Məhkəmə qərarları › İş №1(111)-8/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-8/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-8/2023 31.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Şərur rayon Şahtaxtı kəndində anadan olmuş, ailəli, 2 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fəhlə işləyən, əvvəllər məhkum olunmayan, Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda duran, barəsində 11 fevral 2023-cü il tarixdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs fərdi yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, о, 27 yanvar 2023-cü il tarixdə saat 23:40 radələrində Kəngərli rayon Şahtaxtı kənd sakini X5 məxsus olan yaşayış evinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs məxsus olan əşyaları- 50 (əlli) manat dəyərində olan 1 ədəd tünd göy-qara rəngdə "Bosch" markalı hilti dreli, 30 (otuz) manat dəyərində olan 1 ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" 1300BT YWM- 115\1300M yazıları olan laqonda aparatını, 15 (on beş) manat dəyərində olan 1 ədəd göy rəngli "Viktor" 5** EP *** BT 10 mm yazıları olan dreli, 25 (iyirmi beş) manat dəyərində olan 1 ədəd alüminium və qara rəngli üzərində "Shun 63 D" pipe connector 50 Hz 800 W yazıları olan plasmas boru üçün ütünü və 60 (altmış) manat dəyərində olan 1 ədəd qara çantada "ZİL" GBH 2-26 DRE professional yazıları olan perforatoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə cəmi 180 manat maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, 2 uşaq atasıdır və ailəsilə ilə birlikdə Şahtaxtı kəndində yaşayır. 27 yanvar 2023-cü il tarixdə saat 19:00 radələrində Kəngərli Rayon Şahtaxtı kəndində yaşadığı evdən çıxıb kənd mərkəzinə tərəf getmiş, orada olan ərzaq mağazasından əvvəlcə 2 ədəd pivə alıb kənd ərazisində onları içdikdən sonra digər ərzaq mağazasına gedib daha 3 ədəd pivə almış və onları da kənd ərazisində içdikdən sonra evə getmək üçün yola düşmüş, evə gedən zaman yolun üstündə yerləşən, yaşayış olmadığını bildiyi kənd sakini Müqəddəsə məxsus olan evin qarşısında dayanmış, gecə saat təxminən 12 radələrində ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin yaşayış evinin darvaza qapısı açıq olduğundan içəri həyətə daxil olmuş, həyətin sol tərəfində yerləşən yaşayış evinin giriş qapısı bağlı olduğundan evin plastik pəncərəsinə yaxınlaşmış və pəncərə bağlı olduğundan pəncərəyə sağ əli ilə yumruqla zərbə vurduqdan sonra zərbənin təsirindən pəncərə açılmış və pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra mobil telefonunun işığı vasitəsi ilə evdə qapısı açıq olan otağa daxil olmuş, otağa göz gəzdirdikdə kafel-metlakın üzərinə yığılmış “Steklavat” bağlamaların üzərində 1 ədəd “Hilti” olan drel, 1 ədəd alçipan drel, 1 ədəd laqonda və 1 ədəd plasmas boru üçün ütünü görmüş, sonra həmin otaqdan çıxaraq yanda yerləşən digər otağa da daxil olmuş, otağın küncündə yerdə 1 ədəd hilti drelin olduğunu görmüşdür. Gördüyü əşyaları götürərək evə daxil olduğu pəncərədən geri çıxaraq onların hamısını bir yerə paketə yığıb Müqəddəsə məxsus yaşayış evinin həyətindən çölə çıxmışdır. Sonra həmin əşyaları yaşadığı evin həyətində yerləşən tövlənin içərisində gizlətmişdir. Əvvələr Türkiyədən həmin alətlərdən gətirib satdığından və təxminən 2 ay bundan öncə həmkəndlisi Şahid2 “əgər satılıq hilti drel olsa mənə xəbər edərsən, alaram” dediyindən 28 yanvar 2023-cü il tarixdə həmkəndlisi Şamxalın mobil nömrəsinə zəng edərək satılıq 2 ədəd hilti drel, 1 ədəd laqonda aparatı, 1 ədəd plasmas boru üçün ütü, 1 ədəd alçipan drelinin olmasını bildirmiş, Şamxal isə ona 1 ədəd hilti drel, 1 ədəd alçipan dreli və 1 ədəd plasmas boru üçün ütünü ala biləcəyini bildirərək həmin əşyaları almaq üçün 100 manat pul verə biləcəyini demiş, sonra onunla 110 manat pul müqabilində istədiyi əşyaları verməyi razılaşmış və danışığa görə Şamxalın qardaşı Həsəngilin evinə gedərək gətirdiyi 1 ədəd göy rəngli "Viktor" markalı alçipan dreli, 1 ədəd qara çantada "ZİL" markalı hilti dreli və 1 ədəd alüminium və qara rəngli "Shun 63 D" markalı plasmas boru üçün ütünü qardaşı Həsənin yanında Şamxala vermiş və Şamxal ona həmin vaxt 10 manat nağd pul vermiş və qalan 100 manatın da sonra verəcəyini demiş, bir müddətdən sonra 04 fevral 2023-cü il tarixdə kənd ərazisində həmkəndlisi Şahid1 ilə görüşmuş, söhbət zamanı Şahid1 satılıq 1 ədəd tünd göy-qara rəngdə "Bosch" markalı hilti dreli və 1 ədəd boz rəngli rus istehsalı olan "İNTERSKOL" markalı laqonda aparatı olduğunu bildirmiş, Musa ilə birlikdə yaşadığı evin yerləşdiyi məhəlləyə gəlmiş və evə gedərək gizlətdiyi həmin əşyaları tövlədən götürərək Musanın yanına qayıtmışdır. Şahid1 əşyalara baxdıq sonra onları ondan alıb və ona "səhər danışıb həmin əşyaların pulunu verəcəyəm" deyib getmişdir. 05 fevral 2023-cü il tarixdə Şahid1n satdığı əşyaların pulunu istəmiş, Musa razılaşdığı 50 manat pulun 45 manatını pul vermiş və 5 manatını isə borclu qaldığını bildirmişdir. Həmçinin ifadəsində bu ilin fevral ayının 6-sı və ya 7-si onun polisə çağırıldığını, polisə gedib həmin əşyaların Müqəddəsin evindən özü tərəfindən götürüdüyünü, Şamxal və Musanın həmin əşyaların oğurluq olmasından xəbərləri olmadığını və onlara bu haqda heç nə demədiyini, daha əvvəllər heç vaxt oğurluq etmədiyini, oğurluğu əvvəlcədən planlaşdırmadığını, sərxoş olduğundan və pula ehtiyacı olduğundan bu əməli etdiyini və etdiyi oğurluğa görə çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəlidir, 3 uşaq atasıdır, şəxsi evlərdə alçipan ustası kimi işləməklə ailəsini dolandırır. X2 təxminən on il bundan əvvəl Şahtaxtı kəndində yerləşən yaşayış evi almış, Müqəddəs və ailəsi Türkiyə Respublikasında müvəqqəti yaşadığından evə 10 ildir ki, nəzarət edir. 2022-ci ilin noyabr ayından Müqəddəsin evində təmir işləri aparmağa başlamış, 2022-ci ilin dekabr ayının sonlarında hava soyuq olduğundan onun evində təmir işlərini dayandırmış və lazım olmadığından özünə məxsus olan 2 ədəd hilti dreli, 1 ədəd alçipan dreli, 1 ədəd laqonda və 1 ədəd plasmas boru üçün ütünü həmin evdə saxlamış, nəzarət üçün 07 fevral 2023-cü il tarixdə saat 10 radələrində qaynı Müqəddəsə məxsus evə getmiş, yaşayış evinin qapısından içəri daxil olub evə baxan zaman, giriş qapısının yanında yerləşən pəncərənin açıq olduğunu görmüş və pəncərəyə yaxınlaşıb örtən zaman pəncərənin bağlama yerinin sınıq olduğundan şübhələnib evə diqqətlə baxmağa başlamışdır. Otaqlara göz gəzdirdikdə böyük otaqda ona məxsus olan 1 ədəd boz rəngdə "Boss" markalı hilti drelini, digər otağa baxdıqda isə 1 ədəd boz və qara rəngli hilti drelini, 1 ədəd yaşıl rəngli alçipan drelini, 1 ədəd boz rəngli rus istehsalı laqonda, 1 ədəd boz və qara rəngli plasmas boru üçün ütünü qoyduğu yerdə görməmiş və ona məxsus olan əşyaların oğurlanması barədə polisə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Kəngəri Rayon Qıvraq qəsəbəsində yerləşən N saylı hərbi hissədə sürücü vəzifəsində işləyir. 28 yanvar 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində mobil telefonuna əvvəlcədən tanıdığı Şahtaxtı kənd sakini Təqsirləndirilən şəxs ona zəng vurmuş və satılıq 2 ədəd hilti drel, 1 ədəd alçipan dreli, 1 ədəd laqonda və 1 ədəd plasmas boru üçün ütünün olduğunu bildirmiş, telefonda 1 ədəd alçipan dreli, 1 ədəd plasmas boru üçün ütü və 1 ədəd hilti drelin lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona lazım olan əşyaları 110 manat pul müqabilində verə biləcəyini söyləmiş və onunla həmin məbləğə razılaşmışlar. Həmin əşyalara baxmaq istədiyindən 28 yanvar 2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində onunla danışığa əsasən qardaşı Şahid4 evinə getmiş, orada qardaşı Həsənin yanında Raufun gətirdiyi 1 ədəd alüminium və qara rəngli plasmas boru üçün ütünü, 1 ədəd hilti dreli və 1 ədəd yaşıl rəngli göy rəngli alçipan drelini elektrikə taxıb yoxladıqdan sonra onlar işlək vəziyyətdə olduğundan 110 manat pul qarşılığında razılaşmış, Təqsirləndirilən şəxs 10 manat pul verərərək qalan 100 manatını isə əmək haqqı alanda verəcəyini bildirmişdir. Razılaşdıqdan sonra Rauf çıxıb getmiş, 08 fevral 2023-cü il tarixdə işdən çıxdıqdan sonra yaşadığı evinə getdiyini, yaşadığı evdə söhbət edən zaman həmkəndlisi Müqəddəs Hacıyevin evindən Zərərçəkmiş şəxs məxsus olan elektrik əşyaların oğurlandığını bilmiş, Raufun oğurluq əşyaların ona satdığından şübhələndiyindən dərhal Kəngərli Rayon Polis Şöbəsinə zəng vuraraq alətlərin onda olduğunu və həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən 110 manata satıldığını bildirmişdir. Həmçinin Şahid2 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, onunla aralarında heç bir ədavətin olmadığını, ondan aldığı alətlərin oğurluq olması haqqında məlumatının olmadığını əvvəllər də Raufun Türkiyə Respublikasından həmin əşyalardan gətirib satdığına görə ondan şübhələnmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə Kəngərli Rayon Şahtaxtı kənd ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə olan zaman Türkiyə Respublikasından aldığı və özü ilə birlikdə kəndə gətirdiyi əşyaları, yəni drel, laqonda, plasmas boru ütünün borcu olduğu üçün satdığını bildirmiş, həmin əşyalar ona ehtiyac olmadığından qardaşı Şahid2 telefon nömrəsini Təqsirləndirilən şəxs vermiş, təxminən bir müddətdən sonra Rauf Kəngərli Rayon Şahtaxtı kəndində yerləşən yaşadığı evə gəlmiş, Rauf özü ilə birlikdə gətirdiyi 1 ədəd plasmas boru üçün ütünü, 1 ədəd hilti dreli və 1 ədəd alçipan drelini qardaşı Şamxala satacağını demişdir. Sonra qardaşı Şahid2 da onun yaşadığı evə gəlmiş, Rauf gətirdiyi əşyaları Şamxala göstərmiş və Şamxal həmin alətləri onun yanında elektrik cərəyanına taxaraq yoxlamış və əşyaların işlək vəziyyətdə olduğunu görüb 110 manata ala biləcəyini barədə onunla razılaşmış, həmin vaxt Şamxal Raufa 10 manat pul vermiş və qalan 100 manat pulu isə maaşda verəcəyini bildirmiş, sonra Rauf onunla sağollaşaraq çıxıb getmişdir. Bir neçə gündən sonra ona və qardaşı Şamxala Təqsirləndirilən şəxs satdığı əşyaların oğurluq əşyalar olması məlum olmuş və qardaşı Şamxal Raufdan aldığı həmin əşyaları polis şöbəsinə aparıb təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Kəngərli Rayon Şahtaxtı kəndində yaşayır, Şahtaxtı kənd sakini X7 onun qonşusudur, Müqəddəs həmin evi təxminən 10 il bundan əvvəl almış, lakin yaşayış evini alandan bu günə kimi orada yaşamamış, ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadığından evinə qaynı Zərərçəkmiş şəxs və özü nəzarət etmiş, evinin həyətinə nəzarət etmək üçün həyətin darvazasının açarlarını ona, yaşayış evinin açarlarınə isə Zərərçəkmiş şəxs vermişdir. Natiq keçən ilin sonlarından Müqəddəsin evində təmir işləri apardığı ona məlum olmuş, Şahtaxtı Gömrük postunda fəhlə işlədiyindən və işi ilə əlaqədar olaraq gecə gec saatlarda yəni 1-2-də evinə gəldiyindən Müqəddəsin həyətindən keçərək yaşadığı evinə getmək üçün onun yaşayış evinin darvaza qapısını açıq qoymuşdur. 07 fevral 2023-cü il tarixdə pəncərə qırılaraq Müqəddəsin evindən Natiqə məxsus olan əşyaların oğurlandığını eşitmiş, sonradan isə həmkəndlisi Təqsirləndirilən şəxs həmin əşyaları oğurlayaraq həmkəndliləri Şahid2 və Şahid1 satdığı ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Əsrafil oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və ailəsi ilə birlikdə ona məxsus olan Kəngərli Rayon Şahtaxtı kəndində yerləşən yaşayış evində yaşayır. Yaşadığı ev oğurluq baş verən evin qonşuluğundadır. Rauf ailəlidir, 2 övladı var və heç bir yerdə işləmir, həyat yoldaşı xəstədir. Bu səbəbdən də ailəsinin saxlanmasında ona maddi cəhətdən köməklik edir. Oğlunun Zərərçəkmiş şəxs məxsus olan əşyaları niyə oğurlaması haqqında məlumatı olmamış, sadəcə ata kimi oğlunun törətdiyi əmələ görə pis olmuş və oğurladığı əşyaları satdıqları adamların pullarını geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, 2014-cü ildən Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə çilingər vəzifəsində işləyir, 04 fevral 2023-cü il tarixdə saat axşam 19:20 radələrində Şahtaxtı kəndində olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ilə söhbət əsnasında təcili pula ehtiyac olduğundan Türkiyə Respublikasından gətirdiyini və istifadə etmədiyi satılıq 1 ədəd laqonda aparatı və 1 ədəd hilti drel aparatının olduğunu və 70 manata satdığını ona bildirmiş, onunla 50 manata razılaşaraq həmin əşyaları götürmək üçün onunla ilə birlikdə onun yaşadığı Şahtaxtı kəndində yerləşən evə tərəf getmiş, məhəllədə bir müddətdən gözlədikdən sonra Rauf əlində paket ilə yanına gələrək 1 ədəd laqonda aparatını və 1 ədəd hilti dreli çıxararaq ona vermiş və həmin əşyalarıin işlək vəziyyətdə olduğunu bildirmişdir. Raufdan 1 ədəd tünd göy-qara rəngdə "Bosch" markalı hilti dreli, 1 ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" markalı laqonda aparatını götürərək yaşadığı evə gəlmiş, evdə həmin əşyaları yoxlayaraq işlək vəziyyətdə olduğunu görmüşdür. 05 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefonuna saat 11:00 radələrində zəng vuraraq pulu gətirməyini istəmiş, kənd mərkəzinə gedərək Təqsirləndirilən şəxsla görüşmüş, 5 manat borclu qalmaqla üzərində olan 45 manat pulu ona vermiş və sağollaşıb evə getmişdir. 08 fevral 2023-cü il tarixdə saat 22:45 radələrində polis əməkdaşları yaşadığı evə gələrək Təqsirləndirilən şəxs 1 ədəd tünd göy-qara rəngdə "Bosch" markalı hilti dreli, 1 ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" markalı laqonda aparatını ona satmasını soruşduqda həmin əşyaları Raufun 50 manata satdığını bildirmiş, polis əməkdaşları həmin əşyaların oğurluq olmasını ona bildirərək çıxıb getmişlər. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, onunla aralarında heç bir ədavətın olmadığını, Təqsirləndirilən şəxs aldığı 1 ədəd tünd göy-qara rəngdə "Bosch" markalı hilti dreli, 1 ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" markalı laqonda aparatının oğurluq olması haqqında məlumatının olmadığını, oğurluq əşya olmasını bilsə idi almayacağını, Təqsirləndirilən şəxs əşyaları alan zaman yanında heç kim olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Kəngərli rayon Şaxtaxtı kənd sakini X5 məxsus yaşayış evinə qanunsuz daxil olaraq həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus əşyaların oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq baş verdiyi yer Kəngərli rayon Şaxtaxtı kənd yerləşən X5 məxsus fərdi yaşayış evidir. “Təqdim edilmiş əşyaların qəbul edilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokollardan görünür ki, həmin tarixdə Kəngərli rayon Şahtaxtı kənd sakini Şahid1 tərəfindən istintaqa könüllü olaraq təhvil verilmiş 1 (bir) ədəd tünd göy-qara rəngdə "Bosch" markalı hilti drelə, 1 (bir) ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" markalı laqonda aparatına və Kəngərli Rayon Şahtaxtı kənd sakini Şahid2 tərəfindən istintaqa könüllü olaraq təhvil verilmiş 1 (bir) ədəd alüminium və qara rəngli "Shun 63 D" markalı plasmas boru üçün ütüyə, 1 (bir) ədəd qara çantada "ZİL" markalı hilti dreli və 1 (bir) ədəd göy rəngli "Viktor" markalı alçipan drelinə baxış keçirilərək götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Əhmədov X9 rayon Kəngərli rayon Şaxtaxtı kəndində yerləşən X5 məxsus evə hansı qaydada daxil olduğunu, əşyaları haradan oğurlamasını və həmin əşyaları hansı qaydada evin həyətindən çıxardığını göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli 177 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, “təqdim olunmuş bir ədəd tünd göy-qara rəngdə "Bosch" (üzərində markalanma göstəriciləri olan hissəsi qopmuş) yazısı olan perforator- 50 (əlli ) manat, bir ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" 1300BT YWM-115\1300M yazıları olan laqonda aparatı-30 (otuz) manat; bir ədəd göy rəngli "Viktor" 5** EP *** BT 10 mm yazıları olan dreli-15 (on beş) manat; bir ədəd alüminium və qara rəngli üzərində "Shun 63 D" pipe connector 50 Hz 800 W yazıları olan plasmas boru üçün ütü-25 (iyirmi beş) manat, bir ədəd qara çantada "ZİL" GBH 2-26 DRE professional yazıları olan perforator-60 (altmış) manat olmaqla həmin əşyaların orta bazar qiyməti ilə ümümi dəyəri təxminən 180,00 (bir yüz səksən) manat müəyyən edilmişdir”. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Kəngərli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin 24 fevral 2023-cü il məktubunda göstərilmişdir ki, “oğurluq hadisəni törədən Təqsirləndirilən şəxs həmin hadisəni başqa şəxs və ya şəxslərlə törətməsi barədə əməliyyat yolu ilə araşdırılma aparılmış və oğurluq hadisəsini törədilməsində Təqsirləndirilən şəxsla birgə başqa şəxs və ya şəxslərin olub-olmaması tərəfimizdən müəyyən olunmamışdır, hadisəni törətmiş Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsində onu təhrik edən şəxs və ya şəxslərin olub-olmaması müəyyən olunmamış, Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törədərkən başqa şəxslərlə cinayət əlaqəsinə girib-girməməsinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin keçirilən tədbirlər zamanı qeyd olunan cinayəti törədərək başqa şəxs və ya şəxslərin olması müəyyən olunmamışdır". 22 fevral 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-ci il tarixli 36 saylı rəyində göstərilir ki, “təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra onda "Emosional davamsız şəxsiyyət pozuntusu" müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman "Emosional davamsız şəxsiyyət pozuntusu" psixi xəstəlik müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs halhazırda anlaqlıdır və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur”. 22 fevral 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Məhkəmə-Narkoloji ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 02.03. 2023-ci il tarixli 37 saylı rəyə əsasən "təqsirləndirilən Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir". 15 fevral 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi X3 rayon Şahtaxtı kənd sakini Təqsirləndirilən şəxs narkoloji və ya psixi xəstə kimi qeydiyyatda durub-durmaması barədə məktubla müraciət edilmiş, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin 20 fevral 2023-cü il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən "Emosional davamsız şəxsiyyət pozuntusu" diaqnozu ilə dispanserdə qeydiyyatda dayandığı bildirilmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” 03 mart 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən talanmış 1 (bir) ədəd tünd göy-qara rəngdə "Bosch" markalı hilti drel, 1 (bir) ədəd boz rəngli rus istehsalı "İNTERSKOL " markalı laqonda aparatı, 1(bir) ədəd yaşıl rəngli göy rəngli "Viktor" markalı alçipan drel, 1 (bir) ədəd alüminium və qara rəngli "Shun 63 D" markalı plasmas boru üçün ütü və 1 (bir) ədəd qara çantada "ZİL" markalı hilti drel nömrələnmiş şəkildə Zərərçəkmiş şəxs tanınması üçün təqdim edilmiş, tanıyan Zərərçəkmiş şəxs ona təqdim edilmiş təmir-tikintidə istifadə olunan əşyalarının məhs ona aid olduqlarını bildirmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən talanmış 1 (bir) ədəd tünd göy-qara rəngdə "Bosch" markalı hilti drel, 1 (bir) ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" markalı laqonda aparatı, 1 (bir) ədəd yaşıl rəngli göy rəngli "Viktor" markalı alçipan dreli, 1 (bir) ədəd alüminium və qara rəngli "Shun 63 D" markalı plasmas boru üçün ütü və 1 (bir) ədəd qara çantada "ZİL" markalı hilti drelini nömrələnmiş şəkildə Təqsirləndirilən şəxs tanınması üçün təqdim edilmiş, tanıyan Təqsirləndirilən şəxs ona təqdim edilmiş təmir-tikintidə istifadə olunan əşyalarının Şahtaxtı kənd sakini X4 yaşayış evindən oğurladığını bildirmişdir. Məhkəməyədək icraat zamanı 07 aprel 2023-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd göy-qara rəngdə "Bosch" (üzərində markalanma göstəriciləri olan hissəsi qopmuş) yazısı olan perforator, bir ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" 1300BT YWM-115\1300M yazıları olan laqonda aparatı, bir ədəd göy rəngli "Viktor" 5** EP *** BT 10 mm yazıları olan drel, bir ədəd alüminium və qara rəngli üzərində "Shun 63 D" pipe connector 50 Hz 800 W yazıları olan plasmas boru üçün ütü, bir ədəd qara çantada "ZİL" GBH 2-26 DRE professional yazıları olan perforator maddi sübut kimi tanınmış və cinayət işi birlikdə məhkəməyə göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi və AZE C02490124 nömrəli ümumvətəndaşlıq pasportu məhkəməyə təhvil verilmişdir. Kəngərli Rayon Qeydiyyat şöbəsinin 20 fevral 2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə xx.xx.1994cü il təvəllüdlü X8 ilə nikaha daxil olmuş və onların xx.xx.2014-cu il tarixdə Şahid5 Rauf oğlu və xx.xx.2016-cı il tarixdə X11 adında övladları dünyaya gəlmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Kəngərli Rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli 4(111)-1/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmışdır. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, himayəsində 2 azyalı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək ümumilikdə 03 ay 22 gün həbsdə saxlanılma müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli rayon üzrə İcra və probasiya bölməsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından dərhal azad olunmalı və bərəsində hökm qanunu qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd göy-qara rəngdə "Bosch" (üzərində markalanma göstəriciləri olan hissəsi qopmuş) yazısı olan perforator, bir ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" 1300BT YWM - 115\1300M yazıları olan laqonda aparatı, bir ədəd göy rəngli "Viktor" 5** EP *** BT 10mm yazıları olan dreli, bir ədəd alüminium və qara rəngli üzərində "Shun 63 D" pipe connector 50 Hz 800 W yazıları olan plasmas boru üçün ütü, bir ədəd qara çantada "ZİL" GBH 2-26 DRE professional yazıları olan perforator Zərərçəkmiş şəxs oğluna və məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi və AZE C02490124 nömrəli ümumvətəndaşlıq pasportu onun özünə qaytarilmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən vətəndaşlar Şahid2 və Şahid1 əşyaların satılması ilə əlaqədar onlardan aldığı pulların qaytarılmasını nəzərə alır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək ümumilikdə 03 ay 22 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 07 ay 14 gün çıxılmaqla qəti olaraq ona 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, hökm qanunu qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kəngərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Kəngərli rayon Şahtaxtı kəndində yaşadığı evi hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya bölməsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd göy-qara rəngdə "Bosch" (üzərində markalanma göstəriciləri olan hissəsi qopmuş) yazısı olan perforator, bir ədəd boz rəngli rus istehsalı "İNTERSKOL" 1300BT YWM- 115\1300M yazıları olan laqonda aparatı, bir ədəd göy rəngli "Viktor" 5** EP *** BT 10mm yazıları olan dreli, bir ədəd alüminium və qara rəngli üzərində "Shun 63 D" pipe connector 50 Hz 800 W yazıları olan plasmas boru üçün ütü, bir ədəd qara çantada "ZİL" GBH 2-26 DRE professional yazıları olan perforator Zərərçəkmiş şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi və AZE C02490124 nömrəli ümumvətəndaşlıq pasportu onun özünə qaytarilsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar