Məhkəmə qərarları › İş №1(124)-106/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-106/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-106/2025 08.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə ümumi təmiz çəkisi 32,098 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq ünvan 4 ünvanının yaxınlığına daşımışdır. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 22 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada 23 fevral 2023-cü il tarixdə saat 00:04-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümlərdə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 14,731 qr və 17,367 qr olmaqla, ümumi təmiz çəkisi 32,098 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, Sumqayıt şəhərində yerləşən “Mc donalds” filialında olmuşdur. Polis əməkdaşları ona yaxınlaşmış və onun qoluna girmişlər. Ona “bizimlə getməlisən” demişlər. Onlardan kim olduqlarını soruşduqda onlar polis əməkdaşları olduqlarını və səsini çıxarmamalı olduğunu bildirmişlər. Bundan başqa ona səsini çıxararsa yanında olan şəxsi də onunla birgə aparacaqlarını demişlər. Onun yanında X11 adlı xanım olmuşdur. Onlara xanımı yola salmalı olduğunu bildirmişdir. Onlar da razılaşmışlar. Onlarla birlikdə çölə çıxmışdır. Polislər onu öz avtomobillərinə əyləşdirmişlər. Avtomobildə onu döyə-döyə aparmışlar. “Kia Optima” markalı avtomobil olmuşdur. Avtomobildə olarkən ağızlarına gələni danışmağa başlamışlar. Ona “ora bandotdeldir və sən hara getdiyini bilirsən mi” deyə hədə-qorxu gəlməyə başlamışlar. İlk öncə ondan silah istəmişlər. O da silahının olmadığını bildirmişdir. Ona “sənə telefon veririk və yaxın dostlarına zəng elə və sənə silah təşkil etmələrini istə” demişlər. Onlara silah təşkil edə biləcək dostlarının olmadığını bildirmişdir. Ona “əgər silah gətirməsən səni narkotiklə yükləyib içəriyə yola salacağıq” demişlər. Onlar yenə silah verməyi üçün təzyiq etməyə başlamışlar. Ondan sonra narkotik vasitəni gətirib onun qarşısına qoyaraq imza çəkməli olduğunu demişlər. Ona “bu narkotik sənindir və sən razılaşmasan belə yenə də səni narkotiklə yola salacağıq” demişlər. O, imza çəkmədiyi üçün ona təzyiqlər göstərmişlər. Ona hədə-qorxu gələrək əmi uşaqlarını, bibi uşaqlarını bir sözlə bütün qohumlarını gətirəcəklərini bildirmişlər. Onun qarşısına kağız qoyaraq evinə girmələri üçün icazə istəmişlər. 2023-cü ilin fevral ayının 22-si saat onun yarısı saxlanılmışdır. 22 fevral 2023cü ildə saxlanılmağı ittiham aktında düzgün göstərilmişdir. Baxça Şəhər Yaşayış Kompleksinin yaxınlığında yerləşən Mc Donaldsda saxlanılmışdır. Narkotik vasitələrin hər hansı növündən əvvəllər istifadə etməmişdir. Ali təhsillidir. X2 hüquq fakultəsində oxuyur. Polisin onunla nə düşmənçiliyi olduğunu bilməmişdir. Dava-dalaş olmuşdur. Həmin davadalaş nəticəsində ondan şikayət olunduğu ehtimalı vardır. Həmin dava tutulmamışdan bir ay əvvəl olmuşdur. Davanın olduğu ünvanı dəqiq xatırlamamışdır. Həmin dava zamanı onda silah olmamış, həmçinin o haradasa silah nümayiş etdirməmişdir. Onu yükləmək istəmişlər. Daha dəqiqi birinci onu silahla yükləmək istəmişlər. Sonra isə narkotik vasitə ilə yükləməyə başlamışlar. X11 ilə fevral ayının 22-si saat səkkizdə danışmışdır. Həmin xanım universitetdə oxuyur. Hansı universitetdə oxuduğunu xatırlamamışdır. Xanımı Sumqayıt Dəmiryol Vağzalının qarşısında qarşılamışdır. Onunla birgə birbaşa “Mcdonaldsa” gəlmişdir. İçəriyə üç nəfər girmişlər. Onu Mc donaldsdan çölə çıxarmışlar. Xanımı taksi ilə yola salmışdır. Onun ** AA *** dövlət nömrə nişanlı avtomobilini özləri aparmışlar. Həmin gün əynində boz rəngli şalvar, qara rəngli kapşonkalı kurtka və boz rəngli köynək olmuşdur. Qoluna qandal vurmuşlar. Avtomobilinin açarını özləri götürmüşlər. Cibində telefon və vəsiqə olmuşdur. Eyni zamanda qulaqlıq da olmuşdur. Onu döyə-döyə gətirmişlər. Onun avtomobilini başqa bir əməliyyatçı idarə etmişdir. Onu apardıqları avtomobildə beş nəfər olmuşlar. Onlardan biri sağında, digəri solunda və ikisi də ön oturacaqlarda əyləşmişlər. Onun üzərinə baxışı bir gün sonra keçirmişlər. Bir gün ərzində də ona ancaq təzyiq göstərmişlər. Həmin günü yanına əmisioğlu gəlmişdir. Əmisi oğlunun adı Elnurdur. Qandalı onun qoluna arxadan vurmuşlar. O, idarədə hərəkət edən zaman əmisioğlunu orada görmüşdür. Ondan nələrin baş verdiyini soruşduqda ona olanları danışmışdır. O, Elnura narkotiklə yüklənildiyini və narkotiki sağ cibinə qoyduqlarını, narkotiki boynuna götürmədiyi halda Sabir və Vüsalı da buraya gətirməklə hədələnildiyini demişdir. Onu səhərə qədər döymüşlər. Tutulmamışdan bir ay əvvəl olan davada onda silah olmamışdır. Həmin hadisədə silah, yəni tir olmuşdur. Bibisi oğlunun adı Sahildir. Müdafiəçi təkcə çəkiliş zamanı olmuşdur. Həmin vaxtda da yatmışdır. Növbətçi vəkillərin siyahısı ona təqdim edilməmişdir. Qətimkan tədbiri ilə bağlı məhkəməni gözləyən zaman çöldə onlar ayağına vuraraq “unutma da sən haradan gəlmisən, oradakı günlərin yadından çıxmasın, hələ bugünlərin yaxşıdır, sənin başına oyun açarıq” tipli hədələr gəlmişlər. O, ümumiyyətlə, prokurorla görüşməmişdir. Onun üzərində iki ədəd telefon olmuşdur. Onun yanında telefonlara baxış keçirmişlər. Telefonda qeyri-qanuni heç bir şey aşkar olunmamışdır. İdmanla, yəni cüdo ilə məşğul olmuşdur. Hər altı aydan bir idmana görə analiz vermişdir. Həmin dispanser Sumqayıt şəhərində yerləşmişdir. Videoçəkiliş zamanı avtomobilini görmüşdür. Açarı onun cibindən əvvəlcə götürmüş və daha sonra yenidən cibinə qoymuşlar. O, həkimlə söhbət etmiş, həkim ona “görürəm ali savadlı birisən. Bəs səni niyə yükləyiblər?” sualını vermişdir. Fevral ayının 22-si gətirilən günü onu vəkillə təmin etməmişlər. O, vəkili videoçəkiliş zamanı görmüşdür. Orada da həmin vəkil ancaq oturmuş, heç onunla söhbət belə etməmişdir. O, müdafiəçini bir dəfə otaqda görmüşdür. Həmin protokollar tərtib olan zaman və imza çəkən zaman müdafiəçi yanında olmamışdır. Müstəntiqdən başqa orada heç kim olmamışdır. Onun avtomobili açarla işə salınmışdır. O, yığmada məşq etmiş və idmanda onun naliyyətləri olmuşdur. Avropada ikinci yerə çıxmışdır. Kubokları da vardır. Ən sonuncu dəfə analiz verdiyi tarix onun yadında deyil. Cüdoda 60-66 kiloqram çəkidə çıxış etmişdir. Ona qarşı həm fiziki, həm də psixi zor tətbiq etmişlər. Onu dubinka ilə döymüşlər. Dubinka ilə ayağından və böyrəyindən vurmuşlar. Ona ayağından və qolundan aparatla elektrik vermişlər. Bədənində izlər qalmışdır. Gözünün altında zərbədən sonra göyərti qalmışdır. Onun xəsarətlərini qeydiyyata almamışlar. Öz xəsarətlərini təcridxanaya daxil olan zaman bildirmişdir. Ayağında şişlik olmuşdur. Tutulandan 3 gün sonra Təcridxanaya göndərilmişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman gözünün altında xəsarət olmuşdur. Ona da heç bir reaksiya verməmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ay olar ki, “patı” adlı narkotik maddədən istifadə etməyə başlamışdır. Həmin maddəni də Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə edirmiş. Tutulduğu gündən iki gün əvvəl isə şəxsi işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman məişət tullantıları atılan ərazidə təsadüfən yerdən iki ədəd büküm tapmış və bükümlərin içərisində zahirən istifadə etdiyi “patı” adlı maddə olduğunu görüb tanıyaraq sonradan özü istifadə edəcəyi məqsədi ilə cibinə qoyub üzərində saxlamışdır. Saxlanıldığı gün, yəni 22 fevral 2023- cü il tarixdə o, ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi “Mercedes” markalı avtomaşının yanında dayanan zaman ona mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu BMCMİ-nin İnzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və idarə etdiyi avtomobil də polis əməkdaşlarının müşaiyəti ilə həmin idarəyə aparılmışdır. Onlar deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb üzərində “patı” adlı maddə olduğunu bildirib üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan şalvarın sağ yan cibindən iki ədəd bükümlərdə olan tapdığı narkotik maddələri, şalvarın arxa sağ cibindən “iPhone” markalı mobil telefonu, şalvarın sol arxa cibindən digər “iPhone” markalı mobil telefonu ilə nağd pulu, şalvarın sol yan cibindən isə idarə etdiyi avtomobilə aid olan açarla şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərində başqa heç bir əlavə maddə və predmet yox imiş. Təqdim etdiyi bükümlərə keçirilən baxış zamanı bükümlərin hər biri ayrılıqda açılaraq içərisinə baxış keçirilmiş və həmin bükümlərin İçərisində ağ rəngli kristal formalı maddə kütlələrinin olması məlum olmuşdur. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddələr barədə sorğu edilərkən o, yuxarıda qeyd etdiyi kimi aşkar edilmiş maddələri tutulduğu gündən iki gün əvvəl təsadüfən yerdən tapdığını və gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Daha sonra ona məxsus olan mobil telefonlar əhəmiyyət kəsb edə biləcəkləri ehtimalından şəxsiyyət vəsiqəsi ilə birlikdə götürülmüş, avtomobilin açarları ilə nağd pul isə özünə geri qaytarılmışdır. Daha sonra ondan avtomobildə hər hansı bir qanunsuz maddə və ya predmet saxlayıb-saxlamamağı soruşulmuş. Lakin o, avtomobildə hər hansı bir qanunsuz maddə olmadığını bildirsə də avtomobilə də videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Yuxarıda qeyd olunan tərkibdə həmin avtomobilə baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumatda şəxsin narkotik vasitələrini əldə etməsi, daşıması və satışı ilə məşğul olması göstərilmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. O, Şahid3 və Şahid2 Məmmədli oğlu ilə birlikdə şəxsin olduğu yeri müəyyən etmişlər. Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Baxçaşəhər Yaşayı Kompleksinin yaxınlığında şəxsin özünə məxsus avtomobilin yanında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxsə şübhənin mahiyyəti izah olunmuşdur. Daha sonra şəxsi baş idarəyə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Özü üzərində metamfetamin adlı narkotik vasitə olduğunu bildirmişdir. Üzərindəki bükümü təqdim etmişdir. İki gün əvvəl Novxanı adlanan ərazidən həmin narkotik vasitəni tapdığını bildirmişdir. Özünün istifadəsi məqsədi ilə üzərində olduğunu demişdir. Daha sonra şəxsin avtomobilinə baxış keçirilmiş və avtomobilində qanunla qadağan olunan əşya və ya predment aşkar olunmamışdır. Daha sonra şəxsin narkotik vasitələrini kimlərə satmasının dairəsi müəyyən olunmamışdır. Əməliyyat məlumatı ona daxil olmuş və əməliyyata özü rəhbərlik etmişdir. Əməliyyat məlumatında şəxsin narkotik vasitələrini əldə etməsi, daşıması və satışı ilə məşğul olması göstərilmişdir. Əməliyyat məlumatı həmin gün daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq və təsir olmamışdır. X10 Kompleksinin girişində saxlamışlar. Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında xanım olmamışdır. Şəxs özünü müdafiə etmək məqsədi ilə məhkəmədə yanlış fikir formalaşdırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində də iclas zalında ifadə verən zaman bu halı qeyd etmişdir. Şəxsi axşam saatlarında saxlamışlar. Saat dəqiq yadında deyil. Əməliyyat məlumatı həmin günü səhər daxil olmuşdur. Məlumatda şəxsin satışla məşğul olması göstərilmişdir. O, əməliyyat şöbəsinin əməkdaşıdır. Narkotiklərlə işləyən şöbə onlarda yoxdur. Baş İdarə olaraq respublikanın bütün ərazilərində əməliyyat tədbirini keçirə bilirlər. Məlumatı onlara verən mənbə şəxsin xarici görünüşü ilə bağlı məlumatları onlara vermişdir. Həmçinin şəxsin fotoşəkili də onlarda olmuşdur. Şəxs haqqında portaldan məlumatın kim tərəfindən və nə vaxt çıxarılmasını xatırlamamışdır. Şəxsi onlar izləməmişlər. Əməliyyat məlumatında şəxsin olduğu yeri onlar müəyyən edərək onun olduğu yerə gəlmişlər. Gün ərzində şəxsin harada olması barədə məlumat daxil olmuşdur. Avtomobilin yanında olanda şəxsə yaxınlaşmışlar. Həmin ərazidə Mc Donalds restoranı olmuş, lakin şəxs Mc Donaldsın içərisində olmamışdır. Avtomobilin yanında tək dayanmışdır. Şəxsin üzərindəki geyimi xatırlamamışdır. Şəxsi özünə məxsus olan avtomobillə gətirmişlər. Avtomobil onlar tərəfindən idarə edilsə də, kim tərəfindən idarə edilməsini xatırlamamışdır. Avtomobilinin açarını şəxs özü onlara təqdim etmişdir. Şəxsə şübhənin mahiyyəti elan olundu. Şəxs onlara müqavimət göstərməmişdir. Üzərindəki narkotiki kənara atmağa cəhd göstərməmişdir. Videoçəkiliş hansı otaqda keçirilibsə, şəxs də həmin otaqda olmuşdur. Videoçəkiliş kimin tərəfindən aparılmasını dəqiq xatırlamamışdır. Müdafiəçinin iştirakını təhqiqatçı təmin etmişdir. Şəxsə qarşı fiziki və psixi təsir edilməmişdir. Şəxsi saxlayan zaman onlar üç nəfər olmuşlar. Bir nəfər onların öz avtomobilini sürmüşdür. Onun idarə etdiyi avtomobilin arxasında Tural adlı əməkdaş əyləşmişdir. Hadisənin üzərindən çox vaxt keçirildiyinə görə avtomobili həmin vaxtı özünün idarə etməsini xatırlamamışdır. Videoçəkiliş zamanı şəxs özü könüllü şəkildə narkotiki təqdim etmiş və istifadə etdiyini bildirmişdir. Şəxsin nə zaman ekspertizaya aparılması onun yadında qalmamışdır. Şəxsin üst geyimini xatırlamamışdır. Narkotiki şəxs cibindən çıxarmışdır. Əynində olan kurtkanın rəngini xatırlamamışdır. Təqsirləndirilən şəxslə müdafiəçi arasında konfidensial görüş üçün şərait yaradılmışdır. Şəxs səmimi etiraf elədiyinə görə mənzilinə baxmağa ehtiyac duymamışlar. Təqsirləndirilən şəxsə məxsus olan avtomobilin necə işə salınmasını xatırlamamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 22 fevral 2023-cü il tarixində Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə əməliyyat məlumatında qeyd olunan Sumqayıt şəhəri Sülh küçəsi, Baxçaşəhər Yaşayış Kompleksinin qarşısına gəlmişlər. 15 dəqiqə orada müşahidə aparmağa başlamışlar. Müşahidəmizin on beşinci dəqiqəsində xarici simaca oxşayan şəxsi yəni X7 görmüş və ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini ona göstərmişlər. Polis əməkdaşları olduqlarını ona bildirmişlər. Həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Şəxs özünü təqdim edərək həqiqətən də Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsi şübhənin və tutulmanın əsasları ilə tanış etmişlər. Şəxsi baş idarəyə dəvət etmişlər. Təhqiqat orqanının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Üzərinə baxış zamanı iki ədəd sellofan bükümdə narkotik vasitə aşkar olunmuşdur. Əməliyyat qrupuna üç nəfər daxil olmuş və əməliyyata Şahid1 rəhbərlik etmişdir. Şəxsi Baxçaşəhər Yaşayış Kompleksinin qarşısında saxlamışlar. Şəxs həmin vaxtı tək olmuşdur. Şəxsin yanında xanım olmamışdır. Şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Əməliyyat məlumatı ona məxsus olmadığına görə nə vaxt daxil olmasını bilməmişdir. Axşam radələrində məlumat əsasında şəxsin olduğu yerə gedəcəklərini ona bildirmişlər. Şəxsin şəkili onlarda olmuşdur. Şəkli portaldan çıxarmışlar. Portaldan şəkili saat neçədə çıxarmaqlarını dəqiq xatırlamamışdır. Portaldan çıxan məlumat hər üçündə olmuşdur. Həmin ərazidə Mc Donalds restoranı olmuşdur. Həmin restorana təqsirləndirilən şəxs girməmişdir. Onlar şəxsi görəndə şəxs çöldə olmuşdur. Təxirə salınmaz əməliyyat məlumatı olduğuna və güdmə üçün məhkəmənin qərarı olmadığına görə onlar şəxsi güdə bilməmişlər. Şəxsə sual veriləndə şəxs mənzilində narkotik vasitə olmadığını etiraf etmişdir. Səmimi etiraf elədiyinə görə şəxsə inanmışlar. Şəxsin üzərində tərəzi olmamışdır. Onlar bir avtomobillə getmişlər. O və İlham təqsirləndirilən şəxslə birgə onun avtomobilində geri qayıtmışlar. Digər əməkdaş isə onların gəldikləri avtomobillə qayıtmışdır. Təqsirləndirilən şəxsin avtomobilini kimin idarə etməsi onun yadında deyil. Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən zaman da bu halı bildirmişdir. Həmin vaxtı hadisənin üzərindən çox vaxt keçmədiyi üçün xatirində qalmışdır. Şəxsin əlinə qandal vurmamışlar. Şəxsin üst geyimi yadında deyil. Şəxs müqavimət göstərməmişdir. Mercedes markalı avtomobil olmuşdur. Avtomobilin necə işə salınması yadında deyil. Müdafiəçi məsələsinin həlli təhqiqatçının səlahiyyətində olan məsələdir. Növbətçi vəkillərin siyahısı şəxsə təqdim olunmuşdur. Siyahının göstərilməsində şəxsən özü iştirak etməmişdir. Evinə baxışla bağlı təqsirləndirilən şəxsdən yazılı ərizə almamışlar. Şifahi şəkildə sözü ilə razılaşmışlar. Şəxsi saat 21:30-da saxlamışlar. Bir saata idarəyə gəlmişlər. Müdafiəçi bütün baxış proseslərində iştirak etmişdir. Konfidensial görüş üçün şərait yaradılmışdır. Özü Əməliyyat İdarəsinin əməkdaşıdır. Narkotiklə bağlı ayrıcı bölmə onlarda yoxdur. Onlar Sumqayıt şəhər Polis İdarəsindən kömək istəməmişlər. Tədbiri özləri həyata keçirmişlər. Şəxsə qarşı hər hansı bir şəxs təzyiq etməmişdir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Onun qohumlarından heç kimi tanımamışdır. Təqsirləndirilən şəxs öz yaxın qohumlarına məlumat vermişdir. Protokolda da qeyd olunmuşdur. Kiminlə danışdığı yadında deyil. Şəxsə qarşı hər hansı bir fiziki və psixi təsir olmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iştirakı təmin olunmadığından müdafiə tərəfinin vəsatəti əsasında Şahid2 Bakı Ağır Cinayətlər məhkəməsində verdiyi ifadəsi həmin məhkəmənin protokolundan elan olunmaqla araşdırılmış. Belə ki, Şahid2 Məhəmmədəli oğlu sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbiri keçirilmiş, axşam tərəfi Sumqayıt şəhərində "Baxçasaray» yaşayış massivi tərəfdə saxlanılmışdır. Baş idarəyə gətirilərək vəkilin iştirakı ilə şəxsi axtarış və baxış keçirilmişdir. Özü üzərində olan iki büküm psixotrop maddə metamfitamini çıxararaq təqdim etmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyat tədbirində 3 nəfər iştirak etmişlər. Onu "McDonaldsın” yaxınlığında saxlamışlar. Videoçəkilişi özü aparmışdır. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Əməliyyat məlumatı 22 fevral 2023-cü ildə daxil olmuşdu. Onu vətəndaş sorğusu əsasında saxlamışlar. Onlara təqsirləndirilən şəxs barəsində məlumat verilmişdir. Axşam saat 9-10 radələrində saxlamışlar. Saxlanılan vaxtı tək olmuşdur. Saxlanılandan sonra öz şəxsi avtomobilinə mindirərək baş idarəyə gətirmişlər. Avtomobili İlham idarə etmişdir. Tural isə arxada Dilavərlə oturmuşdur. Onun qoluna qandal vurulmamışdır. Saxlanılandan 30-40 dəqiqə sonra idarəyə çatmışlar. Üzərinə və maşınına həmin gün baxış keçirilmişdir. Vıdeoçəkiliş aparıİdıqdan sonra MSY-ə təhvil verilmişdir. Üzərində xəsarət olduğunu xatırlamamışdır. Avtomobilin açarının Dilavərə təqdim edildiyi yadında olmamışdır. Şəxs avtomobilin açarını çəkilişdə təqdim etmişdir. Şəxsi axtarışda telefonu və üzərində olan metamfetamini çıxarıb təqdim etmişdir. Maşından nə aşkar olunduğunu xatırlamamışdır. Şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etmişdir. Qərarı İlham təqsirləndirilən şəxsə elan etmişdir. Məlumat daxil olandan sonra texniki vasitələrdən istifadə edib onun şəxsi məlumatlarını müəyyən etmişlər. Rəhbərliyə məruzə olunduqdan sonra həmin günü təqsirləndirilən şəxsi saxlayıb idərəyə gətirmişlər. Onunla bir maşında olmamışdır. Təqsirləndirilən şəxs istifadəsi üçün psixotrop maddəni üzərində gəzdirdiyini bildirmişdir. Satış faktı öz təsdiqini tapmamışdır.Narkotik vasitəni Novxanı ərazisində tapdığını bildirmişdir. Onlar Sumqayıtda başqa şəxslərə yaxınlaşmamışlar. Saxlanılan zaman tək olmuşdur. Onun qohumunun qəbulla bağlı idarəyə gəldiyini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Əvvəllər təqsirləndirilən şəxslə münasibətləri olmuşdur. 2023-cü ilin fevral ayının 22-si həftənin üçüncü günü Təqsirləndirilən şəxs ilə danışmışdır. Həmin günü dərsdən çıxmışdır. Bakı Dövlət Universitetindən gəlmişdir. Qatarla Sumqayıt şəhərinə gəlmiş və onu Təqsirləndirilən şəxs qarşılamışdır. Baxçaşəhər Yaşayış Kompeksinə doğru getmişlər. “McDonalds” restoranında əyləşmişlər. Həmin anda da mülki geyimdə olan üç nəfər əməkdaş onlara yaxınlaşmışdır. Sonra Təqsirləndirilən şəxs qoluna girmişlər. Təqsirləndirilən şəxs qolundan tutaraq üçü bir yerdə restorandan çölə çıxmışlar. Həmin vaxtı özü içəridə gözləmişdir. Daha sonra həmin şəxslərdən biri yaxınlaşaraq ondan Təqsirləndirilən şəxs məxsus avtomobildə onun özünə məxsus olan əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs məxsus olan avtomobildə onun çantası qalmışdır. Çantanın içərisinə baxdıqdan sonra ona təhvil vermişdir. Ondan sonra getmişlər. Təqsirləndirilən şəxs ilə ciddi münasibətləri olmuşdur. Ailələri də bir-birini tanımışdır. Dilavər sakit təbiətli biri olmuşdur. O, siqaret belə istifadə etməmişdir. Səkkiz və ya doqquz ay müddətinə Dilavərlə münasibətləri olmuşdur. Bu müddət ərzində onun pis vərdişlərinin şahidi olmamışdır. Hadisə 22 fevral 2023-cü il tarixində baş vermişdir. Həmin gün votsap sosial şəbəkəsində yazışaraq görüş təyin etmişlər. Telefonu dəyişdiyi üçün aralarında həmin günü olan yazışmalar silinmişdir. ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Həmin vaxtı Dilavər ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Onlar görüşü Sumqayıt Dəmiryol Vağzalının qarşısına təyin etmişlər. Dilavər avtomobili ilə onu qarşılamağa gəlmişdir. Onun avtomobili Mercedes markalı, 716 dövlət nömrə nişanlı avtomobil olmuşdur. Onlar “MC Donalds” restoranın içərisində stendin qarşısında yemək sifarişi verən zaman polislər yaxınlaşmışlar. Onlar həmin vaxtı yeməyi sifariş verməmişlər. O həmin şəxsləri birinci dəfə görmüşdür. Xidməti vəsiqələrini göstərmişlər. O, Dilavər ilə polis əməkdaşları arasında keçən danışıqları eşitməmişdir. Dilavəri qara rəngli Hyundai markalı avtomobil ilə aparmışlar. Dilavərin öz avtomobili orada qalmışdır. Restoranın içərisinə iki polis əməkdaşı yaxınlaşmışdır. Daha sonra əməkdaş ona yaxınlaşaraq “sizi evinizə ötürmək lazımdır mı” deyə sual vermişdir. O da ehtiyac olmadığını bildirmişdir. Daha sonra da getmişdir. Ondan sonra Dilavərin qardaşına, bibisinə, bibisi oğluna zəng edərək hadisə barədə məlumat vermişdir. Restoranda olan zaman Dilavərin üzərinə baxış keçirilməmişdir. Avtomobilin açarını haradan götürdüklərini görməmişdir. Şəxsin telefonu üstündə olmuşdur. Şəxsin saatı həmişə üstündə olmuşdur. Avtomobilin açarı da üzərində olmuşdur. Hətta arxa cibində pul qabısı da olmuşdur. Saatın markasını xatırlamamışdır. Qara remenli saat olmuşdur. Restoranda təxminən beş dəqiqə qalmışdır. Dilavərin ailə üzvləri ilə danışdıqdan sonra çıxıb getmişdir. Restorandan ayrılanda Dilavərin avtomobilinin orada olub-olmaması detalını tam xatırlaya bilməmişdir. Onun fikrincə Dilavərin avtomobilinin açarı əməkdaşlarda olduğu üçün həmin avtomobili əməkdaşların aparması ehtimalı vardır. Onlar stendin qarşısında dayanıb sifariş vermək istəmişlər. Onlar heç əyləşə bilməmişlər. Hadisələr restoranın içərisində baş vermişdir. Şəxsin üzərinə baxış keçirilməsinin şahidi olmamışdır. O, restoranın qapısının ağzında olmuşdur. Dilavərin avtomobili restoranın qarşısında park olunmuşdur. O içəridən çölü görmüşdür. Əməkdaşlar Dilavəri qapının şüşəsindən kənara çəkmişlər. Çöldə baş verənlərdən xəbərdar olmamışdır. Əməkdaş ondan əşyalarının avtomobilin içərisində olub-olmamasını soruşanda onun avtomobillə arasında iki addımlıq məsafə olmuşdur. Əməkdaşlar ona vəsiqələrini təqdim etmişlər. Daha sonra əməliyyatçılar ilə Dilavər onun yanından uzaqlaşmışlar. O, hüquq və vəzifələrin izah olunması və hər hansı bir qərar təqdim etmələrinin şahidi olmamışdır. Mən görməmişəm. Restoranın qapısı şüşədəndir. Gedən zaman polis əməkdaşlarının biri ön oturacaqda əyləşmişdir. Dilavərə zor tədbiq olunmasının şahidi olmuşdur. Polislər Dilavərə “bizimlə getməlisən” demişlər. Dilavər onlardan “bir dəqiqə olar mi yanımda xanım vardır” demişdir. Polislər də ona gözləməsini tapşıraraq yaxınlaşacaqlarını bildirmişlər. Bundan sonra onlar şəxsin qolundan tutaraq çıxmışlar. O, şəxsin qoluna qandal vurulmasının şahidi olmamışdır. AA-716 nömrəli avtomobil Dilavərin avtomobili olmuşdur. Əməkdaş avtomobilin açarını götürərək avtomobilin içərisində əyləşmişdir. Avtomobildə olan çantanı götürüb onun yanına gəlmişdir. Əməkdaşla üzbəüz durduqda əməkdaş ondan başqa nəyinsə var mı deyə soruşmuşdur. O da olmadığını bildirmişdir. Daha sonra yenidən Dilavərin avtomobilinin yanına yaxınlaşmışdır. Həmin vaxtı isə Dilavər artıq əməkdaşlara məxsus olan avtomobilin arxa oturacağında əyləşmişdir. Özü oradan ayrılanda Dilavərin avtomobilinə baxmamışdır. Dilavəri özünə məxsus olan avtomobillə aparmamışlar. Dilavərə məxsus olan avtomobil cip tipli avtomobil olmuşdur. O bir dənə avtomobilin getməyini görmüşdür. İçərisində də tam olaraq ortada Dilavərin əyləşdiyini görmək mümkün olmuşdur. Ora qədər olan prosesi görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "Dilavər" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə məlumat daxil olmuş və "Dilavər" adlı şəxs xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 88 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 88 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə eldə edilməsi, üstündə saxlaması, eləcə də daşınması və satılmasında şübhəli bilinən xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 21:30-da ünvan 4 ünvanının yaxınlığında İdarə etdiyi, "Mercedes" markalı, **-AA-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü saxlanıldığı yerdən həmin avtomobili ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Cinayət işinin materiallarında olan 23 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 fevral 2023-cü il tarixdə saat 21:30-da ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi “Mercedes” markalı **-AA-*** qeydiyyat nişanlı avtomaşının yanında dayanan zaman saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd sellofan bükümdə təmiz çəkisi 32,098 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş "xxxx" MMC-dən alınmış diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş hər iki ‘iPhone" markalı mobil telefon aparatları işlək vəziyyətdə olub, sensor ekranlı, daxili yaddaşlı və antenalıdır.Mobil telefonlar işlək vəziyyətinə gətirilərək daxilində olan məlumatlara, konkret olaraq isə kontaktlar, SMS bölməsi, mobil telefonların yaddaşına köçürülmüş və qeydiyyatdan keçmiş sosial şəbəkədə ünsiyyət vasitəsi kimi istifadə olunan “Whatsapp” mobil tətbiqinə keçirilən baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı hal aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 23 fevral 2023-cü il tarixli 6/1105 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr; Təqsirləndirilən şəxs-imza, iştirak etdilər -dörd -imza, tərtib etdi: K.Kərimlİ ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri - 14,731 qram, - 17,367 qram, ümumi təmiz çəkisi - 32,098 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminlərin ümumi təmiz çəkisi - 32,098 qram, tədqiqata cəmi sərf edildi - 0,2 qram (hər birindən - 0,1 qram), qalıq - 31,898 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2917 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 1 aydır ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib. Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-245/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22.02.23-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, “əməliyyataxtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından müəyyən olunur ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Bakı şəhər Nərimanov Rayon Prokurorunun köməkçisi İİ dərəcəli hüquqşunas X6 420-C-23 saylı yoxlama materialı üzrə qəbul etdiyi xx.xx.2023-cü l tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Baş Mütəçəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdikləri yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş 3562 № sorğuya cavabdan müəyyən olunur ki, xx.xx.2003-cü təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmayıb. Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumata əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmiş, sağ çiyin nahiyyəsində iki ədəd köhnə toxuma müşahidə edilmişdir. Təqsirləndirilən şəxsin ilkin tibbi müayinəsinə dair tibb kitabçasından çıxarışdanda qeyd olunanlar öz təsdiqini tapır. Cinayət işinin materiallarında olan idmanın “Cüdo” növü ilə bağlı diplomlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cüdo üzrə Beynəlxalq Təhsil kuboku yarışmasında iştirak edib İİİ yer, Cüdo üzrə açıq Avropa Beynəlxalq yarışmasında iştirak etməklə İİ və İİİ yerləri tutmaqla uğur qazanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat tapşırığına əsasən müəyyən olunur ki,  Təqsirləndirilən şəxs psixotrop maddələri kimdən və nə vaxt əldə etməsi araşdırılaraq qeyd edilən şəxs(lər)in müəyyən olunaraq ifadəsinin alınması üçün İstintaq və Təhqiqat İdarəsinə gətirilməsi təmin edilsin;  Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, müsbət halda həmin maddələrdən satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin;  cinayətin törədilməsində iştirakı ola biləcək digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirləri görülsün;  qeyd olunanlarla kifayətlənməyib, Təqsirləndirilən şəxs cinayətkar əlaqələri, başqa cinayət əməllərini törədib-törətməməsi və əməliyyat-axtarış tədbirləri zamanı iş üçün əhəmiyyət kəsb edəcək digər hallar müəyyən olunmaqla istintaqa ətraflı məlumat verilməsi qərara alınmışdır. Əməliyyat tapşırığına vetilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürürlmüş psixotrop maddələri satış məqsədilə əldə etməsi barədə ilkin əməliyyat məlumatı daxil olsa da, həmin maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi, həmçinin cinayət işi üçün əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində əməmliyyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 88 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitəni əldə edərək evində və üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Həmçinin cinayət işinin materiallarında olan əməliyyat tapşırığı və ona verilən cavabdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edə bilməmişlər. Həmçinin təqsirləndirilən şəxsin mobil nömrəsindən əldə edilmiş məlumatlarda və telefonuna keçirilmiş baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaq müddətində özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən qiymətləndirməyi zəruri hesab edir. Belə ki, məhkəmə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının iş üzrə şahid qismində dindirilməsinin münasibət bildirərək qeyd edir ki, polis əməkdaşlarının sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə bu hala həssaslıqla yanaşmış, həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadələrinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahid X8 ifadəsinə qiymət verərək qeyd edir ki, sözügedən şahidin və təqsirləndirilən şəxsin özlərinin bildirdiklərinə əsasən müəyyən olunduğu kimi, şahid X11 Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olan ailəvi tanışıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin şahid təqsirləndirilən şəxsin mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadə vermişdir. Həmçinin həmin şahidin ifadəsində göstərdiyi hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsirə məruz qaldığını bildirsə də məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında buna dair heç bir sübuta rast gəlinməmişdir. Həmçinin müdafiə tərəfi şəxsi axtarış protokoluna əlavə edilmiş DVD diskdə olan görüntüləri əsas gətirmiş və həmin görüntülərdə Təqsirləndirilən şəxs xəsarətinin olmasını bildirmişdir. Həmin videogörüntü məhkəmə tərəfindən diqqətlə öyrənilmiş, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılan zaman onun üz nahiyyəsinin yaxın məsafədən görüntüləndiyi hissədə həmin nahiyyəsində heç bir xəsarətin olmadığı müəyyən olunmuş və təqsirləndirilən şəxsin istintaq təcridxanasına qəbul edilməsi zamanı onun ilkin tibbi müayinəsinə dair tibb kitabçasında göstərilən məlumatlarda da onun üzərində ifadəsində göstərdiyi xəsarətlərin heç birinin aşkar olunmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə, müdafiə tərəfinin təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalması barədə göstərdiklərinin əsassız olduğu qənaətinə gəlmişdir. Həmçinin müdafiə tərəfinin qeyd etdiyi məsələyə dair Bakı şəhəri Nərimanov rayon Prokurorluğunda araşdırma aparılmış və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi və müdafiə tərəfinin vəsatət verdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin olunması ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş istintaq hərəkətlərində müdafiəçinin iştirak etməsi heç bir sübutla təkzib edilmir. Həmçinin cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün başqa vəkilin iştirakını tələb etməsi, ona təyin olunmuş müdafiəçiyə etiraz etməsi kimi hər hansı bir qeydinə rast gəlinmir. Bundan başqa məhkəmə qeyd edir ki, növbədə olmayan vəkilin istintaq hərəkətləndə iştirak etməsi təqsirləndirilən şəxsin hüquqlarını pozulmasına dəlalət etmir. Bundan başqa cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduqdan iki gün sonra öz hesabına vəkil tutmaqla hüquqlarının müdafiə olunmasını ona həvalə etmişdir. Buna baxmayaraq həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, ona düzgün hüquqi yardım göstərilməməsi barədə nə özünün nə də ki müqavilə üzrə vəkilinin hər hansı bir müraciətinin olması müəyyən olunmur. xx.xx.2023-cü il tarixdən etibarən təqsirləndirilən şəxs yeni vəkillərlə müqavilə bağlamış və həmin vaxtdan etibarən şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin əksinə ifadə verməklə ona qarşı verilmiş ittihamı qəbul etməmiş və ona təqdim edimiş sənədlərdə özünün təqsirsizliyinə dair qeydlər qoymuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmamışdır. Təqsirləndirilən şəxs tutulduğu andan heç bir fiziki və psixi təsirə məruz qalmamış və öz hüquqlarından tam istifadə etməklə ona qarşı irəli sürülmüş ittihamı tamamilə rədd etmək kimi müdafiə taktikası seçmişdir. İbtidai istintaq orqanı isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində toplanmış sübutlara istinadən cinayət işini məhkəməyə göndərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaqda (xx.xx.2023-cü il tarixli ifadə) və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi (xx.xx.2023cü il tarixli ifadə) etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cüdo idman növü ilə məğul olmaqla Cüdo üzrə Beynəlxalq tahsil kuboku yarışmasında iştirak edib İİİ yer, Cüdo üzrə açıq Avropa Beynəlxalq yarışmasında iştirak etməklə İİİ və İİ yerləri tutmaqla uğur qazanmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kmi qiymətləndirir. Cinayət Məcəllənin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN BMCMİ-nin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 31,898 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN BMCMİ-nin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 31,898 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar