Məhkəmə qərarları › İş №1(124)-100/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-100/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-100/2023 20.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində X1 məxsus Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi, 49-cu məhəllədə fərdi evin yanına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin ətrafında olan torpaq sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd "Start" markalı 28 ölçülü 200 (iki yüz) manat dəyərində olan velosipedi gizli talayaraq Zərərçəkmiş şəxsa ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, satış məqsədi ilə qanunsuz olaraq 0,066 qram çəkidə narkotik vasitə olan heroini telefon danışıqları vasitəsilə qabaqcadan razılaşdıqları kimi şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşının ona verdiyi məlumat əsasında Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazsində yerləşən "Şanlı Urfa" adlı restoranın yanından götürməklə əldə edib, həmin 0,066 qram çəkidə narkotik vasitə heroini tanışı Şahid1 xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri, 12 mikrorayon ərazisində 30 (otuz) manat müqabilində satmış, Şahid1 xx.xx.2022-ci il tarixdə saat 20:38-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən N.Nərimanov abidəsinin yanında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayt ŞPİ-nin 3-cü PB-nə gətirilib orada üzərində şəxsi axtarış keçirlən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,066 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 8,862 qram çəkidə narkotik vasitə olan heroini və şəxsi isthelak miqdarından artıq miqdarda 1,549 qram çəkidə psixotrop maddə olan metamfetamini telefon danışıqları vasitəsilə qabaqcadan razılaşdıqları kimi şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşının ona verdiyi məlumat əsasında Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazsində yerləşən "Şanlı Urfa" adlı restoranın yanından götürüb əldə edərək, saxlamaqla üzərində daşımış, xx.xx.2022-ci il tarixdə saat 22:57-də Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində X8, 12 nömrəli binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd göy rəngli bağlamada içərisində olan sellofan torbada ayrı-ayrılıqda politilen bükümlərdə olan 01 (bir) ədəd 1,305 qram, 01 (bir) ədəd 1,671 qram, 01 (bir) ədəd 1,180 qram, 01 (bir) ədəd 0,593 qram, 01 (bir) ədəd 0,931 qram, 01 (bir) ədəd 0,577 qram, 01 (bir) ədəd 0,973 qram, 01 (bir) ədəd 0,975 qram və 01 (bir) ədəd 0,657 qram ümümlikdə təmiz çəkisi 8,862 qram qəhvəyi rəngli tozşəkili maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin göy bağlamada 01 (bir) ədəd plastik qabın içərsində ayrı-ayrılıqda politilen bükümlərdə olan 01 (bir) ədəd 0,412 qram, 01 (bir) ədəd 0,337 qram, 01 (bir) ədəd 0,413 qram və 01 (bir) ədəd 0,387 qram ümümilkdə təmiz çəkisi 1,549 qram ağ rəngli kristalardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd "AOSAİ" markalı üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla razı deyildir. Çünki onun əməli xırda talama olmasına baxmayaraq bununla bağlı cinayət işi açılmışdır. O, 05 yanvar tarixində tutulmuş və xırda talama ilə barəsində cinayət işi açılmışdır. Həmin ərəfədə zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Belə ki, dəymiş ziyan da velosiped olmuş, həmin velosiped isə polis bölməsində olduğu üçün sahibinə qaytarılmamışdır. Təxminəm ayın 17-18-si tarixində tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamla razı deyildir. O, narkotik vasitə istifadə etmiş, ancaq heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 il 06 ay müddətinə cəza verilmiş, buna görə də hadisə vaxtı onun ayağında elektron qolbaq olmuşdur. Həmin gün saat 11:00-də onun ayağına elektron qolbaq vurulmuş, saat 16:00-da isə tutulmuşdur. İttiham aktında onun binanın yanında tutulduğu yazılmışdır, amma onu evində tutmuşdurlar. 10 qram narkotik vasitə ona məxsus olmuş, ancaq ittiham aktında göstərilən tutulma saatı və yeri düzgün qeyd edilməmişdir. Ayağındakı qolbaqla bağlı probasiya şöbəsində tutulma yeri barədə məlumat verilmişdir. Həmin məlumatın əldə olunmasını xahiş etmişdir. Həmçinin yaşadığı binanın kamerası da olmuşdur. Onun evinə icazə olmadan girmiş, daha sonra isə onu polis bölməsinə gətirmişdirlər. Narkotik vasitənin onun evindən çıxmasına baxmayaraq ittiham aktında polis bölməsində üzərinə axtarış keçirilən zaman sağ cibindən malların aşkar olunduğu yazılmışdır. O, heç bir zaman narkotik vasitəni sağ cibinə qoymamış, əsasən corabının içərisində saxlamışdır. Polis bölməsinə gətirildikdən 4-5 saat sonra video-çəkiliş aparılmışdır. Narkotik vasitə onun evindən aşkar olunmuş, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından almış, Əhmədliyə gedərək oradan götürmüşdür. Telefonunda nə qədər və ya nə zaman mal götürdüyü barədə məlumatlar olmuşdur. O, bu malı öz istifadəsi üçün götürmüşdür. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 2006-cı ildən etibarən narkotik vasitədən – “kakos” və “patı”dan istifadə etdiyini, narkotik vasitəni çəkmək yolu ilə qəbul etdiyini bildirmişdir. Tutulana qədər “*** *** ** **” mobil nömrəsindən istifadə etmişdir. X11 Respublikasının vətəndaşı ilə yazışmaları olmuşdur. Həmin şəxslə internetdə tanış olmuşdur. İran İslam Respublikasının vətəndaşı malları hər dəfə fərqli yerə qoymuşdur. Pulu ona kart vasitəsilə göndərmişdir. Şahid1 tanımış, Əhmədə mal satmamışdır. Onunla birlikdə narkotik vasitədən istifadə etmişdir. Axırıncı dəfə Əhmədlə tutulmamışdan 1-2 gün öncə görüşmüşdür. Əhmədlə görüşdükləri gün narkotik vasitə onda olmuş, amma Əhmədə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, onun evinə üç nəfər gəlmiş, onlardan birinin adı Samid, o birinin adı, Tural olmuşdur. Digərinin adı isə bilməmişdir. Polislər evə birbaşa girmiş, onlar ona hər hansı sənəd göstərməmişdirlər. Mallar da evdəki stolun üzərində olmuşdur. Həmin vaxt edə tək olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, onda 10 qram mal olmuşdur. Aşkar edilən malı evdə saxlamışdır. Evindən aşkar edilən malların hamısı ona məxsus olmuşdur. Malları hissə-hissə istifadə etmək üçün özü bükümlərə ayırmışdır. Bükümləri havalandırma sisteminə qoyub lazım olanda bir-bir oradan götürüb çəkirmişdir. O, kondisioner ustası olaraq işləmiş, günə təxminən 40-50 manat qazancı olmuşdur. Onun tərəzisi olmuş, tərəzidən malları ölçmək üçün istifadə etmişdir. Gündəlik olaraq nə qədər maldan istifadə etdiyini dəqiq bilməmiş, bəzən gündəlik olaraq 1-2 qram, bəzən də bir qramdan da az istifadə etmişdir. Əhmədə yuxarıya çıxması barədə mesajı o, yazmış, Əhməd ona “ağrıdığını”, “öldüyünü” demiş, o, da Əhmədə “bir az tez gəl ki Ramil səni görməsin” demişdir. Saat 11 radələrində onun ayağına qolbaq vurulmuş, saat 15:20də isə onu tutmuşdurlar. O, İran İslam Respublikasının vətəndaşından mal götürməyə gedəndə Əhmədə “özüm üçün mal götürməyə gedirəm. İstəyirsən?” demişdir. O da istədiyini bildirmiş, o da narkotik vasitəni götürdükdən sonra Əhmədə də vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus "Samsung" mobil telefonda olan danışıqlar ona məxsusdur. Orda o, Baba adlı İran İslam Respublikası vətəndaşı olan adı "Gooch Ali" kimi qeyd etmiş şəxslə vastap proqramı vasitəsi ilə danışmışdır. Onan sonuncu dəfə 160 manat müqabilində (xx.xx.2022ci il tarixdə saat 21:40-da Sumqayıt şəhəri, 10-cu mikrarayon, Koroğlu küçsəi 395 ünvanında 18484240 saylı hesaba köçürmüş əməliyyatda görünür) xx.xx.2022-ci il tarixdə üzərində aparılmış şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini həm öz şəxsi istifadəsi üçün, həmdə sataraq narkotik vasitənin maya dəyrinə sərf etmiş pulu çıxartmaq məqsədi ilə kənar şəxs tərəfindən atılaraq qabaqcadan ona məlumat verilən Bakı şəhəri, Əhmdəli qəsəbəsi ərazisində yerləşən "Şanlı Urfa" adlı restoranın yanından götürmüşdür. Lakin tututulduğu zaman həyacanlı olduğuna görə bildirmişdir ki, üzərində aşkar edilmiş həmin narkotik vasitələri və psixotrop maddələri iki gün əvvəl, yənı xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsi ərazisində "Şanlı Urfa" adlı restoranın yanında həmin şəxsdən almışdır. Bundan başqa da qeyd etmişdir ki, tanışı Şahid1 xx.xx.2022-ci il tarixdə X4 vətəndaşı olan Baba adlı şəxsdən aldığı narkotik vasitə heroindən xx.xx.2022-ci il tarixdə Suqmayıt şəhəri ərazisində 12-ci mikarorayon ərazisində "12-nin sfetoforu" adlı yerdə 30 manat müqabilində satmışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Əhməd ona yenə "sms" mesajı yazmışdır ki, ona narkotik vasitən satsın, lakin həmin tarixdə ona narkotik vasitəni verə bilməmişdir. Bundan başqa bir daha da bildirmişdir ki, o, əvvəllər AR CM-nin 177-ci maddəsinin mütxəlif bəndləri ilə məhkum olummuş və təxminən 10 ilə yaxındır ki, narkotik vasitə qəbul edirmiş. O, xx.xx.2022-ci il tarixdə, təxminən saat 22:50 radələrində yaşadığı ünvanın yaxınlığında olan zaman 02(iki) nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satmasında şübhəli bilindiyi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişdilər. O, heç bir etiraz etməmiş və onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. Onlar PB-nə gəldikdən sonra, xidməti otaqda hansı səbəbdən saxlanıldığı ona bir daha bildirilməklə yanaşı hüquq və vəzifələri izah edilmiş və öz hesabına müdafiəçi tutmağa hüququ olduğu izah edilmişdir. Lakin, o, maddi vəziyəti ilə əlaqədar olaraq dövlət hesabına müdafiəçi istəmişdir. Ona görə də, ona təqdim edilmiş siyahıdan hüquqlarını Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 tərəfindən müdafiə edilməsini istəmiş, daha sonra ona vəkilin iştirakı ilə hüququ və vəzifələri izah edilmişdir. Həmin vaxt video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış və şəxsi axtarış zamanı o, əynində olan ağ-qara rənglərin qarışığından olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd göy rəngli bağlamanı, 01 ədəd qara rəngli "AOSAİ" markalı elektron tərəzini çıxarıb təqdim etmiş, verilən şifahi suallara cavab olaraq o, həmin göy rəngli bağlamada olan maddələrin kakos, metamfetamin olan patının olduğunu, elektron tərəzinin ona məxsus olduğunu, almış olduğu narkotik vasitələri çəkməsi üçün üzərində gəzdirdiyini bildirmiş, həmin bağlamanın ağzı polis əməkdaşı tərəfindən açılan zaman içərisindən şəffaf rəngli sellofanın içərisindən 09 büküm şəffaf rəngli sellofanda olan qəhvəyi rəngli, narkotik vasitə olan heroin, eyni zamanda 1 ədəd ağzı olan qabın içərisindən 4 büküm şəffaf rəngli sellofanlarda olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. O, video çəkilş zamanı üzərində aşkar olunan 09 ədəd bükümlərdə olan qəhvəyi rəngli maddənin kakos, 04 ədəd bükümlərdə olan ağ rəngli kristal şəkilli maddənin isə metamfetamin olduğunu, həmin maddələri təxminən 01 ay bundan əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşı olan və Baba kimi müraciət etdiyi şəxsin ona göndərmiş olduğu kart hesabına təxminən 02 gün bundan əvvəl 160 manat pul köçürdükdən sonra İran vətəndaşının ona əvvəlcədən "whatsapda" konum vasitəsi ilə bildirdiyi Bakı şəhəri, Əhmədli rayonunda yerləşən "Şanlı Urfa" adlanan restoranın sağ tərəfində olan borunun içərisinə qoyulduğu yerdən götürdüyünü, öz şəxsi istifadəsi və satmağı üçün aldığını və üzərində saxladığını bildirmiş, bundan əlavə şəxsi axtarış zamanı üzərindən qutu "Rotmons" adlanan siqaret, 1 ədəd kibrit qutusu, 0,20 qəpik, üzərində ***-***-**-** mobil nömrəsi olan "Samsung" markalı mobil telefon aparatı aşkar olunduğunu, mobil telefondan başqa digər əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, mobil telefon aparatının isə götürülərək tərtib olunmuş protokola əlavə olunduğunu, daha sonra üzərindən aşkar olunaraq götürülmüş maddələr olan bükümlər ayrı-ayrılıqda və telefonla birlikdə tərəzidə çəkildiyini, 9 ədəd bükümlərdə olan heroinə bənzər maddələr sellofanla birlikdə çəkisi 1-ci büküm 1,71, 2-ci büküm 1,02, 3-cü büküm 1,23, 4-cü büküm 1,02, 5-ci büküm 0,62, 6-cı büküm 0,56, 7-ci büküm 0,97, 8-ci büküm 1,35, 9-cu büküm 0,65 qram (9 bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddələr birlikdə 9,10 qram), 04 ədəd bükümlərdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddələr sellofanla birlikdə çəkisi 1-ci büküm 0,44, 2-ci büküm 0,46, 3-cü büküm 0,48, 4-cü büküm 0,47 (4 bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddələr birlikdə 1,87 qram) qram olduğunu, həmin maddələr və 1 ədəd qara rəngli "AOSAİ" markalı elektron tərəzi ekspertizaya təqdim olunması məqsədi ilə ayrı-ayrılıqda ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırıldığını, DİN-nin 127 saylı möhürü ilə möhürləndiyini, üzərində qeydlər aparılaraq imzalandığını və bir neçə saniyədən sonra video çəkilişin dayandırıldığını, o, bundan əlavə şəxsi axtarış zamanı əvvəllər də İran vətəndaşlarından bir neçə dəfə narkotik vasitə aldığını, həmin narkotik vasitələri satdığını, eyni zamanda özünün də istifadə etdiyini, 18,01.2022-ci il tarixdə Əhməd adlı şəxsə 30 manata narkotik vasitə olan kakos satdığını, həmin kakosun üzərindən hazırda aşkar olunmuş maddələrdən əvvəl İran vətəndaşından 100 manata almış olduğu narkotik vasitə olan kakosdan olduğunu bildirdiyini, daha sonra üzərində aşkar edilmiş bir ədəd elektron tərəzi və narkotik vasitə kokosun(heroin) və metamfetaminin (patı) Azərbaycan Respublikası ƏN-nin MEM-na təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırıldığını və üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edildiyini, həmin protokolun onlara ucadan oxunduğunu və düz olduğu üçün tərəflərindən imza edildiyini bildirmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, təxminən gecə saat 01 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı ünvanı tərk edərək ünvan 3 getdikdən sonra üstü bağlı avtomobil dayanacağının yanından sağa-yaşıl dərə bağları, 49cu məhəllə istiqamətinə döndüyünü, həmin küçədə yerləşən tanımadığı şəxsə aid və hasarı alçaq olan fərdi evin həyətinə hasarı aşaraq həyətə baxdığını və orada velosipedi gördüyünü, həyətdə velosipedi gördükdən sonra həyətin darvazasının balaca qapısını açdığını və bayıra çıxıb velosipedi sürərək yaşadığı ünvana getdiyini, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində polis əməkdaşlarının yaşadığı ünvana gələrək qapısını döydüklərini, o, da həmin vaxt oğurladığı velosipedi dərhal pəncərədən küçəyə atdığını, daha sonra evin qapısını açdığını və polis əməkdaşları ilə söhbət etdikdən sonra onların dəvəti ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getdiyini, orada o, xx.xx.2022-ci il tarixdə oğurladığı velosipedi (pəncərədən çölə) atdığını polis əməkdaşlarına təqdim etdiyini, həmin velosipedi tək oğurladığını və onu gələcəkdə satıb pul əldə etməyi planlaşdırdığını bildirmişdir. Zərərçəkmiş şəxs 11 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışıdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə 01 yanvar 2022-ci il tarixdə, gecə saat 02:00 radələrində baş vermişdir. Belə ki, həmin günün səhəri o, yuxudan oyandığı zaman velosipedin yerində olmadığını və qapının açıq olduğunu görmüşdür. O, həmin velosipedi 400 manata qardaşının oğlu üçün almışdır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab bildirmişdir ki, həmin velosiped ona qaytarılmış, lakin o, istifadəyə yararsız vəziyyətdə olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab bildirmişdir ki, velosipedi 400 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Ruslanın əmisi oğlu ilə yaxın münasibəti olmuş, Ruslanla da belə tanış olmuşdur. Hadisə günü o, Ruslanla telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin gün də polis əməkdaşları onu saxlamış, daha sonra onu 3-cü polis bölməsinə gətirmişdirlər. Polis bölməsində olarkən onun telefonunu almış, tutulmazdan əvvəl o, Ruslanla görüşməkləri barədə danışmış, həmin vaxt Ruslan da evdə olmuşdur. Tutulan zaman onun üzərində kiçik miqdarda narkotik vasitə olmuş, polis əməkdaşları həmin narkotik vasitəni aşkar etmişdirlər. Telefonu polislərdə olduğu vaxt Ruslanla onlar danışmışdırlar. O, polis bölməsində qalmış, polislər isə Ruslanı bölməyə gətirmək üçün getmişdirlər. O, Ruslana narkotik vasitə alması üçün 30 manat pul vermişdir. Polis əməkdaşları onu təxminən saat 17:00 radələrində saxlamışdırlar. Onu saxladıqdan sonra üzərinə baxış keçirmişdirlər. Narkotik vasitəni Ruslandan iki gün qabaq almışdır. Saxlanılan gün Ruslangilə çay içmək üçün getmişdir. 30 manata narkotik vasitə aldığını təsdiq edir. O, Ruslandan bir-iki dəfə narkotik vasitə almışdır. Mallar həmişə eyni məbləğə olmamışdır, daha az, yəni 10-20 manata olmuşdur. Ruslanın “əli çatdığı” üçün ondan mal götürmüşdür. 30 manata bir qram kakos almışdır. Gündəlik 0,5 qram narkotik vasitə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən təzə tikili olan Qaçqınlar şəhərciyində, 106 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs saxlamış və polis bölməsinə gətirmişdirlər. Polis bölməsində olarkən vəkilin, tədqiqatçının və kriminalistin iştirakı ilə video-çəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən təxminən 8 qram heroin, 1,5 qram metanfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat məlumatı narkotik vasitənin satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə, axşam saatlarında, təxminən saat 20:00-dan sonra saxlamış, nə üçün saxladıqlarını ona bildirmişdirlər. Təqsirləndirilən şəxs evinə getməmişdirlər. Əhmədi narkotik vasitə istifadəçisi kimi saxlamış, Əhməd barədə narkotik vasitənin satışı ilə bağlı deyil, istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən daxil olmuş 30 sentyab 2022-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhr məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Sumqayıt şəhərinin ərazi hüdudlarını, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün onlara xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edilərək elektron monitorinq sistemində qeydiyyata alınmışdır. Elektron monitorinq sistemi üzrə məhkum Təqsirləndirilən şəxs izləmə məlumatlarına əsasən nəzarət subyekti xx.xx.2022-ci il tarixdə saat 18:42-də yaşadığı ünvan 4 ünvanını tərk edib Sumqayıt şəhəri Koroğlu prospektindən keçməklə saat 19:13də Sumqayıt şəhəri 18-ci məhəllə ev 1/34 ünvanının yaxınlığında olmuşdur. Məhkum Təqsirləndirilən şəxs sonuncu dəfə göstərilən ünvanda olmuş, xx.xx.2022-ci il saat 08:58dən elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlamaq vəzifəsinə əməl etmədiyindən növbəti müddət ərzində məhkum barəsində izləmə məlumatları daxil olmamışdır. Probasiya xidmətindən daxil olmuş 22 may 2023-cü il tarixli məktubdan aydın olur ki, məhkum Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarix saat 12:20-də elektron monitorinq sistemində qeydiyyata alınaraq ona elektron nəzarət vasitələri tətbiq edilmişdir. Elektron monitorinq sistemindən göründüyü kimi izləmə məlumatları Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarix saat 19:13-dən saat 22:57-dək ünvan 6 ünvanında olduğu müşahidə olunur. Probasiya xidməti 26 may 2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixli məktubda ünvan 7 ünvanı yaxınlığında, 22 may 2023-cü il tarixli məktubunda isə ünvan 8llə Polad Həşimov küçəsi 13/36 olduğunun göstərilməsini “Şans” elektron monitorinq sisteminə əsasən 19 yanvar 2022-ci il saat 19:13-dən 22:57 dək Sumqayıt şəhəri Polad Həşimov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən 1/34 və 1/36 nömrəli ünvanlar üzrə nəzarət subyekti Təqsirləndirilən şəxs izləmə məlumatlarının daxil olmasının müşahidə edilməsi ilə izah etmişdir. Qeyd olunan ziddiyyətin aradan qaldırılması məqsədilə iş üzrə şahid kimi dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı yenidən dindirilmiş, o, ifadəsində əməliyyat qrupunun özü və Şahid3 ibarət olduğunu, təqsirləndirilən şəxsi 2022-ci ilin yanvar ayında, təxminən axşam saat 21-22 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində binanın qarşısında saxladıqlarını, onun evinə daxil olmadıqlarını, Təqsirləndirilən şəxs saxlanılan zaman aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitəni həm şəxsi istifadəsi üçün, həm də satış məqsədilə əldə etdiyini söylədiyini bildirmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq təqsirləndirilən şəxsin tutulma saatı arasında yaranmış ziddiyyətin nə ilə bağlı olduğunu bilmədiyini, elektron qolbağın saatının səhv olduğunu düşündüyünü, təqsirləndirilən şəxsi 4 saat polis bölməsində saxlamadıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 əməliyyat tədbirində özü və Şahid2 iştirak etdiyini, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində axşam saat 21-22 radələrində saxlayaraq bölməyə gətirdiklərini, onun üzərindən heroin və metamfetamin aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini söylədiyini bildirmişdir. Şahid məhkəmə tərkibinin sualına cavab olaraq təqsirləndirilən şəxsi saxlayan kimi polis bölməsinə gətirdiklərini, onu 4 saat saxlayıb daha sonra vəkil çağırmadıqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində narkotik vasitə saxlaması, gəzdirməsi və satışı ilə məşğul olmasına dair məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd göy rəngli pul qabı, 1ədəd qara rəngli elektron tərəzi və bir ədəd mobil telefonu çıxardıb təqdim edir, həmin pul qabı açılan zaman onun içərisindən də şəffaf sellofan və bir ədəd qapaqlı və kiçik ölçülü plastmas qab aşkar edilir. Həmin şəffaf sellofan açıldıqda içərisindən 9 ədəd bükümdə şəffaf rəngli sellofanlarda olan heroin, plastmas qabın içərisindən isə 4 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan 9 ədəd bükümün heroin, 4 ədəd bükümün isə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixatrop maddəni Baba kimi tanıdığı İran İslam Respublikasının vətəndaşına 160 manat pul köçürdükdən sonra şəxsi istifadəsi və satması üçün aldığını bildirir. Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq Şahid1 də heroin satdığını, ona satdığı heroini də eyni şəxsdən daha əvvəl aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi” barədə 19 yanvar 2022-ci il tarixli protokoldan aydın olur ki, Şahid1 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən N.Nərimanov abidəsinin yanında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayt ŞPİ-nin 3-cü PB-nə gətirilib orada üzərində şəxsi axtarış keçirlən zaman üzərindən bir bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, o, həmin narkotik vasitəni 18 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən Qaçqınlar şəhərciyində yaşayan Ruslan adlı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün aldığını, bir hissəsini istifadə etdiyini, qalanını isə üzərində saxladığını, Ruslan adlı şəxsdən əvvəllər də 3 dəfə narkotik vasitə heroin aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” 10 aprel 2022-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş fotocədvəl, fotoşəkil və telefonda olan “whatsapp” proqramı vasitəsi ilə aparılan yazışmaların əks olunduğu disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung" markalı mobil telefonun "whatsapp" proqramı vasitəsilə istifadəsində olan və profil adı "KeNaN" kimi qeydiyyatdan keçən (994) 70-896-39-39 nömrəsi ilə "Gooch Ali" adı ilə qeydə alınmış +**********98 nömrəsi arasında 18 yanvar 2022-ci il tarix saat 17:57-dən xx.xx.2022-ci il tarix saat 03:40-dək aşağıdakı məzmunda səsli və mətn mesajlarının olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:57-də "K" adlı şəxs "G" adlı şəxsə "100-120 manat pulum var. Nəsə alındırmaq olar?” xx.xx.2022-ci il tarixdə saat 20:13-də "G" adlı şəxs "K" adlı şəxsə "Alınar. 120 manat vurub nə qədər istəyirsən?” xx.xx.2022-ci il tarixdə saat 20:13-də "K" adlı şəxs "G" adlı şəxsə "Yüz əlli vuracam” xx.xx.2022-ci il tarixdə saat 20:13-də "G" adlı şəxs "K" adlı şəxsə "150 vursan 10 dənə ata bilərəm?” xx.xx.2022-ci il tarixdə saat 20:13-də "K" adlı şəxs "G" adlı şəxsə "150 vuracam. 12 dənə ata bilərsən?” xx.xx.2022-ci il tarixdə saat 20:14-də "K" adlı şəxs "G" adlı şəxsə "05 qram temadan 150 manat pul düzəltmişəm. Məndə onu qurutdum verdim camaata ki yox deməyim heç kimə” xx.xx.2022-ci il tarixdə saat 20:15-də "G" adlı şəxs "K" adlı şəxsə "sənə 6 dənə mal vermişəm, düzdü? 150 vur 10 dənə atım. İstəyirsən 5-5, 4-6 ya da ki 3-7 atım? Mənə yüz vurmuşdun 5 manat mənim sənə borcum olar. 2 patı 4 kola olacaydı. 5 kola patı olub, 95 olub” xx.xx.2022-ci il tarixdə saat 20:16-də "G" adlı şəxs "K" adlı şəxsə "160 elə əlavə iki dənə olmaqla, 12 dənə bağlatdırım. xx.xx.2022-ci il tarixdə saat 20:17-də "K" adlı şəxs "G" adlı şəxsə "Yaxşı qardaşım. Sən kartı at mən 5-10 dəqiqəyə vururam” xx.xx.2022-ci il tarixdə saat 20:18-də "K" adlı şəxs "G" adlı şəxsə "Qardaşım 5 dənə metadon atmaq olar?” xx.xx.2022-ci il tarixdə saat 20:18-də "G" adlı şəxs "K" adlı şəxsə "Kenan 12 dənəni necə atdırım? 10 kola 2 patı eliyim ya 4 patı 8 kola?” xx.xx.2022-ci il tarixdə saat 20:18-də "K" adlı şəxs "G" adlı şəxsə "Metadon tabletka” xx.xx.2022-ci il tarixdə saat 20:18-də "K" adlı şəxs "G" adlı şəxsə "10 dənə kola 2 patı” xx.xx.2022-ci il tarixdə saat 20:19-da "K" adlı şəxs "G" adlı şəxsə "10 kola 2 patı” xx.xx.2022-ci il tarixdə saat 20:31-də "G" adlı şəxs "K" adlı şəxsə yuxarısında “Mirzaov Reza” adı yazılmış mətn mesajı, üzərində “unibank-allbalı” sözü və 16 (on altı) rəqəmli “5243-7544-1848-4240” şifrə qeyd olunmuş plastik kartın şəklini göndərir. xx.xx.2022-ci il tarixdə saat 20:31-də "G" adlı şəxs "K" adlı şəxsə "Kənan qardaş vur buna”, “Birdə malın üstündə 5 dənə əmanət yollayacam onu orda qoyarsan” xx.xx.2022-ci il tarixdə saat 20:37-də "K" adlı şəxs "G" adlı şəxsə "Qardaşım beş dənəni denən ayrı göndərsin”, “Bir yerdə atmasın” və “Ayrı-ayrı olsun ki sonra tema su olur qalıram pis ortada” xx.xx.2022-ci il tarixdə saat 20:50-də "G" adlı şəxs "K" adlı şəxsə "Dərnəgülə nə qədər yolun var?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:51-də "K" adlı şəxs "G" adlı şəxsə "Mən düşürəm pulu vurmağa. Sən Elmarla danış” xx.xx.2022-ci il tarixdə saat 21:01-də "G" adlı şəxs "K" adlı şəxsə "Setdə yoxdu” xx.xx.2022-ci il tarixdə saat 21:02-də "K" adlı şəxs "G" adlı şəxsə "Qardaşım mənim maşınım yoxdu, onun maşını ilə gedəcəm. Birdənə onunla danış”. xx.xx.2022-ci il tarixdə saat 21:03-də "G" adlı şəxs özünə göndərilmiş “Dərnəgülə yol azdı hardasa 20 dəqiqəlik” səsli mesajını "K" adlı şəxsə göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:03-də "G" adlı şəxs "K" adlı şəxsə "Danışdım”. xx.xx.2022-ci il tarixdə saat 21:04-də "K" adlı şəxs "G" adlı şəxsə "oldu”, “məndə düşdüm” və “pulu vurmağa”. xx.xx.2022-ci il tarixdə saat 21:39-da "K" adlı şəxs "G" adlı şəxsə “eManat” vasitəsilə ödəniş qəbzlərinin şəkillərini göndərir, 19884 nömrəli qəbzdən X5 məxsus, Unibanka aid, son 08 (səkkiz) rəqəmi “1848-4240” olan karta, xx.xx.2022-ci il tarixdə 160 (bir yüz altmış) manat pul vəsaitinin mədaxil olunduğu görünür. xx.xx.2022-ci il tarixdə saat 22:28-də "K" adlı şəxs "G" adlı şəxsə "Qardaşım Elmar deyir ki konum atsın” sonradan isə, səsli mesajın ortalarında Elmar adlı şəxsin danışığı başlayır “deki dəqiq konum atsın. Qardaşım sən bizim vəziyyəti bilmirsən. Burda bu nə qədər problemə, nə qədər narahatçılığa səbəb olur. Məndə dəqiq ünvan desin, məndə çıxım həmin ünvana gedim. Bəlkə məni tuturlar, bəlkə o momentdə atırsan şəkli. Hazır tutulmamışdan qabaq silərəm gedərəmdə”. xx.xx.2022-ci il tarixdə saat 22:48-də "G" adlı şəxs "K" adlı şəxsə göndərmiş foto şəkildə “Yolun kənarında, yaşayış binasının yanında olan işıq dirəyinə istiqamətlənmiş mavi rəngli ox işarəsi", habelə həmin fotonun aşağı hissəsində “Ukrayna dairəsindən həziyə düşəndə şanlı Urfanın yanına çatmamış işıq transfarmatorlarının yanından sağa araya gir, biraz qabaqda sağda işarələnən turbanın içindədi” yazısı görünür. xx.xx.2022-ci il tarixdə saat 23:27-də "G" adlı şəxs "K" adlı şəxsə "Kənan qardaş o beş dənə yaddan çıxmasın. Beşini ora qoyarsız. xx.xx.2022-ci il tarixdə saat 03:26-da "K" adlı şəxs "G" adlı şəxsə "Səməd marketi keçəndən sonra astanofkadan qabaqda dəmir butka var, köşkdü. Şəkildə var. Həmin köşkün sağında balaca ağacın dibidə siqaret qutusundadır”. xx.xx.2022-ci il tarixdə saat 03:27-də "K" adlı şəxs "G" adlı şəxsə göndərmiş foto şəkildə “Yolun kənarında, köşk, ağaclar və işıq dirəyi görsənir”. xx.xx.2022-ci il tarixdə saat 03:40-da "G" adlı şəxs "K" adlı şəxsə "Kənan qardaş götürdü”. Bundan başqa qeyd olunan mobil telefonun "sms" qutusuna baxdıqda Təqsirləndirilən şəxs "ehmed 9uz" adı ilə qeydə alınmış Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə arasında olan mesajların mətnindən Şahid1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla görüşüb ondan hər hansısa bir əşyanı götürməli olduğu aydın olur. Yuxarıda qeyd olunan baxış protokoluna əsasən telefona baxış Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş, o, "Gooch Ali" adlı profil vasitəsilə danışan şəxslə internetdə tanış olduğunu, həmin şəxsin özünü İran vətəndaşı kimi təqdim etməklə onunla "Whatsapp" proqram vasitəsi ilə danışdığını, həmin İran vətəndaşından narkotik vasitə alıb satmaq niyyətində olduğunu, özünü İran vətəndaşına Kənan kimi təqdim etdiyini, “Whatsapp” vasitəsi ilə göndərilən mətn və səsli mesajların özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 yanvar 2022-ci il tarixli və “Mobil telefona baxış keçirilməsi” barədə 15 fevral 2022-cil tarixli protokolların məzmunundan görünür ki, ***-***-**-** saylı mobil nömrə Şahid1 istifadəsində olmuşdur. “Mobil telefona baxış keçirilməsi” barədə 15 fevral 2022-cil tarixli protokoldan aydın olur ki, Şahid1 istifadəsində olan “Huawei” markalı mobil telefonun üzərində olmaqla onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə telefona "Ruslan 12 Mkr" kimi qeyd olunmuş “*** *** ** **” nömrəsi arasında olan mesajların mətnindən Şahid1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla görüşüb ondan hər hansısa bir əşyanı götürməli olduğu aydın olur. 21 yanvar 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı ondan mütəmadi olaraq, həmçinin 18 yanvar 2022-ci il tarixdə 30 manat qarşılığında narkotik vasitə aldığını bildirmiş, Təqsirləndirilən şəxs da 18 yanvar 2022-ci il tarixdə 30 manat qarşılığında Şahid1 heroin satdığını qəbul etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/373 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 127” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.....” yazısı və imzalar qeyd edilmiş 02 (iki) ədəd zərfdə olan ümumilikdə 13 (on üç) ədəd bükümlərdən 09 (doqquz) ədəd bükümdə təmiz çəkisi 8,862 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalan 04 (dörd) ədəd bükümdə isə təmiz çəkisi 1,549 qram ağ rəngli kristallardan ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Habelə, ekspertizanın rəyində, tədqiqata təqdim edilmiş 01(bir) ədəd üzərində “AOSAİ” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izlərinin olması, iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisinin müəyyən edilməsinin mümkün olmaması göstərilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/373 nömrəli rəyindən görünür ki, Şahid1 üzərində aşkar edilmiş, 0, 066 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs tutulduğu zaman üzərində aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi tərkiblərnə görə eyni tərkiblidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/371 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət.Şahid1 üzərindən aşkar edilmiş yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,066 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış vasitə heroindir. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, X2 31 dekabr 2021-ci il tarix saat 23:50-dən 01 yanvar 2022-ci il tarix saat 09:00-dək olan müddət ərzində naməlum şəxs və ya şəxslərin qohumu Emilə məxsus Sumqayıt şəhəri Yaşıl Dərə bağlar massivi 49-cu məhəllə fərdi evin həyətinə hasardan aşma yolu ilə daxil olub həmin həyətdə saxladığı, ona məxsus olan “Start” markalı velosipedi oğurladığını bildirmişdir. 04 yanvar 2022-ci il tarixli “baxış protokolu”na əsasən hadisə yerinə baxış keçirilmiş, Əkbər Atakişiyev həmin velosipedi saxladığı yeri göstərmiş, bu barədə fotocədvəl protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 yanvar 2022-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən gecə saat 01 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı ünvanı tərk edərək ünvan 9r getdikdən sonra üstü bağlı avtomobil dayanacağının yanından sağa-yaşıl dərə bağları, 49-cu məhəllə istiqamətinə döndüyünü, həmin küçədə yerləşən tanımadığı şəxsə aid və hasarı alçaq olan fərdi evin həyətinə hasarı aşaraq həyətə baxdığını və orada velosipedi gördüyünü, həyətdə velosipedi gördükdən sonra həyətin darvazasının balaca qapısını açdığını və bayıra çıxıb velosipedi sürərək yaşadığı ünvana getdiyini, xx.xx.2021ci il tarixdə saat 14 radələrində polis əməkdaşlarının yaşadığı ünvana gələrək qapısını döydüklərini, o, da həmin vaxt oğurladığı velosipedi dərhal pəncərədən küçəyə atdığını, daha sonra evin qapısını açdığını və polis əməkdaşları ilə söhbət etdikdən sonra onların dəvəti ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getdiyini, orada o, xx.xx.2022-ci il tarixdə oğurladığı velosipedi yaşadığı evin eyvanından- 12-ci mərtəbədən yerə atdığını, həmin velosipedi tək oğurladığını və onu gələcəkdə satıb pul əldə etməyi planlaşdırdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 yanvar 2022-ci il tarixli “təqdim etmə və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs “Start” markalı velosipedi təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, 01 ədəd “Start” markalı 28 ölçülü velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 200,00 manat müəyyən olunur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1260 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədə Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək barəsində 02 (iki) il 06 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edildiyi qeyd olunmuşdur. Həmçinin Sumqayıt şəhər Probasiya şəbəsindən daxil olmuş 21-2/3-1548 saylı məktubdan görmək olur ki, xx.xx.2021-ci il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətində azadlığdın məhdudlaşırlması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının 02 ay 29 gününü çəkmiş və " 8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclinin xx.xx.2021-ci il tarixli Qəraına təsir dairəsinə düşdüyündən cəzasının çəkilməmiş hissəsindən 01 (bir) il azadlımışdır. Lakin Təqsirləndirilən şəxs hazırkı günədək 02 ay 19 gün çəkilməmiş cəzası qalmışıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhəri, Mənzil-Kommunal İstismar sahəsi Sumqayıt şəhəri 12–ci mikrorayon X8 tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs nəzarətində olan yaşayış sahəsində yaşadığı müddət ərzində özünü nümunəvi sakin kimi aparmadığı, qonşularla dəfələrlə problemlər yaşamaqla mənfi xarakterizə edildiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan 19 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında, gəzdirilməsində və satışında şübhəli hesab edilməklə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 19 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri 12-ci mikrorayon ev 12-nin qarşısında saat təxminən 22:57–də saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə saat təxminən 22:57–də Sumqayıt şəhəri 12-ci mikrorayon ev 12-nin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxsə verilən ittihamdan da onun xx.xx.2022-ci il tarixdə saat 22:57də Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində X8, 12 nömrəli binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparıldığı gösrsənir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs vəsatət verərək tutulduğu vaxt ayağında elektron nəzarət vasitəsinin olduğunu qeyd edərək tutulma vaxtının ittiham aktında göstəriləndən fərqli olduğunu bildirmişdir. Həmin xüsusatın araşdırlması üçün Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış sorğuların cavabları araşdırılarkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:42-də yaşadığı ünvan 4 ünvanını tərk edib Sumqayıt şəhəri Koroğlu prospektindən keçməklə saat 19:13-də Sumqayıt şəhəri 18ci məhəllə ev 1/34 ünvanının yaxınlığında olmaqla, sonuncu dəfə göstərilən ünvanda olduğu müəyyən edilmişdir. Qeyd edilən məktuba əlavə edilmiş elektron monitorinq sistemindən çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:42-də yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon ev 12 ünvanından sonuncu dəfə olduğu ünvan 10oriya üzrə getmiş, yol boyu hər hansı başqa bir ünvana dönməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən daxil olmuş 30 sentyabr 2022-ci il tarixli məktubda məhkumun olduğu sonuncu ünvan dəqiq göstərilmədiyi, yəni ünvan 11 ünvanın dəqiq göstərilməsi üçün müvafiq idarəyə növbəti sorğu ünvanlanmış, həmin sorğuya 22 may 2023-cü il tarixli cavabda nəzarət subyekti Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarix saat 19:13-dən saat 22:57-dək ünvan 6 ünvanında olduğunun müşahidə edildiyi göstərilmişdir. Odur ki, qeyd olunan ziddiyyətin aradan qaldırılması üçün Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə növbəti sorğu ünvanlanmış, Probasiya xidməti 26 may 2023-cü il tarixli məktubunda nəzarət subyekti Təqsirləndirilən şəxs izləmə məlumatlarının “Şans” elektron monitorinq sisteminə əsasən 19 yanvar 2022-ci il saat 19:13-dən 22:57-dək Sumqayıt şəhəri Polad Həşimov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən 1/34 və 1/36 nömrəli ünvanlar üzrə daxil olmasının müşahidə edilməsi ilə izah etmişdir. Yəni Təqsirləndirilən şəxs olduğu sonuncu ünvan küçə və prospektin kəsişməsində yerləşdiyindən onun sonuncu dəfə dəqiq hansı ünvanda olduğunu müəyyən etmək mükün olmamışdır. Məhkəmə istintaq zamanı “Gomap.az” tətbiqetməsi vasitəsilə Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin olduğu ünvanı müəyyən etməklə Təqsirləndirilən şəxs olduğu sonuncu ünvan ilə müqayisəli tədqiqatını aparmaq üçün qeyd edilən tətbiqetməyə polis bölməsinin ünvanını yazdıqda həmin ünvanın da Polad Həşimov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşməklə bina 1/34-ün yanındakı bina 2/32-nin olduğu müəyyən edilmişdir. Yəni Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsi Polad Həşimov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində bina 2/32-də yerləşir. Azərbaycan Respubliksı Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunan xüsusatlara qiymət verərək və CPM-nin 21ci maddəsini rəhbər tutaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlandığı vaxt ittiham aktında düzgün göstərilməmiş, o, 19 yanvar 2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon ev 12 ünvanın qarşısında saat 22:57-də yox, saat 18:42-də saxlanılmaqla polis əməkdaşlarının müşayəti ilə Koroğlu prospektindən keçməklə düz trayektoriya üzrə Polad Həşimov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində bina 2/32-də yerləşən Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə gətirilmiş, saat 19:13-dən etibarən də Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsində olmuş, bununla da saxlanıldığı saat 18:42-dən tutulmanın bu barədə raport, protokol və ittiham aktında göstərilən saat 22:57-dək olan müddət ərzində qanunsuz olaraq 4 saat saxlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Yuxarıda sadalanan və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusuna əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə obyektiv həqiqət müəyyən edilməklə cinayət mühakimə icraatının əsas vəzifəsi yerinə yetirilmiş, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu qeyd etməklə saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən hər hansı bir ləyaqəti alçaldan, qəddar və ya qeyri-insani rəftara məruz qalmadığını bildirmişdir. Odur ki, təqsirləndirilən şəxsə bir epizoddda verilən ittihamın forması- saxlanma saatı dəyişsə də, ittihamın mahiyyəti dəyişməz olaraq qalmışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində X1 məxsus Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi, 49-cu məhəllədə fərdi evin yanına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin ətrafında olan torpaq sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd "Start" markalı 28 ölçülü 200 (iki yüz) manat dəyərində olan velosipedi gizli talayaraq Zərərçəkmiş şəxsa ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə şəxsiyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, satış məqsədi ilə qanunsuz olaraq 0,066 qram çəkidə narkotik vasitə olan heroini telefon danışıqları vasitəsilə qabaqcadan razılaşdıqları kimi şəxsiyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşının ona verdiyi məlumat əsasında Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazsində yerləşən "Şanlı Urfa" adlı restoranın yanından götürməklə əldə edib, həmin 0,066 qram çəkidə narkotik vasitə heroini tanışı Şahid1 xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri, 12 mikrorayon ərazisində 30 (otuz) manat müqabilində satmış, Şahid1 xx.xx.2022-ci il tarixdə saat 20:38-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən N.Nərimanov abidəsinin yanında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayt ŞPİ-nin 3-cü PB-nə gətirilib orada üzərində şəxsi axtarış keçirlən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,066 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində şəxsiyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 8,862 qram çəkidə narkotik vasitə olan heroini və şəxsi isthelak miqdarından artıq miqdarda 1,549 qram çəkidə psixotrop maddə olan metamfetamini telefon danışıqları vasitəsilə qabaqcadan razılaşdıqları kimi şəxsiyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşının ona verdiyi məlumat əsasında Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazsində yerləşən "Şanlı Urfa" adlı restoranın yanından götürüb əldə edərək, saxlamaqla üzərində daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:42-də Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində X8, 12 nömrəli binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd göy rəngli bağlamada içərisində olan sellofan torbada ayrı-ayrılıqda politilen bükümlərdə olan 01 (bir) ədəd 1,305 qram, 01 (bir) ədəd 1,671 qram, 01 (bir) ədəd 1,180 qram, 01 (bir) ədəd 0,593 qram, 01 (bir) ədəd 0,931 qram, 01 (bir) ədəd 0,577 qram, 01 (bir) ədəd 0,973 qram, 01 (bir) ədəd 0,975 qram və 01 (bir) ədəd 0,657 qram ümümlikdə təmiz çəkisi 8,862 qram qəhvəyi rəngli tozşəkili maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin göy bağlamada 01 (bir) ədəd plastik qabın içərsində ayrı-ayrılıqda politilen bükümlərdə olan 01 (bir) ədəd 0,412 qram, 01 (bir) ədəd 0,337 qram, 01 (bir) ədəd 0,413 qram və 01 (bir) ədəd 0,387 qram ümümilkdə təmiz çəkisi 1,549 qram ağ rəngli kristalardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd "AOSAİ" markalı üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində göstərilən əməli deyil, xırda talama cinayəti törətməsi barədə məhkəmədə verdiyi ifadəsini onun özünü müdafiə cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növdə olması, bükümlərə ayrılması, elektron tərəzinin mövcudluğu təqsirləndirilən şəxsin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 177.2.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “maddi sübut kimi tanıma haqqında” və “sübutları qiymətləndirmə haqqında” qərarlardan görünür ki, iki ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, ümumilikdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,026 qram çəkidə narkotik vasitə heroin, 8,592 qram çəkidə narkotik vasitə heroin və 1,469 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd Samsung markalı və bir ədəd Huavei markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Zərərçəkmiş şəxsa məxsus "Start" maraklı velosiped maddi sübut kimi tanınaraq saxlanması üçün özünə təhvil verilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılmaqla ödənilməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş qalıq qalmış 0,026 qram çəkidə narkotik vasitə heroin, 8,592 qram çəkidə narkotik vasitə heroin və 1,469 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 (bir) ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalı, bir ədəd Samsung markalı və bir ədəd “Huawei” markalı mobil telefonlar sahibinə və ya onun ailə üzvlərinə qaytarılmalı, 02 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 164 (bir yüz altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-328/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 2 (iki) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə 1 (bir) ay 9 (doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzr təyin edilmiş 6 (altı) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 164 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ümumilikdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,026 qram çəkidə narkotik vasitə heroin, 8,592 qram çəkidə narkotik vasitə heroin və 1,469 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. 01 (bir) ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. Bir ədəd Samsung markalı və bir ədəd “Huawei” markalı mobil telefonlar sahibinə və ya onun ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar