Məhkəmə qərarları › İş №1(111)-9/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-9/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-9/2023 08.06.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi - Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Naxçıvan MR Babək rayonu, Böyükdüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, evli, 2 uşaq atası, işsiz, Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olan 15 aprel 2023-cü il tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təmoyev X6 Rayon Məhkəməsinin 2(111)-20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 05 dekabr 2016-cı il tarixdən hesablanmaqla, hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat aliment kimi tutularaq 12 mart 2010ci il tarixdə doğulmuş X4 və 19 oktyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödəməli olduğu 5550 (beş min beş yüz əlli) manat aliment borcunu ödəməyərək iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs 5550 (beş min beş yüz əlli) manat maddi ziyan vurmaqla, Kəngərli Rayon Məhkəməsinin 2(111)-20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş və bununla da, o, Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş, bu nikahdan 2 uşaqları doğulmuş, ailə qurduqdan sonra yaşamaq üçün Bakı şəhərinə getmişlər. Nənəsi rəhmətə getdiyindən ailəsi birlikdə Naxçıvana gəlmiş, sonra Səmanın Bakı şəhərinə getmək istəmədiyindən və işi Bakı şəhərində olduğundan özü Bakı şəhərinə qayıtmış, ailəsi isə Böyükdüz kəndində qalmışlar. Bir müddət sonra icra məmuru Oktay müəllimin ona telefonla zəng edərək məhkəmənin ona uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin etdiyini və alimenti ödəməyini bildirmiş, məsələni həll etmək üçün Naxçıvana qayıtmiş, həyat yoldaşına barışmaq üçün nə qədər yalvarsa da, Bakı şəhərinə qayıtmalarını təklif etsə də, onunla barışa bilməmiş və Səman Bakı şəhərinə getməkdən imtina etmişdir. Sonradan yenidən Bakı şəhərinə getmişdir. 2016-cı ildən ailəsi ilə ayrı yaşayır, ayrı yaşadığı müddətdə uşaqları ilə maraqlanmasa da, hər zaman onların ehtiyaclarını ödəməyə çalışmış, daimi işi olmadığından alimenti vaxtında və tam şəkildə ödəyə bilməmişdir. Alimentin ödənilməsi ilə bağlı axtarışda olmuş və 2 dəfə məhkəmə tərəfindən inzibati qaydada 20 gün müddətə həbs olunmuşdur. Aliment borcundan 2440 manat, 1800 manat və 900 manat olmaqla təxminən 5000 manat ödəniş etmiş, atası rəhmətə getdikdən sonra borca düşmüş, həm də koronovirus olduğundan işləyə bilməmiş və daimi iş yeri olmadığından son 2 ildir ki, alimentin qalan 5550 manatını ödəyə bilməmişdir. Qərəzli olmamış, sadəcə imkanı olmadığı üçün ödəməmişdir. Həmçinin ifadəsində uşaqların saxlanması üçün müəyyən edilən alimenti ödəmədiyindən onların maddi çətinliklər çəkdiyini dərk etdiyini, daimi işi olmadığından alimenti ödəyə bilmədiyini, 5550 manat aliment borcunun olmasını qəbul etdiyini, hərəkətlərindən çox peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eyni zamanda cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstəmişdir ki, əri Təqsirləndirilən şəxs ilə 2008-ci ildə Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, nikahlarından 12 mart 2010-cu il tarixdə X8, 19 oktyabr 2016-cı il tarixdə isə X7 doğulmuşdur. Ailə qurduqdan sonra yaşamaq üçün Bakı şəhərinə getmişlər, orada bir müddət ailə münasibətləri yaxşı olmuş, bir müddətdən sonra ərinin evə gec saatlarda gəldiyindən münasibətləri pozulmiş, sonradan ərinin həyatında başqa qadın olmasını öyrənmişdir. Ailəsinin dağılmaması üçün nə qədər çalışsa da, bu mümkün olmamış, Orxan nə onunla, nədə ki, oğlu Tuncla maraqlanmamışdır. Qaynanası ilə Naxçıvana hüzr yerinə gəlmiş, sonra Bakı şəhərinə qayıtmaq istədikdə qaynanası onu aparmamış, uşağı ilə anasının evində yaşamağa başlamış, ikinci övladı Rəvan anasının evində doğulmuş, Orxanın nə övladı doğulanda nədə ki, ondan sonra uşaqlarla maraqlanmadığından və uşaqların saxlanmasında maddi cəhətdən korluq çəkdiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Kəngərli Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixdə Orxandan hər bir uşaq üçün 100 manat olmaqla ümumilikdə iki uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etmiş, lakin Orxan uşaqların saxlanması üçün müəyyən edilən alimenti tam şəkildə, vaxtı-vaxtında ödəmədiyindən Kəngərli Rayon İcra və Probasiya bölməsinə dəfələrlə müraciət etmiş, onun barəsində axtarış qərarı qəbul edilmiş, Orxan tutulub gətirildikdən sonra inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranmış aliment borcundan 2440 manat atası tərəfindən ödənilmiş, sonradan hər ay üçün müəyyən edilən aliment məbləğini ödəməyərək yenə də Bakı şəhərinə getmiş, uzun müddət alimenti ödəmədiyindən 2021-ci ildə yenidən tutulub gətirilmiş və inzibati qaydada həbs edildikdən sonra yaranmış aliment borcundan 1800 manat ödəniş edilmiş və 2-3 ay kənddə ata evində yaşamış, yaşadığı müddətdə işləsə də, alimenti hər ay ödəyəcəyini bildirsə də, hər ay üçün müəyyən edilən aliment məbləğini ödəməyərək yenidən Bakı şəhərinə getmiş, Bakı şəhərinə getdikdən sonra qohumu X9 vasitəsi ilə aliment borcundan ona 3 ay hərdən 300 manat olmaqla 900 manat ödəniş edilmiş, 2021-ci ilin təqribən dekabr ayından sonra aliment üzrə ödəniş edilməmiş, 2023-cü ilin əvvəlinə icra vərəqəsi üzrə ona ümumilikdə 5550 manat aliment borcu qalmışdır. Həmçinin zərərçəkən göstərmişdir ki, Tamoyev Orxan nə istintaq dövründə, nədə ki, işin məhkəmədə olduğu dövrdə aliment borcundan hec bir ödəniş etməmişdir. Orxandan ödənilməyən aliment borcunu tam şəkildə tələb edir, şikayətçidir və barəsində qanuna uyğun tədbirlər görülməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəngərli Rayon İcra və Probasiya bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, Kəngərli Rayon Məhkəməsinin 2(111)- 20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli icra vərəqəsi 08 fevral 2017-ci il tarixdə Kəngərli Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra vərəqəsinə əsasən Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 05 dekabr 2016-cı il tarixdən hesablanmaqla, hər ay sabit məbləğdə bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat aliment kimi tutularaq 12 mart 2010-cu il tarixdə doğulmuş X4 və 19 oktyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsinin qət edilmiş, icra vərəqəsi icraata qəbul edilərək 08 fevral 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin 10 gün müddətində könüllü icrası üçün borclunun ünvanına bildiriş göndərilmiş, boclu verilmiş könüllü icra müddətində icra vərəqəsi üzrə müəyyən edilən alimenti ödəmədiyindən borclu barəsində məcburi icra tədbirləri olaraq onun əmlakının, gəlirlərinin, adına banklarda pul vəsaitinin və əmanətlərinin olmasını müəyyən etmək üçün sorğular verilmiş, sorğulara verilən cavablarda borclunun heç bir əmlakı, gəlirləri və banklarda əmanətlərinin olmaması müəyyən edildiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Kəngərli Rayon Məhkəməsinə təqdimat vermiş, məhkəmənin xx.xx.2017-ci il il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmiş, borclunun bu tədbirdən də nəticə çıxarmayaraq alimenti ödəməmişdir. İcra vərəqəsinin icrasından yayındığından və yaşayış yerini dəyişdiyindən borclunun axtarılması haqqında qərar qəbul edərək icra edilməsi üçün Kəngərli Rayon Polis şöbəsinə göndərilmiş, borclu tutularaq bölmənin sərəncamına verilmiş və borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, Kəngərli Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qərarı ilə borclu barəsində 20 gün müddətinə inzibati həbs tənbeh növü seçilmiş, borclu inzibati məsuliyyətə cəlb edildikdən sonra 15 yanvar 2019-cu il tarixdə borclunun atası tərəfindən aliment borcu üzrə 2440 manat ödəniş edilmiş, borclunun inzibati məsuliyyətə cəlb edildikdən yenidən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişərək Bakı şəhərinə getdiyindən və yenə də icra vərəqəsi üzrə tələbi icra etmədiyindən borclu barəsində yenidən xx.xx.2021-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş, polis əməkdaşları tərəfindən tutularaq bölmənin sərəncamına verilmiş, yaranmış aliment borcunu ödəmədiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, Kəngərli Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yenidən həmin maddə ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati məsuliyyətə cəlb edildikdən və cəzasını çəkdikdən sonra aliment borcunu ödəməsi üçün ona müəyyən müddət verilmiş, tələbi icra etmədiyi halda cinayət məsuliyyətinə cəlb olunacağı haqda xəbərdarlıq edilmişdir. Borclu 17 mart 2021-ci il tarixdə aliment borcu üzrə 1800 manat ödəniş etmiş, borclunun qohumu X5 borclunun aliment borcundan öz razılığı ilə əlavə olaraq 900 manat ödəmiş, borclunun yenidən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişərək Bakı şəhərinə getdiyindən və Bakı şəhərinə getdikdən sonra yenə də icra vərəqəsi üzrə tələbi icra etmədiyindən borclu barəsində yenidən xx.xx.2021-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş, həmin tarixdən icra vərəqəsi onun tərəfindən qərəzli olaraq icra etmədiyindən və Təqsirləndirilən şəxs 5550 manat aliment borcu yarandığından bölmənin icra məmuru Şahid2 borclu barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat verilmiş, təqdimat 26 yanvar 2023cü il tarixdə təsdiqlənərək icra işinin materialları ilə birlikdə baxılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid3 ifadəsində göstərmişdir ki, Kəngərli Rayon Məhkəməsinin 2(111)-20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli icra vərəqəsi üzrə icra işi 2020-ci ilin aprel ayından onun icraatına verilmiş, icra işi onun tərəfindən qəbul edilənədək bölmənin rəisi Şahid1 icraatında olmuş, icra işi onun icraatında olduğu vaxt görülən tədbirlərə baxmayaraq icra işi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. 2020-ci ilin iyun ayından Şərur Rayon İcra və Probasiya Şöbəsinə böyük icra məmuru təyin edilmiş, hazırda da həmin vəzifədə işləyir. Şərur Rayon İcra və Probasiya Şöbəsinə təyinat alan zaman borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə müəyyən məbləğdə aliment borcu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəngərli Rayon İcra və Probasiya bölməsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Kəngərli Rayon Məhkəməsinin 2(111)-20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli icra vərəqəsi üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinin icraatında olan 360200/2017-90-5-014 nömrəli icra işinin materialları ilə 2022-ci ilin iyun ayında Kəngərli Rayon İcra və Probasiya bölməsinə icra məmuru təyin olunduqdan və icra işi onun icraatına verildikdən sonra tanış olmuş, icra işi üzrə borcu Təqsirləndirilən şəxs aliment borcunu mütəmadi olaraq ödəmədiyindən, barəsində 2 dəfə borclunun axtarılması haqqında qərar verildiyindən və 2 dəfə inzibati qaydada onun barəsində tədbir görüldüyündən, iş onun icraatında olduğu vaxtda da borclu Təqsirləndirilən şəxs müəyyən aliment borcu olduğundan, onun əmlakının və gəlirlərinin müəyyən edilməsi üçün ”Elektron İcra“ informasiya sistemi üzərindən yoxlamalar aparılarkən icra sənədinin icrası ilə bağlı heç bir nəticə əldə edə bilmədiyindən, borclu Təqsirləndirilən şəxs Bakı şəhərində hansı ünvanda yaşaması barədə məlumat olmadığından, yaşadığı ünvanı öyrənmək üçün adına qeydiyyatlı olan mobil nömrələrinə zəng vursa da, zənglərinə cavab verilmədiyindən, eyni zamanda borclunu bölməyə dəvət edib yazılı qaydada xəbərdarlıq edə bilmədiyindən borclunun adına qeydiyatlı olan bir neçə mobil nömrəsinə “cinayət məsuliyyətinə cəlb olunma haqqında” təqdimatın hazırlanması barədə SMS bildiriş göndərmiş və xx.xx.2023-cü il tarixdə “cinayət məsuliyyətinə cəlb olunma haqqında” təqdimatı hazırlayıb təsdiq edilməsi üçün bölmənin rəisinə təqdim etmiş, təqdimatın təsdiq edildiyi vaxt borclu Təqsirləndirilən şəxs 2(111)- 20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli icra vərəqəsi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs 5550 manat aliment borcu olmuşdur. Cinayət işinin materiallarında olan cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Kəngərli rayon İcra və Probasiya bölməsinin 25 yanvar 2023-cü il tarixli Təqdimatından görünür ki, Kəngərli Rayon Məhkəməsinin 2 (111)- 20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kəngərli Rayon Məhkəməsinin 19 dekabr 2017-ci tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, İcra və Probasiya bölməsi tərəfindən 22 may 2018-ci il və 12 fevral 2021-ci il tarixdə borclunun axtarılması haqqında qərarlar qəbul edilmiş, Kəngərli Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, bir daha yenidən 15 fevral 2021-ci il tarixdə Kəngərli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 20 (iyirmi) gün müddətinə həbs olunmasına və icra üçün yeni müddət təyin olunmasına baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü qərəzli olaraq icra etməmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarında olan Kəngərli Rayon Məhkəməsinin 2 (111)-20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 05 dekabr 2016-cı il tarixdən hesablanmaqla, hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat aliment kimi tutularaq 12 mart 2010-ci il tarixdə doğulmuş X4 və 19 oktyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. Cinayət işinin materiallarında olan Kəngərli Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli 3(111)-04/2019 saylı və 15 fevral 2021-ci il tarixli 3(111)-04/2021 saylı qərarlarının surətindən görünür ki, borclu Təmoyev X6 Rayon Məhkəməsinin 2(111)-20/2017 nömrəli 05 yanvar 2017-ci il tarixli qətnaməsində göstərilən tələbi icra etmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib hər dəfəsində 20 (iyirmi) gün müddətə həbs edilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 02 fevral 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçmək haqqında 15 aprel 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cu il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun müəyyən edilməsi üçün Naxçıvan MR DİN-nin Təşkilat-inspeksiya İdarəsinə sorğu göndərilmiş, sorğuya verilən cavabda Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 177.1-ci maddəsi ilə 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının saxlanılması üçün ödəməli olduğu, lakin ödəmədiyi (xx.xx.2023-cu il tarixədək) cəmi 5550 (beş min beş yüz əlli) manat aliment borcu vardır. Məhkəmə aktını icra etməməyə görə iki dəfə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da aliment borcundan heç bir ödəniş etməmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişdir. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməyə görə iki dəfə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra vurulmuş ziyandan heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və azyaşlı uşaqların qanuni mənafelərinin iki ildən artıq müddətdə pozulmaqda davam etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 306.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu - 08 iyun 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı hökmün çıxdığı gündən, yəni 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə onun surətinin təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar