Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-106/2024 30.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərarı ilə hökmü dəyişdirilərək cəzası 02 ilə endirilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya elan edilməsi haqqında qərarına əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, 05 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehran adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən 06 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 182,267 qram narkotik vasitə heroini, külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 11 ayrıayrı bükümdə ümumi təmiz çəkisi 121,684 qram psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda təsir maddəsinin ümumi miqdarı 1,44 qram təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 04 ədəd konvalyut kəsiyində 36 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həbləri, şəxsi istehlak miqdarından artıq miqdarda xarici görünüş əlamətlərinə və tərkibinə görə eynilik təşkil edən 13 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 258,2 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 2022-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Zaqulba kəndi ərazisində əldə edib daşıyaraq saxlamış, 21 iyul 2022-ci İl tarixdə saat 17:00-da Sumqayıt şəhəri, Betonzavod ərazi dairəsi, market 39 ünvanının yaxınlığında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,896 qram psixotrop maddə olan metmfetamin, 01 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,745 qram olan narkotik vasitə heroin, həmin gün saat 18:55-19:25 aralığında onun yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı mənzilin qonaq otağında yerləşən dolabın sol tərəfindəki stulun alt hissəsindən içərisində on üç bükümdən ibarət bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 210 qram, bir ədəd sellonfan bükümdə təmiz çəkisi 16,83 qram, altı ədəd torbacığda ayrı-ayrılıqda təmiz çəkiləri 5,53 qram, 5,45 qram, 3,02 qram, 5,20 qram, 5,44 qram, 5,33 qram, dörd ədəd qızılı kağız bükümdə və bir ədəd sellofon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,22 qram, 0,29 qram, 0,38 qram və 0,17 qram olan ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 258,2 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, beş bükümdə ayrı ayrılıqda təmiz çəkisi 180,0 qram, 0,199 qram, 0,188 qram, 0,063 qram, 0,072 qram külli miqdarda ümumi təmiz çəkisi 180,522 qram narkotik vasitə heroin, on bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 60,0 qram, 50,0 qram, 0,982 qram, 0,960 qram, 0,895 qram, 0,858 qram, 0,879 qram, 0,413 qram, 4,631 qram və 0,170 qram külli miqdarda ümumi təmiz çəkisi 119,788 qram psixotrop maddə olan metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda təsir maddəsinin ümumi miqdarı 1,44 qram təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 04 ədəd konvalyut kəsiyində 36 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblər və üzərində narkotik vasitə heroinə məxsus izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2016-2017-ci illərdən bəri metamfetamin növündə psixotrop maddə istifadə edir. Abşeron rayonu, Novxanı kəndi ərazisində 24 saat işləyən market işlədirdi. Həmin marketdə işlədiyi müddətdə yuxusuz qaldığı üçün bu yuxusuzluğun qarşısını almaq üçün metamfetamin növündə psixotrop maddə istifadə etməyə başlamışdır. Narkotik vasitə saxladığına görə əvvəllər məhkum edilmişdir. 21 iyul 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazi dairəsi, Sənaye məhəlləsində yerləşən 12 nömrəli evdə olarkən qapı döyülmüşdür. Bir nəfər şəxs ona çölə çıxmağını bildirmişdir. O da ondan kim olması barədə soruşmuşdur. Tanımadığı şəxsin onu çölə çağırmağına etiraz etdiyi üçün onunla aralarında mübahisə yaranmışdır. O, əlini onun bel kəmərinə atmış və bel kəmərindən tutaraq, onu çölə çıxarmaq istəmişdir. Həmin şəxs fiziki cəhətdən ondan daha zəif olmuşdur. O da əli ilə onu itələmiş və özündən uzaqlaşdırmağa çalışmışdır. Bu zaman onun arxasında 3 nəfər şəxs gəlmiş və onu yerə yıxaraq, əl qandalı tətbiq etmişlər. Həmin vaxt onun valideynləri və oğlu da evdə idi. Polis əməkdaşlarının ona qarşı göstərdikləri rəftar və təzyiqləri valdeynləri və oğlu görmüşlər. Onlardan onu nə üçün saxladıqları barədə soruşduqda, onun tutulmağı barədə əmr verildiyini və onun tutulmalı olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları onu buraxmaqları üçün müəyyən məbləğdə pul istəmişlər. Onlar onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqlarını bildirmişlər. Onlar yolda gedərkən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən əməliyyat müvəkkili Şahid1 mobil telefonuna zəng gəlmişdir. O, mobil telefonla danışdıqdan sonra əməliyyat tədbirinin təxirə düşdüyünü bildirmiş və onlar yarı yoldan geri qayıtmışlar. Onlar onu Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinə gətirmişlər. Orada bir müddət kiminsə gəlməyini gözləmişlər. Daha sonra müdafiəçinin gəlməyini gözləmişlər. Üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış həyata keçirilmişdir. Videoçəkilişdən əvvəl onu ailəsi ilə hədələmişlər, atasını da tutacaqlarını bildirmişlər. O da məcbur qalaraq, onlarla razılaşmışdır. Videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən verilmiş qanunsuz vasitələri onlara təqdim edərək, onun olduğunu bildirmişdir. Həmin gün təxminən saat 22:00-23:00 radələrində də yaşadığı evə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində mobil telefon olmuşdur. Onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Onun mobil telefonuna narkotik vasitələrlə bağlı mesajlar gəlsə də, onun tərəfindən heç kimə həmin mesajlara uyğun məzmunda cavab göndərilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə saat təxminən 17:00 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni Sumqayıt şəhəri, Betonzavod ərazi dairəsi, Market 39-un yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan şalvarın sol yan cibindən l(bir) bükümdə heroin və l(bir) bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol arxa cibindən içərisində mobil nömrə olmayan Samsung markalı və içərisində ***-***-**-** mobil nömrəsi olan Huavei markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisi qablaşdırma ilə birlikdə 2,23 (iki tam yüzdə iyirmi üç) qram, metamfetaminin çəkisi qablaşdırma ilə birlikdə 2,50 (iki tam yüzdə əli) qram olmuşdur. Sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəm bu barədə ona izah verildikdən sonra götürülmüşdür. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Mehran”adlı şəxsin vasitəsi ilə 5(beş) gün bundan əvvəl Xəzər rayonu, Zaqulba kəndi ərazisindən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 20(iyirmi) manatdan, metamfetaminin qramını 25 (iyirmi beş) manatdan satışını həyata keçirdiyini, özünün təxminən 6(altı) ildir ki, narkotik maddələrin aludəçisi olduğunu, həmçinin yaşadığı ünvan 4 ünvanında da narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Sonra yaşadığı evə getmişlər. Evə baxış zamanı atası Şahid4 da iştirak etmişdir. Baxış zamanı ona yaşadığı evdə saxladığı narkotik maddələri təqdim etmək təklif olunmuş, bu təklifdən sonra o qonaq otağında olan dolabın sol tərəfindəki stulun alt hissəsindən içərisində 13 (on üç) bükümdə qurudulmuş marixuana, 5(beş) bükümdə heroin, 10(on)bükümdə psixotrop maddə olan metamfetamin, 36 ədəd Metadon 40 həbi, 1 ədəd elektron tərəzi, 1 ədəd **********336983 nömrəli plastik bank kartı və 33 (otuz üç) ədəd ödəniş qəbzi olan sellofan torbanı təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuana kütlələrinin çəkisi qablaşdırma ilə birlikdə 289 (iki yüz səksən doqquz) qram, heroin kütlələrinin çəkisi qablaşdırma ilə birlikdə 186( yüz səksən altı) qram, metamfetamin kütlələrinin çəkisi qablaşdırma ilə birlikdə 136(yüz otuz altı) qram olmuşdur. Sonra həmin kütlələr və l(bir) ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirildi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə, narkotik addə, narkotik maddə qalıqları aşkar edilməmişdir. O verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlələrin və ödəniş qəbzlərinin hamısının özümə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Mehran” adlı şəxsin vasitəsi ilə 5(beş) gün bundan əvvəl Xəzər rayonu, Zaqulba kəndi ərazisindən satış məqsədi ilə əldə etdiyimi, heroinin qramını 20(iyirmi) manatdan, metamfetaminin qramını 25(iyirmı beş) manatdan, qurudulmuş marixuananı 60(altmış) manatdan, Metadon həbinin listini isə 70(yetmiş) manata satışını həyata keçirdiyini, yaşadığım evdə narkotik maddə saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, üzərinə Sumqayıt ŞPİ-nin 4-cü PB-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Bədən nahiyyəsində hər hansı xəsarət və xəsarət izləri olmamış, ona qarşı hər hansı fiziki zor, təsi və təzyiq göstərilməmiş, barəsində aparılan istintaqla bağlı heç bir şikayət və tələbi olmamış, narkotik vasitəni aldığı həmin İran İslam Respublikasının vətəndaşının adı «Mehran» olsa da, onun digər anket məlumatlarım bilməmiş, mobil telefon nömrəsini xatırlamamışdır. Həmin narkotik vasitəni almaqda ona kömək edən olmamış, bunu tək etmiş, evindən aşkar edilmiş 01 ədəd elektron tərəzi ilə əldə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etməkdən ötrü saxlamış, çeklər satdığı narkotik vasitlərin çekləri olmuşdur və bank kartmdanda narkotik vasitələrin satışında və alışında istifadə etmişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmuş, heroinin 1 qramını 20 manata, metamfetaminin 01 qramını 25 manata, metodonun 01 listini (10 ədədini) 70 manat, marixuanının 10 qramını 60 manata Sumqayıt şəhərində müxtəlif şəxslərə satmış, istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. (Cild 1, iş vərəqləri 80-83) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. 21 iyul 2022-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Betonzavod ərazisinə getmişlər. Qeyd olunan ünvanda müşahidə aparan zaman Təqsirləndirilən şəxs görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu yaxınlıqdakı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə, narkotik vasitə heroinə bənzər kütlələri, 2 ədəd mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan Mehran adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Zaqulba kəndi ərazisində əldə etdiyini, əlavə olaraq yaşadığı evdə narkotik vasitələr və psixotrop maddələr saxladığını, orada saxladığı qanunsuz vasitələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Keçirilmiş tədbirin davamı olaraq Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı evinə özünün icazəsi ilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs metamfetamin növündə psixotrop maddələr, heroin və marixuana növündə narkotik vasitələr və elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı həmin evdə Təqsirləndirilən şəxs atası da olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs və onun valideynlərini silahla hədələməmişlər, onlardan pul tələb etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. 21 iyul 2022-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Betonzavod ərazisinə getmişlər. Qeyd olunan ünvanda müşahidə aparan zaman Təqsirləndirilən şəxs görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu yaxınlıqdakı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə, narkotik vasitə heroinə bənzər kütlələri, 2 ədəd mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan Mehran adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Zaqulba kəndi ərazisində əldə etdiyini, əlavə olaraq yaşadığı evdə narkotik vasitələr və psixotrop maddələr saxladığını, orada saxladığı qanunsuz vasitələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Keçirilmiş tədbirin davamı olaraq Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı evinə özünün icazəsi ilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs metamfetamin növündə psixotrop maddələr, heroin və marixuana növündə narkotik vasitələr və elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, müharibə veteranıdır. Oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün səhhəti pis olmuşdur. Yaşadığı evin qapısı döyülmüşdür. Təqsirləndirilən şəxs qapını açmağa getmişdir. Təqsirləndirilən şəxs qapını açdıqda 3-4 nəfər polis əməkdaşları onu vurub yıxmışlar. Daha sonra onların yanına gəldikdə, özlərini AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Onlara oğlunu nə üçün vurduqları barədə etirazını bildirmişdir. Həmin polis əməkdaşlarından biri belindən silahı çıxararaq, Təqsirləndirilən şəxs başına doğru tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs buraxmaqları müqabilində 20000 manat məbləğində pul tələb etmişlər. Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pul olmadığını bildirdikdən sonra 10000 manat məbləğində pul tələb etmişlər. Təqsirləndirilən şəxs yenidən həmin məbləğdə pul olmadığını demişdir. Daha sonra polis əməkdaşlarından biri digər polis əməkdaşlarına Təqsirləndirilən şəxs ata və anasına da əl qandalı tətbiq edilməsinə dair əmr vermiş və bildirmişdir ki, onları da narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi rəsmiləşdirəcəklər. Az sonra həmin polis əməkdaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olan hər hansı bir şəxsin adını deməsini və bu halda onu buraxacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs bu dəfə də onlarla razılaşmamışdır. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Daha sonra yenidən evə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmişdir. Lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadıqları evdə tutmuşlar. Evdə olarkən qapı döyülmüş və Təqsirləndirilən şəxs qapını açmışdır. Həmin vaxt qapı tərəfdən səs-küy gəlmişdir. Oraya getdikdə, mülki geyimli şəxslərin Təqsirləndirilən şəxs yerə yıxdıqlarını görmüşdür. Onlar polis əməkdaşları olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs əl qandalı tətbiq etmişlər. Daha sonra evə daxil olmuşlar, Təqsirləndirilən şəxs narkotik vasitə satdığını bildirmişlər. O, onlara etirazını bildirmişdir. Bundan sonra polis əməkdaşlarından biri belindən silahı çıxarıb səs salmamalarını demişdir. Daha sonra 15 dəqiqə vaxt verərək, Təqsirləndirilən şəxs buraxmaqları üçün 20000 manat məbləğində pul tələb etmişlər. Onlara qeyd olunan məbləğdə pullarının olmadıqlarını bildirdikdən sonra 10000 manat məbləğində pul tələb etmişlər. Bundan sonra həmin şəxs digər polis əməkdaşlarına Təqsirləndirilən şəxs valideynlərinə də əl qandalı tətbiq olunması barədə göstəriş vermişdir. Az sonra həmin polis əməkdaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olan hər hansı bir şəxsin adını deməsini və bu halda onu buraxacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs bu dəfə də onlarla razılaşmamışdır. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik nakotik vasitə heroinə bənzər maddə, 01 bükümdə, ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə, şalvarın sol arxa cibindən 02 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Evə baxış keçirilməsi və götürmə haqqında” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman qonaq otağında olan dolabın sol tərəfindəki stulun alt hissəsindən içərisində 13 (on üç) bükümdə qurudulmuş marixuanaya bənzər maddə, 5(beş) bükümdə heroinə bənzər maddə, 10(on)bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, 36 ədəd «Metadon 40» həbi, 01 ədəd elektron tərəzi, 1 ədəd **********336983 nömrəli plastik bank kartı və 33 (otuz üç) ədəd ödəniş qəbzi olan sellofan torba aşkar olunaraq götürülmüşdür.(Cild 1, iş vərəqləri 34-35) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış keçirilməsi və götürmə haqqında” 21 iyul 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və yaşadığı evə baxış keçirilən zaman protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-17779/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx-xx-2022-ci il tarixdə saat 17:17-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Evden cixİram akwin 2kola nol bew pati», xx-xx-2022-ci il tarixdə saat 09:14-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «2fanta+3-kola», 11- 06-2022-ci il tarixdə saat 23:03-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Yetim evdeydim konturda yoxdu yazmağa saba qalde abi olari vermek birde gor qardwin ne deyir torpağa deysen meni yadan cixartmada yaxwi qaqa cavide bir esi olsan getirsen cavide yaz bir kelmeki azada denen qoydum ora saba yİgacam maci mugayet ol abi»,ll-06-2022-ci il tarixdə saat 23:04-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs İstifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «keleme yazarsan imkanin olsa biz terfe kecmek ge tirib qoyardin heminki yere olsa saba gunortuya olar hazirdida yani torpağ tebiet daw verecem gedecek gel»,xx-xx- 2022-ci il tarixdə saat 23:50-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə « Yetim evdeyemde oncun hele daniwirdim qaqa saba sene yigacamda 1 lde 12de rahat daniwariq sen torpağ goturende gele bilirsen biz terefe ne bacarirsan ver saba helebil saat3-4de pul hazirdida gelsen getirib dawin altina qoyardin ela olarda vererdim olari qaqa cani pul lazimdida akwin etga 3-4gune vermeliyem deye oncun”, xx-xx-2022-ci il tarixdə saat 15:53-də ***-***-**-**3 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qaqaşİm kömrü. Elede qaqaşiva xecaletdi qalmaram sumqayitdayay heci sen etağa gücün neye catmir ele pati olsada olar ne diyim pişsin Vezyet nebilim Naz'da görşey neyse kömeyim seyre geleli buralardayım yiğda brat hümanizm. Sensen», 14-06- 2022-ci il tarixdə saat 04:28-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qaqa varsa bir dənə o başağrı dərmanmnan da götür», xx-xx-2022-ci il tarixdə saat 22:05-də 051 - ***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 070-326- 63-41 saylı mobil telefon nömrəsinə «Qaqa evdeyem gelirsen sumqayita gel biz terefe qapiya lOOmant var memde birazdanda yene vuracaglar karta deyecem sene gor getire bilirsen lOq kola ver mene axsam 12de vuracaglar pulun kartin kodun atmisam olara vuracag sen gor neynirsen bawiva donum pisdide veziyet aksin etga borc yiyesi gelib bu gun direnib evde etga alem deyib bir birine sen menim canim kola getirde mene 2-3gun komeylik ele mene qardw cani qalmaramda altinda gor neynirsen sen cani», 14-06- 2022-ci il tarixdə saat 22:22-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «man gune saba tezden cixacam evden indi istiyirdi bir nefer deyirdi axsam 12de gelib goture bilirem lOq kola vere bilirsen ver naraht olmada yetim buğun axwam 12ye kimi karta vuracam qalan pulu getire vere bİlseydin men dediyimi bu gun ikimizin cani 2- 3guniuydu bele cetinciliy olacag duzelecekde qaqa», xx-xx-2022-ci il tarixdə saat 22:30- da ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Nem qaqa gorde neyniye bilirsen meni cixart bu palajeniyadan memde altinda qalmiyacamda gelirsen bizim qapiya çatanda yazki burdayam qapinin ustunen verim pulu alindirsan amma aksin etga yaxwi olarda birdene komeylik ele mene 2-3gunluk meni cixart bu zibilden qardwimsan gorde neynirsen», xx-xx- 2022-ci il tarixdə saat 16:12-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qaqulya İmkan olsa eger bidene balaca das verersen qaqava imkan olmasada no problem sen her bir halda ureysen», xx-xx-2022-ci il tarixdə saat 21:00-da ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 070- ***-**-** saylı mobil telefon nömrəsinə «Qaqam yaniva galmak isdiyiram 2 dana kola lazİmdi», xx-xx-2022-ci il tarixdə saat 21:32da ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qaqa men isdan cixanda gelecemde 2 dene qoyarsan qiraga qardaşımsan xahis ediram 12da yanindayam» ibarət sms mübadiləsi aparılır. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir. (Cild 2, iş vərəq 33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3981 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi olan bir ədəd kağız paketdə bir ədəd göy rəngli sellofan bağlamada olan; -üzərində «Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 1,896 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,745 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində «Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada on ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 60,0 qram, 50,0 qram, 0,982 qram, 0,960 qram, 0,895 qram, 0,858 qram, 0,879 qram, 0,413 qram, 4,631 qram, 0,170 qram ümumi təmiz çəkisi 119,788 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 180,0 qram, 0,199 qram, 0,188 qram, 0,063 qram, 0,072 qram ümumi təmiz çəkisi 180,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Methadone-40» göstəricisi olan 4 ədəd konvalyut kəsiyində 36 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 1,44 qram (01 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Təqdim edilmiş on bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentldərinə görə eynilik təşkil edir. Təqdim edilmiş altı ədəd bükümdə narkotik vasitə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyən etmək mümkün olmadı və digər altı bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (Cild 1, iş vərəqləri 49-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/804 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Təqsirləndirilən şəxs...» yazısı və imzalar olan polietilen bağlamadaki polietilen torbanın içərisində 01 ədəd şəffaf sellofan torbada təmiz çəkisi - 210 qram; 01 ədəd sellofan bükümdə təmiz çəkisi - 16,83 qram; 06 ədəd sellofan torbacığda ayrı- ayrılıqda təmiz çəkiləri 5,53 qram, 5,45 qram, 3,02 qram, 5,20 qram, 5,44 qram, 5,33 qram və 04 ədəd qızılı kağız bükümdə, 01 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,22 qram, 0,29 qram, 0,38 qram, 0,17 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudlumş marixuanadır. Marixuananın ümumi çəkisi - 258,2 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin polietilen bağlamada bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (Cild 1, iş vərəqləri 44-48) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6532 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 241-242) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürlmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 257,55 qram narkotik vasitə qurudulmuş marixuana, 182,087 qram narkotik vasitə heroin, 121,244 qram psixotrop maddə metamfetamin, 32 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 03 ədəd disk və 33 ədəd ödəniş qəbzləri maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 78-94) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin şahidlər Şahid4 və Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar, yəni polis əməkdaşları tərəfindən təzyiqə uğraması, oğulları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı göstərdikləri xüsusatları şahidlərin təqsirləndirilən şəxsin valideyni olmaları və onun mənafeyinə ifadə vermələri ilə izah edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin və onun valideynlərinin təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərarı ilə hökmü dəyişdirilərək cəzası 02 ilə endirilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya elan edilməsi haqqında qərarına əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, 05 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivinin olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəazsını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 23 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 83-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməklə hesab edir ki, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 257,55 qram narkotik vasitə olan qurudulmuş marixuana, 182,087 qram narkotik vasitə olan heroin, 121,244 qram psixotrop maddə olan metamfetamin, 32 ədəd metodon həbləri məhv edilməli və 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. 03 ədəd disk və 33 ədəd ödəniş çekləri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 143 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbrilər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan narkotik vasitələr - 257,55 qram çəkidə qurudulmuş marixuana, 182,087 qram çəkidə heroin, psixotrop maddə - 121,244 qram çəkidə metamfetamin, həmçinin 32 ədəd metodon həbləri məhv edilsin və 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 03 ədəd disk və 33 ədəd ödəniş çekləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-106/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-106/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver