Məhkəmə qərarları › İş №1(124)-103/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-103/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-103/2025 10.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2015ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 7 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 16,238 qram çəkidə - külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, 3E ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 27 mart 2024-cü il tarixdə saat 17:25-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq baş idarəyə gətirilib orada xidməti otaqların birində saat 19:40dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi olmadan üzərində saxladığı 01 ədəd bükümdə 16,238 qram çəkidə - külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ildə bəraət almış və azadlığa buraxılmışdır. Na qarşı əvvəllər də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. O, bəraət aldıqdan 6-7 ay sonra yenidən həbs olunmuşdur. O, Müşfiqabad qəsəbəsində olan anasının məzarını ziyarətə getmiş və məzarlıqdan çıxan zaman yol bağlanmışdır. Hökməli kuruquna çatan zaman polis əməkdaşları o, qaçmasın deyə qarşısındakı avtomobili saxlamış və ondan aşağı enməsini tələb etmişlər. O, avtomobildən düşmüş və polis əməkdaşları onu saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin vaxt onun yanında Araz və Emin adlı iki nəfər dostu da olmuşdur. Daha sonra o, polis əməkdaşlarından xahiş etmişdir ki, onun dostlarını buraxsınlar və polis əməkdaşları həmin şəxsləri buraxmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, psixotrop maddə metamfetamin istifadə etməmişdir. O, məhəlləsindəki pis insanlara qarşı mübarizə aparmış, narkotik vasitə satan şəxslərin qarşısını almağa çalışmışdır. O, buna görə də polis əməkdaşlarının ona qarşı ədavətinin yarandığını düşünür. O, Hökməli qəsəbəsində deyil, ünvan 3 ünvanında yaşamışdır. O, ünvan 4 orada saxlanılmamışdır. Onu saxlayan şəxsləri əvvəldən görməmişdir. Birinci dəfə onu fərqli şəxslər saxlamışdır. Onun bəraət aldığı cinayət işində də ibtidai istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparmışdır. İlk dəfə tutulan zaman da o, məcbur qalaraq cinayəti boynuna almışdır. Əvvəl tutulan zaman onunla birlikdə yanında olan X5 da aparmışlar. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Bundan əvvəlki cinayət işi üzrə keçirilmiş narkoloji ekspertiza zamanı da ekspert rəyində onun qanında narkotik vasitə olduğu qeyd edilmişdir. Həmin ekspertizadan əlavə o, özü başqa narkoloji ekspertizaya getməmişdir. Ekspert rəyi alınmadan əvvəl polis əməkdaşları onu ekspertizaya aparmışdır. O, ekspertizaya gedən zaman onun qanı təmiz çıxmışdır. Əvvəlki məhkəmə istintaqı zamanı hakim həmin rəylə tanış olmuş, amma həmin rəyi iş materiallarına əlavə etməmişdir. Onun barəsində ekspertiza keçirilmədən əvvəl o, BMCM İdarəsində çay, su içmiş, yemək yemişdir. Ola bilsin ki, idarədə onun içki və yeməyinə narkotik vasitə qatsınlar. Polis əməkdaşları onu döyməmiş, yalnız psixi təsir göstərmişlər. O, ilk dəfə tutulan zaman polis əməkdaşları tərəfindən döyülmüşdür. Hakim onun barəsində bəraət hökmü çıxaran zaman onun xəsarətlərini nəzərə almamışdır. O, yanındakı dostlarının buraxılması üçün ibtidai istintaq zamanı etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, o, arada psixotrop maddə metamfetamindən istifadə edirmiş. 28 mart 2024-cü il tarixdə Memar Əcəmi metrostansiyası yaxınlığında 1 ədəd bükümdə şüşə tapmışdır. O “şüşə” istifadə etdiyindən həmin maddəni üzərində saxlamışdır. O şüşə istifadə etdiyini, lakin bu maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. 27 mart 2024-cü il tarixdə saat 17:25-də ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Lada Priora” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışları Şahid2 və Şahid3 ilə birlikdə olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdilər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O, Şahid2 və Şahid3 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və tanışlarını polis idarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarhqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Şahid2 və Şahid3 üzərinə baxış keçirilmişdir. Ona üzərində narkotik vasitə, yaxud psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu və 37 manat pulu, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş “Samsung” markalı mobil telefon və telefonun kabro hissəsində olan 02 ədəd plastik bank kartı götürülmüş, avtomobil açarı və 37 manat pul ona geri qaytarılmışdır. Daha sonra Şahid2 üzərinə baxış keçirilmişdir. Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan qara rəngli dəri gödəkçənin sol ön döş cibindən şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid2 aşkar edilmiş şəxsiyyət vəsiqəsi geri qaytarılmışdır. Daha sonra Şahid3 üzərinə baxış keçirilmişdir. Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 13 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid2 aşkar edilmiş əşyalar geri qaytarılmışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, Şahid2 və Şahid3 bundan məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 və Şahid3 onunla dost olduqlarını, üzərindən aşkar edilmiş maddədən məlumatlarının olmadığını bildirmişlər. Həmçinin şifahi sorğu zamanı idarə etdiyi “Lada Priora” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmadığını, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra avtomobilə baxış keçirilmiş, avtomobildən hər-hansı qanunsuz əşya aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O bir müddətdir şüşə istifadə etdiyini bildirmişdir. Onun üzərində psixotrop maddə olması barədə başqa şəxslərin məlumatı olmamışdır (cild 1, iş vərəqi 76-78, 90-92, 195-197, 198- 199). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, elan olunmuş ifadəni qəbul etmir. Müstəntiq ona əməlin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunacağını və sənədləri imzalamalı olduğunu bildirmişdir. O, müstəntiqə inandığı üçün sənədlərə imza çəkmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onlar Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsinə getmişlər. Onlar Təqsirləndirilən şəxs saxladıqdan və şəxsiyyətini müəyyənləşdirikdən sonra yanında olan şəxslərlə birlikdə onu BMCM İdarəsinə gətirmişlər. Əməliyyat qrupuna o özü rəhbərlik etmişdir. Şəxsi inzibati binaya gətirdikdən sonra təhqiqatçının otağında şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxs üzərində olan psixotrop maddə metamfetamini könüllü şəkildə təqdim etmişdir. Şəxsdən həmin psxiotrop maddəni haradan əldə etdiyini soruşduqda şəxs Memar Əcəmi stansiyasının yaxınlığında yerdən tapdığını bildirmişdir. Daha sonra təqsiləndirilən şəxsin yanında olan dostları Şahid2 və Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı həmin şəxslərin üzərindən hər hansı qanunsuz predment aşkar edilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin idarə etdiyi “Lada Priora” markalı, 77-KG- 745 qeydiyyat nişanlı avtomobilə də baxış keçirilən zaman həmin avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, şəxsi axşam saat 5-6 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində saxlamışlar. Təqsirləndirilən şəxsin əvvələr də BMCM İdarəsi əməkdaşları tərəfindən tutulmasından xəbəri olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs barədə ona əməliyyat məlumatı daxil olmamışdır. Şəxs barəsində təxirəsalınmaz əməliyyat tədbiri keçirilmişdir. Onlar tərəfindən şəxsə qarşı heç bir təzyiq və təsir göstərilməmiş, şəxs özü də onlara müqavimət göstərməmişdir. Şəxs saxlanıldıqdan dərhal sonra idarəyə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsin özü narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İbtidai istintaq zaman verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlar Memar Əcəmi dairəsi yaxınlığında Təqsirləndirilən şəxs avtomobilinə minərək Müşviqabad dairəsinə yol almışlar. Onlar Vüsalın anasının məzarını ziyarətə gedirmişlər. Saat 4-5 radələrində onlar məzarlıqdan qayıtmış və Abşeron rayonu, Hökməli qəsəbəsində Koroğlu küçəsinə yaxınlaşan zaman polis əməkdaşları suni tıxac yaratmışlar. Onlar tıxacda yavaş-yavaş hərəkət edirmişlər. Sıra onların avtomobilinə çatan zaman polis əməkdaşı Vüsaldan aşağı düşməsini xahiş etmişdir. Vüsal aşağı düşən zaman 2-3 əməliyyatçı çıxmış və Vüsalla Arazı tutmuşlar. O, həmin vaxt avtomobilin arxa oturacağında oturmuşdur. Polis əməkdaşları Vüsalla Arazın əllərini arxada saxlayaraq onların üzərində axtarış aparmışlar. Onların üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Polis idarəsinə gətirildikdən sonra çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Daha sonra Arazla onu müvəqqəti saxlama yerinə aparmış və iki gün sonra buraxmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Vüsalla onun arasında qohumluq münasibəti yoxdur. Şahid2 də onun dostudur. Onlar məzarlığa Vüsalın şəxsi avtomobili ilə gedirmişlər. Onu da BMCM İdarəsinə aparmış və üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Onun yanında Şahid2 də üzərinə şəxsi axtarış keçirilmiş, amma üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Polis əməkdaşları ona qarşı heç bir zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. BMCM İdarəsində onun yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən psixotrop maddə aşkar edilmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təzyiq olunmamışdır. İdarəyə gedən zaman Vüsal onlara cinayəti öz üzərinə götürəcəyini və onlardan nə soruşsalar xəbərlərinin olmadığını bildirmələrini söyləmişdir. Onlar da sualcavab zamanı Vüsalın üzərindəki narkotik vasitədən xəbərlərinin olmadığını bildirmişlər. Avtomobilin yanında Vüsalın üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onun qarşısına bir sənəd qoymuş və həmin sənədi imzalamasını tələb etmişlər. O, həmin sənədi oxumaq istədiyini bildirdikdə ona şərait yaratmamış və sənədi imzaladıqdan sonra onu buraxacaqlarını bildirmişlər. Daha sonra onları bir gün də saxlamış və səhəri gün buraxmışlar. Onlar Arazla birlikdə bir otaqda olmuş, Vüsal isə başqa otaqda olmuşdur. Onlar 1-2 ildir ki, Vüsalla dostluq edirmişlər. Onlar Vüsalla kafedə tanış olmuşlar. O, kafedə qəlyançı işləyirmiş və Vüsalı oradan tanıyır. O, Vüsallın əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmasını bilirmiş. O, idarədə Vüsala təzyiq göstərildiyini görməmişdir. O, hazırda onları saxlayan polis əməkdaşlarının avtomobilinin nömrəsini xatırlamır. 6-7 ədəd qara avtomobil olmuşdur. Vüsal sürücülük vəsiqəsini də götürüb avtomobildən düşmüş, arxasınca Şahid2 də avtomobildən düşmüşdür. Araz düşən kimi əməliyyatçılar yaxınlaşmış və onları tutmuşlar. Polis əməkdaşlarından biri arxa qapını açmış və onun əllərini tutmuşdur. Daha sonra Vüsalla Arazın əllərini qandala vurmuş və onları da arxa oturacaqda əyləşdirmişlər. Onların yanında bir nəfər əməliyyatçı əyləşmiş, qabaq oturacaq isə boş olmuş və oraya onların telefonlarını qoymuşlar. Əməliyyatçılardan biri avtomobili idarə etmiş və onlar idarəyə getmişlər. Əvvəlcə onların üçünü də eyni otaqda saxlamış, daha sonra Vüsalı başqa otağa aparmışlar. Bir müddət sonra Vüsal geri qayıtmış və onların üçünü də çəkilişə aparmışlar. Onlar 27 mart 2024-cü il tarixdə tutulmuş və 29 mart 2024-cü il tarixdə buraxılmışlar. Onların üçünün də üzərinə birlikdə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl dəhlizdə olan zaman Vüsal onlara hər şeyi öz üzərinə götürəcəyini bildirmişdir. Çəkiliş zamanı narkotik vasitə Vüsalın cibindən aşkar olunmuşdur. Avtomobilin yanında Vüsalın həmin cibinə baxış keçirilən zaman cibindən sadəcə pul aşkar olunmuşdur. Vüsalın avtomobilinin nömrəsi **-KG-*** olmuşdur. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisənin baş vermə mexanizmi ilə bağlı göstərdiyi xüsusatlarla ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisənin necə baş verməsi ilə bağlı göstərdiyi xüsusatlar arasında müəyyən ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, ... polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu demişlər və Vüsaldan üzərində narkotik və psixotrop maddələr olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində bir qədər metamfetamin olduğunu demişdir. O, həmin ana qədər Vüsalda metamfetamin olduğunu bilməmişdir (cild 1, iş vərəqi 96-98). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra şahidə ünvanlanan suallara cavab olaraq sonuncu göstərmişdir ki, ifadəsində qeyd edilən hissəni təsdiq etmir. Onları saxlayan zaman polis əməkdaşları Vüsala heç bir sual verməmişlər. İfadəsindəki imzalar və yazılar ona məxsusdur. Polis əməkdaşları ona ifadəsini oxumamış və oxumasına şərait yaratmamışlar. O, ibtidai istintaq zamanı ifadə verməmişdir. Polis əməkdaşları onu ifadəsi ilə tanış etməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur və onlar arasında qohumluq münasibətləri yoxdur. 27 mart 2024-cü il tarixdə onlar Eminlə çay içən zaman Vüsal ona zəng etmiş və anasının məzarını ziyarətə getmələrini, məzarı səliqəyə salmalarını bildirmişdir. Onlar gündüz saat 3-4 radələrində Vüsalla görüşmüş və məzarlığa getmişlər. Onlar məzarın ətrafını səliqəyə saldıqdan sonra məzarlıqdan çıxmışlar. Yolda olan zaman polis əməkdaşları işıqforda tıxac yaratmış və onları saxlamışlar. Orada rəsmi və mülki formada olan polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onları avtomobildən düşürmüş və üzərlərini yoxladıqdan sonra onların əllərini qandallayıb arxa oturacaqda oturtmuşlar. Onların yanında da bir nəfər polis əməkdaşı oturmuşdur. Vüsal tutulduqdan sonra polis əməkdaşlarına nə lazımdırsa edəcəyini, Eminlə onu buraxmasını söyləmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, onun yanında Vüsalın üzərinə şəxsi axtarış keçirilən zaman Vüsala qarşı heç bir təzyiq olunmamış, Vüsal polis əməkdaşlarına uşaqları buraxmalarını və nə lazımdırsa edəcəyini söyləmişdir. Vüsalın üzərində narkotik vasitə və psixotrop maddə olmasından xəbəri olmamış, Vüsal ibadət edən şəxs olmuşdur. Vüsalın üzərinə şəxsi axtarış keçirilən zaman cibindən psixotrop maddə aşkar edilməsini görmüşdür. Polis əməkdaşları tərəfindən Vüsalın üzərinə psixotrop maddə qoyulmasını görməmiş, çünki Vüsalı onların yanından başqa otağa aparmışlar. Onları saxlayan zaman üzərlərinə baxış keçirilmiş və üzərlərindən sadəcə onlara məxsus telefonlar aşkar edilmişdir. Onları yol polis əməkdaşları saxlamışdır. Onları saxlayan polis avtomobilinin nömrəsini xatırlamır. Polis əməkdaşları onları saxlayan zaman üzərlərinə baxış keçirmiş və Vüsalla onun əllərinə qandal vurmuşlar. İdarədə şəxsi axtarış keçirilən zaman Vüsalın psixotrop maddəni haradan çıxardığını xatırlamır. Hadisə günü onun üzərində mobil telefon olmuşdur, amma həmin nömrəni hazırda xatırlamır, məhkəməyə təqdim edə bilər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisənin baş vermə mexanizmi ilə bağlı göstərdiyi xüsusatlarla ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisənin necə baş verməsi ilə bağlı göstərdiyi xüsusatlar arasında müəyyən ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, ... polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu demişlər və Vüsaldan üzərində narkotik və psixotrop maddələr olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində bir qədər metamfetamin olduğunu demişdir. O, həmin ana qədər Vüsalda metamfetamin olduğunu bilməmişdir (cild 1, iş vərəqi 93-95). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra şahidə ünvanlanan suallara cavab olaraq sonuncu göstərmişdir ki, saxlanılan zaman Vüsal polis əməkdaşlarına üzərində psixotrop maddə olduğunu bildirməmişdir. İbtidai istintaq zamanı o, heç bir ifadə verməmiş, polis əməkdaşları sadəcə ona ifadəni imzalatmış, ona ifadəsi ilə tanış olmasına imkan verməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Vüsal" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə vətəndaşların sorğusu əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin tarixdə saat 17:25-də ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi "Lada Priora" markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışları Şahid2 və Şahid3 ilə birlikdə olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış, eləcə də sonuncunun idarə etdiyi avtomobilə, həmçinin Şahid2 və Şahid3 üstünə baxış keçirilməsinə yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü onlar müşayət altında saxlanıldıqları yerdən avtomobillə birlikdə Baş İdarəyə gətirilmişlər (cild 1, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmənin əks olunduğu video görüntü CD diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 28-31). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən hər-hansı qanunsuz əşya aşkar edilməmiş, baxış və götürmənin əks olunduğu video görüntü CD diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 35-37). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 28 mart 2024cü il tarixli 3-16-16/2-6/1675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəefrlər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 16,238 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (cild 01, iş vər. 52-56). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 112). Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” 02 aprel 2024-cü il tarixli 5(005)-880/2024 saylı qərardan görünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərara qanunauyğun hesab edilmişdir (cild 01, iş vər. 124). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psxiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 5150 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 01, iş vər. 131). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “"xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən 31 may 2024-cü il tarixdə əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 159). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27 aprel 2024-cü il tarixli, 178/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 160-162). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2024cü il tarixli, 1188/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” və fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər. 163-166). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli 1946 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP(+), MET(+) aşkar edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, psixotrop maddə metamfetamindən istifadə edir (cild 01, iş vər. 167-168). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 169-180). Məhkəmə istintaqı zamanı müdafiə tərəfin təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 4717 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəicəsidə yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-494/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən həmin hökmlə ona bəraət verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (cild 01, iş vər. 239-255). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1- ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Vüsal" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin şəxsin xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 16,238 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddə metamfetamin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün BMCM İdarəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd bükümdə 16,238 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin avtomobilindən başqa narkotik vasitənin aşkar olunmaması, telefon məlumatlarında narkotik vasitənin satışına dair SMS-lərin olmaması, aşkar olunan kütlənin 01 ədəd bükümdə olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 16,238 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırma mərhələsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun üzərində psixotrop maddə metamfetaminin olmaması, həmin metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, psixi təsirə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadə verməsi, əslində xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, 3E ünvanında deyil, Abşeron rayonu, Hökməli dairəsi adlandırılan ərazidə və cinayət işində göstəriləndən vaxtdan da 1-2 saat daha əvvəl saxlanıldığı, barəsində olan əvvəlki cinayət işi üzrə bəraət alması ilə bağlı ibtidai istintaq orqanının ona qarşı qərəzli olduğu və onunla ədavət aparıldığı barədə göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən bildirilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, əvvəla Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, daha sonra ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmiş, üzləşdiyi haqsızlıqlarla bağlı müvafiq qurumlara şikayət etməmiş, yalnız bu barədə məhkəmə istintaqı zamanı bildirmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Digər tərəfdən, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən hüquq mühafizə orqanlarının ünvanına ciddi ittihamlar səsləndirildiyindən, müdafiə tərəfin vəsatəti ilə təqsirləndirilən şəxsin özünün, o saxlanılan zaman yanında olan dostu Şahid2 (digər Şahid3 həmin vaxt üzərində olan mobil telefon olmamışdır), o cümlədən əməliyyat tədbirinin keçirilməsində iştirak edən və məhkəmə istintaqı zamanı şahid qismində dindirilən polis əməkdaşı Şahid1 həmin vaxt üzərilərində olan mobil telefonlarda istifadə etdikləri mobil nömrələrin anten dairə məlumatları sorğu edilərək müvafiq telefon operatorlarından götürülərək məhkəmə prosesində tədqiq olunmuş, lakin "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş mobil nömrə məlumatlarından təqsirləndirilən şəxsin qeyd etdiyi fakt, yəni onların Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, 3E ünvanında deyil, Abşeron rayonu, Hökməli dairəsi adlandırılan ərazidə və cinayət işində göstəriləndən vaxtdan da 1-2 saat daha əvvəl saxlanılması faktı öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs onunla birlikdə Şahid2 və Şahid3 də saxlanıldığını və müvafiq polis idarəsinə aparıldığını göstərmişdir ki, müvafiq sorğu əsasında əldə olunan "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş mobil nömrə məlumatlarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 17:12-də Şahid2 məhz Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 də sərbəst ifadəsində onların Abşeron rayonu Hökməli qəsəbəsi, Koroğlu küçəsində saxlanılmalarını birbaşa olaraq təsdiq etmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan satış məqsədi olmadan psixotrop maddəni əldə etməsi ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 və Şahid2 ifadələrində “onlar saxlanılan zaman həmin yerdə polis əməkdaşlarının onların üzərinə baxış keçirməsi və onların, o cümlədən Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç bir əşyanın aşkar olunmaması, Təqsirləndirilən şəxs onlara cinayəti öz üzərinə götürəcəyini bildirməsi, onlardan nə soruşulsa xəbərlərinin olmamasını deməsi ilə bağlı” bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər təqsirləndirilən şəxsin yaxın dostlarıdır. Təkcə bu hal həmin şəxslərin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələrini anlaşılan edir. Eyni zamanda, qeyd olunmalıdır ki, sözügedən şahidlər özləri də məhkəmə istintaqı zamanı ziddiyyətli ifadə vermiş, bir halda Şahid3 onlar polis idarəsinə gedən zaman Təqsirləndirilən şəxs yolda onlara cinayəti öz üzərinə götürəcəyini bildirməsi, onlardan nə soruşulsa xəbərlərinin olmamasını deməsini qeyd etsə də, suallara cavab verərkən polis idarəsində dəhlizdə gözləyən zaman Təqsirləndirilən şəxs onlara cinayəti öz üzərinə götürəcəyini bildirməsi, onlardan nə soruşulsa xəbərlərinin olmamasını deməsini qeyd etmişdir. Odur ki, məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşır və onlarla razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, şahidlərin bu formada ifadə verməsi əvvəlcədən hazırlanmış müdafiə taktikasıdır. Ona görə də, məhkəmə həmin ifadələri həqiqəti əks etdirən obyektiv sübut kimi qəbul etmir və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz onların ibtidai istintaq zamanı heç bir təsir altında qalmadan verdikləri ifadələrini qoyur. Bundan əlavə, müdafiəçi təqsirləndirilən şəxsin barəsində olan bəraət aldığı əvvəlki cinayət işi üzrə iş materiallarında yer alan və Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsini əks etdirən məhkəmə narkoloji ekspertizasının rəyinin surətini məhkəmə kollegiyasına təqdim edərək həmin rəyi də tərtib edən ekspertlərin hazırki iş üzrə müvafiq rəyi tərtib etmiş ekspertlər olduğunu, həmin ekspertlərin artıq bir dəfə əvvəlki iş üzrə tərtib etdiyi ekspert rəyinin məhkəmə tərəfindən təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı etibarsız sübut kimi qəbul edildiyini vurğulamış, hazırki iş üzrə mövcud olan məhkəmə narkoloji ekspertizasının rəyinin də etibarsız sübut hesab edilməsini və sübutlar siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, müdafiəçi təqsirləndirilən şəxsin barəsində olan əvvəlki cinayət işi üzrə məhkəmə tərəfindən qəbul olunan yekun məhkəmə aktına (xx.xx.2023-cü il tarixli bəraət hökmünə) istinad etsə də, nəzərə almamışdır ki, həmin məhkəmə qərarı ilə ibtidai istintaqın ilkin mərhələsində əldə olunan sübutların etibarsızlığı fonunda məhkəmə şəxsə bəarət verilməsi ilə bağlı nəticəyə gəlmiş, sözügedən məhkəmə narkoloji ekspertizasının rəyinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Hazırki iş üzrə məhkəmə narkoloji ekspertizasının rəyinə gəldikdə isə məhkəmə istintaqı zamanı həmin rəyin etibarsızlığına dəlalət edən heç bir hal müəyyən olunmamışdır. Odur ki, bu hissədə də məhkəmə kollegiyası müdafiə tərəfin fikirləri ilə razılaşmır və sözügedən sübutun etibarsız sayılmaqla sübutlar siyahısından xaric edilməsi ilə bağlı tələbi qeyri-mümkün hesab edir. Eyni zamanda, təqsirləndirilən şəxsin əvvəlki cinayət işi üzrə bəraət alması ilə bağlı ibtidai istintaq orqanının ona qarşı qərəzli olduğu və onunla ədavət apardığı, ona qarşı psixi təzyiqlərin olduğu barədə fikrilərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxs tərəfindən göstərilənlər yalnız təqsirləndirilən şəxsin subyektiv fikrindən ibarət olmaqla heç bir sübuta söykənməyən xüsusatlardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixlıi Plenum qərarının 26-cı bəndində də göstərilmişdir ki, CPM-in 125.8ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-15/2-1-73/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamışdır (cild 01, iş vərəqi 135-136). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarı ilə 10 ay 7 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbədən qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 113-115). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli ağır cinayət sayıldığından və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin şəxsin əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda şəxsin əvvəllər də azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini, məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətməsini, habelə 65.2-ci maddəsinin müddəalarını nəzərə alaraq, cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumlarına diqqət yetirdikdə görünür ki, o, daha əvvəl ağır cinayət əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:25-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan Başı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 104-108). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şabhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 16,188 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdr. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 16,188 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar