Məhkəmə qərarları › İş №1(111)-20/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-20/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-20/2024 27.11.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Şərur Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1956-cı il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, ailəli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər məhkumluğu olmayan, Kəngərli rayon Xok kəndində qeydiyyatda duran və yaşayan, barəsində 30 iyul 2024-cü il tarixdə «həbs» növündə qətimkan tədbiri seçilməklə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, öz cinsi ehtiyacını natamam formada təmin etmək məqsədilə 26 iyul 2024-cü il tarixdə saat 11 radələrində Kəngərli rayon Xok kənd ərazisində yerləşən və işlətdiyi ərzaq mağazasında olan zaman, mağazaya daxil olan xx.xx.2011-ci il təvəllüdlü, Kəngərli rayon Xok kənd sakini Zərərçəkmiş şəxs ilk öncə sağ əli ilə sol yanaq nahiyəsini çimdikləmiş, daha sonra zor tətbiq etmədən Zərərçəkmiş şəxs özünə tərəf çəkərək qucaqlayıb sol yanaq nahiyəsindən öpməklə sol əli ilə sonuncunun üst paltarının üzərindən sinə nahiyəsini sıxaraq on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmiş və bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.1956-cı il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, ailəlidir və hal-hazırda həyat yoldaşı ilə birlikdə Kəngərli rayonu Xok kəndində yaşayır. Yaşadığı evin yaxınlığında oğlu Niyaməddin Abdullayevə məxsus ərzaq mağazası vardır, Niyaməddinin başqa işləri olan zaman ona köməklik və əvəz etmək məqsədi ilə günün müəyyən vaxtlarında mağazada olurmuş. Dəqiq tarixini xatırlamadığı 2024-cü ilin iyul ayının axırlarında səhər saatlarında yuxudan oyandıqdan sonra evdə olan zaman spirtli içki, yəni 500 qram miqdarında araq içmiş, araq içdikdən bir qədər sonra nəvəsi Valeh evə gələrək atasının başqa işi olduğundan mağazaya gəlməsini demiş, sonra o, oğlunun mağazasına getmişdir. Mağazada tək olan zaman təxminən saat 11:00 radələrində həmkəndlisi və qonşusu Qanuni nümayəndə qızı mağazaya daxil olmuş, Amilin qızı mağazaya daxil olduqdan sonra mağazada olan şirniyyatı göstərərək bir kiloqram verməyini istəmiş, Amilin qızına sellofan torba verib şirniyyatı yığmasını ona demiş, özü isə mağazada kassanın arxasında olan kresloda əyləşmişdir. Həmin zaman “Fərda” şirniyyatdan nümayəndə gəlmiş, şirniyyatları verib pulunu hesablayıb verdikdən sonra getmişlər. Amilin qızı şirniyyatları torbaya yığıb tərəzidə çəkmək üçün ona vermiş, sellofan torbada olan şirniyyatları tərəzidə çəkib şirniyyatların müəyyən hissəsini qıza qaytarmış, qız şirniyyatları vitrinə qoymaq istəyən zaman ayağa qalxaraq onun yanına yaxınlaşaraq çox içkili olduğundan öz hərəkətlərini idarə edə bilmədiyindən ilk öncə onun yanaq nahiyəsini çimdikləmiş və daha sonra onu sağ əli ilə özünə tərəf çəkərək qucaqlayıb yanaq nahiyəsindən öpmüş və bundan sonra onu buraxmışdır. Sonra Amilin qızı ondan aralanmış və mağazanın giriş qapısının qarşısında dayanmış, pulun qalığını qaytardıqdan sonra şirniyyatı götürüb mağazadan çıxıb getmiş və bu zaman ondan üzr istəmişdir. Daha sonra mağazadan çölə çıxaraq mağazanın qarşısında əyləşmiş, bir müddətdən sonra Amilin həyat yoldaşı qaynanası mağazaya gəlmiş, ondan nə üçün qıza toxunduğunu soruşmuş, cavabında içkili olduğunu və nə etdiyini bilmədiyini onlara demişdir. Onlar çıxıb getdikdən sonra Amil polisə şikayət etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona ünvanlanmış suallara cavabında həmin qız uşağını, həmkəndlisi Qanuni nümayəndə qızını əvvəlcədən tanıdığını, lakin qızın adının Aysel olduğunu bilmədiyini, Zərərçəkmiş şəxs neçə yaşında olmasını dəqiq bilmədiyini, sonradan qızın 13 yaşı olduğunu bildiyini, Ayselin sinə, yəni döş nahiyəsini sıxmadığını, döş nahiyəsinə əlini vurmadığını, ibtidai istintaq zamanı belə ifadə vermədiyini, bu halı təsdiqləmədiyini, ifadəsinin müstəntiq tərəfindən düzgün yazılmadığını, həmin ifadəni oxumadan imza etdiyini, ifadə verərkən müdafiəçinin onun yanında olduğunu, ifadəsi alınan zaman ona qarşı heç bir təzyiq olmadığını, içkili olduğuna görə Zərərçəkmiş şəxs qarşı bu cür əxlaqsız hərəkətlər etdiyini, mağazada olan videokameranın saatının səhv olduğunu, hadisənin baş verdiyi vaxtın təxminən saat 11:00 radələri olduğunu, içkili olduğuna görə Ayseli nəvəsi Fatiməyə oxşatdığını, onun olduğunu düşünüb bu hərəkətləri etdiyini, öz cinsiyyət orqanını hərəkət etdirmədiyini, Zərərçəkmiş şəxs ilə aralarında heç bir vaxt belə razılaşma olmadığını və ona əvvəlcədən bu barədə məlumat vermədiyini, ilk dəfədir ki, Zərərçəkmiş şəxs qarşı bu cür əxlaqsız hərəkətlər etdiyini və sonradan çox peşman olduğunu, bir neçə dəfə Aysel və qardaşı Nərimanın mağazaya gəldiyini, Nərimana “maşallah böyümüsən artıq” sözlərini dediyini, lakin Aysel tək olan zaman ona qeyd olunan sözləri demədiyini, qız mağazadan çıxıb gedərkən ona “gözlərin mənim xoşuma gəlir” ifadəsi işlətmədiyini, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini, ona qarşı əxlaqsız hərəkətlər etmək fikrinin anidən yarandığını, bu hərəkətləri kef havasına etdiyini, bu hərəkətləri edən zaman Ayselin dartınmasını danmadığını, etdiyi əməlin əxlaqsız hərəkətlər olduğunu qəbul etdiyini bildirərək son sözündə etdiyi əmələ görə peşman olduğunu, uşaqlarına və yaşına görə bağışlanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 8-ci sinif şagirdidir, ailəsi ilə birlikdə hazırda Bakı şəhərində yaşayır və 13 yaşı vardır. 2024-cü ilin iyul ayında Xok kəndində yaşayarkən saat 11:00 radələrində yaşadığı evdə olan zaman anası Tünzalə ərzaq mağazasından şirniyyat almaq üçün onu mağazaya göndərmiş, evdən çıxaraq Xok kənd ərazisində yerləşən həmkəndlisi Vəliddinin işlətdiyi ərzaq mağazasına getmiş, ərzaq mağazasına daxil olan zaman Vəliddindən başqa mağazanın içərisində heç kim olmamış, mağazaya daxil olduqdan sonra Vəliddinə şirniyyat alacağını demiş, həmin vaxt mağazaya tanımadığı şəxslər daxil olaraq Vəliddinə şirniyyat verərək pulunu alıb mağazanı tərk etmişlər. Sonra bəyəndiyi şirniyyatdan bir kiloqram çəkərək ona verməsini Vəliddindən istəmiş, həmin vaxt Vəliddin yorğun olduğunu bildirərək ona sellofan torba verib kömək etməyi demiş, sellofan torbanı ondan alaraq şirniyyatları torbaya yığmış, şirniyyatı torbaya yığan zaman isə Vəliddin kassanın arxasında olmuş, şirniyyatları yığdıqdan sonra çəkməsi üçün Vəliddinə vermiş, daha sonra arxaya dönüb başqa şirniyyat götürən vaxt Vəliddinin ayağa qalxaraq sağ əli ilə onun sol yanağını çimdikləyərək sağ əli ilə onu özünə tərəf çəkib qucaqlamış, sol yanaq nahiyəsindən öpməklə yanaşı eyni vaxtda sol əli ilə paltarının üzərindən onun sinə nahiyəsini sıxmağa başlamış, dərhal onun məqsədini başa düşüb Vəliddini itələyərək “burax məni” demiş, Vəliddin onu buraxdığından ondan aralanaraq mağazanın içəri tərəfdən giriş qapısının qarşısında dayanmış, sonra pulun qalığını ondan alıb şirniyyatları götürərək mağazadan çölə çıxmış, bu zaman Vəliddin də onun arxasınca mağazadan çölə çıxaraq “sənin gözlərindən xoşum gəlir, ona görə bu hərəkətləri etdim” demişdir. Qorxu içində qaçaraq yaşadığı evə gəlmiş və Vəliddinin etdikləri barədə anası Tünzaləyə demiş, anası Tünzalə və nənəsi ilə birlikdə mağazaya getmiş, orada anası və nənəsi Vəliddinə hirslənərək nə üçün qıza qarşı bu hərəkətləri etdiyini soruşmuşlar. Həmçinin qeyd olunan hadisədən əvvəl Vəliddin tərəfindən ona qarşı istər kənd ərazisində, istərsə də başqa bir yerdə əxlaqsız hərəkətlər edilmədiyini, lakin bir neçə dəfə Vəliddinin mağazasından ərzaq alan zaman ona baxaraq “günü gündən gözəlləşirsən”, “maşallah böyümüsən artıq” ifadələrini işlətdiyini, Vəliddinin yaşlı olduğundan məqsədinin pis olduğunu düşünmədiyini, hər dəfə mağazaya qardaşı ilə birlikdə getdiyini, Vəliddinin ona qarşı belə hərəkət etməyə cəhd etmədiyini, mağazada tək olduğundan ona qarşı belə hərəkətlər etdiyini, 26 iyul 2024-cü il tarixdə ilk dəfə idi ki, mağazaya tək getdiyini, Vəliddinin də bundan istifadə edərək ona qarşı əxlaqsız hərəkət etdiyini, həmin vaxt mağazasında Vəliddindən başqa heç kimin olmadığını, Vəliddinin ona qarşı əxlaqsız hərəkətlər edəcəyi barədə əvvəlcədən ona heç nə demədiyini, Vəliddinin onun razılığı olmadan ona qarşı əxlaqsız hərəkətlər etdiyini, həmin vaxtdan sonra bir daha Vəliddinin mağazasına getmədiyini, bu hərəkətlərə görə onu bağışlamadığını bildirmişdir. İş üzrə Şahid məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, 26 iyul 2024-cü il tarixdə yaşadıqları evə qonaq gəldiyi üçün qızı Zərərçəkmiş şəxs evlərinin yaxınlığında yerləşən Vəliddinin mağazasından şirniyyat almasını istədiyini, həmin gün saat 11 radələrində qızı Zərərçəkmiş şəxs həmkəndlisi Vəliddinin mağazasına getmək üçün evdən çıxdığını, qızının həmişə mağazaya qardaşı və yaxud bacısı ilə birlikdə getdiyini, lakin onların işi olduğu üçün qızının bu dəfə mağazaya tək getdiyini, təxminən 5- 6 dəqiqədən sonra qızı Zərərçəkmiş şəxs yaşadıqları evə geri qayıtdığını gördüyünü, qızının qorxu və həyəcanlı şəkildə ağlayaraq ona "bir daha Vəliddinin mağazasına getməyəcəyini bildirib" aldığı şirniyyatları yerə çırpdığını, qızından nə olduğunu soruşduğunu, qızının da ağlaya-ağlaya öz otağına keçdiyini və onu yanına çağırdığını, qızı Ayselin ona həmkəndlisi olan ərzaq mağazasını işlədən Təqsirləndirilən şəxs mağazada olan zaman ona qarşı əxlaqsız hərəkətlər etdiyini, onun sol yanaq nahiyəsindən çimdiklədiyini, qucaqlayıb sol yanağından öpdüyünü və əli ilə paltarının üzərindən sinə nahiyəsindən sıxdığını bildirdiyini, onun da Ayseli qucaqlayaraq qorxmamasını istədiyini, həmin vaxt evdə olan qaynanası X17 başına gələn hadisəni danışdığını və qaynanası ilə birlikdə Vəliddinin mağazasına getdiyini, həmin vaxt Vəliddinin ərzaq mağazasının qarşısında əyləşmiş olduğunu, özünün və qaynanasının qızı Ayselə qarşı niyə əxlaqsız hərəkətlər etdiyini Vəliddindən soruşduğunu, Vəliddinin də susmaqlarını və mağazadan getməklərini istədiyini, evə qayıdaraq həyat yoldaşı Qanuni nümayəndə bu barədə məlumat verdiyini, həyat yoldaşının da hazırda işi olduğundan səhəri gün polisə gedib Vəliddindən şikayətçi olacağını ona dediyini, əvvəllər qızına qarşı Vəliddin tərəfindən əxlaqsız hərəkətlər edilmədiyini, qızının həmişə Vəliddinin ərzaq mağazasına oğlu və yaxud digər qızı ilə birlikdə getdiklərini, bu dəfə tək getməyindən istifadə edərək Vəliddinin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək və elan olunmuş şahid ifadəsini, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanmasına səbəb və əsas Kəngərli rayonu, Xok kənd sakini Qanuni nümayəndə, həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən 26 iyul 2024-cü il tarixdə Xok kəndində yerləşən ərzaq mağazasında qızı xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsi barədə 27 iyul 2024-cü il tarixdə Kəngərli rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsi olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin gün Kəngərli rayon Məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 28 iyul 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Qanuni nümayəndə 28 iyul 2024-cü il tarixdə ərizə ilə müraciət edərək cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmiş, həmin tarixli qərarla Qanuni nümayəndə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.2011-ci il tarixdə doğulmuş və on dörd yaşına çatmamışdır. 27 iyul 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış aparılan obyekt Kəngərli Rayon Xok kənd ərazisində yerləşən Xok kənd sakini Təqsirləndirilən şəxs işlətdiyi adsız ərzaq mağazasıdır. Ərzaq mağazasının girişində 1.20x1 metr ölçüdə, boz rəngli, dəmir materialdan ibarət qapı vardır. Giriş qapısının önündə, yəni mağazanın çöl tərəfində bir ədəd soyuducu, bir ədəd stul, bir ədəd stol vardır. Qapıdan içəri daxil olduqda önümüzə 3x4 metr ölçüdə ərzaq mağazasının otağı çıxır. Həmin otaqda müxtəlif növ ərzaq məhsulları vardır. Həmçinin otaqda bir ədəd stol, bir ədəd stul, iki ədəd soyuducu vardır. Baxış zamanı mağazanı işlədən Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs mağazanın içərisində, şirniyyatlar olan tərəfdə dayandığını bildirmişdir. Baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya və predmet aşkar edilərək götürülməmişdir. 27 iyul 2024-cü il tarixli “DVD disklərinə baxış keçirilməsi haqqında protokol”dan habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, “Görüntü 05 dəqiqə 59 saniyədən ibarətdir. Ekranda tarix və saat göstərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:48:11 radələrində ərzaq mağazasının içərisinə Kəngərli rayon Xok kənd sakini Təqsirləndirilən şəxs daxil olmuş, onun arxasınca isə saat 14:48:21 radələrində Kəngərli rayon Xok kənd sakini Zərərçəkmiş şəxs daxil olmuşdur. Zərərçəkmiş şəxs mağazaya daxil olduqdan sonra mağazanın içərisində olan şirniyyatlara baxması müşahidə edilir. Həmin vaxt mağazaya iki nəfər şəxsin daxil olduğu və həmin şəxslərin şirniyyat verib pulunu Vəliddindən aldıqdan sonra mağazanı tərk etmələri görünür. Daha sonra Zərərçəkmiş şəxs vitrindən bir ədəd şirniyyat götürüb stolun üzərinə qoyduğu, Vəliddindən sellofan torba alaraq şirniyyat yığmağa başladığı, Təqsirləndirilən şəxs stolun arxasında əyləşərək Ayselə baxdığı, Ayselin şirniyyatı yığdıqdan sonra Vəliddinə çəkməsi üçün sellofan torbanı verdiyi, Vəliddinin sağ əli ilə saat 14:53:16 radələrində Ayselin sol yanaq nahiyəsindən çimdiklədiyi, sağ əli ilə Ayseli özünə tərəf çəkərək qucaqlayıb sol yanaq nahiyəsindən öpərək eyni vaxtda sol əli ilə paltarın üst tərəfindən sinə nahiyəsini sıxışdıraraq əxlaqsız hərəkət etməsi müşahidə olunur. Həmin vaxt Zərərçəkmiş şəxs Vəliddini itələyərək ərzaq mağazasının giriş qapısının ağzında dayanması görünür. Təqsirləndirilən şəxs tərəzinin üzərində olan sellofan torbanı və pulu Ayselə verdikdən sonra saat 14:54:05 radələrində Aysel mağazanı tərk edir”. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin 31 iyul 2024-cü il tarixli 1327 nömrəli məktubundan görünür ki, Kəngərli rayon Xok kənd sakini xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserində psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin 03 avqust 2024-cü il tarixli 1337 nömrəli məktubundan görünür ki, Kəngərli rayon Xok kənd sakini xx.xx.2011-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Y.Budaqov adına Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserində psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Naxçıvan MR Səhiyyə Nazirliyi MTE və PA birliyinin xx.xx.2024-cü il tarixli 56 saylı rəyində göstərilir ki, “2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır, tamdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqəyə xarakterik hər hansı bir əlamət aşkar olunmadı, yəni qeyritəbii yolla cinsi əlaqədə olmamışdır”. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 877 saylı rəyində göstərilir ki, “X20 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur, X22 hal-hazırda əqli və psixi inkişafında, yaş və fərdi-psixi xüsusiyyətlərinə, emosional halına görə ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur”. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2024-cü il tarixli 289 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hansı psixi vəziyyətində xəstəlik halı olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur”. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2024-cü il tarixli 290 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir”. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 925 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətləri rəyin tədqiqat prosesinin təsviri hissəsində açıqlanmışdır, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur, Emosional halından asılı olaraq yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hadisə zamanı Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində hadisə barəsində olan məlumatları təhrif etməyə, dəyişdirməyə meyillilik əlamətləri müşahidə olunur, o, hadisə barədə müəyyən məlumatları özünü müdafiə etmək üçün təhrif edir”. 27 iyul 2024-cü il tarixdə Kəngərli rayon Xok kəndində yerləşən və hadisənin baş verdiyi ərzaq mağazasının sahibi olan X1 istintaqa könüllü təqdim etdiyi hadisə baş verən gün ərzaq mağazasında olan müşahidə kamerasının qeydə aldığı video-görüntüləri əks etdirən 01 ədəd DVD disk iş üzrə əhəmiyyətli hesab edildiyindən 17 sentyabr 2024-cü il tarixdə “Əşyanın maddi sübut hesab edilməsi haqqında qərar”la maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi və cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X9 31 iyul 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Kəngərli Rayon Qeydiyyat Şöbəsindən verilmiş 31 iyul 2024-cü il tarixli 3-16-5/8-14- 141/2024 saylı məktubdan görünür ki, “Kəngərli rayon Xok kənd sakini Təqsirləndirilən şəxs xx.xx.1977-ci ildə Qıvraq qəsəbə İ.N-də Abdullayeva (Abbasova) Kifayət Yunis qızı (təv.xx.xx.1958) ilə nikaha daxil olmuşdur. Birgə nikahdan 1) X10 - təv.xx.xx.1977. 2) X5 təv.xx.xx.1978. 3) X2 - xx.xx.1980. 4) X6 -təv.xx.xx.1981. 5) X7-təv. xx.xx.1985” uşaqları vardır. Kəngərli Rayon Xok kənd icra nümayəndəliyinin 29 iyul 2024-cü il tarixli 618 və 619 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Kəngərli Rayon Xok kəndində yaşayır və onun - yoldaşı X8 ibarət tərkibdə ailə üzvü vardır. Kəngərli Rayon Xok kənd icra nümayəndəliyinin 29 iyul 2024-cü il tarixli xasiyyətnamədə qeyd olunur ki, “1956-cı il təvəllüdlü, orta təhsilli, Kəngərli Rayon Xok kənd sakini Təqsirləndirilən şəxs həqiqətən də o, kənddə özünü əməksevər bir şəxs kimi tanıtmışdır. Yaşadığı ərazidə kənd sakinləri və qonşularla münasibəti yaxşı vəziyyətdə olmuşdur. Onun barəsində Xok kənd İ.Ə.D.Ü-nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25 və 33 bəndlərində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclasında zərər çəkmiş şəxsin “sinə, yəni döş nahiyəsini sıxmadığı, döş nahiyəsinə əlini vurmadığı, ibtidai istintaq zamanı belə ifadə vermədiyi, bu halı təsdiqləmədiyi, ifadəsinin müstəntiq tərəfindən düzgün yazılmadığı, həmin ifadəni oxumadan imza etdiyi” barədə verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələr elan olunmaqla əlaqəli şəkildə araşdırılmış, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə müdafiəçinin iştirakı ilə dindirilmiş, ifadələrini fiziki və ya psixi zorakılığın təsiri altında verməmiş, məhkəməyədək icraat dövründə verdiyi ifadəsində zərər çəkmiş şəxsin sinə nahiyəsini əli ilə sıxdığını bildirərək 30 iyul 2024-cü və 04 sentyabr 2024-cü il tarixli protokolların düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Qeyd edilən hallar məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən mübahisələndirilməmiş və məhkəmə istintaqı zamanı isə ifadəsinin dəyişməsi səbəblərini əsaslandıra bilməmişdir. Odur ki, məhkəmə baxışı zamanı dindirilən təqsirləndirilən şəxsin “zərər çəkmiş şəxsin sinə nahiyəsini əli ilə sıxmaması, ibtidai istintaq zamanı belə ifadə verməməsi, ifadəsinin müstəntiq tərəfindən düzgün yazılmaması, həmin ifadəni oxumadan imza etməsi, eləcə də, zərər çəkmiş şəxsi öz nəvəsi Fatiməyə oxşadıb bu hərəkətləri etməsi” barədə verdiyi ifadəsini təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakteri daşıması kimi qəbul edilməklə onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə zərər çəkmiş şəxsin, şahid ifadəsi ilə üst-üstə düşdüyündən ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə tərəfindən əsas götürülür. Məhkəmə, iş üzrə dindirilmiş zərər çəkmiş və şahid ifadələrini, 27 iyul 2024-cü il tarixdə “hadisə yerinə baxış aparılması haqqında” protokolu, 27 iyul 2024-cü il tarixli “DVD disklərinə baxış keçirilməsi haqqında” protokolu, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin 31 iyul 2024-cü il tarixli 1327 və 03 avqust 2024-cü il tarixli 1337 nömrəli məktubları, Naxçıvan MR Səhiyyə Nazirliyi MTE və PA birliyinin xx.xx.2024-cü il tarixli 56 saylı rəyini, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 877 saylı rəyini, Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2024-cü il tarixli 289 saylı rəyini, Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2024cü il tarixli 290 saylı rəyini, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 925 saylı rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs öz cinsi ehtiyacını natamam formada təmin etmək məqsədilə 26 iyul 2024-cü il tarixdə saat 11:00 radələrində Kəngərli rayon Xok kənd ərazisində yerləşən və işlətdiyi ərzaq mağazasında olan zaman, mağazaya daxil olan xx.xx.2011-ci il təvəllüdlü, Kəngərli rayon Xok kənd sakini Zərərçəkmiş şəxs ilk öncə sağ əli ilə sol yanaq nahiyəsini çimdikləmiş, daha sonra zor tətbiq etmədən Zərərçəkmiş şəxs özünə tərəf çəkərək qucaqlayıb sol yanaq nahiyəsindən öpməklə sol əli ilə sonuncunun üst paltarının üzərindən sinə nahiyəsini sıxaraq on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmiş və bununla da, Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməni ifadə edən qəsdən törədilən cinayətdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 28 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış müşahidə kamerasının qeydə aldığı video-görüntüləri əks etdirən 01 ədəd DVD disk və cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD cinayət işində saxlanılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış müşahidə kamerasının qeydə aldığı video-görüntüləri əks etdirən 01 ədəd DVD disk və cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD cinayət işində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar