Məhkəmə qərarları › İş №1(124)-1/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-1/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-1/2023 20.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Rafiq oğlunun və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, eləcə də təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Gülablı ərazi dairəsinin Abdal kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 2020-ci ilin dekabr ayının sonlarında “Odnoklassniki” sosial şəbəkəsində virtual oyun oynayan zaman ona nalayiq ifadələr söyləməsi ilə əlaqədar Zərərçəkmiş şəxs intiqam almaq niyyəti ilə öldürmək qərarına gəlmiş və 29 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixə keçən gecə saat 00:00 radələrində Zərərçəkmiş şəxsla sonuncunun yaşadığı ünvan 1 ünvanının qarşısında görüşərək mübahisə etməyə başlamış, Zərərçəkmiş şəxs atası Rafik Salamovun onların mübahisəsinə müdaxilə edərək, oğlunun əvəzindən üzr istəməsinə baxmayaraq o, öz niyyətini maneəsiz həyata keçirmək üçün Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən Sumqayıt şəhəri, 41-ci məhəllə, 1A saylı binanın küncünə aparmış, orada mübahisələrini davam etdirdikləri zaman Zərərçəkmiş şəxsla yumruqla dalaşmağa başlamış, daha sonra cibindən çıxardığı istintaqla müəyyən edilməsi mümkün olmayan açılıb-qatlanan bıçaqla Zərərçəkmiş şəxs qarın və sinə nahiyyəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirməyə başladıqda bunu görən, hadisə yerinə onunla birlikdə gəlmiş dostu Şahid1 dava-dalaşa son qoymaq məqsədilə onu tutub, kənara çəkmiş və bundan istifadə edən Zərərçəkmiş şəxs xilas olmaq üçün, binanın arxasına tərəf qaçmağa başlamış, o, da öz növbəsində Zərərçəkmiş şəxs arxası ilə qaçdığı zaman Zərərçəkmiş şəxs atası Rafik Salamovun da arxaları ilə qaçdığını görməsinə baxmayaraq cinayətkar niyyətini başa çatdırmaq üçün dayanmayaraq irəlidə yerdə oturmuş Zərərçəkmiş şəxs çatıb, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək atası Rafik Salamova xüsusi əzab və iztirab verdiyini dərk edərək, onun gözü qarşısında sonuncunun oğlunu öldürmək məqsədilə bıçaqla bədəninin müxtəlif nahiyələrinə, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthinin, sol əlin İİİ-İV barmağının əsas falanqalarının ovuc səthlərinin deşilmiş-kəsilmiş yaraları ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran, sağ kürək nahiyyəsinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin 2 (iki) ədəd, döş qəfəsinin ön sol səthinin 1 (bir) ədəd, döş qəfəsinin ön sol səthinin 1(bir) ədəd, döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaraları, sağ və sol tərəfli pnevmohemotoraks, İİ-İİİ dərəcəli travmatik şok ilə müşahidə olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs atası X3 onlara çatdığını görüb oradan qaçdığından və Zərərçəkmiş şəxs atası tərəfindən vaxtında xəstəxanaya çatdırmaqla ona tibbi yardım göstərilməsi səbəbindən öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli hesab etməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Fatmayı kəndində rəngsaz işləməklə qazanc əldə etmiş, Zərərçəkmiş şəxs əvvəllər tanımamaqla, heç bir münasibəti olmamış, 2020-ci ilin dekabr ayının sonlarında “Odnoklassniki” sosial şəbəkəsində “Samir02” adı ilə “Butulka” oyunu oynayan zaman tanımadığı qız ümumi lövhədə ona səbəbsiz yerə söyüş söymüş, o, həmin qızdan söyüş söyməməsini tələb etdikdə digər bir kişi cinsindən olan istifadəçi də ümumi lövhədə “Sənə lazım idi özüvü söydürdün ?!” mesajını yazmış, bu zaman o, həmin şəxsə də iradını bildirdikdə, həmin şəxs onu söyməyə başlamış, o, həmin şəxsə mesaj yazaraq adının Rahib olduğunu öyrənmiş və onu söydüyünə görə görüşməyi tələb edərək Rahibə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermiş, Rahib ona hazırda xatırlamadığı nömrə ilə zəng edərək özünü ona söyüş söyən şəxsin əmisi oğlu kimi təqdim etmiş, onlar 28 dekabr 2020-ci il tarixdə, saat 19 radələrinə görüş təyin etmiş və Rahib onu “Göyərçin” abidəsinin qarşısına dəvət etmiş, o, həmin gün görüşə gecikdiyinə görə Rahib ona zəng edərək iradını bildirib söyüş söymüş, həmin söyüş üstündə də Rahiblə yenidən telefonda mübahisə etmiş, yekunda 28 dekabr 2020-ci il tarixdə, saat təxminən 23 radələrində o, qardaşı Seymur və dostu Zahidlə birlikdə sonuncuya məxsus “Azsamand” markalı avtomobillə Sumqayıt şəhərinə gəlmiş, ASAN Xidmət Mərkəzinin qarşısında Rahiblə görüşmüş, Rahib evinin yaxınlıqda yerləşdiyini bildirərək onu və yanındakıları evinə dəvət etmiş, onlar birlikdə təxminən 5 dəqiqə piyada yol gedib Rahibin evinə çatmış, qardaşı Seymurla, dostu Zahid avtomobildə əyləşərək onu gözləmiş, o, isə Rahiblə evə qalxaraq evdə təklikdə söhbət etməyə başlamış, həmin vaxt evdə hər hansı digər şəxsi görməmiş, söhbət zamanı Rahib ona söyüş söyən şəxsin əmisi oğlu olduğunu və onun adından üzr istədiyini bildirmiş, o, isə üzrxahlığı qəbul etməyərək Rahibdən həmin əmisioğlunu onunla görüşdürməyini, həmin görüş zamanı özünün əmisi oğluna bir-iki sillə vurmaqla cəzalandırmasını tələb etmiş, Rahib ona həmin gün əmisi oğlu ilə görüşdürəcəyinə söz vermiş, o, “Odnoklassniki.ru” sosial şəbəkəsinə qardaşı Seymurun mobil telefonu ilə girdiyindən, Seymurun hazırda əzbər bilmədiyi nömrəsinə zəng edərək yazışmanı Rahibə göstərmək üçün telefonu gətirməsini xahiş etmiş, Seymur da Rahibin evinə gəldikdən sonra o, telefondakı yazışmanı Rahibə göstərib ardınca Seymur və Rahiblə birlikdə evdən çıxıb getmiş, evdə çıxdıqdan sonra hamısı “Azsamand” markalı avtomobilə əyləşmiş, söhbətləri uzandığından və Zahid evə getmək istədiyinə görə sonuncunu aparıb evinə qoyub Sumqayıt şəhərinə qayıtmaq qərarına gəlmiş, o, Zahid, Rahib və Seymur birlikdə Mehdiabad qəsəbəsinə qayıdaraq Zahidi evinə düşürmüş, Rahib onu həmin gecə əmisi oğlu ilə görüşdürməyə söz verdiyindən və əmisi oğlunun Sumqayıt şəhərində yaşadığını bildirdiyindən Zahidin “Azsamand” markalı maşını ilə o, Seymur və Rahib birlikdə təxminən gecə 01 radələrində Sumqayıt şəhərinə qayıtmış, onlar Rahibin yaşadığı binanın həyətində dayanaraq Rahibin əmisi oğlunun gəlməsini gözləmiş, bu zaman Rahib bir neçə dəqiqə telefonda danışdıqdan sonra ona artıq gec olduğunu və bu vaxt əmisi oğlunun evdən çıxa bilməyəcəyini söyləmiş, həmin vaxt Rahibin kiminlə danışdığını bilməsə də, əmisi oğlu ilə yox, atası ilə danışdığını ehtimal etmiş, Rahib növbəti gün onu əmisi oğlu ilə görüşdürəcəyinə söz vermiş, o, Rahibdən əmisi oğlunun adını soruşsa da, Rahib ona əmisi oğlunun adını bildirməmiş, o, Rahibə onu əmisi oğlu ilə görüşdürmək üçün bir gün vaxt verərək, növbəti gün yenidən Sumqayıt şəhərinə gələcəyini demişdir. Növbəti gün təxminən saat 21 radələrində Mehdiabad qəsəbəsində işlədiyi avtomobil təmiri sexində dostu Şahid1la rastlaşmış, bu zaman Əlidən onu Sumqayıt şəhərinə aparmasını xahiş etmiş, Əli razılaşdıqdan sonra onlar Əliyə məxsus “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Mehdiabad- Novxanı trassı ilə Sumqayıt şəhərinə, Rahibin yaşadığı binanın qarşısına gəlmiş, Rahibə zəng vurduqda Rahib əmisi oğlu ilə onu görüşdürə bilməyəcəyini dediyindən o, əsəbləşərək Rahibdən həyətə düşməsini tələb etmiş, Rahib həyətə düşmək istəməsə də o, təkid etmiş və Rahib həyətə tək düşdükdən sonra avtomobilə əyləşmiş, o, Rahibi Novxanı qəsəbəsində dəniz kənarına aparmış, yol boyu eyni məzmunda söhbətlər edərək Rahibdən yenə onu əmisi oğlu ilə görüşdürməsini tələb etmiş, Rahibi dəniz qırağına aparmasında məqsədi Rahibi qorxudub əmisi oğlu ilə görüş təyin etməsinə nail olmaq, əks təqdirdə isə Rahibə bıçaqla xəsarət yetirmək olmuş, Novxanı qəsəbəsində dəniz kənarında insanların olmadığı yerdə Əli avtomobili saxladıqdan sonra Rahib orada yenidən ondan öz əmisi oğlunun adından üzr istədiyini demiş, lakin o, əsəbi olduğundan orada sillə ilə Rahibin üzünə bir neçə dəfə vurmuş, o, Rahibi vurarkən Əli avtomobildə oturaraq onlara qarışmamış, həmin vaxt Rahib atasına zəng edərək onu atası ilə danışdırmış, atası telefonda onu evinə çağıraraq onu Rahibin əmisi oğlu ilə görüşdürəcəyini bildirmiş, bundan sonra onlar yenidən Rahibin evinə qayıtmış, bu zaman avtomobili avtovağzalın giriş hissəsisinin qarşısında saxlayaraq piyada evə tərəf getmiş, Rahibin atası blokun qarşısında onları qarşılamış və ondan Rahibin əmisi oğlunun adından üzr istədiyini demiş, o, Rahibin atasına ağsaqqal adam olduğunu üzr istəməsini rəva bilmədiyini söyləmiş, ardınca Rahibin atasına özlərinin söyüş söyən adamı çağırmasını və onun yanında bir-iki sillə vuraraq cəzalandırmasını tələb etmiş, Rahibin atası isə onunla razılaşmayaraq, nə bacarırsa eləməyini söyləmiş, bundan sonra o, Rahibi bıçaqla vurmaq qərarına gəlmiş, bunun üçün Rahiblə söbhətləşərək kənara, blokla üzbəüz olan binanın qırağına aparmış, orada mübahisə edən zaman Rahibin atası və Əli də onların arxası ilə gəlmiş, atası Rahibi kənara çəkdiyini gördükdə araya girərək Rahibi əlindən almış və “vobşe sən neyniyə bilərsən?! söhbəti həll eliyənə zəng eliyirəm özü gəlib söhbəti həll eliyəcək” demiş, o, isə Rahibin atasına “102-ə zəng edirsən?!” deyəndə Rahibin atası həqiqətən də DİN-in 102 xidməti zəng edəcəyini təsdiqləmiş və o, artıq polislərin gələ biləcəyini hesab etdiyindən Rahibi yenidən atasının əlindən alaraq gödəkçəsinin sağ cibindən mərhum dayısı Arifdən yadigar qalan dəstəyi qara rəngli plassmas materialdan, tiyəsi gümüşü rəngli açılıb-qatlanan bıçağı elə cibində açaraq qəflətən onunla üzbəüz dayanan Rahibin qarın nahiyyəsinə bir dəfə vurmuş, lakin həmin zərbə Rahibə dəyməyərək gödəkçəsini kəsmiş, o, bıçağı cibindən çıxartmadığı üçün Rahib və orada olan Əli ilə Rahibin atası həmin vaxt onun əlindəki bıçağı görməmiş, bununla belə Rahib zərbənin təsirindən dizi üstə yerə yıxılmış, bunu görən Əli onu tutaraq qırağa çəkmiş və hərəkətlərini dayandırmağı tələb etmiş, Rahibin atası isə Rahibin başının üzərində dayanıb oğlu ilə maraqlanmış, bu zaman Rahib Əlinin onu tutmasından istifadə edib binanın arxasına tərəf qaçmağa başlamış, o, Rahibin qaçdığını görüb Əlinin əlindən çıxaraq Rahibi qovalamağa başlamış, Rahibi təxminən 20-25 metr qaçdıqdan sonra binanın ağaclıq olan hissəsində birinci mərtəbənin eyvanının önündə tutmuş, Rahib eyvanın altına girərək ayaqlarını çöldə saxlayıb təpiklə ona müqavimət göstərmiş, bu zaman o, Rahibin ayağına bıçaqla vurmuş, lakin zərbənin dəyib-dəymədiyini görməmiş, o, Rahibin ayaqlarını tutaraq özümə tərəf çəkib, eyvanın altından çıxarmış, Rahib yerdə arxası üstə uzanıqlı vəziyyətdə olarkən, orada artıq qarın nahiyyəsinə bir neçə dəfə bıçaqla vurmuş, lakin neçə bıçaq zərbəsi vurduğunu xatırlamamış, son zərbədən sonra Rahib üzü üstə çevrildiyindən, sonuncu zərbəni onun sağ kürəyi tərəfə vurmuş, o, Rahibi vuran zaman Rahib öz əmisi oğlunu söydüyü üçün, onun hirsi soyumuş və hərəkətlərini saxlamış, eləcə də Rahibin atasının artıq onlara çatdığını gördükdə Rahibi buraxıb avtomobil istiqamətində qaçmış, qaçarkən isə bıçağı ağaclıq yerə tullamış, o, avtomobilin yanına çatdıqda Əli orada olmamış, yalnız ondan bir neçə saniyə sonra Əli avtomobilə çatmış, o, harda olduğunu soruşduqda Əli ona avtomobilin yerini tapa bilmədiyini söyləmiş, avtomobilə əyləşdikdən sonra onlar Mehdiabad qəsəbəsinə qayıtmış, lakin o, baş vermiş hadisə barədə heç kəsə məlumat verməmiş, 06 yanvar 2021-ci il tarixdə Mehdiabad qəsəbəsində işə gedərkən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları onu saxlayaraq Sumqayıt şəhər Polis idarəsinə gətirmişdir. (Cild 1, iş vərəqləri 94-101, cild 2, iş vərəqləri 283-289, cild 3, iş vərəqləri 248-254) Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında vermiş olduğu və məhkəmədə elan olunan ifadəsində o, özünü qismən təqsirli bilərək göstərmişdir ki, zərərçəkmişi öldürmək niyyəti olmamışdır. O, Zərərçəkmiş şəxsla sosial şəbəkədə tanış olmuş, Rahib söyüş söymüşdür. Hadisədən əvvəl R. Rüstəmovla 2 dəfə görüşmüşlər. 1-ci dəfə görüşməyə gedəndə taksi ilə tək getmiş, Rahiblə görüşmüş, Rahib isə əmisi oğlunun söyüş söydüyünü demiş, o da əmisi oğluyla onu görüşdürməsini istəmişdir. Rahib ona sabah əmisi oğlunu götürüb gələcəyini bildirmişdir. Səhəri gün gələndə görüşə əmisi oğlunu gətirməmişdir. Onunla dəniz kənarına getmişlər. O, bıçağa əl atmış, Rafiq kişi də bayıra çıxıb “nə bacarırsan elə” demişdir. O, Rahibin evinin yanına Əli ilə birlikdə getmişdir. O, camaatın görməməsi üçün Rahibi məhəllədən çıxarmışdır. Əli də Qanuni nümayəndəla söhbət etmişdir. Rahibə yolun qırağında 1 bıçaq zərbəsi vurmuş, zərbədən sonar Rahib yerə çökmüşdür. Əli onu itələyib aralamışdır. Onun Rahibi bıçaqladığını görən olmamışdır. Rahib ayağa qalxıb qaçmağa başlamış, o da Rahibin arxasıyca qaçmışdır. O, Rahibə çatanda onu vurduğunu görməmişlər. Rahibi vuranda o, əmisi oğlunun adını çəkib “sənə görə zibilə düşdüm” demişdir. Bu sözü eşidəndən sonra o dayanmış, R. Salamov onların üstünə gələndə onu daşla vurar deyə qaçmışdır. O, Rahibi birinci dəfə vuranda R. Salamov görmüş, lakin onun bıçaqla vurduğunu yox, yumruqla vurdğunu zənn etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, hadisə olan gün Samirlə Əli gəlmişdir. Onlardan nə məsələ olduğunu soruşduqda Samir Rahibin onu sosial şəbəkədə söydüyünü demişdir. O, Samirə üzrxahlığını bildirmiş, oğlu nə deyibsə öz üzərinə götürdüyünü demişdir. Rahib araya girib “sosial şəbəkədə anama söyüb, biz-birimizə telefon nörmələrimizi verib təkbətək görüşə çağırmışıq, lakin görüşə gələndə maşından 4 nəfər düşüblər, mən də söhbəti fırlatdım ki mən olmamışam, əmimoğlu olub”. Onlarla danışdıqdan sonra binanın tininə doğru getmişlər. Rahib ona “ata sən qayıt, qardaş kimi söhbət edib gəlirik” demişdir. O, qayıdıb blokun qabağında gözləmiş, Samir Rahibi vuran kimi onlara tərəf qaçmışdır. Çatanda Əlinin onları araladığını görmüşdür. Rahib evə tərəf qaçmış, o da Rahibin arxasıyca qaçmışdır. Qaçanda ayağı büdrəyib yıxılmışdır. Samirin əlində parıldayan nəsə görmüş, bıçaq olduğunu düşünmüşdür. O, Rahibin boyun damarından vurmaq istəmiş, Rahib bıçağı tutmuşdur. Samir gəlib çatanda onu görüb qaçmışdır. Samirə “gəl məni də vur” demiş, lakin o qaçıb getmişdir. O, Rahibin qanının dayanmadığını görüb təcili yardıma zəng etmiş, taksiyə mindirib xəstəxanaya aparmışdır. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs Rafiq oğlu ifadəsində göstərmişdir ki, Dövlət ittihamçısı onu bıçaqlayan zaman atası hadisə yerinə gəlmiş və onu Samirin bıçaqla vurmasını görmüşdür. Atası ilə Samirin arasında məsafə az olmuşdur. Şahid1 barəsində isə Zərərçəkmiş şəxs ilkin olaraq göstərmişdir ki, Əli onu tutmuş, Samir isə bıçaqla vurmuş, lakin sonrakı suallara cavab olaraq Əlinin onu tutub-tutmadığını xatırlamadığını qeyd etməklə, məhz Əlinin Samiri cinayət törətməyə sövq etdiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə 29 dekabr 2020-ci ildə saat 21-22 radələrində olmuşdur. O, maşınını təmir etdirərkən Samir də orada olmuşdur. Samir ona 15 manata benzin tökəcəyini və Sumqayıt şəhərinə getmək lazım olduğunu deyib onu oraya apara biləcəyini soruşmuş, o da razılaşmışdır. 29 dekabr 2020-ci il tarixdə saat təxminən 21-22 radələrində Samirin xahişi ilə onun ilə birlikdə onun özünə məxsus olan “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə gəlmişlər.Samir Rahibi binanın qabağına çağırmış, onlar birlikdə Novxanıya getmiş, bir az söhbət etmiş, sonra yenidən Sumqayıt şəhərinə qayıtmışlar. O, samirlə birlikdə Rafiq kişiylə söhbət etmiş, daha sonra Samirlə Rahib aralaşıb kənarda söhbət etmişlər. Onların arasında mübahisə olmuş, o da onları aralamışdır. O, Samiri tutub kənara çəkmiş, bu vaxt Rahib qaçmışdır. Samirin Rahibi bıçaqla vurduğunu görməmişdir. O, Rahibin arxasınca qaçmamış, Samirlə birlikdə Rahibi döyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə barədə heç bir məlumatı yoxdur, olanları görməmişdir. Ona telefonla zəng edib hadisəni xəbər vermişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, 28 dekabr 2020-ci il tarixində qardaşı Dövlət ittihamçısı gecə vaxtı evdən çıxacağını ona bildirmişdir. O, qardaşından hara getdiyini soruşduqda isə işinin olduğunu demişdir. Dövlət ittihamçısı onun telefonundan istifadə etdiyi üçün o, öz telefonunu götürüb açdıqda “odnoklasnik” sosial şəbəkəsində “butulka” oyununda xatırlamadığı nik adı ilə tanımadığı bir şəxslə mübahisəsi düşdüyünü və bir-birlərinə qarşı nəlayiq ifadələr yazdığını görmüşdür. Bundan sonra o, Dövlət ittihamçısı bu barədə soruşduqda sonuncu ona həmin oyunda bir qızla mübahisəsi düşdüyünü və həmin vaxt tanımadığı, sonradan adının Rahib olduğu bildiyi şəxsin də yersiz yerə şəxsiyyətinə qarşı söyüşlər söydüyünü bildirmişdir. Bundan sonra həmin şəxslə görüşüb bu söhbətin axırına çıxmaq üçün nömrəsini ona vermişdir. Samir ona bunları dedikdən sonra o, Samirlə birlikdə gedəcəyini söyləmişdir. Onlar çölə çıxdıqda Samirin dostu Zahid xatırlamadığı markalı avtomobillə onları götürməyə gəlmiş və birlikdə Sumqayıt şəhərinə getmişlər. Yolda olarkən Samir onun telefonu ilə Rahibə zəng edərək Sumqayıta gəldiklərini bildirib harada görüşəcəklərini soruşmuşdur. Rahib onlara Asan Xidmət mərkəzinin yanında olacağını demişdir. Onlar avtovağzal dairəsinə çatdıqda orada heç kim olmadığı üçün qardaşı bir daha Rahibə zəng eləmiş, daha sonra Rahib gəlmiş və qardaşı maşından düşərək Samirlə söhbət edə-edə evlərinə tərəf getmiş, onlar isə maşınla Samir və Rahibin arxası ilə gəlmiş, Rahibgilin blokunun qabağına çatdıqda o, maşından düşmüş, qardaşı Samir ona burada gözləməyini demiş və Rahiblə Samir birlikdə bloka girmiş, Təxminən 10 dəqiqə sonra Samir ona zəng edərək telefonunu özünə verməyini istəmiş və o, da 1-ci mərtəbədə Rahibgilin mənzilin qabağına gedərək telefonu qardaşı Samirə vermiş, Rahibdən nə olduğunu soruşmuş, Rahib isə ona hər şeyi yoluna qoyduqlarını həmin söyüşləri özünün yox dəli olan əmisioğlunun yazdığını bildirmiş, o, Rahibə başa düşdüyünü bildirib və söhbəti orada bağlamış, daha sonra Rahib onlara hörmət olaraq nə vaxtsa bir yerdə oturub çay içib dostluq quracaqlarını demiş, bundan sonra o, Samirlə Rahibin yanından aralanaraq, Zahidin yanına avtomobilə gedib əyləşmiş, onun ardınca da, Rahib Samirlə söhbət edə-edə avtomobilə minərək Mehdiabad qəsəbəsinə getmiş, Zahid evə getmək istədiyinə görə sonuncunu aparıb evinə qoyub Zahidin maşını ilə təxminən gecə 12 radələrində Sumqayıt şəhərinə qayıtmış, avtomobili qardaşı idarə etmiş, Rahib Samirə həmin gecə əmisi oğlu ilə görüşdürməyi söz vermiş və əmisi oğlunun Sumqayıt şəhərində yaşadığını bildirmiş, onlar Rahibin yaşadığı binanın həyətində dayanıb və Rahibin əmisi oğlunun gəlməsini gözləmiş, bu zaman Rahib bir neçə dəqiqə telefonda danışdıqdan sonra Samirə saatın gec olduğunu və bu vaxtı əmisi oğlunun evdən çıxa bilməyəcəyini, növbəti gün Samiri əmisi oğlu ilə görüşdürəcə biləcəyini demiş, oradan ayrılarkən isə o, Samirə söyənin dəli olduğunu və bu söhbəti uzatmağın yeri olmadığını demiş və Samir onu Biləcəridə dayısı oğlugilə ötürüb evə getmişdir. Səhəri gün axşam saat 01 radələrində qardaşı ona zəng edərək bir ədəd şalvarı həyətin qabağına çıxarmağını istəmiş, o, isə evdə olmadığını başının qarışıq olduğunu söyləmiş, həmin vaxt onlar bir neçə dəfə danışsalar da Samir ona Rahibi bıçaqladığını deməmiş, bu barədə yalnız ona Əli zəng edərək xəbər verdikdən sonra o, ailəsinə demiş, hadisədən sonra Samir evə gəlməmiş və harada olduğunu onlara deməmiş, Samir tutulduğu günədək gizləndiyi üçün Samirlə görüşə bilməmiş, sonra Samirin dostu Sərxan ona zəng edərək Samirin tutulduğunu ona demişdir. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Dövlət ittihamçısı və dostu Zahid adlı şəxslə birlikdə Sumqayıt şəhərində ASAN xidmətin qarşısında Zərərçəkmiş şəxsla görüşərkən onun və ya qardaşının dostunun üzərində həmin vaxt bıçaq olmamış, lakin qardaşının üzərində bıçaq olub-olmadığını dəqiq bilməmişdir. Zahidə gəldikdə isə o, Zahidi qiyabi tanıyıb və onları həmin gün ora aparıb gətirmək üçün gəlmiş və söhbətə ümumiyyətlə müdaxilə etməyib maşında oturmuş, Zərərçəkmiş şəxsla söhbət etdikdən sonra Rahib öz razılığı ilə onlarla birlikdə avtomobilə minib Mehdiabad qəsəbəsinə getmiş və daha sonra Samirlə birlikdə Sumqayıt şəhərinə qayıtmış, Dövlət ittihamçısı ona Zərərçəkmiş şəxs bıçaqlayacağı barədə əvvəlcədən bir söz deməmiş, hadisə baş verdikdən sonra qardaşı Dövlət ittihamçısıla hadisə barədə danışarkən Samirin ona hadisənin hansı formada baş verməsi barədə bir söz deməmişdir. (Cild 2, iş vərəqləri 183-186) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayının 30dan sonra Samir evə gəlmir deyə telefonuna zəng etdikdə zəng çatmadığı üçün narahat olmuş, kiçik oğlu Seymur təxminən 03-04 yanvar 2021-ci il tarixdə saat 22 radələrində işdən evə gəldiyi zaman Samirin tutulduğunu demiş, ona bunu Samirin tanımadığı Əli adlı tanışı demiş, bundan sonra Samirlə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da əlaqə saxlaya bilməmiş, daha sonra yanvarın 6-da Seymur ona Samirin Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulduğunu demiş və o, dərhal oraya getmiş, baş verən hadisə ilə bağlı heç bir əlaqəsi və xəbəri olmamış, o, Zərərçəkmiş şəxs tanımamış və Rahiblə oğlu Samir arasında olan mübahisədən əvvəlcədən xəbəri olmamış, o, baş vermiş hadisədən sonra oğlu ilə telefonla danışmamış, onun mobil nömrəsilə kiçik oğlu Seymur Samirlə əlaqə saxlamış, Dövlət ittihamçısı ona Zərərçəkmiş şəxs bıçaqlayacağı barədə əvvəlcədən ona bir söz deməyib və onun Samir və Rahib arasında olan mübahisədən xəbəri olmamış, hadisə baş verdikdən sonra oğlu Dövlət ittihamçısıla hadisə barədə danışarkən Samir ona hadisənin hansı formada baş verməsi barədə danışarkən Rahibi ona ağır söyüşlər söydüyü üçün evlərinin yanında bıçaqladığını demişdir. (Cild 2, iş vərəqləri 155-158) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, 29 dekabr 2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində Şahid1 qızılı rəngli “Toyota Prius” markalı avtomobilinin sol farasının lampası yandığından təmir üçün onun yanına gəlmiş, qarajda artıq avtomobil olduğuna görə Əli avtomobilini küçədə saxlamış, avtomobilini təxminən yarım saat ərzində təmir etdikdən sonra Əli avtomobilinə minərək çıxıb getmiş, Əli avtomobilini küçədə park etdiyindən o, Əlinin Samirlə rastlaşmasını, Əlinin sexdən çıxıb getməyini görməmiş, həmin vaxt başı qarajda təmir etdiyi digər avtomobilə qarışmış, ona görə də Əlinin Samirlə birlikdə gedib-getməməyi haqqında məlumatı olmamışdır. (Cild 2, iş vərəqləri 54-57) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 41-ci məhəllə, 1A saylı binanın arxa tərəfidir, həmin bina Sumqayıt şəhəri, Sülh küçəsi, Koroğlu prospekti və Bakı küçəsinin kəsişməsində yerləşir. Binanın ön tərəfi məhəlləyə arxa tərəfi isə Sülh küçəsinə baxır. Baxış binanı qarşısından başlandı və iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı izə rast gəlinmədi. Daha sonra baxış üçün binanın arxa tərəfinə keçildi. Binanın arxa tərəfinə keçildikdən sonra müəyyən edildi ki, binanın Sülh küçəsinə baxan arxa tərəfindən eni bina ilə paralel olaraq 120 metr, uzunluğu 115 metr olan, ümumi ərazisi 1,3 hektar olan istifadəsiz ağaclıq ərazi var. Həmin ərazi və ümumiyyətlə binanın arxa tərəfi işıqlandırılmamışdır, hər hansı işıq dirəyi və ya digər işıqlandırıcı qurğu yoxdur. Binanın arxa tərəfindən Sülh küçəsinə qədər olan məsafə 115 metr, sağ tərəfindən Koroğlu prospektinə qədər olan məsafə 15 metr təşkil edir, sol tərəfi isə Bakı küçəsinin kənarında yerləşir. Binanın arxa tərəfinə baxış keçirilən zaman iki yerdə qana bənzər nümunələr aşkar edildi. İlk nümunə binanın arxa tərəfindən binadan 15 metr məsafədə yerləşən və bina ilə paralel döşənmiş dəmir borudan 1 metr məsafədə, Bakı küçəsinə düşən yol kənarından 20 metr məsafədə aşkar edildi və “1” rəqəmi ilə işarələndi. Həmin yerdən 2 ədəd tampona qanabənzər nümunə hopdurulmaqla götürüldü. Daha sonra Koroğlu prospekti istiqamətində əraziyə baxış keçirildikdə Bakı küçəsinə düşən yoldan 55 metr məsafədə binadan 2 metr məsafədə yerdə asfalt üzərində konturları qeyri-müəyyən qanabənzər nümunələr aşkar edildi. Həmin yer “2” rəqəmi ilə işarələndi, 2 ədəd tampona həmin nümunələr hopdurulmaqla götürüldü, habelə üzərində qanabənzər ləkə olan asfalt qırığı sökülməklə götürüldü. Götürülmüş nümunələr müvafiq qaydad qablaşdırıldı. Baxış zamanı ərazidə hadisə yerindən 100 metr radiusda müşahidə kamerasına rast gəlinmədi. (Cild 1, iş vərəqləri 4-11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-dən daxil olan Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə saat 23:56-dan xx.xx.2020-ci il tarixdə saat 00:15-dək olan Sumqayıt şəhər ərazisində quraşdırılmış Pİ-nin “Təhlükəsiz Şəhər” xidmətinin kameralarında qeydə alınmış videogörüntülərin olduğu “CD” diskə “baxış keçirilməsi haqqında” 01 yanvar 2021-ci il tarixli protokolla müəyyən eidlmişdir ki, Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil saat xx.xx.2020-ci il tarixdə saat 23:58 “Sülh Plaza” binasının qarşısında dayanır və avtomobildən 3 nəfər şəxs(Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Şahid1) düşərək birlikdə üzü işıqfor istiqamətində irəliləyib yolu keçirlər. Həmin görüntülərdə həmin şəxslər tərəfindən hər hansı hüquqazidd əməl müşahidə edilmir, sözü gedən avtomobilə həmin şəxslər və ya digər başqa şəxs yaxınlaşmır, həmin görüntülərdə də hər hansı hüquqazidd əməl müşahidə edilmir, saat 00:17-də bir nəfər şəxsin(Dövlət ittihamçısı) qaçaraq geri qayıdıb avtomobilin arxa hissəsində gözlədiyi və bundan 30 saniyə sonra digər şəxsin(Şahid1) yavaş addımlarla avtomobilə yaxınlaşdığı müşahidə edilir. Bundan sonra onların hər ikisi avtomobilə əyləşərək həmin ərazini tərk edirlər. Həmin görüntülərdə də həmin şəxslər tərəfindən hər hansı hüquqazidd əməl və ya onların arxasınca digər bir şəxsin gəldiyi müşahidə edilmir. Həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Sosial şəbəkə hesabına baxış keçirilməsi haqqında” 03 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş ekran görüntülərindən görünür ki, Zərərçəkmiş şəxs “Odnoklassniki” sosial şəbəkəsindəki istifadəçi hesabına “Google Chrome” brazueri ilə odnoklassniki.ru internet saytına daxil olmaqla baxış keçirilmiş və Zərərçəkmiş şəxs nikinin “Kayf” olduğu müəyyən edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs iş üzrə əhəmiyyət kəsb edən yazışdığı şəxslərin dairəsi və yazışmalarının müəyyən edilməsi üçün mesajlar bölməsinə daxil olundu. Müəyyən olundu ki, Zərərçəkmiş şəxs 28-29 dekabr tarixlərində təqsirləndirilən şəxs Dövlət ittihamçısı olduğu ehtimal edilən “Samir02” nikli istifadəçi ilə aralarında münaqişə xarakterli yazışma olmuşdur. Yazışmaların məzmunundan aydın olur ki, Dövlət ittihamçısı Zərərçəkmiş şəxsla aralarında yaranmış münaqişə ilə bağlı sonuncunu görüşə çağırır və öz mobil nömrəsini zəng etməsi üçün Zərərçəkmiş şəxs verir. “Samir02” nikli istifadəçinin səhifəsinə daxil olduqda doğum tarixinin xx xxxx 1995-ci il tarixi kimi qeyd edildiyi, həmin tarixin də Dövlət ittihamçısı doğum tarixi ilə üst-üstə düşdüyü müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs Şahid1 adlı şəxslə hər hansı yazışması, yaxud Dövlət ittihamçısıla yazışdığı məzmunda digər hər hansı şəxslə yazışması, habelə ümumilikdə münaqişə xarakterli başqa hər hansı yazışmasının olmadığı müəyyən edildi. (Cild 1, iş vərəqləri 62-72) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" MMC-dən 21 may 2021-ci il tarixdə daxil olan CD diskinə “baxış keçirilməsi haqqında” 21 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrəsi, Şahid1 istifadəsində olmuş ********** mobil nömrəsi, Şahid2 istifadəsində olmuş ********** mobil nömrəsi, Şahid5 istifadəsində olmuş ********** mobil nömrəsi və X3 istifadəsində olmuş ********** mobil nömrələrindən 20 dekabr 2020-ci il tarixdən 07 yanvar 2021-ci il tarixdək olan müddət ərzində giriş və çıxış zənglərini, eləcə də sms mətnləri və danışıq aparılmış nömrələrin kimə məxsus olmaları, habelə danışıq zamanı istifadə olunan antenaları əks etdirən fayllar vardır. Dövlət ittihamçısı istifadəsində olan ********** mobil nömrəsinə aid giriş-çıxış zənglərinə baxış zamanı hadisə baş verməzdən öncə, xx.xx.2020-ci il tarixdə saat 22:44:50-dən xx.xx.2020-ci tarixdə 23:59:37-dək anten dairəsi Abşeron rayonu və Sumqayıt şəhərinin müvafiq əraziləri olmaqla X3 istifadəsində olmuş ********** mobil nömrəsi ilə 12 dəfə telefon danışığı olması müəyyən edilmişdir. Onlar arasında ilkin olaraq xx.xx.2020-ci il tarixdə saat 08:27:02-də “Yuxudan durdun yig meni” məzmunlu sms yazışması və ilk danışıq xx.xx.2020-ci il tarixdə saat 18:12:10-da olmuşdur. Həmin müddətdən sonra isə xx.xx.2021-ci il tarixədək bir neçə dəfə aralarında telefon danışıqları müəyyən edilmişdir. Bundan başqa Şahid1 istifadəsində olmuş ********** mobil nömrəsinə aid məlumatlara baxış zamanı isə hadisə baş verənədək Şahid2 istifadəsində olmuş ********** mobil nömrəsi və qardaşı Şahid2 istifadəsində olmuş ********** mobil nömrəsi ilə sms yazışması və ya telefon danışığı müəuyyən edilməmiş, yalnız hadisədən sonra xx.xx.2020-ci il tarixdə eyni məzmunlu sms mətnləri və saat 01:22:28-də Dövlət ittihamçısı qardaşı Şahid2 istifadəsində olmuş ********** mobil nömrəsi ilə telefon danışığı müəyyən edilmişdir. Girişçıxış zənglərinə baxış zamanı hadisə baş verməzdən öncə xx.xx.2020-ci il tarixdə saat 23:20:05-də X3 istifadəsində olmuş ********** mobil nömrəsi arasında bir dəfə 77 saniyəlik telefon danışığı müəyyən edilmişdir. (Cild 2, iş vərəqləri 143-154) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli, 206 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Rafiq oğlunun bədənində sağ kürək nahiyyəsinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin 2 (iki) ədəd, döş qəfəsinin ön sol səthinin 1 (bir) ədəd, döş qəfəsinin ön sol səthinin l(bir) ədəd, döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaraları., sağ və sol tərəfli pnevmohemotoraks. Travmatik şok İİ-İİİ dərəcə. Sağ baldırın yuxarı l\3-nin ön-iç səthinin, sol əlin İİİ- İV barmağının əsas falanqalarmın ovuc səthlərinin deşilmiş-kəsilmiş yaraları vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin,ola bilsin ki,bıçağın təsirindən təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə - sağ kürək nahiyyəsinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin 2 (iki) ədəd, döş qəfəsinin ön sol səthinin 1 (bir) ədəd, döş qəfəsinin ön sol səthinin l(bir) ədəd, döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaraları., sağ və sol tərəfli pnevmohemotoraks. Travmatik şok İİ-İİİ dərəcə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər yəni - sağ baldırın yuxarı l\3-nin ön-iç səthinin, sol əlin İİİ-İV barmağının əsas falanqalarmın ovuc səthlərinin deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs Rafiq oğlunun Sumqayıt şəhər TTYX-da adma açılmış xəstəlik tarixində almış olduğu bıçaq yaralarının istiqaməti haqqında hər hansı bir qeydiyyat olmadığından, həmçinin Sumqayıt şəhər TTYX-da yaraların reviziyası zamanı almış olduğu yaraların bəziləri genişləndirildiyindən həmin xəsarətlərin bir və ya müxtəlif bıçaqlarla yetirilməsi və xəsarətlarin yetirilməsi istiqaməti haqqında fikir söyləmək çətindir. (Cild 2, iş vərəqləri 71- 74) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli, 38 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 213-215) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 02 aprel 2021-ci il tarixli, 87/2020-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Rafiq oğlunun ABO sistemi üzrə qan qrupu-Abeta/İİ/-. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Abeta/İİİ/-. Təqsirləndirilən şəxs Şahid1 ABO sistemi üzrə qan qrupu-Abeta/İİ/ (Təqdim olunan şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş 04 ədəd kosmetik çubuq, 01 ədəd asfalt qırığı Zərərçəkmiş şəxs Rafık oğluna məxsus gödəkçə, şalvar, mayka, sviter, üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A (11) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs Rafık oğluna və ya Şahid1 məxsus ola bilər, (əgər sonuncunun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, sviter və Şahid1 məxsus gödəkçə, şalvar, sviterin üzərində qana bənzər şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (Cild 2, iş vərəqləri 58-64) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 11 mart 2021-ci il tarixli, 55-MTKŞ/2021 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Rafiq oğluna məxsus maykanın ön sol nahiyəsində bir ədəd, maykanın arxa sol nahiyəsində dörd ədəd, maykanın arxa sol nahiyəsində iki ədəd; sviterin ön sağ yan tikişi üzərində iki ədəd, sviterin arxa sol nahiyəsində İki ədəd, sviterin arxa sağ nahiyəsində iki ədəd; gödəkçənin sağ yaxalığının ön səthində bir ədəd, gödəkçənin arxa sağ nahiyəsində aşkar edilmiş üç ədəd dəlib-keçən zədələr və gödəkçənin sol yaxalığının ön səthində üç ədəd, gödəkçənin arxa sol nahiyəsində iki ədəd yalnız üst qatını zədələyən dəlib- keçməyən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Paltarlar üzərində aşkar olunmuş zədələr eyni alətlə yetirilməyə xarakterikdir. Paltarlar üzərində aşkar olunmuş zədələrə əsasən zədənin yetirildiyi anda hücüm edənlə zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Rafiq oğluna məxsus sviterin sağ çiyin tikişi üzərində bir ədəd; gödəkçənin arxa sol nahiyəsində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu da, sviter və gödəkçənin müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə qərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Rafiq oğluna məxsus gödəkçənin sol yan tikişi üzərindəaşkar edilmiş bir ədəd sökülmə zədəsi aşkar olundu. Bu da, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib- dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Rafiq oğluna məxsus şalvarın sağ ayağının ön səthndə bir ədəd və şalvarın sol ayağının ön səthində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu da, şalvarın müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə qərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə və şalvar üzəridə əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Rafiq oğluna məxsus gödəkçə üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Rafiq oğluna məxsus sviter üzərində aşkar edilmiş qan ləkələri qən mənbəyi ilə (qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Rafiq oğluna məxsus mayka üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter, şalvar üzərində qan ləkələri aşkar olunmadı. ( cild 2, iş vərəqləri 65-70) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 809 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəlik aşkar olunmur, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs inadkarlıq, emosionallıq, kobudluq, özünə qarşı hörmət tələb etmək, prinsipiallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törətməzdən əvvəl Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlədən şəxsi cəzalandırmaq fikrində olmuş, həmin fikirlər onun psixi-emosional vəziyyətində hirslilik, aqressivlik yaradaraq, hadisə zamanındakı davranışlarını istiqamətləndirmişdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs psixi-emosional sferasında yuxarıda qeyd edilən halların yaranması situasiya ilə sərtləşmişdir.Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 159-163) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 01 iyun 2022-ci il tarixli 1381 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Rafiq oğlunda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Zərərçəkmiş şəxs Rafiq oğlunda emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Hal-hazırda həmin pozuntu dekompensasiya vəziyyətindədir. Zərərçəkmiş şəxs Rafiq oğlunda emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Zərərçəkmiş şəxs Rafiq oğlu onunla baş verən hadisələri düzgün dərk edib qavramaq, təsvir etmək imkanına malik olsa da, onda müəyyən edilən pozuntu hazırda dekompensasiya vəziyyətində olduğundan öz hüquq və vəzifələrini, o cümlədən prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik deyil. Onda müəyyən edilən pozuntunun gedişində tibbi sənədlərə əsasən 22 fevral 2022-ci il tarixdə dekompensasiya vəziyyətinin yarandığını güman etmək olar. (Cild 3, iş vərəqləri 139-142) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Rafiq oğlunun paltarları (01 ədəd qara sarı-qəhvəyi rəngli gödəkçə, 01 ədəd ağ rəngli cərrahi müdaxilə ilə əlaqədar kəsilmiş mayka, 01 ədəd qara rəngli sviter, 01 ədəd tünd-göy rəngli cins şalvar), Təqsirləndirilən şəxs paltarları (01 ədəd tünd göy-qara rəngli sviter, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli cins şalvar), Sumqayıt ŞPİ-dən daxil olan TŞ kamerasının görüntüsü olan DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. (Cild 3, iş vərəqləri 266-286) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqə 140-142) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Dövlət ittihamçısı Zərərçəkmiş şəxs bıçaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini, xəsarətlərin lokalizasiyasını və ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş, lakin vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Həmin əməli o, qəsdən törətmiş və başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələbi nəzərə alınaraq həmin Məcəllənin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs Dövlət ittihamçısı 06 yanvar 2021-ci il tarixdə tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 08 yanvar 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 156-157). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs Rafiq oğlunun paltarları (01 ədəd qara sarı-qəhvəyi rəngli gödəkçə, 01 ədəd ağ rəngli cərrahi müdaxilə ilə əlaqədar kəsilmiş mayka, 01 ədəd qara rəngli sviter, 01 ədəd tünd-göy rəngli cins şalvar) Zərərçəkmiş şəxs Rafiq oğluna qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir, Təqsirləndirilən şəxs paltarları (01 ədəd tünd göy-qara rəngli sviter, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli cins şalvar) Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs Rafiq oğlunun paltarları (01 ədəd qara sarı-qəhvəyi rəngli gödəkçə, 01 ədəd ağ rəngli cərrahi müdaxilə ilə əlaqədar kəsilmiş mayka, 01 ədəd qara rəngli sviter, 01 ədəd tünd-göy rəngli cins şalvar) ona qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs paltarları (01 ədəd tünd göy-qara rəngli sviter, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli cins şalvar) onun yaxın qohumlarından birinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. İş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar