Məhkəmə qərarları › İş №1(124)-103/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-103/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-103/2024 07.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu istintaqa məlum olmayan Türkiyə Respublikasında yaşayan “Cahandar” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun tapşırığı ilə 50 manat müqabilində külli miqdarda psixotrop maddə olan metamfetamini deyilən yerə çatdıraraq satışını həyata keçirməkdə iştirak etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 29 iyun 2022-ci il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Türkiyə Respublikasında yaşayan Cahandar adlı şəxsi istifadəsində olan +**********4242 saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsində istifadə etdiyi +99***-***-**-** saylı onun mobil nömrəsi ilə əlaqə saxlayıb, Abşeron rayonu, Fatmayı kəndi, Diyar Allahverdiyev küçəsində hasarın yanında kolun dibində psixotrop maddə qoyduğu barədə bildirəndən sonra o, həmin gün saat 01 radələrində idarə etdiyi mopedlə Cahandar adlı şəxsin dediyi yerə gəlib orada qoyulan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı2) daxil edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 98,045 qram olan külli miqdarda ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd gümüşü rəngli elektron tərəzini bir qrup şəxs halında götürüb, qanunsuz əldə edərək psixotrop maddə metamfetamini idarə etdiyi mopedin “Wolt” çantasına, elektron tərəzini isə oturacağın altına qoyub saxlamaqla, Abşeron rayonu, Fatmayı-Mehdiabad avtomobil yolu ilə hərəkət edərək, Bakı şəhərinə daşıyarkən həmin tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi, D.Allahverdiyev küçəsində yaşayan Şahid2, Şahid1, X2 və Şahid3 tərəfindən kənddə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasından şübhələnib, Abşeron rayonu, Fatmayı kəndi “Səma” marketin yaxınlığında saxlanılaraq, idarə etdiyi mopedin oturacağının altından bir ədəd gümüşü rəngli elektron tərəzi və “Wolt” çantasından 1 ədəd şəffaf rəngli sellofan bükümdə 98,045 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq, Abşeron rayonu, Mehdiabad PB-nin Növbətçi Hissəsinə gətirilib təhvil verilmiş, Abşeron RPİ-nin Mehdiabad PB-də şəxsi axtarış və götürmə zamanı ona məxsus 1 ədəd şəffaf rəngli sellofan bükümdə 98,045 qram psixotrop maddə metamfetamin və 1 ədəd gümüşü rəngli elektron tərəzi qablaşdırlaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, axşam saat 11 olardı. Motosikletini sürdüyü dostunun telefonu onda olmuşdur. Dostu həmin gün ona pul verməli idi. Dostu da saxlandığı məhəllədə qalmışdır. Həmin X1r. O, birinci dalanda yaşamışdır. Həmin dostunun yanına gedərkən səhvən digər dalana daxil olmuşdur. Yanlış dalana daxil olmuş, ünvanın səhv olduğunu gördükdə yadına düşmüşdür ki, dostu ona ünvanının lokasiyasını telefonda göndərmişdir. “Whatsapp”-da lokasiyaya baxmaq istəmiş, görmüşdür ki, “Vaz2107” markalı avtomobil ona yaxınlaşır. Ondan “nə gəzirsən burada” deyə soruşmuşdur. Ramizgilə gəldiyini bildirmiş, ona kobud şəkildə buralarda Ramiz olmadığını söyləmişdirlər. Avtomobildə dörd nəfər olmuşdur. Onlarla bacarmayacağını görüb, motosikleti işə salıb və qaçmağa başlamışdır. Mehdiabada kimi qaçmışdır. Mehdiabada çata-çatda bunlar onu avtomobillə vurub yıxmışdırlar. Biri üzərinə taxtayla, biri bıçaqla gəlmişdir. O, da həmin vaxt yerdə uzanmışdır. Onu əllərindəkilər ilə vurmasalar da, yumruq-təpiklə vurmuşdurlar. Daha sonra aralarından biri demişdir ki, Əbdülü çağıraq gəlsin. Beləcə Əbdülə zəng edərək atasını da götürüb gəlməsini, adamı tutduqlarını qeyd etmişdirlər. Üzərindən on dəqiqə keçməmiş köhnə model “Mitsubishi Pajero” markalı avtomobil gəldi. Onlar avtomobildən düşərək nə üçün buralarda olduğunu soruşmuş, o isə dostugilə gəldiyini demişdir. Dostunun kim olduğunu soruşduqda, “Roma” ləqəbli Ramiz olduğunu söyləmişdir. Bundan sonra Əbdül onun motosikletini sürməyə oturmuş, o da avtomobildə qalmışdır. Nəysə ki, Romagilin məhəlləsinə gəlmişdirlər. Onu qapıya yaxınlaşmağa qoymamış, kənarda saxlamışdırlar. Aralarından biri Ramizgilin qapısını döymüş, sonuncunun balaca qardaşı Çingiz qapını açaraq Ramizin evdə olmadığını bildirmişdir. Amma əslində evdə olmuş, sadəcə olaraq Ramizin gecə vaxtı çölə çıxmaması üçün belə bir yalan söyləmişdir. Nurlan onun yalan danışdığını qeyd edərək orada da onu döyməyə başlamışdır. Ona demişdirlər ki, buraya “mal” arxasıyca gəlmisən, boynuna al. O, da dostugilə gəldiyini qeyd etmişdir. Bu zaman Nurlan demişdir ki, ya onu oradaca “mundarlayacaq”lar, ya da polis bölməsinə gedəcəklər. Onun motosikletinin çantasının içərisindən sellofan çıxarmış, sellofanda tərəzi və bükümdə “patı” olmuşdur. Ona tapşırmışdırlar ki, bunları polis bölməsində boynuna alsın. Avtomobildə dörd nəfər olmuş, iki nəfər Əbdüllə Nurlan da sonradan gəlmişdir. Onu çox pis döymüşdürlər. Axırda razılaşmışdır ki, polis bölməsinə getsin. Polis bölməsində polis əməkdaşlarına demişdir ki, bunlar onluq deyil. Onlar da ona inanmamış, onu döymüşdürlər. Bununla bağlı prokurorluğa da şikayət etmişdir. Onun bu işdə heç bir təqsiri yoxdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitə olan marixuana istifadə etməmişdir. Əsgərlikdən gəldikdən sonra 1-2 il marixuana istifadə etmiş, daha sonra tərgitmişdir. 2016-2017-də istifadə etmişdir. Ümumilikdə 2020-2021-ə kimi narkotik vasitə istifadə etmiş, daha sonra isə istifadə etməmişdir. Metamfetamin istifadə etməmişdir. İyirmi aydır ki, həbs olunmuş, bu səbəbdən “patı” ifadəsini işlətməyi normaldır. “Cahandar” adlı şəxsi tanıyır, ondan “nəşə”, yəni marixuana almışdır. 2017-2021 arası Cahandardan narkotik vasitə almışdır. Daha sonra Cahandarla əlaqə saxlamamış, o cümlədən mesajlaşmamışdır. Saxlandığı gün Cahandar haradansa metamfetamin götürməyimlə bağlı ona nəsə göndərməmişdir. Sadəcə olaraq onu döyüb narkotik vasitəni haradan aldığını deməyi tələb etmiş, o, da məcbur Cahandarın adını vermişdir. Abşerona gedəndə axşam saat 11 radələri olmuşdur. Abşerona dostugilə getmişdir. Ona görə dostugilə getmişdir ki, qaytarmalı olduğu palto və almalı olduğu məişət əşyaları var idi. X1r. Ramizin telefonu qırıq idi, həmin telefonu onda olduğu üçün saxlandığı gün Ramizə zəng etməmişdir. Ramizgilə çox gedib-gəlmişdir. Onlara gedəndə küçəni səhv salmışdır. Orada iki dalandır, həmişə onları səhv salmışdır. Barəsində qətimkan tədbiri seçilən zaman bu cür ifadə vermək şəraiti olmamışdır ki, hazırda bildirdiyi xüsusatları da orada qeyd etsin. Müstəntiqə hazırda qeyd etdiyi xüsusatların hamısını bildirmişdir. Əbdül onun motosikletini sürmüşdür. Əbdül motosikletinə metamfetamini qoyanda görməmişdir. Kənd sakinlərini əvvəldən tanımamış, əvvəldən onlarla düşmənçiliyi olmamışdır. Onu kənd sakinləri tutanda soruşmuşdurlar ki, “Saipa”-nı sürən kimdir. Tanımadığını demişdir. Hansısa avtomobil sürəni axtarırdılar. İbtidai istintaq zamanı dostu Ramiz və ya qardaşı Çingizlə bağlı vəsatət verməmişdir. Polis əməkdaşları tərəfindən döyülmüşdür. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vəsatətlər verilmiş, ancaq nəylə bağlı olduqları hazırda yadında deyildir. Polis əməkdaşları və kənd camaatı ilə də bağlı şikayətlər olmuşdur. O, bir müddət “Pajero” markalı avtomobildə olmuşdur. Həmin avtomobili Nurlan idarə edirdi. Əbdül Nurlanın oğludur. O, kənd sakinləri ilə olduğu müddətdə motosikleti Əbdüldə olmuşdur. Motosikleti təxminən on dəqiqə Əbdüldə olmuşdur. Kənddən polis bölməsinə gedəndə də motosikleti Əbdüldə olmuşdur. Ümumilikdə iki saat yarım motosikletindən kənarda olmuşdur. Avtomobillə motosikletinə arxadan dəymiş, motosikletin istiqaməti dəyişmiş, divara girmişdir. Əsas xəsarətlərini yıxılanda deyil, döyüləndə almışdır. Polis bölməsinə 02:30-da gəlmiş, saat 12 üçün də kənd sakinləri onu saxlamışdırlar. Polis əməkdaşlarına metamfetaminin ona məxsus olmadığını, kənd sakinlərinin üzərinə qoyduğunu bildirmişdir. Onlar da ona qulaq asmamış, onu döymüşdürlər. Baxış keçiriləndə metamfetamin və tərəzi aşkar olunmuşdur. Məhəllədə kənd camaatı verəndə metamfetaminin psixotrop maddə olduğunu artıq bilmişdir. Ondan “Saipa” sürücüsünün kimliyini soruşmuş, o, da o şəxsin ona aidiyyatı olmadığını, elə adam tanımadığını demişdir. O, kənd sakinlərinə bildirmişdir ki, onu yanlışlıqla tutublar. Hətta Nurlan sual verdi ki, “dəqiq budur?” Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yəni, anam və azyaşlı qardaşı ilə ünvan 1-də qeydiyyatda olmaqla yaşayır. 4 ildir ki, arada narkotik vasitə olan qurudulmuş marixuandan istifadə edir. Lakin, narkoloji qeydiyyatı yoxdur. O, təxminən 1 ildir ki, “Wolt” yemək daşıma şirkətində özünə məxsus dövlət qeydiyyat nişanı olmayan mopedlə kuryerlik edib ailəsini dolandırır. Onu da bildirmişdir ki, təxminən 1 ildir Türkiyə Respublikasında yaşadığını bildiyi Cahandar adlı şəxsi tanıyır. Cahandarın narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olduğunu bilmişdir. Cahandar Bakı şəhərində narkotik vasitələrin və psixotrop maddələrin bir ünvandan digər ünvana çatdırılması ilə məşğul olur. Cahandar bütün sifarişləri “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə edirdi. Təxminən 3-4 gün əvvəl maddi sıxıntıları olduğu üçün, Cahandarın istifadəsində olan **********4242 saylı mobil nömrəsi ilə telefon əlaqəsi saxlamışdır. Cahandardan pula ehtiyacı olduğuna görə pul istəmişdir. Cahandar isə ona kuryerlik etməyini, sifarişinin olduğunu deyib, həmin sifarişi bir yerdə götürüb başqa yerə çatdıracağı halda ona 50 manat pul verə biləcəyini bildirmişdir. O da razılaşmışdır. Lakin, mopedi nasaz olduğuna görə Cahandarın dediyi sifarişi çatdıra bilməmişdir. 29 iyun 2022-ci il tarixdə təxminən saat 01 radələrində ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazaraq ona məkan göndərmişdir. Həmin yerdə psixotrop maddə və tərəzi olduğunu deyib həmin yerdə deyilənləri götürməyini lazım olan ünvana çatdıracağı halda ona 50 manat pul verəcəyini bildirmişdir. O da razılaşmışdır. Cahandarın dediyi yerə yəni, Abşeron rayonu, Fatmayı kəndinə getmişdir. Cahandarın göndərdiyi məkan ilə deyilən yerə çatmışdır. Ara küçəyə daxil olub həmin ərazini axtarmağa başlamış və hasarın dibindən olan kolun altından sellofan torbada psixotrop maddə olan metamfetamin və bir ədəd tərəzi olduğunu görmüşdür. Tərəzini idarə etdiyi mopedin oturacağının altına psixotrop maddəni isə “Wolt” çantasının içərisinə qoymuşdur. O, ara küçədən çıxıb Mehdiabad qəsəbəsi istiqamətində gələn zaman arxasınca avtomobil gəldiyini görüb, qorxub surətlə mopedini idarə etməyə başlamışdır. Lakin, Mehdiabad qəsəbəsinə çatan zaman 3 tərəfli yolda olan işıqforda həmin şəxslər maşınla ona yaxınlaşmışdılar. İki nəfər maşından düşüb onu saxlayıb yaşadıqları kənddə nə axtardığını soruşmuşdular. O isə qorxduğundan həmin şəxslərə etdiyi hərəkətin düzünü yəni, kənddən narkotik vasitə götürməyə gəldiyini demişdir. Həmin şəxslər daha sonra onu Fatmayı kəndinə iki nəfər yaşlı adamın yanına aparmışdılar. O, həmin şəxslərə də kənddən narkotik vasitə götürdüyünü bildirmişdir. Bundan sonra həmin şəxslər ondan narkotik vasitə kimi adını təqdim etdiyi psixotrop maddə olan metamfetamini və bir ədəd tərəzini ondan almışdılar. Daha sonra həmin şəxslər onu psixotrop maddə olan metamfetamin və tərəzi ilə birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirib təhvil vermişdilər. Orada onun hüquqlarının müdafiə olunması üçün Xırdalan şəhər Vəkil bürosunda növbətçi vəkil Rəşad Tağıyev dəvət olunmuşdur. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə ondan aşkar olunmuş psixotrop maddə olan metamfetamin və bir ədəd tərəzi qablaşdırılaraq götürülmüşdür. Bundan başqa üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Həmin qablaşdırma üzərində iştirakçılar və özü imza edərək təsdiq etmişdilər. O, həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Cahandar adı ilə tanıdığı lakin, üzünü görmədiyi Türkiyə Respublikasında yaşayan şəxsin sifarişi ilə Abşeron rayonu, Fatmayı qəsəbəsində hasarın dibində olan kolun dibindən götürüb Cahandarın dediyi yerə aparıb təhvil verməli imiş. O, ümumiyyətlə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmamışdır. Sadəcə maddi imkanı zəif olduğuna görə Cahandardan pul istəyən zaman ona kuryerlik təklif etmiş və buna görə ona 50 manat pul verəcəyini bildirmişdir. Cahandarla bir ildir narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs kimi sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. Cahandarla “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışmışdır. Cahandarla başqa əlaqəsi olmamışdır. Bir dəfə Cahandarın sifarişini yerinə yetirmək istəsə də lakin, alınmamışdır. 29 iyun 2022-ci il tarixdə kənd camaatı onu saxlayarkən etdiyi hərəkətə görə onu sifət, bədəninin müxtəlif nahiyyələrinə vurub xəsarət yetirmiş, sonra isə onu Mehdiabad PB-nə təhvil vermişdilər. Lakin, polis əməkdaşları ona heç bir təzyiq və xəsarət yetirmədən ondan aşkar olunmuş psixotrop maddəni götürmüşdülər. O, ***-***-**-** saylı nömrə işlədir. O, Cahandar adlı şəxslə “Whatsapp” sosial şəbəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hazırda elan olunan ifadəni təzyiq altında vermişdir. Həmin vaxt döyülmüşdür. O, sonda nə varsa, onu demişdir. Ancaq müstəntiq həmin ifadəni rədd etmişdir. 05 yanvar 2023-cü il tarixdə yenidən ittiham elan olunan zaman Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmədiyini, ilkin istintaq zamanı verdiyi ifadəsində Türkiyə Respublikasında yaşayan Cahandar adlı şəxsi tanımadığını, onun sifarişi əsasında 50 manat pul qarşılığında Abşeron rayonu, Fatmayı kəndindən 1 bükümdə psixotrop maddə və 1 ədəd elektron tərəzi götürmədiyini, həmin əşyaların Fatmayı kənd sakinləri tərəfindən qərəzli şəkildə ona döyülərək verilməsini bildirmiş, qorxduğu üçün ilkin sənədləşmə zamanı hər şeyi etiraf etdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də CAŞ-da baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şahid6la birlikdə PB-də xidmətdə olmuşdurlar. Vətəndaşlar polis bölməsinə yaxınlaşmış, Təqsirləndirilən şəxs da onlarla birlikdə olmuşdur. Mopedi də gətirmişdirlər. 2022-ci ilin təxminən altıncı ayı olardı, dəqiq tarix yadında deyildir. Kənan özü bildirdi ki, “Cahandar” adlı şəxsdən narkotik vasitə götürür və kuryerlik edir. Təhqiqatçı tərəfindən vəkilin də iştirakı ilə narkotik vasitəyə baxış keçirildi, narkotik vasitə qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən hansısa təzyiq olmamış, döyülməmişdir. Kənan bildirdi ki, narkotik vasitəni Türkiyədən “Cahandar” adlı şəxsdən əldə edib. Çəkiliş zamanı Təqsirləndirilən şəxs dedi ki, kuryerdir, telefonunda da lokasiyalar var. Təxminən dörd-beş nəfər kənd sakini var idi. Kənangil gələndə onlar bölmədə otaqda olmuşdurlar. Kənd sakinləri ilk olaraq növbətçi hissəyə yaxınlaşmışdırlar. Növbətçi hissə ona məlumat verərək kənd sakinlərinin narkotik vasitə daşıdığına görə bir nəfər adam gətirdiyini bildirmiş, o da gəlmişdir. Kənan kənd sakinləri ilə birlikdə gələndə əl-qolu açıq olmuş, elə onların yanında dayanmışdır. Kənan özü demişdir ki, həqiqətən də kuryerlik edərək narkotik vasitələrin yerini dəyişir. Onların iştirakları ilə təhqiqatçı tərəfindən yalnız baxış keçirilib. Vəkil də orada olmuşdur. Heç kim Kənanı döyməyib, bədənində bir dənə də xəsarəti olmamışdır. Baxışı təhqiqatçı keçirir. O, sadəcə olaraq şahid qismində baxışda iştirak etmişdir. Kənanla bağlı onlarda əməliyyat məlumatı olmamışdır. Vətəndaşlar bu hadisədən qabaq gəlib onlara şifahi şəkildə müraciət edərək bildirmişdirlər ki, kimsə gəlib yaşadıqları əraziyə narkotik vasitə atır. Amma sırf Kənanla bağlı məlumat olmamışdır. Mopeddən narkotik vasitə ilə tərəzi aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilən zaman o xidmətdə olmuş, video çəkilişdə də iştirak etmişdir. Narkotik vasitəylə tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə yadında qaldığı qədərilə metamfetamin olmalı idi. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsində aşkar olunmuş psixotrop maddənin növü və çəkisi ilə bağlı xüsusatı təsdiq edir. Şahid5 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, DİO-da 2002-ci ildən xidmət edir. 2016-cı ildən isə Abşeron RPİ-də Mehdiabad PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir və polis mayoru rütbəsindədir. ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. O, 28 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədən Abşeron RPİ-nin Mehdiabad PB-də əməliyyat qrupunda xidmətdə olmuşdur. Belə ki, 29 iyun 2022-ci il tarixdə təxminən saat 03 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nin Növbətçi Hissəsi ona zəng vuraraq, Abşeron rayonu, Fatmayı kəndindən 4 nəfər mülki şəxsin bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs psixotrop maddə əldə etdiyinə görə saxlayaraq bölmənin inzibati binasına gətirdiklərini bildirmişdir. Buna görə dərhal Mehdiabad PB-nin Növbətçi Hissəsinə yaxınlaşmışdır. Bölmənin inzibati binasına daxil olan zaman 4 nəfər mülki şəxsin və Təqsirləndirilən şəxs bölmənin inzibati binasında olduğunu görmüşdür. Həmçinin, Fatmayı kəndi əməliyyat müvəkkili Şahid6 xidməti ərazisi olduğu üçün onu da bölmənin inzibati binasına dəvət etmişdilər. X6 Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün vəkil dəvət etdikdən sonra xidməti otaqların birində Kənana hüquq və vəzifələri izah edilmişdir. Mülki vətəndaşların təqdim etdiyi bir büküm psixotrop maddə və qutuda olan elektron tərəzi stolun üzərinə qoyulmuşdur. X6 4 nəfər mülki şəxslərdən Təqsirləndirilən şəxs tanıyıb tanımamasını soruşmuşdur. Baxışda iştirak edən 4 nəfər şəxs Təqsirləndirilən şəxs tanımadıqlarını, yaşadıqları Fatmayı kəndinə idarə etdiyi mopedlə gələn zaman Kənandan şübhələndiklərini görüb arxası ilə düşdüklərini və saxladıqlarını bildirmişdilər. Daha sonra Kənandan hansı səbəbə kəndə gəldiyini soruşduqda Kənan psixotrop maddə götürdüyünü və mopedin çantasına qoyduğunu, elektron tərəzini isə mopedin oturacağının altına qoyduğunu bildirmişdir. Daha sonra təhqiqatçı həmin psixotrop maddəni və elektron tərəzinin kimə məxsus olmasını Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükülünün və elektron tərəzinin öünə məxsus olduğunu deyib Türkiyə Respublikasında yaşayan Cahandar adlı şəxsin göndərdiyini bükülünün içərisində 100 qram psixotrop maddə metamfetamin olduğunu, 50 manat müqabilində Bakı şəhərində Cahandarın dediyi şəxsə çatdırmalı olduğunu bildirmişdir. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı isə başqa hər hansı qanunla qadağan olunan əşya və predmet aşkar edilməmişdir. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Təqsirləndirilən şəxs idarə etdiyi mopedə baxış keçirilmiş, lakin mopeddən hər hansı qanunla qadağan olunan əşya və predmet tapılmamışdır. O, həmçinin Təqsirləndirilən şəxs hər hansı fiziki təsir və zorakılıq göztərməmişdir. Təqsirləndirilən şəxs özü baxış zamanı video çəkilişdə ona qarşı fiziki zor göstərilmədiyini bildirmişdir. Kənan səmimi olaraq psixotrop maddə olan bükülünün və elektron tərəzinin özünə məxsus olmasım bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onu döyən şəxslərin arasında hazırda ifadə verən polis əməkdaşı olmamışdır. Ancaq bu şəxsi gecə deyil, səhər görmüşdür. Onu post patrul sürücüsü döymüşdür. Polisə gedəndə əli açıq olmuşdur. Video çəkiliş zamanı hal şahidi çağırılmamışdır. Telefonunda lokasiya olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kənd sakinləri tərəfindən saxlanılmışdır. Kənanda ağ şəffaf sellofan torbada maddə var idi. Sonrasında rəydən də Kənanın üzərindəkinin narkotik vasitə olduğu məlum olmuşdur. Ağ şəffaf sellofana bükülmüş bükümü Kənan özü təqdim etmişdir. Kənanın təqdim etdiyi maddə ağ rəngli şəffaf sellofanda olmuşdur. Kənanın üzərindəki maddəni haradan çıxardığını bilməmişdir. Orada haradasa səkkiz nəfər kənd sakini var idi. Çəkiliş zamanı üzərindəki maddəni Kənan özü təqdim etmişdir. Video çəkiliş zamanı Kənanın üzərindəki maddəni haradan çıxarıb təqdim etdiyi yadında deyildir, üzərindən bir ildən artıq müddət keçmişdir. Kənd sakinləri deyirdi ki, həmin maddə nəsə Təqsirləndirilən şəxs motosikletində çantada olub. İbtidai istintaq zamanı vermiş olduğum ifadəni təsdiq edir. Video çəkilişin aparılmasından bir ildən çox müddət keçib, o səbəbdən keçirilmə saatı yadında deyildir. Çəkilişdə kimlərin olduğunu tam xatırlamır. Ona növbətçi hissədən zəng gəlmişdir. Ona deyildi ki, üzərində narkotik vasitə olmasında şübhələnilən şəxs vardır. Fatmayı,Görədil və Mehdiabad onun ərazisidir. Həmin əraziyə o nəzarət edir. Vəkilin gəlməsi üçün nə qədər müddət gözlədikləri və hal şahidlərinin olub-olmaması yadında deyildir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, video çəkilişin aparıldığı saatı bilmir, səhər açılmışdır. Onu döyən şəxslərin arasıda hazırda ifadə verən şəxs olmamışdır. O, kənd sakinləri və polis əməkdaşları tərəfindən döyülmüşdür. Ancaq aralarında Aftandil müəllim olmamışdır. Hazırda ifadə verən şahid səhər gəlib telefonuna baxdı, narkotikə aid heç nə tapmadı. Daha sonra da video çəkilişdə iştirak etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Kənanı saxlamamışdan üç gün qabaq “Saipa” markalı avtomobili məhəllədə görmüş və ondan şübhələnmişdirlər. Kənd sakinləri Kənanı saxlayıb kim olduğunu soruşmuşdurlar. O da telefonda lokasiya göstərib həmin ünvana narkotik vasitə atıldığını, onu axtardığını demişdir. Digər kənd sakinləri onu tutmaq istəyəndə o qaçmışdır. Üç gün o avtomobili axtarsalar da tapa bilməmişdirlər. Oğlu ilə həyətdə olan zaman qonşu Tural zəng edərək bildirmişdir ki, Əbdül gəl, həmin şəxsi tutmuşdurlar. Gəlib Kənanı görmüşdürlər. O, heç Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Kənanı Mehdiabadda saxlamışdırlar. Həmin vaxt avtomobili “Hyundai” olmuşdur. Bunu avtomobilə mindirmişdirlər. Məhəlləyə gəlmiş, Kənan demişdir ki, “Roma”-nı tanıyır. Həmin vaxt onlar da həmin məhəlləyə təzə köçmüşdür. Oğlunu göndərmişdir ki, getsin Romanı çağırsın, sonuncunun bunu tanıyıb-tanımadığını aydınlaşdırsınlar. Oğlu gedib-gəlmiş və ona demişdir ki, qapıya Romanın atası çıxıb və Romanın evdə olmadığını qeyd etmişdir. Daha sonra Kənandan buralarda nə gəzdiyini soruşduqda, onlara telefon göstərmişdir. Telefonda da “məkan” işarələnmişdir. O da onların küçəsi deyil, digər küçə olmuşdur. Digər kənd sakinləri də bunu orada qovalamışdırlar. Nəysə ki, Kənandan adını dəqiq bilmədiyi narkotik vasitə və tərəzi çıxmışdır. Bir də 100 (bir yüz) manat pulu olmuşdur. Kənan ona demişdir ki, təzə qızı olub, onu buraxaq. O, da ona camaatı zəhərlədiyini bildirərək onu heç yana buraxmayacağını, polisə aparacağını söyləmişdir. Kənanı Mehdiabad PB-yə gətirmişdirlər. Mopedini də oğlu sürmüşdür. Bir qədər sonra onları bölmədən buraxmış, səhər tezdən onları bölməyə izahat almaq üçün çağırmışdırlar. O da izahatında hər şeyi olduğu kimi danışmışdır. Hələ bölmədə çəkiliş də etmişdirlər. Sonra bir dəfə də onu çağırdılar ki, bəs Kənan ondan şikayət edib ki, guya onu döymüşdür. O da bildirmişdir ki, polis bölməsində də, video çəkilişdə də özündən soruşub, döyülmədiyini demişdir. Kənanı polisə təhvil verdikdən on beş-iyirmi dəqiqə sonra çıxıb getmişdirlər. Narkotik vasitəni növbətçi hissəyə o, vermişdir. Bir tərəzi, bir də sellofan torbanın içərisində adını bilmədiyi narkotik vasitə olmuşdur. Səhəri gün onları növbətçi hissə ilə üzbəüz otağa salmışdırlar. Kənanı da gətirmişdirlər. Heç kim Kənanı döyməmişdir. Kənan Romanın yanına gəldiyini bildirmişdir. Heç Romagilin küçəsində tutulmamış, digər küçədə tutulmuşdur. O, mopedi Kənanla birlikdə qapının ağzına gətirmişdir. Uşaqlar mopedin oturacaq hissəsini qaldırmış, oradan sellofan torbanın içində narkotik vasitə çıxmışdır. Kənan sellofan torbanın içində “metamfetamin” olduğunu bildirmişdir. Aşkar olunmuş maddəni tərəziyə qoydular, yüz qramdan bir qədər çox gəldi. Cibində yüz manat pul, bir də “Kent 8” siqaret var idi. Kənanda tərəzidə var idi. Kənan onlardan qaçıb deyə şübhələniblər, Mehdiabadda “Sənan” marketin yanında tutublar. Təqsirləndirilən şəxsi avtomobilə əyləşdirməmiş mopedə baxmamışdırlar. Məhəllədə mal arxasıyca gəldiyini söyləmiş, bir də Türkiyədən Cahandar adlı şəxsin adını çəkmişdir. O, Mehdiabada gələndə ilk olaraq Kənan qonaq gəldiyini demişdir. Bu səbəbdən orada mopedə baxmamışdırlar. Məhəlləyə gələndən sonra mal arxasıyca gəldiyini demişdir, mopedə baxmışdırlar. Kənanı Mehdiabadda avtomobilinə əyləşdirib məhəlləyə gətirməyi ikiüç saat çəkməmişdir. Hətta qapıda “Cahandar”-a da “whatsapp”-dan zəng etmişdirlər. O da dedi ki, puldan zaddan ver, səni buraxsınlar. O, da pula ehtiyacı olmadığını diqqətlərinə çatdırmışdır. Təqsirləndirilən şəxs camaatın balasını zəhərlədiyi üçün təqsirləndirilən şəxsi təhqir də etmiş, amma döyməmişdir. Yüz manatı da Kənan ona verirdi, götürməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, kənd sakinlərini əvvəllər tanımamışdır. Onu şərləməkdə bunların nə marağı olduğunu bilmir. Metamfetamini motosikletinə özləri qoyub. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, kənddə gecə vaxtı dostugildən gələndə ağ rəngli “Saipa” markalı avtomobil dostlarının yanında dayanmışdır, sürücüsü işarələnmiş “məkan”-ı göstərərək tanıyıbtanımadıqlarını soruşmuşdur. Dostlar oranı nə üçün soruşduğunu maraqlandıqda mal götürməyə gəldiyini söyləmişdir. Dalandan çıxanda görmüşdür ki, dostları avtomobilin yanındadır. Nə olduğunu soruşub dostlarının yanına getmək istədik də, sonuncular o, tərəfə fırlandı. Bu zaman sürücü işlək halda olan avtomobilini sürüb qaçmışdır. İki-üç gün bunu axtarmış, tuta bilməmişdirlər. Sonra dostları “Seyid” marketin yanında olanda görmüşdürlər ki, hazırda təqsirləndirilən şəxs motosikletlə o yan-bu yana gedir. Bundan şübhələnmişdirlər. Daha sonra Kənan motosikleti saxlayıb nəsə motosikletə atıb, sonra tərpənmişdir. Kənd sakinləri bunun arxasıyca düşmüşdürlər. Çünki o biri sürücü də demişdir ki, mal arxasıyca gəlib. Nəysə ki, dostları bunu tutandan sonra ona zəng edib demişdirlər ki, özünü şübhəli aparan bir adamı tutublar. Atası ilə birlikdə ora getmişdir. Çatandan sonra Kənan atasının avtomobilinə əyləşmiş, o, da onun motosikletinə əyləşmişdir. Məhəlləyə çatandan sonra Təqsirləndirilən şəxs özü metamfetamini və mobil telefonundakı işarələnmiş məkanı göstərmişdir. Həmin adam da Tükiyədə yaşayır. Adı Cahandar olmalıdır. Daha sonra Kənanı aparıb polisə təhvil vermişdirlər. Sellofan torbada metamfetamin çıxmış, çəkisi təxminən yüz qram idi. Bir də elektron tərəzi var idi. Kənanı üzərindəki pul və s., yəni nə varsa, üzərindəkilərlə birlikdə Mehdiabad polisinə təhvil vermişdirlər. Kənd sakinləri tərəfindən Təqsirləndirilən şəxs qarşı hansısa fiziki zor tətbiq olunmamışdır. Kənan onlar olduğu müddətdə polis əməkdaşları tərəfindən hansısa təzyiqə məruz qalmamışdır. Nurlan Kənana qarşı təhqiredici ifadə işlətməmiş, ancaq gördüyü işin kişi işi olmadığını demişdir. Kənanı qovalayıb saxlayandan sonra o, getmişdir. Dostları Kənanın arxasıyca düşən kimi onu yığmışdırlar. O da atası ilə birlikdə ora getmişdir. Kənan atasının avomobilinə əyləşmiş, mopedi o sürmüşdür. Saxlayanda Kənanın üzərinə baxmamış, məhəlləyə aparmışdırlar. Kimliyini, nə iş gördüyünü öyrənmək üçün məhəlləyə aparmışdırlar. Bölməyə gedəndə növbətçi hissəyə yaxınlaşmışdırlar. Ərizə yazma tarixi və saatı yadında deyildir. Birinci dəfə gedəndə ərizə və s. yazmışdırlar. Onları buraxmış, üstündən iki-üç saat keçəndən sonra onları yenidən çağırmışdırlar. İkinci dəfə gedəndə video çəkiliş olmuşdur. Narkotik vasitəni bölməyə onunla atası gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, məhəllədə dükanın qarşısında dayanmışdırlar. Ağ rəngdə “Saipa” markalı avtomobil məhəlləyə daxil olmuşdur. Həmin avtomobil onların yanından azı on dəfə keçmişdir. Sözügedən avtomobili saxlaya bilməmişdirlər. Səhəri gün “Saipa” yenə də məhəlləyə girmişdir. Məhlədə dükanın qarşısında dayanmışdırlar. Qeyd etdiyi avtomobil yanlarından bir neçə dəfə keçmişdir. Daha sonra şüşəsini açaraq bildirdi ki, mal arxasıyca gəlmişdir. Məhəlləni nə hesab etdiyini dedikdə üzlərinə gülmüşdür. Həmin vaxt avtomobil asta-astra gedir, onalrda yanıyca qaçmışdırlar. Daha sonra sürücü telefonunda işarələnmiş məkanı onlara göstərib həmin yerdəki mal arxasıyca gəldiyini söyləmişdir. Onlar nə mal olduğunu soruşduqda özünü itirmiş, sürərək çıxdı getmişdir. Sonra da hazırda təqsirləndirilən şəxs məhəlləyə girmiş, bu da onun kimi elə dala-qabağa motosikletiylə getmişdir. Onlar da özlərini bilməzliyə vurub çəkilərək arxada dayanmışdırlar. İki dəfə gedib-qayıdandan sonra küçəni tapmışdır. Motosikleti saxlayıb düşmüş, nəsə götürüb oturduğu yerin altına qoymuşdur. Onlar da ağ rəngli “Vaz2107” markalı avtomobilə əyləşib Kənanın arxasıyca düşmüşdürlər. Həmin şəxsi “Sənan” marketin yanında tutmuşdurlar. O, da artıq Əbdüllə Nurlan əmiyə məlumat vermişdir. Əbülə zəng edib “Bolt” sürücüsü tutduqlarını, buraxılması üçün yalvardığını, kuryer olduğunu və bu işdə 50 (əlli) manat xeyri olduğunu dediyini bildirmişdir. Əbdülün atası demişdir ki, bir dəqiqəyə oradadılar. Kənan da anasının xəstə olduğunu, yenicə uşağının olduğunu deyib onu buraxmaqları üçün yalvarmışdır. Daha sonra Əbdüllə atası gəlmişdir. Əbdülün atası Kənanı avtomobilə mindirməyi, kəndə getməklərini tapşırmışdır. Onlar da təqsirləndirilən şəxsi avtomobilə mindirmişdirlər. Həmin vaxt Kənanın heç nəyinə baxmamışdırlar. Məhəlləyə gələndən sonra Təqsirləndirilən şəxs bir nəfərin adını çəkmişdir ki, onu tanıyır. Həmin şəxs də kəndə sonradan gəlmişdir. Daha sonra motosikleti açmışdrılar. Kənana tanışıgilə gəlmişdirsə, motosikletdə olanın nə olduğunu soruşmuşdurlar. Kənan yalvara-yalvara bəhanələr uydurmuşdur. Hələ onlara pul da təklif etmək istəmiş, ancaq onlar razılaşmamışdırlar. Əbdülü Təqsirləndirilən şəxs dediyi adamgilə göndərmişdirlər. Əbdül qapını döymüş, Kənanın dediyi şəxsin balca qardaşı çıxıb, nəsə dedi. Bundan sonra Təqsirləndirilən şəxs özünü avtomobilə mindirmişdirlər. Mopedini də götürüb polis bölməsinə getmişdirlər. Özünü də, malını da, tərəzisini də polisə təhvil vermişdirlər. Onları buraxmış, səhər saat 5 üçün onları yenidən çağırmışdrılar. Bölməyə gedəndə narkotik vasitə olan bükümü Əbdülün atası Nurlan növbətçi hissənin əməkdaşına vermişdirlər. Bölməyə gedəndə saat 12-1 olardı. Saat beş üçün onları yenidən polis bölməsinə çağırmışdırlar. İkinci dəfə bölməyə getmiş, izahat götürmüş, çəkiliş etmişdirlər. Video çəkiliş zamanı büküm polis əməkdaşlarında idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, X3 ifadəsində göstərmişdir ki, Kənanı uşaqlar tutub məhəlləyə gətirmişdirlər. Həmin vaxt o, işdən gəlib yatmış, gecə saat iki olmuşdur. Uşaqlar onu oyatmışdır ki, məhəlləyə motosikletində sellofan torba olan adam gətirmişlər. Qohumu Nurlan da orada olmuşdur. Aralarında məsləhətləşdikdən sonra qərara gəlmişdirlər ki, şəxsi üzərindəki ilə birlikdə polisə təhvil versinlər. Bundan sonra Təqsirləndirilən şəxs polis idarəsinə vermiş, çıxıb getmişdirlər. Kənan bildirdi ki, ondan aşkar olunan ağ rəngli maddəni harasa çatdırmalı idi. Kənd camaatından kimsə Təqsirləndirilən şəxs döyməmişdir. Uşaqlardan heç kim vurmamışdır. Onu Nurlan çağırmış, Kənanı evin qapısına kimi gətirmişdirlər. Çölə çıxanda beş-altı nəfər kənd sakini var idi. Kənan kiminsə yanına gəldiyini bildirməmişdir. Heç kim Təqsirləndirilən şəxs döyməmişdir. Kənd sakinləri Təqsirləndirilən şəxs məhəllənin başında tutmuşdurlar. Polisə aparanda Təqsirləndirilən şəxs əl-qolunu bağlamamış, elə adi qaydada avtomobilə əyləşdirib polisə aparmışdırlar. Bibisi oğlunun avtomobili ilə polisə getmişdirlər. Motosikleti də kənd sakinlərindən biri avtomobilin arxasıyca sürə-sürə gəldi. Polis İdarəsinə daxil olmuş, orada gətirdikləri şəxsin onlar tərəfindən şübhəli bilinib tutulduğunu bildirmişdrilər. Polis İdarəsində növbətçi hissəyə yaxınlaşmışdırlar. Kənanı təhvil verdikdən sonra çıxıb getmişdrilər. Təxminən iki saat sonra onları yenidən polisdən izahat almaq üçün çağırmışdırlar. Birinci dəfə polisə gedəndə, şəxsi aparanda anket məlumatları polis əməkdaşları tərəfindən götürülmüş və getməkləri tapşırılmışdır. Səhərə yaxın onları yenidən çağırmışdrılar. Video çəkiliş zamanı paketdəki ağ rəngli, una oxşayan maddəni ortaya qoyaraq Kənanı tutmaqları ilə bağlı suallar verdilər. Kənanı tutan kənd sakinləri qonşularının uşaqları idi. Onu Kənanı saxlayandan sonra oyadıblar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulmağından ertəsi günü xəbəri olmuşdur. Kənan onun gödəkçəsi ilə telefonunu gətirməli idi. Gödəkçələrini dəyişmişdirlər. Telefonu da onda qalmışdır. Telefonu işləmir, Kənan onun telefonunu düzəltdirəcəkdir. Kənana telefonu ilə, gödəkçəsini geri gətirməsini demişdir. Daha sonra o, axşam şəhərə getmişdir. Gecə də evə gəlməmişdir. Səhərisi günü evə gələndə ona zəng edib Kənanın tutulmağını demişdirlər. Həmin hadisədə evdə olmamışdır. “Səma” market yaşadıqları kəndin girişində yerləşir. Telefonu xarab olmuşdu, onu düzəltdirməyi üçün Kənana vermişdir. Kənanın həmin günü dəqiq gələcəyini bilməmişdir. Kənan axırıncı dəfə Kənan onlara gəlib-getmişdir. Axrıç dəfə onun nişan günündə gəlmişdir. İşdən sonra onlara gəlirdi, yeyib-içib, söhbətləşmişdirlər. Kənan ondan başqa Fatmayi kəndindən onun nişanından sonra bir neçə nəfərlə də münasibət yaratmışdır. Kənanın həmin günü gödəkçəni gətirəcəyini bilməmişdir. Kənanı axırıncı dəfə şəhərdə görmüşdür. Kənanın narkotik vasitə istifadə etdiyini bilməmişdir. Onun evdə olmadığı vaxtlar Kənan onlara gəlib getmişdirlər. Qonşular bu barədə ona məlumat vermişdirlər. Onların iş yeri Şamaxinka ərazisində idi. X5 kəndi ərazisinə gəlirdi. Kənan onlara işdən çıxandan sonra gələcək idi. O, dostları ilə şəhərə görüşə getmişdir. Kənan Bakı şəhərində 9-cu mikrorayonda yaşayırdı. O, Kənanı yaşadığı ünvanda gecə saat 00:00-yə qədər gözləmiş, daha gəlmədiyi üçün o da şəhərə gəzməyə getmişdir. Kənanın telefon nömrəsini əzbər bilmədiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Kənanla yaxın dostluq münasibətləri olmuşdur. Kənandan tutulan günü xəbəri olmamışdır. Kənan onlara gəlmək məqsədi ilə Bakı şəhərindən çıxıb, amma çatana qədər artıq tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli raportdan görünür ki, 4 nəfər şəxs Abşeron RPİ-nin Mehdiabad PB-də növbətçi hissəsinə yaxınlaşaraq 1 nəfər Kənan adlı şəxsi mopedlə birlikdə saxlayaraq narkotik vasitəyə oxşar maddə və ölçü tərəzisi ilə birlikdə gətirmişlər. Cinayət işinin materiallarında olan 29 iyun 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs masanın üzərində şəffaf sellofanda olan maddənin narkotik vasitə metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 29 iyun 2022-ci il tarixdə Cahandar adlı şəxsin sifarişi əsasında Abşeron rayonu, Fatmayı kəndindən onun nişan verdiyi nöqtədən götürdüyünü, başqa ünvana çatdırmaq üçün mopedin çantasına qoyduğunu sonra mülki şəxslər tərəfindən saxlanılaraq Mehdiabad PB-nə gətirildiyini bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində həmçinin, idarə etdiyi mopeddə digər əşya və ya başqa qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs 1 ədəd şəffaf sellofanda olan psixotrop maddəni və 1 ədəd “Pocketskale” markalı elektron tərəzini 29 iyun 2022-ci il tarixdə Cahandar adlı şəxsin sifarişi əsasında Abşeron rayonu, Fatmayı kəndindən onun nişan verdiyi nöqtədən götürdüyünü, başqa ünvana çatdırmaq üçün mopedin çantasına qoyduğunu, sonra mülki şəxslər tərəfindən saxlanılaraq Mehdiabad PB-nə gətirildiyini bildirdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının 29 iyun 2022-ci il tarixli 6/3600 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 236” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd paketin içərisində 1 (bir) ədəd sellofanda təmiz çəkisi 98,045 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər yoxdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyhasına (Siyahı İİ) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 25 iyul 2022-ci il tarixli 4060 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 2613 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 09 yanvar 2023-cü il tarxili qərarla iş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 98,045 qram psixotrop maddə olan metamfetamin ekspertiza keçirildikdən sonra qalıq qalmış 97,945 qram metamfetamin və 1 ədəd gümüşü rəngli elektron tərəzi Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılması üçün təhvil verilmiş, 2 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin aşkar edilən psixotrop maddə olan metamfetaminin onda olmaması, cinayət törədərkən onu tutan kənd sakinləri tərəfindən döyülərək onun üzərinə qoyulması, həmçinin həmin psixotrop maddəni ona deyilən ünvana çatdırmaq kimi bir niyyətinin də olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Koorperativ Təsərrüfatı İdarəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamış və bir azyaşlı övladı var. Təqsirləndirilən şəxs barəsində idarəyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşağı X4 xx.xx.2022-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına saxlanılan 1 ədəd gümüşü rəngli elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 98,045 qram psixotrop maddə olan metamfetamin ekspertiza keçirildikdən sonra qalıq qalmış 97,945 qram metamfetamin məhv edilməli, 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPMnin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 29 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 97,945 qram qalıq qalmış psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd gümüşü rəngli elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə edilsin, 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar