Məhkəmə qərarları › İş №1(124)-102/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-102/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-102/2023 26.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə , xx xxxx 1993-cü ildə Quba rayonu İkinci Nügədi kəndində anadan olmuş, Xaçmaz rayonu Köhnə Xudat kəndində yaşamış, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri xx xxxxx 1978-ci ildə Dəvəçi rayonu Gəndab anadan olmuş, Azərbaycan kəndində Respublikası vətəndaşı, orta təhsilli, subay, əməllərində cinayətin residivi olan, işsiz, Şabran rayonu Gəndov kəndində daimi qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, işgəncə verməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə güclü fiziki ağrı və psixi iztirablar vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu halında qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən tanışı Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 yanvar 2022-ci il tarixdə saat 03 radələrində sonuncunun gözətçi kimi işlədiyi, Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən bağ sahəsinə getmiş, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 zor tətbiq edib evin qapısını itələdikdən sonra yaşayış sahəsi hesab edilən-iki mərtəbəli evin birinci mərtəbəsində olan mənzilə hər ikisi qanunsuz girib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən təpik və sillə zərbələri vuraraq zərərçəkmiş şəxsə “sol tərəf sifət nahiyəsinin şişkinliyi və sağ baldır nahiyəsinin sıyrığı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, daha sonra Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi iplə toxunmuş toru Zərərçəkmiş şəxs baş nahiyəsinə keçirib boğaz nahiyəsini sıxıb boğmaqla sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək basqın törətməklə özgə əmlakı olan Zərərçəkmiş şəxs məxsus 15 manat kağız pul əskinasını, 10 manat dəyərində bir ədəd gödəkçəni, içərisində 6 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 15 manat dəyərində bir ədəd “İtel” markalı mobil telefonu, 15 manat dəyərində bir baş ördəyi, 70 manat dəyərində “UÜPB-652-501” markalı bir ədəd odun doğrayan mişarı, içərisində 2 manat dəyərində 2 litr “Aİ-92” oktanlı benzin olan 1 manat dəyərində plastmas qabı, ümumilikdə isə 134 manat dəyərində əmlakını qəsdən ələ keçirmiş, habelə o, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs dəfələrlə baş nahiyəsinə sillə zərbələri vurub mütəmadi olaraq döyməklə işgəncə verərək fiziki ağrılar yetirməsi, başına tor keçirib soyuq havada ayaqyalın şəkildə addımlatması, bir baş ördəyin dimdiyindən və başından öpüb ördəkdən üzr istəməsinə məcbur etməsi, ördəyin başını mişarla kəsib ördəyin qanını zərərçəkmiş şəxsin paltarlarına bulaşdırması ilə vahimə yaradıb psixi iztirablar vermiş, daha sonra Təqsirləndirilən şəxs1 öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə Zərərçəkmiş şəxs şəxsiyyətini ələ salıb xüsusi amansızlıqla baş nahiyəsinə sillə zərbəsi vuraraq zor tətbiq edib sonuncunu dizi üstə çökdürməklə şalvarın üzərindən ilk öncə onun, daha sonra isə özünün cinsiyyət orqanını öpdürmüş, habelə Təqsirləndirilən şəxs1 iplə toxunmuş toru silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsinə keçirib boğaz nahiyəsini sıxaraq boğmaqla həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək sonuncunun onların əlindən qaçıb getməsinə hər ikisi mane olaraq 1 saatdan artıq müddət ərzində zərərçəkmiş şəxsi yaşadığı otaqda saxlayaraq qanunsuz olaraq azadlığını məhdudlaşdırmış, bundan başqa özgə əmlakını tələb etmə məqsədilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir sillə zərbəsi vurub zor tətbiq edərək tələblərini yerinə yetirmədiyi təqdirdə sonuncu üçün yaxşı olmayacağına dair hədə-qorxu gəlib 19 yanvar 2022-ci il tarixdə saat 11 radələrinədək 150 manat pul verməsini Zərərçəkmiş şəxs tələb etmiş, bununla da, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, işgəncə verməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə güclü fiziki ağrı və psixi iztirablar vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, zor tətbiq etməklə özgənin əmlakını hədəqorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu halında qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən tanışı Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 yanvar 2022-ci il tarixdə saat 03 radələrində sonuncunun gözətçi kimi işlədiyi, Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən bağ sahəsinə gedərək zor tətbiq edib qapını itələməklə yaşayış sahəsi hesab edilən-iki mərtəbəli evin birinci mərtəbəsində olan mənzilə qanunsuz girib sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən sillə və təpik zərbələri vuraraq zərərçəkmiş şəxsə “sol tərəf sifət nahiyəsinin şişkinliyi və sağ baldır nahiyəsinin sıyrığı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək silah qismində istifadə etdiyi iplə toxunmuş toru Zərərçəkmiş şəxs baş nahiyəsinə keçirib boğaz nahiyəsini sıxıb boğmaqla sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək basqın törətməklə özgə əmlakı olan Zərərçəkmiş şəxs məxsus 15 manat kağız pul əskinasını, 10 manat dəyərində bir ədəd gödəkçəni, içərisində 6 manat dəyərində ***-***- **-** mobil telefon nömrəsi olan 15 manat dəyərində bir ədəd “İtel” markalı mobil telefonu, 15 manat dəyərində bir baş ördəyi, 70 manat dəyərində “UÜPB-652-501” markalı bir ədəd odun doğrayan mişarı, içərisində 2 manat dəyərində 2 litr “Aİ-92” oktanlı benzin olan 1 manat dəyərində plastmas qabı, ümumilikdə isə 134 manat dəyərində əmlakını qəsdən ələ keçirmiş, habelə o, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs dəfələrlə baş nahiyəsinə sillə zərbələri vurub mütəmadi olaraq döyməklə işgəncə verərək fiziki ağrılar yetirməklə, başına tor keçirib soyuq havada ayaqyalın şəkildə addımlatmaqla, bir baş ördəyin dimdiyindən və başından öpüb ördəkdən üzr istəməsinə məcbur etməklə, ördəyin başını mişarla kəsib ördəyin qanını zərərçəkmiş şəxsin paltarlarına bulaşdırmaqla vahiməyaradıb psixi iztirablar vermiş, daha sonra öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə Zərərçəkmiş şəxs şəxsiyyətini ələ salıb xüsusi amansızlıqla baş nahiyəsinə sillə zərbəsi vuraraq zor tətbiq edib sonuncunu dizi üstə çökdürməklə şalvarın üzərindən ilk öncə Təqsirləndirilən şəxs2, daha sonra isə özünün cinsiyyət orqanını öpdürmüş, habelə iplə toxunmuş toru silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsinə keçirib boğaz nahiyəsini sıxaraq boğmaqla həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib sonuncunun onların əlindən qaçıb getməsinə mane olaraq 1 saatdan artıq müddət ərzində zərərçəkmiş şəxsi yaşadığı otaqda saxlayaraq qanunsuz olaraq azadlığını məhdudlaşdırmış, bundan başqa özgə əmlakını tələb etmə məqsədilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir sillə zərbəsi vurub zor tətbiq edərək tələblərini yerinə yetirmədiyi təqdirdə sonuncu üçün yaxşı olmayacağına dair hədə-qorxu gəlib 19 yanvar 2022-ci il tarixdə saat 11 radələrinədək 150 manat pul verməsini Zərərçəkmiş şəxs tələb etmiş, bununla da, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, işgəncə verməklə, Azərbaycan Respublikası Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə güclü fiziki ağrı və psixi iztirablar vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək sərbəst ifadə vermək istəməmiş və ünvanlanan sualları cavablamaq istədiyini bildirmişdir. O, dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanımış, sonuncu ilə qohum olmuşdur. O, zərər çəkmiş şəxsi bir ildir ki tanımış, zərər çəkmiş şəxslə normal münasibət saxlamışdır. Zərərçəkmiş şəxs “mühafizə” olaraq işləmiş, hadisə günü onu qonaq çağırmış, birlikdə yeyib-içmişlər. O, əvvəllər də Zərərçəkmiş şəxs qaz almışdır. 19 yanvar tarixində, saat 00:00 radələrində Zərərçəkmiş şəxs onu qonaq çağırdığı üçün o, hadisə yerinə getmişdir. Həmin günün əvvəlində Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və o birlikdə yeyib-içmiş, Zərərçəkmiş şəxs onlara vaxt edib görüşməyi söyləmişdir. Zərərçəkmiş şəxs onu odunları kəsmək üçün çağırmışdır. Zərərçəkmiş şəxs ona bir ördək, beş litr benzin və mişar vermişdir. O, Zərərçəkmiş şəxs zor tətbiq etməmiş, sonuncunun başına tor keçirməmiş, Zərərçəkmiş şəxs cinsiyyət orqanından öpməyə məcbur etməmişdir. Onlar Zərərçəkmiş şəxs hədə-qorxu ilə 150 manat tələb etməmişdir. Təqsirləndirilən şəxs1 uşağı xəstə olduğu üçün Zərərçəkmiş şəxs 150 manat borc pul istəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 150 manat borc verməmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq etməmiş, sonuncunu ayaqyalın qarda gəzdirməmişdir. O, Zərərçəkmiş şəxs məxsus telefonu götürməmişdir. O, Zərərçəkmiş şəxs onlardan niyə şikayətçi olduğunu bilməmişdir. O, sonrakı gün baldızı ilə birlikdə Zərərçəkmiş şəxs üzr istəmək üçün yanına getmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu ərazisində gəzib dəmir yığıb satmaqla dolanır. Təxminən 6 il əvvəl Şabran rayonu, Gəndov kənd sakini Şahid4 ilə qeyri-rəsmi olaraq evlənmişdir. Cəmilə ilə birgə nikahlarından 2017-ci il təvəllüdlü Nihad, 2020-ci il təvəlldülü Amin adlı oğul və 2018-ci il təvəllüdlü Gülzaman adlı qızı övladı anadan olmuşdur. Cəmilənin birinci evliliyindən də üç azyaşlı uşaqları var və həmin uşaqlar da onun himayəsindədirlər. Qurbanov X4 dayısıdır və sonuncu, Şabran rayonu, Gəndov kəndində yaşayır. Əvvəllər Ramillə görüşmədiyi üçün aralarında yaxın münasibəti olmamışdır. Xaçmaz rayonu Fərzəlioba kəndində yaşayan Zərərçəkmiş şəxs isə təxminən 3-4 ay olar ki tanıyır. Fərrux Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən tanımadığı şəxsə məxsus bağ sahəsinə gözətçilik edir. O, Köhnə Xudat kəndi ərazisində gəzib dəmir yığarkən Fərruxla tanış olmuşdur. Fərrux gözətçisi olduğu bağ sahəsində olan tövlədə qaz, ördək saxlayır və payız-qış fəsillərində saxladığı qaz və ördəkləri Xudat- Qusar avtomobil yolunun kənarına gətirib satır. 07 yanvar 2022-ci il tarixdə Cəmilənin doğum günü olduğu üçün Ramillə Cəmilənin ögey anası Xatirə onun yaşadığı evə qonaq gəlmişlər. Həmin gün Xatirə qayıdıb yaşadığı Quba rayonu Qaraçay kəndinə getmiş, Ramil isə onun evində qalmışdır. Evdə olarkən Ramil uşaqları ilə bağlı aliment pulunu ödəyə bilmədiyini, maddi sıxıntıları olduğunu ona bildirmişdir. Evində qalmağını və birlikdə dəmir yığıb satmaqla əldə etdikləri gəliri də şərikli olaraq öz aralarında bölməyi Ramilə təklif etmişdir. Ramil onunla razılaşaraq həmin gündən sonra onun evində qalmışdır. Həmin vaxtdan sonra hər gün Ramillə birlikdə Xudat şəhərində gəzib vətəndaşlardan aldıqları dəmir qırıntılarını arabaya yığaraq metal qəbulu ilə məşğul olan Faiq adlı şəxsə satmışlar. 2022-ci ilin yanvar ayının ortalarında Köhnə Xudat kəndində Fərruxla görüşərkən sonuncu, saxladığı qazların bir hissəsini sata bilmədiyini, qazları satması üçün müştəri tapmaqda köməklik göstərməyini ona demişdir. Həmin vaxt bununla bağlı maraqlanacağını, qaz almaq istəyən şəxs tapdığı halda Fərruxun yanına gətirəcəyini sonuncuya demişdir. Fərruxla söhbət edərkən Ramil də onun yanında olmuşdur. Fərruxdan ayrılıb bir qədər uzaqlaşdıqdan sonra Ramil Quba rayonu Qaraçay kəndində yaşayan adını xatırlamadığı tanışına zəng vuraraq Köhnə Xudat kəndində münasib qiymətə qaz satıldığını demişdir. 17 yanvar 2022-ci il tarixdə Ramilin tanışı onun Köhnə Xudat kəndindəki evinə gəlmiş və həmin adamı Ramillə bir yerdə Fərruxun yanına aparmışlar. Ramilin tanışı Fərruxla görüşüb söhbət etdikdən sonra 7 ədəd qazı 105 manata almağa razılaşmışdır. Ancaq həmin vaxt o, Fərruxa 102 manat pul verib qalan 3 manat pulu isə sonradan verəcəyini bildirmişdir. Fərrux qazları tutub Ramilin tanışına verərkən o, tövlədə bir ədəd ördəyin də olduğunu görmüşdür. Ramilin tanışı qazları aparıb getdikdən sonra Ramillə qayıdıb evə getmişlər. 18 yanvar 2022-ci il tarixdə yaşadığı evdə Ramillə birlikdə yemək yeyərkən araq içmişlər. Bir qədər keçdikdən sonra Ramil gedib Fərruxdan borc pul almağı ona təklif etmiş və Ramillə birlikdə evdən çıxıb Fərruxun gözətçilik etdiyi bağ sahəsi istiqamətində getmişdir. Yolboyu Fərruxdan borc pul almasının düzgün olmadığını Ramilə başa salsa da, sonuncu, onunla razılaşmadığı üçün Fərruxun gözətçilik etdiyi bağ sahəsinin yaxınlığında Ramiillə arasında sözlü mübahisə yaranmış və səsə Fərrux onların yanına gəlmişdir. Həmin vaxt Ramil uşağının xəstə olduğu üçün borc olaraq 60 manat pul verməyini Fərruxdan xahiş etmiş, Fərrux isə Ramili tanımadığını, borc olaraq 60 manat pulu ona verə biləcəyini Ramilə demişdir. Ramilin sakitləşməsi üçün Fərruxdan borc olaraq 60 manat pul istəmiş və verilən pulu qaytaracağını demişdir. Fərrux da ona 60 manat pul vermiş və o, həmin 60 manat pulu Fərruxun yanında Ramilin özünə vermişdir. Bundan sonra Fərruxun yanından uzaqlaşıb Xudat şəhərinə gedərək oradakı “Məxməri” kafesində pivə içmişlər. Pivə içdikdən sonra Ramil Fərruxdan borc olaraq aldıqları 60 manat pulun 5 manatını içdikləri pivənin pulu olaraq kafenin işçisinə vermişdir. Bundan sonra Ramillə bir yerdə gəzmək üçün Xaçmaz şəhərinə gəlmişlər. Bir-iki saata yaxın Xaçmaz şəhərində gəzdikdən sonra evə qayıtmışlar. 19 yanvar 2021-ci il tarixdə təxminən saat 03 radələrində evdə olarkən Ramil Fərruxla görüşməyi, sonuncudan borca pul istəməyi ona təklif etmişdir. O, buna etiraz etməmiş və paltarlarını geyindikdən sonra Ramillə birlikdə evdən çıxıb Fərruxun gözətçilik etdiyi bağ sahəsinə getmişdir. Onlar açıq yerdən bağ sahəsinə daxil olduqdan sonra Ramil qışqıraraq Fərruxu çağırmış, lakin sonuncu, Ramilə cavab verməmişdir. Bağ sahəsində Fərruxun qaldğı evin giriş qapısına çatmağa 2-3 metr qalmış sonuncu, qapını açıb başını bayıra çıxararaq baxmış və onları görüb başını geri çəkərək qapını örtüb arxadan bağlamağa çalışmışdır. Ramil Fərruxun arxadan qapını bağlamağa çalışdığını görüb iti addımlarla yaxınlaşaraq qapını iki əli ilə içəriyə tərəf itələmiş, Fərrux imkan tapıb qapını bağlaya bilmədiyi üçün Ramil qapını itələyib açaraq içəriyə daxil olmuşdur. Fərruxun arxadan qapını tutub saxlamağa gücü çatmadığı üçün sonuncu, qapı ilə birlikdə arxaya doğru gedərək arxası üstə otaqda olan sobanın yanına yıxılmışdır. Fərrux yıxılan kimi Ramil içəriyə daxil olub Fərruxun sifətinə sillə ilə vuraraq niyə 60 manat pul aldıqlarını kiməsə dediyini Fərruxdan soruşmuşdur. Ancaq Fərruxdan borc olaraq pul almalarını sonuncunun kiməsə deməsini eşitməmişdir. Ramil Fərruxun sözlərinə qulaq asmayaraq yenidən sonuncunun sifətinə və başına bir neçə dəfə sillə ilə vurmuşdur. Ramil təxminən 4-5 dəqiqə sillə ilə Fərruxun sifətinə və başına vurduqdan sonra 150 manat pul verməli olduğunu sonuncuya demişdir. Fərrux Ramilə pulu olmadığını bildirəndə özünün də Fərruxdan pul almaq niyyəti yarandığı üçün Fərruxun yaxasından tutub özünə tərəf çəkərək sonuncudan pul verməsini tələb etmişdir. Fərrux yenə də pulu olmadığını bildirdikdə Ramil Fərruxun başına sillə ilə vuraraq bir baş ördəyi olduğunu, həmin ördəyi onlara verməyini Fərruxdan tələb etmişdir. Bundan sonra Ramil Fərruxun paltarının çiynindən tutub dartaraq sonuncunu otaqdan bayıra çıxarıb toru götürərək Fərruxun başına keçirmiş və torun dəmirindən tutub dartaraq sonuncunu ayaqyalın evin arxasında olan tövləyə tərəf aparmışdır. Həmin vaxt qış olduğundan hava soyuq olmuş və yerdə də az-maz qar qalmışdır. Tövlə istiqamətində gedərkən Ramil əlində tutduğu torun dəmirini irəli-geri hərəkət etdirdikdə başına tor keçirilmiş Fərrux da həmin istiqamətlərdə hərəkət etmişdir. Fərrux toru başından çıxarıb qaçmağa cəhd etsə də, Ramil toru bərkdən aşağı sıxdığı üçün Fərrux başından toru çıxara bilməmişdir. Tövlənin giriş qapısına yaxınlaşan zaman Fərrux açarla tövlənin qapısındakı qıfılı açmış və Fərruxla Ramil içəriyə daxil olmuşdur. O isə Fərruxun qapıdan çıxıb qaçmaması üçün bayırda dayanmışdır. Tövləyə daxil olduqdan sonra Ramil toru Fərruxun başından çıxarıb əli ilə sonuncunu itləyərək ördəyi tutmasını tələb etmişdir. Fərrux tövlənin içərisində ördəyi qovub tövlənin küncünə sıxışdıraraq ördəyi tutmuş, bundan sonra Ramillə Fərrux tövlədən bayıra çıxmışlar. Tövlədən çıxan kimi Ramil həmin toru yenidən Fərruxun başına keçirib dəmirini də əlində tutub sonuncunu itələyə-itələyə Fərruxun qaldığı otağa aparmışdır. Otağa daxil olan kimi Ramil Fərruxun başından toru çıxarıb qucağında tutduğu ördəyin başından və dimdiyindən öpməklə ördəkdən üzr istəməsini sonuncuya bildirmişdir. Fərrux bunu etmək istəməyəndə Ramil sillə ilə Fərruxun başına vurmuş, sonuncu, qorxduğu üçün ördəkdən üzr istəyib ördəyin başından və dimdiyindən öpmüşdür. Bundan sonra Ramil otağın pəncərəsinin qarşısından kiçik mişarı əlinə götürərək Fərruxun qucağında olan ördəyin başından tutub özünə tərəf çəkərək mişarla ördəyin başını kəsməyə çalışmışdır. Bu zaman ördəyin boynundan axan qan Fərruxun üstünə və otağın divarına bulaşmışdır. Ramilin mişarla ördəyin başını kəsə bilmədiyini görəndə o, otağın pəncərəsinin qarşısında olan bıçağı əlinə götürüb ördəyi də Fərruxun qucağından alaraq otaqdan bayıra çıxıb otağın qapısının qarşısında ördəyin başını kəsmiş və bıçağı kənara atmışdır. Örədəyin başını kəsib yerə atmış, Ramil isə ördəyin başını götürüb Fərruxun divardan asdığı pencəyinin yan cibinə qoymuşdur. Daha sonra o, ördəyi kisənin içərisinə qoymuşdur. Otaqda olanda Ramil əyilib onun cinsiyyət orqanından öpməsini Fərruxa demişdir. Fərrux onun cinsiyyət orqanından öpmək istəməyəndə Ramil əli ilə Fərruxun başından vurub əli ilə sonuncunun boynundan tutub başını aşağı əyərək onun cinsiyyət orqanından öpməsini bir daha Fərruxdan tələb etmişdir. Fərrux əyilib şalvarın üstündən onun cinsiyyət orqanını öpmək istəyəndə Fərruxun sol qulaq nahiyəsindən təpiklə vurub sonuncunu arxaya doğru yıxmışdır. Bundan sonra Ramil öz cinsiyyət orqanından öpməsini Fərruxa demişdir. Fərrux Fuadın cinsiyyət orqanından öpmək istəməyəndə Ramil yenə əli ilə Fərruxun başından aşağıya basıb sonuncunu öz cinsiyyət orqanından öpməyə məcbur etmiş, Fərrux əyilib Ramilin əynində olan şalvarın üzərindən sonuncunun cinsiyyət orqanını öpmüşdür. Bundan sonra Ramil onlara pul tapıb verməli olduğunu bir daha Fərruxa bildirmişdir. Ramil hər dediyi sözdən sonra sillə ilə Fərruxun sifətinə və başına vurmuşdur. Fərrux əl çəkmədiyimizi görərək divardan asdığı pencəyini onlara göstərib pencəyin cibində 15 manat pulu olduğunu demişdir. O, Fərruxun divardan asılmış pencəyinin ciblərini axtaranda pencəyin içəri sol döş cibində iki ədəd beş manatlıq, beş ədəd bir manatlıq pulun olduğunu görmüşdür. Həmin on beş manat pulu götürüb Ramilə vermişdir. Bundan sonra Ramil 15 manatın kifayət etməyəcəyini, sabah saat 9-dək 150 manat pul tapıb verməli olduğunu, əks təqdirdə yaxşı olmayacağını Fərruxa demişdir. Bunu dedikdən sonra Ramil otaqda sobanın yanında olan oturacağın üstündəki kibrit qutusunu götürüb ona verərək qutunu sobanın borusunun künc hissəsinin üzərinə qoymağını ona bildirmişdir. O, kibrit qutusunu sobanın borsunun üstünə qoyanda Ramil sabah 150 manat pul verməyənədək, həmin sobanın yanmayacağını, pul vermədiyi halda donacağını Fərruxa bildirmişdir. Bu sözləri dedikdən sonra Ramil sillə ilə Fərruxun başından vurmuşdur. Ramil sillə ilə Fərruxun sifətinə və başına vurarkən Fərrux otaqda sağa-sola qaçmış, ancaq onlar otağın giriş qapısı tərəfdə dayandıqları üçün Fərrux otaqdan bayıra çıxa bilməmişdir. Daha sonra Fərruxun çarpayısının üstündəki döşəyin künc tərəfində olan mobil telefonu götürərək Fərruxun gödəkçəsini əynimə geyinmiş və telefonu da gödəkçənin yan cibinə qoymuşdur. Fərruxda odun doğrayan mişar olduğunu bildiyi üçün odun doğrayan mişarı verməyini Fərruxa demişdir. Fərrux odun doğrayan mişarın yan otaqda olduğunu deyib onları həmin otağa aparmışdır. Yan tərəfdə olan otağa gedərkən Ramil yenidən toru Fərruxun başına keçirmiş və onlar birlikdə yan otağa getmişlər. Həmin otağa girən kimi mişarın otağın qapısından təxminən üç metr irəlidə divarın yanına olduğunu görmüş və odun doğrayan mişarı işə salmaq istəyəndə mişar işə düşməmişdir. Mişara benzin tökməyini Fərruxa bildirmiş və sonuncu, otaqdakı plastmas qabda olan benzini gətirib odun doğrayan mişara əlavə etdikdən sonra mişarı işə salmış və mişarın işlədiyini görüb söndürmüşdür. Bu zaman Ramil odun doğrayan mişar olan otağın küncündən bir ədəd kisə gətirib mişarı kisənin içərisinə qoyduqdan sonra onlar odun doğrayan mişarı, plastik materialdan olan qabdakı benzini və ördəyi götürüb Fərruxun qaldığı otaqdan çıxaraq evə getmişlər. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəldən tanımamış, Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. O, bacısı qızıgilə qonaq getmiş, belə ki o da dəmir yığıb çörək pulu qazanmaq istəmişdir. O, uşağının xəstəliyi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs 150 manat pul almaq üçün sonuncunun yanına getmişdir. Hadisələr olduqdan sonra Təqsirləndirilən şəxs2 və o təxminən 04-05 radələrində evə qayıtmışdır. O, səhər açılan kimi Təqsirləndirilən şəxs2 ilə bacısı qızının evdə olmadığını görüb haraya getdiklərini soruşmuş və Zərərçəkmiş şəxs yanına getdiklərini öyrənmişdir. O da ikisindən qabaq taksi ilə Zərərçəkmiş şəxs evinə getmiş, lakin orada heç kim olmamışdır. Buna görə də oradan uzaqlaşmış və həmin vaxt Təqsirləndirilən şəxs2 və bacısı qızı ilə rastlaşmışdır. O, digərlərinə Zərərçəkmiş şəxs evdə olmadığını, daha sonra gəlməyi söyləmişdir. Bu ərəfədə polis əməkdaşları hadisənin törədildiyi yerə gəlmiş və onlar bu zaman oradan qaçmışdırlar. Bir-iki saatdan sonra bacısı qızının ağlayaraq Təqsirləndirilən şəxs2 zəng etməsi ilə o, peşman olduğu üçün polis əməkdaşlarına yaxınlaşaraq əməlini etiraf etmişdir. Hadisə günü Təqsirləndirilən şəxs2 və o Zərərçəkmiş şəxs evinə getmiş və sonuncu qapını onlara açmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ördək almaq üçün gəldiyini bildirmişdir. O, uşağının xəstəliyi ilə əlaqədar Zərərçəkmiş şəxs 150 manat istəmiş, lakin sonuncu üzərində o qədər pul olmadığını söyləmişdir. O, Zərərçəkmiş şəxs sillə vuraraq pula ehtiyacı olduğunu demişdir. Zərərçəkmiş şəxs isə ona sabaha həmin pulu toplaya biləcəyini, sabah gəlmələrini söyləmişdir. O, sonrakı gün oraya getdiyi zaman isə Zərərçəkmiş şəxs görə bilməmişdir. O, Zərərçəkmiş şəxs başına tor keçirməmiş, sonuncuya qarşı cinayət törətməmişdir. Təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o Zərərçəkmiş şəxs mənzilin qapısını zorla açmamışdır. Onlar gecə saat 01-02 radələrində Zərərçəkmiş şəxs yanına getmişdir. Zərərçəkmiş şəxs mühafizəçi işlədiyi üçün oradan heç nə verməməsi ilə bağlı kiminsə nəsə görməməsi üçün Təqsirləndirilən şəxs2 və ona gecə gəlmələrini söyləmişdir. Zərərçəkmiş şəxs onlara 150 manat verməmiş, sabah gəlmələrini söyləmişdir. O, Zərərçəkmiş şəxs boğmamışdır. O, nə öz cinsiyyət orqanını, nə də ki Təqsirləndirilən şəxs2 cinsiyyət orqanını Zərərçəkmiş şəxs öpdürməmişdir. Onun Zərərçəkmiş şəxsla heç bir düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs evindən heç nə götürməmiş, Təqsirləndirilən şəxs2 isə telefon, gödəkcə və 15 manat pul götürmüşdür. Soyuq olduğu üçün Zərərçəkmiş şəxs gödəkcəsini götürməyi təklif etmişdir. O, Zərərçəkmiş şəxs ördəkdən üzr istəməyə, ördəyi öpməyə məcbur etmişdir. O, Zərərçəkmiş şəxs qarın üzərində ayaqyalın gəzdirməmişdir. Zərərçəkmiş şəxs onların əlindən qaçmamış, Zərərçəkmiş şəxs onları evdən yola salmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində göstərmişdir ki, fəhləlik etməklə dolanır. 2016cı ildə arvadı X6 ilə rəsmi olaraq boşanmışdır. Həmin evlilikdən üç övladı var və övladlarının hamısı arvadının himayəsindədir. 14 yaşında olan Orxan adlı oğlu üçün aliment ödəyir. Alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmədiyinə görə 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək Şabran rayon məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını günəgün çəkərək 2020-ci ilin may ayında azadlığa buraxılmışdır. Bacısı qızı Cəmilə Xaçmaz rayonu Köhnə Xudat kəndində yaşayır. Cəmilə Təqsirləndirilən şəxs2 ilə evlənmişdir. 07 yanvar 2022-ci il tarixdə Cəmilənin doğum günü olduğu üçün ögey bacısı Xatirə ilə birlikdə Köhnə-Xudat kəndinə, yəni Cəmiləgilə qonaq getmişdir. Xatirə elə həmin gün qayıdıb yaşadığı Quba rayonu Qaraçay kəndində getmiş, o isə Fuadgilin evində qalmışdır. Evdə olan zaman uşaqları ilə bağlı alimenti ödəyə bilmədiyini, maddi çətinlikləri olduğunu Fuada bildirmişdir. Fuad bir yerdə dəmir yığıb satmağı, əldə olunan gəliri isə şərikli bölməyi ona təklif etmişdir. O, Fuadın bu təklifi ilə razılaşaraq sonuncunun evində qalmış, həmin vaxtdan sonra hər gün Fuadla birlikdə Xudat şəhərini və Xudat şəhərinə bitişik olan kəndləri gəzərək küçələrdən dəmir yığıb metal qəbulu ilə məşğul olan, sonradan adının Faiq olduğunu öyrəndiyi şəxsə satmışdır. Fuadla bir yerdə işləyəndə Köhnə-Xudat kəndində Fərrux adlı bir nəfər şəxsin Bakı şəhər sakini olan başqa bir şəxsin bağında gözətçilik edərək bağ sahəsində fəhləliklə məşğul olduğunu öyrənmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Fərruxla rastlaşan zaman sonuncu, saxladığı qazların bir hissəsini sata bilmədiyini, qazları satması üçün müştəri tapmaqda köməklik etmələrini onlara bildirmişdir. Fuad həmin vaxt “maraqlanaram, əgər qaz almaq istəyən olsa sənin yanına gətirərəm” sözlərini Fərruxa demişdir. Bundan sonra o, Quba rayonu Qaraçay kəndində yaşayan Vüqar adlı tanışına zəng edərək Xaçmaz rayonu Köhnə Xudat kəndində münasib qiymətə qaz satıldığını, qaz almaq fikri olduğu halda həmin qazları gəlib almasını Vüqara demişdir. 17 yanvar 2022-ci il tarixdə X18 kəndinə onların yanına gəlmiş və Vüqarı Fuadla birlikdə Fərruxun yanına, sonuncunun qazları saxladığı bağ sahəsinə aparmışdır. Vüqar Fərruxda olan qazların hamısını almış, qazların pulu 105 manat etmiş, lakin Fərruxa 102 manat verərək qalan 3 manatı da sonra verəcəyini bildirmişdir. Fərrux qazları tövlədən tutub Vüqara verən zaman tövlədə bir baş ördəyin olduğunu görmüşdür. Vüqar qazları aldıqdan sonra oradan çıxıb getmiş, o, Fuadla birlikdə evə qayıtmışdır. 18 yanvar 2022-ci il tarixdə Fuadla evdə yemək yeyərkən araq içmişlər. Bir qədər keçdikdən sonra Fərruxdan borc pul almağı Fuada demişdir. Bu məqsədlə Fuadın yaşadığı evdən çıxıb Fərruxun nəzarət etdiyi bağ sahəsinə tərəf yola düşmüşlər. Yol boyu Fuad onun Fərruxdan borc pul istəməyinin düzgün olmadığını demişdir. O, Fuadla razılaşmayaraq Fərruxdan pulu borca istədiyini, bir müddət sonra qaytaracağını bildirmişdir. Bu söhbətə görə Fərruxun işlədiyi bağ sahəsinin hasarının yanında Fuadla aralarında sözlü mübahisə yaranmış və səs-küyə Fərrux onların yanına gəlmişdir. O, uşağının xəstə olduğunu, 60 manat borca pul verməyini Fərruxa demişdir. Fərrux onu tanımadığını, borcu yalnız Fuada verə biləcəyini ona bildirmişdir. Daha sonra Fuad Fərruxa yaxınlaşıb sonuncudan 60 manat borc pul alaraq həmin pulun 20 manatını ona verərək qalan 40 manatı da özündə saxlamışdır. Bundan sonra Fuad pivə içməyi ona təklif etmiş və o, Fuadla birlikdə “Məxməri” kafesinə gedib hər biri bir bakal pivə içmişdir. Oradan çıxıb gəzmək üçün Xaçmaz şəhərinə gəlmiş, Xaçmaz şəhərində də bir-iki saat gəzdikdən sonra Xudat şəhərinə, oradan da Fuadın yaşadığı evə getmişlər. Evdə olan zaman Fərruxu yanına gedib uşağının xəstəliyi ilə bağlı borca pul almağı Fuada bildirmişdir. Fuad da “Fərrux mənə odun doğrayan mişar verməlidir, həm də getmişkən sənin adından istifadə edib Fərruxdan 150 manat pul alaq” sözlərini demişdir. Həmin gecə, daha doğrusu 2022-ci ilin yanvar ayının 18-dən 19-na keçən gecə saat 03 radələrində Fərruxun işlədiyi bağ sahəsinə getmişlər. Onlar açıq yerdən bağ sahəsinə daxil olanda Fərruxu uca səslə çağırmış, lakin sonuncu ona cavab verməmişdir. Bağ sahəsində Fərruxun qaldığı otağa çatmağa 2-3 metr qalmış sonuncu, qaldığı otağın qapısını açıb onlara baxıb başını geriyə çəkərək qapını örtüb arxadan bağlamağa çalışmışdır. O, Fərruxun arxadan qapını bağlamağa çalışdığını görüb iti addımlarla yaxınlaşaraq iki əli ilə qapını itələyib açaraq içəriyə daxil olmuşdur. Fərruxun qapını bağlamaq istəməsi ona pis təsir etmiş, buna görə də əsəbləşərək qapını itələyib açmışdır. Fərrux imkan tapıb qapını bağlaya bilməmiş və qapını saxlağa gücü çatmadığına görə qapı açılan zaman arxaya gedərək arxası üstə otaqda olan sobanın yanına yıxılmışdır. O, Fərruxun qaldığı otağa daxil olan kimi Fərruxun başına və sifətinə bir neçə dəfə sillə ilə vurub nə üçün 60 manat borca pul aldıqlarını kiməsə dediyi bildirib daha bir neçə dəfə sonuncunun başından və sifətindən sillə ilə vurmuşdur. Ancaq Fərruxun bu barədə heç kimə bir söz demədiyini bilmişdir. Daha sonra 150 manat pul verməli olduğunu Fərruxa demiş, sonuncu isı pulu olmadığını bildirmişdir. Həmin vaxt yenə Fərruxun başından sillə ilə vuraraq pulu tapıb verməli olduğunu sonuncunun nəzərinə çatdırmışdır. Bundan sonra yenə də Fərruxun başından sillə ilə vurmuş, bu zaman Fuad Fərruxun yaxasından tutub 150 manat pul verməsini tələb etmişdir. Fərrux yenə də pulu olmadığını bildirdikdə Fuad tövlədə bir ədəd ördəyin olduğunu, həmin ördəyi gətirib verməsini Fərruxa demişdir. Fərrux ördəyi vermək istəməsə də, Fuad ördəyi verməsi üçün Fərruxu məcbur edərək Fərruxun başından sillə ilə vurmuşdur. Fərrux ördəyin tövlədə olduğunu və ördək üçün tövləyə getməli olduqlarını demişdir. Otaqdan çıxıb otağın yanında evin divarına söykənmiş vəziyyətdə olan ipdən hörülmüş toru (balıq tutmaq üçün toru) götürüb yenidən otağa qayıtmışdır. Həmin toru Fərruxun başına keçirib Fərruxun boğaz nahiyəsindən toru dartıb sıxaraq sonuncunu otaqdan bayıra çıxarmışdır. Otağın qarşısında həmin toru Fərruxun başından çıxarıb sonuncunu tövləyə tərəf itələmişdir. Həmin vaxt Fərrux ayaqyalın olmuşdur. Həm də hava soyuq olduğundan yerdə biraz qar qalmışdır. Fərrux həmin vaxt qaçmağa cəhd etsə də, Fərruxun paltarından tutduğu üçün sonuncu, qaça bilməmişdir. Hər üçü ördəyi tutmaq üçün tövləyə tərəf getmişdir. Onlar tövləyə çatanda Fərruxun qaçmaması üçün Fuad tövlənin qapısının qarşısında dayanmışdır. Fərrux açarla tövlənin qapısını açmış, daha sonra o, Fərruxu tövlənin içərisinə itələyərək ördəyi qovub tutmasını sonuncudan tələb etmişdir. Fərrux ördəyi qovub tutaraq qucağına almış və hər üçün Fərruxun qaldığı otağa qayıtmışdır. Otaqda olanda ördəkdən üzr istəyib ördəyin başından və dimdiyindən öpməsini Fərruxa demişdir. Fərrux bunu etmək istəməyəndə sonuncunun başından sillə ilə vurduqdan sonra Fərrux qorxusundan ördəkdən üzr istəyib ördəyin başından və dimdiyindən öpmüşdür. Bundan sonra ördək Fərruxun qucağında ola-ola Fuad ördəyin başını dartıb otağın pəncərəsinin yanından bir ədəd kiçik mişarı götürərək ördəyin başını mişarla kəsməyə başlamışdır. Ördəyin qanı Fərruxun paltarlarına və otağın divarlarına bulaşmışdır. Fuad ördəyin başını mişarla kəsə bilmədiyini görüb otağın pəncərəsinin qarşısından bir ədəd bıçaq götürərək ördəyi bayırda, otağın qapısının qarşısında ördəyin başını kəsib bıçağı kənara atmışdır. Fuad ördəyin başını kəsdikdən sonra ördəyin kəsilmiş başını Fərruxun otaqdakı divardan asdığı pencəyinin yan cibinə qoymuşdur. Fuad ördəyin kəsilmiş başını pencəyin cibinə qoyan zaman “sabah səndən gəlib 150 manatı götürəndə bu başı da pencəyin cibindən götürüb atacam” sözlərini demişdir. Bundan sonra Fuad gedib bir ədəd kisə götürüb ördəyi kisənin içərisinə qoymuşdur. Daha sonra Fuad bir əli ilə Fərruxun paltarının çiynindən tutub sonuncunu aşağı əyərək onun cinsiyyət orqanından öpməsini tələb etmişdir. Fərrux qorxusundan əyilib şalvarın üstündən onun cinsiyyət orqanını öpmək istəyəndə əli ilə Fərruxu arxaya itələmiş və etdikləri hərəkətin yaxşı olmayacağını Fərruxa bildirmişdir. Bundan sonra Fuad yenə də Fərruxun boynundan tutub aşağı basaraq öz cinsiyyət orqanından öpməsini Fərruxdan tələb etmiş və Fərrux əyilib şalvarın üzərindən Fuadın cinsiyyət orqanını öpmüşdür. Daha sonra o, Fərruxun başına sillə ilə vurub pul verməsini bir daha Fərruxdan tələb etmişdir. Fərrux divardan asdığı pencəyini göstərib pencəyin cibində 15 manat pul olduğunu demişdir. Fuad pencəyə yaxınlaşıb divardan asılı olan pencəyin ciblərini axtarmağa başlamış və pencəyin içəri sol döş cibindən, iki ədəd beş manatlıq, beş ədəd bir manatlıq olmaqla 15 manat pulu çıxarıb həmin pulları əynində olan şalvarının cibinə qoymuşdur. Bundan sonra 15 manat pulun kifayət etmədiyini, sabah saat 11-dək 100 manat pul tapıb verməsini Fərruxa demişdir. Bu zaman Fuad 100 manat yox, saat 2-dək 150 manat pul tapıb verməli olduğunu Fərruxa bildirmişdir. Fərrux həmin pulu tapıb verə bilməyəcəyini dedikdə Fərruxun başından sillə ilə vurub pulu tapmalı olduğunu demişdir. Bu zaman Fuad otaqda olan sobanın yanındakı oturacağın üzərindən kibrit qutusunu götürüb qutunun içərisindəki kibrit dənələrini sayaraq qutunu sobanın borusunun üstünə qoyub “sabah bizə 150 manat pul tapıb verənədək, bu soba yanmayacaq, sən də donacaqsan, yox əgər tapıb versən onda yandırmağına icazə verərik” sözlərini demişdir. Bu sözləri dedikdən sonra Fuad Fərruxun başından sillə ilə vurmuşdur. Fuad Fərruxun başından sillə ilə vuran vuranda Fərrux otaqda sağa-sola qaçmış, ancaq onlar otağın giriş qapısı tərəfdə dayandıqları üçün Fərrux otaqdan bayıra çıxa bilməmişdir. Bundan sonra Fuad Fərruxun yatdığı yatağın küncündən, döşəyin yanından “İtel” markalı mobil telefonu götürmüş və Fərruxun qış gödəkçəsini əyninə geyinərək mobil telefonu həmin gödəkçənin yan cibinə qoymuşdur. Gödəkçəni əyninə geyindikdən sonra Fuad odun doğrayan mişarının olduğunu və həmin mişarı gətirib verməyini Fərruxa demişdir. Fərrux əvvəlcə mişarı vermək istəməsə də sonra qorxusundan əli ilə yan otağı göstərib odun doğrayan mişarın həmin otaqda olduğunu bildirmişdir. O, Fərruxun çiynindən tutub dartaraq sonuncunu otaqdan bayıra çıxarmış və otağın yanına qoyduğu toru Fərruxun başına keçirib sonuncunu odun doğrayan mişar olan otağa tərəf itələmişdir. Onlar odun doğrayan mişar olan otağa daxil olanda toru Fərruxun başından çıxarmışdır. Otağa daxil olduqdan sonra Fuad mişarı işə salmaq istəyəndə mişar işləməmiş, Fərrux benzin gətirib odun doğrayan mişara əlavə etdikdən sonra mişar işə düşmüşdür. Bundan sonra o, odun doğrayan mişar olan otağın sol küncundən bir ədəd kisə götürüb odun doğrayan mişarı kisənin içərisinə qoymuşdur. O, ördəklə, içərisində benzin olan plastmas qabı, Fuad isə odun doğrayan mişar olan kisəni belinə atıb götürrmüş və onlar çıxıb getmişlər. Gedən zaman sabah gəlib pulu götürəcəklərini Fərruxa demişlər. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Fuad onun yanına gələrək qazların biri 15 manatdan olmaqla hamısını almaq üçün müştəri tapdığını demişdir. Həmin gün Fuad qohumu Ramil və tanımadığı başqa bir nəfər şəxs işlədiyi bağ sahəsinə gəlib onunla görüşərək gələn tanımadığı şəxsin qazları alacağını demişlər. O, qazların hamısını, yəni 7 baş qazı Fuadgillə gəlmiş şəxsə satmışdır. Satdığı qazların pulu ümumilikdə 105 manat etsə də, həmin şəxs ona 102 manat pul vermiş, qalan 3 manatı isə sonradan gəlib verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində bağ sahəsinin yaxınlığında mübahisə səsləri eşidib həmin yerə gələndə Fuadın Ramillə mübahisə etdiyini görmüşdür. O, mübahisə edənlərin danışığından bilmişdir ki, Ramil Fuaddan 100 manat pul istəyir. O, Fuadla Ramilə mübahisə etməmələrini demiş və Fuad onun yanına gələrək ondan 60 manat borc pul istəmişdir. O, Fuadın pula ehtiyacı olduğunu görərək sonuncuya 60 manat borc pul vermişdir. Bundan sonra Fuadla Ramil çıxıb getmişlər. 2022-ci ilin yanvar ayının 18-dən 19-na keçən gecə təxminən saat 03 radələrində işlədiyi bağ sahəsində olan evin birinci mərtəbəsindəki otaqda çarpayıda uzanıb dincələrkən bayırda səs eşidib yerindən duraraq qapını açıb bayıra baxmış və Fuadla Ramilin onun qaldığı otağın giriş qapısına yaxınlaşdıqlarını görmüşdür. Evin ətrafında işıq yandığına görə o, qapını açanda Fuadla Ramil onu görmüş və həmin an Fuad nəyə görə borc pul verdiyini başqa şəxslərə dediyini ona demişdir. Fuadın onunla əsəbi danışmasından və hər ikisinin sərxoş vəziyyətdə olmalarından başa düşmüşdür ki, onlar ona qarşı nə isə edə bilərlər. O, içəriyə keçib qapını örtərək bağlamaq istəmiş, ancaq Fuadla Ramil qaçaraq otağın giriş qapısınıa yaxınlaşıb qapını itələyərək bağlamağına mane olmuşlar. O, qapını bağlaya bilməmiş və Rəmillə Fuad qapını itələyərək içəriyə daxil olmuşlar. Qapı içəri tərəfə açıldığı üçün Ramillə Fuad qapını itələyərkən o, qapı ilə birlikdə arxaya hərəkət edib arxası üstə yerə otaqda olan sobanın yanına yerə yıxılmışdır. Ayağa durmaq istəyəndə Fuad yaxınlaşıb təpiklə onun sifətinin sol tərəfinə vurmuşdur. O, yan tərəfi üstə yerə yıxılmış və Ramil onun qolundan tutub ayağa qaldırdıqdan sonra sillə ilə başının arxa tərəfinə vurmağa başlamışdır. O, nə istədiklərini, nəyə görə onu döydüklərini soruşduqda Fuad nəyə görə onları satdığını soruşmuşdur. O, heç kimə bir söz demədiyini onlara bildirmişdir. Bundan sonra Ramil onun başına sillə ilə vuraraq “qazları satıb 100 manat pul almısan, həmin 100 manat pulu gətirib bizə ver” sözlərini demişdir. O, Ramilə qazları satıb əldə etdiyi pulu xərclədiyini, pulu olmadığını bildirdikdə Fuad əli ilə əynində olan köynəyin yaxasından tutub özünə tərəf çəkərək saxlamış, Ramil isə bayıra çıxıb dəmirə qaynaq edilmiş məftilə bağlanmış toru gətirərək onun başına keçirib boğaz nahiyəsindən sıxmış və onu otaqdan bayıra çıxarmışdır. Daha sonra Ramil tövlədə bir baş ördək gördüyünü, həmin ördəyi gətirib verməyini ondan tələb etmişdir. O, ördəyi vermək istəməyəndə Ramil başına sillə ilə vuraraq “tez ol, gedək, ördəyi tut ver bizə” sözlərini deyib torun quraşdırıldığı dəmirdən əli ilə tutub onu itələyə-itələyə tövləyə tərəf aparmışdır. Həmin vaxt o, ayaqyalın olmuşdur. Ramil onu tövləyə tərəf aparan zaman, tor onun başında olmuşdur. Ramil onun başında olan toru boğaz nahiyəsindən sıxdığı üçün tor onu boğmuşdur. O, həmin toru başından çıxarıb qaçmaq istəsə də, Ramil toru bərk sıxdığı üçün toru başından çıxara bilməmişdir. O, tövlənin qapısına çatıb tövlənin qapısını açarla açmış və Ramil onunla birlikdə tövlənin içərisinə daxil olmuş, Fuad isə onun qaçmaması üçün tövlənin qapısının yanında dayanmışdır. Tövlənin içərisində olarkən Ramil toru onun başından çıxarıb ördəyi tutmağını ona demişdir. Çox qorxduğu üçün ördəyi qovub tutraq qucağına götürmüş və onlar tövlədən bayıra çıxmışlar. O, tövlədən çıxan kimi Ramil həmin toru yenidən onun başına keçirib dəmirini də əlində tutaraq onu itələyə-itələyə qaldığı otağa tərəf aparmışdır. Fuad da onların arxasıyca gəlmişdir. Onlar otağa çatıb içəriyə daxil olmuş və otağın içərisində Ramil ördəyin başından və dimdiyindən öpüb üzr istəməsini ondan tələb etmişdir. O, Ramilin dediklərini etmək istəməyəndə sonuncu, sillə ilə onun başından vurmuşdur. O, qorxduğu üçün Ramilin dediyi kimi, ördəyin başından, dimdiyindən öpərək ördəkdən üzr istəmişdir. Bundan sonra Ramil otağın pəncərəsinin qarşısından kiçik mişarı götürüb ördəyin başından tutub özünə tərəf çəkərək əlində tutduğu mişarla ördəyin başını kəsməyə çalışmışdır. Ramil mişarı ördəyin boynuna sürtüb kəsməyə çalışarkən ördəyin boynundan axan qan onun üstünə və otağın divarına bulaşmışdır. Ramil mişarla ördəyin başını kəsə bilməmiş və bunu görən Fuad pəncərənin qarşısına qoyduğu bıçağı götürüb ördəyi onun əlindən alaraq bayıra çıxıb otağın qapısı qarşısında ördəyin başını kəsmişdir. Ördəyin başı kəsilən kimi Ramil ördəyin kəsilmiş başını götürüb divardan asılı olan ona məxsus pencəyin sol yan cibinə qoymuşdur. Fuad ondan bir ədəd kisə istəmiş, o, qaldığı otağın künc tərəfində olan kisələri Fuada göstərmişdir. Fuad orada olan kisələrin birini götürüb ağzını açmış və ördəyi həmin kisənin içərisinə qoymağını ona demişdir. O da ördəyi kisənin içərisinə qoymuşdur. Bundan sonra Ramil əyilib Fuadın cinsiyyət orqanından öpməsini ona demişdir. Ramilin sözündən sonra Fuad gəlib onun qarşısında dayanmışdır ki, o, Ramilin tələbini yerinə yetirib Fuadın cinsiyyət orqanından öpsün. O, Ramilə dediyini edə bilməyəcəyini bildirdikdə Ramil sillə ilə onun başından vurmuş və əli ilə boynundan tutub başını aşağı əyərək Fuadın cinsiyyət orqanından öpməsinə onu məcbur etmişdir. O, Ramilə müqavimət göstərə bilməmiş və sonuncu, onun başını aşağı əyərək Fuadın cinsiyyət orqanına tərəf yaxınlaşdırmışdır. Ramil ona qarşı bu hərəkətləri edərkən Fuad da onun qarşımda sakit dayanıb Ramilin ona qarşı etdiyi hərəkətləri seyr etmiş və onun cinsiyyət orqanından öpülməsini gözləmişdir. Ramillə Fuadın ondan əl çəkmək istəmədiklərini görüb hər ikisinin ona qarşı daha pis alçaldıcı hərəkətlər edə biləcəklərini düşünmüş və məcburiyyət qarşısında qalıb Ramilin tələbini yerinə yetirərək Fuadın əynində olan şalvarın üstündən sonuncunun cinsiyyət orqanını öpmüşdür. Şalvarın üstündən Fuadın cinsiyyət orqanından öpdükdən sonra Fuad ayağı ilə onu itələmişdir. Bundan sonra Ramil onu yenə məcbur edərək öz cinsiyyət orqanından öpməsini ondan tələb etmiş və o, şalvarın üstündən Ramilin cinsiyyət orqanını öpmüşdür. Daha sonra Ramil sillə ilə onun başına vuraraq pul tapıb verməli olduğunu ona demişdir. Ramillə Fuadın ondan əl çəkməsi üçün divardan asdığı pencəyini onlara göstərib “pencəyin cibində 15 manat pul var, ondan başqa pulum yoxdur” sözlərini demişdir. Fuad pencəyin yanına gedib pencəyin ciblərini axtarmış və pencəyin iç tərəfində olan sol döş cibindən 2 ədəd beş manatlıq, 5 ədəd bir manatlıq əskinazlar olmaqla, ümumilikdə 15 manat pulu götürüb şalvarının cibinə qoymuşdur. Ramil “bu 15 manat bizə bəs etmir, sabah saat 11 radələrinədək 150 manat pul tapıb bizə ver, əks təqdirdə sənin üçün çox pis olacaq” sözlərini demişdir. O, Ramilə pulu olmadığını bildirdikdə Ramil otaqda sobanın yanına qoyulmuş oturacağın üzərində olan bir ədəd kibrit qutusunu götürüb açaraq içərisində olan kibrit çöplərini saymış və qutunun içərisində 13 ədəd kibrit çöpü olduğunu bildirərək çöplərin hamısını kibrit qutusunun içərisinə yığıb Fuada vermiş və qutunu otaqda olan sobanın tüstüsü çıxması üçün quraşdırılmış borunun uc hissəsinə qoymasını sonuncuya bildirmişdir. Fuad da kibrit qutusunu götürüb sobanın borusunun uc hissəsinin üzərinə qoymuşdur. Bundan sonra Ramil sabah saat 11-də 150 manat pulu götürməyə gələcəyini, həmin vaxta qədər otaqda olan sobanı yandırmayıb soyuqda qalmalı olduğunu, həmin məbləğdə pulu tapıb verdiyi təqdirdə sobanı yandıra biləcəyini bildirmişdir. Ramil bu sözləri dedikdən sonra sillə ilə onun sifətinə vurmuşdur. O, həmin vaxt otaqda sağa-sola qaçıb otaqdan qaçmaq istəsə də, Fuadla Ramil otağın qapısı tərəfdə durub onun qaçıb getməsinə mane olmuşlar. Ramilin hərəkətlərindən sonra Fuad da otaqda olan gödəkçəni götürüb əyninə geyinmiş və yatdığı yataq dəstinin küncünə qoyduğu “İtel” markalı mobil telefonu da götürüb əyninə geyindiyi gödəkçənin yan cibinə qoymuşdur. Fuad həmin vaxt telefonu zəng vurub polisə məlumat verməməsi üçün götürdüyünü, səhər gəlib 150 manat pulu götürəndən sonra özünü yaxşı apardığı halda telefonun qaytaracağını, əks təqdirdə bir daha telefonu görməyəcəyini ona demişdir. Bundan sonra Ramil onun burnundan tutub dartaraq onu otaqdan çölə çıxarmış, Fuad isə odun doğrayan mişarı gətirib verməyi ondan tələb etmişdir. O, odun doğrayan mişarı onlara vermək istəməmiş, ancaq onların yenidən onu döyə biləcəklərindən və ya ona qarşı nə isə pis bir şey edə biləcəklərindən qorxub odun doğrayan mişarın digər otaqda olduğunu deyib əli ilə həmin otağı göstərmişdir. Bu zaman Ramil toru yenidən onun başına keçirib dəmirini də əlində tutub onu itələyərək odun doğrayan mişar olan otağa tərəf aparmışdır. O, otağın qapısını açdıqdan sonra Fuadla Ramil onunla bərabər içəriyə daxil olmuşlar. Fuad odun doğrayan mişarı götürüb işə salmaq istəyəndə mişar işə düşməmiş və sonuncu, benzin gətirməyini ona demişdir. O, otaqda olan plastmas qabın içərisində olan benzindən bir litrini odun doğrayan mişara əlavə etmişdir. Bundan sonra mişar işə düşmüş və Fuad mişarı söndürdükdən sonra Ramil odun doğrayan mişar olan otağın sol küncündən bir ədəd kisə götürüb mişarı kisənin içərisinə qoymuşdur. Bundan sonra Fuad içərisində odun doğrayan mişar olan kisəni belinə atıb bir əli ilə tutaraq saxlamış, digər əli ilə içərisində iki litr “Aİ-92” markalı benzin olan plastmas qabı tutmuş, Ramil isə içərisində ördək olan kisəni götürdükdən sonra onlar bağdan çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, bağda işləyən zaman Ramilin bağa gəldiyini görmüşdür. Ramilin tələb etdiyi 150 pulu sonuncuya verə biləcək imkanı olmadığı üçün Ramilin onu döyəcəyindən və onun şəxsiyyətini alçalda biləcək başqa hərəkətlər edəcəyindən qorxduğu üçün bağın hasarının üzərindən aşaraq oradan qaçıb getmişdir. Bağın hasarının üzərindən aşıb keçdikdən sonra Xudat-Qusa yoluna çıxıb Qusar rayonu istiqəmətinə qaçmağa başlamışdır. Bu zaman onun yanında bir avtomobil dayanmışdır. O, həmin avtomobili idarə edən şəxsin qonşusu Araz olduğunu görmüşdür. Araz onun qorxduğunu və həyəcanlı olduğunu görüb ondan nə olduğunu soruşmuş, o da baş verənləri Araza danışmışdır. Araz da Köhnə Xudat kəndinin sahə rəsinə zəng edib oraya polis əməkdaşlarını dəvət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 hadisənin birbaşa şahidi olmadığını, hadisə barədə 1 gün sonra məlumatının olduğunu, hadisə baş verən yeri sahibi olduğunu, təqsirləndirlən şəxsləri tanımadığını və Zərərçəkmiş şəxs hadisə baş verən yerin müvəqqəti yaşaması üçün verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 göstərdi ki, Təqsirləndirilən şəxs2 bacısı Şahid4 əridir. Təqsirləndirilən şəxs1 onun dayısıdır. O, Fuad və Cəmilə ilə birlikdə yaşayır. O, Fuad kimi küçələrdən dəmir yığıb satmaqla məşğul olur. 19 yanvar 2022-ci il tarixdə Cəmilə ilə birlikdə evdə yatarkən həmin gecə saat təxminən 04 radələrində Fuad və Ramil evə sərxoş vəziyyətdə gəlmişlər. Fuad və Ramil gecə gələn zaman heç bir şeydən söhbət etməyib yatmışlar. Onlar evə gələn zaman əllərində odun doğrayan mişar, bir ədəd ördək, Fuadın əynində bir ədəd qış gödəkçəsi olmuşdur. Fuad odun doğrayan mişarı Fərruxun odun doğramaq üçün verdiyini, ördəyi də uşaqlar yeməsi üçün verdiyini, əynində olan qış gödəkçəsini isə hava soyuq olduğunu üçün geyindiyini bildirmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Fuad dəmir gətirmək barədə ona təklif etmişdir. O, Fuadla razılaşıb sonuncu ilə birlikdə yola çıxmış, həmin vaxt Ramil evdə yatmşdır. Fuad yemək bişirməsini, dəmir yığıb gələcəklərini Cəmiləyə demişdir. O, Fuadla Fərrux işləyən bağa tərəf gedəndə yolda Fuad gecə evə gəlməmişdən əvvəl Fərruxu döydüklərini, döydükdən sonra Fərruxun gödəkçəsini, telefonunu, odun doğrayan mişarını və bir ədəd ördəyini aldıqlarını ona bildirmişdir. Bundan sonra Fuad cibindən bir ədəd telefonu çıxarıb həmin telefonun Fərruxa aid olduğunu, həmin telefonu Fərruxu döyüb ələ keçirdiyini, indi isə sonuncudan üzr istəyib telefonu qaytarmaq istədiyini demişdir. Bundan sonra Fuad Fərruxdan üzr istəməsi üçün sonuncunun yanına onunla birlikdə getməsini ondan xahiş etmişdir. Fuad demişdir ki, o, qadındır, onun yanında Fərruxdan üzr istəsə sonuncu, Fuadı bağışlayar. O, Fuadla razılaşmış və Fərruxun Fuadı bağışlamasını istəmişdir. Fuadla birlikdə bu məqsədlə Fərruxun işlədiyi bağa tərəf gedəndə yolda Ramil ilə rastlaşmışlar. Ramillə qarşılaşıb haradan gəldiyini sonuncudan soruşmuşlar. Ramil əvvəlcə işinin olduğunu bildirərək haraya getdiklərini onlardan soruşanda Fuad Fərruxun işlədiyi bağa gedib sonuncudan üzr istəyəcəyini bildirmişdir. Ramil bağdan gəldiyini və orada heç kimin olmadığını demişdir. Fuad Ramildən nə üçün oraya getdiyini soruşanda sonuncu, pul üçün getdiyini bildirmişdir. Bundan sonra onlar Ramilin sözünə qulaq asmayıb Fərrux işləyən bağa tərəf getmişlər. Ramil onların getdiyini görüb onlara qoşulmuşdur. Hər üçü Fərrux işləyən bağa getmiş, o, çöldə gözləmiş, Ramil və Fuad bağa daxil olmuşlar. Təxminən 5 dəqiqə sonra Fuadla Ramil bağdan onun yanına gəlmiş və bağda heç kimin olmadığını demişlər. Daha sonra onlar evə tərəf yola düşmüşlər. Yolda gedən zaman yanlarından bir ədəd içərisində polis əməkdaşları olan avtomobil keçmişdir. Bunu görən Fuadla Ramil qaçıb gizlənmişlər. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əridir. O, Fuadla evli olsa da, sonuncu ilə rəsmi nikaha girməmişdir. Onlar Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən evdə kirayə yaşayırlar. Fuad onun ikinci əridir. Onun birinci ərindən üç övladı vardır və övladlarının hər biri onunla birlikdə yaşayır. Fuadla evləndikdən sonra üç övladı dünyaya gəlmişdir. Həmin uşaqların birinin iki yaşı, birinin üç yaşı digərinin isə dörd yaşı var. Həmin uşaqlar da onlarla birlikdə yaşayır. Fuad küçələrdən dəmir yığıb satmaqla ailəsini dolandırır. Bacısı Məhluqə də iki övladı ilə birlikdə onun ailəsi ilə bir yerdə yaşayır. Yanvar ayının 7-də ad günü olduğuna görə ögey anası Xatirə ilə dayısı Təqsirləndirilən şəxs1 onlara gəlmişlər. Həmin günün axşamı X12 kəndinə getsə də, Ramil onların evində qalmışdır. Fuad Ramilin işsiz olduğunu görüb özü ilə küçələrdən dəmir yığıb satmağı Ramilə təklif etmişdir. Ramil də Fuadla razılaşaraq onlarda qalmışdır. Bundan sonra Ramil Fuadla evdən çıxaraq küçələrdən dəmir yığıb satmağa başlamışlar. Məhluqə də küçələrdən dəmir yığıb satmaqla özünü dolandırır. 19 yanvar 2022-ci il tarixdə gecə saat 04 radələrində yaşadığı evdə yatan zaman Fuad və Ramil sərxoş vəziyyətdə evə gəlmişlər. Fuad və Ramil evə gəldikdən sonra heç bir söz deməyib yatmışlar. Fuad və Ramil evə gələn zaman əllərində odun doğrayan mişar, bir ədəd ördək, Fuadın əynində bir ədəd qış gödəkçəsi olmuşdur. Səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Fuad gedib birlikdə dəmir gətirməyi Məhluqəyə təklif etmişdir. Məhluqə də Fuadla razılaşıb sonuncu ilə birlikdə yola çıxmışdır. Məhluqə ilə Fuad evdən çıxdıqdan bir neçə dəqiqə sonra Ramil də yuxudan durub paltarlarını geyinib Fuad və Məhluqənin harada olduğunu soruşmuşdur. O, Fuadla Məhluqənin dəmir yığmaq üçün evdən çıxdıqlarını Ramilə demişdir. X9 yanına gedəcəyini deyib evdən çıxmışdır. O, Fuadın istifadəsində olan mobil telefonuna zəng edərək Ramilin onların yanına gəldiyini demişdir. Bundan sonra isə nə olması ilə bağlı bir məlumatı yoxdur. Həmin vaxtdan bir müddət keçdikdən sonra Fuad ona zəng edərək polislər tərəfindən axtarıldığını, polisdən qaçdığını bildirmişdir. Daha sonra Fuadla Ramilin izahat vermək üçün Xudat PB-nə getdiklərini öyrənmişdir. Şahid3 Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, daimi olaraq Şəki rayonunda yaşayır. Ancaq onun Xaçmaz rayonu, Köhnə Xudat kəndində bağ sahəsi olduğu üçün hər ilin bir neçə ayını Xaçmaz rayonunda qalır. Köhnə Xudat kəndində bağ sahəsi olan Şahid1 bir müddətdir ki, tanıyır. Şahid1 bağ sahəsi onun bağ sahəsinin yanında yerləşir. Ona görə də həmin bağ sahəsində işləyən Fərrux adlı şəxsi də tanıyır. Fərrux Rəşidin bağ sahəsində həm işləyir, həm də həmin bağ sahəsində gecələr qalaraq oraya nəzarət edir. 19 yanvar 2022-ci il tarixdə saat təxminən 11 radələrində özünə məxsus olan avtomobillə Xudat- Qusar yolu ilə Qusar rayonu istiqamətində hərəkətdə olan zaman Fərruxun işlədiyi bağ sahəsinin yanından keçəndə Fərruxun yol ilə qaça-qaça gəldiyini görmüşdür. O, Fərruxu görüb avtomobili sonuncunun yanında saxlamış və avtomobildən düşəndə Fərruxun çox həyəcanlı olduğunu və qorxusundan titrədiyini görmüşdür. Fərrux gecə iki nəfər şəxsin sərxoş vəziyyətdə işlədiyi bağ sahəsinə gəlib qaldığı otağa zorla daxil olaraq sonuncunu bir az döydükdən sonra Fərruxdan zorla pul tələb etdiklərini, həmçinin sonuncuya qarşı alçaldıcı hərəkətlər etdiklərini və əmlaklarını ələ keçirdiklərini bildirmişdir. O, həmin şəxslərin kim olduğunu soruşduqda Fərrux yol ilə Xudat şəhəri istiqamətinə gedən iki nəfər şəxsi ona göstərib həmin iki nəfər şəxs tərəfindən qanunsuz hərəkətlərə məruz qaldığını demişdir. Həmin şəxslərin yanında bir nəfər qadın da olmuşdur. Fərrux həmin şəxslərdən birini tanışı Fuad, digərinin isə sonuncunun qohumu olduğunu bildirmişdir. O, gözləməsini və polisə zəng edəcəyini Fərruxa demişdir. X19 kəndinin sahə rəsi Fariz müəllimə zəng edib Fərruxun başına gələnlər barəsində polis əməkdaşına danışmış və təcili olaraq Fərruxun işlədiyi bağ sahəsinə gəlməsini Farizə demişdir. Fərrux da Xudat bölməsinin əməliyyat qrupunu götürüb hadisə yerinə gəlmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində Xudat–Qusar avtomobil yolunuyn sağ tərəfində yerləşən Şahid1 məxsus bağ sahəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu Köhnə Xudat kəndində yaşayan evində Zərərçəkmiş şəxs ələ keçirdiyi 01 ədəd gödəkçəni, 01 ədəd “İtel” markalı mobil telefonu, 01 ədəd “UÜPB-652-501” markalı odun doğrayan mişarı, içərisində benzin olan 01 ədəd plastmas qabı təqdim etmiş və həmin predmetlər baxış keçirilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol tərəf sifət nahiyəsinin şişkinliyi və sağ baldır nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2022-ci il tarixli, 9/893 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 96,00 manat, təqdim edilməyən ördək nəzəri qaydada 15,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 fevral 2022-ci il tarixli, 422 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində emosional oyanıqlıq yaranmışdır. Həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtlənə bilərdi. Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 fevral 2022-ci il tarixli, 423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 30 aprel 2022-ci il tarixli qərara əsasən 01 ədəd gödəkçə, içərisində iki litr “Aİ-92” benzin olan 01 ədəd qab, 01 ədəd “UÜPB-652-501” markalı odun doğrayan mişar, 01 ədəd “İtel” markalı mobil telefon və 01 ədəd yaşıl rəngli iplə toxunmuş torun qaynaq edildiyi dəmir parçasının 26 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin predmetlər saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün azad edilmişdir. Şabran rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 31 mart 2023-cü il tarixli ərizədən aydın olur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə yazaraq hər iki təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 övladları X3 xx.xx.2018-ci il, X14 xx.xx.2020-cil və X10 xx.xx.2017-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən Xaçmaz RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şifahi şikayətlər daxil olmuşdur. Kənd əhalisi və cəmiyyət üçün mənfi xarakterizə olunan bir vətəndaşdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini 59.1.13-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini 59.1.13-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün azad edilmişdir. Şabran rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi vardır. Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivinin olması və onun cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-сi il tarixli qərarı ilə həbs etmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs2 tutulduğu 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-сi il tarixli qərarı ilə həbs etmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 oğlunun tutulduğu 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan 01 ədəd gödəkçə sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İçərisində iki litr “Aİ-92” benzin olan 01 ədəd qab, 01 ədəd “UÜPB-652-501” markalı odun doğrayan mişar, 01 ədəd yaşıl rəngli iplə toxunmuş torun qaynaq edildiyi dəmir parçası məhv edilməlidir. 01 ədəd “İtel” markalı mobil telefon isə sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat və digər Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6-cı maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6-ci maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 150.2.4-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3cü maddələri ilə isə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 145.2.5, 145.2.6, 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6-cı maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6-ci maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 150.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3cü maddələri ilə isə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan 01 ədəd gödəkçə sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İçərisində iki litr “Aİ-92” benzin olan 01 ədəd qab, 01 ədəd “UÜPB-652-501” markalı odun doğrayan mişar, 01 ədəd yaşıl rəngli iplə toxunmuş torun qaynaq edildiyi dəmir parçası məhv edilsin. 01 ədəd “İtel” markalı mobil telefon isə sahibinə qaytarılsın. 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar