Məhkəmə qərarları › İş №1(124)-1/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-1/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-1/2024 01.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin özünün iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1-də qeydiyyatında olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələrin siyahısına (Siyahı 1)” və “Psixotrop maddələrin siyahısına (Siyahı İİ)” daxil edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış, saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən 02 ədəd bükümdə 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə 0,277 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamışdır. 22 avqust 2021-ci il tarixdə Quba şəhəri Fətəlixan küçəsində 0,277 qram narkotik vasitə heroini tanışı Şahid1 satmış, daha sonra 23 avqust 2021-ci il tarixdə saat 05 radələrində Quba rayonu Qəçrəş kəndi ərazisindəki “Asma-Körpü" adlanan istirahət mərkəzinin yaxınlığında Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarının sol qabaq yan cibində “Rothmans” adlı siqaret qutusunun arxa hissəsində, həmin qutunun sellofan örtüyü arasında gizlədərək qanunsuz olaraq saxladığı 02 ədəd kağız bükümdə təmiz çəkiləri 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs qeyd edilən ittihamla bağlı göstərdi ki, o, ilk dəfə Şahid1 birlikdə 23 avqust 2021-ci il tarixdə Quba-Qəçrəş yolunda tutulmuşdur. Həmin vaxt onun üzərindən 2 bükümdə metamfetamin aşkar edilmişdir. Şahid1 ilə dost olduğundan onunla Qəçrəşə getmişlər, yolda maşınları xarab olmuş və orada qalmışlar. Sonra onlara post patrul xidmətinin əməkdaşları yaxınlaşmış və üzərilərinə baxış keçirmişlər. Onların hər ikisinin üzərində öz istifadələri üçün 1 “çet” narkotik olmuşdur. Həmin narkotiki o, Peymana satmamış, əksinə Peyman ona metamfetamini 25 manata satmışdır. Peymanın özündə və maşınında da narkotik vasitələr olmuşdur. Peymanın ona narkotik satmasını istintaqda da qeyd etmiş, lakin onun ifadəsi deyildiyi kimi yazılmamışdır. Həmin narkotikə görə o, tutulmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən o, qeyd etmişdir ki, Şahid1 yaxın dostudur. Onunla münasibəti yaxşı olmuşdur. Peymanın əvvəllər narkotik olan heroin qəbul etmək və saxlamaq üstündə məhkum olduğunu bilirdi. Təxminən 2021-ci ilin mart ayının ortalarında, Novruz Bayramından qabaq Bakıya gedəsi olmuşdur. Bakı şəhəri Yasamal rayon Alatava ərazisində olduğu zaman təsadüfən zibillik olan yerdən bir ədəd siqaret qutusu tapmışdır. Onun içərisinə baxdıqda orada 04 ədəd kağız bükülülərdə metafetamin və 01 ədəd bükülüdə heroin aşkar etmişdir. Sonra onları özü ilə götürmüşdür ki, “gələcəkdə lazım olanda çəkib qəbul etsin”. Rayona qayıtdıqdan sonra həmin narkotikləri uzun müddət evdə saxlamışdır. 20 avqust 2021-ci il tarixdə yenə Bakıya getmək istədikdə yol pulu olmamışdır. Həmin vaxt Peymanı görüb ondan 10 manat verməsini istəmişdir. Onda Peyman xahiş etmişdir ki, özü üçün heroin tapmağa köməklik etsin. Narkotik vasitənin özündə olduğunu demiş və ondan 10 manat alıb Bakıya getmişdir. 22 avqust 2021 -ci il tarixdə Peyman özü sürən “Azsamand” markalı maşında onun yaşadığı küçəyə gəlmişdir. Onunla görüşəndə özündəki metamfetamin bükülülərini və Peymanın istədiyi heroin bükümü götürmüşdür. Maşında gəzib dolaşırkən özündə olan heroini bükümünü Peymana vermişdir. Onlar narkotikləri qəbul etmək üçün yer axtardıqlarında həmin gün təxminən saat 24 radələrində Quba rayon Qəşrəş kəndi ərazisinə gəlib orada “Asma-Körpü” adlanan istirahət mərkəzi yaxınlığında adam olmayan yerdə dayanmışlar. Həmin vaxt o özündə olan metamfetamin bükülülərini çıxarıb Peymanla hərəsinə bir büküm tüstüləyib qəbul etmişlər. Təzədən maşına oturub qayıtmaq istədikdə Peymanın maşını xarab olmuşdur. Beləcə orada saat 05 radələrinə kimi ilişib maşında qalmışlar. Bu zaman polis əməkdaşları gəlib çıxmış, onlara yaxınlaşıb özlərini təqdim etdikdə bilmişlər ki, polislər Quba RPŞ-nin əməkdaşlarıdırlar. Polislər onlarda narkotik olmasından şübhələnərək videoçəkilişlə şəxsi axtarış aparmışlar. Həmin vaxtı o, narkotik sayılan metamfetamin qəbul etdiyini və ondan üzərində də saxladığını bildirmiş, sonra əynində olan cins şalvarın sol qabaq yan cibindən bir ədəd “Rothmans" siqaret qutusu, arxa cibindən bir ədəd “Samsunq" markalı mobil telefon, şalvarımın qayış hissəsindən 01 ədəd açılıb qatlanan cib bıçağı çıxarıb təqdim etmişdir. Polislər siqaret qutusunun arxa hissəsinə baxdıqda oradan 02 ədəd siqaret kağızı bükümləri aşkar etmişdir. Bunların nə olduğu ondan soruşulduqda bildirmişdir ki, “həmin bükümlərdə narkotik sayılan metamfetamindir”. Sonra aşkar edilmiş kütlələr qablaşdırılmışdır. Özündə olan həmin bükümlərin ikisi Peymanla tüstüləyib çəkmiş, bir ədəd heroini bükümünü Peymana vermişdir. Qalanları isə üstündən aşkar olunmuşdur O, heç kimdən narkotik almamış və tapdığı bükümlərdəki narkotiklərdən heç kimə də satmamışdır. (Cild 1, iş vərəqləri 64-65) Bundan başqa, tutularkən ilkin izahatından Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 20 mart 2021-ci il tarixdə “facebook" sosial şəbəkəsində yerləşdirilən metamfetamin, heroin və başqa narkotik vasitələrin rahatlıqla əldə olunması barədə yazılan elandakı səhifəyə daxil olmuş, həmin vaxt alacağı narkotik vasitənin pulunun ödənilməsi barədə hesab nömrəsi ona göndərilmiş, “milliön" aparatı vasitəsilə özü üçün 02 büküm metamfetamin və Peyman üçün 01 büküm heroin almaq məqsədi ilə hər bükümə 10 manat olmaqla cəmi 30 manat pul ödəmişdir. Sonra onun mobil telefonuna fotoşəkil gəlmiş və həmin şəkildə ona satılmış narkotiklərin Yasamal rayon ərazisində zibillik olan yeşiklərin yanından siqaret qutusunda olduğu göstərilmişdir. 20 avqust 2021-ci il tarixdə Bakı şəhərində olarkən həmin yerdən siqaret qutusunda narkotik bükümlərini tapıb özü ilə götürmüş və Qubaya gələrək metamfetaminləri özündə saxlamış, heroini isə Peymana vermişdir. (Cild 1, iş vərəqi 29) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı şahid ifadələrinin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımışdır. Onunla birlikdə narkotik vasitə istifadə etmişlər. 23 avqust 2021-ci ildə Quba rayonu Qəşrəş kəndində yerləşən “Asma-Körpü” istirahət mərkəzinin yaxılığında olan meşəlik əraziyə istirahətə getdikdə orada narkotik vasitə istifadə etmişlər. Həmin vaxt onlara PPX əməkdaşları yaxınlaşmış və üzərilərində axtarış aparmışdırlar. Bu zaman Allahmuradın üzərində metamfetamin, onda isə Allahmuradın ona satdığı heroin olmuşdur. Belə ki, Allahmurad tutulmamışdan əvvəl Bakıya gedib narkotik alıb geri qayıtmalı olmuşdur. Allahmurada 10 manat pul vermişdir ki, ona da nakrotik vasitə alsın. Belə ki, əvvəllər özü gedib Bakıdan narkotik vasitə almış, lakin məhkəmə hökmü ilə təyin edilmiş cəzaya görə onda qolbaq olduğu üçün Bakıya gedə bilməmişdir. Allahmnurad metamfetamin istifadə etdiyi üçün özünə metamfetamin, ona isə heroin almışdır. Saxlanılan zaman Allahmuradın üzərindən 2 büküm metamfetamin çıxmışdır. Üzərində qolbağ olduğu üçün Quba rayonun ərazisini tərk etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid1 onun oğludur. 23 avqust 2021-ci il tarixdə oğlu evə gəlməmiş və bunun səbəbi ilə maraqlandıqda oğlu Peymanın Allahmurad ilə birlikdə narkotiklə bağlı tutulmalarını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin PPX əməkdaşı, polis serjantı Şahid8 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının sonlarında PPX bölüyünü əməkdaşları ilə xidmətdə olarkən çay kənarında dayanmış vəziyyətdə olan maşın görmüşlər. Maşına yaxınlaşdıqda Allahmuradla Peymanı görmüşlər və onlara kömək lazım olub-olmadığını soruşmuşlar. Onların danışığından şübhələndikləri üçün Quba RPŞ-yə məlumat vermişlər və əməliyyat qrupu gəlmişdir. Peymanla Allahmuradın üzərinə baxış keşirilərkən Allahmuradın üzərindən metamfetamin, Peymanın üzərindən isə heroin aşkar edilmişdir. Onlar narkotikləri Bakıdan aldıqlarını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında polis şöbəsində xidmətdə olarkən PPX əməkdaşları tərəfindən iki nəfərin şübhəli şəxs kimi saxladılması barədə məlumat daxil olmuşdur. Həmin şəxslərin narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli olduqları üçün əməliyyat qrupu ilə əraziyə getmişlər. Təxminən 15 dəqiqə ərizində əraziyə çatdıqda videoçəkiliş aparılmaqla saxlanılan Peyman və Allahmuradın üzərində axtarış aparılmışdır. Bu zaman Allahmuradın üzərindən metamfetamin, Peymanın üzərindən isə heroin aşkar edilmişdir. Məhkəmədə və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X4 və Şahid9 ifadələrində polis əməkdaşları Şahid8 və Şahid7 ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, Şahid1 isə 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 28, 44) Narkotik vasitə və psixotrop maddənin götürülməsinə dair istintaq hərəkəti video çəkilişlə aparılmış və iş materiallarında olan 01 ədəd diskə baxdıqda müəyyən edilmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs cibindən siqaret qutusu çıxarıb polis əməkdaşlarına təqdim edir. Həmin qutunun arxasında selofan örtüyün arasında 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 01 ədəd qatlanıb-açılan bıçaqda aşkar edilir. Sorğu edildikdə Təqsirləndirilən şəxs göstərir ki, həmin bükümləri internet vasitəsi ilə sifariş etmiş və Bakı şəhərindən almışdır. Daha sonra, Şahid1 üzərinə baxış keçirilir və onunda cibində olan siqaret qutusunun arxasında 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülür. Sorğu edildikdə, Şahid1 də göstərir ki, həmin narkotik vasitəni Bakı şəhərində əldə etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 avqust 2021-ci il tarixli, 6/3644 №-li rəyində göstərimişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 02 ədəd kağız bükümdə təmiz çəkilən 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram təşkil edən, ağ rəngli, kristalşəkilli, xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkibli olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid1 aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,277 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (Cild 1, iş vərəqləri 51-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-tibbi yoxlamaya dair ekspertin 18 yanvar 2022-ci il tarixli, 248 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin qəbul edilməsi nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunmuşdur. O, narkomaniya xəstəlyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 74-75) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özü tərəfindən etiraf edilməsə də, onun 0,277 qram çəkidə narkotik vasitə heroini və 0,654 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, daşıması, saxlaması və satması digər obyektiv sübutlar, yəni şahid ifadələri, videoçəkilişlə aparılmış istintaq hərəkətinin protokolu, eləcə də ekspert rəyi ilə kifayət qədər təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, bu epizodla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin olması öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin Şahid1 satmaması, əksinə Peymanın ona psixotrop maddə metamfetamini satması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Buna görə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi 23 və 24 avqust 2021-ci il tarixli ifadələrini işin hallarına uyğun olan mötəbər sübut kimi qəbul edir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə 01 ədəd bükümdə 0,277 qram narkotik vasitə heroini və külli miqdarda yəni, 11,564 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib ünvan 1 ünvanında yaşadığı evinə daşımış, təmiz çəkisi 10,910 qram metamfetamini yaşadığı evində şəxsi əşyalarının içərisində gizlətməklə, 02 ədəd bükümdə təmiz çəkiləri 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram metamfetamini və 01 ədəd bükümdə 0,277 qram narkotik vasitə heroini isə üzərində gəzdirməklə saxlamış, 22 avqust 2021-ci il tarixdə Quba şəhəri Fətəlixan küçəsində 0,277 qram narkotik vasitə heroini tanışı Şahid1 satmış, 23 avqust 2021-ci il tarixdə saat 05 radələrində Quba rayonu Qəçrəş kəndi ərazisindəki “Asma- Körpü” adlanan istirahət mərkəzinin yaxınlığında Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarının sol qabaq yan cibində “Rothmans” adlı siqaret qutusunun arxa hissəsində, həmin qutunun cığarası arasında gizlətdiyi 02 ədəd kağız bükümdə təmiz çəkiləri 0,308 qram, 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram olan həmin metamfetamin aşkar edilərək götürülmüş, onun cinayət məsuliyyətinə cəlb olunmasından bir müddət sonra isə 2021-ci ilin sentyabr ayında qonşusu Şahid2 qabaqcadan vəd etmədən onun saxladığı metamfetamini aparıb özü yaşayan ünvan 2 ünvanında yerləşən binanın həyətində anbar kimi istifadə etdiyi yarımtikilidə gizlədərək saxlamış, 13 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncuya məxsus həmin yarımtikiliyə baxış keçirilərkən ona məxsus 01 ədəd “Magna” adlı siqaret qutusundakı 01 ədəd şəfaf selofan bükümdə təmiz çəkisi 10,910 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs, onun qonşusu Şahid2 evində 10,910 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi ilə bağlı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə elə bir şübhələr vardır ki, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə bu sübutlar əsasında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırlması əsassız və qanunsuz olardı. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə 23 avqust 2021-ci il tarixdə tutulan, daha sonra isə barəsində həbs qətimkan tədbiri seçilməklə fasiləsiz olaraq həbsdə saxlanılan Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl satış məqsədi ilə əldə etdiyi 10,910 qram çəkidə psixotrop maddə metamfetamin, o, istintaq təcridxanasında olarkən qonşusu Şahid2 tərəfindən götürülməklə evində olan yarımtikilidə saxlanılmış, Təqsirləndirilən şəxs tutulmasından iki ay sonra, yəni 13 oktyabr 2021-ci il tarixdə isə polis əməkdaslarının Şahid2la bağlı keçirdiyi əməliyyat tədbirləri zamanı onun evində olan yarımtikilidə həmin metamfetamin aşkar olunmuş və buna görə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi olmuşdur. İttihamın bu epizodu ilə bağlı məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs göstərdi ki, istintaq təcridxanasında həbsdə olduğu müddət ərzində onların evində Şahid1 ləvazimatları, avtomaşın ehtiyyat hissələri olmuşdur. O, tutulduqdan sonra maşın ustası olan Peymanın ləvazimatları, avtomaşın ehtiyyat hissələri və çexolları onların evlərində olarkən həmin əşyaların sahibləri onların qapılarını döymüşlər və əşyalarını tələb etmişlər, anası daima işdə olduğu üçün evdə olan azyaşlı bacısı bundan narahat olmuş və qorxmuşdur. Buna görə qonşuları Elmar gəlib Peymanın ləvazimatlarını və avtomaşının ehtiyyat hissələrini götürüb aparmış ki, əşyaların bir qismini sahibləri gəlib götürsün, sahibsiz əşyaları isə satsın, çünki Elmar demişdir ki, həmin əşyaların içində onunda əşyaları var. Elmar Peymanın ləvazimatlarını və avtomobil ehtiyyat hissələrini apardıqdan təxminən 10 gün sonra Elmarı polislər tutmuşlar. Həmin vaxt Peyman və o, həbsdə olmuşdur. Elmar isə demişdir ki, tutularkən evində aşkar edilmiş narkotik onların evindən götürdüyü ləvazimat və aşyalar olan çantanın içində olmuşdur. Həmin çantalar 1 aydan çox müddətdə onların evində olmuş, lakin hər hansı bir narkotik aşkar olunmamışdır. Elmar isə çantanı evinə aparan kimi içərisindən narkotik çıxmışdır. Tutulduğu vaxtdan bir neçə ay sonra təxminən 2021-ci ilin noyabr-dekabr aylarında o, istintaq təcridxanasından Quba rayon polis şöbəsinə etap edilmişdir. Polisdə ona demişdirlər ki, Elmar da tutulub, narkotik vasitə də Elmarın onlardan apardığı çantasında olmuşdur. Polsilərə heç nədən xəbərinin olmadığını bildirmiş və demişdir ki, həmin çantalar, ləvazimatlar və avtomaşının ehtiyyat hissələri maşın ustası olan Peymanındır və Peyman tərəfindən onların evinə qoyulmuşdur. Lakin polis şöbəsində ona deyilmişdir ki, çantalar onun evindən gedibsə, deməli narkotikdə ona məxsusdur. Elmar özü narkotik vasitə istifadə edən şəxsdir. 10 qram psixotrop maddə metamfetaminin onun evində olması ilə bağlı istintaqa verdiyi ifadəsini təsdiq etmədiyini məhkəmədə bildirən Təqsirləndirilən şəxs bunun səbəbləri ilə bağlı göstərmişdir ki, polis əməkdaşları onu ailəsi ilə hədələdikləri üçün və narkotikin onların evindən Elmarın evinə getməsi ilə bağlı anasının və bacısınında məsuliyyətə cəlb olunacaqları deyildiyi üçün o, yazılan ifadələri oxumadan imzalamışdır. Həmçinin polislər onun anasını və bacısını şöbəyə gətirib onunla üzləşmə aparmışlar və demişlər ki, deyilənləri boynuna alsın. Buna görə məcbur qalıb verilən sənədləri imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Sərkar qızı ifadəsində göstərdi ki, oğlu Allahmurad və qızı ilə bir yerdə yaşamışdır. Aşpaz işlədiyi üçün çox vaxt evdə olmamışdır. Onların evində oğlu ilə tutulan Peymanın əşyaları olmuşdur. Allahmurad və Peyman həbsdə olarkən Peymanın dostları əşyaları götürmək üçün onların qapısına gəlmiş, lakin qızı Sevil həmin əşyaları vermək istəməmişdir. Qızı Sevilin yaşı az olduğu üçün qapıya gələndlərdən narahat olmuş və qorxduğu üçün qapını açmamışdır. Buna görə qonşuları Elmarın arvadı Aynur zəng edərək Peymanın əşyalarını Elmarın götürməsini və öz evlərinə yığmasını təklif etmişdir. Elmar gəlib əşyaları onlardan götürərkən özü evdə olmamış, tək qızı Sevil evdə olmuşdur. Bir müddət sonra eşitmişdir ki, Elmar narkotiklə tutulmuş və guya Elmar deyib ki, narkotik götürdüyü əşyarla birlikdə onların evindən getmişdir. Bu haqda özünün və qızının xəbəri olmamışdır. Evlərində narkotik vasitə və elektron tərəzi olmasını görməmiş və eşitməmişdir. Latın qrafikli əlifba ilə ümumiyyətlə oxuya bilmir. Müstəntiqin ona təqdim etdiyi yazını oxumadan imzalamış, nə yazılmasından xəbəri olmamışdır. Qızı Sevil dindirilərkən müstəntiq onu otağa buraxmamış, sonra çağırıb deyilən yazını yazdırıb imzalatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, qardaşı Allahmuradın dostu Peymana məxsus avtomaşın ehtiyyat hissələri onlarının evinin həyətində olmuşdur. Qardaşı Allahmurad və Peyman tutulandan sonra çoxlu tanımadığı adamlar gəlib Peymanın avtomaşın ehtiyat hissələrini istəmişdir. Qorxduğu üçün tanımadığı adamlara əşyaları verməmişdir ki, sonradan problem yaranar. Bundan sonra qonşuları Elmarın arvadı Aynur gəlib demişdir ki, ehtiyat hissələrin onlara versin və o, aparsın öz qapılarında saxlasın. Ardınca anası da ona zəng etmiş və ehtiyat hissələrini Aynurgilə verməsini demişdir. Bundan sonra Aynurun əri Elmar Aynurla birlikdə onlara gəlmiş və ehtiyat hissələrin götürüb aparmışdırlar. Onlar maşın çexolları və digər ehtiyat hissələrin götürüb aparmışdırlar. Həmin vaxt onların hər hansı bir çanta götürməsini görməmiş, ümumiyyətlə nə apardıqlarını da bilməmiş, çünki bu əşyaların içinə baxmamışdır. Elmargilin evi onlardan bir az aralıda olmuşdur. Daha sonra, verilən suallara cavab olaraq o, göstərmişdir ki, qardaşı Allahmurad avqust ayında tutulmuş Elmar isə onlardan əşyaları sentyabr ayında götürmüşdür. Allahmurad tutulandan sonra Elmar onlara gəlməmişdir. Evdə olan Peymanın əşyalarını səliqəyə salmamış və səliqəya salaraq ona tanış olmayan hansısa əşya və ya siqaret qabında kristalşəkilli maddə görməmiş, bu haqda Elmara bir söz deməmiş və Elmarda ona narkotik vasitə olmasını bildirməmişdir. Elmar gəlib onlardan əşyaları götürəndə “magna” siqaret qutusunu götürdüyünü görməmiş və bununla bağlı ondan nə isə soruşmamışdır. Bundan başqa, o, göstərmişdir ki, müstəntiq tərəfindən 2021-ci ilin oktyabr-noyabr ayında dindirilmişdir. Müstəntiq onu dindirərkən yanında heç kim olmamışdır. Onu zəng edib polisə çağırmışlar və müstəntiq özü kompyuterdə yazdığı kağızları ona imzalaması üçün vermiş, o da oxumadan imzalamışdır. Həmin vaxt anasını müstəntiq onun yanına buraxmamış, otaqda müstəntiqdən başqa iki kişi olmuşdur. O, kristalşəkilli kütlənin nə olduğunu bilməmiş və bu cür ifadə verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Allahmurad ilə Peyman tutulduqdan bir müddət sonra Allahmuradın bacısı Sevil zəng edərək ona demişdir ki, “...Peymanın onlarda əşyaları var və hər gün kimlərsə gəlib onların qapısından əşyalarını istəyir”, həmçinin xahiş etmişdir ki, həmin əşyaları, avtomobil ehtiyyat hissələrini o, götürüb öz evində saxlasın ki, əşyaların sahibləri gəlib oradan götürsün. Bunu Allahmuradın anası da xahiş etmişdir ki, qız evdə təkdir, əşya sahibləri gəlib qızını evdə narahat edirlər. Həmin əşyaların içərisində narkotik olmasından və Allahmuradın bacısının bu haqda məlumatının olmasından onun xəbəri olmamışdır. Allahmuradın anasının və bacısının xahişini nəzərə alaraq əşyaları götürüb evinin həyətində olan qaraja yığmışdır. Bundan təxminən 2 ay sonra evdə oturub qonşusu ilə araq içən zaman evə polislər gəlmiş, hər yeri axtarıb evdə narkotik tapmışlar. Narkotik aşkar edildikdə Allahmuradın evindən gələn çantalarda olduğunu demişdir. Daha sonra, o, verilən suallara cavab olaraq göstərdi ki, ehtiyat hissələrinin sahibləri gəlib öz əşyalarını istəyəndə Allahmuradın bacıları narahat olmasınlar deyə əşyaları götürüb öz evinə gətirmiş ki, sahibləri gəlib oradan götürsünlər. Əşyalar olan çantaları daşıyanda “Magna” siqaret qutusunu aşkar etməmiş, onu götürüb kənara qoymamış, ümumiyyətlə çantanın içərisində narkotik vasitə olduğunu bilməmişdir. Əşyalar onun evində təxminən 2 ay qalmışdır. Polislər 2021-ci ilin oktyabrın ayının 13-də onun evinə gəlmişlər. Polislər özlərin təqdim edib avotomobil ehtiyat hissələrinin olduğu çantalar harda olmasını soruşmuşlar, o, da onların yerini göstərmişdir. Polislər də baxaraq metamfetamin aşkar etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid2 qeyd etdi ki, ifadəsində Allahmuradın evindən metamfetamin götürdüyünü deməsini onu müstəntiq məcbur etmişdir. Məhkəmədə şahid qismdində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 2021-ci ilin avqust ayında Allahmuradın bacısı Ayşən onun yanıma gələrək qardaşının tutulduğunu demişdir və kömək istəmişdir. Ona vəkil tutmalarını məsləhət görmüşdür. Bir müddət sonra Ayşən onun əri Elmara xahiş etmişdir ki, onların evində olan avtomobil ehtiyyat hissələrini onların həyətidə olan çardağın altına yığsınlar. Elmar da razılaşıb ehtiyyat hissələrini gətirib onların həyətlərinə yığmışdır. Allahmuradın anası Aygün də ona demişdir ki, Allahmuradla tutulan Peymanın qardaşları və digər şəxslər onların qapısına gəlib-gedir avtomobil ehtiyyat hissələrini istəyirlər. Sonra Allahmuradın anası və bacıları özləri gətirib həmin ehtiyyat hissələrini onlara yığmışdılar. 13 oktyabr 2021-ci ildə işdən evə gələrkən polislərin olduğunu görmüşdür. Nə baş verməsini soruşduqda evdən metamfetamin aşkar olunduğunu demişlər. Polsilər evdə axtarış aparmaqla evdən olan ehtiyyat hissələri olan çexolların arasından 1 bükümdə metamfetamini tapmışdırlar. Əri Elmardan onun duz olduğunu demiş, sonra əlavə marixuana da tapmışdırlar. Aşkar edilən metamfetaminin onlara Allahmuradın evindən gələn çexolların içərisində olduğunu polisə bildirəndən sonra, polislər Allahmuradla Peymanı çağırıb dindirmişdirlər. Həmin epizodla bağlı məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, maşın ustasıdır, çexol işi ilə də məşğuldur. Quba şəhərində evi olmadığından və kənddə yaşadığından maşın çexollarını sexdə saxlamışdır. Sonra qərarlaşdırmışlar ki, çexolları Allamuradın evində saxlasınlar və Allahmurad özü ehtiyyat hissələrini, çexolları öz evinə aparmışdır. Çexolların arasında metamfetamin olmasından məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, ittihamın bu epizodu üzrə ibtidai istintaq orqanı əsasən ziddiyyətli ifadələr əsaslanaraq səhv nəticəyə gəlmişdir. Bunun təsdiqi kimi məhkəmə ilk öncə Şahid2 evinə “Baxış keçirilməsi haqqında” 13 oktyabr 2021-ci il tarixli protokolun və həmin protokola əlavə edilmiş videogörüntülərin təhlil edilməsini zəruri hesab edir. İstintaqın gəldiyi nəticəyə və əsəslandığı ifadələrə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasından bir müddət sonra 2021-ci ilin sentyabr ayında qonşusu Şahid2 qabaqcadan vəd etmədən onun saxladığı metamfetamini Təqsirləndirilən şəxs evindən götürdüyü avtomobil çexollarının arasında aparıb özü yaşadığı ünvan 2 ünvanında yerləşən binanın həyətində anbar kimi istifadə etdiyi yarımtikilidə gizlədərək saxlamış, Şahid2 isə ümumiyyətlə bu psixotrop maddəyə aidiyyəti olmamışdır. Halbuki, Şahid2 evinə “Baxış keçirilməsi haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntülərdən görünür ki, Şahid2 özü yaşadığı evdə olan televizor altlığından içərisində bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb polis əməkdaşlarına tədim edir, bundan başqa onun evindən 2 ədəd elektron tərəzi, 1 ədəd plastmas boru və 5 ədəd şprits, eləcə də çarpayıdakı döşəyin altında bir bükümdə qurudulmuş marixuana aşkar edirlir. Bütün aşkar edilən dəlillərin narkotik vasitələrin satışından dəlalət etməsinə baxmayaraq Şahid2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edən istintaq orqanı belə nəticəyə gəlmişdir ki, həmin bir bükümdə olan və təmiz şəkisi 10,9 qram olan psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs evindən gələn avtomobil çexollarının arasında olmuş, bu zaman elektron tərəzilərin və qurudulmuş marixuananın olmasını izah edə bilməyən istintaq orqanı bu dəlilləri həm Şahid2, həm də Təqsirləndirilən şəxs ittihamına daxil etməməmişdir. İş materiallarında olan “Əməliyyat qrupunun yaradılması” haqqında protokoldan görünür ki, Şahid2 tərəfindən narkotik vasitələrin istifadə edilməsi, saxlanılması və satılması barədə əməliyyat məlumatları olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 7/1050 nömrəli rəyindən görünür ki, Elmar Ələkbəroivun evində bir bükümdə aşkar edilmiş bitki mənşəli kütlə, təmiz çəkisi 1,850 qram olan qurudulmuş marixuannadır. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 6/4561 nömrəli rəyindən görünür ki, Elmar Ələkbəroivun yarımtikili evində bir bükümdə aşkar edilmiş kütlə, təmiz çəkisi 10,910 qram olan psixotrop maddə metamfetamindir. Göründüyü kimi istintaq orqanı tərəfindən aşkar edilmiş 2 ədəd elektron tərəzi onların üzərində narkotik vasitə və psixotrop maddə izlərinin olmasının müəyyən edilməsi məqsədi ilə ümumiyyətlə ekspertizaya təqdim edilməmiş və iş üzrə maddi sübut qismində də tanınmamışdır. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, Şahid2 özü narkomaniya xəstəliyindən əziyyət çəkməklə məcburi müalicəyə ehtiyyacı olmuşdur. Qeyd edilən sübutların təhlili məhkəmədə əsaslı ehtimallar yaradır ki, Şahid2 evində aşkar edilmiş 10,910 qram şəkidə psixotrop maddəyə Təqsirləndirilən şəxs aidiyyəti olmamış, Təqsirləndirilən şəxs tərəfindən həmin narkotik vasitənin əldə edilməsi, evində saxlanılması və Elmar Ələkbrəovun evinə daşınması təkizibedilməz, və əsaslı sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, həbsdə olan Təqsirləndirilən şəxs tutulmasından 2 ay sonra onun qonşusunun evində psixotrop maddənin aşkar edilməsi yalnız ziddiyyətli ifadələr əsasında ona qarşı ittiham verilməsinə əsas ola bilməz. İttiham tərəfi bununla bağlı məhkəməyə hər hansı bir şübhə doğurmayan sübut təqdim edə bilməmişdir ki, həmin psixotrop maddədən Təqsirləndirilən şəxs həqiqətən xəbəri olmuş, psixotrop maddə məhz Təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş və iki ay ərzində Şahid2 evində saxlanılmış, bu müddət ərzində narkomaniya xəstəliyindən əziyyət çəkən Şahid2 ona müdaxilə etməmiş, çantaların arasında aparılan psixotrop maddə televizor altlığında hansı əsasla aşkar edilmişdir. Mövcud olan bütün şübhələr isə təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Şahid2 evində aşkar edilmiş psixotrop maddənin Təqsirləndirilən şəxs aid olması ilə bağlı istintaq orqanın əsaslandığı digər bir dəlil 18 fevral 2022-ci il tarixli, 6/708 nömrəli ekspert rəyidir. Rəyin özü məhkəmədə hər hansı bir sual doğurmur. Əsaslandırılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şahid2 evində aşkar edilmiş psixotrop maddə ilə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Məhkəmə həmin psixotrop maddələrin eyni mənbədən həm Şahid2, həm də Təqsirləndirilən şəxs tərəfindən əldə edilə bilməsini və ya evində iki ədəd elektron tərəzi və müxtəlif növ narkotiklər aşkar edilmiş Şahid2 3-cü şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən onun üzərində aşkar edilmiş 2 bükümdə psixotrop maddənin əldə edilə bilməsini vurğulamaqla, bu dəlilin Təqsirləndirilən şəxs qarşı sübut kimi istifadə edilməsinin yolverilməz olduğunu qeyd edir. Məhkəmə həmçinin hazırki iş üzrə Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Quba rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli və Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Quba rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmlərini və həmin hökmlərdə olan Təqsirləndirilən şəxs və digər şəxslərin ifadələrinin hazırki işə aid olub-olmamasına diqqət yetirilməsini də zəruri hesab edir. Belə ki, hər iki hökmdə Təqsirləndirilən şəxs və digər şəxslərin ifadələri ittiham aktında olan ifadələr ilə eynilik təşkil etmişdir. Buna etiraz edən Təqsirləndirilən şəxs hazırki məhkəmədə bildirmişdir ki, o, Şahid1 işi üzrə hökmdə qeyd edilən xüsusatlara uyğun məhkəmədə ifadə verməmişdir. Məhkəmənin sorğusu əsasında Şahid1 işi üzrə prosesin audio və videoyazısı götürülmüş və məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, hökmdə yazılan ifadədən fərqli olaraq Təqsirləndirilən şəxs ifadəsində aşağıdakıları göstərmişdir “Polis əməkdaşları Şahid1 ilə məni gecə saat 00:00-01:00 radələrində saxlamışdılar. Həmin vaxt mənim üzərimdən metamfetamin növündə psixotrop maddə, Şahid1 üzərindəın heroin növündə narkotik vasitə aşkar edilmişdir. Lakin, polis əməkdaşları bizi səhər saat 06:00-07:00 radələrində polis şöbəsinə gətirmiş, saxladıqları vaxtdan polis şöbəsinə gətirdikləri vaxta qədər bizi döymüşlər. Polis əməkdaşları əlavə narkotik vasitələr çıxararaq onların mənim olduğunu etiraf etməyimi bildirirdilər. Mən də bunu qəbul etmədiyim üçün fiziki təzyiqlər edirdilər. Qeyd edim ki, Şahid1 çantaları bizim evdə idi. Qonşuluqda yaşayan şəxs həmin çantaları gəlib bizim evdən götürmüş, özündə saxlamışdır. Daha sonra polis əməkdaşları narkotik vasitələri aşkar etdikdə, çantaları bizim evdən götürdüyünü bildirmişdir. Həmin çantalar Şahid1 məxsus idi. Şahid1 ilə birlikdə saxlanıldığımız vaxt üzərimizdə aşkar edilən narkotik vasitə və psixotrop maddəni də Şahid1 gətirmişdi. Həmin vaxt onun üzərində elektron nəzarət vasitəsi olduğu üçün narkotik vasitələri mənim gedib aldığımı bildirməyimi məndən xahiş etdi. Şahid1 üzərimizdə aşkar olunan narkotik vasitə və psixotrop maddəni Bakı şəhərindən əldə etmişdir. Onun Bakı şəhərinə getməyini təsdiq edən sübutlar vardır. Belə ki, Şahid1 Bakı şəhərindən kredit əsasında avtomobil əldə etmişdir. Bundan başqa, Bakı şəhərində yaşayan dostlarımızla birgə çəkdirdiyimiz fotoşəkillər də mövcuddur.” Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid2 məhkum edilməsinə dair iş üzrə də hökmdə qeyd edilən hallarla bağlı məhkəmədə fərqli ifadə verməmişdir. Lakin hazırki iş üzrə sorğu edilərək həmin cinayət işi Quba rayon məhkəməsindən götürüldükdə müəyyən edilmişdir ki, texniki səbəblər ucbatından məhkəmə prosesinin audio və video yazılışı aparılmamışdır. Məhkəmə həm Şahid2, həm də Şahid1 məhkum edilmələrinə dair hökmlərin qanuni qüvvəyə minməsini vurğulamaqla yanaşı qeyd edir ki, həmin hökmlərin hazırki işə münasibətdə preyudisial əhəmiyyəti mövcud deyildir. Həmin hökmlə müəyyən edilmiş hallar yalnız Şahid2 və Şahid1 aid edilə bilər və qeyd edilən hökmlər Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı məsələni həll edə bilməz. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarını rəhbər tutur və həmin hökmün hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olmadığını qeyd edir. Belə ki, həmin Qərarın nəticə hissənin 1 və 2-ci bəndlərində göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə qeyd edir ki, Şahid2 evində psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı Təqsirləndirilən şəxs verilən ittihamın həmin epizodu üzrə məhkəmə təqsirləndirilən şəxs və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmədə verdikləri ifadələri arasında kəskin fərq olduğundan, onların ifadələri məhkəmə iclasında elan olunmuş və qeyd edilən şəxslər məhkəmədə verdikləri ifadələrini təsdiq etdiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələri isə təsdiq etmədiklərini bildirmişlər. Məhkəmə vurğulayır ki, yaxın qohumlarına qarşı ifadə verməmək hüququları kifayət qədər aydın izah edildiyi halda təqsirləndirilən şəxsin yaxın qohumları olan anası və bacısının ibtidai istintaq zamanı onun əleyhinə israrla verdikləri ifadələr həqiqətən sərbəst şəkildə verildiyi halda, bu ifadələrin eyni ilə məhkəmədə də verilməməsi, istintaq zamanı onlardan alınmış həmin ifadələrin mötəbərliyi ilə bağlı məhkəmə kollegiyasında əsaslı şübhələr doğurur. Təqsirləndirilən şəxs anası Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəyə nəzər saldıqda, bacısı Sevil İsmayılovanın (Quliyeva) ifadəsindən eyni ilə köçürülmüş cavabı, yəni “Bildiriəm ki, qardaşım Allahmurada məxsus əşyaların içərisində heç bir elektron tərəzi olmamışdır. Şahid2 ifadəsində yalandan göstərib”. Bu hal bilavasitə yetkinlik yaşına çatmayan Sevil İsmayılovanın və onun dindirilməsində iştirak etməli olan anası Şahid4 ifadələrini oxumadan imzalaya bilmələrindən dəlalət edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şahidlər Şahid2, Sevil İsmayılova (Quliyeva), Şahid4, Şahid1 və Təqsirləndirilən şəxs Şahid2 evindən psixotrop maddə metamfetamin aşkar edilməsi ilə bağlı istintaqın sonrakı mərhələsində verdikləri ifadələrin, o, cümlədən üzləşdirmədə dindirilmə protokollarının mötəbərliyinə əsaslı şübhələr olduğundan onlar etibarsız sübut hesab edilməli, onların ittihamın bu epizodu üzrə açıq məhkəmə iclasında verdikləri ifadələr isə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittihamın qeyd edilən epizodu üzrə ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamda Şahid2 evində 10,910 qram çəkidə psixotrop maddə aşkar edilməsi ilə bağlı hissəsi, yəni Təqsirləndirilən şəxs həmin həcmdə psixotrop maddənin satış məqsədi ilə əldə etməsi hissəsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, ittiham tərəfi bununla bağlı məhkəməyə təkzibedilməz, şübhə doğurmayan, əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ittihamın həmin bəndi verilmiş ümumi ittihamdan xaric edilməli, eyni zamanda Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi ilə narkotik vasitənin və psixotrop maddənin əldə etməsi və satması sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinərək və cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadə və sənədlər yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsini, onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməklə həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesab olunmuşdur. Həmin məhkəmənin 23 noyabr 2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti 14 yanvar 2021-ci il tarixdək uzadılmışdır. 14 yanvar 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs həbsdə saxlnılma müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilməsindən imtina olunmuş, müstəntiqin eyni tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqləri 26-27, 101- 104; Cild 2, iş vərəqləri 55-60) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi müddətinin başlanğıcı isə 14 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən salxanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 04 mart 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 02 bükümdə aşkar edilərək götürülmüş, təqdqiqatdan sonra ümumi qalıq çəkisi 0,474 qram olan psixotrop maddə metamfetamin və Şahid2 evindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 10,820 qram olan psixotrop maddə iş üzrə maddi subut kimi tanınmaqla Quba RPŞnin maddi sübutların saxlanılması otağın təhvil verilmişdir. Həmçinin istintaq hərəkətlərinin aparılmasına dair 02 ədəd DVD formatlı disk də maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid2 məhkum edilməsinə dair Quba rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, həmin işdə də maddi sübut olan 10,820 qram psixotrop maddə metamfetaminin məhv edilməsi hökm edilmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 məhkum edilməsinə dair Quba rayon məhkəməsinin 14 iyun 2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, həmin işdə maddi sübut olan 0,143 qram narkotik vasitə heroin məhv edilməsi hökm edilmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, Quba RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,474 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid2 məhkum edilməsinə dair Quba rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, həmin üzrə məhkəmə-bioloji və kimyəvi ekspertizalarının keçirilməsi ilə bağlı 177,40 manat məbləğində ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulması hökm edilmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 məhkum edilməsinə dair Quba rayon məhkəməsinin 14 iyun 2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, həmin üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə bağlı 65 manat məbləğində ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulması hökm edilmişdir. Hazırki iş üzrə məhkəmə məsrəfi kimi yalnız xx.xx.2022-ci il tarixli məhkəməkimyəvi ekspertizanın keçirilməsi ilə bağlı 65 manat məbləğində xərci mövcud olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasın Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından müdafiəçinin haqqı dövlət büdcəsi hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 04 ay 22 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 0,474 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar