Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-103/2023 13.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məşğul olduğu taksilik fəaliyyəti ilə əlaqədar 2021-ci ilin oktyabr ayında müştəri qismində xidmətlərindən mütəmadi istifadə edən şəxs kimi tanıdığı xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 07 dekabr 2021-ci il tarixdə saat 19:30 radələrində idarə etdiyi «Opel Corsa D» markalı, ** UV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşdirərək, avtomobil idarə etməyi öyrətmək adı ilə aldadıb Abşeron rayonu, Masazır qəsəbəsi, «Duz Zavodu» yoluna insanların olmadığı yerə aparmış, orada Zərərçəkmiş şəxs 18 yaşına çatmadığını aşkar surətdə bildiyi halda ətrafda heç kimin olmamasından istifadə edərək avtomobilin salonunda yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək müqavimət göstərəcəyi təqdirdə təbii yolla cinsi əlaqədə olub bakirəliyini pozacağını deyib zor tətbiq edəcəyi ilə hədələyərək sonuncunun ayağını, cinsiyyət orqanını, sinə və döş nahiyələrini əli ilə sığallamış, öz cinsiyyət orqanını çıxardaraq əli ilə tutmasına məcbur edib sperma ifraz etməklə cinsi ehtirasını ödəyərək seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Xədicəni onun anasına görə dərsə aparıb gətirmiş, cibinə xərclik qoymuş, ona qarşı qanunsuz heç nə etməmişdir. Hadisədən bir-iki gün əvvəl Xədicə və anası ondan 50 manat pul istəmiş, Xədicənin ad gününə özünə geyim alması üçün 20 manat belə vermişdir. O, Xədicəyə öz qızı kimi yanaşmışdır. Hadisə günü təxminən saat 11 radələrində Xədicə ona zəng etmiş və onu yaşadığı evdən götürərək “20 Yanvar” metrosuna aparmışdır. Həmin gün ona pul vermək istəmiş, lakin o, verdiyi pulu götürməmişdir. Buna baxmayaraq o, əvvəllər ona pul verəndə götürmüşdür. Hadisə günü axşam saatlarında isə o, Xədicəni və rəfiqəsini olduqları yerdən götürmüş, ilk əvvəl onun rəfiqəsini yola salmış, daha sonra isə Xədicəni yaşadığı evin qapısına düşürmüşdür. 10 dekabr tarixində günorta saatlarında o, Masazır tərəfdə, “forda dayandığı vaxt polis əməkdaşları avtomobilinin pəncərəsini qıraraq onu tutmuş, daha sonra isə buraxmışdırlar, lakin aprel ayının 12-si yenidən saxlanılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Xədicənin anasını 2021-ci ilin oktyabr ayından tanıdığını, sərnişin daşıdığı vaxt Sona ilə tanış olduğunu, Sona ilə yaxın münasibəti olduğunu, ər-arvad yaşadığını bildirmişdir. Sona evli olmuş və əri ilə birlikdə yaşamışdır. Sona ilə tanış olduqdan sonra bir dəfə o, zəng edərək pulu olmadığını, qızlarını “20 Yanvar” metrosu yaxınlığına qoymağını istəmişdir. Bundan sonra o daimi olaraq onun qızı Pərvanəni işə, Xədicəni isə dərsə aparıb-gətirmişdir. Narkotik vasitədən istifadə etməmişdir. Bank hesabı olmuş və Sonaya maddi köməklik etmək məqsədilə ona yardım edə biləcəyini bildirmişdir. Sona ondan 2.600 manat borc pul istəmişdir. Belə ki, Sona lombarda pul verməli olduğunu, vermədiyi halda lombarda qoyulan qızılların satılacağını, həmçinin bir tərəfdən də qızılların sahiblərinin öz qızıllarını istədiyini söyləmişdir. Xədicəyə avtomobil sürməyi öyrətmişdir. Avtomobildə Xədicə, rəfiqəsi və iki nəfər sərnişin olmuşdur. O, sonuncu müştərini düşürdükdən sonra Xədicə ondan şokolad və günəbaxan tumu istəmiş və o da alıb vermişdir. Hadisə günü o, həm də Xədicənin bacısı Pərvanəni işdən götürməli olduğunu, lakin onu 21 radələrində götürməli olduğundan həmin vaxta qədər 20 dəqiqəyə yaxın boş vaxt yarandığı üçün Xədicə ona avtomobil sürməyi öyrətməyini istəmiş, daha sonra da bacısını işdən götürməyi təklif etmişdir. O, da razılaşmışdır. Xədicəyə avtomobil sürməyi “Duz gölü”nün yanında öyrətmişdir. Məhz “Duz gölü”nün yanında avtomobil sürməyi heç kim təklif etməmişdir. Daha sonra saat gec olduğundan Xədicə onu evlərində düşürməyini, bacısının gələcəyini demiş və o, da Xədicəni evinin qarşısında düşürdükdən sonra getmişdir. Xəticənin atası qızlarını aparıbgətirdiyini bilmişdir. O, Xədicəyə zor tətbiq etməmiş, seksual xarakterli hərəkətlər etməmişdir. Xədicəgil ondan pul istəmiş, hətta Pərvanə belə diplomunu universitetdən götürmək üçün 500 manat verməyini söyləmişdir. O, isə həmin müddətdə avtomobilini dəyişmiş, özünə yeni geyimlər almışdır. Digər tərəfdən də onlar pul istədikcə vermiş, onun günlük qazancı 30 manat olmuşdur. Sona pul vermədiyi halda başına oyun açacağını demiş, 03 dekabr tarixindən sonra onu hədələməyə başlamışdır. Sonanın onunla şəkilləri, videoları olduğu üçün o, qızı vasitəsilə onu hədələmək istəmişdir. Sona metamfetamindən istifadə etmiş, ona görə də ağlına nə gəlirdisə onu da həyata keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tutulmazdan əvvəl bank hesabına 354.000 manat pul qoymuşdur. Narkotik vasitə satışı ilə tutulmuş, həmin pulu da o dövr əldə etmişdir. 54 kq heroin ilə saxlanılmışdır. Sona ona heç bir zaman pul verməmişdir. O, özünə avtomobil, geyim aldıqdan sonra Sona pulu olduğu halda onun lombarda olan borcunu ödəmədiyini zənn etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə günü, yəni 07 dekabr tarixində o, qrup yoldaşı və digər sərnişinlərlə birlikdə Elvinin avtomobilində olmuşdurlar. Qrup yoldaşını düşürdükdən sonra Elvinə onu evə düşürməsini xahiş etmişdir. Elvin isə ona “Bacının işdən çıxmasına 15-20 dəqiqə vaxt qalıb, bacını da götürüb birdəfəlik evə gedərik, çünki mən təkrar gəlib bacını götürə bilməyəcəm, yollar tıxac olur” demişdir. O, Elvinə dərsdən çıxdığını, yorğun olduğunu, buna görə də evə getmək istədiyini bildirmişdir. O, marketdən şokolad almaq istəmiş, lakin Elvin özünün düşüb alacağını demişdir. Həmçinin Elvin ona avtomobil sürməyi öyrətmək istədiyini, o, isə avtomobil sürmək istəmədiyini, ona lazım olmadığını bildirmişdir. Lakin o, təkid etməyə davam edərək “Sənə maşın sürməyi öyrədəcəm, çünki bacının da işdən çıxmasına az qalıb” demişir. O, Elvinə evə getmək istədiyini təkrar söylədikdən sonra hadisə baş vermişdir. Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Elvini bir ay olar ki, tanıdığını, Elvini onunla anası tanış etdiyini, həmişə Elvinə “dayı” deyə səsləndiyini bildirmişdir. Elvindən avtomobil sürməyi ona öyrətməsini xahiş etməmiş, əvvəllər Elvin ona qarşı bu kimi hərəkətlər etməmişdir. Hadisə təxminən saat 20 radələrində olmuşdur. Həmin ərazidə heç kim olmadığı üçün səsini eşidən olmamış, o, ağlayaraq “Dayı, xahiş edirəm eləmə” demişdir. O, qaçmaq istəyəndə isə Elvin “Qaçma, onsuz səni tutacam” deyə söyləmişdir. Hətta o, “bunları valideyninə desən sənin başını kəsəcəm, sonra da gedib həbsdə yatacam” belə demişdir. O, isə Elvinə onu evə çatdırmasını, heç kimə bir söz deməyəcəyini söyləmişdir. Evə çatdıqdan dərhal sonra anasına zəng etmiş və qorxmaması üçün sadəcə yıxıldığını deyib evə tez gəlməsini xahiş etmişdir. Bacısı işdən evə gəldiyi zaman isə o, baş verənləri danışmış, daha sonra anasına olanları söyləmiş, həmin vaxt atası gecə növbəsində işlədiyi üçün evdə olmamışdır. Hadisənin olduğu günün axşamı o, anası və bacısı polis bölməsinə getmiş və baş verənləri orada danışmışdırlar. Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq hadisə zamanı üzərində ətək, köynək və gödəkcə olduğunu, həmin gödəkcə ilə hal hazırda şəkli olmadığını, çünki telefonundakı şəkillərin silindiyini göstərmişdir. Gödəkcənin üzərində maye olduğu üçün hadisədən sonra gödəkcə ona geri qaytarılmamışdır. Hadisə zamanı o, əlini oturacağa və gödəkcəsinə silmişdir. Hadisə zamanı Elvin onu təhqir etmiş və hədə-qorxu gələrək “Əgər kiməsə nəsə desən sənin başını kəsərəm” demiş, o, isə Elvinə “Xahiş edirəm məni evə düşür, heç kimə bir söz deməyəcəm” deyə bildirmişdir. Evə çatan kimi isə valideyninə baş verənləri danışmış və onlar polis bölməsinə getmişdirlər. Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq anasının Elvinə onu və bacısını aparıb-gətirməsi üçün ona pul ödədiyini, Elvin hər dəfə onu götürməyə gələndə anası Elvinə ona 1 manat verməsini tapşırdığını, Elvinin isə ona 1 manatın yerinə 10-20 manat verdiyini, lakin özünün həmin puldan imtina etdiyini bildirmişdir. Belə ki, anasını hər gün görə bilmədiyindən, həmçinin bəzən atasının ona xərclik qoymaq yadından çıxdığından anası Elvinə ona xərclik verməsini tapşırmışdır. Hadisə zamanı telefonu üzərində olmuş, Hadisə baş verdiyi vaxt kiməsə zəng etmək imkanı olmamışdır. Hadisə zamanı Elvin onun sinəsinə toxunmuş, o, qaçmaq istəmiş, lakin qaçmaq üçün imkanı olmamışdır. O, qaçmaq istəyəndə Elvin onun gödəkcəsinin arxasından tutaraq onu avtomobilə mindirmiş və “Sənə heç nə etməyəcəm” demişdir. Hadisə zamanı o, qışqırmış, Elvini vurmuş, onu buraxmasını xahiş etmişdir. Elvin ona “Sənə heç nə etməyəcəm, gəl otur qabaqda” demişdir. Elvin onu məcbur edərək qabaq oturacaqda oturtmuşdur. Elvinin ona yaxınlaşmaması üçün o, dəfələrlə onu vurmuşdur. Elvin ona xəsarət yetirməmişdir. Elvin onun sinəsindən tutmuş, o, avtomobilin qapısını təpikləmişdir. Elvin ona “Mənim cinsi orqanımdan tutmasan sənin qızlığını pozacam” demişdir. Hadisə ucqar ərazidə olmuş, orada heç kim olmamışdır. Elvin onunla cinsi əlaqədə olmamışdır. Elvin onun sinəsinə toxunmuşdur. Heç kimlə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Sağlamlıq problemi olduğu üçün ekspertiza rəyində onun qeyri-təbii yolla cinsi əlaqədə olmağı ilə bağlı əlamətlər olduğu qeyd olunmuşdur. O, heç kimlə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X2 məhkəmə tərkibinin suallarına cavab olaraq Xədicəyə günlük xərcliyini vermək yadından çıxanda, yaxud da qızını görə bilmədiyində Elvinə Xədicəyə xərclik verməsini, daha sonra ona pulu qaytaracağını dediyini, Elvinə güvəndiyi üçün qızlarını ona əmanət etdiyini bildirmişdir. Elvinə gündəlik əmək haqqı kimi 10 manat verməli olduğu halda 5-6 manat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, onlar Elvini sadəcə olaraq taksi sürücüsü kimi tanımışdır. O, bacısı Xədicəni dərsə, onu isə işə aparıb-gətirmişdir. Çox zaman bacısı dərsə tələsdiyi üçün Elvin bacısını dərsə aparır, o isə avtobusla işə getmişdir. O, “Zeytun” mağazasında çalışmış, hadisə günü də işə getmiş, lakin maaş alacağı üçün həmin gün işdən gec çıxmalı olmuşdur. Hətta o, maaşını aldıqdan sonra onları aparıb-gətirdiyi üçün Elvinə hörmət etmək məqsədilə pul verməyi belə anasına söyləməyi düşünmüşdür. O, təxminən 20 radələrində Elvinə zəng etmiş, lakin o, cavab verməmiş və o, da tıxacda olduğunu, bacısını evə qoyduğunu düşünərək evə özü qayıtmalı olmuşdur. O, yolda olarkən bacısı zəng etmiş və ağlayaraq baş verənləri danışmışdır. Çox zaman Elvin bacısnı evə qoyduqdan sonra onu işdən gəlib götürmüş, bəzən isə bacısını dərsdən götürdükdən sonra onu da işdən götürərək evə qoymuşdur. O, həmin xəbəri aldıqdan sonra valideynləri işdə olduqları üçün onlara zəng etməmiş və avtobusa minərək təcili evə gəlmişdir. O, evə girən kimi Xədicə ağlayaraq baş verənləri ona danışmış və o, “Elvin sənə başqa pis hərəkət etdimi?” deyə soruşmuşdur. Daha sonra o, sakitləşərək qonşuya keçmiş və onun telefonu ilə anasına zəng etmişdir. O, anasına “Ana, Xədicə yıxılıb, qorxma, amma evə gəl, səninlə danışmaq istəyirəm” demişdir. Anasının yolda gəldiyi vaxt ürəyi getmişdir. Bu hadisələr baş verərkən atası işdə növbədə olmuş, olanlardan xəbəri olmamışdır. Anası evə gəldikdən sonra onlar polis bölməsinə getmişdirlər. O, evə gəldiyi zaman bacısının üzərində pijama olmuşdur. Bacsı ağladığı üçün onu sakitləşdirməyə çalışmış, həmçinin ona bu məsələnin heç kimin bilməməsi gərəkdiyini, anası ilə danışmalı olduğunu söyləmişdir. Müdafiəçinin sualına cavab Elvinin ona pul vermədiyini qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2958 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı psixi emosional vəziyətində narahatçılıq, gərginlik, qorxu kimi hallar yaranmışdır. Zərərçəkmiş şəxs müayinə zamanı özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli və psixi inkişafı nəzərə alınmaqla Zərərçəkmiş şəxs yaranmış şəraitin mahiyyətini tam dərk etmək davranışın mümkün nəticələrini görmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs hadisə baş verərkən fərdi-psixi xüsusiyyətlərindən və psixi emosional halından asılı olaraq təqsirləndirilən şəxsə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 651 №li rəyindən görünür ki, E.H. Nuriyevin cinsi qabiliyyətini təsdiq edən əlamətləri müsbətdir. E.H. Nuriyevin xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. E.H. Nuriyevin bədən səthi üzərində o cümlədən arxa keçəcək dəliyində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 647 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində, o cümlədən cinsiyyət üzvlüyündə hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Arxa keçəçək və onun ətrafında hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. X.E. Abdullayevanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-lifli materialların kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5487 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və «Opel Corsa» markalı ** UV *** dövlət qeydiyat nişanlı avtomobilin ön sağ oturacağın oturacaq və söykənəcək hissəsinin üzlüklərindən götürülmüş lif nümunələri olan parolon süngərlərin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu kimi qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş «Opel Corsa markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının oturacaq və söykənəcək hissəsinin üzlüklərindən götürülmüş lif nümunələri olan parolon süngərlərin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyavi ekspertizasının xx.xx.2021-ci il tarixli 4094 K №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan «Amfetamin» aşkar edildi. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və tibbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyavi ekspertizasının xx.xx.2021-ci il tarixli 4093 K №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və tibbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 807 MTKŞ/2021 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluver, gödəkçə və ətək üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus alt tumanı, şalvar və köynək üzərində zədə izləri aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 938/2021- MTBŞ №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dir. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qruppu 0/İ/-dir. (təqdim edilən sənədlərin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə üzərində sperma ləkələri aşkar edildi. Bu ləkələrdə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda B və H antiqenləri alındı. Bu sperma ləkələri B-alfa (H)/ İİİ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanuünda müşayiətçi H antiqeni vardırsa). Gödəkçənin üzərində sidiyə, qana və nəcis kütləsinə şübhəli ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Opel Corsa markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin oturacaqlarından götürülmüş kəsiklər və Təqsirləndirilən şəxs məxsus tuman üzərində olan ləkələrdə qan, spermatozridlər, sidik və nəcis elementləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol mayka və Zərərçəkmiş şəxs məxsus ətək, pulover üzərində sidiyə, qana, spermaya və nəcis kütləsinə şübhəli ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komission məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 916 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə E.H. Nuriyev öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərinin faktiki harakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqdidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar «Azercell » Telekom BM-ndən alınmış xx.xx.2022-ci il tarixli 3257 nömrəli məktuba əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 20:19 radələrində istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrəsindən ***-***- **-** mobil nömrəsi ilə 90 saniyə saniyə danışıq aparmış və Zərərçəkmiş şəxs mobil telefonun xx.xx.2021-ci il tarixdə saat 20:19 radələrində antenn dairəsi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18:31 radələrində istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrəsindən ***-***-**-** nömrəsi ilə 41 saniyə, saat 20:55 radələrində ***-***-**-** nömrəsi ilə 97 saniyə danışıq aparmış və Təqsirləndirilən şəxs mobil telefonun 07 dekabr 2021-ci il tarixdə saat 18:30 və 20:55 radələrində anten dairəsi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli AZF/LGL- 125/22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:57 radələrində istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrəsindən ***-***-**-** nömrəsi ilə 2 saniyə danışıq aparmış və Təqsirləndirilən şəxs mobil telefonun 07 dekabr 2021-ci il tarixdə saat 20:57 radələrində anten dairəsi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olmuşdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 11 may 2022-ci il tarixli qərara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş Opel Corsa markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi 09 may 2022-ci il tarixli qərarla tanınmış, saxlanılmasından ötrü X4 təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Redmi 9 T” markalı mobil telefonun maddi sübut kimi 09 may 2022-ci il tarixli qərarla tanınmış, saxlanılmasından ötrü X4 təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd boz rəngli alt tumanı, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qısa qol qara köynək, Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd gödəkçə, 1 ədəd ətək, 1 ədəd ağ poluver maddi sübut kimi 08 may 2022-ci il tarixli qərarla tanınmış, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kompyuter texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 5/1387 №li rəyinə əlavə edilmiş 1 ədəd disk, «Azercell » Telekom dan daxil olmuş 1 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Masallı rayon icra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti mənfi xarakterizə edilir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli və əxlaqsız hərəkətlər etməməsi, zərər çəkmiş şəxsin anası Sona Abdullayeva ilə yaxın münasibətdə olmasını əsas gətirərək sonuncunun ondan əsaslandıra və məhkəməyə izah edə bilmədiyi səbəbə görə qisas almaq niyyətilə ona böhtan atmaları barədə məhkəmədə verdiyi ifadəsini onun özünü müdafiə və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələr yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə xüsusilə qeyd edir ki, zorlama və seksual xarakteri zorakılıq hərəkətləri cinayətləri öz spesifikliyi ilə, eləcə də sübutetmə predmetinə görə digər cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayət işləri zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri yalnız o, halda sübut növü kimi qəbul edilə bilər ki, həmin ifadələr ən azı digər sübutlarla-məhkəmə ekspert rəyi ilə, hadisə barədə şahid ifadəsi ilə, habelə cinayət törədiləndən dərhal sonra aparılmış istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunsun. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində göstərilən hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki iş materiallarında olan Təqsirləndirilən şəxs adına tərtib olunmuş tələbnamədən görünür ki, o, Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 03 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2016-cı il tarixdə Qaradağ rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmədən Azərbaycan Respublikası CM-nin 150.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin qəsdən törətməsi onun əməlində cinayətlərin təhlükəli residivini yaratmışdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi vardır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsiə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə cinayətin xarakter, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 10 may 2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin «8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» xx.xx.2021-ci tarixli Qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarlı ilə həbsdə saxlama müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub, Abşeron rayon Pİ-nin saxlancı ambarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd boz rəngli alt tumanı, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qısa qol qara köynək sahibinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd gödəkçə, 1 ədəd ətək, 1 ədəd ağ poluver sahibinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd Opel Corsa markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi 09 may 2022-ci il tarixli qərarla tanınmış, saxlanılmasından ötrü X4 təhvil verilməsi nəzərə alınmalı, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Redmi 9 T” markalı mobil telefonun maddi sübut kimi 09 may 2022-ci il tarixli qərarla tanınmış, saxlanılmasından ötrü X4 təhvil verilməsi nəzərə alınmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 214.16 (iki yüz on dörd manat, on altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin saxlancı anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd boz rəngli alt tumanı, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qısa qol qara köynək, Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd gödəkçə, 1 ədəd ətək, 1 ədəd ağ poluver sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Redmi 9 T” markalı mobil telefon və Opel Corsa markalı, ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təqsirləndirilən şəxsin qardaşı X4 təhvil verilməsi nəzərə alınsın, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 214,16 (iki yüz on dörd manat on altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-103/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-103/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver