Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-10/2024 20.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd bükümdə, təmiz çəkisi 14,450 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və 01 ədəd bükümdə təmiz çəkisi 8,860 qram külli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 08 aprel 2022-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyataxtarış tədbirləri zamanı saxlanılaraq Abşeron RPİ-yə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş həmin 01 ədəd bükümdə 14,450 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 01 ədəd bükümdə 8,860 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, eləcə də əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 08 aprel 2022-ci il tarixdə təxminən saat dörd-beşə iyirmi dəqiqə işləmiş polis əməkdaşları ünvanını dəqiq bilmədiyi, Xırdalanda yerləşən evə daxil olmuşdurlar. Həmin ünvanı əyani şəkildə göstərə bilər. Polis əməkdaşları evə basqın edən zaman onlar beş nəfər olmuşdurlar. Polis əməkdaşları evə daxil olduqdan sonra evi axtarmağa başlamış, lakin evdə heç nə tapa bilməmişdir. Bundan sonra Anar adlı polis əməkdaşı cibindən narkotik vasitə və psixotrop maddə çıxarıb ona bildirmişdir ki, cibindən çıxardığı maddələri ev yiyəsindən aldığını söyləməli və ev yiyəsinin üzünə durmalı, ya da ki içəri gedəcəkdir. O, ev yiyəsinin üzünə durmamaq üçün Anar adlı polis əməkdaşının cibindən çıxarmış olduğu maddələri öz üzərinə götürmüşdür. Hətta ekspert rəyinə baxarsanız qabırğasının sındırıldığını da görmək olar. Saat 4-dən 11-ə kimi polis əməkdaşları ilə aralarında münaqişə olmuş, sonda narkotik vasitə və psixotrop maddəni öz üzərinə götürmüşdür. O, kimisə satmamaq üçün çəkilişlə 18 qram maddəni öz boynuna götürmüşdür. Lakin sənədlərə baxdıqda üzərindən 22 qram narkotik vasitə və psixotrop maddənin aşkar olunduğunun qeyd edildiyini görmüşdür. Necə olur ki, 18 qram maddə sonradan 22 qram olur. Bakı şəhərini tanımır. O, videoçəkilişdə ona deyilənləri demiş, heç bu dəqiqə Nəriman Nərimanov rayonunun ərazisini əyani şəkildə göstərə bilməz. Onu polis əməkdaşları Xırdalanda, Nazim adlı şəxsin evində saxlayıblar. O, Nazim adlı şəxsin evinə qonaq getmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o “kakos” kimi bilinən narkotik vasitənin və “şüşə” adlanan psixotrop maddənin isifadəçisi olmuşdur. Rusiya Federasiyasından Azərbaycan Respublikasına 2019-cu il tarixdə anasının vəfat ilinə görə gəlmiş, daha sonra da pandemiya düşdüyü və atası da vəfat etdiyi üçün Rusiya Federasiyasına qayıda bilməmişdir. Rusiya Federasiyasından qayıdandan sonra Lənkəran şəhərində yaşamışdır. Nazim adlı şəxsi ortaq tanışlar vasitəsilə təxminən 4-5 ay olar ki tanımışdır. Nazimgildə yaşamamış, sadəcə onlara qonaq getmişdir. Nazim evində ailə üzvləri ilə birlikdə yaşayır. Nazimin anket məlumatlarını dəqiq olaraq bilmir, onun yaşadığı evə təxminən 4-5 dəfə qonaq kimi gedib-gəlmişdir. Nazim adlı şəxs heç bir yerdə işləmir, Xırdalanda İcra Hakimiyyətinin yaxınlığında yaşayır. Polis əməkdaşlarının nə səbəbə Nazim adlı şəxsin üzünə qarşı durmağını tələb etdiklərini bilmir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün müxtəlif yerlərdən vasitəni təxminən 20-30 manata almış, gündəlik olaraq yarım qram narkotik vasitə istifadə etmişdir. Rusiya Federasiyasından gəldikdən sonra dam ustası işləmişdir. Nazim adlı şəxs də narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları Nazimi polis idarəsinə aparmamışdırlar. Oradakı şəxslər arasında təkcə özü kənar şəxs olmuş, qalan şəxslər Nazimin qohumları olmuşlar. Yəqin o, kənar şəxs olduğu üçünpolis əməkdaşları məhz onun Nazimin üzünə durmağını tələb etmişdirlər. Həmin şəxslərin aralarında qadın və ya uşaq olmamışdır. Ümumiyyətlə saxlanıldıqları evdə yaşayış olmamış, təmir işləri getmişdir. Orada qabaq-qabağa iki ev olmuş, onlar təmirsiz evdə saxlanmışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Şəxsi axtarış və götürmə zamanı onun üzərindən İran pulu deyil, Rusiya Federasiyasına məxsus pul vahidi aşkar olunmuşdur. Saxlanılan zaman üzərində “KapitalBank”-a və “LeoBank”-a məxsus bank kartları olmuşdur. Ona məxsus 03 ədəd mobil telefonun ikisi işlək vəziyyətdə olmuş, biri isə işləməmişdir. İşləyən mobil telefonları “Samsung” və “Lenovo” markalı olmuşdur. Mobil telefonunda “whatsapp” proqramı mövcud olmuşdur. Mobil telefonunun üzərində “***-***-**-**” mobil nömrəsi olmuşdur. “Whatsapp” proqramı ilə aparmış olduğu mesajlaşmalarda yalnız şəxsi istifadəsi üçün kimlərdənsə narkotik vasitə istəmişdir. Şəxsi istifadəsi üçün narkotik vasitə istədiyi adamları tanımamış, ümumiyyətlə, Azərbaycanda 3-5 nəfər adam tanımışdır. O, əvvəllər Rusiya Federasiyasında narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuşdur. Onu “Anar” və “Roman” adlı polis əməkdaşları döymüşdür. Anar onu elə evdə döymüşdür. O, polis əməkdaşları tərəfindən döyüldüyünü müstəntiqə ifadə verən zaman bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saat dörd-beşə işləmiş saxlanılmışdır. O, saxlanılan zaman evə beş nəfər polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları evə gələn zaman Nazim köhnə evdə olmuş, o isə təzə evdə olmuşdur. Hər iki ev eyni həyətin içərisindədir. Polis əməkdaşları evə pəncərədən daxil olmuşdurlar. Polis əməkdaşları evə gələn zaman o, evdə tək olmamışdır. Yanında olmuş şəxslərin anket məlumatlarını bilməmişdir. Polis əməkdaşları Nazimgilin evinə narkotik vasitələrə görə basqın etmişdir. Polis əməkdaşları Nazimin evində axtarış aparmış, onun gözünün qabağında heç nə tapmamışdırlar. Onun da üzərində polis əməkdaşları axtarış aparmış və üzərindən qızıl nişan üzüyü, yüz əlli min rus pulu, 100 manat və 21 manat olmaqla ümumilikdə 121 manat pul vəsaiti aşkar etmişdirlər. Təxminən saat yeddi radələrində onu Abşeron RPİ-yə aparmışdırlar. Abşeron RPİ-yə aparıldıqdan təxminən bir saat yarım sonra üzərində şəxsi axtarış keçirilmiş, saatı tam olaraq dəqiq şəkildə xatırlamır. Vəkil üzərində şəxsi axtarış aparılmamışdan təxminən 20 dəqiqə qabaq gəlmiş, şəxsi axtarış zamanı ona nə verilmişdirsə, üzərindən də onlar aşkar olunmuşdur. Belə ki, üzərindən tərəzi, “kakos” və “şüşə” çıxmış, lakin üzərindən aşkar olunmuş tərəzi, “kakos” və “şüşə”nin heç biri ona məxsus olmamışdır. Ona məxsus bank kartları pulqabında olmuş, həmin kartlar “KapitalBank” və “LeoBank”a məxsus bank kartları olmuşdur. Polis əməkdaşlarının təzyiqlərinə baxmayaraq heç kimin adını verməmişdir. O, üzərində şəxsi axtarış aparılmamışdan qabaq vəkillə təkbətək söhbət etməmiş, heç vəklin adını belə bilməmişdir. Kürdəxanıda dözülməz ağrıları olduğu üçün təxminən 10 gün sonra onu tibbi sanitar məntəqəsinə göndərmiş, Kürdəxanıya daxil olan zaman üzərində bədən xəsarətləri və izləri qalmışdır. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində qulağının pərdəsi cırılmışdır, qabırğasında şiş yaranmış, həmin xəsarət hələ də qalmaqdadır. Müvəqqəti saxlama yerində olarkən şikayəti əsasında prokurorluq əməkdaşları gələrək izahatını almışlar. Müalicə olunduğu üçün hal-hazırda normal eşidə bilir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, onun 03 ədəd mobil telefonu var idi, biri işləmiş, ikisi işləməmişdir. Rusiya Federasiyasında narkotik vasitələrdən istifadə və oğurluğa görə, ümumilikdə, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Heç kimə narkotik vasitə satmamışdır. 2003cü il tarixdə Rusiya Federasiyasına getmiş, Azərbaycan Respublikasına vaxtaşırı toya, yasa gəlmişdir. Sonuncu dəfə 2019-cu il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. O, təxminən 2010-2011-ci ildən etibarən narkotik vasitələrdən isifadə edir. Rusiya Federasiyasında oğurluq etdiyinə və narkotik vasitələrdən istifadə etdiyinə görə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra İcra Hakimiyyətindən beş dəqiqəlik məsafədə yerləşən polis şöbəsinə aparmış, saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və s. olmamışdır. Onu polis əməkdaşları saxlandığı evdə döyüb daha sonra polis şöbəsinə aparmışdırlar. Əvvəlcə polis əməkdaşları evdə nakotik vasitə ilə bağlı “nə var, harada var, necə var” sualını vermiş, o da evin ona məxsus olmadığını, sadəcə qonaq gəldiyini demişdir. Polis əməkdaşlarına əgər onu izləyirlərsə həmin evə 2-3 saat qabaq daxil olduğunu görməli olduqlarını söyləmiş, polis əməkdaşları da ona 04 aydır ki onu izlədiklərini demişlər. Polis əməkdaşları onu döyən zaman yanındakı şəxsləri çölə çıxarmış, təxminən saat 7 radələrində onu polis şöbəsinə aparmışdırlar. Şöbədə bir nəfər tanımadığı şəxs kabinetdə olmuş, sonradan kamera və s. gətirmişlər. Amma o, yenə də polis əməkdaşları ilə razılaşmamışdır. Axırda görmüşdür ki, ağrıları var, qabırğsı ağrıyır, nəfəs də ala bilmir, polis əməkdaşları ilə onu narkotik vasitədən şəxsi istifadə ilə bağlı tutmalarıyla razılaşmışdır. Polis əməkdaşları ona bükülüdə narkotik vasitə və tərəzi vermiş, növbəti gün onu polis şöbəsindən 10-12 dəqiqəlik məsafədə yerləşən böyük bir xəstəxanaya aparmışlar. O, xəstəxanada olarkən yoxlanışdan keçmiş, xəstəxanada ona heç kim heç nə deməmişdir. Qabırğası sındığına görə tibbi sanitar məntəqədə müalicə almış, ekspert MSY-yə gəlib onu yoxlamışdır. Onu sanksiya məhkəməsinə səhv etmirsə üç gün sonra aparmış, orda da eyni xüsusatları qeyd etmişdir. ********** saylı nömrə onun nömrəsi olmuş, ********** saylı nömrə isə dostunun nömrəsi olmaqla onun istifadəsində olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanılmış və Abbşeron rayon Polis İdarəsinə gətirilmişdirlər. Daha sonra video çəkiliş vasitəsilə vəkilin iştirakı ilə saxlanan şəxsin üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsin üzərindən bir bükümdə heroinə bənzər maddə, bir bükümdə metamfetaminə bənzər maddə, tərəzi və xarici pul əskinasları aşkar olunmuşdur. Bəhruz özü də bildirdi ki, “Əli” adlı İran vətəndaşından götürübdür. Əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evi tanımır. Təqsirləndirilən şəxs saxlandığı yer məhəllə olmuş, həyət evləri olmuş, saat təxminən axşam saat 7 radələri olmuşdur. Şəxsi həyət evində saxlamamış, həyət evləri olan məhəllənin içərisində, küçədə saxlamışdırlar. Təqsirləndirilən şəxs saxlanan zaman tək olmuşdur. Bəhruza yaxınlaşan zaman özlərini dərhal təqdim etmiş, Bəhruz onlardan yayınmağa və qaçmağa çalışmamışdır. Saxlanılan şəxs özü avtomobilə könüllü şəkildə əyləşmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdırlar. İdarəyə getdikdən sonra vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması ilə saxlandığı vaxt arasındakı müddət yarım saatdan artıq olmamışdır. Video çəkilişdə Təqsirləndirilən şəxs özü narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotikin pulunun üzərindən aşkar edilən bank kartına vurulduğunu, həmin kartların “LeoBank” və “KapitalBank”-a məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hansısa xəsarətlərin olubolmadığını,həmçinin bədənində ağrıları olması, onlar tərəfindən xəstəxanaya aparılmasının xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq onu saxlayan və döyən polis əməkdaşlarının arasında hazırda ifadə verən Şahid1 də olduğunu, onu döyən digər əməkdaşların Anara tabe olduqlarını, onun göstərişi əsasında hərəkət etdiklərini, qonaq getdiyi evdə döyüldüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə külli miqdarda narkotik vasitənin saxlanması və daşınması ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat tədbir keçirilmiş, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində, yaşadığı evin yaxınlığında saxlamışdırlar. Daha sonra onu aidiyyatı üzrə Abşeron rayon Polis İdarəsinə aparmış, orada təhqiqatçı, vəkil və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsin üzərindən elektron tərəzi, narkotik vasitə heroin və metamfetamin, o cümlədən pul əskinasları aşkar olunmuşdur. Narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Bəhruz üzərindən aşkar olunmuş maddələri sosial şəbəkə vasitəsilə tanıdığı “Əli” adlı şəxsdən aldığını bildirmişdir. Əməliyyat məlumatı külli miqdarda narkotik vasitənin dövriyyəsi ilə bağlı olmuş, əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Bəhruzu saat 19 radələrində Xırdalan ərazisində, Mikayıl Müşfiq küçəsində saxlamışdırlar. Saxlanan zaman Təqsirləndirilən şəxs yanında kimsə olmamışdır. Təqsirləndirilən şəxs onları görən zaman onlardan yayınmağa, qaçmağa çalşmamışdır. Bəhruza yaxınlaşıb ilk öncə özlərini təqdim etmiş, ardınca onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişdirlər. Əməliyyat tədbirində onunla Anar iştirak etmişdir. Şəxsi atxarış və götürmə zamanı müdafiəçi iştirak etmiş, saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində hansısa xəsarət müşayiət etməmişdir. Bəlkə sonradan olub, bilmir. Yadında qaldığı qədərilə şəxsi axtarış və götürmə zamanı sözügedən şəxsin bədənində hansısa xəsarət izi yox olmamışdır. Şəxsi axtarış və götürmə Təqsirləndirilən şəxs saxlandıqdan sonra keçirilmişdir. Bəhruz üzərindən aşkar olunmuş maddələri sosial şəbəkədən tanıdığı “Əli” adlı şəxsdən aldığını bildirmiş, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini demişdir. Ancaq məlumat həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı onda heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxsin Xırdalanda hansı evin qarşısında yaşadığını bilmir. Lakin onu yaşadığı evin qarşısında saxlamış, Bəhruz faktiki olaraq M.Müşfiq küçəsində yaşamışdır. Onun barəsində məlumat ayın dördündən sonra verilmiş, təqsirləndirilən şəxsin evinə kimi hər şeyi müəyyənləşdirmişdirlər. Ona görə Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlandığını vurğulayır. Bəhruzu saxlayan zaman bədəninə baxmamış, lakin gözlə görsənən xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxs özünü narahat hiss etməyinin şahidi olmamış, onun xəstəxanaya aparılmasında iştirak etməmişdir. Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatların, yəni polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması nəticəsində özünə qarşı ifadə verməsi aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Belə ki, videoçəkilişdə və ilkin izahatında Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binaların birinin blokundan gizlədilmiş yerdən əldə etmişdir. Narkotik vasitə və psixotrop maddəni qeyd edilən yerə sosial şəbəkədən tanıdığı Əli adlı şəxsin qoyduğunu və həmin narkotik vasitələri 250 manata aldığını göstərmişdir. Təqsirləndirilən şəxs istintaq orqanına etiraf xarakterli ifadə vermədiyi, döyülmə və işgəncə nəticəsində özünə qarşı ifadə verməsi ilə bağlı əsaslı ehtimallar onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Abşeron rayon məhkəməsinin 10 aprel 2022-ci il tarixli qərarı ilə də təsdiq olunur. Belə ki, istintaq orqanının tərtib etdiyi təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əsasən 10 aprel 2022-ci il tarixdə özünə qarşı ifadə verməklə üzərində narkotik vasitə və psixotrop maddə olmasını guya etiraf edən Təqsirləndirilən şəxs bundan dərhal sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı həmin gün hakim tərəfindən dindirilərkən məhkəmədə ona elan olunmuş ittiham üzə özünü təqsirli bilmədiyini, BNMİnin əməkdaşları Anar, Roma və adını bilmədiyi, lakin üzdən tanıdığı daha 4 nəfər şəxs tərəfindən döyüldüyünü və narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, ona görə də təqdimatın təmin olunmamasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinədən keçirilməsinə dair ekspertizanın 11 aprel 2024-cü il tarixli, 690 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmiş, X6 rayon Mərkəzi Xəstəxanasında kliniki müayinəsi zamanı qoyulmuş diaqnoz “döş qəfəsinin yumşaq toxumalarının əziyi” xəsarətlə (qançır, sıyrıq, yara vəs) müşayiət olunmadığı üçün zərərvurma dərəcəsinin təyinində nəzərə alınmamışdır. Sözü gedən ekspert rəyinin anamnez hissəsində qeyd olunmuşdur ki, müayinə olunanın deməsinə görə, 08 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Xırdalan şəhərində tutularaq Abşeron Rayon Polis İdarəsinə aparılması zamanı xəsarət almışdır. Həmçinin şəxsin Abşeron rayonu Mərkəzi Xəstəxanasına 09 aprel 2022-ci il tarixdə, saat 11:20-də ağrı, nəfəs almanın çətinləşməsi, baş ağrıları şikayətləri ilə polis briqadasının müşyiəti ilə daxil olduğu da əks olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların aydınlaşdırılması üçün müvafiq olaraq Abşeron rayonu Mərkəzi Xəstəxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğular verilmiş, Abşeron Rayon Mərkəzi xəstəxanasından alınmış sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müracət etmiş və ona tibbi yardım göstərilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasından məhkəməyə göndərilmiş sənədlərin surətlərindən görünür ki, xəstə polis briqadasının müşayəti ilə daxil olmuş, rentgenoloji müayinədən keçmiş, müvafiq sənədlər məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından alınmış 08 may 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Müayinə zamanı rentgenoloji olaraq sol 10-cu qabırğanın yerdəyişməyən sınığı müşahidə edilmişdir. Həmçinin məhkumun tibbi kitabçasında həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar hissəsində Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirdiyi göstərilmişdir. Döş qəfəsi üzvlərinin rentgen müayinəsində isə hər iki ağ ciyərlərdə zəif fibroz kölgəliklər müşahidə olunduğu qeyd edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs şikayəti əsasında rayon prokurorluğunda aparılmış araşdırma materialdan görünür ki, həmin material üzrə yalnız Təqsirləndirilən şəxs izahatı alınmış və həmin izahatda o, polis əməkdaşları tərəfindən döyülməsini göstərmişdir. Abşeron rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 11 iyun 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs izahatı alınmış, o, izahatında 08 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində polis əməkdaşları tərəfindən tutularkən döyüldüyünü, sol qabırğasına zərbələr vurulduğunu göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkələrin edilməsi ilə bağlı Abşeron rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 11 iyun 2022-ci il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Qeyd olunan materiallar əsasında məhkəmə istintaqı zamanı məhkəmə-tibb ekspertizası təyin edilmiş, məhkəmə tibb ekspertizasının 24 aprel 2024-cü il tarixli rəyindən görünü ki, Təqsirləndirilən şəxs qeyd olunan arxa xətti üzrə X qabırğanın yerdəyişməyən sınığı küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi, törənmə müddəti qərarda göstərilən tarixi inkar etmir və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs qeyd olunan xəsarətin lokalizasiyasını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, yıxılma zamanı həmin nahiyənin küt əşyaya çırpılması nəticəsində yaranması daha inandırıcıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin həmin müddəalarını rəhbər tutaraq qeyd edir ki, şahid ifadələrinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulanadək tam sağlam olmuş, sonradan onun bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirilməsi ehtimal olunur. Bu hal isə Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs həbsdə olub azadlığı məhdudlaşdırılarkən yalnız polis əməkdaşlarına verdiyi izahat və ifadələrində özünə qarşı ifadə verməklə onun üzərində narkotik vasitə və psixotrop maddənin olmasını göstərmişdir. Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilərkən məhkəmədə etdiyi çıxışında polis əməkdaşları tərəfindən tutularaq döyülməyə və işgəncəyə məruz qaldığını, bunun nəticəsində xəsarət aldığını, onda narkotik vasitə olmadığı halda polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitəni və psixotrop maddəni boynuna almağa məcbur olduğunu göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 aprel 2022-ci il tarixli protokol, eləcə də Təqsirləndirilən şəxs ilkin izahatı, təqsirləndirilən şəxs qismində ondan alınmış 10 aprel 2022-ci il ifadəsi, mötəbərliyi şübhəli olan sübutlar kimi qiymətləndirildiyindən, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz və həmin izahat və protokollar ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedici ifadələrə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X1 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, №20869/92, § 89, İHAM 2000-Vİİİ) Avropa məhkəməsi həmçinin vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Bundan başqa, sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Polis əməkdaşları Şahid1, Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Belə ki, polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 aprel 2022-ci il tarixli protokol olmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilib xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı narkotik vasitə-heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə yuxarıda göstərdiyi halları əsas gətirərək bildirir ki, “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 08 aprel 2022-ci il tarixli protokol bu əsaslara görə də mötəbərliyi şübhə altına alınan sübut olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022ci il tarixli, 6/1964 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «X5 üzərindən aşkar edilmiş...» və s. yazılar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 14,450 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 8,860 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005 il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər»-in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2761 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu “Narkomaniya” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Həmçinin təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələrlə bağlı telefon danışıqlarının ələ keçirilməsi barədə məhkəmə qərarı əsasında mobil operatordan əldə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən təqsirləndirilən şəxsə narkotik vasitələrin satışını ehtiva edən mesajların gəldiyi məlum olmuşdur. Həmçinin "xxxx" ASC və “Unibank” kommersiya bankından daxil olmuş iki ədəd disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan iki ədəd plastik kartla müxtəlif vaxtlarda mədaxil və məxaric əməliyyatları həyata keçirilmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,350 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 8,760 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk, “Kapital banka” məxsus bir ədəd plastik kart, Leobanka məxsus bir ədəd plastik kart, iki ədəd «Huavei» markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan qalıq çəkisi 14,350 qram narkotik vasitə heroini, qalıq çəkisi 8,760 qram psixotrop maddə metamfetamini, həmçinin bir ədəd elektron tərəzini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin “Kapital banka” məxsus bir ədəd plastik kart, Leobanka məxsus bir ədəd plastik kart, iki ədəd «Huavei» markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı ümumilikdə 110 (yüz on) manat məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilsin və o, təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar – Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, qalıq qalmış 8,760 qram psixotrop maddə metamfetamin və 14,350 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə sübut kimi qiymətləndirilmiş, bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kapital banka” məxsus plastik kart, bir ədəd Leobanka məxsus plastik kart, iki ədəd «Huavei» markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-10/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-10/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver