Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-22/2023 25.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirlən şəxsin tərcüməçisi X3 iştirakı ilə, xx.xx.1991-cı ildə Türkiyə Respublikasının Şırnak şəhəri İdil rayonunda anadan olmuş, ailəli, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Mardin şəhəri, Midyat rayonu, Cumhuriyyet məhəlləsi, 556-cı küçə, bina 2-də qeydiyyatda olaraq yaşamış, 09 sentyabr 2023-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 6 sentyabr 2023-cü il tarixində saat 19 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki təsir edici maddəsinin miqdarı 4,25 qram olan üzərində “Tramadol 200” yazılmış 1 konvalyut 10 həb və üzərində “Namadol-225mg” yazılmış 1 konvalyut 10 həb olmaqla ümumilikdə 2 konvalyut 20 həb tramadol güclü təsir edən dərman preparatlarını yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında kabinin divarına bitişik şəkildə olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş gözdəki yüklərin bağlanılmasında istifadə edilən kəmərlərin altında gizlətmiş, 06 sentyabr 2023-cü il tarixində idarə etdiyi 33DUD62/33CEN15 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə tranzit giriş edərkən həmin gün saat 23 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 9 ildir sürücü işləyir, idarə etdiyi “Mercedes-Benz” markalı 33DUD62/33CEN15 qeydiyyat nişanlı yük avtomobili ilə Türkmənistana yük aparmış, İran ərazisindən geri qayıdarkən maşına “dondurulmuş doğranılmış kartof” yükləmiş, xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının Poldəşt gömrüyünə gəlmiş, həmin gün axşam saatlarında Azərbaycan Respublikasının Şahtaxtı gömrüyünə keçərək sənəd işlərini həll etmiş, daha sonra gömrük əməkdaşı ona yaxınlaşıb idarə etdiyi yük nəqliyyat vasitəsini və daşıdığı yükü yoxlayacağını və bəyan etməli olduğu nəsə olub-olmamasını soruşmuş, o isə idarə etdiyi yük nəqliyyat vasitəsində 51 blok siqaret olduğunu, bundan əlavə qadağan olunmuş və bəyan ediləsi heç nə olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinin yoxlanılması zamanı sürücü oturacağının arxasında olan qapaqsız qutu şəklindəki dolaba qoymuş olduğu “spanzet”lərin altından hər birində 10 həb olmaqla 2 konvalyut 20 həb tramadol dərman preparatları aşkarlanmış, idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilən tramadol dərman preparatları ona məxsus olmuş, həmin dərmanları İran İslam Respublikasının Poldəşt şəhərində yerləşən əczaxanadan cinsi zəifliyi ilə əlaqədar olaraq almışdır. Nəqliyyat vasitəsindən aşkarlanmış həmin dərman preparatları gömrük əməkdaşı tərəfindən götürülərək qablaşdırılmış və bununla bağlı sənədlər hazırlanıb imzalanmışdır. Dərman preparatların Azərbaycan Respublikasında qadağan olduğunu bilməmiş, utandığı üçün gömrük nəzarətinə bəyan etməmişdir. Sonda törətdiyi cinayət əməlinə görə peşman olduğunu, barəsində həbs qərarının qəbul olunmasının nə onun özünə, nədə ki, Azərbaycan dövlətinə xeyrinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun inspektoru vəzifəsində işləyir, 6 sentyabr 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postunda giriş istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsi postunda olan zaman axşam saat təxminən 20:00 radələrində İran İslam Respublikasından “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postuna daxil olmuş, nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşmış, idarə etdiyi yük-nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş və ya bəyan etməli hər hansı bir əşya və ya malın olub-olmamasını soruşmuş, cavabında sürücü ona idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş heç nə olmadığını söyləmiş, sonra yük avtomobilini yoxlamaq qərara gəlmiş və yoxlamada iştirak etmələri üçün 2 nəfər hal şahidi çağırmış, onların iştirakı ilə yük nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasındakı dolabda kəmərin altından 2 konvalyut (20 həb) dərman preparatı aşkar etmiş və sənədləşdirərək götürmüş, həmin dərmanları aşkar etdikdən sonra sürücü Təqsirləndirilən şəxs aşkar edilmiş dərman preparatlarını cinsi zəifliyi olduğu üçün İran İslam Respublikasının Poldəşt şəhərində yerləşən əczaxanadan aldığını, utandığı üçün gömrük nəzarətinə bəyan etmədiyini bildirmişdir. Maşının yoxlamasını bitirdikdən sonra sürücünün üzərində də şəxsi yoxlama aparmış və yoxlama zamanı qanunsuz heç nə aşkar etməmişdir. Yoxlamanın nəticəsi olaraq sənədlər tərtib edilmiş və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, işsiz olduğundan “Şahtaxtı” gömrük postunda fəhləlik edərək yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə məşğul olur. 6 sentyabr 2023-cü il tarixdə, axşam dəqiq saatını xatırlamadığı vaxt gömrükdə yük boşaldarkən gömrük əməkdaşı Əli onu və həmkəndlisi Seymuru çağıraraq İran İslam Respublikasından gələn Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, Seymurla birlikdə yük nəqliyyat vasitəsinin olduğu yerə getmiş, yoxlamağa başlamazdan əvvəl Əli sürücüyə idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş və ya bəyan etməli olduğu hər hansı bir əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, sürücü də idarə etdiyi nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı yük nəqliyyat vasitəsini yoxlamağa başlamış, yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasındakı dolabdan kəmərin altından 2 list 20 həb dərman aşkar etmiş və həmin vaxt sürücü dərmanların özünün olduğunu, xəstə olduğundan istifadə etdiyini demişdir. Sonra sürücünün üzərində də şəxsi yoxlama aparılmış və qadağan olunmuş heç nə aşkar olunmamışdır. Yoxlamalar bitdikdən sonra sənədlər tərtib edilmiş və həmin sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- 07 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü tarixdə saat 19:50-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “dondurulmuş doğranmış kartof” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş U25922742 nömrəli xarici pasportun sahibi, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 33DUD62/33CEN15 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə və daşıdığı yükə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında kabinin divarına bitişik şəkildə olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş gözdəki yüklərin bağlanılmasında istifadə edilən kəmərlərin altından gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən, üzərində “Tramadol 200” yazısı olan 1 konvalyut 10 həb və üzərində “Namadol-225mg” yazısı olan 1 konvalyut 10 həb olmaqla ümumilikdə 2 konvalyut 20 həb dərman preparatı aşkar edilərək götürülmüşdür. 07 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən heç nə aşkar edilməmiş, ona məxsus 1 ədəd “Xiaomi 11T” markalı telefon və U25922742 nömrəli pasport və 2 ədəd yük nəqliyyat vasitəsinə məxsus texniki pasport götürülmüşdür. 08 sentyabr 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 09 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 07 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 33DUD62/33CEN15 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş üzərində “Tramadol 200” yazısı olan 1 konvalyut 10 həb və üzərində “Namadol-225mg” yazısı olan 1 konvalyut 10 həb olmaqla ümumilikdə 2 konvalyut 20 həb dərman preparatlarının nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə hansı növə aid olmasının, hazırlanma üsulunun, təmiz çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 07 sentyabr 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli 899 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilən Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 01 ədəd balaca zərfdə üzərində “Namadol-225mg” yazısı olan 01 ədəd konvalyut 10 həb (Tramadol təsiredici maddəsinin miqdarı 2.25 qram) və üzərində “Tramadol 200” yazısı olan 01 konvalyut 10 ədəd həb (Tramadol təsiredici maddəsinin miqdarı 2 qram), ümumilikdə 02 konvalyut 20 həb (təsiredici maddəsinin miqdarı - 4.25 qram) dərman həbləri zavod üsulu hazırlanmış tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Qeyd: Tramadol həblərinin sayı - 20 ədəd, tədqiqata sərf edildi – 02 ədəd, qalıq -18 ədəddir. 09 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələr qəbul edib-etməməsinin, narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmənarkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 279 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə, psixotrop və güclü təsiredici maddə qəbulu istisna olunmur. Halhazırda onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat dövründə 20 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkarlanıb götürülmüş təsiredici maddəsinin miqdarı 4,25 qram olan cəmi 20 həb güclü təsiredici maddə tramadol dərman preparatları cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 18 həb təsiredici maddə tramadol dərman preparatları məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi 11T” markalı mobil telefon Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılmış və ona məxsus U25922742 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Məhkəməyədək icraat dövründə 21 sentyabr 2023-cü il tarixli aktla Təqsirləndirilən şəxs götürülmüş “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə aid 2 ədəd yük nəqliyyat vasitəsinə məxsus texniki pasport nəqliyyat vasitəsinin sahibi X6 təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Türkiyə Respublikası Mardin şəhəri, Midyat rayonu icra nümayəndəsi tərəfindən verilmiş və Naxçıvan MR Tərcümə Mərkəzində tərcümə olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 07 sentyabr 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli 899 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 279 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 6 sentyabr 2023cü il tarixində saat 19 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki təsir edici maddəsinin miqdarı 4,25 qram olan üzərində “Tramadol 200” yazılmış 1 konvalyut 10 həb və üzərində “Namadol-225mg” yazılmış 1 konvalyut 10 həb olmaqla ümumilikdə 2 konvalyut 20 həb tramadol güclü təsir edən dərman preparatlarını yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında kabinin divarına bitişik şəkildə olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş gözdəki yüklərin bağlanılmasında istifadə edilən kəmərlərin altında gizlətmiş, 06 sentyabr 2023-cü il tarixində idarə etdiyi 33DUD62/33CEN15 dövlət qeydiyyat nişanlı “Mercedes- Benz” markalı yük nəqliyyat vasitəsi ilə tranzit giriş edərkən həmin gün saat 23 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və yoxlama zamanı qeyd olunan dərman preparatları aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na görə tramadol tərkibli dərmanın külli miqdar (qramlarla) daxil olmaqla aşağı hədləri 6 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir; 1.0.1-ci maddəsinə görə bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 16-cı maddəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 279 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini və hal-hazırda onun məcburi mualicə olunmasına zərurət olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 18 həb güclü təsiredici maddə “tramadol” dərman preparatı məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Xiaomi 11T” markalı mobil telefon və Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U25922742 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat dövründə 21 sentyabr 2023-cü il tarixli aktla Təqsirləndirilən şəxs götürülmüş “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə aid 2 ədəd yük nəqliyyat vasitəsinə məxsus texniki pasport nəqliyyat vasitəsinin sahibi X6 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə müdafiçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 18 həb güclü təsiredici maddə “tramadol” dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Xiaomi 11T” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U25922742 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-22/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-22/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver