Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-4/2023 06.04.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, təqsirləndirlən şəxsin tərcüməçisi X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Türkiyə Respublikasının Diyarbakır şəhərində doğulmuş, subay, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikasının Mersin şəhəri, Akdeniz rayonu, Çay məhəlləsi Cümhuriyyət bulvarı № 41-də qeydiyyatda olaraq yaşamış, 01 dekabr 2022-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda X7 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 7,389 qram narkotik vasitə həşiş qətranını şəffaf sellofana bükməklə özünə məxsus pul qabına yerləşdirərək saxlamış, həmçinin satış məqsədi olmadan əldə etdiyi tərkibindəki tramadol güclü təsiredici maddəsinin miqdarı 2,4 qram olan 1 konvalyutda 2 həb, digər konvalyutda 10 həb olmaqla ümumilikdə 12 ədəd narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə “Tramadol-200” dərman preparatlarını özünə məxsus idman dəstinin şalvarına büküb idman çantasının içərisinə yerləşdirərək idarə etdiyi 33AJN254 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 33ANC530, “Koluman” markalı) “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabininə qoymuş, bundan əlavə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 5,584 qram xırdalanmış və 11,849 qram qurudulmuş narkotik vasitə marixuananı ayrı-ayrılıqda 2 ədəd sellofana bükərək ümumilikdə təmiz çəkisi 17,433 qram narkotik vasitə marixuananı özünə məxsus şalvarın sağ cibində olan göy rəngdə “kent” markalı siqaret qutusunun içərisinə qoyaraq saxlamış, idarə etdiyi 33AJN254 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 33ANC530, “Koluman” markalı) “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərək daşımış və 29 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitələri və güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Türkiyə Respublikasının Diyarbəkir şəhərində anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır. Mersin şəhərinin Akdeniz rayonu Çay məhəlləsində yaşayır. 5 ildir ki, sürücülük edir. 2022-ci ilin noyabr ayının 27-də İranın Təbriz şəhərindən idarə etdiyi yük nəqliyyat vasitəsinə şüşə yükü yükləmiş və həmin yükü Türkiyəyə aparacaqmış. İran İslam Respublikasının Təbriz şəhərində olduğu zaman əvvəlcədən tanımadığı bir İran vətəndaşından 500000 iran rialı verərək şəxsi istifadəsi üçün narkotik vasitə və tramadol almışdır. Aldığı narkotik vasitənin və tramadol dərman preparatlarının bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini sürdüyü yük maşının içərisində müəyyən yerlərə qoymuş və bir qismini isə geyindiyi şalvarın cibində olan siqaret qutusunun içərisinə yerləşdirmişdir. 29 noyabr 2022-ci il tarixində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına getmək üçün Şahtaxtı gömrüyünə daxil olmuş, Şahtaxtı gömrüyündə gömrük əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi yük nəqliyyat vasitəsinə və üzərinə yoxlama keçirmək istədiyini bildirərək üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, qadağan olunmuş bir şey olmadığını bildirmiş, sonra iki hal şahidinin iştrakı ilə idarə etdiyi nəqliyyat vasitəsinin yoxlanılması zamanı paltarlarının arasında gizlətdiyi 12 tablet tramadol, pul qabından bir büküm narkotik vasitə və geyindiyi şalvarın sağ cibində olan siqaret qutusun içərisində gizlətdiyi iki büküm narkotik vasitə gömrük əməkdaşı tərəfindən aşkarlanmışdır. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, tır sürücüsü kimi Rusiya, Monqolustan, Gürcüstan, İran, İraq, Suriya ölkələrinə gedib-gəldiyini, ilk dəfə idi ki, Naxçıvan gömrüyündən istifadə etdiyini, İrandan yükü yükləyib əslində birbaşa Türkiyəyə Bazırqan və ya Selvi gömrükləri vasitəsilə getmək istədiyini, sonra gömrükdə olarkən bir telefonun gəldiyini və ilk əvvəl Culfa gömrüyündən keçməyini bildirsələr də, daha sonra Şahtaxtı gömrüyündən keçməyini bildirdiklərini, Şahtaxtı gömrüyündən keçərkən gömrük işçilərinin ona yaxınlaşdıqlarını, “bəyan edilməli nəsə varmı?”- deyə soruşduqlarını, həmin dərman vasitələrinin də özünə aid olduğundan heç nə demədiyini, üzərindəki bütün paltarı çıxarıb axtarmağa başladıqlarını, ilk əvvəl cibindən haşhaşı, sonra idman çantasının içindən dərmanları tapdıqlarını, qalan dərmanları da sonra özünün verdiyini, gömrükdə olarkən tərcüməçinin gəlmədiyini, sadəcə iki hal şahidinin olduğunu, məhkəmə iclasına gələn digər hal şahidlərini gömrükdə görmədiyini, Türkiyədə bu maddələrin cinayətə səbəb olmadığını, ona görə həmin maddələri Gömrükdə gizlətmədiyini, qanunlara sonsuz hörmətinin olduğunu, özünə aid olan şeylər olduğundan maddələri bəyan etməyə ehtiyac duymadığını düşündüyünü, belə ağır nəticələrə gətirib çıxaracağını bilsəydi həmin maddələri üzərində daşımayacağını, tramadol dərmanını ağrıkəsici olaraq istifadə etdiyini, həmin maddələri heç vaxt satmadığını, bu maddələrlə bir dəfə Türkiyə gömrüyündən keçdiyini, əməlindən peşman olduğunu göstərmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin inspektoru vəzifəsində işləyir. 29 noyabr 2022-ci il tarixdə Şahtaxtı gömrüyündə növbədə olan zaman saat 15 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına şüşə yükü aparan “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü olan Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs xarici görünüşü onda şübhə yaratdığı üçün və sanki içkili vəziyyətdə, üzündə səpkilər olduğu üçün həmin şəxsi və onun idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamaq qərarına gəlmişdir. Buna görə də şöbə rəisindən nəqliyyat vasitəsini və onun sürücüsü olan Təqsirləndirilən şəxs yoxlamaq üçün icazə almış və Təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı olduğu üçün türk dili tərcüməçisi və iki nəfər ərazidə fəhlə işləyən hal şahidi çağırmışdır. Tərcüməçi və hal şahidləri gəldikdən sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini yoxlamış, yoxlama zamanı şöbənin digər əməkdaşı Şahid4 də orada iştirak etmişdir. Nəqliyyat vasitəsini yoxlayan zaman maşının sənəd qoyulan yerində olan sürücünün pul qabının içində şəffaf sellofana bükülmüş halda narkotik vasitəyə bənzər kütlə və kabində olan idman çantasının içərisində idman dəsti şalvarına bükülmüş üzərində “Tramadol 200” yazılan 12 ədəd tablet dərman preparatı aşkarlamışdır. Nəqliyyat vasitəsini yoxlayıb bitirdikdən sonra sürücü Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış və şəxsi yoxlama zamanı onun idman çantasıdan, həmçinin şalvarının cibində siqaret qutusunun içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş tünd yaşıl rəngli qurudulmuş halda biri üyüdülmüş halda digəri isə üyüdülməmiş halda narkotik vasitəyə bənzər maddələr aşkarlamışdır. Həmin vaxt təqsirləndirlən şəxs tramadol dərmanlardan özünün istifadə etdiyini söyləmiş, bu maddələri ara-sıra yoldaşları ilə istifadə etdiyini bildirmişdir. Bu yoxlamalarla bağlı nəqliyyat vasitəsinə baxış protokolu və şəxsi yoxlama protokolu tərtib etmiş və hal şahidləri, tərcüməçi, özü və sürücü Təqsirləndirilən şəxs həmin protokolları imzalamışlar. Yoxlama zamanı “üzərində qadağan olunmuş əşya varmı?” deyə soruşduqda o, heç bir şey bəyan etməmiş, sadəcə siqaret qutusunu çıxarıb gömrükdə şitin üstünə ataraq, üstündə bundan başqa heç nə olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmədə dindirilmiş digər Şahid1 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, Kəngərli rayonunun Şahtaxtı kəndində ailəsi ilə birlikdə yaşayır. Gömrük ərazisində fəhləlik edərək pul qazanır. 29 noyabr 2022-ci il tarixində saat 16 radələrində “Şahtaxtı” gömrüyündə yük boşaldan zaman qaçaqmalçılığın əməkdaşı İlqar onu və Nəsimini çağıraraq İrandan gələn bir nəfər Türkiyə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə və sürücünün üzərinə baxış keçirəcəyini bildirmişdir. Onları hal şahidi kimi iştirak etmələrini xahiş etmiş və onlar da qəbul etmişdir. Sonra nəqliyyat vasitəsinə baxış keçiriləcək anbara getmişlər. Orada qaçaqmalçılığın əməkdaşları İlqar və Ervin nəqliyyat vasitəsini yoxlamağa başlamışlar və yük nəqliyyat vasitəsində sənədlər qoyulan yerdə olan pul qabından sellofana bükülmüş halda narkotik vasitəyə bənzər kütləni və kabində olan idman çantasının içində olan idman dəstinin şalvarına bükülmüş halda üzərində tramadol yazılan dərmanları aşkar edərək götürmüşlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirilmiş və şəxsi yoxlama zamanı sürücünün geyindiyi şalvarın cibində olan siqaret qutusunun içindən iki ədəd sellofan paket aşkar edilmişdir. Həmin sellofan paketlər onların yanında açılaraq tərəzidə çəkilmiş, birinin içində çəkisi 6.079 qram olan bitki formasında maddə, digərinin içində isə çəkisi 13.165 qram olan narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Həmin maddələr onların yanında sənədləşdirilərək götürülmüş və sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əbübfəz oğlu məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:xx.xx.2022-ci il tarixli Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə Şahtaxtı gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına yük aparan 33AJN254 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 33ANC530, “Koluman” markalı) “Mercedes-Benz” markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********6247 olan yük nəqliyyat vasitəsini idarə edən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2021-ci il tarixdə verilmiş U24282998 nömrəli xarici pasportun sahibi, xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində aparılmış, şəxsi yoxlama zamanı geyindiyi şalvarın sağ cibində olan göy rəngdə “kent” markalı siqaret qutusunun içərisindən aşkar edilmiş iki ədəd sellofan paketlərdən birininin içərisində sellofan paketlə birlikdə çəkisi 6,079 qram olan tünd yaşıl rəngli qurudulmuş bitki formasında narkotik vasitəyə bənzər maddə, digərinin içərisində isə sellofan paketlə birlikdə çəkisi 13,165 qram olan tünd yaşıl rəngli üyüdülmüş halda narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixli Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan isə görünür ki, həmin tarixdə Şahtaxtı gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına yük aparan Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2021-ci il tarixdə verilmiş U24282998 nömrəli xarici pasportun sahibi, xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 33AJN254 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 33ANC530, “Koluman” markalı) “Mercedes-Benz” markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********6247 olan yük nəqliyyat vasitəsinə keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin sənədlərin qoyulması üçün nəzərdə tutulmuş hissədə pul qabından şəffaf sellofana bükülmüş halda kəskin iyli, tünd qəhvəyi rəngli, sellofanla birlikdə çəkisi 7,494 qram olan narkotik vasitəyə bənzər kütlə, üzərində “tramadol 200” yazılan bir ədəd konvalyutda 2 həb, digər konvalyutda 10 həb olmaqla ümumilikdə 12 həb aşkar edilərək götürülmüşdür. 30 noyabr 2022-ci il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 01 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 31 yanvar 2023-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı və eləcə də onun idarə etdiyi 33AJN254 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş kütlələrin və üzərində “tramadol 200” yazılan bir ədəd konvalyutda 2 həb, digər konvalyutda 10 həb olmaqla ümumilikdə 12 həblərin narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsir edən maddələrin siyahısına aid olubolmaması, əgər aiddirsə hansı növə aid olması və ayrı-ayrılıqda xalis çəkiləri barədə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 360 nömrəli arayışından görünür ki, tədqiqata təqdim olunmuş: - bir ədəd sellofan paketdə təmiz çəkisi 5,584 qram (bükümlə birlikdə çəkisi – 6,079 qram) xırdalanmış və bir ədəd sellofan paketdə təmiz çəkisi 11,849 qram (bükümlə birlikdə çəkisi -13,165 qram) üyüdülmüş bitki mənşəli kütlələr narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - bir ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 7,389 qram (bükümlə birlikdə çəkisi -7,494 qram) olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. - iki ədəd konvalyutda ümumi sayı 12 ədəd, təsiredici maddəsinin miqdarı 2,4 qram olan həblər “Tramadol-200” dərman preparatlarıdır. Tramadol dərman preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Qeyd: Marixuananın təmiz çəkisi 17,433 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 17,393 qramdır. Həşiş qətranının təmiz çəkisi 7,389 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 7,369 qramdır. Tramadol həblərinin sayı 12 ədəd, tədqiqata sərf edildi 01 ədəd, qalıq 11 ədəddir. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı və eləcə də onun idarə etdiyi 33AJN254 dövlət nömrə nişanlı “Mercedes- Benz” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş maddələrin nə olmasının, hazırlanma üsulunun, əgər narkotik və ya güclü təsiredici maddədirsə, hansı növlərə aid olmasının, təmiz çəkilərinin, ilkin çəkisi ilə təmiz çəkilərinin müəyyən edilməsi məqsədilə 28 dekabr 2022-ci il tarixdə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli 432 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar edilərək götürülən: - bir ədəd sellofan paketdə təmiz çəkisi – 5,564 qram xırdalanmış və bir ədəd sellofan paketdə təmiz çəkisi – 11,829 qram üyüdülmüş, birlikdə ümumi təmiz çəkisi – 17,393 qram olan bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı; İ bənd; sıra №146) - bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi – 7,369 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Həşiş qətranı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı; İ bənd; sıra №56) - iki ədəd konvalyutda ümumi sayı 11 ədəd, təsiredici maddəsinin miqdarı – 2,2 qram olan həblər “Tramadol-200” dərman preparatlarıdır. Tramadol dərman preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. - Maddələrin ilkin çəkisi ilə təmiz çəkisin arasındakı fərq onu qablaşdırmaq üçün istifadə edilən sellofan paketlərin çəkisinin çıxılması ilə əlaqədardır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci tarixli 360 nömrəli ekspert arayışına əsasən, marixunanın ilkin təmiz çəkisi 17,433 qram, həşiş qətranının ilkin təmiz çəkisi 7,389 qram, tramadol həblərinin ilkin ümumi sayı 12 ədəd (təsiredici maddəsi 2,4 qram) olmuşdur. Qeyd: Marixuananın təmiz çəkisi 17,393 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 17,353 qramdır. Həşiş qətranının təmiz çəkisi 7,369 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 7,349 qramdır. Tramadol həblərinin sayı 11 ədəd, tədqiqata sərf edildi 01 ədəd, qalıq 10 ədəddir. 28 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 93 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs konnobinoid qrupu narkomaniyası aşkar olundu. Məcburi müalicəyə ehtiyacı var. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dəmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Məhkəməyədək icraat dövründə 07 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş 17,433 qram marixuana, 7,389 qram həşiş qətranı və 12 ədəd güclü təsir edən maddə tramadol dərman preparatı cinayət işi üzrə maddi sübut növü kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 17,353 qram marixuana, 7,349 qram həşiş qətran, 10 ədəd tramadol dərman preparatı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 5135 ABŞ dolları, 145 Azərbaycan manatı, 910 Türk lirəsi, 23120000 İran realı, 1 ədəd AL 172292 nömrəli sürücülük vəsiqəsi, TC **********4 şəxsiyyət vəsiqəsi və 1 ədəd “Vivo Y21” markalı mobil telefon məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus U24282998 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək üzərində aşkar edilən 5135 ABŞ dollarının 4000 ABŞ dolları şirkətin nümayəndəsi Emre Bailə aid olduğundan həmin pulun vəkili vasitəsi ilə Emre Bailə verilməsini, qalan 1135 ABŞ dolları miqdarında pulun ona geri qaytarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 29 noyabr 2022-ci tarixli “şəxsi yoxlama aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolları, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli 432 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 93 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqla müəyyən edilə bilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 7,389 qram narkotik vasitə həşiş qətranını şəffaf sellofana bükməklə özünə məxsus pul qabına yerləşdirərək saxlamış, həmçinin satış məqsədi olmadan əldə etdiyi tramadol tərkibli təsiredici maddəsinin miqdarı 2,2 qram olan 12 ədəd psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tramadol-200” dərman preparatlarını özünə məxsus idman dəstinin şalvarına büküb idman çantasının içərisinə yerləşdirərək idarə etdiyi 33AJN254 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabininə qoymuş, bundan əlavə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 5,584 qram xırdalanmış və 11,849 qram qurudulmuş narkotik vasitə marixuananı ayrıayrılıqda özünə məxsus şalvarın cibində olan “kent” markalı siqaret qutusunun içərisinə qoyaraq saxlamış, idarə etdiyi 33AJN254 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərək daşımış və 29 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitələri və güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan həşiş qətranının şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,4 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram və Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na görə tramadol tərkibli dərmanın külli miqdar (qramlarla) daxil olmaqla aşağı hədləri 6 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də X6 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X6 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 29 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 93 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Çakıl X2 Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 17,353 qram marixuana, 7,349 qram həşiş qətranı olan narkotik vasitələr və 10 ədəd “tramadol” dərman preparatı məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 5135 ABŞ dollarından 4000 ABŞ dolları Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən vəkili Müdafiəçi, qalan 1135 ABŞ dolları, 145 Azərbaycan manatı, 910 Türk lirəsi, 23120000 İran rialı, 1 ədəd AL 172292 nömrəli sürücülük vəsiqəsi, TC **********4 nömrəli şəxsiyyət vəsiqəsi və 1 ədəd “Vivo Y21” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs oğuna məxsus U24282998 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 17,353 qram marixuana, 7,349 qram həşiş qətranı olan narkotik vasitələr və 10 ədəd “tramadol” dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 5135 ABŞ dollarından 4000 ABŞ dolları Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən vəkili Müdafiəçi, qalan 1135 ABŞ dolları, 145 Azərbaycan manatı, 910 Türk lirəsi, 23120000 İran rialı, 1 ədəd AL 172292 nömrəli sürücülük vəsiqəsi, TC **********4 şəxsiyyət vəsiqəsi və 1 ədəd “Vivo Y21” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs oğuna məxsus U24282998 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-4/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-4/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver