Məhkəmə qərarları › İş №1(124)-101/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-101/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-101/2023 31.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonu, Əsmələr kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hal hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.4.3-cü maddələri ilə xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 203,975 qram kustar üsulla hazırlanmış heroin və 0,280 qram psixoptrop maddə metamfetamin əldə edərək üzərində və yaşadığı evdə saxlamış, həmin narkotik vasitə heroinin bir qismini, ümumi çəkisi 1,035 qramını xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs2 35 manat müqabilində satmış, bundan sonra 18 oktyabr 2021-ci il tarixdə, saat 11:30-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı evin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PByə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin psixotrop maddə və narkotik vasitə heroinin bir hissəsi, yəni 07 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,104, 0,046, 0,040, 0,032, 0,017, 0,026 və 0,015 qram, ümumi çəkisi 0,280 qram psixotrop maddə və bir ədəd bükümdə ümumi çəkisi 5,069 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvana baxış keçirilən zaman yataq otağında olan dolabın üzərindən 01 ədəd bükümdə ümumi çəkisi 197,871 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs3 35 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib həmin narkotik vasitə heroinin bir qismini, 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,003 qram, 0,003 qram, 0,007 qram, 0,120 qram, 0,179 qram, 0,033 qram, 0,021 qram, 0,029 qram, 0,012 qram, ümumi çəkisi 0,407 qramını xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs1 20 manat müqabilində satmış, qalan 0,628 qram narkotik vasitə heroini daşıyaraq üzərində saxlamış, bundan sonra xx.xx.2021-ci il tarixdə saat 21:05-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisindəki Qızıl Qum qəsəbəsində yerləşən “Zirvə” hazırlıq kursunun yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PByə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisindən 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,051 qram, 0,242 qram, 0,289 qram, ümumi təmzi çəkisi 0,628 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və sol yan cibindin bir ədəd səthində heroin izləri olan gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs2 20 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi-0,407 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 oktyabr 2021-ci il tarixdə, saat 19:00-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Aristokrat” çay evinin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində olan 07 ədəd gümüşü rəngli, 02 ədəd göy rəngli siqaret kağızına bükülmüş, ümumilikdə 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,003 qram, 0,003 qram, 0,007 qram, 0,120 qram, 0,179 qram, 0,033 qram, 0,021 qram, 0,029 qram, 0,012 qram, ümumi çəkisi 0,407 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o, küçədə deyil, yaşadığı evin içərsində tutulmuşdur. Belə ki, hadisə günü səhər saat 09-10 radələrində yaşadığı evə gəlmiş, ardınca polis əməkdaşları yaşadığı evə gələrək onu saxlamışlar. Yeddi ədəd çəkilmiş bükümün içərisində olan metamfetamin satışa yararsız olmuş, o, həmin metamfetamini çəkdikdən sonra kənara atmış, daha sonra yenidən çəkməyi düşünmüşdür. Saxlanılarkən üzərində 04 qram narkotik vasitə olmuş, üç nəfər polis əməkdaşı onu evində tutduqdan sonra 3-cü polis bölməsinə aparmışlar. Polis bölməsinə girdikdən sonra onu bir otağa salaraq döymüş, Samid onu ailəsi ilə hədələyərək “Cinayətdə evdəkilərlə şəriksən, sənədləri imzala və 200 qram narkotik vasitəni üstünə götür” demişdir. Evdən aşkar edilən narkotik vasitə ona məxsus olmamış, həmin narkotik vasitəni evinə Samidgil qoymuşdur. Yalnız üzərindən aşkar edilənlər, yəni metamfetamin və 04 qram narkotik vasitə ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 3 ildir ki, narkotik vasitədən istifadə etdiyini, üzərindən aşkar edilən heroinin bükümlərə ayrılmadığını, onları falqada çəkdikdən sonra büküb siqaret qutusuna qoyduğunu, daha sonra çəkməyi düşündüyünü, narkotik vasitəni Mehman adlı şəxsdən aldığını bildirmişdir. O, “588 58 78” mobil nömrədən istifadə etdiyini, “377” ilə başlayan mobil nömrədən isə son dövrlərdə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 tanımadığını, Təqsirləndirilən şəxs2 isə bir ildir ki, tanıdığını, özünün narkotik vasitə satışı ilə məşğul olmadığını, lakin ətrafında olan adamlar onun narkotik vasitəyə əlinin çatdığını bildikləri üçün ona müraciət etdiklərini, o da kimdənsə narkotik vasitə götürərək həmin şəxslərə verdiyini bildirmişdir. O, başqasından narkotik vasitə götürərək vermiş, amma narkotik vasitə satmamışdır. Həmçinin narkotik vasitə aldığı şəxsdən götürərək bir qram narkotik vasitəni Xanlara vermiş, Xanlar da buna görə ona 35 manat vermiş, lakin Xanlara narkotik vasitə satmamışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 3-cü polis bölməsinin əməkdaşları tərəfindən yaşadığı məhəllədə tutulan zaman üzərində narkotik vasitə və ya tərəzi olmamış, saxlanıldıqdan sonra polis bölməsinə aparılmışdır. Polis bölməsində olarkən onu döyərək üzərinə tərəzi və bir neçə büküm narkotik vasitə qoymuşlar. Onun nə evində, nə də ki üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq tutulan zaman üzərində narkotik vasitənin olmadığını, polis bölməsinə apardıqdan sonra orada bir cibinə tərəzi, digər cibinə isə narkotik vasitə qoyduqlarını, polis bölməsində olarkən ona “Evinə getsək onsuz oradan da narkotik vasitə çıxacaq” dediklərini, lakin evindən narkotik vasitə aşkar edilmədiyini, polis əməkdaşlarının ona qarşı hansı səbəbdən qanunsuz hərəkətlər etdiyini bilmədiyini bildirmişdir. Həmçinin iki ildir ki, Nemət Qayıbovu tanıdığını, özünə narkotik vasitə lazım olduğu üçün Neymətə müraciət etdiyini, belə ki, Neymətə pul verdiyini, Neymətin də narkotik vasitə götürüb ona verdiyini, Neymətə pulu o tutulan ərəfələrdə verdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 2-3 ildir ki tanıdığını,Turala narkotik vasitə satmadığını, sadəcə olaraq üzərində narkotik vasitə olanda ona verdiyini, hadisə günü Turala 0,4 qram mal verdiyini, Turalın zəng edərək ona “əlin çatırsa mənim üçün də narotik vasitə götür, ver, vəziyyətim pisdir” dediyini, Turalın narkotik vasitə üçün ona 20 manat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq əvvəllər narkotik vasitə olan heroindən istifadə etdiyini, heç bir yerdə işləmədiyini, narkotik vasitə əldə etmək üçün ailəsindən pul götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitə olan “kakos”dan (heroindən) istifadə edir və öz istifadəsi üçün narkotik almaq məqsədilə pul əldə etmək üçün eyni zamanda satışı ilə də məşğul olur. xx.xx.2021ci il tarixdə saat təxminən 10 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində əvvələr tanıdığı Nemət adlı şəxslə görüşüb ondan 35 manata 1 (bir) bükümdə təxminən 1 (bir) qram çəkidə heroin almışdır. O həmin heroini üzərində gəzdirdiyi ekektron tərəzi ilə çəkərək bükümlərə ayırmışdır ki, özü növbəti dəfə heroin əldə etmək üçün satıb pul əldə etsin. Həmin heroindən xx.xx.2021-ci il tarixdə günorta saatlarında Tural adlı tanışına 9 bükümünü 20 manata satmışdır. Qalan 4 bükümü isə əynində olan şalvarının sağ yan cibinə qoymuş, tərəzini isə şalvarının sol yan cibində gəzdirirmiş. Elə həmin günü, yəni xx.xx.2021-ci il tarixdə axşam saat 21 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisindəki Qızıl Qum qəsəbəsində yerləşən “Zirvə” hazırlıq kursunun yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O da polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışıda şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər və onu Sumqayıt şəhər Pİ-nin 3-cü polis bölməsinə dəvət etmişlər. O etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. 3-cü PB-də olan zaman ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Sonra polis əməkdaşları video çəkiliş aparmaqla və seçdiyi vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olub-olmadığını soruşmuşlar. O polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona təklif etmişdilər ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzini və sağ yan cibindən isə 01 ədəd şəffaf sellofana bükdüyü 04 dörd ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxararaq narkotik vasitə olan kokos (heroin) olduğunu söyləmiş və həmin bükülüləri polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin narkotik vasitəni həmin gün səhər saatlarında əvvələr tanıdığı Nemət adlı şəxsdən 35 manata 1 (bir) bükümdə təxminən 1 qram çəkidə aldığını, həmin heroini üzərində gəzdirdiyi elektron tərəzi ilə çəkərək satmaq məqsədilə bükümlərə ayırdığını, həmin bükülülərdən xx.xx.2021-ci il tarixdə günorta saatlarında Tural adlı tanışına 9 bükümünü 20 manata satdığını və qalanını üzərində gəzdirdiyini söyləmişdir. Bundan sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə “heroin” olan həmin bükülülər tərəziyə qoyulub çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu və zərfi imzalamışlar. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə əldə etmək üçün Xanlara 20 manat verdiyini bildirmişdir. Cinayət işi üzrə şahid kimi dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 14 oktyabr 2021-ci il tarixində daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Aristokrat” çay evinin qarşısında Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onu polis bölməsinə gətirdiklərini, polis bölməsində Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı 1 ədəd kibrit qutusunun içərisindən 9 büküm heroin aşkar edildiyini göstərdi. Cinayət işi üzrə şahid kimi dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid3 daxil olan əməliyyat məlumatı əsasında 14 oktyabr 2021ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Aristokrat” çay evinin qarşısında Təqsirləndirilən şəxs1 yaxınlaşıb onu polis bölməsinə dəvət etmiş, polis bölməsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və kibrit qutusunda 09 büküm heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitənin şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyim üçün o da əlavə edilmişdir. Həmin gün yəni xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Aristokrat” çay evinin qarşısında Təqsirləndirilən şəxs1 yaxınlaşıb həmin şəxsi saxlamışlar. Özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3cü PB-nə getməli olacaqlarını bildirib, həmin şəxsdən etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirmişlər. Sumqayıt ŞPİ-nin 3-cü PB-də təhqiqatçı Pərviz Babayev xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və PBnə gətirildiyini demişdir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 təyin olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 özü əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Həmin qutunun içərisində ümumilikdə 09 ədəd büküm olmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, 20 manat müqabilində tanışı Xanlar adlı şəxsdən saxlanıldığı gün günorta saatlarında aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X14 ifadəsində göstəmişdir ki, 2021-ci ilin oktyabr ayının ortalarında daxil olmuş məlumat əsasında Xanlar ətrafında əməliyyat tədbiri keçirilmiş və Xanlar Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində saxlanılmışdır. Daha dəqiq Xanlar “Zirvə” hazırlıq kursunun yaxınlığında, Qızılqum qəsəbəsində saxlanılmışdır. Xanlar saxlanılarkən ona narkotik vasitələrin və ya psixotrop maddələrin istifadə və dövriyyəsində şübhəli olduğu bildirilmiş və 3–cü Polis Bölməsinə dəvət edilmişdir. Polis bölməsində üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilmişdir. Xanların üzərində şəxsi axtarış aparılarkən orada əməliyyat qrupunda olmuş Şahid4 və Cavid olmuşdur. Belə ki, Xanlar şəxsi axtarış zamanı üzərindəki madddəni təhqiqatçıya təqdim etmişdir. Xanların üzərindən aşkar olunmuş narkotik vasitə heroin idi. Xanlar üzərindən aşkar olunmuş narkotik vasitəni Neymətdən aldığını bildirmişdir. Xanlar saxlanıldıqdan təxminən üç-dörd gün sonra əməliyyat tədbiri keçirilərək Neymət saxlanılmışdır. Neymətin tam olaraq harada saxlanıldığını xatırlamır, lakin Neymət üzərindən narkotik vasitə aşkar olunduqdan sonra evində də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Neymətin 30-cu məhəllədə yaşadığı ünvana baxış keçirilmiş və Neymətin evindən də narkotik vasitə aşkar olunmuşdur. Neymətin üzərindən təxminən 5 qram, evindən isə təxminən 200 qram dövriyyəsi qanunla qadağan edilmiş maddə aşkar olunmuşdur. Neymətin üzərindən həm psixotrop maddə metamfetamin, həm də narkotik vasitə heroin aşkar olunmuşdur. Neymətin evindən isə təxminən 200 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Şahid3 ona verilən suala cavab olaraq Xanların üzərindən narkotik vasitə heroindən başqa elektron tərəzi də aşkar olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstəmişdir ki, 11 aydır ki, polis orqanından xaric olunmuş, hal-hazırda polis əməkdaşı deyil. Təqsirləndirilən şəxslərdən hal-hazırda Xanları və Neyməti xatırlayır. İştirak etdiyi əməliyyat tədbiri payız aylarında keçirilmişdir. Şahid4 ona verilən suala cavab olaraq əməliyyat tədbirində onunla yanaşı, Nicat və Cavid adlı polis əməkdaşlarının da iştirak etdiyini, əməliyyat tədbirində Vüsal adlı şəxsin iştirak etmədiyini, Xanların 6-cı mikrorayon istiqamətində saxlanıldığını, əməliyyat tədbiri keçirilərkən axşam saatları olduğunu, əməliyyat tədbiri zamanı istifadəsində “***-***-**-**” mobil nömrəsi olduğunu, Tural saxlanılan zaman Xanların, Xanlar da saxlanılan zaman Neymətin adını çəkdiyini və beləcə hər üç şəxsin saxlanıldığını bildirmişdir. Turalın vermiş olduğu məlumat əsasında Xanlar saxlanılmışdır. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, ona dair düşmənçilik və ədavət münasibəti olmamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyim üçün o da əlavə edilmişdir. Həmin gün yəni xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Aristokrat” çay evinin qarşısında Təqsirləndirilən şəxs1 yaxınlaşıb həmin şəxsi saxlamışlar. Özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3cü PB-nə getməli olacaqlarını bildirib, həmin şəxsdən etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirmişlər. Sumqayıt ŞPİ-nin 3-cü PB-də təhqiqatçı Pərviz Babayev xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və PBnə gətirildiyini demişdir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 təyin olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 özü əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Həmin qutunun içərisində ümumilikdə 09 ədəd büküm olmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, 20 manat müqabilində tanışı Xanlar adlı şəxsdən saxlanıldığı gün günorta saatlarında aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstəmişdir ki, o, ilkin olaraq Xanların saxlanmasında iştirak etmiş, Xanlar onun iştirakı ilə 14 oktyabr 2021-ci il tarixdə axşam saatlarında, təxminən saat 20-21 radələrində ilə 6cı mikrorayon ərazisində, “Zirvə” hazırlıq kursunun yaxınlığında, Qızılqumda saxlanılmış və polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsində Xanların üzərində şəxsi axtarış aparılan zaman üzərindən 01 ədəd elektron tərəzi və 04 ədəd bükümdə “kokos” kimi bilinən narkotik vasitə heroin aşklar olunmuşdur. Xanlar üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. Xanlar saxlanıldıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs3 30-cu məhəllədə, binanın qarşısında saxlanılmışdır. Neymətin üzərində şəxsi axtarış aparılan zaman 05 ədəd bükümdə “kokos” kimi bilinən narkotik vasitə heroin və 02 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş maddələri İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Şahid5 ona verilən suala cavab olaraq əməliyyat tədbirində özündən başqa, əməliyyat müvəkkili Nicat və kiçik əməliyyat müvəkkili Şahid4 iştirak etdiyini, Vüsal adlı şəxsin isə əməliyyat tədbirində iştirak etmədiyini bildirmişdir. Xanlar polis bölməsində olarkən üzərindən aşkar olunmuş maddələri Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. X1 ərazinin sahə rəisi olduğundan Xanların saxlanılmasında iştirak etmiş və hadisə yeində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X6 ifadəsində göstəmişdir ki, Xanların anasının mobil telefonu olmadığından ona təxminən saat 6-7 radələrində ev telefonu ilə zəng edib Xanların evə gəlmədiyini demiş, Xanların anası ilə danışdıqdan təxminən iki-üç dəqiqə sonra Xanların mobil nömrəsinə zəng etmiş, iki dəfə Xanların mobil telefonuna ardıcıl zəng etsə də, mobil telefonu açan olmamış, üçüncü dəfə zəng etdikdə isə tanımadığı bir nəfər şəxs telefonu açaraq Xanların polis bölməsində olduğunu söyləmiş, lakin onun hansı bölmədə olduğu barədə məlumat verməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 18 oktyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs3 Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində, həmçinin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə əməliyyat məlumat əldə edilmiş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs3 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan 18 oktyabr 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 özü əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Maqna” adlanan siqaret qutusunu çxıardaraq içərisində olan 05 ədəd gümüşü rəngli falqa kağızına, 02 ədəd ağ-qara rəngli siqaret kağızına, 01 ədəd sellofan bükümləri masanın üzərinə qoyaraq təqdim etdi. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitənin “kakos” və metamfetamin olduğunu, saxlanılmamışdan bir gün əvvəl axşam saatlarında internet vasitəsilə tanımadığı İran vətəndaşından aldığını, “kakos”u 1 qramı 20 manata aldığını, 308 manatı həmin şəxsin kart hesabına göndərdiyini, həmin şəxsin də ona 200 qram “kakos” göndərdiyini, qalan pulu isə borclu qaldığını, metamfetamini 30 manata aldığını, 05 ədəd gümüşü rəngli bükümdəki metamfetaminlərin çəkilib yarımçıq formada qaldığını bildirdi. Təqsirləndirilən şəxs3 ona verilən suala cavab olaraq evdə də heroin olduğunu bildirir. 18 oktyabr 2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 ərizə yazaraq evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını göstərir. Cinayət işinin materiallarında olan 18 oktyabr 2021-ci il tarixli «Mənzilə baxış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyataxtarış tədbirinin video görüntüsünü əks etdirən eyni CD diskdə olan fayl məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 yaşadığı mənzilə, yəni ünvan 8 ünvanına daxil olan kimi qapı ilə üz-üzə olan otağa daxil olunur. Görüntünün 01:45-ci saniyəsində Təqsirləndirilən şəxs3 stulun üzərinə çıxaraq həmin otaqda şkafın üstündə olan şəffaf rəngli sellofan bükülünü təqdim edir. Təqsirləndirilən şəxs3 ona verilən suala cavab olaraq həmin bükümün “kakos” olduğunu, mənzildə başqa narkotik vasitənin olmadığını bildirir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4635 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X4 üzərindən ....” sözlər və imzalar olan bir ədəd zərfdəki 2 (iki) ədəd qara rəngli kağızı bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,104 qram, 0,046 qram olan maddələr tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamindir, 5 (beş) ədəd gümüşü kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,040 qram, 0,032 qram, 0,017 qram, 0,026 qram, 0,015 qram olan maddələr tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamindir, bir ədəd gümüşü rəngli kağız bükümün içərisində psixotrop maddə metamfetaminin izləri vardır, iz şəklində olduğundan onun çəkisi və metamfetaminlərlə eyniliyi aparmaq mümkün olmadı və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-5,069 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 evindən ...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd sellofan bağlamada təmiz çəkisi-197,871 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədiqata təqdim edilmiş iki ədəd zərfdə olan heroinlər kimyəvi tərkiblərinə görə eynidirlər. 14 oktyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumat əldə edilmiş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs2 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan 18 oktyabr 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 özü əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini və sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təqdim edir. Həmin sellofan açıldıqda içərisindən 04 ədəd kağız büküm aşkar edilir. Təqsirləndirilən şəxs2 ona verilən suala cavab olaraq tərəzini narkotik vasitələrini çəkmək üçün üzərində gəzdirdiyini, Təqsirləndirilən şəxs1 əvvəllər də istifadəsi üçün 20 manat müqabilində ona narkotik vasitə verdiyini, üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanıldığı gün səhər Sumqayıt şəhərində 6-cı mikrorayonda Nemət adlı şəxsdən aldığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 6/4582 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №127” möhür əksi, “vət. Təqsirləndirilən şəxs2 üzərindən...” və s. sözlər olan kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,051 qram, 0,242 qram, 0,289 qram, ümumi təmiz çəkiləri 0,628 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 04 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd gümüşü korpuslu elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroin kütlələri ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroin kütlələri (maddə barəsində xx.xx.2021-ci il tarixli 6/4581 saylı ekspert rəyində məlumat verilmişdir) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 14 oktyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin qəbulu ilə məşğul olması və üzərində saxlaması barədə məlumat əldə edilmiş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan 18 oktyabr 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özü əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusu təqdim edir. Həmin kibrit qutusunun içərisindən 09 ədəd büküm aşkar olunur. Təqsirləndirilən şəxs1 həmin bükümlərdə narkotik vasitə “kokos” yəni heroin olduğunu, narkotik vasitəni 6-7 aydır tanıdığı, Corat qəsəbəsi ərazisində yaşayan Xanlar adlı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində aldığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 6/4581 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №127” möhür əksi, “ Təqsirləndirilən şəxs1 üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,003 qram, 0,003 qram, 0, 007 qram, 0,120 qram, 0,179 qram, 0,033 qram, 0,021 qram, 0,029 qram, 0,012 qram, ümumi təmiz çəkiləri 0,407 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 09 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübutun tanınması haqqında” 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş təmiz çəkisi 202,940 qram narkotik vasitə heroin, 0,280 qram metamfetamin, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz çəkisi 0,407 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülmüş təmiz çəkisi 0,628 qram narkotik vasitə heroin və bir ədəd gümüşü korpuslu elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkiləri 202,840 qram narkotik vasitə heroin, 0,210 qram psixotrop maddə metamfetamin, 0,317 qram narkotik vasitə heroin, 0,548 qram narkotik vasitə heroin və bir ədəd gümüşü korpuslu elektron tərəzi saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olan, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, həmçinin mesaj mətnləri məhkəmə istintaqı zamanı tədqiq edilərkən həm Təqsirləndirilən şəxs2, həm də başqa şəxslərlə narkotik vasitələrin satışını ehtiva edən müxtəlif məzmunlu çoxsaylı mesaj mətnlərinin olduğu müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-dən daxil olan CD diskdə olan “Zənglərin_Məxsusluq_Tarixçələri__**********3234___555885878_BKC” qovluğu tədqiq edilərkən məlum olur ki, “556997328” mobil nömrəsi Təqsirləndirilən şəxs2 məxsusdur. Təqsirləndirilən şəxs3 məxsus “555885878” nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus “556997328” mobil nömrəsinə aşağıdakı məzmunlu mesajlar göndərilmişdir. xx-xx-2021 23:27:06 xx-xx-2021 23:27:06 1.1.**********78 1.1.**********28 Min dəfə demişəm teli səsdidə yanında saxla soxub tasqalıyıb yatırs xx-xx-2021 23:27:06 1.1.**********78 1.1.**********28 an özüdə gör nəvaxtı. Məni gecə vaxtı bu boyda yolu ora gətirmədə p xx-xx-2021 23:27:07 xx-xx-2021 23:27:16 1.1.**********78 1.1.**********28 oxuvu götür əsəbdən cırlıram uje əlimdə qalassan axırda adam olda a xx-xx-2021 23:27:08 xx-xx-2021 23:27:16 1.1.**********78 1.1.**********28 dama nəqədər eyni sözü deməy olar e ala Təqsirləndirilən şəxs2 məxsus “556997328” mobil nömrəsindən ilə Təqsirləndirilən şəxs3 məxsus “555885878” nömrəsi arasında aşağıdakı məzmunlu mesajlar göndərilmişdir. xx-xx-2021 03:43:54 xx-xx-2021 03:43:55 1.1.**********28 1.1.**********78 Yetm ne qeder zengler gelir zirta zirt arvadda tutur temani deynir ona gore qoymuwam.sessize indi baxib goremki.zeng elemisen ozum.olu xx-xx-2021 16:05:59 1.1.**********28 1.1.**********78 Yetm mene 4 manat pul lazimdi bu temanin pulunun ustunnen gotursem prablem olmazki mamawa gelsin alib onnan qoyacam pulun ustune heleliy lazimdi ele bilki ? xx-xx-2021 22:22:39 xx-xx-2021 22:22:39 1.1.**********28 1.1.**********78 Brat bidene he yox deneode mene uje 11 iwdiyir gec olmamiw gorum kimnen tapram senin kanalin yoxdusa yarma, sora tapmasam gerey dermannari atim ondada sonecem xx-xx-2021 23:38:45 xx-xx-2021 23:38:45 1.1.**********28 1.1.**********78 Yetm bidene gor neynirsen ele bir yerde elyeriy, gor 5 diy pati olsa patida gotreriyde 25 vererem sen cani bidene maraglan denende mene agriyram diyana Təqsirləndirilən şəxs2 məxsus “556997328” mobil nömrəsindən Təqsirləndirilən şəxs3 məxsus “773773766” nömrəsinə aşağıdakı məzmunlu mesajlar göndərilmişdir. xx-xx-2021 20:40:17 xx-xx-2021 20:40:18 1.1.**********28 1.1.**********66 Brat axwamin xeyr 18 manat Var kartin X30 xx-xx-2021 23:18:37 1.1.**********28 1.1.**********66 X20 X32 X15 Mene Verdiyin 03 Patini 15 X26 Gore O X22 Uzrlu Say . xx-xx-2021 14:35:45 xx-xx-2021 14:35:45 1.1.**********28 1.1.**********66 Brat Necesen, X36 texmini Buyannara xx-xx-2021 14:40:45 1.1.**********28 1.1.**********66 X23 X24 X33 X16 X9 xx-xx-2021 21:21:41 xx-xx-2021 02:36:17 1.1.**********28 1.1.**********66 Brat men nece edim camahat mennen xeber gozduyur emanet gozduyur axi xx-xx-2021 15:34:25 xx-xx-2021 15:34:25 1.1.**********28 1.1.**********66 Yetm bu mans yene kesdirib mehlenin bawin, istiyennerde var yola sala bilmirem bele alinmire yetm herrket elye billmirem sora men pis olacam axirdaki ziyan elediy istiyirsen elimde olan temani qoyum bir yere gotur xx-xx-2021 15:37:10 xx-xx-2021 15:37:10 1.1.**********28 1.1.**********66 Alinmire brat elye bilmirem ******* duz bawa duw meni xx-xx-2021 20:27:28 xx-xx-2021 20:27:28 1.1.**********28 1.1.**********66 Yetm axwamin xeyr, men indi mawin gelsin calwacam ciximda cole istiyenneri yola salim sene pul gonderim evden cixmiwken kecim sen terefe ya nece sora cix xx-xx-2021 20:33:18 1.1.**********28 1.1.**********66 X34 X27 X25 X35 Mende 35 E X17 X29 X18 10 X31 X21 Həmçinin Təqsirləndirilən şəxs3 məxsus **********66 nömrəsinə aşağıdakı məzmunlu mesajlar gəlmişdir. Brat kola qutarib bes gelmirsen istiyen var coxdandi qutaribe vzv atram yigmirsan indi uwaga atdirdim kontur xx-xx-2021 22:38:20 1.1.**********51 1.1.**********66 Sigaret salfetka zad aldim eledim 4-5 manat ona getdi bidene 15 diy kola 10 pati gagawa verdim dedi pulun vurmuwam karta, 164 manat. Bidenede yari pati mende. xx-xx-2021 22:38:20 xx-xx-2021 22:38:20 1.1.**********51 1.1.**********66 Sigaret salfetka zad aldim eledim 4-5 manat ona getdi bidene 15 diy kola 10 pati gagawa verdim dedi pulun vurmuwam karta, 164 manat. Bidenede yari pati mende. xx-xx-2021 17:26:37 xx-xx-2021 17:26:37 1.1.**********51 1.1.**********66 Ala cixdim coleki tema verem 100 manatdig tema verdim qaydib ********* girmey istirdim xarabamiza birde gordum girdi bizim mehleye duwdu iki neferidiler qacdilar ustume milletde mehlede mende bunu goren kimi cibimdekilde buraxdim agacdigakit bunnan qirlaram gedib goutrerem oda xuye bu vaxta pul ne ****** xx-xx-2021 12:25:41 1.1.**********51 1.1.**********66 Yetm 10 nug nese almar uwagdan alib pulu gelerdin, ikimizde lomkadayig vezyetden cixmaga xx-xx-2021 18:10:11 1.1.**********51 1.1.**********66 Yetm 4 dene yarm knl bidene 03 bir 05 bir pati duzelde bilmezsenki heleliy gelib onnari gotrub getrib vererdim uwaglara pulun getrib vererdim onacanda bax xx-xx-2021 18:10:11 xx-xx-2021 18:10:11 1.1.**********51 1.1.**********66 Yetm 4 dene yarm knl bidene 03 bir 05 bir pati duzelde bilmezsenki heleliy gelib onnari gotrub getrib vererdim uwaglara pulun getrib vererdim onacanda bax xx-xx-2021 18:10:14 1.1.**********51 1.1.**********66 ardim bawqa kim ne istiyir. xx-xx-2021 18:17:25 1.1.**********51 1.1.**********66 Lap biraz eksiy nlsada olar wert deil artig qoyasam xx-xx-2021 18:17:25 xx-xx-2021 18:17:25 1.1.**********51 1.1.**********66 Lap biraz eksiy nlsada olar wert deil artig qoyasam Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2021-ci il tarixli 5291 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2021-ci il tarixli 4927 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2021-ci il tarixli 4000 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ödənilməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadənin onun üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, eyni zamanda narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən göstərilən fiziki və psixoloji təzyiq altında həmin narkotik vasitə və psixatrop maddənin ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olması hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri ibtidai istintaq zamanı öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər İH-nin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil- Kommunal sahəsinin 446 saylı, xx.xx.2022-ci il tarixli arayışı və ona əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 2A/15, mənzil 18 ünvanında yaşamaqla müsbət xarakterizə olunur. Sumqayıt şəhər İH başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 22 dekabr 2021-ci il tarixli arayış və həmin arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 76-cı məhəllə, ev 156 ünvanında yaşamaqla yaşayış yerindən müsbət xarakterizə olunur. Sumqayıt şəhər İH-nin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil- Kommunal sahəsinin 653 saylı, xx.xx.2022-ci il tarixli arayışı və ona əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə ünvan 5 yaşamaqla müsbət xarakterizə olunur. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs1 oğlu X19 oğlu 20 iyul 2020-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs3 tutulduğu 18 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 19 fevral 2022-ci il tarixdə həbsdən azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o məhkəmə iclas zalından dərhal həbs edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin başlanğıcı həbs olunduğu vaxtdan hesablanmalıdır. 14 oktyabr 2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 16 oktyabr 2022-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, həbsdə olduğu müddət ona təyin ediləcək cəza müddətinə hesablanmaqla nəzərə alınmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş təmiz çəkisi 202,940 qram narkotik vasitə heroin, 0,280 qram metamfetamin, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz çəkisi 0,407 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülmüş təmiz çəkisi 0,628 qram narkotik vasitə heroin və bir ədəd gümüşü korpuslu elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkiləri 202,840 qram narkotik vasitə heroin, 0,210 qram psixotrop maddə metamfetamin, 0,317 qram narkotik vasitə heroin, 0,548 qram narkotik vasitə heroin və bir ədəd gümüşü korpuslu elektron tərəzi saxlanılmasından ötrü Sumqayıt ŞPİnin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 311,56 manat (üç yüz on bir manat əlli altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs3 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat və Təqsirləndirilən şəxs2 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat, Təqsirləndirilən şəxs1 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 18 oktyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 oktyabr 2021-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək həbsdə saxlandığı 4 (dörd) ay 5 (beş) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 (üç) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 31 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs1 14 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 6 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Şəxsi axtarış keçirilməsi və götürmə” əməliyyataxtarış tədbirinin videoçəkilişi əks etdirilmiş 03 ədəd disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan 202,840 qram qalıq narkotik vasitə heroin, 0,210 qram qalıq psixotrop maddə metamfetamin, 0,317 qram qalıq narkotik vasitə heroin, 0,548 qram qalıq narkotik vasitə heroin məhv edilsin. Bir ədəd gümüşü korpuslu elektron tərəzi müsadirə olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 311,56 manat (üç yüz on bir manat əlli altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs3 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat və Təqsirləndirilən şəxs2 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat, Təqsirləndirilən şəxs1 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar