Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-104/2024 21.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Saatlı rayonu, Saatlı şəhəri, M.F.Axundov küçəsi ev 9da qeydiyyatda olmaqla Sumqayıt şəhəri 1-ci mikrorayon ev 133 mənzil 18-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə, saat 06:30:57-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni, alkoqol sərxoşluğu vəziyyətində BC koteqoriyalı, AE 526002 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Bogdan 211040-87 Minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə 76 km/saat sürətlə Sumqayıt şəhəri Sülh küçəsində Sumqayıt Bulvarı istiqamətində hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pazaraq, yəni idarə etdiyi avtomobillə yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək sürətlə hərəkət etməklə və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi “Bogdan 211040-87 Minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yolun hərəkət hissəsinə daxil olaraq həmin ərazidə yerləşən piyada keçidinin üzəri ilə yolun sağ kənarından əks tərəfi istiqamətdə hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub, sonuncunun ölümünə səbəb olan başın küt travması, sol alın-təpə-gicgah sümüyünün kəllə əsasına keçən açıq çoxqəlpəli xətti sınığı, baş beyinə qansızma, sol alın-gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının loskutşəkilli ayrılmış yarası, sağ əlin arxa səthinin iki ədəd, sol diz oynağının ön səthinin 5 ədəd sıyrıqları kimi dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuş, bundan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq, yəni hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıtda bulvar istiqamətində getmiş, hadisə səhər saat 06:30 radələrində olmuşdur. O, adam vurduğunu görməmiş, hadisədən sonra maşını saxlamış, nə baş verdiyini bilməmişdir. Hava dumanlı, görüntü məhdud olmuşdur. İşıqfordan çıxmış, saatda 60-70 km sürətlə hərəkət etmişdir. Hadisədən qabaq maşınına minən sərnişin maşının şüşələrini qırmışdır. Bu hadisə ilə bağlı da, 5-ci bölməyə müraciət etmişdir. Taqqıltı gələndə də daş atıldığını zənn etmişdir. Səs eşitdikdən sora biraz qarşıda maşını saxlayıb düşmədən baxmış, heç nə görməmiş və ona görə yoluna davam etmişdir. Onun qaçıb gizlənmək fikri olmamışdır. Hadisədən sonra evə gəlmiş, yemək yeyərkən içki qəbul etmişdir. Xəstə uşağını sakitləşdirə bilmədiyi üçün onu qucaqlayaraq yatmışdır. Sonra polis əməkdaşları gəlmiş, onu döyüb aparmışlar. Ümumiyyətlə maşının alın şüşəsində sınıq olmuş, saxlayandan sonra çatladığını görmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus 2011-ci il buraxılışlı “Bogdan 211040-87 Minik” markalı, boz yaşıl metallik rəngli, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilli təxminən 3 il əvvəldən idarə etməyə başlamışdır. Həmin avtomobillə gecələr taksi sürücüsü kimi fəaliyyət göstərmiş, üç övladından biri srebral iflic xəstəsi, digəri isə ürək çatışmazlığından əziyyət çəkdiyindən, övladlarının müalicəsi üçün dərman, xəstəxana tapmaqda çətinliklə qarşılaşdığından məcburən əvvəllər yaşadığı Saatlı şəhərindən ünvan 1 ünvanında təxminən 10 ildir kirayəşin yaşamış, sonuncu dəfə xx.xx.2022ci il tarixdə gecə saat təxminən 04 radələrində yaşadığı evə gəldikdə 2006-cı il təvəllüdlü, serebral iflic xəstəsi olan oğlu Ramal qapını açmış, o, danışa bilməsədə əl hərəkətləri ilə onu başa salaraq ona dönər almağını xahiş etmişdir. Bundan sonra oğlu Ramalıda idarə etdiyi avtomobilə mindirib, ona dönər almaq üçün Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Araz” marketə getmiş, orda dönər tapa bilmədiklərindən, daha sonra yaşadıqları Sumqayıt şəhəri ərazisində yerləşən evə qayıtmışlar. Sumqayıt şəhərinin girişinə çatdıqdan sonra isə idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Sülh küçəsinə daxil olaraq, düzünə Sumqayıt Bulvarı istiqamətində 60-70 km/saat sürətlə hərəkət etməyə başlamış, hərəkətini davam etdirərkən Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin üzərindən keçərkən qəflətən idarə etdiyi avtomobilin ön alın şüşəsinə nəyinsə çırpıldığını hiss etmiş, bundan sonra həmçinin tappıltı səsi gəlmiş, üz nahiyəsinə nəsə çırpılmış və üz nahiyəsi qanamışdır. Bu vaxt kiminsə maşına daş atdığını güman edərək, ilk əvvəl idarə etdiyi avtomobildə qabaqda sağ yan oturacaqda oturmuş oğlu Ramala nəsə olub olmadığını əli ilə yoxlamış, ona heç nə olmadığına əmin olduqdan sonra isə idarə etdiyi avtomobillə hərəkətini davam etdirib bir başa yaşadığı evə getmişdir. Yaşadığı binanın qarşısında idarə etdiyi avtomobili saxlayarkən avtomobilin ön alın şüşəsinin sındığını, əzilərək deformasiyaya uğradığını gördükdə isə idarə etdiyi avtomobillə kimisə vurduğunu anlamış, ancaq maşında olan oğlunun səhhətini nəzərə alaraq bu barədə ona heç nə bürüzə vermədən oğlunu yaşadığı evə qaldırmış, daha sonra soyuducuya sonradan qəbul etmək üçün şüşə stəkənda qoyduğu spirtli içki olan təxminən 250 qram araq içkisini qəbul etmiş, sonra isə oğlu ilə birlikdə uzanıb yatmışdır. Sonradan nə qədər yatdığını xatırlamasada, ayılanda yaşadığı evin qapısının döyüldüyünü, qapını döyən şəxslərin polis əməkdaşları olduğunu və onu axtardıqlarını görmüş, bundan sonra isə polis əməkdaşlarının təklifi ilə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Hadisədən əvvəl spirtli içki və digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmiş, hadisədən sonra ancaq yaşadığı evə qayıtdıqdan sonra yaşadığı evdə əvvəlcədən soyuducuya sonradan qəbul etmək üçün şüşə stəkənda qoyduğu spirtli içki olan təxminən 250 qram araq içkisi qəbul etmiş, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi olmuş, hadisə vaxtı idarə etdiyi avtomaşında sərnişin kimi oğlu 2006-cı il təvəllüdlü X6 olmuş, idarə etdiyi avtomobildə yük olmamış, hadisə vaxtı üz nahiyəsindən xəsarət almış, oğlu Ramal isə hər hansı bədən xəsarəti almamışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 60-70 km/saat olmuş, hadisənin qarşısını almaq üçün hər hansı tədbir görməmiş, hadisədən əvvəl yolda hərəkət edən piyadanı görməmiş, idarə etdiyi avtomaşın hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında hər hansı texniki nasazlıq olmamış, yaşadığı binanın qarşısında idarə etdiyi avtomobildən düşərkən avtomobilin ön alın şüşəsinin sındığını görüb, idarə etdiyi avtomobillə kimisə vurduğunu başa düşsədə, ancaq artıq gec olduğundan və oğlunu tək qoymaq istəmədiyindən geri qayıtmamış, hadisə barədə hüquq mühavizə orqanlarına və ya təcili tibbi yardıma məlumat verməmişdir. ( cild 2, İş vərəqə 28-30) Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs Sumqayıt şəhərində yaşamış, Bakı şəhəri ərazisində yerləşən tikinti şirkətlərindən birində işləmiş və hər gün səhər saatlarında işə getmişdir. O, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında işə gedəcəyini deyərək evdən çıxmışdır. Həmin gün saat təxminən 08 radələrində qohumlarından bir nəfər ona zəng edərək qardaşı İmranın Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti aldığını, onun Sumqayıt şəhər Xəstəxanasına tibbi yardım göstərilməsi üçün yerləşdirdiyini bildirmiş, bundan sonra dərhal xəstəxanaya getmişdir. O, saat 07 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində piyada keçidinin üzəri ilə yolda piyada hərəkət edən qardaşı Zərərçəkmiş şəxs vurduğunu, daha sonra hadisə yerindən qaçdığını, qardaşı Zərərçəkmiş şəxs isə aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etdiyini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun 1-ci Bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 25 oktyabr 2022-ci il tarixdə təxminən saat 07 radələrində xidmət etdikləri ərazidə, yəni Sumqayıt şəhəri Sülh küçəsi ilə Sumqayıt şəhəri Nərimanov küçələrinin kəsişməsində yerləşən dairədə avtopatrul avtomobilində əyləşərək ətrafı müşahidə etmişlər, həmin vaxt hava yenicə işıqlanmağa başlamış, hava ala toranlıq olmuşdur. Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin üzəri ilə “Karvan” ticarət mərkəzi istiqamətində hərəkət etməyə başlamış, bir qədər irəlilədikdən sonra sonra, avtomobil yolunda digər avtomobillərin hərəkət etdiyini görüb yolu keçmək üçün sürətini bir qədər artırmış, bu zaman Sumqayıt Bulvarı istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yüksək sürətlə, təxminən 100-120 km/saat sürətlə idarə edərək həmin ərazidə yerləşən piyada keçidinin üzərində piyada Zərərçəkmiş şəxs vurmuş, sonra isə o, idarə etdiyi avtomobillə hərəkətini davam etdirərək onlar əyləşdikləri avtopatrul avtomobilinə doğru istiqamətlənmişdir. Bu zaman piyada hələ də həmin avtomobilin üstündə olmuş, sürücü isə idarə etdiyi avtomobillə piyadanı vurduqdan sonra sürətini nisbətən azaltdığından və sərt tormozlama əməliyyatı həyata keçirtdiyindən onların əyləşikləri avtomobilə bir neçə metr məsafə qalmış piyada həmin avtomobilin üstündən uçub əyləşdikləri avtomobilin qabaq tərəfdən sol qabaq hissəsinə çırpılmış, sonra isə asfalt yola düşmüşdür. Bu hadisələr ani olaraq bir neçə saniyyənin ərzində baş vermiş, bundan sonra dərhal digər xidmət yoldaşları ilə birlikdə avtomobildən yerə düşmüş, sürücü Təqsirləndirilən şəxs hadisədən sonra idarə etdiyi avtomobilin sürətini nisbətən azaldıb onu hərəkətsiz vəziyyətə gətirsə də, ancaq idarə etdiyi avtomobili tam olaraq dayandırmadan o sürücü tərəfdən yan pəncərədən vurduğu piyadaya və hadisə yerinə baxmış, sonra isə idarə etdiyi avtomobili hərəkətə gətirib sürətlə hadisə yerindən uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra onlardan 3 nəfər idarə etdiyi avtopatrul avtomobilinə əyləşib sürücünü saxlamaq üçün onun arxası ilə getsələr də, onlar bir qədər hərəkət etdikdən sonra artıq hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşdığından geri qayıtmışlar. Hadisə yerində qalan digər əməkdaşlar isə hadisə nəticəsində xəsarət almış piyadaya köməklik göstərməyə çalışsa da, artıq piyada aldığı xəsarətlərdən vəfat etmişdir. İlk əvvəl Sumqayıt şəhər Pİ-nin növbətçi hissəsinə, sonra isə piyadaya tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım stansiyasına zəng edib hadisə barədə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun 1-ci Bölüyünün polis əməkdaşları Şahid2 və Şahid4 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları özləriə aid hissədə təsdiq etmişlər. Şahid polis əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmə ifadəsi alınmış polis əməkdaşları Şahid3, Şahid2 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( Cild 1, i.v. 161-164) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin DYPŞ-nin baş inspektoru vəzifəsində isə 2021-ci ildən xidmət aparmağa başlamış, sonuncu dəfə 25 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri Sülh küçəsində xidmət yoldaşı Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı Şahid6 Əlisəfa oğlu ilə birlikdə idarə etdikləri yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbət hissəsindən məsul növbətçi Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi, eləcədə hadisəni törətmiş sürücünün hadisə yerində qaçması barədə məlumat verdiyindən, dərhal həmin əraziyə yaxınlaşmışlar. Bundan sonra həmin gün saat təxminən 07 radələrində naməlum avtomobilin sürücünün Sumqayıt şəhəri Sülh küçəsi ilə Sumqayıt Bulvarı istiqamətində hərəkətdə olarkən Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yolun hərəkət hissəsinə daxil olaraq piyada keçidinin üzəri ilə yolda piyada hərəkət edən mərhum Zərərçəkmiş şəxs vurduğunu, daha sonra isə hadisə yerindən qaçdığını, piyadanın isə aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü öyrənmişlər. Daha sonra hadisə yerinə təcili tibbi yardım birqadası və əməliyyat qrupunun digər üzvüləri gəlmiş, bundan sonra isə oraya təcili tibbi yardım avtomobilində gəlmiş təcili tibbi yardım birqadasının əməkdaşları hadisə yerində qalmış piyadanın meyitini götürüb xəstəxananın meyitxanasına yerləşdirilməsi üçün aparmışlar. Daha sonra tərəflərindən həyata keçirilmiş tədbirlərlə hadisəni xx.xx.1980-ci ildə Saatlı şəhərində anadan olmuş, Saatlı rayonu Saatlı şəhəri M.F.Axundov küçəsi ev 9-da qeydiyyatda olan və Sumqayıt şəhəri 1-ci mikrorayon ev 133 mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus “Bogdan 211040-87 Minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi, hadisədən sonra sürücünün hadisə yerindən qaçaraq idarə etdiyi avtomobili kirayəşin yaşadığı Sumqayıt şəhəri 1-ci mikrorayon ev 133 ünvanında yerləşən binanın qarşısında park etdiyi müəyyən edilmişdir. Bundan sonra sürücünü aidiyyatı üzrə polis idarəsinə təhfil vermişlər, avtomobili isə Sumqayıt ŞPİ-nin DYPŞ-nin cərimə duracağına yerləşdirmişlər. Daha sonra isə xidməti əraziyə qayıdaraq xidmətlərini davam etdirməyə başlamışlar. (Cild 1, iş vərəqləri 146-147) Şahid polis əməkdaşı Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi elan edilib araşdırılmış polis əməkdaşı Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 148- 150) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəldən görünür ki, hadisə yeri Sumqayıt şəhəri Sülh küçəsi ilə Sumqayıt şəhəri Nərimanov küçələrinin kəsişməsidir. (Cild 1, iş vərəqləri 5-20) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 142 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlər: 1. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Başın küt travması, sol alıntəpə-gicgah sümüyünün kəllə əsasına keçən açıq çoxqəlpəli xətti sınığı, baş beyinə qansızma, sol alın-gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının loskutşəkilli ayrılmış yarası, sağ əlin arxa səthinin iki ədəd, sol diz oynağının ön səthinin 5 ədəd sıyrıqları. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmiş şəxsin müəyinəsindən bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. 3. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsinən 2-4 saat əvvəl baş vermişdir.4. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterinə və yerləşəmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmiş xəsarətləri alarkən şaquli vəziyyətdə olmuş və bədənin sağ yan tərəfi hərəkətdə olan nəqliyyat vasitəsinə tərəf yönəlmişdir və ilkin zərbəni baş nahiyəsindən almışdır. 5. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi zamanı etil spirti aşkar edilməmişdir. (Akt 4040/K) ( cild 1, iş vərəqə 212-220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks video texniki və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 yanvar 2023-cü il tarixli 8/3249-4/1690 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 1a. Ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskə yazılmış “STŞ-011 3-2022-10-25_piyada vurma1” adlı videogörüntülərə görə piyadanın yolun hərəkət hissəsinə çıxdığı andan nəqliyyat vasitəsi tərəfindən vurulduğu ana qədər keçən zaman t = 6,756 san təşkil edir.1b. Ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskə yazılmış “STŞ-011 3-2022-10-25_piyada vurma1” adlı videogörüntülərə görə “Bogdan 211040-87 Minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin tədqiq olunan məsafədə orta sürəti 76 km/saat olmuşdur.1b. Piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda Bogdan 211040-87 markalı avtomobilin piyadanın vurulma yerindən 142,5 metr aralı məsafədə olmuşdur.2b.3.4. Bogdan 211040-87 markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əliyev piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Əliyev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat yürətindən yüksək, 76 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 1, İş vərəqə: 228-234) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 oktyabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yaddaşında 02 (iki) ədəd birincisi “STŞ-011 2-2022-10-25_yadisə yerindən yayinma..” adlı və 15148 KB həcmində, ikincisi “STŞ-011 3-2022-10-25_piyada vurma1” adlı və 15027 KB həcmində fayllar olan diskə baxış keçirildikdə, ilk faylın yaddaşında 01 dəqiqə 01 saniyyə davam edən, rəngli formatda video görüntünün olduğu, fayldakı video görüntü ekranda əks olunduqda ekranın yuxarı sol küncündə xx-xx-2022 06:31:03 rəqmələrinin yazıldığı, həmin rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, video görüntünün sabit, hərəkətsiz, yerində dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri Sülh küçəsi ilə Sumqayıt Bulvarı istiqamətində hərəkət etdikdə, hərəkət istiqamətinin sağ tərəfindəki və əksinə istiqamətlənmiş avtomobil yollarını, eləcədə ətraf əraziləri əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın tutqun olduğu, avtomobil yolunun şəhər elektrik işıqları ilə işıqlandırıldığının, avtomobil yolunda Sumqayıt Bulvarı istiqamətindən Sumqayıt şəhərinin çıxışı istiqamətində avtomobillərin hərəkət etdiyinin göründüyü, bu cür video görüntü 03 saniyyə davam etdikdən sonra Sumqayıt şəhəri Sülh küçəsi ilə Sumqayıt Bulvarı istiqamətində “Bogdan” markalı avtomobilin hərəkət etdiyinin, həmin avtomobilin 11 saniyyə ərzində Sumqayıt Bilvarı istiqamətində hərəkət etdikdən sonra ekranda daha ekranda görünmədiyi, bundan sonra video görüntüdə avtomobil yolunda digər nəqliyyat vasitələrinin hərəkətlərinə normal şəkildə davam etdiyinin göründüyü, sonda isə video görüntünün dayandığı müəyyən edilmişdir. Diskin yaddaşında olan ikinci fayla baxış keçirildikdə həmin faylın yaddaşında 01 dəqiqə 01 saniyyə davam edən, rəngli formatda video görüntünün olduğu, fayldakı video görüntü ekranda əks olunduqda ekranın yuxarı sol küncündə xx-xx-2022 06:30:39 rəqmələrinin yazıldığı, həmin rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, video görüntünün sabit, hərəkətsiz, yerində dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yerləşən avtomobil yolunu, piyada keçidini və ətraf əraziləri əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın tutqun olduğu, avtomobil yolunun şəhər elektrik işıqları ilə işıqlandırıldığının göründüyü müəyyən edildi. Diskə baxış keçirilməsi davam etdirildikdə video görüntünün əvvəlində ekranda göstərilən vaxtla saat 06:30:51 radələrində Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yerləşən piyada keçidinə ilk əvvəl sərbəst addımlarla hərəkət edən piyadanın nəqliyyat vasitələrinin hərəkətinə icazə verilən işıqforun yaşıl işığında daxil olaraq yolun əks tərəfi istiqamətində yerləşən “Karvan” ticarət mərkəzi istiqamətində hərəkət etməyə başladığının göründüyü, həmin piyadanın piyada keçidinin üzəri ilə yolda 05 saniyyə hərəkət etdikdən sonra, hərəkətini sürətləndirdiyi, 02 saniyyə sonra isə yəni ekranda göstərilən vaxtla saat 06:30:57 radələrində Sumqayıt şəhəri Sülh küçəsi ilə Sumqayıt Bulvarı istiqamətində yolun sol zolağı ilə hərəkətdə olan avtomobilin sürətlə hərəkət edərək piyada keçidinin üzəri ilə hərəkətdə olan piyadaya çırpıldığı, zərbənin təsirindən piyadanın havaya qalxaraq, sonra isə Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsindəki dairədə park edilmiş vəziyyətdə dayanmış, üzərində sayrışan işıqları olan ağ rəngli avtomobilin qabaq hissəsinə düşdüyü, piyadanı idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuran avtomobilin sürücüsünün bundan sonra idarə etdiyi avtomobili ilk əvvəl yoldakı dairədə dayanmış, üzərində sayrışan işıqları olan avtomobil istiqamətində hərəkət etdirdiyi, sonra isə ziqzaq vari hərəkətlər edərək əks tərəfə istiqamətləndirdiyi, sonda isə idarə etdiyi avtomobilin sürətini azaldaraq avtomobili Sumqayıt Bulvarı istiqamətində hərəkət etdirərək hadisə yerində uzaqlaşdığı, daha sonra isə zərbənin təsirindən yol ayrıcında yerləşən dairədə dayanmış üzərində sayrışan işıqları olan avtomobilin ön tərəfinə düşmüş piyadaya ilk əvvəl həmin avtomobildən enmiş polis əməkdaşının gündəlik geyim formasında olan şəxslərin, sonradan isə digər şəxslərin yaxınlaşdığı, bu cür video görüntünün bir qədər davam etdikdən sonra isə video görüntünün dayandığı müəyyən edilmişdir. (cild 1, iş vərəqə: 83-84) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2022-cu il tarixli 016-302-8161-1222 saylı məktubda, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə «BC» kateqoriyalı AE 526002 saylı on illik sürücülük vəsiqəsinin verildiyi, kompyuter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər arasında olmadığı göstərilmişdir. ( cild 1, iş vərəqə 145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1648 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəarətlər: 1. Burun belinin sol hissəsinin, burun ucunun 2 (iki) ədəd, burunun sol qanadının səthi kəsilmiş yaraları. 2. Qeyd olunan xəsarətlər iki kənara və uca malik olan əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1 (bir) günə qədər olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNHsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.( cild 1, iş vərəqə 200-203) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 676/2022-MTBŞ saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 1. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu: B(İİİ).2. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan bir ədəd ləkədə və ona məxsus idman stilində tikilmiş papağı olan, astarlı köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrupu AB0 sistemi ilə təyin olunduqda bu ləkələrdə antigen qismində “B” antigeni, aqqluytinin qismində isə köynək üzərində olan əksər ləkələrdə həmçinin “alfa” aqqlyutini də alındı. Antigen qismində alınmış “B” antigeni tək halda və “alfa” aqqluytini ilə birlikdə AB0 sistemi üzrə B(İİİ) qan qrupunu formalaşdırıb xarakterizə etdiklərindən bu qan ləkələrinin birmənalı olaraq həmin qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, təqdim olunmuş şalvar və idman stilində tikilmiş papağı olan, astarlı köynək üzərində olan ləkə və ləkələrdəki qan AB0 sistemi üzrə B(İİİ) qan qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər. Şalvara keçirilmiş kəmər üzərində qanaşübhəli hər-hansı bir ləkə aşkar olunmadı. ( cild 1, İş vərəqə: 204-211) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 3985/K saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus qan nümunəsinin məhkəmə - kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Təqsirləndirilən şəxs məxsus qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı – 2,9%-dir. (cild 1, İş vərəqə: 225-227) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhər Narkoloji Dispanserindən daxil olmuş 25 oktyabr 2022-ci il tarixli, 5983 saylı aktda Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətinin olduğu bildirilmişdir. ( cild 1, iş vərəqə 31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3130 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlarvə hal-hazırki psixiatrik müayinənin nəticələri və.s subut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrinə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Anamnestik məlumatlara əsasən Təqsirləndirilən şəxs 2012-ci ildə kəskin psixi pozuntu keçirmiş, həmin pozuntu müalicə nəticəsində tam sağalma ilə nəticələnmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümimilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus müvqeyə və prinsipə malikdir. Emosional-iradi sferasına, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1-ci sual: Təqsirləndirilən şəxs ruhi xəstəliyin əlamətləri varmı? Əgər belə əlamətlər varsa onun cinayət əməli törədərkən anlaqlı olub-olmaması və öz hərəkətlərini dərk etmək iqtidarında olubolmaması müəyyən edilsin. Cavab: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmamlıdır. 2-ci sual: Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşüb-düşməməsi və hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olub-olmaması müəyyən edilsin.Cavab: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: 1-ci sual: Təqsirləndirilən şəxs hansı fərdipsixi xüsusiyyətlərə malikdir? Cavab: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Ünsiyyətçillik, emosionallıq, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. 2-ci sual: Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malikdirmi? Cavab: Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. ( cild 1, iş vərəqə 221-24) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərara əsasən Cinayət işinin istintaqı zamanı götürülmüş üzərindəki ləkə və ləkələrdə AB0 sistemi üzrə B(İİİ) qan qruplu Təqsirləndirilən şəxs məxsus insan qanı izləri olan 01 (bir) ədəd şalvar və 01 (bir) ədəd idman stilində tikilmiş papağı olan, astarlı köynək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilməsi üçün ağ rəngli kağız qutusunda Sumqayıt ŞPİ-nin TŞX-i tərəfindən təqdim edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 02 (iki) ədəd birincisi “STŞ-011 2-2022-10- 25_yadisə yerindən yayinma..” adlı, 15148 KB həcmində, 01 dəqiqə 01 saniyyə davam edən, rəngli formatda, ikincisi “STŞ-011 3-2022-10-25_piyada vurma1” adlı, 15027 KB həcmində, 01 dəqiqə 01 saniyyə davam edən, rəngli formatda fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 49-50, 81-82, cild 2, iş vərəqə 02-13) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 69.3-cü maddələri ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 02 ay 12 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş cəzadən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. ( cild 1, iş vərəqə 151-153) Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 may 2009-cu il təvəllüdlü X7, 07 sentyabr 2021-ci il təvəllüdlü X8 adlı azyaşlı və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı “uşaq serabral iflici spastik tetraparez” diaqnozlu yetkinlik yaşına çatmayan övladı vardır. (Cild 1, iş vərəqi 189- 195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İHBnın MKTİB-nin 5 saylı MKS tərəfindəv verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində X8 barəsində nümayəndəliylə hər hansı bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 188) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə törədilən cinayət ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə törədilən cinayət isə qəsdən törədilmişdir, başa çatmış cinayətdir və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 16-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbayjan Republikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində “uşaq serabral iflici spastik tetraparez” diaqnozlu yetkinlik yaşına çatmayan övladının olması da onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəq 60-63, 116- 117) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrinin saksiyası ilə əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə, Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə bu növdə əlavə cəzanın da təyin edilməsini əsaslı hesab edir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın hesablanmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin və icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş üzərindəki ləkə və ləkələrdə AB0 sistemi üzrə B(İİİ) qan qruplu Təqsirləndirilən şəxs məxsus insan qanı izləri olan 01 (bir) ədəd şalvar və 01 (bir) ədəd idman stilində tikilmiş papağı olan, astarlı köynək məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 230 (iki yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 263- 1.3-cü maddəsi ilə 03 il 06 ay (üç il altı ay) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il 06 ay (altı il altı ay) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə 01 il 06 ay ( bir il altı ay) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay (bir il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 il 06 (dörd il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş üzərindəki ləkə və ləkələrdə AB0 sistemi üzrə B(İİİ) qan qruplu Təqsirləndirilən şəxs məxsus insan qanı izləri olan 01 (bir) ədəd şalvar və 01 (bir) ədəd idman stilində tikilmiş papağı olan, astarlı köynək məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 230 (iki yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-104/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-104/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver