Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-105/2023 16.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2, tərcüməçi X3 və X5, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə, 1) xx.xx.1978-ci ildə Türkiyə Respublikasının Beykoz şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, orta təhsilli, sürücü işləmiş, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 2) xx xxxxxxxx 1969-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sürücü işləmiş, məhkumluğu olmayan, Ağdam rayonunun Çəmənli kəndində qeydiyyatda olmaqla Yevlax rayonunun Malbinəsi kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında olduğu müddətdə külli miqdarda narkotik vasitəni tamah və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Moldova Respublikasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə həmin vaxt onunla birlikdə orada olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqa məlum olmayan üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 601.075 ml həcmində məhlulda, quru halda təmiz çəkisi ümumilikdə külli miqdarda – 300.537,50 qram heroin narkotik vasitəsinin 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda - 146.737,5 qram hissəsini tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “Renault” markalı AR002DN/LA001Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində qanunsuz olaraq saxlamış, 307.600 ml həcmindəki məhlulda quru halda təmiz çəkisi, külli miqdarda 153.800 qram olan hissəsini isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “DAF” markalı AR001DN/LA002Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində saxlamış, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Moldova Respublikasındakı cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvlərinə çatdırma məqsədilə idarə etdikləri avtomobillərlə yola düşüb İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq daşımış, 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində o, idarə etdiyi nəqliyyat vasitəsindəki narkotik vasitəni Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində aparılan gömrük yoxlaması zamanı 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda- 146.737,5 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi avtomobildə olan narkotik vasitəni 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Astara gömrük postundan gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib nəqliyyat vasitəsini idarə edərək 07 noyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda təkrar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 21 radələrində aparılan yoxlama zamanı 307.600 ml həcmindəki məhlulda, quru halda təmiz çəkisi, külli miqdarda 153.800 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında olduğu müddətdə külli miqdarda narkotik vasitəni tamah və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Moldova Respublikasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə həmin vaxt onunla birlikdə orada olan Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqa məlum olmayan üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 601.075 ml həcmində məhlulda, quru halda təmiz çəkisi, ümumilikdə külli miqdarda – 300.537,50 qram heroin narkotik vasitəsinin 307.600 ml həcmindəki məhlulda quru halda təmiz çəkisi, külli miqdarda 153.800 qram olan hissəsini tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “DAF” markalı AR001DN/LA002Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində qanunsuz olaraq saxlamış, 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda – 146.737,5 qram hissəsini isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “Renault” markalı AR002DN/LA001Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində qanunsuz olaraq saxlamış, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Moldova Respublikasındakı cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvlərinə çatdırma məqsədilə idarə etdikləri avtomobillərlə yola düşüb İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq daşımış, idarə etdiyi avtomobildə olan narkotik vasitəni 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib nəqliyyat vasitəsini idarə edərək 07 noyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda təkrar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 21 radələrində aparılan yoxlama zamanı 307.600 ml həcmindəki məhlulda, quru halda təmiz çəkisi, külli miqdarda 153800 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi nəqliyyat vasitəsindəki narkotik vasitəni Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 07 noyabr 2021-ci il tarixdə saat 21 radələrində aparılan gömrük yoxlaması zamanı 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda – 146.737,5 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamlar üzrə qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 02 iyul 2021-ci ildən etibarən tanımışdır. Eyni şirkətdə sürücü kimi işləmişlər, TİR maşını sürmüşlər. 02 iyuldan etibarən Vahidlə eyni istiqamətdə hərəkətdə olmuşlar. Maşını Gürcüstanda olan şirkətdən təhvil alıb İrana getmişlər. İranda maşını təmir etdirmişdir. Maşın təmir edildiyi müddətdə maşının yanında olmamışdır. Sürdüyü maşının yanacaq çənində hər hansı bir narkotik vasitənin olmasında xəbəri olmamışdır. Maşının yanında olduğu müddətdə heç kim onun konstruksiyasında dəyişiklik etməmişdir. Maşının yanında olmadığım müddətdə kiminsə çənin konstruksiyasında dəyişiklik etmısindən isə məlumatı olmamışdır. İranda təmir xərcləri ucuz olduğu üçün maşınları orada təmir etdirmişlər. Maşının təmir xərclərini Vahid qarşılamış, belə ki, o, telefonla firma sahibinə maşının xərcləri barədə məlumat vermiş, firma isə həmin xərcləri qarşılamışdır. Maşın təmir sexinin ərazisində 1 həftə qalmışdır. Maşına Vahdin mal vurduğu Hacıxanımın şirkətinə məxsus kişmiş yükü vurulmuşdur. Həmçinin Vahid ona günəbaxana yağı aparmağı demişdir. Kişmiş yükü Moldovaya çatmalı olmuşdur. Kişmişi götürəndə Azərbaycana, oradan Rusiya və Ukraynaya, sonra isə Moldovaya keçməli olmuşdur. Ukrayna və ya Moldovada onu kiminsə qarşılayacağı deyilməmişdir. Narkotik vasitə onun yanacaq çəninə xəbərsiz tökülmüşdür. Maye halında olan narkotik vasitənin onun maşınına necə və harada yükləndiyini bilməmiş, lakin bunun təmir işləri aparılarkən yükləndirini düşünmüşdür. Vahidin maşını ondan əvvəl yola düşmüşdür. Maşınına İranda yük vurulduqdan sonra gömrük yoxlamasından keçmiş və müvafiq sənədləşmə aparılmışdır. Azərbaycan ərazisinə daxil olub gömrük yoxlamasında keçdikdə ona yanacaq çəninin kəsildiyini və ora 300 litr maye halında narkotik vasitə vurulduğu deyilmişdir. Gömrük işçiləri onun iştirakı ilə maşının çənini kəsərək narkotik vasitəni boşaltmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsində o, qeyd etmişdir ki, təqribən 20 (iyirmi) ildir ki, sürücü işləməklə əsasən ölkələrarası yük daşımaları ilə məşğul olur. İdarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” nömrə nişanlı yük nəqliyyat vasitəsi Gürcüstanda fəaliyyət göstərən “Arrdentranss” yük daşıma şirkətinə məxsusdur. Həmin yük avtomobilini etibarnamə əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə idarə etdiyi şirkətə məxsus “İveco” markalı “AR001LG//GG135S” nömrəli yük nəqliyyat vasitəsilə Türkiyə Respublikasından İraq Respublikasına “elektrik malları” yükü ilə daxil olmuş, İraq Respublikasında olarkən şirkət sahibi Mustafa Yücellə görüşmüşdür. Mustafa Yücel hazırda idarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” nömrə nişanlı yük nəqliyyat vasitəsilə İran İslam Respublikasından İraq Respublikasına yemiş yükü gətirmişdir. X20 gömrüyündə olarkən idarə etdiyi “İveco” markalı “AR001LG//GG135S” nömrəli yük nəqliyyat vasitəsini öz idarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə dəyişilməsini istəmişdir. İdarə etdiyi nəqliyyat vasitəsini Mustafa Yücelin idarə etdiyi nəqliyyat vasitəsi ilə dəyişmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Mustafa Yücel isə idarə etdiyi “İveco” markalı “AR001LG//GG135S” nömrəli yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikası ərazisinə daxil olmuşlar. İran İslam Respublikası ərazisinə daxil olduqdan sonra şirkətdə işləyən Vahid adlı digər sürücü onlara qoşulmuş və birlikdə İran İslam Respublikasının Astara şəhərinə gəlmişlər. İran İslam Respublikasının Astara şəhərinə gəldikdən sonra daşımaq üçün yük axtarmağa başlamışlar. xx.xx.2021-ci il tarixdə Mustafa Yücel idarə etdiyi “İveco” markalı “AR001LG//GG135S” nömrəli yük nəqliyyat vasitəsinə “meyvə şirələri” yükünü yükləyib Ukraynaya, noyabr ayının əvvəlləri isə Vahid idarə etdiyi “Daf” markalı “AR001DN yük nəqliyyat vasitəsinə “kişmiş, xurma” yükünü yükləyib Moldova Respublikasına yola düşmüşlər. Yük olmadığı üçün gözləməli olmuş, xx.xx.2021ci il tarixdə İran İslam Respublikasında Hacıana adı ilə tanıdığı yük göndərən yaxınlaşaraq Moldova Respublikasına “kişmiş” yükü aparmaq lazım olduğunu bildirmişdir. Onunla 2800 ABŞ dolları müqabilində razılaşıb yükü idarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” nömrə nişanlı yük nəqliyyat vasitəsinə yüklətmiş və xx.xx.2021-ci il tarixdə İran- Azərbaycan dövlət sərhədini keçib Astara gömrük postuna daxil olmuşdur. Bütün yükləmə və hərəkət marşrutu barədə şirkətin sahibi Mustafa Yücelə mütəmadi olaraq məlumat vermişdir. “Astara” gömrük postunun yük idxal xəttində növbə çatdıqda idarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüşdür. Burada gömrük əməkdaşı sorğu-sual edərək idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş, bəyan edilməmiş dövriyyəsi qadağan edilən, yaxud məhdudlaşdırılan hər hansı predmetin olub olmadığını soruşmuşdur. İdarə etdiyi yük nəqliyyat vasitəsində heç bir hüquqpozma predmetinin olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloq tərəfindən xidməti it tətbiq edilmiş, it xüsusi işarə və hərəkətlərlə yük maşının dartıcısının sol yanacaq çəninə reaksiya vermişdir. Daha sonra nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilmiş və nəqliyyat vasitəsi əsaslı yoxlanılması üçün yoxlama qrupuna göndərilmişdir. Həmin gün “Astara” gömrük postunda yoxlama qrupuna göndərilmiş nəqliyyat vasitələrinin sayının çox olması səbəbi ilə idarə etdiyi yük nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə saat 21 radələrində yoxlanılmağa başlanılmışdır. Yoxlama zamanı idarə etdiyi yük avtomobilinin dartıcısının sol tərəfində olan ümumi ölçüləri 200*60*50 santimetr təşkil edən düzbucaqlı formalı yanacaq çəninin içərisinin sonradan kustar üsulla metal lövhə vasitəsi ilə təqribən orta hissəsindən iki hissəyə bölündüyü məlum olmuşdur. Yoxlama məqsədi ilə yanacaq çəni köməkçi alətlər vasitəsi ilə sökülərək daxilinə baxış keçirilmiş, baxış zamanı içərisindən metal lövhə ilə iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində, gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik maye halında naməlum maddənin olduğu aşkar edilmişdir. Daha sonra miqdarının müəyyən edilməsi məqsədi ilə həmin maddə cəmi 10 ədəd plastik qablara boşaldılmış, plastik qablar doldurulmuş vəziyyətdə elektron tərəzidə çəkilmiş, miqdarının qablaşdırılması ilə birlikdə çəkilərinin ayrı-ayrılıqda 31300 qr, 32800 qr, 30075 qr, 30700 qr, 31950 qr, 31250 qr, 30150 qr, 18500 qr, 33350 qr, 31400 qr olmaqla ümumilikdə çəkisinin 301 kq 475 qr olduğu müəyyən edilmişdir. Daha sonra “Renault” markalı “AR002DN//LA001Z” qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda olan “kişmiş” yükü yoxlanılmış, lakin qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Yoxlama qurtardıqdan sonra idarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilmiş ümumilikdə miqdarı 301 kq 475 qr təşkil edən tünd qəhvəyi rəngli, kəskin qoxuya malik maye halındakı naməlum maddə götürülmüş və bu barədə sənədlər tərtib edilmiş, sənədlərlə tanış olub imza etmişdir. (Cild 1, iş vərəqləri 118-121; Cild 3, iş vərəqləri 189-195) Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamlar üzrə təqsirli bilməyərək göstərdi ki, sürdüyü avtomaşının yanacaq çənində olan mayeni təyyarə yağı adi ilə götürmüş, lakin gömrük yoxlamasında onun narkotik vasitə olduğunu bilmişdir. Belə ki, maşını xarab olduğu üçün 20 gün İranın Astara şəhərində qalmışdır. Həmin müddətdə orada olan şofer yoldaşlardan biri ilə münasibəti yaranmış və o, təyyarə yağını götürməyi ona təklif etdikdə, onun təklifi ilə razılaşmışdır. Buna görə maşının yanacaq çənini açıb ona təhvil vermiş, o, isə çəni düzəltməklə yağı da həmin çənə doldurub ona vermişdir. Həmin yağı Ukraynada təhvil verməli olmuşdur. Ukraynaya çatdırmaq üçün 10.000 manat pul veriləcəyi deyilmişdir. Yağın 1 litrinin 200 dollara veriləcəyi deyilmişdir. 300 litr yağ olmuşdur.. Lakin Təqsirləndirilən şəxs1 tutulmasında sonra Qubada o, da tutulmuşdur. Təqsirləndirilən şəxs1 maşınında narkotik olduğunu bildikdə, öz maşınında da narkotik olmasını anlamışdır. Daha sonra o, göstərmişdir ki, çaşınlar "xxxx" yük daşıma şirkətinə məxsusdur. Şirkət qızının ərinindir. Sonuncu dəfə Ukraynadan Azərbaycana, Azərbaycandan Tacikistana, Tacikistandan Özbəkistana. Özbəkistandan da yük vurub oradan Türkiyəyə, daha sonra İrana getmişdir. Maşında olan yüklər şirkət yükləridir. Həmin yükləri onlara telefon vasitəsilə maklerlər tapmışdır. İrandan qayıdanda 3 maşın olmuşlar. Onlardan əvvəl gedən maşın 20 gün qabaq getmişdir. Onunla Təqsirləndirilən şəxs1 maşınları xarab olduğu üçün 20 gün İranda qalmışlar. Çəni dəyişib içinə yağ vurandan sonra gedib gömrükdən maşına yük vurmuşdur. Həmin yükü Hacıxanım adlı sahibkarın yükləri olmuşdur. 16 ton xurma, 4 ton fıstıq olmudur. Digər maşında kişmiş olmuşdur. Yükü Moldovaya təhvil verəcəkdir. Sərhədi keçəsəydi Ukraynada yağ bildiyi narkotik vasitəni təhvil verəcəkdi, oradan isə yükü təhvil vermək üçün Moldovaya keçəcəkdir. O, həmçinin göstərdi ki, Uğurla bir yerdə İranda maşın düzəltmişlər. Uğurun maşınını düzəldən şəxsin onun maşınını düzəldən şəxslə eyni olub-olmamasını bilməmişdir. Ona yağ verən sürücü ilə danışıqlarını Uğurun eşidib-eşitmədiyindən xəbəri olmamışdır. İranın Astara gömrüyündən Uğurdan 5-6 gün qabaq çıxmışdır. Daha sonra o, qeyd etmişdir ki, ona təklif edəndə yağın 1 litrinin 200 dollardan çox olduğu ona deyilmişdir. Uğurun onun yanacaq çənində haradan yağ yerinə narkotik olduğunu bildiyini izah edə bilmir. Uğura yağ yükləyib aparacağını demiş və ona təklif etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 göstərdi ki, sürdüyü avtomaşının çəninə 300 lt yağ və 300 lt yanacaq vurmuşdur. Yağ olan çəndən istifadə etməmişdir. Yağ göndərənlər onun maşınının nömrəsini götürmüşlər, Ukraynada gömrükdə onun maşını qarşılanmalı idi. Gömrük əməkdaşları Uğurun maşınında narkotik aşkar etdikdən sonra özünün də yanacaq çənində də narkotik olduğunu başa düşərək qorxub qaçmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsində o, qeyd etmişdir ki, idarə etdiyi yük nəqliyyat vasitəsinin çənində düzəldilmiş gizli saxlanc yerində maye halında məhlul olduğunu bilsə də, eyni zamanda, həmin məhlulu gömrük nəzarətindən gizli keçirsə də, sözügedən məhlulun tərkibində narkotik vasitənin olması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Həmin maye məhlulun təyyarə yanacağı olduğunu və ölkə sərhədlərindən keçirilməsinin qanunsuz olduğunu bilsə də, maddi vəziyyəti ağır olduğu üçün ailəsinin dolanışığını təmin etmək məqsədilə həmin məhlulu gömrük sərhədindən gizli keçirməyə söz vermiş və keçirmişdir. Təqribən 1 ildir ki, Türkiyə Respublikasının vətəndaşı Mustafa Yücelə məxsus, Gürcüstanda fəaliyyət göstərən "xxxx" yük daşıma şirkətində sürücü işləməklə həmin şirkətə məxsus “DAF” markalı, AR001DN/LA002Z nömrə nişanlı yük nəqliyyat vasitəsini idarə etməklə ölkələrarası beynəlxalq yük daşımaları ilə məşğul olmuşdur. “Arrdentranss” yük daşıma şirkətinin sahibi X10 Qurbanovanın həyat yoldaşıdır və onlar birlikdə hazırda Türkiyə Respublikasında yaşayırlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə dəniz yolu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ölkə sərhəddini keçərək 3 ay müddətində Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna və Türkiyə Respublikalarına müxtəlif vaxtlarda yüklər apardıqdan sonra oktyabr ayının əvvəllərində İran İslam Respublikasına gəlmişdir. İran İslam Respublikasına çatdıqdan sonra qızının əri “Arrdentranss” yük daşıma şirkətinin sahibi Mustafa Yücel və həmin şirkətin digər sürücüsü Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdikləri yük nəqliyyat vasitələri ilə İraqdan İrana gəldikləri üçün onları orada gözləmişdir. X23 Respublikasına gəldikdən sonra onun və Təqsirləndirilən şəxs1 idarə etdiyi yük nəqliyyat vasitələri kompleks təmirə ehtiyacı olduğundan İranın Payana şəhərinə getmişlər. Mustafa Yücel isə idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İrandan yük götürərək Ukraynaya yola düşmüşdür. Təqsirləndirilən şəxs1 ilə birgə İran İslam Respublikasının Payana şəhərində yük nəqliyyat vasitələrinin təmir olunması üçün təxminən 20 gün müddətində qalmışlar. Orada qaldıqları müddətdə, təxminən oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən əvvəllər tanımadıqları iki nəfər İran İslam Respublikasının vətəndaşları olan sürücülər yaxınlaşıb idarə etdikləri yük nəqliyyat vasitələrinin yanacaq çənində İran İslam Respublikasından Ukraynaya təyyarə yağı aparmağı təklif edərək bunun müqabilində hər birinə 10.000 (on min) ABŞ dolları məbləğində pul verəcəklərini bildirmişlər. Həmin puldan 1.000 (min) ABŞ dollarını əvvəldən, qalan 9.000 (doqquz min) ABŞ dollarını isə Ukraynaya çatandan sonra orada təyyarə yağını təhvil alan şəxslərin verəcəklərini bildirmişlər. Eyni zamanda, aparacaqları təyyarə yağının ölkə sərhədlərindən keçirilməsinin qanunsuz olduğuna əsaslanaraq yanacaq çənlərinin konstruksiyalarını dəyişdirməklə iç tərəfdən metal lövhə vasitəsi ilə iki hissəyə ayırmaq yolu ilə xüsusi olaraq saxlanc yerləri düzəldəcəklərini və təyyarə yağını həmin saxlanc yerinə tökəcəklərini bildirmişlər. Maddi vəziyyəti ağır olduğu üçün Təqsirləndirilən şəxs1 ilə birgə təkliflə razılaşmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 övladı xəstə olduğundan, müalicəsinə 15.000 (on beş min) ABŞ dolları məbləğində pul lazım olduğu üçün bu təkliflə razı olmağa məcbur olmuşdur. Oktyabr ayının axırları yük nəqliyyat vasitələri təmir olunduqdan sonra yanacaq çənini çıxararaq həmin tanımadığı iki nəfər İran İslam Respublikasının vətəndaşları olan sürücülərə vermiş və 3 gündən sonra həmin şəxslər yanacaq çəninin konstruksiyasını dəyişərək gətirib təhvil vermişlər. Həmin şəxslərlə birlikdə yanacaq çənini maşının müvafiq hissəsinə yerləşdirmişdir. İdarə etdiyi yük nəqliyyat vasitəsinin yanacaq çəninə təyyarı yağı yükləndikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinin yanacaq çəni yüklənməli olmuş, lakin Hacı xanım adlı şəxslə 4.000 (dörd min) ABŞ dolları müqabilində ona məxsus “qabıqlı püstə” və “xurma” yükünü Moldova Respublikasına aparmağı barədə razılaşdığı üçün Təqsirləndirilən şəxs1 gözləməyib, yükü nəqliyyat vasitəmə yükləmək üçün İranın Astara şəhərinə getmiş və həmin yükü aparmaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə “Astara” gömrük postunu keçməklə Azərbaycan Respublikasına daxil olmuşdur. Bundan sonra Rusiya Federasiyasından keçməklə Ukraynaya getmək məqsədilə “Samur” gömrük postuna yollanmışdır. Yolda olduğu müddətdə telefonda danışmaqda ehtiyat etdiyi üçün mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə danışmamışdır. Lakin “Samur” gömrük postuna çatanda maşınlar çox olduğundan “Samur” terminalında maşını saxlayıb Yevlağın Malbinəsi kəndinə getməyi qərarlaşdırdığından, Təqsirləndirilən şəxs1 zəng edərək artıq “Samur” gömrük postuna çatdığını və burada növbə olduğundan maşını saxlayıb evinə gedecəyini bildirmişdir. Üç gün evdə qaldıqdan sonra xx.xx.2021-ci il tarixdə axşam saatlarında “Samur” gömrük postuna gəlmiş və növbəsi çatdığı üçün gömrük nəzarətindən keçmək məqsədi ilə maşını işə saldıqda mühərrik işə düşməmiş, digər maşın sürücülərinin köməkliyi ilə akkumlyatora enerji verib mühərriki işə salmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 mobil telefona “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək hazırda olduğu yeri maraqlandıqda o, gömrük postunda olduğunu və növbəsinin çatdığı üçün Rusiya Federasiyasına keçəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 “Astara” gömrük postundan keçərkən tutulduğunu və yanacaq çəninə yüklənən təyyarə yağının narkotik vasitəsi olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra gömrük əməkdaşları yaxınlaşıb idarə etdiyi yük nəqliyyat vasitəsini rentgen yoxlamasından keçirmək məqsədilə hərəkətə gətirməyi xahiş etmişdir. Nəqliyyat vasitəsini geriyə hərəkət etdirə bilməyəcəyini bildirib orada olan digər sürücüdən nəqliyyat vasitəsini geriyə hərəkət etdirməsini xahiş etmişdir. Digər sürücü kabinaya qalxıb maşını hərəkət etdirməyə başladıqda həbs olunacağından qorxduğu üçün qaçmaq qərarına gəlmiş, “Samur” terminalından çıxaraq Bakı şəhəri istiqamətində tanımadığı bir maşın saxladıb Bakı şəhərinə getmək istədiyini bildirmişdir. 60 manat müqabilində Bakı şəhərinə gəlib “28 may” metrostansiyası yaxınlığında kirayə ev götürüb yaşamağa başlamışdır. Daha sonra kütləvi informasiya vasitələrindən əldə etdiyi məlumata görə gömrük əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsinin yanacaq çənindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürüldüyünü öyrənmişdir. İstifadəsində “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə olmuş, lakin, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək “Astara” gömrük postundan keçərkən tutulduğunu və yanacaq çəninə yüklənən təyyarə yağının narkotik vasitəsi olduğunu bildirdikdən sonra həbs olunacağını bildiyindən qorxduğu üçün qaçmaq qərarına gəlmiş və istifadə etdiyi mobil telefonu və həmin nömrəni postdan bir qədər aralı yerləşən su kanalına tullamışdır. (Cild 2, iş vərəqləri 179-182; Cild 3, iş vərəqləri 171-174) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdi ki, 07 noyabr 2021-ci il tarixdə “Samur” gömrük postunda xidmətdə olduğu zaman, rəhbərliyin göstərişi əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçməklə tranzit qaydada Azərbaycan Respublikasına gətirilmiş və Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna təyinat almış, “qabıqlı püstə” və “xurma” yüklü, “DAF” markalı, AR001DN/LA002Z nömrə nişanlı yük-nəqliyyat vasitəsinə həmin gün “Samur” gömrük postunda keçirilən gömrük yoxlamasında iştirak etmişdir. İlk öncə “DAF” markalı, AR001DN/LA002Z nömrə nişanlı yük-nəqliyyat vasitəsi “Samur” gömrük postunun yaxınlığında yerləşən, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin “Samur” terminalında yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan yoxlamadan keçirilmiş və rentgen yoxlaması zamanı yük-nəqliyyat vasitəsinin yanacaq çənində və yük-nəqliyyat vasitəsinin qoşqusunda daşınan “qabıqlı püstə” və “xurma” yükündə şübhəli məqamlar müəyyən edilmişdir. Bu səbəbdən həmin yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilməsi üçün video çəkiliş aparılmaqla “Samur” gömrük postuna gətirilmişdir. Burada həmin yük nəqliyyat vasitəsinə kinoloqinstruktor Rufət Dadaşov tərəfindən “Drakula” ləqəbli kinoloji xidmət iti tətbiq edilən zaman, it yük-nəqliyyat vasitəsinin sürücü oturacağı tərəfdə, arxa hissədə olan yanacaq çəninə işarə və hərəkətlə reaksiya vermişdir. xx.xx.2021-ci il tarixdə saat 21:30-da Şimal Ərazi Baş Gömrük İdarəsi, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru X7 tərəfindən “DAF” markalı, AR001DN/LA002Z nömrə nişanlı yük nəqliyyat vasitəsinə tətbiq edilmiş gömrük yoxlaması zamanı yanacaq çəninin iç tərəfdən metal lövhə ilə iki hissəyə ayrılması yolu ilə xüsusi olaraq düzəldilmiş saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş tünd-qəhvəyi rəngli, kəskin qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maye halında maddə aşkar edilmişdir. Aşkar olunmuş maye halında olan maddə yanacaq çənindən ayrılaraq müxtəlif ölçülü 14 ədəd plastik qaba boşaldılmış, tərəzidə çəkilmiş və qablaşması ilə birlikdə təqribi çəkilərinin 26200 qram, 24400 qram, 25600 qram, 25000 qram, 27400 qram, 24000 qram, 26200 qram, 25200 qram, 23400 qram, 21400 qram, 26400 qram, 26400 qram, 10800 qram və 8200 qram olmaqla, ümumi təqribi çəkinin 320 kiloqram 600 qram olduğu məlum olmuşdur. Bundan sonra həmin yüknəqliyyat vasitəsində olan “qabıqlı püstə” və “xurma” yükünə gömrük yoxlamasının keçirilməsi prosesində iştirak etmiş, Lakin yoxlama zamanı, yükün içərisindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmayan heç bir predmet aşkar olunmamışdır. Yük nəqliyyat vasitəsinin kabinasına keçirilən baxış zamanı isə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 məxsus “AZE” seriyalı, C03022625 nömrəli pasport aşkar olunaraq götürülmüşdür. X7 tərəfindən qeyd olunanlarla bağlı yoxlama haqqında protokol tərtib edilmiş, digər iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdi ki, 06 noyabr 2021-ci il tarixdə postun iş bölgüsünə müvafiq olaraq vəzifəsini yük idxal xəttində yerinə yetirərkən həmin gün saat təqribən 19 radələrində adını sonradan bildiyi Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə yoxlama xəttinə daxil olmuş, sənədlərə baxan zaman onun idarə etdiyi nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisindən tranzit gömrük proseduru altından keçməklə Türkiyə Respublikasında fəaliyyət göstərən “X21 Sanayı ve DİS TİC.LTD” şirkətinin sifarişi ilə İran İslam Respublikası vətəndaşı X11 tərəfindən göndərilən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Moldova Respublikasında fəaliyyət göstərən “Neutron Plus S.R.İ” şirkətinə “Kişmiş” yükü aparması məlum olmuşdur. Təqsirləndirilən şəxs1 sənədləri təqdim etdikdən sonra onunla şifahi şəkildə sorğu sual edib üzərində, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan edilməmiş hər hansı qadağan olunmuş predmetin olub olmadığını soruşmuş, sonuncu olmadığını demişdir. Bundan sonra daxil olmuş məlumat əsasında ilk öncə avtomobilə kinoloq tərəfindən “Mimi” ləqəbli kinoloji xidmət iti tətbiq edilmiş, it xüsusi işarə və hərəkətlərlə yük avtomobilinin dartıcısının sol ətrafına reaksiya vermişdir. Daha sonra nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində olan “HCVG” markalı stasionar rentgen qurğusundan keçirildikdən sonra əsaslı yoxlanılması üçün yoxlama qrupuna göndərilmişdir. Həmin gün Astara gömrük postunda yoxlama qrupuna göndərilmiş nəqliyyat vasitələrinin sayının çox olması, eyni zamanda nəqliyyat vasitələrinin yoxlanmasında növbəlilik prinsipinin qorunması nəzərə alınaraq “Renault” markalı “AR002DN//LA001Z” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmaqla xx.xx.2021-ci il tarixdə saat 21 radələrində yoxlanılmış, yoxlama zamanı avtomobilin dartıcısının sol tərəfində olan ümumi ölçüləri 200*60*50 santimetr təşkil edən düzbucaqlı formalı yanacaq çəninin içərisinin sonradan kustar üsulla metal lövhə vasitəsi ilə təqribən orta hissəsindən iki hissəyə bölündüyü məlum olmuşdur. Yoxlama məqsədi ilə yanacaq çəni köməkçi alətlər vasitəsi ilə sökülərək daxilinə baxış keçirilmiş, baxış zamanı yanacaq çəninin bir hissəsində, gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik maye halında naməlum maddənin olduğunu aşkar etmişdir. Daha sonra miqdarının müəyyən edilməsi məqsədi ilə həmin maddə cəmi 10 ədəd plastik qablara boşaldılmış, plastik qablar doldurulmuş vəziyyətdə elektron tərəzidə çəkilmiş, miqdarının qablaşdırılması ilə birlikdə çəkilərinin ayrı-ayrılıqda 31300 qr, 32800 qr, 30075 qr, 30700 qr, 31950 qr, 31250 qr, 30150 qr, 18500 qr, 33350 qr, 31400 qr olmaqla ümumilikdə çəkisinin 301 kq 475 qr olduğu müəyyən edilmişdir. Daha sonra “Renault” markalı “AR002DN//LA001Z” qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda olan “kişmiş” yükü yoxlanılmış, lakin qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Yoxlama qurtardıqdan sonra aşkar edilmiş ümumilikdə miqdarı 301 kq 475 qr təşkil edən tünd qəhvəyi rəngli, kəskin qoxuya malik maye halında naməlum maddə protokol əsasında götürülmüşdür. Məhkəmədə narkotik vasitənin hansı yolla aşkar edilməsinə izah verən Şahid3 həmçinin qeyd etmişdir ki, rentgen yoxlamasında yanacaq çənində işarə olduğu göründüyü üçün maşını yoxlamaya aparmışlar. Aşkar edilən maye palçıq şəklində olmuşdur. Yanacaq çəni ortadan iki hissəyə bölünmüşdür. Yanacaq çənində silkələnmə hallarında partlayış baş verməsin deyə yanacaq çənində arakəsmələr quraşdırılır. Lakin Təqsirləndirilən şəxs1 yanacaq çənində arakəsmə tam şəkildə bağlanmışdır. Yəni ortadan iki hissəyə bölünmüşdü. Bu halda da çəndə olan yanacaqlar arasında tənzimlənmə olmadığı üçün hissələr arasında fərq yaranmış və rentgen aparatı çəndə problem olduğunu göstərmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilən Şahid2 ifadəsindən görünür ki, o, Astara şəhərində yaşayır, daimi işi olmadığı üçün müvəqqəti olaraq “Astara” gömrük postunun rejim zonasında yükləməboşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. xx.xx.2021-ci il tarixdə “Astara” gömrük postunun inspektoru Fərid onu və birlikdə fəhləlik edən Rəfaili “Astara” gömrük postunun ərazisində yerləşən yük nəqliyyat vasitələrinin yoxlanması üçün nəzərdə tutulmuş anbara çağıraraq, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault” markalı “AR002DN//LA001Z” nömrə nişanlı yük nəqliyyat vasitəsində gömrük yoxlaması tətbiq edəcəyini bildirərək hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Razılaşaraq ilk öncə “Astara” gömrük postunun inspektoru Fərid Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə şifahi şəkildə sorğu-sual apararaq, üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmaması barədə soruşmuş, Təqsirləndirilən şəxs1 idarə etdiyi yük avtomobilində yük sənədlərində göstərilmiş “Kişmiş” yükündən başqa gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra “Astara” gömrük postunun inspektoru Fərid tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı avtomobilin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisinin sonradan kustar üsulla metal lövhə vasitəsi ilə təqribən orta hissəsindən iki hissəyə bölündüyü məlum olmuşdur. Yoxlama məqsədi ilə yanacaq çəni köməkçi alətlər vasitəsi ilə sökülərək daxilinə baxış keçirilmiş, içərisindən metal lövhə ilə iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində, gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik maye halında naməlum maddənin olduğu aşkar edilmişdir. Daha sonra miqdarının müəyyən edilməsi məqsədi ilə həmin maddə cəmi 10 ədəd plastik qablara boşaldılmış, plastik qablar doldurulmuş vəziyyətdə elektron tərəzidə çəkilmiş, miqdarının qablaşdırılması ilə birlikdə çəkilərinin ayrı-ayrılıqda 31300 qr, 32800 qr, 30075 qr, 30700 qr, 31950 qr, 31250 qr, 30150 qr, 18500 qr, 33350 qr, 31400 qr olmaqla ümumilikdə çəkisinin 301 kq 475 qr olduğu müəyyən edilmişdir. Daha sonra yük avtomobilinin qoşqusunda olan “kişmiş” yükü yoxlanılmış, lakin qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Yoxlama qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi yük avtomobilindən aşkar edilmiş, ümumilikdə miqdarı 301 kq 475 qr təşkil edən tünd qəhvəyi rəngli, kəskin qoxuya malik maye halında naməlum maddə protokol əsasında götürülmüşdür. (Cild 3, iş vərəqləri 114-116) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun inspektoru tərəfindən tərtib edilmiş 7 noyabr 2022-ci il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault” markalı AR002DN/LA001Z qeydiyyat nişanlı yük avtomobilindən ümumi çəkisi 301 kq 475 qr, kəskin qoxulu, maye halda məhlul aşkar edilib götürülmüşdür. (Cild 1, iş vərəqləri 12-15) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Şimal Ərazi Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru tərəfindən tərtib edilmiş 7 noyabr 2022-ci il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, AR001DN/LA002Z qeydiyyat nişanlı yük avtomobilindən ümumi çəkisi 320 kq 600 qr, kəskin qoxulu, maye halda məhlul aşkar edilib götürülmüşdür. (Cild 2, iş vərəq 7) Hər iki istintaq hərəkəti videoçəkilişlə aparılmış və 2 ədəd “CD” formatlı videodisk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin disklərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxılarkən protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapdığı məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 sərhəd keçməsini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən alınmış sərhəd keçmə hesabatına baxış keçirilərək tərtib edilmiş 8 noyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, o, 19 yanvar 2021-ci il tarixdən mütəmadi olaraq Azərbaycan Respublikasından müxtəlif ölkələrə getmiş və geri qayıtmış, sonuncu dəfə 2 noyabr 2021ci il tarixdə, saat 22:18-də “Astara” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən sonra Azərbaycan Respublikasından hər hansı xarici ölkəyə getməmişdir. (Cild 2, iş vərəqləri 30- 32) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs1 sərhəd keçməsini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən alınmış sərhəd keçmə hesabatına baxış keçirilərək tərtib edilmiş 10 may 2022-ci il tarixli baxış protokolundan görünür ki, o, 2014-cü ildən mütəmadi olaraq Azərbaycan Respublikasından müxtəlif ölkələrə getmiş, sonuncu dəfə “Astara” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gələrkən idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə aşkar olunması faktı ilə əlaqədar 8 noyabr 2021-ci il tarixdə saxlanılmışdır. (Cild 3, iş vərəqləri 131-134) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 08 noyabr 2021-ci il tarixli, 6/4946 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində 2 ədəd 1000,0 ml həcmli plastmas butulkada və 10 ədəd plastik qabda ümumilikdə çəkisi 293.475,0 ml həcmli qəhvəyi rəngli maye heroin məhluludur və quru halda heroinin ümumi çəkisi 146.737,5 qramdır. (Cild 1, iş vərəqləri 64-69) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 08 noyabr 2021-ci il tarixli, 6/4945 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində 2 ədəd 500,0 ml həcmli şüşə butulkada və 14 ədəd plastik qabda hər birinin ayrı–ayrılıqda təmiz çəkisi 25200,0 ml , 23400,0 ml, 24600,0 ml, 24000,0 ml, 26400,0 ml, 23000,0 ml, 25200,0 ml, 24200,0 ml, 22400 ml, 20400,0 ml, 25400,0 ml, 25400,0 ml, 9800,0 ml və 7200,0 ml olmaqla ümumilikdə çəkisi 307600,0 ml həcmli qəhvəyi rəngli maye heroin məhluludur və quru halda heroinin ümumi çəkisi 153.800,0 qramdır. (Cild 2, iş vərəqləri 24-29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 11 mart 2022-ci il tarixli, 6/1282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Ekspert Rəyi 6/4945” yazılan paketdə 2 ədəd şüşə butulkada heroin məhlulu ilə üzərində “Ekspert Rəyi 6/4946” yazılan paketdə 2 ədəd plastmas butulkada heroin məhlulları rənglərinə və kimyəvi komponentlərinə görə eynidir. (Cild 3, iş vərəqləri 122-126) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 29 dekabr 2021-ci il tarixli, 5353 №-li və 31 yanvar 2022-ci il tarixli, 433 №li ekspertiza rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, onlar narkomaniya xəstəliyindən əzab çəkmirlər, məcburi müalicə ehtiyacları yoxdur. (Cild 1, iş vərəqləri 240-242; Cild 3, iş vərəqləri 13-15) İş materiallarından görünür ki, hazırkı cinayət işindən, təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitənin əldə etdiyi mənbənin və istintaqa məlum olmayan digər şəxslərin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (Cild 3, iş vərəqləri 152-154) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların idarə etdikləri yük avtomaşının yanacaq çənindən aşkar edilmiş maye halında olan məhlulun narkotik vasitə heroin olmasından xəbərlərinin olmaması, Təqsirləndirilən şəxs2 bunun təyyarə yağı olmasının düşünməsi, Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə məlumatının olmaması, eləcə də özlərini müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, həm Təqsirləndirilən şəxs1, həm də ki, Təqsirləndirilən şəxs2 sürücü olmaqla yanaşı beynəlxalq yükdaşıma üçün istifadə edilməklə böyük məsafələrə sürdükləri avtonəqliyyat vasitəsinin çənində olan yanacağın həcmi ilə bağlı məlumatlı şəxs olmaqla, avtonəqliyyat vasitəsinin yanacağını özləri tənzimləmişlər. Hər iki yük avtomaşının çəni, istehsalçı tərəfindən nəzərdə tutulmadığı halda, xüsusi qaydada 2 hissəyə bölünmüşdür ki, məhz maye halında olan narkotik vasitə gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsi mümkün olsun. Bundan əlavə, ilkin olaraq saxlanılan Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 da sürdüyü yük avtomaşınının yanacaq çənində onun avtomaşınında aşkar olunmuş mayenin olması barədə məlumat verməsi, eləcə də narkotik vasitələrin eyni tərkibli olması Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla eyni mənbədən narkotik vasitəni əldə etmələrinin göstəricisidir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində təyyarə yağı adı ilə ona verilmiş məhlulun gömrük nəzarətindən gizli keçirilməsi və Ukrayna Respublikasına aparılması üçün ona 10.000 manat məbləğində pulun verilməsinin vəd edilməsini etiraf etməsi, onun həmin məhlulun narkotik vasitə olmasını bilməsinin dəlalət edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2016-cı il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X14 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli qərarın 17-ci bəndinə əsasən qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyanın gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Plenumunun 19-cu bəndinə əsasən, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, ittiham olunduqları maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Qurbanov X8 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edildiyi üçün məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və ağrlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət qanunun həmin normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 07 noyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 09 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 23 dekabr 2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmaqla ibtidai istintaq dövründə onlar fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 37, 128-131; Cild 2, iş vərəqləri 149, 190-194) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 23 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renult Magnum” markalı, AR002DN nömrə nişanlı, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Scmitz SKO24” markalı, LA001Znömrə nişanlı, 2002-ci il buraxılışlı qoşqunun üzərinə həbs qoyulmuşdur. (Cild 1, iş vərəqlər 238-239) Bundan başqa, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, “FT XF105” modelli, AR001DN nömrə nişanlı, 2011-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Montenegro” markalı, LA002Z nömrə nişanlı, 2005-ci il buraxılışlı qoşqunun üzərinə həbs qoyulmuşdur. (Cild 2, iş vərəqlər 100-101) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 253.0-cı maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Məhkəmədə mübahisə predmeti olan yuxarıda qeyd olunan yük avtomobilləri və qoşquları barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 çıxış edərək, "xxxx" MMC-nin mülkiyyətində olan yük avtomobilləri və qoşquların həbsdən azad edilməsi və əmlakların mülkiyyətçiyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə əsasən məhkəmə icraatı zamanı əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Üzərinə həbs qoyulmuş əmlaklarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarı ilə gəlinən nəticəyə əsasən məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Belə cəlbetmə həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs1 sürücü qismində idarə etdiyi “Renult Magnum” markalı, AR002DN nömrə nişanlı, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Scmitz SKO24” markalı, LA001Znömrə nişanlı, 2002-ci il buraxılışlı qoşqu, eləcə də Təqsirləndirilən şəxs2 sürücü qismində idarə etdiyi “DAF” markalı, “FT XF105” modelli, AR001DN nömrə nişanlı, 2011-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Montenegro” markalı, LA002Z nömrə nişanlı, 2005-ci il buraxılışlı qoşqu Türkiyə Respublikasının vətəndaşı X15 sahibkar olduğu, Gürcüstan Respublikası, Batumi şəhəri, Apsaros İİİ Yol, döngə 4, mənzil 30 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə verilmiş sürücülər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onların mülkiyyətində olmayan yük avtomaşınlarının konstruksiyasına etdikləri dəyişiklik görə, cinayət məsuliyyətinə cəlb olunmayan, təqsiri sübuta yetirilməyən və bu dəyişiklikdən məlumatı olmayan yük avtomobillərinin sahibi "xxxx" şirkətinin mülkiyyətində olan avtomobil və qoşqulara xüsusi müsadirə növündə cinayət hüquqi xarakterli tədbir tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə üzərinə həbs qoyulmaqla “Azərterminalkompleks” Birliyində saxlanılan “Renult Magnum” markalı, AR002DN nömrə nişanlı, 2012-ci il buraxılışlı yük avtomobili (qoşqusuz) və “Scmitz SKO24” markalı, LA001Znömrə nişanlı, 2002-ci il buraxılışlı qoşqu, həmçinin “DAF” markalı, AR001DN nömrə nişanlı, 2011-ci il buraxılışlı yük avtomobili (qoşqusuz) və “Montenegro” markalı, LA002Z nömrə nişanlı, 2005-ci il buraxılışlı qoşqu həbsdən azad edilməli və mülkiyyətçi "xxxx" şirkətinə qaytarılmalıdır. Cinayət işinin materiallarında olan həmin nəqliyyat vasitələrinə və qoşqulara aid 04 (dörd) ədəd qeydiyyat şəhadətnamələri mülkiyyətçi "xxxx" şirkətinə qaytarılmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” 10 may 2022-ci il tarixli istintaq orqanının qərarlarına əsasən təmiz çəkisi 601.075 ml olmaqla ekspertiza tədqiqatından sonra quru halda qalıq çəkisi 300.537,50 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında təhvil verilmişdir. Bundan əlavə, istintaq hərəkətlərinin videogörüntülərini, foto görüntüləri və rabitə məlumatlarını özündə əks etdirən 4 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məxsus 2.480 ABŞ dolları məbləğində xarici valyuta DGK-nin Maliyyə və Təchizad İdarəsinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiomi” markalı mobil telefon və pasport, eləcə də Təqsirləndirilən şəxs2 aid pasport və sürücülük vəsiqəsi cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan əlavə, həmin qərarlarla və iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renult Magnum” markalı, AR002DN nömrə nişanlı avtomaşının “Scmitz SKO24” markalı, LA001Z nömrə nişanlı qoşqusunda olmuş yükgöndərən “X12” şirkətinə məxsus 21.000 kg. kişmiş yükü iş üzrə maddi sübut olmadığına baxmayaraq saxlanılmaqla “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş və bu haqda iş üzrə müvafiq qeydiyyat aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, AR001DN nömrə nişanlı, avtomaşının “Montenegro” markalı, LA002Z nömrə nişanlı qoşqusunda olmuş yükgöndərən “X22 X19” şirkətinə məxsus 4.000 kg. qabıqlı püstə və 16.000 kg. xurma yükü iş üzrə maddi sübut olmadığına baxmayaraq saxlanılmaqla “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş və bu haqda iş üzrə müvafiq qeydiyyat aparılmışdır. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan təmiz çəkisi 601.075 ml olmaqla ekspertiza tədqiqatından sonra quru halda qalıq çəkisi 300.537,50 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət yolu ilə əldə edilməsi və cinayətin törədilməsində istifadə edilməsi sübuta yetirilməyən DGK-nin Maliyyə və Təchizad İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 Məxsus 2.480 ABŞ dolları məbləğində xarici valyuta, həmçinin iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiomi” markalı mobil telefon onun özünə və ya yaxın qohumlarından birinə qaytarılmalıdır. Cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus pasport, eləcə də Təqsirləndirilən şəxs2 məxsus pasport və sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra cəzanı icra edən orqana göndərilməlidir. “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş yükgöndərən “X12” şirkətinə məxsus 21.000 kg kişmiş yükü və yükgöndərən “X22 X19” şirkətinə məxsus 4.000 kg qabıqlı püstə və 16.000 kg xurma yükü məhkəmədə baxılan hazırkı cinayət işi üzrə maddi sübut olmadığından və yüklərin cinayət təqibinə aidiyyəti olmadığından həmin yüklər barədə məhkəmənin qərar qəbul etmək səlahiyyətinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən yalnız təqsirləndirilən şəxslərə verilmiş ittihama aid edilən məhkəmə kimyəvi ekspertizalarının keçirilməsi ilə bağlı cəmi 265,4 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 132 (yüz otuz iki) manat 70 (yetmiş) qəpik və Təqsirləndirilən şəxs2 132 (yüz otuz iki) manat 70 (yetmiş) qəpik tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 132 (yüz otuz iki) manat 70 (yetmiş) qəpik, Təqsirləndirilən şəxs2 132 (yüz otuz iki) manat 70 (yetmiş) qəpik tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmaqla “Azərterminalkompleks” Birliyində saxlanılan “Renult Magnum” markalı, AR002DN nömrə nişanlı, 2012-ci il buraxılışlı yük avtomobili (qoşqusuz) və “Scmitz SKO24” markalı, LA001Znömrə nişanlı, 2002-ci il buraxılışlı qoşqu, həmçinin “DAF” markalı, AR001DN nömrə nişanlı, 2011-ci il buraxılışlı yük avtomobili (qoşqusuz) və “Montenegro” markalı, LA002Z nömrə nişanlı, 2005-ci il buraxılışlı qoşqu həbsdən azad edilsin və mülkiyyətçi "xxxx" şirkətinə qaytarılsın. Cinayət işinin materiallarında olan həmin nəqliyyat vasitələrinə və qoşqulara aid 04 (dörd) ədəd qeydiyyat şəhadətnamələri mülkiyyətçi "xxxx" şirkətinə qaytarılsın. İş üzrə maddi sübut olub DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan təmiz çəkisi 601.075 ml olmaqla ekspertiza tədqiqatından sonra quru halda qalıq çəkisi 300.537,50 qram olan narkotik vasitə heroin məhv edilsin, iş materiallarında olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. DGK-nin Maliyyə və Təchizad İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 Məxsus 2.480 ABŞ dolları məbləğində xarici valyuta, həmçinin iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiomi” markalı mobil telefon onun özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. Cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus pasport, eləcə də Təqsirləndirilən şəxs2 məxsus pasport və sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra cəzanı icra edən orqana göndərilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-105/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-105/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver