Məhkəmə qərarları › İş №1(124)-104/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-104/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-104/2023 31.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1982-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Nizami küçəsi, ev 77 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 102 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və metadon dərman həblərini Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Əfşin (Zeynal) adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə, psixotrop maddə və metadon dərman həblərini müəyyən məbləğdə qazanc müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, 08 noyabr 2021-ci il tarixdə səhər saatlarında bir qrup şəxs halında Əfşin (Zeynal) adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib Xırdalan şəhərində yerləşən Bakı Mühəndislər Universitetinin yaxınlığında dayanacağın yanına qoyduğu külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxil edilmiş 2 (iki) ədəd bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 184,121 qram və 95,893 qram, ümumi çəkisi 280,014 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxil edilmiş ümumi çəkisi 50,68 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 7 ədəd əsas təsiredici maddəsi metadon olan və həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən, üzərilərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 70 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbləri götürüb qanunsuz əldə edərək yaşadağı ünvan 1 ünvana daşımış, qeyd olunan narkotik vasitələrin, psixotrop maddələrin və həblərin bir hissəsini, yəni 20,259 qram çəkidə psixotrop maddə– metamfetamini, ümumi çəkisi 280,014 qram narkotik vasitə heroini və 7 ədəd əsas təsiredici maddəsi metadon olan və həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən, üzərilərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 70 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbləri yaşadığı evin girişindən sol tərəfdə yerləşən qonaq otağında olan taxta konstruksiyalı dolabda, digər hissəsini, yəni 30,421 qram çəkidə psixotrop maddə metamfetamini isə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində qanunsuz olaraq saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 08 noyabr 2021-ci il tarixdə, saat 22:20 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, 1 saylı evin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə həmin təmiz çəkisi 30,421 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı ünvan 3də baxış keçirilərkən evin girişindən sol tərəfdə yerləşən qonaq otağında olan taxta konstruksiyalı dolabda sellofan torbanın içərisində bir ədəd bükümdə çəkisi 20,259 qram psixotrop maddə- metamfetamin, 2 ədəd bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 184,121 qram və 95,893 qram, ümumi çəkisi 280,014 qram olan narkotik vasitə heroin, 7 ədəd əsas təsiredici maddəsi metadon olan və həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən, üzərlərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 70 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbləri və üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, toydan çıxıb yaşadığı məhəlləyə gəldiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ilk əvvəl qonşusunun evinin ona məxsus olduğunu düşünüb həmin qonşusunu döymüş, daha sonra isə onun evinə girmişlər. O saxlanılarkən üzərində narkotik vasitə olmamış, İran İslam Respublikasının vətəndaşı ilə əlaqəyə girməmiş, evində tərəzi və ittiham aktında göstərilən çəkidə narkotik vasitə olmamışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2002-ci ildən etibarən narkotik vasitə olan tiryək və heroindən istifadə etmişdir. Axırıncı dəfə 27 qram heroin, həmçinin metamfetamin almış, metamfetami ildə bir dəfə qəbul etmişdir. Narkotik vasitəni tanımadığı şəxsdən almış, axırıncı dəfə əldə etdiyi narkotik vasitə üçün 350 manat ödəmişdir. O, mebel düzəltmək ilə məşğul olduğunu, narkotik vasitəni çəkmək yolu ilə istifadə etdiyini, 055 363 10 06 və 077 *** ** ** mobil nömrələrinin onun istifadəsində olduğunu, istifadə etdiyi mobil nömrələrdə kiminsə ondan narkotik vasitə istəməsi ilə bağlı yazışmalar, yaxud da telefon danışıqları olmadığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, 08 noyabr tarixində toydan çıxıb evinə gələrkən saxlanılmış, saxlanıldığı zaman üzərinə baxış keçirilmədən polis əməkdaşları onu evinə apamış, evindən təxminən 26-27 qram heroin və 3 qram da metamfetamin aşkar edilmişdir. Evində narkotik vasitə aşkar edildikdən sonra o Badamdara, ardınca isə Xırdalana aparılmış, saxlanıldığı gün ona qarşı fiziki zor tətbiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada şəxsin üzərinə video-çəkiliş müşayiətində, vəkilin iştirakı ilə baxış keçirilmiş, üzərindən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmçinin onun üzərində ev açarı, kart, telefon və pul olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qalan hissəsini evində saxladığını bildirmiş, həmin mənzilə baxış keçirilərkən qapıdan girib sol tərəfə döndükdə sağda olan şkafın içərisində iki büküm heroin və bir büküm metamfetamin, 7 list, yəni 70 metadon həbi və iki tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə etdiyini söyləmişdir. Həmçinin, o, təqsirləndirilən şəxsin söylədiklərinin özünü müdafiə xarakterli olduğunu, onun üzərindən metamfetamin aşkar edildiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis mayorudur. xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2021-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 08 noyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 1 saylı binanın yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki şalvarın sol yan cibindən 2 ədəd Samsung markalı mobil telefon, 12 manat pul, bir ədəd açar və Kapital banka, UMİCO və "Bank of Azerbaijan" banklarına məxsus bank kartları aşkar edilərək götürülmüşdür. Sonra aşkar edilmiş metamfetaminə bənzər kütlə çəkildi və qablaşdırma ilə birlikdə çəkisinin 37 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, 12 manat pul və açar özünə qaytarılmış, bundan sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmiş, sifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin İran İslam Respublikası vətəndaşı "Əfşin və ya Zeynal" adları ilə təqdim edilən şəxsin vasitəsi ilə Abşeron rayonunda gizlədilən yerdən satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa yaşadığı mənzildə də narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 102 ünvanına baxış keçirilməsi üçün onun özünün razılıq ərizəsi əsasında getmiş və həmin mənzilə baxış keçirilmişdir. Mənzilə baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs mənzilində qanunla saxlanılması qadağan edilmiş əşyaları, narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə olan qonaq otağındakı taxta konstruksiyalı dolabda gizlətdiyi bir ədəd sellofon torbanı təqdim etmiş, həmin torbanın içindən 2 bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə 70 ədəd metadon həbinə bənzər kütlə və iki ədəd elektron tərəzi aşkar olunmuş, sonra narkotik vasitə heroinə bənzər kütlə tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 287 qram olduğu, metamfetaminə bənzər kütlə çəkilərkən qablaşdırma ilə birlikdə çəkisinin 22 qram olduğu müəyyən edilmişdir. Daha sonra mənzilin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə sorğu sual zamanı həm üzərindən və həm də mənzilindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminlərin və narkotik vasitə heroinin İran İslam Respublikası vətəndaşı özünü "Zeynal və ya Əfşin" kimi təqdim etdiyi şəxsin vasitəsi ilə əldə etdiyini, onların bir hissəsini satacağını və əldə etdiyi pulu kart hesabına köçürəcəyini, həmçinin bir hissəsini isə qazanc kimi özü istifadə edəcəyini bildirmişdir. Bundan sonra mənzildə aşkar edilmiş həmin kütlələr də paketə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis baş leytenantıdır. xx.xx.1982ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2021-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar çıxarılmış və DİN-nin s Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 08 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 1 saylı binanın yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 2 ədəd Samsunq markalı mobil telefon, 12 manat pul, bir ədəd açar və Kapital banka, UMİCO və "Bank of Azerbaijan" bankına məxsus bank kartları aşkar edilərək götürülmüş, sonra aşkar edilmiş metamfetaminə bənzər kütlə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 37 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, 12 manat pul və açar özünə qaytarılmış, bundan sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin İran İslam Respublikası vətəndaşı "Əfşin və ya Zeynal" adları ilə təqdim edilən şəxsin vasitəsi ilə Abşeron rayonunda gizlədilən yerdən satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa yaşadığı mənzildə də narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 102 ünvanına baxış keçirilməsi üçün özünün razılıq ərizəsi əsasında getmiş və həmin mənzilə baxış keçirilmişdir. Mənzilə baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs mənzilində qanunla saxlanılması qadağan edilmiş əşyaları, narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə olan qonaq otağındakı taxta konstruksiyalı dolabda gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 2 bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə, 70 ədad medaton həbinə bənzər kütlə və 2 ədəd elektron tərəzi açkar olunmuşdur. Sonra narkotik vasitə heroinə bənzər kütlə tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 287 qram olduğu, metamfetaminə bənzər kütlə çəkilərkən qablaşdırma ilə birlikdə çəkisinin 22 qram uğu müəyyən edilmişdir. Daha sonra mənzilin digər otaqlarına baxış keçirilmiş, lakin iş əhəmiyyətli ola biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə sorğu sual zamanı həm üzərindən və həm də mənzilindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminlərin və narkotik vasitə heroinin İran İslam Respublikası vətəndaşı özünü "Zeynal və ya Əfşin" kimi təqdim etdiyi şəxsin vasitəsi ilə əldə etdiyini, onların bir hissəsini satacağını və əldə etdiyi pulu kart hesabına köçürəcəyini, həmçinin bir hissəsini isə qazanc kimi özü istifadə edəcəyini bildirmişdir. Bundan sonra mənzildə aşkar edilmiş həmin kütlələr də paketə qoyularaq möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisidə dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan 08 noyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən saxladığı bir bükümdə psixotrop maddə metamfetamini, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən isə 3 ədəd bank kartını təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 102 ünvanında yerləşən evinə baxış keçirilməsinə icazə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Mənzilə baxış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evinin qonaq otağında olan taxta konstruksiyalı dolabda gizlətdiyi bir ədəd sellofan torbanı təqdim edir. Həmin torbanın içindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə narkotik vasitə heroin, 7 ədəd üzərilərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 70 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbləri və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 6/4954 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…. Şübhəli Təqsirləndirilən şəxs üzərindən …..» sözləri yazılmış 1 nömrəli kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 30,421 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Üzərində «…. Şübhəli Təqsirləndirilən şəxs yaşadığı mənzildən…..» sözləri yazılmış 2 nömrəli kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 20,259 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 184,121 qram, 95,893 qram, ümumi təmiz çəkisi 280,014 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 7 ədəd üzərlərində «Methadone 40» göstəriciləri olan dərman konkolyutlarında ümumi sayı 70 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli maddə «F/M 40» göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun əsas təsir maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir, iki ədəd eletron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 1 və 2 №-li kağız paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyavi komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi 50,680 qram təşkil edir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizası qərarına əsasən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli «31» №li rəyindən görünür ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, ornda hər hansı pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməl törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli «479» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC -dən daxil olmuş disk və həmin diskə baxış keçirilməsi barədə protokollardan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan (077) ***-**-** nömrəsinə narkotik vasitələrin satışını ehtiva edən müxtəlif məzmunlu və çoxsaylı mesajlar gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Cinayət işi üzrə əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 30,371 qram psixotrop maddə metamfetamin, çəkisi, 279,914 qram narkotik vasitə heroin, 68 həb metadon həbləri və 20,159 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, iki ədəd DVD diski, iki ədəd CD diski və “Kapital bank”a məxsus 4169 7413 8201 8495 nömrəli bank kartı, “Bank” of Azerbaijan” bankına məxsus 6762 6121 0454 0676 nömrəli bank kartı, *** **** 9598 nömrəli “Umico” kartı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs tutulan zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat əsasında Abşeron rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində qeyd olunan xüsusat öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və metadon dərman həblərini Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, daşımış və saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, İsayev X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 07 il 09 aya endirilmiş, xx.xx.2020-ci ildə Xəzar rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü və 83.4-cü maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi – 30,371 qram psixotrop maddə metamfetamin, çəkisi, 279,914 qram narkotik vasitə heroin, 68 ədəd metadon həbi və 20,159 qram psixotrop maddə metamfetamin məhv edilməli, iki ədəd DVD disk və iki ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması və “Kapital bank”a məxsus 4169 7413 8201 8495 nömrəli bank kartının, “Bank” of Azerbaijan” bankına məxsus 6762 6121 0454 0676 nömrəli bank kartının, *** **** 9598 nömrəli “Umico” kartının sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham təsdiqini tapmadığından cinayət təqibinə xitam verilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi – 30,371 qram psixotrop maddə metamfetamin, çəkisi, 279,914 qram narkotik vasitə heroin, 68 ədəd metadon həbi və 20,159 qram psixotrop maddə metamfetamin məhv edilsin. iki ədəd DVD disk və iki ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması və Kapital bank”a məxsus 4169 7413 8201 8495 nömrəli bank kartının, “Bank” of Azerbaijan” bankına məxsus 6762 6121 0454 0676 nömrəli bank kartının, *** **** 9598 nömrəli “Umico” kartının sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar