Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-100/2025 14.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində Siyəzən rayonu məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1989-cu tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-88/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz ) ay 01 (bir) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun 25 mart 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixədək, 31 iyul tarixdən 26 noyabr 2021-ci il tarixədək həbsdə, həmin tarixdən hazırkı tarixə qədər ev dustaqlığında olduğu 01 (bir) il 08 (səkkiz) ay 01 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilmiş və ona təyin olunmuş cəzanın çəkib qurtardığı nəzərə alınmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan şəhəri, Ağazadə küçəsi 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, 16 ünvanında yaşamış, barəsində Siyəzən rayonu məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə şəxsiyyəti müəyyən edilməyən şəxslə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 idarəsində olan nəqliyyat vasitəsi ilə Bakı şəhərindən Siyəzən rayonu ərazisinə gəlmişlər. Həmin tarixdə istintaqla müəyyən edilə bilməyən saatda əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən, Təqsirləndirilən şəxs1 satış məqsədilə külli miqdarda 47.032 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, külli miqdarda 131.744 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və 17.052 qram çəkidə narkotik vasitə asetilə edilən tiryəki qanunsuz olaraq əldə edib xx.xx.2023-cü il tarxidə saat 22 radələrində Siyəzən rayonu, Beşdam kəndi ərazisində, fəaliyyətsiz “Zəfəran” kafesinin yaxınlığında üzərində saxlamaqla daşıyan zaman Siyəzən şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılmışdır. Həmin vaxt bunu görən Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmaq üçün idarəsində olan nəqliyyat vasitəsi ilə həmin ərazidən uzaqlaşmış, Azər Canıyev isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əlində olan bir ədəd qara rəngli torbada rəngsiz polietlien torbanın içərisində təmiz çəkisi 42.834 qram və həmin torbanın içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 4.198 qram ümumi təmiz çəkiləri 47.032 qram olan eyni tərkibli psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 131.744 qram narkotik vasitə tiryək, bir ədəd rəngsiz polietilen torbada iki ədəd polietilen kəsiyinə bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 12.084 qram, 4.968 qram ümumi təmiz çəkisi 17.052 qram olan maddə narkotik vasitə asetilə edilən tiryək və cüzdanın içərisində 01 ədəd polietilen paketdə 01 ədəd qara rəngli daxilində narkotik vasitə asetilə edilən tiryəkin izləri olan borucuk aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onun işi qərəzli şəkildə aparılmışdır. Onların qərəzli olmasına dair sübutu da vardır. Özü Dərnəgül yolunda boya işində işləyir. Boya zavodunda mühasib işləyir. Bütün giriş və çıxışlara özü baxmışdır. Bir tanışı olmuş və həmişə gəlib ondan alış-verir etmişdir. Malları satandan sonra isə özü faizini almışdır. Bəzən həmin şəxs ondan nisyə də almışdır. Həmin şəxsin adı Ramindir, lakin onun soyadını bilməmişdir. Müştəri haqqında məlumatlar onlara maraqlı olmadığına görə onun soyadını soruşmamışdır. Bir dəfə nisyə istəmiş və sonra onun pulunu vermişdir. İkinci dəfə nisyə istəmiş və onun da pulunu vermişdir. Üçüncü dəfə nisyə istəyəndə onun pulunu verməmişdir. Hardasa 500-600 manat borcu olmuş və şəxsdən bir ay xəbər çıxmamışdır. Müdriyyətə pul verməli olduğu üçün həmin pulu öz cibindən yoluna qoymuşdur. Bununla bağlı Sizəyən rayonunda görüşməyə getmişlər. Avtomobildən düşən kimi onu saxlamışlar. Narkotiklərlə bağlı telefonunda yazışma olmamışdır. Telefonu araşdırılanda bu üzə çıxmışdır. Ona borclu olan şəxslərin adları dəftərində olmuşdur. Dəftəri üzərində gəzdirmişdir. Nisyə dəftəri vardır. İndi həmin dəftərin qalıb və ya qalmamasını bilməmişdir. Dəftərdə iki və ya üç nəfərin adı yazılmışdır. O, çox adama nisyə verməmişdir. Borclu olanların hər birinin 200-300 manat borcu olmuşdur. Ramin adlı şəxsi kimsə ondan soruşmamışdır. 300 qramlıq malı gətirərək ona “bu sənindir” demişlər. Ona təzyiq göstərilmiş və bununla bağlı 3 saylı İstintaq Təcridxanasına daxil olarkən öz şikayətini etmişdir. 3 saylı İstintaq Təcridxanasında olarkən ondan ifadə almışlar. Polis idarəsində olarkən ona hədə-qorxu gələrək “ya bu narkotiki boynuna götürürsən ya da həmin narkotiki mən evinə atacam” demişlər. O da məcbur olub etirafedici ifadə vermişdir. O, Siyəzənə getməyə görə Rəhmana 50-60 manat pul verməli imiş. Ən azından ona 30-40 manat pul verəcəkmiş. Siyəzəndə olarkən həmin Ramindən pulunu alandan sonra Rəhmana pul verəcəkmiş. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Marixuanadan istifadə etmişdir. Əvvəllər narkotiklə bağlı barəsində hökm çıxmışdır. Raminin harada yaşadığını bilməmişdir. Tutulduğu gündən bir gün sonra ailəsi ilə telefonla danışmışdır. Tutulduğu yerdə üzərinə baxış və axtarış aparılmamışdır. Şöbədə çəkiliş aparılmışdır. Dükanın sahibi ona “mən səni tanıyıram və mən səndən pulumu alacam. Sən kimə istəyirsən malı sat və mənə aidiyyatı yoxdur” demişdir. Malların qəbuluna və çıxışına özü nəzarət etmişdir. Malların satışının qaimə ilə olması onlara çox da sərf etməmişdir. Ona görə də çox malı qaiməsiz satmışlar. Həmin vaxt Ramin adlı şəxs ona 600 manat pul verməli olmuşdur. O, Siyəzənə getmək üçün çıxanda saat 18:00 olmuşdur. Bir gün əvvəl Ramin adlı şəxslə danışmış və Siyəzəndə görüşməyi qərarlaşdırmışlar. Ramin ona restoran adı demiş və o da həmin yeri soruşasoruşa tapmışdır. Birinci dəfə həmin restorana getmişdir. Onun iki dəfə məhkumluğu olmuşdur. Rəhmanın üzünə üzləşdirmədə durmuşdur. Onu üzləşdirmədən əvvəl hədələmişlər. Həbs qətimkan tədbiri ilə bağlı məhkəmədə Raminlə görüşməyə getməyini soruşulmadığı üçün demişdir. Sanksiya məhkəməsindən əvvəl ona nə deyiblərsə, o da onu demişdir. Məhkəmədən sonra yenə Siyəzən rayon Polis İdarəsinə gedəcəyini bildiyinə görə elə demişdir. Özünə xəsarət yetirməyi ilə bağlı qardaşı 102 xidmətinə zəng etmişdir. Onun işi onunla qərəzli olan müstəntiqə verilmişdir. Onun xəsarətləri olmuşdur. Polis İdarəsində onu sürümüşlər. 3 saylı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərini yazdırmışdır. Onun ayağına və bədəninə vurmuşlar. Evinə narkotik atacaqları və evindəkiləri də tutacaqları ilə bağlı onu hədələmişlər. Talasemiya xəstəsi olduğuna görə onu hərbiyə də aparmamışlar. Onu saxladıqlarında saat on olmuşdur. Onu saxlayan polis əməkdaşlarının bəzilərinin adlarını bilir. Həmin şəxsləri görsə, tanıya bilər. Saxlayandan sonra saxladıqları yerdə də onu döymüşlər. Şöbədə olanda onu nisbətən az döymüşlər. Şəxsi axtarış keçirilənə qədər onları kənarda, növbətçi otağında saxlamışlar. Həmin otaqda bir az çox qalmışlar. Birinci elə həmin otaqda olan olmuşdur. Ən birinci hadisə yerində üzərinə baxış keçirmişlər. Hadisə yerində üzərinə baxış keçirilən zaman üzərindən siqaretdən başqa heç bir şey aşkar olunmamışdır. O, narkotik vasitəni şöbədə görmüşdür. Onun qarşısına polis əməkdaşları narkotiki qoyub, verdikləri narkotiki qəbul etməsə, həmin narkotik vasitəni evindən çıxaracaqları ilə bağlı şərt qoymuşlar. Birinci olaraq yarım saat söhbət getmişdir. Daha sonra çəkiliş gəlmişdir. Onun görmədiyi şeyləri çıxarmışlar. Vəkilinin nə vaxt gəlib çıxması onun yadında deyil. Çəkilişdən əvvəl vəkil gəlmiş və çəkiliş aparılmışdır. Vəkil onu heç tanımamışdır. Vəkillə təklikdə söhbət etməmişdir. Vəkil çox yaşlı adam olmuşdur. Xəsarətlərinin arasında təkcə ayağındaki xəsarət qalmışdır. 3 saylıya giriş edən zaman təkcə ayağında bir az xəsarət qalmışdır. Ayın səkkizi və ya doqquzu onu 3 saylıya aparmışlar. O, ayın beşi tutulmuşdur. 3 saylıya giriş edəndə ona işgəncə verdiklərini demişdir. Xəsarətlərini qeydə almışlar. Ayağında, bir də belində olan xəsarət olmuşdur. O, şöbədə beş gün qaldığına görə xəsarətlərinin çoxu sağalmışdır. Onu əllə döymüşlər. Ona təpik və yumruq vurmuşlar. Çəkilişdə üzərindən narkotiki çıxardıqlarından sonra onu MSYyə təhvil vermişlər. İki gündən sonra 234.4.3-cü maddəsinə imza çəkdirmişlər. O, vəkili təkcə çəkilişdə görmüş, daha sonra görməmişdir. Vəkil ondan heç nə soruşmamışdır. Dərdini müstəntiq dəyişəndən sonra müstəntiqə demişdir. Sanksiya məhkəməsində məhkəmədən çıxandan sonra döyməyə başladıqları üçün deməmişdir. 3 saylıda heç kimi döyməmişlər. Müstəntiq ondan “özünü günahkar bilirsən mi?” deyə soruşanda özünü qismən günahkar bildiyini demişdir. O, polislərin adlarını bilməmişdir. Həmin şəxsləri üzdən tanıyır. O, özünü qismən təqsirli bilməyinə dair imza çəkmişdir. O, sanksiya məhkəməsinə çıxanda xəsarətləri olmuşdur. Müstəntiqlə qardaşı aralarında problem yarandığı üçün müstəntiq onun işində qərəzli olmuşdur. Bu barədə məlumat onun şəxsi işində də vardır. Müstəntiq Lətifov özü müstəntiq Muradovla qərəzli olduqlarına görə cinayət işinin araşdırılması ona həvalə edilmişdir. Sanksiya məhkəməsində olan videoçəkilişdə də bu hal qeyd olunmuşdur. Polislər onu saxlayanda “ya Təqsirləndirilən şəxs2 qarşı ifadə verməlisən, ya da evinə gedəcəyik” demişlər. Evində qardaşı, yoldaşı və uşaqları yaşayır. Təqsirləndirilən şəxs2 onu başa düşəcəyini bildiyi üçün polislərin dedikləri ilə razılaşmışdır. Polis əməkdaşlarının birinin adı Elçin olmuş və MSY-də nəzarətçi işləmişdir. Ona hədə-qorxu gələn Fikrət Məstəliyev olmuşdur. Üçüncü də İlqar adlı şəxs olmuşdur. Ona ən çox İlqar təzyiq etmişdir. Fikrət adlı şəxs sonradan gəlmişdir. Təqsirləndirilən şəxs2la hər gün görüşmüşdür. Təqsirləndirilən şəxs2la həmin ünvana bir başa getmişlər. Onun cibində cəmi 5 manat pul olmuşdur. Onun iranlı şəxslə danışığı yoxdur. Telefonunda konum olmamışdır. Üzləşdirməyə girməmişdən əvvəl Fikrət Məstəliyev onunla şərt kəsmişdir. Ona “mən sənə demişəm də” sözünü demişdir. Onun deklərini deməsə imiş, evindən narkotik çıxardacaqlarından qorxmuşdur. Rəhmanı qorxudub- qorxutmadıqlarını bilməmişdir. Fikrət Məstəliyevin otağında onunla söhbət edəndən sonra onları üzləşdirmişlər. Rəhman ona “məni taksi sürücüsü kimi bəs çağırmamısan” demişdir. O da onun dediyini qəbul etməmişdir. Onları ayrı-ayrı tutmuşlar. Hadisə zamanı Şahid3 orada görüb-görmədiyini xatırlamamış, lakin çəkiliş zamanı gördüyünü xatırlamışdır. Onu şöbəyə gətirən şəxslərin içərisində Şahid3 bu şəxsin olubolmamasını dəqiq xatırlamamışdır. Polisin hər hansı bir şəxsə narkotik satdırması ilə bağlı onda məlumat olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Xətai rayon məhkəməsinin 11,02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzası almış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. Təxminən 5-6 aydır ki, narkotik vasitə olan el arasında “nəşə” deyilən qurudulmuş marixuanadan istifadə edir. 2 ay öncə Rəhman adlı şəxslə tanış olmuşdur. İstintaq dövründə onun ad soya və ata adınn Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir. Sonuncu ilə biz tez-tez Bakı şəhərində görüşmüşlər Bakı şəhərində Dərnəgül deyilən yerdə boya mağazasında işləyir. Tez-tez işdən sonra Rəhmanla görüşmüşdür. 04 noyabr 2023-cü il tarixdə saat təxminən 18-də işdən çıxmış, sonra Rəhmanla görüşmüşdür. Rəhmanın həmin dövrdə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ** BG *** olan Toyota Prius markalı avtomobili olmuşdur. Təqsirləndirilən şəxs2 04 noyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində iş yerindən həmin avtomobili ilə götürmüşdür. Bir qədər Bakı şəhərində gəzdikdən sonra Rəhman işinin olubolmadığını soruşmuşdur. Rəhman gedəsi yerlərinin olduğunu demişdir. Bundan sonra hərəkətə başlamışlar. Yolüstü Rəhman YDM-dən birində saxlamışdır. Həmin zaman onun mobil telefonuna mesaj gəlmişdir. Rəhman bildirmişdir ki, gedəcəkləri ünvan artıq bəllidir. Ondan hara və nə üçün getdiklərini soruşmuşlar. Rəhman Siyəzən rayonuna yol kənarına narkotik qoyublar gedib onu götürəcəklərini demişdir. Oona heç bir etiraz etməmişdir. Gedib götürməyə razılaşmışlar. Bundan sonra Siyəzən rayonu istiqamətində hərəkətə başlamışlar. Siyəzən rayonuna gəlib çatana qədər Rəhmanla demək olar ki, söhbət etməmişlər. Rəhmana göndərilən ünvana çatana yaxın Rəhman ona demişdir ki, maşından düşüb qeyd olunan ünvanda göstərilən yerə getsin və orada olan narkotiki götürsün. Rəhmana heç bir etiraz etmədən maşından düşmüşdür. Qeyd olunan ünvanda göstərilən yerə yaxınlaşıb bir qədər axtardıqdan sonra orada heçnə tapmayıb əsəbi şəkildə Rəhmana yaxınlaşmış və ona qeyd etdiyi yerdə heçnəyin olmadığını bildirmişdir. Bundan sonra maşına əyləşib yenidən Rəhmanla qeyd olunan ünvanı dəqiqləşdirmişlər. Daha sonra yenidən maşından düşüb ünvana doğru hərəkət etmişdir. Oraya çatanda pilləkənin yanında vedrə olmuşdur. Həmin vedrəni qaldırıb içərisinə baxmış və vedrənin altında qara rəngli sellofan aşkar etmişdir. Sellofanı götürüb içərisinə baxan zaman orada kütlənin olmasını aşkar etmişdir. Sellofanı götürüb maşına tərəf gələn zaman bir neçə nəfər ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirib narkotik vasitənin daşınmasında şübhəli olduğunu bildirmişlər. Bu zaman Rəhman maşını sürüb oradan uzaqlaşmışdır. Özünü isə Siyəzən rayon polis şöbəsinə gətirmişlər. Siyəzən RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və müdafiəçi X6 iştirakı təmin edilmişdir. Siyəzən RPŞ-də müdafiəçi Arif Həbibzadənin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Əlində olan sellofana baxış keçirilmişdir. Baxış zamanı sellofan bükülü bıçaqla kəsilmiş və onun içərisində şəffaf rəngli sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd ağ rəngli sellofanda narkotik vasitə tiryəyə bənzər kütlələr aşkar edilmişdir. Bundan başqa üzərindən bir ədəd Samsung A6 markalı mobil telefon və 01 ədəd qara rəngli pulqabı aşkar edilmişdir. Pulqabıya baxış keçirilən zaman pulqabıda şəffaf rəngli sellofanda 01 ədəd qara rəngli boru, 01 ədəd gümüşü rəngli falqa aşkar edilmişdir. Həmçinin pulqabında 01 ədəd 5 manatlıq pul əskinası, 01 ədəd 3 qəpik pul əskinası, bir neçə ədəd bank kartı, 02 ədəd Bakı Kart və 02 ədəd reklam vizitka aşkarlanmışdır. Pullar ona geri qaytarılmışdır. Aşkarlanmış kütlələr, 01 ədəd boru və 01 ədəd gümüşü rəngli falqa 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmişdir. Bütün iştirakçılar zərfin üzərinə imza etmişlər. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Əlində olan sellofanın içərisindən aşkarlanmış psixotrop maddə və narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs2 deməsindən sonra Siyəzən rayonu ərazisindən yolun kənarından götürmüşdür. Həmin kütlələri götürdükdən sonra onları Rəhmana verəcəkdi. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli ifadəsinə uyğun olan xx.xx.2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri və təqsirləndirilən Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə zamanı xx.xx.2024 verdiyi ifadələrini qəbul etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olmağı barədə müdafiəçisi sorğu da göndərmişdir. Təqsirləndirilən şəxs1 da material dükanında işləyir. Onun Azərlə tutulmamışdan üç və ya dörd ay əvvəl bir nəfər ortaq tanışlarının vasitəsi ilə münasibətləri yaranmışdır. Taksi ilə Azəri işinə aparıb gətirmişdir. İşlədiyi yerdən kimsə al-ver etmiş və nəticədə Təqsirləndirilən şəxs1 borclu qalmışdır. Daha sonra kimsə Təqsirləndirilən şəxs1 həmin şəxsin Siyəzən rayonunda mühafizədə işlədiyini demişdir. Onlar da bir yerdə Siyəzən rayonuna pulu götürməyə getmişlər. Təqsirləndirilən şəxs1 avtomobildən düşüb həmin şəxsin yanına gedəndə həmin ərəfədə polislər Təqsirləndirilən şəxs1 saxlamışlar. Özü də səs eşitmişdir. Əvvəllər narkotik işi ilə bağlı onu tutmuşlar. Atası bununla bağlı çox saylı müraciətlər və kütləvi informasiya vasitlərində çıxışlar etmişdir. Nəticədə bəraət almışdır. Bəraətlə bağlı tələbi olduğuna görə o, bu hadisəni gözləyirmiş. Belə ki, həmin vaxt bəraətini təzə aldığına görə məsələyə qarışmadan çıxıb getmişdir. Ondan sonra öz işi ilə məşğul olmuşdur. Axtarışda olmamış və gizlənməmişdir. Heç kimdə ona görı evinə gəlməmişdir. O, elə əvvəlki qaydada taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Noyabr ayının dördündən yanvar ayının on beşinə kimi taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bununla bağlı həftə ərzində hansı sifarişlərinin olması ilə bağlı sübutları da vardır. Təqsirləndirilən şəxs1 oyun quraraq onu saxlamışlar. Onun əlinə də torbanı vermişlər. Taksi fəaliyyəti məşğul olmağına görə avtomobilin ili köhnə olmuşdur. Avtomobilin sahibi ona “gəl sənə ili təzə olan avtomobili arendaya verəcəm” demişdir. Nərimanov rayonuna yerləşən noriat ofisinə onu çağırmışdır. İçəri etibarnamə almaq üçün girəndə iki nəfər onun qoluna girmişdir. Ona Siyəzən rayonuna getməli olduqlarını bildirmişlər. Siyəzən rayonuna gəlməmişdən əvvəl onun avtomobilini, telefonunu və üzərini də axtarmışlar. Narkotik vasitələrə aid heç bir şey olmamışdır. Təmiz bir vəziyyətdə Siyəzənə getmişdir. Siyəzən rayonunda Təqsirləndirilən şəxs1 hədə gələrək onun üzünə durdurmuşlar. Ona, guya əməliyyat yolu ilə səs əldə etmişlər. Lakin yanvar ayından ekspertizaya göndərilən səsin cavabı bir aya gəlməli olduğu halda hələ də gəlməmişdir. Hələki ekspert həmin səs yazısının onun olub-olmamasını təsdiq etməmişdir. Siyəzən rayonu Polis İdarəsinə gətiriləndə ona narkotiklərin satışı ilə məşğul olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 gətirmişlər. Təqsirləndirilən şəxs1 hədə gəlmişlər. Onları ayrı saxlamışlar. Təqsirləndirilən şəxs1 “Rəhmanın üzünə dursan onu buraxacaqlarını” bildirmişlər. Təqsirləndirilən şəxs1 bu yolla aldatmışlar. Üzləşdirmədə bu yolla ifadəsini almışlar. Bununla da onu şərləyərək İstintaq Təcridxanasına göndərmişlər. Müdafiəçisi onun Siyəzən rayon Məhkəməsində olan sanksiya məhkəməsi zamanı qərarından apellyasiya şikayəti vermişdir. İki dəfə həbsinin artırılması ilə bağlı məhkəmələr olmuşdur. Həmin ərəfələrdə onun həmin işdə müstəntiqi Şahin Lətifov olmuşdur. Hakim müstəntiqə “bu şəxsin narkoloji ilə bağlı cavabı var mı?” deyə soruşmuşdur. Hətta qanuni olaraq qanından analiz də götürülmüşdür. Onlara “məndən analiz götürməsəniz başımı divara vuracam” demişdir. Sidikdən də nümunə götürmüşlər. Heç bir şey aşkar olunmamışdır. Məhkəmədə müstəntiq narkotikdən əziyyət çəkmədiyini demişdir. Cinayət işi bağlananda isə iş materiallarında narkotik istifadəçisi olmağı ilə bağlı rəylər olmuşdur. Həmin məhkəmə iclasının da səs yazısı vardır. Sonradan isə iş materiallarına narkotik istifadəçisi olmağı ilə bağlı rəy qoymuşlar. Halbuki həmin maddələrlə bəraət almışdır. Həmin cinayət işlərində də onun təmiz olduğu göstərilmişdir. O, narkotik istifadəçi deyil. Təqsirləndirilən şəxs1 boyalar satan firmada işləyən şəxsin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs1 təxminən 5-6 aydır ki, tanıyır. Üzərlərində şəxsi mobil nömrələr olmuşdur. Neftçilərdə Təqsirləndirilən şəxs1 bacısıgildə yaşayırmış. O, Təqsirləndirilən şəxs1 işlə bağlı aparıb gətirmişdir. İşdən sonra isə bir tanışı kimi votsap sosial şəbəkəsi vasitəsi hal və əhval tutmuşlar. Təqsirləndirilən şəxs1 qardaşı həbsxanada olan zaman qardaşının yanına aparmışdır. Onların dostluqları işlə bağlı olmuşdur. Oturub bir yerdə çörək yeyib, çay içməmişlər. Noyabr ayının dördündən bir gün əvvəl onunla danışmışdır. Bir gün əvvəl ona bir nəfər şəxsin pul borclu olduğunu və ola bilsin ki, onunla bağlı bir yerdə rayona getdiklərini bildirmişdir. Səhəri günü ona zəng etmiş və demişdir ki, pulunu verməsələr həmin şəxsin yerini deyəcəklər və birlikdə ora gedəcəklər. Yolda olanda da həmin şəxsə zəng etmiş və həmin şəxs də “gəl” demişdir. Onunla telefonda danışmışdır. Onlar ora pul üçün getmişlər. Həmin şəxsin işlədiyi yerdə saxlamışdır. Təqsirləndirilən şəxs1 həmin şəxsi tapsın deyə avtomobildən düşmüşdür. Polislər Təqsirləndirilən şəxs1 saxlamışdır. Təqsirləndirilən şəxs1 kömək istəmək üçün qışqıran zaman onu orada qoyub qaçmışdır. Əvvəlki işi ilə bağlı bəraət almışdır. Bir maddəsi xitam olunmuşdur. Digər bir maddəsi ilə ev dustaqlığı barədə 234.1-ci maddəsi ilə hökm çıxmışdır. Xəzər rayonunda işləyən əməliyyatçı Orxan Həsənovun onun əvvəlki işi ilə bağlı məsələsinə xitam vermişdir. Onluq heç bir problem olmadığı halda hadisə yerindən polis əməkdaşlarının indiki dövrdə insanı çox rahatlıqla yükləyə bildiyini bildiyi üçün qaçmışdır. Təqsirləndirilən şəxs1 bir nömrəsini bilmişdir. Təqsirləndirilən şəxs1 sonunun necə olması ilə daha sonra maraqlanmamışdır. Ona əlavə problem lazım olmadığına görə o maraqlanmamışdır. Təqsirləndirilən şəxs1 tutulduğunu yanvar ayının on beşi bilmişdir. Həmin tarixə qədər bilməmişdir. Polis idarəsində hadisəni olduğu kimi danışmışdır. Təqsirləndirilən şəxs1 ilə üzləşdirilmişlər. Həmin üzləşdirmədə ifadəsini təsdiqləmişdir. Şahid Lətifov və cinayət axtarış bölməsinin rəisi ona müxtəlif vədlər verib və hədə qorxu gəlmişlər. Azər kimi özü də ifadəsini təsdiqləmişdir. O, narkotik vasitələrin heç bir növündən istifadə etməmişdir. Rayona getməyinə görə Təqsirləndirilən şəxs1 ona 50-60 manat pul verməli olmuşdur. Təqsirləndirilən şəxs1 ona borclu olduğu şəxsdən pulunu alanda ona həmin pulu verəcəkmiş. Yanvar ayının on beşinə kimi onu heç kim axtarmamışdır. Evinə heç bir bildirişdə gəlməmiş və zəng də olunmamışdır. O, həmin dövrdə evində oturub gözləmişdir. Mən daima çöldə olmuş və taksi fəaliyyəti ilə məşğul olmuşdur. Noyabr ayının dördündə hər ay 650-700 manat arası məbləğində taksi fəaiyyətindən qazanc əldə etmiş və vergi vermişdir. Onun bildiyi qədəri ilə Təqsirləndirilən şəxs1 istintaq dövründə özünə aid olan nömrəsi və bank kartları aydınlaşdırılmışdır. Noyabr ayının dördündə tutulana qədər ata və anası ilə birgə yaşamışdır. Onun valideynləri də bu günə qədər Siyəzən polisi tərəfindən axtarışda olduğunu deməmişlər. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tutan zaman avtomobildə olmuşdur. Təqsirləndirilən şəxs1 saxlandığı yerlə onun olduğu yerlə arasında 7-8 metrlik məsafə və ya maksimum on metr məsafə olmuşdur. O, həmin an dörd və ya beş nəfəri görmüşdür. Həyacanlandığına görə qaçmışdır. Təqsirləndirilən şəxs1 normal işində və gücündə olan bir insan kimi tanımışdır. Narkotiklə məşğul olan şəxs ən azında bir dəfə bu barədə bir məsələni ağzından qaçırtmalıdır. Təqsirləndirilən şəxs1 narkotiklərdən istifadə etməsinin şahidi olmamışdır. O, əmindir ki, həmin gün Təqsirləndirilən şəxs1 pul arxasınca getmişdir. Hazırda da Təqsirləndirilən şəxs1 talasemiya xəstəliyi vardır və narkotik vasitələrindən istifadə edə bilməz. Şəxslərin üzərində polis yazısını görmüşdür. Dörd və ya beş nəfər Təqsirləndirilən şəxs1 üzərinə tökülüşmüşdür. Polisin Təqsirləndirilən şəxs1 ilə nə problemi olduğunu bilməmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs1 borclu olan şəxsin hadisə yerində mübahisə yaşanmasın deyə polisə xəbər verdiyini düşünmüşdür. Onun əvvəllər belə problemlər qarşısına çıxdığına görə Təqsirləndirilən şəxs1 ilə daha sonra maraqlanmamışdır. Daha sonra Azərin işlədiyi dükana qıraqdan baxmış və Təqsirləndirilən şəxs1 orada olmadığını görmüşdür. Təqsirləndirilən şəxs1 avtomobildən düşərək yeddi və ya səkkiz metr irəliləmişdir. Avtomobilin işıqları onun üzərinə düşmüşdür. Beş-altı nəfərin onun üzərinə tökülüşdüyünü görmüşdür. Həmin vaxt hava tam qaralmamışdır. Ondan “Azərlə tez-tez görüşürsən mi deyə” soruşanda Azəri taksi sürücüsü kimi dediyi yerlərə apardığını demişdir. Fikrət Məstəliyev bu şəxslə çöldə danışmış və onun üzünə dayanmağa gətirəndə ona “narahat olma Azərlə danışmışam, onu buraxacam və səni tutacam” deyə bildirmişdir. Həmin vaxtı Azərə vəd verilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs1 əməliyyat zamanı tanımışdır. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs1 Siyəzən rayonun ərazisində narkotik vasitələrini daşıyıb, üzərində gəzdirməsi barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Onun tərəfindən raport yazılmaqla rəhbərliyə məruzə olunmuşdur. Cənab rəisin imzası ilə həmin ərazi əməliyyat müşahidəsinə götürülmüşdür. Axşam saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 kafeyə yaxın ərazidə saxlayaraq şəxsə özlərini təqdim etmişlər. Üzərində narkotik vasitələrini daşımasında şübhəli bilindiyini izah etmişlər. Rayon Polis Şöbəsinə onlarla getməli olduğunu bildirmişlər. Heç bir etiraz etmədən avtomobilə əyləşərək onlarla getmişdir. Rayon Polis Şöbəsinin növbətçi hissəsində müstəntiq tərəfindən vəkil təyin olunmuşdur. X10 adında vəkil olmuşdur. Həmin vəkilin iştirakı ilə şəxsin əlində olan sellofanın içərisindəki kütlənin nə olduğu soruşulanda səmimi etiraf edərək narkotik vasitənin olduğunu bildirmişdir. Həmin narkotik vasitə açılaraq içərisinə baxılmışdır. Tiryək olmuşdur. Üzərindən iki il keçdiyinə görə tam dəqiq içərisindən hansı maddənin çıxmasını xatırlamamışdır. Bütün bu proseslər videoçəkiliş zamanı qeydə alınmışdır. Şəxsə hər hansı bir polis tərəfindən fiziki güc tədbiq olunub-olunmaması barədə sual verilən zaman heç kimin ona fiziki güc tətbiq etmədiyini bildirmişdir. Ondan sonra şəxsdən götürülmüş narkotik tərkibli maddi sübutlar qablaşdırılmışdır. Əməliyyatda üç nəfər olmaqla iştirak etmişlər. Əməliyyat məlumatı əməliyyat aparatına daxil olmuşdur. Şəxsi saxlayanda əlində sellofan torba olmuşdur. Şəxsi axtarış keçirilənə qədər kimsə sellofan torbaya baxış keçirməmişdir. Şəxsi saxlayanda şəxs tək olmuşdur. O, hadisə yerində Təqsirləndirilən şəxs2 görməmişdir. Videoçəkiliş zamanı olan detallar tam yadında qalmamışdır. Videoçəkiliş bitdikdən sonra iş materiallarına əlavə edilmişdir. Şəxs Zəfəran adlı kafenin yanında dayanmışdır. Şəxs heç bir etiraz etmədən onlarla gəlmişdir. Həmin kafe dağılmış bir kafe olmuşdur. Daxil olmuş məlumat əsasında raport cənab rəisin adına raport yazılmışdır. Sənədlər imzalanmış və əməliyyat qrupuna məlumat verilmişdir. Əməliyyatın keçirilməsi barədə qərar qəbul olunmuşdur. Qərarda nə yazılmış olduğunu hazırda xatırlamamışdır. Raportu özü yazmışdır. Ondan əlavə cinayət axtarış şöbəsinin əməliyyatçısı Şahid2 olmuşdur. Onun raportu əsasında əməliyyatın keçirilməsinə icazə verilmişdir. Əməliyyatın keçirilməsinə dair ona şifahi göstəriş verilmişdir. Əraziyə çıxdıqları vaxtdan yarım saat sonra şəxsi saxlamışlar. Şübhəli şəxsin orada olacağı bildirilmişdir. Həmin ərazi də balaca bir ərazi olmamışdır. Əməliyyat zamanı mülki formada olmuşlar. Onlar şəxsdən kim olduğunu soruşanda şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Şəxs heç kim olmayan yerdə və əlində sellofan olduğuna görə onlara şübhəli gəlmişdir. Ondan sonra şəxsi şöbəyə dəvət etmişlər. Maksimum 10-15 dəqiqəyə şöbədə olmuşlar. Heç bir ləngimə olmamışdır. Şəxsi kimsə döyməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə ifadə vermişdir. 3 nəfər tərkibdə əməliyyatda iştirak etmişlər. Videoçəkiliş zamanı da vəkilin yanında bu barədə soruşulmuşdur. Heç kim şəxsi döyməmiş, heç kim də şəxsə artıq əskik ifadə işlətməmişdir. Vəkil gələndən dərhal sonra şəxsin üzərinə baxış keçirilmişdir. İki il bundan öncə olduğuna görə vəkilin saat neçədə gəlməsi onun yadında deyildir. Növbətçi hissədə üzərinə baxış keçirilmişdir. Müstəntiq, vəkil və üç nəfər çəkilişdə iştirak etmişlər. Vasif adlı şəxs də onları telefonla kameraya çəkmişdir. Şəxsi axtarışda təqsirləndirilən şəxsdən nələrin soruşulduğu yadında deyildir. Tiryək olmuşdur. Narkotiki aldığı şəxs barədə məlumat verib-verməməsini xatırlamamışdır. O, ifadəsində qeyd etdiyi saatları təxmini yadında qaldığı kimi qeyd etmişdir. Şəxsi tutduqları yerlə polis şöbəsi arasında 10 dəqiqəlik yol olmuşdur. Şəxsi saxladıqları ərazi özü şübhəli bir yerdir. Həmin ərazidə hər cür kriminal hadisə ola bilər. Müstəntiqin ayrılması və vəkilin gəlməsi üçün məlumat verilməsi üç dəqiqəlik prosesdir. Vəkilin polis şöbəsinə tez gəlməsi polisin operativliyidir. Şəxsin Siyəzənə gəlməsi və əlindəki narkotiklə bağlı dedikləri onun yadında deyildir. O, təqsirləndirilən şəxsi döyməmişdir. Kiminsə döyməsini də görməmişdir. Təqsirləndirilən şəxsin dedikləri tam yanlışdır. Şəxs hadisə yerində olarkən vəziyyətin qaçınılmaz olduğunu dərk etmiş və könüllü bildirmişdir. Şəxs Siyəzən rayonuna borc arxasınca gəlməsi barədə onlara bir söz deməmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsləri hadisə ilə bağlı tanıyır. Təqsirləndirilən şəxsləri əvvəllər görməmişdir. xx.xx.2023-cü il tarixində əməliyyat aparatına məlumat daxil olmuşdur. Əməliyyat aparatına daxil olmuş məlumat əsasında təyin olunmuş yerdə məlumatda adı keçən Təqsirləndirilən şəxs1 o və Şahid1 görmüşdür. Şahid3 da onlarla birlikdə əməliyyatda iştirak etmişdir. Şəxsə yaxınlaşmışlar. Şəxsin əlində sellofan büküm olmuşdur. Şəxsə özlərini təqdim etmişlər. Polis əməkdaşları olduqlarını bildirmişlər. Qanunla qadağan olunan əşyaları və maddələri üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər və polis şöbəsinə dəvət etmişlər. Şəxs də heç bir etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Onlara heç bir müqavimət göstərməmişdir. Şəxsi polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Müstəntiq videoçəkilişlə şəxsin üzərinə baxış keçirmişdir. Arif adlı vəkil iştirak etmişdir. Şəxsin əlində olan sellofanın içərisində bükülü olan qara rəngli psixotrop maddə, tirkəyə bənzər maddə olmuşdur. Tam xatırlamasa da falqa da olduğunu bildirmişdir. Başqa qanunla qadağan olunmuş əşya olmamışdır. Şəxsi saxlayarkən hər hansı bir təzyiq göstərilməmişdir. Videoçəkiliş zamanı bu sual şəxsdən soruşulmuşdur. Şəxsə heç bir təzyiq göstərilməmişdir. Şəxsin döyülüb təzyiqlərə məruz qalması ilə bağlı verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımışdır. Şəxsi saxlayanda saat on olmuşdur. Qış ayları olmuş və hava qaranlıq olmuşdur. Şəxsi saxladıqları ərazi çöllük bir ərazidir. Şəxsi restoranın yaxınlığında saxlamışlar. Şəxs özünü şübhəli aparmışdır. Eyni zamanda şəxs ora sakini deyildir. Şəxs normal insana xas olmayan hərəkətlər edirmiş. Yerində üzərinə baxış keçirməmişlər. Onlar ərazidə səkkiz nəfər olmamışlar. Təqsirləndirilən şəxs sayları barəsində yalan danışmışdır. Şəxsə qarşı onun tərəfindən fiziki təsir olmamışdır. Digər əməkdaşlar tərəfindən də fiziki zor tədbiq edilməsinin şahidi olmamışdır. Nə hadisə yerində, nə də polis şöbəsində şəxsi kimsə döyməmişdir. Şəxsin vəkili çəkilişdə iştirak etmişdir. Şəxsə qarşı güc nümayiş etdirilməsi ilə bağlı çəkiliş zamanı şəxsin bildirmək imkanı olmuşdur. Şəxsin dizində xəsarətinin olub-olmamasını görməmişdir. Hava qaranlıq olduğu üçün şəxsin xəsarətinin olub-olmamasını bilməmişdir. Hadisə zamanı onlar şəxslə “gecə burada nə gəzirsən” məzmununda söhbət etməmişlər. Vəkil maksimum 10 dəqiqəyə gəlmişdir. Şəxs onlara Siyəzən rayonuna borc arxasınca gəlməsi barədə bir söz deməmişdir. “Zəfəran” kafesində mühafizə vəzifəsində işləyən hər hansı bir şəxsin ona borclu olması barədə onlara bir söz deməmişdir. Ümumiyyətlə həmin kafe fəaliyyət göstərmir. Həmin ərazidə ümumiyyətlə mühafizəçi olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əvvəldən tanımamışdır. Hadisədən bir müddət sonra isə Təqsirləndirilən şəxs2 tanımışdır. Hadisə keçən il olmuşdur. O, hər iki şəxsi hadisə ilə bağlı tanımışdır. Əməliyyata aparatına məlumat daxil olmuşdur. Həmin ərəfədə post-patrul xidmətində işləmişdir. Onları da əməliyyata cəlb etmişlər. Narkotik vasitəni götürməkdən ötrü iki nəfər şəxsin gələcəklərini demişlər. Sonradan həmin şəxsin adının Azər olduğunu bilmişdir. Narkotik vasitəni götürən zaman şəxsi tutmuşlar. Hadisə yerində bir avtomobil olmuş və hadisə zamanı hadisə yerindən uzaqlaşmışdır. Sonradan həmin gedən şəxsin Təqsirləndirilən şəxs2 olduğu bilinmişdir. Onlar hadisə yerində Təqsirləndirilən şəxs1 tutmuşlar. Şəxsin üzərində olan əşyalar müstəntiqə təhvil verilmişdir. Müstəntiq həmin əşyalara baxış keçirmişdir. Şəxsi axtarışda iştirak etməyinə baxmayaraq tam həcmdə nə aşkar olunduğunu xatırlamamışdır. O, telefon vasitəsi ilə çəkiliş aparmışdır. Hadisə yerində olan zaman avtomobili ilə hadisə yerindən uzaqlaşan şəxsin kim olduğunu bilməmişdir. Şəxsi saxlayan zaman əlində narkotik bükümü olmuşdur. Marixuanaya bənzər maddə olmuşdur. Narkotik vasitə sellafonda olmuşdur. Təqsirləndirilən şəxs1 saxlayan zaman ona hər hansı bir polis əməkdaşı təzyiq etməmişdir. Şəxs şöbəyə onlarla birlikdə gəlmişdir. Şöbədə olarkən kiminsə ona təzyiq etməsinin şahidi olmamışdır. Şəxsə fiziki və psixi təsirin göstərilməsini görməmişdir. Təqsirləndirilən şəxs1 saxlayan zaman onlara təzyiq göstərməmişdir. Şəxsi üç nəfər tərkibdə saxlamışlar. İttiham aktının sonunda adları qeyd olunmuşdur. O, polis zabiti olmadığına görə şəxsin üzərinə baxış keçirməmişdir. Polis şöbəsinə şəxsi dəvət etmişlər. Polis şöbəsində şəxsin üzərinə baxış keçirilmişdir. Eyni zamanda hava zülmət qaranlıq olduğuna görə də onların şəxsin üzərinə baxış keçirməkləri qeyri-mümkün olmuşdur. Təxminən saat 10-11 radələrində şəxsi saxlamışlar. Havanın qaranlıq saatları olduğunu xatırlayır. Onlar hadisə yerində səkkiz nəfər olmamışlar. Şəxsi xidməti avtomobildə gətirmişlər. Bir avtomobildə üç nəfər olmuşlar və kənar şəxs olmamışdır. Şəxs narkotiki götürüb gələn zaman saxlamışlar. Şəxs narkotik vasitəni götürüb hadisə yerinə gəldiyi avtomobilə tərəf gələn zaman saxlamışlar. Təqsirləndirilən şəxs1 hadisə yerinə avtomobili ilə gətirən şəxs avtomobili ilə hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerində maksimum iki və ya üç dəqiqə qalmışlar. Şəxsi saxlayan kimi xidməti avtomobilə minib polis şöbəsinə gəlmişlər. Saxladıqları yerlə polis şöbəsi arasında maksimum 10 dəqiqəlik məsafə olmuşdur. Şəxsi üzərində şəxsi axtarış həyata keçirilən ana qədər növbətçi hissədə saxlamış və başqa otağa aparmamışlar. Şəxsin üzərinə neçə dəqiqə sonra axtarış aparılmasını dəqiq xatırlamamışdır. Vəkilin nə vaxt gəlməsi yadında deyildir. Videoçəkilişdə olan şəxslər iştirak etmişdir. Çəkiliş zamanı şəxsin nə dediyini xatırlamamışdır. O, əməliyyatçı deyil. Ona saxladıqları yerdə çəkiliş edilməli olduğunu deyilsəydi, o da çəkiliş edərmiş. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1993-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binə qəsəbəsində yaşayan X8 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1993-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binə qəsəbəsində yaşayan X8 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1993-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binə qəsəbəsində yaşayan X8 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə kifayət qədər əsaslar olduğundan, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 22:00 radələrində Siyəzən şəhəri, Beşdam kəndində yerləşən, Zəfəran kafesinin yaxınlığındakı ərazidə saxlanılaraq Siyəzən RPŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 22:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olan ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 ünvan 8nılaraq üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-nə gətirilmiş, RPŞ-nin Növbətçi Hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı sonuncunun əlində 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində qara rəngli sellofan bükümün içərisində qara rəngli polietilen bükümün içərisində 01 ədəd ağ rəngli sellofan kəsiyi bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə tiryəyə bənzər kütlə və 01 ədəd sellofan bükümdə tiryəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, 04 noyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olan xx.xx.1993-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, H.Talıbov küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan 01 ədəd qara rəngli torbada rəngli polietilen torbanın içərisindəki təmiz çəkisi 42,834 qram və həmin torbanın içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,198 qram, ümumi təmiz çəkisi 47,032 qram ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış eynitrəkibli psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 131,744 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, həmin kütlənin içərisindən mexaniki üsulla ayrılmış təmiz çəkisi 12,084 qram tünd qəhvəyi rəngli yapışqan konsistensiyaya malik maddə kütləsi və 01 ədəd qara rıngli polietilen bükümdə təmiz çəkisi 4,968 qram, ümumilikdə 17,052 qram yapışqan konsistensiyaya malik maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- asetile edilən tiryək aşkar olunaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli “Raportdan” görünür ki, həmin tarixdə saat 17 radələrində Siyəzən RPŞ İB-də Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına müvafiq olaraq xx.xx.1989-cu il təvəllüdlü, Salyan şəhəri, Ağazadə küçəsi 3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılaraq ibtidai istintaqa təqdim edilməsi üçün Siyəzən RPŞ-nə gətirilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5919 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N96” möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən...” və s sözləri, yazılar, soyadlar, imzalar olan 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd qara rəngli torbada rəngsiz p/e torbanın içərisindəki təmiz çəkisi 42,834 qram və həmin torbanın içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,198 qram, ümumi təmiz çəkiləri 47,032 qram ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, torba və sellofan bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 131,744 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir.01 ədəd rəngsiz p/e torbada təmiz çəkisi 240,909 qram qəhvəyi rəngli toz şəkilli kütlənoskopin maddəsidir, həmin kütlənin içərisindən mexaniki üsulla ayrılmış təmiz çəkisi 12,084 qram tünd qəhvəyi rəngli yapışqan konsistensiyaya malik maddə kütləsi və 01 ədəd qara rəngli p/e bükümdə təmiz çəkisi 4,968 qram, ümumi təmiz çəkiləri 17,052 qram tünd qəhvəyi rəngli yapışqan konsistensiyaya malik maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkdir. Kütlədən mexaniki üsulla ayrılmış və qara rəngli p/e bükümdəki asetilə edilən tiryək kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər;01 ədəd p/e paketdə 01 ədəd qara rəngli borucuq formalı predmetin daxilində narkotik vasitə-asetilə edilən tiryəkin izləri müəyyən edildi. Həmin predmetdə asetilə edilən tiryək iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə təqdiqatın aparılması mümkün olmadı. 01 ədəd uzunsov folqa kəsiyində hər hansı maddə izləri müəyyən edilmədi. Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 7545 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Kannoboidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Nazilrər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı Narkotik vasitələrin və psixotrop maddəllərin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 696 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Psixostimulyatorların və Opioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. 06 noyabr 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, 04 noyabr 2024-cü il tarixdə saat “22:30”-dan saat “22:54”-dək olan müddət ərzində Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Siyəzən RPŞ NH-nin məsul növbətçi köməkçisi, polis baş serjantı X13 və video çəkilişi aparan Siyəzən RPŞ-nin PPXB- nin polis nəfəri, polis serjantı Şahid3, fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirakları ilə ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üzərinə Siyəzən RPŞ-nin Növbətçi hissəsində şəxsi axtarış keçirildiyi görünür. Çəkiliş baş müstəntiq Mərifət Ağazadənin çıxışı ilə başlayır. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələri saxlamasına şübhələr olduğu üçün üzərində şəxsi axtarış aparılacağı barədə Siyəzən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu onlara izah edilir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 müdafiə hüququ izah olunaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olundu. Təqsirləndirilən şəxs1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X6 iştirak etməsini istədiyini bildirir və şəxsi axtarışın aparılmasına heç bir narazılığının olmadığını bildirir. Bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 əlində olan şəffaf rəngli sellofan paketi təqdim edərək masanın üzərinə qoyur. Həmin sellofan paketə baş müstəntiq Mərifə Ağazadə tərəfindən baxış keçirilməsinə başlanılır. Sellofan paketdə qara rəngli sellofan olması müəyyən edilir. Həmin sellofan açıldıqda onun içərisində streyş plyonka ilə bağlanmış vəziyyətdə qara rəngli sellofan olması aşkar edilir. Həmin sellofan bıçaqla kəsilərək açılır. Həmin sellofanın içərisindən 01 ədəd şəffaf rəngli sellofan paketdə psixotrop maddəyə bənzər kütlə, 02 ədəd şəffaf rəngli sellofan paketdə tiryəkə bənzər kütlə aşkar olunur. Şifahi suallara cavab olaraq Azər Caniyev 2-3 aydır narkotik vasitə istifadə etdiyini, tutulduğu gün Rəhman adlı tanışının iş yerinin qarşısından gələrək onu götürdüyünü və birlikdə Siyəzənə getməyi təklif etdiyini, oda sonuncu ilə razılaşdığını və birlikdə Siyəzənə getdiklərini, Siyəzənə çatan zaman saxlanıldığı yerdə Rəhman adlı tanışının maşını saxladığını və yol kənarında olan sellofanı götürməyi ondan xahiş etdiyini, oda heç bir problem olmayacağını düşünərək torbanı götürmək üçün avtomobildən düşdüyünü və torbanı götürən zaman bir neçə nəfər polis əməkdaşının onu saxladığını və birlikdə RPŞ-yə gətirdiklərini bildirir. Daha sonra şəxsi axtarış davam edir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd “Samsung A6” markalı mobil telefon və 01 ədəd pulqabı aşkar edilir. Pulqabıya baxış keçirilən zaman onun içərisində 01 ədəd şəffaf rəngli polietilen bükümün içərisində 01 ədəd qara rəngli borucuk və 01 ədəd gümüşü rəngli falqa, 01 ədəd 5 manatlıq və 01 ədəd 3 qəpik pul əskinası, 02 ədəd Bakıkart, 04 ədəd Kapitalbanka məxsus bank kart və 02 ədəd reklam vizitkartı aşkarlanır. 5 manatlıq pul əskinası və 03 qəpik pul əskinası Təqsirləndirilən şəxs1 geri qaytarılır. 01 ədəd şəffaf rəngli sellofan paketdə psixotrop maddəyə bənzər kütlə, 02 ədəd şəffaf rəngli sellofan paketdə tiryəkə bənzər kütlə, 01 ədəd qara rəngli borucuq və 01 ədəd gümüşü rəngli falqa 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılır. Zərfin üzəri 96 nömrəli möhürlə möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs1 və bütün digər iştirakçılar zərfin üzərinə imza edirlər. Bundan sonra Mərifət Ağazadə tərəfindən verilmiş göstərişə əsasən, Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmetlər aşkar olunmur. Çəkiliş 24 dəqiqə 04 saniyədə başa çatır. Diskə baxış ilə əlaqədar olaraq protokol tərtib olundu və cinayət işi materiallarına əlavə edildi. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan DSMF-nun 1 saylı X1 verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-286020/2023 saylı cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 (xxxxxxx) filialdan müddətsiz olaraq İİ qrup əlilliyə görə sosial müavinət alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli, 791 saylı cavabdan müəyyən olunur ki, xx.xx.1993-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olan X14 2019-cu ildən “Opium narkomanlığı” diaqnozu ilə həmin xəstəxanada qeydiyyatdadır. Azərbaycan Respublikası “Tibbi ərazı bölmələrini idarəetmə birliyi” PHŞ Salyan RMX PHŞ-dən xx.xx.2024-cü il tarixli, 18-1-68/2-1421/2024 saylı cavabından müəyyən olunur ki, Salyan şəhəri, Ağazadə küçəsi 3-də qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 2021-ci il tarixdən prof uçot ilə narkoloji kabinetdə qeydiyyatdadır. Siyəzən rayon məhkəməsinin 4(059)-18/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokolu və buna dair məhkəmə iclasının audio video yazısı tətqiq edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(011)-82/2019 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-88/2023 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz ) ay 01 (bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, onun 25 mart 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixədək, 31 iyul tarixdən 26 noyabr 2021-ci il tarixədək həbsdə, həmin tarixdən hazırkı tarixə qədər ev dustaqlığında olduğu 01 (bir) il 08 (səkkiz) ay 01 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilmiş və ona təyin olunmuş cəzanın çəkib qurtardığı nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın Azərbaycan Respublikası CM-niı 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə Azərbaycan Respublikası CM-niı 39.2-ci maddəsində göstərilən əsaslarla, yəni cinayət əməlinə aidiyyəti olmadığı üçün bəraət verilmişdir. Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən daxil olmuş ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində 2022-ci il təvəllüdlü X16 adlı azyaşlı övladı vardır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Canizadə X12 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 200 manat cəzasına məhkum edlmişdir. Bundan başqa o, Lənkəran Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixdə qüvvəyə minmiş hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 66.5-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 04 (dörd) ilə endirilib, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, 234.1, 66.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 01 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında olduğu 01 il 08 ay 01 gün ona təyin edilmiş cəza müddətinə daxil edilərək, təyin olunmuş cəzasını çəkib qurtarmışdır. Bundan başqa onun barəsində AR CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi Nizami Rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət təqibinə xitam verilərək 3 saylı İstintaq Təcridxanasından azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Siyəzən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(059)-43/2023 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Siyəzən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(059)-2/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.1993-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binə qəsəbəsində yaşayan X8 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə 04 noyabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X8 əlindəki 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində qara rəngli sellofan bükümün içərisində qara rəngli polietilen bükümün içərisində 01 ədəd ağ rəngli sellofan kəsiyi bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə tiryəyə bənzər kütlə və 01 ədəd sellofan bükümdə tiryəyə bənzər kütlə aşkar olunaraq götürülmüş və həmin narkotik maddə və psixotrop maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə X8 üzərinə müdafiəçilərinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı, cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq təqsirləndirilən şəxs qismində cəlb edilməsi zamanı və ondan sonra aparılmış hüquqi prosedurlar zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur.Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq əldə etdikləri narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını və narkotik vasitənin və psixotrop maddənin növ müxtəlifliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər həmin qadağan olunmuş narkotik vasitələri satış məqsədilə əldə etmişlər. Bundan başqa məhkəmə müdafiə tərəfinin təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri ilə əlaqədar məsələyə baxılarkən həmin məhkəmə iclasında iştirak edən müstəntiqin təqsirləndirilən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması barədə rəyin olması barədə bildirklərinə əsasən qeyd edir ki, cinayət işinin materiallarına baxdıqda aşkar şəkildə görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində ambulator məcburi-narkoloji yoxlamanın xx.xx.2024-cü il tarixli 696 saylı rəyi xx.xx.2024-cü il tarixdə Siyəzən rayon Polis Şöbəsinə daxil olmuşdur. Sözü gedən məhkəmə iclası isə xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, həmin məhkəmə iclasında müstəntiq həmin rəyin nəticəsindən məlumatsız olmuşdur. Məhkəmə yaranmış ziddiyyətə qiymət verərək hesab edir ki, müstəntiqin ekspertin rəyindən məlumatsız olaraq verdiyi məlumat məhkəmə istintaqı zamanı araşdırılmış 696 rəyin şübhə altına alınmasına əsas vermir. Ümumilikdə isə həmin rəyin şübhə altına alınması əsas olan hər hansı bir natamamlıq və qüsur aşkar edilmədiyinə görə məhkəmə xx.xx.2024-cü il tarixli 696 saylı rəyi əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməklə əlaqədar ifadələrinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 fiziki və psixi təsirə məruz qaldığı üçün Təqsirləndirilən şəxs2 qarşı ifadələr verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 qeyd edilən ifadəsinə əsasən onun şəxsi işi tələb olunaraq məhkəmə iclasında araşdırılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına qəbul olunarkən üzərində heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 psixoloji təsirə məruz qaldığını bildirsə də, cinayət işinin materiallarında buna dəlalət edən hər hansı bir sübuta rast gəlinməmiş, məhkəmə istintaqının gedişində məhkəməyə buna dair heç bir sübut təqdim olunmamışdır. Bundan başqa cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, eyni tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən, həmçinin həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata baxılarkən özünü təqsirli bilmiş, həmçinin qeyd olunan proseslərin heç birində hər hansı bir təsir və təzyiqə məruz qaldığını bildirməmiş və hadisə yerinə təqsirləndirilən Təqsirləndirilən şəxs2la əlbir olub narkotik vasitə dalınca getdiyini qeyd etmişdir. Bundan başqa cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs2la üzləşdirilərkən yenədə bundan öncə verdiyi ifadələrinə uyğun ifadə verməklə, həmin ifadələrində göstərdiyi halları təqsirləndirilən X11 üzünə qarşı demişdir. Həmçinin məhkəmə qeyd edir, üzləşdirmə istintaq hərəkəti video görüntüyə alınaraq cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı araşdırılmışdır. Həmin video görüntüyə baxılarkən təqsirləndirilən Təqsirləndirilən şəxs1 sərbəst ifadə verdiyi aşkar şəkildə görünür və sonuncunun bildirdiyinə görə həmin üzləşdirmə istintaq hərəkəti aparılandan əvvəl fiziki təsirə məruz qaldığı üçün Təqsirləndirilən şəxs2 qarşı ifadə verməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 fiziki görüntüsündə hər hansı bir xəsarətin olması, yaxud onun fiziki təsirə məruz qalmış insan kimi halının yaxşı olmaması kimi bir vəziyyət müşahidə edilmir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs2la üzləşdirildikdən sonra xx.xx.2024-cü il tarixdə yenidən təqsirləndirilən şəxs qismində ifadə verərkən təqsirləndirilən Təqsirləndirilən şəxs2 təklifinə əsasən onunla əlbir olaraq narkotik vasitə dalınca gedərkən saxlanıldığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 yalnız məhkəmə istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsinə uyğun ifadələr verərək onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin doğru olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi ilə əlaqədar olaraq qeyd edir ki, istər məhkəmə istintaqı müddətində və istərsə də məhkəməyədək aparılmış istintaq nəticəsində təqdim edilmiş materiallarda təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir qərəzin, haqsızlığın yaxud bilərəkdən məsuliyyətə cəlb edilməsinə çalışılmasına dair hər hansı bir sübuta rast gəlinməmişdir. Əksinə təqisrləndirilən şəxslər özləri yaxın tanışlıq münasibətlərində olduqlarını bildirsələrdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 bütün istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı ifadələr vermişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 isə hadisə yerindən getdikdən sonra bir dəfədə olsun təqsirləndirilən Təqsirləndirilən şəxs1 ilə maraqlanmamışdır. Qeyd olunanlar təqsirləndirilən Təqsirləndirilən şəxs2 baş vermiş hadisədən yayınmaq, məsuliyyətdən kənar qalmaq cəhdi kimi təsurat yaradır. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 istintaq orqanı əməkdaşlarının ona təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı ifadə verəcəyi halda məsuliyyətdən azad olunacağı, daha yüngül maddə ilə məsuliyyətə cəlb olunağı ilə əlaqədar vədlər verməsi ilə əlaqədar göstərdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyini Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnaməyə əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkumluq həyatı yaşamışdır. Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquq mühafizə orqanlarının əməkdaşları ilə ilk dəfə rastlaşmamış, onun barəsində cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və məhkum edilmiş şəxs kimi dəfələrlə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmış və bunun nəticəsində barəsində hökm çıxarılmaqla cəzaya məruz qalmışdır. Məhkəmə qeyd olunan hallara nəzərə alaraq bildirir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 heç də hər hansı bir vədlərə aldanacaq qədər sadəlöv bir insan deyildir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı bildirdiklərini müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı, təqsirləndirilən Təqsirləndirilən şəxs1 isə məhkəmə istintaqı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə təqsirli bilməmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməlləri törətmələri, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 İİ dərəcə əlil olmasını onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini o cümlədən barələrindəki yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il hökmü ilə ona təyin edilmiş cəzanı xx.xx.2022-ci il tarixədək çəkib qurtarsa da və Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı həmin tarixdə çəkib qurtarsa da, hər iki təqsirləndirilən şəxslər qəsdən az ağır cinayət törətməyə görə məhkum olunmalarına baxmayaraq, məhkumluqları ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdikləri üçün əməllərində cinayətlərin residivi olduğu müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onların təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 04.112023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Siyəzən rayon məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 4(059)-43/2023 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 15.012024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Siyəzən rayon məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 4(059)-2/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 isə yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 55 (əlli beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş Siyəzən rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 46,912 qram psixotrop maddə metamfetamin, 131,644 qram narkotik vasitə tiryək və 16,952 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 55 (əlli beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş Siyəzən rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 46,912 qram psixotrop maddə metamfetamin, 131,644 qram narkotik vasitə tiryək və 16,952 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-100/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-100/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver