Məhkəmə qərarları › İş №1(124)-106/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-106/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-106/2022 26.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nümayəndəsi ünvan 8qayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə ünvan 8qayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 8qayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2017-ci ildə Zərərçəkmiş şəxs2 yeni aldığı ünvan 8qayıt şəhəri 9-cu mikrorayon ərazisindəki evini təmir edərkən aralarında səmimi münasibətlər yarandığından söhbətlər əsnasında sonuncunun mərhum atasından ona miras qalan evi satmaqla 105.000 (yüz beş min) manat pul əldə etdiyindən məlumatlı olduqdan sonra tamah niyyəti və özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünün nümunəvi etik davranışları ilə Zərərçəkmiş şəxs2 qazandığı etibardan sui-istifadə edib, vahid qəsdlə sonuncudan 21 fevral 2018-ci il tarixdə saat 17:34-də ünvan 8ayıt şəhəri, H.Əliyev prospekti 58 ünvanında yerləşən ünvan 8qayıt şəhər 4 saylı natoriat binasında xx.xx.2018-ci il tarixdə geri qaytaracağı öhdəliyini üzərinə götürüb vəd verməklə borca 3.400 (üç min dörd yüz) manat, Zərərçəkmiş şəxs2 ünvan 8qayıt şəhəri ərazisində satışda olan təmirsiz evləri alıb təmir etdikdən sonra satmaqla yüksək gəlir əldə edəcəklərinə inandıraraq, ondan alacağı pulu və gəliri qaytaracağına yalandan vəd verib, ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli təmirsiz mənzili alması üçün 14 noyabr 2018-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında 58.800 (əlli səkkiz min səkkiz yüz) manat və 2018-ci ilin dekabr ayından 2019-cu ilin yanvar ayınadək 15 günlük intervalla həmin mənizilin təmirinə xərcləmək üçün birincisi 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 3.400 (üç min dörd yüz) ABŞ dolları, ikincisi 3.500 (üç min beş yüz) manat, üçüncüsü 2.500 (iki min beş yüz) manat, dördüncüsü 500 (beş yüz) manat olmaqla cəmi 12.280 (on iki min səkkiz yüz manat), 2019-cu ilin oktyabr ayında ünvan 4 ünvanında geri qaytaracağı öhdəliyini üzərinə götürüb vəd verməklə borca 1.000 (min) manat, ipoteka ilə ev almaq istəyən bəzi hərbiçilərin zəruri ilkin ödənişləri banka köçürə bilmədiklərini və onların ilkin ödənişlərini Zərərçəkmiş şəxs2 ödəyəcəyi təqdirdə, hərbiçilərin ev alması üçün bankdan ayrılacaq pulu götürdükdən sonra onun ilkin olaraq verdiyi pulla birgə əlavə xeyir əldə edəcəyinə dair həqiqətə uyğun olmayan yalan vəd verib aldadaraq, sonuncudan ünvan 4 ünvanında birinci ev üçün xx.xx.2019-cu il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 9.000 (doqquz min) ABŞ dolları və 4.700 (dörd min yeddi yüz) manat, cəmi 20.000 (iyirmi min) manat, ikinci ev üçün xx.xx.2019-cu il tarixdə 7.500 (yeddi min beş yüz) manat, üçüncü ev üçün xx.xx.2020-ci il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 7.000 (yeddi min) ABŞ dolları və 10.000 (on min) manat, cəmi 21.900 (iyirmi bir min doqquz yüz manat) manat, dördüncü ev üçün xx.xx.2020-ci il tarixdə 14.620 (on dörd min altı yüz iyirmi manat) manat, ucuz qiymətə satışa qoyulmuş avtomobili alıb baha qiymətə sataraq yüksək gəlir əldə edəcəyinə yalan vəd verməklə ünvan 4 ünvanında xx.xx.2021-ci il tarixdə saat 16 radələrində 10.500 (on min beş yüz) manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 qarşısında götürdüyü öhdəlikləri real maliyyə imkanları ilə bağlı yerinə yetirmək iqtidarında olmadığını dərk etdiyindən cinayətkar əməlini gizlətmək məqsədi ilə borca götürdüyü pul məvacibini borc müqaviləsi ilə rəsmiləşdirmiş, ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli mənzilin hüquqi məsələlərinin tənzimlənməsi ilə bağlı Zərərçəkmiş şəxs2 1 illik adı ilə 1 aylıq etibarnamə vermiş, 17 yanvar 2020-ci il tarixdə sözügedən mənzili sonuncunu məlumatlandırmadan Şahid6 68.000 (altmış səkkiz min) manat qarşılığında satmasına baxmayaraq, aralarındakı razılaşmanın şərtlərinə əməl etməməklə Zərərçəkmiş şəxs2 pul verməyərək, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, aldatmaqla ümumlikdə 150.000 (yüz əlli min) manat pulunu ələ keçirərək külli miqdarda maddi ziyan vurub dəluduzluq etmişdir. Bundan başqa o, təkrarən, 2018-ci ilin sonlarında Şahid4 yeni aldığı ünvan 8qayıt şəhəri 40-cı məhəllə ərazisindəki evini təmir edərkən aralarındakı söhbət zamanı sonuncunun tanışı Zərərçəkmiş şəxs1 özünə məxsus mənzili satmaqla 30.000 (otuz min) manat pul əldə etdiyindən məlumatlı olduqdan sonra tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə sonuncuyla onun cinayətkəra niyyətindən məlumatsız olan Şahid4 vasitəsi ilə tanış olub özünün nümunəvi etik davranışları ilə Zərərçəkmiş şəxs1 qazandığı etibardan sui-istifadə edib, vahid qəsdlə ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli təmirsiz mənzilin Zərərçəkmiş şəxs2 məxsus vəsait ilə alınması kimi həqiqi məlumatı gizlədib həmin mənzilin öz vəsaiti hesabına alındığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verərək sözügedən mənzili təmir etdikdən sonra satmaqla yüksək gəlir əldə edəcəklərinə inandırıb həmin evin təmir xərcəiəri üçün ünvan 8qayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Badəm” çay evində sonuncudan 2019-cu ilin fevral ayının sonlarında 5.000 (beş min) manat, 2019-cu ilin aprel ayının əvvələrindən 24 aprel 2019-cu il tarixədək 2.000 (iki min)-3.000(üç min) manat intervalla 13.000 (on üç min) manat, cəmi 18.000(on səkkiz min) manat, "xxxx" MTK-nın inşa etdiyi sosial evlərin təmiri üçün 26.000 (iyrimi altı min) manat pulu depozitə qoyacağı təqdirdə hər ay üçün ona ümumi məbləğin 10 %-nin, yəni 2.600(iki min altı yüz) manatın ona gəlir kimi qayıdacağını və əsas vəsatini istənilən vaxt geri çəkə biləcəyi ilə bağlı həqiqətə uyğun məlumatlar verib inandırmaqla 18 avqust 2019-cu il tarixdə ünvan 8qayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Ordubad” çay evində 26.000 (iyirmi altı min) manat, ödəmə imkanlarının məhdud olmasına baxmayaraq 01 fevral 2020-ci il tarixdə ünvan 8qayıt şəhəri, 1-ci mikrorayon ərazisində 3.000 (üç min) manat, 2020-ci ilin iyul ayında ünvan 8qayıt şəhəri, 45-ci məhəllə ərazisində 1.900(min doqquz yüz) manat, cəmi 4.900 (dörd min doqquz yüz) manat pulu qaytaracağına yalandan vəd verərək borca alıb ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs1 qarşısında götürdüyü öhdəlikləri real maliyyə imkanları ilə bağlı yerinə yetirmək iqtidarında olmadığını dərk etdiyindən cinayətkar əməlini gizlətmək məqsədi ilə depozitə qoyulduğunu bildirdiyi 26.000 (iyirmi altı min) manat pulun gəliri kimi 2019-cu ilin sentyabr ayından 2019-cu ilin yanvar ayınadək hər ay 2.500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 12.500 (on iki min beş yüz) manat pulu Zərərçəkmiş şəxs1 qaytarmış, 17 yanvar 2020-ci il tarixdə sözügedən mənzili sonuncunu məlumatlandırmadan Şahid6 68.000 (altımış səkkiz) manat qarşılığında satmasına baxmayaraq, aralarındakı razılaşmanın şərtlərinə əməl etməməklə Zərərçəkmiş şəxs1 pul verməmiş, "xxxx" MTK tərəfindən rəsmiləşdirilmiş 04002 saylı müqavilənin əslini 10 avqust 2020-ci il il tarixdə istintaqa məlum olmayan kompyuterlə skan edib möhür yerinə qələmlə qeydlər apardıqdan sonra kserosurətini çıxartmaqla rəsmi sənədi saxtalaşdırıb,verdiyi bütün vədlərin qarşılığında ünvan 5 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli mənzilin pay kimi Zərərçəkmiş şəxs1 verilməsini təsdiq edən saxta sənəddən bilə-bilə istifadə edərək aldadıb, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 ümumlikdə 48.900 (altımış bir doqquz yüz) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurub dəluduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs2 2017-ci ildən ev alqı-satqısı ilə məşğul olarkən tanımışdır. ünvan 8qayıt şəhəri Bakı küçəsində 120 saylı evi satarkən tanış olmuşlar. Lakin evi baha qiymətə dediyinə görə razılaşmamışlar. Sevda da başqa yerdən ev almışdır. Sonradan ondan pul götürüb ev təmir etdirib satmışdır. Sevdadan aldığı pulla 2018-ci ildə 9-cu mkr-da və Saray MTK-da yerləşən iki ədəd ev təmir etdirmişdir. Onunla şərikinə 9-cu mkr-da oğlu Şahid1 adına ev almışlar. 2018-ci ildə avqustun 17-də evi Şəhla xanıma 50 min manata satmışlar. Həmin puldan onların əlinə 25 min manat pul düşürdü. 25 min manatın 22 min manatı onların xeyri idi. Həmin ərəfədə pul Zərərçəkmiş şəxs2 özündə qalmış, 5 gün sonra gedib pulu ondan götürmüşdür. Daha sonra ondan faizə pul götürmüşdür. Nəvəsinin vəziyyətinin pis olduğu üçün faizə pul verdiyini deyib ilk dəfə ona 2018-ci ildə 3400 manat notarius yolu ilə faizə pul vermişdir. Ondan sonra ard-arda hər ayın 3-ü, 9-u, 12-i, 17-i, 21-i və 29-u tarixlərində Zərərçəkmiş şəxs2 faizə pul götürmüşdür. Hər ayın eyni tarixlərində Zərərçəkmiş şəxs2 2600 manat pul qaytarmışdır. Həmçinin də Zərərçəkmiş şəxs1 faizə pul götürmüşdür. Zərərçəkmiş şəxs1 ayda 2650 manat olmaqla 8 ay pul ödəmişdir. Zərərçəkmiş şəxs2 özü, oğlu ona zəng edib, faizi ödəməyini, ödəməyəcəyi təqdirdə anasının özünü asacağını və s. haqda danışıqları olmuşdur. Zərərçəkmiş şəxs2 ümumilikdə 44950 manat faizə pul götürmüşdür. 150 min manat hər ay faizdən başqa onun özünə çatan pul olmuşdur. O, hərbçilərə ev almaq üçün aşağı faizə ev almaq vədi ilə Zərərçəkmiş şəxs2 pul almamışdır. Şərikinə av alıb təmir edib satmışdır. Həmin satılan evdən əldə edilən puldan 25 min manatını Zərərçəkmiş şəxs2, 25 min manatını isə özü götürmüşdür. Zərərçəkmiş şəxs2 faizə 49950 manat pul götürmüşdür. Həmin pulun hamısını qaytarmışdır. 2018-ci ildən 2020-ci ilin mart ayının 14-ə qədər Zərərçəkmiş şəxs2 faizə götürdüyüm pulları geri ödəmişdir. Zərərçəkmiş şəxs2 özünü BÇCMİ-nin əməkdaşı kimi tanıdan şəxslərin ona 12 min manat pul borcu olmuşdur. Onlara bildirmişdir ki, onlardan aldığı pulu Zərərçəkmiş şəxs2 faizə aldığı pul üçün ödəmişdir. Onlar da Zərərçəkmiş şəxs2 evinə getmişlər. Çanaqqala restoranında Zərərçəkmiş şəxs2 ilə BMCMİ-nin əməkdaşları adı ilə hansısa şəxslər söhbət edərkən orada olmamışdır. Daha sonra o, göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə heç bir evdə şərik işləməmişdir. Ondan faizə pul götürüb tək işləmişdir. Zərərçəkmiş şəxs1 isə borcu yoxdur. O qeyd etmişdir ki, onun Xətai adlı vəkili olmamışdır. İstintaq dövründə verdiyi ifadəni müstəntiq özündən yazmışdır. Şahid10 Zərərçəkmiş şəxs2 qaytarmaq üçün maşın almışdır. Həmin maşını istintaq zamanı ifadə verəndə pul olaraq göstərmişdir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 qaytarmaq üçün pul almışdır. Zərərçəkmiş şəxs1ya Zərərçəkmiş şəxs2 faizə pul ödədiyini deməmişdir. X.Yusubov, Şahid5 pul alıb Zərərçəkmiş şəxs2 vermişdir. Pulu alarkən onlara həmin pulla Zərərçəkmiş şəxs2 faizə pul ödədiyini deməmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, ilk dəfə 9 % olmaqla Zərərçəkmiş şəxs2 notarius yolu ilə 3400 manat məbləğində pul almışdır. 2000 dolları manata çevirib, 400 manatını özü götürmüş, qalan 3000 manatı ona faizə vermişdir. 2018-ci milin mart ayından 2020-ci ilin mart ayına qədər ona pul ödəmişdir. 3400 manat pula görə ayda 270 manat pul ödəmişdir. 11000 manat faizə pul götürmüş, həmin pula görə ayda 2600 manat pul ödəmişdir. 7000 dollar pulu manata çevirib ona 11 000 manat 20 %-lə pul vermişdir. Həmin pulu ayın 9-da almış, hər ayın 9-da ona geri ödəmişdir. 11 000 manat pulun aylıq ödənişini 2018-ci ilin mart ayından 2020-ci ilin mart ayına qədər ödəmişdir. Zərərçəkmiş şəxs2 ona 58800 manat pul verməmişdir. Zərərçəkmiş şəxs2 evin qiymətini onda olan müqavilədə görmüşdür. Həmin qiymətə görə ona 58800 manat pul verdiyini demişdir. ünvan 8qayıt şəhəri 40-cı məhəllədə 120 saylı mənzili satarkən Zərərçəkmiş şəxs2 ilə tanışlığı olmuş, evi aldıqdan sonra oğlu ona evin təmiri üçün zəng edib onun göstərdiyi evi bəyənmədiklərini, başqa ev aldıqlarını, evi onun təmir etməsini istəmişlər. O maşın almaq adı ilə Zərərçəkmiş şəxs2 12500 manat pul almamışdır. Zərərçəkmiş şəxs2 ona verdiyi pulları başqasından borca götürdüyünü demişdir. Onun qeyd dəftəri olmuş, həmin dəftərdə ona verdiyi pulları, verilmə tarixini, borc məbləğlərini qeyd etmişdir. Zərərçəkmiş şəxs2 pulları ona faizlə vermişdir. Əvvəl 85 000 manat olmuş, dəftər itəndən sonra isə məbləğ 185000 manat olmuşdur. O, özü üçün qeyd dəftəri tutmamışdır. Çunki Sevdadan aldığı pulları geri qaytarmayacaqdı. Daha sonra, təqsirləndirilən şəxs bildirmişdir ki, o bir çamadan dolu pulla Zərərçəkmiş şəxs2 evinə getməmiş, ondan hərbçilərin adına aşağı faizli ipoteka adı ilə 64000 manat pul almamışdır. O, 120 min manatlıq evi ipotekaya qoymaq istəyəndə təmirli evin şəkillərini çəkir, hansısa zabit bankdan 120 min manat pul çıxarır, ona istədiyi evi göstərirdi. Başqa bir ev üçün 30 faiz ilkin ödənişlə bankdan götürdüyü pulla gedib 70.000 manata təmirsiz ev alır, həmin evi 20 000 manata təmir edir, 30 000 manat da özünün qazancı olurdu. İpoteka götürəndə banka göstərilən ev üçün onunla eyni kvadratda olan başqa təmirsiz ev alırdılar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, X9 2017-ci ildən tanıyır. Həmin ərəfədə ev almaq istəmiş, bu məqsədlə internet saytlarına yerləşdirilmiş reklamlara nəzər keçirən zaman evlərin altında Murad adlı şəxsin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini görüb həmin nömrəyə zəng etmişdir. Murad göydələnlərdən tam təmirsiz evlər aldığını, təmir etdirdiyini, daha sonra münasib qiymətə satdığını bildirib ona sata biləcəyi evləri sadalamışdır. Həmin gün Muradla görüşüb sadaladığı evlərə baxmışdır. Evlərin qiymətləri baha olduğu üçün ondan ev almaqdan imtina etmişdir. Sonradan ünvan 8qayıt şəhəri 9-cu mkr-da yerləşən 9 mərtəbəli evin 3-cü mərtəbəsindəki mənzili bəyənmişdir. Həmin mənzil tam təmirsiz vəziyyətdə olduğundan təmir işlərini görməsi üçün Muradla danışıb razılaşmışdır. Təmir işləri qurtarana kimi öhdəsinə götürdüyü məbləği tam olaraq Murada ödəmişdir. Evi təmir edən zaman Murad öz hərəkətləri, tərbiyəsi və davranışı ilə diqqətini cəlb etmişdir. Evin təmiri ilə əlaqədar evə gedərkən Muradın özünün çıxıb mebellərin üstünü necə canfəşanlıqla sildiyini görmüş və ona qarşı hörməti daha da artmışdır. Evdə işlədiyi müddət ərzində söhbətlər əsnasında Murad ünvan 8qayıt şəhərində bir neçə evi olduğunu demişdir. Muradın həmin mənzilləri satışa qoyduğunu, ünvan 8qayıt şəhərində ən çox birotaqlı mənzillərin satıldığını, kvadratına görə xeyirin dəyişdiyini, minimum 2000 manat, maksimum isə 5000 manat xeyir əldə etmək olduğunu bildirib ona da həmin işə girməyi məsləhət görmüşdür. Muradın dedikləri maraqlı gəldiyindən artıq bu barədə düşünməyə başlamışdır. 2017-ci il yay aylarında Murad ona ünvan 8qayıt şəhəri 9-cu mkr.da aldığı evin qarşısındakı binada 5-ci mərtəbədə, 53 kv.m-lik münasib qiymətə ev satıldığını, evə veriləcək pulun yarısından çox qismini onun, yarısından az qismini isə özünün qoyacağını, evi təmir etdirmələrini, daha sonra satıb qoyduqları pula görə xeyir götürəcəklərini demişdir. Murad ona etibar etməyi üçün evi alanda oğlu Turalın adına sənədləşdirəcəyini demişdir. Razılaşdıqdan sonra evi Turalın adına Muradla birgə almışlar. Evi təmir edib qurtardıqdan sonra, Murad alıcı olduğunu demişdir. Murada evi satmasına razı olduğunu dedikdən sonra Murad həmin evi 50000 manata satmış, evin pulunu oğlu Turalın adına köçürmüşdür. Həmin puldan 30000 (otuz min) manat ona, 20000 (iyirmi min) manat isə Murada qalacaqdı. Evin alqısatqısından sonra Murada çatacaq 20000 (iyirmi min) manatı vermək üçün ona zəng etsə də ona zəng çatmamışdır. Təxminən 5 gün ona mütəmadi olaraq zəng etsə də danışa bilməmişdir. O oğlu ilə birlikdə Muradı axtarmış, Muradın qardaşını tapıb pulu ona vermək istəmiş, lakin o Muradın onlarla gəlib görüşəcəyini demişdir. Təxminən 10 gündən sonra Murad onlara gəlmişdir. Ona bu qədər etibar etdiyimiz üçün “siz ki, o əmanəti mənə çatdırmaq üçün bu qədər narahat olmusuz mən artıq dünyada nəyim var sizə etibar edərəm” demişdir. Murada 20000 manat pulunu verən zaman o, pulu götürməyərək, arvadının atasının xəstə olduğu üçün evə aparsa pulu götürüb müxtəlif əsaslarla atasına verəcəyini, pulun onlarda qalmasını, lazım olduqda onlardan götürəcəyini demişdir. 10 gün müddətində hər dəfəsində 3000-5000 manat almaqla tam olaraq Murad onda qalan 20000 manatını götürmüşdür. 2018-ci il fevralın 21-də Murad onlara gələrək ev təmiri üçün material almağa pulu çatmadığını və 3400 manat borca pul lazım olduğunu dedikdən sonra ona 3400 manat pulu ünvan 8qayıt şəhər 4 saylı notarusa gedərək müqavilə ilə vermişdir. Daha sonra o, göstərmişdir ki, 2019-cu ilin iyun ayına qədər Murad tez-tez ya zəng etmiş, yada onlara gəlib “evi almaq üçün, baxmaq üçün gələn çoxdur, amma nəsə satışı ləngiyir narahat olmayın tezliklə pulunuzu qaytaracam” demişdir. 2018-ci il noyabrın 5-də Murad onlara gəlib, “yaxşı ucuz bir ev çıxıb, 13-cü mkr, Niyazi küçəsi 27 ünvanında 98 kv.m sahəsi var, yaxşı yerdədir, pul verib evi alın, mən təmir edim və satışından qazanc əldə edək” demişdir. Evin qiyməti 58800 manat olmuşdur. Razılaşmaya görə Murad təmirdən sonra təxminən kv.m-ni 1000 manatdan satmalı və həm onun qoyduğum 58800 manatı, həm Murada borc verdiyi 3400 manatı götürdükdən sonra əlavə satışdan olan qazancı yarı böləcəkdilər. Həmin ərəfədə Bakı şəhərindəki atasının ona hədiyyə etdiyi evi 105000 manata satmışdı. Bütün bunlardan isə söhbətlər əsasında Muradın xəbəri olmuşdur. 9 gün müddətində Murad hər dəfə evə gəlişində həmin evlə bağlı danışıb onu razı salmağa çalışmışdır. Sonda Muradın təklifi ilə razılaşmışdır. Mənzilin onun adına alınmasını Murada deməyə utanmışdır. 2018-ci il noyabrın 14-də Şahid1 və gəlini Şahid3 yanında 58800 manat pulu Murada vermişdir. Səhəri gün Murad müqaviləni onlara gətirib evi aldığını demiş, ona 2019-cu aprelin 20-də mənzilin pulunun tam ödənilməsinə dair arayış vermişdir. 2018-ci ilin dekabr ayın əvvəllərində Murad yaşadığım evə gələrək evin təmir etdirilməsi üçün ona pul lazım olduğunu lakin pulunun olmadığını ona istədiyi məbləğdə pul verərsə, gələcəkdə ev satılan zaman verdiyi ümumi pulun evin pulundan çıxarılıb ona geri qaytarılacağını, qalan pulu isə şərikli böləcəklərini demişdir. 2018-ci ilin dekabr 2019-cu ilin yanvar ayınadək birincisi 3400 ABŞ dolları, ikincisi 3500 manatı, üçüncüsü 2500 manatı, dördüncü 500 manatı yaşadığı evdə Tural və gəlini Səfiyyənin yanında Murada vermişdir. Təxminən 2019-cu ilin mart-aprel aylarında evin təmiri başa çatmışdır. Murad evi bir neçə saytlarda satılması üçün yazdırdığını, lakin evi ucuz qiymətə satmaq istəmədiyini demişdir. 2019-cu il iyulun 4-də 1 illik evlə bağlı istənilən sərancamı vermək və hüquqları əldə etmək üçün baş etibarnamə alınması üçün notariusa getmişlər. Həmin gün Murad ona etibarnamə vermişdir. Lakin etibarnamənin məzmumunu oxumamışdır. Murad tərəfindən aldadıldığını başa düşdükdən sonra mənzili öz adına qeydiyyata keçirmək üçün MTK-ya gedən zaman komendant həmin mənzilin Nazim adlı şəxsin adına keçirildiyini demişdir. Nazim adlı şəxslə danışmaq üçün komendantdan mobil nömrəsini istəmiş, lakin o, Nazimin özünün əlaqə saxlayacağını demişdir. Eibarnaməni oxuyanda bilmişdir ki, Murad əslində 1 il deyil, 1 ay müddətinə etibarnamə vemişdir. 2019cu ilin oktyabr ayında Murad borca istədiyi üçün ona oğlu Tural, gəlini Səfiyyə, qızı Turanənin yanında 1000 manat pul vermişdir. Bundan başqa, zərərçəkmiş şəxs bildirmişdir ki, 2019-cu dekabr ayında Murad onlara X21 tanışı olduğunu, ünvan 8qayıt şəhər 2 saylı poliklinikanın baş həkiminin qardaşı Nizami müəllimin onunla yaxın olduğunu və ona ipoteka üçün limit ayrıldığını, hərbçilərə aşağı faizlə yəni 4 faizlə pul verildiyini dediyini bildirmişdir. Murad həmçinin bildirmişdir ki, hərbçilər var, lakin sənədlərini qaydaya salıb ipoteka fonduna təqdim edə bilmir, əllərində götürəcəkləri evlərin ilkin ödənişləri yoxdur. Murad hərbçi tapacağını, alınan evin ilkin ödənişini edəcəyini və pul bankdan evə görə hərbçiyə ayrılan zaman zaman hərbçi onun ödədiyi pulu və əlavə olaraq müəyyən məbləğ ödəyəcəyini, ondan da həm ona, həm də Murada pul çatacağını demiş, o da razılaşmışdır.Bundan əvvəlki borclarına görə də Murad ona Dərələyəz MTK-dan evinin müqaviləsini və satılması üçün etibarnamə vermişdir. 2019-cu ilin dekabr ayının əvvəlində Murad ipoteka üçün limit ayrıldığını, cəmi üç ay çəkəcəyini və limitin müddətinin mart ayında bitəcəyini, bu aylarda qazana biləcəklərini bildirmişdir. Murada 2019-cu il dekabrın 17-də 9000 ABŞ dolları və 4700 manat olmaqla ümumi ona 20000 ilk ev üçün, 2019-cu il dekabrın 27-də ikinci ev üçün 7500 manat, 08 yanvar 2020-ci il tarixdə 7000 dollar və 10000 manat, 3-cü ev üçün 21900 manat pul, 14 fevral 2020-ci il tarixdə 4-cü ev üçün 14620 manat pul vermişdir. Hər ev üçün verilən ilkin ödənişə görə qazanc da müxtəlif olacaqdı. Birinci ev üçün ondan aldığı 20000 manatdan ona 2650 manat pul verilməli idi. Razılaşmaya görə 2020-ci ilin mart ayının sonuna qədər o, ilkin ödəniş etmək üçün Murada verdiyi pulları, həm də əlavə qazanclarını almalı idi. Lakin martın sonunda bu barədə Murada bildirəndə, o «koronovirus xəstəliyi ilə bağlı pandemiya ortaya düşdüyündən iş ləngiyib, hər yer bağlıdı, açılan kimi pul ayrılacaq və mənim pullarımı götürüb verəcək, heç bir qorxulu təhlükə yoxdur” deyərək onu sakitləşdirmişdir. Pulları yaxın tanışlarından aldığını demişdir. 16 aprel 2020-ci il tarixdə Murad maşın alıb satmaq məqsədilə ondan pul istəmişdir. Axırıncı 5000 manatını və qonşusu Tünzalədən borc götürdüyü 5500 manat pulu aprelin 16-da Murada vermişdir. Murad maşını ucuz qiymətə satanlardan alıb daha sonra baha qiymətə satıb üstündə pul qazanacaqlarını demişdir. Bir müddətdən sonra Murad yenə durmadan tez-tez zəng edərək pul istəmişdir. Muradla bütün qoyduğu pulları hesabladıqdan sonra ümumi olaraq ona 150000 manat pul verdiyi məlum olmuşdur. Gəlir olaraq Muradın ona 35000 manat verməli olmuşdur. Murad qəbz yazan zaman Şəhla xanım, Turanə, Tural və Səfiyyə orada olmuşdur. Murad özü könüllü qəbzi yazıb imzalamışdır.Qəbzdə Muradın ona ümumilikdə 185000 manat pul veriləcəyi yazılmışdı. Pulun qarşılığında o, girov üçün özünə məxsus olan ünvan 6 ünvanını yazmışdır. 2020-ci il mayın 29-da Murad zəng edərək onlara gəlmək istədiyini demiş, o da etiraz etməmişdir. Təxminən 15 dəqiqə sonra qapı döyülmüş, qapını açanda Murad və yanında tanımadığı 1 nəfər oğlan içəri girib Muradın dostu olduğunu demişdir. Həmin vaxt Tural, Turanə və Səfiyyə evdə olmuşlar. Murad əvvəlki kimi şən deyildi və onun halından narahat olduğu hiss olunurdu. Muradın dostu kimi özünü təqdim edən şəxs ona “bir yanım Eyyubovlardan, bir yanım da Eyvazovlardandı, Allahverdi Həsənov mənim əmimdir” demişdir. Həmin şəxs adının Nicat olduğunu deyib Murada “çölə çıx” demişdir. Nicat əslində banditizmin “qara maskalılarından” olduğunu, onu və ailə üzlvlərini qara maşınlara qoyub banditizmin padvalına aparıb orada dindirməli olduqlarını” demişdir. Nicatla bu söhbətindən sonra kəskin qorxuya düşmüşdür. Nicat Muradla aralarında olan ipoteka məsələsini soruşanda Muradla aralarında olan bütün alış-verişi danışmışdır. 30 may 2020-ci il Nicat istifadəsində olan ********** nömrədən zəng edərək onları gözlədiyini demişdir. 30 may 2020-ci il Turalla birgə DİN Baş Mütəşəkkil Cinayətarlığa Qarşı Mübarizə İdarəsinin inzibati binasının qarşısına getmişlər. Təxminən 5 dəqiqə sonra Nicat yaxınlaşıb “iş rəsmiyyətə verilməyib, oraları sizə yaraşdırmıram ki siz gedib orada kimlərinsə qabağında dayanasınız, orada elə adamlar var ki sən onları görsən vahimədən ürəyin gedər, gedək Çanaqqla restoranında oturub söhbət edək” demişdir. Razılaşıb Çanaqqala restoranı tərəfə gedəndə Nicat yanında başqa iki nəfər əməkdaşın gələcəyini demişdir. Çanaqqala restoranında oturduqdan biraz sonra sonradan adını öyrəndiyi Elməddin Məmmədov, Şahid6 gəlmişlər. Elməddin Muradı zirzəmidə döydüyünü demişdir. X3isindən 30000 ipoteka üçün pul aldığını, 6-7 nəfər şəxsin şikayətçi olduğunu, Qarabağ qazisinin pulunun özünə qaytarıldıqdan sonra Muradın saxlanıldığı banditizmin “padvalından” buraxılacağını, Muradın içəridə qalacağı təqdirdə cəza almış olacağını və bununla heç kimin eləcə də onun pulunu geri qaytarmayacağını demişdir. Nazim Muradı içəri çağırıb ona baxa-baxa “bax Qarabağ qazisindən 30000 manat pul alıb, 6-7 nəfərdən pul alıb, dur rədd ol stuldan” dedikdən sonra Murad heç bir cavab vermədən ayağa qalxıb restoranın qapısından çölə çıxmışdır. Murad çıxdıqdan sonra Elməddin ona “xanım, biz sizin nazınızla belə oynamalı deyilik, siz indi Muradın yanında qadınlar üçün ayrılmış təcridxanada saxlanılmalısınız, Nicat vəzifəcə onlardan böyük olduğuna və sizin ailənizə qarşı xoş münasibət bəslədiyinə görə siz indi azadlıqdasınız” deyə bildirmişdir. Sonra Nicat onları yola salmışdır. Nicat ona narahat olmamağını demişdir. Ağlayaraq pulunun olmadığını deyəndə Nicat 3000 manat düzəldib ona verməyini, 2000 manatı da üzərinə qoyub 5000 manat etməklə əmisini razı salıb Muradın banditizmdən buraxılmasına çalışacağını demişdir. 30 may 2020-ci il Nicat, Nazim və Elməddin oğlum Turala məxsus Novxanı kəndindəki ünvana gəlmişdir. Nazim Nicat və Elməddin ona vəziyyətin mürəkkəbləşdiyini, Qarabağ əlilinə pulunun tən yarısının bu gecə verilməli olduğunu, əks təqdirdə Muradın tutulacağını demişdir. 31 may 2020-ci il Nicat, Nazim və Elməddin qara rəngli Jeep markalı avtomobillə onlara gəlmişdir. Sonra Turalla birgə evdən çıxıb notariusa getmişlər, X2 **-LA-*** dövlət qeydiyyat nişanlı Chevrolet Aveo markalı nəqliyyat vasitəsinə istənilən sərəncamın verilə bilməsi üçün etibarnamə verməklə avtomobilin açarlarını Nicata təqdim etmişdir. İyunun 6-da Nicat zəng edərək əmisi ilə razılaşdığını, Qarabağ əlilinin şikayətini geri götürdüyünü və Muradın zirzəmidən buraxıldığını demişdir. Təxminən 1 həftə ərzində Nicat Turala və ona dəfələrlə zəng edib onların hallarına yanırmış kimi özünü göstərmişdir. İyunun 5-də Nicat onlara gəlib Tünzalə və Elnarəni dindirəcəyini demişdir. Evdə qonaq otağında Nicat Tünzalə və Elnarəni sorğu sual edəndə Tünzalə ondan xidməti vəsiqəsini təqdim etməyi tələb etmişdir. Nicat ona “sizi idarəmizə dəvət edəndə mən özümün orada kim olduğumu təqdim edib vəsiqəmi sizə göstərəcəm” demişdir. Sorğu sual qurtardıqdan sonra Nicat çıxıb getmişdir. İyunun 6-da Nicat onlara gəlmişdir. Tünzalə və Elnarə də onlarda olmuşdur. Onlar diskdə hər hansı pis bir şey olduğunu güman etdikləri üçün aqressivləşmişlər. Nicat Elnarə və Tünzaləyə “siz bilsəniz ki bu diskin içində nələr var bu dəqiqə burda bıçaqla bu ailəni öldürərsiniz” sözünü deyəndə o Nicata evi tərk etməsini demişdir. Nicat əsəbi halda çölə çıxaraq kiminləsə uca səslə telefonda danışıb “gəlin bunları ailəlikcə maşınlara basıb aparın” demişdir. O artıq Nicatın bu hərəkətlərindən qorxub Vəkillər Bürosuna üz tutmuş, daha sonra Nicatın dələduz olduğunu öyrənmiş və şikayət etmək üçün DİN-in BMCMİ-nə getmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2018-ci ildə oğlunu evləndirmək üçün ev almaq niyyəti ilə ünvan 7 ünvanında yerləşən evi 30000 manata satmışdır. Qohumu Şahid4 ünvan 8qayıt şəhəri, 40-cı məhəllədə yerləşən yeni tikilidə olan evini təmir etdirəndə evin təmir işləri ilə məşğul olan Təqsirləndirilən şəxs tanıyıb onunla münasibət qurmuşdur. Təmir işlərinə nəzarət etmək üçün Nizami ilə birlikdə həmin evə getmişdir. Nizaminin evində təmir gedən vaxt Nizaminin təmir materialları üçün pulu olmadığından 2019-cu ilin əvvəllərində ondan 2000 manat borca pul götürmüş və sonradan həmin pulu geri qaytarmışdır. Murad Nizamiyə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili təmir etdirmək üçün pulu olmadığını, onun əlində olan pul ilə həmin evi təmir etdirib satıldıqdan sonra evin təmirinə verdiyi pulu ona qaytaracağını, qalan qazancı isə yarı böləcəyini demişdir. Nizami bu barədə ona deyəndə Muradla özüm söhbət etmək istədiyini demişdir. 2019-cu ilin fevral ayı ərzində mütəmadi olaraq Nizaminin təmir gedən evində Muradla görüşüb bu barədə söhbət etmişlər. Muradla razılaşmış və ona 48 min manat pul vermişdir. Murad qısa zamanda təmir işlərinə başlayacağını bildirmişdir. Muradla razılaşmalarına əsasən o, ünvan 3 ünvanında yerləşən evi etibarnamə əsasında onun adına keçirmişdir. Sonra Murad mənzili təmir etdikdən sonra onu satışa çıxarmışdır. Satış prosesinin necə olduğunu bilməmişdir. Murad onun pulunu geri qaytarmamışdır. Ona işlədikcə pulu verəcəyini bildirmişdir. Murad ona 380 min manat pul borclu olduqlarını, borcunu alan kimi onu evlə təmin edəcəyini bildirmişdir. O, Murada ümumilikdə 48900 manat məbləğində pul vermişdir. Murad ondan aldığı puldan ona 6 ay ərzində ümumilikdə 10 min manatdan çox məbləğdə pul qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Murad Zərərçəkmiş şəxs2 ilə iş görürdü. Bir-birinə vaxtlı-vaxtsız zəng edirdilər. İş gördüklərini, tikinti işi ilə məşğul olduğunu deyirdi. Sonra məlum oldu ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs faizə pul vermişdir. Zərərçəkmiş şəxs2 ev alıb təmir edəndə tanımışdır. Şahid7 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildən evlidir, həmin evlilikdən 2 azyaşlı övladı vardır. Təqsirləndirilən şəxsla evləndikdən sonra ünvan 1 ünvanında Muradın valideynləri ilə birlikdə yaşayırmış. 2014-cü ilin oktyabr ayında ünvan 10 ünvanında yerləşən evi alıb həmin evə köçmüşlər. Murad həmin dövrlərdə Bakı metropalitenində tikintidə işləyirmiş. 2016-cı ildə Muradın işlədiyi yerdə ixtisarlar olduğundan Murad işdən çıxarılmışdır. Murad metropolitendə işdən çıxdıqdan sonra ünvan 8qayıt şəhərində ev-alqı satqısı və evlərin təmiri ilə məşğul olurmuş. Muradın işləməsi üçün onun pula ehtiyacı var imiş. Belə ki, Muradın ev-alqı satqısı üçün mayaya ehtiyacı var imiş. Buna görə də, ünvan 12 ünvanında yerləşən evlərini satmaq qərarına gəlmişlər və 2017-ci ilin mart ayında həmin evi 52 min manata satmışlar. Evi alan şəxslə aralarında olan razılaşmaya əsasən satdıqları evdə kirayədə yaşayırmışlar. Həmin vaxt Murad hazırda kirayədə yaşadığı ünvan 13 ünvanını təmir edirmi. Murad 2017-ci ilin avqust ayında həmin evin təmirini başa çatdırmış və həmin vaxtdan da orada kirayə yaşamağa başlamışlar. Evi satdıqdan sonra əldə etdikləri pulla Murad ünvan 8qayıt şəhəri, 9-cu mikrorayon ərazisində öz adına təmirsiz ev almışdır. Murad həmin evi təmir etdirib satmaq niyyətində olmuşdur. Kirayədə yaşadığı dövrdə Murad evi təmir etdirib başa çatdırmış və 2017-ci ilin yayında həmin evi satmışdır. Murad evi satdıqdan sonra 2017-ci ilin yayında ünvan 8qayıt şəhərində dəqiq xatırlamadığı ünvandan yenidən təmirsiz ev almış və həmin evi təmir etdirməyə başlamışdır. Murad həmin evi aldıqdan sonra təmir etdirmək üçün pulu olmadığından rəfiqəsi Çimnaz ilə Murad öz aralarında razılaşmışlar ki, həmin evi şərikli təmir etdirib, satdıqdan sonra pullarını bölsünlər. Belə də olmuşdur, Çimnaz ilə Murad həmin evi şərikli təmir etdirib satmışlar. Həmin evin satışı prosesində Murad ilə sonradan adını bildiyi Sevda adlı qadın tanış olmuşlar. Belə ki, Muradla Çimnazın şərikli təmir etdirdikləri evi Zərərçəkmiş şəxs2 almaq istəyirmiş, lakin pulu çatmadığından ala bilməmişdir. Zərərçəkmiş şəxs2 Muradın ev təmir etməsini bəyəndiyindən özünə aldığı evi də Muradın təmir etdirməsini istəmişdir. Murad da Zərərçəkmiş şəxs2 ünvan 8qayıt şəhəri 9-cu mikrorayonda yerləşən evini təmir etməyə başlamışdır. Murad Çimnazla birlikdə təmir etdirdiyi evi satdıqdan sonra həmin evin satışında əldə etdikləri pulu Çimnazla razılaşmalarına uyğun bölmüşlər. Həmin evin satışından sonra Murad daha Çimnazla işləmək istəmədiyini, Sevda ilə aralarında razılaşdıqlarını və bundan sonra Sevda ilə şərikli işləyərək təmirsiz ev alıb təmir etməklə satacaqlarını bildirmişdir. Belə də olmuşdur, 2017-ci ilin yay aylarından Murad Çimnazdan ayrılıb Sevda ilə işləməyə başlamışdır. Murad Sevda ilə işləməyə başladığı müddətdə Sevda tez-tez ona zəng edirmişdi. Onların danışıqlarından şübhələnirmiş. Buna görə də Muradla Sevdanın arasında olan münasibəti müəyyənləşdirmək üçün Muradın telefonundakı “Whatsapp” proqramını öz telefonuna istiqamətləndirmişdir. Bundan sonra Muradla Sevda arasında olan yazışmaları izləməyə başlamışdır. Həmin ərəfədə Murad toy mərasiminə dəvət olunmuşdur. Sevda Murada yazışmada bildirmişdir ki, toyda başqa qızlara baxmasın, kimsə onu əlindən alar və verdiyi pulları sonra geri ala bilməz. Bundan sonra Murada Sevda ilə iş görməsini qadağan etmişdir. Lakin Murad onun dediklərinə əhəmiyyət verməmişdir. Təxminən 2019-cu ilin mart aprel ayınadək Murad bu şəkildə Sevda ilə işləməyə davam etmişdir. 2019-cu ilin aprel ayında Muradın dostu olan Elşad Muradın qardaşı Elnura Muradın ondan böyük məbləğdə pul aldığını, qarşılığında ona ev verməli olduğunu lakin üzərinə götürdüyü öhdəçiliyi icra etmədiyini və pulu da geri qaytarmadığını bildirmişdir. Bunu ona Muradın anası Nəcibə deyəndə o, Muradla bu barədə söhbət etmişdir. Söhbət zamanı ona məlum olmuşdur ki, Murad Elşad, Çimnaz, Şükür, Sevda, Nazim və Tağı ilə ayrı-ayrılıqda iş görürmüş və o, hər dəfə həmin şəxslərdən birindən aldığı pulu digərinə xeyir adı ilə verirmiş. Nəticədə Nazim ondan pulunu istəyəndə o, 13-cü mkr.dakı evi Nazimin adına keçirtmişdir. Halbuki həmin ev əslində Tağıya məxsus olmuşdur. Murad üzərinə götürdüyü öhdəlikləri icra edə bilmədiyi üçün məcbur qalıb Şükürü də aldadıb, evi ona verəcəyini yalandan deməklə, Şükürü inandırmaq məqsədilə satılmış evi Şükürün adına saxta sənədlə sənədləşdirmişdir. Bütün bunlardan xəbər tutan Elşad Muraddan evini istəsə də Murad məcbur qalıb Elşada evi başqa şəxsə verməsini etiraf etmişdir. Buna baxmayaraq Çimnaz, həmçinin onun əri Riyad, Elşad və Tağı Muraddan şikayət etmədilər. Bütün bu olanların necə həlli yolunu tapacağını Muraddan soruşanda, o pulların ipotekya qoyulduğunu, pandemiya şəraiti ilə bağlı olaraq pulları geri götürə bilmədiyini, əlində olan satışa qoyduğu evləri sata bilmədiyini, satdıqdan sonra hamının pulunu geri qayataracağını bildirirdi. Təqsirləndirilən şəxs onun, Çimnazın əri Riyadın və qaynansı Nəcibənin iştirakı ilə Sevdaya hər hansı məvacibdə pul verməmişdir. Murad sonradan ona bildirmişdir ki, müxtəlif şəxslərdən aldığı pulları Sevdaya vermişdir. Bir dəfə Sevdanın yaşadığı evinə Tağı və qaynanası ilə birgə getmişdir. Muradla Sevdanın arasındakı pul hesabatını aparmaq istəmişlər. Həmin vaxt Sevda onlarla hesabat aparmaqdan imtina edərək məsələnin Muradla onun arasında olduğunu bildirmişdir. (Cild 4, iş vərəqləri 204-208) Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, , onun hadisələrdən ən son xəbəri olmuşdur. Muradın Sevdaya pul borclu olduğunu, onun faizə pul götürdüyünü bilmişdir. Zərərçəkmiş şəxs2 onu yox, uşaqları hədələmişdir. Sevdanın Muradı hədələdiyinin şəxsən şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2017-ci ildə makler kimi tanımışlar. İnternetdə ev axtararkən sosial şəbəkədə qarşılarına bir ev çıxmış, gedib həmin evə baxmışlar, ev xoşlarına gəlmiş, sadəcə evin qiyməti onlara uyğun olmamışdır. Murad onlara ev təmiri işləri ilə məşğul olduğunu demişdir. Onunla əlaqə saxlayacaqlarını demişlər. 9-cu mkr-da ev tapmış, həmin evi almışlar. Aldıqları evin təmiri ilə Murad məşğul olmuşdur. Muradla Sevda arasında olan pul məsələləri onların yaşadığı evin içərisində olmuşdur. 2018-ci ilin noyabr ayında 13-cü mkr-da onun iştirakı ilə Murad evi təmir edib satmaq üçün anasından 58800 manat pul almışdır. Neçə dəfələrlə gəlib evdən ipoteka adı ilə pul götürmüşdür. Ümumilikdə Murad anası Zərərçəkmiş şəxs2 150 min manat pul almışdır. Murad öz davranışı ilə onların etibarını qazanmışdır. Onun yanında anası tərəfindən Murada 3500, 2500, 500 manat və s. olmaqla ümumilikdə 12500 manat təmir işləri üçün pul vermişdir. Murada verdikləri pulla Murad evi təmir edəcəkdi, sonra həmin evi satıb gəlir əldə edəcəkdilər. Evin satışını Murad özü həyata keçirirdi. Murad həmin evin satışından onlara pul verməmişdir. İpoteka adı ilə onlardan dekabr ayında 9000 dollar və 4700 manat pul almışdır. Onlardam aldığı pulları qaytarmamışdır. Anası Zərərçəkmiş şəxs2 pulu Murada faizlə verməmişdir. Pulun qaytarılması ilə bağlı anası Zərərçəkmiş şəxs2 hədələmişlər. Murad onların evinə BMCMİnin əməkdaşları adı ilə tanımadıqları şəxsləri göndərmişdir. Onlar da qorxmuşlar. Onlara gələn həmin şəxslər onun maşınını götürüb aparmışlar. Anası Zərərçəkmiş şəxs2 Murada onun yanında 58800 manat verdikdən bir müddət sonra 12280 manat pul vermişdir. Sonra eyni gündə 9000 dollar və 4700 manat, 7500 manat 2019-cu ilin dekabr ayında, yanvar ayında 700 dollar və 10 min manat pul, 14620 manat 2020-ci ildə ipoteka məsələsi üçün Murada verilmişdir. Murad zabitlərin adına 4 %-li ipoteka götürmək üçün onlardan almışdır. Demişdir ki zabitlərin adına 4%-li ipoteka götürüb ev alacaqlar. Zabitləri görməmiş, tanımamışdır. Murada etibar etdikləri üçün ona pulları vermişlər. İpoteka məsələsi alınmamışdır. Son dəfə onlardan maşın üçün 10500 manat pul istəmişdir. Onların da pulları qurtarmışdır. 5500 manat özləri, 5500 manat da qonşuları Tünzalə xanımdan alıb vermişlər. Murad həmin pulla maşın almalı, sonra da satıb qazanc əldə etməli idi. Onlar da qazanc əldə etmək üçün razılaşıb pul vermişlər. Ev təmiri üçün, ipoteka məsələsi üçün, maşın alqı-satqısı üçün verdikləri pullardan qazanc əldə etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ilin iyun ayından anası ilə yaşayır. Həmin dövrə qədər ailəsi ilə Bakıda yaşamış, sonra boşanıb anasının yanına gəlmişdir. Təqsirləndirilən şəxs tez-tez onların evinə gəlirdi. O, zabitlərin adına 4%-li ipoteka olduğunu, tez pul verməsini anasına təklif edirdi. Əlində pulla gəlir, anasına “istəyirsən bu pulu götür, istəyirsənsə də başqa bir iş var ona qoyaq” deyirdi. Anasını tələsdirir, ona “başqa adamlar da var, lakin mən bu işi səninlə görmək istəyirəm” deyirdi. Babası məşhur alim omuş, H.Aslanovda olan 100 kv. metrlik evlərini satmışlar, əllərində çoxlu pul olmuşdur. Təqsirləndirilən şəxs anasından pul alanda onun yanında olmuşdur. Ümumilikdə 150 min manat pul almışdır. Qazancı ilə birlikdə 185 min manat pul olsa da, anası qazancı yox, borclu olduğu 150 min manat pulu istəyir. Murada verdiyi bütün pullardan xəbəri yoxdur. Lakin Murada ipoteka məsələsi üçün verilən pullar onun yanında verilmişdir. Murad pulu gətirir, lakin anasına vermirdi. Muradın təklifi ilə başqa bir işə sərmayə qoyurdular. Murada 2019-cu ildən etibarən 2020-ci ilə qədər pullar verilmişdir. Murada verilən puldan 1000 manat pul onun olmuşdur. 2019-cu ilin dekabr ayının 27-də 7500 manat, 17 dekabrda 4700 manat və 9000 dollar, 2020-ci ildə 7000 dollar və 10 min manat, 14 fevral 2020-ci ildə 14620 manat, son dəfə 16 apreldə maşın almaq üçün 10500 manat pul verilmişdir. Son verilən 10500 manatın 5500 manatı qonşuları Tünzalə xanımındı. Murad həmin 10500 manat pulu maşın alıb sonra satıb üzərində gəlir əldə edəcəklərini desə də, qazanc əldə edə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qonşusudur. Sevdanın evinə tanımadığı şəxslər gəlmiş, onu hədələmiş, hətta demişlər ki, “qonşulardan bir-iki nəfər gəlsin, onların yanında Sevdadan izahat alacaqlar”. Birinci dəfə getməmiş, ikinci dəfə gedəndə gələn şəxsdən vəsiqəsin tələb etmiş, iş yerində xidməti vəsiqəsini göstərəcəyini demişdir. 2020-ci ilin aprel ayında Sevda onlara gəlmiş, 5500 manat pul lazım olduğunu bildirmişdir. O, Muradın “BMW X5” markalı maşın alacağını, onların da gəliri olacaqlarını demişdir. O, Muradı tanımadığını demişdir. Sevda Murada zəng etmiş və onun yanında telefonu mikrofon rejiminə qoymuş, Murad da ona 10 günə verəcəyi pulla birlikdə üzərində gəlir də qaytaracağını demişdir. Sevda israr etdiyi üçün ona 5500 manat məbləğində pul vermişdir. Sevdanın həmin pulun üzərinə nə qədər pul əlavə edib Murada verməsindən xəbəri olmamışdır. O, həmin pulu Sevdadan alacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, uzun müddət keçdiyinə görə ifadəsini xatırlamır. Muradın ona dediyinə görə Sevdanın Murada 200 min manatdan çox pul borcu olmuşdur. Lakin sonradan aydın olmuşdur ki, Sevdanın Murada borcu yoxdur. O, Muradla əlbir olmamışdır. Murad onun evini təmir etmişdir. Aralarında notarial qaydada ev alqı-satqısı olmuş, Muradın adına olan ünvan 8qayıt şəhəri, 13-cü mikrorayonda yerləşən evi 68000 (altmış səkkiz min) manata almışdır. Murad həmin evin ona məxsus olduğunu demişdir. mUradla danışıb MTK-ya getmiş, mənzili adına keçirən zaman 50000 (əlli min) manat, daha sonra 18000 (on səkkiz min) manat pul vermişdir. Evi satmaq üçün almış, bir il sonra satmışdır. Ev iki otaqdan üç otağa düzəlmə olmuşdur. Muradla aralarında 12000 (on iki min) manat məbləğində pul mübahisəsi olmuş, Murad da pulu Sevdaya verdiyini demişdir. Buna görə də, o, Zərərçəkmiş şəxs2 ilə bir neçə dəfə görüşmüşdür. Sevdanın evinə gedib onunla görüşmüş, özünü adi vətəndaş kimi təqdim etmişdir. Sevda evin ona məxsus olduğunu, Murada pul verdiyini, həmin pulun qarşılığında Muradın evi ona verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs2 borcu olduğuna görə onlara maşınını vermiş, sonra etibarnaməni ləğv etdirmiş, maşını aldıqdan 3-4 gün sonra aydın olmuşdur ki, onun borcu yoxdur. Onun barəsində Zərərçəkmiş şəxs2 şikayəti əsasında cinayət işi açılmış, məhkəmədə işə baxılmış və maşın qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 2020-ci ilin avqust ayında onun yanına gəlmişdir. Onun 45-ci məhəllədə ədviyyat dükanı olmuş, o da mağaza sahibi kimi onun yanına gəlmişdir. Murad Şükürü ona dostu kimi tanıtmışdır. Ona Xətaidə vəkil tutduqlarını, vəkilə pul verməsi üçün borc aldığını demişdir. Zərərçəkmiş şəxs1 ona Murada 7000 (yeddi min) manat pul verdiyini demişdir. Şükürdən faizlə verdiyini soruşanda inkar etmişdir, lakin kağıza 7000 (yeddi min) manat yazılsa da, 5600 manat pul vermişdir. Kağıza onun adını yazıb imza etdirmiş, Murada inanmadığını, lakin ona inandığını bildirmişdir. Sonra Şükürün həmin pulu faizə verdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs1 həmin pulu vəkilə verəcəyin demişdir. Muradla aralarındada pul məsələsi olmamışdır. Zərərçəkmiş şəxs2 ilk dəfə 2-3 il əvvəl 9-cu mkr-da ev alanda görmüşdür. Zərərçəkmiş şəxs2 ona kiməsə çatdırmaq üçün hər hansı bir şey verməmişdir. Zərərçəkmiş şəxs2 evinə borcla bağlı getmişdir. Muradın Sevdaya pul borcu olmuş, bununla bağlı Sevdanın dəftəri olmuşdur. Hətta şəkillərin də çəkmişlər. Lakin sonra Sevda dəftəri gizlətmişdir. Zərərçəkmiş şəxs2 onların dükanına gəlib Muradı axtarmışdır. Evə görə Murad ona pul vermiş, pulu qaytarması üçün ondan şikayət etməmişdir. Sevdaya faizlə pul ödədiyini Murad sonradan özü demişdir. Muradın ailəsi ilə birlikdə Sevdanın evinə getmiş, onunla danışmışlar. Həmin vaxt Sevdanın qızı və oğlu da evdə olmuşdur. Murad Sevdanın ona 295000 (iki yüz doxsan beş min) manat borcu olduğunu, Sevda isə Muradın ona 85000 (səksən beş min) manat borcu olduğunu demişdir. Söhbət əsnasında bir nəticəyə gələ bilməmişlər. Şahid5 həmçinin bildirmişdir ki, 13-cü mkr-da yerləşən 98 kv.m-lik ev onun olmuş, MTK ilə ilk olaraq o müqavilə bağlamışdır. Həmin evə 58100 (əlli səkkiz min yüz) manat pul vermişdir. Murada mağazadan 700 (yeddi yüz) manat pul götürüb MTK-ya getməsini demiş, sonra həmin evi Muradın adına yazmışlar. Murad həmin evi təmir etmiş, təmir üçün 15000 (on beş min) manat pul qoymuşdur. Sonra Nizami adlı şəxs gəlib onu tapmış, Muradın ortalıqda olmadığını demişdir. Harda olduğun soruşmuş, o isə bilmədiyini bildirmişdir. Nizami Muraddan 13-cü mikrorayonda yerləşən ev aldığını, həmin evə 18000 (on səkkiz min) manat sərmayə qoyduğunu demişdir. O da evin onun olduğunu, ev satılarsa pulunu verəcəyini bildirmişdir. Sonra Murad ortalığa çıxmışdır. Evin sənədlərin ondan soruşduqda bilmədiyini demişdir. Murad Nazimdən 18000 (on səkkiz min) manat , daha sonra 24000 (iyirmi dörd min) manat faizə pul götürdüyünü, buna görə də, evi Nazimin adına keçirdiyini, hər 5000 (beş min) manat olmaqla dörd aydır Nazimə pul ödədiyini, 5000 (beş min) manat da təmir etdiyi evin pulundan kəsdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, ona satılan ev Zərərçəkmiş şəxs2 adına olmuşdur. Ev Murad tərəfindən ona satılandan sonra Sevdanı tanımışdır. Muraddan oğlu üçün 2018-ci il tarixdə ünvan 8qayıt şəhərində 9-cu mkr-da ev almışdır. Alqı-satqı dövründə Zərərçəkmiş şəxs2 gəlmişdir. Ev onun adına olmuşdur. Evin pulunu verəndə Muradla Sevda orada olmuşdur. O, pulu Zərərçəkmiş şəxs2 vermişdir. Pulu verəndə Murad çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Muradı 2017-ci ildən makler kimi tanımışdır. 2018-ci ildə özünə yeni tikili binada ev almış, Muradı dəvət etmiş, o isə işçiləri ilə evə baxdıqdan sonra təmir işlərinin görülməsi üçün onunla razılaşmışlar. Murad ona sənəd göstərib evi olduğunu, təmir etdirdikdən sonra satıb pul qazana biləcəklərini demişdir. O, Zərərçəkmiş şəxs1la gedib həmin evə baxmışdır. Muradın göstərdiyi evin təmiri üçün 18000 (on səkkiz min) manata razılaşmışlar. Evin təmiri qutardıqdan sonra evi istədikləri qiymətə sata bilməmişlər. Onlar evin təmiri üçün pulu hissə-hissə vermişlər. Sonra Murad birlikdə sərmayə qoyduğu adamın kənarlaşmaq istədiyin deyib 25 min manat ev təmiri üçün sərmayə qoymalarını istəmişdir. Onunla razılaşıb pulu ona vermişlər. Murad hər ay onlara 2500 (iki min beş yüz) manat pul vermişdir. Pandemiya olanda artıq pulu verə bilməmiş, evi Nazim adlı şəxsə satmışdı. Nazim də başqasına satmışdır. O, Muradla Zərərçəkmiş şəxs2 arasında olan pul məsələlərin sonradan eşitmişdir. Murad Zərərçəkmiş şəxs2 faizə pul götürdüyünü, hər ay 7-8 min manat ona pul verdiyini, ona obyekt verdiyini, ondan alacağını alandan sonra onların da pullarını qaytaracağını demişdir. Şahid4 həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1la Murad arasında olan danışıqlarda iştirak etmişdir. Şükür evini satmış, iki otaqlı ev almaq istəmişdir. Murad öz işçiləri ilə ona birlikdə iş gördükdən sonra onun üçün 25 min manata ev tikə biləcəklərini demişdir. Zərərçəkmiş şəxs1 da daha çox qazanc əldə etmək üçün Muradla razılaşıb ona pul vermişdir. Zərərçəkmiş şəxs1 Murada 18 min manat verəndə, 25 min manat pulu verəndə orada iştirak etmişdir. Zərərçəkmiş şəxs1 Murada 18 min manatı 3 dəfəyə vermişdir. Murad 5 ay Zərərçəkmiş şəxs1 2000-2500 manat pul qaytarmışdır. Bir dəfə 2000 (iki min) manatı o gedib götürmüşdür. Pandemiya olanda işləri dayandığı üçün Murad pulu qaytara bilmədiyini demişdir. Murad Zərərçəkmiş şəxs1 18 min manat, 25 min manat da Saray MTK-da bina tikintisinə vermişdir. 25 min manat pulu Murada 2 hissəyə vermişdir. Şükür Murada 22500 (iyirmi iki min beş yüz) manat pul vermiş, Murad isə 2500 manat pulu qaytara bilmədiyiə görə 25 min manat pul verəcəyini bildirmişdir. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, ünvan 15 ünvanında qeydiyyatda olmaqla ünvan 8qayıt şəhəri, Corat bağlar massivi fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs1 qohumudur və aralarında səmimi münasibət vardır. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 2018-ci ilin sonlarında özünə məxsus ünvan 8qayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən yeni tikilidə olan evini təmir etdirirmiş. Həmin evin təmir işləri ilə Təqsirləndirilən şəxs məşğul olurmuş. Muradla aralarında olan razılaşmaya görə 2019-cu ilin mart ayınadək Murad həmin evin təmir işlərini başa çatdırmalı imiş. Onun evində gedən təmir işləri ilə tanış olub, təmir işlərinə nəzarət etmək üçün qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin evə gedirmişlər. Muradla Şükür onun təmir gedən evində tanış olmuşlar. Təmir işləri gedən müddətdə tikinti materialları almaq üçün pula ehtiyacı var imiş. Muradla söhbət zamanı tikinti materialları almaq üçün qohumu Şükürdən borca pul götürəcəyini demişdir. Muradla bu barədə söhbət edən zaman o Murada Şükürün ünvan 7 ünvanında yerləşən evi 30000 manata satdığını demişdir. Həmçinin Muradın ev alqı-satqısı ilə məşğul olduğunu bildiyindən ona Şükürün evin satışından əldə etdiyi puldan başqa özünün də pulu olduğunu və daha geniş ölçülü ev almaq istədiyini demişdir ki, əgər Şükürün istədiyi ölçülərdə ev olsa həmin evin alınmasında Murad Şükürə köməklik etsin. Buna görə də Murad Şükürün təxminən 65000-70000 arası pulu olduğundan məlumatlı olmuşdur. Murad Şükürün pulu olduğunu bildikdən sonra ona bildirmişdir ki, özünə məxsus olan ünvan 17 ünvanında yerləşən "xxxx" MTK-nın yeni tikilmiş yaşayış binasındakı mənzili təmir etdirmək üçün pulu yoxdur. Əgər Şükür öz pulu ilə həmin evi təmir etdirsə, Murad həmin evi daha baha qiymətə satıb əldə olunan puldan Şükürün evin təmirinə verdiyi pulu qaytaracaq, qalan qazancı isə Şükürlə yarı böləcək. O, Muradın təklifi barədə Şükürə danışmış, Şükür isə Muradın özü ilə görüşüb bu barədə söhbət etmək istədiyini bildirmişdir. 2019-cu ilin fevral ayı ərzində mütəmadi olaraq onun təmir gedən evində Şükürlə birlikdə Muradla görüşüb bu barədə söhbət edirmişlər. Murad ünvan 8qayıt şəhərindəki bir neçə ünvanda müxtəlif evləri təmirsiz alıb, təmir etdirib satmaqla pul qazandığını bildirirmişdir. 2019-cu ilin fevral ayı ərzində Muradla olan söhbətləri zamanı o, Şükürü inandırmışdır ki, təmirsiz evi təmir etdirib satmaqla pul qazanmaq olar. Muradla Şükür arasında olan söhbətlərdə o da iştirak edirmiş. Onun evinin təmir işləri zamanı Murad öz işinə vicdanla yanaşıb təmir işlərində heç bir nöqsana və ləngiməyə yol vermirmiş. Buna görə də onların Murada qarşı etibarı yaranmış, onun Şükürü aldatmayacağını zənn etmişlər. 2019-cu ilin fevral ayının sonlarında Şükür, Murad və o təmir gedən evində söhbət zamanı Şükürlə Murad aralarında razılığa gəlmişlər ki, Murad özünə məxsus ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yeni tikilmiş yaşayış binasındakı 58800 manat dəyərində mənzilini təmir etdirmək üçün Şükür ona 18000 manat pul verəcək, Murad həmin evi təmir etdirib 1 kvadratmetrini təxminən 1000 manata satacaq, evin satışından əldə olunan puldan Şükürün təmir üçün verdiyi 18000 manat pulu ona qaytaracaq, özünün evi almaq üçün verdiyi pulu götürəcək, qalan xeyiri isə aralarında yarı böləcəklər. Bundan sonra 2019-cu ilin fevral ayının sonlarında ünvan 8qayıt şəhəri, 5-ci mikrorayon ərazisindəki “Badəm” çay evində Şükür ilə birlikdə Muradla görüşmüş və Şükür evin təmir işlərinə başlamaq üçün 5000 manat pulu Murada vermişdir. Murad 5000 manat pulu Şükürdən alıb qısa müddətə təmir işlərinə başlayacağını bildirmişdir. Lakin, "xxxx" MTK-dan təmir işlərinə icazə verilmədiyindən evin təmir işləri bir qədər ləngimişdir. 2019-cu ilin mart ayının sonlarında ünvan 8qayıt şəhəri, 5-ci mikrorayon ərazisindəki “Badəm” çay evində Şükür ilə birlikdə Muradla görüşüb söhbət edən vaxt Murad "xxxx" MTK-da işləyən tanışın vasitəsi ilə təmir işləri aparmaq üçün icazə aldığını bildirib bir neçə günə təmirə başlayacağını bildirmişdir. Bundan bir neçə gün sonra, yəni 2019-cu ilin aprel ayının əvvəllərində Murad təmir işlərinə başladığını bildirib Şükür həmin ünvana çağırmışdır. Həmin vaxt Şükürlə bir yerdə olduqlarından birlikdə ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yeni tikilmiş yaşayış binasındakı Muradın təmirə başladığı evə getmişlər. Həmin mənzil binanın 1-ci blokunda, 11-ci mərətəbədə yerləşirmiş. Evə daxil olduqda təmir işlərinin başlanıldığının şahidi olmuşlar. Bundan sonra 24 aprel 2019-cu il tarixədək bir neçə dəfə ünvan 8qayıt şəhəri, 5ci mikrorayon ərazisindəki “Badəm” çay evində onun iştirakı ilə Muradla görüşmüşlər və hər dəfəsində 2000-3000 manat intervalı ilə ümumlikdə 13000 manat pulu Şükür Murada vermişdir ki, evin təmir xərclərinə xərcləsin. Pulun sonuncu hissəsini verərkən, yəni 24 aprel 2019-cu il tarixdə Murad təklif etmişdir ki, Şükürlə arasında hansısa inamsızlıq olmasın deyə ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yeni tikilmiş yaşayış binasındakı təmir gedən evi 1 illik baş etibarnamə ilə Şükürə versin, evin təmirini başa çatdırıb satdıqdan sonra həmin etibarnaməni ləğv edər. Şükür də buna razı olduğundan Muradla Şükür xx.xx.2019-cu il tarixdə ünvan 8qayıt şəhəri 45-ci məhəllə ərazisindəki notariat kontoruna gedib həmin evi 1 illik baş etibarnamə ilə Şükürə vermişdir. 2019-cu ilin iyul ayında ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yeni tikilmiş yaşayış binasındakı mənzilin təmir işləri başa çatmış və Murad həmin evi satışa çıxartmışdır. Şükür evin alqısatqısını Murada həvalə etdiyi üçün satış prosessinin hansı mərhələdə olduğunu bilmirmiş. Muraddan bu barədə soruşduqda isə o, evi daha qazandı qiymətə satmaq üçün münasib müştərinin düşməsini gözlədiyini bildirmişdir. 2019-cu ilin avqust ayında Şükür ilə birlikdə evin satışı ilə bağlı Muradla görüşən vaxt Murad bildirmişdir ki, "xxxx" MTK-nın tikdiyi sosial evlərin təmiri üçün tanışı ilə birlikdə 50000 manat depozitə pul qoyub və hər ay pulun 10 faizini qazanc kimi götürür, lakin tanışının pula ehtiyacı olduğundan depozitdəki pulu götürmək istəyir. Murad Şükürə təklif etmişdir ki, tanışının depozitdən çəkdiyi 26000 manat pulu "xxxx" MTK-nın tikdiyi sosial evlərin təmirinə depozit kimi qoysa hər ay 2600 manat pul qazanacaq. Həmçinin, Murad bildirmişdir ki, pulu depozitdən çıxarmaq istəsə bir ay qabaqdan bu barədə məlumat verməli və məlumat verdikdən bir ay sonra depoiztə qoyulan pulu götürə bilər. Şükür isə bu barədə fikirləşəcəyini bildirmişdir. Murad isə 2019-cu ilin avqust ayı ərzində bir neçə dəfə Şükürlə ünvan 8qayıt şəhərində müxtəlif ünvanlarda görüşüb onu "xxxx" MTK- dakı sosial evlərin təmiri üçün depozitə pul qoymağın sərfəli olduğuna inandırmışdır. 18 avqust 2019-cu il tarixdə ünvan 8qayıt şəhəri, 45-ci məhəllə ərazisindəki “Ordubad” çay evində Şükür ilə birlikdə Muradla görüşmüşlər. Muradla Şükür söhbət edib razılaşmışlar ki, Şükür Murada 26000 manat pul verəcək, Murad həmin pulu "xxxx" MTK-dakı sosisal evlərin təmirinə depozit kimi qoyacaq və hər ay isə yol pulu kimi 100 manatını özünə götürüb qazanc olaraq Şükürə 2500 manat pul verəcək. Bu razılıqdan sonra Şükür 26000 manat pulu onun yanında Murada vermişdir. Murad pulu aldıqdan sonra hər şeyin yaxşı olacağını və kifayət qədər yaxşı pul qazanacaqlarını bildirib getmişdir. 20 sentyabr 2019-cu il tarixdə Şükürlə bir yerdə olan zaman Murad ona zəng edib 26000 manat pulun qazancı olan 2500 manat pulu ona vermək istədiyini bildirmişdir. Həmin gün, yəni 20 sentyabr 2019-cu il tarixdə ünvan 8qayıt şəhəri, 2-ci mikrorayon ərizsində Muradla görüşmüşlər. Murad qazanc olan 2500 manat pulu Şükürə vermişdir. Murad pulu verən vaxt onun pul qabında külli miqdarda pul var imiş. Şükürlə Murad birlikdə təmir etdirdikləri ünvan 8qayıt şəhəri 13-cü mikrorayondakı evin satışı barədə bir qədər söhbət etdikdən sonra Murad getmişdir. Bundan sonrakı 5 ay müddətində, yəni 2019-cu ilin sentyabr ayından yanvar ayınadək olan müddətdə Şükür ona bildirmişdir ki, Murad hər ay qazanc kimi 2500 manat pulu Şükürə vermişdir. Murad 5 ay müddətində cəmi Şükürə 12500 manat pul vermişdir. Lakin, 2020-ci ilin fevral ayında heç bir səbəb bildirmədən hər ay Şükürə ödəməli olduğu 2500 manat pulu verməmişdir. Şükür bir neçə dəfə Muraddan pulunu istəsə də o müxtəlif bəhanələr gətirib pulu verməkdən yayınırmış. Şükür Muradın aylıq qazanc olan 2500 manat pulu ödədmədiyini görüb ondan depozitə qoyduğu 26000 manat pulu depozitdən çıxarıb qaytarmasını istəmişdir. Murad isə pandemiya ilə əlaqədar bankların işləmədiyini bəhanə edib depozitdəki pulu çıxarda bilmədiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, 01 fevral 2020-ci il tarixdə Murad Şükürdən 3000 manat pul istədiyindən ünvan 8qayıt şəhəri 1-ci mikrorayon əraisində 3000 manat, 2020-ci ilin iyul ayında borca 1900 manat pul istədiyindən ünvan 8qayıt şəhəri, 45-ci məhəllə ərazisində 1900 manat, 01 avqust 2020-ci il tarixdə 7000 manat borca pul istədiyindən Şükür öz tanışı Rəsuldan alıb ünvan 8qayıt şəhəri, 45-ci məhəllə ərazisində Muradın dostu Tağının iştirakı ilə 7000 manat pulu Murada vermişdir. Murad aldığı pulları geri qaytarmadıqda Şükür borcunu geri istəməyə başlamışdır. Murad isə müxtəlif bəhanələr gətirib pulu qaytarmamışdır. 2020-ci ilin avqust ayında Muradla görüşüb söhbət edən vaxt Murad özünə məxsus ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yeni tikilmiş yaşayış binasındakı Şükürlə birlikdə təmir etdirdikləri evi Şükürün adına keçirməyi təklif etmiş və bunun üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Şükür isə pulu olmadığını bildirdikdə Murad demişdir ki, Şükürdə olan həmin evin alınmasına dair müqavilənin əslini və etibarnaməni ona versin, o, da öz tanışın vasitəsi ilə həmin evi Şükürün adına keçirəcək. Sonradan ona məlum olmuşdur ki, Şükür müqvilənin əslini və etibarnaməni Murada vermiş Murad da 12 avqust 2020-ci il tarixdə Şükürlə ünvan 8qayıt şəhəri, 5-ci mikrorayon ərazisində görüşüb ünvan 3 ünvanında yerləşən mənzilin Şükürün adına sənədləşdirilməsinə dair müqavilənin surətini Şükürə verərək həmin sənədlə evin Şükürün adına sənədləşdiyini və evin Şükürə məxsus olduğunu bildirmişdir. Həmçinin Murad bildirib ki, özünün bəzi problemləri var həmin problemləri həll etdikdən sonra evi satıb pulunu qaytaracaqdır. Şükür isə Murada bildirmişdir ki, onun işlərini həll edənədək, yəni 2021-ci ilin yanvar ayınadək gözləyəcək. Lakin, 2020-ci ilin noyabr ayında Şükürə məlum olmuşdur ki, Murad ev alıb təmir etdikdən sonra satmaq adı ilə ünvan 8qayıt şəhər sakini Sevda adlı qadından külli miqdarda pul almış, lakin vədinə əməl etmədiyinə görə sonuncu onun barəsində müxtəlif instansiya qrumlarına şikayətlər etmişdir. Muradın onu da aldadacağından şübhələndiyi üçün Şükürlə birlikdə 2020-ci ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yeni tikilmiş yaşayış binasındakı həmin evin həyətinə getmişlər. Həyətdən həmin mənzilə baxarkən eyvandan paltarların asıldığını görüb başa düşmüşlər ki, orada artıq yaşayış vardır. “Dərəçiçək’ MTK-nın işçiləri ilə maraqlandıqda onlara məlum olmuşdur ki, Murad həmin mənzili 2020-ci ilin yanvar ayında Nazim adlı şəxsə satmış, Nazim isə mənzili başqa bir şəxsə yaşaması üçün kirayə vermişdir. Halbuki, Murad həmin mənzili satması barədə Şükürə məlumat verməmiş və ya satarkən əldə etdiyi gəlirdən razılıqları üzrə hər hansı bir məbləğdə pul qaytarmamış, əksinə, bütün bunlardan xəbərsiz olduğu halda 12 avqust 2020-ci il tarixdə həmin mənzilin Şükürün adına sənədləşməsi barədə ona saxta müqavilə vermiş, üstəlik Şükürdən əlavə olaraq borca pullar almışdır. Muradla görüşüb bu barədə söhbət edən vaxt Murad Şükürdən aldığı pulları təyinatı üzrə istifadə etmədiyini bildirib aldığı pulları qaytarması üçün vaxt verməsini Şükürdən istəmişdir. Şükürlə qohum olduğundan və aralarında səmimi dostluq münasibəti olduğundan mütəmadi olaraq bir yerdə olurlar, bütün işlərini birlikdə görüb, işləri ilə bağlı kiminləsə görüşən vaxt əksər hallarda bir yerdə olurlar. Bununla yanaşı Şükür onun vasitəsi ilə Muradla tanış olduğuna görə onunla görüşüb işlə bağlı söhbətlər edən zaman o da həmin söhbətlərdə iştirak edirmiş. Bunun səbəbi Şükürün Murada etibar etməməsi yox, onun Muradla Şükür arasında olan danışıqların əvvəlindən onların yanında olmağı olmuşdur. Muradla Şükürün arasında olan razılaşmaya uyğun olaraq ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yeni tikilmiş yaşayış binasındakı mənzili təmir etdirmək üçün 2019-cu ilin fevral ayının sonlarından 24 aprel 2019-cu il tarixədək olan müddətdə ilk olaraq 5000 manat, qalan vaxtlarda isə 2000-3000 manat intervalı bir neçə dəfəyə ümumlikdə 13000 manat pulu Murad onun yanında Şükürdən almışdır. Bundan başqa Murad 18 avqust 2019-cu il tarixdə ünvan 8qayıt şəhəri, 45-ci məhəllə ərazisindəki “Ordubad” çay evində “Saray MTK -ya depozitə qoyacağı adı ilə Şükürdən onun yanında 26000 manat pul almışdır. Zərərçəkmiş şəxs2m tanımır, Murad ondan Zərərçəkmiş şəxs2 olan borcunu ödəmək üçün heç bir məbləğdə borca pul almayıb. X8 hansısa məbləğdə pul ödədiyindən məlumatsızdır. (Cild 4, iş vərəqləri 116-121) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid10 Vaqiz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 7-8 yaşından tanıyır. Onunla birgə bir məktəbdə oxumuş və bir mikrorayonda böyümüşdür. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2m tanımır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 ilə aralarında olan pul münasibətləri barədə danışmamış, həmçinin ondan Zərərçəkmiş şəxs2 verməsi adı il hər hansı bir məvacibdə pul almamışdır. (Cild 4, iş vərəqləri 198-201) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X4 öz ifadəsində digər şahidlər Şahid1 və Turanə Adullayevanın ifadələrinə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqləri 42-47) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyanın təqdim edilməsi haqqında” 13 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əl yazması ilə yazdığını qeyd etdiyi 01 ədəd list damalı sarımtıl vərəqəni könüllü olaraq istintaqa təqdim etmişdir. (Cild 1, iş vərəqləri 44- 46) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Sənəd və əlyazmalara baxış keçirilməsi haqqında” 19 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Murad Ramazovun xətti ilə yazıldığını iddia etdiyi 01 ədəd vərəqəyə ünvan 8qayıt ŞPİ-də otaq şəraitində süni işıqlandırma vasitələri altında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baxış obyekti sarımtıl damalı list vərəqədir. Vərəqənin ilk səhifəsində göy rəngli qələmlə qeyd edilmişdir ki, “Mən Təqsirləndirilən şəxs X5 götürdüyüm 63500 AZN pulun əvəzində qayatara bilməsəm 13 mk/r. mən 40 ünvanında olan evimi onun adına keçməsinə razılıq verirəm. İmza: (R hərfi ilə imza çəkilib) xx.xx.2020.” Qeyd edilmişdir. Listin digər səhifələrində başqa bir yazı qeyd edilməmişdir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, vərəqə birbaşa Təqsirləndirilən şəxs özü tərəfindən icra olunmuş və bununla bağlı Murada heç bir fiziki, psixi və ya mənəvi təzyiq göstərilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 Murad Ramazovun xətti ilə yazıldığını iddia etdiyi 01 ədəd vərəqənin əsli götürülərək protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 47-48) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyanın təqdim edilməsi haqqında” 11 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs xətti ilə yazıldığını iddia etdiyi 01 ədəd vərəqəni, 21 fevral 2018-ci il tarixdə tərəflərin arasında bağlanmış kredit müqaviləsinə, AR İ N 802197 saylı etibarnaməni, **********825 saylı ərizəni, xx.xx.2019-cu il tarixli arayışı könüllü olaraq istintaqa təqdim etmişdir. (Cild 1, iş vərəq 185) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Sənəd və əlyazmalara baxış keçirilməsi haqqında” 11 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi Murad Ramazovun xətti ilə yazıldığını iddia etdiyi 01 ədəd vərəqə, xx.xx.2018-ci il tarixdə tərəflərin arasında bağlanmış kredit müqaviləsinə, AR İ N 802197 saylı etibarnaməyə, **********825 saylı ərizəyə, xx.xx.2019-cu il tarixli arayışa baxış keçirilmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən icra edildiyini iddia etdiyi vərəqəyə baxış zamanı müəyyən edilmişdir ki, baxış obyekti VTB qeyd kitabçasının vərəqəsidir. Vərəqə açıq sarımtıl rəngdədir. Vərəqənin bir tərəfindəki kənarı cırılmış formadadır. Üzərində sol tərəfdə yuxarıda peçatla 28 bazar ertəsi yazılmış hissəsində göy rəngli qələmlə yazılmış əl yazma mövcuddur. Əl yazmada qeyd edilir: “Mən Təqsirləndirilən şəxs mənə məxsus olan 13 mk/r ev 27A mən 40da olan 2 otaqlı 98 m2 evimi Zərərçəkmiş şəxs2 məbləğ ((185) min civarında pul əvəzinə girov qoyuram. Əks halda evimin Zərərçəkmiş şəxs2 adına keçməsinə etiraz etmirəm. İmzalada təsdiq edirəm: (imza qoyulub). xx.xx.2020”. Sözügedən məzmunu Zərərçəkmiş şəxs2 deməsinə görə Təqsirləndirilən şəxs yazmışdır. Vərəqədəki 1 yazısından öncə qaralama vardır. Zərərçəkmiş şəxs2 vərəqənin Nicad Həsənovdan geri alandan sonra akar etmişdir. Belə ki, vərəqədə Nicadda olanda kimsə 1 yazısının üstünü qaralamışdır. O da sonradan əvvəlki məbləği bərpa etmək üçün 1 rəqəmini özü əlavə edib əsas məbləği yani əvvəllər Murad tərəfindən yazılmış 185 rəqəmini bərpa etmişdir. Həmin yazıdan bir qədər alt hissədə isə qeyd edilib “X13 **********” Sözügedən məzmunu Zərərçəkmiş şəxs2 deməsinə görə X6 geri alandan sonra vərəqənin üzərində olmasını görüb və həmin yazının Nicad Həsənov tərəfindən vərəqənin üzərinə qeyd olunduğunu düşünür. Vərəqənin digər üzündə sağ yuxarı tərəfində 26 şənbə sözləri yazılmışdır. Həmin üzdə göy rəngli qələmlə yazılmış əl yazma mövcuddur. Əl yazmada qeyd edilir: “Skorunu keçəndən sonra Elmar marketin üstü 1 pagez 11 mərtəbə liftə üz-üzə”. Zərərçəkmiş şəxs2 deməsində görə həmin yazını özü qeyd etmişdir. xx.xx.2018-ci il tarixli tərəflərin arasında bağlanmış kredit müqaviləsini özündə əks etdirən A4 vərəqə baxış zamanı müəyyən edilmişdir ki, həmin vərəqə ksero surətdir. Müqavilədə qeyd edilib: müqavilənin bağlandığı yer- ünvan 8qayıt, tarix- iyirmi bir fevral iki min on səkkizinci il. Borc verən-“Zərərçəkmiş şəxs2-ünvan 8qayıt, ev 1A/3B, mən. 39 (AZE 17243589, xx/xx/2017-ASAN-ünvan 8qayıt)” Borc alan- “Təqsirləndirilən şəxs-ünvan 8qaıt.MİK-H, ev 2A, mən.60 (AZE 1769275, xx/xx/2013-ASAN-ünvan 8qayıt)” 12 bənddən ibarət hüquq və vəzifələr. 1-ci bənddə- borc verən borc alana 3400 manat məbləğində pul borc verir. 2-ci bənd- borc alan krediti xx/xx/2018 tarixədək qaytarmal öhdəsinə götürür. Növbəti 10 bənddən sonra tərəflərin fotoşəkilləri əlavə edilib. AR-İ N 802197 saylı etibarnaməni özündə əks etdirən A4 vərəqə sənədin ksero surətidir. Etibarnamədə qeyd edilib: AR İ N 802197, ünvan 8qayıt şəhəri, dörd iyul iki min on doqquzuncu il, etibar edonünvan 8qayıt, MKR-11, 0V 2A, mən.60 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs. Eibar edilən- ünvan 8qayıt şəh. Ev 1A/3B ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs2. Etibarnamə üzrə Təqsirləndirilən şəxs tərəfindən verilən səlahiyyətlər: Həmin etibarnamə ilə “Dərəçiçək MTK”-nın xx.xx.2018-ci il tarixli, 040002 nömrəli müqviləsinə əsasən mənə məxsus olan ünvan 22 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98 kv.m olan 1 otqdan ibarət 40 nömrəli mənzilə dair sənədləri təqdim etməyi, özəlləşdirməyi, sənədləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, istifadə etməyi, icarəyə, kirayəyə verməyi, bununla əlaqədər məni bütün idarə və müəssələrdə...bütün hərəkətləri etməyi etibar edirəm. Etibarnamə 1 ay müddətinə verilib xx/xx/2013 tarixədək qüvvədədir. Bu etibarnamə ilə səlahiyyətlər başqa şəxsə verilə bilər. İmza ....(imza atılıb). Əl yazması ilə “’’X24” qeyd edilib. Etibarnmə reysterdə 7E-25903 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. 11.5 manat haqq tutulub. Notarius tərəfindən imzalanıb və möhürlənib. Blank nömrəsi : 802197. Çap tarixi xx/xx/2019, 17:39. **********825 saylı ərizəni özündə əksetdirən A4 vərəqə sənədin ksero surətidir. Ərizədə qeyd edilib: 6 Notariat ofisinə. ünvan 23i ünvanında qeydiyyatda olan Şahid1 tərəfindən ərizə. ( **********2825). xx.xx.2020 tarixdə ünvan 8qayıt şəhəri 1 saylı notariat ofisində ünvan 24 ünvanında qeydiyyatda olan X14, reysterdə 7E/4538 nömrə ilə qeyd ounmuş 99LA977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə etibarnamə vermişəm. Xahiş edirəm Azərbaycan Respublikası ....etibarnaməmin qüvvəsinə xitam verəsiniz. Çap tarixi xx/xx/2020, 17:11. xx.xx.2019-cu il tarixli arayışı özündə əks etdirən A4 vərəqə sənədin ksero surətidir. Arayışda qeyd edilib: xx.xx.2019-cu il. Arayış. Verilir Təqsirləndirilən şəxs ondan ötəri ki, həqiqətən “Dərəçiçək MTK”-nın ünvan 25 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbədə, ümumi sahəsi 98 kv.m olan, 2 otqalı, 40 saylı mənzilin dəyərini 58880 (əlli səkkiz min səkkiz yüz) AZN tam ödəmişdir. Dərəçiçək MTK-nin direktoru imza Əhmədov S.R və möhür. (Cild 1, iş vərəqləri 195-197) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-xətşünaslıq ekspertizasının 29 yanvar 2021-ci il tarixli, 4/10 nömrəli rəyində göstərilmişdir ki; 1. Ekspertizaya təqdim edilmiş, 14.5 X 23.5 sm ölçülü milə-mil qeyd dəftərinin vərəqi üzərindəki “Mən Ramazanov Murad Çingiz oğlu...” sözləriilə başlayıb “...imzamla təstiq edirəm: xx.xx.2020.” sözləri Hə bitən qəbzdəki əlyazmalar(həmin qəbzdə “(185)” rəqəmindəki “1” rəqəmindən başqa) və İmzamlada təstiq edirəm:” əlyazmaları qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. 2. Ekspertizaya təqdim edilmiş, 14.5 X 23.5 sm ölçülü milə-mil qeyd dəftərinin vərəqi üzərindəki “Mən Ramazanov Murad Çingiz oğlu...” sözləriilə başlayıb “...imzamla təstiq edirəm: xx.xx.2020.” sözləri ilə bitən qəbzdə “(185)” rəqəmindəki “1” rəqəminin - Təqsirləndirilən şəxs tərəfindən, Zərərçəkmiş şəxs2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiq olunan “1” rəqəmi özündə eyniləşdirmə üçün zəruri olan informativ əlamət saxlamadığından müəyyən etmək mümkün olmamışdır. (Cild 3, iş vərəqləri 228-231) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Sənədlərin texniki ekspertizası haqqında 09 mart 2021-ci il tarixli, 5/139-5/149 nömrəli rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş "Mən Təqsirləndirilən şəxs” sözləri ilə başlayıb, “imzamla təsdiq edirəm: xx.xx.2020” sözləri ilə bitən qəbzin 6-cı sətrindəki “1” rəqəmindən əvvəlolan qaralamanın yerində əvvəlcə “1” rəqəmi olmuş, sonradan üstdən düzəliş edilərək hal-hazırkı “mötərizə” işarəsinə dəyişdirilmişdir. 2. Tədqiqata təqdim edilmiş “Mən Təqsirləndirilən şəxs” sözləri ilə başlayıb, “imzamla təsdiq edirəm: xx.xx.2020” sözləri ilə bitən qəbzin 6-cı sətrində olan “(185)” rəqəmlərindəki “1” rəqəmi həmin rəqəmlərin qarşısına sonradan əlavə edilmişdir. 3.Həmin qəbzin 6-cı sətrindəki “1” rəqəminin qarşısında olan qaralanmış “mötərizə” işarəsi ilə kəsişən “əl yazı”!ar əvvəl həmin “mötərizə” isə sonradan icra edilmişdir. 4.Tədqiqata təqdim edilmiş “Mən Təqsirləndirilən şəxs” sözləri ilə başlayıb, “imzamla təsdiq edirəm: xx.xx.2020” sözləri ilə bitən mətndəki əlyazılarının və qaralanmış “mötərizə” işarəsinin icrasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə diyircəkli qələmlərdə istifadə olunan mürəkkbələrə aiddirlər və öz aralarında eynidirlər. (Cild 4, iş vərəqləri 5-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-fonoskopik ekspertizasının 05 mart 2021-ci il tarixli 4/107-4/111 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş bir ədəd “CD” formatlı diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş və həmin danışıqların yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından ekspert qarşısında qoyulmuş ikinci sual üzrə tədqiqat aparılmamışdır. (Cild 4, iş vərəqləri 23-34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mobil telefona baxış keçirilməsi haqqında” 10 yanvar 2021-ci ii tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qızı Turanə Bağırovaya məxsus Samsung A10 markalı mobil telefonun Whatsapp sosial şəbəkəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunan mobil telefon qara rəngli Samsung A10 markalı mobil telefondur, telefonun monitor hissəsində sınıq və çat izləri vardır, arxa hissəsi qırmızı rənglidir. Mobil telefonun əsas menyusundan Whatsapp sosial şəbəkəsinə daxil olunmuş, Turanə Bağırovanın deməsinə görə həmin sosial şəbəkədə ********** saylı nömrə üzrə qeydiyyatdan keçmişdir. Zərərçəkmiş şəxs2 sözügedən şəbəkə vasitəsi ilə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxsla danışdığını bildirmişdir. Whatsapp kontaktında şəkilsiz profil olan ********* saylı nömrə üzrə qeydiyyatdan keçmiş “Murad” adlı şəxslə olan yazışmaya daxil olanda aşağıdakı məzmunda səs yazmaları və sms mətnləri görünmüşdür: xx.xx.2020 saat 09:42 Sevda səs yazma- sabahın xeyir murad.axşam sənin dostun zəng vurmuşdu mənə telelefonda axıra qədər danışa bilmədim. Özümnən getdim. Yenə qonum qonşu yığılmışdı bura. Mənim başım çıxmır bu siziniiklər mənə niyə vurur ki pulu gedən də mən məni axtarırlar məni tapırlar niyə səni kim şantaj edir. Kim neyniyir nağayrır. Dalıyca düşməkdən onu tapmaqdan bu kimdi nə məsələdi. Sənin başına nə oyun gəlib bunu araşdırmaqdan bunlar hələ mənə zəng vururlar məni şantaj eliyir mənio axtarır. Bu nə məsiədi mən baş aça bilmədim; xx.xx.2020 saat 09:52 Sevda səs yazma- Səni kim şantaj edir? Bəs özün bilmirsən səni kimdir şantaj eliyən? kimdi çağıran? nə bilim hə axşam nəsə deyirdi. Dəftər nə bilim nə adınız var orda Sevda mən də deyirəm ki, qardaş mən onunla şərikik biz onunla ev alıb ev remont eləmişik ev satmışıq. Nəbiiim belənçinə də ipotekaya pul qoyulubdur. Elə orda da danışa-danışa halım tərlənib elə özümdən getmişəm. Telefon da qulağımdan düşübdür. Bir mən də narahatam nədir nə döyü! kimdir səni şantaj edən nədir bir çıx ortalığa nə zadı var ki elə adam ölüdürü bir qoy görək ucu bucağı hara gedir nəl olub? Bə həmin adam ortalıqda yoxdu mu deyirsən nədir?; xx.xx.2020 saat 10:07 Sevda səs yazma- pullar ipotekada deyilmi? Murad, pullar ipotekda deyilmi? De görək; 22.05.202 saat 16:46 Sevda səs yazma- Ay Murad bir daha salam. Murad sənin bu dostun yenə zəng vurmuşdur. Mən ha insan kimi başa salmağa çalışıram. Bu elə dnaışır ki? Mən qadın xəylağı mən gedib adam gətirməkdən hələ bu bütün. Mən hörmətləri izətləri gözləyirəm. Bu hələ elə danışır ki elə bil nə bilim vallah şantajnan nəynən. Elə bil bunan aramızda danışıq olub nə olub? Ağzına gələni danışır. Neyniyir. Ha başa salmağa çalışıram, qardaş, o pul ipotekaya yatızdırılıbdır. Öyenə də başa sala bilmirəm. İndi Murad nə yerdədir? Bu iş nə yerdədir? Bu pullar ipotekadadır? İpotekada deyil? Doğru-dürüst bir cavab ver. Mən də bilim. Görüm hanı? nədir? bu pullar batırmısanmı? yoxsa doğrudan da ipotekadadır? yoxsa ipoteaya? yox başqa yerə yatızdırmısan? Ay murad belə hissə edirəm ki, guya ki, sənin dostun xox gəlir neyniyir? elə bil ginən ki bu Muradın dostudur. Bu ağzına gələni danışır. Söhbətimiz səninlə olub mən başqa adamları başa sala bilmirəm, indi nədir nə məsələdir? Bir danış elə qoy bir yoluna qoyaq bəs mən də yazıq deyiləmmi? 1 manat deyil 5 manat deyil . Bu boyda yükün altına girmək bu boyda külfətnən bu boyda uşaqlanan bu boyda xəstə uşaqnan elə dünya dərəbəyliyinə döyül ki bu sənin bu dostun mənə ağzına gələni deyir. Nəbilim nə nə nə?; xx.xx.2020 saat 16:51 Sevda səs yazma- Ay Murad sən Allah bir kəlmə de görüm bu pulun hamısı batıbmı? ipotekada varmı? yoxmu? Hamısımı batıb? yarısımı batıb? nolar bir düz əməlli bir cavab ver mənə; xx.xx.2020 saat 21:55 Murad sms- yox narahat olma is gedir yerindadi; 22.05.202 saat 22:19 Sevda səs yazma- Murad demədin nə qədər pula ehtiyacın var? sən neçə günlərdir gəlmirsən evə, ay qaqa; xx.xx.2020 saat 22.25 Murad sms- Sana dedim da ogun 15000 ustunda na olsa verim isdarim yarimciq qalib mala pul yoxdu; xx.xx.2020 saat 22:28 Sevda səs yazma- Özün bilirsən nə qədər cəhd etdim alınmadı. Bircə sağ salamat işlərini yoluna qoy gəl bu camaatın əmanətlərini qaytaraq. Yoxsa bu camaat məni yiyər öldürər, onnansa gedim özüm özümü öldürüm və bu kimi digər səs yazıları mövcuddur. Baxış zamanı yazışmalar skreen edilib fotoşəkillər işə əlavə edilmiş, səsyazmalar isə CD diskə köçürlüb işə əlavə edilmişdir.(Cild 3, iş vərəqləri 198- 215) Cinayət işi materiallarına əlavə edilmiş “Maddi sübut kimi tanıma haqqında” 11 oktyabr 2021-ci il tarixli qərardan görünür Turanə Bağırovanın telefonuna baxış keçirilərkən aşkar edilmiş səsyazmaların köçürüldüyü CD disk və skrrən fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir.(Cild 4, iş vərəq 209) Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 161) Maddi sübut kimi tanınma haqqında 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi elktron daşıyıcı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Cild 4, iş vərəq 196) Maddi sübut kimi tanınma haqqında 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Murad Ramazovun xətti ilə yazıldığını iddia etdiyi 01 ədəd vərəqə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Cild 132-133) Maddi subut kimi tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi Murad Ramazovun xətti ilə yazıldığını iddia etdiyi 01 ədəd vərəqə, xx.xx.2018-ci il tarixdə tərəflərin arasında bağlanmış kredit müqaviləsi, AR İ N 802197 saylı etibarnamə, **********825 saylı ərizə, xx.xx.2019-cu il tarixli arayış iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 4, iş vərəqləri 136-138) Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə pul almadığını, Sevdanın faizlə ona pul verdiyini və həmin pulları qaytardığını, Zərərçəkmiş şəxs2 hər hansı bir vəd vermədiyi ilə bağlı gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Cinayət işininin materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş ünvan 8qayıt şəhər məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir ki, X18 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşı kimi təqdim edərək, tanışları Şahid6 və elməddin Məmmədovla əlbir olaraq guya Təqsirləndirilən şəxs həmin idarədə saxlandığını yalandan deməklə onun azadlığa buraxılması üçün 30 may 2020-ci il tarixdə X10 3.000 manat pulunu, sonra isə Təqsirləndirilən şəxs barəsində şikayətin götürülməsi adı ilə 9.000 manat pulun əvəzi olaraq xx.xx.2020-ci il tarixdə “Chevrolet Aveo” markalı **-LA-*** dövlət nömrə nişanlı avtomobili ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 12.000 manat məbləğində maddi ziyan vurmuşlar. Qeyd edilənlər bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında mülki münasibətlərdən irəli gələn hər hansı bir mübahisə olmamış, Təqsirləndirilən şəxs əvvəlcədən niyyəti zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmək və aldatma yolu ilə onların əmlaklarının ələ keçirilməsi olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə tövsif edilməsi düzgündür, həmin əməlləri qəsdən törədilmiş, bu əməllər başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən 2 il müddəti ilə hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə onlar həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə cinayət qanunvericiliyinin həmin maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə isə onlar təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə sistemində olan məlumatlardan və iş materallarına əlavə edilmiş doğum haqqında və nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2013 və 2016-cı il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 Zərərçəkmiş şəxs1la barışması onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə tutulmuş və ünvan 8qayıt şəhər məhkəməsinin 23 may 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 21 may 2021-ci il tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müdddəti uzadılmışdır. Məhkəmə icraatı dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 4, iş vərəqləri 104-105, 169-174) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış ünvan 8qayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 24 aprel 2019-cu il tarixli 740327 nömrəli etibarnamə; Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək saxtalaşdırılmış xx.xx.2020-ci il tarixli 04002 saylı müqavilə; Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş, Murad Ramazovun xətti ilə yazılmış 01 ədəd list vərəqə; Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş, Murad Ramazovun xətti İlə yazılmış 01 ədəd vərəqə, xx.xx.2018-ci i! tarixli kredit müqaviləsi, AR N 802197 saylı etibarnamə, **********825 saylı ərizə, xx.xx.2019-cu il tarixli arayış; Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş, səsyazmaların köçürüldüyü 01 ədəd elektron daşıyıcı; Turanə Bağırovanın telefonuna baxış keçirilərkən aşkar edilərək səsyazmaların köçürüldüyü 01 ədəd CD disk və skreen fotoşəkillər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 582 (beş yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 24 aprel 2019-cu il tarixli 740327 nömrəli etibarnamə; xx.xx.2020-ci il tarixli 04002 saylı saxta müqavilə; M.Ramazovun xətti ilə yazılmış 02 ədəd vərəqə; xx.xx.2018-ci i! tarixli kredit müqaviləsi, AR N802197 saylı etibarnamə, **********825 saylı ərizə, xx.xx.2019-cu il tarixli arayış; səsyazmaların köçürüldüyü 02 ədəd elekton daşıyıcı (CD disk) və skreen fotoşəkillər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 582 (beş yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində ünvan 8qayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə ünvan 8qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar