Gəmiqaya” Holdingin rəhbərliyi tərəfindən ona müəssisələrdə yoxlama tədbirləri keçirmək tapşırığı verildiyini, müəssisələrə gedərək orada əməyin mühafizə və texniki təhlükəsizlik qaydalarına işçilər və eyni zamanda sahələrdə təyin olunmuş əməyin mühafizəsi üzrə mütəxəssislər tərəfindən riayət etmələrini yoxladığını, dəzgahlarda, qurğularda və əməyin mühafizəsinə riayət edilmədiyi barədə nöqsanlar aşkar etdikdə bu barədə dərhal yazılı müraciətlə “Gəmiqaya” Holdingin yuxarı rəhbərliyinə məlumat verdiyini, xx.xx.2021-ci il tarixində “Gəmiqaya” Holdingdə olan zaman X10 əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsində çalışan Şahid1 onun mobil telefonuna zəng vuraraq X10 operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş prosesi zamanı yaralandığını və xəstəxanaya aparıldığını bildirdiyini, Zərərçəkmiş şəxs xəsarət almasına səbəb barədə soruşduqda Şahid1 ona daş kəsmə makinasının trosunun qırılması və həmin trosun dəmir birləşməsinin mərhum Zərərçəkmiş şəxs başını yaralaması olduğunu bildirdiyini, dərhal bu barədə Əmək Müfəttişliyinə məlumat vermiş, bir qədər sonra Əmək Müfəttişliyinin nümayəndələri ilə birlikdə hadisə yerinə gedərək hadisənin baş vermə səbəblərini araşdırmış, həmin gün təxminən saat 18:00 radələrində Zərərçəkmiş şəxs müalicə aldığı Naxcıvan MR Mərkəzi Xəstəxanasında vəfat etdiyi xəbərini öyrəndiyini, “Kaptanlar” markalı dəzgahın qoruyucusunun, texniki göstəriciləri və istismar müddətini göstərən pasportun olmaması barədə X9 müdiri Təqsirləndirilən şəxs bildirdiyini, Təqsirləndirilən şəxs isə cavab olaraq “mən bu dəzgahı neçə illərdir qoruyucusu olmadan işlədirəm” demiş, X10 keçirilən yoxlama tədbirləri zamanı işçilərin xüsusi geyim vasitələrindən istifadə etməmə halının şahidi olmadığını, 2021-ci ildə daxil olmaqla X10 yoxlama tədbirləri zamanı aşkar olunan nöqsanlar barədə heç bir rəsmi sənəd və ya akt tərtib etmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 04 mart 2020-ci il tarixdən 2021-ci ilin oktyabr ayınadək “X16 Sənaye Kompleksi” MMC-də direktor müavini vəzifəsində işlədiyi müddət ərzində iş fəaliyyətinin işçiləri işə götürməkdən, onlarla əmək müqaviləsi bağlamaqdan və buna bənzər kadr məsələlərinə baxmaqdan ibarət olduğunu, 22 fevral 2021-ci il tarixdə “X22 Sənayə Kompleksi” MMC-də olan zaman X9 müdiri vəzifəsində çalışan Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs daş kəsmə makinasının trosunun qırılmasını və trosun dəmir birləşməsinin Zərərçəkmiş şəxs başını yaraladığını bildirdiyini, dərhal X3 gedərək Zərərçəkmiş şəxs vəziyyəti barədə maraqlandığını, xəstəxanada olan zaman Zərərçəkmiş şəxs vəfat etmə xəbərini öyrəndiyini, X7raşdırılmış “Kaptanlar” markalı daşkəsən avadanlığın müvafiq texniki qaydalara riayət edilməməklə fəaliyyət göstərməsi və həmin avadanlığın istismar müddətini, texniki göstəriciləri olan sənədin və ya pasportun olub-olmaması barədə məlumatı olmadığını, Şahid1 3 il müddətində əməyin mühafizəsi sahəsində işləməsi və eyni zamanda X24 Fabrikin müdiri Camal Rüstəmovun yazılı məlumatı əsasında X10 əməyin mühafizəsi üzrə şəxsin olmaması səbəbindən Şahid1 əməyin mühafizəsi üzrə mütəxəssis vəzifələrini əmrlə həvalə etdiyini, əməyin mühafizəsi üzrə mütəxəssisin iki vəzifə daşımasının yolverilməz olduğundan xəbəri olmadığını, X10 yoxlama tədbirlərinin “Gəmiqaya” Holdinqin rəhbərliyi tərəfindən keçirilməsi səbəbindən orada olan nöqsanlar barədə məlumatının olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, 2013-cü il tarixdən “X16 Sənaye Kompleksi” MMC-nin X10 texnika nəzarətçisi vəzifəsində işlədiyini, 2023-cü ilin yanvar ayından “X16 Sənaye Kompleksi” MMC-nin adı dəyişdirilərək “ARKOZ X15” MMC adı altında fəaliyyət göstərdiyini, vəzifəsinin "xxxx" MMC-nin X2 texnikaların və avadanlıqların saz vəziyyətdə işləməyinə nəzarət etməkdən, texnika və avadanlıqlarda baş vermiş nasazlıqları təmir etmək ibarət olduğunu, xx.xx.2021-ci il tarixdə texnikalara nəzarət etmək üçün yuxarı rəhbərlik tərəfindən “Ərəzin” Daş Ocaqlarına getmək tapşırığı verildiyini, xx.xx.2021-ci il tarixdə təxminən saat 13:00 radələrində “Ərəzin” Daş Ocaqlarında olan zaman “X10” operator vəzifəsində çalışan Şəmsi Paşayevin ona mobil telefonla zəng vuraraq daş kəsmə makinasının trosunun dəmir birləşməsinin qırılaraq Zərərçəkmiş şəxs başını yaraladığını və Zərərçəkmiş şəxs Naxçıvan MR Mərkəzi Xəstəxanasına apardıqlarını bildirdiyini, məlumatı öyrəndikdən sonra dərhal Naxçıvan MR Mərkəzi Xəstəxanasına getdiyini, həmin gün təxminən saat 18:00 radələrində Naxçıvan MR Mərkəzi Xəstəxanasında olarkən Zərərçəkmiş şəxs vəfat etdiyi xəbərini öyrəndiyini, X17 işləməyə başladığı gündən “Kaptanlar” markalı daş kəsən dəzgahın qoruyucusunun olmamasını və qeyd olunan “Kaptanlar” markalı daş kəsən dəzgahın qoruyucu vasitəsinin kustar üsulla işçilər tərəfindən hazırlanaraq dəzgahın arxa tərəfinə yerləşdirildiyini, “ARKOZ X15” MMC-nin X9 müdiri Təqsirləndirilən şəxs da “Kaptanlar” markalı daş kəsən dəzgahın qoruyucusunun olmaması və işçilər tərəfindən kustar üsulla qoruyucunun hazırlanması barədə məlumatının olduğunu, eyni zamanda “X16 Sənaye Kompleksi” MMC-nin yuxarı rəhbərliyi tərəfindən X10 ay ərzində 1 dəfə yoxlama tədbirlərinin keçirildiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-xətşünaslıq ekpertizasının 23 fevral 2023-cü il tarixli 176 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş başlanma tarixi 02 yanvar 2020-ci il olan, Texniki təhlükəsizlik üzrə ilkin, təkrar və növbədənkənar (plandankənar) təlimatların keçirilməsinin qeydiyyatı jurnalın 63-cü səhifəsində 27-ci sırada “Təlimat alan” qrafasındakı imza və açılma tarixi 21 noyabr 2012-ci il olan, Texniki təhlükəsizlik üzrə giriş təlimatı Jurnalın 16-17-ci səhifələrində 240-cı sırada “Təlimat alan” qrafasındakı imza Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tаrixli 02 sаylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibb ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - baş beyinin ənsə payının əzilməsi, sərt qişanın cırılması, epidural və subdural hematomalar, beyin toxumasına ocaqlı qansızmalar, ənsə sümüyünün sınığı ilə müşayət olunan kəllə boşluğunun deşilmiş yarası, küt mexanizmdən, deşici alət təsirindən törənmişdirlər, eləcə də mərhumun kəllə boşluğundan çıxarılaraq müstəntiqə təhvil verilmiş dəmir parçası təsirindən də törənməyə uyğun gəlir. Xəsarətlər həyatidirlər. Mərhumun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun gəlir, yetirilmə anında həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə bilavasitə səbəb, kəllə boşluğunu dəlib keçən yara ilə əlaqədar baş beyin toxumasının zədələnməsi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs adına Naxçıvan MR Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 1088/167 saylı stasionar xəstənin tibb kartasından görünür ki, mərhum xx.xx.2021-ci il tarixdə saat 15:25 radələrində “ağır kəllə beyin travması beyin əzilməsi beyin ödemi ağır dərəcə” diaqnozu ilə xəstəxananın təcili yardım şöbəsinə daxil olmuşdur. Daxil olarkən vəziyyəti son dərəcə ağır olmuş, sağ ənsə nahiyyəsindən aktiv qanaxma davam edən, kənarlarında beyin toxuması müşahidə edilən ağır yara müşahidə edilmişdir. Huşu koma tipli pozulub, bəbəklərin işığa reaksiyası yoxdur, periferiyada nəbz əllənmir. A/T 55/32 mm.c.s, tənəffüs sayı 1 dəq. 38-dir. Xəstə neyrocərrah və anestezioloq tərəfindən əməliyyata hazırlandı. Cərrahi Əməliyyat: Sağ ənsə nahiyyəsindəki yaranın birincili işlənməsi: Xəstə intibasion narkoz altında yatırıldı, yara sahəsi betadin və spirt məhlulu ilə silinib təmizləndi. Yara kənarı genişləndirildi. Sinusdan qanaxma qeyd olunurdu, həmin nahiyyəyə hemostatik süngər qoyuldu, dəri tikildi, spirt sarğı olundu. Xəstə ETA bağlıdır, kornial reflekslər hiss olunmur, bədənin işığa reaksiyası yoxdur, A/T 40/15 mm.c.s.t, nəbzi 156 vurğudur. Xəstədə aparılan reanimasion tədbirlərə baxmayaraq ürək dayanması baş verdi, qapalı masaj aparıldı, buna baxmayaraq xəstənin saat 15:25 radələrində bioloji ölümü baş vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1462 saylı rəyindən görünür ki, “Kaptanlar” markalı daş kəsən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrin (almaz başlıqlı fırlanan burazın) hərəkəti zamanı yarana biləcək təhlükəli faktorların qarşısının alınması üçün qoruyucu vasitələr müvafiq texniki qaydalara riayət edilməklə tətbiq olunmadığına və bu şəraitdə istismarına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST” nın 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş əlavə məhkəmə-təhlükəsizlik texnikası ekpertizasının xx.xx.2023-cü il tarixli 10/3382 saylı rəyindən görünür ki, əlavə ekspertizanın təyin edilməsi barədə qərarın təsviri hissəsində göstərildiyi kimi, X10 qeydiyyatçı vəzifəsində işləyən Şahid1 əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinin həvalə olunması barədə əmrin surəti istintaqa təqdim olunmasına baxmayaraq onun üzərinə konkret hansı vəzifənin qoyulması barədə hər hansı əlavə sənəd təqdim edilməmişdir. Buna görə də qeyd olunan məsələ istintaq tərəfindən müəyyən edilməklə əməyin mühafizəsi üzrə cavabdeh şəxs tərəfindən rəydə göstərilən qaydaların tələblərinin pozulub pozulmamasına istintaq tərəfindən qiymət verilməsi göstərilmişdir. “Kaptanlar” markalı daş kəsən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrin (almaz başlıqlı fırlanan burazın) hərəkəti zamanı yarana biləcək təhlükəli faktorların qarşısının alınması üçün qoruyucu vasitələr müvafiq texniki qaydalara riayət edilməklə tətbiq olunmadığına və bu şəraitdə istismarına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST” nın 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. "xxxx" MMC X23 Daş Kompleksi X7raşdırılmış “Kaptanlar” markalı daş kəsən avadanlığın konstruktiv xüsusiyyətlərini bildirən texniki sənədlər olmadan və müvafiq tələblərə uyğun qaydada istismarının həyata keçirilməsi təşkil edilmədiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST” nın 1.4 bəndinin tələbləri X9 müdiri tərəfindən pozulmuşdur. Avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzəri qoruyucu vasitələrlə örtülmədən yolverilməz qaydada istismar edildiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST” nın 1.2, 2.1.5 bəndlərinin tələbləri X10 istehsalat prosesinə rəhbərlik etmiş (və ya etməli olan) şəxs tərəfindən pozulmuşdur. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, odur ki, cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi, törətdiyi əməli səmimi etiraf etməsi və müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıq aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in onun təqsirli bilindiyi 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, lakin onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməli və sınaq müddəti müəyyən edilməli, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmdə məhkəmə hesab edir ki, şərti məhkum etmənin təyin edilməsi Təqsirləndirilən şəxs islah olunması məqsədinə cavab verir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların icrası məcəlləsinin 179-cu maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Bu baxımdan Təqsirləndirilən şəxs üzərində nəzarəti yaşayış yeri üzrə Kəngərli rayon İcra və Probasiya bölməsi həyata keçirməlidir. Azərbaycan Respublikası Cəzaların icrası məcəlləsinin 181.1-ci maddəsində göstərilir ki, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası CPM-nin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək qərara gəlir ki, uzunluğu 3.5 sm, diametri 1.0 sm olan bozumtul ağ rəngli metaldan olan bir ədəd ucluq Azərbaycan Respublikası CPM-in 132.1.7-ci maddəsinə uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə iş üzrə müdafiəçiyə ödəniləcək əmək haqqı məsələsini müzakirə edərək hesab edir ki, vəkilin cinayət işi ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət nəzərə alınaraq həmin saatlar üçün xidmət haqqı Şərur Rayon Vəkil Bürosunun vasitəsi ilə Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Kəngərli rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan, “uzunluğu 3.5 sm, diametri 1.0 sm olan bozumtul ağ rəngli metaldan olan bir ədəd ucluq” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə məhkəmədə iştirak etdiyi müddət nəzərə alınaraq həmin saatlar üçün xidmət haqqı Şərur Rayon Vəkil Bürosunun vasitəsi ilə Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə ekspertiza xərci – 204 (iki yüz dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar