Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-105/2022 14.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X13 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxsin hüquqi varisi-X5, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla ünvan 2 faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, anası Şahid1 2010-cu ildən qarşılıqlı yaxınlıq münasibətlərində olduğu Zərərçəkmiş şəxs bir neçə dəfə həmin münasibətlərə son qoymasını tələb etməsinə baxmayaraq anasının mobil telefonunda onların bir-birlərinə göndərilmiş ismarıcları oxuduqdan sonra sonuncuların münasibətlərə son qoymadığını anlayıb qısqanclıq zəminində qisas alıb qəsdən Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə 27 iyul 2021-ci il tarixdə zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən ümumi uzunluğu 199 mm, tiyəsinin uzunluğu 91 mm olan qatlanan tipli cib bıçağı və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi uzunluğu 100 mm olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilən beşbarmaqla silahlanaraq saat 22 radələrində Zərərçəkmiş şəxslə birlikdə Sumqayıt şəhəri, Çerkassı küçəsi, Sumqayıt Dəmiryol Vağzalının qarşısına gələrək münasibətlərini aydınlaşdırmağa başlamışlar, bu zəmində aralarında baş vermiş mübahisə zamanı aşkar surətdə əzab və işgəncə verdiyini dərk etməklə bunu arzulayaraq üzərində olan beşbarmaqla sonuncuya iki zərbə endirməklə ona alının sağ hissəsinin bir ədəd, üst göz qapağının bir ədəd qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib müqavimətini qırdıqdan sonra üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr yetirməklə ona sol kürək nahiyəsinin bir ədəd, sağ çiyin nahiyəsinin bir ədəd, sağ bazunun orta 1/3-nin arxa səthinin iki ədəd, sol budun aşağı 1/3nin ön səthinin bir ədəd, sol budun orta 1/3-nin bayır səthinin bir ədəd, sol saidin orta 1/3nin ön səthinin bir ədəd, sol saidin orta 1/3-nin iç səthinin bir ədəd, sol saidin aşağı 1/3-nin ön səthinin bir ədəd, sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön səthinin bir ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərəvurmaya aid olan 11 (on bir) ədəd, döş qəfəsinin arxa hissəsinin bir ədəd boşluğa nüfuz edən ağciyərin sağ aşağı payını zədələyən kəsilmişdeşilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid kəskin qanitirmədən ölümünə səbəb olan 1 (bir) ədəd, ümumilikdə isə 14 xəsarət yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs anasıyla olan münasibəti ilə bağlı tanımışdır. 2018-ci ildə anasının Zərərçəkmiş şəxs ilə münasibətdə olduğunu öyrənmiş və onunla görüşərək anası ilə münasibətə son qoymağını tələb etmişdir. Hadisə günü evə getdiyi zaman anasını pis halda görmüş, anası ona hadisənin necə olduğunu demişdir. Bundan sonra o Nurəddin ilə görüşmək üçün vaxt təyin etmişlər. O, Nurəddin ilə görüşən zaman üzərində bıçaq olmuşdur, həmin bıçağı Nurəddin ondan güclü olduğu üçün ehtiyyat məqsədilə götürmüşdür. Nurəddin avtomobili ilə onu Qayalı marketin qarşısından götürmüş, Nurəddin ilə görüşdükdə sonuncuya onları bir daha narahat etməməsini demişdir. O, və Nurəddin birlikdə Sumqayıt Dəmiryol Vağzalının qarşısına gəldikdən sonra avtomobildən düşmüşlər. O, Nurəddinin avtomobilindən düşərkən sonuncunun xəbəri olmadan avtomobildə olan 01 ədəd mavi rəngli beşbarmağı götürərək arxa sağ cibinə qoymuşdur. Nurəddin onu təhqir etmiş və bibər qazından istifadə etmişdir. O, beş barmaqla özünü müdafiə etmişdir. O taqətdən düşmüşdür. Bundan sonra ona bıçaq zərbəsi endirmiş, lakin neçə bıçaq zərbəsi endirdiyi xatırlamır. Onun Nurəddin ilə görüşməkdə məqsədi onları bir daha narahat etməməsini demək istəməsi olmuşdur. İstintaq zamanı ifadə verərkən həyəcanlı olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. 2004-cü ildə ailəsi ilə Rusiya Fedrasiyasından gələrək ünvan 3 ünvanında yaşamışdır. 2008-ci ildə ünvan 4a məktəbin birinci sinfinə getmişdir. 2014-cü ildən ünvan 5 ünvanında yaşamışdır. 2019-cu ildə 25 saylı orta məktəbin 11-ci sinfini bitirmişdir. Gəncə Texnologiya Universitetin Şərabçılıq fakültəsinə daxil olsa da orada təhsil almaqdan imtina etmiş və yenidən qəbul imtahanında iştirak edərək Sumqayıt Dövlət Texniki Kollecinin mühasibat uçotu fakültəsinə daxil olmuşdur. Anası və bacısı ilə birlikdə yaşayır. X19 Fedrasiyasında yaşayır və sonuncu dəfə onu 2017-ci ildə görmüş, anası Lətifə evdar qadındır, bacısı Afərin evin böyük ovladı olmaqla işləmir. 2015-ci ildə anası Şahid1 Zərərçəkmiş şəxs ilə yaxın əlaqələrinin olduğunu bilmiş və dərhal hazırda nömrəsini xatırlamadığı Zərərçəkmiş şəxs mobil telefonuna zəng vuraraq anası ilə münasibətinin olması barədə məlumatı olduğunu və bu münasibətə dərhal son qoymağını istəmişdir. Nurəddin isə Lətifə ilə hər hansı münasibətinin olmadığını demişdir. O, anasından Zərərçəkmiş şəxs ilə münasibətlərnə son qoymağını tələb etdikdə anası da sonuncu ilə hər hansı münasibətinin olmadığını demişdir. Təxminən 2018-ci ildə anasına məxsus mobil telefona baxarkən sonuncunun Zərərçəkmiş şəxs ilə aralarında telefon danışığı və mesajlarının olduğunu görmüş və sonuncu ilə görüşərək anası ilə münasibətə son qoymağını tələb etmişdir. Nurəddin ona daha Lətifə ilə münasibətlərinə son qoyduğunu və bundan sonra əlaqə saxlamayacağını demişdir. 27 iyul 2021-ci il tarixdə anasının telefonla danışarkən kiminləsə mübahisə etdiyini görüb kimlə danışdığını soruşduqda sonuncu Nurədddin ilə danışdığını və onu narahat etdiyini demişdir. O, həyətə düşərək Nurəddinə zəng etmiş və görüşmək istədyini dedikdə sonuncu hazırda Xırdalan qəsəbəsində olduğunu təxminən 1 saata Sumqayıt şəhərinə çatacağını demişdir. Nurəddindən zəng gəlmədiyini görüb təxminən saat 20 radələrində sonuncuya zəng edərək Sumqayıt şəhəri Qayalı marketin qaşısında onunla görüşmək istədiyini demişdir. Nurəddin təxminən saat 21-22 radələrində özünə məxsus ağ rəngli hazırda dövlət qeydiyyat nişanın xatırlamadığı Toyota Camry markalı avtomobili ilə 11-ci mikrorayonda yerləşən hazırda təmirdə olan Qayalı marketin qarşısından onu götürmüşdür. Nurəddin ilə görüşə gedərkən üzərində 01 ədəd bıçaq və 01 ədəd mavi rəngli beşbarmaq götürmüşdür. O, və Nurəddin birlikdə Sumqayıt Dəmiryol Vağzalının qarşısına gəldikdən sonra avtomobildən düşmüşlər. O, Nurəddinə anamı niyə narahat edirsən axı mən sənə əvvəllər də xəbərdarlıq etmişdim ki, anamla aranızda olan münasibətə son qoyasan dedikdə sonuncu bəzi məsələlər var ki, izah etməyə çətinlik çəkirəm ona demiş, o, arxa sağ cibində olan mavi rəngli beşbarmağı çıxardaraq Nurəddinin sifətinə vurmuş, Nurəddinin yerə yıxıldığını gördükdən sonra onun bədəninin müstəlif nahiyələrinə beşbarmaqla vurmuşdur. Nurəddin ayağa qalxıb qaçmaq istədikdə o, üzərində olan dəstəyi qırmızı rəngli bıçağı çıxardaraq Nurəddinin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Daha sonra ətrafa insanlar toplaşmış, hadisə yerindən aralıda polis əməkdaşını görüb, ona yaxınlaşaraq etdiyi əməl barədə məlumat vermişdir. (cild 1, iş vərəqə 60-63) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, oğlu Nurəddinin və Şahid1 münasibəti barədə xəbərdar olmuşdur. Nurəddinə bu barədə dəfələrlə xəbərdarlıq etmişdir ki, Lətifə ilə münasibətinə son qoysun. Təqsirləndirilən şəxs Rəfaillə Nurəddin arasında hər hansı bir dava dalaşın olduğunu bilməmişdir. X15 ailəsinə köməklik etmişdir. 2015-ci ildə o, Lətifəyə oğlu Nurəddin onu narahat etdiyi halda polis müraciət etməsini demiş, özünün isə oğlunu tənbeh edəcəyini demişdir. 27 iyul 2021-ci il tarixdə axşam radələrində oğlu Pərvin ona zəng edərək Nurəddinin xəstəxanada olduğunu demiş, o, xəstəxananın həyətinə çatdıqda Nurəddinin meyitinin meyitxanada olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Nurədddin Rafael ilə aralarında mübahisə zamanı sonuncu tərəfindən vurulmuşdur. Rafaelin Nurəddini nəyə görə qətlə yetirməsini bilmir. Hadisənin baş verməsi səbəbinin tamah məqsədi olduğunu düşünür. Oğlundan pul istəmişlər. Oğlu ilə Lətifə arasında münasibət kəsildiyi üçün bu hadisənin baş verdiyini düşünür. Təqsirləndirilən şəxs ilə aralarında barışıq yoxdur, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2004-cü ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişlər. 2007-ci ildən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yaşamağa başlamış və Müfta 07 oktyabr 2007-ci il tarixdə ölkəyə qayıtmışdır. Müfta hər xırda məsələyə görə evdə problem yaradaraq onu döymüşdür. Zərərçəkmiş şəxs onun ilə eyni məhəllədə yəni ünvan 6 ünvanında yaşamışdır. Nurəddin ilə tanışlığı 2004-cü ildən başlamışdır. Nurəddin ilk olaraq arxasıyca gəlib getməyə başlamış, daha sonra isə onun Günəşlidə yaşadığı evin ünvanını öyrənərək arxasıyca gəlib getmişdir. 2015-ci ilin aprel ayında o ata evi olan Sumqayıt şəhərinə gəlmişdir. Təxminən iki ay sonra övladlarını da yanına gətirmişdir. Müfta 2017-ci ildə Rusiya Federasiyasına getmişdir. 2017-ci ilin may ayında Nurəddin onu döydüyü üçün polisə müraciət etmiş və həmin vaxtdan 2018-ci ilə kimi Nurəddin ilə danışmamışdır. 2018ci ilin sonlarında Nurəddin ona yenidən mesajlar yazmağa başlamışdır. 2015-ci ildən oğlu Rafael onunla Nurəddin arasında olan münasibətdən xəbərdar olmuşdur, lakin ona heç nə bildirməmişdir. Nurəddin 30 may 2021-ci il tarixdə ev almaq adı ilə ona 4000 manat pul verdi. 14 iyul 2021-ci il tarixdə Nurəddin onu özünə məxsus Toyota Camry avtomobili ilə gəzdirməyə başladı və Esmira Şadlıq evinin yanında yerləşən daş sexlərindən birinə apararaq oranın sahibi Rövşən ilə üzləşdirmək istəmişdir. Lakin o bundan imtina etmişdir. Nurəddin hesab etmişdir ki, o Rövşən ilə Nurəddinə xəyanət edir. Rövşən ona atasından qalan avtomobili satmaqda kömək etmişdir. Lakin o nə etsə də Nurəddinə Rövşən ilə arasında hər hansı münasibətin olmadığına inandıra bilməmişdir. Nurəddin avtomobilin içərisində onu döyməyə başlamış və o Nurəddinin verdiyi 4000 manat pulu və üzüyü sonuncunun avtomobilinə tullamışdır. Üzərində olan döyülmə izlərini görən oğlu Rafael ondan nə olduğunu soruşduqda iş yoldaşı ilə dalaşdığını demişdir. 16 iyul 2021-ci il tarixdə Nurəddin onu Mərdəkandan götürüb Sumqayıt şəhərinə evə gətirmişdir. Nurəddin 23 və 24 aprel tarixlərində ona zəng vursa da sonuncunun zənglərinə cavab verməmişdir. Rafael ona zəng vuraraq Nurəddinin ona zəng etdiyini demişdir. 27 iyul 2021-ci il tarixdə axşam radələrində Rafael mağazaya gedəcəyini deyərək evdən çıxmış və bir müddət sonra Rafaelin mübahisə zamanı Nurəddini öldürdüyünü eşitmişdir. O Oğlu Rafaelin bədənində olan xəsarətləri görmüşdür. X17 tanıyırdı. Onun Nurəddin ilə yaxın əlaqəsi olmamışdır. O hadisənin şahidi olmamışdır. Şahid1 ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 1985-ci ildən ünvan 2 yaşamış və 1995-ci ildə xalası oğlu X8 ilə ailə həyatı qurmuşdur. 1997-ci ildən Rusiya Federasiyasında yaşamağa başlamış və əri Müfta sahibkarlıq faəliyyəti ilə məşğul olmuşdur. Aralarında olan nikahdan 1998-ci ildə Afərin və 2002-ci ildə isə Rafael dünyaya gəlmiş, 2004-cü ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişlər. Müfta ona yenidən Rusiya Federasiyasına qayıtmağı təklif etsə də o, bundan imtina etmiş və iki övladı ilə ata evi olan ünvan 2 yaşamağa başlamışdır. 2007-ci ildən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yaşamağa başlamış və Müfta 07 oktyabr 2007-ci il tarixdə ölkəyə qayıtmışdır. Evliliklərinin ilk günlərindən Müfta ilə sözləri düz gəlməmiş yola gedə bilməmişlər. Müfta hər xırda məsələyə görə evdə problem yaradaraq onu döymüşdür. Zərərçəkmiş şəxs onunla eyni məhəllədə yəni ünvan 6 ünvanında yaşamışdır. Nurəddin ilə tanışlığı 2006-cı ildən başlamış və ilk əvvəl dost kimi danışıb dərdlərini bölüşmüşdür. Nurəddin ilk olaraq arxasınca gəlib getməyə başlamış daha sonra isə onun Günəşlidə yaşadığı evin ünvanın öyrənərək arxasınca gəlib getmişdir. Bildiyinə görə Nurəddin ailəlidir və iki övladı var. 2007-ci ildə Müfta ilə boşanmaq üçün Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, lakin qardaşı Səbuhinin təkidindən sonra ərizəsini geri götürmüşdür. İlk vaxtlar Nurəddin ilə özünə məxsus məxsus Günəşli qəsəbəsindəki evdə görüşmüş lakin aralarında hər hansı yaxın münasibət olmamışdır. 2010-cu ildən münasibətləri daha da dərinləşmiş Nurəddin artıq onun yaşadığı evə tez-tez gələrək onunla cinsi əlaqədə olmuşdur. O, Nurəddin ilə həmçinin tez-tez Bakı şəhəridə müxtəlif restoranlarda oturmuşdur. Nurəddin dəfələrlə ona gəl birləşək Türkiyə Respublikasında yaşayaq desə də o, sonuncunun təklifini qəbul etməmişdir. Əri Müfta onu döydüyünə görə aylarla danışmamış, sonuncu ilə yola getməyin çətin olduğunu görüb 2015-ci ilin aprel ayında ata evi olan Sumqayıt şəhərinə gəlmişdir. Təxminən iki ay sonra övladlarını da öz yanına gətirmiş, Müfta 2017-ci ildə Rusiya Federasiyasına getmişdir. O, Nurəddin ilə tez-tez dalaşmağa başlamış, belə ki sonuncu çox qısqanc olmuş və hər xırda məsələyə görə problem yaradıb, onu məhv edəcəyini demişdir. 2017-ci ilin may ayında Nurəddin onu döydüyü üçün polisə müraciət etmiş və həmin vaxtdan 2018-ci ilə kimi Nurəddin ilə danışmamışdır. 2018-ci ilin sonlarında Nurəddin ona nə lazım olsa qulluğundayam məzmunlu mesaj yazmış və bundan sonra sonuncu ilə yenidən danışıb görüşməyə başlamışlar. 2015-ci ildən oğlu Rafael onunla Nurəddin arasında olan münasibətdən xəbərdar olmuş, lakin ona heç nə bildirməmişdir. Nurəddin 30 may 2021-ci il tarixdə ev almaq adı ilə ona 4000 manat pul vermişdir. 14 iyul 2021-ci il tarixdə Nurəddin onu özünə məxsus Toyota Camry avtomobili ilə gəzdirməyə başlamış və Esmira Şadlıq evinin yanında yerləşən daş sexlərindən birinə apararaq oranın sahibi Rövşən ilə üzləşdirmək istəmiş lakin o, bundan imtina etmişdir. Nurəddin hesab etmişdir ki, o, Rövşən ilə ona xəyanət etmişdir. Rövşən ona atasından qalan avtomobili satmaqda kömək etmiş və buna görə də avtomobilin sənədləşdirilməsi üçün sonuncu ilə iki dəfə görüşmüşdür. Lakin o, nə etsə də Nurəddinə Rövşən ilə aralarında hər hansı münasibəti olmadığına inandıra bilməmişdir. Nurəddin avtomobilin içərisində onu döyməyə başlamış və o, Nurəddinin verdiyi 4000 manat pulu sonuncunun avtomobilinə tullamışdır. Üzərimdə olan döyülmə izlərini görən oğlu Rafael ondan nə olduğunu soruşduqda iş yoldaşı ilə dalaşdığını demişdir. Rafael onun sözlərinə inanmayaraq Nurədddin zəng edərək anamı niyə döymüsən gəl görüşək desə də sonuncu görüşməkdən imtina etmiş və Rafaelin ünvanına nalayiq söyüşlər söymüşdür. 16 iyul 2021-ci il tarixdə Nurəddin onun Mərdəkana rəfiqəsigilə getməli olduğunu bilib aparıb-gətirəcəyini demiş və 17 iyul 2021-ci il tarixdə sonuncu onu Mərdəkandan götürüb Sumqayıt şəhərinə evlərinə aparmışdır. 17 iyul axşam radələrində Nurəddin ona zəng etmiş, lakin o, sonuncuya Rafaelin evdə olduğunu danışa bilmədiyini desə də onu təhdid edərək həyətə düşməyini istəmişdir. O, həyətə düşdükdən sonra Nurəddinin avtomobilinə minmiş və birlikdə sonuncuya məxsus Saray qəsəbəsində yerləşən bağ evinə getmişlər. Nurəddin orada onun adından Rövşənə mesaj yazdığını demiş və bundan sonra o, özündən çıxaraq etdiyi hərəkətin doğru olmadığını demişdir. Nurəddin 23 və 24 aprel tarixlərində ona zəng vursa da sonuncunun zənglərinə cavab verməmişdir. Rafael ona zəng vuraraq Nurəddinin ona zəng etdiyini və anan məndən 4000 manat pul alıb geri qaytarmır söylədiyini bildirmişdir. O, 4000 manat pulu və üzüyü Rafaelə verərək Nurəddinin dostu Raufa verməyini tapşırmış və sonuncu onun dediklərini etmişdir. Rəfael həmin pulun nə olduğunu soruşduqda o, Nurəddinin həmin pulu onlara ev almaq üçün verdiyini lakin sonradan həmin pulun ev üçün deyil bizim aramızı vurmaq üçün verdiyini analadığını demişdir. Rafael ona daha aramızda olan pərdə götürülüb lakin qorxma sənin arxandayam demişdir. 27 iyul 2021-ci il tarixdə axşam radələrində Rafael mağazaya gedəcəyini deyərək evdən çıxmış və bir müddət sonra Rafaelin mübahisə zamanı Nurəddini öldürdüyünü eşitmişdir. Bundan əlavə olara o bildirmişdir ki, Nurəddin ilə özünə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, Nurəddin isə istifadəsində olan (055, 050, 077) ***-**-** saylı mobil nömrələrdən onunla əlaqə saxlamışdır. (cild 1, iş vərəqə 46-50) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Mufta qızı ifadəsində göstərdi ki, Nurəddin və anasının münasibətlərinin olduğunu bilmişdir. Lakin qardaşı Rafaelin anası ilə Nurəddin arasında olan münasibətlərdən xəbərdar olub-olmaması barədə məlumatı yoxdur. Anası ilə Nurəddin hər dəfə dalaşdıqda sonuncu istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək " Lətifəyə denən telefonu açsın yoxsa hamıvız üçün pis olacaq" kimi sözlər demiş, bəzən isə onu təhqir etməyə başlamışdır. Həmçinin anası ilə Nurəddin dalaşdıqda Nurəddin onların yaşadığı evin qapısın döyüb qaçmışdır. 14 iyul 2021-ci il tarixdə anasının bədənində xəsarətlər olduğunu görüb və nə baş verdiyini soruşduqda Nurəddin tərəfindən döyüldüyünü demişdir. İyul ayının təxminən 21-də anası, o və qardaşı evdə olan zaman Nurəddin onların yaşadığı evin qapısını döydüyünü görmüş və qapını açmışdır. O, Nurəddinə nə lazımdır nə istəyirsən dedikdə sonuncu, Lətifəyə denən telefon zənglərinə cavab versin və mesajlarını oxusun demişdir. 27 iyul saat 22 radələrində qapının döyüldüyünü eşitdi, ilk olaraq Nurəddinin olmağını zənn edərək qorxdu, lakin qapını açdıqda anası həyəcanlı şəkildə evə daxil oldu. O anasından nə baş verdiyini soruşduqda o, Rafael ilə danışdığını dedi. Rafael anasına “Paltarlarınızı yığın, gedin xalamgilə, axşam gələcəm, onda sizinlə rahat danışarıq.” demişdi. Bir müddət sonra isə Rafaelin mübahisə zamanı Nurəddini öldürdüyünü eşitmişdir. Hadisə qısqanclıq zəminində baş vermişdir. Anası və Nurəddin arasında münasibət olmuşdur.Nurəddin onların qonşusu olmuşdur. Onlar Nurəddinin onları narahat etməsi barədə sonuncunun ailəsinə və polisə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Nəqliyyatda Baş polis İdarəsinin Dəmiryolu Nəqliyyatında polis idarəsinin Sabunçu xətt polis şöbəsinin Sumqayıt stansiyası xətt polis məntəqəsində polis nəfəri vəzifəsində işləyir. 27 iyul 2021-ci il tarixdə Sumqayıt Dəmiryolu Vağzalında xidmətdə olarkən saat 22 radələrində tanımadığı bir nəfər şəxsin qışqıraraq polis kömək et dediyini eşidib həmin istiqamətə getmişdir. O, Dəmiryolu vağzalının qarşısına çıxdıqda ətrada xeyli insanın topalaşdığını görüb həmin istiqamətə getmişdir. Sumqayıt Dəmiryolu Vağzalından təxminən 50 metr addımladıqdan sonra hadisə yerinə çatmışdır. O, hadisə yerinə çatanda bir nəfər şəxsin qan içərisində yerdə uzandığını görmüşdür. Orta yaşlı kişi bir nəfər şəxsin hər iki qollarından tutduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxsdur. Rafaelin əlində qatlanan bıçaq var idi. O, hadisə yerinə çatdıqda orta yaşlı kişi Rafaelə “daha vurma bəsdir” dediyini eşitmişdir. O, dərhal Rafaeli tutaraq polis məntəqəsinə aparmışdır. Daha sonra Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs götürüb aparmışlar. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Hadisə yerində orta yaşlı bir kişi Rafaeli tutub “Daha bəsdir, vurma.” dediyini eşitmişdir. Məhkəmə şahid qismində dindirilmiş Nəqliyyatda Baş polis İdarəsinin Dəmiryolu Nəqliyyatında polis idarəsinin Sabunçu xətt polis şöbəsinin Sumqayıt stansiyası xətt polis məntəqəsində polis nəfəri Şahid7 Şahid6la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, O hadisəni görməmişdir. Təqsirləndirilən şəxs tanımır. Zərərçəkmiş şəxs təxminən 3 il bundan öncə qohumu Eyvaz vasitəsilə tanımışdır. O, Nurəddini çox zəhmətkeş və səbirli insan kimi tanımışdır. Nurəddin ilə münasibətləri yaxşı olmuş, bir-birinin xeyir və şərində iştirak etmişdir. Nurəddinin kimləsə düşmənçiliyi və ədavəti olmamışdır. O, işdə olmadığı günlərdə Nurəddin ilə görüşüb, Sumqayıt şəhərində yerləşən kafelərdə çay içmişdir. 25 iyul 2021-ci il tarixdə hazırda tikintisini davam etdirdiyi Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində olarkən Nurəddin ona zəng edərək harda olduğunu soruşmuş və təxminən 30 dəqiqə sonra sonuncu onun olduğu yerə gəlmişdir. O, Nurəddin ilə çay içərək nərd oynamışdır. Söhbət zamanı Nurəddin ona Lətifə ilə münasibətlərinə son qoyduğunu və sonuncu ilə danışmadığını demişdir. Nurəddin ona vaxt elə Quba rayonuna gedək demişdir. Nurəddin onunla olduğu müddətdə nə sonuncu, nə də ki Lətifə bir-biri ilə əlaqə saxlamamışdır. 26 iyul 2021-ci il tarixdə Nurəddin ilə yenidən Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində görüşmüş və xeyli söhbət etdikdən sonra sonuncunu evlərinin yaxınlığında yola salmış və sonuncu ona xalası oğlun qarşılamaq üçün hava limanına gedəcəyini demişdir. 28 iyul 2021-ci il tarixdə Nurəddinin Rafael təfəindən bıçaqlanaraq öldürüldüyünü eşitmişdir. Hadisədən sonra Nurəddinin Sumqayıt şəhəri, 11-ci mikrorayonda yaşayan Lətifdə adlı qadınla münasibətinin olması barədə məlumatı olmuş, Lətifənin oğlu Rafael son vaxtlar Nurəddini görüşə çağırmış lakin sonuncu Rafael ilə görüşməmək üçün müxtəlif bəhanələr gətirmişdir. Rafael son vaxtlar Nurəddini öldürəcəyi ilə də hədələmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, boş vaxtlarında dostu Rafiqə Rəfiyevə məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən avtoyuma məntəqəsinə getmiş və müştəri olduqda avtomobilləri kimyəvi təmizləmişdir. Zərərçəkmiş şəxs ilə Şahid5 eyni məhəllədə yaşamışdırlar. Təxminən 10 ilə yaxın imiş ki, Zərərçəkmiş şəxs avtomobilin Rafiqə məxsus avtoyuma məntəqəsinə gəlmişdir. Həmin vaxtdan Nurəddin ilə münasibətləri yaranmış, sonuncunu zəhmətkeş, səbirli və zarafatcıl insan kimi tanımışdır. Nurəddin tez-tez onun çalışdığı avtoyuma məntəqəsinə gəlir, sonuncu o, və Rafiq ilə çay içmişdir. Nurəddin ilə münasibətləri yaxşı olmuş, sonuncu siqaret çəkmiş, lakin narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Nurəddin spirtli içki qəbul etmiş, lakin içki aludəçisi olmamış, sonuncunun kimləsə ədavəti, düşmənçiliyi olmamışdır. Nurəddinin Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yaşayan Lətifə adlı qadınla münasibətinin olması barədə məlumatı olmuşdur. Nurəddin 26 iyul 2021-ci il tarixdə günorta radələrində Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən avtoyuma məntəqəsinə gələrək Rafiq və onunla bir müddət söhbət etdikdən sonra sağollaşaraq getmişdir. 27 iyul 2021-ci il tarixdə Nurəddin ona zəng edərək hal-əhval tutmuşdur. 27 iyul axşam radələrində X4 tərəfindən bıçaqlanaraq öldürüldüyünü eşitmişdir. Nurəddin ilə Rafael arasında əvvəllər hər hansı mübahisə və dava-dalaş olmamışdır. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx xxxxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda ünvan 8 ünvanında yaşayır və fərdi qayda da avtoyuma məntəqəsi işlədir. Zərərçəkmiş şəxs təxminən 2000-ci ildən tanımış, belə ki, 2000-ci ildə sonuncunun yaşadığı Sumqayıt şəhəri 11-ci mikrorayon 29 saylı binanın qarşısında fərdi qaydada ərzaq mağazası işlətmişdir. Həmin vaxtdan etibarən Nurəddin ilə münasibətləri yaranmışdır. O, Nurəddini çox zəhmətkeş, zarafatcıl və səbirli bir insan kimi tanımış, sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Bir- birinin xeyir və şərində iştirak etmişdirlər. Nurəddin siqaret çəkmiş, lakin narkotik vasitələrdən heç vaxt istifadə etməmiş, kimləsə ədavəti, düşmənçiliyi olmamışdır. 2012-ci ildən Sumqayıt şəhər 11-ci mikrorayon 29 saylı binanın qarşısında yerləşən ərzaq mağazasını sataraq, Sumqayıt şəhəri 42-ci məhəllədə avtoyuma məntəqəsi işlətməyə başlamış, buna baxmayaraq Nurəddin ilə münasibətləri davam etmişdir. Nurəddin tez-tez onun işlətdiyi avtoyuma məntəqəsinə gələrək, avtomobilini təmizlətdirmiş və onunla xeyli söhbət etmişdir. Nurəddinin Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yaşayan Lətifə adlı qadınla münasibətinin olması barədə məlumatı olmuş, belə ki, sonuncu onun mənim yanında olarkən tez-tez Lətifə adlı qadınla əlaqə saxlamışdır. Nurəddinin deməsinə görə uzun müddət imiş ki, Lətifə ilə görüşürək, sonuncunun yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29, mənzil 47 ünvanına gedirmiş. O, Nurəddin ilə demək olar ki, hər gün görüşüb, Sumqayıt şəhərində yerləşən kafelərdə çay içmişdir. 27 iyul 2021-ci il tarixdə günorta saatlarında Nurəddin ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış və sonuncu saat 20 radələrində onun mənim işlədiyim avtoyuma məntəqəsinə gəlmişdir. Nurəddin ilə birlikdə 5-10 dəqiqə söhbət edərək çay içmişdir. Bir müddət sonra Nurəddinin telefonuna zəng gəlmiş və sonuncu ondan uzaqlaşaraq telefonla danışdıqdan sonra geri qayıtmışdır. Nurəddin ona işi olduğunu və birazdan geri qayıdacağını demişdir. Təxminən saat 23 radələrində Nurəddin ilə ortaq tanışı Eyvaz ona zəng edərək Nurəddin ilə Lətifənin oğlu Rafaelin mübahisə etdiyini və sonuncunun Nurəddini bıçaqlayaraq öldürdüyünü demişdir. Bildiyinə görə Nurəddin ilə Rafael arasında əvvəllər hər hansı mübahisə və dava-dalaş olmamışdır. (cild 1, iş vərəqə 172-175) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 27 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Çerkassı küçəsi, Sumqayıt Dəmiryol Vağzalının qarşısıdır. Hadisə yeri asfalt örtükdən ibarətdir. Asfalt örtük üzərində damcı şəklində olmaqla ümumi diametri 3.8x2.10 sm olan qanabənzər ləkələr vardır. (cild 1, iş vərəqə 3-7) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 90 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Ağ ciyərin sağ aşağı payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin arxa sağ hissəsinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası, daxili qanitirmə, sol kürək nahiyəsinin, sağ çiyin nahiyyəsinin, sağ bazunun orta 1/3-nin arxa səthinin iki ədəd, sol budun aşağı 1/3-nin ön səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol saidin orta 1/3-nin iç səthinin, sol saidin aşağı 1/3-nin ön səthinin, sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin deşilmişkəsilmiş yaraları, alının sağ hissəsinin və üst göz qapağının qançırları. Qeyd olunan xəsarətlərdən- Ağ ciyərin sağ aşağı payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin arxa sağ hissəsinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası, sol kürək nahiyyəsinin, sağ çiyin nahiyyəsinin, sağ bazunun orta 1/3-nin arxa səthinin iki ədəd, sol budun aşağı 1/3-nin ön səthinin, sol budun orta 1/3 bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol saidin orta 1/3-nin iç səthinin, sol saidin aşağı 1/3-nin ön səthinin, sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin, sağ baldırın yuxarı 1/3 ön səthinin deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların, digər xəsarətlər yəni-alının sağ hissəsinin və üst göz qapağının qançırları isə küt əşyanın (əşyalar) təsirindən ola bilsin ki, ekspertizaya təqdim olunmuş beşbarmağın və ya ona oxşar digər küt əşyanın təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkənin müayinəsindən bir qədər əvvəl olmaqla 27.07.21-ci il tarixdə əmələ gələ bilər dərəcəsinə görə ağ ciyərin sağ aşağı payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin arxa sağ hissəsinin bir ədəd boşluğa keçən deşilmişkəsilmiş yarası adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR sol kürək nahiyyəsinin, sağ çiyin nahiyyəsinin, sağ bazunun orta 1/3-nin arxa səthinin iki ədəd, sol budun aşağı 1/3-nin ön səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol saidin orta 1/3-nin iç səthinin, sol saidin aşağı 1/3 ön səthinin, sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yaraları isə adətən canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, alının sağ hissəsinin və üst göz qapağının qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağ ciyərin aşağı payının deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin ardıcılığı haqqında fikir söyləmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterinə və yerləşmə yerinə əsasən demək olar ki, zərərçəkmişlə zərər yetirən şəxs müxtəlif qarşılıqlı dürüş vəziyyətində ola bilərdilər. Zərərçəkmiş şəxs döş qəfəsinin arxa sağ hissəsində olan boşluğa keçən yaranın istiqaməti yuxarıdan-aşağıya, sağdan-sola, öndənarxaya doğru olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlardakı zədələrlə onun bədəni üzərində olan xəsarətlər nisbi olaraq üst-üstə düşür. (Cild 1, iş vərəqə 187-196) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 963 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: Sağ dirsək oynağı nahiyyənin sıyrığı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixdə göstərilən əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 197-199) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 616/2021-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, X1 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ)/ şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən; Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən; Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvar, trusik, qolsuz mayka, qısaqol köynək, kəmər, bir cüt corablar, Təqsirləndirilən şəxs məxsus cins şalvar, qısaqol köynək, 03 ədəd pambıq tamponlar və bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "A" antigeni alındı. Belə olan halda bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o, cümlədən də X3 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir ədəd beşbarmaq üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barəsində fikir söyləmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 218-224) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 14 sentyabr 2021-ci il tarixli, 443/2021-MTKŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, X2 məxsus olmuş geyim əşyalarından köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində 01(bir) ədəd, arxa səthinin yuxarı hissəsinin ortasında 01(bir) ədəd; sağ qolunun ön səthinin yuxarı hissəsində 02(iki) ədəd, arxa səthinin yuxarı hissəsində 01(bir) ədəd və sol qolunun arxa səthinin yuxarı hissəsində 01(bir) ədəd, cəmi 06(altı ədəd); şalvarın sol ayaqlığının ön səthinin orta hissəsində 02 (iki) ədəd, arxa səthinin yuxarı hissəsində 01 (bir) ədəd; sağ ayaqlığının ön səthinin orta hissəsində 01 (bir) ədəd, arxa səthinin orta hissəsində 01 (bir) ədəd, arxa səthinin yuxarı hissəsində 01 (bir) ədəd və şalvarın arxa səthinin yuxarı hissəsinin sağ yarısında, arxa sağ cibini də əhatə edən 01 (bir) ədəd, cəmi 07 (yeddi) ədəd; tumanın arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd; maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd və arxa səthinin yuxarı hissəsinin ortasında 01 (bir) ədəd, cəmi 03 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus olmuş köynəyin sağ və sol qolaltı nahiyələrində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik olan 02 (iki) ədəd sökülmə zədələri vardır. Bu zədələrin müxtəlif şəraitlərdə, eləcə də, qərarda göstərilən şəraitdə, yəni əlbəyaxa olma və dartılma nəticəsində əmələ gəlməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus olmuş bir ədəd kəmərin və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs məxsus olmuş geyim əşyaları üzərində cırılma və süzülməyə xarakterik heç bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın hər iki ayaqlığının ön səthi üzərində, şalvarın yuxarı hissəsində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuş; aşağı hissəsində olan ləkələr qan mənbəyindən (qanlı səthdən) az hündürlükdən bucaq altında olmaqla düşən damcılar xarakterli ləkələrdir. Köynəyin, maykanın və tumanın ön və arxa hissəsində, bütün səthi üzərində və bir cüt corabın hər iki tayının üzərində olan qan ləkələri qan mənbəyi ilə ( qanlı səthlə) geniş statik kontakt və az dinamik kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxunma daxilinə hopmuşdur. Kəmərin bütün səthi üzərində olan ləkələr yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayaqlığının ön səthinin yuxarı və aşağı hissələrində olan qan ləkələrinin bəzisi qan mənbəyindən (qanlı səthdən) az hündürlükdən, bəzisi bucaq altında olmaqla düşən damcılar; bəzisi qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur; bəziləri isə yaxma xarakterli olub qan mənbəyi ilə ( qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Köynəyin ön və arxa səthində və hər iki qollarında olan ləkələrin bəzisi qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxunma daxilinə hopmuşdur; bəzisi yaxma xarakterlidir və qan mənbəyi ilə ( qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir; digər qan ləkələri isə qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən "sıçrantı" xarakterli ləkələrdir. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və dəstəyinin hər iki səthinin üzərində olan qan ləkələri yaxma xarakterli olub qan mənbəyi ilə (qan səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Təqdim edilmiş beşbarmağın üzərində qana şübhəli ləkələr aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş predmet kustar üsulla hazırlanmış beşbarmaqdır ( kastetdir) və vurucu-dağıdıcı xassəyə malik soyuq silahdır. (cild 1, iş vərəqə 200-217) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi tərəfindən verilmiş 09 oktyabr 2021-ci il tarixli 2347 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və,s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psix xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğun olub, gerilik əlamətləri aşkar olunmur. Təfəkkürünün analiz etmə, ümumilləşdirmə kimi keyfiyyətləri normaya uyğundur. Yaddasaxlama və yadasalma funksiyalarında, emosional və assosiativ yaddaşında çətinlik müəyyən edilmədi. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı bir psixi xəstəliyin əlamətlər qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs inadkarlıq, emosionallıq, hirslik, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında gərginlik, hirslilik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini tördən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, iş vərəqə 225-228) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 150-154) İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 17 saylı Mənzil kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamdə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2021-ci il tarixldə Zərərçəkmiş şəxs meyitə baxış keçirilmiş və həmin baxışın nəticələrini əks etdirən protokoldan görünür ki, meyitin əynində mavi rəngli qısaqol köynək, mavi rəngli cins materialdan şalvar, qara rəngli tuman, ağ rəngli qolsuz mayka, qara rəngli bir cüt corab müvafiq qaydada götürülmüşdür.(cild 1, iş vərəqə 8-9) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli kəmər, qara rəngli bir cüt corab, bir ədəd qara rəngli tursik, bir ədəd ağ rəngli mayka, bir ədəd açıq-göy rəngli qolsuz köynək və Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd göy rəngli cins materialdan olan şalvar, həmçinin Zərərçəkmiş şəxs öldürdüyü bir ədəd qatlanan bıçaq və bir ədəd mavi rəngli beşbarmaq, hadisə yerinə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr maddi sübut kimi tanınmışdır.(cild 2, iş vərəqə 1-21) 28 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən hadisə zamanı üzərində olan paltarlar – bir ədəd boz rəngli qısaqol köynək və bir ədəd göy rəngli cins materialdan olan şalvar, həmçinin Zərərçəkmiş şəxs öldürdüyü 01 ədəd qatlanan dəstəyi qırmızı rəngli olan bıçaq və 01 ədəd mavi rəngli beşbarmaq müvafiq qaydada götürülmüşdür. ( Cild 1, iş vərəqə 29-30) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürməməsi, zərərçəkmiş şəxsə xəsarətlər yetirərkən özündə olmaması, hadisə zamanı üzərində olan beşbarmağın zərərçəkmiş şəxsə məxsus olması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs ilk öncə beşbarmaqla Zərərçəkmiş şəxs zərbələr yetirərək ona ağrılar yetirməsi, zərbələrdən yerə yıxılan zərərçəkmişə şəxsə bıçaqla zərbələr endirməsi, yaralı halda onun əlindən qaçmaq istəyərkən belə bıçaq zərbələrini davam etdirməsi, həyat üçün əhəmiyyətli orqanlarına çoxsaylı xəsarətlər yetirməsi, yalnız ətrafdakı insanların Təqsirləndirilən şəxs əllərindən tutub onu saxlaması təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.» Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından, o, 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs qismində cəlb edilməsinə kifayət qədər əsas verdiyindən, o, 29 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə də barəsində Sumqayıt şəhər məhkəməsinin hakimi Rəşad Qoşqarlı tərəfindən 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.( cild 1, iş vərəqə 11-12, 51, 71-72). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyul 2021ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər prokurorluğunda saxlanılan –mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli kəmər, qara rəngli bir cüt corab, bir ədəd qara rəngli tursik, bir ədəd ağ rəngli mayka, bir ədəd açıq-göy rəngli qolsuz köynək və Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd göy rəngli cins materialdan olan şalvar, həmçinin Zərərçəkmiş şəxs öldürdüyü bir ədəd qatlanan bıçaq və bir ədəd mavi rəngli beşbarmaq, hadisə yerinə keçirilmiş baxış zamanı qanabənzər ləkələr hopdurularaq götürülmüş pambıq tampon məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak. mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətinə, CM-nin 228.4cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, kəmər, corab, tuman, mayka, köynək və Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, bir ədəd qatlanan bıçaq və bir ədəd mavi rəngli beşbarmaq, pambıq tampon məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-105/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-105/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver