Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-3/2023 05.04.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin tərcüməçisi X2 iştirakı ilə, xx.xx.1986-cı ildə İran İslam Respublikasının Poldəşt şəhərində doğulmuş, subay, 1 uşaq atası, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, məhkumluğu olmayan, İran İslam Respublikasının Poldşət şəhərinin Azadi məhəlləsində qeydiyyatda olaraq yaşamış, 30 noyabr 2022-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən 0,447 qram narkotik vasitə tiryəki əldə edərək və şəffaf selofana bükərək özünə məxsus qara rəngli “Samsung Galaxy J7 Core” markalı mobil telefonun qara rəngli rezin örtüyünün içərisinə qoyaraq saxlamış, 27 noyabr 2022-ci il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən daşımış, həmin gün saat 14:20-də Kəngərli rayonunun inzibati ərazisində yerləşən X7nda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və keçirilmiş yoxlama zamanı qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İran İslam Respublikasının vətəndaşıdır, Poldəşt şəhərində anadan olmuşdur və Poldəşt şəhərinin Azadi məhəlləsində yaşayır. Təqribən beş aya yaxındır ki, İran İslam Respublikasının Poldəşt şəhərindəki gömrüyün yaxınlığında yerləşən yeməkxananı icarəyə götürmüşdür. Təxminən 2-3 aydan bir İran İslam Respublikasının Poldəşt gömrüyündən Azərbaycan Respublikasının Şahtaxtı gömrük sərhəd keçid məntəqəsindən keçərək Naxçıvan şəhərinə gəzməyə gəlir. 27 noyabr 2022-ci il tarixdə yenə gəzmək məqsədilə saat 21-22 radələrində İranın Poldəşt keçid məntəqəsindən keçərək Şahtaxtı gömrüyünə gələrək pasportuna möhür vurdurmuş və gömrük yoxlanışı edilən tərəfə keçmişdir. Orada gömrük əməkdaşı onu sorğu-sual edərək üzərində qadağan edilmiş və ya bəyan etməli olduğu hər hansı bir əşya və ya mal olubolmadığını soruşmuş, o, isə bəyan edəcəyi bir şey olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onun üzərini yoxlayacağını söyləmiş və iki hal şahidinin iştirakı ilə birlikdə şəxsi yoxlama otağına aparmışdır. Yoxlama zamanı mobil telefonunun rezin örtüyünün içindən tiryək aşkarlanmışdır. Sənəd tərtib edilmiş, həmin sənədlə tanış olmuş və onu imzalamışdır. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və 20 ildir ki, İrandan Naxçıvana gəlib-getdiyini, bu dəfə Naxçıvana Şahtaxtı gömrüyü vasitəsilə gəlişinin səbəbi Naxçıvanın Əliabad qəsəbəsindəki toya getmək olduğunu, Şahtaxtı Gömrüyündən keçən zaman gömrük əməkdaşının ondan şübhələndiyi üçün üzərində yoxlanış apardığını və üzərindən heç nəyin çıxmadığını, daha sonra isə telefonunu yoxladıqlarını və telefonun rezininin altından həmin maddəni aşkar etdiklərini, nə olduğunu soruşduqlarını və həmin maddəni 20 gündən bir istifadə etdiyini söylədiyini, həmin maddəni demək olar ki, 2 ildir ki, istifadə etdiyini, İranda bu maddəni hamının istifadə etdiyini, qadağan olmadığını, bu maddənin Naxçıvanda qadağan olunduğunu bildiyini, sadəcə telefonunun arxasında yaddan çıxıb qaldığını, bu maddəni dostlarından aldığını, İranda bu maddənin sərbəst satışının olduğunu, ondan istifadənin nə cərimə, nə inzibati, nə də ki, cinayət məsuliyyətinə səbəb olduğunu, yalnız 50 qramdan yuxarı istifadə etməyin cinayət olduğunu, indiyə qədər bu maddəni Naxçıvana gətirmədiyini və indiyə qədər heç bir məhkumluğunun olmadığını, ekspertizada ondan qan analizinin götürülmədiyi halda ekspert rəyində onun narkoman olduğunu haradan bildiklərini göstərmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun inspektoru inspektoru vəzifəsində işləyir. 27 noyabr 2022-ci il tarixdə Şahtaxtı gömrüyündə axşam saat 21-22 radələrində sərnişin giriş xəttində xidmət olduğu zaman İran İslam Respublikasından Naxçıvana piyada gələn İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrüyün giriş zalına daxil olmuş, ilk öncə o, pasportunu möhürlətmək üçün müvafiq yerə yaxınlaşmış, zalda adam o qədər də çox olmadığından onu müşahidə etmiş, Nourouz da bunun fərqində olaraq özünü narahat aparması onun diqqətini daha çox çəkmiş və şübhələrini artırmışdır. Nourouz pasportunu möhürlətdikdən sonra gömrük nəzarətinə yaxınlaşmış, üzərində olan əşyaları gömrüyə təqdim edib aparatdan keçdikdən sonra üzərində hər hansı qadağan olunmuş əşyanın olubolmamasını ondan soruşmuş, o da gömrük nəzarətinə təqdim edəcəyi heç bir şeyin olmadığını bildirmiş, biraz sorğu-sual etdikdən sonra onun üzərində şəxsi yoxlama aparmaq qənaətinə gələrək post rəisindən yoxlama barədə icazə almışdır. Təqsirləndirilən şəxs xarici vətəndaş olduğundan fars dilini bilən tərcüməçi dəvət etmiş və yoxlamada iştirak etmələri üçün iki nəfər hal şahidi çağırmış və daha sonra vətəndaşı şəxsi yoxlama üçün nəzərdə tutulmuş otağa apararaq yoxlamağa başlamışdır. Yoxlama zamanı üzərində heç nə aşkar etməmiş, daha sonra telefonunu götürüb baxmış və rezin örtüyünü qabarit olduğundan həmin rezin örtüyü çıxartmış və şəffaf sellofana bükülmüş bir büküm tünd qəhvəyi rəngli maddəni aşkar etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona aid olduğunu və həmin maddədən ara-sıra istifadə etdiyini və həmçinin həmin maddənin yadından çıxaraq telefonun rezin örtüyünün içində qaldığını bildirmişdir. Daha sonra həmin maddə yoxlamada iştirak edən şəxslərin iştirakı ilə elektron tərəzidə çəkilmiş və maddənin sellofanla birlikdə çəkisi 0.7 qram olduğu müəyyən olunmuş və yoxlamanın nəticəsi barədə müvafiq protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Kəngərli rayonunun Şahtaxtı kəndində ailəsi ilə birlikdə yaşayır və “Şahtaxtı” gömrük postunda yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılması ilə əlaqədar fəhlə işləyir. 27 noyabr 2022-ci il tarixində axşam vaxtlarında “Şahtaxtı” gömrüyündə yük boşaldan zaman gömrük əməkdaşı Malik onu və orada fəhlə işləyən Yəhyanı sərnişin giriş xəttinə çağırmış, onlara İrandan Naxçıvana gələn İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim edib, onun üzərində şəxsi yoxlama aparacağını söyləyərək Samirdən və Yəhyadan hal şahidi kimi iştirak etməklərini xahiş etmişdir. Samir və Yəhya da bu xahişi qəbul edərək şəxsi yoxlama otağına keçmişlər. Otaqda gömrük əməkdaşı X8 Respublikası vətəndaşından üzərində qanunla qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuş, o da üzərində qanunsuz heç bir şey olmadığını bildirmişdir. Gömrük əməkdaşı X8 Respublikası vətəndaşı Nourouzun üzərini yoxlamış, amma onun üzərindən heç nə aşkar etməmişdir. Malik daha sonra Nourouzun mobil telefonunu götürmüş, telefonun rezin örtüyünü çıxartmış və şəffaf sellofana bükülmüş bir büküm aşkar etmişdir. Gömrükçü bükümü açdıqda içərisində tünd qəhvəyi rəngli maddə olduğunu görmüşdür. Həmin maddə İran İslam Respublikası vətəndaşı Nourouzun, tərcüməçinin və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 0,7 qram olmuşdur. Sonra Malik sənədlər hazırlamış, Samir və Yəhya, İranlı Nourouz həmin sənədləri imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- 27 noyabr 2022-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsi “Şaxtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə X7 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələn, İran İslam Respublikası vətəndaşı, İran İslam Respublikası tərəfindən 09 avqust 2021-ci il tarixində verilmiş U54212501 nömrəli pasportun sahibi, xx.xx.1986-cı il təvəllüdlü, İran İslam Respublikasının Poldəşt şəhərində doğulmuş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı ona məxsus “Samsung Galaxy J7 Core” markalı, imei nömrələri **********03052 və **********03050 olan mobil telefonun qara rəngli rezin örtüyünün içindən şəffaf sellofan paketə bükülmüş halda, sellofanla birlikdə çəkisi 0,7 qram olan tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüşdür. 29 noyabr 2022-ci il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 28 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı ona məxsus “Samsung Galaxy J7 Core” markalı, imei nömrələri **********03052 və **********03050 olan mobil telefonun qara rəngli rezin örtüyünün içindən şəffaf sellofan paketə bükülmüş halda, sellofanla birlikdə çəkisi 0,7 qram olan tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüş maddənin nə olması və xalis çəkisi barədə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2022-ci il tarixli 356 nömrəli arayışından görünür ki, tədqiqata təqdim olunmuş İran İslam Respublikası vətəndaşı, 09 avqust 2021-ci il tarixdə verilmiş U54212501 nömrəli pasportun sahibi, xx xxxxx 1986-cı il tarixdə, Poldəşt şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs mobil telefonun qara rəngli rezin örtüyünün içindən şəffaf sellofana bükülmüş halda, sellofanla birlikdə çəkisi - 0,7 qram, təmiz çəkisi - 0,447 qram olan kəskin iyli, tünd qəhvəyi rəngli, bərk halda olan kütlə fiziki və kimyəvi tərkibinə görə narkotik vasitə olan tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı; sıra №102) daxildir. Tiryəkin təmiz çəkisi 0,447 qram, tədqiqata sərf edildi - 0,01 qram, qalıq-0,437 qramdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J7 Core” markalı, imei nömrələri **********03052 və **********03050 olan mobil telefonun qara rəngli rezin örtüyünün içindən aşkarlanıb götürülmüş maddənin hazırlanma üsulunun, hansı maddə olmasının, əgər narkotik vasitədirsə, hansı növünə aid olmasının, təmiz çəkisinin müəyyən edilməsi məqsədilə 20 dekabr 2022-ci il tarixdə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli 419 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs telefonunun rezin örtüyünün içindən aşkar edilərək götürülmüş, təmiz çəkisi - 0,437 qram olan tünd qəhvəyi rəngli, bərk halda, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı; sıra №102) daxildir. Tədqiqata daxil olan maddənin ilkin çəkisi qablaşdırıldığı tara ilə birlikdə olan çəkisidir, ekspert rəyində göstərilən çəki isə daxil olan maddənin tarasız, təmin çəkisidir. Fərqin yaranması bununla əlaqədardır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 356 saylı ekspert arayışına əsasən, tiryəkin ilkin ümumi təmiz çəkisi - 0,447 qram olmuşdur. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, tiryəkin təmiz çəkisi- 0,437 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,387 qramdır. 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 20 dekabr 2022-ci il tarixli 88 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioid qrupu narkotik maddələrin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olundu. Hazırda məcburi müalicəyə ehtiyacı var. Məhkəməyədək icraat dövründə 05 yanvar 2023-cü il tarixli qərarla İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J7 Core” markalı, imei nömrələri **********03052 və **********03050 olan mobil telefonun qara rəngli rezin örtüyünün içindən aşkarlanıb götürülmüş 0,447 qram olan tiryək narkotik vasitənin 1 qramı 29 noyabr 2022-ci il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyi MEM-in ekspert tədqiqatına, 0,05 qramı isə 23 dekabr 2022-ci il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyi MEMin ekspertizasına sərf edilməsi nəzərə alınmış və ümumi təmiz çəkisi 0,387 qram olan tiryək narkotik vasitəsi cinayət işi üzrə maddi sübut növü kimi tanınmış və faktiki qalan 0,387 qram tiryək narkotik vasitəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında, narkotik vasitə tiryəkin aşkar edildiyi “Samsung Galaxy J7 Core” markalı telefon və onun qara rəngli rezin örtüyü cinayətin törədilməsində vasitə kimi istifadə olunduğundan cinayət işi üzrə maddi sübut növü kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasındakı maddi sübutların saxlancı otağında, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 6 qutu ”Montana” markalı siqaret, 2 ədəd bank kartı, ******* İran rialı, 200 Azərbaycan manatı, 200 türk lirəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılmışdır. Təqsirləndirilən şəxs məxsus U54212501 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2022ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 27 noyabr 2022-ci il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması” haqqında protokolu, Mərkəzinin 23 dekabr 2022-ci il tarixli 419 №-li ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 20 dekabr 2022-ci il tarixli 88 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqla müəyyən edilə bilməyən mənbədən əldə etdiyi və şəffaf selofana bükərək özünə məxsus qara rəngli, “Samsung Galaxy J7 Core” markalı mobil telefonun qara rəngli rezin örtüyünün içərisində gizlətdiyi 0,447 qram istehlak miqdarından az olan narkotik vasitə tiryəki 27 noyabr 2022-ci il tarixdə saat təxminən 14:20-də İran İslam Respublikasından X7 vasitəsilə Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və keçirilmiş yoxlama zamanı qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə psixotrop maddə olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 28 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin ifadəsində ekspertizada ondan qan analizinin götürülmədiyini, ekspert rəyində onun narkoman olduğunu haradan bildiklərini göstərdiyinə münasibət bildirərək qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 20 dekabr 2022-ci il tarixli 88 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyindən məlum olur ki, şəxsin narkomaniya xəstəsi olmasını müəyyən etmək üçün ondan qan analizi götürülmədən klinik əlamətlərə, müayinə olunan şəxsin verdiyi anamnezə və işin materiallarına görə onun məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 20 dekabr 2022-ci il tarixli 88 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, məhkəməyədək icraat dövründə cinayət işi üzrə cinayətin törədilməsində vasitə kimi istifadə olunduğundan maddi sübut növü kimi tanınmış narkotik vasitə tiryəkin aşkar edildiyi “Samsung Galaxy J7 Core” markalı telefon və onun qara rəngli rezin örtüyünə münasibətdə qeyd edir ki, narkotik vasitə birbaşa olaraq telefonun içərisində gizlədilmədiyindən və xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmadığından hesab edir ki, maddi sübut növü kimi tanınmış “Samsung Galaxy J7 Core” markalı telefon və onun qara rəngli rezin örtüyü cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilməməli və müsadirə edilməməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 0,387 qram olan tiryək narkotik vasitəsi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasındakı maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 (bir) ədəd “Samsung Galaxy J7 Core” markalı telefon və onun qara rəngli rezin örtüyü, həmçinin Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılmış 6 qutu ”Montana” markalı siqaret, 2 ədəd bank kartı, ******* İran rialı, 200 Azərbaycan manatı, 200 türk lirəsi özünə qaytarılmalı və məhkəməyə təqdim edilən Təqsirləndirilən şəxs məxsus U54212501 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 0,387 qram olan tiryək narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasındakı maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 (bir) ədəd “Samsung Galaxy J7 Core” markalı telefon və onun qara rəngli rezin örtüyü özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 6 qutu ”Montana” markalı siqaret, 2 ədəd bank kartı, ******* İran rialı, 200 Azərbaycan manatı, 200 Türk lirəsi özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs oğuna məxsus U54212501 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-3/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-3/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver