Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-4/2022 08.09.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X9, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi - Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X3 iştirakları ilə, xx.xx.1981-ci ildə İran İslam Respublikası Mərənd şəhəri Arbatan kəndində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, İran İslam Respublikası Mərənd şəhəri Arbatan kəndində qeydiyyatda olan və yaşayan, barəsində 10 iyun 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Renault Premium” markalı, **-AA-*** İran İslam Respublikası qeydiyyat nişanlı, **-AA-*** İran İslam Respublikası qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilini xx.xx.2022-ci il tarixdə saat 01:40 radələrində Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində idarə edərkən "X15" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin yolun 44-cü km-də Sədərək istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Daimler Benz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini və həmin avtomobilin sol tərəfində dayanan piyada X6 ehtiyatsızlıqdan vurmuş və X7 döş qəfəsinin sağ və sol yarısında dərialtı yumşaq toxumalara qansızmalar, sağda 5-6-7-8-ci, solda 6-7-8-9-cu qabırğaların yerini dəyişən sınıqları, sağ və sol ağciyər paylarında cırılmış yaralar, döş boşluğunda 25 ml qan, sol gicgah, sağ bazu, sol bud, sol ayaq pəncəsində əzilmiş cırılmış yaralar, sağ baldır və sol ayaq darağı sümüklərinin qapalı yerini dəyişən sınıqlarından ibarət dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuş, “Daimler Benz” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1 2680 (iki min alı yüz səksən) manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da X8 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilməyərək ifadəsində 4 iyun 2022-ci il tarixində gecə saatlarında Culfa Gömrük keçid məntəqəsindən keçib Naxçıvan Muxtar Respublikasına daxil olduğunu, Türkiyə Republikasına getmək üçün Sədərək gömrük məntəqəsi istiqamətində irəlilədiyini, hərəkətdə olduğu zaman havanın tam qaraldığını, yolda 60-90 km/saat sürətlə irəlilədiyini, anidən yolun sağ kənarında yerdən ona tərəf bir işığın gəldiyini, diqqətlə baxdığı zaman bir nəfərin əlində telefon işığı ilə işıq tutduğunu gördüyünü, sonra işığı gördükdən sonra maşını saxlamağa çalışdığını, lakin qarşısındakı şəxsin avtomobilini vurmamaq üçün maşının tormozuna basdığını, lakin arada az məsafə qaldığı üçün maşını tam şəkildə yığıb saxlaya bilmədiyini və həmin avtomobili yük maşınının arxa tərəfi ilə vurduğunu, yük maşınının təkərinin partladığını, yük maşını bir az getdikdən sonra yolun mərkəzində dayandığını, yük maşınından yerə endiyini və tez vurduğu avtomobilə yaxınlaşdığını, həmin zaman yolda bir nəfər xanımın yaralı vəziyyətdə yerdə uzandığını gördüyünü, bu zaman asfalt yolda yerə çökdüyünü, dizlərinin tutmadığını, şok keçirdiyini, sonra təcili yardımın gəldiyini və yaralı xanımı xəstəxanaya apardıqlarını, yolda həmin şəxsin öldüyünü eşitdiyini, çox peşman olduğunu bildirdi. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini və özünü qismən təqsirli hesab etdiyini, 17 ildir ki, sürücü işlədiyini, yola çıxmamışdan bir gün əvvəl 9 saat yuxusunu aldığını, hadisə vaxtı çox qaranlıq olduğuna görə 60 km/saat sürətlə irəlilədiyini, yük maşınını idarə edən zaman yorğun olmadığını, yanında heç kəsin olmadığını, fikrini yayındıran tək şeyin qarşıdan gələn işığın olduğunu, vurduğu maşının sahibinin maşını birinci hərəkət zolağından tam kənara çəkmədiyini, xatırladığına görə digər maşının qəza işıqlarının yanmadığını, yolda telefon işığından başqa heç bir şey görmədiyini, hadisə baş verəndən sonra maşının qəza işıqlarının yandığını gördüyünü, əlindən gəldiyi qədər maşını sol tərəfə qaçırtdığını, maşının sol hissəsini vurduğunu xatırladığını, yük maşınının qabaq sağ təkərinin partladığını, idarə etdiyi maşınla 4 ildir ki, sürücü işlədiyini, Naxçıvan yolundan çox istifadə etdiyini və yolu yaxşı tanıdığını, demək olar ki, hadisə olan yolu 4-5 dəfə keçdiyini, yaralı qadına qarşı heç bir kömək göstərə bilmədiyini, çünki həmin zaman şokda olduğunu, xanımın öldüyünə görə özünü təqsirli bildiyini və törətdiyi əməldən çox peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində Kəngərli rayon Şahtaxtı kəndində yaşadığını və yaşadığı kənddə fərdi təsərrüfatla məşğul olduğunu, avtoqəzada ölən qadının həyat yoldaşı olduğunu, hadisə vaxtı orada olmadığını, sadəcə evdə olan vaxtı oğlunun telefonla zəng vuraraq avtoqəza baş verən zaman Ruhiyyənin rəhmətə getdiyini söylədiyini, təqsirləndirilən şəxs bunu bilərəkdən etmədiyindən ondan heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsin ailəsi və yaxın qohumlarının 3 dəfə üzrxahlıq üçün onların evlərinə gəldiklərini, təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını göstərdi. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, 30 ildir ki, təcili yardım şöbəsində həkim kimi çalışdığını və xx.xx.2022-ci il tarixdə növbədə olarkən gecə saatlarında Kəngərli Rayon Mərkəzi Xəstəxanasında işləyən zaman Qabıllı kəndi ərazisində qəza baş verməsi və yaralı olması barədə zəng gəldiyini, həmin çağırış yerinə getdiyini və xəsarət alan qadına yaxınlaşdığını, qadının orta boylu bir qadın olduğunu, həmin vaxt ətrafdakı camaatın qışqırdığını, qadının nəbzinə baxdığını, nəbzinin vurmadığını, huşunun da özündə olmadığını gördüyünü, qadının dili qatlanmasın deyə ağzına çəngəl qoyulduğunu, xəsarət alan qadının sadəcə xırıldadığını, bundan sonra qadını götürüb təcili yardım maşınına qoyduqlarını və həmin zaman xəstənin təzyiqini ölçdükdən sonra qoluna pramadol, adrenalin deyilən iynələr vurduğunu, lakin bütün göstərdiyi cəhdlərə baxmayaraq qadının Kəngərli rayon Böyükdüz kəndinə çatmamış yolda öldüyünü göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, qəzada ölən qadının - Ruhiyyənin onun qohumu olduğunu, 2022-ci ilin iyun ayının 4-də Ruhiyyəgili İgdır aeroportuna aparmaq üçün gecə saat 00:50 radələrində Şahtaxtı kəndindən, yəni evlərindən götürdüyünü, bu zaman maşınında Ruhiyyə, onun gəlini, gəlininin qardaşı, iki nəvəsi və bir də baldızının olduğunu, Qabıllı yoluna çatanda maşınının təkərinin partladığını, ehtiyat təkəri vurmaq üçün maşından yükləri boşaltdığını, bu zaman mərhum Ruhiyyənin və Ruhiyyənin gəlininin qardaşı Yaqubun maşından düşüb ona kömək etdiklərini, birlikdə yükləri maşından boşaltdıqlarını, partlayan təkəri də 9 metr aralı bir məsafəyə qoyduğunu, maşına ehtiyyat təkəri taxdıqdan sonra yükləri maşına yığdıqlarını və axırıncı yükü yığanda əlində telefon işığının olduğunu, bu zaman bir maşının qarşı tərəfdən üstümüzə doğru gəldiyini, həmin zaman qışqırıb özünü kanala atdığını, maşının vurulduğunu, bu zaman Ruhiyyənin və Yaqubun maşında əyləşdiklərini düşündüyünü, gəlib baxdığında mərhum Ruhiyyənin yıxılıb maşının yan tərəfində uzandığını gördüyünü, sonra təcili yardımı və polisi çağırdıqlarını, mərhuməni isə xəstəxanaya apardıqlarını, sonra apararkən yolda Ruhiyyənin ölməsi xəbərinin gəldiyini göstərdi. Məhkəmə iclasında sual-cavab edilərkən Şahid1 idarə etdiyi maşını yolun sağ tərəfində saxladığını, maşının təkəri tam diskin üstünə yatmışdı deyə itələyə və digər tərəfə tam çəkə bilmədiyini, avtomobil yolun sarı çizgisindən biraz yol hissəsində qaldığını, qəza işıqlarını yandırdığını, başqa maşınlara işıq tutmadığını, sadəcə bu maşın üzərinə doğru gəldiyini hiss etdiynə görə işıq tutduğunu, yük maşını ilə arasında təxminən 60 metr məsafə olarkən ona telefon işığı ilə işarə verməyə başladığını, gurultulu tormoz səsi eşidəndən sonra yük maşınının təkərinin onun maşınına dəyib partladığını, tırın yolun ortasında dayandığını və sonra təcili yardım maşınının və polisi çağırandan sonra bir nəfərin əlini üzünə qoyub yolun ortasında oturduğunu gördüyünü, yolun iki zolaqlı yol olduğunu və maşını xətdən 50 sm aralıda saxladığını, maşının arxa hissəsində yerləşən üçbucaq adlı işarənin onun maşınında olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, 2022-ci il iyun ayının 4-də axşam saatlarında Şahtaxtı kəndindən çıxıb Türkiyənin İstanbul şəhərinə getmək istədiklərini, İgdır şəhərindən təyyarə ilə İstanbul şəhərinə uçacaqlarını, maşının Qabıllı istiqamətində gedəndə təkərinin partladığını, sürücünün maşını yolun kənarında saxlayıb maşının təkərini düzəltməyə getdiyini, bu zaman gəlini Ruhiyyə və onun gəlininin qardaşının da maşından yerə enib sürücü Səfərə kömək etmək istədiklərini, onların maşından yükləri boşaldıb təkəri düzəldən zaman özünün maşında yuxuya getdiyini, birdən bir anlıq maşına güclü bir zərbənin dəydiyini eşitdiyini, sonra qapını açıb yerə düşəndən sonra Ruhiyyənin yerdə yatdığını və başından qan gəldiyini gördüyünü, sonra Ruhiyyəni xəstəxanaya apardıqlarını, bir nəfər şəxsin asfaltda oturub başına çırpdığını gördüyünü, maşını vuran sürücünün həmin şəxs olduğunu düşündüyünü, qaranlıq olduğundan vurulma anı ilə bağlı heç nə görmədiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində işdən məzuniyyət götürdüyünü və valideynləri İstanbul şəhərində yaşadığından onları görməyə getmək istədiyini, yoldaşının bibisinin də onlarla getdiyini, 2022-ci il iyun ayının 4-də gecə saatlarında yaşadıqları Şahtaxtı kəndindən yola çıxdıqlarını, maşında özü ilə bərabər uşaqlarının da olduğunu, maşın Qabıllı istiqamətinə gələndə maşının təkərinin partladığını, həmin zaman qaynanası Ruhiyyə və qardaşı Yaqubun sürücüyə kömək etmək üçün maşından yerə düşdüklərini, özlərinin isə maşında yatdıqlarını və birdən guppultu səsinə oyandığını, maşına nəyinsə dəydiyini, həmin an maşından yerə endiyini və qaynanasının maşının yanında yerdə uzanmış vəziyyətdə gördüyünü, təqsirləndirilən şəxsi dizləri yerə çökmüş vəziyyətdə ağlayarkən gördüyünü, həmin vaxt qaynanasının nəsə demək istədiyini, lakin dişləri kilitləndiyindən heç nə deyə bilmədiyini, xatırladığı qədəri ilə maşının yanıb-sönən işığının olduğunu göstərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vətəndaş X5 ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 04 iyun 2022-ci il tarixli 33 saylı ekspert rəyindən görünür ki, X5 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ və sol yarısında dərialtı yumşaq toxumalara qansızmalar, sağda V-Vİ-Vİİ-Vİİİ, solda Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerini dəyişən sınıqları, sağ və sol ağciyər paylarında cırılmış yaralar, döş boşluğunda 2,5 litr qan, sol gicgah, sol dirsək, sağ bazu, sol bud, sol ayaq pəncəsində əzilmiş-cırılmış yaralar, sağ baldır və sol ayaq darağı sümüklərinin qapalı yerdəyişən sınıqları vardır. Qeyd olunan xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilən vaxta uyğundurlar. Qeyd edilən xəsarətlər küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də avtomobil qəzası nəticəsində də törənmələri istisna edilmir. Dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb hər iki ağciyərin cırılmış yaraları hesabına baş vermiş massiv qanitirmə səbəb olmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri üzrə 09 iyun 2022-ci il tarixli 151 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən göstərilən vəziyyətdə “Renault Premium” markalı **-AA-*** İran İslam Respublikası dövlət qeydiyyat nişanlı, ** AA *** İran İslam Respublikası dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin Təqsirləndirilən şəxs hərəkətlərində «X15» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 4(078)-19/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sərxoşluq halını təyin etmə barədə tibbi müayinə haqqında 95 və 96 nömrəli 04 iyun 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tİİ-nin ƏSİB-nə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə "BCDE" kateqoriyalı ******* nömrəli sürücülük vəsiqəsi verilmişdir. “Renault Premium” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil və **-AA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun ******* və ******* nömrəli texniki pasportlarından görünür ki, həmin nəqliyyat vasitəsi və yarımqoşqu Təqsirləndirilən şəxs aiddir. B26/798980 və B42/979951 nömrəli Farscadan Azərbaycan Türkcəsinə rəsmi tərcümə edilmiş şəxsiyyət vəsiqələrindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Erfan Malekinin və xx.xx.2016-cı il təvəllüdlü Ayhan Malekinin atası Mahmouddur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daimler Benz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 adında qeydiyyatdadır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2022-ci il tarixli 164 nömrəli ekspert rəyindən görünür ki, “Daimler Benz minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyanın məbləği ümumilikdə 2680 manat həcmində müəyyən olunur. (580 manat dəyişməli hissələrin dəyəri, 2100 manat təmir bərpa işi). İbtidai istintaq zamanı mülki iddiaçı kimi tanınmış Şahid1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs “Daimler Benz minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyanı ödədiyindən Şahid1 şikayət və tələbi olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “X15” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını, dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisi X14 ilə barışıq əldə etməsini onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzadan da daha yüngül cəza növü təyin etməyə imkan verir. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi və onun cərimə cəza növü ilə cəzalandırılması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 2 ay 28 gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal azad olunmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X18 İdarəsinin duracağında saxlanılan “Renault Premium” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil və **-AA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu və onun içərisində olan yük, Təqsirləndirilən şəxs məxsus W48024402 nömrəli pasport, Təqsirləndirilən şəxs məxsus ******* nömrəli sürücülük vəsiqəsi, ******* və ******* nömrəli qeydiyyat şəhadətnamələri, yarımqoşquda olan yükün 980712 nömrəli sənədi və 2 ədəd fars dilində etibarnamə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X18 İdarəsinin duracağında saxlanılan “Daimler Benz” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı müddət, yəni 2 ay 28 gün nəzərə alınsın və onun üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X18 İdarəsinin duracağında saxlanılan “Renault Premium” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil və **-AA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu və onun içərisində olan yük, Təqsirləndirilən şəxs məxsus W48024402 nömrəli pasport, Təqsirləndirilən şəxs məxsus ******* nömrəli sürücülük vəsiqəsi, ******* və ******* nömrəli qeydiyyat şəhadətnamələri, yarımqoşquda olan yükün 980712 nömrəli sənədi və 2 ədəd fars dilində etibarnamə Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübüt olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X18 İdarəsinin duracağında saxlanılan “Daimler Benz” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Şahid1 qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-4/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-4/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver