Məhkəmə qərarları › İş №1(124)-103/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-103/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-103/2022 07.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X4 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1978-ci ildə Qusar rayonu Döztahir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı övladı 23 dekabr 2010-cu il təvəllüdlü X2 olan, оrtа təhsilli, işsiz, İİ qrup əlil, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 4 mənzil 40-da qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, о istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 49,348 qram çəkidə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib, daşıyaraq üzərində saxlamış, 16 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında tanışı Şahid7 ilə görüşdükdə, həmin narkotik vasitəni sonradan ona 500 (beş yüz) manat məbləğində pul vəsaiti ödənilməsi müqabilində Şahid7 satmış, bundan sonra Şahid7 əldə etdiyi külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə üzərində saxlamaqla daşıması səbindən 18 sentyabr 2020-ci il tarixdə saat 23:45-də Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin X7 stansiyasının ərazisində Xaçmaz st. XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Xaçmaz st. XPŞ-nin H.Z.Tağıyev st. XPB-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əlində saxladığı qara rəngli sellofan torbadakı üzərində “Nevirapine Comprimes USP 200 mq” sözləri yazılmış kağız materialdan hazırlanmış dərman qutusunun içərisindən 49,348 qram çəkidə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin аşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında piyada hərəkət edərkən “Göyərçin” heykəlinin yanında 2 nəfər polis əməkdaşı onu saxlamışlar, bu zaman o tək olmuşdur. Həmin polis əməkdaşlarından birinin adı Rauf olmuş, digər polis əməkdaşının adını bilməmişdir. Onu polis əməkdaşları saxladıqdan sonra qara rəngli “KİA Optima” markalı **-LL-*** d.q.n avtomaşına əyləşdirmişlər. Həmin vaxt polis əməkdaşları ona bildirmişlər ki, Polis İdarəsində onun barəsində şikayət var və bu səbəbdən də onu Polis İdarəsinə aparırlar. Onu Dəmir yol bölməsinə aparmışlar. Orada bilmişdir ki, onun barəsində “Seymur” adlı şəxs tərəfindən şikayət daxil olmuşdur. O Seymur adlı şəxsi sonuncunun qardaşı Sahibə görə tanımış, həmin şəxs ilə heç bir əlaqəsi olmamışdır. Ona Polis İdarəsində polis əməkdaşları tərəfindən təzyiq göstərilmiş və ona təqdim olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini istəmişlər, həmçinin həmin narkotik vasitənin ona məxsus olmasını ifadəsində bildirmədiyi halda, evində daha çox narkotik vasitəni tapılacağı ilə hədələmişlər. Ona edilmiş hədələrdən qorxaraq, ona göstərilmiş bütün izahat və protokollara imza çəkmişdir. Polislər tərəfindən təzyiqə məruz qalması barədə ibtidai istintaq zamanı müstəntiqə məlumat vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməmişdən xeyli müddət əvvəl səhhətində ağrıları olduğundan, ağrılarını sakitləşdirmək üçün narkotik tərkibli maddələr qəbul etməyə başlamış, Sumqayıt şəhər sakini Şahid7 onun qardaşı 2010-cu ildə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 01 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olduğu Sahibə görə tanımış, Sahib cəzaçəkmə müəssəsində Azərbaycan CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, özü isə Azərbaycan Respublikası CM-nin 234.4.1; 234.4.3-cü və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəza çəkmiş, cəzaçəkmə müəssisəsində Sahiblə yaxşı münasibətləri yaranmış, cəzasını çəkib bitirdikdən sonra Sahiblə Sumqayıt şəhərində təsadüfən görüşdükdə onun yanında qardaşı Seymurda olmuş, söhbətləri zamanı Seymurla bir birlərinə şəxsi telefon nömrələrini vermişlər, təxminən 2020-ci ilin iyul-avqust aylarında Sahib mobil telefon nömrəsinə zəng edərək hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmiş və bu barədə evlərinə ona zəng etsinlər deyə xəbər verməyini xahiş etmiş, bundan sonra onun qardaşı Seymura zəng edərək bu barədə məlumat vermiş, bir müddət sonra Sahib ona təkrarən zəng edərək qardaşı Seymura ona zəng etməsini deməyini xahiş etmiş, Seymura yenidən zəng edərək Sahibin xahişini yerinə yetirmiş, bir neçə gün sonra Seymuru Sumqayıt şəhərində görəndə o, həm səhhətində olan ağrılardan şikayətlənmiş, həmdə ona qardaşı Sahibin yanına getmək üçün pul lazım olduğunu bildirmiş, bundan sonra ona vermək üçün nəğd pulunun olmamasını bildirmiş, lakin özündə 50 qram çəkidə narkotik vasitə olan heroin olmasını bildirib, Seymura həmin narkotik vasitə olan heroini verməsini, onun həm narkotik vasitə olan heroinin bir qismini səhhətində olan ağrılarla əlaqədar qəbul etməsini, bir qismini isə müştəri tapıb sataraq pul əldə etməsini, əldə edəcəyi pul vəsaiti ilə isə qardaşının yanına getməsini təklif etmiş, həmin vaxt Seymura verəcəyi narkotik vasitənin əvəzində ondan hər hansı məbləğdə pul istəmədiyini bildirsədə, Seymur ona verəcəyi narkotik vasitəni sata bilsə ona 500 manat pul verəcəyinə söz vermiş, sonuncu dəfə 16 sentyabr 2020-ci il tarixdə yaşadığı evin həyətində gizlətdiyi 50 qram narkotik vasitə olan heroini götürərək Sumqayıt şəhərində Seymurla onun yaşadığı evin qarşısında saat təxminən 18 radələrində görüşüb ona vermiş, nəm halda olduğundan Seymura verdiyi narkotik vasitə heroin bir birinin içərisinə keçirilmiş iki ədəd sarı və qara rəngli sellafonlara bükmüş, Seymur gedəndən bir neçə müddət sonra, qardaşı Sahib mobil telefonuna zəng edərək Seymurun əlində olan narkotik vasitə heroinlə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, bundan sonra daha Seymurla əlaqə saxlaya bilməmiş, sonradan olanlardan məlumatsız olmuş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən dəmir yolu stansiyasının yaxınlığında olarkən ona bir nəfər mülki geyimli şəxs yaxınlaşaraq, özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmiş, daha sonra həmin polis əməkdaşı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Xaçmaz stansiyası XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev stansiyası ərazisində narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən saxlanılaraq Xaçmaz stansiyası XPŞ-nin H.Z.Tağıyev stansiyası XPB-nə gətirilmiş Şahid7 üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyünü, Şahid7 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitəni “Elşən” adlı şəxsdən aldığını bildirdiyindən, həmçinin keçirilmiş əməliyyat istintaq tədbirləri ilə “Elşən” adlı şəxsin o olduğu müəyyən edildiyindən, eləcədə onun Xaçmaz satnsiyası XPŞ-nə məcburi gətirilməsi barədə müstəntiq tərəfindən qərar qəbul edildiyindən onunla birlikdə Xaçmaz stansiyası XPŞ-nin H.Z.Tağıyev stansiyası XPB-nı getməli olduğumu bildirmiş, etiraz etmədən həmin polis əməkdaşı ilə birlikdə Xaçmaz satnsiyası XPŞ-nnin H.Z.Tağıyev stansiyası XPB-nə gəlmiş, ordan isə Xaçmaz stansiyası XPŞ-nə aparılmış, orda şübhəli şəxs qismində tutulmuş, bundan sonra xidməti otaqların birində Xaçmaz stansiyası XPŞ-nin PPXM-nın komandiri, polis baş serjantı Şahid4, Xaçmaz stansiyası PPXM-nın polis nəfəri, polis serjantı Şahid3, Xaçmaz stansiyası XPŞnin polis nəfəri Şahid5, eləcədə hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Xaçmaz rayon Vəkil Bürosunun vəkili Nadir Lalayevin iştirakları ilə hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, saxlamasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmasında şübhəli bilindiyindən video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, buna heç bir etirazı olmadığını bildirdikdən sonra müstəntiqin təklifi ilə üzərində olan geyim əşyalarının ciblərindən bir qutu siqareti, bir ədəd alışqanı, bir ədəd plastik bank kartını, on manat məbləğində pul vəsaitlərini, iki ədəd salfeti çıxarıb təqdim etmiş, üzərinə şəxsi axtarış keçirilsədə üzərindən hər hansı saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet, eləcədə narkotik vasitə və ya narkotik vasitə qalıqları aşkar edilməmiş, bundan başqa həqiqətən 2020-ci ilin sentyabr ayında Şahid7 bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin verdiyini etiraf etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Şahid7 verdiyi narkotik vasitəni ona pul borclu olan Elnur adlı şəxsdən almış, Seymurun ona verdiyi narkotik vasitəni kimə satacağından xəbəri olmamış, lakin Seymur ona narkotik vasitəni təxminən 1000 manata satıb 500 manatını ona verəcəyinə söz vermiş, narkotik vasitəni Seymura verərkən ondan hər hansı məbləğdə pul almamış, Seymura narkotik vasitə olan heroini verəndə yanlarında başqa heç kim olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmiş, yaşadığım mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasından hər hansı digər şəxsin məlumatı olmamışdır. (cild 1, iş vərəqə 146-148; cild 2, iş vərəqə 11-14; 129-132) Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitəni ona pay vermişdir. Həmin vaxt onun vəziyyəti yaxşı olmamışdır. Təqsirləndirilən şəxs ona 50 qram narkotik vasitə vermiş, həmin narkotik vasitənin əvəzində ondan pul almamışdır. Lakin o könüllü olaraq Təqsirləndirilən şəxs 500 manat vermişdir. O Təqsirləndirilən şəxs 5-10 qram-az miqdarda narkotik vasitə istəməsinə baxmayaraq, Elşən ona 50 qram narkotik vasitə vermişdir. Təqsirləndirilən şəxs ilə yeni tanış olmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən beş-altı gün əvvəl Sumqayıt şəhəri ərazisində gəzərkən “Göyərçin” deyilən ərazidən bir qədər məsafədə Eliş kimi çağırılan, Elşən adlı tanıdığı şəxsi görmüş, Elşəni görəndə onunla salamlaşmış, həmin gün o, Elşənlə görüşdüyü zamanı Elşən ondan işlərinin necə olması barədə soruşmuş, Elşənə səhhətində yaranan problemlərlə bağlı danışaraq xəsdə olduğunu, bədənində ağrılarının olmasını demiş, həmin vaxt Elşən onda narkotik vasitə olan heroin olmasını demiş, heroinin ona yaxşı təsiri olacağını, ağrılarının kəsiləcəyini demiş, lakin Elşən bu barədə heç kimə bir söz deməməsini xahiş etmiş, söhbət zamanı Elşən heroinin qramını 20 manata satdığını, bir qədər söhbət edəndən sonra Elşən ona istifadə etdiyi ***-***-**-** nömrəsini verərək nə vaxt heroin lazım olsa ona zəng etməyini demiş, oda Elşənə heroin lazım olarsa ona ***- ***-**-** mobil nömrəsindən zəng edəcəyini demiş, bundan sonra onlar sağollaşmış, təxminən iki-üç gün oncə o, Elşənə zəng etmiş, Elşəndən 50 qram narkotik vasitə olan heroin gətirməsini xahiş etmiş, Elşənlə aralarında olan telefon danışığından sonra o, həmin günü Sumqayıt şəhərində, yaşadığı evdən bir qədər məsafədə, Sumqayıt şəhəri ərazisində Elşənlə görüşmüş, Elşənlə razılığa gələrək ondan hər qramına görə 20 manat olmaqla 50 qram heroin istəmiş, söhbət zamanı o, Elşənə onun pulunu qısa müddətə hissə-hissə qaytaracağını demiş, Elşən əvvəl narazılıq etmiş, sonra onunla razılaşaraq ona 50 qram heroin vermiş və onlar sağollaşmış, bundan bir qədər sonra o, aldığı heroinin az hissəsini istifadə etmiş, lakin heroindən tez-tez istifadə edəcəyini başa düşüb heroini özündən uzaq yerdə gizlətmək qərarına gəlmiş, bu səbəbdən də xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən H.Z.Tağıyev stansiyasına getmiş, həmin ərazidə heroini gizlətmək üçün etibarlı yer axtaranda ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmış, polis əməkdaşı olduqlarını, barəsində onlara əməliyyat məlumatı daxil olmasını demiş, buna görə də onu H.Z.Tağıyev st. XPM-nin binasına dəvət etmiş, oda etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis məntəqəsinə getmiş, məntəqədə o, Nadir adlı təhqiqatçının olduğu otağa dəvət edilmiş, həmin otaqda təhqiqatçı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə onu məlumatlandırıb ona vəkillərin siyahısını təqdim etmiş, hüquqlarının müdafiəsi üçün siyahıdan vəkil seçməsini təklif edəndə o, siyahıda olan vəkillərdən biri ilə onun təmin edilməsini xahiş etmiş, bundan sonra təhqiqatçı məntəqəyə siyahıda olan vəkillərdən X5 dəvət etmiş, onu xidməti otağında vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutaraq bu barədə protokol tərtib etmiş, həmin protokolu o, vəkili ilə birlikdə imzalamış, sonra təhqiqatçı vəkilə onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyini təklif etmiş və təhqiqatçı onu polis məntəqəsinə dəvət edən iki nəfər polis əməkdaşının yanında barəsində daxil olmuş əməliyyat məlumatı barədə təkrarən onu məlumatlandıraraq ona hüquq və vəzifələrimi izah etmiş, videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olubolmamasını ondan soruşmuş, o, buna etiraz etmədiyini bildirdikdən sonra təhqiqatçı Nadir videoçəkilişi aparmaq üçün otağa bir nəfər də polis əməkdaşını dəvət etmiş, sonra videoçəkiliş aparılaraq ona hüquq və vəzifələrini izah etmiş, ona üzərində olan əşyaları masanın üzərinə qoymasını təklif etmiş, oda əlində olan qara rəngli sellafon torbanı və cibində olan iki ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı Nadir onun üzərinə şəxsi axtarış keçirmiş, onun üzərində qanuna zid heç bir əşya aşkar etməmiş, sonra təhqiqatçı onun masanın üzərinə qoyduğu qara sellafon torbaya baxaraq içərisində olan dərman qutusundan narkotik vasitə olan heroini aşkar etmiş, sellafon torbada nə olduğunu, narkotik vasitələrdən istifadə edib-etmədiyini, narkotik vasitəni hansısa şəxsin ona satıb-satmadığını soruşmuş, oda sellafon torbada olan dərman qutusunda saxladığı narkotik vasitə heroin olmasını, narkotik vasitədən özü istifadə etdiyini, həmin narkotik vasitəni Eliş adlı şəxsdən Sumqayıt şəhəri ərazisində aldığını, Sumqayıt şəhəri, stansiya H.Z.Tağıyev ərazisinə narkotik vasitəni sonrakı istifadəsi üçün gizlətməkdən ötrü gətirərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, bundan sonra təqdim etdiyi qara rəngli sellofanın içərisindəki dərman qutusunda saxladığı narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən ekspertizaya təqdim olunması üçün götürülərək qablaşdırılmış, iştirakçılar və onun tərəfindən şəxsi-axtarşla bağlı tərtib olunmuş protokol imzalanmış, saxlanılmamışdan əvvəl 7-10 gün ərzində bir qram narkotik vasitə olan heroindən bir neçə dəfəyə hissə-hissə istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 18 sentyabr 2020-ci il tarixdə Xaçmaz st. XPŞ-nə Sumqayıt şəhər sakini Seymur adlı şəxsin ADY QSC-nin H.Z.Tağıyev stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə polis əməkdaşları ilə birlikdə saat 23 radələrində H.Z.Tağıyev dəmir yolu stansiyasının ərazisində Seymur adlı şəxsi saxlayaraq Xaçmaz st. XPŞ-nin H.Z.Tağıyev st.XPM-nin inzibati binasına dəvət etmişlər. Həmin vaxt Seymurun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman o, əlində olan qara rəngli sellafon torbanı və cibində olan iki ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi sellafon torbada narkotik vasitə heroin olmasını, sellafon torbada olan narkotik vasitəni iki-üç gün öncə Sumqayıt şəhəri ərazisində, yaşadığı evdən bir qədər məsafədə Eliş adlı şəxsdən aldığını dedi. O “Eliş” adlı şəxsin anket məlumatlarını dəqiqliklə onlara bildirmişdir. Sonradan Eliş adlı şəxs Təqsirləndirilən şəxs kimi şəxsiyyətini müəyyən etmişlər və bir müddətdən sonra Sumqayıt şəhəri ərazisində Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsasatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Xaçmaz stansiyası XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev stansiyası ərazisində narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən saxlanılaraq Xaçmaz stansiyası XPŞ-nin H.Z.Tağıyev stansiyası XPB-nə gətirilmiş xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, 2-ci qrup əlil, əvvəllər məhkum olunmuş, ünvan 1 mənzil 10-da qeydiyyatda olan və yaşayan Şahid7 üzərinə şəxsi axtarış keçirilərkən ümumilikdə 49,348 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyündən, Şahid7 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitəni Sumqayıt şəhər sakini “Elşən” adlı şəxsdən aldığını bildirdiyindən, həmçinin keçirilmiş əməliyyat istintaq tədbirləri ilə “Elşən” adlı şəxsin xx.xx.1978-ci ildə Qusar rayonunda anadan olmuş, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Sumqayıt şəh-əri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 4 mənzil 40-da qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edildiyindən, eləcədə Təqsirləndirilən şəxs Xaçmaz satnsiyası XPŞ-nə məcburi gətirilməsi barədə müstəntiq Xəyyam Şeydayev tərəfindən xx.xx.2021-ci il tarixdə qərar qəbul edildiyindən, həmin gün saat 15:00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev dəmir yol stansiyasının yaxınlığında Xaçmaz stansiyası XPŞ-nin CAQ-nun baş əməliyyat müvvəkkili, polis kapitanı Şahid6 tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Xaçmaz stansiyası XPB-nə təhvil verildiyindən, Xaçmaz stansiyası XPŞ-nin PPXM-nın polis nəfəri, polis serjantı Şahid3 və mən Xaçmaz stansiyası XPŞ-nin H.Z.Tağıyev stansiyası XPB-nə gedib Təqsirləndirilən şəxs təhvil alaraq Xaçmaz stansiyası XPŞ-nə gətirmişlər, bundan sonra xidməti otaqların birində onun, Xaçmaz stansiyası PPXM-nın polis nəfəri, polis serjantı Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Xaçmaz rayon Vəkl Bürosunun vəkili Nadir Lalayevin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmasında şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra müstəntiq Xəyyam Şeydayev tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarının ciblərindən bir qutu siqareti, bir ədəd alışqanı, bir ədəd plastik bank kartını, on manat məbləğində pul vəsaitlərini, iki ədəd salfeti çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş, onun üzərinə şəxsi axtarış keçirilsədə Təqsirləndirilən şəxs üzərindən hər hansı saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet, eləcədə narkotik vasitə və ya narkotik vasitə qalıqları aşkar edilməmiş, Təqsirləndirilən şəxs verilmiş sualları cavablandıraraq həqiqətən 2020-ci ilin sentyabr ayında Şahid7 bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin verdiyini, həmin narkotik vasitəni ona pul borclu olan Elnur adlı onunla eyni məhəllədə yaşayan şəxsdən borclu olduğu pulun əvəzində aldığını, Seymur adlı şəxsə verdiyi narkotik vasitənin əvəzində Seymurun ona sonradan 500 manat pul verəcəyinə söz verdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır.(cild 2, iş vərəqə 49-52) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Xaçmaz stansiyası XPŞ-nin CAQnun baş əməliyyat müvvəkkili vəzifəsində isə 2019-cu ildən xidmət aparmağa başlamış, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Xaçmaz stansiyası XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev stansiyası ərazisində narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən saxlanılaraq Xaçmaz stansiyası XPŞ-nin H.Z.Tağıyev stansiyası XPB-nə gətirilmiş xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, 2-ci qrup əlil, əvvəllər məhkum olunmuş, ünvan 1 mənzil 10-da qeydiyyatda olan və yaşayan Şahid7 üzərinə şəxsi axtarış keçirilərkən ümumilikdə 49,348 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyündən, Şahid7 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitəni Sumqayıt şəhər sakini “Elşən” adlı şəxsdən aldığını bildirdiyindən, həmçinin keçirilmiş əməliyyat istintaq tədbirləri ilə “Elşən” adlı şəxsin xx.xx.1978-ci ildə Qusar rayonunda anadan olmuş, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri H.Z.tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 4 mənzil 40-da qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edildiyindən, eləcədə Təqsirləndirilən şəxs Xaçmaz satnsiyası XPŞ-nə məcburi gətirilməsi barədə müstəntiq Xəyyam Şeydayev tərəfindən xx.xx.2021-ci il tarixdə qərar qəbul edildiyindən, həmin gün saat 15:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H.Z.Tağıyev dəmir yolu stansiyasının yaxınlığında yaxınlaşaraq ona özümü təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Xaçmaz stansiyası XPŞ-nin H.Z.Tağıyev stansiyası XPB-nı getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onunla birlikdə gedəcəyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs Xaçmaz satnsiyası XPŞ-nnin H.Z.Tağıyev stansiyası XPB-nə gətirib, raport tərtib etməklə təhvil vermişdir.(cild 2, iş vərəqə 53-55) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/1937 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Xaçmaz st. X11 məxsus dairəvi möhür əksi və “Nevirrapine Comprimes USP 200 mg” markalanma göstəriciləri olan dərman qutusundakı 01 ədəd bağlamada təmiz çəkisi 49,348 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.(cild 1, iş vərəqə 30-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2977 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, iş vərəqə 91- 92) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Еkspertizası Мərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə мəlum olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Xaçmaz st. X11 məxsus dairəvi möhür əksi və “Nevirrapine Comprimes USP 200 mg” markalanma göstəriciləri olan dərman qutusundakı 01 ədəd bağlamada təmiz çəkisi 49,348 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 49,348 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra 49,298 qram qalıq çəkisi qalmışdır. Ekspertiza tədqiqatından sonra 49,298 qram qalıq çəkisi qalmış qəhvəyi rəngli, kustar üsulla hazırlanmış maddə kütləsi narkotik vasitə olan heroinin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq Xaçmaz st. XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir.( cild 2, iş vərəqə 93-112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid7 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə X3 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə mütəmadi telefon danışıqlarının aparıldığı müyəyyən edilmişdir. (cild 1, iş vərəqə 06-07) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.2 və 62-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən ona təyin edilmiş cəzadan 01 ay 27 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başqa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaratdığı müəyyən edilmişdir. (cild 2, iş vərəqə 15-17) Cinayət işi materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid7 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə Şahid7 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 49,298 qram narkotik vasitə olan heroinin məhv edilməsi, 109,90 (yüz doqquz manat doxsan qəpik) ekspertiza xərcinin Şahid7 dövlət nəfinə tutulması hökm edilmişdir. (cild 2, iş vərəqə 76-82) Cinayət işinin istintaqı zamanı Şahid7 və Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid7 sonuncu dəfə polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxsla telefonla əlaqə saxladıqlarını, bundan sonra yaşadığı evin yaxınlığında onunla görüşdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümdə dəyərini sonradan ödəmək şərti ilə təxminən əlli qram çəkidə və min manat dəyərində şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin aldığını, aldığı narkotik vasitənin əvəzində Təqsirləndirilən şəxs sonradan 500 (beş yüz) manat ödəməyə söz verdiyini, narkotik vasitə alarkən Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul vermədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid7la eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə: 166-167; 168) Cinayət işi materiallarına əlavə edilmiş üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 02 (iki) ədəd, birincisi “video” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, 34,4 mb həcmində, 04 dəqiqə 55 saniyyə davam edən, ikincisi “video 2” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, 17,6 mb həcmində, 02 dəqiqə 32 saniyyə davam edən, rəngli formatda, otaq şəraitində və təbii işıqlandırılma şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə: 130; İİ cild. İş vərəqə: 08-11; 93-112) Cinayət işi materiallarına əlavə edilmiş üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 02 (iki) ədəd, birincisi “VİD_20210611_124248” adlı, 707 mb həcmində, 04 dəqiqə 55 saniyyə davam edən, ikincisi “VİD_20210611_130034” adlı, 398 mb həcmində 02 dəqiqə 46 saniyyə davam edən, rəngli formatda, otaq şəraitində və təbii işiq mənbəsi ilə işıqlandırılma şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə: 168; İİ cild. İş vərəqə: 03-05; 93-112) Cinayət işi materiallarına əlavə edilmiş üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 04 (dörd) ədəd, birincisi “55340 _ Zəng Statistika (Qarşı Abunə)- 9947...” adlı, 941 kb həcmində, ikincisi “55341 _ Zəng Statistika (Qarşı Abunə)-9947...” adlı, 787 kb həcmində, üçüncüsü “55343 _ SMS Məzmun (Qarşı Abunə)-9947...” adlı, 08 kb həcmində və dördüncüsü “55344 _ SMS Məzmun (Qarşı Abunə)-9947...” adlı, 10 kb həcmində fayllar olan bir disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1. İş vərəqə: 27; cild 2. İş vərəqə: 06-07; 93-112) Məhkəmə Təqsirləndirilən şəxs Şahid7 narkotik vasitə satmaması, narkotik vasitələrinin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni Şahid7 külli miqdarda narkotik vasitə satmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsl oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına atmayan bir övladının olması, İİ qrup əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin mövcud olması müəyyən edilmişdir. Bu səbəbdən də təhlükəli residiv onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. ( cild 1, iş vərəqə 140-141; 153-156) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 may 2021ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur.Lakin təqsirləndirilən şəxsin İİ qrup əlil olmasını nəzərə alaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub 49,298 qram qalıq çəkisi qalmış qəhvəyi rəngli, kustar üsulla hazırlanmış maddə kütləsi narkotik vasitə olan heroinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalı, 03 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə 109,90 manat ( yüz doqquz manat doxsan qəpik) ekspertiza xərcinin Şahid7 tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 9 il (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar