Məhkəmə qərarları › İş №1(111)-2/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-2/2022

06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-2/2022 06.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin şöbə nin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X3 iştirakı ilə, 30 oktyabr 1987-ci ildə Türkiyə respublikasının İğdır şəhərinin Gödəkli kəndində doğulmuş, orta təhsilli, evli, 4 uşaq atası, sürücü işləyən, İğdır şəhəri Gödəkli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, 17 sentyabr 2021-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmış, Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2022ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Emen X9 İslam Respublikasında istintaqla müəyyən edilməyən şəxslər tərəfindən Türkiyə Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş 65 kiloqram 20 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına daşımaq üçün idarə etdiyi “MAN ”markalı ** DF *** dövlət qeydiyyat nişanlı yük avtomobilində 26 ədəd böyük kisələrdə “pomza (süngər) daşı” yükü adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 14 sentyabr 2021-ci il tarixdə, saat 18:54 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək istəyərkən həmin narkotik vasitə Şahtaxtı gömrük idarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə kinoloji itin vasitəsilə gömrük baxışı keçirilən zaman aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-in 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 30 oktyabr 1987-ci ildə Türkiyə Respublikasının İgdır şəhərinin Gödəkli kəndində anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır, ailəlidir və dörd uşaq atasıdır, Türkiyə Respublikası, İgdır vilayətinin Gödəkli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır və 10-12 ildir ki, sürücülüklə məşğuldur. 29 avqust 2021-ci il tarixdə Kayseridən aldığı ümumi çəkisi 10 ton olan mətbəx “fırınlarını” İran İslam Respublikasının Türkmənistanla həmsərhəd bölgəsində yerləşən Lütfiabat gömrüyünə aparmış, Türkmənistan Respublikası pandemiya ilə əlaqədar qapalı olduğundan idarə etdiyi maşının qoşqusunu Lütfiabadda təhvil verdikdən sonra səkkiz gün gözləməli olmuşdur. Qaldığı yerdə əvvələr tanıdığı tır sürücüsü Şükrünü görmuş və o da onun kimi qoşqusunu gözlədiyindən onlar 14 gün bir yerdə qalmışlar. Akkahraman Şükrünün ona “mən İrandan necə gedəcəyimi bilmirəm sən yolu yaxşı tanıyrsan gəl birlikdə gedək” demiş, yola çıxan zaman yük daşıyıcı (yük tapıb göndərən şəxs) ilə danışmış və Türkiyəyə aparmaq üçün yük lazım olduğunu demişdir. İranda Koçan adlı bir şəhərə gəldikdə orada yemək yeyib, çay içdikdən sonra İranlı İrac adlı bir şəxsə telefonla zəng vuraraq yük lazım olduğunu bildirmiş, İrac adlı şəxs onlara “2 maşın yük var, Tehrandan İstanbula aparacaqsınız və 2000 dollar sizə pul veriləcək” demiş, Koçandan Tehrana 800 km yolu iki günə gəlib çıxdıqları zaman Tehrana çatmamış 150 km-likdə bir yük parkında İraca zəng vuraraq “bizə koordinat göndər, sən dediyin yerə gələk” demiş, o da koordinatları göndərmiş və səhərə yaxın orada olmuşlar. İrac adlı şəxsə telefonla zəng edərək gəldiklərini bildirmiş, İrac da “sizi yük yerinə götürəcəklər” demişdir. Həmin vaxt orada Akkahramanla birlikdə yemək yemiş və günortadan sonra saat 3-4 arasında tanımadığı bir nəfər onların yanına gəlib qarşılamış və “yarım saat gözləyin gələcəm, çünki yüklədiyimiz yer çox işlək yerdir birinci bir maşın gəlsin” demişdir. İlk əvvəl özü yük maşını ilə yolun bir tərəfində yaşayış məntəqələri, digər bir tərəfində isə çöllük ərazi olan yük yerinə getmiş, orada hər biri 600-700 kq çuvallarda olan yükün yarısının doldurulmuş, yarısının isə yarımçıq halda olduğunu görmüş və ona “yükləri üst hissədən maşına yükləyəcəyik” demişlər. Onun maşınının qoşqusu köhnə olduğundan qəbul etməmiş, onlarla mübahisə etmiş və sonra Akkahraman Şükrüyə zəng edərək “bura heç də işlək yer deyil, bunlar bizə yalan danışırlar, sənə koordinatları atım gəl bura demişdir. Şükrü isə “yol uzaqdır mən tanımıram, özüm tək gələ bilməyəcəm” demişdir. Sonra maşına yükləri vuran adam gəlib “nə fikirləşirsən” demiş, o, isə istəmədiyini deyərək yola çıxıb Akkahraman Şükrünün yanına çatmış və Şükrüyə “yüklənmə yerinə yaxın dörd yol deyilən bir yer var, sən ora gəl” deyərək ana yola çıxmışlar. Bu vaxt İrac adlı şəxs onlara zəng vurub “məni pis vəziyyətdə qoymayın, yüküm yerdə qalıb, xahiş edirəm yükləri götürün aparın. Sən get maşını yüklə 100 dollar da yol xərci olmaqla 2100 dollar sənə verəcəyik” demiş, maşında olarkən İraca “telefonu söndürmə Akkahraman Şükrüyə zəng vurum əgər o da razıdırsa gələk” demiş və Şükrüyə İracla danışmağını söyləmiş və ona “İracla səndə danış ki, razılığımız bir olsun” demişdir. Sonra həmin yüklənmə yerinə getmişlər. Gecə yükləri maşına yükləmişlər. Yükləmə təxminən axşam üstü 7-də başlamış və gecə saat 3-ə qədər davam edərək 26 çuval yük maşına yüklənmişdir. Yükləri vurduqdan sonra Hicaz adlı şəhərə, oradan da Təbriz şəhərinə gəlmişlər. İrac adlı şəxsə telefonla zəng vurmuş, onun da “Təbrizdə iç gömrük deyilən bir yer var, orada tərəzi olan yerə gəlin və Təbrizin içində yük maşını parkı var, orada məni gözləyin, gəlim iç gömrüyə gedək” demiş, İracın arxasınca onu izləyərək deyilən yerə gəlmiş, Təbriz gömrüyündə hansı gömrük qapısından keçməklərini soruşmuşlar. Şahtaxtı-Poldəşt gömrüyündən keçəcəklərini deyərək və buna görə də ora pul ödəməli olmuşlar. İrac onlara 100 dollar xərclik vermiş və oradan çıxmışlar. Təbrizin “Əvolun” deyilən bir yerinə gəlmiş və ailələri ilə telefonda danışmış, evə ərzaq, uşaqlara paltar almışlar. Sonra Poldəşt gömrüyünə gəlmiş və gömrüyə girərkən onlara əvvəlcədən giriş-çıxış kağızı vermişlər. Həmin kağızı gömrükdə sənəd hazırlayan Vahidə vermiş, Vahid adlı şəxs isə “sizin icazə kağızınız çıxmadığı üçün bir gün gözləməli olacaqsınız” demişdir. Yük maşınlarının sənədləri hazır olduqdan sonra yüklərə baxan bir məmur gəlib yükləri yoxlamış, daha sonra Vahid adlı şəxsin köməkçisi gəlmiş, üstdən nərdivanla çıxıb yüklərə baxmış və öz aralarında farsca danışmağa başlamışlar. Onların nə danışdığını bilməmiş, Vahidin köməkçisi onlara ayrı-ayrılıqda 2000 dollar vermiş və sənədləri təqdim etmişlər. Həmin vaxt Naxçıvan tərəfində yüklərə möhür vurulduğundan İran tərəfində yüklərə möhür vurulmamışdır. Sənədi öz müdirinə göndərmiş, o da baxıb sənədlərdə qəbzin nömrəsi və tarix yazılmadığını dediyindən yenidən Vahid adlı şəxsə zəng vurub sənəddə qəbzin nömrəsi və tarix yazılmadığını demiş, yarım saat orada gözlədikdən və sənədə düzəliş edildikdən sonra Vahid adlı şəxsin köməkçisindən sənədləri almışlar və onlara “Doğu- Bəyazit gömrüyündən keçib İstanbula gedəcəksiniz” demişlər. Naxçıvan tərəfə keçdikdə sənədlər qaydasında olmuş, sənədləri verdikdən sonra pasportuna möhür vurdurmağa getmiş, sonra Tehranda yükləri maşına yükləyən baş hərfini “Ööööö” deyə qeyd etdiyi şəxs zəng vurmuş və hardasınız deyə soruşmuş, “Naxçıvandayıq” demişdir. Sonra maşını Şahtaxtı gömrüyündə X-ray aparatından keçirdikdən sonra maşında nədənsə şübhələnmişlər və xidməti itlə maşınına baxış keçirilmişdir. İt axtardıqdan sonra maşınında çuvalların içində narkotik aşkarlanmış və o, da təəccüblənmiş və əsəbləşmiş “Ööööö” adlı şəxsə zəng vuraraq “bu nədir maşına yükləyibsən?” demiş, sonra gömrük əməkdaşları tərəfindən çuvallar yerə tökülmüş, 10-15 çuvaldan təxminən 65 kq 600 qram narkotik maddə aşkarlanmışdır. Maşınında aşkarlanmış həmin kütlələrin nə olduğunu, hara və kimə gedəcəyini bilməmiş, Tehranda telefon nömrələrinin götürüldüyünü, Türkiyə gedəndən sonra onlara “Doğu-Bəyazit” gömrüyündə yükü aparacaqları yer barədə onlara məlumat veriləcəyini göstərmişdir. İş üzrə sual-cavab edilərkən təqsirləndirilən şəxs pomza daşı deyilən yükdən heç vaxt daşımadığını, İrac adlı şəxsi əvvəldən tanımadığını, sadəcə yük tapıb göndərən şəxs olduğu üçün yük axtarırdı deyə ona müraciət etdiyini, yüklər maşına yüklənən zaman maşının yanında olduğunu, çuvallarda daş olduğunu gördüyünü, qanunən yüklərin hamısını yoxlayıb baxmalı olduğunu, ancaq daş olduğunu görəndə yoxlamaq ağlına gəlmədiyini, hər yükə görə özünün məsuliyyət daşıdığını, yükü daşımaq üçün ona 2100 dollar verildiyini, yükün gömrük açılma yerinin Doğu-Bəyazit göstərildiyini, maşının Adəm Təşvikin maşını olduğunu, ancaq başqa şirkətin adına qeydiyyatda olduğunu, Adəm Təşvikin onun qohumu olduğunu, çuvalların içində hamam daşına bənzər daşların olduğunu, onlara baxası olsaydı belə, onları heç bir şəkildə ayırd edə bilməyəcəyini, çuvallarda qapaq deyilən bir şey olduğunu, açıb baxdıqlarını, amma nə olduğunu bilmədiyini, maşını idarə etmək üçün vəkalətnamənin yanında olmadığını, gömrükdə vəkalətnaməni istəmədikləriindən ehtiyac bilmədiyini, davamlı olaraq Naxçıvan üzərindən işlədiyi üçün İran-Doğu Bəyazit gömrüyünü seçmədiyini, İrandan Türkiyəyə yük daşıma qiymətinin 2000 dollar təşkil etdiyini, qiymətin yol məsafəsilə əlaqədar 1800-2000 dollar arası olduğunu, sənəddə fatura dəyərinə baxmadığını, “Ööööö” adlı şəxsi tanımadığını, İrac vasitəsilə həmin şəxsi tanıdığını, Naxçıvana keçərkən “Ööööö” adlı şəxsin harada olduğunu bilmədiyini, onun zəng vurub “Naxçıvana keçdinizmi?” deyə soruşduğunu, Akkahraman Şükrünü əvvəlcədən tanımadığını, onun qardaşını tanıdığını, sadəcə Doğu- Bəyazitdə gördüyünü, maşındakı yüklərin kimə məxsus olduğunu bilmədiyini, İranda sadəcə İrac, Vahid və digər onları götürüb aparan şəxsləri tanıdığını, İracı yük göndərən şəxs kimi tanıdığını, yüklərin İrandan Naxçıvana keçərkən möhürlənmədiyini, yüklərin İran gömrüyündə möhürlənməli olduğunu, məsuliyyətsiz davrandığını qəbul etdiyini, yüklərdən şübhələnmədiyi üçün günahkar olduğunu, yüklərə diqqətlə baxıb yoxlamalı olduğunu, daşıdıqları yüklərə görə özlərinin məsuliyyət daşıdığını, əvvəlcə də bu tip yükləri daşıdığı üçün heç nədən şübhələnmədiyini və bir sürücü kimi yükləri kimə daşıdığını bilməli olduğunu, bir sürücü və daşıyıcı kimi hüquq və vəzifələrinə dair heç bir məlumatının olmadığını, yük daşımaları haqqında qaydalardan xəbərinin olmadığını, vəzifəsinin sadəcə yük daşımaq olduğunu, yüklərə baxmaq sürücünün məsuliyyəti olduğunu, lakin bilə-bilə yükləri maşına yükləmədyini, malın faktura dəyərinin 383.18 dollar yazılan sənədə fikir vermədiyini və sadəcə sənədin şəklini şirkətə göndərdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyərək, ifadəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsində xidmətini Şahtaxtı Gömrük İdarəsində apardığını, 14 sentyabr 2021-ci il tarixində Şahtaxtı Gömrük İdarəsində xidmətdə olarkən təxminən saat 18:00-19:00 radələrində 2 yük maşınının gömrüyə daxil olduğunu, gündəlik iş qrafikinə uyğun olaraq nəqliyyat vasitələrinə baxış keçirdiklərini, həmin nəqliyyat vasitəsinin sürücüsündən yük sənədlərini baxış üçün aldıqda nəqliyyat vasitəsinin yük nəqliyyat sənədlərində (CMR) yükünün pomza daşı olduğunu gördüyünü, yüklərin invois dəyəri aşağı olduğundan yüklərdən şübhələndiklərini, yük nəqliyyat vasitəsini idarə edən Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs yükü haradan götürüb və hara aparacağı barədə şifahi sorğu-sual etdiyini, daha sonra onun idarə etdiyi nəqliyyat vasitəsini x-ray aparatı vasitəsilə yoxladıqlarını, heç bir şübhənin aşkar olunmadığını, əmin olmaq üçün kinoloji xidmətə xəbər verdiyini, yüklərin kinoloji it vasitəsilə yoxlanıldığını və itin yüklərə reaksiya verdiyini, sonra maşına daha dərin baxış keçirildiyini, anbarda yüklərin hal şahidlərinin iştirakı ilə boşaldıldığını və pomza daşları olan yüklərin içində qəhvəyi rəngə bənzər maddələrin aşkar olunduğunu, maddələrin 3 şəffaf torbaya yerləşdirildiyini və çəkisinin 65 kq 600 qram olduğunun müəyyən olunduğunu, yoxlanış zamanı sürücüdə şübhə çəkən heç bir halların olmadığını, özünü normal şəkildə apardığını, şübhəli yüklərin çuvalların alt hissəsinə yığıldığını, daşların maddələrdən diqqətli baxıldığında seçildiyini, xidməti itin də çuvalların alt hissəsinə reaksiya verdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində 2010-cu il tarixdən Dövlət Gömrük Komitəsində xidmətə başladığını, 5 aya yaxındır ki, Əməliyyat və Təhqiqat şöbəsinin Şahtaxtı Gömrük İdarəsi istiqamətində fəaliyyət göstərdiyini, 14 sentyabr 2021-ci il tarixdə xidmətdə olarkən Şahtaxtı gömrüyünə iki yük maşınının daxil olduğunu, sorğu-sual edilərkən sürücü Təqsirləndirilən şəxs Tehrandan İstanbula getdiyini söylədiyini, sənəddə yükün getdiyi yerin Doğu- Bayazit yazılsa da, İstanbula gedəcəyini dediyini, iş yoldaşı Şahid1 şübhəli yüklər aşkar edilməsi ilə bağlı onu çağırdığını, yükün invois dəyərindən şübhələndikləri üçün kinoloji itin tətbiq edilməsindən istifadə etdiklərini və kinoloji itin çuvallara reaksiya verdiyini, maşınlarda pomza daşları ilə dolu 26 çuvalın olduğunu, onları hal şahidlərinin iştirakı ilə anbarda boşaltdıqlarını və daşların içindən narkotik maddəyə bənzər kütlələrin aşkarlandığını, kütlələrin qarışıq şəkildə daşların içinə yığıldığını, çuvallar boşaldılaraq narkotik vasitəyə bənzər daşların seçildiyini, həmin kütlələrin çəkildiyini və 65 kq 600 qram olduğunu, narkotik aşkar edilən zaman sürücünün təəccüblü olduğunu, bundan xəbərinin olmadığını dediyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin kinloji şöbəsinin insturktor-kinoloq vəzifəsində işlədiyini, 14 sentyabr 2021-ci ildə Şahtaxtı gömrüyündə əməliyyat-təhqiqatın işçilərinin onu yük maşınlarının yanına dəvət etdiklərini, kinoloji itin vasitəsilə yüklərə baxış keçirtdiyini və bu zaman itin yüklərin alt hissəsində oturub reaksiya verdiyini, yüklər boşaldılmağa başlayan zaman birinci çuvaldan narkotikə bənzər maddənin aşkarlandığını, çuvalların ağızlarının açıq şəkildə olduğunu və yuxarıdan baxanda daşların aydın göründüyünü, şübhəli maddə olduğu vaxt itin oturaraq diqqətlə həmin yerə baxdığını, həmin vaxt sürücü Təqsirləndirilən şəxs də orada olduğunu və özünü çox arxayın apardığını, narkotik maddə aşkarlananda özünün də orada olduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyərək, ifadəsində 2 ilə yaxın müddətdir ki, Şahtaxtı Gömrük İdarəsində fəhləliklə məşğul olduğunu, Kəngərli rayon Şaxtaxtı kəndində yaşadığını, Gömrükdə yüklərin boşaldılıb yüklənməsi, arabayla daşınması ilə məşğul olub gündəlik çörək pulu qazandığını, 14 sentyabr 2021-ci il tarixdə də işdə olduğu vaxt axşam saat 19:00 radələrində qaçaqmalçılığın əməkdaşı Şahid1 yük maşınlarına baxış keçiriləcəyini və onun da hal şahidi kimi iştirak edəcəyini bildirdiyini, iş yoldaşı İlknurla hal şahidi kimi hadisə yerinə getdiklərini və yük maşınına baxış keçirildiyini, sürücü Təqsirləndirilən şəxsdə orada olduğunu, yük maşınlarında ağ çuvalların olduğunu, çuvalların boşaldıldığını, çuvallarda olan qara daşların içində narkotikə bənzər maddələrin aşkar olunduğunu, yüklərin tərəzidə çəkildiyini və protokol tərtib edildiyini, özlərinin də həmin protokola imza etdiklərini, sürücü Təqsirləndirilən şəxs də üstünə baxış keçirildiyini və protokol tərtib olunduğunu, sürücü Təqsirləndirilən şəxs rahat olduğunu və heç bir şeydən qorxmadığını, narkotik vasitəyə oxşar maddələrinin çəkildiyini və 65 kq 600 qram olduğunu, 3 torbaya yığılaraq möhürləndiyini, həmin vaxt sürücünün bu maddələrdən xəbərinin olmadığını dediyini göstərdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəmədə dindirilmiş digər Şahid4 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin İran İslam Respublikasında yükün kisələrə doldurulması zamanı iştirak etməsi, onun tərəfindən yükün tam şəkildə möhürlənmədən qəbul edilməsi və yükgöndərmə qaiməsində xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyatın aparılmaması, beynəlxalq yük daşıma qaydalarına riayət etməməsi, həmçinin daşıdığı yükün dəyərinin 383,8 ABŞ dolları təşkil etməsinə rəğmən həmin yükü 2100 ABŞ dolları məbləğində İran İslam Respublikasından Türkiyə Respublikasının Doğubayazit şəhərinə aparması və İran İslam Respublikası vətəndaşları tərəfindən onun İran İslam Respublikasının Poldəşt gömrüyünə qədər müşayiət edib gömrükdən keçirməsi bir daha onu sübut edir ki, daşıdığı yükün içərisində narkotik vasitəsinin olmasından xəbərdar olmuşdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükə narkotik vasitənin qablaşdırılmasından xəbərinin olmamasını bildirməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmasına xidmət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -15 sentyabr 2021-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsi Şaxtaxtı Gömrük İdarəsində tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı, 31 yanvar 2020-ci il tarixdə verilmiş U23092208 nömrəli pasportun sahibi 30 oktyabr 1987-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi 76DF619 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH576, “KOLUMAN” markalı), olan “MAN” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi WMA06XZZ4BM569912, tranzit olaraq daşıdığı yükü 26 ədəd ağ rəngli böyük kisələrdə, ümumi çəkisi 19790 kq qara rəngli süxur qırıntısı halında pomza daşı olan yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsinə və daşıdığı yükə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji şöbəsinin narkotik vasitələrin axtarışı üzrə ixtisaslaşmış, “Belçika molinois” cinsli, “Gek” ləqəbli itinin tətbiqi ilə baxış keçirilmişdir. Yoxlama zamanı kinoloji itin reaksiyasına əsasən yük nəqliyyat vasitəsinin qoşqusunda tranzit olaraq daşıdığı, ümumi çəkisi 19790 kq qara rəngli suxur qırıntısı halında pomza daşının doldurulduğu 26 ədəd ağ rəngli böyük kisələr yoxlanılmış və pomza daşının içinə qarışdırılmış ümumi çəkisi 65 kiloqram 600 qram olan bərk halda açıq-boz və qara rəngli qırıntı şəklində narkotik vasitəyə bənzər, kəskin iyli kütlələr aşkar edilərək 3 ədəd ağ-şəffaf kisələrə doldurulub möhürlənərək götürülmüşdür. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 15 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 sentyabr 2021-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən həbsin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmış, həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti yenidən iki ay müddətinə uzadılmışdır. - 16 sentyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. 18 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunda ittiham elan olunmuşdur. - Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 76DF619 dövlət nömrə nişanlı “MAN” markalı yük nəqliyyat vasitəsinin 76DH576 nömrəli, “KOLUMAN” markalı qoşqusunda daşınan 26 ədəd ağ rəngli böyük kisələr yoxlanılmış və kisələrdə olan pomza daşının içinə qarışdırılmış ümumi çəkisi 65 kiloqram 600 qram olan bərk halda açıq-boz və qara rəngli qırıntı şəklində narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə olub-olmamasını, hazırlanma üsulunun, xalis çəkisinin müəyyən edilməsi məqsədilə 23 sentyabr 2021-ci il tarixdə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli 266 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üç ədəd ağ rəngli sintetik kisələrdə, ümumi təmiz çəkiləri 65 kq 19 qram olan açıq və tünd qəhvəyi rəngli, bərk halda, qətrana bənzər spesifik tiryək iyli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən tədqiqata təqdim edilmiş maddənin ilkin çəkisi ilə təmiz çəkisinin fərqi üzərindəki qablaşdırmanın çəkisinin (taranın) çıxılması ilə əlaqədardır. Tədqiqatdan sonra 65 kq 18 qram qalmışdır. - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021ci il tarixli 266 nömrəli məktubuna əsasən təmiz çəkisi 65 kq 18 qram tiryək narkotik vasitəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılmışdır. - Təqsirləndirilən şəxs idarə etdiyi 76DF619 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH576, “KOLUMAN” markalı), “MAN” markalı yük nəqliyyat vasitəsi və qoşqusundakı ümumi çəkisi 19724 kq 98 qram qara rəngli suxur qırıntısı halında pomza (süngər) daşı yükü törədilmiş cinayətin izlərini özündə saxladığından, 05 oktyabr 2021-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutla bağlı məsələ məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll olunanadək Naxçıvan Muxtar Respublikası "Naxçıvanterminalkompleks" X6 İdarəsində yerləşən anbarında saxlanca verilmişdir. -Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserin ekspert komissiyasının 22 oktyabr 2021-ci il tarixli 93 saylı tibbi rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsi istisna olunmur. Hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. -Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilati-İnspeksiya İdarəsinin ƏSİB tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. -Türkiyə Respublikası İğdır 2-ci notariusu tərəfindən təsdiq olunmuş Təqsirləndirilən şəxs ailə tərkibi haqqında sənədin tərcümə olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Mecit oğlunun 2012 və 2015 təvəllüdlü olmaqla 2 azyaşlı uşaqları vardır. - CMR 04521 nömrəli beynəlxalq dövriyyə sənədinə əsasən yükü göndərən DAVOOD KHODADAD İD KODU: ********** PÖOLDƏŞT /İRAN, yükü qəbul edən isə “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN” adlı şirkətidir. -“İNVOİCE” sənədinə əsasən DAVOOD KHODADAD İD KODU: ********** PÖOLDƏŞT /İRAN tərəfindən “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN” şirkətinə göndərilən 26 çuval pomza daşının çəkisi 19790 kq, invoys dəyəri isə 383,8 ABŞ dollarıdır. - Nəqliyyat vasitəsinin texniki pasportunun surətinə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi 76DF619 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH576, “KOLUMAN” markalı), olan “MAN” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi WMA06XZZ4BM569912 olan nəqliyyat vasitəsi “X5 və Xarici Ticarət LTD şirkəti”nə məxsusdur. - Türkiyə Respublikası İğdır İ notariusu tərəfindən təsdiq edilmiş etibarnamənin Azərbaycan dilinə tərcümə olunmuş surətinə əsasən “X5 və Xarici Ticarət LTD şirkəti”nə məxsus nəqliyyat vasitələri idarə edilmək üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. İş üzrə ittiham aktına əlavə edilən arayışda Təqsirləndirilən şəxs idarə etdiyi 76DF619 dövlət nömrə nişanlı, qoşqusu "KOLUMAN" olan “MAN" markalı nəqliyyat vasitəsinin “X4 və Xarici Ticarət LTD şirkəti”nə məxsus olmasını məhkəmə texniki səhvlik kimi qəbul edərək həmin nəqliyyat vasitəsinin “X5 və Xarici Ticarət LTD şirkəti”nə məxsus olmasını müəyyən etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” haqqında protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının tibbi rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında əvvəlcədən razılaşmaqla istintaqla müəyyən olunmayan şəxslərdən Türkiyə Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş və idarə etdiyi 76DF619 dövlət nömrə nişanlı “MAN” markalı yük nəqliyyat vasitəsinin 76DH576 nömrəli, “KOLUMAN” markalı qoşqusuna özünün iştirakı ilə yüklənmiş 26 ədəd böyük kisələrdə “pomza (süngər) daşı” adlı yük tamlığı ilə möhürlənmədən qəbul edilmiş, göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyat aparılmamışdır. "Beynəlxalq yük daşınması müqaviləsi haqqında" 1956-cı il 19 may tarixli Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimələrdə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünü və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur və yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərlə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyü və malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və yük qaiməsi daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malların və onların qablaşdırılmasının daşıyıcı onları təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, 14 sentyabr 2021-ci il tarixdə təxminən saat 1854 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi 76DF619 dövlət nömrə nişanlı “MAN” markalı yük nəqliyyat vasitəsinin 76DH576 nömrəli, “KOLUMAN” markalı qoşqusunda Türkiyə Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş 65 kiloqram 19 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Türkiyə Respublikasına daşımaq üçün idarə etdiyi “MAN”markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilində 26 ədəd böyük kisələrdə “pomza (süngər) daşı” yükü adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, gömrük nəzarətindən gizlin X10 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ siyahısına görə psixotrop maddə olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində iki azlaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 14 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 oktyabr 2021-ci il tarixli 93 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 65 kq 18 qram olan tiryək narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan və məhkəməyə təqdim edilən U23092208 nömrəli pasport, 4 (dörd) ədəd müxtəlif sim kart, 5 (beş) ədəd müxtəlif bank kartı, 1 (bir) ədəd boş simkart qabı, 1 (bir) ədəd 40276500 nömrəli sürücü kartı, 1 (bir) ədəd **********8 nömrəli kimlik kartı, 1 (bir) ədəd **********16 nömrəli peşə uyğunluğu kartı, 1 (bir) ədəd AU 757402 nömrəli sürücülük vəsiqəsi, 1 (bir) ədəd qara rəngli qara rezin örtüklü “Huawei Y6s" markalı mobil telefon, 2 (iki) ədəd 100 “Türk lirəsi”, 1 (bir) ədəd 50 “Türk lirəsi”, 2 (iki) ədəd 10 “Türk lirəsi”, 15 (on beş) ədəd 100 “ABŞ dolları", 1 (bir) ədəd 50 “ABŞ dolları”, 1 (bir) ədəd 20 “ABŞ dolları", 1 (bir) ədəd 10 “ABŞ dolları", 2 (iki) ədəd 5 “ABŞ dolları”, 3 (üç) ədəd 1 “ABŞ dolları”, 2 (iki) ədəd 5 “Azərbaycan manatı”, 1 (bir) ədəd 1 “Azərbaycan manatı”, 1 (bir) ədəd 50000 “İran rialı”, 1 (bir) ədəd 500000 “İran rialı”, 1 (bir) ədəd 100000 “İran rialı”, 1(bir) ədəd 1000 “Qazaxıstan təngəsi”, 1 (bir) ədəd 100 “Rus rublu”, 1 (bir) ədəd 5 “Gürcü larisi”, 1 (bir) ədəd 5 “Türkmən manatı”, 1 (bir) ədəd 5000 “Qırğız somu” Təqsirləndirilən şəxs, “Naxçıvanterminalkompleks birliyi”nin Şaxtaxtı Gömrük İdarəsinin anbarında saxlanılan “X5 və Xarici Ticarət LTD şirkəti”inə məxsus 76DF619 dövlət nömrə nişanlı, (qoşqu nömrəsi 76DH576 dövlət nömrə nişanlı ”KOLUMAN” markalı) “MAN” markalı yük nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinin 1 (bir) ədəd açarı , 76DF619 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH576, “KOLUMAN” markalı) olan “MAN” markalı yük nəqliyyat vasitəsinə aid 2 (iki) ədəd texniki pasport “X5 və Xarici Ticarət LTD şirkəti” inə, 76DF619 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH576, “KOLUMAN” markalı) “MAN” markalı yük nəqliyyat vasitəsinin qoşqusundakı ümumi çəkisi 19724 kq 98 qram qara rəngli süxur qırıntısı halında olan 26 ədəd ağ kisələrə doldurulmuş pomza daşı CMR 04521 nömrəli beynəlxalq dövriyyə sənədinə əsasən yükü qəbul edən “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN şirkəti”nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 65 kq 18 qram olan tiryək narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi məhkəmədə saxlanılan U23092208 nömrəli pasport, 4 (dörd) ədəd müxtəlif sim kart, 5 (beş) ədəd müxtəlif bank kartı, 1 (bir) ədəd boş simkart qabı, 1 (bir) ədəd 40276500 nömrəli sürücü kartı, 1 (bir) ədəd **********8 nömrəli kimlik kartı, 1 (bir) ədəd **********16 nömrəli peşə uyğunluğu kartı, 1 (bir) ədəd AU 757402 nömrəli sürücülük vəsiqəsi, 1 (bir) ədəd qara rəngli qara rezin örtüklü “Huawei Y6s" markalı mobil telefon, 2 (iki) ədəd 100 “Türk lirəsi”, 1 (bir) ədəd 50 “Türk lirəsi”, 2 (iki) ədəd 10 “Türk lirəsi”, 15 (on beş) ədəd 100 “ABŞ dolları", 1 (bir) ədəd 50 “ABŞ dolları”, 1 (bir) ədəd 20 “ABŞ dolları", 1 (bir) ədəd 10 “ABŞ dolları", 2 (iki) ədəd 5 “ABŞ dolları”, 3 (üç) ədəd 1 “ABŞ dolları”, 2 (iki) ədəd 5 “Azərbaycan manatı”, 1 (bir) ədəd 1 “Azərbaycan manatı”, 1 (bir) ədəd 50000 “İran rialı”, 1 (bir) ədəd 500000 “İran rialı”, 1 (bir) ədəd 100000 “İran rialı”, 1(bir) ədəd 1000 “Qazaxıstan təngəsi”, 1 (bir) ədəd 100 “Rus rublu”, 1 (bir) ədəd 5 “Gürcü larisi”, 1 (bir) ədəd 5 “Türkmən manatı”, 1 (bir) ədəd 5000 “Qırğız somu” Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra “Naxçıvanterminalkompleks birliyi”nin Şahtaxtı Gömrük İdarəsinin anbarında saxlanılan “X5 və Xarici Ticarət LTD şirkəti”inə məxsus 76DF619 dövlət nömrə nişanlı, (qoşqu nömrəsi 76DH576 dövlət nömrə nişanlı ”KOLUMAN” markalı) “MAN” markalı yük nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinin 1 (bir) ədəd açarı, 76DF619 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH576, “KOLUMAN” markalı) olan “MAN” markalı yük nəqliyyat vasitəsinə aid 2 (iki) ədəd texniki pasport “X5 və Xarici Ticarət LTD şirkəti” inə qaytarılsın. “Naxçıvanterminalkompleks birliyi”nin Şahtaxtı Gömrük İdarəsinin anbarında saxlanılan 76DF619 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH576, “KOLUMAN” markalı) “MAN” markalı yük nəqliyyat vasitəsinin qoşqusundakı ümumi çəkisi 19724 kq 98 qram qara rəngli süxur qırıntısı halında olan 26 ədəd ağ kisələrə doldurulmuş pomza daşı CMR 04521 nömrəli beynəlxalq dövriyyə sənədinə əsasən yükü qəbul edən “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN şirkəti”nə qaytarılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar