Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-100/2024 15.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şabran rayonu Sincanboyad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şabran rayonu Sincanboyad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 2022-ci ilin aprel-may aylarında Şabran rayonu Sincanboyad kəndində yaşadığı mənzilin dəhlizində, eləcə də evin həyətyanı sahəsində əvvəlcədən hazırladığı dibçəklərdə qanunsuz olaraq əkib yetişdirdiyi tərkibində narkotik maddələr olan 14 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 120 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisinin yarpaqlarını ev şəraitində qurudub toplamaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından az miqdarda 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda müvafiq olaraq çəkiləri 0,150 qram, 0,307 qram, 0,320 qram, 0,310 qram, 0,239 qram ümumi təmiz çəkisi 1,326 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın, ümumi təmiz çəkisi 0,937 qram təşkil edən 3 bükümünü yaşadığı evin dəhlizindəki masanın üzərində olan dibçəkdə, 1 ədəd təmiz çəkisi 0,150 qram təşkil edən bükümü əynindəki şalvarın sağ yan cibində, 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,0 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış heroini satış məqsədilə yaşadığı evin dəhlizində, kərpiclərin arasında gizlətməklə qanunsuz olaraq saxlamış, 2022-ci il 18 may tarixdə axşam saat 23 radələrində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın 0,239 qram təşkil edən hissəsini Şabran şəhər sakini Şahid1 5 manata yaşadığı Şabran rayon Sincanboyad kəndində yerləşən evinin qarşısında satmış, 19 may 2022-ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı müvafiq olaraq Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən sözügedən narkotik tərkibli çətənə bitkiləri və narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, saxlanıldığı gün səhər saat 08:00-da evdə yatdığı yerdə polis müavininin başının üstündə dayandığını görmüş, ona “sabahınız xeyir, dur əynini geyin gedirik” demişdir. Həyətdə çətənə bitkisi əkmiş, polis əməkdaşları yaşadığı evin həyətini gəzməyə başlamışlar. Lakin ittiham aktında qeyd olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Əməliyyatçılar tərəfindən təzyiqlərə məruz qaldığı üçün onların dedikləri ilə razılaşmış, onlar tərəfindən döyülmüş, qulağı da zədələnmişdir. Döyülməyi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmışdır. Polis əməkdaşları onu işgəncələrə məruz qoyaraq Məmmədliyə narkotik vasitəsi satmasını demişlər. Lakin o, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmamış, 03 qram heroin də ona məxsus deyildir. Heroin yaşadığı evin girişinə yığılmış qızılı kərpiclərin arasından aşkar olunmuş, polis əməkdaşları ondan aşkar edilən bükümün nə olduğunu soruşmuş, o da heç bir məlumatı olmadığını bildirmişdir. Daha sonra isə polis idarəsinə aparılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq yaşadığı evin həyətində təxmini olaraq 14 çətənə bitkisini əkdiyini, özündə 3-4 büküm marixuana olduğunu bildirmişdir. Həmçinin Məmmədəli ilə düşmənçiliyi və ədavətinin olmadığını, əvvəllər Məmmədəli ilə bərabər hər hansı bir təmənna olmadan ara-sıra narkotik vasitə çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, müstəntiq ifadəsinə aşkar edilən narkotik vasitəni ehtiyacı olduğundan satması üçün aldığını yazmış, o isə heç kimi tanımadığını və heroin almadığını bildirmiş, istintaq təcridxanasında olduğu vaxt onun yanına müstəntiq və polisin əməliyyatçısı gəlmiş, əməliyyatçı özünü ona vəkil kimi təqdim etmiş, onun guya heroin aldığı şəxsin ölməsi barədə gətirdikləri kağıza qol çəkməsini istəmiş, o isə vəkili olduğunu, heç bir sənədə qol çəkməyəcəyini demişdir. Təcridxanada özünü vəkil kimi təqdim edən əməliyyatçını tanımış, çünki onu döyən şəxslərdən biri o, olmuşdur. Polis əməkdaşları həyətin darvazısından atlanaraq qapını açmış, polis rəisinin müavini Cəmil Nəsirovun evə daxil olmasına şərait yaratmışdırlar. Hadisə vaxtı evdə arvadı olmuş və onu da tez çölə çıxartmışlar. Yaxınlıqda yaşayan anası evə gəlmiş, lakin onu da içəri buraxmamışdırlar. Şəxsi axtarış zamanı aşkar olunan heroinin ona məxsus olduğunu etiraf etməmişdir. Tutulan günün axşamı Məmmədəli ilə görüşmüş, Məmmədəli qonşuluğa təkər almaq üçün gəlmişdir. Belə ki, qardaşı qonşuluqda yaşayır və təkər alış-verişi ilə məşğuldur, lakin onun təkəri alıb-almamasından məlumatsızdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadəsində elan edilmiş iitiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır.Törətmiş olduğu cinayət əməli üzrə özünü tam olaraq təqsirli hesab edir. Şabran rayonu Sincanboyad kəndində ailəsi ilə birgə kirayədə yaşayır. 2022-ci ilin təxminən aprel ayında yaşadığı evin qarşısında kağız bükümün içərisindən 14 ədəd toxum tapmışdır. Həmin toxumlara baxarkən onların çətənə bitkisinin toxumları olduğunu müəyyən etmişdir. Toxumları ailə üzvlərinə bildirmədən yaşadığı evin həyətində dibçəklərdə əkərək onlara xüsusi qaydada qulluq etməyə başlamışdır. Həmin 14 ədəd dibçəklərdən 3 ədədini evin dəhlizinə, qalan dibçəkləri isə evin həyətində saxlamışdır. 17 may 2022-ci il tarixdə həmin dibçəklərdəki çətənə bitkisinin yarpaqlarını qopardıb 5 ədəd kağız bükümlərə doldurmuşdur. Həmin 5 ədəd bükümlərdən 4 ədədini dəhlizdəki dibçəyin içərisinə, 1 ədəd bükümü isə tütünlə qarışdırıb əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə yerləşdirmişdir. 18 may 2022-ci il tarixdə axşam saat təxminən 23 radələrində yaşadığı evdə olan zaman tanışı Şabran şəhər sakini Şahid1 yaşadığı evin qarşısına gələrək onu səsləməyə başlamışdır. Bu zaman o, evdən küçəyə çıxmış və söhbət əsnasında Məmmədəli onda narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da hal hazırda üzərində 1 büküm narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu deyərək 5 manata ona sata biləcəyini bildirmişdir. Şahid1 onunla razılaşdıqdan sonra ona 5 manat pul vermiş və qarşlılığında o da bir ədəd bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı Şahid1 satmışdır. 19 may 2022-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli olduğunu və bu səbəbdən də müdafiəçinin iştirakı ilə evinə baxış keçirilməli olduqlarını bildirmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra hüquq və vəzifələri ona izah edilməklə müdafiəçi Şahin Abbasovun iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin dəhlizindəki dibçəklərdə 3 ədəd içərisində narkotik vasitə heab edilən qurudulmuş marixuana olan bükümlər, dibçəklərdə əkdiyi 14 ədəd ümumi təmiz çəkisi 120,0 qram olan narkotik tərkibli çətənə bitkiləri, 3,0 qram narkotik vasitə hesab edilən heroin və əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd büküm aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs 3,0 qram narkotik vasitə heroinin onun yaşadığı evdən aşkar edilsə də, özünə məxsus olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında o, Şabranda Narkotiklər üzrə Mübarizə qrupunun əməliyyat müvəkkili işləyən vaxtı onların post-patrul xidmətinin əməkdaşları 2 nəfər gətirmişdirlər. Həmin 2 nəfər rayon sakinləri olmuş, onlardan narkotik vasitə aşkar olunmuşdur. İstintaq gedişatı vaxtı narkotik vasitəni Şabran rayon sakini Elvin adlı şəxsdən aldıqlarını bildirmişdirlər. Daha sonra isə Elvinin şəxsiyyətini müəyyən edərək digər əməliyytaçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmış, Elvinin yaşadığı evin həyətinə baxış keçirmişdirlər. Həyətdən təxmini olaraq 13-14 ədəd çətənə kolları aşkar olunmuşdur. Daha sonra Elvinin yaşadığı evin içərisinə də baxış keçirmiş, koridorda üst-üstə yığılmış kərpiclərin birinin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Elvinin yaşadığı evinə getdikdə onlarla bərabər vəkil, təhqiqatçı, aqronom da olmuş, bunların hər biri video çəkiliş vasitəsilə həyata keçirilmişdir. Aşkar olunan narkotik vasitə heroinin çəkisi, bükümü yadında olmamışdır. Təqsirləndirilən şəxs əvvəlcə “aşkar olunan narkotik vasitə mənim deyil” demiş, daha sonra isə istintaq vaxtı hər şeyi etiraf etmişdir. Evdə olan dibçəklərin içərisində də narkotik vasitə aşkar edilmiş, lakin neçə büküm olduğunu xatırlamamışdır. Səhv xatırlamırsa, dibçəklərdə aşkar olunan narkotik vasitə ya heroin, ya da marixuana olmuşdur. Onlar Elvinin evinə səhər vaxtı getmiş, həmin vaxt cinayət-axtarış şöbəsinin rəisi və müavini də orada olmuşdur. Təqsirləndirilən şəxsin evinə daxil olduqları zaman Elvinin yaxın qohumlarından evdə heç kim olmamış, sonradan bir yaşlı qadını qapının yanında görmüş, lakin həmin qadının kim olduğunu bilməmişdir. O, Təqsirləndirilən şəxs qarşı hər hansısa bir təzyiq göstərməmiş və fiziki zor tətbiq etməmişdir. Kərpicin içərisində narkotik vasitə heroinin kimin tapdığını xatırlamamışdır. Özü əslən Şabranlı deyil, təyinatla Şabran rayonunda işləmiş, orada Narkotiklər üzrə Mübarizə Qrupunun əməliyyat müvəkkili olmuş, Təqsirləndirilən şəxs tutulana qədər tanımamışdır. Təqsirləndirilən şəxs tutulanda həyətdə olmuş, evin daxilinə digər əməliyyatçılar baxış keçirmişdirlər. Həyətdən çətənə kolları aşkar olunduqdan sonra evin daxilindən bir nəfər onlara içəridə narkotik vasitə heroin olduğunu demişdir. Daha sonra video çəkiliş olmuş, müstəntiq, vəkil və aqronom gəlmişdirlər. O, video çəkilişdə iştirak etmişdir. Ümumiyyətlə, 2022-ci ildə narkotiklə bağlı 48 fakt olmuş, o faktın 45-də iştirak etmişdir. Təqsirləndirilən şəxs özü video çəkilişdə onu görmüş, müstəntiqin otağında dindirilmə anına qədər təqsirləndirilən şəxs onu polis əməkdaşı olaraq tanımışdır. Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı əvvəlcə digər polis əməkdaşından, sonra isə ondan şikayət etmişdir. Bununla bağlı, Şabran Rayon Prokurorluğunda araşdırma olmuş və qeyd olunan fakt təsdiqini tapmamışdır. Daha sonra isə Elvin guya onun istintaq təcridxanasına gedərək özünü ona vəkil kimi təqdim etdiyini iddia etmişdir. O, istintaq təcridxanasına özbaşına yox, müstəntiqlə getmiş, istintaq təcridxanasına getməyini cinayət axtarış şöbəsinin rəisi də bilmişdir. Aşkar olunan narkotik vasitələrin kimdən əldə etdiyini dəqiqləşdirmək üçün Elvinin yanına getmiş, Elvin isə onun olmadığını bildirmişdir. O, sadəcə olaraq, Elvinə bu sualı ünvanlamış, özünü ona vəkil kimi təqdim etməmiş, əməliyyatçı olaraq İstinaq Təcridxanasına giriş etmişdir. Müdafiəçinin suallarına təqsirləndirilən şəxs cavab olaraq Şahid3 ifadəsində qeyd etdiklərin doğru olmadığını, Rövşən istintaq təcridxanasına gələrək özünü vəkil olaraq təqdim etmiş və qarşısına imzalamaq üçün bir neçə sənədlər qoymuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 Bünyamin oğlu ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyi və xidməti yerini dəyişdiyi üçün baş vermiş proseslər yadında qalmamışdır. Şabran rayonu, Sincanboyad kəndində Təqsirləndirilən şəxs yaşadığı evində saxlamış, onun evindən narkotik vasitələr aşkar olunmuş, lakin hansı növ narkotik vasitələrin, narkotik vasitələrdən başqa nələrin aşkar olunduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs “narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması” barədə məlumat daxil omuş, həmin məlumat əsasında əməliyyat keçirilmişdir. Əməliyyat məlumatı şəxsən ona daxil olmamış, o özü əməliyyatda iştirak etmişdir. Əməliyyatda neçə nəfərin iştirak etməsi barədə dəqiq say deyə bilməmişdir. Təqsirləndirilən şəxs məxsus yaşayış sahəsi həyət evi olmuş və ora getdikləri vaxt təqribi olaraq günorta radələri olmuşdur. Təqsirləndirilən şəxsin evinə o da getmişdir. Qapının onlara kimin açdığını xatırlamamış, evdə Təqsirləndirilən şəxs görmüşdür. O, yalnız təqsirləndirilən şəxsi görmüş, sonradan qapının yanında bir neçə nəfər qadının dayandığını görmüş, lakin onların kim olduğunu xatırlamamışdır. O, əvvəlcə evin içərisində daxil olmamış, sonradan evin içərisinə daxil olduqda Təqsirləndirilən şəxs yatağın yanında dayanmışdır. Həmin günü əməliyyata rəhbərlik edən şəxsin adı yadında olmamış, rayon polis şöbəsinin rəisi əməliyyatda iştirak etməmişdir. Səhv xatırlamırsa, rayon polis şöbəsinin rəisinin müavini Cəmil Nəsirov əməliyyatda iştirak etmişdir. Təqsirləndirilən şəxs evindən narkotik vasitələr aşkar olunmuşdur, lakin o, hansı növ narkotik vasitələrin aşkar olunduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs məxsus olan evin həyətyanı ərazisində narkotik vasitələrin aşkar olunduğu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs evindən heroinin aşkar olunma şəraitini görməmişdir. Şahid2 Bünyamin oğlunun məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şabran RPŞ-nin CABnin əməliyat müvəkkili vəzifəsində işləyir. 19 may 2022-ci il tarixdə Şabran RPŞ-nin PPXBnün polis nəfərləri Orxan Dəmirov, Rauf Məmmədov və Seymur Ramazanov xidmətdə olan zaman Şabran şəhəri A.Mirzə küçəsində 2 nəfər şəxsin özlərini şübhəli aparmasını görüb onlara yaxınlaşmışlar. Həmin vaxt iki nəfər şəxsdən biri əlindəki kazbeki və bir ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümü yerə ataraq qaçmağa cəhd göstərən zaman PPXB-nün əməkdaşları yerə atdıqları büküm ilə birgə həmin şəxsləri gətirərək RPŞ-nin NH-nə təhvil vermişlər. RPŞ-nin NH–də həmin iki nəfər şəxsin Şabran şəhər sakinləri Şahid1 və Şahid6 olması müəyyən edilmişdir. Daha sonra Şahid1 həmin bir ədəd bükümü Şabran rayon Sincanboyad kəndində yaşayan Təqsirləndirilən şəxs alması müəyyən edilmişdir. Bundan sonra Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Şahid5, Şahid3, müdafiəçi Şahin Abbasov və aqronom Rəşid Hacıyevin iştirakı ilə Şabran rayon Sincanboyad kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ümumilikdə 14 ədəd narkotik tərkibli çətənə bitkiləri, evin dəhlizindəki dibçəklərdə 3 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan büküm, evin dəhliz hissəsindəki kərpiclərin arasından bir ədəd içərisində narkotik vasitə hesab edilən heroin və əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Post-patrul xidmətinin əməkdaşlarından Seymur və Orxan 2 nəfər saxlamış, həmin 2 nəfər saxlanılanların üzərindən “kazbek” ya da marixuana aşkar olunmuşdur. Onlar aşkar olunan narkotik vasitələri Elvin adlı şəxsdən aldıqlarını və Elvinin evində bunları əkdiyini bildirmişdirlər. Onlardan birinin adı Məmmədəli olmuşdur. Daha sonra bütün əməliyyat aparatı, digər əməliyyatçılar və aqronomla birlikdə Təqsirləndirilən şəxs evinə getmişdirlər. Təqsirləndirilən şəxs yaşadığı evin içərisinə girəndə qapıdan sol tərəfdə balaca 3-4 dibçəklərdə, evin içərisində sağ tərəfdə və ağacların altında otların içərisində balaca çətənə kollar olmuşdur. Onun gördüyü və yadında qalmış nüanslar bunlar olmuş, başqa nədənsə xəbəri olmamışdır. Çünki daha sonra Elvinin anasının və arvadının halı pisləşdiyi üçün onları çölə çıxardıb təcili tibbi yardım gələnə qədər yanlarında olmuşdur. Həmin vaxt Elvin özündə olmamış, narkotik vasitənin təsiri altında olmuşdur. Özü bunu sonradan etiraf etmişdir. O, evin içərisinə daxil olmamış, Təqsirləndirilən şəxs ilk dəfə hadisə günü evdən çölə çıxardandan sonra görmüşdür. Hadisə günü bir neçə əməliyyatçılar olmuş, onlar Elvini yaşadığı evindən çölə çıxarmışdırlar. Elvinin evinə onlar səhər saat 11-12 radələrində getmişdirlər. O, əvvəlcədən orada kolların olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barəsində əməliyyat məlumatı cinayət-axtarış şöbəsinə daxil olmuşdur. X8 rəhbərlik rəhbərlik etmişdir. Daha sonra isə məlumatı dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətində çətənə kolları və narkotik aşkar olunmuşdur. Hansı növ narkotik vasitələrin aşkar olunmasını, səhv xatırlamırsa, “kakos” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evinin həyətində gündüz saat 11-12 radələrində saxlanılmışdır. Cəmil Nəsirovun ibtidai istintaq zamanı şahid qismində dindirilməsi ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məxsus yaşayış evinə getdikləri zaman evinin darvazası açıq olmuş, qapını isə Elvin özü açmışdır. Hadisə günü Elvin tək olmuş, daha sonra isə Elvinin anası qonşuluqdan gəlmişdir. O, hadisə vaxtı həyətdə aşkar olunan çətənə kollarını mühafizə etmiş, evin içərisində isə müstəntiqlər, əməliyyat üzrə müavin Cəmil Nəsirov olmuşdur. Evin içərisindən nələrin aşkar olunduğu barədə məlumatı olmamışdır. Müstəntiqlə birgə istintaq təcridxanasına gedən əməliyyatçının adını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Elvin və onun qardaşı ilə uşaqlıqdan bəri tanışlıq münasibətləri olmuşdur. O, traktor sürücüsü olmuş, Elvinin qardaşına maşınının təkərini təmir üçün vermişdir. Axşam vaxtı işdən traktor ilə evə gəlmiş, daha sonra Elvingilin qardaşıgilə getmişdir. Həmin vaxt Elvinin qardaşı evdə olmamışdır. Qayıdanda Elvini yolda görmüş, Elvinlə bir az hal-əhval tutandan sonra geri qayıdarkən Muradla motosikletin mühərriki xarab olduğu üçün yolda dayandıqları vaxt mülki formada və mülki maşında polis onları saxlamış, yaxınlaşan nəfəri polis əməkdaşı olaraq tanımışdır. Polis ondan “sən haradan gəlirsən?” deyə soruşmuş, o da, polis əməkdaşlarına Sincanboyad kəndindən gəldiyini bildirmiş, daha sonra ona ”sən yalan danışırsan, Elvingildən gəlirsən” demişdirlər. O da Elvingilə yox, Elvinin qardaşıgilə traktorunun təkərini düzəltməyi üçün getdiyini bildirmişdir. Polis onlara “burada gözləyin, heç yerə getməyin” demişdir. Gözlədikdən sonra bir polis maşını və əməliyyatçılar gəlmiş, daha sonra Muradla onun üzərlərinə baxış keçirmişdirlər. Onların üzərlərindən heç bir şey aşkar olunmamış, lakin maşının qabağından yerdən bir büküm narkotik vasitə götürmüşdürlər. Maşının qabağından bir büküm narkotik vasitəni götürdükdən sonra əməliyyatçılar ona “bu sənindir” demiş, daha sonra onu polis bölməsinə aparmışdırlar. Polis Bölməsində ona qarşı təzyiqlər olmuş və ona “sən bunu kimdən almısan?” soruşmuş, o da “mənim deyil” deyərək cavab vermişdir. Sonra onun qarşısına bir neçə sənəd qoyaraq “bu sənədlərə imza atsan, səni sərbəst buraxacağıq” demişdirlər. Hadisənin ertəsi günü isə Elvini tutmuşdurlar. Polis Bölməsində ona qarşı təzyiqlər narkotik vasitəni Elvindən aldığını deməsi ilə bağlı olmuşdur. Qeyd olunan sənədlərə təzyiq altında imza atmışdır. O, inzibati məsuliyyətə cəlb olunmuşdur. Müstəntiqin və vəkilin iştirakı ilə Elvinlə birgə onu dindirmişdirlər. İfadəsində o, narkotik vasitəni Elvindən almadığını bildirmişdir. İkinci dəfə Elvinlə üzləşdiriləndə də vəkilin iştirakı ilə yenə narkotik vasitəni Elvindən almadığını bildirmişdir. Polislər Muradla onu saxlayan zaman onu maşına mindirəndə polislə aralarında mübahisə olmuş, polis əməkdaşı ona qarşı əl-qol hərəkəti atmış, o, maşına minəndə arxadan təpik atmağa başlamışdır. Muradla onun üzərlərinə baxış polis əməkdaşlarının onları saxladığı zaman olmuşdur. Polis İdarəsində üzərlərinə baxış keçirilməmişdir, sadəcə olaraq, cibində olan əşyaları çıxardaraq stolun üstünə qoymuşdurlar. O, 3 gün Polis İdarəsində qalmış, Muradı isə ertəsi gün sərbəst buraxmışdırlar. Polis əməkdaşı ilə sual-cavab əsnasında ona bir sənədə imza atmağını bildirmiş, daha sonra ona məlum olmuşdur ki, guya o, narkotik vasitəni Elvindən pul ilə almışdır. Üzləşdirmədən sonra müstəntiq onu yenidən dindirməmişdir. O, narkotik vasitə marixuana istifadə etmişdir, lakin tutulandan sonra istifadə etməmişdir. Narkotik vasitəni yaxınlardan və dost-tanışdan əldə edərək, məhəllə uşaqları ilə çəkmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, təxminən bir ildir ki, narkotik vasitə hesab edilən marixuandan istifadə edir. 18 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində Şabran şəhərində yerləşən məscidin yaxınlığında gəzişərkən tanışı, Şabran şəhər sakini Şahid6 ilə rastlaşmışdır. Şahid6 özünə məxsus mopedi idarə etdiyi üçün sonuncudan Şabran şəhər avtovağzalına kontur almaq üçün onu aparmasını xahiş etmişdir. Şabran şəhər avtovağzalına çatan zaman fikrini dəyişib və Şahid6 onu idarə etdiyi mopedlə Şabran rayonu Sincanboyad kəndinə bir nəfər tanışı ilə görüşmək üçün aparmasını xahiş etmişdir. Şahid6 də onu aparmağa razılaşdıqdan sonra sonuncuya məxsus mopedlə Şabran şəhərindən çıxıb Sincanboyad kəndinə yollanmışlar. Sincanboyad kəndinə çatdıqda o, Şahid6 onu kəndin girişində gözləməsini xahiş edərək çıxıb getmişdir. Bundan sonra o, Şabran rayonu Sincanboyad kəndinin mərkəzində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişdir. Elvini evdən çağırıb və istifadə etmək üçün ondan 1 büküm narkotik vasitə hesab edilən qrudulmuş marixuana almaq istədiyini bildirmişdir. Elvin də 1 büküm narkotik vasitə heab edilən qurudulmuş marixuananı 5 manata ona sata biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 5 manata 1 ədəd içərisində narkotik vasitə hesab edilən qrudulmuş marixuna olan bükümü aldıqdan sonra o, həmin bükümü əyinindəki cins şalvarın sağ yan cibinə qoyub, kəndin girişində onu gözləyən Şahid6 yanına qayıtmışdır. Həmin vaxt Şahid6 onun narkotik vasitə almağa getməsindən və alıb geri qayıtmasından heç bir xəbəri olmamışdır. O, Muradın idarə etdiyi mopedə oturmuş və onlar Şabran şəhərinə yollanmışlar. Şabran şəhəri A.Mirzə küçəsi ilə yaşadığları evə tərəf gedərkən mopedin mühərrikində nasazlıq olduğundan onlar mopeddən yerə enmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb və özlərinin Şabran RPŞ-nin əməkdaşları olduqlarını bildirərək onlarla birlikdə RPŞ-nə getmələrini təklif etmişlər. Onlarda etiraz etməyərək RPŞ-nə gəlmiş və RPŞ-nin növbətçi hissəsində keçirilən baxış zamanı onun əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunmuşdur. Polis əməkdaşları həmin 1 ədəd bükümün içiərisindəki kütlənin nə olmasını və kimdən əldə etməsini ondan soruşduqda o, həmin bir ədəd bükümün narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını, onu Şabran rayonu Sincanboyad kəndində yaşayan Təqsirləndirilən şəxs 5 manata almasını bildirmişdir. Həmin 1 ədəd bükümdə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana RPŞ-nin əməkdaşları tərəfindən götrülərək xüsusi qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Elvini əvvəlcədən tanımamış, Elvini şöbəyə aparılanda görmüşdür. Onun məhəllə yoldaşı traktor sürücüsü Məmmədəli ona “traktor üçün ya disk, ya təkər almalıyam, gedək mənimlə gələk” demiş, o da razılaşaraq çölə çıxmışdır. Ona məxsus olan motosikletlə getdikdən sonra o, kafenin yanında dayanmışdır. Onların heç birinin narkotik vasitələrdən xəbəri olmamışdır. Daha sonra onları polis əməkdaşları saxlamış və polis bölməsinə aparmışdırlar. Polis bölməsində olduqları zaman polis əməkdaşları onları təzyiq altına salmışdırlar. O, Məmmədəlinin traktor üçün ya disk, ya da təkərin kimdən alacağını, Məmmədəlinin dəqiq hansı məqsədlə getdiyini bilməmişdir, sadəcə olaraq ona belə məlumat vermişdir. O, motosikleti saxlamış, Məmmədəli düşüb getmiş, qayıdanda isə əlində maşın açarı olmuşdur. O özü Məmmədəli ilə getməmişdir. Daha sonra Məmmədəli geri qayıdaraq, motosiklete oturmuş və onlar getmək istəyərkən motosikletin mühərriki xarab olmuşdur. Sonra onların olduqları yerə 1 maşın yaxınlaşaraq nə üçün orada dayandıqlarını soruşmuş, o da motosikletin mühərriki xarab olduğu üçün dayanadıqlarını bildirmişdir. Daha sonra post-patrul xidməti əməkdaşlarının gəldiyini görmüşdür. Əməkdaşlar onların şəxsiyyətlərini müəyyənləşdirdikdən sonra 3-4 maşının gəldiyini görmüşdür. Onların heç birindən narkotik vasitə aşkar olunmamışdır. Post-patrul xidmətinin əməkdaşları yerə yaxınlaşmış və guya onlar yerdən narkotik vasitə götürmüşdürlər. Daha sonra isə onları Polis Bölməsinə aparmışdırlar. Məmmədli onu Sincanboyad kəndinə aparmağı xahiş etmişdir. Əvvəlcə mülki maşında yaxınlaşaraq “bu vaxtı burada nə edirsiniz” dedikdən 2-3 dəqiqə sonra post-patrul xidmətinin əməkdaşları gəlmişdirlər. Post-patrul xidməti əməkdaşlarının guya ki, yerdən aşkar olunaraq götürdüyü narkotik vasitə marixuana olmuş, onlara “narkotik vasitəni siz yere atmısınız” demişdirlər. Onlar polis bölməsinə gedəndə əvvəlcə Məmmədəli ilə onu eyni otağa salmış, sonradan ayırmışdırlar. Polis bölməsində onlara qarşı təzyiqlər olunmuş, onlara “siz, narkotik vasitəni Elvindən almısınız” deyilmiş, onu döymüşdürlər. Polis əməkdaşlarının onu döyməkdə məqsədi ona narkotik vasitəni guya Elvindən aldığını dedirtmək olmuşdur. O, Elvin adlı şəxsi tanımadığını bildirmişdir. Polis Bölməsində ona bir sənəd təqdim etmiş və “əgər bu sənədi imzalasan, səni sərbəst buraxacağıq” demiş, o da məcbur qalaraq imzalamışdır. Məmmədəlini də saxlamış, əvvəlcə onu, daha sonra isə Məmmədəlini sərbəst buraxmışdırlar. Məmmədəli ilə görüşməyə icazə verməmişdirlər. O, Məmmədəlinin üzərində narkotik vasitə görməmişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanda yaşayır və heç bir yerdə işləmir. 18 may 2022-ci il tarixdə saat 23 radələrində Şabran şəhərində yerləşən məscidin yaxınlığında özünə məxsus idarə etdiyi moped ilə gedərkən təsadüfən tanışı Şahid1 ilə rastlaşmışdır. O, Şabran şəhər avtovağzalından kontur alıb və Şabran rayonu Sincanboyad kəndində yaşayan bir nəfər tanışının yanına getmək istədiyini ona bildirmişdir. O, da onu həmin yerlərə aparmağa razılaşdıqdan sonra Şahid1 onun idarə etdiyi mopedə əyləşmiş və onlar Şabran şəhəri avtovağzalına gəlmişlər. Onlar Şabran şəhər avtovağzalına çatarkən Şahid1 fikrini dəyişib və onu Sincanboyad kəndinə aparmasını ondan xahiş etmişdir. O da idarə etdiyi mopedi həmin kəndə sürmüş və kəndə çatdıqda Məmmədəli mopedən düşərək onu orada yəni kəndin girişində gözləməsini xahiş edərək çıxıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra Şahid1 qayıtmış və o mopedi işə salaraq Şabran şəhər istiqamətinə tərəf getmişlər. Şabran şəhəri A.Mirzə küçəsi ilə yaşadığı evə tərəf gedərkən mopedin mühərriki xarab olduğundan onlar mopeddən yerə enmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb və özlərinin Şabran RPŞ-nin əməkdaşları olduqlarını bildirərək baxış keçirilməsi üçün onlarla birlikdə RPŞ-nə getmələrini təklif etmişlər. Onlarda etiraz etməyərək polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmişlər. Şabran RPŞ-nin növbətçi hissəsində keçrilən baxış zamanı Şahid1 üzərindən 1 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq qaydada götürülmüşdür. Onun üzərindən isə hər hansı bir cinayət xarakterli əşya, predmet , narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı daxil olmuş, “narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olması barədə şübhəli bilindiyi üçün əməliyyat tədbiri həyata keçirilmişdir. O, şəxsən həmin əməliyyatda iştirak etmişdir, lakin əməliyyat rəhbəri olmamışdır. Təqsirləndirilən şəxs 5 manat məbləğində qurudulmuş marixuana satmışdır. Təqsirləndirilən şəxsə məxsus yaşayış evinin həyətindən toyuq hinindən 14 ədəd çətənə kolları, evin daxilindən isə 1 büküm narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Əməliyyatçıların saxladığı bir nəfər şəxs bildirmişdir ki, narkotik vasitə marixuananı Elvin adlı şəxsdən almışdır. O, Şabran Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavinidir. Təqsirləndirilən şəxsə məxsus yaşayış evinin həyətinə baxış zamanı o da iştirak etmişdir. Evin içərisində baxış zamanı içəridə olmamış, lakin balkonda olarkən orada kərpic olduğunu görmüşdür. O, yataq otağına daxil olmamışdır. Təxmini olaraq günorta radələrində təqsirləndirilən şəxsin evinə getmişdir. O, Təqsirləndirilən şəxs məxsus yaşayış evinə getdikdə müstəntiq, digər əməliyyatçılar, vəkil də orada olmuşdur. Oraya getdikdə ətrafı daha da yaxşı axtarmaları üçün əlavə göstərişlər vermiş, oraya gedənə kmi artıq hər şey aşkar olunmuşdur. Çətənə bitkilərindən əlavə Təqsirləndirilən şəxs məxsus yaşayış evinin daxilindən heroin aşkar olunmuşdur. O, həmin vaxt təqsirləndirilən şəxslə ünsiyyətdə olmamışdır. Əməliyyat aparatının rəhbəri rayon üzrə o özü olduğu üçün tədbirdə iştirak etməyə ixtiyarı olmuş, hər hansı bir hadisə baş verdikdə oraya getmək səlahiyyəti olmuşdur. Təqsirləndirilən şəxsin verdiyi ifadələrində yanlışlıq olduğunu bildirmişdir. Müdafiəçinin suallarına cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Cəmil Nəsirovu ilk dəfə yatan yerdə başının üstündə görmüş və onu yuxudan oyadaraq, “Cəmil müəllimdir, dur” demişdir. O, artıq yuxudan duranda Cəmil Nəsirov stulda qabağında oturmuşdur. Cəmil Nəsirov tərəfindən şəxsən döyülməmiş, amma Cəmil Nəsirov əməliyyatçılara “onu başa salın” demişdir. Rövşən adlı əməliyyatçı onun yanına gələrək “sən filan sənədlərə imza at, hər şey yaxşı olacaq” demiş, o da “mənim vəkilim var, mən heç yerə imza çəkməyəcəm” demişdir. Məhkəmə tərkibinin suallarına təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, çətənə kollarından başqa narkotik vasitə heroin ona məxsus olmamış, o, heroin istifadə etməmişdir. O, narkotik vasitələrdən marixuana istifadə etmişdir. Əməliyyatçı Rövşən istintaq təcridxanasına onun yanına gəldikdə özünü ona vəkil kimi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, iş materiallarındakı səhifələrdəki imzalar ona məxsus olmuşdur, lakin cəlb qərarındakı imzanı ola bilər ki, həmin an tələsik çəkmişdir. O, cəlb qərarında iştirak etmiş, hər şey olduğu kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxsin bəzi hissələri etiraf etdiyini, bəzi hissələri isə təkzib etdiyini xatırlamışdır. O, imzanın özünə məxsus olduğunu, əgər zərurət varsa, bununla bağlı ekspertiza keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şabran RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı X9 tərəfindən tərtib edilmiş 19 may 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarix, saat 00:50 radələrində PPXB-nin polis nəfərləri Rauf Məmmədov və Seymur Ramazanov ilə birlikdə 1 saylı marşrutda xidmətdə olarkən Şabran şəhəri A.Mirzə küçəsində hərəkətdə olan zaman iki nəfər şəxsin hərəkətləri onlarda şübhə yaratdığından həmin şəxslərə yaxınlaşmış, bu vaxt həmin şəxslərdən biri üzərində olan bir ədəd kazbek və bir ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümü yerı ataraq qaçmağa cəhd etmiş, həmin şəxslər saxlanaraq bölmənin növbətçi hissəsinə təhvil verilmiş, həmin şəxslərin Şabran şəhər sakinləri Şahid1 və Şahid6 olduğu məlum olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şabran RPŞ-nin növbətçi hissəsində Şabran şəhər sakini Şahid1 üzərinə baxış keçirilmiş, onun əynində olan şalvarın sağ cibindən ağ rəngli kağız parçasına bükülmüş halda bir büküm narkotik vasitəyə bənzər yaşıl rəngli maddə aşkar olunmuş, qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan üzləşdirmə aparılmasına dair protokol və qeyd olunan istintaq hərəkətinin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, üzləşdirmə zamanı Şahid1 onun üzərindən aşkar edilən bir büküm qurudulmuş marixuananı Təqsirləndirilən şəxs aldığını, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ilkin izahatında xx.xx.2022-ci il tarixdə Şahid1 5 manat qarşələğənda narkotik vasitə qurudulmuş marixuana satdığını bildirmişdir. Cinayət işinin materiallarında olan 1116 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev Şabran rayonu Sincanboyad kəndində yerləşir. Yaşayış evinin girişində dəmir darvaza vardır. Baxış Təqsirləndirilən şəxs iştirakı ilə aparılır, o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdə narkotik vasitəni təqdim edir. Həyətdə bir mərtəbəli mişar daşı ilə inşa edilmiş yaşayış evi vardır. Evə daxil olduqda dəhlizdəki sağ tərəfdə olan masanın üzərindəki dibçəyin içində üç ədəd kağız bükümdə narkotik vasitəyə bənzər kütlələr aşkar olundu. Bundan başqa evin dəhlizində üst-üstə yığılmış bişmiş kərpiclərin arasında 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli kütlənin olmağı məlum oldu. Evin dəhlizindəki pəncərənin qarşısındakı üç ədəd dibçəyin içərisində 4 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar edildi. Evin qarşısında həyətdə iki ədəd dibçəkdə əkilmiş narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar olundu. Evin sağ hissəsində evdən 7 metr aralıda toyuq hininin yanında dibçəklərdə əkilmiş narkotik tərkibli 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar olundu. Həmin 8 ədəd bitkinin 5 ədədi dibçəkdə əkilmişdir. Baxışda iştirak edən aqronom həmin çətənə bitkilərinə bənzər kollara aqrotexniki qaydada qulluq edildiyini göstərdi. Baxış zamanı 14 ədəd çətənə bitkilərinə bənzər kol, 5 ədəd bükümdə narkotik vasitəyə bənzər bükümlər aşkar edilmişdir. «Baxış keçirilməsi haqqında» protokolun videogörüntüsünü əks etdirən 1(bir) ədəd disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, video görüntü evin giriş hissəsində giriş hissəsinin tavanına qədər bir neçə sıra şəklində yığılmış qırmızı kərpiclərin polis əməkdaşları tərəfindən onların arasına və yerə baxış keçirilməsi məqəsədilə kənara daşınması ilə başıayır. Yarımçıq sıradan bir neçə kərpic daşınaraq kənara qoyulur. Videonun əvvəlində baxışın harda keçirilməsi, kimlərin iştirak etməsi, görünən məkana qədər gəlinən yol və keçən vaxt məlum olmur. Polis əməkdaşları həmin əsnada aşkar edilən nəsnələri vizual baxış keçirməklə kənara qoyur. Həmin vaxt polis əməkdaşlarından biri bir sellofan bükmü həmin mişar daşlarının arasından aşkar edərək bükümün yandırılaraq büküldüyünü bildirir, həmin vaxt videoda görünən Təqsirləndirilən şəxs onun nə olduğu soruşulur, o, həmin bükümə baxmaqla kifayətlənir, ona məxsus olması barədə hər hansı bir fikir səsləndirmir. Daha sonra Nurullayevin iştirakı ilə evin digər otaqlarına baxış keçirilir. Evin qonaq otağında yanan qaz sobasının içərisində yarı yanmış falqalar aşkar edilir. Nurullayev həmin falqaları “kazbek” düzəltmək üçün istifadə etdiyini bildirir. Daha sonra evin digər otaqlarına baxış keçirilmiş, otaqlardan birində pəncərənin kənarına qoyulmuş dibçəkdə əkilmiş iki ədəd çətənə kolu, həmin otaqda qarşısında stol olan digər pəncərənin kənarı və stolun üzərində iki ədəd güllə birlikdə əkilmiş iki ədəd çətənə kolu, daha sonra evin giriş hissəsində hasarın kənarı ilə güllər üçün nəzərdə tutulan yerdə iki ədəd plastik stəkanda iki ədəd çətənə kolu, həyətin başqa tərəfində kənarları taxta ilə hasara alınmış yerdə saxlanılan üç ədəd dibçəkdə 5 ədəd çətənə kolu, həyətin sıx kolları olan digər hissəsində yerləşdirilmiş bir ədəd plastik stəkanda bir ədəd çətənə kolu, bir ədəd dibçəkdə iki ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilə suala cavab olaraq həmin kolları şəxsi istifadəsi məqsədilə əkdiyini və qulluq etdiyini bildirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli kompleks məhkəmə-bioloji (kimyəvi) ekspertizasının 6/2889-7/518 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Firkət oğlunun “üzərindən və yaşadığı evdən yazılan 1 ədəd kağız kəsiyi bükümündə tütün, təmiz çəkisi 0,150 qram bitki mənşəli kütlə, 3 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,307 qram, 0,320 qram və 0,310 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 3,0 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 14 ədəd yaş vəziyyətdə ümumi çəkisi 120 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 19 may 2022-ci il tarixdə Şabran rayonu Sincanboyad kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə pəncərənin qarşısında 3 ədəd dibçəkdə 4 ədəd, evin qarşısında 2 ədəd dibçəkdə 2 ədəd və həyətyanı bağçada 5 ədəd dibçəkdə 8 ədəd aşkar edilmiş əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə birkisinə bənzər bitkilər müxtəlif vaxtlarda əkilmiş və onlara aqrotexniki qulluq olunmuşdur. Bitkilərin ən hündürünün boyu 58 sm, ən balacasının boyu 12 sm.dir. Məhkəmə-bioloji ekspertizasının 7/519 №-li ekspert rəyində göstrilmişdir ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,239 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şahid1 aşkar edilmiş 1 ədəd bükümdə marixuana ilə Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 4 ədəd bükümlərdəki marixuana tərkiblərinə görə eynidir. İş üzrə keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3801 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 10 iyul 2022-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,887 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 2,950 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 14 ədəd yaş vəziyyətdə ümumi çəkisi 120,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,189 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə heab edilən qurudulmuş marixuana və 1 ədəd kağız bükülü (kazbek) maddi sübut kimi tanınaraq, Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamə, ona əlavə edilmiş arayış və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq — xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cı il təvəllüdlü X7, xx.xx.2019-ci il təvəllüdlü X4 vardır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət tərkibinin yaranmasına səbəb olan 3,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinə görə verilmiş ittiham xaric edilməli, onun əməli Azərbaycan Respublikası CM-nin 237.1 və 234.4.3-cü maddəsindən CM-nin 237.1 və 234.2-ci maddəsinə tövsif edilməli, həmin maddələr ilə təqsirli bilinərək, ona maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, baxış keçirilməsi əməliyyat axtarış tədbirinin videogörüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, qeyd olunan video görüntü natamamdır, çəkilişin necə hansı şəraitdə başladılması, çəkilişin əvvəlində şəxsə hüquq və vəzifələrinin izah edilməsi görünmür. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsə verilən ittihamən əsasını təşkil edən narkotik vasitənin aşkar edildiyi yerə qədər aparılan baxış əməliyyat-axtarış tədbirinin gedişatı məhkəmə üçün naməlum qalmış, videogörüntü polis əməkdaşlarının evin giriş hissəsində mişar daşlarını kənara yığması ilə başlamışdır. Baxışı həyata keçirən polis əməkdaşlarının evin həmin hissəsinə necə gəlməsi, həmin hissəyə qədər polis əməkdaşlarının evin və həyətin hansı hissəsindən keçməsi məlum olmamaqla nə videogörüntüdə, nə də protokolda əks olunmamışdır. Təqsirləndirilən şəxs baxış zamanı həmin narkotik vasitənin ona məxsus olmasını göstərən, təsdiq edən heç bir ifadə işlətməmiş, ibtidai istintaq zamanı alınmış ilkin izahat və ifadələrində aşkar edilən narkotik vasitə heroinin ona məxsus olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı həmin narkotik vasitənin mənbəyi, əldə olunma vaxtı və şəraiti ayınlaşdırılmamışdır. Eləcə də video görüntünün sonunda aşkar edilən bütün narkotik vasitələrin — heroin, qurudulmuş marixuana və çətənə kollarının qablaşdırılması və möhürlənməsi aparılmamış, protokola görə baxışın əvvəlində aşkar edilən qurudulmuş marixuanaların və heroinin baxışın sonunda harda olması, tədbiri həyata keçirən prosessual şəxslər tərəfindən götürülübgötürülməməsi müəmmalı qalmışdır. Həmçinin təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrdə narkotik vasitə heroinin ona məxsus olub-olmaması hissəsində ifadələrini dəfələrlə dəyişərək ibtidai istintaqın əvvəlində heroinin özünə məxsus olmadığını demiş, iki ay sonra verdiyi ifadədə özünün olduğunu, istintaqın sonunda və məhkəmə istintaqı zamanı yenidən özünə məxsus olmadığını bildirmişdir. Odur ki, yuxarıda göstərilən halları rəhbər tutub məhkəmə belə hesab edir ki, ittiham tərəfinin məhkəməyə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirinin təsdiqi kimi təqdim etdiyi 1116 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokol və həmin protokolun video görüntüsü mümkünlüyünə və mötəbərliyinə əsaslı şübhələr olan, hüquqi qüvvəsi olmayan etibarsız sübut kimi qəbul edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 may 2022-ci il tarixli kompleks məhkəmə-bioloji (kimyəvi) ekspertizasının 6/2889-7/518 №li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Firkət oğlunun “üzərindən və yaşadığı evdən yazılan 1 ədəd kağız kəsiyi bükümündə tütün, təmiz çəkisi 0,150 qram bitki mənşəli kütlə, 3 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,307 qram, 0,320 qram və 0,310 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 3,0 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy qeyd olunan narkotik vasitə heroinin məhz Təqsirləndirilən şəxs aşkar edilməsinin sübutu və təsdiqi vasitəsi kimi qəbul edilə bilməz. Çünki rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddələr ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, həmin rəy Təqsirləndirilən şəxsda olması özü tərəfindən təsdiq olunan 0,307 qram, 0,320 qram və 0,310 qram çəkidə həqiqətən mövcud olmasını təsdiq edir. Digər hissədə isə, yəni narkotik vasitən heroinin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə ilə bağlı, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadələri, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin Şahid1 və Şahid6 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlar-ilkin izahatları, üzləşdirmə protokolu ilə təsdiq olunduğundan əsas götrülməlidir. Məhkəmə istintaqı zamanı verilən ifadələrlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə işin obyektiv halları ilə uzlaşan təqsirləndirilən şəxs X1 ifadəsi ilə yanaşı, Şahid5 ifadəsini də mötəbər sübut kimi qəbul edir. Dindirilmiş bütün digər şahidlərin ifadələrini isə yuxarıda ətraflı təsvir olunmuş əsaslara görə mötəbər sübut kimi qəbul etmir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin həmin müddəasını rəhbər tututaraq qeyd edir ki, ittiham tərəfinin narkotik vasitə qurudulmuş marixuana aşkar edilmə, götürülməsi, onun qablaşdırılması və sonradan sübut kimi təqdim edilməsi ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələrinin etibarsız hesab olunduğu vəziyyətdə, təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham yalnız özünün qəbul və etiraf etdiyi həcmdə əsas götürülə bilər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı evində bir ədəd dibçəkdə iki ədəd çətənə kolu, bir ədəd dibçəkdə güllə birlikdə bir ədəd çətənə kolu, bir ədəd dibçəkdə güllə birlikdə bir ədəd çətənə kolu, evin həyətində iki ədəd plastik stəkanda iki ədəd çətənə kolu, üç ədəd dibçəkdə 5 ədəd çətənə kolu, bir ədəd plastik stəkanda bir ədəd çətənə kolu, bir ədəd dibçəkdə iki ədəd çətənə kolunun özü tərəfindən əkildiyini və onlara qulluq göstərildiyini bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində üzərindən və yaşadığı evdən aşkar edilən 0,150 qram, 0,307 qram, 0,320 qram və 0,310 qram qurudulmuş marixuanaların özünə məxsus olduğunu, bir bükümün cibindən, üç bükümün isə evdən aşkar edildiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Şahid1 məhkəmə istintaqı zamanı təkrar və çarpaz dindirdikdən, eləcə də istintaq materiallarını ətraflı tədqiq edib araşdırdıqdan sonra belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixdə baxış zamanı Şahid1 üzərindən aşkar edilən 0.239 qram qurudulmuş marixuana xx.xx.2022-ci il tarixdə Şabran şəhəri, Sincanboyad kəndində təqsirləndirilən şəxs tərəfindən şahidə satılmışdır. Təqsirləndiriən şəxsin saxlanıldığı gündən bir gün əvvəl Şahid1 narkotik vasitə marixuana satması təqsirləndirilən şəxsin ilkin ifadəsi, şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadələri, üzləşdirmə istintaq hərəkətinin videoçəkilişi və protokolu, məhkəmə bioloji ekspertizasının 20 may 2022-ci il tarixli, 7/519 nömrəli rəyi ilə də təsdiq olunur. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin evinin həyətində və evində dibçəklərdə olmaqla xeyli miqdarda çətənə kollarını əkməklə aqrotexniki qaydada qulluq etməsi, eləcə də Şahid1 0.239 qram qurudulmuş marixuana satması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından, ona verilmiş ittihamın digər halları isə öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 237.1 və 234.2-ci maddələrinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadə və sənədlər yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini cinayət işinin materialları, özünün və şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 21-ci bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə Təqsirləndirilən şəxs 2022-ci ilin aprel-may aylarında Şabran rayonu Sincanboyad kəndində yaşadığı mənzilin dəhlizində, eləcə də evin həyətyanı sahəsində əvvəlcədən hazırladığı dibçəklərdə qanunsuz olaraq əkib yetişdirdiyi tərkibində narkotik maddələr olan 14 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 120 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisinin yarpaqlarını ev şəraitində qurudub toplamaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından az miqdarda 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda müvafiq olaraq çəkiləri 0,150 qram, 0,307 qram, 0,320 qram, 0,310 qram, 0,239 qram ümumi təmiz çəkisi 1,326 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, ümumi təmiz çəkisi 0,937 qram təşkil edən 3 bükümünü yaşadığı evin dəhlizindəki masanın üzərində olan dibçəkdə, 1 ədəd təmiz çəkisi 0,150 qram təşkil edən bükümü əynindəki şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, 2022-ci il 18 may tarixdə axşam saat 23 radələrində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın 0,239 qram təşkil edən hissəsini Şabran şəhər sakini Şahid1 5 manata yaşadığı Şabran rayon Sincanboyad kəndində yerləşən evinin qarşısında satmış, 19 may 2022-ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı müvafiq olaraq Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən sözügedən narkotik tərkibli çətənə bitkiləri və narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.2-maddələri ilə tövsif edilməsini, onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan və Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,887 qram olan narkotik vasitə qurudulmuş marixuana, 14 ədəd yaş vəziyyətdə ümumi çəkisi 120,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və Şahid1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,189 qram olan qurudulmuş marixuana və 1 ədəd kağız büküm məhv edilsin, 2,950 qram narkotik vasitə heroin satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 176 (yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,887 qram olan narkotik vasitə qurudulmuş marixuana, 14 ədəd yaş vəziyyətdə ümumi çəkisi 120,0 qram çətənə (kannabis) bitkiləri və Şahid1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,189 qram olan qurudulmuş marixuana və 1 ədəd kağız büküm məhv edilsin, 2,950 qram narkotik vasitə heroin satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 176 (yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-100/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-100/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver