Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-102/2022 27.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri M.Əzizbəyov küçəsi, yataqxana 4, 29-cu məhəllə, ev 15-də qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 17-ci kilometrliyində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil olan külli miqdarda, 14 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,154 qram, 0,460 qram, 0,445 qram, 0,424 qram, 0,441 qram, 0,458 qram, 0,417 qram, 0,463 qram, 0,463 qram, 0,425 qram, 0,479 qram, 0,455 qram, 0,459 qram, 0,451 qram, ümumi təmiz çəkiləri 5,994 qram ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd polietilen paketdə təmiz çəkisi 18,359 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 20 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,045 qram, 3,796 qram, 2,539 qram, 3,920 qram, 3,908 qram, 0,507 qram, 0,450 qram, 0,488 qram, 0,473 qram, 0,437 qram, 1,138 qram, 0,431qram, 0,942 qram, 0,898 qram, 0,919 qram, 0,914 qram, 0,925 qram, 15,7 qram, 3,942 qram, 5,897 qram, ümumi təmiz çəkiləri 49,269 qram ağ rəngli, kristalşəkilli kustar üsullla hazırlanmış psixotrop maddə metamfetamini, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil olan 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,399 qram, 0,395 qram, 0,408 qram, 0,360 qram, ümumi təmiz çəkiləri 1,562 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na daxil edilən 01 ədəd üzərində “Alprazolam” göstəricisi və tərkibində təsiredici maddəsinin çəkisi 0,0005 qram psixotrop maddə alprazolam olan blister kəsiyində çəhrayı rəngli uzunsov formalı dərman tabletini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısı”na daxil edilən 01 ədəd bükümdə tərkibində təsiredici maddəsinin çəkisi 0,01 qram, qəhvəyimtil-boz rəngli çəkisi 0,136 qram dərman tableti qırıntısı olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və idarə etdiyi “Peugeot” markalı, 10HX549 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlamış, 25 may 2021-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilib, üzərinə şəxsi axtarış və götürmə zamanı 01 ədəd polietilen paketdə təmiz çəkisi 18,359 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarının sağ yan cibində, idarə etdiyi “Peugeot” markalı, 10HX549 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonundakı saxlanc yerində14 ədəd bükümdə, ümumi təmiz çəkiləri 5,994 qram ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 20 ədəd bükümdə, ümumi təmiz çəkiləri 49,269 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin, 04 ədəd bükümdə, ümumi təmiz çəkləri 1,562 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üzərində “Alprazolam” göstəricisi və tərkibində təsiredici maddəsənin çəkisi 0,0005 qram psixotrop maddə alprazolam olan blister kəsiyində çəhrayı rəngli uzunsov formalı dərman tableti, 01 ədəd bükümdə tərkibində təsiredici maddəsinin çəkisi 0,01 qram, qəhvəyimtil-boz rəngli çəkisi 0,136 qram dərman tableti qırıntısı narkotik vasitə olan metadon, həmçinin narkotik vasitələr və psixotrop maddələrin satışında istifadə etdiyi, səthində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, polislər onu 25 may 2021-ci il tarixdə saat 16 radələrində evdə tutmuşlar. Şahidlərin heç biri onun saxlanılmasında iştirak etməmişdir. Onu Samir adlı şəxs saxlamışdır. Polad adlı polis əməkdaşı isə orada olmamışdır. Saxlanılanda ona “bəxtin gətirib ki Polad məllim burda olmayıb, yoxsa səni bərk presləyərdi” demişlər, buna görə Poladın orada olmadığından əmindir. Onu qeyri-rəsmi birgə yaşadığı X6 qəsəbəsində yerləşən evində tutmuşlar. Evdə ondan başqa Dərya olmuşdur. Dəryanın evinə may ayının 24-də gəlmiş, gecəni orda qalmışdır. Evdə ona təzyiq göstərilmiş, döyülmüşdür. Birinci banka gecikməsi olduğu üçün maşına ilişmişlər. Maşın isə dostlarının adına olmuşdur. Maşında axtarış zamanı narkotik çəkməkçün istifadə etdiyi falqalar çıxmışdır. Evin həyətində olan maşınları polislər götürüb polis bölməsinə aparmışlar. Evdən isə Samsung A50, Samsung A10, Redmi Note 8 və İphone 7 markalı telefonlar olmaqla, 04 ədəd telefon aşkar edilmişdi. Telfonların 2-nin içində nömrə olmuşdur. Onlardan biri 077 *** ** ** saylı telefon nömrəsi idi. İttihamda göstərilən narkotik vasitələr onun üzərindən və ya maşınından aşkar edilməmişdir. Sonra onu maşına mindirib maşını da özləri idarə edib polis bölməsinə aparmışlar. Dəryanı isə ondan ayrı polis bölməsinə aparmışlar. İstintaq dövründə Dəryaya təzyiq edildiyi üçün etirafedici ifadələr verərək narkotiklərin ondan olmasını boynuna almışdır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heoindən və psixotrop maddə olan metamfetamindən uzun müddətdir ki, istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddə olan metamfetamini Sumqayıt şəhəri Corat qəsəbəsinin ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. 23 may 2021-ci il tarixdə səhər vaxtı doğrudan da istifadə etdiyi iki mobil nömrəsindən birinin ( hansı nömrədən istifadə etdiyim yadında deyil.) “whatsapp” nömrəsi ilə bir nəfər şəxslə internetdə tanış olmuş və o, narkotik vasitələr sata biləcəyini demişdir. Lakin o, İran vətəndaşı deyildir, özünün əslən astaralı olduğunu bildirmişdir. Doğrudan da talış ləhcəsində danışmış, “whatsapp” nömrəsi xatırlamadığı Azərbaycan nömrəsi olmuşdur. Adını söyləməmiş, nömrəsini yadında saxlamamışdır. Aralarında razılaşmışlar ki, ona narkotik maddə heroin (öz aralarında kakos deyirlər.), psixotrop maddə metamfetamin (şüşə) və ağrıdan çıxmaq üçün dərmanlar satsın. Həmin şəxs ona xatırlamadığı kart nömrəsi göndərmiş, o, həmin hesab nömrəsinə Sumqayıt şəhərindən hazırda xatırlamadığı bankomatdan onun dediyi məbləğdə pulu göndərmişdir. Həmin şəxs onunla “whatsappda” danışaraq onun istədiyi narkotik və psixotrop maddələri, ağrıkəsici dərmanları Bakı-Quba yolunun 17-ci kilometrliyində, Dövlət Yol polis Alayının Saray postundan sonrakı “Araz” marketi keçdikdən sonra Ceyranbatan qəsəbnəsinə çatmamış yolun kənarında şam ağaclığının başladığı yerdən yeddinci ağacın yanında salafan bağlamada qoyduğunu demişdir. O, 23 may 2021-ci il tarixdə, saat 23 radələrində həmin yerə gedib oradan selofan bağlamanı götürmüşdür, oradan aralanandan sonra bağlamada çoxlu sayda bükümlərdə metamfetamin (şüşə), narkotik maddə heroin (kakos) və iki ədəd ağrıdan çıxmaq üçün dərman olduğunu görmüşdür. Psixotrop maddə olan metofitamindən bir bükümünü öz istifadəsi üçün əynində olan şalvarının cibinə qoymuşdurki, istifadə etsin. Qalan narkotik maddə və psixotrop maddələri özü qəbul etmək üçün maşında ağrı olduqda qəbul etmək üçün saxlamışdır. Həmişə narkotik maddə və psixotrop maddə əldə etmək mümkün olmadığı üçün o, risk etmidir ki, narkotik maddəni əldə edib bir müddət narkotik maddə və psixotrop maddə axtarmasın. Lakin ehtiyat tədbiri olaraq pulu tam deyil, iki dəfəyə göndərmişdir. Həmin şəxsə demişdir ki, pulun bir hissəsini göndəriri, qalan hissəsini malı alandan sonra baxıb göndərəcəkdir. Həm də həmin şəxs narkotik maddəni və psixotrop maddəni dəyərindən ucuz qiymətə vermişdir. Ondan 75 qram “mala” görə cəmi 500 (beş yüz) manat pul istəmiş, o, da ona 350 (üç yüz əlli) manat pulunun olduğunu demiş və həmin qiymətə razılaşmışlar. O, Sumqayıt şəhərindən, xatırlamadığı bankomatdan həmin şəxsin ona verdiyi hesab nömrəsinə əvvəlcə 120 (yüz iyirmi) manat göndərmiş, narkotiki vasitəni əldə etdikdən sonra 230 (iki yüz otuz) manat pulu da Sumqayıt şəhərindən, xatırlamadığı bankomatdan həmin şəxsin ona verdiyi karta göndərmişdir. Ona narkotik vasitəni satmış şəxsi görməmiş, adını ona deməmişdir. Onun nömrəsini instaqramdan götürüb “whatsappda” danışmış, nömrəsini xatırlamır. Onunla narkotiki almaq barədə razılığa gələrək pulun 120 manatını göndərdikdən sonra narkotiki qoyacağı yerin şəklini çəkib ona“whatsapla” göndərmiş və o, gedib götürmüşdür. “whatsappda” danışarkan ona demişdir ki, özü yaxında olacaq, artıq hərəkət edib “malın” pulunu atsan, sonra cavab verəcəksən.Həmçinin onu izləyəcəyini bildirmişdir. O, da həmin şəxsə maşınının markasını və nömrəsini demiş, maşınının şəklini ona göndərmişdir. Ona görə hesab edir ki, ona narkotik maddəni satmış şəxs o, narkotik maddəni Baki-Sumqayıt yolunun kənarında ağaclıqdan götürərkən yaxınlıqda olmuşdur. Həmin bağlamanı açanda içərisində çoxlu sayda bükümlərdə metamfetamin, narkotik vasitə olan heroin, bir ədəd metadon tableti və bir ədəd “Alprazolam” tableti var idi. O, həmin psixotrop maddə olan metamfetamindən bir bükümünü özü istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, ondan istifadə edəcək, qalan narkotik vasitə və psixotrop maddələri də idarə etdiyi avtomobilin salonunda saxlanc yerinə qoymuşdur. 25 may 2021-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu Qobu qəsəbəsində idarə etdiyi avtomobillə olarkən ona mülki geyimdə olan bir neçə şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik maddə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, onu Abşeron rayon Polis İdarəsinin X7 dəvət etmiş və o, da bundan imtina etməyərək idarə etdiyi avtomobillə birlikdə X7 gəlmişlər. Polis Bölməsində müdafiəçinin iştirakı və onun razılığı ilə üzərində video çəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış aparılan zaman ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd bükümdə metamfetamini təqdim etmişdir. Həmin bir ədəd bükümdə olan metamfetamin qablaşdırılmış, zərf möhürlənmiş və o, orada olan iştirakçılarla zərfi və bununla bağlı olan protokolu imza etmişlər. Sonra ondan başqa qanunsuz hər hansı bir əşya olub-olmadığı soruşulmuş və o, idarə etdiyi avtomobildə də narkotik vasitə, həmçinin psixotrop maddə olan metamfetamin olduğunu bildirəndən sonra video çəkilişlə onun iştirakı ilə avtomobilinə baxış keçirilmiş və avtomobildə qabaq sağ oturacağın qarşısında olan saxlanc yerində saxladığı çox saylı bükümlərdə metamfetamin, heroin, bir ədəd metadon, bir ədəd “Alprazolam” tableti, 4 ədəd mobil telefonlar, bir ədəd elektron tərəzi, aliminium falqası, bir ədəd pul qabı, bir ədəd əl çantası aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bununla bağlı da tərtib edilmiş protokol oxunmuş və imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, həmin elektron tərəzini narkotik vasitə və psixotrop maddə alanda onu aldatmasınlar deyə aldığı narkotik vasitə və psixotrop maddələri tərəzidə çəkmiş, narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini alan zaman çoxsaylı bükümlər halında olmuşdur,avtomobilində aşkar edilmiş falqanı evdə mətbəxdə istifadə etmək üçün almış və avtomobilində qalmışdır. (cild 1, iş vərəqləri 206-209) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mümkünlüyü və mötəbərliyi üzrə yoxlamaqla sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il may ayının 25-də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması, həmçinin idarə etdiyi avtomobili ilə daşıması və qəbul etməsi barədə məlumat daxil olmuşdur. Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün saat 22 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli, “Peugeot” markalı, **-HX-*** qeydiyyat nişanlı avtomobili saxlayıb avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxsi Hökməli-Qobu yolunda, Betonyol deyilən ərazidə saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib X7 gətirmişlər. Polis bölməsində təhqiqatçı və müdafiəçi çağırılmış, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf rəngli selofan torbanın içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni mayın 23-də Abşeron rayonu, Bakı-Quba yolunun 17-ci kilometrliyində tanımadığı şəxsdən aldığını və şəxsi istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Sonra onun istifadəsində olan “Peugeot” markalı, **-HX-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, avtomobilə baxış zamanı avtomobilin saxlanc yerindən psixotrop maddə olan metamfetamin, içərisində metamfetamin və heroin olan qara rəngli çanta, mobil telefonlar, beş ədəd kiçik ölçülü qutular, içərisində kiçik ölçülü sellofan torbalarda doqquz ədəd bükümlərdə psixotrop maddə metamfetamin olan siqaret qutusu, bir ədəd qırmızı rəngli elektron tərəzi, müxtəlif ölçülü rezin iplər aşkar edilmişdir. Qutunun birinin içərisində sellofan torbada psixotrop maddə olan metafetamin olmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün avtomaşında saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-in əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci il mayın 25-də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi və yaşadığı ərazidə paylaması barədə məlumat daxil olmuş, həmin gün saat 22 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli, “Peugeot” markalı, **-HX-*** qeydiyyat nişanlı avtomobili saxlayıb ona yaxınlaşmışlar. O, maşından 2-3 metr aralıda dayanmış, digər polis əməkdaşı onunla bir neçə dəqiqə danışmışdır. Əməliyyat zamanı Şahid1 mülki formada, o isə həmin vaxt sahə rəisi vəzifəsində çalışdığına görə polis formasında olmuşdur. Saxlanılarkən təqsirləndirilən şəxsə təzyiq göstərməmişlər. Onlar avtomobillə X7 getmiş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və maşına baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sellofan torbanın içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı avtomobilin saxlanc yerində psixotrop maddə olan metamfetamin, içərisində metamfetamin və heroin olan qara rəngli çanta, beş ədəd kiçik ölçülü qutular, içərisində kiçik ölçülü sellofan torbalarda psixotrop maddə metamfetamin olan siqaret qutusu, bir ədəd elektron tərəzi aşkar edilmişdir. Qutunun birinin içərisində psixotrop maddə olan metafetamin olmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün avtomaşında saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 25 may 2021ci il tarixdə Ceyhunla Qobu qəsəbəsində yerləşən evində olmuşlar. Səs gəldiyini eşidəndə Ceyhuna demişdir ki, qapıda kimsə var. Ceyhun yuxulu olduğuna görə qapını o, açmışdır. Mülki formada olan 4-5 nəfər polis işçiləri hasardan keçib evə daxil olmuşlar, onlardan qızıl və pul istəmişlər. Ceyhunun siqaret qutusundan istifadə edilmiş falqalar çıxmışdır. Ceyhunu polis maşınına, onu isə həyətdə olan ayrı maşına mindirmişlər. Hadisə saat 20 radələrində olmuşdur. Hər ikisini Qobu PB-ə aparmışlar. Ayrı-ayrı otaqlarda onlardan izahat almışlar. O, izahatı verdikdən sonra polis bölməsindən çıxıb getmişdir. Onu sonradan ifadə vermək üçün polis bölməsinə çağırmamışlar. Onu müstəntiq dindirmişdir. Müstəntiqə ifadə verərkən hazırda dediklərini demişdir. Şahid X2 məhkəməyədək icraat zamanı verdiyi məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Təqsirləndirilən şəxs on ildir ki, tanıyır, yeddi ildir ki, onunla qeyri rəsmi olaraq ər-arvad kimi birlikdə yaşamışdır. Belə ki, o, əvvəlki həyat yoldaşından on il əvvəl rəsmi olaraq ayrılmışdır. Bundan sonra Ceyhunla tanış olub birbirilərini sevmişlər. Tanışlıqlarından üç il sonra ailə olaraq birlikdə yaşamışlar. Onun Abşeron rayonu, Qobu qəsəbəsində, qəbristanlığın yaxınlığında təpəlikdə həyət evi vardır. O, Ceyhun hazırkı cinayət işi üzrə tutulana qədər orada yaşamışdır. Ceyhun da həmin ünvana onun yanına gəlir, çox vaxt onun evində qalırdı. 25 may 2021-ci il tarixdə axşam vaxtı Ceyhun onun evindən çıxmış və bildirmişdir ki, Sumqayıt şəhərinə gedəcək. Onun evindən gedəndən sonra polis əməkdaşları tərəfindən Qobu qəsəbəsinin ərazisində saxlanılmış, üstündən və maşınından narkotik maddə aşkar olunduğu üçün həbs edilmişdir. Onun evində olarkan Ceyhunun üstündə və maşınında narkotik maddə və ya psixotrop maddə olduğunu bilməmişdir. Onun polis əməkdaşları tərəfindən qəsəbənin harasında, hansı küçəsində, necə saxlanıldığını bilmir. O, 26 may 2021-ci il tarixdə Sumqayıt şəhərinə gəlib kirayə ev tutaraq orada yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə yaşasa da, sonuncunun narkotik vasitələri və psixotrop maddələri kimdən və ya hansı mənbədən əldə etməyi ona məlum deyildir. Ceyhun əvvəllər narkotik maddələr qəbul etməmiş, təxminən bir olar ki, narkotik maddələr qəbul etməyə başlamışdır. Təqsirləndirilən şəxs narkotik maddə və psixotrop maddəni İran vətəndaşından aldığını bildirərkən yalan məlumat vermişdir. Çünki o, Ceyhunla birlikdə yaşamış və günləri bir yerdə keçmiş, aralarında heç bir sirr saxlamamışlar. O, bilmişdir ki, Ceyhun narkotik vasitələri əsasən Sumqayıt şəhərində ona məlum olmayan, tanımadığı Sumqayıt sakinlərindən əldə etmişdir. Ceyhun ümumiyyətlə heç bir xarici ölkə vətəndaşı ilə telefon və “whatsappla” əlaqə saxlamamış və onun xarici ölkə vətəndaşları, o cümlədən İran İslam Respublikası vətəndaşları ilə heç bir əlaqəsi olmamışdır. (cild 1, iş vərəqləri 210-212) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” haqqında 25 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf rəngli selofan torbanın içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzəyən kütləni təqdim etmiş və həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim edilən kütlə qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 12-14) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 25 may 2021-ci il tarixli protokoldan görünür ki, “Peugeot” markalı, 10HX549 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonundan 04 ədəd bükümdə, ümumi təmiz çəkləri 1,562 qram narkotik vaitə heroin, 01 ədəd üzərində “Alprazolam” göstəricisi və tərkibində təsiredici maddəsənin çəkisi 0,0005 qram psixotrop maddə alprazolam olan blister kəsiyində çəhrayı rəngli uzunsov formalı dərman tableti, 01 ədəd bükümdə tərkibində təsiedici maddəsinin çəkisi 0,01 qram, qəhvəyimtil-boz rəngli çəkisi 0,136 qram dərman tableti qırıntısı narkotik vasitə olan metadon, narkotik vasitələr və psixotrop maddələrin satışında istifadə etdiyi, səthində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və prosessual qaydada qablaşdırılmışdır. (Cild 1, iş vərəqləri 14-19) “Şəxsi axtarış və götürmə aparılması” haqqında və “Baxış keçirilməsi haqqında” 25 may 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 01 sentyabr 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqi 142-143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2087 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərlərində“AR DİN «Zərflər üçün №245» möhür əksi, «…C Əsədov…» əl yazıları olan 03 ədəd kağız paketdə (paketlər ekspert tərəyindən 1-3 sayla işarələnmişdir). -1№-li paketdəki 01 ədəd qara rəngli qutunun içərisində 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,154qram; 0,460qram; 0,445qram; 0,424qram; 0,441qram, 0,458qram; 0,417qram; 0,463qrma; 0,463qram; 0,425qram; 0,479qram; 0,455qram; 0,459qram; 0,451qram, ümumi təmiz çəkiləri 5,994qram ağ rəngli kristalşəkilli kütdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 ədəd bükümdəayrı-ayrılıqda təmiz çəkiləri 0,399qram; 0,395qram; 0,408qram; 0,360qram; ümumi təmiz çəkiləri 1,562qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 01 ədəd qırmızı rəngli elektron tərəzinin səthində psixotrop maddə-metamfetaminin izləri müəyyən edildi. Tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 01 ədəd üzərində «Alprazolam…» göstəricisi olan blister kəsiyində çəhrayı rnəngli uzunsov formalı dərman tabletinin tərkibində təsiredici maddənin çəkimi 0,0005qram psixotrop maddə-alprazolam müəyyən edildi; -2№-li pakeetdəki 01 ədəd polietilen paketdə təmiz çəkisi 18,359qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -3№li pakeetdəki 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,045qram; 3,796qram; 2,539qram; 3,920qram; 3,908qram; 0,507qram; 0,450qram; 0,488qram; 0,473qram; 0,437qram; 1,138qram; 0,431qram; 0,942qram; 0,898qram; 0,919qram; 0,914qram; 0,925qram; 15,7qram; 3,942qram; 5,897qram, ümumi təmiz çəkiləri 49,269qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə çəkisi 0,136qram qəhvəyimtil-boz rəngli dərman tableti qırıntısının tərkibində təsiredici maddəsinin çəkisi 0,01qram narkotik vasitə-metadon müəyyən edildi. (Cild 1, iş vərəqləri 46-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair xx.xx.2021-ci il tarixli 2451 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 185-186) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış maddi sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli qərara əsasən ekspertiza tədqiqatından qalıq qalmış 1,462 qram narkotik vasitə heroin, 73,447 qram metamfetamin, 0,036 qram metadon, 0,5 tablet psixotrop maddə alprazolam və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 213-231) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 13 fevral 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslə yaxın münasibətlərdə olan X2 məhkəmədə verdiyi ifadəsini təqsirləndirilən şəxsin xeyrinə verilmiş, onun cinayət məsuliyyətindən yayınmasına yönəlmiş ifadə kimi qiymətləndirməklə həmin ifadəni mötəbər və obyektiv sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlili əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlil yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, həmçinin psixotrop maddə metamfetaminin və heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 1,562 qram yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 10 dəfə, həmçinin 73,622 qram psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından təxminən 490 dəfə, külli miqdardan isə təxminən 36 dəfə artıq olması, onun məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyın edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin və müvafiq məhkəmə hökmünün cavabından görünür ki, Əsədov X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2.000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş edilmiş cərimə məbləğini tam ödədiyi üçün xx.xx.2015-ci il tarixdə barəsində olan nəzarət işi qeydiyyatdan çıxarılmışdır. (Cild 1, iş vərəqləri 175-184) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Asif Məmmədov məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 84-88) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini və maddi sübutlarla bağlı qərar qəbul edilməsini zəruri hesab edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1,462 qram narkotik vasitə heroin, 73,447 qram psixotrop maddə metamfetamin, 0,036 qram narkotik vasitə metadon, 0,5 tablet psixotrop maddə alprazolam məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan: 1,462 qram narkotik vasitə heroin, 73,447 qram psixotrop maddə metamfetamin, 0,036 qram narkotik vasitə metadon, 0,5 tablet psixotrop maddə alprazolam məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-102/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-102/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver