Məhkəmə qərarları › İş №1(124)-1/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-1/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-1/2025 24.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsində işləmiş, hazırda həmin Mərkəzdə qarmon ixtisası üzrə müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək dövlətin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üzrə 1 noyabr 2013-cü il tarixli 93 nömrəli əmrlə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməklə 29 aprel 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsinə əsasən, tədris plan və proqramlarının tam yerinə yetirilməsi işini təşkil etmək, tədris prosesinin yüksək səviyyədə qurulmasına, dərsin keyfiyyətinə, təlim-tərbiyə və metodiki işlərin səmərəli aparılmasına, nizam-intizam qaydalarına riayət edilməsinə məsuliyyət daşımaq, dərs cədvəlini tərtib edib direktorun təsdiqinə vermək, tədris plan və proqramlarının yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və hər yarımilin sonunda bu işi yekunlaşdıraraq pedaqoji şuranın müzakirəsinə çıxarmaq, müəllimlərin dərslərinə mütəmadi olaraq nəzarət etmək, onların dərslərini dinləmək, təhlil etmək, müəllimlərin açıq dərslərini təşkil etmək, müasir dərsə olan tələblərin əməli surətdə tətbiq edilməsində müəllimlərə metodiki kömək göstərmək, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını təşkil etmək, bu və ya digər səbəbdən işə çıxmayan məllimlərin həftəlik dərs yükünü jurnallar əsasında hesablamaq və aylıq əmək haqqının ödənilməsi üçün həftəlik dərs saatlarının miqdarı cədvəlini mühasibatlığa təqdim etmək, şagirdlərin müəllimlər arasında bölgüsünü aparmaq, dərsə davamiyyətə nəzarət etmək, imtahanların, bağlı akademik konsertlərin, dinləmələrin vaxtını təyin etmək, direktor olmayanda qanunvericiliyə uyğun olaraq onu əvəz etmək və və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi - məsul vəzifəli şəxs kimi həmin Mərkəzin X3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla onlara etibar olunmuş özgə əmlakını Namiq Rzazadə ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-cİ il tarixədək olan müddətdə həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına "xxxx" ASC-nin Şamaxı filialında hazırlanmış plastik kartları onlardan təhvil alıb faktiki olaraq işə gəlməməklə heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, onların işdən çıxarılması üçün qəsdən qanuni addımları atmayıb, onlara əmək haqqının hesablanaraq ödənilməsinə nail olmaqla özündə və qabaqcadan əlbir olduğu X1 həmin plastik hesab kartlarına köçürülmüş əmək haqqı məbləğlərini, o cümlədən, Zərərçəkmiş şəxs İsmayıllı Regional Mədəniyyət İdarəsinin xx.xx.2013-cü il tarixli əmri ilə fəhlə kimi işə götürülmüş Şahid4 adına "Kapital Bank” ASC-də açılmış 416974*******7649 hesab nömrəli plastik bank kartına 2013-cü il ərzində 204,6 (iki yüz dörd manat altmış qəpik) manat, 2014-cü il ərzində 1.235,36 (bir min iki yüz otuz beş manat otuz altı qəpik) manat, 2015-ci il ərzində 1.234,24 (bir min iki yüz otuz dörd manat iyirmi dörd qəpik) manat, 2016-cı il ərzində 1.493,15 (bir min dörd yüz doxsan üç manat on beş qəpik) manat, 2017-ci il ərzində 1.377,4 (bir min üç yüz yetmiş yeddi manat qırx qəpik) manat, 2018-ci il ərzində 1.626,19 (bir min altı yüz iyirmi altı manat on doqquz qəpik) manat, 2019-cu il ərzində 2.285,73 (iki min iki yüz səksən beş manat yetmiş üç qəpik) manat, 2020-ci il ərzində 2.847,6 (iki min səkkiz yüz qırx yeddi manat altmış qəpik) manat, 2021-ci il ərzində 2.779,2 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi qəpik) manat, 2022-ci il üçün 818,76 (səkkiz yüz on səkkiz manat yetmiş altı qəpik) manat olmaqla, ödənilmiş ümumilikdə 15.902,23 manat (on beş min doqquz yüz iki manat iyirmi üç qəpik) məbləğində, eyni niyyətlə, xx.xx.2016cı il tarixli əmrlə həmin mərkəzə xadimə təyin edilmiş X4 adına "Kapital Bank” ASC-də açılmış 416974*******4930 hesab nömrəli plastik bank kartına 2016-cı il ərzində 792,65 (yeddi yüz doxsan iki manat altmış beş qəpik) manat, 2017-ci il ərzində 1.377,4 (bir min üç yüz yetmiş yeddi manat qırx qəpik) manat, 2018-ci il ərzində 1.626,19 (bir min altı yüz iyirmi altı manat on doqquz qəpik) manat, 2019-cu il ərzində 2.285,73 (iki min iki yüz səksən beş manat yetmiş üç qəpik) manat, 2020-ci il ərzində 2.610,3 (iki min altı yüz on manat otuz qəpik) manat, 2021-ci il ərzində 2.779,2 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi qəpik) manat, 2022-cİ il üçün 818,76 (səkkiz yüz on səkkiz manat yetmiş altı qəpik) manat olmaqla, ümumilikdə hesablanaraq ödənilmiş 12.290,23 manat (on iki min iki yüz doxsan manat iyirmi üç qəpik), ümumilikdə 2 nəfər üzrə cəmi 28.192,46 manat (iyirmi səkkiz min bir yüz doxsan iki manat qırx altı qəpik) məbləğində pul vəsaitini qeyd edilən hesablar üzrə plastik bank kartları vasitəsilə 2013-cü ilin dekabr ayından 2022-ci ilin may ayınadək olan müddətdə Şamaxı şəhəri ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan şəxsən, qabaqcadan əlbir olduğu Namiq Rzazadə və cinayətdən xəbərsiz digər işçilər vasitəsilə çıxararaq əldə etməklə, cəmi 28.192,46 manat (iyirmi səkkiz min bir yüz doxsan iki manat qırx altı qəpik) məbləğində, eyni niyyətlə, 2015-ci ilin yanvar ayından 2022-ci ilin fevral ayına qədər olan müddətdə Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində fortepiano ixtisası üzrə müəllim işləyən Şahid1 adına "xxxx" ASC-də açılmış 416974*******4402 hesab nömrəli plastik bank kartına 2015-ci ildə 2.508,13 (iki min beş yüz səkkiz manat on üç qəpik) manat, 2016-cı ildə 3.445,84 (üç min dörd yüz qırx beş manat səksən dörd qəpik) manat, 2017-ci ildə 3.349,72 (üç min üç yüz qırx doqquz manat yetmiş iki qəpik) manat, 2018-ci ildə 3.152,42 (üç min bir yüz əlli iki manat qırx iki qəpik) manat, 2019-cu ildə 2.028,67 (iki min iyirmi səkkiz manat altmış yedi qəpik) manat, 2020-ci ildə 2.991,02 (iki min doqquz yüz doxsan bir manat iki qəpik) manat, 2021-cİ ildə 10.048,39 (on min qırx səkkiz manat otuz doqquz qəpik) manat, 2022-ci ilin yanvar ayında 696,44 (altı yüz doxsan altı manat qırx dörd qəpik), fevral ayında 696,43 (altı yüz doxsan altı manat qırx üç qəpik) manat olmaqla, ümumilikdə hesablanaraq ödənilmiş 28,917,06 (iyirmi səkkiz min doqquz yüz on yeddi manat altı qəpik) manat məbləğində vəsaitin yazılmış əlavə dərs saatına görə ödənilmiş hər ay üçün 145 (bir yüz qırx beş) manat olmaqla, cəmi 12.470 (on iki min dörd yüz yetmiş) manat məbləğində olan hissəsini həmin müddətdə Şahid1 tərəfindən bankomatlardan çıxarıldıqdan sonra sonuncudan ünvan 3 ünvanında yerləşən Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasındakı xidməti otağında şəxsən və Namiq Rzazadə vasitəsilə almaqla, cəmi 12.470 (on iki min dörd yüz yetmiş) manat məbləğində, eyni niyyətlə, 2019-cu ilin yanvar ayından 2022-ci ilin fevral ayının 8-i tarixinədək olan müddətdə Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində fortepiano ixtisası üzrə müəllim işləyən Şahid3 adına “Kapital Bank" ASC-də açılmış 416974*******4914 hesab nömrəli plastik bank kartına 2019-cu ildə 3.113,21 (üç min bir yüz on üç manat iyirmi bir qəpik) manat, 2020-ci ildə 4.228,29 (dörd min iki yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat, 2021-ci ildə 3.930,88 (üç min doqquz yüz otuz manat səksən səkkiz qəpik) manat, 2022-ci ilin yanvar və fevral ayları ərzində 778,26 (yeddi yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat olmaqla, ümumilikdə hesablanaraq ödənilmiş 12.050,64 (on iki min əlli manat altmış dörd qəpik) manat məbləğində vəsaitin yazılmış əlavə dərs saatına görə ödənilmiş hər ay üçün 100 (bir yüz) manat olmaqla, cəmi 3.600 (üç min altı yüz) manat məbləğində olan hissəsini həmin müddətdə Şahid3 tərəfindən bankomatlardan çıxarıldıqdan sonra sonuncudan ünvan 3 ünvanında yerləşən Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasındakı xidməti otağında şəxsən və Namiq Rzazadə vasitəsilə almaqla, cəmi 3.600 (üç min altı yüz) manat məbləğində, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddətdə Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində tar ixtisası üzrə müəllim işləyən Şahid2 adına “Kapital Bank" ASC-də açılmış 416974*******1950 hesab nömrəli plastik bank kartına 2020-ci ildə 3.270,93 (üç min iki yüz yetmiş manat doxsan üç qəpik) manat, 2021-ci ildə 9.536,09 (doqquz min beş yüz otuz altı manat doqquz qəpik) manat, 2022-ci ildə 783,62 (yeddi yüz səksən üç manat altmış iki qəpik) manat olmaqla, ümumilikdə hesablanaraq ödənilmiş 13.590,64 (on üç min beş yüz doxsan manat altmış dörd qəpik) manat məbləğində vəsaitin yazılmış əlavə dərs saatına görə ödənilmiş hər ay üçün 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 2.430 (iki min dörd yüz otuz) manat məbləğində olan hissəsini həmin müddətdə Şahid2 tərəfindən bankomatlardan çıxarıldıqdan sonra sonuncudan ünvan 3 ünvanında yerləşən Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasındakı xidməti otağında şəxsən və Namiq Rzazadə vasitəsilə almaqla, cəmi 2.430 (iki min dörd yüz otuz) manat məbləğində, qeyd edilən qaydada cəmi 46.692,46 manat məbləğində pul vəsaitini Namiq Rzazadə ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs İsmayıllı Regional Mədəniyyət İdarəsi üzrə müvafiq əmrlə xx.xx.2013cü il tarixdən həmin Mərkəzdə musiqi alətlərinin təmirçi və kökləyicisi təyin edilmiş Şahid6 xx.xx.2013-cü İl tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə işə gəlməməklə əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, sonuncunun işdən çıxarılması üçün qəsdən qanuni addımları atmayıb, onun adının işçilər siyahısında saxlanılmaqla adına “Kapital Bank" ASC-də açılmış 416974*******6830 hesab nömrəli plastik bank kartına 2013-cü ilin noyabr-dekabr ayları ərzində 225,5 (iki yüz iyirmi beş manat əlli qəpik) manat, 2014-cü il ərzində 1.420,81 (bir min dörd yüz iyirmi manat səksən bir qəpik) manat, 2015-ci il ərzində 1.413,97 (bir min dörd yüz on üç manat doxsan yeddi qəpik) manat, 2016-cı il ərzində 1.540,08 (bir min beş yüz qırx manat səkkiz qəpik) manat, 2017-ci il ərzində 1.571,2 (bir min beş yüz yetmiş bir manat iyirmi qəpik) manat, 2018-ci il ərzində 1.722,55 (bir min yeddi yüz iyirmi iki manat əlli beş qəpik) manat, 2019-cu il ərzində 2.542,79 (iki min beş yüz qırx iki manat yetmiş doqquz qəpik) manat, 2020-ci il ərzində 3.176,04 (üç min bir yüz yetmiş altı manat dörd qəpik) manat, 2021-ci il ərzində 3.209,42 (üç min iki yüz doqquz manat qırx iki qəpik) manat, 2022-ci il ərzində 915,32 (doqquz yüz on beş manat otuz iki qəpik) manat olmaqla, ümumilikdə cəmi 17.737,68 manat (on yeddi min yeddi yüz otuz yeddi manat altmış səkkiz qəpik) pul vəsaitinin köçürülməsinə və həmin pul vəsaitinin Şahid6 cinayətdən xəbərsiz əri Şahid18 tərəfindən qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə göstərilən müddətlərdə Şamaxı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, ümumilikdə qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə edərək X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş 46.692,46 manat məbləğində pul vəsaitini mənimsəməklə və 17.737,68 manat məbləğində pul vəsaitini israf etməklə, cəmi 64.430,14 manat (altmış dörd min dörd yüz otuz manat on dörd qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmək intizamına riayət olunması, fəaliyyət istiqamətlərinə uyğun əməyin ödənilməsinin şəffaf və obyektiv proseduralar əsasında həyata keçirilməsi, tabelilik münasibətlərində qanuna zidd davranışlara yol verilməməsi ilə əlaqədar zəruri təminatların gözlənilməsində ifadə olunan qanunla qorunan mənafelərinə Namiq Rzazadə ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, 1979-cu ildə musiqi məktəbində oxumuş, sonradan ali təhsil alaraq orada müəllim kimi qalıb işləmişdir. 42 il eyni məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuş, işlədiyi dövrdə heç bir nöqsana yol verməmiş, hətta tərifnamələri olmuş və mükafatlandırılmışdır. Baş vermiş hadisə ilə bağlı qeyd etmişdir ki, onun yerinə məktəbdə Şahid13 adlı bir müəllimə işləmiş, keçmiş nazir Anar Kərimovun vaxtında məktəbdə özbaşınalıq yaranmışdır. 2021-ci ilin dekabr ayında direktor ona ərizəsini yazıb işdən çıxmasını təklif etmiş, o isə etiraz etmişdir. Onlar saxta akt tərtib edərək həmin akta yalan məlumatlar yazmış, sonra işdən çıxmadığı üçün onun fəaliyyətini dayandırmağa çalışmışdırlar. İsmayıllı rayon Regional Mədəniyyət idarəsi onun işini müvəqqəti dayandıraraq müəllimliyini əlindən almağa çalışmışdır. O, məhkəməyə müraciət etmiş və işə bərpa edilmişdir. O ailəli olduğunu, Şamaxı şəhəri təhsil mərkəzində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışdığını, həmin mərkəzdə təsərrüfat və tədris işləri üzrə direktor müavinləri də olduğunu bildirmişdir. İttiham aktında guya onun tərəfindən 46 min manat pul israf edildiyi qeyd olunmuş, lakin onun həmin sənədlərdə imzası olmamışdır. Təsərrüfat müdiri başqalarının maaşının üzərinə pul yazmış, lakin hazırda təsərrüfat müdirinin adı bu məsələdə hallanmamışdır. Bu məsələ ilə bağlı ona böhtan atılmışdır. Şəhər məktəblərində təsərrüfat müdirinin işini direktor müavini apardığını və əməkhaqqını həmin şəxsin yazdığını, lakin Şamaxı şəhəri İncəsənət təhsil mərkəzində təsərrüfat müdiri vəzifəsi mövcud olduğunun bildirmişdir. İttiham aktında şahid kimi qeyd olunmuş 10 nəfərə yaxın müəllimin də ona böhtan atdıqlarını qeyd etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq Şahid4 tanıdığını, onun Şamaxılı olduğunu, məktəbdə bağban vəzifəsində çalışdığını bildirmişdir. Onun plastik bank kartını özündə saxlamamış, onun bank kartından pul nağdlaşdırmamış, işə gəlmədiyinə görə ondan pul almamışdır. Məktəbdə işçilərin işə davamiyyətinə ayrı-ayrı şəxslər nəzarət etmiş, təsərrüfat işçilərinə Məleykə xanım nəzarət etmiş, müəllimlərin işə davamiyyətinə isə onunla direktor nəzarət etmişdir. Hansısa müəllim işə gəlməyəndə əmək haqqından tutulmuş, bundan başqa ona töhmət verilmişdir. Əgər işə gəlməmə halları davamlı olarsa, onda mövzu pedaqoji şuraya çıxarılmış, müzakirə edilmiş və işdən çıxarılma qərarı qəbul olunmuşdur. X8 tanıdığını, onun məktəbdə xadimə vəzifəsində işlədiyini, həmçinin onun da plastik bank kartını özündə saxlamadığını bildirmişdir. Məlahət xanım onun qonşusu olmuş, kollektivdə 7 nəfər arasında lotoreya oynanılmış, Məlahət xanım maaş alınan vaxt yol üstündə kartdan pul çıxarıb lotoreya pulunu vermək üçün maaş kartını ona vermişdir. Belə halların çox olduğunu, təqribən 2013-cü ildən lotoreya oynadıqlarını qeyd etmişdir. Məlahət işə gəlməməsinə göz yumulması üçün ona pul verməmişdir. O, Məlahətin kartından pulu çıxararaq lotoreya üçün pulu Aynurə xanıma vemişdir. Həmin lotoreyada o, Məlahət, Aynurə, Nərgiz, Kubra və Qədir müəllim olmuş və aylıq olaraq 200 manatdan oynamışdırlar. 2013-cü ildən etibarən 9 il müddətində davamlı olaraq Məlahətin plastik bank kartı onda olmamışdır. Şahid1 məktəbdə müəllimə işləmiş, onunla ədavəti olmamış, Lamiyə müəlliməyə əlavə olaraq dərs saatı yazılmamış, Lamiyədən əlavə dərs saatı yazmağa görə mərkəzdəki xidməti otağında 12.400 manat pul vəsaitini almamışdır. Lamiyə istintaqda bildirmişdir ki, “pulu Laləyə verdim götürmədi”, guya o, Namiq müəllimə aparıb verməsini bildirmiş, lakin bu cümlə Lamiyənin ifadəsində yazılmamışdır. Şahid3 Ələbkər qızı məktəbdə müəllimə işləmiş, ondan əlavə dərs saatı yazılması üçün xidməti otağında 3.600 manat pul almamışdır. Hər bir müəllimənin 12 saat dərsi olduğunu və heç birinin 12 saatdan artıq dərsi olmadığını bildirmişdir. Şahid2 məktəbdə müəllim işləmiş, ondan əlavə dərs saatı yazılması üçün 2.400 manat pul almamışdır. Şahid6 məktəbdə kökləyici vəzifəsində işləmiş, lakin Kəmalənin yerinə işə əri gəlib getmişdir. Kəmalənin 2013-2022-ci illər ərzində işə gəlməməsi məsələsinə nəzrət etmə səlahiyyəti olmadığı üçün Kəmaləyə qarşı onun tərəfindən hər hansı bir tədbir görülməmişdir. Kəmalənin əri plastik bank kartından 17.737 manat pul vəsaiti nağdlaşdıraraq ona verməmişdir. Kəmalənin iş davamiyyətini yoxlamaq təsərrüfat müdirinin vəzifəsi hesab edilmişdir. Yuxarıda adları çəkilən şəxslərlə heç bir ədavəti olmamış, müəllimlər çox yüksək saatlı dərslər istəmiş, o da tələbkar olduğu üçün müəllimlər tərəfindən sevilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçilərin sullarına cavab olaraq Namiq Rzazadəni 2013cü ildən bəri tanıdığını, Namiqin mərkəzin direktoru vəzifəsində çalışdığını, onun işlədiyi dövrdə işçilərdən pul alması və ya işçilərin plastik kartından pul çıxarılması halı ilə rastlaşmadığını və bu barədə eşitmədiyini, Namiqin ona qeyri-qanuni hərəkət etməklə bağlı imtiyaz vermədiyini bildirmişdir. Müəllimlərə dərs paylanarkən zəif müəllimlərə az dərs saatı verilmiş, hazırda onlara böhtan atanlar da zəif müəllimlər olmuşdur. O, korrpusiya idarəsinin müstəntiqindən başqa Şamaxıda prokurorluğun binasında Novruz adlı şəxs tərəfindən də dindirildiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 2013-cü ildə mərkəz yeni yarananda mərkəzin kommunal xətlərinin çəkilməsində müəyyən çətinlikləri olmuş, başqa vaxt isə belə hal olmamışdır. Xidməti otaqlarda bəzi hadisələr olduğu üçün nazirlikdən bununla bağlı təlimat verilmiş, ona görə də otağına qadınların tək girməsinə qadağa qoymuş və qadınların şöbə müdiri ilə birgə gəlməsini bildirmişdir. Kişi müəllimləri də sonradan həmin qayda ilə qəbul etmişdir. O, Bakıdan Şamaxıya işləməyə getmiş, oradakı şəxsləri tanımamışdır. Özü tar aləti üzrə professional musiqiçi olmuş, musiqinin inkişafı üçün Bakıdan orkestr dəvət etmişdir. Təqsirləndirilən şəxs X19 dövlət ittihamçısının suallarına cavab olaraq 2013-cü ilin oktyabr ayından mərkəzdə işlədiyini, əmək müqavilələrinin onunla bağlandığını bildirmişdir. Müəllimlərin işə davamiyyəti tədris işləri üzrə direktor müavini Lalə xanımın səlahiyyətində olmuş, təsərrüfat işçilərinə yəni, xadimə və digərlərinə təsərrüfat müdiri nəzarət etmişdir. Şahid4 tanıdığını, onu işə götürdüyünü və onun plastik bank kartının 2013-cü ilin ilk vaxtlarında, mərkəz yeni yarananda onda olduğunu demişdir. 2013-cü ildən 2022-ci ilə qədər həmin plastik kartdan 15.900 manat pul nağdlaşdırmamışdır. Mərkəzdə su sistemi olmamış, kənardan həftəlik 20 manata su maşını gətirmişdir. Həmin vaxtlarda Şahid4 plastik kartı aldığını qəbul etmiş, müəllimlərdən, ümumiyyətlə, pul və ya plastik kart almamışdır. Bağban aylıq 100 manat maaş almış, bağbanın plastik kartından 300-500 manat pul çıxarmışdır. Yaşara günün müəyyən vaxtını gəlib mərkəzdə işini görüb getməsinə şərait yaratmış, buna görə də Yaşarın bütün gün orada qalmağına ehtiyac olmamışdır. Ona görə də Yaşar bu hala etiraz etməmiş və kartı cəmi 5 ay onda qalmışdır. Şahid1 fortepiano üzrə müəllim olmuşdur. Əlavə dərs saatları hər bir müəllimin iş stajı və təcrübəsinə görə verilmiş, o, əlavə dərs saatının yazılması üçün Lamiyə xanımdan 12.470 manat pul vəsaiti almamışdır. Şahid3 əlavə dərs saatı üçün 3.600 manat məbləğində pul vəsaiti almadığını, Təqsirləndirilən şəxs ona əlavə dərs saatı üçün vəd vermədiyini və bu vəd üçün ondan pul almadığını, həmçinin Şahid2 əlavə dərslərə görə 2.430 manat pul almadığını qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X13 ifadəsində məktəbdə xadimə işlədiyini, şəkər xəstəsi olduğu üçün işini bitirdikdən sonra getməyə ona şərait yaratdıqlarını, saat 2-ə qədər işlərini bitirib getdiyi üçün müəllimlərin onu görmədiyini bildirmişdir. Onun plastik kartı özündə olmuş, lotoreya oynadıqda özü kartdan pul çıxara bilmədiyi üçün kartı pulu çıxarmaları üçün bir neçə dəfə Aynurə xanıma və Lalə xanıma vermişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq 2017-ci ildə işə düzəldiyini, həmin vaxtdan maaş kartının özündə olduğunu, Azərbaycan dilində yazıb oxuya bildiyini qeyd etmişdir. Müstəntiq ifadə alanda ona təzyiq göstərib onu MSY-ə salacağını deyərək qorxutmuşdur. Müstəntiqin bu hərəkətlərindən şikayət edərək müvafiq yerlərə teleqram vurmuşdur. O, işə gedib gəlmiş və davamiyyət jurnalını özü imzalamış, direktor onun yerinə davamiyyət jurnalına imza çəkməmişdir. Onun əməkhaqqı kartı Namiq Rzazadədə qalmamışdır. Lotoreyanı aylıq 200 manatdan oynamışdırlar. İşə davamiyyət dəftəri Lalə xanımın və direktorun otağında olmuşdur. Onun iş rejimi səhər saat 9-da başlamış, işlərini yekunlaşdırdıqdan sonra isə getmişdir. Direktor səhhətini nəzərə alaraq ona belə tez getməyinə icazə vermişdir. Xəstə olanda işə getmədiyi və ya işə gəlib icazə alıb getdiyi hallar olmuş, belə hallarda davamiyyət jurnalına imza çəkilməmişdir. O, davamiyyət jurnalındakı bütün imzaların özünə məxsus olduğunu bildirmişdir. Namiq Rzazadənin onun işə getməməyinə göz yumduğu hallar olmamışdır. Şahid nümayəndəsinin suallarına cavab olaraq işə düzəlməklə bağlı Namiq Rzazadəyə müraciət etdiyini, bunun qarşılığında ondan rüşvət tələb etmədiyini qeyd etmişdir. Hazırda 300 manat əmək haqqı aldığını, əmək haqqı kartının lotoreya pulu çıxarıldıqdan sonra ona qaytarıldığını, maaş kartının başqalarında qalmadığını bildirmişdir. Şahid X13 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xadimə kimi fəaliyyət göstərir. Belə ki, həmin vaxt Şamaxı rayonu ərazisində yaşayan hal hazırda dəqiq xatırlamadığı bir neçə şəxsdən eşitmişdir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xadimə axtarırlar. O da öz növbəsində Namiq Rzazadəyə müraciət edib Mərkəzdə xadimə işləmək istədiyini bildirmişdir. O, Namiq Rzazadə ilə biraz danışıqdan sonra belə razılığa gəlmişlər ki, Namiq Rzazadə onu Mərkəzdə xadimə kimi işə qəbul edəcək, o da öz növbəsində aylıq əmək haqqı kartını Namiq Rzazadəyə verəcək. Həmin vaxtdan, yəni 2017-ci ilin iyun ayından etibarən o, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xadimə kimi işə götürülmüşdür. Elə həmin vaxtdan kartı Namiq Rzazadədə qalmışdır. Aylıq əmək haqqını da Namiq Rzazadə özünə götürmüşdür. Onun əmək fəaliyyəti Mərkəzin daxilində təmizlik İşləri görməkdən ibarətdir. Xadimə olaraq iş saatı səhər 09:00-dan axşam saat 18:00-a qədərdir. Bildirmişdir ki, onun iş saatı səhər 09:00-dan axşam saat 18:00-a qədər olsa da Mərkəzin X3 ona icazə vermişdir ki, səhər tez Mərkəzə gedib davamiyyət jurnalına imza çəkib getsin, birdə axşam 18:00-dan sonra gəlib yenə davamiyyət jurnalına imza çəkib getsin. Belə ki, o, gün ərzində işdə olmamışdır. 2022-ci ilin əvvəllərində Mərkəzə yoxlama gəldikdən sonra isə Namiq Rzazadə ona bildirmişdir ki, artıq işə gəlmək lazımdır. 2022-ci ilin təxminən mart ayından o özü hər gün işə getmişdir, kartı da özündə qalmış və pulları özü nağdlaşdırmışdır. Aylıq əmək haqqı məbləği 273 manatdır. "xxxx" ASC-dən daxil olmuş adına açılmış əmək haqqı kartından pulların nağdlaşdırılması zamanı qeydə alınmış görüntülərlə bağlı bildirmişdir ki, həmin görüntülərdə olan şəxslər iş yoldaşı Arzu adlı şəxs, Mərkəzin direktor müavini Təqsirləndirilən şəxs və başqa tanımadığı şəxslərdir. Daha sonra o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əmək haqqı kartını işə qəbul və gündəlik işə getməməyi müqabilində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzin direktoru Namiq Rzazadəyə vermişdir. Kart bir neçə il sonuncuda qalmışdır. Sonra isə kart ona geri qaytarılmışdır. Bundan başqa o, Mərkəzin direktor müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs onun işə getmədiyindən və bunun qarşılığında kartının Namiq Rzazadədə qalmasından xəbəri olduğunu, lakin, aylıq əmək haqqı kartından nağdlaşdırılmış puldan Təqsirləndirilən şəxs verilib-verilməməsi barədə məlumatı olmadığını bildirmişdir. Həmçinin, o ifadəsində əksər hallarda Mərkəzə gedib davamiyyət kitabına özü imza çəkdiyini bildirmişdir, özü gedə bilmədiyi hallarda onun əvəzinə davamiyyət kitabına Mərkəzin direktoru özü imza çəkilməsi məsələsini həil etmişdir. Lakin, imzanın kim tərəfindən çəkilməsi barədə dəqiq məlumatı yoxdur. Şahid X13 elan edilmiş ifadəsi ilə bağlı suallara cavab olaraq yazılanların bəzilərinin doğru, bəzilərinin səhv olduğunu, müstəntiq Kənan Süleymanovun ona oxuduğu ifadənin yazılmış ifadədən tamamilə fərqli olduğunu bildirmişdir. Müstəntiq onu telefonla zəng edib ifadə verməyə çağırmış, Şamaxı prokurorluğunda ifadə verəndə ona təzyiq göstərilməmişdir. Elan edilmiş ifadəsini təsdiq etmiş, ifadəsini latın qrafikasını bilmədiyi üçün oxumadığını qeyd etmişdir. O, bir dəfə Şamaxı prokurorluğunda, bir dəfə isə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində ifadə vermişdir. Müstəntiq özü ifadəni ona oxuyaraq dediklərini yazdığını və sonda imza çəkməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində mərkəzdə bağban vəzifəsində çalışdığını, səhər saat 9-da işə getdiyini, işlərini gördüyünü və bir də axşamüstü işə getdiyini bildirmişdir. Arvadının xəstəliyi ilə bağlı Namiq Rzazadədən 500 manat borc pul aldığı üçün maaş yüklənəndə pulu çəkməsi üçün kartını Namiq Rzazadəyə verdiyini bildirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq mərkəzdə 2013-cü ildən çalışdığını, Təqsirləndirilən şəxs onun doğma əmisi qızı olduğunu bildirmişdir. Namiq Rzazadə ondan su və ya kommunal üçün pul almamış, ümumiyyətlə ondan mərkəzə su almaq və ya təmir işləri görmək üçün maaş kartının alınması halları olmamışdır. İşdə davamiyyət jurnalı Namiq Rzazadənin katibəsinin otağında olmuş, davamiyyət jurnalına həmişə özü imza çəkmişdir. Maaş kartı Namiq Rzazadədə təxminən 5 ay müddətinə qalmış, aylıq 273 manat maaş almış, hazırda isə 300 manat maaş aldığını qeyd etmişdir. O, işə getmədiyi günlərdə davamiyyət jurnalına onun yerinə başqası imza çəkməmişdir. Lalə xanımın direktordan xahişi ilə işə getməməyinə görə göz yumulması halı olmamışdır. Şahid müdafiəçinin sualına cavab olaraq Namiq Rzazadədən 2013-cü ilin dekabr ayında borc aldığını bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində bağban kimi fəaliyyət göstərir. Əmək fəaliyyəti Mərkəzin həyətində olan ağac və kolların sulanması və s.dən ibarətdir. Bağban olaraq iş saatı 09:00-dan 18:00-a qədərdir. Bildirmişdir ki, iş saatı 09:00-dan 18:00-a qədər olsa da Mərkəzin X3 ona icazə vermişdir ki, səhər tez gəlib davamiyyət jurnalına imza çəkib getsin, bir də axşam 18:00dan sonra gəlib yenə davamiyyət jurnalına imza çəkib getsin. Belə ki, o, Namiq Rzazadənin razılığı ilə gün ərzində işə getmir. Qeyd etmişdir ki, Namiq Rzazadə ona belə şərait yaratdığı üçün o da öz əmək haqqı kartını Namiq Rzazadəyə vermişdir. Belə ki, 2013-cü ilin noyabr ayının 1-i tarixindən etibarən onun əmək haqqı kartı Namiq Rzazadədə qalmışdır. Aylıq əmək haqqını da Namiq Rzazadə özünə götürmüşdür. 2022ci ilin əvvəllərində Mərkəzə yoxlama gəldikdən sonra Namiq Rzazadə ona bildirmişdir ki, artıq işə gəlmək lazımdır. 2022-ci ilin təxminən mart ayından o özü hər gün işə getmiş, kartı da özündə qalmışdır və pulları özü nağdlaşdırmışdır. Aylıq əmək haqqı məbləği 273 manatdır. 'Kapital Bank" ASC-dən daxil olmuş onun adına açılmış əmək haqqı kartından pulların nağdlaşdırılması zamanı qeydə alınmış görüntülər barədə bildirmişdir ki, həmin şəxslər Rişad adlı şəxs, oğlu X20 və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin X3dur. O, həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əmisi qızıdır. 2013-cü ildə Təqsirləndirilən şəxs özü Namiq Rzazadə ilə danışıb onun işə getməməsini və bunun müqabilində kartının da Namiq Rzazadədə qalmasını xahiş etmişdir. Aylıq əmək haqqı kartından nağdlaşdırılmış puldan Təqsirləndirilən şəxs verilib-verilməməsi barədə məlumatsız olmuşdur. O, eyni zamanda bildirmişdir ki, çox vaxt Mərkəzə gedib davamiyyət kitabına özü imza çəkmişdir. Özü Mərkəzə gedə bilmədiyi hallarda onun əvəzinə davamiyyət kitabına Mərkəzin direktoru Namiq Rzazadə imza çəkilməsi məsələsini həll etmişdir. Lakin, imzanın kim tərəfindən çəkilməsi barədə dəqiq məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində 9 ildir ki, Şamaxı musiqi məktəbində fortepiano müəllimi işlədiyini, ona hər il 24 saat dərs yazıldığını, atasının da məktəbdə müəllim işlədiyini, ona və atasına dərsin ¼ hissəsinin onlara aid olmadığının deyildiyini bildirmişdir. Pul vermədikdə məktəbdə incidildiyini, onunla kobud, təhqiramiz formada rəftar olunduğunu, uşaqların içində böyük-kiçik yerinin bilinmədiyini, müəllimlərin alçaldıldıqlarını və bunların hamısını Lalə Zakirovanın etdiyini qeyd etmişdir. Ona verilmiş 24 saatın 18 saatı özünə qalmış, qalan 6 saatın pulunu Lalə xanıma vermiş, 6 saat 145 manat pul etdiyi üçün o da hər ay ya Lalə Zakirovaya, ya da Namiq Rzazadəyə 145 manat pul vermişdir. Məsələn, uşaqlardan hansısa dərsə gəlməyəndə hər ikisi digər uşaqların içində qışqıraraq onu təhqir etmiş, hər iclas məktəbə uşaq tapıb gətirmək tapşırılmış, əks halda dərs verilməyəcəyi deyilmişdir. Məktəbə uşaqlar 200-300 manat pul müqabilində götürülmüş, buna görə də valideynlər uşaqlarını məktəbə gətirməkdən çəkinmişdirlər. Məktəbdə adı gedən texniki işçilərdən bəzilərini tanımamış və məktəbdə görməmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, məktəbdə oxuyandan Təqsirləndirilən şəxs orada direktor müavini işləmişdir. Təqsirləndirilən şəxs ixtisası fleyta olmuş, lakin Lalə xanımı qarmon müəllimi kimi tanımışdırlar. Müəllimlərin işə gəlib getməyinə əsasən Lalə Zakirova nəzarət etmişdir. Ona 24 saat dərs saatı yazılması barədə həm Lalə Zakirova, həm də Namiq Rzazadə ilə razılaşma əvvəldən olmuşdur. Onlara sinif otağında, təqribən 4-5 ildir ki, pul vermişdir. Əmək haqqı kartı özündə olmuş, maaşı aldıqdan sonra pulu onlara vermişdir. O, atasının məktəbdə tar, əmisinin isə nağara müəllimi işlədiyini bildirmişdir. Maaş alınan vaxt növbə ilə otağa keçib pul verdikləri üçün Şahid3 da pul verməsindən xəbəri olmuşdur. Məlahət Şıxalıyevanı əvvəllər görmədiyini və tanımadığını, sonradan məktəbə gəldiyini, alətləri isə Kəmalə xanımın yox, Elsevər müəllimin köklədiyini qeyd etmişdir. Şahid zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin suallarına cavab olaraq müəllimlərin pul verib artıq dərs saatı yazdırdıqlarını, əks halda rəhbərlik tərəfindən incidildikləri, bunun üçün məcbur qalıb pul verdiklərini bildirmişdir. Şahid müdafiə tərəfinin verdiyi suallara cavab olaraq 9 il müddətində əvvəl İlqar müəllimin rəhbərliyi ilə, sonra Namiq müəllimin rəhbərliyi ilə işlədiyini, onun fəaliyyətinə nəzarəti Lalə Zakirovanın həyata keçirdiyini bildirmişdir. Lalə Zakirova məktəbdə olan bütün məsələlərə, davamiyyət, artıq dərs saatlarının yazılması, pul haqq hesabları, məktəblə bağlı hər şeyə nəzarət etmişdir. Ona artıq dərs saatları Namiq Rzazadə direktor olandan sonra yazılmağa başlamışdır. Təxminən 2019-2020-ci illərdən etibarən o, pul verərək özünə artıq dərs saatı yazdırmış, həmin proses təxminən bir il əvvəl məktəbə yoxlama gələnə kimi davam etmişdir. Artıq dərs saatlarına görə rüşvəti direktor və direktor müavininə şəxsən özü və onun dərslərinə görə atası da vermişdir. Hər maaş alanda 140 və 145 manat pulu artıq dərs saatlarına görə verdiklərini, atasının özündən çox verdiyini bildirmişdir. Sövdələşməni atası aparmış, lakin özü də bu barədə otaqlarına girib danışmışdır. İbtidai istintaq zamanı iki müstəntiq tərəfindən həm Şamaxıda, həm də Bakıda dindirilmişdir. Fortepiano müəllimi kimi ona 24 saat yazılmış, az saat yazılan müəllimlər də olmuşdur. 24 saat dərs yazıldığına baxmayaraq o, heç vaxt 24 saatın qarşılığının hamısını almamışdır. Atası 140-145 manat pulu bəzi vaxtlarda Namiq Rzazadəyə, o isə Lalə Zakirovaya sinifdə vermiş, həmin vaxt sinifdə onlardan başqa heç kəs olmamışdır. Şahid Təqsirləndirilən şəxs suallarına cavab olaraq cədvəli özünün qurub Lalə xanıma göstərdiyini, Lalə xanımın ona qurduğu cədvəllərə uyğun sinif olmadığını bildirdiyini qeyd etmişdir. Günay müəllimə ilə dəfələrlə maaş alan vaxtı növbəli şəkildə Lalə xanımın otağına girib pul verdiklərini, Günay müəllimənin ona “sən gözlə mən pulu verim çıxım” dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 məktəbdə musiqi nəzəriyyəsi müəllimi işlədiyini, 12 saat dərs yükü olduğunu, həmin 12 saat dərsin 8 saatının pulunun özünə qaldığını, lakin hər ay 4 saat dərsin əvəzi olan 100 manatı Namiq müəllim və ya Lalə xanıma verdiyini bildirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 2013-cü ildən məktəbdə müəllimə işləmiş, məktəbdə belə hallar 2013-cü ildən baş vermişdir. Lalə xanım 4 saat dərsin pulunu gətirib ona verməsini tapşırmışdır. O, Lalə xanıma etiraz etmiş, lakin Lalə xanım ona 12 saat dərs yazılacağını, 8 saatın pulunun özünə qalacağını, 4 saatın pulunu isə gətirib ona verəcəyini bildirmişdir. O, həmin pulu 3 il ərzində-2019-cu ildən 2022-ci ilə kimi vermiş, bu üç il ərzində əmək haqqından hər ay 100 manat Lalə xanıma, bir iki dəfə də Namiq müəllimə aparıb öz otaqlarında vermişdir. Digər iş yoldaşlarından da belə halların baş verdiyini eşitmiş, lakin görməmişdir. Məsələn, Lamiyə müəllimənin dərsə pul verməyini onun özündən eşidib bilmiş, Məlahət Şıxaliyeva, Şahid6 tanımamış, Şahid4 isə texniki işçi olmuşdur. Müəllimlərin işə davamiyyətinə Lalə xanım nəzarət etmiş, Şahid18 səhv etmirsə, tar müəllimi olmuş, musiqi alətlərini kökləmək vəzifəsi isə Elsevər müəllimin yoldaşına həvalə edilmişdir. Şahid zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin suallarına cavab olaraq əvvəl ona 12 saat dərs vermədiklərini və buna görə çox xahişlər etdiyini bildirmişdir. Sonradan Lalə xanım 12 saat dərs veriləcəyi təqdirdə 4 saatın pulunu gətirib ona verəcəyini tapşırmış və həmin 12 saat dərsi isə o özü keçmişdir. O, texniki işçilərdən Məlahət xanımın işə gəlib-getməsini görməmişdir. Şahid müdafiə tərəfinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, musiqi nəzəriyyəsi müəlliməsinin qanuni iş saatı 12 saat olmuş, dəfələrlə ona 12 saatın pulunu verməsini xahiş etmiş, lakin 12 saatın yalnız 8 saatını özü almışdır. Lalə xanım qanuni saata görə ondan rüşvət almış, əks halda Lalə xanım onu hədələmiş, kənddən gələn uşaqlar dərsə gecikəndə onu uşaqların yanında təhqir etmişdir. Belə davranışlarına məruz qaldığı üçün hər ay məcburən 4 saatın pulunu, yəni 100 manatı aparıb Lalə xanıma vermiş, bu barədə şikayəti yalnız Təqsirləndirilən şəxs özünə bildirmişdir. Lalə xanım ona əlavə saat yazılması müqabilində pul verməyə məcbur etmişdir. Ən aşağı dərs saatı 12 saat olmuş, ondan aşağı dərs olmamışdır. Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məktəbə komissiya gəldikdə Lalə xanım dəfələrlə onu otağına çağırmış və heç kimə pul məsələsi barədə heç nə deməməyini tapşırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində əri Şahid18 məktəbdə işlədiyini, öz adının işçi kimi getsə də musiqi alətlərini ərinin təmir etdiyini bildirmişdir. Əri işdən sonra musiqi alətlərini təmir etməyə getmiş, onun öz iş vaxtı saat 09:00-dan axşam saat 17:00-a qədər olmuşdur. Məktəbə getdikdə davamiyyət jurnalına özü imza çəkmiş, əvvəl isə o işə getməyəndə əvəzinə əri imza çəkmiş, onlar məktəbdə texniki işçi olmuş, onlara heç kim hər hansı bir məsələ ilə bağlı irad tutmamışdır. O, heç kimə rüşvət vermədiyini, baxmalı olduğu 40 forte-pianonu hamısının köklənmiş vəziyyətdə olduğunu, onun vəzifəsinin icrası ilə bağlı hər hansı bir şikayət daxil olmadığını, musiqi alətlərini kökləməyin fiziki güc tələb etdiyini və çox əziyyətli iş olduğunu bildirmişdir. Lalə xanım ona işə gəlib-gəlməməklə bağlı heç bir şey deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid18 ifadəsində bildirmişdir ki, neçə ildir ki, musiqi alətlərinin təmiri ilə məşğul olmuş, bu hadisə ilə bağlı demək olar ki, heç bir məlumatı olmamışdır. O, 2013-cü ilə kimi təmənnasız olaraq musiqi alətlərini təmir etmiş, 2013-cü ildə tikilmiş yeni məktəbdə musiqi alətlərinin təmiri ilə məşğul olmuş, lakin ilk öncə əmək haqqı az olduğu və çətin, əziyyətli bir iş olduğu üçün əslində bu işlə məşğul olmaq istəməmiş, daha sonra isə məcbur olub götürmüşdür. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, arvadı Şahid6 2013-cü ildən həmin məktəbdən işləmiş, arvadının maaşı əvvəl 140-150 manat məbləğində olmuş, arvadı işə ara-ara gedib-gəlmişdir. Gündüz dərslər olduğu üçün alətlərin təmiri işi adətən saat 18:00-dan sonra olmuşdur. Onun arvadının iş saatı səhər saat 09:00-dan günorta 13:00-a kimi olmuşdur. Arvadı işə getməyəndə özü onun əvəzinə davamiyyət jurnalında imza çəkmişdir. Onlar direktora, direktor müavininə pul verməmişdirlər. Namiq Rzazadənin əsas xahişi işlərin yaxşı getməsi olmuşdur. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, alətləri kökləyən zaman digər otaqlara səs getdiyi üçün alətlərin təmiri ilə iş vaxtı deyil, işdən sonra məşğul olmuşdur. O, Bakı şəhərində Korrupsiyaya qarşı Mübarizə İdarəsində dindirilməmiş, Şamaxı rayon Prokurorluğunda dindirilmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, kartdan maaşı o çıxarmış və əmək haqqı kartı da onda olmuş, məktəbdə olan bütün musiqi alətlərini o özü təmir etmiş, ondan başqa orada kökləyici olmamışdır. Onlar Namiq müəllim və Lalə xanıma nəyinsə qarşılığında heç bir məbləğdə pul ödəməmişdirlər. Namiq müəllim bəzi kökləyici alətlərin alınmasında köməklik etmişdir. O, qarmon müəllimi olmuş, amma faktiki olaraq kökləyici işi ilə də məşğul olmuşdur. Ayrıca olaraq ştat cədvəlinə əsasən kökləyici vəzifəsinə arvadı Şahid6 təyin edilmiş, amma faktiki olaraq kökləyici işini o özü icra etmişdir. Davamiyyət jurnalındakı imzaların ona məxsus olduğunu bildirmişdir. Şahid18 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1981-ci ildən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində qarmon müəllimi kimi çalışır. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Əmək fəaliyyəti fərdi olaraq hər bir şagirdə 45 dəqiqə olmaqla qarmon dərsinin tədris edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs 35 ildir ki, Mərkəzdə direktor müavini, X7 9 ildir ki, direktor vəzifəsində işləyir. Namiq Rzazadə və Təqsirləndirilən şəxs ilə münasibətləri hər zaman yaxşı olmuş, aralarında hər hansı məsələ ilə bağlı dava-dalaş olmamışdır. Həyat yoldaşı Şahid6 2013-cü ildən Mərkəzdə təmirçi kökləyici işləsə də, işə getməmişdir, sonuncunun işlərini o özü icra etmişdir. Buna səbəb Şahid6 xəstə olmasıdır. Şahid6 əmək haqqı məbləği 256 manat olmuş, əmək haqqı kartı hər zaman özündə saxlanılmışdır. O, kökləyici işlərini tam məsuliyyətlə icra etdiyi üçün direktor Namiq Rzazadə və müavin Təqsirləndirilən şəxs Şahid6 işə gəlməməsinə razı olublar. Lakin bildirmişdir ki, Şahid6 işə gəlmədiyi üçün əmək haqqından hər hansısa məbləğdə pulu direktor, yaxud müavinə verməmişdir, onların da bununla bağlı hər hansı tələbləri olmamışdır. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin texniki işçilərinin işə davamiyyət kitabında adının qarşısında təmirçi kökləyici yazılmış Şahid6 işə gəlib- getməsini təsdiq edən imzalar onun tərəfindən çəkilmişdir, ona - məxsusdur. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xadimə işləyən Məlahət Şıxalıyeva, texniki işçi olan Şahid4 tanımır, həmin şəxslər işə gəlməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2005-ci ildən Şamaxı adına təhsil mərkəzində tar müəllimi işləmiş, Namiq Rzazadəyə hər ay 135 manat məbləğində pul vermiş, Namiq müəllimin özü orada olmayanda pulu Lalə xanıma verməyi tapşırmışdır. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, artıq dərs saatı ilə yüklənməyi üçün Namiq müəllimə pul vermiş, ona 30 saat dərs yazılmış, 24 saatı onun yerdə qalan 6 saatı isə Namiq müəllimin olmuşdur. Belə bir təklifi ona Namiq müəllimin özü etmişdir. O, Şahid7 ilə söhbət etdikdə Ceyran onun səsini yazmış və onun hər ay 135 manat məbləğində Namiq müəllimə pul verməsi səs yazısında əks olunmuşdur. O, 2019-ci ilin sentyabrından bu qaydada işlədiyini, axırıncı dəfə mərkəzə yoxlama gələndə pul verdiyini bildirmişdir. 135 manat məbləğində pulu vermədiyi halda ona dərs saatının az yazılacağını bildirmişdir. Əsas qanun üzrə iş saatı 12 saat olmuş, hər hansı müəllimə 12 saatdan az dərs saatının verilməsi ilə bağlı məlumatı olmamış və 24 saata təxmini 700 manat məbləğində maaş almışdır. Namiq Rzazadəyə hər ay 135 manat məbləğində pulu nağd formada vermişdir. Şahid zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, ittiham aktında adı çəkilən bəzi müəllimləri orada işləyən müddətdə görməmiş, Şahid6 özünü yox, daha çox ərini görüb tanımış, Lamiyə müəllim, Günay müəllimin də dərs saatının artırılması üçün rəhbərliyə pul verdiklərini eşitmiş, lakin onların nə qədər pul verdiyini bilməmişdir. O, 2 il ərzində hər ay 135 manat məbləğində pul vermişdir. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Namiq müəllimə pul verdikdə o, tək olmuş, pul məsələsini Namiq müəllim özü təklif etmişdir və onunla aralarında olan söhbətdən heç kimin xəbəri olmamışdır. Namiq müəllim olmayanda o, pulu Lalə xanıma vermiş və o da pulu götürmüşdür. Bununla bağlı Lalə xanımla danışmamışdır. Namiq müəllimin təklifinə etirazını bildirsə də, məcbur qalaraq, Namiq müəllimin təklifi ilə razılaşmışdır. Ondan həm Şamaxıda, həm də Bakıda izahat alınmış, lakin verdiyi izahatları yadında olmamışdır. Şamaxı prokurorluğuna qeyd etdiyi xüsusatla bağlı məlumat vermişdir. O, birinci dəfə izahat verəndə Lalə xanıma pul verməyi ilə bağlı heç nə deməmişdir. Onun sövdələşməsi Namiq müəllimlə olmuşdur. Hal-hazırda isə məhkəmədə verdiyi ifadənin daha əsaslı olduğunu qeyd etmişdir. Şahid Təqsirləndirilən şəxs suallarına cavab olaraq bildirmişdir ki, onun səs yazısı ilə bağlı xəbəri olmamışdır. O, həmişə pulu Namiq müəlimin özünə vermiş, lakin Namiq müəllim olmayanda Lalə xanıma vermişdir. O, 2005-ci ildən bəri bərabər işlədiklərini, Lalə xanımın səsini yazmadığını, ona yazılan dərslərin hamısına imza çəkdiyini bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci ildən hazıradək Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində tar müəllimi kimi fəaliyyət göstərir. Əmək fəaliyyəti fərdi olaraq hər bir şagirdə 45 dəqiqə olmaqla tar dərsinin tədris edilməsi və fortepiano dərslərində müşayiətçi kimi iştirak etməkdən ibarətdir. Hazırda dərs saatı 30-dur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs 35 ildir ki, Mərkəzdə direktor müavini, X7 9 ildir ki, direktor vəzifəsində işləyir. Həmin şəxslərlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında hər hansı məsələ ilə əlaqədar mübahisə, dava-dalaş olmamışdır. Mərkəzin fortepiano müəlliməsi Şahid7 ilə onun arasında olan səs yazısınının qeydə alındığı CD disk onun iştirakı ilə dinlənildikdən sonra bildirmişdir ki, qeydə alınmış səs yazısı ona və Mərkəzin fortepiano müəlliməsi Şahid7 məxsusdur. O, son iki tədris ilidir ki, Mərkəzdə dərs saatının 30 olduğunu bildirmişdir. Belə ki, 2020-ci İlin sentyabr ayında Təqsirləndirilən şəxs onu xidməti otağına dəvət edərək ona 30 dərs saatı yazacağını, lakin həmin 30 saatın 6 saatının pulunu, yəni 135 manat pulu hər ay Təqsirləndirilən şəxs, yaxud direktor Namiq Rzazadəyə verməyini bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu çatacaq 6 dərs saatını müşayiətçi kimi həvalə edilmiş dərslərə aid edəcək və həmin dərslərdə iştirak etməsə buna göz yumacaq. O da öz növbəsində Təqsirləndirilən şəxs ilə razılaşmış və son iki tədris ilidir ki, hər ay əmək haqqı məbləği kartına köçürüldükdən sonra həmin məbləği bankomatda nağdlaşdıraraq 135 manat pulu Lalə Novruzovənın, yaxud Namiq Rzazadənin xidməti otağında şəxsən onlardan hər hasısa birinə təqdim etmişdir. 135 manat aylıq haqqı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Mərkəzin 1-ci mərtəbəsində dəhlizdə Namiq Rzazadəyə şəxsən təqdim etdiyini bildirmişdir. Bundan başqa o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mərkəzdə xadimə işləyən Məlahət Şıxalıyeva, təmirçi kökləyici işləyən Şahid6, texniki işçi olan Şahid4 tanımır, həmin şəxslər İşə gəlməmişlər. Mərkəzdə təmirçi kökləyici işlərinin Şahid6 əvəzinə Şahid18 tərəfindən icra edildiyinə şahidlik etmişdir. Şahid2 elan edilmiş ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid7 18 ildir ki, müəllimlik fəaliyyəti ilə məşğul olduğunu, İncəsənət tədris Mərkəzində 2013-cü ildən işlədiyini, Təqsirləndirilən şəxs və Namiq Rzazadənin rəhbərliyi altında 11 il orada işlədiyini bildirmişdir. Ona 12 saatdan artıq dərs verilməmiş, hər dəfə yaxınlaşıb dərs saatının artırılması ilə bağlı müraciət etsə də xahişi nəzərə alınmamışdır. Təhsil mərkəzində Tural müəllim, Lamiyə müəllimə, Günay müəllimə rəhbərliyə dərs saatının artırılması ilə bağlı pul verdiklərini özləri bildirmişdirlər. O da rəhbərliyə dəfələrlə müraciət etmiş və hətta hörmət edəcəyini bildirmiş, lakin xahişi nəzərə alınmamışdır. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq Şahid5 əvvəlcədən tanımadığını, lakin komissiya gələndə və komissiyanın olduğu müddətdə onu gördüyünü, Şahid15 da komissiya gələn günü gəldiyini, Şahid18 arvadı Şahid6 və Şahid4 də görmədiyini bildirmişdir. Yaşar Təqsirləndirilən şəxs qohumudur. Şahid5 isə Təqsirləndirilən şəxs qonşusu olmuşdur. Namiq Rzazadə və Təqsirləndirilən şəxs barəsində aidiyyəti orqanlara şikayət etmişdir. Namiq Rzazadəyə əlavə dərs saatının artırılması ilə bağlı müraciət etmiş, Namiq müəllim isə bununla bağlı Lalə xanıma müraciət etməyi bildirmişdir. Bütün nəzarət Təqsirləndirilən şəxs əlində olmuşdur. Şahid zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin suallarına cavab olaraq səs yazısı ilə bağlı onu demişdir ki, sentyabr ayında o, Təqsirləndirilən şəxs əlavə dərs verilməsi ilə bağlı yaxınlaşdıqda Lalə etiraz etmiş, dərsin olmadığını bildirmişdir. Həmin vaxt o, telefonla Həbibə xanımla danışanda Lalə xanımın ona yenə dərs vermədiyini demiş, danışa-danışa otağa girmiş, otaqda Tural Müəllim oturduğu üçün onun yanında söhbət etmək istəməmişdir. Telefonunu cibinə qoymuş, telefonu söndürmək yadından çıxmış və danışdıqlarının səsi audio yazıda qalmışdır. Tural müəllimin səsini qəsdən yazmamışdır. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq qanun üzrə dərs saatının 12 saat olduğunu, müəllim Həbibə xanımın Təqsirləndirilən şəxs ilə əvvəllər yaxın olduqlarını, sonradan isə pul məsələsi ilə bağlı aralarında mübahisə yarandığını bildirmişdir. Həbibə xanım Təhsil Mərkəzində Nəzəriyyə Şöbəsinin müdiri olmuş, Nəzəriyyə Şöbəsinin müdiri vəzifəsi iyerarxiya baxımından Təqsirləndirilən şəxs tutduğu vəzifədən aşağı olmuşdur. O, öz gözü ilə Təqsirləndirilən şəxs kiminsə pul verdiyini görməmişdir. Prokurorluğun əməkdaşları Şamaxıya gəlmiş və orada ifadə vermiş, Bakıda ifadə verməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs ondan pul istəməmişdir. Namiq Rzazadəyə dəfələrlə müraciət etmiş, ona tək yaxınlaşmış, lakin yenə də bir nəticəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X22 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı ondan texniki işçilər barəsində soruşulmuş, həmin şəxslərin heç birini tanımadığını, məktəbdə işləyən müəllimlərdən pul alınıb-alınmaması barədə suallara cavab olaraq isə bu barədə eşitdiyini, xəbərinin olduğunu bildirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq məktəbdə olan neqativ hallar barədə imtahan vaxtı uşaqlardan pul yığıldığını, bununla bağlı bir neçə dəfə Namiq müəllimə iradını bildirdiyini, lakin sözünə məhəl qoyulmadığını bildirmişdir. İşçilərin işə davamiyyətinə Lalə xanım nəzarət etmiş, bəzi müəllimlərə rüşvət qarşılığında artıq dərs saatlarının yazılması halları olmuşdur. Lamiyə müəllim və Günay müəllim bu hal barədə ona məlumat vermişdirlər. Rüşvət alınması onun yanında yox, öz otaqlarında olmuşdur. İşçilərdən kiminsə əmək haqqı kartının Lala xanım və ya Namiq müəllimdə olması barədə eşitməmişdir. Məlahət Şıxalıyevanı komissiya gələn günün səhəri işdə görmüş, həmin vaxta kimi həmin xanımı görməmişdir. Şahid6 yerinə yoldaşı Şahid18 məktəbdə işlədiyini təsdiq etmişdir. Şahid6 alətləri kökləmiş, yoldaşı Şahid18 müəllim işləmiş, amma iş vaxtı alətləri kökləməyə icazə olmadığı üçün Şahid18 axşamlar alətləri kökləməklə məşğul olmuşdur. Texniki işçilər hər gün müdirin otağında işə gəlmələri barədə imza çəkmiş, müəllimlər də hər gün həm işə gələndə, həm də işdən çıxanda tabel cədvəlinə imza çəkmişdirlər. Həftənin 6 günü tədris günü olmuş, səhər növbəsi saat 9-dan saat 12-ə qədər, günorta isə saat 2-dən saat 6-a qədər olmuşdur. O, dərs saatının artırılıb azaldılması barədə heç kimdən heç nə istəməmişdir. Neqativ hallar barədə özü şəxsən heç bir yerə məlumat verməmiş, yoxlama Pərvanə müəllimənin ərizəsi əsasında nazirlikdən gəlmiş, ilkin izahatını da həmin vaxt vermişdir. Şahid zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, müəllimlərin şəxsən pul verməsini görməmiş, lakin bu barədə eşitmişdir. Eşitdiyinə görə artıq dərs saatlarına görə pulu əmək haqqını aldıqdan sonra vermişdirlər. Bir dəfə də müəllim ilə telefonla danışan zaman telefonunda səsyazma açıq qalmış, müəllim onla sağollaşandan sonra adboy verməyi unutmuş, həmin vaxt Ceyran müəllimlə Tural müəllim ikisi otaqda danışmış, bu vaxt onların danışığı onun telefonuna yazılmışdır. Həmin vaxt onlar öz aralarında hansı müəllimlərin artıq dərs saatına görə pul verməyindən danışmış, 10 nəfər müəllimin adı çəkilmişdir. Məsələn Günay müəllim özü ona 12 saatdan 4 saatının rəhbərliyin olduğunu, Lamiyə müəllim 24 saatdan 6 saatının rəhbərliyin olduğunu bildirmişdir. Rəhbərlik deyəndə də müdir Namiq müəllimlə, müavini Lalə xanım nəzərdə tutulmuşdur. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq Tural müəllim və Ceyran müəllim arasında olan söhbətləri eşitdiyini, bu söhbətlərin telefona yazıldığını, həmin səs yazısını diskə köçürüb prokurorluğa təqdim etdiyini bildirmişdir. Rüşvət verilməsini gözü ilə görməmişdir, çünki başqa şəxsin yanında heç kim heç kimə pul verməz. Şahid3 Təqsirləndirilən şəxs hər ay 100 manat rüşvət verməsini görməmiş, Günay özü ağlayaraq ona hər ayın sonu 4 dərsin pulunu-100 manatı Lalə xanıma verdiyini demişdir. Təqsirləndirilən şəxs texniki işçilər də daxil olmaqla hamıya nəzarət etmişdir. Texniki işçilərə nəzarət etmək vəzifəsi əslində təsərrüfat müdirinin funksiyası olmuş, lakin məktəbdəki təsərrüfat müdiri olan xanım da xadimə kimi biri olmuşdur. O, məktəbdə musiqi nəzəriyyəsi müəllimi işləmiş, özünün dərsləri barəsində heç bir şikayəti olmamış, sadəcə digərlərinə qarşı haqsızlıq edildiyini görmüşdür. Əslində alətlərin köklənməsi səhər olmalı olsa da Elsevər müəllim səhər dərsdə olduğundan alətləri axşam kökləmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq məktəbdə 6 musiqi nəzəriyyəsi müəllimi olduğunu, hamının bütün qruplara dərs deyə biləcəyini qeyd etmişdir. O, həmişə digər müəllimələrdən fərqləndirilmiş, nəzəriyyə müəllimlərinin dərsi həmişə yaxşı olmuş və dərsə görə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid16 bildirmişdir ki, o, 35 ildir ki, müəllimlik fəaliyyəti ilə məşğul olmuş, qızı Şahid1 isə 8-9 ildir ki, tədris mərkəzində müəllimə işləmişdir. Onunla mərkəzin direktoru Namiq müəllim arasında qızına əlavə dərs saatı verməməyi ilə bağlı mübahisə olmuşdur. Daha sonra Namiq müəllim onu öz otağına çağırmış və 24 saat verəcəyini, onun 6 saatının isə özünə çatcağını bildirmişdir. Namiq müəllim özü bayramla əlaqədar olaraq, mərkəzdə olmayanda pulu Lalə xanıma verəcəklərini bildirmişdir. Onun qızına 12 saat dərs verilmiş, amma qeyd olunan dərs saatı ona bəs etməmişdir. Onlar Namiq müəllimə pulu nağd şəkildə mərkəzdə vermişdirlər. O, Məlahət xanımı, Yaşar müəllimi istintaq başlayana qədər görməmiş, adı çəkilən şəxslər istintaq başlayandan sonra işə gəlməyə başlamışdırlar. O, Namiq müəllimi mərkəzə direktor təyin olunandan bəri tanımış, Namiq müəllimdən əvvəl orada işləmişdir. Namiq müəllim direktor təyin olunanda o, mərkəzdə şöbə müdiri işləmişdir. O, pulu Namiq müəllimin öz otağında ona vermiş, həmin vaxt ikisi otaqda tək olmuşdur. Namiq müəllim gəlməmişdən qabaq onun qızının dərs saatı 12 saat olmuşdur. Qızı 2012-2013-cü illərdən bəri müəllim işləmiş, ən minimum dərs saatı 12 saat müəyyən olunmuşdur. Əvvəl Namiq müəllim razı olmamış, daha sonra isə Namiq müəllim özü onu otağına çağırmış və 24 saat verəcəyini, onun 6 saatısını isə özünə çatacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid9 Əbülfəz qızı ifadəsində tədris mərkəzində 12 saat dərs yükü ilə təmin olunduqlarını, Namiq müəllimin və Lalə xanımın rəhbərliyi altında işlədiklərini bildirmişdir. Hər dəfə əlavə dərs saatının artırılması ilə bağlı xahiş etmiş, lakin Lalə xanım müraciəti özü üçün əhəmiyyətsiz hesab etdiyindən qəbul etməmiş və bir nəticəsi olmamışdır. O, həmişə şagirdlərin, digər müəllimlərin yanında təhqir olunmuş, rəhbərliyin müəllimlərə qarşı heç də yaxşı münasibət göstərmədiyini bildirmişdir. Namiq müəllim direktor olsa da, məktəbdə əsas işi Lalə xanım görmüş, demək olar ki, mərkəzdə bütün səlahiyyətlər Lalə xanımda olmuşdur. Direktorun otağına girəndə qorxa-qorxa girmiş, bəzi müəllimlər dərsi 1000 manat məbləğində pul qarşılığında aldıqlarını bildirmişdirlər. Lakin ona nəyinsə qarşılığında pul verilməsi ilə bağlı heç kimin heç nə demədiyini, Lalə xanımın onu, Xanım müəllimi, Gülnar müəllimi özünə yaxın buraxmadığını, Lalə xanımın özünün istədiyi müəllimlərdən pul aldığını bildirmişdir. O, heç nəyi gözü ilə görməmiş, ibtidai istintaq zamanı dediklərini təsdiq etmiş və orada da bununla bağlı hər şeyi olduğu kimi bildirmişdir. Qeyd olunan tədris mərkəzində onlara qarşı çox qanunsuzluqlar olmuşdur. O, Şahid3 tanıdığını və Günay xanımın nəzəriyyə müəllimi olduğunu bildirmişdir. Şahid3 9 saat dərs yükü olmuş və həmin 9 saata görə 100 manat məbləğində pul vermişdir. O, Məlahət xanımı, Sevda xanımı, xadiməni görməmiş və tanımamışdır. İncəsənət mərkəzində lotoreya oyunu teztez oynanılmış, Lalə xanımın lotoreya oynayıb oynamamasını bilməmişdir. Namiq müəllimlə hər hansı bir problemi olmamış, Namiq müəllimin qeyri-qanuni fəaliyyət ilə bağlı ona heç nə məlum olmamışdır. Edilən qanunsuzluqlarla bağlı lazımı yerlərə müraciət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid12 ifadəsində Təqsirləndirilən şəxs və Namiq Rzazadənin rəhbərliyi altında 9 il müəlim vəzifəsində çalışdığını və hər il ona 12 saatdan artıq dərs verilmədiyini bildirmişdir. Etirazı həmişə bunla bağlı olmuş, rəhbərlik cavab olaraq artıq dərsin olmadığını və kolleci bitirdiyinə görə rəhbərliyin ona artıq dərs verə bilmədiyini bildirmişdir. Buna baxmaraq, orada kolleci bitirən bir neçə nəfər müəllim 20 saatdan artıq dərs yükü ilə təmin olunmuşdur. O, artıq dərs istəyəndə rəhbərlik başqa iş tapıb işləməyini bildirmişdirlər. Hər zaman tələbə və müəllimlərin yanında rəhbərlik tərəfindən təhqir olunmuşdur. Günay xanım ona 12 saatlıqdan 8 saatın özündə qaldığını 4 saatı isə Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Məlahət Şıxaliyevanı Nazirliyin əməkdaşları gəldikdən sonra tanımış, əvvəllər Məlahəti iş yerində görməmiş, Şahid15 isə məktəbdə xadimə işləmişdir. O, 12 saat dərs aldığı müddətdə Lalə xanım ona əvvəlcə 12 saat dərs vermiş, sonra isə dərsini 10 saata salmışdır. Qanun üzrə dərs saatının 12 saatdan artıq olmadığını, əvvəlcə 12 saat verildiyini, daha sonra isə istədiyi müəllimlərdən həmin dərs saatının alındığını bildirmişdir. Bir dəfə imtahan zamanı 12 saat dərs yükü olduğu vaxtda Lalə xanım ondan 2 nəfər şagirdi almış və onların öhdəsindən gələ bilmədiyini deyərək onun 2 saatını alaraq dərs yükünü 12 saatdan 10 saata endirmiş və o, 10 saatın maaşını almışdır. Şahid3 həmişə filan qədər məbləğdə pulu ayırıb Təqsirləndirilən şəxs verəcəyini bildirmiş, Günay xanım Təqsirləndirilən şəxs otağına girib-çıxdıqda ona pul verdiyini təxmin etmişdir. Kiminsə Təqsirləndirilən şəxs nəyinsə müqabilində pul verdiyini gözü ilə görməmiş, onun yanında heç kimə pul verilməmiş, lakin Günay xanım hər dəfə kartından pul çıxaranda 100 manat məbləğində pulu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona dərs saatının artırılması müqabilində pul təklifi etməmişdir. 12 saatlıq dərsin maaşı 390 manat məbləğində olmuşdur. Dərs saatının artırılmaması ilə bağlı yuxarı orqanlara şikayət etməmiş, bununla bağlı digər vəzifəli şəxslərə şikayət etməmiş, sadəcə olaraq bununla bağlı Namiq Rzazadəyə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid8 təqsirləndirilən şəxslərlə birlikdə işlədiklərini, özünün 1986-ci ildən Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində kamança müəlliməsi kimi işlədiyini bildirmişdir. Son illər dərs saatları çox azaldığı üçün şikayəti olmuş, yoxlama gəldiyi zaman yoxlamaya şikayətini bildirmişdir. O, müraciət edib yoxlama çağırmamış, yoxlama özü gəlmişdir. Əvvəllər dərs saatı 24 olmuş, sonra isə azalaraq 20 saata düşmüşdür. Səhv etmirsə, Lalə müəllimə 1986-ci ildən mərkəzdə direktor müavini kimi çalışmışdır. Münasibətləri dərs saatlarının azalmasına görə pozulmuşdur. Stajı 37 il olduğu üçün dərs saatlarının yaxşı olmasını istəmişdir. Ondan başqa kamança müəllimələri də olmuş, o, əlavə dərslərin olmasını istəmiş, əlavə dərslərə görə 24 saat dərs saatı qeyd edilmişdir. Bəzi texniki işçiləri tanımış, lakin onları 2 il bundan əvvəl görməmişdir. Onun Namiq müəllimlə heç bir işi olmamış, Lalə xanımdan dərs saatının azlığına görə incimişdir. O, pul verməmiş, nə də ki ondan pul alınmamış, kiminsə pul verməyinin şahidi olmamış, sadəcə gəzən söz-söhbəti eşitmişdir. İki dəfə Şamaxıda dindirildiyini, Bakıda Korrupsiya idarəsinə getmədiyini bildirmişdir. Onun vəzifə maaşı 23 saatın qarşılığı olmuşdur. Heç kim ifadə vermək barədə ona heç nə bildirməmiş, araşdırma başlamamışdan əvvəl heç yerə şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid17 9 ildir ki, qarmon müəllimi işlədiyini, məktəbdə 6 saata işlədiyini, Lalə xanımın məktəbdə olan bütün müəllimlərə dərs yazdığını, amma ona yazmadığını bildirmişdir. Bununla bağlı o, Lalə xanıma dəfələrlə xahiş etmiş, lakin ona əlavə dərs verilməmişdir. Məktəbdə dərs saatlarını Lalə xanım yazmış, o, aylıq 6 saata 70 manat məbləğində maaş almışdır. Bu məsələ ilə bağlı Namiq müəllimə də şikayət etmişdir. Lalə xanım əlavə dərs saatı yazdığı müəllimlərdən rüşvət almışdır. O, musiqi məktəbində 9 il işlədiyi müddət ərzində ona 6 saatdan artıq dərs yazılmamışdır. Lalə xanım ona pul təklifi etməmiş və istəməmişdir. Lalə xanımın digər müəllimlərdən rüşvət aldığını gözü ilə görməmiş, amma eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid14 artıq 35 ildir ki, qarmon müəllimi işlədiyini, Namiq müəllimdən də, Lalə xanımdan da razı olduğunu, onlardan şikayətinin olmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Mərkəzdə kökləyici işinə Elsevər müəllim baxmış, Şahid6 mərkəzdə musiqi alətlərini kökləyən olmuşdur. Şahid4 daha əvvəl görmədiyini və Məlahət xanımı tanıdığını qeyd etmişdir. O, kiminsə Namiq müəllimə və Lalə xanıma rüşvət verdiyini nə görmüş, nə də eşitmişdir. Mərkəzdə 15 saat dərsi olmuş, dərs saatının artırılması ilə bağlı hər hansı bir müraciəti olmamışdır. Lalə xanımın mərkəzdə kiməsə kobud davrandığının şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid15 ifadəsində bildirmişdir ki, onun əri vəfat etmiş, uşaqlarına özü baxmışdır. İsmayıllı rayonu Regional Təhsil Mərkəzinin müdiri Elçin müəllimin göstərişinə əsasən xadimə vəzifəsinə işə götürülmüş, hər gün gedib işini görmüşdür. İşə davamiyyət jurnalına imzanı özü çəkmiş və maaşını almışdır. O, Şamaxı prokurorluğunda da, korrupsiya idarəsində də ifadə vermişdir. Xəstə olanda icazə almış və işə getməmişdir. İşə 10 dəqiqə gecikəndə rəhbərlik işə gecikdiyi üçün onu danlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid10 bildirmişdir ki, o, Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində 30 ildir ki, fortepiano müəlliməsi kimi işləmiş, dərs saatlarının 12 saata gəlib çıxmaması, 9,10,11 saat olduğu üçün dərs saatlarının azlığından şikayətini yoxlamaya bildirmişdir. Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəl digər məktəbdə işləmiş, hələ bu mərkəzə birləşib işləməmişdən əvvəl əmək haqqı yaxşı olmuşdur. Artıq əmək haqqı almaq istədiyini və bunun üçün dərs saatının artırılması ilə bağlı təqsirləndirən şəxs Təqsirləndirilən şəxs müaricət etdiyi zaman dərs saatının artırılacağını bildirmişdir. Namiq müəllimin yanına heç vaxt getməmiş, hər şeyi Lalə xanıma bildirmişdirlər. Namiq müəllim xanımların onun otağına girməyinə özü razı olmamış, bu barədə iclasda bildirmiş, qadınların şöbə müdiri ilə gəlmələrini, hörmət baxımından belə daha uyğun olduğunu qeyd etmişdir. Onlara qarşı kobud rəftar olmamış, bəzi müəllimlərin dərs saatı yüksək olmuşdur. O, vəzifə maaşının tam olmağına razı olmuş, lakin vəzifə maaşı da tam olmamışdır. Sadəcə Lalə xanımdan xahiş etmiş, başqaları ilə bağlı heç nə deməmişdir. Həmin şəxsləri bu il tanıdığını, əvvəllər görmədiyini, Şahid18 qarmon müəllimi olduğunu və hər dəfə işə gəlib getdiyini bildirmişdir. O, pul qarşılığında dərs saatının verildiyini görməmiş, sadəcə ətrafdan eşitmişdir. 1 saat dərsin təxmini 37 manat olduğunu, dərs saatını Lalə xanımın verdiyini, əmək haqqını isə Təhsil Nazirliyinin verdiyini bildirmişdir. Artıq iki ildir ki, hər şeyin yaxşı olduğunu, dərs saatının artıb 15 saat olduğunu qeyd etmişdir. O, ibtidai istintaq zamanı ifadəsini özünün oxumadığını bildirmişdir. Şahid10 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1993-cü ildən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində fortepiano müəlliməsi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 35 ildir ki, Mərkəzdə direktor müavini, X7 9 ildir ki, direktor vəzifəsində işləyir. Namiq Rzazadənin direktor olduğu müddətdə bütün səlahiyyətləri, hətta direktor səlahiyyətlərini belə Təqsirləndirilən şəxs icra etmişdir. Belə ki, hər hansı məsələ ilə əlaqədar Namiq Rzazadənin qəbuluna düşdükdə sonuncu, həmin məsələ ilə əlaqədar Lalə Novruzoyava yaxınlaşmağını bildirmişdir. Lalə Novruozvaya müraciət etdikdə isə sonuncu onu təhqir edərək otağından qovmuşdur. Dərs saatları az olduğundan dəfələrlə Namiq Rzazadə və Təqsirləndirilən şəxs müraciət etmişdir, lakin hər hansı nəticə olmamışdır. O, qeyd etmişdir ki, ona 11 dərs saatı verildiyi halda, rüşvət müqabilində iş stajı və savadı ondan aşağı olan müəllimlərə 30 saatadək dərs saatı verilir. X18 və Təqsirləndirilən şəxs ilə münasibətlərinin korlanmasına səbəb olmuşdur. Daha sonra o, bildirmişdir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində elə müəllimlər vardır ki, onlara dərs saatları çox yazılır, həmin dərs saatlarının isə müəyyən hissəsinin məbləği direktor Namiq Rzazadəyə və müavin Təqsirləndirilən şəxs verilir. Bundan başqa o, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində dərslərin pul müqabilində satılması proseduru barədə bildirmişdir ki, dərs saatı çox olan müəllimlər dərs saatının müəyyən hissəsinin pulunu bankomatdan nağdlaşdıraraq həmin məbləği gətirib Təqsirləndirilən şəxs şəxsən təqdim edirlər. O, bildirmişdir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xadimə işləyən Məlahət Şıxalıyeva, təmirçi kökləyici işləyən Şahid6, texniki işçi olan Şahid4 tanımır, həmin şəxslərin işə gəlmələrinə şahidlik etməmişdir. Təmirçi kökləyici işlərini isə hər zaman Şahid18 görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid11 neçə illərdir ki, dərs saatının artırılması ilə bağlı müraciət etsə də, heç kimin bu məsələyə baxmadığını, hər dəfə ona “dərs yoxdur” deyildiyini bildirmişdir. O, İncəsənət Tədris Mərkəzində 2014-cü ildən qarmon müəllimi işləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Lalə xanımın sanki o mərkəzə şəxsi mülki kimi baxdığını, müəllimlərə qarşı çox haqsızlıqlar olunduğunu bildirmişdir. Onun aylıq 15 saat dərsi olmuş, bir neçə müəllim də bu problemlə üzləşmişdir. Bəzi müəllimlər də var idi ki, onlara əlavə dərs saatı verilmişdir. O, Lalə xanım istəsəydi, ona da əlavə dərs saatı yaza biləcəyini qeyd etmişdir. Lalə xanım əlavə dərs saatının yazılması ilə bağlı ondan heç nə tələb etməmişdir. Ümumiyyətlə, Namiq müəllimin direktor kimi heç bir səlahiyyəti olmamış, demək olar ki, bütün səlahiyyət Lalə xanımın əlində olmuşdur. O, müəllim olaraq, öz vəzifə təlimatları ilə tanış olduğunu, direktor müavininin vəzifə təlimatları ilə də tanış olduğunu bildirmişdir. Lalə xanım öz istədiyi müəllimlərə əlavə dərs saatı vermişdir. Təlimata əsasən, direktor müavininin əlavə dərs saatı vermək kimi vəzifəsinin olmadığını bildirmişdir. Onu Şamaxıda müstəntiq bu işlə bağlı dindirmiş, amma Bakıda dinidirilməmişdir. Lalə xanımın kimdənsə, rüşvət aldığını gözü ilə görməmişdir. Cinayət işi materiallarında adının qarşısında qeyd olunan imzalar ona məxsus olmuşdur. Şahid11 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1998-ci ildən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində qarmon müəlliməsi kimi fəaliyyət göstərir. Əmək fəaliyyəti fərdi olaraq hər bir şagirdə 45 dəqiqə olmaqla qarmon dərsinin tədris edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs 35 ildir ki, Mərkəzdə direktor müavini, X7 9 ildir ki, direktor vəzifəsində işləyir. Namiq Rzazadənin direktor olduğu müddətdə bütün səlahiyyətləri, hətta direktor səlahiyyətlərini belə Təqsirləndirilən şəxs icra etmişdir. Dərs saatları az olduğundan Namiq Rzazadə və Təqsirləndirilən şəxs ilə münasibəti korlanmışdır. Belə ki, ona 15 dərs saatı verildiyi halda, pul müqabilində iş stajı və savadı ondan aşağı olan müəllimlərə 30 saatadək dərs saatı verilmişdir. Sonra o, qeyd etmişdir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində elə müəllimlər vardır ki, onlara dərs saatları çox yazılır, həmin dərs saatlarının isə müəyyən hissəsinin məbləği direktor Namiq Rzazadəyə və direktor müavini Təqsirləndirilən şəxs verilir. Həmin müəllimlərə dərs saatları çox olan bir neçə müəllimi, o cümlədən Şahid3 göstərmişdir. Belə ki, Şahid3 onun yanında Təqsirləndirilən şəxs yaxınlaşaraq əmək haqqından 100 manat pulu vermişdir, sonradan isə bununla bağlı iş yoldaşlarına etirazını bildirişdir. O, qeyd etmişdir ki, Şahid3 12 dərs saatı olmasına baxmayaraq, Təqsirləndirilən şəxs Şahid3 təzyiqlər edərək hər ay 100 manat pul alır. Bundan başqa o, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində dərslərin pul müqabilində satılması proseduru barədə bildirmişdir ki, dərs saatı çox olan müəllimlər dərs saatının müəyyən hissəsinin pulunu bankomatdan nağdlaşdıraraq həmin məbləği gətirib Təqsirləndirilən şəxs şəxsən təqdim etmişlər. Daha sonra o, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xadimə işləyən Məlahət Şıxalıyeva, təmirçi kökləyici işləyən Şahid6, texniki işçi olan Şahid4 tanımır, həmin şəxslərin işə gəlmələrinə şahidlik etməmişdir. Mərkəzdə təmirçi kökləyici işini hər zaman Şahid18 həyata keçirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq pul müqabilində dərslərin bölündüyünü, Günay müəllimin hər ay Lalə xanıma əlavə dərs müqabilində 100 manat məbləğində pul verdiyini bildirmişdir. Günay müəllimin özü onlara Lalə xanıma pul verdiyini demişdir. Şahid4, Şahid6, Məlahət Şıxalıyeva komissiyadan sonra məktəbə gəlmişdirlər. Şahid18 də tanımış, axırıncı dəfə komissiya məktəbi yoxlamaq üçün 2021-ci ildə gəlmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X17 ifadəsində musiqi məktəbində 7 ildir ki, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işlədiyini, onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirmişdir. Həmin musiqi məktəbinin direktoru Namiq müəllim, direktor müavini isə Lalə xanım olmuşdur. O, əsasən musiqi məktəbində təmizlik işlərinə nəzarət etmiş, xadimələrə lazımi yerləri təmizləmələrini bildirmişdir. Məktəbdə 6 nəfər xadimə və 1 nəfər də fəhlə olmuş, onların iş bölgüsü ilə bağlı olan jurnala direktor nəzarət etmişdir. Hər hansı təsərrüfat işçisi işə gəlməmişdən qabaq ona məlumat vermiş, o isə ya direktora, ya da ki direktor müavininə bununla bağlı məlumat vermiş, işçilər gəlmədikləri halda ərizə forması doldurmuşdurlar. Yaşar müəllim və Məlahət xanımın adı dəftərdə olmuş və onlar işə gəlmədikləri halda maaş almışdırlar. Yaşar müəllim fəhlə olmuş, Məlahət xanım isə xadimə kimi işləmişdir. O, bir dəfə Namiq müəllimə bu işçilərin olmaması ilə bağlı sual vermiş, Namiq müəllim onların xəstə olduqlarını, işlərini gəlib tezdən görüb getdiklərini, Lalə xanımın qohumları olduqlarını bildirmişdir. O və direktor Namiq müəllim həmin işçilərin davamiyyətinə cavabdeh olmuşdurlar. Lalə xanım ona kimin işə gəlib-gəlməməsi barədə, həmçinin maaş cədvəlinə dəyişilik edilib-edilməməsi ilə də bağlı heç nə deməmişdir. Şahid19 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 1984-cü ildən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində qarmon ixtisası üzrə müəllimə işləyir. Təqsirləndirilən şəxs 35 ildir ki, Mərkəzdə direktor müavini, X7 9 ildir ki, direktor vəzifəsində işləyir. O, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xadimə işləyən Məlahət Şıxalıyeva və Şahid4 tanımır, adı çəkilən şəxslər ümumiyyətlə işə gəlməmişlər, Şahid6 isə Şahid18 həyat yoldaşıdır. Şahid6 işə gəldiyini görməmişdir, lakin kökləyici işlərini Şahid6 əvəzinə Şahid18 həyata keçirdiyinin şahidi olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin Baş məsləhətçisi Rəşad Əliyev, məsləhətçi Tünhan Ağakişiyev və Georgi Şaroyev, 35 nömrəli musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Nüşabə Quliyevanın iştirakı ilə tərtib edilmiş aktın məzmunundan görünür ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində yoxlama aparılarkən Mərkəzin direktor müavini Lalə Zakirova yoxlamaya hər vəchlə maneçilik törətmiş, Mərkəzə aid sənədlər yoxlanılan zaman güc tətbiq edərək həmin sənədləri zorla Nazirliyin nümayəndələrindən alaraq qaytarmamış, sənədləri təqdim etməkdən imtina etmiş, Nazirliyin əməkdaşlarına və Mərkəzin müəllimlərinə açıq-aşkar hədə qorxu gələrək rəhbər şəxsə nalayiq ifadələr işlətmiş, izahat verməkdən imtina etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəm Ekspertiza Mərkəzindən daxil olmuş 18 may 2022-ci il tarixli, 4/584 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət idarəsinin davamiyyət kitabında xx.xx.2021-cı il tarixdən xx.xx.2022-cı il tarixədək 11-ci sırada "Babayeva Kamalə" adı qarşısında "Geldi" və "Getdi" qrafalarındakı imzalar - Şahid18 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsinin davamiyyət kitabında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 11-ci sırada "Babayeva Kamalə" adı qarşısında "Geldi" və "Getdi" qrafalarındakı imzalar - Şahid6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsinin davamiyyət kitabında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-cı il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10-cu sırada "Şıxaliyeva Məlahət" adı qarşısında "Geldi" və “Getdi” imzalar - X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət idarəsinin davamiyyət kitabında xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-cı il tarixdə 13-cü sırada "Şahid4" adı qarşısında "Geldi" və "Getdi" qrafalarındakı imzalar - Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsinin davamiyyət kitabında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci İl tarixədək 10-cu sırada "Şıxaliyeva Məlahət" adı qarşısında "Geldi" və "Getdi" qrafalarındakı imzaların; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət idarəsinin davamiyyət kitabında xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə 13-cü sırada "Şahid4" adı qarşısında "Geldi" və "Getdi" qrafalarındakı imzaların - X19 tərəfindən, Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən tərtib edilmiş 16 iyun 2022-ci il tarixli rəyə əsasən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin işçilərinin adına açılmış əmək haqqı hesablarına əsassız pul vəsaitləri mədaxil edilməklə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Şahid6 əmək haqqı kartı üzrə 17737,68 manat mədaxil, 17080,53 manat məxaric əməliyyatları həyata keçirilmiş, dövrün sonuna 657,15 manat qalıq qalmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şahid15 əmək haqqı kartı üzrə 2491,37 manat mədaxil, 2490,52 manat məxaric əməliyyatları həyata keçirilmiş, dövrün sonuna 0,85 manat qalıq qalmışdır. xx.xx.2016-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X5 əmək haqqı kartı üzrə 12290,23 manat mədaxil, 12289,36 manat məxaric əməliyyatları həyata keçirilmiş, dövrün sonuna 0,87 manat qalıq qalmışdır. xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək X9 əmək haqqı kaıtı üzrə 15902,23 manat mədaxil, 15901,88 manat məxaric əməliyyatları həyata keçirilmiş, dövrün sonuna 0,35 manat qalıq qalmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsindən daxil olmuş Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin 2013-2022-ci illər üçün əmək haqqı cədvəllərinə əsasən, həmin Mərkəzdə xadimə işləyən X6 adına "xxxx" ASC-də açılmış 416974*******4930 hesab nömrəli plastik bank kartına 2016-cı il ərzində 792,65 (yeddi yüz doxsan iki manat altmış beş qəpik) manat, 2017-ci il ərzində 1.377,4 (bir min üç yüz yetmiş yeddi manat qırx qəpik) manat, 2018-ci il ərzində 1.626,19 (bir min altı yüz iyirmi altı manat on doqquz qəpik) manat, 2019-cu il ərzində 2.285,73 (iki min iki yüz səksən beş manat yetmiş üç qəpik) manat, 2020-ci il ərzində 2.610,3 (iki min altı yüz on manat otuz qəpik) manat, 2021-ci il ərzində ' 2.779,2 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi qəpik) manat, 2022-ci il üçün 818,76 (səkkiz yüz on səkkiz manat yetmiş altı qəpik) manat olmaqla, ümumilikdə 12.290,23 manat (on iki min İki yüz doxsan manat iyirmi üç qəpik) manat pul mədaxil edilmişdir. Cinayət işi materiallarında olan “Baxış keçirilməsi haqqında” 10 iyun 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, “Kapital Bank" ASC-dən daxil olmuş X6 adına açılmış 416974*******4930 nömrəli əmək haqqı kartına xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə 12.290,23 manat (on iki min iki yüz doxsan manat iyirmi üç qəpik) manat pul mədaxil edilmiş və həmin məbləğ kartdan məxəric edilmişdir. Bundan başqa kartdan pulun nağdlaşdırılması zamanı Təqsirləndirilən şəxs fotoşəkilləri qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bakcell MMC-dən və "xxxx" MMC-dən daxil olmuş disklərə baxış keçirilməsi haqqında protokollardandan görünür ki, X4 adına rəsmiləşdirilmiş “**********” saylı, X10 adına rəsmiləşdirilmiş “**********” saylı, X12 adına rəsmiləşdirilmiş “**********” saylı və Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş “**********” saylı mobil nömrələrinə 01 yanvar 2019-cu il tarixdən 01 aprel 2022-ci il tarixədək olan dövr ərzində aparılmış daxnışıqlar üzrə daxil olan və çıxan zənglərin cədvəlləri, SMS-lərin mətnləri, MMS-lə aparılan danışıqların antenləri üzrə məmlumatlara baxış keçirilən zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsindən daxil olmuş Şamaxı şəhər incəsənət Təhsili Mərkəzinin 2013-2022-ci illər üçün əmək haqqı cədvəllərinə əsasən müəyyən edilmişdir ki, həmin Mərkəzdə bağban işləyən Şahid4 adına “Kapital Bank" ASC-də açılmış 416974*******7649 hesab nömrəli plastik bank kartına 2013-cü il ərzində 204,6 (iki yüz dörd manat altmış qəpik) manat, 2014-cü il ərzində 1.235,36 (bir min iki yüz otuz beş manat otuz altı qəpik) manat, 2015-ci il ərzində 1.234,24 (bir min iki yüz otuz dörd manat iyirmi dörd qəpik) manat, 2016-cı il ərzində 1.493,15 (bir min dörd yüz doxsan üç manat on beş qəpik) manat, 2017- ci il ərzində 1.377,4 (bir min üç yüz yetmiş yeddi manat qırx qəpik) manat, 2018- ci il ərzində 1.626,19 (bir min altı yüz iyirmi altı manat on doqquz qəpik) manat, 2019-cu il ərzində 2.285,73 (iki min iki yüz səksən beş manat yetmiş üç qəpik) manat, 2020-ci il ərzində 2.847,6 (iki min səkkiz yüz qırx yeddi manat altmış qəpik) manat, 2021-ci il ərzində 2.779,2 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi qəpik) manat, 2022-ci il üçün 818,76 (səkkiz yüz on səkkiz manat yetmiş altı qəpik) manat olmaqla, ümumilikdə 15.902,23 manat (on beş min doqquz yüz iki manat iyirmi üç qəpik) manat pul mədaxil edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, “Kapital Bank" ASC-dən daxil olmuş Şahid4 adına açılmış 416974*******7649 nömrəli əmək haqqı kartına xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə 15.902,23 manat (on beş min doqquz yüz iki manat iyirmi üç qəpik) manat pul mədaxil edilmişdir. Həmçinin, kartdan pulun nağdlaşdırılması zamanı X12 fotoşəkilləri qeydə alınmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsindən daxil olmuş Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin 2013-2022-ci illər üçün əmək haqqı cədvəllərinə əsasən, həmin Mərkəzdə musiqi alətlərinin təmirçi-kökləyicisi işləyən Şahid6 adına "xxxx" ASC-də açılmış 416974*******6830 hesab nömrəli plastik bank kartına 2013-cü ilin noyabr-dekabr ayları ərzində 225,5 (iki yüz iyirmi beş manat əlli qəpik) manat, 2014-cü il ərzində 1.420,81 (bir min dörd yüz iyirmi manat səksən bir qəpik) manat, 2015-ci il ərzində 1.413,97 (bir min dörd yüz on üç manat doxsan yeddi P, qəpik) manat, 2016-cı il ərzində 1.540,08 (bir min beş yüz qırx manat səkkiz qəpik) manat, 2017-ci il ərzində 1.571,2 (bir min beş yüz yetmiş bir manat iyirmi qəpik) manat, 2018-ci il ərzində 1.722,55 (bir min yeddi yüz iyirmi iki manat əlli beş qəpik) manat, 2019cu il ərzində 2.542,79 (iki min beş yüz qırx iki manat yetmiş doqquz qəpik) manat, 2020-ci il ərzində 3.176,04 (üç min bir yüz yetmiş altı manat dörd qəpik) manat, 2021-ci il ərzində 3.209,42 (üç min iki yüz doqquz M manat qırx iki qəpik) manat, 2022-ci il ərzində 915,32 (doqquz yüz on beş manat otuz iki qəpik) manat olmaqla, ümumilikdə 17.737,68 manat (on yeddi min yeddi yüz otuz yeddi manat altmış səkkiz qəpik) manat pul mədaxil edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, “Kapital Bank" ASC-dən daxil olmuş Şahid6 adına açılmış 416974*******7649 nömrəli əmək haqqı kartına xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə 17.737,68 manat (on yeddi min yeddi yüz otuz yeddi manat altmış səkkiz qəpik) manat pul mədaxil edilmişdir. Həmçinin, kartdan pulun nağdlaşdırılması zamanı Şahid18 fotoşəkilləri qeydə alınmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin hər ayın dərs saatlarının miqdarını müəyyən edən cədvəlindən görünür ki, qeyd olunan cədvəllər Təqsirləndirilən şəxs və Namiq Rzazadə tərəfindən təsdiq olunaraq imzalanmışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üzrə 01 noyabr 2013-cü il tarixli 93 nömrəli əmrlə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarından görünür ki, X16 xx.xx.2016-cı il tarixli əmrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xadimə olaraq işə qəbul edilmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid6 xx.xx.2013-cü il tarixli əmrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı şəhər incəsənət Təhsili Mərkəzində musiqi alətlərinin təmirçi-kökləyicisi olaraq işə qəbul edilmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid4 xx.xx.2013-cü il tarixli əmrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı şəhər incəsənət Təhsili Mərkəzində fəhlə olaraq işə qəbul edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi"nə əsasən, həmin Mərkəzin direktor müavinin vəzifələri tədris plan və proqramlarının tam yerinə yetirilməsi işini təşkil etmək, tədris prosesinin yüksək səviyyədə qurulmasına, dərsin keyfiyyətinə, təlim-tərbiyə və metodiki işlərin səmərəli aparılmasına, nizam-intizam qaydalarına riayət edilməsinə məsuliyyət daşımaq, dərs cədvəlini tərtib edib direktorun təsdiqinə vermək, tədris plan və proqramlarının yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və hər yarımilin sonunda bu işi yekunlaşdıraraq pedaqoji şuranın müzakirəsinə çıxarmaq, müəllimlərin dərslərinə mütəmadi olaraq nəzarət etmək, onların dərslərini dinləmək, təhlil etmək, müəllimlərin açıq dərslərini təşkil etmək, müasir dərsə olan tələblərin əməli surətdə tətbiq edilməsində müəllimlərə metodiki kömək göstərmək, qabaqcıl iş təcrübəsinin Öyrənilməsi və yayılmasını təşkil etmək, bu və ya digər səbəbdən işə çıxmayan məllimlərin həftəlik dərs yükünü jurnallar əsasında hesablamaq və aylıq əmək haqqının ödənilməsi üçün həftəlik dərs saatlarının miqdarı cədvəlini mühasibatlığa təqdim etmək, şagirdlərin müəllimlər arasında bölgüsünü aparmaq, dərsə davamiyyətə nəzarət etmək, imtahanların, bağlı akademik konsertlərin, dinləmələrin vaxtını təyin etmək, direktor olmayanda qanunvericiliyə uyğun olaraq onu əvəz etməkdən ibarətdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi”nə əsasən, Mərkəzin direktorunun vəzifələri məktəbin bütün fəaliyyətinə rəhbərlik etmək və şəxsən məsuliyyət daşımaq, tabe olduğu rəhbər orqanların əmr, qərar və göstərişlərini yerinə yetirmək, bütün dövlət qurumlarında, məhkəmə orqanlarında Məktəbi təmsil etmək, Əsasnamənin 2-ci bölməsinin 2.3-cü bəndinə uyğun şöbə və ixtisas sinfi açmaq, ödənişli təhsil üzrə hər hansı bir şöbə və ixtisas sinfi açmaq, tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək, onların arasında iş bölgüsünü təşkil etmək və perspektiv planların tərtib olunmasına və icrasına nəzarət etmək, inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləmək, məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görmək, tədris planları və proqramlarının tam yerinə yetirilməsinə nəzarət etmək, təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət etmək, illik xərclər smetasının tərtibinə dair təkliflər vermək, müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul etmək, müəllimləri qanuna müvafiq qaydada işdən azad etmək, şöbə müdirlərini vəzifəyə təyin və azad etmək, inzibati və xidmətedici heyəti, eyni zamanda ödənişli təhsil üzrə müəllimləri, mühasibi, inzibati və xidmətedici heyəti işə qəbul və azad etmək, müəllimlər arasında dərs yüklərinin bölgüsünü aparmaq və müəllimin ixtisasına uyğun dərs yükü bölgüsünü aparmaq, müəllimlərin tarifləşmə cədvəlini hazırlamaq, müəllimlərin dərslərini dinləmək, təhsilin keyfiyyətinə nəzarət etmək, pedaqoji şuranın iclaslarına sədrlik etmək, məktəbdaxili intizam qaydalarını, dərs cədvəlini, məktəbin və şöbələrin iş planlarını təsdiq etmək, illik xərclər smetası üzrə məktəbin avadanlıq, dərsliklər, tədris-metodiki vəsaitlərlə təmin olunması üçün tədbirlər görmək, ödənişli təhsil və digər fəaliyyət üzrə banklarda hesablaşma hesabı və digər hesablar açmaq, pedaqoji fəaliyyətdə və təşkilati işlərdə xüsusi fərqlənən müəllimləri və digər işçiləri mükafatlandırmaq, məktəbdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq etmək, məktəb əmlakının qorunub saxlanılmasına cavabdeh olmaq, illik xərclər smetası üzrə Məktəb binasının təmir olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə təkliflər vermək, məktəbdə texniki təhlükəsizliyin, yanğından mühafizənin, gigiyena-sanitariya rejiminin təmin edilməsini təşkil etməkdən ibarətdir. Cinayət işi materiallarında olan X19 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 14 may 2024-cü il tarixli, 298/KEŞ saylı rəyinə əsasən X12 “Sol beyin yarmkürəsində hemorragik insult. Hipertoniya xəstəliyi İİİ mərhələ. Beynin xroniki işemiyası. Serebral ateroskleroz. Koqnitiv funksiyasının enməsi. Amneziya” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Qeyd edilən xəsəliklər xroniki gedişlidir. Namiq Rzazadənin hazırda yataq rejimində olduğunu nəzərə alaraq, halhazırda onun məhkəmə iclaslarında iştirakı məqsədə müvafiq hesab edilməmişdir. Namiq Rzazadənin məhkəmə-tibbi müayinəsi zamanı onda simulyasiya əlamətləri müşahidə olunmamışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərarı ilə X19 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraatın X12 təqsirləndirilməsinə aid hissəsi ayrıca icraata ayrılmış və həmin icraat təqsirləndirilən şəxs X2 dayandırılmışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir və o, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün dəlillər gətirərək X6 əmək haqqı kartını guya sonuncu ilə lotoreya oynadıqları üçün götürüb həmin kartdan pulu nağdlaşdıraraq Məlahət Şıxaliyevanın lotoreya ödənişini etdiyini, Şahid1 və Şahid3 əmək haqqına əlavə yazılmış dərs saatlarına görə hesablanmış pul vəsaitini almadığını, bundan başqa Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində davamiyyət jurnalına nəzarəti həyata keçirməyin onun vəzifəsi olmadığını, Mərkəzin təsərrüfat müdirinin vəzifəsi olduğuna görə işə gəlməyən şəxslərin qanunsuz əməlləri barədə guya məlumatsız olduğu barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin iş üzrə şahidlər X13, Şahid4, Şahid18, Şahid10, Şahid2 və Şahid11 ibtidai istintaq zamanı verdikləri ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017 ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi, məhkəmə, Təqsirləndirilən şəxs 63 yaşının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan 24 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Lakin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan və məhkəmə iclası yekunlaşmadan məhkəmə iclas zalını tərk etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməli və cəza çəkmə müddətinin başlanğıcı onun tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə dəymiş ziyanın əvəzi olaraq 64.430,14 (altmış dörd min dörd yüz otuz manat, on dörd qəpik) manat məbləğində verilmiş mülki iddia tələbinin məbləğini dəqiqləşdirərək 32.215,07 (otuz iki min iki yüz on beş manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutulması barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1ci maddəsinəəsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərər çəkmiş hüquqi şəxs (mülki iddiaçı) qanunun tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddiziyan qismində 32.215,07 (otuz iki min iki yüz on beş manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Mədəniyyat Nazirliyinə ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, mülki iddia təmin edilməli, maddi ziyan qismində 32.215,07 (otuz iki min iki yüz on beş manat yeddi qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş hüquqi şəxs, mülki iddiaçı Azərbaycan Respublikası Mədəniyyat Nazirliyinə ödənilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2- ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış "Kapital Bank” ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışların və 01 ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskin, cinayət işinə əlavə edilmiş Şahid2 səs yazısının qeydə alındığı 01 ədəd diskin, əmək haqqı cədvəlləri və davamiyyət kitabının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 52 (əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, barəsində axtarış elan edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "Kapital Bank” ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışların və 01 ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskin, cinayət işinə əlavə edilmiş səs yazısının qeydə alındığı 01 ədəd diskin, əmək haqqı cədvəlləri və davamiyyət kitabının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 32.215,07 manat (otuz iki min iki yüz on beş manat yeddi qəpik) məbləğində pul tutularaq zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ödənilsin. Təqsirləndirilən şəxs 52 (əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar