Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-101/2025 02.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Nizami oğlunun sədrliyi, X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Rusiya Federasiyası, Rostov vilayəti, Rostov na Donu şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 3-cü mkr, ev 33A/18, mənzil 9-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 3,457 qram narkotik vasitə heroin və 1 ədəd şəfaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 7,712 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 05 aprel 2024-cii il tarixdə saat 20:30-da həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 3-cü mikrorayon ev 33A/18 qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 21:05-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarının sağ yan cibində satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı “Sobranie” markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış külli miqdarda, təmiz çəkisi 3,457 qram narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 7,712 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, namaz qılan şəxsdir. Ramazan ayının son cümə günü Qüds şəhərinin şəkillərini çıxartdırmışdır. Öz məhəllələrində dörd və ya beş yerə Qüds şəhərində yerləşən Məscidi Aksanın şəkillərini yapışdırmışdır. Aprel ayının beşi səhər saatlarında işə getmişdir. Axşam təxminən altı və ya yeddi radələrində işdən çıxmış və evə gəlmişdir. O, evə çatmamış evlərinin darvazasının qarşısında iki nəfər polis əməkdaşı mülki geyimdə ona yaxınlaşmışdır. Ondan “Ramik sənsən?” soruşmuşlar. O da Ramik olduğunu bildirmişdir. Ona “səni bir dəqiqə olar mı səni?” demişlər. Onlara yaxınlaşmış və yaxınlaşanda onun qoluna girmişlər. Təxmini nə məsələ olduğunu soruşanda ona “özün bilmirsən ki, nə məsələdir” deyə cavab vermişlər. Ona şəkilə görə yaxınlaşdıqlarını demişlər. “Əli marketin” qarşısında avtomobili saxlamışlar. Avtomobilin markasına baxmamışdır. Onu avtomobilə əyləşdirmişlər. Qoluna qandal vuraraq onu arxa oturacaqda əyləşdirmişlər. Bir nəfər də ön oturacaqda əyləşmişdir. Ondan “bu nədir etmisən?” deyə soruşmuşlar. Onlara “burda nə var ki, müsəlmanların məscididir” demişdir. Bu sözdən sonra ona “gedək şöbəyə səni başa salacağıq” demişlər. Şöbədə yuxarı mərtəbəyə qalxanda təhqiramız sözlər işlətməyə və əl-qol atmağa başlamışlar. Onu bir otağa salmışlar. Həmin otaqda üç və ya dörd nəfər olmuşdur. Onun qolunda qandal olmuşdur. Bir nəfər ona danışa-danışa yaxınlaşmışdır. Onlara “məscidin şəkillərini yapışdırmağım səhv bir hərəkətdirsə belə olmalı deyil. Mən icazəsiz şəkilləri yapışdırmışamsa əməlimə cərimə cəzası düşürsə onu da etməlisiz” demişdir. Biri arxadan, digəri isə qabaqdan onu vurmuşdur. Onu yerə yıxmışlar və təpikləmişlər. Daha sonra onu oradan götürüb başqa bir otağa aparmışlar. Orada da onu təhqir etmişlər. Həmin otaqda da yeddi və ya səkkiz şəxs olmuşdur. Orada da əlini və qolunu bağlamışlar. Əli və qolu bağlı formada onu döymüşlər. Ona elektroşok vermişlər. Yarım saat və ya bir saat söhbət edə-edə onu döymüşlər. Onu döyə-döyə “niyə Fələstini dəstəkləyirsən. Onlar bizim düşmənimizdir” demişlər. Onlara Fələstinin 70 ildir ki, işğal altında olduğunu demişdir. Ondan sonra onu bir nəfərin otağına aparmışlar. Telefonuna baxış keçirmişlər. Ona “keçək qırağa, götür boynuna. Sənə narkotik qoyacaqlar. Çəkilişdə boynuna götürməsən həmin narkotik vasitəsini evindən çıxaracağıq” demişlər. Onlara elə şeyin ola bilməyəcəyini demişdir. Onlar bunu edəcəklərini demişlər. Daha sonra boynuna götürməyəcəyi təqdirdə onu ailəsi ilə hədələmişlər. Onu şantaj etmişlər. Ona “onsuz da bu narkotiki sənin üstündən çıxardacağıq. Boynuna götür və üç ay və ya beş ay hər nədirsə tez çıxacaqsan. Sənin üçün ən yaxşı yol budur” demişlər. Onun, ümumiyyətlə, narkotik vasitələr barədə anlayışı olmamışdır. Daha sonra onu çəkiliş otağına aparmışlar. O, həmin vaxtı oruc olmuşdur. Ona yemək versələr də, yeməyi yeməmişdir. Ona orucunu açması üçün bir butulka su vermişlər. Həmin vaxtı özləri də oruc açmağa getmişlər. Çəkiliş otağına girməmiş ona ayaqyoluna girməsini demişlər. “Sobranie” qutusunun içərisində ona narkotik vermiş və cibinə qoymasını demişlər. Ona “mən sənə nə deyirsəmsə çəkiliş zamanı onu deyərsən” demişdir. O da razılaşmışdır. Saray qəsəbəsindən tanımadığı bir nəfər şəxsdən aldığını deməsini istəmişdir. Çəkiliş otağına girmişlər. Daha sonra bir nəfər cibindən narkotiki götürmüş və guya çəkisini azaltmışdır. Həqiqətən də, çəkisini azaltdığını və ya artırdığını bilməmişdir. Sabir adlı şəxs daha sonra həmin bükümü onun cibinə qoymuşdur. Yenidən onlar çəkiliş otağına girmişlər. Onun yan tərəfində dayanan şəxs narkotikin adını ona demiş və o da çəkilişdə təkrarlamışdır. Rütbəsi mayor olan şəxs ona “narkotikdən istifadə etmisən mi?” deyə soruşmuşdur. O da istifadə etmədiyini demişdir. Yan tərəfində olan şəxs ona “de ki, istifadə edirəm” demişdir. O da heç narkotik vasitənin adını bilmədiyini və dadına baxmadığını demişdir. Daha sonra məcbur qaldığı üçün istifadə etdiyini demişdir. Onu çəkiliş zamanı yönləndirən şəxsin adı Hafiz olmuşdur. Ümumilikdə, yeddi qramdan yuxarı narkotik vasitəsinin çəkisini çəkiliş zamanı çəkmişlər. İstintaq bağlanandan sonra ona təxminən 12 qram yazıldığını bilmişdir. İlk öncə cibinə narkotiki Hafiz adlı şəxs qoymuşdur. Daha sonra guya azaltmaq məqsədi ilə Sabir adlı şəxs narkotiki cibindən götürmüşdür. Ayrı bir otağa keçmiş və sonra onu yanına çağıraraq yenidən onun cibinə qoymuşdur. Cibinə qoymamışdan əvvəl kimləsə danışmışdır. Daha sonra əməkdaşlar Bəxtiyar adlı rəisləri ilə danışmışlar. Birinci “rəis alınmadı” demiş, daha sonra gülə-gülə “rəis alındı” demişdir. Daha doğrusu həmin rəisə çəkilişi çəkdiklərini demişlər. Narkotiki Hafiz adlı şəxs özü onun sağ cibinə ayaqyolunda qoymuşdur. Narkotik “Sobranie” qutusunda olmuşdur. Qutunun içərisində nə olduğuna baxmamışdır. Ona içərisində metamfetamin olduğunu və Saray qəsəbəsində tanımadığı şəxsdən aldığını deməsini tapşırmışlar. İkinci dəfə Sabir adlı şəxsin ona verdiyi narkotik vasitəsi də “sobranie” qutusunun içərisində olmuşdur. Yəni eyni qutu olmuşdur. Özü ancaq çəkilişdə nə olduğunu görmüşdür. Ona dediklərinə görə onlar birinci dəfə cibinə qoyduqları narkotiki azaltmaq məqsədi ilə onun cibindən götürmüşlər. O yaşadığı binanın yaxınlığında saxlanılmışdır. Binanın girişinə 10 metr qalmış saxlanılmışdır. Saat təxmini yeddiyə qalmışdır. İdarəyə çatanda saat təxminən səkkiz olmuşdur. O, “Stansiya Sumqayıt”da un dəyirmanında işləmişdir. İşdən evə marşrutla, yəni 12 nömrəli avtobusla qayıtmışdır. İşdən çıxıb evə gəlməyinə vaxtı getmişdir. Yolda dayanmağı da nəzərə alınsa təxminən yarım saata evə keçmişdir. Ona müdafiəçi təyin olunmuşdur. Həmin müdafiəçi yaşlı olmuş və Tahir Abbasov adlı şəxs olmuşdur. Polis əməkdaşları ilə aralarında olan çəkişmələri hesablansa saat səkkizdə müdafiəçi gəlmişdir. Özü isə doqquza işləmiş çəkilişə girəndə müdafiəçini görmüşdür. Çəkiliş zamanı saata dəqiq baxmamışdır. O, polis idarəsinə çatanda hələ azan oxunmamışdır. Hava işıqlı olmuşdur. O, qutunu açıb baxmamışdır. Ona görə də çəki cəhətdən ona birinci verilənlə, ikinci verilənin hansının ağır olduğunu bilməmişdir. Onun cibinə narkotik vasitəni özləri qoymuşlar. Şahid1 dedikləri tamam yalandır. Onun üzərində telefon da olmuşdur. Şahid1 onu saxlayanların içərisində olmamışdır. Siqaret qutusunun içərisində olan narkotik vasitəni onun üzərinə qoymuşlar. Şahid1 xidməti otaqda olarkən tanımışdır. Onu tutan şəxs Şahid1 olmamışdır. Xidməti otaqların birində oturmuş və onunla din barədə söhbət etmişdir. Kənara çəkilən zaman ona “bu narkotik vasitəni boynuna götür” demişdir. Ona hədə-qorxu gəlmiş və işgəncə vermişlər. Şahid1 şəxsən onu vurmamışdır. Ona yumşaq şəkildə “narkotiki götür” demişdir. Şahid1 ona “həmin narkotiki sənin yaşadığın evdən də çıxarda bilərlər” demişdir. Başqa formada da hədə gəlmişdir. Çəkiliş olan otağın yan tərəfində olan otaqda onun cibinə narkotiki qoymuşdur. Narkotiki onun cibinə birinci olaraq Şahid1 qoymuşdur. Daha sonra Şahid1 telefonda kimləsə danışmışdır. Bəlkə də, onun üzərində olan narkotiki azaltmışlar. Daha sonra onun cibində olan narkotiki Şahid2 götürmüşdür. Həqiqətən çəkini azaltmışdır. Ondan sonra yenidən onun cibinə Şahid2 narkotik qoymuşdur. Onu saxlayan şəxslərin adları onun yadında deyildir. Onu iki şəxs saxlamışdır. 096 saylı dövlət nömrə nişanlı avtomobil olmuşdur. Onu yeddiyə işləmiş saxlamışlar. Şahid2 onun saxlanılmasında iştirak etməmişdir. Şahid2 Şahid1 otağında görmüşdür. Şəxs onunla “narkotiki öz xoşunla götürsən daha yaxşıdır” kimi söhbətlər etmişdir. Ona təzyiqlərin edilməsini şəxs özü görmüşdür. Şahid2 narkotik vasitənin miqdarını azaltmaq məqsədi ilə narkotik vasitəni onun cibindən götürmüşdür. Şahid2 tərəfindən narkotik dəyişdirilərək yenidən onun cibinə qoymuşdur. İbtidai istintaq zamanı məhkəmə istintaqından fərqli ifadə verən təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəsi elan olunmaqla araşdırılmış və sonuncu həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 33 A/18, mənzil 9-da ailəsi ilə birlikdə yaşayır. Ailəli olmaqla üç azyaşlı övladı vardır. Əvvəllər məhkum olunmamışdır. Əvvəllər narkotik vasitələrdən bir neçə dəfə istifadə etmişdir. Belə ki, narkotik vasitələrdən kakos adlanan heroin və şüşə adlanan metamfetamindən istifadə etmişdir. Narkotik vasitələri yandırıb tüstüsünü udma yolu ilə qəbul etmişdir. 05 aprel 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu Saray qəsəbəsində olan zaman bir nəfər şəxs ona təsadüfən yaxınlaşmış, onunla söhbət zamanı narkotik vasitə satdığını bilmişdir. O, həmin şəxsdən narkotik vasitə əldə edib qəbul etmək istəmiş, oa görə də həmin şəxsdən ona narkotik vasitə verməsini bildirmişdir. Həmin şəxs də ona 100 manat pul müqabilində 5 qram heroin (kakos) və 10 qram metamfetamin (şüşə) verə biləcəyini bildirmişdir. Həmin şəxs cibində olan Sobranie markalı siqaret qutusunda iki ədəd sellofan bükümdə kakos və şüşə vermişdir. Bundan sonra həmin şəxs ondan uzaqlaşıb getmişdir. Bundan sonra o, Sumqayıt şəhərinə gəlmişdir. Həmin günü saat 20:30 radələrində yaşadığı Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 33A/18 qarşısında olan zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda o, polislərə üzərində narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, o, özü Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Tahir Abbasovun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Tahir Abbasov onun müdafiəçisi kimi çağırılaraq müdafiəçi olaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Tahir Abbasovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı Sobranie markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış keçirən zaman bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlələrin narkotik vasitə kakos və şüşə olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və tutulmazdan bir neçə saat əvvəl Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin və metamfetamin elektron tərəzidə çəkilmişdir. Heroin 3,61 qram metamfetamin isə 7,88 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroin və metamfetamin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol onlara ucadan oxunmuş, o, da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən və psixotrop maddədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Üzərindən aşkar olunan maddələri 05 aprel 2024cü il tarixdə saat 19 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 100 manat pul müqabilində əldə etmişdir. Həmin şəxs təxminən 30-35 yaşlarında, arıq bədən quruluşlu, orta boylu, üzü saqallı şəxs imiş. İstər saxlanılan zaman istərsə də polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təxminən aprel ayı olmuşdur. Hadisənin üzərindən çox müddət keçdiyinə görə dəqiq tarixi xatırlamamışdır. Şəxslə onun əvvəlcədən heç bir tanışlığı olmamışdır. Şahid2la birlikdə saat səkkiz və doqquz radələrində daxil olmuş məlumat əsasında həmin məlumatın dəqiqləşdirilməsi məqsədi ilə şəxsə yaxınlaşmışlar. Şəxsə yaxınlaşandan sonra Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. Növbətçi vəkillərin siyasından özünün seçdiyi müdafiəçinin iştirakı ilə şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Videoçəkilişlə şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Siqaret qutusunun içərisində olan metamfetamin və heroini özü təqdim etmişdir. Şəxsi istifadəsi üçün üzərində olduğunu bildirmişdir. Şəxs onlara heç bir müqavimət də göstərməmişdir. Üzərində olan hər bir şeyi özü könüllü təqdim etmişdir və daha sonra üzərindən aşkar olunan narkotik vasitə qablaşdırılaraq sənədləşdirilmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Məlumatda qanunsuz olaraq narkotik vasitələrini üzərində gəzdirməsi və istifadəsi göstərilmişdir. Əməliyyat qrupunda o və Şahid2 iştirak etmişlər. Şəxsi saxlayarkən ona hər hansı bir təzyiq və təsir göstərilməmişdir. Şəxs yəqin etdiyi əməldən peşman olduğu üçün özünü müdafiə məqsədi ilə o cür ifadə vermişdir. Şəxs barədə ancaq qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Dini şüarlarla bağlı məlumat daxil olmamışdır. Şəxsi onlar yaşadığı binanın qarşısında axşam saat səkkiz və doqquz radələrində saxlamışlar. Xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman şəxs üzərindəki narkotik vasitələri özü təqdim etmişdir. Onlar şəxslə şəxsin yaşadığı mənzilin yaxınlığında qarşılaşmışlar. Qaranlıq vaxtı olduğuna görə şəxsin haradan gəlib hara getdiyi bilinməmişdir. Üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Şəxsin dediklərinin heç biri həqiqəti əks etdirməmişdir. Zaman keçdikcə etdiyi əməldən peşman olduğuna görə ona məxsus olan bükümün dəyişdirildiyini bildirmişdir. Şəxs özünü müdafiə məqsədi ilə o cür demişdir. Şəxslə onun dini söhbətlər etməyini xatırlamamışdır. Şəxsin dindar olması ona məlum olmamışdır. Şəxsə dövlət tərəfindən müdafiəçi təyin edilib, videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman özünün etiraz bildirmək imkanı olmuşdur. İstintaqa düzgün formada ifadə vermişdir. Şəxsə qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Heç kim şəxsə qarşı zor tətbiq etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi yaşadığı evin yaxınlığında saxlamışlar. Əvvəlcə şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. İnzibati otaqların birində çəkiliş olmuşdur. Şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şəxsi üçüncü mikrorayonda yaşadığı mənzilin yaxınlığında saxlamışlar. Şəxsin üzərindən metamfetamin və heroin aşkar olunmuşdur. Şəxsi saxlayanda saat səkkiz və doqquz radələri olmuşdur. Şəxsin bildirdikləri tamamilə yalandır və elə bir şey olmamışdır. Şəxsi gətirdikdən sonra birbaşa çəkiliş olmuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şəxsə qarşı hər hansı bir zor tədbiq olunmasının şahidi olmamışdır. Şəxsi saxlayarkən onlara hər hansı bir müqavimət göstərməmişdir. Şəxs onlarla könüllü şəkildə gəlmişdir. Əməliyyata gedəndə üzərində mobil telefon olmamışdır. Hazırda ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, bir insanı tanımaq üçün onu ən yaxın ailə üzvlərindən soruşmaq lazımdır. Aprel ayının 15-i artıq şəxsin tutulmasının bir ili tamam olmuşdur. Şəxsin narkotiklə təqsirləndirilməsi onun özünə də qaranlıq olmuşdur. Ramik siqaret belə istifadə etməyən şəxsdir. Şəxs həmişə narkotik vasitələrin daşınmasına və istifadə olunmasına qarşı olan biri olmuşdur. Onlar ziyalı bir ailədirlər. Həmin hadisə günü saat 18:28 radələrində özü Ramikə zəng etmişdir. Ona 10 dəqiqəyə evə gələcəyini demişdir. Şəxsin evi ilə işi arasında məsafə elə də çox deyildir. Həmin zəngdən beş dəqiqə əvvəl qapıları döyülmüşdür. O, qapını açmadan qapının deşiyindən baxanda tanımadığı şəxslərin olduğunu görmüşdür. Ramikin evdə olubolmadığını soruşmuşlar. Ramikin evi olub-olmadığını soruşmamışlar. Birbaşa Ramikin evdə olub-olmadığını soruşmuşlar. Ramikin evdə olmadığını demişdir. Ondan sonra çıxıb getmişlər. O, daha sonra Ramikə zəng etmişdir. Həmin on dəqiqə 1 saat, daha sonra 2 saat olmuşdur ki, Ramik evə gəlib çıxmamışdır. Ondan sonra Ramiki axtarmışlar. Ramikin qardaşından Ramikin harada olduğunu soruşmuş və polis idarəsində olduğunu öyrənmişdir. Saat onun yarısına kimi şəxsin telefonuna zəng çatmışdır. O, Ramiklə axrıncı dəfə saat 18:28-də danışmışdır. 5 aprel 2024-cü il tarixində saat 18:28-radələrində Ramiklə danışmışdır. Ramiklə əlaqə saxladığı zaman ona “10 dəqiqəyə çatıram” demişdir. Həmin saatdan sonra bir daha onunla əlaqə saxlaya bilməmişlər. Saat onun yarısına kimi dəfələrlə Ramikə zəng etmişdir. Telefonuna zəng çatsa da, cavab verən olmamışdır. Ramikin ***-***-**-** saylı nömrəsinə zəng etmişdir. Həmin nömrə şəxsin özünə məxsus olan nömrədir. Bir ilə yaxındır ki, həmin nömrədən istifadə etmişdir. ***-***-**-** saylı nömrəsindən də istifadə etmişdir. Şəxsin iki nömrəsi olmuşdur. Bu nömrələrdən başqa bir nömrəsi olmamışdır. ***-***-**-** saylı nömrəsi ilə şəxsə zəng etmişdir. Saat onun yarısına kimi şəxsə zəng çatmışdır. O, saat 18:28-ə qədər yoldaşı ilə danışmışdır. Ən sonuncu danışıqları həmin saatda olmuşdur. Həmin saatlarda şəxs işdə olmuşdur. 18:28-də o, zəng edəndə Ramik evə gəlirmiş. Üzərindən bir ilə yaxın müddət keçdiyinə görə onların qapılarını döyən şəxsi xatırlaya bilməsi qeyri-mümkündür. Bir kəlmə Ramikin evdə olubolmadığını soruşmuşlar. Onların mənzilləri ikinci mərtəbədə yerləşmişdir. Onun yoldaşı un sexində un kisələrinin ağzının tikilməsi işi ilə məşğul olmuşdur. Həmçinin operator işləmişdir. İşi ilə evi arasında 20-30 dəqiqəlik yol olmuşdur. 12 nömrəli avtobusla gedibgəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-nə Sumqayıt şəhəri ərazisində “Ramil” adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsində və saxlaması barədə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanınd ayaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-nə Sumqayıt şəhəri ərazisində narkotik vasitələri üzərində gəzdirməsində və saxlamasında şübhəli bilinən xx.xx.1991-ci il təvəllüdlü Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşadığı binanın qarşısında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nə gətirilmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Sumqayıt ŞPİ-də xidməti otaqda Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı Səadət Qənbərov tərəfindən Təqsirləndirilən şəxs üzərində dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili X5 və Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd "Sobraniye" siqaret qutusunu çıxarıb masanın üzərinə qoyduğu, həmin siqaret qutusunun içərisinə təhqiqatçı tərəfindən baxıldıqda içərisində şəffaf selofana bükülmüş 2 ədəd büküm aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffav selofan bükümdə qəhvəyi rəngli maddənin "kakos", yəni narkotik vasitə heroin, digər 1 ədəd şəffav selofan bükümdə ağ rəngli kristal şəkilli maddənin "şüşə", yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri tutulmazdan biraz əvvəl Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 100 manata öz istifadəsi üçün əldə etdiyini bildirdiyi, daha sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən salfetka, bundan başqa qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilmədiyi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr elektron tərəzidə çəkildiyi, heroinə bənzər maddənin selotanla birlikdə çəkisinin 3,61 qram, metamfetaminə bənzər maddənin selofanla birlikdə 7,88 qram olduğu müəyyən edildiyi, maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılıb möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1890 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi və "... Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza: imza,Qablaşdırdı: S.Qənbərovimza.." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi-3,457 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-7,712 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. r. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3882 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsdə opioidlərin və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, törətdiyi əməl barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmədiyindən məcbııri müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 562 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ”Kyokuşinkaykan” idman növü üzrə müxtəlif vaxtlarda təşkil olunmuş yarışlarda İ, İİ və İİİ yerlərə layiq görülmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-nə xx.xx.1991-ci il təvəllüdlü Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələri üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər və psixotrop maddə olan metanfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə heroin və psixotrop maddə metanfetaminin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki təsirə məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü bilirsə də, lakin bu hal öz təsdiqini tapmamışdır. Həmçinin cinayət işinin materiallarında olan olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 562 nömrəli rəyindən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin aşkar edilmədiyi müəyyən olunmuşdur. Halbuki təqsirləndirilən şəxsin bildirdiklərini əsas götürsək onun bədənin müxtəlif formada xəsarətlərin olmaması qeyri mümkündür. Həmçinin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı psixi təsirə məruz qaldığını bildirsə də, buna dair məhkəmə istintaqı zamanı heç bir sübut təqdim etməmiş və məhkəmə tərəfindən təqsirləndirilən şəxsin psixi təsirə məruz qalmasına dəlalət edən hər hansı bir hala rast gəliməmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə bu halları qeyd etməsini müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Bundan başqa məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Təqsirləndirilən şəxs arvadının ifadələrinə qiymət verərək qeyd edir ki, sözügedən şahid təqsirləndirilən şəxsin yaxın qohumudur. Həmçinin şahid Mərcan Əkbərova təqsirləndirilən şəxsin tutulmasına səbəb və əsas olmuş halların heç birinin şahidi olmamış və bir başa təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən hər hansı bir halı bildirməmişdir. Məhkəmə qeyd edir ki, şahidin təqsirləndirilən şəxsin barəsində müsbət fikirlər söyləməsi hələ təqsirləndirilən şəxsin təqsirsiz olması nəticəsinə gəlinməsinə əsas vermir. Hazırki halda isə şahidin təqsirləndirilən şəxsin yaxın qohumu olduğu üçün onun xeyrinə ifadə verməklə onun vəziyyətini yüngülləşdirməyə çalışması ağlabatan haldır. Həmçinin həmin şahidin ifadəsində göstərdiyi hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı övladlarının olmasını və (CM-nin 59.1.4), ”Kyokuşinkaykan” idman növü üzrə əldə etdiyi nailiyyətləri (CM-nin 59.2 ) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-111/2024 saylı qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,357 qram narkotik vasitə heroin və 7,612 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,357 qram narkotik vasitə heroin və 7,612 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-101/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-101/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver