Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-102/2025 02.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X25 və X11 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisləri – X26 və X13 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Kürdəmir rayonu, Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada taksi sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 1 ədəd sellofan torbada xeyli miqdarda yəni, təmiz çəkisi 2,473 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, 1 aprel 2024-cü il, saat 10:04-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək atası X14 başma daşla vurması barədə məlumat verdikdən sonra 1 aprel 2024-cü il, saat 10:25-də Sumqayıt şəhəri, 76-cı məhəllə, “Həkəri” marketin yaxınlığında olan Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün saxlanılaraq 5-ci polis bölməsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən həmin 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,473 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs özünün pis vərdişləri ilə əlaqədar təxminən bir il əvvəldən atası X23 və anası Zərərçəkmiş şəxs mütəmadi olaraq ona irad bildirməsi və bununla bağlı aralarında tez-tez baş verən mübahisələr səbəbindən qisas niyyəti ilə Hakim Məmmədovu və Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün 19 aprel 2024-cü il, saat 00 radələrində yaşadıqları ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzildə istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayıb gəzdirdiyi bir ədəd qatlanan konstruksiyalı, açıq vəziyyətdə ümumi uzunluğu 210 mm olan, tiyəsinin üzərinə “Tiqr” zavod yazısı həkk olunmuş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə otağın döşəməsinə sərilmiş yataq dəstinin üzərində yatmış, yəni özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan atası X23 və daha sonra Hakim Məmmədovu və özünü müdafiə etməyə çalışan Zərərçəkmiş şəxs hücum edib Hakim Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 20 ədəd zərbə vuraraq döş qəfəsinin ön səthinin sağ yarısının sağ yuxarı iç hissəsinin sağ ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası və qarının ön səthinin sağ yarısının qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, döş qəfəsinin, bel nahiyəsinin, hər iki kürəkaltı nahiyənin, əlin, sol bazunun, sol bazu oynağının, sağ körpücükaltı nahiyənin, sol bel nahiyəsinin daxilə keçməyən yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən, həmçinin, Zərərçəkmiş şəxs sol bazu və qarın nahiyələrinə zərbələr vuraraq sol bazunun bayır səthinin aşağı 1/3-nin dirsək oynağını tutan və bazu arteriya və venasını zədələyən yarası ilə müşayiət edilən həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən, qarının sol yan səthinin qarın boşluğuna keçməyən kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməsi nəticəsində zərərçəkmişlərin hər ikisində baş vermiş kəskin qanitirmə nəticəsində hər ikisinin gözləri qarşısında onlara müstəsna dərəcədə qəddarlıq göstərərək xüsusi iztirab və əzab verdiyini dərk etməklə, eləcə də Hakim Məmmədova həyatda olduğu anda iztirablar verməsini dərk edib 20 ədəd xəsarət yetirərək müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə xüsusi əzab və işgəncə verməklə, xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni Hakim Məmmədov və Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməklə qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş, aşkar surətdə köməksiz vəziyyətdə olan adamı və xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürmüş, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 120.2.9, 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 120.2.9, 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, anasını qəsdən öldürməmişdir. Bıçaq anasının qolundan dəymişdir. Anasını qəsdən öldürmədiyini müstəntiqə bildirmişdir. Hadisə zamanı anasına xəsarət yetirmişdir. Anasını qəsdən öldürmədiyini sübut edə bilməmişdir çünki, hadisə zamanı onun yanında başqa şəxslər olmamışdır. Həmin vaxtı evdə özü, atası və anası olmuşdur. Atasını öldürmək səbəbi uşaq vaxtından onun anasını incitməsi olmuşdur. Bəzi yaşanmış hadisələr onda yığıldığına görə atasını öldürmüşdür. Müharibəyə getmiş və müharibədə bir az xəsarət almışdır. Onda səbrsizlik yaranmışdır. Atası ilə aralarında mübahisə yaranmışdır. Ən sonunda olan mübahisəni qəbul etmədiyinə görə hadisə baş vermişdir. O, 1 aprel tarixində saxlanılan zaman üzərindən narkotik vasitə aşkar olunmuşdur. İttihamda göstərilən tarix, saat və miqdar düzgün göstərilmişdir. Onun uşaqlıq dövründə atası anasını incitmişdir. Ona görə də o, atasını öldürmək qərarına gəlmişdir. Ov bıçağını internet vasitəsi ilə əldə etmişdir. Tanımadığı şəxsdən almışdır. Özü taksi fəaliyyəti ilə məşğul olmuşdur. Gündəlik yemək yemək üçün bıçaq lazım olduğuna görə həmin ov bıçağını almışdır. Eyni zamanda gecə saatlarında işlədiyi üçün özünü müdafiə məqsədi ilə almışdır. Hadisə 19 aprel tarixində gecə saatlarında baş vermişdir. Atasının otağına girəndə atası hələ yatmamışdır. Onların evləri birotaqlı olmuşdur. Anası ilə atası bir otaqda olmuşlar. Hər üçü otaqda olanda artıq bıçaq onun üzərində olmuşdur. O, atasına ilk bıçaq zərbəsi vuranda atası ayaq üstə olmuşdur. Evə niyə gec gəlirsən tərzdə mübahisələri olmuşdur. Həmin vaxtı o, özündə olmamışdır. Neçə bıçaq zərbəsi vurmağı yadında deyildir. Anasının qolunda qanı gördükdən sonra ayılmışdır. Həmin vaxtı o, geri çəkilmişdir. Daha sonra anasının belinə də bıçaq zərbəsi vurduğunu görmüşdür. Belində iki bıçaq cızığı olmuşdur. Anasının qolunda qanı görəndə həmin bıçaq zərbəsinin anasının qolunun aşağı hissəsindən dəydiyini düşünmüşdür. Onun müharibədən qalan xəsarətləri olduğuna görə onun ağlına anasını xəstəxanaya aparmaq lazım olduğu gəlmişdir. Anasının bel hissəsində olan bıçaq zərbələrinin izlərini müstəntiq şəkilləri göstərəndə görmüşdür. Rafiq onun atası ilə ailəvi dost olmuşdur. Hadisədən iki gün əvvəl Rafiq adlı şəxsin üstündə onların mübahisələri olmuşdur. Ona görə də o, atası ilə dalaşmışdır. Rafiqin nə üçün onlara gəlib içki içməsinin səbəbini bilməmişdir. Onun üstündə yenidən mübahisələri başlamışdır. Ailə üzvlərindən təkcə özü Rafiqə “nə üçün bizdə içki içirsən” deyə irad bildirmişdir. Ailəvi dost olduqlarına görə onun elə söz deməyi nəticəsində mübahisələri olmuşdur. Hadisə günü də onların mübahisələri onun üstündə başlamışdır. O, atasını bıçaqlayan zaman atası köməksiz vəziyyətdə olmamışdır. Atasını bıçaqlamamışdan öncə atası onun üzərinə yerimişdir. Atası ilə anasının arasında həmişə söz-söhbət olmuşdur. Əməlindən peşman olmuşdur. Onun atasının 62 yaşı olmuşdur. Yaşadıqları mənzil atasına məxsus olmuşdur. Hadisə baş verməmişdən əvvəlki dövrdə bir dəfə atasının başına kərpic atmışdır. Bacısına “mənim başımı aşağı salası heç bir hərəkət etmə” demişdir. Etdiyi hərəkətlər nəticəsində aralarında mübahisə olmuşdur. Onun anasını qəti olaraq öldürmək niyyəti olmamışdır. Müstəntiqə də bunu bildirmişdir. Müstəntiq ona həmin məsələni məhkəmə baxışı zamanı bildirməli olduğunu demişdir. Əvvəl atası ilə dalaşdığına görə onu məsuliyyətə cəlb etdikləri zaman atası onunla barışmış və onu bağışlamışdır. Onun başını aşağı salası hərəkətlər etməsin deyə bacısını boğmaq istəmişdir. Onun bacısı 2009-cu ildə ailə həyatı qurmuş və onların yanlarından ayrılmışdır. Atasının analarına qarşı davranışlarını bacısı görməmişdir. O özü könüllü təslim olmuşdur. Hadisəni törətdiyi yerlə polislərlə rastlaşdığı yer arasında ***-**** metrlik məsafə olmuşdur. O həmin vaxt özü Baş Polis İdarəsinə gedirmiş. Anasına iki xəsarət yetirmişdir. Yan hissəsindən xəsarət yetirməyini dəqiq xatırlamamışdır. Onunla anası arasında münaqişə olmamışdır. Onun atası yatmış vəziyyətdə olmamışdır. O atasını yatılı vəziyyətdə olarkən vurmağına dari ifadə vermədiyini, belə bir ifadə verdiyini xatırlamadığını bildirmişdirr. Atası ilə aralarında olan münaqişəyə görə atasını öldürmüşdür. Hər zaman taksidə gəzdirdiyi bıçağı bu dəfə üzərində qalmışdı. Birinci bıçaq zərbəsini atasına vurandan sonra anası yaxınlaşmışdır. Biriki bıçaq zərbəsindən sonra bıçaq əlindən düşmüşdür. Atası bu zaman ayaqüstə olmuşdur. İkinci bıçaqla da atasını vurmuşdur. Birinci bıçaq əlindən düşənə qədər anasını vurmağı yadına gəlməmişdir. Anasına bıçaq zərbəsi dəyəndən sonra ondan kömək istəməmişdir. O, evdən çıxanda anası sağ olmuşdur. O ancaq atasını görmüşdür. Evdən çıxanda anasını görməmişdir. Anasını taksidə gəzdirdiyi bıçaqla vurmuşdur. Mətbəx bıçağını sonradan götürmüşdür. Birinci bıçaqla anasını vurmağını ona müstəntiq ekspertiza rəyi əsasında demişdir. Özü bilməmişdir. Ekspert rəyində birinci bıçaqla yetirilən xəsarətin izləri ilə eynilik təşkil etdiyini ona demişdir. Anasının qolunun qanadığını görmüşdür. O, anasının qoluna bıçağın yüngül formada dəydiyini zənn etmişdir. Evdən çıxanda anasına dönüb baxmamışdır. Atasına birinci bıçaq zərbəsini vurandan sonra anası qonşulardan kömək istəmişdir. O, anasına yetirilən xəsarətin ölümlə nəticələnə biləcəyini bilməmişdir. O, mətbəx bıçağını evin balkonundan götürmüşdür. Onların mətbəx əşyaları balkonda yerləşmişdir. Onun mətbəxdən bıçağı götürüb qayıtması heç 10 saniyə çəkməmişdir. Hadisəni törətməmişdən əvvəl atası mübahisə zamanı onun üzərinə gəlmişdir. Atasına neçə bıçaq zərbəsi vurmağından məlumatı yoxdur. Anasını öldürməkdə peşman olmuşdur. Anasının ölməsini ona müstəntiq demişdir. Atasını öldürmək niyyəti olduğuna görə anası onun gözünə görünməmişdir. Elan olunan ifadəni vermədiyini bildirmişdir. Atasını yatdığı yerdə öldürmək niyyəti olsaydı, bir dənə boğazından vurarmış. Bıçaq zərbələrini hansı hissəyə vurması yadında deyildir. Atası ona müqavimət göstərmişdir. Atası ilə mübahisə edəndə anası həmişə onun tərəfini tutmuşdur. Anası onu çox istəmişdir. O da anasını çox istəmişdir. Onun atasını öldürmək niyyəti həmin an yaranmışdır. Onun atası içki içən olmamışdır. O, həmin günü atasını öldürməsi ilə bağlı heç kəsə heç nə deməmişdir. O, evdən çıxanda tibbi yardımın işçilərini görməmişdir. Anasının təcili tibbi yardımı çağırmasını bilməsə də, bir dəfə çölə çıxdığını görmüşdür. Həmin zaman o, hələ hadisəni törətməmişdir. O vaxta qədər də atası ilə aralarında mübahisə olmamışdır. Anasının yan tərəfindən bıçağın girməsini görmüşdür. Atasını vurmağa davam edərkən, yenə anası aralarına girmişdir. Onda da bıçaq anasının qol hissəsindən dəymişdir. Həmin vaxtı atası qapının ağzında olmuşdur. Anasının ölüb-ölmədiyini bilməmişdir. Çölə çıxanda qonşuları qapının ağzında görmüşdür. Onların yanından keçərək çıxıb getmişdir. İkinci bıçağı gətirəndə anasına xəsarət yetirməmişdir. İkinci bıçaqla ancaq atasına xəsarət yetirmişdir. Anasının qonşu ilə danışıb içəri girəndən nə qədər sonra bu hadisənin baş verməsi yadında deyildir. Təcili tibbi yardım çağırmaq məsələsi olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsi elan olunmaqla araşdırılmış. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında atası X23, anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. X5 2009-cu ildə, digər bacısı X19 isə 2012-ci ildə ailə qurub köçmüşlər. Vətən müharibəsi zamanı elan edilmiş qismən səfərbərliklə əlaqədar müharibədə iştirak etmişdir. Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissədə döyüşmüş, Qubadlının işğaldan azad edilməsi və müharibədə iştirak etməsi ilə əlaqədar medallarla təltif edilmişdir. Onun əvvəllər atası ilə münasibətləri yaxşı olmamışdır. Atası onun uşaq yaşlarından etibarən anası və onu döymüş, incitmişdir. Əvvəllər o, atası və anası arasında mübahisə olanda müdaxilə edə bilməmiş, lakin son vaxtlar atası anası ilə mübahisə edəndə o, onların mübahisələrinə müdaxilə edib anasını müdafiə etmişdir. Uzun müddət əvvəldən ailəvi dostu Rafiq və onun ailəsi ilə yaxın münasibətləri vardır. Belə ki, onlar mütəmadi olaraq onların evinə qonaq gəlib getmişlər. Son vaxtlar isə Rafiq onların evinə tək qonaq gəlmişdir. Çünki o, onlara gələndə spirtli içki qəbul etmiş, ailəsi də Rafiqin evdə spirtli içki qəbul edib sərxoş olmasından utandığı üçün son vaxtlar onlara qonaq gəlməmişlər. 31 mart 2024-cü il tarixdə Rafiq yenə onlara tək qonaq gəlmişdir. Həmin gün, saat 21 radələrində o, yaşadığı mənzilə daxil olanda artıq Rafiqin onların evində olduğunu görmüşdür. Həmin vaxt atası ona tapşırmışdır ki, Rafiqin içməsi üçün araq alıb gətirsin. Atası isə son illər spirtli içki qəbul etməmiş, ürəyi xəstə olmuşdur. O, atasının sözünü yerə salmayıb dükana gedib araq alıb gətirmişdir. Rafiq həmin arağı onların evində içib sərxoş olmuşdur. O da arabir ona söz atmışdır ki, onların evində sərxoş dayanmasın, çıxıb getsin. Artıq saat 22-22:30 radələri olmuşdur ki, o, Rafiqin artıq getməli olduğunu deyib onu evdən çölə dəvət etmiş və onu yola salacağımı bildirmişdir. Bu məqsədlə onlar yaşadığı mənzildən dəhlizlə binanın qarşısına düşəndə ona demişdir ki, onların evə tək gəlməsini və onların evində araq içməsini bəyənmir. Bunu o Rafiqə çoxdan demək istəmişdir. Çünki onun düşüncəsinə görə Rafiqin ailəsi yanında olmadan onların evinə gəlib heç kim içmədiyi halda gecə saatlarınadək araq içib sərxoş olması düzgün davranış deyildir. O, bu sözləri Rafiqə deyəndə Rafiq əvvəlcə ona tərs-tərs baxmağa başlamışdır. Binanın qarşısında olarkən isə onu əli ilə itələmişdir. O, atasına və Rafiqin ailə üzvlərinə olan hörmətinə görə ona heç nə etməmiş və yaşadığı mənzilə qalxmışdır. Bundan sonra evdə atası ilə mübahisə etmiş, lakin dalaşmamışlar. Atası Rafiqə dediyi sözlərdən narazı olmuşdur. Onların səs-küyü o qədər qalxmışdır ki, qonşular onları sakitləşdirmək üçün onların mənzilinə gəlmişlər. O, dəhlizə çıxıb bir az orada vaxt keçirmişdir. Atası 1 aprel 2024-cü il tarixdə saat 3-4 radələrində evdən çıxıb işə getmişdir. Atası Sumqayıt şəhər Uşaq xəstəxanası ilə üzbəüz yerləşən binada gözətçi işləmişdir. Anası da həmin binada xadimə işləmişdir. O, 1 aprel 2024-cü il tarixdə, səhər saatlarında bacısı Fizzə Sadıqovaya mesaj yazıb bildirmişdir ki, birdən onun başını aşağı edəcək hərəkətlər edər. Bacısı isə ona cavab yazıb belə bir hərəkət etmədiyini bildirmişdir. O isə bacısından yenidən bunu edib-etmədiyini soruşmuşdur. Bacısı isə onun mesajlarını oxuduğu halda cavab yazmamışdır. Onun bacısına həmin mesajı yazmaqda məqsədi ona xəbərdarlıq etmək olmuşdur. Çünki bacısının heç bir pis hərəkətini görməmiş, eşitməmişdir. Sadəcə əvvəlcədən ona xəbərdarlıq etmişdir ki, onun başını aşağı salacaq hərəkət etməsin. Lakin bacısı son mesajına cavab yazmadığına görə o, bacısının belə bir hərəkət etməsindən şübhələnmiş və onu qorxutmaq məqsədilə yaşadığı evdə məişət üçün istifadə etdiyi mətbəx bıçağını üzərində götürüb onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evə getmişdir. Evə daxil olanda bacısı Fizzənin evdə olmadığını görmüşdür. Həmin evlə eyni həyətdə olan bacısının qayınının evinə daxil olmuşdur. Bacısına yaxınlaşıb onun başını aşağı salacaq hərəkət edib etmədiyini soruşub üstünə cummuş və əlini havaya qaldırıb onu əli ilə vurmaq istəyəndə bacısı Fizzənin əri Baba onun əlini arxadan tutmuş, aralarında mübahisə yaranmış, onunla əlbəyaxa dalaşmışlar. O, onların evinə gedəndə bıçağı qolu ilə paltarının arasında gizlətmişdir. Fizzəni qorxutmaq üçün bıçağı götürmüşdür. Lakin bıçağı çıxarmamışdır. Baba ilə dalaşanda Baba onun qolunda bıçaq gizlətdiyini görmüşdür. Onu evdən çölə çıxarmış, sonra zəng edib atasını çağırmışlar. Atası gələnə qədər Baba onu tutub saxlamışdır. Atası gələndən sonra onlar evdən çıxıb küçə ilə hərəkət edəndə həmin axşam Rafiqə etdiyi hərəkətə görə, həm də bacısının evinə gəlib etdiklərinə görə atası onunla mübahisə edib danlamışdır. O da həmin vaxt atasının onu danlamasından əsəbiləşib yerdən kərpic parçası götürüb ona tərəf atmışdır. Kərpic parçası onun başına dəymişdir. Onların səs-küyünə həmin küçədə yaşayan sakinlər, həmçinin yeznəsi Baba da gəlmişdir. Həmin vaxt Baba ilə yenə əlbəyaxa olub dalaşmışlar. Sonra o, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Atası da ondan şikayət etmişdir. Baba ilə dalaşması ilə bağlı ondan heç bir şikayət və tələbi yoxdur. Ona yaxınlaşan polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Çünki onlar onun hərəkətlərindən şübhələnmişlər. 5-ci polis bölməsinə aparıldıqdan sonra üzərində vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış və o, şalvarının sağ yan cibindən narkotik vasitə olan tiryəki çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarından və başqa şəxsdən heç bir şikayət və tələbi yoxdur. Həmin vaxt atası Hakim Məmmədov da bölmənin inzibati binasında olmuşdur. Bundan sonra onun barəsində CM-nin 234.1 -ci maddəsi ilə cinayət işi başlanmışdır. Atası sonradan onunla barışdığına görə onu döyməsinə görə cinayət məsuliyyətinə cəlb edilməmişdir. 18 aprel 2024-cü il tarixdə, saat 20:30 radələrində işdən evə gəlmişdir. Avtomobili binanın qarşısında saxlayıb mənzilə qalxmışdır. Mənzilin qapısı açıq olmuşdur. O, içəri daxil olmuşdur. Atası və anası evdə olmuşdur. O, çarpayıda uzanıb televizora baxmış, masanın ətrafında əyləşib çay içmişdir. Atası və anası ilə aralarında heç bir mübahisə və dava-dalaş olmamışdır. Lakin 19 aprel 2024-cü il tarixdə, saat 00 radələrində artıq onlar yatmağa hazırlaşmışlar. Masanı otağın ortasından kənara çəkmişlər. Döşəməyə iki ədəd döşək salmışlar. Həmin vaxt o, çarpayıda, atası və anası da yerdə döşəkdə uzanmışdır. Otağın işığını söndürsə də, eyvanın işığı yanılı olmuş, otaq aydınlanmışdır. O, çarpayıda uzandığı vaxt yenidən atası ilə Rafiqlə bağlı olan mübahisəsini açmışdır. Yenidən onunla mübahisə etmişlər. Lakin atası yatdığı döşəyin üzərində, o da çarpayının üzərində olmuşdur. Mübahisə vaxtı çox əsəbiləşmiş və atasının üstünə cummuşdur. Atası durub ona yumruq zərbələri vurmuşdur. O da özünü müdafiə etmək üçün üzərində olan bıçağı çıxarıb atasına bıçaqla zərbələr vurmağa başlamışdır. Təxminən 10-a yaxın zərbəni bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Həmin vaxt anası onları aralaşdırmaq üçün aralarına girmişdir. Bıçaq zərbələri ona da dəymişdir. Lakin o, anasını bıçaqlamaq istəməmiş, onu öldürmək də istəməmişdir. Elə bir niyyəti olmamışdır. Bu ehtiyatsızlıqdan olmuşdur. Atası həmin bıçağı əlindən almışdır. Həmin vaxt həmin bıçaq, yəni İran İslam Respublikası vətəndaşından aldığı bıçaq onun sağ əlini kəsmişdir. Artıq bıçaq atasının əlində olduğuna görə o, atasının həmin bıçaqla onu vuracağından qorxub eyvana qaçmışdır, məişət əşyalarını qoyduğu dolabdan mətbəx bıçağını götürüb geri qayıtmış və atasına həmin bıçaqla bir zərbə vurub evdən qaçmışdır. O, evdən çıxanda atası yerə uzanmış, huşsuz olmuş, anası isə sağ olmuşdur. Mənzildən çıxanda dəhlizdə adamlar olmuşdur. Lakin o, başını yuxarı qaldırıb onlara baxmamışdır. Buna görə də konkret olaraq orada kimin olduğunu bilmir. Hadisə 19 aprel 2024-cü il tarixdə, saat 00 radələrində yaşadığı ünvan 1 ünvanında baş vermişdir. O, atasına bıçaqla zərbələr vuranda üzbəüz ayaqüstə dayanmışlar, lakin onunla əlbəyaxa dalaşa-dalaşa ona zərbələr vurmuşdur. Buna görə də onun bədəninin müxtəlif nahiyələrindən özünü müdafiə etmək üçün bıçaqla vurmuşdur. Atası ona yumruq zərbələri vurmuşdur, anası isə vurmamışdır. Hadisə vaxtı evdə onlardan başqa heç kim olmamışdır. O, evdən çıxıb binanın qarşısına düşəndə qonşuların səsini eşitmiş, artıq həmin vaxt onlar çıxmışdır. O, evdən çıxanda onların kim olduğunu görməmişdir. O, hadisə vaxtı alkoqol, narkotik vasitə və psixotrop maddənin təsiri altında olmamış, sərxoş olmamışdır. Uşaq vaxtlarından atasının ona və anasına etdiyi hərəkətlər onu öldürmək həddinə çatdırmışdır. Anası ilə isə heç vaxt problemi olmamışdır. Hadisə vaxtı da ona hücum etməmiş, o, atasına bıçaqla zərbə vurarkən anası onların arasında girmiş və bıçaq zərbəsi ona dəymişdir. Qonşular qapının ağzına toplaşdığı üçün onların mənzilə girəcəyindən ehtiyat etmişdir. Anasının yarasının da ciddi olmadığını düşünmüşdür. O, çıxanda qışqırıb təcili yardım çağırılmasını qonşulardan istəmişdir. O, əvvəlcə üzərində olan bıçaqla atasına zərbələr vurmuş, daha sonra anası aralarına girəndə ona zərbə dəymişdir. Anası onun atasına bıçaqla zərbələr vurduğunu görəndən sonra qışqırıb qonşuları səsləyib kömək çağırmışdır. Mübahisə vaxtı o, atasının bunu görübgörmədiyini bilməmişdir. Atası ona yumruq zərbələri vurmuş, dalaşanda da müqavimət göstərmişdir. Anası da araya girib əlini qabağa vermişdir ki, atasına zərbə vurmasın. Atasına bıçaq zərbələri vurandan sonra taqətdən düşmüş və atasının müqavimətini qıra bilmişdir. Anasının da ona gücü çatmamışdır. Həmin vaxt yarasının ağrısını hiss etməmişdir. Hadisədən əvvəl həmin stəkan masanın üzərində olmuş, atası ilə mübahisə edib dalaşarkən yerə düşmüşdür. O, taksi sürücüsü işləyib maddi təminatımı özü ödəmişdir. Bacardığı qədər valideynlərinə kömək etmişdir. Atası 7-8-12-ci birləşmiş məhəllədə yerləşən yeni tikili çoxmərtəbəli binada gözətçi, anası isə orada xadimə işləmişdir. O, maddi təminatı ilə bağlı valideynlərindən əksər hallarda kömək istəməmişdir. Bəzi hallarda onlardan pul istəmiş, həmin vaxt da 5-10 manat pul almış, böyük məbləğdə pul istəməmişdir. Valideynləri ilə aralarında pul və digər əmlakla bağlı mübahisəsi olmamışdır. Hadisə vaxtı və hadisədən sonra evdən hər hansı pul və digər əmlak götürməmişdir. Hadisədən sonra yolda polis əməkdaşlarını görmüş, onlara yaxınlaşmışdır. Ancaq onlara məlumat vermişdir. Törətdiyi əməldən peşmandır. Atası uşaq yaşlarından onu və anası incitdiyi üçün onda atasına qarşı yığılıb qalmış qəzəbi və son vaxtlar aralarında baş verən mübahisələr onun atasını öldürməsinə gətirib çıxartmışdır. Anası ilə isə heç vaxt problemi olmamışdır, anasını öldürmək fikri olmamışdır, hadisə vaxtı anası onların aralarına girdiyi üçün onun atasına vurmaq istədiyi bıçaq zərbəsi ona dəymişdir. O, ifadəsində göstərdiyi kimi bacısından onun başını aşağı salacaq hərəkət edib-etmədiyini soruşmuşdur. Bacısı mesajlarını oxuyub dəqiq cavab vermədiyinə görə o, şübhələnib yaşadığı evdən bıçaq götürüb onu qorxutmaq məqsədilə gödəkcəsinin altında qolunda həmin bıçağı gizlətmiş və bacısının yaşadığı evə getmişdir. O, həmin vaxt əlini havaya qaldırsa da, Baba onun bacısını vurmasına imkan verməmişdir. O, bıçağı gödəkcəsinin altından çıxarmamışdır. Heç Fizzəni bıçaqla vurmaq da istəməmişdir. Sadəcə onu qorxutmaq istəmişdir. Anasının onların arasına girdiyini görmüş, lakin atası onu yumruqla vurmağa davam etdiyinə görə o da atasına bıçaq zərbələri vurmağa davam etmişdir. Həmin vaxt anası aralarında olduğuna görə bıçaq zərbəsi ona da dəymişdir. Hadisədən təxminən 2-3 ay əvvəl sosial şəbəkədə tanış olduğu ad və soyadını dəqiq bilmədiyi İran İslam Respublikası vətəndaşı həmin bıçağı ona satmışdır. Həmin şəxs bıçağı qoyduğu yerin dəqiq ünvanını ona göndərmişdir. Həmin ünvan Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşirdi. Dəqiq ünvanı bilmədiyi yerdəki məhəllədə otluq ərazidə gizlədərək qoymuşdur. Ona da həmin yerin lokasiyasını atmışdır. O da oradan götürmüşdür. Bıçağın pulunu isə onun göndərdiyi karta göndərəcəkdi. O, həmin bıçağı almadan əvvəl onun soyuq silah olduğunu bilirdi. O, taksi sürücüsü işlədiyinə görə gecə-gündüz işləmişdir. Özünü müdafiə etmək üçün həmin bıçağı alıb üzərində gəzdirmişdir. Lakin həmin bıçağı alanda heç kimi öldürmək və ya xəsarət yetirmək fikri olmamışdır, bu məqsədlə almamışdır. İstifadə etdiyi “Apple” markalı mobil telefon hadisədən sonra mənzildən çıxıb binanın qarşısına düşəndə dəhlizin pilləkənlərində üzərindən düşmüş və yerdə parçalanmışdır. Həmin parçaları götürüb avtomobilin ön sərnişin oturacağının üstünə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində hadisə anı ilə əlaqədar olaraq göstərmişdir ki, otağın işığı sönülü olsa da, eyvanın işığı yanılı olmuşdur. Onun hazırda əynində olan qara rəngli cins şalvar, qara rəngli qısaqol köynək də həmin vaxt əynində olmuşdur. Aldığı bıçaq da cibində olmuşdur. Atası artıq yuxuya getsə də, anası oyaq olmuşdur. O, birdən çarpayıdan qalxıb yerdə sol tərəfi üstə üzü eyvana tərəf yatmış atasının üstünə cumaraq ona təxminən 10 dəfə sağ əlindəki bıçaqla bədəninin müxtəlif yerlərindən zərbələr vurmuşdur. Bundan sonra atası yuxudan oyanıb ayağa qalxmışdır. Anası da qalxıb otağın işığını yandırmışdır. O, atasının ayağa qalxdığını görüb ona yenə zərbələr vurmağa davam etmişdir. Həmin vaxt anası onları aralaşdırmaq üçün aralarına girmişdir. Onun atasına vurmaq istədiyi bıçaq zərbələrindən biri anasının sol qolunun dirsəyinin ön tərəfinə dəymişdir. Atası sürünə-sürünə evin qapısına tərəf gəlmişdir. O isə ona bıçaqla zərbələr vurmağa davam etmişdir. Bıçaq sağ əlinin barmaqlarını kəsib ona xəsarət yetirmiş və əlindən yerə düşmüşdür. O, bıçağı tapıb götürə bilmədiyi üçün mətbəxə keçib oradan dəstəyi qəhvəyi rəngli, tiyəsi gümüşü rəngli olan məişətdə istifadə edilən qatlanmayan bıçağı götürüb atasını vurmağa davam etmişdir. Artıq atası yerdə hərəkətsiz qalmış və səsi kəsilmişdir, bundan sonra o, göy rəngli çəkələyini geyinib evdən çıxmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində hadisə anı ilə əlaqədar olaraq göstərmişdir ki, o, mənzilin girişindən soldakı, çarpayıda, ata və anası isə yerdəki döşəklərin üzərində uzanmışdır. Otağa daxil olduqda yerdəki birinci döşəkdə anası, ikinci döşəkdə isə atası yatmışdır. 19 aprel 2024-ci il tarixdə, saat 00:00 radələrində o, uzandığı çarpayıda oyanmışdır. Evə gəlmədən əvvəl maşında kolbasa və çörək yeyəndə istifadə etdiyi, İran İslam Respublikası vətəndaşından aldığı bıçağı əynində olan qara rəngli cins şalvarının xatırlamadığı hissəsində olmuşdur. O, həmin bıçağı əlinə alaraq anasının üzərindən keçərək atasının üstünə cumduğunu xatırlamışdır. Lakin bundan sonra nə baş verdiyini isə xatırlamamışdır. O özünə 19 aprel 2024-cü il tarixdə, axşam saatlarında həbsdə olarkən gəlmişdir. Hazırda onu bütün qonşuları və ətrafında olan şəxslər, dəli kimi tanıyır. Ata və anasını qəsdən öldürdüyünü xatırlamış, lakin necə öldürdüyünü xatırlamamışdır. O, evdən çıxanda qapını açıq qoyub çıxmışdır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, hadisə yerində olmamışdır. Bacısı Amerikadan ona zəng etmiş və belə bir hadisənin baş verdiyini demişdir. Sonradan ata və anasını öldürməsini bilmişdir. Ata və anasını öldürməsinin səbəbini ona deməmişdir. Niyə görə öldürməsinin səbəbini bilməmişdir. O, hadisənin törədildiyi gündən şikayətçidir. Fikrətlə valideynləri arasında elə də ciddi bir mübahisənin olduğunu eşitməmişdir. Valideynləri Fikrəti evə gec gəlməsi ilə əlaqədar danlamışlar. Fikrət tərəfindən “sizi öldürəcəm” tərzində hədə eşitməmişdir. Ayın biri qardaşı onun üzərinə hücum etmişdir. Qardaşı otaqda onu boğmaq istəmişdir. Əlini bıçağa atıb çıxarmaq istəmiş, amma çıxara bilməmişdir. Ondan sonra əlini onun boğazına atmışdır. Valideynlərini öldürmək səbəbini ona deməmişdir. Eyni zamanda onun yoldaşı qardaşından “nə üçün sən öz bacını öldürmək istəyirsən” deyə soruşmuşdur. Bundan başqa yoldaşı ona “problem varsa denən bəlkə özüm həyat yoldaşımı öldürəcəm” demişdir. Buna baxmayaraq yenə də onun üzərinə nə üçün hücum etməsinin səbəbini deməmişdir. Daha sonra atası gəlmişdir. Atası ilə yol gedən zaman atasının başını yarmışdır. Polis çağırmışlar və polislər Fikrəti aparmışlar. Üç gündən sonra atası ilə barışıq etdiyinə görə Fikrəti buraxmışlar. Yolda gedərkən atasını yerə yıxmış və başını yarmışdır. Həmin hadisədən on beş gün sonra bu hadisə baş vermişdir. Hadisə yerinə məsələni eşidəndən sonra hadisəni halı olmadığı üçün gəlməmişdir. Qardaşı ilə valideynlərinin münasibəti yaxşı olmuşdur. Rafiq adlı şəxs onun atasının dostudur. Onun atası ürək xəstəsi olduğuna görə anaları onunla davranışda həssaslıq göstərmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Fizzə Sadıqova hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onu bağışlamadığını və onun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onlar təqsirləndirilən şəxsə atalarının adını qoymuşlar. O, şəxsən heç bir şeyi görməmişdir. Gecə saatlarında Şahid9 ona zəng etmiş və Hakimgilə zəng etməsini demişdir. O, hər iki şəxsə zəng etməsinə baxmayaraq heç birinə zəng çatmamışdır. Yenidən Babaya zəng etmişdir. Daha sonra polis Babaya zəng etmişdir. Polislər Babaya hər iki şəxsin təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü demişdir. Onun daimi olaraq gediş və gəlişi olmuşdur. Onlar arasında güclü bir mübahisə olmamışdır. Aralarında həmişə təqsirləndirilən şəxsin evə gec gəlməsi üstündə mübahisə olmuşdur. Təqsirləndirilən şəxs günün istənilən saatı evə gəlirmiş. Bəzən gecə saat dörddə evə gəlirmiş. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Həmçnin zərərçəkmiş şəxsin hüquqi varisi Sənan Məmmədov hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onu bağışlamadığını və onun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid9 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Hadisə barədə ona məlumatı saat üçdə vermişlər. Təqsirləndirilən şəxsin anasının və atasının öldürüldüyünü demişlər. Ondan sonra da evə gəlmişdir. Məlumatı ona polislər vermişdir. Təqsirləndirilən şəxsi normal insan kimi tanımışdır. Təqsirləndirilən şəxsdən belə bir hərəkət gözləməmişdir. Valideynləri ilə münasibəti normal olmuşdur. Atası və anasını hələ öldürməmişdən əvvəl onlara gəlmişdir. Onun yoldaşına, yəni öz bacısına hücum etmişdir. O da yoldaşını müdafiə etmişdir. Təqsirləndirilən şəxsin anası və atası həmin vaxtı onlara gəlmişlər. Fikrət onlara gəlmiş və ona “icazə ver beş dəqiqə bacımla söhbət edim” demişdir. O da Fikrətə icazə vermişdir. Sonra qardaşı Siyavuşun onun evi ilə eyni həyətdə olan evində onlar dalaşan zaman səs-küy olduğunu eşidib ora yaxınlaşmış və Fikrətin Fizzəyə əli ilə zərbə vurduğunu görüb Fizzəni Fikrətin əlindən almış, onunla əlbəyaxa olub dalaşmışlar. O, Fikrəti çölə çıxartmış, həmin vaxt onun gödəkcəsinin altında bıçaq gizlətdiyini müəyyən edib həmin bıçağı gödəkcəsinin altından çıxarıb kənara atmışdır. Daha sonra atasına zəng gəlib oğlunu aparmasını istəmişdir. Həmin vaxtı təqsirləndirilən şəxs ata və anasını öldürəcəyini deməmişdir. Atası ilə təqsirləndirilən şəxsi yola salmışlar. Yolda olarkən atasını yerə yıxmış və daşla başına vurmuşdur. Nəticədə atasının başı partlamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Sumqayıt şəhəri X28 işləyən zaman əməliyyat qrupunda olmuşdur. 102 xidmətinə daxil olmuş məlmat əsasında hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs 102 xidmətinə atası ilə arasında münaqişə olması ilə bağlı müraciət etmişdir. Şəxs atasının baş nahiyəsindən xəsarət yetirmişdir. Hər iki şəxsin iştirakını bölmədə təmin edən zaman yolda olarkən əvvəldən narkotik vasitələrdən istifadə etməsini bildirmişdir. Hazırda da üzərində narkotik vasitələrin olduğunu bildirmişdir. Şəxsin üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsə müdafiəçi təyin olunmuşdur. Çəkiliş zamanı şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2024-cü ilin aprel ayının birində 102 təqsirləndirilən şəxslə atası arasında münaqişənin olması barədə məlumat daxil olmuşdur. Təyin olunmuş əməliyyat qrupunda özü də olmuşdur. Əraziyə getmişlər. Həmin vaxtı təqsirləndirilən şəxs atasına xəsarət yetirmişdir. Atasını daşla vurmuşdur. Baş tərəfindən xəsarət yetirmişdir. Şəxsi götürüb bölməyə gətirmişlər. Şəxsdən qanunsuz hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. Şəxs narkotik vasitələrdən istifadə etdiyini demişdir. Hazırda da üzərində narkotik vasitələrin olduğunu demişdir. Bölmədə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Səhv etmirsə üzərində tiryək olmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanıyır. O, hadisənin bilavasitə şahidi olmamışdır. Hadisə ilə bağlı eşitmişdir. O, çölə çıxanda təqsirləndirilən şəxsin valideyinini qapının ağzında görmüşdür. Onun atasını üzəri qanlı və yerə yıxılmış vəziyyətdə olmuşdur. Ondan sonra təcili tibbi yardım gəlmişdir. Heç kimi yaxın buraxmamışlar. Ondan sonra əməkdaşlar gəlmişdir. Şəxsin yarısı çöldə, yarısı içərdə olmuşdur. O, ümumiyyətlə, təqsirləndirilən şəxsin anasını görməmişdir. Hadisə vaxtı o, səs-küy, dava-dalaş eşitməmişdir. Sadəcə gecə saatlarında qışqırıq səsləri eşitdiyinə görə çölə çıxmışdır. O, Fikrəti sonradan gedəndə görmüşdür. Onların evinə girməmişdir. O, qapının ağzında Hakimi yerə yıxılmış vəziyyətdə görmüşdür. O, Zərifəni görməmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, anadan olduğu vaxtdan ünvan 4 ünvanında yaşamışdır. Təxminən 15-16 il əvvəl o, ailə qurub Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisinə köçüb kirayə evdə yaşamışdır. 16 aprel 2024-cü il tarixdə o, yenidən ünvan 6 ünvanına qayıdıb orada yaşamağa başlamışdır. O, həmin evdə uşaq yaşlarından Hakim Məmmədov, arvadı Zərərçəkmiş şəxs, onların iki qızı və oğlu Fikrəti tanıyır. O, oradan köçəndə Fikrət 8 ya da 9-cu sinifdə oxumuşdur. Əvvəllər o, valideynləri və qardaşı ilə birlikdə orada yaşamışdır. Onlarpa mehriban qonşu münasibətində olmuşlar. Uzun illərdir ki, bir-birini tanımışlar. Bu yaxınlarda qardaşı ev alıb həmin ünvandan köçmüş, anası da qardaşının yanında yaşamağa başlamışdır. Atası isə vəfat etmişdir. O da bu səbəbdən həmin ünvana ailəsi ilə birlikdə yenidən qayıtmışdır. Son vaxtlar anası Fikrətdən ona şikayət etmişdir. Belə ki, gecə saatlarında Fikrətin yanma tanımadığı şəxslər gəlib-getmiş, dəhlizdə səs-küy yaranmış, bundan başqa Fikrət dəhlizdə və mətbəxdə əşyaları vurub sındırmış, qışqırmış, anası və digər qonşuları narahat etmişdir. O da buna görə Fikrətlə rastlaşanda onunla bu barədə danışmaq istəmişdir. Lakin Fikrət qarşısına çıxmamışdır. 18 aprel 2024-cii il tarixdə 19 aprel 2024-cü il tarixə keçən gecə o, ailə üzvləri ilə birlikdə evdə olmuşdur. 111 nömrəli otaqda yaşayan adını hazırda xatırlamadığı bir nəfər orta yaşlı qadının səs-küyünü eşitmişdir. O, həmin qadının səsindən təşvişə düşüb otaqdan çölə çıxmışdır. Həmin qadının dəhlizdə və mətbəxdə gəzişdiyini görüb nə baş verdiyini soruşmuşdur. Həmin qadın ona Fikrətin ata və anasını öldürdüyünü demişdir. Bundan sonra o, Fikrətin yaşadığı otağın qapısına tərəf gedib otağının qapısından içəridə qapının ağzında Hakim və Zərifənin meyitinin yan-yana olduğunu görmüşdür. O, 111 nömrəli otaqda yaşayan qadının səsindən əvvəl Hakim Məmmədovun səsinə oxşar səs eşitmişdir. Lakin həmin vaxt buna əhəmiyyət verməmişdir. Onların meyitini görəndən sonra həmin səsin Hakimə məxsus olduğunu anlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu eşitmişdir, lakin özü bunun şahidi olmamışdır. Hadisə baş verənə qədər düşünməzdi ki, Fikrət bu qədər dəyişilə bilər. O, qonşunun səs-küyünə çıxanda Fikrət artıq oradan uzaqlaşmışdır, Fikrəti orada görməmişdir. Hakim və Zərifənin meyitini görəndən sonra əvvəlcə evə qayıdıb ailə üzvlərinə çölə çıxmamağı tapşırmışdır. Fikirləşmişdir ki, birdən Fikrət hələ də orada olar. Ailə üzvləri çölə çıxmamış, sonradan isə Fikrətin orada olmadığını görmüşdür. O, qonşusunun səsinə çıxanda yalnız onu dəhlizdə görmüşdür. Orada başqa şəxsi görməmişdir. Digər qonşular da sonradan toplaşıb gəlmişlər. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanıyır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onlar çox sakit ailə olmuşlar. O, şəxsən hadisənin baş verməsini görməmişdir. Latəfət aşağı düşəndə təqsirləndirilən şəxsi görmüş və qışqırmışdır. Fikrətdən nə etdiyini soruşanda atasını öldürdüyünü demişdir. Təqsirləndirilən şəxsin anası ona “təcili tibbi yardımı çağırın” deyəndə evdə səs-küy eşitməmişdir. O, ayaqyoluna getmək istəmişdir. Həmin vaxtı o, yuxulu olmuşdur. Təqsirləndirilən şəxsin anası hələ sağ olmuşdur. Onlara “təcili tibbi yardınm çağıra bilərsiz mi?” demişdir. Hakim əmi həmişə xəstə olmuşdur. Hakim əmi ürək xəstəsi olmuşdur. Onlar əvvəlcə Hakim əmiyə nəsə olduğunu düşünmüşlər. Evə girərək təcili tibbi yardımı çağırmışdır. O özü də səhiyyə işçisidir. O, tibbi yardımın üzərinə tez gəlmələri barədə qışqırmışdır. Dəhliz işıqlı olmuşdur. Təqsirləndirilən şəxsin anasının üzəri qan olmamışdır. o, hadisə vaxtı Zərifənin özünü görməmişdir. O, oradakı mənzilini satmışdır. Mebellərindən ötrü oraya gəlmişdir. Daha sonra orada qalmalı olmuşdur. Saatın neçə olduğunu bilməmişdir. Çölə çıxmışdır. Dəhliz tamamilə işıqlı olmuşdur. Təqsirləndirilən şəxsin anası çölə çıxaraq “təcili tibbi yardımı çağırın” demişdir. Təxminən saat birə qalmış olardı. Gecə saatları olmuşdur. Həmin ana qədər səs-küy olmamışdır. Həmin vaxtı Elvin eşitmişdir. Elvin hamamdan çıxmışdır. Yaşadıqları yerdə hamam ümumidir. Elvin “problem var mı?” deyə soruşmuşdur. O da Elvinə problemin olmadığını, təcili tibbi yardımı çağırmasını demişdir. Hakim əminin ürəyi xəstə olduğuna görə ayda ən az iki dəfə təcili tibbi yardım çağırırmışlar. Hakim əminin ürəyinin xəstə olmasını bütün qonşular bilmişdir. Təcili Tibbi yardımı özü çağırmışdır. Evində olan ev telefonu ilə çağırmışdır. 103 xidməti onların evlərinə yaxındır. O, tibb xidməti əməkdaşlarına həmişə gəldikləri qapının olduğunu bildirmişdir. Ondan sadəcə təcili tibbi yardıma zəng etməyini istəmişdir. Onunla söhbət etməmişdir. Ona təcili tibbi yardımı kimin üçün çağırmalı olduğunu deməmişdir. Elvin bəlkə nələrəsə ehtiyacları olar deyə çölə çıxmışdır. 15 dəqiqədən Lətafət xanım “başınıza daş düşsün eşitmirsiz bu qədər səsləri?” demişdir. Daha sonra Fikrətin öz atasını öldürdüyünü demişdir. 10-15 dəqiqədən sonra təcili tibbi yardım gəlmişdir. O, Fikrəti orada görməmişdir. Zərifə xanımın qolunda qan olmamışdır. Təcili tibbi yardımı çağırmağını istəyənə qədər Zərifə xanıma xəsarət yetirilməmişdi. Daha sonra polislər gəlmişdir. İstintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Yazdıqları raportda da qeyd olunmuşdur. Həmin raportda saat da qeyd olunmuşdur. Gecə saatlarında Nərimanov klubunun yanında vətəndaş avtomobili onların üzərlərinə sürmüşdür. Həmin avtomobili saxlayaraq vətəndaşa yaxınlaşmışlar. Avtomobili nə üçün üzərlərinə sürdüyünü soruşmuşlar. Vətəndaşın əli qanlı olmuşdur. Nə olduğunu soruşanda onlara heç bir şey olmadığını demişdir. Avtomobildən düşürərək onunla bir az profilaktik söhbət etmişlər. Ondan sonra atasını vurduğunu onlara demişdir. Həmin vətəndaşdan ünvanını soruşaraq digər polis əməkdaşlarını həmin mənzilə göndərmişlər. Həmin polis əməkdaşları evə çatdıqlarında onlara şəxsin həm anasını, həm də atasını öldürdüyünü demişlər. Hadisə barədə onlarda heç bir məlumat olmamışdır. Vətəndaş özü onlara atasını vurduğunu demişdir. Şəxs yolun əksi istiqamətində hərəkət etmişdir. Yolun elə bir hissəsi olmuşdur ki, avtomobili onların üstünə sürüb-sürmədiyini dəqiq aydınlaşdırmaq olmamışdır. Təslim olmaq üçün o, avtomobili onların üstünə sürmək yerinə polis idarəsinə gedə bilərmiş. Şəxs onların yanlarından qaçmağa cəhd etməmişdir. Onların saxladıqları istiqamət əks istiqamət olmuşdur. 2-3 km-dən sonra polis idarəsi yerləşmişdir. Xidməti avtomobilin işıq siqnalları yanılı olmuşdur. Baş vermiş cinayət hadisəsi ilə bağlı məlumatı onlar şəxsdən əldə etmişlər. Onlar şəxsi avtomobillə saxlayanda onun getməyə imkanı olmuşdur. Şəxs onlara anası barədə heç bir söz deməmişdir. Onlara heç bir müqavimət göstərməmişdir. Şəxsə siqaret verərək, şəxsi sakitləşdirmişlər. Təqsirləndirilən şəxs avtomobildən onlar düşürmüşlər. Onlara yaxınalaşaraq adam vurduğunu demişdir. Kimi vurduğunu soruşduqda valideynlərini vurduğunu demişdir. Atasını öldürdüyündən şəxs əmin olmuş, lakin anasını öldürdüyünü bilməmişdir. Mənzilə digər polis əməkdaşlarını göndərəndə valideynlərinin hər ikisini öldürdüyünü bilmişlər. Özü hər iki valideyninə xəsarət yetirdiyini demişdir. Ona valideynlərinin hər ikisini öldürdüyünü deyəndə “anamı öldürməmişəm” demişdir. Ata və anasını bıçaqla vurduğunu demişdir. Avtomobili ilə qəza şəraiti yaratdığı üçün şəxsi saxlamışlar. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildən daxili işlər orqanlarında və Sumqayıt şəhər polis idarəsinin Post patrul Xidməti taborunun 1-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. 18 aprel 2024-cü il tarixdə, saat 20:00-da postaçı yoldaşı polis nəfəri polis serjantı Şahid6 ilə birlikdə 936 çağırışlı avtopatrulda xidmətə başlamışdır. 19 aprel 2024-cü il tarixdə, saat 02:30-da Sumqayıt şəhəri, 20 yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi ərazidə “Mercedes Çitan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə hərəkətdə olarkən onlarla üzbəüz digər hərəkət zolağı ilə onlara doğru gələn qırmızı rəngli “Toyota Prius” makalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil onların hərəkət zolağına daxil olub xidməti avtomobilin qarşısında qəza şəraiti yaradaraq saxlamışdır. Xidməti avtomobili o, idarə etmişdir. O da avtomobili saxlaya bilmiş, qəza baş verməmişdir. Buna baxmayaraq onlar avtomobildən düşüb avtomobilin sürücüsü əvvəllər tanımadığı, özünü təqdim edəndən sonra Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs avtomobildən düşmüşdür. Onlar Fikrətin əynindəki paltarlarda qan ləkələri olduğunu görmüşlər. Əvvəlcə onun döyüldüyünü zənn etmişlər. Lakin Fikrət onlara bildirmişdir ki, yaşadıqları evdə atası Hakim Məmmədov və anası Zərərçəkmiş şəxs bıçaqla qəsdən öldürmüşdür. Fikrət özü isə həyəcanlı görünmüşdür. Sağ əlində yarası olmuşdur. Həmin yaradan çoxlu qan axmışdır. Onlar Fikrəti bir az sakitləşdirib yaşadıqları ünvanı soruşmuşlar. Fikrət onlara ünvan 1 ünvanında atası və anası ilə birlikdə yaşadığını, hər ikisini həmin ünvanda öldürüb idarə etdiyi avtomobillə oradan uzaqlaşdığını bildirmişdir. Bundan sonra onlar Post patrul Xidməti taborunun 1-ci bölüyünün tağım komandirinə, Sumqayıt şəhər polis idarəsinin Növbətçi hissəsinə məlumat vermişlər. Fikrətin yaşadığı ünvana göndərilən polis əməkdaşları Fikrətin ata və anasının meyitinin həmin ünvanda qətl əlamətlərinin izləri ilə aşkar edildiyini bildirəndən sonra Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomobili Sumqayıt şəhər polis idarəsinin 3- cü polis bölməsinə çatdırmışlar. Şahid6 da bu barədə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs onlara təslim olduğunu bildirməmişdir. Əlindəki yaraya görə qan itirdiyini, halsız olduğunu demiş və ona kömək etmələrini xahiş etmişdir. Fikrət həmin vaxt halsız olmuş, normal hərəkət edə bilməmişdir, ona görə avtomobili onların avtomobilinin qarşısına sürüb onları saxlatdırmışdır ki, Fikrətə köməklik etsinlər. Ondan alkoqollu içki qoxusu gəlməmişdir. Lakin yaralı olduqlarına görə sərxoş olub-olmadığını anlamamışlar. Onlar Təqsirləndirilən şəxs 3-cü polis bölməsinə apararkən üzərində hər hansı əşya olub-olmadığını soruşmuş, Fikrət isə üzərində heç bir əşya olmadığını demişdir. Avtomobilində də hər hansı şübhəli əşya müşahidə etməmişlər. Lakin avtomobilinə baxış keçirməmişlər. Fikrətin deməsinə görə cinayəti törətdiyi bıçaq hadisə yerində qalmışdır. Təqsirləndirilən şəxs yalnız sağ əlində yara olduğunu görmüşdür. Lakin paltarlarının demək olar ki, hamısında qan ləkəsi olmuşdur. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsin ata və anasını öldürməsini deməsini, hazırda isə hər ikisini bıçaqla vurmasını bildirməsinə dair yaranmış zidiyyəti ibtidai istintaq zamanı fikrini düzgün izah etməməsi ilə izah etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Zeynalova-X3 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs əvvəl pis bir insan olmamışdır. Son iki-üç ay ərzində belə olmuşdur. Gecə saat birə on dəqiqə işləyəndə təqsirləndirilən şəxsin evdən düşərək getdiyini görmüşdür. O, şəxsin gecə evə qayıtmasını görməmişdir. O, sonradan qışqırıq səslərini eşitmişdir. Bəzən onun yaşadığı evdə hər hansı bir kişi evə içkili gələrək dava salır. Əvvəlcə həmin adamın olduğunu zənn etmişdir. Qonşu çölə çıxaraq ona səsin onların üstlərində olan mənzildən gəldiyini demişdir. O daha sonra Şahid4 qışqırmasını eşitmişdir. Daha sonra “ay X34 ölmüşdür” deyə qışqırmışdır. Ondan sonra polislər gəlmişdir. O, əvvəllər onların mübahisə etməsinin şahidi olmamışdır. Hadisə zamanı o, şəxsin atasını və anasını öldürüb evdən çıxanda görmüşdür. “Ay səni qana bulanasan” sözünü o, təqsirləndirilən şəxsin arxasınca demişdir. Anasını və atasını öldürdüyünü ona Şahid7 demişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1992-ci ildən ünvan 8 ünvanında yaşayır. X16, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Qonşu kimi mehriban münasibəti olmuşdur. Son vaxtlar Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini qonşulardan eşitmişdir. 18 aprel 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixə keçən gecə qonşuların kömək çağırışını eşitmişdir. Yaşadığı mənzilin eyvanına çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs binanın girişindən çıxıb idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı avtomobilə minib getdiyini görmüşdür. Fikrət çıxandan sonra təcili tibbi yardım avtomobili binanın qarşısına gəlmişdir. O da mənzildən çıxıb səs-küy gələn yerə, yəni Təqsirləndirilən şəxs yaşadığı mənzilə qalxmışdır. Orada öyrənmişdir ki, Təqsirləndirilən şəxs atası Hakim Məmmədov və anası Zərərçəkmiş şəxs öldürmüşdür. Bundan sonra tibb işçiləri həmin mənzilə daxil olmuş, daha sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, əvvəllər onların mübahisə etməsinin və dalaşmasının şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər polis idarəsinin Post Patrul Xidməti Taborunun 1-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid6 19 aprel 2024-cü il tarixli raportundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində 9136 çağırışlı avtopatrulda postaçı yoldaşı polis serjantı Şahid5la birgə xidməti ərazini gəzərkən 20 yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qırmızı rəngli dövlət qeydiyyat nişanı **-EY-*** olan “Toyota Priius” markalı avtomobil üzərlərinə sürüb onları saxlamağa məcbur etmiş, onlar avtopatrulu saxlayıb həmin şəxsə yaxınlaşan zaman həmin şəxs maşından düşüb əli kəsilmiş, qanlı şəkildə onlara yaxınlaşmış, və evdə valideynlərini öldürdüyünü etiraf etmişdir. Onlar dərhal həmin şəxsi avtopatrula əyləşdirib aidiyyəti üzrə 3-cü polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsə ilkin tibbi yardım göstərilmiş və həmin şəxsi portal vasitəsilə yoxlayan zaman onun xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Raporta” əsasən müəyyən olunur ki, 1 aprel 2024-cü il tarixdə, saat 10:04-də Azərbaycan respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək Təqsirləndirilən şəxs atasının başını daşla vurub partlatdığını bildirmişdir. Əməliyyat qrupu ilə birlikdə saat 10:25-də hadisə yerində olub hər iki şəxsi bölməyə gətirəndə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsində toplanmış HK- 1/327 saylı araşdırma materialına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 aprel 2024-cü il tarixdə, saat 10:04-də Azərbaycan respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək atasının başını daşla vurub partlatdığını bildirmişdir. Həmçinin, X23 1 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPl-nin 5-ci PB-nə ərizə yazaraq xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində oğlu Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döydüyünü göstərib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evlərinin qarşısında Təqsirləndirilən şəxs aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı atası Təqsirləndirilən şəxs kərpic parçası ilə vuraraq, ona təpə nahiyyəsinin sol hissəsinin cərrahi tikişə ehtiyacı olan yarası, təpə nahiyyəsinin sağ hissəsinin dərialtı hematoması fonunda sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. 5-ci PB-in baş təhqiqatçısı Zaur Ağayevin 17 aprel 2024- cü il tarixli Sumqayıt şəhər prokuroru ilə razılaşdırılmış qərarı ilə X31 Məmmədovun barışması nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 01 aprel 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə” haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri yat. 18, otaq 113, məh.41, ev 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs atası Hakimi döyməsi ilə bağlı 102 xidmətinə etdiyi müraciətlə bağlı xx.xx.2024-cü il tarixdə, təxminən saat 10:25 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə Həkəri marketin yaxınlığında Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə istifadəçisi olduğunu, üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün 5-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs 5-ci PB-nə gətirildikdən sonra inspektor-kriminalist saat 11:05-də rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı. Təqsirləndirilən şəxs narkotik vasitənin gəzdirilməsində, istifadəsində, saxlanılmasında şübhəli olduğu üçün saxlanıldığı bildirilərək, hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, bildirişlə tanış oldu, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq, buna etirazının olub-olmaması soruşuldu. oğluna hüquqlarını müdafiə edən vəkil X29 təqdim olundu. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan iç cibində saxladığı ağ rəngli sellofon kəsiyinə bükülmüş kütlənin əvvəlcə metamfetamin, daha sonra narkotik vasitə olan tiryək olduğunu bildirdi, həmin narkotik vasitəni təxminən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 20 Yanvar ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və üstündə gəzdirdiyini etiraf etdi. Həmin bükümü açdıqda içərisində qara rəngli bərk halda kütlə aşkar olundu. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik vasitəyə bənzər kütlə onun öz iştirakı ilə Çin istehsalı olan elektron məişət tərəzisində çəkildi.Tərəzidə çəkilərkən ağ rəngli sellofon kəsiyinə bükülmüş kütlənin çəkisi 2.58 qram müəyyən edildi. Vəkil X7 Fikrət Hakim oğlundan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təzyiq, fiziki zorakılıq olunub-olunmadığını ondan soruşarkən o təzyiq, fiziki zorakılıq olunmadığını bildirdi.Üzərindən şəxsi axtarış zamanı götürülmüş kütlə Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilməsi üçün tərəfimizdən qablaşdırılaraq DİN-in 242 saylı möhürlə möhürləndi.Çəkiliş saat ll:10-da dayandırıldı.Tədbir zamanı «Panasonic» markalı rəqəmsal tipli videokamera vasitəsi ilə çəkilmiş görüntülər diskə köçürülərək personal kompüterdə baxıldı və disk protokola əlavə olundu. 19 aprel 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 6 ünvanında yerləşən 18 saylı yataqxananın 4-cü mərtəbəsində yerləşən 113 nömrəli otaqdır. Yataqxana binası 5 mərtəbəlidir. Binanın girişi boz rəngli metal qapıdan ibarətdir. Həmin qapıdan içəri daxil olduqda pilləkənlərlə 4-cü mərtəbəyə çatdıqdan sonra dəhlizin sol tərəfinə doğru hərəkət etdikdə sol tərəfdə 2 ədəd, sağ tərəfdə 3 ədəd giriş qapısı vardır. Üzbəüz divarda isə 3 ədəd plasmas materialdan hazırlanmış ağ rəngli qapı vardır. Digər qapılar isə metaldan hazırlanmışdır. Sağ tərəfdə yerləşən 3-cü qapı qonur rəngli metaldan hazırlanmışdır, qarşısında ağ rəngli, üzərində müxtəlif rəngli naxışları olan pərdə asılmışdır. Qeyd olunan qapı 113 nömrəli otağın giriş qapısıdır. Qapı açıq vəziyyətdədir, qarşısındakı pərdə tavandan asılmış vəziyyətdədir, qapının qarşısını örtür. Qapının qarşısından üzbıüz yerləşən eyvan istiqamətində döşəmənin üzərində qanabənzər maddə ləkələri vardır. Qapının sol tərəfində yerləşən qapı qıfılla bağlanmışdır. Daha sol da isə ardıcıllıqla hamam və sanitar qovşağı vardır. Həmin otaqlar ümumi istifadə olunur. Qanabənzər ləkələr hamam və sanitar qovşağının yerləşdiyi otaqlaradək davam etsə də, onlardan solda yerləşən 113 nömrəli otağın giriş qapısı ilə üzbəüz yerləşən eyvanın girişində və döşəməsində müşahidə edilmir. 113 nömrəli otağın girişində X14 və Zərərçəkmiş şəxs meyitləri vardır. Hakim Məmmədovun meyiti arxası üstə döşəməyə uzanmı vəziyyətdədir. Meyitin başı otağın giriş qapısı, ayaqları isə əks istiqamətdədir. Sağ qolu yuxarıya doğru qatlanmış vəziyyətdədir. Sol qolu girişdən soldakı çarpayının altında açıq vəziyyətdədir. Ayaqları dizdən qismən qatlanmış vəziyyətdədir. Meyitin üzərində ağ rəngli mayka və qara rəngli idman şalvarı müşahidə edilir. Zərərçəkmiş şəxs meyiti dizləri və təpə nahiyəsi üzərində dayanmış vəziyyətdədir. Meyitin başı otağın girişində yerləşən küncü istiqamətindədir. Təpə nahiyəsi Hakim Məmmədovun meyitinin qarınının sol yarısına söykənmişdir. Sağ və sol qolu şaquli istiqamətdə döşəməyə doğru sallanmış vəziyyətdədir. Sağ sağrı-bu-çanaq nahiyəsi girişdən soldakı çarpayının küncünə söykənmiş vəziyyətdədir. Ayaqları dizlərindən 90 dərəcə qatlanmış vəziyyətdədir. Meyitin dizləri döşəməyə, təpəsi H.Təqsirləndirilən şəxs qarın nahiyəsinə, sağ tərəfi isə çarpayının küncünə söykənməsi nəticəsində havada qalmışdır. Meyitin üzərində yaşıl rəngli üzərində müxtəlif rəngli naxışları olan qadın paltarları vardır. Meyitin sağ tərəfinin söykəndiyi çarpayının küncündə döşəyin üzərində sərilmiş mələfənin üzərində “Nokia” markalı, qara rənglimobil telelfon vardır. Həmin mobil tellefondan sol tərəfdə isə bir ədəd qara rəngli “İtel” markalı mobil telefon vardır. Otağın girişindən, sol tərəfdə çarpayı, sol divara söykənmiş divan vardır. Divanın hər iki tərəfində iki ədəd olmaqla ümumilikdə 4 ədəd oturacaq üst-üstə qoyulmuşdur. Sağ divara söykənmiş vəziyyətdə masa vardır. Otağın girişi ilə masanın arasında H.Məmmədovun meyitindən sonra bir ədəd oturacaq vardır. Masanın üzərində mobil telefon adapteri, bir ədəd fincan, bir ədəd armudu stəkan, altında bir ədəd nəlbəki, yanında bir ədəd boşqab üzərində sellofan torba içərisində qoğal, içərisində salfetka olan qab, qənddan və onun qapağı və daha bir nəlbəki vardır. Masanın digər tərəfində daha bir oturacaq vardır. Həmin oturacağın üzərində qara rəngli şalvar və köynək asılmışdır. Oturacağın sağ tərəfində ağ rəngli soyuducu, üstündə isə divara bərkidilmiş qara rəngli televizor vardır. Şkafın qarşısındakı oturacağın yanında döşənənin üzərində bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon vardır. Çarpayının üzərində mələfə, yastıq və odeyal vardır. Onlar döşəyin üstündə yerləşir. Divanla masa arasında döşənənin üzərində xalça vardır. Xalçanın üzərində 2 ədəd döşək, 4 ədəd yastıq və 2 ədəd yorğan vardır. Döşəmədə, masanın üzərində, divanın üzərində, çarpayının üstündə, mələfənin üzərində, döşəklərin, yastıqların və yorğanların üzərində çoxsaylı qanabənzər maddələr və onların ləkələri vardır. H.Məmmədov və Zərərçəkmiş şəxs meyiti götürülərkən Hakim Məmmədovun meyitinin sol qolundan geyinilmiş halda bir ədəd qara rəngli köynək aşkar edildi. Bundan başqa H.Məmmədovun meyitinin yanında bir ədəd şəffaf şüşə fincan, altından isə bir ədəd dəstəyi qara, tiyəsi gümüşü rəngli, dəstəyi və tiyəsi birləşən hissədə naxışları olan bıçaq aşkar edildi. Həmin bıçağın dəstəyində olan izlər lentə köçürülərək götürüldü. Həmçininn, meyitin altından bir ədəd dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli daha bir bıçaq aşkar edildi. Meyitlərin üzərində olan paltarlarda qanabənzər maddə ləkələri müşahidə edilir, paltarlar nəmdir. Otağın digər tərəfində ağ rəngli taxta qapı ilə eyvana keçdikdə orada çölə açılan pəncərə, bir ədəd soyuducu, çoxsaylı məişət əşyaları və şkaflar vardır. Eyvanda qanabənzər maddə və onların ləkələri aşkar edilməmişdir. Baxış zamanı iki ədəd bıçaq, çarpayının üzərindən bir ədəd mələfə, döşəmənin üzərindəki döşəklərin üstündəki iki ədəd yastıq üzlüyü, bir ədəd “Nokia”, bir ədəd “İtel” və bir ədəd “Samsung” markalı mobil telefon, döşəmənin üzərindən bir ədəd, masanın üzərindən bir ədəd pambığa hopdurulmaqla götürülmüş qanabənzər maddə nümunəsi, Hakim Məmmədovun sol qolua geyinilmiş bir ədəd qara rəngli uzunqol köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüş, H.Məmmədovun və Zərərçəkmiş şəxs meyiti götürülərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-in Sumqayıt şəhər şöbəsinin təşrihxanasına təhvil verilmişdir. 20 iyul 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” diskə baxış keçirlməsi haqqında protokoldan görünür ki, diskə “HP” markalı kompüter vasitəsi ilə baxış keçirilmişdir. Disk “HP” markalı kompüter vasitəsi ilə oxunduqda içərisində “00000.MTS” fayl vardır. Həmin fayl açıldıqda 5 dəqiqə 37 saniyədən ibarət videogörüntü vardır. Videogörüntü izləndikdə müəyyən edildi ki, Sumqayıt ŞPİ-nin təhqiqatçısı polis kapitanı Fərhad Bayramov özünü təqdim edərək Təqsirləndirilən şəxs, müdafiəçisi X21, 5-ci PBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, sahə rəisi, polis leytenantı Şahid1 və Sumqayıt ŞPl-nin KTB-nin ekspert kriminalisti, polis mayoru X15 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətini həyata keçirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 102 xidmətinə müraciəti ilə əlaqədar ona yaxınlaşan polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə olduğunu bildirməsi səbəbindən şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçiriləcəyini izah edərək hüquq və vəzifələrinin əks olduğunu bildiriş sənədini təqdim edir. Təqsirləndirilən şəxs bildirişi qəbul edib etirazının olmadığını bildirdikdən sonra təhqiqatçının təklifi əynində olan qara rəngli cins şalvarın sağ yan iç cibindən bir ədəd sellofan kəsiyə bükülmüş kütləni masanın üzərinə qoyur. Həmin kütlənin əvvəlcə metafetamin, daha sonra isə tiryək olduğunu bildirib onu 1 aprel 2024-cü il tarixdə 50 manat müqabilində 20 yanvarda tanımadığı şəxsdən əldə etdiyini bildirir. Həmin kütlə elektron tərəzinin üzərinə qoyulduqda tərəzinin göstəricisi kütlənin 2,58 qram olduğunu əks etdirir. Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etmək üçün əldə etdiyini bildirir. Həmin kütlə zərfə qoyulub üzərinə DİN-in 242 saylı möhürü yapışqanla yapışdırılaraq müvafiq qaydada qablaşdırılır. Müdafiəçi Vüsal Məmmədov Təqsirləndirilən şəxs tutularkən ona qarşı hər hansı zorakılıq və təsir olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs isə bunu inkar edir. Kütlənin qablaşdırıldığı zərf iştirakçılar tərəfindən imzalanır və videoçəkiliş dayandırılır. 19 aprel 2024-cü il tarixli, A/790 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs marixuana və benzodiazepin qrupunun qəbulu faktı aşkar edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 637 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin ıV-V barmaqlarının və ovuc səthinin 3 ədəd yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici kənarlı alətlə-bıçaqla, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni atasını və anasını bıçaqla vurarkən əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətin ekspertizaya təqdm edilmiş hər iki bıçaqla yetirilməsi inkar olunmur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 54 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində sol bazunun bayır səthinin aşağı 1/3-nin dirsək oynağını tutan və bazu arteriya və venasını zədələyən yarası, qarının sol yan səthinin qarın boşluğuna keçməyən kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidir, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçaqların təsirindən törənmişdirlər, törənmə müddəti müayinədən 8-12 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sol bazunun nayır səthinin aşağı 1/3-nin dirsək oynağını tutan və bazu arteriya və venasını zədələyən yarası - həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilir. Qarının sol yan səthinin qarın boşluğuna keçməyən kəsilmiş yarası - canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarət - sol bazunun bayır səthinin aşağı 1/3-nin dirsək oynağını tutan və bazu arteriya və venasını zədələyən yarası nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 8-12 saat əvvəl baş vermişdir. Ölüm xəsarətləri aldıqdan sonra qısa müddət ərzində baş vermişdir. Xəsarətlərdən ilkin olaraq sol bazunun bayır səthinin aşağı 1/3-nin dirsək oynağını tutan və bazu arteriya və venasını zədələyən yarası və sonradan qarının sol yan səthinin qarın boşluğuna keçməyən kəsilmiş yarası yetirilə bilərdi. Xəsarət yetirilərkən mərhum və xəsarət yetirən müxtəlif qarşılıqlı vəziyyətdə (üzbəüz, ayaqüstü, bədənin sol yan səthi xəsarət yetirənə tərəf) ola bilərdi Mərhum Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan sonra ölüm baş verən anma qədər məqsədyönlü hərəkət etmə, müqavimət göstərmə iqtidarında ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 53 nömrəli rəyindən görünür ki, X14 meyitinin bədəni üzərində döş qəfəsinin ön səthinin sağ yarısının sağ yuxarı iç hissəsinin sağ ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, qarının ön səthinin sağ yarısının qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, qarının ön səthinin sağ yarısının qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin, bel bahiyəsinin, hər iki kürəkaltı nahiyyənin, əlin, sol bazunun, sol bazu oynağının, sağ körpücükaltı nahiyyənin, sol bel nahiyyəsinin daxilə keçməyən yaraları (20 ədəd) aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidir, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçaqların təsirindən törənmişdirlər, törənmə müddəti müayinədən 8-12 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə döş qəfəsinin ön səthinin sağ yarısının sağ yuxarı iç hissəsinin sağ ağciyəri zədələyən yarası, qarının sağ yarısının qaraciyəri zədələyən yarası - həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Döş qəfəsinin, bel nahiyyəsinin hər iki kürəkaltı nahiyyənin, əlin, sol bazunun, sol bazu oynağının, sağ körpücükaltı nahiyyənin, sol bel nahiyyəsinin 18 ədəd yaraları - canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. X2 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 8- 12 saat əvvəl baş vermişdir. Ölüm xəsarətləri aldıqdan sonra qısa müddət ərzində baş vermişdir. Xəsarətlərdən ilkin olaraq döş qəfəsinin arxa səthində və belində olan yaralar və sonradan digər xəsarətlər qarşılıqlı mübarizə zamanı yetirilə bilərdi. Xəsarət yetirilərkən mərhum və xəsarət yetirən müxtəlif qarşılıqlı vəziyyətdə (mərhum uzanmış, üzbəüz, ayaqüstü və s.) ola bilərdi. X23 xəsarətləri aldıqdan sonra ölüm baş verən anma qədər məqsədyönlü hərəkət etmə, müqavimət göstərmə iqtidarında ola bilərdi. X14 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1225 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal- hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Tez özündən çıxmaq, kobudluq, inadkarlıq, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl, cinayəti törətdikdən sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və cinayəti törədərkən hərəkətinin faktiki xarakterini dərk etmək, özünü idarə etmək, hadisəni faktiki qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi malicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur. Tez özündən çıxmaq, kobudluq, inadkarlıq, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində situasiya ilə əlaqədar qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilmiş hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3420 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəməkriminalistik, məhkəmə tibbi-bioloji, tibbi-kriminalistik, soyuq silah, məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/2308 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qızma, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, həmçinin, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd bıçağın səthləri üzərində kənar lif mikrohossəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəliu cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X17 məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən donun üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd qara rəngli dəstəyi və gümüşü rəngli dəstəyi və gümüşü rəngli tiyəsi olan bıçağın üzərindən aşkar edilmiş yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən donun tərkib lidlərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd qəhvəyi rəngli dəstəyi və gümüşü rəngli tiyəsi olan bıçağın üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X17 məxsus olduğu qeyd edilən puloverin tərkib liflərinə uyğun gəlirlər. Kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəməkriminalistik, məhkəmə tibbi-bioloji, tibbi-kriminalistik, soyuq silah, məhkəmə- daktiloskopik ekspertizasının 24 may 2024-cü il tarixli, 3- 16-16/2-3/730, 3/731, 3/732 nömrəli rəyində görünür ki, təqdim edilmiş 01 ədəd daktiloplyonka səthindəki əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “Təqsirləndirilən şəxs məxsus” yazı qeydləri olan bir ədəd köynəyin sağ çiyin hissəsində rəyin tədqiqi hissədində təsvir edilmiş bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Həmin bağlamadan aşkar edilmiş bir ədəd şalvarın və bir cüt çəkələyin səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində “Zərərçəkmiş şəxs əynində olan” yazı qeydləri olan bir ədəd donun səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş “a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən donun səthində olan “a” zədəsinin təqdim edilmiş iki ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin, həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş iki ədəd bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd donun səthində olan “a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə sol istiqamətlərdə olmaqla yetirilmişdir. Təqdim edilmiş donun səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Həmin bağlamadan aşkar edilmiş bir ədəd tumanın səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “X14 əynində olmuş” yazı qeydləri olan bir ədəd puloverin və bir ədəd maykanın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərə əsasən puloverin və maykanın səthində olan zədələrin təqdim edilmiş iki ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş iki ədəd bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd puloverin və bir ədəd maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Həmin bağlamadan aşkar edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur. Kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəməkriminalistik, məhkəmə tibbi-bioloji, tibbi-kriminalistik, soyuq silah, məhkəmə-daktiloskopik ekspertizasının 11 iyul 2024-cü il tarixli, 271/2024-MTBŞ nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). X14 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1). Ekspertizaya təqdim edilmiş 02 ədəd bıçaq, H.Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, köynək, idman şalvarı, Zərərçəkmiş şəxs məxsus trusik, qadın donu, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli çəkələk, 01 ədəd göy rəngli çəkələk, cins şalvar, köynək, hadisə yerindən götürülmüş 02 ədəd yastıq üzü (N1, N2), bir ədəd mələfə, 02 ədəd kosmetik çubuqlu pambıq tamponlar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs qızma və ya X17 məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin, Oalfa,beta(İ) qruplu, Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar edilmir (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmadı. Kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəməkriminalistik, məhkəmə tibbi-bioloji, tibbi-kriminalistik, soyuq silah, məhkəmə-daktiloskopik ekspertizasının 19 iyul 2024-cü il tarixli, 178- MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum X17 məxsus maykanın bütün səthi boyu, köynəyin bütün səthi boyu (ön və arxa səthi üzərində), idman şalvarının hər iki ayağının (ön və arxa səthi üzərində) aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əməlkə gəlmişlər, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim olunmuş mərhumə Zərərçəkmiş şəxs qızma məxsus xalatın bütün səthi boyu və tumanın əsasən ön səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus qara rəngli və göy rəngli çəkələk üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Şalvarın hər iki ayağının ön və arxa səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Köynəyin ön və ya arxa səthində, hər iki qollarında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş qara dəstəkli bıçağın dəstəyinin və tiyəsinin üzərində, göy dəstəkli bıçağın dəstəyinin və tiyəsinin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Yarpaq təsvirli yastıq üzünün hər iki səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər., yaxma xarakterlidir. Gül təsvirli yastıq üzünün hər iki səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Mələfənin ön səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1790 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №242” dairəvi möhür əksi olan, Şübhəli şəxs M.Fikrət” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,473 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. SHXÇDX-nin Sumqayıt Baş idarəsi tərəfindən verilmiş SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrdə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində hərbi xidmət keçmişdir. xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək Qubadlı istiqamətində N nömrəli hərbi hissənin tərkibində atıcı sanitar vəzifəsində xidmət edərək “Vətən” müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 141399 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. 1-6959 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2369 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 4(060)-120/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 1 aprel 2024-cü il tarixdə, saat 10:04-də Azərbaycan respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək Təqsirləndirilən şəxs atasının başını daşla vurub partlatdığını bildirmişdir. Əməliyyat qrupu ilə birlikdə saat 10:25-də hadisə yerində olub hər iki şəxsi bölməyə gətirəndə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 5-ci Polis Bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən yəni, ancaq atası Hakim Məmmədovu öldürməsi, anasını isə öldürmək istəməməsi və anasının ölümündə isə təqsirli bilməməsinə dair hissəyə qiymət verməyi zəruri hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Sözügedən plenum qərarında həmçinin göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Həmin plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini araşdırarkən ilk növbədə atasına yatmış vəziyyətdə olarkən xəsarət yetirməməsi ilə əlaqədar hissəyə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ilk dəfə hadisə günü (xx.xx.2024-cü il) sübhəli şəxs qismində ifadə verərkən məhz atasının yatılı halda olduğunu ilk 10 bıçaq zərbəsini vurduqdan sonra atasının qalxıb ona müqavimət göstərdiyini bildirmişdir. Məhz məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 53 saylı rəyində də qeyd olunmuşdur ki, mərhum zərərçəkmiş X14 bədəni üzərində aşkar edilmiş xəsarətlərdən ilkin olaraq döş qəfəsinin arxa səthində və belində olan yaralar və sonradan isə digər xəsarətlər yetirilə bilərdi. Halbuki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs atası ilə üzbəüz olan vəziyyətdə ona xəsarətlər yetirdiyini həmin vaxt atasının özünü müdafiə etmək məqsədilə sağa yaxud sola dönməsi nəticəsində kürək nahiyyəsindən də xəsarətlər almasını bildirmişdir. Yəni təqisrləndirilən şəxsin bildirdiyinə əsaslansaq mərhum zərərçəkmiş Hakim Məmmədov ilkin xəsarətlərini bədəninin ön nahiyyəsindən almalı idi. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsindən də məlum olur ki, mərhum zərərçəkmiş Hakim Məmmədov hadisədən qısa müddət əvvəl narahat olduğu üçün ona təcili tibbi yardım çağırılması lazım olmuşdur. Yəni qeyd olunanlar onu deməyə əsas verir ki, zərərçəkmiş şəxs hadisədən qısa müddət əvvəl təqsirləndirilən şəxsin bildirdiyi kimi onunla mübahisə edən və oyaq vəziyyətdə olmamışdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin anasını öldürmək niyyətinin olmamasına ona qəsdən xəsarət yetirməməsinə dair bildirdiklərinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs Məclun qızına qarşı törətdiyi hərəkətlər məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.3-cü maddəsi ilə (şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.) yəni dolayı qəsdlə əhatə olunur. Məhkəmə qeyd olunan qənaətə gələrkən nəzərə alır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əlində tutduğu alətin deşici və kəsici xassəyə məxsus bıçaq olduğunu bilmişdir. Məhz özünün aldığı və sonradan mətbəxdən götürərək istifadə etdiyi bıçaqları atasını öldürmək üçün tətbiq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs atasına bıçaq zərbələri endirməyə başladığı andan anasının ona müdaxilə etdiyni və atasını vurmaması üçün ona maneçilik törətməsini bildirmişdir. Bura qədər qeyd olunanlardan belə qənaətə gəlmək olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs atasını öldürməklə əlaqədar ictimai təhlükəli əmələ yol verdiyini dərk etmiş, atasına çoxsaylı bıçaq zərbələri yetirdiyi anda ona müdaxilə edən anasının da xəsarət almasının real olmasına dair ictimai təlükəli nəticələri qabaqcadan görmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs anasının ölümünü arzu etməsə də, etdiyi ictimai təhlükəli əməl nəticəsində anasının ölməsinə şüurlu surətdə yol vermişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs anasının ölümünə şüurlu surətdə yol verməsi qənaətinə gələrkən qeyd edir ki, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə hadisədən qısa müddət əvvəl anası atası üçün təcili tibbi yardın çağırmaq məqsədilə evdən çıxdığı zaman atasını öldürməklə əlaqədar niyyətini həyata keçirmək imkanı olmuşdur. Çünki həmin vaxt atası yatmış vəziyyətdə olmuş və ona heç kim maneçilik törətməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən müəyyən olundu ki, təqsirləndirilən şəxs anasının qolundan xəsarət aldığının fərqində olmuşdur. Lakin öz hərəkətlərini dayandırmamış və üzərində gəzdirdiyi bıçaq əlindən yerə düşdükdən sonra anasına kömək etmək əvəzinə mətbəxə ikinci bıçağı götürməyə getmişdir. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 54 saylı rəyinə əsasən mərhum Zərərçəkmiş şəxs Məclun qızına sol bazunun 1/3-nin dirsək oynağını tutan və bazu arteriya və venasını zədələyən ağır xəsarət ilkin olaraq yetirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən sonra anasının sağ olduğunu və xəsarəti olduğunu bildiyini demişdir. Lakin buna baxmayaraq təqsirləndirilən şəxs nə anasına almış olduğu xəsarətlə əlaqədar təcili tibbi yardım çağırmamış, nə də ki, anasına tibbi yardım göstərilməsi üçün onu özü ilə həkimə aparmamışdır. Nitəcədə mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs kəskin qanitirmə nəticəsində ölmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə, həmin məcələnin 120.2.7-ci maddəsinə əsasən iki və ya daha çox şəxsi öldürmə və həmin məcəllənin 120.2.9-cu maddəsinə əsasən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 228.4 (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 228.4 (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 57.1-ci maddəsinə görə ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz (qoca) vəziyyətdə olan iki şəxsə qarşı cinayət törətməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməlinin xarakterini plenum qərarına əsasən qiymətləndirərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir, birbaşa və dolayı qəstlə törədilmişdir və törətdiyi cinayətin obyektini insanın həyat və sağlamlığı təşkil edir. Törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinə gəldikdə isə əməl xüsusi amansızlıqla iki nəfər şəxsə qarşı törədilmiş və mərhum zərərçəkmiş şəxslər köməksiz vəziyyətdə olan qocalar olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdır ki, qanunda göstərilən hallarda belə cəza yalnız o vaxt tətbiq oluna bilər ki, həmin cəzanın təyini cəzanı ağırlaşdıran xüsusi hallarla və cinayəti törətmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olması ilə şərtləşmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, şəxsiyyət əleyhinə bu formada, yəni insan həyatını heçə sayan formada xüsusilə ağır cinayət törətmiş şəxs cəmiyyət üçün son dərəcə təhlükəlidir və bu cür cinayət törətmiş şəxs ömürlük cəmiyyətdən təcrid edilməlidir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum qərarlarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında göstərilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, 120.2.4, 120.2.7, 120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və eləcə də ədalətlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı həbsxanada çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, təqsirləndirilən şəxsə CPM-in 356.6-cı maddəsinə əsasən əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, X17 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 407 (dörd yüz yeddi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxs X12 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan iki ədəd bıçaq, iki ədəd yastıq üzlüyü, bir ədəd mələfə, qanabənzər maddə nümunələri, hadisə vaxtı təqsirləndirilən X14 və zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları, həmçinin şəxsi axtarış zamanı götürülmüş tədqiqatdan sonra qalıq qalmış 2,423 qram narkotik vasitə olan tiryək məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 228.4 (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9-cu maddələri ilə ömürlük azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 407 (dörd yüz yeddi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan iki ədəd bıçaq, iki ədəd yastıq üzlüyü, bir ədəd mələfə, qanabənzər maddə nümunələri, hadisə vaxtı təqsirləndirilən X14 və zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları, həmçinin şəxsi axtarış zamanı götürülmüş tədqiqatdan sonra qalıq qalmış 2,423 qram narkotik vasitə olan tiryək məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-102/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-102/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver