Məhkəmə qərarları › İş №1(111)-20/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-20/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-20/2025 18.11.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X11 Sadət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs –“Arkoz X7” MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – Şərur Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, evli, 2 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hal-hazırda Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1993-cü il tarixdə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, evli, 2 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hal-hazırda Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Seyidov X2 rayon Qarabağlar kəndi ərazisində yerləşən "xxxx" MMC-nin ərazisinə qanunsuz daxil olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında 1** metr uzunluğu, 5 sm diametri, içərisində 4 ədəd mis məftili olan *1 top kabeli gizli olaraq talamaqla həmin zavoda xeyli miqdarda ziyan vurmuşdular. Belə ki, Təqsirləndirilən şəxs1 28 iyun 2*25-ci il tarixdə spirtli içki qəbul etmək üçün Kəngərli rayon Qarabağlar kəndində yerləşən Zərərçəkmiş şəxs- nin X9 yaxınlığına getmiş, həmin vaxt daş ocağının həyətyanı sahəsində kabel olduğunu görmüş, həmin kabeli oğurlayaraq içərisindəki mis məftilləri satmaq qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirmək üçün 29 iyun 2*25-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “VAZ 21*3” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə daş ocağına gedərək avtomobili kənarda saxlamış, daş ocağında mühafizəçinin olmadığından əmin olduqdan sonra kabeli götürmək istəmiş, lakin buna gücü çatmamış, qohumu və həmkəndlisi olan Təqsirləndirilən şəxs2 zəng vurub kabel oğurlamaq istədiyini bildirərək ondan köməklik istəmiş, sonuncu onunla razılaşaraq daş ocağına gəldikdən sonra saat təxminən 21:** radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında 1** metr uzunluğu, 5 sm diametri, içərisində 4 ədəd mis məftili olan *1 top kabeli oğurlayaraq Zərərçəkmiş şəxs-yə 7853 manat maddi ziyan vuraraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 29 iyun 2*25-ci il tarixdə qohumu və həmkəndlisi olan Təqsirləndirilən şəxs1 ilə Kəngərli rayon Qarabağlar kəndində yerləşən Zərərçəkmiş şəxs-nin X8n kabel oğurlamaq barədə razılığa gəlmiş, bu cinayətkar niyyətini həyata keçirmək üçün 29 iyun 2*25-ci il tarixdə saat təxminən 21:** radələrində daş ocağına gedərək Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 1** metr uzunluğu, 5 sm diametri, içərisində 4 ədəd mis məftili olan *1 top kabeli oğurlayaraq zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs-yə 7853 manat maddi ziyan vuraraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində tutduğu əməldən peşman olduğunu, ehtiyacı olmasaydı həmin əməli törətməyəcəyini, ehtiyacı olduğundan həmin əməli törətdiyini, təkrar bir daha elə əməl törətməyəcəyini, 28 iyun 2*25-ci il tarixdə saat təxminən 19:** radələrində evdə olan 2 litr pivəni götürərək avtomobili ilə Kəngərli rayon Qarabağlar kəndində yerləşən daş ocağının yanına getdiyini, avtomobilinin içərisində pivə içməyə başladığını, təxminən 2* dəqiqə sonra Bakı şəhərində yaşayan həmkəndlisi Nicat ona zəng vuraraq borcunu istədiyini, Nicata 35* manat borcu olduğunu, ona pulunu iyul ayının 15-nə kimi qaytaracağını dediyini, daha sonra avtomobildən düşərək daş ocağına tərəf baxdığını, həmin vaxt orada 2 top kabel olduğunu gördüyünü, ətrafı səsləsə də, ona cavab verən olmadığını, daş ocağında heç kimin olmadığını başa düşdüyünü, həmin kabellərə yaxından baxdığını, əl izinin düşməməsi üçün kabellərə toxunmadığını, sonra avtomobilinə əyləşərək evə getdiyini, 29 iyun 2*25-ci il tarixdə saat təxminən *8:3* radələrində evdən çıxaraq Ordubad rayonuna yas mərasiminə getdiyini, saat təxminən 17:** radələrində kəndə qayıtdığını, daş ocağında gördüyü kabeli oğurlamaq qərarına gəldiyini, bu məqsədlə həmin gün saat təxminən 2*:** radələrində avtomobili ilə daş ocağına getdiyini, avtomobilini təxminən 2** metr aralıda saxlayaraq mühafizəçinin yerinə baxmaq üçün içəri yaxınlaşdığını, mühafizəçi otağına baxaraq orada heç kimin olmadığını gördüyünü, ətrafda olan itlərə daş atdığını, itlərin hürüməyə başladığını, məqsədi itlərin səsinə kiminsə çıxıb-çıxmayacağını yoxlamaq olduğunu, itlər hürüdükdən sonra yanına heç kim gəlmədiyini, daş ocağında heç kimin olmadığını başa düşdüyünü, bundan sonra kabelləri gördüyü yerə getdiyini, orada olan balaca kabeli götürərək avtomobilə qoymaq istəsə də, buna gücü çatmadığını, dayısının oğlu Mirəliyə zəng vuraraq ondan daş ocağına gəlməsini istədiyini, Mirəli ondan nə olduğunu soruşduğunu, ona “borcunun çox olduğu üçün daş ocağında olan kabeli oğurlayaraq satacağını bildirdiyini, bu zaman Mirəli ona “sən dəlisən, borcun çox olsa da, köməkli ödəyərik, amma kabeli oğurlasan həbs olunacaqsan” sözlərini dediyini, Mirəliyə fikrinin qəti olduğunu bildirərək “sən heçnəyə qarışma sadəcə gəl kömək elə kabeli avtomobilə yükləyək” sözlərini dediyini, təxminən 15 dəqiqə sonra Mirəli piyada olaraq yanına gəldiyini, ona oğurlamaq istədiyi kabeli göstərən zaman Mirəli “sən dəlisən, bu təzə kabeldi, həmdə bahalıdı, köhnə olsaydı hardasa başa düşmək olardı, amma bunu oğurlasan böyük problem olacaq” sözlərini dediyini, Mirəliyə “nə olur olsun mən bunu oğurlayacağam” sözlərini dediyini, saat təxminən 21:** radələrində 1 top kabeli böyrü üstə aşırdaraq fırlada-fırlada Mirəli ilə birlikdə avtomobilinin yanına gətirdiyini, kabelin taxtasının avtomobilin yük hissəsinə yerləşmədiyi üçün kabeli taxtadan açmaq qərarına gəldiyini, Mirəli ilə birlikdə kabeli taxtadan açmağa başladığını, təxminən 15-2* metrini açdıqdan sonra Mirəliyə “sən get qalanını özüm həll edəcəm” sözlərini dediyini, Mirəli getdikdən sonra təxminən 1 saat kabeli açaraq avtomobilinin yük hissəsinə yığdığını, taxtanı isə avtomobilin arxa sərnişin oturacağına qoyduqdan sonra evə getdiyini, evin həyətyanı sahəsinin qarşısında oğurladığı kabeli balta ilə təxminən 4-5 metr hissələrə kəsməklə qabığını soymağa başladığını, 3 ədəd kəsim etdikdən sonra saatın gec olduğu və yorğun olduğu üçün kabeli yenidən avtomobilin yük hissəsinə yığdığını, sabahsı gün avtomobili ilə Naxçıvan şəhərinin girişində yerləşən məişət tullantıları poliqonuna gedərək kabelləri orada yandırıb içərisindəki misləri götürmək qərarına gəldiyini, 3* iyun 2*25-ci il tarixdə saat təxminən *7:3* radələrində evdən həmin yerə gedərək kabeli və taxtanı yandırdığını, daha sonra misləri özü ilə götürdüyü 4 ədəd kisəyə yığaraq avtomobilin yük hissəsinə qoyduğunu, bundan sonra Naxçıvan şəhərində yaşayan əmisi Qulunun evinə gedərək əmisinə ’’sənin tanışın olan mis alana de biraz misim var gəlsin onu aparsın” sözlərini dediyini, daha sonra əmisinin tanışı olan Mütəllim adlı şəxs gələrək misi çəkdiyini, ümumi çəkisi 154 kiloqram olduğunu, Mütəllim ona 154* manat pul verdikdən sonra getdiyini, daha sonra əmisigildən çıxaraq həmin pul ilə ilk öncə 15* manat kreditini ödədiyini, sonra Naxçıvan şəhərində işləyən anasına 1** manat pul verdiyini, əlavə olaraq isə benzin və ərzaqa 35 manat pul xərclədiyini, daha sonra evə gələrək yemək yediyini, evdə olan zaman polis əməkdaşları zəng vuraraq onu polis şöbəsinə dəvət etdiklərini, törətmiş olduğu əməli etiraf etdiyini, vurulmuş 7853 (yeddi min səkkiz yüz əlli üç) manat ziyanı ödədiyini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etdiyini göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində 29 iyun 2*25-ci il tarixdə təxminən saat 2*:5* radələrində evdə olan zaman bibisinin oğlu Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng vuraraq kəndlərində yerləşən daş ocağına gəlməyini dediyini, ondan nə olduğunu soruşduqda Vəfadar ona “burda kabel var, onu oğurlayıb avtomobilə qoymaq istədiyini, lakin gücünün çatmadığını, gedib ona köməklik etməsini dediyini, ona “nə oğurluğu tutularsan lazım deyil çıx gəl” sözlərini dediyini, Vəfadar isə yoldaşının hamilə olduğu üçün xəstəxanaya getməli olduğunu və borclarının çox olduğunu bildirdiyini, Vəfadara oğurluğun heçnəyə çarə olmadığını, tutulacağı halda daha pis nəticələri olacağını desə də, Vəfadar onu başa düşmədiyini, bundan sonra Vəfadara “gəlirəm ancaq kabeli avtomobilə qoymağına köməklik edib başqa heçnəyə qarışmayacam, tutulsan mənlik deyil” sözlərini dediyini, evdən çıxaraq piyada daş ocağına getdiyini, ora çatan zaman Vəfadar bağın yanında onu gözlədiyini gördüyünü, Vəfadar onu kabelin olduğu yerə apardığını, həmin yerdə 2 top kabel olduğunu gördüyünü, həmin kabellərdən birini yana çevirərək fırlada-fırlada Vəfadarın avtomobilinin yanına apardıqlarını, kabel taxtaya bükülü vəziyyətdə olduğunu, kabeli taxtadan ayıraraq avtomobilin yük hissəsinə yerləşdirməyə başladığını, kabelin bir hissəsini avtomobilə yerləşdirdikdən sonra Vəfadar “sən ta get qalanına gücüm çatır, özüm yükləyəcəm” dediyini, bundan sonra oradan çıxıb piyada olaraq evinə getdiyini, bu işə görə Vəfadar ona hər hansı bir məbləğdə pul vermədiyini, tutduğu əməldən peşman olduğunu, vurulmuş ziyanı Təqsirləndirilən şəxs1 ödədiyini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olması özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində Zərərçəkmiş şəxs X7 MMC-nin X9 müdiri işlədiyini, daş ocağında həmkəndliləri X5 və X6 mühafizəçi işlədiyini, onlar bir gündən bir olmaqla işçilər işdən çıxan zaman növbəyə girib işçilər işə gələn zaman növbədən çıxır, həftə sonları və bayram günləri isə 24 saatlıq iş qrafikində olduqlarını, 2*25-ci ilin iyun ayının 1*-da Türkiyə Respublikasından biri 2**, digəri isə 1** metr olmaqla 2 top kabel aldıqlarını, həmin kabellər ilə yeni açılan ocağa elektrik xətti çəkiləcəyi üçün daş ocağının həyətyanı sahəsində saxladıqlarını, 3* iyun 2*25-ci il tarixdə saat təxminən *7:3* radələrində işə çatdığını, həmin vaxt 1** metr uzunluğunda olan *1 top kabelin yerində olmadığını gördüyünü, işçilərindən və mühafizəçidən kabelin harada olduğunu soruşduğunu, işçiləri kabeldən istifadə etmədiklərini bildirdiklərini, mühafizəçi isə axşam növbədə olan zaman ətrafda heç kimi görmədiyini dediyini, sonra Kəngərli Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etdiyini, araşdırma zamanı kabeli həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladığı müəyyən olunduğunu, oğurlanmış elektrik naqili 1** metr uzunluğunda, 5 sm diametrli olmaqla içərisində 4 ədəd 1** metr uzunluğunda mis olmuş, Türkiyə Respublikasından alındığını, 1 metrinin qiyməti təxminən 78 manat olduğunu, dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsləri bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Naxçıvan şəhər Əliabad qəsəbəsində yerləşən Nəhayət Əhmədova məxsus metal sexində işlədiyini, Nəhayət Əhmədov çox vaxt sexdə olmadığı üçün özü sexə gələn metalları çəkərək təhvil götürdüyünü, 3* iyun 2*25-ci il tarixdə tanışı olan Naxçıvan şəhər sakini Mütəllim adlı şəxs sexə mis gətirdiyini, onun gətirdiyi 4 kisə misi çəkmiş və misin ümumi çəkisi 154 kiloqram olduğunu, kiloqramı 11 manatdan olmaqla misi ondan götürdüyünü, Mütəllimə misin pulunu bir neçə gün ərzində verəcəyini bildirdiyini, Mütəllim getdikdən bir-neçə saat sonra Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları gələrək həmin misin oğurluq olduğunu bildirdiyini, sexə baxış keçirdərək həmin misləri götürdüyünü, Mütəllimin 3* iyun 2*25-ci il tarixdə sexə gətirdiyi misin oğurluq olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində dəmir-alqı satqısı ilə məşğul olduğunu, 3* iyun 2*25-ci il tarixdə tanışı olan Qulu adlı şəxs ona zəng vuraraq satlıq mis olduğunu bildirdiyini, ondan evinə gəlməsini dediyini, Qulunun Naxçıvan şəhərində yerləşən evinə getdiyini, orada cavan bir oğlan olduğunu gördüyünü, Qulu ona həmin oğlanın qardaşının oğlu olduğunu dediyini, onun avtomobilinin arxasında 4 kisə mis məftil olduğunu, onlarla razılaşaraq misi alacağını bildirdiyini, misi tərəziyə qoyduqdan sonra misin ümumi çəkisinin 154 kiloqram olduğunu, Vəfadara 154* manat pul verərək misləri götürüb getdiyini, daha sonra aldığı misi Naxçıvan şəhər Əliabad qəsəbəsində yerləşən Nəhayət adlı şəxsin sexinə kilosunu 11 manata satdığını, sonradan misin oğurluq olduğu müəyyən olunduğundan pulunu ala bilmədiyini, Təqsirləndirilən şəxs1 tanımadığını, onun aldığı misin oğurluq olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 3* iyun 2*25-ci il tarixdə evdə olan zaman qardaşının oğlu Təqsirləndirilən şəxs1 onun evinə gəldiyini, Vəfadar ona misinin olduğunu bildirərək həmin misi satmağına köməklik etməyini dediyini, ondan həmin misi haradan aldığını soruşduqda ona hissə-hissə yığdığını dediyini, bundan sonra mis alış və satışı ilə məşğul olan tanışı Mütəllimə zəng vuraraq ondan evinə gəlməsini xahiş etdiyini, Mütəllim gəldikdən sonra misi alacağını bildirdiyni, misi tərəziyə qoyaraq çəkdiklərini, misin ümumi çəkisi 154 kiloqram olduğunu, bundan sonra Mütəllim Vəfadara 154* manat pul verərək misi götürüb getdiyini, Təqsirləndirilən şəxs1 ona misin oğurluq olduğunu demədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin 1 cild 6-11-ci vərəqələrinə əlavə olunmuş hadisə yerinə baxış protokolunda- havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, hadisə Zərərçəkmiş şəxs X7 MMC-nin X8 baş vermişdir. Həyətyanı sahədə *3 ədəd 8x2.5 metr ölçüdə metaldan hazırlanmış otaqlar vardır. Açıq boz rəngli otağın önündə *1 top 2** metr uzunluğunda elektrik naqili vardır. Hadisə yerində iştirak Zərərçəkmiş şəxs X7 MMC-nin X9 müdiri Nümayəndə həmin yerdə olan Türkiyyə Respublikası istehsalı, içərisində 4 ədəd mis məktil olan, 5 sm diametrli, 1** metr uzunluğunda *1 top elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin ərazidə olan torpaq səthin üzərində avtomobil təkəri izlər və elektrik naqilinin rlonunun sürünmə izləri vardır. Hadisə yerinə baxış zamanı hadisə yerinin müxtəlif ölçüdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1 cild 6-11-ci vərəqələrinə əlavə olunmuş baş vermiş hadisə ilə əlaqədar açıq havada, təbii işıqlandırma şəraitində 3* iyun 2*25-ci il tarixdə Naxçıvan şəhər Əliabad qəsəbəsində yerləşən X3 məxsus metal əritmə sexinə baxış keçirilmişdir. Sexin həyətyanı sahəsində 4 kisə mis məftil vardır. Həmin mis məftillər tərəziyə qoyulan zaman 152.6 kiloqram olduğu müəyyən edildi. Baxışda iştirak edən Sərxan Həsənov həmin misləri Naxçıvan şəhər sakini Şahid2 aldıqlarını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən 152.6 kiloqram mis məftil müvafiq qaydada qablaşdırılaraq götürülmüş və protokola əlavə edilmişdir. Cinayət işinin 1 cild 236-238-ci vərəqələrinə əlavə olunmuş Məhkəmə-narkoloji ekspertin 15 avqust 2*25-ci il tarixli 393 nömrəli rəyində Təqsirləndirilən şəxs1 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmədiyi müəyyən olunmuşdur. Cinayət işinin 1 cild 227-229-cu vərəqələrinə əlavə olunmuş Məhkəmə-narkoloji ekspertin 15 avqust 2*25-ci il tarixli 391 nömrəli rəyində Təqsirləndirilən şəxs2 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmədiyi müəyyən olunmuşdur. Cinayət işinin 1 cild 232-235-ci vərəqələrinə əlavə olunmuş Məhkəmə-psixatrik ekspertin 15 avqust 2*25-ci il tarixli 39* nömrəli rəyində Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisədən sonra və hadisə zamanı psixi vəziyyətinin sağlam olduğu, cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud onları idarə etmək iqtidarında olduğu, hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir. Cinayət işinin başlanılması haqqında *1 iyul 2*25-ci il tarixli qərardan görünür ki, Kəngərli Rayon Polis şöbəsində araşdırılmış 1*7 №-li material üzrə Zərərçəkmiş şəxs X7 MMC-nin X9 müdiri Nümayəndə ərizəsi üzrə araşdırma başlanmış və Kəngərli Rayon Qarabağlar kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və cinayət işi Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun müstəntiqi v.m.i.e polis baş leytenantı İbrahim Ağayevin icraatına verilmiş, iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində Zərərçəkmiş şəxs X7 MMC tanınmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 29.*6.2*25-ci il tarixdə saat 21:** radələrində Zərərçəkmiş şəxs X7 MMC-nin X9 müdiri Nümayəndə Kəngərli rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 3*.*6.2*25-ci il tarixdə zavodun ərazisində yerləşən 1** m ölçüdə 4/5* ölçüdə oğurluq edildiyini bildirməsi olmuşdur. Cinayət işi üzrə “zərər çəkmiş hüquqi şəxs qismində tanınma haqqında” *1 iyul 2*25-ci il qərardan görünür ki, 25*89***4 nömrəli cinayət işi üzrə xx.xx.1964-cü il tarixdə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, ailəli, 2 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Zərərçəkmiş şəxs X7 MMC-nin X9 müdiri işləyən, hal-hazırda Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda duran və yaşayan Nümayəndə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işi üzrə “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan və “şübhəli şəxsin tutulması haqqında” *1 iyul 2*25-ci il tarixli qərardan görünür ki, 25*89***4 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində tutma barədə qərar qəbul edilib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 *3 iyul 2*25-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. *3 iyul 2*25-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara ittiham elan olunmuşdur. Hadisə yerinə baxış aparılması haqqında 3*.*6.2*25-ci il tarixli protokoldan görünür ki, oğurluq baş verdiyi yer Kəngərli rayon Qarabağlar kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs X7 MMC-nin ərazisidir. Cinayət işinin 119-cu səhfəsinə əlavə edilmiş aktdan görünür ki, Zərərçəkmiş şəxs X7 MMC-yə vurulmuş 7853 (yeddi min səkkiz yüz əlli üç) manat zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tam şəkildə ödənilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş *3.*7.2*25-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmədə vermiş olduqları və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1-ci və 177.2.4-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə xeyli miqdarda ziyan vurmaqla törədildikdə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməldə öz təqsirlərini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2**5-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı *6 mart 2**8-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.4-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2**3-cü il tarixli *4 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən iki az yaşlı uşaq atası olmasını, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, ailənin yeganə qazanc gətirəni olması əməlini səmimi olaraq etiraf etməsini, peşman olması cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən iki az yaşlı uşaq atası olmasını, bir uşağının autizm xəstəsi olmasını, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olması cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmənin hesab edir ki, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid edilmədən, təqsirləndirilən şəxsləri təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması təyin edilməsi işin hallarına uyğun olaraq ədalətli olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, barələrində törətdikləri Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırması növündə cəza tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində *1 iyul 2*25-ci il tarixdən *3 iyul 2*25-ci il tarixədək ibtidai istintaq orqanının qərarına əsasən tutulmuşdular. Azərbaycan Respublikası Ali məhkəməsinin 25 iyun 2**3-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 4 №-li Plenum Qərarının əsasən tutulma qaydasında həbsdə (əgər belə tədbir tətbiq olunmuşsa) olunma müddətini hökm üzrə cəzanın qəti müddətinə hesablamalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanla bağlı və iş üzrə yararsız vəziyyətə salınmış mis məftillər ilə bağlı hissəni müzakirə edərək zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə dəymiş ziyanın tam ödənildiyini, talanmış məftillər yararsız vəziyyətə salındığından məhv edilməsini göstərmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 152.6 kq mis məftil məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və C*1532289 nömrəli ümumvətəndaş pasportu, Təqsirləndirilən şəxs2 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və C*2929661 nömrəli ümumvətəndaş pasportu özlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.4cü maddələri ilə təqsirli bilinərək *1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən *1 iyul 2*25-ci il tarixdən *3 iyul 2*25-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq *1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Kəngərli rayon Qarabağlar kəndində yaşadığı evi hər gün saat 22:**-dan saat *7:**-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya bölməsini məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kəngərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.4cü maddələri ilə təqsirli bilinərək *1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən *1 iyul 2*25-ci il tarixdən *3 iyul 2*25-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq *1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Kəngərli rayon Qarabağlar kəndində yaşadığı evi hər gün saat 22:**-dan saat *7:**-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya bölməsini məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kəngərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə müdafiəçilərə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Kəngərli Rayon Polis şöbəsində saxlanılan 152.6 kq mis məftil məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və C*1532289 nömrəli ümumvətəndaş pasportu, Təqsirləndirilən şəxs2 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və C*2929661 nömrəli ümumvətəndaş pasportu özlərinə qaytarılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 2* gün müddətində Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar