Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-2/2025 03.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin tərcüməçisi X4 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, evli, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran İslam Respublikası, Mərənd şəhəri, Dövlətabad kəndində yaşamış, 26 noyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmiş İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH460” markalı 95AK493/65AA712 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2024cü il tarixində İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gətirdiyi xama yükünü xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən "xxxx" MMCnin anbarına boşaldaraq İrandan xama yükünü göndərən Cəlilağa Musaxani adlı şəxsin tapşırığı ilə həmin anbarın ərazisində "xxxx" MMC-nin baş mühasibi Şahid3 xama yükünün dəyəri olan 34020 ABŞ dolları və əvvəl gətirdiyi yükün pulundan borc qalmış 5430 ABŞ dolları olmaqla ümumilikdə 4 bağlamada olan cəmi 39450 ABŞ dolları məbləğində pulu aldıqdan sonra Rezidentlər və qeyri-rezidentlər, habelə fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydalarını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 nömrəli və müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 03 mart 2016-cı il tarixli, 16/1 nömrəli qərarlarına əsasən, həmin məbləğin 10000 ABŞ dollarını gömrük orqanına bəyan etməməklə, qalan, həmin tarixə Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə 50065 (əlli min altmış beş) manat dəyərində xarici valyuta olan 29450 ABŞ dollarını isə müvafiq qaydada gömrük orqanına bəyan etməklə Azərbaycan Respublikasından çıxarmalı olduğu halda, həmin məbləğdə xarici valyutanı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına keçirmək məqsədilə iki hissəyə ayıraraq sellofan torbalara büküb idarə etdiyi yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol tərəfində olan dəmir yeşiklərin içərisində üst hissədəki boşluqda gizlətmiş, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində İran İslam Respublikasına gedərkən “Şahtaxtı” gömrük postunda xeyli miqdarda - 29450 (iyirmi doqquz min dörd yüz əlli) ABŞ dolları, yəni 50065 (əlli min altmış beş) manat ekvivalentində olan 100 nominallı 294 ədəd ABŞ dolları və 50 nominallı 1 ədəd ABŞ dolları olmaqla, ümumilikdə 295 ədəd ABŞ dolları olan pul əsginaslarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, sürücü işləyir. İdarə etdiyi yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına yük daşımaqla məşğul olmuşdur. 13 oktyabr 2024-cü il tarixində idarə etdiyi 95AK493 qeydiyyat nişanlı, qırmızı rəngli, “Volvo FH460” markalı yük nəqliyyat vasitəsi ilə İrandan Naxçıvana gətirdiyi xama yükünü “Şahtaxtı” gömrük postundan keçməklə Naxçıvana "xxxx" MMC-yə gətirmiş, 14 oktyabr 2024-cü il tarixdə həmin yükü boşaltdıqdan sonra İrandan zəng edib “orada sənə pul verəcəklər gətirərsən” dediklərindən gətirdiyi yükün dəyəri olan 34020 ABŞ dolları və əvvəl gətirdiyi yükün pulundan borc qalmış 5430 ABŞ dolları olmaqla ümumilikdə 39450 ABŞ dollarını yükü göndərən iranlı Cəlilağa Musaxaniyə aparmaq üçün "xxxx" MMCnin baş mühasibi Zaurdan almış və yola düşmüşdür. İrana aparmaq üçün aldığı ümumilikdə 4 bağlamada olan 39450 ABŞ dollarını hər birində 2 bağlama olmaqla 2 sellofon torbaya bükərək 2 hissəyə ayırmış və idarə etdiyi yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol tərəfində olan yeşiyin içərisində üst tərəfdəki boşluqda gizlətmiş, gömrükdən tez keçib İrana getməyə tələsdiyindən həmin gün axşam saat 23:00-də yola çıxmış, lakin axşam gömrükdən keçə bilməmiş, xx.xx.2024-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İrana getmək istəyərkən gömrük əməkdaşı nəqliyyat vasitəsini videoçəkiliş aparmaqla nəqliyyat vasitəsini yoxlamış və idarə etdiyi yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol tərəfində olan yeşiyin içərisində üst tərəfdəki boşluqda gizlətdiyi 39450 ABŞ dollarını aşkar etmişdir. Sonda sənədlər yazılmış və o da imzalamışdır. Həmçinin məhkəmədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilən cəmi 39450 ABŞ dolları pulun ona məxsus olmadığını, İrandan yükü göndərən Cəlilağa Musaxani adlı şəxsə məxsus olduğunu, bundan əvvəl gedəndə bu qədər pul aparmadığını, 10000 dollardan artıq pulun bəyan edilməli olduğunu bildiyini, pulu həmişə şəhər gömrüyünə bəyan etdiklərini, ora saat 18:00-da bağlandığından, gecə getdiyindən və tələsdiyi üçün bəyan etmədiyini, səhər bəyan edəcəyini düşündüyünü, səhvlik etdiyini, 39450 dolların bəyan etməli olduğunu bildiyini, İranda soyğunçuluq etdiklərindən qorxduğu üçün pulu gizlətdiyini bildirmiş və son sözündə əməlindən peşman olduğunu nəzərə alıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən daxil olmuş əməliyyat məlumatı əsasında təxminən saat 11-12 radələrində İran İslam Respublikasına məxsus 95AK493/65AA712 qeydiyyat nişanlı, “Volvo FH460” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirmək üçün yaxınlaşmış, sürücü Təqsirləndirilən şəxs ilə qısa şifahi sorğusualdan sonra sürücüyə idarə etdiyi yük nəqliyyat vasitəsinə və daşıdığı yükə video çəkiliş aparmaqla yoxlama keçirəcəyini bildirmişdir. Video çəkiliş zamanı isə “Şahtaxtı” gömrük postunun inspektoru Şahid2 kömək istəmiş, o da kömək etməyə razılaşmışdır. Daha sonra Şahid2 tərəfindən video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinə baxış keçirməyə başlamış, əvvəlcə nəqliyyat vasitəsinin yan yeşiklərinə baxış keçirərkən, dartıcının sürücü tərəfində olan yan yeşiyinin içərisində üst tərəfində olan boşluqdan sellofan torbaya bükülmüş ABŞ dolları olduğunu ehtimal etdiyi 2 bağlama pul əsginaslarını aşkar etmiş və yoxlamanı davam etdirmişdir. Nəqliyyat vasitəsinin dartıcının sağ tərəfindəki yan yeşiyinin içərisində üst tərəfində olan boşluqdan yenə eyni şəkildə sellofan torbaya bükülmüş ABŞ dolları olduğunu ehtimal etdiyi 2 bağlama pul əsginaslarını da aşkar etmişdir. Sonra nəqliyyat vasitəsinə tam baxış keçirmiş, lakin qadağan olunmuş daha heç nə aşkar etməmişdir. Sonra aşkar etdiyi iki bükümdəki pul əsginaslarını sürücünün yanında saymış və 394 ədəd 100-lük və 1 ədəd 50lik olmaqla, ümumilikdə 39450 ABŞ dolları olduğunu ehtimal etdiyi pul əsginaslarını müəyyən etmişdir. Sonra müəyyən icazələri aldıqdan sonra sürücünün üzərinə şəxsi yoxlama aparmaq üçün sürücünü “Şahtaxtı” gömrük postunun inzibati binasında yerləşən şəxsi yoxlama otağına dəvət etmiş və Şahid2 tərəfindən video çəkiliş aparılmaqla şəxsi yoxlamaya başlamış, şəxsi yoxlama zamanı sürücünün üzərindən qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Pulu aşkar etdikdən sonra sürücüdən soruşduqda o, pulun "xxxx" firmasından Zaur müəllimin verdiyini, özü ilə apara bilməyəcəyindən qorxaraq gizlətdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun inspektoru Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-nin həmin vaxtdan mühasibi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində İran İslam Respublikasının vətəndaşı Amır adlı sürücü qırmızı rəngli “Volvo” markalı nəqliyyat vasitəsi ilə "xxxx" MMC tərəfindən sifariş əsasında 34020 ABŞ dolları dəyərində olan xama yükünü həmin MMC-nin Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən anbarına gətirmiş, həmin gün yük nəqliyyat vasitəsindən boşaldıldıqdan sonra yükün dəyəri olan 34020 ABŞ dolları və əvvəl aldıqları yükün pulundan borc qalmış 5430 ABŞ dolları olmaqla, ümumilikdə 39450 ABŞ dollarını MMC-nin direktoru X6 tapşırığı ilə yükü göndərənə aparması üçün sürücüyə vermişdir. Həmin gün axşam radələrində sürücü Bulqan kəndindəki anbarı yük nəqliyyat vasitəsi ilə tərk edib getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, nəqliyyat vasitəsini yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol yan yeşiklərinin içərisində yuxarı boşluq hissəsində gizlədilmiş 394 ədəd 100-lük və 1 ədəd 50-lik olmaqla, ümumilikdə 39450 (otuz doqquz min dörd yüz əlli) ABŞ dolları olan pul əsginasına bənzər predmetlər aşkar edilmişdir. 14 noyabr 2024-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci mаddəsi ilə cinayət işi başlanılmış və 26 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 26 noyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək növündə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək icraat dövründə yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi 95AK493/65AA712 qeydiyyat nişanlı “Volvo FH460” markalı yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol yan yeşiklərinin içərisində yuxarı boşluq hissəsində gizlədilmiş 394 ədəd 100-lük və 1 ədəd 50-lik ABŞ dolları əsginasına bənzər predmetlərin nə olmasının, saxta olub-olmamasının, əgər saxtadırsa hansı üsulla hazırlanmasının müəyyən edilməsi məqsədilə 16 oktyabr 2024-cü il tarixdə pul nişanlarının və qiymətli kağızların tədqiqi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2024-cü il tarixli 1265 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 394 ədəd 100 nominallı X5 dolları olan pul əsginaslarına oxşar obyektlər və 1 ədəd 50 nominallı X5 dolları olan pul əsginaslarına oxşar obyektlər xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla yanaşı, poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əsginaslarının nümunələri ilə eynilik təşkil edir. “Dövlət Gömrük Komitəsi gömrük xidmətinin X2 Sistemində (“VAİS”-də) “Mərkəzi Bank” alt bölməsinə baxış keçirilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin X2 Sisteminin (“VAİS”-in) “Mərkəzi Bank” alt bölməsində Azərbaycan Respublikası Mərkəzi Bankının hadisə baş verən vaxta, yəni 15 oktyabr 2024-cü il tarixə xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnəsinə əsasən, 1 ABŞ dollarının 1,70 manat təşkil etdiyi, beləliklə qeyd edilən tarixə gömrük orqanın bəyan etmədiyi və gömrük nəzarətindən gizlətdiyi 39450 (39450x1,70) ABŞ dollarının 67065 manat, gömrük nəzarətindən gizlətdiyi 29450 ABŞ dollarının isə (29450x1,70) 50065 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş 100 nominallı 294 ədəd ABŞ dolları və 50 nominallı 1 ədəd ABŞ dolları olmaqla, ümumilikdə 295 ədəd ABŞ dolları olan pul əsginasları cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarınadək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsində və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefonun Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus M67729438 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 292 (iki yüz doxsan iki) manat təşkil edir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2024-cü il tarixli 1265 nömrəli ekspert rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH460” markalı 95AK493/65AA712 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində İran İslam Respublikasına gedərkən “Şahtaxtı” gömrük postunda “Rezidentlər və qeyri-rezidentlər, habelə fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydalarını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 nömrəli və müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 03 mart 2016-cı il tarixli, 16/1 nömrəli qərarlarına əsasən həmin tarixə Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə 50065 (əlli min altmış beş) manat dəyərində xarici valyuta olan 29450 ABŞ dollarını müvafiq qaydada gömrük orqanına bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına keçirmək məqsədilə iki hissəyə ayıraraq sellofan torbalara büküb idarə etdiyi yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol tərəfində olan dəmir yeşiklərin içərisində üst hissədəki boşluqda gizlədərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, Gömrük Məcəlləsinin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Qərarın 7-cı maddəsində isə izah edilir ki, şəxsin CM-nin 206.2-ci maddəsində göstərilən əşyalar istisna olmaqla malların və digər əşyaların, o cümlədən Azərbaycan manatının, xarici valyutanın və valyuta sərvətlərinin qaçaqmalçılığında təqsirli olması məsələsini həll edərkən, məhkəmələrə GM-nin 146 və 304-cü maddələrinin, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın və Azərbaycan Respublikası Mərkəzi X12 03 mart 2016-cı il tarixli 16/1 saylı Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın tələblərini nəzərə almaları tövsiyə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na 1 nömrəli əlavənin “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların” Siyahısına əsasən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Azərbaycan Respublikası Mərkəzi X9 “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 16/1 nömrəli Qərarının 2.3-1-ci bəndinə əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən artıq xarici valyutada qiymətli kağızları əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından çıxara bilərlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən “Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi - cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsın törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxsın cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə bir neçə cəza növü müəyyən etmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza kimi nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsində saxlanılan 100 nominallı 294 ədəd ABŞ dolları və 50 nominallı 1 ədəd ABŞ dolları olmaqla, ümumilikdə 295 ədəd ABŞ dolları olan pul əsginasları Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefon özünə qaytarılmalı və Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş M67729438 nömrəli pasport özünə qaytarılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona cinayətin predmetinin dəyərinin qırx beş faizi miqdarında, yəni 22529 (iyirmi iki min beş yüz iyirmi doqquz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 292 (iki yüz doxsan iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2, X11 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsində saxlanılan 39450 (otuz doqquz min dörd əlli) ABŞ dolları məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus M67729438 nömrəli pasport özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-2/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-2/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver