Məhkəmə qərarları › İş №1(124)-10/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-10/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-10/2023 24.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər– Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1998-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Xızı rayonu, Sitalçay kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-ci maddəsi, xx.xx.1993-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və orada yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 1,588 qram psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq, yəni 5,858 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, yaşadığı evə daşıyaraq özünə məxsus yataq otağında saxlamış, xx.xx.2021-ci il tarixdə saat 07 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən evində saxlanılaraq Xızı RPŞ-yə aparılmış, həmin gün saat 15:54-də onun yaşadığı evə - özünün yataq otağına baxış keçirilən zaman döşəməyə sərilmiş ağ örtüklü döşəyin altından 2 ədəd kiçik ölçülü şəffaf plastik qutudan birinin qutunun içərisində gümüş rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkisi 1,588 qram psixotrop maddə metamfetamin, digər plastik qutunun içərisində açıq halda təmiz çəkisi 5,858 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 7,310 qram narkotik maddə olan heroini, şəxsi istehlak miqdarından artıq, yəni 1,588 qram psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq, yəni 5,858 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, mənimsəyərək üzərində və yaşadığı evdə özünə məxsus yataq otağında saxlamış və daşımış, xx.xx.2021-ci il tarixdə yaşadığı Xızı rayonu, Sitalçay kəndi ərazisində saxlanılaraq, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış istintaq hərəkəti aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ cibinin üzərindəki kiçik cibdən 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 0,235 qram narkotik vasitə olan heroin, eləcə də, şübhəli şəxsin verdiyi məlumat əsasında onun yaşadığı evə - özünün yataq otağına baxış keçirilən zaman döşəməyə sərilmiş ağ örtüklü döşəyin altından 2 ədəd kiçik ölçülü şəffaf plastik qutudan birinin içərisində 2 (iki) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş halda ayrı-ayrılıqda çəkiləri 4,361 və 2,949 qram olmaqla, ümumi çəkisi 7,310 qram narkotik vasitə olan heroin, həmin qutunun içərisində gümüüş rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkisi 1,588 qram psixotrop maddə metamfetamin, digər plastik qutunun içərisində açıq halda təmiz çəkisi 5,858 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 0,336 qram narkotik vasitə olan heroini qanunsuz olaraq Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs2 əldə edib üzərində saxlamış və daşımış, xx.xx.2021-ci il tarixdə, saat 12:00-da yaşadığı Xızı rayonu, Sitalçay kəndi ərazisində, dəmir yolunun kənarında saxlanılaraq müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik cibdən 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 0,336 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, qardaşı mühafizəçi işləyir, hadisə günü səhər oyanaraq qardaşı işdən gələcəyi üçün qapını açıb yenidən yatmışdır. Sonra oyanıb polis əməkdaşlarını evin içində görmüşdür. Polislər gələndə Rəşad da onun yanında yatmışdır. Öz üzərində 5 qram marixuana və 1,588 qram metamfetamin olmuş, 7,310 qram heroin isə onun olmamışdır. 1 il 6 aydır ki, narkotik vasitə istifadə etmiş, saxlanarkən evdə anası Qayıbova Aynurə və qardaşı Qayıbov Ramazan da olmuşdur. Səhər saat 7-də polislər onları maşına mindirib Xızı RPŞ-nə aparmışlar. Orxan adlı polis heroini üzərinə götürməyə onu məcbur etmişdir. Daha sonra onu şöbədə Rəşadın olduğu otağa aparmışlar. Günorta saat 12-13 radələrində onları Sitalçaya aparmış, 1-ci dəmiryolunun kənarında vağzalın yanında Rəşadın çəkilişini aparmışlar. Həmin yer onun yaşadığı evdən 100 metr aralı olmuş, sonra evdə onun barəsində çəkiliş aparmışlar. Narkotik vasitələrin satışı ilə özünü təqsirli bilməmiş, ancaq istifadəsində özünü təqsirli bilmişdir. Onları tutanda qonşuları Səmədov Əfşan hadisəni görmüşdür. Çəkilişdən sonra onlar Xızıya aparılmışdır. Hadisə zamanı üzərində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Mobil telefonu onu saxlayan əməliyyatçılar tərəfindən götürülmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, oxumamış imzaladığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, O, Samiri çoxdan tanımış, onların evini təmir etmiş, yol uzaq olduğu üçün gedib-gəlməkdə çətinlik çəkmiş, ona görə onların evində Samirin otağında qalmışdır. Səhər saat 7-də yatdıqları yerdən polis əməkdaşları onları tutaraq şöbəyə aparmışlar. Onun üzərində çəkilmiş halda, falqada metamfetamin olmuş, amma ittiham aktında göstərilən heroinin onun üzərində olmamışdır. Polis əməkdaşları heroini onun üzərinə qoymuşlar. 3-4 ay olardı ki, narkotik vasitə metamfetamin istifadə etmiş, Samirdən heç vaxt narkotik vasitə almamışdır. Onu saat 12 radələrində mağazanın yanında tutmamışlar. Telefon işlətməmişdir. İstintaq dövründə təzyiq altında olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Xızı RPŞ-nin NMQ-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, oranın sakini olmayan bir nəfərin Sitalçay ərazisində narkotik vasitələri üzərində gəzdirməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və həmin gün saat 12 radələrində Sitalçay ərazisində Rəşad Budaqov saxlanılmışdır. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 evində usta işlədiyini və bunun müqabilində Samirin narkotik vasitəni ona pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onda əvvəl şifahi məlumat olmuşdur. Təqsirləndirilən şəxslərə hər hansı fiziki və psixi təsir olmamışdır. Sitalçaya 2 dəfə getmişlər. 1-ci dəfə saat 12 radələrində Sitalçaya Təqsirləndirilən şəxs1 tutularkən, 2-ci dəfə isə Təqsirləndirilən şəxs2 tutmaq üçün getmişlər. Həmin vaxt üzərində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələri olmuş, vəkil Nəriman Şirinov da axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 07 radələrində və Təqsirləndirilən şəxs2 yaşadığı evdə saxlanılmamışlar. Təqsirləndirilən şəxslərə qarşı hər qanunsuzluq və təzyiq, işgəncə olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid1 ifadəsində həmçinin göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs2 evində əvvəllər olmamış, onun evinə yalnız baxış keçirilərkən daxil olmuşdur. Samirin atasının şəxsi axtarış zamanı çəkilişdə orada olması yadında qalmamışdır. Samir narkotik vasitənin yerini əvvəlcədən deməmişdir. Samirgilin evi 3 otaq, bir zaldan ibarət olmuşdur. Samirin üzərində narkotik vasitə olmasını bilməmişdir. Samiri birbaşa evinə aparmışlar. Şahid1 Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən mobil telefonlarının Xızı RPŞ-nin antenində olmasını məhkəmədə izah edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Xızı RPŞ-nin Təhqiqat qrupu təhqiqatçı Şahid2 ifadəsində göstərdi ki, Sitalçay ərazisində bir nəfər naməlum şəxsin narkotik vasitələri üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və həmin şəxsin Rəşad Budaqov olması müəyyənləşdirilmişdir. Onlar Rəşadı saxlamışlar və video çəkiliş vasitəsilə onun barəsində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Rəşadın üzərindən heroin aşkar olunmuş, sorğu zamanı Rəşad narkotik vasitəni Samirdən aldığını bildirmişdir. X11 ərazisində saxlamışlar. Samirin üzərində narkotik vasitə olan heroin aşkar edilmiş və evində də narkotik vasitə olmasını etiraf etmişdir. Samirin razılığı ilə evinə baxış keçirmiş, evindən marixuana və heroin aşkar olunmuşdur. ***-***-**-** mobil nömrəsi onun istifadəsində olmuşdur. Onlar səhər-səhər Sitalçayda xidmət aparmış, Rəşad barədə məlumat günün 1-ci hissəsində daxil olmuşdur. Onlar həmin gün Sitalçayda olmuş, ordan çıxmamışlar. Əməliyyat zamanı mobil telefonu üzərində olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu tutulmamışdan 7-8 ay əvvəl 102-yə məlumat vermişdir. Seyid adlı rəis müavini gəlmiş, ona oğlunun narkoman olduğunu, ona kömək etməsini bildirmişdir. Samir tutulan vaxt o, evdə olmamışdır. Oğlunun narkotik vasitə satması barədə məlumatı olmamışdır. Səhər saat 8də evə gəlmiş, bu zaman Samiri polislərin apardığını eşitmişdir. Günorta polislər oğlu ilə birlikdə gəlib çəkiliş etmişlər. O, İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xızı RPŞ-nin İstintaq Qrupunun sabiq baş müstəntiqi, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, qeyd edilən cinayət işi üzrə onlar əvvəlcə Sitalçay ərazisində Təqsirləndirilən şəxs1 saxlamışlar və video çəkiliş vasitəsilə onun barəsində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən heroin aşkar olunmuş və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 Sitalçay ərazisində evinin yaxınlığında saxlamışlar. Əməliyyat qrupu 2 qrupdan ibarət olmuşdur. Samir və Rəşad birlikdə olmamışdır. Saat neçə olması yadında qalmamışdır. Video çəkiliş zamanı saatın neçə olmasını hadisə günü saata baxıb demişdir. Video görüntülərdəki saatları və yazdığı protokolları təsdiq etmişdir. Rəşadı tutandan sonra Sitalçayda olmuşlar. Vəkili əvvəlcədən çağırmışlar. Protokolu əlyazma ilə yazmış, sonra kompyuter vasitəsi ilə rəsmiləşdirmişdir. Saxlanılarkən Samirin yanında heç kim olmamışdır. Samirin atasını və anasını tanıyır, saxlanılarkən Samirin atası və anası orada olmamışdır. Samirin telefonunu ola bilər ki, əməliyyatçılar ona vermişdir. Video görüntülərin disklərə nə vaxt yazılması yadında olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. xx.xx.2021-ci il tarixdə səhər 07 radələrində Sitalçay kəndində yaşadıqları evin qapısı tərəfdə səs-küy eşitmişdir. Qapıdan çölə çıxanda 3 nəfər polis əməkdaşı onu əhatəyə almış, onun Samir olduğunu zənn etmişlər. Anası onun Samir olmadığını bildirmişdir. Birinci onu tutan 3 nəfər olmuşdur, daha sonra polis əməkdaşları yaşadıqları evə daxil olaraq qardaşı Samiri və onun dostu Rəşadı tutduqdan sonra evdə axtarış edərək, təxminən 15 dəqiqə sonra ikisini də aparmışlar. Evdən çıxarkən polis əməkdaşlarının əlində şəffaf plastik qab olmuşdur. Polis əməkdaşları həmin qabı Samirin otağından tapmışlar. Polis əməkdaşları dediklərindən başa düşmüşdür ki, həmin qabda narkotik vasitə vardır. Samiri ayaqqabısız aparmışlar. O, evdə olmayanda polis əməkdaşları Samir və Rəşadla birlikdə günorta çəkilişlə yenidən gəlmışlər. Qardaşı Samirin narkotik vasitə istifadə etdiyini az müddət olardı ki, bilmiş, atasının polisə müraciət etdiyinindən xəbəri olmamışdır. Atası ilə Samirin arasında münasibətlər normal olmuş, hərdən narkotiklə bağlı mübahisələri olmuş, Samir atasına düzələcəyini bildirmişdir.Rəşadın narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 17 ildir ki,Sitalçay kəndində Təqsirləndirilən şəxs2la qonşudur. Eyni məhəllədə 30-35 metr məsafədə qonşuluqda qalırlar. O, həmçinin evində bir qədər aralıda dəmiryolunda işləyir. Onun işlədiyi yerdən Samirgilin evləri görünür. xx.xx.2021-ci il tarixdə səhər saat 06:30 radələrində işə getmiş, 5-10 dəqiqə sonra qapını açıb çölə baxanda bir mülki maşın və iki post patrul avtomaşının gəlib Samirgilin qapısında dayandığını görmüşdür. O, bir az yaxın gəlmiş, polislərin Samirigilin həyətlərinə keçdiyini görmüşdür. Onun iş yeri və onların evi dəmir yoluna yaxındır. Dəmiyolunun üstündən baxmış, qapılarına getməmişdir. Evlərinin arasında dəmir yolu var. Bir az keçdikdən sonra Samirin və başqa birinin əlləri bağlı maşına mindirilib aparıldığını görmüşdür. Sonra polislər də çıxıb getçmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 20 sentyabr 2021-ci il tarixli “təxirəsalınmaz əməliyyat tədbirləriinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və üzərində saxlaması və satışında şübhəli bilinməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 6) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 20 sentyabr 2021-ci il tarixli “təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və üzərində saxlaması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması barədə” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızı bükümü çıxarıb təqdim etdi. Ondan təqdim etdiyi bükümdə nə olması soruşuldu və o, bildirdi ki, bükümdə narkotik vasitə “kokos” vardır. Bu zaman qızılı rəngli siqaret kağızı bükümü açılan zaman içərisində narkotik vasitə heroinə bənzər açıq-qəhvəyi rəngli toz halda kütlə aşkar olundu. Şübhəli şəxsdən həmin bükülüləri haradan əldə etməsi soruşulduqda o, bildirdi ki, həmin narkotik vasitəni evini təmir etdiyi qohumu, Sitalçay kənd sakini Samir adlı şəxs ona pay vermişdir. (cild 1, iş vərəqə 23-26) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması barədə” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın cibinin üzərindəki kiçik cibində gizlətdiyi narkotik vasitə olan kakosu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitəni qablaşdırmışlar. Orada polis əməkdaşları ondan başqa hardasa narkotik vasitə saxlayıb-saxlamamağı barədə soruşmuşlar. O da bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə vardır. (cild 1, iş vərəqə 52-55) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi barədə” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa otaqlarının birində öz şəxsi yataq otağında döşəməyə atılmış yun döşəyin altında olan kiçik ölçülü 2 (iki) ədəd şəffaf plasmas qabların yerini göstərmiş və bununla bağlı həmin qabların içərisində nə olduğu ondan soruşulduqda, Təqsirləndirilən şəxs2 həmin qabların birinin içərisində "nəşə", digər qabın içərisində isə "heroin" olduğunu bildirmişdir. ( cild 1, iş vərəqə 57-60) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəməbioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/971 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 131” dairəvi möhür əksi “HK-1/231(202) nömrəli material üzrə...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf plastik qabda təmiz çəkisi 5,858 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. ( cild 1, iş vərəqə 80-82) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Xızı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti tətbiq olunmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur.( cild 1, iş vərəqə 146-147) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Siyəzən rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il şərti sınaq müddəti tətbiq olunmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur.( cild 1, iş vərəqə 144- 145) Cinayət işinin materiallarında olan Xızı rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xızı rayonu, Sitalçay kəndində yaşayır, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 203-205) Cinayət işinin materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Quliyev X9 şəhəri, Xətai küçəsi ev 12 ünvanında qeydiyyatdadır və orada yaşayır, barəsində icra nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır.( cild 1, iş vərəqə 221-222) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq qeyd edir ki, həmin maddələrin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının topladığı və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi ayrı-ayrı sübutların mötəbərliyinə və mümkünlüyünə bütövlükdə elə bir şübhələr vardır ki, məhkəmə ittiham tərəfinin həmin sübutları əsasında Təqsirləndirilən şəxs1 təqsirli bilinməsi və cəzalandırılmasını mümkünsüz hesab etmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 əməlinin tövsif edilməsinin zəruri olması nəticəsinə gəlmişdir. Belə ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs1 təqsirini təsdiq edən əsas sübut kimi məhkəməyə təqdim etdiyi sənəd “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 sentyabr 2021-ci il tarixli protokol olmuşdur. Protokola əsasən bu istintaq hərəkətinin aparılması saat 12:10-da başlanılmış və saat 12:35-də başa çatdırılmışdır. Protokol Xızı RPŞ-nin İstintaq Qrupunun sabiq baş müstəntiqi, polis kapitanı Şahid4 tərəfindən tərtib olunmaqla bu istintaq hərəkətinin aparılmasında şübhəli şəxs Təqsirləndirilən şəxs1 başqa müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6, eləcə də polis əməkdaşları Xızı RPŞnin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirak etmişlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatlara, yəni onların 20 sentyabr 2021-ci il tarixdə səhər saat 07 radələrində Sitalçay kəndində yerləşən evdən polis əməkdaşları tərəfindən tutularaq Xızı RPŞ-yə gətirilmələri və həmin saat 14 radələrinədək təxminən 6 saat ərzində polis şöbəsində olmaları, yalnız saat 14 radələrindən sonra hər ikisinin polis əməkdaşlarının müşayiəti ilə Sitalçay kəndində gətirilərək videoçəkilişlə şəxsi axtarış və evə baxış keçirilməsini ittiham tərəfi mübahisələndirməyə çalışsa belə, məhkəmə istintaqı zamanı kifayət qədər sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın aparılması 20 sentyabr 2021-ci il tarixdə saat 14-15 radələrində başlanılmış, onun ardınca isə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və evinə baxış keçirilmişdir. Həm Təqsirləndirilən şəxs1, həm də ki, Təqsirləndirilən şəxs2 saxlanılmasından ən azı 6 saat sonra onların üzərinə şəxsi axtarış və evə baxış keçirilməsi, bu müddət ərzində onların tamamilə polisin nəzarəti altında olması, narkotik vasitə heroinin təqsirləndirilən şəxslərin üzərinə və evdən əvvəlcədən götürülmüş qutuların içinə digər şəxslər tərəfindən qoyula bilməsinə məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xeyrinə həll olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaqı aparan müstəntiq təqsirləndirilən şəxslərin saxlanılması saatı ilə əlaqədar problemi əvvəlcədə görmüş, buna görə də təqsirləndirilən şəxslərə verilmiş ittihamda onların saxlanılma tarixini qeyd etsə də, saxlanılma saatını qeyd etməmişdir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Qeyd edilən məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 91-ci bəndində qeyd etmişdir ki, məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Avropa Məhkəməsi hesab etmişdir ki, həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübut əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq, məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). Bundan əlavə, Təqsirləndirilən şəxs2 üzrəinə “Şəxsi axtarış keçirilməsi haqqında” protokolda əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntüyə tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında baxıldıqda müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış başlayandan sonra kənardan onun atası və anasısının səsləri gəlir (görüntü 02:30-02:45) səs gəldikdən sonra baxışda iştirak edənlər səs gələn istiqamətə baxır və istintaq hərəkətinin iştirakçısı polis əməkdaşı Şahid2 səs gələn istiqamətə tərəf gedir və istintaq hərəkətinin sonunadək onun geri qayıtması müşahidə olunmur, həmçinin həmin görüntülərdə müstəntiq təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunduqdan sonra kiməsə narkotik vasitə satıbsatmamasını soruşduqdan sonra təqsirləndirilən şəxs satmadığını bildirir, bundan sonra müstəntiq təzyiq formasında “Vermirsən?!“ dedikdən sonra Təqsirləndirilən şəxs2 tanışlarına bir neçə dəfə narkotik vasitə verdiyini söyləyir, bundan əlavə müstəntiq Təqsirləndirilən şəxs2 daha harada narkotik vasitə olmasını soruşduqda təqsirləndirilən şəxsin cavabı gecikdikdə istintaq hərəkətinin iştirakçısı polis əməkdaşı Şahid1 təsdiqedici formada baş hərəkəti ilə “evdə” deyərək təqsirləndirilən şəxsin evində də narkotik vasitə saxladığını deməsinə təzyiq göstərir. Bundan əlavə istintaq hərəkətinin sonunda aşkar olunmuş nakotik vasitə zərfə qoyulduqdan sonra möhürlənməyərək yalnız təqsirləndirilən şəxs tərəfindən ön hissəsi imzalanır, istintaq hərəkətinin digər iştirakçıları polis əməkdaşı Şahid1 və vəkil Nəriman Şirinov tərəfindən imzalanmır, istintaq hərəkətinin digər polis əməkdaşı Şahid2 həmin vaxt ümumiyyətlə harada olunması bilinmir. Həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı evə “Baxış keçirilməsi haqqında” protokolda əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntüyə tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında baxıldıqda müəyyən olundu ki, istintaq hərəktinin iştirakçıları evin dəhlizinə daxil olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsdən yaşadığı evin hansı hissəsində narkotik vasitə saxladığını soruşduqda polis əməkdaşı Şahid1 təqsirləndirilən şəxsdən öncə əl jesti ilə hara getməli olduqlarını müstəntiqə bildirir. Bundan əlavə istintaq hərəkətinin sonunda aşkar olunmuş vasitələr və maddə tam olaraq nümayiş etdirilmədən, qablaşdırılmadan çəkiliş dayandırılır. İstintaq hərəkətini aparan müstəntiq həmin narkotik vasitələri və psixotrop maddəni prosessual qaydada qablaşdırmamış, bununla Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, maddi sübutun prosessual qaydada qablaşdırılmadan götürülməsi onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış istintaq hərəkətinin protokolda göstərilənlərdən fərqli vaxtda keçirilməsi həmçinin mobil rabitə operatorlarından götürülmüş məlumatlarla da təsdiq olunur. Belə ki, həm təqsirləndirilən şəxslərin, həm də vəkillərin istifadələrində olmuş mobil telefon nömrələrinə aid məlumatlar müvafiq mobil rabitə operatorlarından götürülüb, məhkəmədə ətraflı təhlil edilərkən müəyyən edilmişdir ki, vəkil X3 istifadəsində olan ********** nömrəsinə aid antena məlumatlarından görünür ki, protokollarda olan vaxtda, yəni xx.xx.2021-ci il tarix saat 12:00-dan-12:35-dək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularkən və üzərində şəxsi axtarış aparılarkən Nəriman Şirinov “Xırdalan şəhəri, Xırdalan ATC göstərən antenin əhatə dairəsində olmuşdur. Xızı rayonu Sitalçay kəndinin yerləşdiyi əraziyə uyğun mobil rabitə anteninin əhatə dairəsində, yəni “Sitalçay” antenin əhatəsində isə vəkil Nəriman Şirinov xx.xx.2021-ci il tarixdə saat 14:15-də olmuşdur. Bundan əlavə, şahid polis əməkdaşı Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə aid antena məlumatlarından görünür ki, protokollarda olan vaxtda, yəni xx.xx.2021-ci il tarix saat 12:00-dan-12:35-dək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularkən və üzərində şəxsi axtarış aparılarkən Şahid1 “Xızı rayonu, Xızı qəsəbəsi” göstərən antenin əhatə dairəsində olmuşdur. Xızı rayonu Sitalçay kəndinin yerləşdiyi əraziyə uyğun mobil rabitə anteninin əhatə dairəsində, yəni “Sitalçay” antenin əhatəsində isə Şahid1 xx.xx.2021-ci il tarixdə saat 14:43-də olmuşdur. Həmçinin polis əməkdaşı şahid polis əməkdaşı Şahid1 istifadəsində olmuş digər mobil operatora məxsus ***-***-**-** nömrəsinə aid antena məlumatlarından görünür ki, protokollarda olan vaxtda, yəni xx.xx.2021-ci il tarix saat 12:00-dan-12:352-dək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularkən və üzərində şəxsi axtarış aparılarkən Şahid1 “Xızı rayonu, Xızı qəsəbəsi” göstərən antenin əhatə dairəsində olmuşdur. Xızı rayonu Sitalçay kəndinin yerləşdiyi əraziyə uyğun mobil rabitə anteninin əhatə dairəsində, yəni “Sitalçay” antenin əhatəsində isə Şahid1 xx.xx.2021-ci il tarixdə saat 14:42-də olmuşdur. Bundan əlavə, şahid polis əməkdaşı Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə aid anten məlumatlarından görünür ki, protokollarda olan vaxtda, yəni xx.xx.2021-ci il tarix saat 12:00-dan-12:35-dək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularkən və üzərində şəxsi axtarış aparılarkən Şahid2 “Xızı rayonu, Xızı qəsəbəsi” göstərən antenin əhatə dairəsində olmuşdur. Xızı rayonu Sitalçay kəndinin yerləşdiyi əraziyə uyğun mobil rabitə anteninin əhatə dairəsində, yəni “Sitalçay” antenin əhatəsində isə Şahid2 xx.xx.2021-ci il tarixdə saat 14:32-də olmuşdur. Həmçinin iş üzrə ibtidai istintaqı aparan müstəntiq Şahid4 istifadəsində olmuş ***- ***-**-** nömrəsinə aid anten məlumatlarından görünür ki, protokollarda olan vaxtda, yəni xx.xx.2021-ci il tarix saat 12:00-dan-12:35-dək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularkən və üzərində şəxsi axtarış aparılarkən, həmçinin Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saat 12:46-dan 13:40-a kimi Sitalçay kəndində dindirilərkən Şahid4 “Xızı rayonu” göstərən antenin əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə aid anten məlumatlardan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:46-dan etibarən günün sonunadək həmin mobil nömrə “Xızı rayonu, Xızı qəsəbəsi” anten əhatə dairəsində olmuşdur. Bu da təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələrində qeyd etdiyi hallara, yəni hər ikisinin saat 07 radələrindən Xızı rayon Polis Şöbəsinə aparılmaları və həmin gün saat 14 radələrində Sitalçay kəndinə gətirilmələrinin təsdiqidir. Bundan başqa, “Google maps”, “Google earth” proqramlarından görünür ki, Sitalçay kəndindən Xızı RPŞ-yə avtomobil yolu ilə məsafə 42.1 km olmaqla, həmin yolun qət edilməsi təxmini 37 dəqiqədir. Bu hal yəni Sitalçay kəndinin Xızı RPŞ-dən kifayət qədər uzaq məsafədə olması mobil telefon antenlərə aid şanların yüklənmə nəticəsində fərqli antendə olma ehtimalını da istisna edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. § § 69-70 Qeyd edilən qərardan görünür ki, Avropa Məhkəməsi 30 dəqiqəlik vaxtı və bir neçə kilometri mübahisələndirdiyi halda, təqsirləndirilən şəxslər saat 07 radələrində saxlanıldıqdan sonra Sitalçay kəndindən təxminən 42 km məsafədə Xızı RPŞ-yə aparılıb, həmin vaxtdan polis əməkdaşlarının nəzarəti altında qaldıqdan sonra yenidən 7 saat sonra Sitalçay kəndinə polis əməkdaşlarının nəzarəti altında gətirilərək üzərlərinə şəxsi axtarış və evə baxış keçirilmişdir. Bu və yuxarıda təsvir olunan digər dəlillərə əsasən məhkəmə hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid4 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrin mötəbərliyinə əsaslı şübhələr olduğundan onlar hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalı, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Polis əməkdaşlarının şahid qismində verdikləri bu kimi ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Mübahisəsizdir ki, adları çəkilən polis əməkdaşları məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsdən götürülməsi iddia olunan narkotiklərlə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr təqsirləndirilən şəxsə vеrilmiş ittihamın sübuta yetirilməsində bir vasitə olmaqla yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin də qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bundan əlavə, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün də, istintaq hərəkətləri barəsində onların vеrdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu ul tarixli qərarında məhkəmə qeyd etmişdir ki, ərizəçinin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Ərizəçinin şəxsi axtarışına dair sonrakı polis protokolu, həmçinin axtarış aparan iki polis əməkdaşının və axtarışda iştirakı iddia edilən iki şahidin ifadələri ərizəçinin hökmünün əsasına qoyulmuşdur. Beləliklə, ərizəçinin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin ərizəçiyə qarşı istifadə edilməsi üsulu məhkəmə prosesinin bütövlükdə ədalətliliyinə təsir edir. Daha sonra həmin qərarda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş polis əməkdaşlarının ifadələrinin mötəbərliyi barədə göstərilmişdir ki, polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadələrin, həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qarşı verdiyi ifadələr aldatma, təzyiq və təsir altında verilə bilməsinə, bununla da onların mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələr olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadələr hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 da ibtidai istintaq zamanı özünə və Təqsirləndirilən şəxs1 qarşı verdiyi ifadələr, bu ifadələr əsasında tərtib olunmuş protokollar da mütəbərliyinə əsaslı şübhələr olan dəlillər olduğundan, onlar hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Həmçinin məhkəmə belə qərara gəlir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs1 qarşı əsas sübut kimi təqdim etməyə çalışdığı dəlillər yəni üzərində şəxsi axtarış aparılmasına dair protokol təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulması və həqiqətə uyğun olmayan şəraitdə keçirilməsinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən mötəbərliyinə, buna görə də mümkünlüyünə əsaslı şübhələr olan, nəticədə hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməsi haqqında protokolu da polis əməkdaşlarının ona qarşı qərəzli olması, evdən aşkar olunmuş narkotik vasitə heroinin Təqsirləndirilən şəxs2 aid olmaması, istintaq hərəkəti rəsmiləşdirilmədən öncə evə daxil olaraq narkotik vasitə və psixotrop maddə olan qabları götürüb, 7 saat sonra geri qayıdıb yenidən özləri həmin yerə qoyub çəkilişi aparıb, qanuna mvafiq qaydada qablaşdırmadan həmin vasitə və maddələri götürsədə, məhkəmə bütövlükdə bu sübutu hüquqi qüvvəsi olmayan sübut kimi qiymətləndirməsini düzgün hesab etmir. Belə ki, təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə marixuananın və psixotrop maddə metamfetaminin ona aid olduğunu şəxsi axtarış keçirilən zaman göstərilən çəkidə narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olmasını, həmin vasitələrdən istifadə etməsini təsdiq etməklə ümumən həmin istintaq hərəkəti ilə müəyyən edilmiş halları məhkəmədə dəfələrlə qəbul etmişdir. Həmçinin məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 qardaşı Ramazan Qayıbov da səhər saat 07 radələrində qardaşı Samiri və Rəşadı polis əməkdaşları apararkən onların əlində şəffaf rəngli qutuların olduğunu təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə bu qərarı qəbul edərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinin tələblərini rəhbər tutumuşdur. Belə ki, həmin maddəyə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, ittiham tərəfinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə ilə bağlı məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4210 nömrəli rəyində qeyd olunmuşdur ki, 1. Tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,336 qram qəhvəyi rəngli maddəkustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2. Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,235 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş” yazısı olan paketdəki bir ədəd şəffaf plastik qutuda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,361 qr və 2,949 qram, ümumi təmiz çəkisi 7,310 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,588 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4. Vət. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi çəkisi 7,545 qramdır və həmin heroinlər komponent tərkiblərinə görə eynidirlər. 5. Vət. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlər, vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddələr”-in, metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər.( cild 1, iş vərəqə 74-79) Məhkəmə vurğulayır ki, bu rəy Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitə heroinin təqsirləndirilən şəxslərə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, narkotik vasitə heroini əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Rəyin psixotrop maddə metamfetaminə aid hissəsi Təqsirləndirilən şəxs2 tərəfindən qəbul edildiyi üçün məhkəməhəmin hissədə rəyi sübut növü kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin olunmuş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsinə dair xx.xx.2021-ci il tarixli, 4418 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müaliəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəqə 164-165) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkməsi ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Bundan başqa, iş üzrə təyin olunmuş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsinə dair xx.xx.2021-ci il tarixli, 4546 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 166-167) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməməli, o, yalnız ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə yekun qərar, Təqsirləndirilən şəxs2 barəsində - ittiham hökmü, Təqsirləndirilən şəxs1 barəsində isə bəraət hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Məhkəmə bütün yuxarıda sadalanan halları təhlil edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş narkotik vasitə heroinin və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı otaqdan aşkar edilmiş heroinin özlərinə məxsus olması, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı təsdiq olunmur, yalnız Təqsirləndirilən şəxs2 yaşadığı otaqdan aşkar olunmuş narkotik vasitə marixuananın və psixotrop maddə metamfetaminin sonuncuya məxsus olması təsdiq olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq, yəni 1,588 qram psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq, yəni 5,858 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması onun məhkəmədə verdiyi etiraf edici ifadəsi, üzərində evə keçirilməsi barədə protokol, qardaşının ifadəsi, o cümlədən ekspert rəyləri və digər sübutlarla təsdiq olunmuşdur. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 20 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xızı rayon məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 bəraət verilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlilləri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, ona qarşı elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra o, həbsdən azad edilməlidir. Cinayət işinin materillarında olan “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlaca verilməsi barədə” 23 sentyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,286 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 aşkar edilmiş qalıq çəkisi 7,395 qram narkotik vasitə heroin, qalıq çəkisi 1,538 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 5,808 qram narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xızı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan qalıq çəkisi 1,538 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 5,808 qram narkotik vasitə marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış qalıq çəkisi 7,395 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,286 qram olan narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin (şəxslərin) barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların surəti ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 bəraət verildiyindən ondan götürülməsi iddia edilən narkotik vasitə ilə bağlı məhkəmə ekspertizasının aparılmasına dair xərclər Təqsirləndirilən şəxs1 aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad olunsun. Təqsirləndirilən şəxs1 bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Təqsirləndirilən şəxs2 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xızı RPŞ-nin təminat hissəsinin saxlancına təhvil verilmiş qalıq çəkisi 5,808 qram qurudulmuş marixuana və qalıq çəkisi 1,538 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış qalıq çəkisi 0,286 qram və qalıq çəkisi 7,395 qram olan heroin həmin narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin (şəxslərin) barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların surəti ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar